Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-186/2022 26.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs və onun atası-qanuni nümayəndəsi Şahid1 iştirakı ilə xx xxxxxx 2002-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İnşaat Kollecinin tələbəsi, məhkum olunmamış, Sabirabad şəhəri, M.H.Şəhriyar küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə, saat 20 radələrində Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranına gələrək, aralarında sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirakına qadağan etməsinə baxmayaraq onun bu tədbirdə iştirakını qısqanclıqla qarşılayıb bu hərəkətinə görə onu cəzalandırmaq qərarına gələrək həmin tədbirdə iştirak edən Zərərçəkmiş şəxs yaxınlaşıb əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vurub, sonuncuya döş qəfəsinin arxa səthində sol kürək xətti üzrə Vİ-Vİİ döş fəqərəsi səviyyəsində döş boşluğuna keçən, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olub, qısqanclıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, törətdiyi əmələ görə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin 3-cü kursunda əyani təhsil alır. Zərərçəkmiş şəxs 4 ildir ki, tanıyır. O, Nigarla birlikdə Sabirabad şəhəri, N.Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. O, həmin məktəbi bitirəndə Nigar 9-cu sinifdə təhsil almış, sonra Nigarla aralarında sevgi münasibətləri yaranmış və hazırda da aralarında qarşılıqlı sevgi münasibətləri vardır. 2020-ci ilin noyabr ayının əvvələrində ailəsi Nigargilin ailəsinə elçi getmiş və ailələri qarşılıqlı olaraq onların münasibətinə razılıq vermiş və qarara gəlmişlər Nigar orta məktəbi bitirdikdən və 18 yaşı tamam olduqdan sonra onlar evlənsinlər. Nigargilin qohumları vətən müharibəsində şəhid olduğundan nişan mərasimi olmasa da, ailələri arasında olan razılşmaya əsasən onlar faktiki olaraq nişanlı olmuşlar. Bundan sonra Nigarla qarşılıqlı olaraq münasibətləri davam etmiş, lakin sonradan Nigar onun sözlərini eşitməmiş, özbaşına qərarlar qəbul etmişdir. O, qısqanc olduğundan Nigara bəzi yerlərə getməyi, xoşuna gəlməyən paltarları geyinməyi qadağa etsə də, Nigar onun sözlərinə əhəmiyyət verməmiş, öz bildiyini etmişdir. Bu səbəbdən aralarında tez-tez sözlə mübahisələri olmuş, biri-birindən küsüb-barışmışlar. Mübahisələri davam etdikcə Nigar onun dediklərinə əməl etməmişdir. 2021-ci ilin mart ayının sonlarında o, Bakı şəhərinə gedib işləməyə başlamış, həm də kollecdə təhsilini davam etdirmişdir. Bakı şəhərinə getdikdən sonra Nigarla əyani olaraq əlaqəsi kəsilmiş, yalnız telefonla əlaqəsi olmuşdur. Bakıda olduğu müddətdə 2021ci ilin iyun ayının əvvəlində “instagram” sosial şəbəkəsində bir neçə dəfə Nigara ismarıclar yazmış, lakin Nigar onun ismarıclarına cavab yazmamış, onun ba hərəkətindən əsəbiləşmişdir. Bundan sonra 14 iyun 2021-ci il tarixdə Nigarın “son zəng”ə getdiyini görüb ona acıqlanmışdır. Həmin vaxt o, Nigarı qısqandığı üçün “son zəng”ə getməməsini demiş, Nigar da getməyəcəyini desə də, sonradan “son zəng”ə getmişdir. Daha sonra öyrənmişdir ki, 20 iyun 2021-ci il tarixdə “son zəng” şənliyi ilə bağlı Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranında məclis olacaq və Nigar da həmin məclisdə iştirak edəcəkdir. Yenidən o, Nigara mesaj yazıb həmin məclisdə iştirak etməməsini tapşırmış, lakin Nigar ona heç bir cavab verməmişdir. Həmin gün o, Nigarın onun sözünü eşitməyib sinif yoldaşları ilə birlikdə “son zəng” şənliyinə getdiyini öyrənmiş və qərara almışdır ki, rayona gedib bu hərəkətinə görə Nigarı cəzalandırsın. 20 iyun 2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhərində Koroğlu metrostansiyasının yaxınlığında yerləşən marketdən bir ədəd bıçaq alıb cibinə qoyub taksi ilə Sabirabad rayonuna, sonra da “Ana Kür” restoranına getmişdir. Az sonra Nigar və sinif yoldaşlarının restorana gəlmələrini görmüşdür. O, Nigar və sinif yoldaşlarının əyləşdikləri stoldan təxminən 20-30 metr aralıda otururub Nigarın hərəkətlərini izləmişdir. O, Nigarın restorana gəldiyini görüb gedib bıçaqla vurmaq istəsə də, həmin vaxt tanıdığı uşaqların onu görüb nəyə görə restorana gəlməsini soruşduqlarından o, yalandan tanışını “son zəng” şənliyinə gətirdiyini, şənliyin qurtarmağını gözlədiyini dediyindən Nigarı bıçaqla vurmamışdır. Sonra o, kənarda təklikdə stolda əyləşib Nigarın hərəkətlərinə baxaraq onun bu tədbirdə iştirakına görə daha da əsəbiləşmişdir. Saat 20 radələrində uşaqların şəkil çəkdirdiyini və məclisin yavaş-yavaş sonlandığını görüb Nigara yaxınlaşıb onun arxa tərəfində dayanmışdır. Sonra o, Nigara bir az da yaxınlaşmış və cibində saxladığı bıçağı çıxarıb əlində tutub saxlamış, bu vaxt Nigar onu görməmişdir. Həmin vaxt kənarda dayanan uşaqlardan biri onu görüb kim olduğunu soruşmuş, o da arxadan Nigarı səsləmiş, Nigar da ona tərəf dönən zaman əlində saxladığı bıçaqla bir dəfə Nigarın kürək nahiyəsinə vurmuş və dərhal əlini bıçaqdan çəkmiş, bıçağın Nigarın kürəyində qalmasını və ya yerə düşməsini bilməmişdir. Həmin vaxt onun arxa tərəfində dayanan uşaqlardan kimsə onu geriyə çəkmiş, bundan sonra o, oradan uzaqlaşmış və restorandan çıxıb bir qədər aralıda dayanıb havanın qaralmağını gözləmiş, daha sonra isə səhərə kimi restoranın yanında qalmışdır. Nəyə görə belə hərəkət etdiyini anlaya bilməmiş, əsəbiləşərək belə hərəkət etsə də, Nigarın səhhətindən narahat olub özünü danlayıb hərəkətinə görə peşmançılıq hissi keçirib nə edəcəyini bilməmiş, səhərədək ayıq qalıb səhərin açılmasını gözləmişdir. Səhər açıldıqdan sonra tanımadığı taksi ilə yaşadığı evə getmiş, evə çatanda həyət qapısında atasının dayandığını görmüşdür. Atası axşam Nigarı niyə bıçaqla vurduğunu soruşmuş, o isə heç bir cavab verə bilməmişdir. Daha sonra o, könüllü olaraq atası ilə birlikdə Sabirabad RPŞ-nə gedib təslim olmuş, hadisə barədə polisə izahat verib istədiyi qız Nigara bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. Hadisə baş verən vaxt ayıq olmuş, lakin həmin gün Bakıdan rayona gələrkən Bakıda bir bakal pivə içmişdir. O, bıçaqla Nigarı vurarkən onu öldürmək niyyəti olmamış, sadəcə olaraq onu cəzalandırmaq məqsədi ilə onu bıçaqla bir dəfə vurmuşdur. Son vaxtlar telefonla danışanda Nigar sadəcə onu əsəbiləşdirmiş, ona dediyi sözlərə əməl etməsini tələb etsə də, Nigar dediklərinə əməl etməmişdir. O, qısqanc olduğundan Nigara əvvəl “son zəng”ə, sonra isə “son zəng” şənliyi ilə bağlı restoranda olan tədbirə getməməyi bildirsə də, Nigar onun sözlərinə əhəmiyyət verməmişdir. Nigarın onun sözlərinə əhəmiyyət vermədiyini görüb qısqandığı üçün Nigarı cəzalandırmaq istəmiş və buna görə də Bakı şəhərindən rayona gəlmiş, sonra tədbirin keçirildiyi yerə gedib bıçaqla onu vurmuşdur. Nigarı bıçaqla vurarkən ətrafda olanlar Nigarın sinif yoldaşları olmuşdur. Nigarı bıçaqla vurmazdan əvvəl tərəddüd etmiş, lakin sonra onu bıçaqla vurmuşdur. Nigar onun sözünü eşitməyib “son zəng tədbiri”nə getdiyindən onu cəzalandırmaq istəmişdir. Törətdiyi əməlindən çox peşmandır. Baş vermiş hadisədən sonra Nigar onunla barışmış, hazırda onun Nigarla sevgi münasibətləri davam edir və Nigarın 18 yaşı tamam olduqdan sonra evlənmək qərarına gəlmişlər. Həmçinin o və Nigar evlənmələri ilə bağlı rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişlər. Hazırda tələbə olmasını, sevdiyi qıza qarşı qısqanclıq səbəbindən törətdiyi cinayətə görə dərin peşmançılıq hissi keçirməsini, yaxın vaxtlarda Nigarla evlənəcəyini nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs orta məktəbdə oxuduğu vaxtlardan tanıyır, son bir neçə ildir ki, aralarında sevgi münasibətləri vardır. O, hələ 9-cu sinifdə oxuyarkən Sübhanla münasibətləri yaranmış, Sübhan onu sevdiyini demiş, o da Sübhanı sevdiyindən qarşılıqlı münasibətləri yaranmışdır. 2020-ci ilin noyabr ayında Sübhanın ailəsi onlara elçi gəlmiş və ailəsi onun Sübhanla evlənməsinə etiraz etməmişdir. Həmin vaxt qohumları müharibədə şəhid olduğundan, həm də 18 yaşı tamam olmadığından onun Sübhanla rəsmi nişanlama mərasimi olmamış, lakin onların arasında münasibətləri nişanlı kimi davam etmişdir. Bir müddət sonra nişanlısı Sübhan onun bütün işlərinə qarışmağa başlamış, ona qohumlarının evinə getməyə, bəzi paltarları geyinməyi qadağan etmişdir. Bu səbəbdən Sübhanla aralarında sözlə mübahisələri yaranmağa başlamış, Sübhanın bu tələbləri onu əsəbiləşdirdiyindən o, Sübhanla görüşüb danışmaq istəmədiyini demiş, həmçinin Sübhanın telefon zənglərinə cavab verməmiş, bir müddət əlaqələri olmamışdır. 2021-ci ilin iyun ayında Sübhan “instragram” səhifəsində bir neçə dəfə ona ismarıc yazaraq “son zəng”ə və “son zəng” şənliyinə getməməsini bildirmiş, lakin o, Sübhana cavab yazmamışdır. 14 iyun 2021-ci il tarixdə keçirilən “son zəng”ə getmiş, sonra sinif yoldaşları ilə razılaşmışlar ki, 20 iyun 2021-ci il tarixdə bir yerə yığışıb “Ana Kür” adlı restoranında “son zəng” şənliyi keçirsinlər. Həmin gün günorta saatlarında atası onu restorana apamış və o, sinif yoldaşları ilə birlikdə restoranda şənlikdə olmuşdur. Həmin günü hadisə baş verməmişdən təxminən 1 saat əvvəl o, Sübhanı restoranın yanında görmüş, lakin Sübhan ona yaxınlaşıb heç nə deməsə də, bir müddət əvvəl Sübhanın onunla qısqanc şəkildə danışmağı və ona “son zəng” şənliyinə getməməsinə və başqa qadağalar qoyması ağlına gəlib narahat olmağa başlamışdır. Keçirilən məclisin sonuna yaxın o, sinif yoldaşları ilə birlikdə şəkil çəkdirməyə başlamışdır. Həmin vaxt kiminsə arxadan adını çəkdiyini eşidib arxaya çevrilən anda sinif yoldaşlarının qışqırdığını eşidib nəsə baş verdiyini düşünmüş, elə həmin an kürək nahiyəsində qəribə istilik hiss etmiş, sonra Sübhanın onu bıçaqla vurduğunu bilmişdir. O, Sübhanın onu bıçaqla vurmasını əvvəl bilməmiş, hiss etməmiş Sübhan ani olaraq onu bıçaqla vurmuşdur. Sonra o, sağ əlini kürək nahiyəsinə aparıb bıçağı kürəyindən çıxarıb yerə atmışdır. Daha sonra sinif yoldaşları Ağalar və Mirhəmid ona kömək etmiş və tanımadığı şəxsin avtomobili ilə onu rayon xəstəxanasına aparmış, sonra o, Şirvan şəhər xəstəxanasına aparılmış və xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərmişlər. Xəsarət aldıqdan sonra özünü narahat hiss etsə də, tam olaraq huşu özündə olmuş, ətrafda danışılanları eşidib başa düşmüşdür. Bir neçə gün xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmış, hazırda tam sağalmışdır. Sübhanla həmişə qarşılıqlı sevgi münasibətləri olsa da, sadəcə olaraq son vaxtlar, yəni elçilikdən sonra Sübhanla aralarında sözlə mübahisələri olmuş, Sübhan ona bəzi qadağalar qoymuş, o isə buna əməl etməmiş, bu səbəbdən aralarında sözlə münasibətləri olmuşdur. Sübhan onu “son zəng”ə və “son zəng” şənliyə getməyinə qadağa qoymuş, lakin o, Sübhanın sözlərinə əhəmiyyət verməmiş və bu səbəbdən də Sübhan onu bıçaqla vurmudur. Sübhan qısqanclıq hissinə görə ona qarşı belə hərəkət etmişdir, əslində isə hadisə zamanı və hadisədən əvvəl Sübhanla onun arasında ciddi bir mübahisələri olmamış, biri-birinə qarşı sevgi münasibətləri olmuşdur. Baş vermiş hadisədən sonra o, Sübhanla barışmış, hazırda onun Sübhanla sevgi münasibətləri davam edir və 18 yaşı tamam olduqdan sonra onun Sübhanla evlənmək qərarı qətidir. Hadisdən sonra Sübhan ona qarşı səhv hərəkət etdiyi başa düşüb ondan üzr istəmiş, o da Sübhanı bağışlamış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. O, öz iradəsi ilə əvvəl istintaq orqanına, sonra məhkəməyə ərizə ilə müraciət edib Sübhanla barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Qeyd etdikləri və yaxın vaxtlarda Sübhanla evlənəcəyini nəzərə alaraq Sübhana həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 16 iyul 2021-ci il tarixli, məhkəməyə ünvanladığı 10 fevral və 21 may 2022-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam olaraq ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, ki, Zərərçəkmiş şəxs qızıdır, Təqsirləndirilən şəxs və onun ailə üzvlərini xeyli müddətdir ki, tanıyır. Sübhan və Nigar eyni məktəbdə təhsil almışlar, onların biri-biri ilə münasibətləri yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. Həmçinin onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuş, hazırda da yaxşıdır. 2020-ci ilin noyabr ayında Sübhanın atası və qohumları qızı Nigara elçi gəlmişlər. Həmin vaxt o, qızının Sübhanla evlənməsinə etiraz etməmiş, lakin qızının yaşının az olmasını, həm də bu ərəfədə qohumlarının şəhid olmasını deyib rəsmi nişanın olmayacağını bildirmişdir. Bundan sonra hər iki ailənin razılığı ilə Sübhanla Nigar nişanlı kimi münasibət saxlamalarına razılıq verilmişdir. Bundan sonra qızı Nigarla Sübhanın münasibətlərində hər hansı bir soyuqluq olması barədə məlumatı olmamışdır. 20 iyun 2021-ci il tarixdə rayonun Qaralar kəndində yerləşən “Ana Kür” restoranında qızı Nigarın sinif yoldaşları ilə son zəng şənliyində iştirak etməsi üçün həmin gün günorta saat 14 radələrində qızı Nigarı həmin restoranına apardıqdan sonra yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında tanımadığı şəxs telefonla ona zəng edib təcili “Ana Kür” restoranına gəlməyini bildirmiş, nə baş verməsini soruşsa da, həmin şəxs ona heç nə deməmişdir. Dərhal evdən çıxıb restorana doğru getməyə başlamış, yolda olarkən qızı Nigar tanımadığı nömrə ilə ona zəng edib, narahat olmamağını, xəsarət aldığını deyib Şirvan şəhər xəstəxanasına gəlməyini bildirmiş, o, Nigardan necə, hansı şəraitdə xəsarət almasını soruşsa da, Nigar cavab verməyib telefonu söndürmüşdür. Sonra o, Şirvan şəhər xəstəxanasına, qızının yanına gedib səhhətinin necə olmasını soruşmuş, Nigar da yaxşı olduğunu, sadəcə kürək nahiyəsinin ağrıdığını demişdir. Bundan sonra həkimlər qızının üzərində cərrahiyyə əməliyyatı aparmışlar. Cərrahiyyə əməliyyatdan sonra o, Nigardan baş verən hadisə barədə soruşmuş, qızı da ona həmin gün axşam saatlarında Sübhanın restoranına gələrək kürək nahiyəsinə bıçaqla vurduğunu bidirmişdir. Həmin vaxt Sübhanın hansı səbəblərə görə Nigarı bıçaqla vurmasını bilməmiş, lakin sonradan ona məlum olmuşdur ki, Sübhan Nigara sinif yoldaşları ilə birlikdə “son zəng” şənliyində iştirak etməsi üçün restorana getməməsini demiş, lakin Nigar buna əhəmiyyət vermədən həmin tədbirə getdiyinə görə Sübhan restoranı gedib bıçaqla Nigara xəsarət yetirmişdir. Baş vermiş hadisədən sonra Nigar Sübhanla barışmış, hazırda onların münasibətləri yaxşıdır. Həmçinin 18 yaşı tamam olduqdan sonra Nigarın Sübhanla evlənmək qərarı qətidir. Hadisədən sonra Sübhan Nigara qarşı səhv hərəkət etdiyi başa düşüb Nigardan və ondan üzr istəmiş, onlar da Sübhanı bağışlamış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. O, qızının qanuni nümayəndəsi kimi təsdiq edir ki, qızı Nigar öz iradəsi ilə əvvəl istintaq orqanına, sonra məhkəməyə ərizə ilə müraciət edib Sübhanla barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Qeyd olunanların nəzərə alınaraq, habelə yaxın vaxtlarda Nigar və Sübhanın evlənəcəkləri nəzərə alınıb Sübhana həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuş, Təqsirləndirilən şəxs isə rayon sakini kimi tanımışdır. Orta məktəbdə oxuyarkən Sübhan və Nigarın bir-birini sevdiklərini eşitmişdir. 2021-ci ilin iyun ayının əvvələrində sinif yoldaşları ilə qərara gəlmişdir ki, məktəbi bitirmələri ilə bağlı “son zəng”dən sonra 20 iyun 2021-ci il tarixdə Qaralar kəndi ərazisində yerləşən “Ana Kür” restoranında “son zəng” şənliyi təşkil etsinlər. Təxminən günorta saatlarında sinif yoldaşları ilə birlikdə restorana getmişlər, həmin vaxt Nigar da restorana gəlmişdir. Bir neçə saat restoranda tədbir davam etmiş, axşam saat 20 radələrində tort kəsmək və şəkil çəkdirmək üçün bir yerə yığılmışlar. Sinif yoldaşları ilə birlikdə şəkil çəkdirdikdən sonra, bir anlıq sinif yoldaşlarının qışqırıq səsini eşidib başa düşmüşdür ki, nəsə hadisə baş vermişdir. O, qızlara tərəf yaxınlaşarkən Nigarın kürək nahiyyəsində bıçağın batıb qaldığını görmüş, sonra Nigar özü kürəyindən əli ilə bıçağı çıxarıb yerə atmış, hamı bir anlıq şok vəziyyətinə düşmüşdür. Sonra o, ətrafda olan sinif yoldaşlarının deməsindən və Təqsirləndirilən şəxs qaçdığını görəndən sonra baş düşmüşdür ki, Nigarı bıçaqla vuran Sübhandır. Bundan sonra o və digər sinif yoldaşı Ağalar Nigarın bıçaqlandığı və qan itirdiyini görüb onu avtomobillərin olduğu yerə gətirib tanımadığı şəxsin avtomobili ilə rayon xəstəxanasına aparmışlar. Sonra təcili yardım avtomobili ilə Nigar Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışdar. Sinif yoldaşları bir yerə toplaşıb şəkil çəkdirən zaman və bundan əvvəl Sübhanın ora necə gəlməsini bilməmiş, həmçinin Sübhanın Nigarı bıçaqla vurmasını görməmişdir. Sübhanın hansı səbəblərə görə Zərərçəkmiş şəxs bıçaqla vurması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid3 Ümud oğlu Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Hüsü Mehbalıyevin 20 iyun 2021-ci il tarixli “Raprot”u ilə müəyyən olunur ki, həmin tarixdə, saat 22:00-da Şirvan ŞMX-dan həkim İmran İmanov telefonla məlumat verib bildirilmişdir ki, xx xxxx 2004-cü il təvəllüdlü Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs daxilə nüfuz edən bir ədəd bıçaq yarası ilə xəstəxanaya daxil olmuşdur. Deməsinə görə Sabirabad rayonunda yerləşən “AnaKür” şadlıq sarayında tanığı şəxs tərəfindən bıçaqla vurulmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 20 iyun 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, qeyd olunan hadisə Sabirabad rayonunun Qaralar kəndinin ərazisində yerləşən “Ana Kür” restoranının yay salonunda baş vermişdir. Baxış zamanı üzərində qanaoxşar ləkələri olan bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 20 iyun 2021-ci il tarixli “Şifahi ərizə protokolu” myəyyən edilir ki, Zərərçəkmiş şəxs məlumat verib bildirmişdir ki, 20 iyun 2021-ci il tarixdə, saat 20 radələrində sinif yoldaşları ilə birlikdə Sabirabad rayonunun Qaralar kəndinin ərazisində yerləşən “Ana Kür” restoranında “Son zəng” şənliyində olarkən tanışı Sabirabad rayon sakini Qasımov (Qasımlı) Sübhan Eldəniz oğlu ona yaxınlaşıb bıçaqla kürək nahiyəsinə xəsarət yetirmişdir. Ona xəsarət yetirən şəxs Sübhan Qasımovun (Qasımlının) barəsində müvafiq tədbir görülməsini xahiş edir. İşdə olan, “Könüllü gəlmə haqqında” 21 iyun 2021-ci il tarixli protokolla müəyyən edilir ki, cinayət törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Sabirbad RPŞ-nə gələrək istintaq orqanına-Sabirbad RPŞ-nin İstintaq Şöbəsinə izahat verib törətdiyi əməlini etiraf etmişdir. İşdə olan, “Götürmə aparılması və baxışın keçirilməsi haqqında” 21 iyun 2021-ci il tarixli protokolla müəyyən olunur ki, Şirvan ŞMX-nın tibb bacısı Mədinə Şükürovanın təqdim etdiyi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qırmızı rəngli don (üzərində qanabənzər ləkələri və zədə izi olan) qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, adına tərtib edilmiş tibbi sənədlərdə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. Zərərçəkmiş şəxs 20 iyun 2021-ci il tarixdən 25 iyun 2021-ci il tarixə kimi Şirvan ŞMX PHŞ-in Cərrahiyə şöbəsində “sol döş qəfəsinin arxa divarının döş boşluğuna nüfuz edən kəsilib deşilmiş yarası, daxili qanaxma, hemotoraks” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müayinə zamanı aşkar edilmiş xəsarət- Döş qəfəsinin arxa səthində sol kürək xətti üzrə 6-7-ci döş fəqərəsi səviyyəsində döş boşluğuna keçən, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan bir ədəd yara kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 20 iyun 2021-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan, komisyon məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən ediir ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthində sol kürək xətti üzrə Vİ-Vİİ döş fəqərəsi səviyyəsində döş boşluğuna keçən, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan bir ədəd yara olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, bıçağın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti 20 iyun 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs adına tərtib olunmuş 17 iyul 2021-ci il tarixli, 440 saylı rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir İşdə olan, “Qan nümunəsnin götürülməsi haqqında” 21 iyun 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞMX-nın həkim-travmatoloqu Əfsər Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs tədiqiqat üçün qan nümunəsi götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirtli aşkar edilməmiş, habelə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop və digər güclü təsir edən maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İşdə olan, “Əşyanın tanınmasının aparılması haqqında” 21 iyun 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən edilir ki, həmin tarixdə cinayətin aləti olan və hadisə yerindən götürülmüş bir ədəd bıçaq ona oxşar digər üç ədəd bıçaqla Təqsirləndirilən şəxs tanımaya təqdim edilmiş və o, 3-cü sıra sayı ilə nömrələnmiş bıçağı tanıyıraq həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. İşdə olan, məhkəmə-trasoloji ekspertizasının 04 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş donun üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Donun üzərində olan zədə öz formasına, quruluşuna və s. Ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd don (köynək) və hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq iş üzrə maddə sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 20 iyun 2021ci il tarixdə cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Rayon Qeydiyyat Şöbəsinin 28 mart 2022-ci il tarixli, 05/161-76 və 05/162-76 №-li məktubları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı razılıqları əsasında nikaha daxil olmaları üçün ərizə ilə Sabirabad Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, məhkəmə təqsirləndirilən şəxsr Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Habelə Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Ağayar Haxverdiyev və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs aralarında yaranmış qısqanclıq münasibətləri zəminində Zərərçəkmiş şəxs bir dəfə bıçaqla xəsarət yetirməklə onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 20 iyun 2021-ci il tarixdə, saat 20 radələrində Sabirabad rayonunun Qaralar kəndində yerləşən “Ana Kür” restoranına gələrək, əvvəllər sevgi münasibətində olduğu, sonradan isə xoş olmayan davranışları və əsassız qadağaları səbəbindən onunla bu münasibətə son qoymuş Sabirabad şəhəri Nizami Gəncəvi adına tam orta məktəbin Xİ sinif şagirdi Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirak etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan əlində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vurub, sonuncuya döş qəfəsinin arxa səthində sol kürək xətti üzrə Vİ-Vİİ döş fəqərəsi səviyyəsində döş boşluğuna keçən, daxili qanaxma və sol tərəfli hemotoraksla müşayiət olunan, yetirilən anda insan həyatı üçün təhlükəli olub, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Lakin məhkəmə cinayət qanunvericiliyində və digər hüquqi aktlarda zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayəti əməli ilə bağlı verilmiş müddəalar baxımından hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini (xuliqanlıq niyyəti ilə ağır zərər vurma) törətməsi sübuta yetmir, onun hərəkətlərində həmin maddənin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadan ibarətdir və eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə CM-nin 126.2.4-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsinin obyektiv cəhəti həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədilməsindən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni CM-nin 126.2.4-cü maddəsinə münasibətdə qəsdən ağır zərər vurma əməlin xuliqanlıq niyyəti ilə (ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla) törədilməsi başa düşülür. Hazırki iş üzrə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin heç bir əsaslı səbəblər olmadan (xuliqanlıq niyyəti ilə) zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli təşkil edir. Yəni təqsirkar şəxsin zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma hərəkətlərin heç bir əsaslı səbəblər olmadan və ya hər hansı bəhanə ilə (xuliqanlıq niyyəti ilə) icra edilməsi tələb olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyətdan məhrum etmək). Həmin qərarın xuliqanlıq niyyətinə verilmiş təfsirindən irəli gələn mənaya görə əgər təqsirkar hərəkətlərini ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq niyyəti ilə deyil, şəxsi ədavət, o cümlədən zərərçəkmiş şəxsin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Eyni zamanda qəsdən sağlamlığına ağır zərər vurma əməlin törədilmə motivin elmipraktiki şərhi baxımından qısqanclıq motivi ilə qəsdən sağlamlığına ağır zərər vurma ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadıqda CM-nin 126.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Əməlin bu maddi ilə tövsifi üçün həqiqi, yaxud xəyali (həqiqətdə mövcud olmayan) qısqanclıq hissinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bu cinayətdə zərərçəkmiş şəxs qismində ər və ya arvad, nikahdan kənar birlikdə yaşayan və birgə yaşamaqdan imtina edən kişi və ya qadın, ərə gedəcəyinə və ya evlənəcəyinə söz verən, lakin öz vədini pozan kişi və ya qadın ola bilir. İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xoş olmayan davranışları və əsassız qadağaları səbəbindən aralarında olun bu münasibətləri soyusa da, 20 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirak etməsini bilib həmin tədbirinin keçirildiyi yerə gedib Zərərçəkmiş şəxs sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirak etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan bir dəfə bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə onün qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən istintaq orqanı təqsirkarın əməlinin motivini zərərçəkmiş şəxsin “son zəng tədbiri”ndə iştirakının təqsirləndirilən şəxsin bəhanəsi kimi qəbul edib bunu “heç bir əsaslı səbəb olmadan”, yəni xuliqanlıq niyyəti kimi qiymətləndirmişdir. Lakin məhkəmədə tədqiq olunmuş sübutlarla, eləcə də istintaq orqanı tərəfindən toplanmış subutlarla müəyən edilir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xoş olmayan davranışları və əsassız qadağaları səbəbindən münasibətləri soyusa da, aralarında sevgi münasibətləri davam etməklə yanaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qısqanclıq hərəkətlərini davam etdirib sonuncunun sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirakına qadağan etməsinə baxmayaraq 20 iyun 2021-ci il tarixdə keçirilən “son zəng tədbiri”ndə onun iştirak etməsini bilib, sevdiyi qızın bu hərəkətini qəbul etməyib buna görə onu cəzalandırmaq qərarına gələrək bir ədəd bıçaq əldə edib Bakı şəhərindən yaşadığı Sabirabad rayonuna gəlib “son zəng tədbiri”nin keçirildiyə yerə gedib həmin tədbirdə ştirak edən Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vuraraq qısqanclıq niyyəti ilə onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, sevdiyi qız Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin səbəbi onun Nigara “son zəng tədbiri”ndə iştirakına qadağan etməsinə baxmayaraq Nigarın bu tədbirdə iştirak etməsindən əsəbiləşərk (qısqanaraq), onun həmin tədbirdə iştirakını qəbul etməyib onu cəzalandırmaq qərarına gələrək Bakıdan yaşadığı rayona gələrək tədbirinin keçirildiyi yerə gedib Nigara bıçaqla xəsarət yetirmişdir. Hazırda onun Nigarla sevgi münasibətləri davam edir və Nigarın 18 yaşı tamam olduqdan sonra evlənmək qərarına gəlmişlər. Həmçinin o və Nigar evlənmələri ilə bağlı rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişlər. Zərərçəkmiş şəxs də həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, aralarında sevgi münasibətləri olan Təqsirləndirilən şəxs ona “son zəng tədbiri”ndə iştirak etməməsini deməsinə baxmayaraq o, bu tədbirdə iştirak etmiş və bu hərəkətinə görə Sübhan tədbirinin keçirildiyi yerə gəlib bıçaqla ona xəsarət yetirmişdir. Hesab edir ki, onun bu tədbirdə iştirakına Sübhan qısqanclıqla yanaşaraq bu hərəkəti etmişdir. Hazırda Sübhanla aralarında sevgi münasibətləri davam edir və 18 yaşı tamam olduqdan sonra Sübhanla evlənməyə qərarlıdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ictimai qaydanı qərəzli surətdə pozaraq şəxslər, o cümlədən zərərçəkmiş şəxsin üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərəkətlər etməsi, eləcə də heç bir əsaslı səbəb olmadan (zərərçəkmiş şəxsin sinif yoldaşları ilə orta məktəbi qurtarması münasibətilə keçirilən “son zəng tədbiri”ndə iştirak etməsini bəhanə kimi qəbul etməklə) bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi tam təkzib olunur. Əksinə müəyyən edilmişdir ki, təqsirkarın hərəkətləri konkret olaraq zərərçəkmiş şəxslə aralarında olan sevgi münasibətlərindən qaynaqlanın qısqanclıq münasibətlərinə şərtlənmiş, yəni təqsirkar Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuş (hazırda da bu münasibətlər davam edir) və bu münasibətlər fonunda əmələ gəlmiş qısqanclıq zəminində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “son zəng tədbiri”ndə iştirakına qadağan etməsinə baxmayaraq onun bu tədbirdə iştirakı ilə bağlı yaranmış münasibətlər zəminində (qısqanclıq zəminində) Təqsirləndirilən şəxs tədbirinin keçirildiyi yerə gedib Zərərçəkmiş şəxs qəsdən ağır xəsarət yetirmişdir. Ona görə də bu hadisənin baş verməsinə səbəb olmuş şəxsi xarakterli konkret səbəbin olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, yəni “son zəng tədbiri”ndə iştirak etməsini bəhanə edərək bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsinin xuliqanlıq niyyəti ilə bu törədilən əməl kimi qiymətləndirmə əsassızdır. Məhkəmədə tədqiq olunmuş sübutlara, o cumlədən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə əsaslaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aralarında sevgi münasibətləri olan Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətinə görə, yəni “son zəng tədbiri”ndə iştirakına qadağan etməsinə baxmayaraq onun bu tədbirdə iştirak etməsindən əsəbiləşərək Bakı şəhərində bıçaq əldə edib Sabirabad rayonuna gəlib “son zəng tədbiri”nin keçirildiyə yerə gedib sevdiyi qız Zərərçəkmiş şəxs bıçaqla qəsdən xəsarət yetirməsi hərəkəti xuliqanlıq niyyət ilə törədilən əməl kimi qiyəmtələndirilə bilməz, əksinə onun bu hərəkəti aralarındakı sevgi münasibətlərindən qaynaqlanan qısqanclıq zəminində törədilən əməl kimi qəbul edilərək təqsirləndirilən şəxsin qısqanclıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma kimi qiymətləndirilməlidir. Beləliklə, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla (yuxarıda bu sübutlar təhlil edilərək qiymətləndirilmişdir) Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs zərər vurması öz təsdiqini tapmır. Əksinə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sevgi münasibətləri zəminində yaranmış qısqanclıq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla qəsdən ağır zərər vurmuşdur. Belə olan halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qəsdən ağır zərər vurma əməlin heç bir əsaslı səbəblər olmadan, yəni xuliqanlıq niyyəti ilə törətməsi kimi CM-nin 126.2.4-cü ü maddəsi ilə tövsif olunması iş üzrə mövcud olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Beləliklə, məhkəmə heyəti cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 21 iyun 2021-ci il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 02 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev düstuqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və bu məhkəmənin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri 21 dekabr 2021-ci il tarixədək uzadılmışdır. İşdə olan, İstintaq orqanının “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 21 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan seçlmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə nümayəndəsinin 21 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, M.H.Şəhriyar küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı yerdə özünü intizamlı aparmış, barəsində heç vaxt şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin və digər) tam olaraq ödənilməsi, habelə təqsirkarın şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakteriza olunması, gəncliyi, tələbə olması, ilk məhkumluğu və əməlindən peşmançılıq çəkməsi), bundan başqa cinayət hadisəsindən sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmaqla münasibətlərin (cümlədən aralarında olan sevgi münasibətlərinin) əvvəlki kimi yaxşı olması və aralarında olan hazırki münasibətləri (evlənmələri üçün aidiyyəti qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmələri), eləcə də işin faktiki halları, o cümlədən aralarında olan sevgi münasibətləri fonunda yaranmış qısqanclıq zəminində bu hadisənin baş verməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq və bir ədəd don (köynək) hökm qanuni quvvəyə mindikdən məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi Sabirabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq və 1 (bir) ədəd don (köynək) hökm qanuni quvvəyə mindikdən məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-186/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-186/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver