Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-186/2025 15.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi - X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 2002-ci ildə Astara rayonu, Maşxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(018)- 58/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 sentyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində Astara şəhər sakini Şahid6 1,803 qram çəkidə naroktik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:05 radələrində 01 ədəd bükümdə olmaqla narkotik vasitənin 0,991 qram hissəsini yaşadığı ünvan 1 ünvanının qarşısında yetkinlik yaşına çatmadığını bildiyi xx xxxxxxxx 2008-ci il təvəllüdlü Şahid7 30 manat pul qarşılığında qanunsuz olaraq satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Şahid6 əldə etdiyi 1,803 qram çəkidə naroktik vasitə qurudulmuş marixuananın bir hissəsini Şahid7 satdıqdan sonra qalan hissəsini, yəni-0,812 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 02 sentyabr 2024-cü il tarixdə, saat 23:20 radələrində Astara şəhəri Bulvarı ərazisində yetkinlik yaşına çatmadığını bildiyi xx xxxxxxx 2008-ci il təvəllüdlü Şahid8 01 ədəd siqaret dənəsinin içərisinə doldurulmuş 0,091 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 10 manat pul qarşılığında təkrar satmış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 03 sentyabr 2024-cü il tarixdə, saat 01:55-də Astara şəhəri, H.Əliyev prospektində “Ləvəngi bazarı” adlanan ərazidə saxlanılıb üzəri yoxlanılarkən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,721 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.2ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, Mikayıla narkotik verməmişdir. Tuncaya narkotik vasitə satmamışdır, ancaq Tuncaya istifadəsi üçün narkotik vasitə vermişdir. Qurudulmuş marixuananı Cavid adlı şəxsdən istifadəsi üçün almışdır, aldığı qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Əvvəllər Tuncayla bir yerdə dəfələrlə narkotik vasitə qurudulmuş marixuana çəkmişdir. Tuncayın az yaşlı olduğunu bilməmişdir. Polis əməkdaşları gəlib onu evindən götürmüşlər, polis əməkdaşları onu tutan zaman üzərində heç nə olmamışdır. Üzəri yoxlanılan zaman üzərindən heç nə çıxmamışdır. Polis şöbəsində çəkliş vaxtı, polis əməkdaşları onun üzərinə narkotik vasitə qoyaraq götürmüşlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni Şahid6 adlı şəxsdən alıb istifadə etmişdir. Cavidin narkotik vasitəni kimdən almasını bilməmişdir. Narkotik vasitəni Caviddən pulla almışdır. Tutulan gün Caviddən 20 manata bir qram narkotik vasitə almışdır. Cavid narkotik vasitəni ona şəffaf sellofanın içərisində Astarada Bulvar ərazisində satmışdır. Narkotik vasitəni Caviddən götürəndən sonra üzərində saxlamışdır. Gecə saat 00:05-də işdən çıxmışdır. Tuncay ona 20 manat pul atmışdı ki, narkotik götürüb çəksinlər. Caviddən aldığı narkotik vasitəni Tuncaya vermiş və ona bir yerdə çəkərik demişdir. Tuncay narkotik vasitənin yarısın ona vermiş, yarısını özündə saxlamış və ona “uşaq var gedib görüşüm, gələrəm çəkərik” demişdir. Tuncay getmiş o, da təxminən 20 dəqiqə gözləmiş Tuncay gəlməmişdir. Məhəllədə uşaqlar ona Tuncayın tutulduğunu demişlər. Daha sonra o, evə getmiş, polislər gəlib onu evdən götürmüşlər. Tuncay ona kiminlə görüşməsini deməmiş, daha sonra Tuncayın Mikayılla görüşməsini və Mikayıla nəşə satmasını bilməmişdir. Qurudulmuş marixuananı çəkmək üçün götürsələr də çəkə bilməmişlər. O, gün 13 manata işləmiş və istifadə etmək üçün qurudulmuş marixuana almışdır. Əvvəllərdə dəfələrlə istifadə etmək üçün narkotik vasitə almışdır. Tuncay da narkotik vasitə almış, ancaq Tuncay onun kimdən narkotik vasitə alıb verməsini bilməmişdir. Saat 17:30 radələrində işdə olmuş, o “Tir atılan” yeri və “Boks” aparatlarını işlətmişdir. 4-5 gün qabaq Mikayıl gəlib Tir atmış, boks aparatında yumruq vurmuş və ona görə Mikayıl ona borclu qalmışdır. Mikayıl 3 boks zərbəsinə görə ona 1 manat 50 qəpik pul vermişdir. Mikayıl borcuna görə 10 manat onun kartına pul atmış və Mikayıl həmin vaxt ondan siqaret istəmiş “siqaret paçkasının” içərisində bir qutu siqaret qaldığından, həmin qutunu Mikayıla vermişdir. Özü üçün sonra siqaret alıb çəkəcəyini Mİkayıla demişdir. Mikayıl əməliyyatçının bibisi oğludur. Sonra siqareti “basılmış” vəziyyətdə ona vermişlər, əllərində sübutları olmadığı halda ona, “sən bunu basılmış vəziyyətdə Mikayıla vermisən” demişlər. Mikayıl üstündə olan pulu ona nağd vermiş, 10 manatı isə kartına atmışdır. Siqaret qutusunun içində “basılmış nəşə” olmamışdır. Bir-iki ay olar ki, narkotik vasitədən istifadə etmişdir. Tuncayla münasibəti daha yaxşı olmuşdur. Tuncayla bir yerdə narkotik vasitə istifadə etmişlər, elə vaxt olmuşdur ki, Tuncay narkotik vasitə götürüb gəlmiş və bir yerdə narkotik vasitəni çəkmişlər. Bu günə qədər Mikayılla narkotik vasitə istifadə etməmişdir. Mikayılı bacısının sinif yoldaşı kimi tanımışdır. Mikayılın narkotik istifadəçisi olmasını bilməmişdir. Polis əməkdaşları təxminən saat 3-də gəlib onu evdən götürmüşlər, həmin vaxtı anası da evdə olmuşdur. Tuncay ondan narkotik vasitəni götürəndən bir saat sonra polislər onu tutmuşlar. Onu tutan əməliyyatçıların adlarını bilməmişdir. Caviddən çəkmək üçün aldıqları bir qram qurudulmuş marixuananı Tuncayın üstündə tutmuşlar. Tuncay narkotiki satan yerdə onu tutmuşlar. Polislər ona Tuncayda olan narkotiki vermişlər və “bu da sənin üzərindən çıxıb” demişlər. Caviddən aldıqları nəşənin bir qismi Tuncayda, bir qismi isə onda olmuşdur. Polis əməkdaşları onu saxlayanda onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona yalnız bir sillə vurmuşlar, heç bir xəsarəti olmamışdır. İstintaq təcridxanasına daxil olan zaman bədəni üzərində heç bir xəsarəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, həbs olunanadək ünvan 2 ünvanında ailəsi ilə birlikdə kirayə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməsə də, ailəsini dolandırmaq üçün Astara şəhəri dənizkənarı bulvarda «Oyna-qazan»adlı obyektdə tir atanlara nəzarətçi işləmişdir. Təxminən 4 il əvvəl qurudulmuş marixuanadan istifadə etsə də, sonradan bunu tərgitmiş, təxminən iki ay müddətdir ki, qurudulmuş marixuanadan yenə istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitəni isə tanışı Astara şəhər sakini Şahid6 almışdır. Cavidlə telefon vasitəsi ilə əlaqə saxlamış, belə ki, istifadəsində olan ***- ***-**-** sayl mobil nömrəsi ilə Cavidin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsi ilə adi zənglə və ya Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb özü üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Cavid ona qurudulmuş marixuananın 1 qramını 20 manata satmış, o isə narkotik vasitənin əvəzində pulu Cavidin ona verdiyi, kimin adına olduğunu bilmədiyi bank kartına göndərmişdir. Həmin kartlar «ABB» və "xxxx" ASC-yə aid olduğunu bilsə də, lakin 16 rəqəmli şifrəsini xatırlamamışdır. Caviddən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qurudulmuş marixuana almış, belə ki, həmin gün günorta saatlarında yaşadığı evin qonşuluğunda yaşayan Tuncay narkotik vasitə qurudulmuş marixuana tapmağını istəmişdir. Bunun üçün Tuncay ona məxsus bank kartına 30 manat pul göndərmişdir. Tuncay ona 17 yaşının olduğunu demiş, Tuncayla birlikdə əvvəllər bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana çəksə də, ona narkotik vasitə satmamışdır. Tuncay ondan marixuana istədiyi üçün nahardan sonra Cavidlə Whatsapp vasitəsi ilə əlaqə saxlayıb özü üçün 1 qram marixuana istəmişdir. Lakin Cavidə həmin narkotik vasitəni kiməsə verəcəyini deməmiş, Cavid isə onunla razılaşaraq narkotik vasitəni gətirib verəcəyini demişdir. Bundan sonra telefonunda quraşdırılmış «Birbank» proqramı vasitəsi ilə "xxxx"a məxsus bank kartına 20 manat pul göndərdim. Lakin Cavid görüşməyə gecə saat təxminən 22:30 radələrində gəlmişdir. Cavid onunla işlədiyi yerə gəlib görüşmüş, işlədiyi yerdən bir qədər kənara çəkilib gətirdiyi marixuananı götürmüşdür. Həmin marixuana bir ədəd ağ rəngli sellofan bükümdə olmuşdur. Marixuananı götürüb əynində olan şalvarının arxa cibinə qoymuş, narkotik vasitəni Cavid adlı şəxsdən alıqdan sonra aralarında olan razılaşmaya əsasən həmin gün saat 23:05-də Tuncay ilə yaşadığı ünvanın qarşısında görüşmüş və ona 30 manat müqabilində 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı satmışdır. Tuncaya narkotik vasitənin bir qismini satdıqdan sonra özündə qalan kütlədən bir qədərini siqaretə doldurmuş və qalan hissəni isə bükümdə üzərində saxlamışdır. Həmin kütləni Astara şəhər sakini Tuncay adlı şəxsə 30 manata satmış, Tuncay adlı şəxs həmin kütlənin pulunu kart vasitəsi ilə ödəmişdir. Bundan sonra gəzmək üçün dənizkənarı parka getmiş və orada gəzərkən saat 23:20 radələrində tanışı Mikayılı görmüşdür. Mikayıl ona narkotik vasitə olan qurudulmuş marixuana istədiyini bildirmiş və bundan sonra Astara şəhər sakini Mikayıl adlı şəxsə üzərində olan bir ədəd siqaretdə qurudulmuş marixuananı 10 manata satmışdır. Mikayıl narkotik vasitəni aldıqdan sonra oradan çıxıb getmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat 01:55 radələrində Astara şəhəri, Ləvəngi bazarı adlanan ərazidə tək olan zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamış və üzərimdə qanunsuz əşya, predmet olduğu təqdirdə təqdim etməyi bildirmişlər. Əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir bükümdə şəffaf sellofana bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra onu Astara polis şöbəsinə gətirmiş və onun iştirakı ilə üzərindən aşkar edilmiş bir bükümdə şəffaf sellofana bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilmişdir. Baxış zamanı aşkar edilmiş kütləni Astara şəhər sakini Cavid adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra rayon polis şöbəsinə dəvət olunarkən ona qarşı hər hansı bir fiziki zor tətbiq olunmamışdır. İstifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək, törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı heç kimin zor tətbiq edilmədiyini, heç kimin ona hədə-qorxu gəlmədiyini bildirmiş, bu barədə heç kimdən şikayət və tələbi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və digər istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, Tuncayın az yaşlı olduğunu bilməmiş, Tuncaya narkotik vasitə qurudulmuş marixuana pulsuz vermiş, Mikayıl ondan narkotik vasitə qurudulmuş marixuana istəməmiş, Mikayıla bir ədəd siqaretdə qurudulmuş marixuana satmamış, polis əməkdaşları onu küçədə deyil yaşadığı evdə saxlamışlar, polislər ona Tuncayda olan narkotik vasitəni vermişlər və “bu da sənin üzərindən çıxıb” demişlər, polislər onu saxlayanda onun üzərində narkotik olmamış, polis şöbəsində çəkiliş vaxtı polis əməkdaşları üzərinə narkotik vasitə qoymuşlar və polis əməkdaşları ona bir sillə vurmuşlar. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə hər-hansı orqana şikayət etməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında, Tuncayın az yaşlı olduğunu bilməməsi, Tuncaya narkotik vasitə olan qurudulmuş marixuananı pulsuz verməsi, Mikayılın ondan narkotik vasitə qurudulmuş marixuana istəməməsi və Mikayıla bir ədəd siqaretdə qurudulmuş marixuana satmaması, polis əməkdaşlarının onu küçədə deyil yaşadığı evdə saxlamaları, polis əməkdaşları ona Tuncayda olan narkotiki vermələri və “bu da sənin üzərindən çıxıb” demələri, polis əməkdaşlarının onu saxlayanda üzərində narkotik olmaması, polis şöbəsində çəkiliş vaxtı polislərin onun üzərinə narkotik qoymaları, polis əməkdaşlarının ona bir sillə vurmaları ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 03 sentyabr 2024-cü il tarixdə Astara RPŞ-nin X5 Tuncay Rafiq oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 03 sentyabr 2024-cü il tarixdə, saat 00 radələrində əməliyyat qrupunun üzvüləri ilə birlikdə Şahid7 Astara şəhəri ərazisində Ləvəngi bazarı adlanan ərazidə saxlamışlar. Şahid7 üstünün yoxlanılması zamanı sağ ayağında olan ağ rəngli corabın içərisində 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şahid7 həmin kütlənin ona məxsus olmasını bildirmişdir. Daha sonra Şahid7 aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış və Şahid7 Astara RPŞ-nə gətirilmişdir. Astara RPŞ-də xidməti otaqlardan birində onun da iştirakı ilə Şahid7 üzərindən aşkar olunmuş bükülüyə baxış keçirilmişdir. Şahid7 aşkar olunmuş kütləyə baxış zamanı bir daha həmin kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs aldığını, Şahid8 narkotik vasitədən satdığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirinin davamı olaraq 03 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində o, əməliyyat qrupunun üzvüləri ilə birlikdə Təqsirləndirilən şəxs Astara şəhəri ərazisində Ləvəngi bazarı adlanan ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və bundan sonra onun tərəfindən sonuncunun üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Micalal Süleymanlı həmin kütlənin özünə məxsus olduğunu, Şahid7 qurudulmuş marixuana satdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış və Təqsirləndirilən şəxs Astara RPŞ-nə gətirilmişdir. Astara RPŞdə xidməti otaqlardan birində onun da iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütləyə baxış zamanı bir daha həmin kütlənin özünə məxsus olduğunu, narkotik vasitəni Şahid6 əldə etdiyini və Mikayıla narkotik vasitədən satdığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində heç kim döyməmiş, işgəncə verməmiş və heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Dindirilmiş şahidlər Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid5 ifadələrində Şahid2 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. Dindirilmiş şahid Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. 03 sentyabr 2024-cü il tarixdə, saat 00 radələrində əməliyyat qrupunun üzvüləri ilə birlikdə Şahid7 Astara şəhəri ərazisində Ləvəngi bazarı adlanan ərazidə saxlamışlar. Şahid7 üstünün yoxlanılması zamanı sağ ayağında olan ağ rəngli corabın içərisində 1 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şahid7 həmin kütlənin özünə məxsus olmasını bildirmişdir. Şahid7 aşkar olunmuş kütləyə baxış zamanı bir daha həmin kütlənin özünə məxsus olduğunu, həmin kütləni Təqsirləndirilən şəxs aldığını, həmin narkotik vasitədən Şahid8 satdığını bildirmişdir. Şahid7 aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış və Şahid7 Astara RPŞ-nə gətirilmişdir. Bundan sonra xidməti işi ilə bağlı getmişdir. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Mircalal və Məhəmmədşahla da dost olmuşdur. Narkotik vasitə qurudulmuş marixuana çəkmişdir. Mircalal ondan narkotik vasitə qurudulmuş marixuana tapmaq lazım olduğunu demiş, o da Mircalala əgər narkotik vasitə qurudulmuş marixuana olsa xəbər edəcəyini demişdir. Məhəmmədşah ona zəng etmiş, ondan harda olduğunu soruşmuş, Məhəmmədşah ona evdə olduğunu dedikdən sonra məhəllələrinə getmiş və Məhəmmədşahla oturub bir az söhbət etmişdir. Onun narkotik vasitə qurudulmuş marixuana istəməsindən sonra Məhəmmədşah evə girmiş, bir az keçdikdən sonra Məhəmmədşah qurudulmuş marixuananı üstündən çıxarmış və onunla görüşərək Bulvara getmişdir. Mircalal üçün götürdüyü narkotik vasitənin üstündən şəxsi istifadəsi üçün bir az miqdarda götürmüşdür. Mircalala narkotik vasitə satmamış, narkotik vasitəni Məhəmmədşahdan alıb Mircalala vermişdir. Mircalal pulu Məhəmmədşahın kartına atmışdır. Mircalal Məhəmmədşahı tanımamışdır. Mircalala Məhəmmədşahdan narkotik vasitə aldığını, Məhəmmədşaha isə Mircalala narkotik vasitə verməsini deməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, ünvan 9-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ay müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitəni dostu Astara şəhər sakini X3 almışdır. Digər dostu Təqsirləndirilən şəxs bir neçə dəfə ondan qurudulmuş marixuana istəmişdir. O isə belə hallarda Məmmədşaha özü üçün narkotik vasitə ehtiyac olduğunu bildirmiş və sonuncudan narkotik vasitə almışdır. Daha sonra isə həmin narkotik vasitəni Mircalal adlı şəxsə vermişdir. Lakin Mircalala narkotik vasitəni kimdən əldə etdiyini bildirməmişdir. Hər dəfə narkotik vasitəni Mircalala verərkən şəxsi istifadəsi üçün bir qədər üzərindən götürmüşdür. Həmin marixuanaların üzərindən götürməyini Mircalala bildirməmişdir. xx.xx.2024-cü il tarixdə Mircalal ondan 3 qram narkotik narkotik vasitə almağını istəmiş və o, Mircalala həmin narkotik vasitəni təşkil edəcəyini bildirmişdir. Həmin məbləğə daha çox narkotik vasitə düşsə də, bu barədə Mircalala deməmiş və artıq narkotik vasitəni öz şəxsi tələbatı üçün götürməyə qərar vermişdir. Daha sonra Məmmədşaha özü üçün narkotik vasitə istədiyini bildirmişdir. Bundan sonra Mircalal 40 manat pulu Məmmədşaha məxsus bank kartına göndərmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Məmmədşah yaşadığı evin küçəsində ona bir ədəd kibrit qutusunda qurudulmuş marixuana vermişdir. Məmmədşahdan həmin narkotik vasitəni alıb oradan getmiş, bulvarda gəzərkən kibritdəki marixuananın bir qədərini şəffaf sellofana Mircalal üçün bükmüşdür. Digər hissəni isə öz istifadəsi üçün kibrit qutusunda üzərində saxlamışdır. Həmin gün gecə saat 22:30 radələrində mariuxananı aparıb Mircalala vermiş, lakin həmin vaxt marixuanadan özü üçün götürdüyünü Mircalala bildirməmişdir. Dindirilmiş yetkinlik yaşına çatmayan Şahid7 ifadəsində bildirmişdir ki, Mircalal onun dostudur, onunla bir məhəllədə yaşayır. Bir ildir ki, qurudulmuş marixuanadan istifadə edir. Bulvara gedərək Mircalaldan qrudulmuş marixuana götürmüş və evinə qayıdanda Mikayıl adlı şəxsə götürdüyü bir büküm marixuananın yarısını vermişdir. Mikayıl ona 30 manat pul vermiş o, da həmin pulu Mircalala vermişdir. Bir büküm marixuananın yarısını Mikayıla vermişdir. Həmin günü Mikayılla Mircalalın görüşüb-görüşmədiklərini bilməmişdir. Mikayıldan aşkar olunan qurudulmuş marixuananın, özünün verdiyi qurudulmuş marixuana olub-olmadığını bilməmişdir. Mikayıla narkotik vasitəni bükümdə vermişdir. Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, 30 manatı Mikayıl onun kartına atmış, o da Mircalalın kartına atmışdır. Mikayılla görüşən vaxtı polis əməkdaşları onu tutmuşlar, polis əməkdaşları əvvəlcə onu tutmuşlar, 10-15 dəqiqə sonra isə Mikayılı tutmuşdur. Polis şöbəsində Mikayılla onun üzərinə bir yerdə baxmamışlar. O, tutulandan sonra Mikayılı gətirmişlər. Polis əməkdaşları axşam saat 22 radələrində onu tutmuşlar. Polis əməkdaşları onu polis şöbəsinə aparan zaman üzərində narkotik vasitə qurudulmuş marixuana olmuş, üzərini yoxlayan zaman narkotik vasitə qurudulmuş marixuananı çıxarıb vermişdir. Mircalalın saxlanılmasını bilməmişdir. Sonradan polis əməkdaşları əvvəl Mikayılı sonra isə Mircalalı polis şöbəsinə gətirmişlər. Mircalal onun dostu olmuş, əvvəllər bir yerdə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişlər. Mircalal ona məcburi narkotik vasitə verməmiş, özü Mircalaldan narkotik vasitə istəmişdir. Mircalalla bir məhəllədə olduqları üçün Mircalal işdən gəldikdə görüşmüşlər. Mircalalın kimdən narkotik vasitə götürdüyünü bilməmişdir. Mircalala yaşının neçə olduğunu deməmiş, Mircalal da ondan yaşını soruşmamışdır. Mircalal ilə bir məktəbdə oxumamışlar, ayrı-ayrı məktəblərdə oxumuşlar. Mikayıla narkotik vasitə qurudulmuş marixuananı verə bilməmiş, polis əməkdaşları onları tutmuşlar. Bazarın arxasında bölüb saxladığı narkotik vasitə qurudulmuş marixuananı Mikayıla verə bilməmiş, həmin vaxt polis əməkdaşları onu tutmuşlar. Mikayıl ona çatmamış, həmin vaxtı Mikayıl onunla üzbəüz olmuşdur, bu zaman polis əməkdaşları onu tutmuşlar. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, ünvan 3 ünvanında yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən 1 il müddətdir ki, marixuanadan istifadə etmişdir. 02 sentyabr 2024-cü il tarixdə, saat 23:05 radələrində Astara şəhər sakini Mircalal adlı şəxsdən onun yaşadığı məhəllədə 1 bükümdə narkotik vasitə qurudulmuş marixuana almış, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Yaşadığı ünvana gedərkən saat təxminən 23:35 radələrində ünvan 4ı Mikayılı görmüşdür. Mikayıl ona narkotik vasitəyə ehtiyacı olduğunu demiş, o isə üzərində narkotik vasitə olduğunu, 30 manat müqabilində həmin narkotik vasitənin bir miqdarını verə biləcəyini demişdir. Bundan sonra Mikayıla 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı satmışdır. Mikayıl narkotik vasitənin müqabilində verməli olduğu 30 manat pulu onun kart hesabına göndərmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat 00:57 radələrində Astara şəhərində yerləşən “Ləvəngi bazarı” adlanan yerdə olarkən polis əməkdaşları yaxınlaşaraq onu saxlamış və üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olubolmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə olmadığını bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş, sağ ayağına geyindiyi ağ rəngli corabın içindən 1 bükümdə qurudulmuş marixuana aşkar edilmiş və götürülərək qablaşdırılmışdır. Baxış zamanı üzərindən başqa qanunsuz predmet aşkar edilməmiş, şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütlənin ona aid olduğunu bildirmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız Mikayıla 1 büküm narkotik vasitəni 30 manata satmışdır. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Mikayılın polis əməkdaşları tərəfindən tutulmasını görməmişdir. Narkotik vasitə qrudulmuş marixuananı Mikayıla verməmiş, narkotik vasitə qurudulmuş marixuana üzərində olmuş və polis əməkdaşları onu üzərində narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə saxlamışlar. Mikayıl pulu onun kartına atmış, o, isə Mikayıla qurudulmuş marixuana verməmişdir. Dindirilmiş yetkinlik yaşına çatmayan Şahid8 ifadəsində bildirmişdir ki, 02 sentyabr 2024-cü il tarixdə saat 23:20 radələrində Bulvarda Mircalaldan siqaret bükümündə 10 manata narkotik vasitə qurudulmuş marixuana almış, saat 23:35 radələrində Tuncayı görmüş və 30 manatlıq narkotik vasitə qurudulmuş marixuananı da Tuncaydan almışdır. 30 manat pulu isə Tuncayın kartına atmışdır. Verilmiş suallara cavab olaraq Şahid8 bildirmişdir ki, narkotiki əlbəəl Tuncaydan almışdır. Yarımçıq narkotik vasitəni isə Mircalaldan götürmüşdür. O, evə getmiş həmin vaxt Tuncaydan və Mircalaldan aldığı narkotik vasitələr üzərində olmuşdur. Evdə olarkən atası siqaretin ziyanlarından danışmış o, da həmin vaxt peşmançılıq hissi keçirtmiş və cibində olan narkotik vasitələri atasına vermişdir. Atası Tuncay və Mircalaldan aldığı narkotik vasitələri polis şöbəsinə təhvil vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, heç bir yerdə işləməmişdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, son vaxtlarda nəşə deyilən narkotik vasitədən istifadə etmək fikrinə düşmüşdür. Belə ki, tanışları Mircalal və Tuncay adlı şəxslərin narkotik vasitə istifadə etməsi ona məlum olmuş və o da narkotik vasitə istifadəsinə başlamaq qərarına gəlmişdir. Bu səbəbdən 02 sentyabr 2024-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs ilə narkotik vasitə alınması ilə bağlı razılıq əldə etmişdir. Belə ki, saat 23:20 radələrində Astara şəhəri ərazisində yerləşən dənizkənarı parkda Mircalaldan 1 ədəd papiros formasına salınmış bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almış və əvəzində Mircalala 10 manat pul vermişdir. Mircalaldan narkotik vasitəni götürdükdən sonra yaşadığı ev istiqamətində getməyə başlamışdır. Təxminən 15 dəqiqə sonra, yəni saat 23:35 radələrində H.Əliyev küçəsi ərazisində olarkən Şahid7 görmüş və bir qədər söhbət etmişdir. Söhbət zamanı aldığı narkotik vasitənin azlıq edə biləcəyini düşünmüş və bu səbəbdən Tuncaydan narkotik vasitəsi olub-olmadığını soruşmuşdur. Tuncay ona narkotik vasitəsi olduğunu bildirmiş və bundan sonra bir büküm narkotik vasitəni 30 manat müqabilində almağa razılaşmışdır. Həmin pulu Tuncayın kart hesabına göndərmişdir. Narkotik vasitəni alıb əynində olan şalvarın cibinə qoyub yaşadığı ünvana getmişdir. Yaşadığı ünvana çatdıqda atası Araz Mikayılov ondan siqaret çəkibçəkmədiyini soruşmuş və siqaret çəkməyin ziyanlarından danışmışdır. X14 sözlərindən sonra nəşə almağından peşman olaraq aldığı 1 bükümdə və 1 siqaret dənəsinin içərisində olan nəşə deyilən narkotik vasitələri atasına təhvil vermiş və dərhal Araz Mikayılov ilə birlikdə həmin kütlələri təqdim etmək üçün Astara RPŞ-nə gəlmişlər. İfadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı Mircalaldan saat 23:20 radələrində almışdır, pulu isə karta atmışdır. Tuncayın on satdığı narkotik vasitə qurudulmuş marixuananı Mircalaldan alıb ona verdiyini bilməmişdir. Həmin vaxtı o həm Mircalala həm də Tuncaya narkotik vasitə qurudulmuş marixuana sifariş vermiş və almışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1,803 qram çəkidə naroktik vasitə olan qurudulmuş marixuananı əldə edib 0,991 qramını yetkinlik yaşına çatmayan Şahid7 30 manat pul qarşılığında, 0,091 qramını yetkinlik yaşına çatmayan Şahid8 10 manat pul qarşılığında satmış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 03 sentyabr 2024-cü il tarixdə saat 01:55-radələrində Astara şəhəri H.Əliyev prosprektində “Ləvəngi bazarı” adlanan ərazidə saxlanılıb üzəri yoxlanılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,721 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.(cild 1,i.v.1-91) -X4 02 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, oğlu Şahid8 üzərini siqaret çəkmə şübhəsi ilə yoxlayan zaman üzərindən bir ədəd siqaret dənəsi və bir bükümdə yaşıl rəngdə kütlə aşkar etməsi, kütləni təqdim etməsi və bununla əlaqədar qanuni araşdırma aparılması barədə ərizə ilə Astara RPŞ-nə mnüraciət etmişdir.(cild 1.i.v.3) -“baxış keçirilməsi və götürmə aparılması barədə” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid8 təqdim etdiyi 1 (bir) ədəd siqaret dənəsində olan narkotik vasitə olan qurudulmuş marixuananı 02 sentyabr 2024-cü il tarixdə saat 23:20-də Təqsirləndirilən şəxs 10 manat müqabilində, 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı isə 02 sentyabr 2024-cü il tarixdə saat 23:35-də Şahid7 30 manat müqabilində əldə etdiyini bildirmişdir.(cild 1,i.v.5-9) -Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis-leytenantı Şahid2 tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli “raport”dan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid7 narkotik vasitələri istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat marağı kəsb edən məlumat daxil olmuşdur.(cild 1.i.v.14) -“əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Şahid7 Astara şəhəri, Ləvəngi bazarı adlanan ərazidə saxlanılaraq üzəri yoxlanılan zaman 1 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şahid7 həmin bükülünü Təqsirləndirilən şəxs əldə etdiyini bildirmişdir.(cild 1,i.v.19-21) -Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis-leytenantı Şahid2 tərəfindən tərtib eilmiş 03 sentyabr 2024-cü il tarixli “raport”dan görünür ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat marağı kəsb edən məlumat daxil olmuşdur.(cild 1.i.v.30) -“əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, Ləvəngi bazarı adlanan ərazidə saxlanılaraq üzəri yoxlanılan zaman 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs Tuncay adlı şəxsə 20 manata bir bükümdə narkotik maddə olan qurudulmuş marixuana satdığını bildirmişdir.(cild 1,i.v.37-39) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması barədə” 03 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.43) -“əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 03 sentyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə çəkildikdə çəkisinin 0,9 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni Astara şəhəri ərazsində Park Bulvar adlanan ərazidə Astara şəhər sakini Cavid adlı şəxsdən bir bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aldığını, həmin kütləni Astara şəhər sakini Tuncay adlı şəxsə 30 manata satmasını, Tuncay adlı şəxsin həmin kütlənin pulunu ona kart vasitəsi ilə ödədiyini, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir.(cild 1,i.v.60-63) -“məhkəmə-bioloji ekspertizası”nın 03 sentyabr 2024-cü il tarxli, 19/637 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X4 təqdim etdiyi kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə və 1 ədəd siqaret dənəsinin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: -0,663 qr; 0,091 qram; ümumi təmiz çəkisi- 0,754 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(cild 1,i.v.68-72) -“məhkəmə-bioloji ekspertizası”nın 03 sentyabr 2024-cü il tarxli, 19/638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Şahid7 təqdim etdiyi bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,328 qram oloan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1,i.v.73-76) -“məhkəmə-bioloji ekspertizası”nın 03 sentyabr 2024-cü il tarxli, 19/639 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs İslan oğlunun təqdim etdiyi bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,721 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə...” X4 təqdim etdiyi 1 büküm marixuana 1 ədəd siqaretdə olan qarışıq kütlə rəy №19/637 və “Şahid7 üzərindən aşkar edilmiş 1 bükümdə marixuana rəy № 19/638....” sözlər və imzalar olan 3 ədəd zərfdəki, ümumilikdə 3 ədəd bükümdə və 1 ədəd siqaret dənəsində olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(cild 1, i.v.77-81) -Astara RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis-leytenantı Şahid2 tərəfindən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli “raport”dan görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat tapşırığı daxil olmuşdur.(cild 1.i.v.97) -“əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 03 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 03 sentyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan göründüyü kimi Şahid6 əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş, çəkildikdə ümumi çəkisinin 9.92 qr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Şahid6 həmin kütləni 03 sentyabr 2024-cü il tarixdə dostu Məmmədşahdan 50 manat müqabilində aldığını 02 sentyabr 2024-cü il tarixdə başqa əldə etdiyi başqa bir bükümdən qonşusu Mircalal adlı şəxsə pay verdiyini bildirmişdir.(cild 1,i.v.123-125) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Astara Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(018)-58/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.182-184, 208-212) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işinin materiallarından, X8 barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir.(cild 2,i.v.188-189) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işinin materiallarından, Şahid6 barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir.(cild 2,i.v.191-192) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 12 sentyabr 2024-cü il tarixli, 696 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.202) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 02 noyabr 2024-cü il tarixli, 741 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir.(cild 2,i.v.207) -Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 04 noyabr 2024-cü il tarixli, 820 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Narkoloji Xəstəxanasında qeydiyyatda durmur.(cild 2, i.v.208) -“maddi sübut kimi tanıma haqqında” 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,671 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(cild 2,i.v.218-219) -“cinayət işi üzrə əməlin tövsif olunması haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə cinayət əməli Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsindən Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif olunmuşdur.(cild 2,i.v.221) -“təqsirləndirilən şəxsə elan edilmiş ittihama dəyişiklik olunması və ona yenidən ittiham elan edilməsi haqqında” 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.222-223) -“cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk və əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Şahid7 barəsində cinayət işindən materiallar ayrılaraq Astara rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi qərara alınmışdır.(cild 2,i.v.254-266) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşımağa və satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Tuncayın az yaşlı olduğunu bilməməsi, Tuncaya narkotik vasitə qurudulmuş marixuana pulsuz verməsi, Mikayılın ondan narkotik vasitə qurudulmuş marixuana istəməməsi, Mikayıla bir ədəd siqaretdə qurudulmuş marixuana satmaması, polis əməkdaşlarının onu küçədə deyil yaşadıqları evdə saxlamaları, polis əməkdaşlarının ona Tuncayda olan narkotik vasitəni vermələri və “bu da sənin üzərindən çıxıb” demələri, polislər onu saxlayanda onun üzərində narkotik olmaması, polis şöbəsində çəkiliş vaxtı polis əməkdaşları üzərinə narkotik vasitə qoymaları və polis əməkdaşları ona bir sillə vurmaları ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlayaraq daşıması və yetkinlik yaşına çatmayan şəxslərə təkrar narkotik vasitə satması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qrudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961- İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. X16 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. X16 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. X16 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. X16 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 sentyabr 2024-cü il tarixdə, saat 22:30 radələrində Astara şəhər sakini Şahid6 1,803 qram çəkidə naroktik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 23:05 radələrində 01 ədəd bükümdə olmaqla narkotik vasitənin 0,991 qram hissəsini yaşadığı ünvan 1 ünvanının qarşısında yetkinlik yaşına çatmadığını bildiyi xx xxxxxxxx 2008-ci il təvəllüdlü Şahid7 30 manat pul qarşılığında qanunsuz olaraq satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Şahid6 əldə etdiyi 1,803 qram çəkidə naroktik vasitə qurudulmuş marixuananın bir hissəsini Şahid7 satdıqdan sonra qalan hissəsini, yəni- 0,812 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, 02 sentyabr 2024-cü il tarixdə, saat 23:20 radələrində Astara şəhəri Bulvarı ərazisində yetkinlik yaşına çatmadığını bildiyi xx xxxxxxx 2008-ci il təvəllüdlü Şahid8 01 ədəd siqaret dənəsinin içərisinə doldurulmuş 0,091 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 10 manat pul qarşılığında təkrar satmış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 03 sentyabr 2024-cü il tarixdə, saat 01:55-də Astara şəhəri, H.Əliyev prosprektində “Ləvəngi bazarı” adlanan ərazidə saxlanılıb üzəri yoxlanılarkən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 0,721 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs yaşadığı evdən deyil, Astara şəhəri, H.Əliyev prosprektində “Ləvəngi bazarı” adlanan ərazidə saxlanılması, narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olması, həmçinin qarşısındakının yetkinlik yaşına çatmadığını bildiyi halda narkotik vasitə qurudulmuş marixuananı onlara satması barədə nəticələrə gəlməyə tam əsas verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən Cinayət Məcəlləsinin 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç kimin zor tətbiq edilmədiyini, heç kimin ona hədə-qorxu gəlmədiyini bildirmiş, bu barədə heç kimdən şikayət və tələbi olmamışdır. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının ona bir sillə vurmalarını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. X16 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işinin materiallarının 2-ci cildinin 200-201-ci səhifələrində olan “məhkəmətibbi ekspertizasının” 12 sentyabr 2024-cü il tarixli 311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmçinin bildirmişdir ki, polis əməkdaşları ona yalnız bir sillə vursalarda, heç bir xəsarəti olmamış və İstintaq təcridxanasına daxil olan zaman bədəni üzərində heç bir xəsarəti aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməkdaşları Şahid2, Şahid1, Şahid4 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs polis şöbəsində heç kim döymədiyini, işgəncə vermədiyini və heç bir qanunsuz hərəkətlər edilmədiyini bildirmişlər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və döymələri barədə hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona sillə vurulmasına, psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Tuncayın az yaşlı olduğunu bilməməsi, Tuncaya narkotik vasitə qurudulmuş marixuana pulsuz verməsi, Mikayılın ondan narkotik vasitə qurudulmuş marixuana istəməməsi, Mikayıla bir ədəd siqaretdə qurudulmuş marixuana satmaması, polis əməkdaşlarının onu küçədə deyil yaşadıqları evdə saxlamaları, polis əməkdaşlarının ona Tuncayda olan narkotik vasitəni vermələri və “bu da sənin üzərindən çıxıb” demələri, polislər onu saxlayanda onun üzərində narkotik olmaması, polis şöbəsində çəkliş vaxtı polis əməkdaşları üzərinə narkotik vasitə qoymaları və polis əməkdaşları ona bir sillə vurmaları ilə bağlı bildirməsini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrinin qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(cild 2, i.v. 163-164) -Astara Rayon İcra Hakimiyyəti Başçısının Təngərüd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 830, 831 nömrəli arayışlardan və 88 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Maşxan kəndində qeydiyyatdadır, Astara şəhərində yaşamış, ailə tərkibi valideynlərindən və bacı qardaşından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 2,i.v.215-217) Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, onun şəxsiyyətini, yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini qismən etiraf etməsini, yaşını, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X11rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X10 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(018)-58/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,671 qram olan qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünün yoxlanılması istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk və əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(018)-58/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 180 (bir yüz səksən) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 0,671 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-186/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-186/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver