Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-187/2023 07.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-ci ildə Sabirabad rayonu Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qonşusu X2 gəlini Şahid4 ilə yaxın münasibətinin olmasını və birgə fotoşəkillərinin olmasını öyrənib sonuncu ilə 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Şıxlar kəndində yol kənarında görüşüb sonuncudan keçmiş gəlini ilə birgə olan fotoşəklini ona verməsini və eyni zamanda onun iddiası əsasında Sabirabad rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesinə gedərək Şahid4 oğlu Şahid2 aliment tələbi ilə bağlı işə xitam verilməsinə dair məhkəmə prosesində iştirak edib hakimə, Aysellə intim münasibətlərinin olmasını bildirməyi tələb etmiş, Zərərçəkmiş şəxs bu təklifdən imtina etdikdə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış bir tərəfi kəsici ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Ümüd Əzizovu bir dəfə vuraraq, sonuncuya döş qəfəsinin ön sol hissəsində, sol məmə xətti üzrə 6-cı qabırğa səviyəsində, döş boşluğuna keçən, diafraqmanın kəsilməsi ilə müşayiət olunan yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, oğlu Şahid2 2018-ci ildə X6 ilə ailə həyatı qurmuş və iki övladları olmuş, Aysel və oğlu onlarla birlikdə yaşamış, 2021-ci ilin yay aylarında oğlu Seymur ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmiş, 2021-ci ilin sentyabr ayında o, Rusiya Federasiyasından qayıtmış, oğlu isə orada qalmışdır. Evinə gəldikdə gəlini Aysel evdə olmamış, arvadı İradədən gəlinin harada olduğunu soruşduqda, arvadı gəlinin anası ilə yaşadıqları Bakı şəhərindəki evlərinə getdiyini bildirmiş, səbəbini soruşduqda arvadı gəlinləri Ayselin kiminləsə münasibətdə olduğundan şübhələndiyini və bu səbəbdən gəlini ilə aralarında mübahisə olduğunu bildirmişdir. O, bu barədə kənd sakinlərindən maraqlanmış, ona aydın olmuşdur ki, gəlini Aysel onlarla qonşuluqda yaşayan X13 ilə münasibətdə olmuşdur. Bu barədə Ayselin anasına zəng edib demiş, aralarında telefonda mübahisə olmuş, Ayselin anası onun dediklərinə inanmamış, həmçinin o, bu barədə oğluna da demiş, oğlunun da bundan xəbəri olmuş, Ümüdü kəndlərində gördükdə ona etdiyi hərəkətin düz olmadığını, bir ailəni dağıtdığını demiş, oğlu Seymur dekabr ayında Rusiya Federasiyasından qayıtdıqdan sonra Aysellə boşanmışlar və oğluna uşaqlarına ödəmək üçün 280 manat aliment kəsilmişdir. Təxminən 2022-ci ilin may ayının əvvələrində evdə olduğu zaman Ümüdün həyat yoldaşı onun evinin həyətinə gəlmiş, Aysellə Ümüdün şəkillərinin olmasını demiş və onlara verəcəyini bildirərək çıxıb getmiş, bu söhbətlərdən sonra o, bununla razılaşmamış, oğlunun Ayselə aliment ödəməsini istəməmiş, bu səbəbdən Ümüdə zəng edib onunla Şıxlar kəndində görüşmüş, onda şəkillərin olub-olmamasını soruşmuş, Ümüd ona Aysellə birlikdə olan şəkillərini göstərmiş, Ümüddən şəkilləri ona verməsini istəmiş, Ümüd valideyinləri ilə məsləhətləşib bir söz deyəcəyini bildirmiş, bir neçə gün gözlədikdən sonra 16 iyun 2022-ci il tarixdə Ümüdə yenə zəng etmiş, şəkillər barədə maraqlanmaq istəmiş və harada olduğunu soruşmuş, Ümüd ona Şıxlar kəndində olduğunu demiş, təxminən saat 17 radələrində Şıxlar kəndində Ümüdlə qəbirstanlığın yanında görüşmüş, Ümüd öz avtomobilləri ilə gəlmiş, lakin avtomobili X7 idarə etdiyini görmüş, avtomobildən kənarda dayanıb Ümidlə söhbət etmiş, Aysellə olan şəkilləri ona verməsini, Ayseli yenidən məhkəməyə verib oğlunu alimentdən azad etdirmək istədiyini demiş, Ümüd ona kobud şəkildə şəkilləri verməyəcəyini dedikdə, o, buna əsəbləşərək üzərində olan bıçağı çıxarıb Ümüdin sinə nahiyəsindən bir dəfə vurmüş, Ümüd ondan kənarlaşıb qaçaraq avtomobilə əyləşmiş və çıxıb getmişlər. Sonra isə etdiyi əməlin cinayət olduğunu bilmiş və yola çıxaraq taksiyə əyləşib rayon polis şöbəsinə gələrək etdiklərini etiraf etmiş, Ümüdlə görüşə gedərkən aralarında dava olmasından ehtiyyat etdiyini, bu səbəbdən bıçağı üzərində götürdüyünü, Ümüdü öldürmək niyyətinin olmadığını, əsəbləşib onu vurduğunu, Ümüdə bir bıçaq vurduqdan sonra onu yenə vurmağa imkanın olduğunu, lakin bunu etmədiyini, Ümüdü bıçaqla vurduqda ətrafda heç kimin olmadığını, Şahid1 avtomobildə olduğunu bildirmişdir.Həmçinin ifadəsində keçmiş gəlini Şahid4 ilə Ümüd Əzizovun birlikdə fotoşəkilinin olmasını Ümüd Əzizovun ona göstərdiyini, həmin fotoşəkildə Ümüdlə onun keçmiş gəlini Şahid4 yarı çılpaq vəziyyətdə çöl sahəsində qucaqlaşaraq şəkil çəkdirdiklərini gördüyünü, Ümüdü səbəbsiz vurmadığını, həmin fotoşəkilləri istədikdə Ümüdün fotoşəkilləri vermədiyi səbəbindən vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, bu hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istədiyini bildirərək, əməlinin CM-in 126.1-ci maddəsinə tövsüf edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş gəlini Şahid4 ilə əvvəllər yaxın münasibəti olmuş, bu əməlinə görə də peşmandır. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında ondan gəlini ilə olan fotoşəkillərini istəmiş, lakin o, fotoşəkilləri verməkdən imtina etmişdir. Buna görə Təqsirləndirilən şəxs onunla mütəmadi əlaqə saxlamış, sonuncu dəfə 2022-ci ilin iyun ayının 16-da Sabirabad rayonu Şıxlar kəndindəki qəbiristanlıq ərazisində yolun kənarında Ağasəflə görüşmüş, Ağasəf bir daha ondan Aysellə olan şəkillərini istəsə də o, həmin şəkilləri verməyəcəyini dedikdə Təqsirləndirilən şəxs üzərində olan bıçaqla bir dəfə onun sinə nahiyyəsinə bıçaqla vurmuş və çıxıb getmişdir. Həmin vaxt onlardan aralıda dostu Toğrul olmuş, buna görə sonuncunu çağırmış və onu xəstəxanaya aparmışdır. Ağasəf mübahisə zamanı bir-birinin yaxasından tutsalar da bir-birlərini vurmamış, lakin Ağasəf bir dəfə ona bıçaqla zərbə vurmuş, onu təkrarən vurmaq imkanı olduğu halda çıxıb getmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxsla barışmış, bu hadisə onun səhvi, yəni Təqsirləndirilən şəxs gəlini ilə münasibəti olması səbəbindən baş vermişdir. Şahid4 ilə fotoşəkilləri özü çəkməmiş, həmin şəkilləri Ayselin özü çəkmişdir. İbtidai istintaqın sonunda bildirmişdir ki, ilkin ifadələrində qonşusu Təqsirləndirilən şəxs keçmiş gəlini Şahid4 ilə əvvəllər yaxın münasibətinin olmadığını bildirsə də, əslində o, Şahid4 ilə yaxın münasibətdə olmuş, lakin ilkin istintaq dövründə qorxduğundan, həmçinin ailəsinin Aysellə münasibətinin olduğunu bilmələrindən narahat olduğundan bu faktları inkar etmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 iyun 2022-ci il tarixdə təxminən saat 16 radələrində o, Sabirabad rayonu Şıxlar kəndində yas mərasiminə getmiş, kənddə olan qəbirstanlıqda Ümüdlə rastlaşmış, Ümüddən yas mərasimindən çıxdıqdan sonra onu evə aparmasını xahiş etmiş, təxminən saat 17-radələrində qəbiristanlıqdan çıxıb Ümüdin avtomobilinə əyləşmişlər, həmin vaxtı avtomobili o, idarə etmiş, Ümüd qonşusu Ağasəfin orada olmasını Ağasəfi götürüb iki dəqiqəlik söhbət edəcəyini demiş, onlar Ağasəfi qəbiristanlığın qarşısından görmüş, Ağasəf avtomobilə əyləşdikdən sonra qəbiristanlıqdan üzü yola tərəf getmişlər, yola çıxdıqda Ağasəf və Ümüd avtomobili yolun kənarında saxlamağını demişlər, o, avtomobili yolun kənarında saxlamış, Ümüd ilə Ağasəf iki dəqiqə söhbət edib qayıdacaqlarını deyərək avtomobildən düşmüşlər, təxminən 5 metr kənarlaşaraq yol kənarında dayanıb söhbət etmişlər. O, həmin vaxtı avtomobildə oturub telefonuna baxarkən sonuncuların nə söhbət etdiklərini və nə hərəkət etdiklərini görməmiş, birdən başını qaldırıb qarşıya baxdıqda Ümüdün qaçdığını, əli ilə işarə verərək onu çağırdığını görmüş, avtomobili Ümüdə tərəf sürmüş, Ümüd tez avtomobilə əyləşmiş və Ağasəfin onu bıçaqla vurduğunu demiş, tez xəstəxanaya sürməyini bildirmişdir. O, avtomobili rayon xəstəxanasına sürmüş, orada Ümüdə ilkin tibbi yardım etmişlər, sonra Şirvan ŞMX-na yola salmışlar. Həmçinin o, Ağasəf ilə Ümüdün avtomobildə mehriban danışdıqlarını, mübahisə etmədiklərini, Ağasəfin Ümüdü bıçaqla vurduğu anı görmədiyini, Ümüdün avtomobilə əyləşdikdən sonra Ağasəfin onun arxası ilə gəlmədiyini yol kənarında dayandığını, həmin vaxt ətrafda heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Şahid2 2018-ci il də Aysel Axundova ilə ailə həyatı qurmuş və iki övladları vardır. 2021-ci ilin sentyabr ayında əri ilə oğlu işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin vaxtlar o, gəlini və nəvələri ilə birlikdə qalmış, təxminən oktyabr ayında gecə saatlarında yaşadıqları evdə yatmış, təxminən saat 03 radələrində birdən nəvəsinin ağlamağını eşitmiş və yuxudan durmuş, Aysellə yatan nəvəsinin oyaq olduğunu, lakin Ayselin nəvəsinin yanında olmadığını görmüş, evin qapısının açıq olduğunu, həyətə baxdıqda Ayselin bağ tərəfdən gəldiyini görmüşdür. O, Ayseldən gecə saatlarında haradan gəldiyini soruşmuş, Aysel bağda səs eşitdiyini və bu səbəbdən bağa getdiyini bildirmiş, Ayselin bu hərəkətlərindən şübhələnmiş və səhəri gün sonuncunun nənəsinə, anasına bu barədə demiş, anası Bakı şəhərindən gələrək Ayseli uşaqları ilə birlikdə götürüb aparmışdır. O, kənd sakinləri arasında gəzən söz söhbətdən başa düşmüşdür ki, gəlini Aysel qonşuluqda yaşayan Ümüdlə münasibətdə olmuşdur. Bir müddət sonra əri Ağasəf Rusiya Federasiyasından qayıtdıqdan sonra o, bu barədə Ağasəfə demiş, Ağasəf maraqlanacağını bildirmiş, həmin vaxtlar Ümüdün arvadı əsəbi halda onların həyətlərinə gəlmiş, Aysellə Ümüdün münasibətlərinin olmasını və sübutunun olmasını deyərək çıxıb getmişdir. Ağasəf Ümüddən bu barədə soruşsa da Ümüd heç nəyi etiraf etməmiş, oğlu Rusiya Federasiyasından qayıtdıqdan sonra Ayseli geri gətirmiş, bir neçə gün birlikdə yaşadıqdan sonra Aysel onlarla yaşamaq istəmədiyini, getmək istədiyini demiş, bundan sonra oğlu ilə Aysel rəsmi olaraq boşanmış, məhkəmə tərəfindən uşaqlarına ödəmək üçün oğluna 280 manat aliment kəsilmişdir. Bir müddət sonra Ağasəf ona demişdir ki, Ümüd Aysellə birlikdə olan şəkilləri ona göstərmiş, o, Ağasəfi sakitləşdirmiş, olub keçdiyini demiş, Ağasəf şəkilləri gördükdən sonra Ümüdlə Ayselin münasibətinin olmasını dəqiqləşdirmişdir. Təxminən 2022-ci ilin iyun ayında Ağasəf Ümüddən şəkilləri istəmiş, lakin Ümüd şəkilləri ona verməmiş, 16 iyun 2022-ci il tarixdə o, torpaq sahəsində işləməyə getmiş, axşam saatlarında evə qayıtdıqda eşitmişdir ki, əri Ağasəf Ümüdü bıçaqla vurmuşdur. Həmçinin o, Ağasəfin Ümüdü vurmaq istəməsi barədə ona heçnə demədiyini, Ağasəfin sadəcə şəkilləri əldə edib haqsız olmadıqlarını sübut etmək istəməsini bildirmişdir. Şahid3 həmçinin ifadəsində bildirmişdir ki, keçmiş gəlini Şahid4 ilə Ümüd Əzizovun birlikdə olmasına dair onda fotoşəkillər vardır, lakin Zərərçəkmiş şəxs da bu halı etiraf etdiyindən həmin şəkilləri təqdim etmək istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 anası Şahid3 ilə eyni məzmunlu ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Ümüd Əzizov onun əridir, Təqsirləndirilən şəxs isə onlarla qonşudur. Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə yaxşı olmuş, həmçinin o, Şahid4 Təqsirləndirilən şəxs gəlini olduğunu, gəlinlərinin onlarla birlikdə yaşadığını,arada evlərində mübahislər olduğunu, gəlinləri Ayselin evlərindən çıxıb Bakı şəhərinə getdiyini və orada yaşadığını, bir müddət sonra Ayselin ərindən boşanıb Bakı şəhərinə getdiyini eşitmiş və bundan sonra Ayseli görməmişdir. 16 iyun 2022-ci il tarixdə evdə olduqları zaman əri Ümüd atasına zəng etmiş və qonşuları Ağasəf tərəfindən bıçaqla vurulduğunu bildirmiş, bundan sonra o, eşitmişdir ki, guya Ümüd ilə Aysel arasında hər hansı münasibət olmuş, X12 birlikdə olmalarının fotoşəkillərini istəmiş, Ümüd fotoşəkil vermədiyi üçün Ağasəf Ümüdü bıçaqla vurmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs evinə qonşu kimi getsə də, oraya gedəndə əri Ümüdlə Ayselin münasibətlərinin və onların birlikdə fotoşəkillərin olması barədə heç bir söz deməmiş, əri Ümüdlə Ayselin münasibətlərinin olub-olmamasından xəbəri olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 16 iyun 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 19:20-də Sabirabad RMX-dən Sabirabad RPŞ-yə Ümüd Əzizovun “döş qəfəsinin kəsilmiş deşilmiş yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (i.v. 4-5) - “götürmə aparılması” haqqında 16 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Ümüd Əzizovu vurduğu bıçağı təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin bıçaq götürülmüş və baxışı aparılmışdır. ( i.v. 7-10) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 19) - “götürmə aparılması” haqqında 17 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X8 hadisə baş verən vaxt əynində olmuş bir ədəd köynək və bir ədəd mayka iş üçün sübut əhəmiyyətli olduğundan götürülmüş və baxışı aparılmışdır. ( i.v. 29-32) - “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri halları hadisə yerində göstərmişdir. (i.v. 38-40). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 41-42) - Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(056)-48/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 56-59) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, X13 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 68) - “baxış keçirilməsi haqqında” 28 iyun 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X3 Səfərovun onu bıçaqla vurduğu yeri göstərmiş və müəyyən edilmişdir ki, hadisə Sabirabad rayonu Şıxlar kəndi ərazisində yol kənarında baş vermişdir. (i.v. 77-79). - məhkəmə psixiatrik ekspertizasının 29 iyul 2022-ci il tarixli 2764 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Ceyhun Mahmudovda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və o, ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 97-99) - məhkəmə-trasoloji ekspertizasının 05 avqust 2022-ci il tarixli, 3/902;929 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyaların üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə-kəsilmə zədələri vardır. (i.v 102-105) - məhkəmə-tibbi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 666 saylı rəyindən görünür ki, X9 müayinə zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön sol hissəsində, sol məmə xətti üzrə 6-cı qabırğa səviyəsində, döş boşluğuna keçən, diafraqmanın kəsilməsi ilə müşayiət olunan, bir ədəd kəsilmiş-deşilmiş yara kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Qeyd edilmiş xəsarət ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. (i.v. 106-108) - “sübutların qiymətləndirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsüf edilmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra könüllü olaraq Sabirabad RPŞ-yə gəlməsi və cinayət əməli barədə məlumat verməsi “könüllü gəlib təqsirini boynuna alma” kimi qiymətləndirilmişdir. (i.v. 121- 133) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. ( i.v. 135-137) - “maddi sübut kimi tanıma” haqqında 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Ümüd Əzizovun əynində olmuş bir ədəd köynək, bir ədəd mayka, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etmiş olduğu bir ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 145) - Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(056)-462/2022 saylı qətnaməsindən görünür ki, Şahid2 ilə Şahid4 nikahlarının pozulması, Şahid2 iki uşağının saxlanılması üçün ümumilikdə 280 manat pulun tutularaq Şahid4 ödənilməsi qət edilmişdir. (i.v. 191-195) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X13 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v. 206;208) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs Ümüd Əzizovun sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs Fətəğa oğluna qarşı CM-in 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Şıxlar kəndində yol kənarında qonşusu X13 ilə görüşüb, sonuncudan keçmiş gəlini Şahid4 ilə birgə olan fotoşəklini ona verməsini və eyni zamanda onun iddiası əsasında Sabirabad rayon məhkəməsində keçiriləcək məhkəmə prosesinə gedərək Şahid4 oğlu Şahid2 aliment tələbi ilə bağlı işə xitam verilməsinə dair məhkəmə prosesində iştirak edib Aysellə intim münasibətlərinin olmasını hakimə bildirməyi tələb etmiş, Zərərçəkmiş şəxs Aysellə heç bir yaxın münasibətinin olmadığını, sonuncu ilə fotoşəkil çəkidirmədiyini, məhkəməyə də getməyəcəyini ona dedikdə, o, bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan, öz şəxsiyyətini ətrafdakıların fövqündə qoyub cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirməklə, içtimai qayda və hamılıqla qəbul edilmiş əxlaq normalarını pozaraq, üzərində gəzdirdiyi, kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Ümüd Əzizovu bir dəfə vuraraq, sonuncuya yetirilən anda insan həyatı üçün təhlükəli olan, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Fətəğa oğluna qarşı irəli sürülən ittihamda sonuncunun xuliqanlıq niyyəti ilə hərəkət edərək zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirdiyini göstərsə də, gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış, yalnız hadisəyə səbəbin zərərçəkmiş şəxs X17 Səfərovun gəlini ilə hər hansı münasibətinin olmamasını bildirməsinə baxmayaraq Təqsirləndirilən şəxs Ümüd Əzizovdan gəlini ilə olan fotoşəkillərini istəməsi və sonuncunun şəkilləri verməməsini bəhanə etməsini göstərmişdir. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqında, eləcə də ibtidai istintaqın yekununda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs keçmiş gəlini Şahid4 ilə Ümüd Əzizovun həqiqətən də yaxın münasibəti olmuş, Ümüd Əzizov da bunu həm məhkəmə istintaqı, həm də ibtidai istintaqın sonunda etiraf etmiş, lakin nədənsə ibtidai istintaq orqanı bu hala heç bir münasibət bildirməyərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamı dəyişdirmədən saxlamışdır. Lakin mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ümüd Əzizova qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Belə ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.» Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Məhkəmə istintaqında həm zərərçəkmiş Ümüd Əzizovun, həm də təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsindən görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirməsinə səbəb heç də əsassız bəhanə deyil, əksinə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs keçmiş gəlininə qarşı əxlaqi baxımdan düzgün olmayan davranışlara yol verməsindən sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə nəticəsində zərəçəkmiş şəxs Ümüd Əzizova xəsarət yetirməsi olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs heç də qeyd edilən hərəkətləri ilə özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymamış, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməmiş, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmamış, həmin qayda və normalara etinasızlıq göstərməmiş, əksinə zərərçəkmiş şəxs Ümüd Əzizovun əxlaqi baxımdan səhv əməlləri nəticəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd edilən cinayət işinin faktiki halları ilə və sübutlarla müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Şıxlar kəndində yol kənarında Təqsirləndirilən şəxs keçmiş gəlini ilə qonşusu X8 münasibəti barədə xəbər tutub sonuncudan bu münasibtələri təsdiq edəcək fotoşəkilləri tələb etməsi, lakin Ümüd Əzizovun həmin fotoşəkilləri verməyəcəyini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə Ümüd Əzizovu bir dəfə vuraraq sonuncuya yetirilən anda insan həyatı üçün təhlükəli olan, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş X13, şahid qismində dindirilmiş Şahid1 oğlu, Şahid2, Şahid3 və Şahid5 ifadələri, cinayət işi materiallarında olan “götürmə aparılması barədə” 16 iyun 2022-ci il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” 17 iyun 2022-ci il tarixli protokol və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 666 saylı, kompleks məhkəmə-trasoloji və məhkəmə soyuq-silahlar ekspertizasının xx.xx.2022-ci il tarixli 3/902, 3/929 saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1845 saylı rəyi ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 83) - Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Ulacalı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və oğlundan ibarətdir. Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (i.v. 119-120). Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), cinayət törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını (Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və könüllü gəlib təqsini boynuna aldıqda Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələr) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 3 ildən 6 ilədək olan müddətə cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Lakin Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən əməlin törədilməsinə səbəb zərərçəkmiş şəxsin milli-mənəvi dəyərləri pozması, qonşuluq münasibətlərində olduğu şəxsin ailə üzvü ilə qeyri rəsmi əlaqə qurması səbəbindən baş verdiyindən Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin ən aşağı həddində cəza təyin edilməsi üçün əsas kimi nəzərə alınmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” 01 oktyabr 2022-ci il tarixli qərar əsasında Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan X8 əynində olmuş bir ədəd köynək, bir ədəd mayka və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış X8 əynində olmuş bir ədəd köynək, bir ədəd mayka və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-187/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-187/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver