Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-186/2023 06.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “Kalyon” şirkətində sürücü işləyən, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29, 234.4.3-cü maddələri ilə; 06 avqust 1979-cu ildə Ağdam rayonu Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Koroğlu küçəsi ev 14-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvlər 2 ədəd qara rəngli polietilin torbalara qablaşdırılmış yeddi ədəd, üzərləri yapışqanlı lentlə sarınmış polietilin torbalarda külli miqdarda- 6840 qram narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd şəffaf rəngli polietilin torbaya yığılaraq üzəri yapışqanlı lentlə sarınməş bükümdəki 17 ədəd qutularda qablaşdırılmış 170 ədəd blistrlərdə tərkibində 68 qram, yəni külli miqdarda narkotik vasitə metadon olan 1700 ədəd dərman tabletlərini Füzuli-Cəbrayıl magistral avtomobil yolununun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığından keçən hissəsində yolun sol tərəfində olan əyilmiş elektrik dirəyinin altında gizlədilmiş və 25-27 mart 2022-ci il tarixdə bu barədə İlham Baxşaliyein istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «WhatsArr» proqramı vasitəsi ilə səsli mesajla məlumat verməklə narkotik vasitələrin qoyulduğu yerin kordinantlarını (konum) göndərdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətə uyğun olaraq narkotik vasitələri götürmək məqsədi ilə sonuncunun idarə etdiyi "xxxx" markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobil ilə 27 mart 2022-ci il tarixdə saat 15 radələrində həmin əraziyə getməklə hər ikisi avtomobildən düşərək əyilmiş elektrik dirəyinin ətrafında narkotikin yerini dəqiqləşdirmək üçün cinayətkar qrupun üzvləri ilə telefon əlaqəsi saxlamaqla axtarış apardıqları zaman bu barədə məlumat almış Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməklə əməliyyat müşahidəsinə götürülmüş və saat 17:15 radələrində saxlanıldıqlarından narkotik vasitələri götürə bilməmiş və bilavasitə cinayəti törətməyə yönəlmiş əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırma bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməyə, saxlamağa və daşımağa cəhd etmişlər. Bundan sonra 27 mart 2022-ci il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldıqları yerə, yəni Füzuli-Cəbrayıl magistral yolununun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığından keçən hissəsinə baxış keçirilən zaman həmin yolun sol tərəfindəki əyilmiş halda olan elektrik dirəyinin altında gizlədilmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd polietilen torbalarda olmaqla 3 ədəd şəffaf rəngli polietilin torbalara yığılaraq üzərləri yapışqanlı letlə sarınmış bükümlərdə 650 qram, 865 qram, 700 qram olmaqla cəmi 2215 qram və bir ədəd qara rəngli polietilin torbaya yığılmaqla üzəri yapışqanlı lentlə sarınmış bükülünün içində olan 4 ədəd şəffaf rəngli polietilin torbaya yığılaraq üzərləri yapışqanlı lentlə sarınmış bükümlərdə 770 qram, 550 qram, 1375 qram, 1930 qram olmaqla cəmi 4625 qram, ümumilikdə isə 6840 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf rəngli polietilin torbaya yığılaraq üzəri yapışqanlı lentlə sarınmış bükümdə 17 ədəd qutularda qablaşdırılmış 170 ədəd eyni göstəricili blistrdə ümumilikdə 1700 ədəd bozumtul-qəhvəyi rəngli, üzərlərində “F/M40” yazısı həkk olunmuş, tərkiblərində külli miqdarda-68 qram narkotik vasitə metadon olan dərman həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istinatıqnda təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Füzuli rayonu ərazisində yerləşən «Kalyon» şirkətində su maşını idarə edir. Təqsirləndirilən şəxs2 da həmin şirkətdə mikroavtobus sürücüsü işləməklə fəhlələri daşımışdır. Əvvəllər İran islam Respublikasında olarkən taksi sürücüsü işləyən Ramin adlı şəxslə tanış olmuş və onun telefon nömrəsini götürmüşdür. Telefonunda Raminin adını «Ramin quş» kimi qeyd etmişdir. Hadisədən təxminən bir ay yarım əvvəl Ramin adlı Şəxslə “Whatcapp” proqramı vasitəsi ilə danışarkən ondan öz istifadəsi üçün narkotik istəmişdir. Ramin ona öz istifadəsi üçün 10 qram narkotik vasitə olan qurudulmuş marixuana göndərməli olmuşdur. İranlıya narkotikə görə bank kartı ilə 100 manat pul göndərmişdir. Hadisədən bir-iki gün əvvəl ona məlumat verilmişdir ki, narkotik vasitə Füzuli-Cəbrayıl magistral yolununun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığından keçən hissəsində yolun kənarında olan sınıq dirəyin yanına qoyulmuşdur. 27 mart 2022-ci il tarixdə həmişə olduğu kimi gecə növbəsində işdə olduğu zaman traktor sürücüsü xəstələndiyindən iş rəisi ona həmin şəxsi qeyd olunan şirkətin avtomobili ilə şirkətin bazasındakı tibb məntəqəsinə aparmasını və avtomobili orada saxlamasını, daha sonra özü yol ilə gələn avtomobillərin biri ilə geri qayıtmasını demişdir. O da idarə etdiyi su avtomobilini orada saxlamış və işlədiyi şirkətin avtomobili ilə xəstələnmiş traktor sürücüsünü şirkətin bazasında olan tibb məntəqəsinə aparmışdır. Səhər tezdən Təqsirləndirilən şəxs2 işçiləri əraziyə apardığını bildiyi üçün sonuncu ilə əlaqə saxlamış və onu da götürməsini demişdir. Lakin Elbrus artıq yolda olduğunu demişdir. Bundan sonra şirkətdə dincəlmişdir. Həmin günün ikinci yarısı Elbrus ona zəng edərək maşını gətirmək üçün sahşəyə gedib-getmədiyini soruşmuşdur. O isə maşın olmadığına görə getmədiyini demişdir. Süleymana sahəyə getsə, onu da öz avtomobili ilə aparmasını demiş, məqsədi idarə etdiyi su maşınını sahədən gətirmək olmuşdur. Həmin gün saat 15 radələrində Elbrsun avtomobili ilə şirkətdən çıxaraq Füzuli-Cəbrayıl avtomobil yolu ilə Cəbrayıl istiqamətində yola düşmüşlər. Elbrusla yolun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi ərazisindən keçən hissəsində yolun kənarında qoyulmuş narkotiki götürüb birlikdə çəkmək barədə razılığa gəlmişlər. Onlar avtomobil ilə hərəkətdə olmaqla yolun kənarında yerləşən sınıq dirəyin yanına çatanda orada dayanmışlar. Avtomaşından düşərək siqaret qutusunun içərisimndə oraya atılmış narkotik vasitəni axtarmaq istəyərkən polis işçiləri oraya gəlmişlər. Polis işçiləri onun telefonuna baxmışlar, telefonunda sınıq stolbanın yanında narkotik atılmasını, gedib onu götürməsi barədə səsli sms olmuşdur. Polis işçiləri həmin dirəyin ətrafını axtarmışlar, lakin heç bir narkotik tapmamışlar. Sonra onların hər ikisini avtomaşına mindirib oradan təxminən iki kənd uzaqlaşdırmışlar. Təxminən 40 dəqiqə sonra onları həmin yerə qaytarmışlar. Sınıq dirəyin ətrafına yenidən baxdıqda orada, təxminən 2 metr kənarda iki ədəd sellofan torbalarda narkotik vasitələr aşkar olunmuşdur. Həmin narkotik vasitələrin onlara aidiyyəti yoxdur. Polis işçiləri onları həmin ərazidən apardıqdan sonra oraya narkotik vasitələri qoymuşlar və yenidən onları həmin yerə qaytarmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq ediən ifadəsində isə özünün elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifədə edir. Füzuli rayonunda yerləşən «Kaliyon» şirkətində su maşını idarə edir. Həmin şirkətdə işləyən Təqsirləndirilən şəxs2 ilə 4-5 ay əvvəl tanış olmuşlar. 2022-ci ilin fevral ayının əvvəllərində ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatcapp” proqramı vasitəsi ilə +989 143 304 429 saylı nömrədən zəng gəlmiş, zəng edən şəxs İran İslam Respublikasının vətəndaşı olduğunu və adının Ramin olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslə “Whatcapp” proqramı vasitəsi səsli və görüntülü danışmağa başlamışdır. Ramin adlı şəxs Azərbaycan Respublikasında tanışı olduğunu, istəsə, ona istifadəsi üçün Azərbaycanda narkotik vasitə marixuana verə biləcəyini demişdir. O isə Ramil adlı şəxsə onu Azərbaycanda olan həmin şəxslə tanış etməsini, lazım olanda həmin şəxsdən marixuana alacağını demişdir. Ramil adlı şəxs razılaşaraq ona “Kapital Bank”a məxsus plastik kartın fotoşəkilini göndərmişdir. O, həmin plastik karta 100 manat pul göndərmişdir. Təxminən 25-26 mart 2022-ci il tarixdə Ramin adlı şəxslə “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayarkən Ramin adlı şəxs Cəbrayıl rayonu ərazisində narkotik vasitə olan bağlama gizlətdiyini, həmin bağlamanı götürməsini, ona deyəcəyi adamlara paylamasını, qalanını da zəhmət haqqı kimi özü üçün saxlamasını demişdir. O, həmin şəxslə razılaşmış, bundan sonra Ramin adlı iranlı ona narkotik maddəni gizlətdiyi yeri, həmin yerin yanında əyri işıq dirəyi olduğunu demiş və həmin yeri rahat tapmaq üçün oranın “konum”unu “Whatsapp” proqramı vasitəsilə ona göndərmişdir. 27 mart 2022-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs2la işlədikləri “Kalyon” şirkətinin Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən bazasında söhbət edən zaman sonuncu ona “Kalyon-46” adlanan əraziyə gedəcəyini demişdir. O da Təqsirləndirilən şəxs2 “gəl həmin yerə mənimlə birlikdə gedək” sözləri demişdir. Təqsirləndirilən şəxs2 da onunla razılaşmış və o, Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda onun yanında əyləşmişdir. Təqsirləndirilən şəxs2 da avtomobili idarə edərək, Cəbrayıl rayonu Şükürbəyli kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Onlar yol ilə gedərək Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığında əyri işıq dirəyinə çatan zaman Təqsirləndirilən şəxs2 avtomobili saxlamasını demişdir. Təqsirləndirilən şəxs2 da idarə etdiyi avtomobili hərəkətdə olduğu istiqamətdə yolun sağ ehtiyyat hissəsində saxlamışdır. O, avtomobildən yerə düşmüş və bu vaxt Təqsirləndirilən şəxs2 ondan hara getdiyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs2 oradan narkotik vasitə götürəcəyini, ona da istifadə etmək üçün bir az narkotik vasitə verərəcəyini demişdir. Təqsirləndirilən şəxs2 onunla razılaşmış və idarə etdiyi avtomaşında əyləşərək onu gözləmişdir. O mobil telefonunun “Whatsapp” proqramı vasitəsilə Ramin adlı iranlı ilə əlaqə saxlamış və onun qoyduğu narkotik vasitənin yerini tam dəqiqləşdirmişdir. Daha sonra Ramin adlı şəxsin narkotik vasitəni qoyduğu yerə, yəni gəldikləri istiqamətdə həmin yolun sol kənarına yaxınlaşmış və yoldan təxminən 1-2 metr kənarda olan iki ədəd qara rəngli bükülü kisəni uzaqdan görmüşdür. O, həmin kisələri götürmək üçün oraya yaxınlaşmaq istəmiş və bu zaman oraya avtomobil ilə polis əməkdaşları yaxınlaşmışlar. Həmin avtomobildən düşən polis əməkdaşları ona özlərini təqdim etdikdən sonra minalanmış ərazidə nə axtardığını, daha sonra orada olan iki ədəd bağlamanı görərək, həmin kisələrdə nə olduğunu soruşmuşlar. O da yalandan həmin kisələrin sadəcə bağlama olduğunu demişdir. Daha sonra həmin polis əməkdaşları iki ədəd qara rəngli olmaqla bir-birinə bağlanmış bağlamaya yaxılaşmışlar və baxmışlar. Bundan sonra o, polis əməkdaşlarının həmin bağlamada narkotik vasitə olduğunu gördüyünü güman etmiş və buna görə məcbur qalıb həmin bağlamalarda narkotik vasitə olduğunu, Ramin adlı iranlı tanışının göndərdiyini bildirmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan “Samsung A10” markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 da üzərində şəxsi axtarış aparılarkən bir ədəd mobil telefon müəyyən edilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra o, yolun kənarında olan iki ədəd qara rəngli polietilen torbanı gizlədildiyi yerdən götürmüş və polis əməkdaşlarına təqdim edərək, Ramin adlı iranlı tanışının göndərdiyini bildirmişdir. Həmin polietilen torbalar polis əməkdaşları tərəfindən açılmış və həmin torbalarda ümumilkdə cəmi 08 ədəd üzəri yapışqan lentlə sarılmış polietilen bükülü olduğu müəyyə olunmuşdur. Həmin polietilen bükülülər polis əməkdaşları tərəfindən bıçaqla kəsilmiş və həmin bükümlərdən 07 ədədinin içində narkotik vasitə hesab olunan qurudulmuş marixuana, digər 01 ədəd polietilen bükülünün içində isə 17 ədəd qutuda qablaşdırılmış və üzərində “medhadon 40” sözləri yazılmış dərman preparatı olduğu müəyyən olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmişlər. Daha sonra aşkar olunmuş narkotik vasitələr ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokol baxış iştirakçılarına ucadan oxunmuş onların özləri və müdafiəçiləri tərəfindən imzalanmışlar. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən “Kalyon” şirkətində sürücü işləməklə "xxxx" markalı, **-DZ-*** qeydiyyat nişanlı mikroavtobusu idarə edir. Təqsirləndirilən şəxs1lə bir şirkətdə işləməklə münasibətləri yaxşı olmuşdur. 27 mart 2022-ci il tarixdə saat 16 radələrində “Kalyon” şirkətinə məxsus bazada olduğu zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək avtomaşınının işdə qaldığını bildirmiş, “Kalyon-46” adlanan əraziyə gedirsə, onu da aparmasını xahiş etmişdir. O, həmin gün axşam üstü Zəngilana gedərək oradan şirkətin işçilərini gətirməli olmuşdur. İlhama həmin yerə, yəni «Kalyon-46» adlanan əraziyə gedəcəyini bildirmişdir. Bundan sonra İlham Baxışaliyev bazada ona məxsus avtomaşına minmiş və Füzuli-Cəbrayıl avtomobil yolu ilə işlədiyi sahə istiqamətində yola düşmüşlər. Yolda İlhama demişdir ki, çəkməyə bir şey vardırmı? İlham isə ona qabaqda narkotik olduğunu, maşını saxlayarsan, götürüb çəkərik-demişdir. Yolun kənarında olan əyri elektrik dirəyinin yanına çatanda İlham ona demişdir ki, burada avtomaşını saxla, narkotiki götürməliyəm. O da avtomobili saxlamışdır. İlham avtomaşından düşmüş əyri dirəyin ətrayfna baxmağa başlamışdır. Bu zaman polis işçiləri həmin yerə gələrək onları saxlamışlar. Sonra həmin ərazidən iki ədəd sellofan bağlamada narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən “Kalyon” şirkətində sürücü işləyir. "xxxx" markalı, **-DZ-*** qeydiyyat nişanlı mikroavtobusu idarə edir. Şirkətin işçilərini daşıyır. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmiş, hazırda da olandan istifadə edir. Təqsirləndirilən şəxs1 iş yolduşı kimi tanımış və münasibətləri yaxşı olmuşdur. 27 mart 2022-ci il tarixdə saat 16 radələrində şirkətə məxsus bazada olduğu zaman Təqsirləndirilən şəxs1 ona “Kalyon-46” adlanan əraziyə getsə, onu da aparmasını demişdir. İlham Bəxşiyevdən nə səbəbdən onunla getmək istədiyini soruşduqda X4 rayon Böyük Mərcanlı kəndinin yaxınlığında keçən avtomobil yolunun kənarında olan əyri işıq dirəyinin yanında saxlamasını, yolun kənarından narkotik vasitə götürəcəyini və həmin narkotik vasitənin bir hissəsini də istifadə etmək üçün ona verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1lə razılaşmış və həmin tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs1 də idarə etdiyi avtomobilə götürmüş və Füzuli-Cəbrayıl avtomobil yolu ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi istiqamətində hərəkət etsələr də, Təqsirləndirilən şəxs1 əyri elektrik dirəyini tapa bilməmişdir. Sonra avtomobili geri döndərərək Cəbrayıl rayonu Şükürbəyli kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 300-400 metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs1 ona maşını saxlamasını, əyri elektrik dirəyinin orada olmasını demişdir. O avtomobili saxlayan kimi Təqsirləndirilən şəxs1 bıçağı götürərək yerə düşmüşdür. O, Təqsirləndirilən şəxs1 haraya getdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 əyri elektrik dirəyinin yanına atılan “şeyi” götürüb gələcyini demişdir. Təqsirləndirilən şəxs1 bıçağı hansı səbəbdən götürdüyünü soruşmuş, Təqsirləndirilən şəxs1 də “şeyi” axtaran zaman qanqal da yeyəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yolun sol tərəfinə keçmişdir. Bu zaman yolun sol tərəfində əyri elektrik dirəyinin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 yolun kənarında qanqal yemək adı ilə narkotik vasitə axtarmağa başlamış, lakin həmin narkotik vasitənin gizlədildiyi yeri tapa biləmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 mobil telefon ilə kiminləsə danışmış və yolun kənarını axtararaq həmin narkotik vasitəni tapmağa çalışmışdır. İlhamla danışan şəxsin narkotikin yeri barədə “Whatsapp” vasitəsilə “konum” atdığını başa düşmüşdür. Mobil telefon ilə Təqsirləndirilən şəxs1 təxminən 2-3 dəqiqə orada narkotik vasitə axtarandan sonra həmin narkotik vasitənin olduğu yeri tapmış və yaxınlaşaraq həmin narkotik vasitəni götürmək istəyən zaman polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1a yaxınlaşmışlar və nəsə söhbət etmişlər. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 mobil telefonunu əlindən almışlar və baxmağa başlamışlar. Onlar gələndən təxminən 1-2 dəqiqə sonra polis əməkdaşları onu yanlarına dəvət etmişlər. Polis əməkdaşları ona özlərini təqdim etdikdən sonra minalanmış ərazidə nə axtardıqlarını soruşmuşlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 mobil telefonuna baxandan sonra onun mobil telefonunda səs yazısı tapmışlar. Həmin səs yazısını ona da qulaq asdırmışlar və həmin səs yazısında “qırıq stolbanın” dibinə tulladıqlarını və üzərinə azca torpaq atıldığı deyilirdi. Daha sonra həmin polis əməkdaşlarından biri yoldan təxminən 2 metr kənarda olan 2 ədəd qara rəngli polietilen bağlamanı görmüş və onlardan həmin kisələrdə nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 də həmin kisələrin sadəcə bağlama olduğunu demişdir. Polis əməkdaşları iki ədəd qara rəngli olmaqla bir-birinə bağlanmış bağlamaya yaxılaşmışlar və baxmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının həmin bağlamalarda narkotik vasitə olduğunu gördüklərini bilmiş və məcbur qalıb həmin bağlamalarda narkotik vasitə olduğunu, Ramil adlı iranlı tanışının göndərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə həmin yerdə dayanmışlar, ona və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanusuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğuqları üçün üzərində və orada olan torbalara baxış keçirilməsi zərurət yarandığını bildirmişlər. Bundan sonra ona polis əməkdaşları onların hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Onları şübhəli şəxs kimi tutmuşlar. Üzərlərində videoçəkilişdən istifadə etməklə baxış keçirilmişdir. O, əynində olan şalvarın sağ cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A3” markalı və sol cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung J1” markalı mobil telefonları könüllü olaraq çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 yolun kənarında olan iki ədəd qarar rəngli polietilen torbanı gizlədildiyi yerdən götürmüş və polis əməkdaşlarına təqdim edərək, iranlı tanışının göndərdiyini bildirmişdir. Həmin polietilen bağlamalar polis əməkdaşları tərəfindən açılmış və həmin bağlamalarda ümumilkdə cəmi 08 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış qara rəngli polietilen torba olduğu müəyyən olunmuşdur. Həmin polietilen bükülülər polis əməkdaşları tərəfindən bıçaqla kəsilmiş və həmin bükümlərdən 07 ədədinin içində narkotik vasitə hesab olunan qurudulmuş marixuana, digər 01 ədəd polietilen bükülünün içində isə 17 ədəd qutuda qablaşdırılmış və üzərində “medhadon 40” sözləri yazılmış dərman preparatı olduğu müəyyən olunuşdur. Həmin maddələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş və onların iştirakları ilə bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Cəbrayıl rayon polis şöbəsinin cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 27 mart 2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərin ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, rayon polis şöbəsinin əməkdaşları-polis mayoru Şahid2 və polis nəfəri Şahid3 ilə birlikdə həmin tarixdə saat 16:50 radələrində əməliyyat tədbirlərinin keçirilməsinə başlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vaxt Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin yaxınlığında olan avtomobil yolu ilə sonuncunun idarə etdiyi qara rəngli, "xxxx" markalı, **- DZ-*** qeydiyyat nişanlı avtomobillə Cəbrayıl istiqamətində hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşlər. Təxminən 15 dəqiqə sonra həmin avtomobil Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin mərkəzindən keçən avtomobil yolu ilə hərəkət edərək, əsas yola, yəni Horadiz-Cəbrayıl yoluna çatmışdır. Bundan sonra qeyd olunan avtomobil sola dönərək Cəbrayıl istiqamətində hərəkət etmək əvəzinə sağa dönərək yenidən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi istiqamətində hərəkət etməyə başlamış, təxminən 5 dəqiqə sonra Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığında yolun sağ tərəfində dayanmışdır. Bundan sonra sürücüsü və həmin avtomobildə sağ qabaq oturacada əyləşmiş şəxs yerə düşmüşlər. Sürücü yolun sağ tərəfində quraşdırılmış elektrik dirəyinin, sərnişin isə yolun sol tərəfində quraşdırılmış əyri elektrik dirəyinin yanına getmişlər. Həmin şəxslər yolun kənarında, minalanmış ərazidə təxminən 3-4 dəqiqə ərzində narkotik vasitə və psixotrop maddə axtaran zaman onlara yaxınlaşaraq özlərini təqdim edərək, minalanmış ərazidə nə axtardıqlarını soruşmuşlar. Bu zaman qeyd olunan avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs2 və həmin avtomobildə sərnişin olan şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 əvvəl qanqal yediyini demiş, lakin bu vaxt o, yoldan təxminən 2 metr kənarda olan 2 ədəd qara rəngli polietilen bağlamanı görmüş və əlini həmin bağlamalara uzadaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kisələrdə nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 də həmin kisələrin sadəcə bağlama olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2 ədəd bağlamada narkotik vasitə və psixotrop maddə olmasından şübhələndiklərini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 məcbur qalıb həmin bağlamalarda narkotik vasitə və psixotrop maddə olduğunu, Ramin adlı İranlı tanışının gətirib orada gizlətdiyini bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin yerdə dayanaraq sonunculara narkotik vasitələrin və psixotrop maddələrin qanusuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün üzərlərində şəxsi axtarış və orada olan torbalara baxış keçirilməsi zərurət yarandığını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuşlar. Onların üzərlərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 üəzrindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs1 təqdim etdiyi mobil telefona baxdıqda telefonuna “Whatsapp” proqramı vasitəsilə xatırlamadığı, lakin İran İslam Respublikasına aid telefon nömrəsindən narkotik vasitənin və psixotrop maddənin yerini müəyyən etmək üçün “konum” və bu barədə səs yazıları göndərildiyini görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 cibindən bir ədəd “Samsung” markalı və “Samsung” markalı mobil telefonu könüllü olaraq çıxarıb təqdim etmişdir. Daha sonra onlara yolun kənarında olan iki ədəd qara rəngli polietilen torbanı və həmin torbada olan əşya və predmetləri təqdim etmələri təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 yolun kənarında olan iki ədəd qara rəngli polietilen torbanı gizlədildiyi yerdən götürmüş və təqdim edərək, Ramin adlı iranlı tanışının göndərdiyini bildirmişdir. Həmin polietilen torbalar onlar tərəfinizdən açılmış və həmin torbalarda ümumilkdə 08 ədəd üzəri yapışqanlı lentlə sarılmış polietilen bükülülər olduğu müəyyən olunmuşdur. Həmin polietilen bükümlərdən 07 ədədinin içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, digər 01 ədəd polietilen bükülünün içində isə 17 ədəd qutuda qablaşdırılmış və üzərində “medhadon 40” sözləri yazılmış dərman preparatı olduğu müəyyən olunmuşdur. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yolun kənarında saxladıqdan sonra əraziyə baxış keçirməmişdən əvvəl onları oradan başqa yerə aparmamış və bir müddət sonra yenidən həmin yerə qaytarmamışlar. İlham Baxşəliyev və Təqsirləndirilən şəxs2 yolun kənarında saxladıqdan sonra onların iştirakları ilə əraziyə baxış keçirmişlər və oradan iki ədəd polietilen torbalarda narkotik vasitələr aşkar olunmuşdur. Onlara heç bir təsir-təzyiq göstərməmişlər. Cəbrayıl Rayon Polis Şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 da məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 27 mart 2022-ci il tarixli axtarış və götürmə haqqında protokollardan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlandıqları Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığında İlham Bəxşiyevin göstərdiyi yerdən 2 ədəd bir-birlərinə bağlanmış torbalarda 7 ədəd bükümlərdə 2118 qram, 783 qram, 1190 qram, 1398 qram, 787 qram, 567 qram və 672 qram olmaqla ümümi 7515 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya oxşar kütlə və 17 ədəd qutularda cəmi 1700 ədəd narkotik vasitə hesab edilən “medhadon 40”a oxşar həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 28 mart 2022-ci il tarixli, 18/356 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən götürülmüş 3 ədəd ayrı-ayrılıqda çəkiləri 650,0 qram, 865,0 qram, 700,0 qram-ümumi çəkisi 2215 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamanın içərisində 4 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda çəkləri 770,0 qram, 550,0 qram, 1375, 0 qram, 1930,0 qram-ümumi çəkisi 4625,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuananın ümumi çəkisi 6840 qramdır. Materialların məhkəmə ekspertizasının 28 mart 2022-ci il tarixli, 6/1669 nömrəli rəyinində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi üzərində “Methadon 40...Faran” yazıları olan 17 qutuda ümumilikdə 170 ədəd eyni göstərişli blisterdə ümumilikdə 1700 ədəd bozumtul-qəhvəyi rəngli, səthlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində ümumi təmiz çəkisi 68 qram metadon maddəsi müəyyyən edildi. Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2022-ci il tarixli, 3206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etməsi halları olmuşdur, lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin ekspertizanın 13 iyun 2022-ci il tarixli, 3205 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs1 saxlanılması zamanı onun üzərində olmuş “Samsung 10” markalı mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yaddaş kitabçasında “X7 070 627 02 00”, həmçinin İran İslam Respublikasının operatoruna məxsus “Ramin Quş +98 914 330 4429” nömrələri qeyd olunmuşdur. “X7 070 627 02 00” nömrəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi mütəmadi olaraq danışıqlar aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə İran İslam Respublikasının operatoruna məxsus “Ramin Quş +98 914 330 4429” nömrəsindən “WhatsApp” proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:54:36, 0:10 (on) dəqiqə olmaqla “qaqaş ey qadan alım, Çaxırlı kəndinin börü, bax Çacırlı kəndinin börü, Çaxırlı kəndində şiy yola gəlsin, Çaxırıl, Çaxırılı, Mirzəqaralı ilə Çaxırlının arasına” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 19:54:38 0:20 də (iyirmi dəqiqə) “Qaqaş ey, mən sənə atdığım o, keşedən bax bura Çaxırlı yazmışam, Çaxırlı, Çaxırlını üstələyir Şükürbəyliyə sarı, Cocuq Mərcanlı, aşağı tərəfi Mirzənağılıdı, Mirzənağılıdan gedir Qazaxlardı, Qazaxlardan rədd olur Əhmədlilərə, Əhmədlilərdən də gedir Horadizə day, babam Çaxır çox qəşəng konumdu bidənə”, xx.xx.2022-ci il tarixdə saat 05:43:50-də 0:17 (on yeddi) dəqiqə olmaqla “Qaqaş ey, səs atmışam ona qulaq as, deyirəm ona qulaq as qadan alım, atdığım səsə qulaq asın, Caxırlı var a... Cocuq Mərcanlıdan gəlir Çaxırlıya, Çaxırlıdan rədd olur gedir Mirzənağılıya, Mirzənağıdan Qazaxlara, Qazaxlardan Əhmədlilərə, Əhmədlilərdən də maşallah qoy getginən Bakıya” məzmunlu səsli mesajlar göndərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefona İran İslam Respublikasının operatoruna məxsus adı qeyd olunmayan “+98 937 456 9551” saylı nömrədən “WhatsApp” proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:23:01-də 0:36 (otuz altı) dəqiqə olmaqla “Qardaşım ya sınıq sdolbanın dibinə qoyulacaq, ya da ki o bir az müəyyən yerdi, ya da ona qoymasaq ondan bir dənə bi tərəflik qoyacağıq, elə də cox da bastırmayacağıq ki, elə belə bastırırq ki, üzünə bir az torpaq atırıq ki, görsənməsin, day onu biz bir metr yer qazıb basdırmırıq ki elə-belə day əli uzad götür day, işıq dirəyi də həmin o stolba asfaltdan 2 metr məsafədədi düş götürdü, bax narahat olma”, xx.xx.2022-ci il tarixdə saat 01:14:55-də 0:16 (on altı) dəqiqə olmaqla “yox sınıq stolbadan bi dənə bi tərəfi Şükürbəylidi, elə həmişəki yerdi bax, sınıq stolbanın dibinə qoymurduq ki, sınıq stolbaya bi dənə qalan Şükürbəyliyə tərəf onun dibindədi, həmişəki yerdə” sözləri səslənən,xx.xx.2022-ci il tarixdə saat 01:16:08-də 0:10 (on) dəqiqə olmaqla “sınıq stolbaya bir dənə qalan Şükürbəyliyə tərəf” sözləri səslənən 3 (üç) ədəd səsli mesaj göndərildiyi müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefona İran İslam Respublikasının operatoruna məxsus adı qeyd olunmayan “+98 937 456 9551” saylı nömrədən “WhatsApp” proqramı vasitəsilə narkotik vasitənin və psixotrop maddənin yerini göstərən işarə-“Konum” göndərildiyi, həmin işarədə-“konum”da aşağı hissədə solda “Google” sozləri, həmin sözün üst hissəsində sol aşağı tərəfdən sağ yuxarı tərəfə doğru avtomobil yolu olduğu, həmin sol aşağı tərəfdən sağ yuxarı tərəf doğru həmin yolun üzərində qırmızı fonda “E002” hərf və rəqəmləri, daha sonra narkotik vasitənin və psixotrop maddənin dəqiq yerini göstərən qırmızı rəngli “işarə”, daha sonra “Marian” sözü və daha sonra qırmızı fonda “E002” hərf və rəqəmləri təsvir olunduğu müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefona “WhatsApp” proqramı vasitəsilə narkotik vasitənin və psixotrop maddənin yerini göstərən işarəni- “Konum”u həmin telefona yüklənmiş “xəritə”də axtarıldı və həmin xəritədə qeyd olunan məkanın kordinatlarının 39o22”30.3”N47o14”04.8”E olduğu və həmin kordinatların alt hissəsində “E002” hərf və rəqəmləri qeyd olunduğu müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung 10” markalı mobil telefonun “Galareya” bölməsinə baxış keçirilərkən bölmədə 26 mart 2022-ci il tarixdə saat 05:43-də “WhatsApp” proqramı vasitəsilə göndərilmiş videogörüntü olduğu, həmin videogörüntüdə naməlum avtomobilin salonunda şəxiyyəti istintaqa məlum olmayan şəxsin içərisində narkotik vasitə və psixotrop maddə olmasında şübhəli olan 2 (iki) ədəd qara rəngli polietilen torbanı sərgiləməsi və həmin qara rəngli torbalardan birinin üzərinə içərisində psixotrop maddə olmasında şübhəli olan ağ rəngli olmaqla bir qədər kiçik həcimli polielilen torbanın yapışqan lentlə yapışdırıldığı görünür. Həmin 2 ədəd qara rəngli politilen torba və onlardan bir ədədinin üzərinə yapışqan lentlə yapışdırılan kiçik həcimli ağ rəngli polietilen torba hadisə yerindən aşkar olunaraq götürülən bağlamalara oxşar torbalardır. Bundan başqa, baxış keçirilən zaman həmin mobil telefonun “Galareya” bölməsində xx.xx.2022-ci il tarixdə saat 13:35-də “WhatsApp” proqramı vasitəsilə göndərilmiş aşağı və orta hissəsi müəyyən qədər əyilmiş dəmir dirəyin (əyri elektrik dirəyinin) olduğu müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefona İran İslam Respublikasının operatoruna məxsus adı qeyd olunmayan “+98 937 456 9551” saylı nömrədən “WhatsApp” proqramı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 19:23:01-də 0:36 (otuz altı) dəqiqə olmaqla “Qardaşım ya sınıq sdolbanın dibinə qoyulacaq, ya da ki o bir az müəyyən yerdi, ya da ona qoymasaq ondan bir dənə bi tərəflik qoyacağıq, elə də cox da bastırmayacağıq ki, elə belə bastırırq ki, üzünə bir az torpaq atırıq ki, görsənməsin, day onu biz bir metr yer qazıb basdırmırıq ki elə-belə day əli uzad götür day, işıq dirəyi də həmin o stolba asfaltdan 2 (iki) metr məsafədədi düş götürdü, bax narahat olma” sözləri səslənən, xx.xx.2022-ci il tarixdə saat 01:14:55-də 0:16 (on altı) dəqiqə olmaqla “yox sınıq stolbadan bi dənə bi tərəfi Şükürbəylidi, elə həmişəki yerdi bax, sınıq stolbanın dibinə qoymurduq ki, sınıq stolbaya bi dənə qalan Şükürbəyliyə tərəf onun dibindədi, həmişəki yerdə” sözləri səslənən,xx.xx.2022-ci il tarixdə saat 01:16:08-də 0:10 (on) dəqiqə olmaqla “sınıq stolbaya bir dənə qalan Şükürbəyliyə tərəf” sözləri səslənən 3 (üç) ədəd səsli mesaj göndərildiyi müəyyən edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 8977 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışlar. İşdə olan məhkəmə hökmünün surətindən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 274326/3-12 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 5 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Mingəçevir Şəhər Məhkəməsinin 7(051)-65/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə aministiya aktına əsasən 1 (bir) il azaldılmış və cəzasının 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) günü çəkilməmiş qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində xx.xx.2009 və xx.xx.2011-ci ildə doğulmuş iki uşaqları vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhərində yaşayır, barəsində ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində xx.xx.2008, xx.xx.2010, xx.xx.2017-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər İlham Baxşəliyev və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlama və daşımağa cəhd etmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını və tədqiq edilmiş sübutları nəzərə alaraq Təqsirləndirilən şəxs1 yolun kənarında onun üçün qoyulmalı olan 10 qram narkotik vasitə qurudulmuş marixuananı götürmək üçün dayanması, polis işçiləri onu narkotik vasitəni axtardıqları zaman saxlayarkən həmin yeri axtarsalar da, narkotik olmaması, polis işçilərinin onları həmin yerdən uzaqlaşdırmaqla təxminən 40 dəqiqə sonra yenidən həmin yerə gətirmələri, aşkar olunmuş narkotik vasitələrin həmin yerə polis işçiləri tərəfindən qoyulması barədə, eləcə də Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs1 sərnişin kimi aparması, həmin əraziyə narkotikləri götürmək məqsədi ilə getməməsi, yolda narkotik vasitəyə ehtiyacı olduğunu bildirməsindən sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə götürəcəklərini ona deməsi barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kim qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, habelə təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İlham Baxşəliyevin himayəsində iki, Təqsirləndirilən şəxs2 himayəsində isə bir azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzalarını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 29, 234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 63.3-cü maddəsinin tələbini nəzərə alır. Belə ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə də, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 il müəyyən edildiyindən təqsirləndirilən şəxslərə təyin olunan cəzanın müddəti 12 ilin dörddə üçündən, yəni doqquz ildən çox ola bilməz. Bundan əlavə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) günü müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və İlham Baxşəliyev cəzalarını CMnin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 27 mart 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 6839,65 qram narkotik vaitə qurudulmuş marixuana, 1683 ədəd metadon həbləri məhv edilməlidir. Təqsirləndirilən şəxs1 məxsus «SAMSUNG A10» markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “SAMSUNG A03 Core” markalı mobil telefonlar onların ailələrinə verilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 6 ədəd, Təqsirləndirilən şəxs2 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd A4 formatlı vərəqlər, Təqsirləndirilən şəxs1 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd CD-R disk, telefon danışıqları barədə məlumatların əks olunduğu 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdırlar. Ekspertiza xərci 269 manat 74 qəpik təqsirləndirilən şəxslərin hər birindən 134 manat 87 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 6839,65 qram narkotik vaitə qurudulmuş marixuana, 1683 ədəd metadon həbləri məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus «SAMSUNG A10» markalı və Təqsirləndirilən şəxs2 məxsus “SAMSUNG A03 Core” markalı mobil telefonlar onların ailələrinə verilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 6 ədəd, Təqsirləndirilən şəxs2 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd A4 formatlı vərəqlər, Təqsirləndirilən şəxs1 məxsus telefonun yaddaşında olan məlumatların köçürüldüyü 1 ədəd CD-R disk və telefon danışıqları barədə məlumatların əks olunduğu 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 269 manat 74 qəpik təqsirləndirilən şəxslərin hər birindən 134 manat 87 qəpik alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-186/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-186/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver