Məhkəmə qərarları › İş №1(099)-187/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-187/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-187/2024 24.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad şəhərində anadan olmuş, evli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarı ilə təyin edilmiş cəzası 5 il 3 aya qədər azaldılmış və xx.xx.2022-ci il tarixli Qobustan rayon Məhkəməsinin qərarı ilə isə 01 il 08 gün vaxtından əvvəl şərti olaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmiş və hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, yəni 4,822 qram çəkidə narkotik vasitə heroini (bundan sonra heroin) və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,372 qram çəkidə psixotrop maddə metafetamini (bundan sonra - metamfetamin) qanunsuz əldə edib, üzərində daşıyaraq saxlamış, 11 iyun 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad Rayon Polis Şöbəsinin (bundan sonra – Sabirabad RPŞ) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad RPŞnin inzibati binasına gətirilmiş, orada saat 23:15-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 13 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,784 qram; 0,356 qram; 0,349 qram; 0,325 qram; 0,371 qram; 0,383 qram; 0,359 qram; 0,371 qram; 0,357 qram; 0,365 qram; 0,346 qram; 0,276 qram; 0,180 qram olmaqla, ümumi təmiz çəkisi – 4,822 qram heroin və 15 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri – 0,040 qram; 0,046 qram; 0,044 qram; 0,048 qram; 0,043 qram; 0,042 qram; 0,036 qram; 0,041 qram; 0,040 qram; 0,039 qram; 0,036 qram; 0,045 qram; 0,041 qram; 0,039 qram; 0,033 qram; 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,372 qram; 0,387 qram olmaqla, ümumi çəkisi – 1,372 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə axşam təxminən saat 9 radələrində Sabirabad şəhərində çayxanada oturan zaman Fərman adlı polis əməkdaşı içəri girib düz üstünə gəlmiş əlindəki siqaret qutusunu cibinə salıb dərhal da həmin qutunu cibindən çıxarmışdır. Həmin vaxt atası da yanında olmuş, çayxanadan başqa adamlar da olmuşdur. Əli ilə cibinə saldığı siqaret qutusunu çıxardıqdan sonra həmin qutudan bükümləri çıxarmış, həmin siqaret qutusunun ona aid olmadığını, Fərman cibinə qoyduğu siqaret qutusu olduğunu bildirmiş, bu zaman polis əməkdaşları onu yerə yıxıb əl-qolunu qandallayıb onu bölməyə aparmışlar. Orada da bütün bədənini “skoçlayıb” onu döyməyə başlamışlar. Ayağının altına, bədəninə vurmuşlar. Bədəni qapqara olmuş, onu döydükdən sonra ondan tələb etmişlər ki, həmin narkotiki tapması və ona aid olmasını boynuna alsın. O, da döyüldüyü üçün polislərlə razılaşmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməzdən əvvəl prokurora da hər şeyi danışmışdır. Həmçinin həkim onun bütün bədəninə baxmış, ayağının altının şəklini çəkmişlər. Bu barədə prokurorluqda da izahat yazmışdır. Daha sonra polis əməkdaşları ondan tələb etmişlər ki, izahat yazıb bildirsin ki, saxlanılan zaman müqavimət göstərmiş, buna görə də bədənində xəsarətlər olmuşdur. İki övladı vardır ki, onlardan qızı üniversitetdə oxuyur, oğlu isə bir ildən çoxdur əsgərdir. Övladlarının canına and içir ki, onu döyüb narkotiki boynuna qoyublar. Tutulmamışdan da qabaq onu Cinayət Axtarış Bölməsinin rəisi tutmuş, ondan tələb etmişdir ki, ona iş versin. O, isə həmin polisin tələbi ilə razılaşmadığı üçün bu hal baş vermişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı miqdarda narkotik vasitə və ya psixotrop maddə olmayıb. Tutulmamışdan beş on dəqiqə qabaq Roma adlı oğlandan iki bükümdə “heroin” almışdır. Həmin şəxsdən yarım qram heroin istəmiş, sonuncu isə ona iki büküm vermişdir. Həmin şəxslə əlaqəsi olmamışdır. Ondan narkotik vasitə aldıqdan beş dəqiqə sonra polislər onu saxlamışlar. Çayxanada onu vurmamışlar, polis şöbəsinə apardıqdan sonra vurmuşlar. Onu Taleh adlı şəxs döymüş, narkotik vasitəni isə cibinə Fərman adlı polis əməkdaşı qoymuşdur. Bununla bağlı Sabirabad rayon prokuroruna “sanksiya” gedərkən şikayət etmiş, həmçinin məhkəməyə də bu barədə bildirmişdir. Şikayətini yazılı etmiş, şikayəti üzrə araşdırma aparılmışdır. Onu saxlayarkən atası da yanında olmuşdur. Fərman adlı polis əməkdaşı ona yaxınlaşan kimi dərhal əlini şalvarının cibinə salmışdır. Bədəni, ayaqlarının altı şişmiş, onun ayaqlarının altına dubinka (polis dəyənəyi) ilə vurmuşlar. İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin olması qeyd alınıb. Çayxanaya atasından ayrı girmişdir. Polis əməkdaşları çayxanaya girərkən iki büküm üzərində olmuş, lakin ona heç baxmamışlar. Onun şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanılması rədd edilmiş, lakin həmin qərardan şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən döyülüdüyü üçün etirafedici ifadə vermişdir. Həmçinin polis şöbəsində onun şalvarını aşağı çəkib “dubinka” (polis dəyənəyi) gətirmişlər ki, bununla ona xəsarət yetirəcəklər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Səmədağa Seyidov ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən döyüldüyü və hədələndiyi üçün barəsində olan cinayət işi təhqiqatçıda olarkən sənədlərə imza etmiş, cinayət işi istintaq qrupuna verildikdən sonra sənədlərə imza etməmişdir. Onu axşam saat 8-9 radələrində şöbəyə aparmışlar. Üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu döymüşlər. Barəsində olan cinayət işi üzrə istintaqı aparan müstəntiq dəyişdikdən sonra - 03 oktyabr 2023-cü il tarixdə dindirilərkən yolda gəzərkən iki bükümdə narkotik vasitə tapdığını, istifadə etmək üçün saxladığını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onda olan iki bükümdə narkotik vasitənin üzərinə 28 büküm də əlavə etdikləri barədə ifadə verməsi qeyd edilsə də belə bir ifadə verməmiş, həmin ifadələri imzalamamışdır. Həmçinin qeyd edilən formada olan üzləşdirmə istintaq hərəkətinin protokolunu da imzalamamışdır. Onun üzərində ümumiyyətlə hər hansı miqdarda narkotik vasitə olmamış, polis əməkdaşları onu döyüb üzərinə narkotik vasitə qoymuşlar. Üzərində iki bükümdə narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün rayon polis şöbəsinin rəisinə raportla məruzə etmiş, əməliyyat-axtarış tədirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, daha sonra X7 şəhəri S.Vurğun küçəsində kafedə olduğu müəyyən olunduğundan əməliyyat qrupunun üzvləri ilə həmin yerə getmişlər. Həmin vaxt Səmədağa ilə aralarında münaqişə yaranmış, Səmədağa onlara müqavimət göstərmiş, sonuncunun atası və başqa şəxslər də olmuşdur. Səmədağanı zərərsizləşdirib rayon polis şöbəsinə gətirmişlər. Daha sonra vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində siqaret qutusunda 30 bükümdə heroin və metamfetamin aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Səmədağanı tanımış, barəsində inzibati tənbeh tətbiq olunmuşdur. Səmədağa əməlini etiraf etmiş, narkotik istifadəçisi olduğunu bildirmişdir. Kafeyə daxil olarkən Səmədağa onları tanıdığı üçün qaçmaq istəmişdir. Həmin bükümlərdə olan heroin və metamfetamini hansı səbəbdən saxladığı barədə Səmədağadan soruşulmuş, sonuncu isə narkomaniya xəstəsi olduğunu, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Səmədəğaya qarşı hrə hansı təzyiq edilməmiş, onu saxlayarkən atası da olmuş, Vidadi adlı şəxs də olmuşdur. SSəmədağa onlara müqavimət göstərsə də onu vurmamışlar, zərərsizləşdirib polis şöbəsinə gətirmişlər. O və digər polislər içəri girən anda Səmədağa onları görüb ayağa qalmış, Səmədağa ilə aralarında 2 metr məsafə olmuşdur. Həmin vaxt Səmədağanın qarşısında bakalda pivə olmuş, ayağa qalxanda butulkanı vurub sındırmışdır. Buna görə dərhal Səmədağanın əlindən və qollarından tutub kənara çəkib qollarına qandal vurub şöbəyə gətirmişlər. Səmədov Səmədağanın konkret olaraq kiməsə narkotik vasitə satmasını müəyyən etməmişlər. Səmədağanı axşam saat 10-11 aralığında saxlamışlar. SƏmədağa onları görən kimi ona özlərini təqdim etməyə imkan verməmiş, Səmədağanın qoluna qandal vurub şöbəyə aparmışlar. Əməliyyat qrupunda 4 nəfər olmuşlar, sonra əlavə qüvvə də çağırmışlar. Səmədağanın müqavimət göstərməsi dedikdə sonuncudan onlardan qaçmaq istəməsini, stolu aşırmasını nəzərdə tutur. Lakin Səmədağa qaça bilməmişdir. Onun qolunu burub qandal vurmuşlar, başqa hər hansı fiziki zor tətbiq etməmiş, bədən nahiyəsinə, qarın nahiyəsinə, digər nahiyələrinə yumruq və ya digər zərbə vurmamışlar. Səmədağa qaçmaq, üzərində olan narkotiki atmaq şansının olmadığını görüb sakitləşdi, şöbəyə gedəndə də sakitlikə getmişdir. Səmədağanı növbətçi hissəyə aparmışlar. Polis şöbəsində 10-15 dəqiqə sonra vəkil gəldikdən sonra şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, Səmədağa vəkillə söhbətlər də etmişdir. Lakin vəkilə hər hansı söz deməmişdir. Səmədağanı iki saat öz otağında saxlamamış, ayağının altına dubinka ilə vurmamışdır. Səmədağanın hər iki ayağının alt sahəsində qançır xəsarətinin necə alması barədə məlumatı yoxdur, lakin onun ayağının altına vurmamışdır. Həmin xəsarətlərin yaranmasının 11 iyun tarixə uyğun gəlməsi barədə ekspert rəyi ilə bağlı deyə bilər ki, ola bilər ki, qaçmaq istəyərkən Səmədağa xəsarət almışdır. Səmədağanın saxlanılarkən ayağında hansı ayaqqabının olmasını xatrlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Səmədağanı kafedə saxlayarkən polis əməkdaşları ona hər hansı xəsarət yetirməmiş, sadcə onu saxlamışlar. Polis əməkdaşları Səmədağanı saxlayarkən sonuncu hər hansı xəsarət almamışdır. Səmədağa polis əməkdaşlarını görərkən qaçmaq istəmişdir. Səmədağanı axşam saatlarında saxlamışlar, sonuncunu saxlayarkən qoluna qandal vurulmuş, lakin kim tərəfindən qandal vurulmasını tam xatırlamır. Səmədağa onu itələyib qaçmaq istəmiş, lakin onu elə kafenin içində saxlamışlar, sonuncu qaça bilməmiş, Səmədağanın yıxılıbyıxılmamasını xatırlamır. Səmədağaya qarşı hər hansı fiziki güc tətbiq olunmamış, qolunu burub saxlamışlar. Səmədağanı səhv etmirsə onun şəxsi maşını ilə şöbəyə aparmışlar. Səmədağanı şöbəyə aparıb təhqiqatçıya təhvil vermişlər, bundan əvvəl onu hər hansı otaqda saxlamamışlar. Səmədağa barədə əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Səmədağanın narkotik vasitənin satışı barədə hər hansı faktı yoxdur, ona məlumat daxil olmamışdır. Həmin kafedə Səmədağanın atasından başqa, təxminən 1 ya 2 nəfər də olmuşdur. Səmədağaya yaxınlaşıb özünü də təqdim etmişlər. Səmədağanın cibinə əlini atıb onun cibindən hər hansı siqaret qutusu çıxarmamışdır. Səmədağanın ayağının altınaaltına vurmamış, bu şər-böhtandır. Səmədağanın hər iki ayağının alt sahəsində yetirilmə müddəti tutulduğu günə uyğun gələn qançır xəsarətini necə alması barədə məlumatı yoxdur, lakin onun ayağının altına vurmamışlar. Səmədağanın ayağında hansı ayaqqabının olmasını xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X6 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmiş, ona verilən suallara cavab olaraq bildirmişdir ki, kafeyə girib özlərini təqdim etdikdə Səmədağa müqavimət göstərmək istəmiş, lakin onu saxlamışlar. Kafeyə 4 nəfər polis əməkdaşı ilə birgə getmişlər, sonra əlavə kömək də dəvət etmişlər. Səmədağaya özlərini təqdim edib barəsində olan şübhəni demişlər. Səmədağa isə stolu aşırıb qaçmaq istəmiş, lakin onu sakitləşdirmişlər. Səmədağanı təxminən 3-5 dəqiqəyə sakitləşdirmişlər, ona hər hansı xəsarət yetirməmişlər. Səmədağanın üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş, sonuncu təqdim etdiyi siqaret qutusunda sellofan və kağız bükümlərdə narkotik aşkar edilmiş, həmin kütəlinin özünə aid olmasını demiş, lakin hardan əldə etməsi barədə konkret ad çəkməmişdir. Səmədağanın həmin bükümləri hansı səbəbdən üzərində saxlaması barədə dediklərini xatrlamır. Səmədağanı axşam saatlarında, 11 radələrində saxlamışlar. Kafeyə daxil olanda Səmədağa səhv etmirsə tək oturmuşdur. Səmədağa nə polis əməkdaşlarına, nə də özünə hər hansı xəsarət yetirməmiş, onlar da Səmədağaya xəsarət yetirməmişlər. Səmədağanın qoluna saxlanılarkən qandal vurulmuş, sonuncunun kimin maşını ilə şöbəyə aparılması yadından çıxmışdır. Səmədağanın üzərinə şəxsi axtarış polis şöbəsinin inzibati binasının ikinci mərtəbəsində olan geniş otaqda keçirilmişdir. Səmədağanın kiməsə narkotik vasitə satıbsatmaması barədə fakt olması yadında deyil. Səmədağanın üzərindən heroin və metamfetamin təxminən 30-a yaxın bükümdə aşkar edilmiş, həmin bükümlər tərəzidə çəkilmiş, qablaşdırılb ekspertizaya göndərilmişdir. Şəxsi axtarış təxminən saat 23 radələrində başlamışdır. Səmədağanı polis şöbəsində döyməmiş, onun dediyi kimi “skoç”la bağlanıb ayağının altına vurulmamışdır. Şahid3 Səmədağanın cibinə siqaret qutusu qoyub çıxarmamışdır. Səmədağanın sağ və sol ayağının alt sahəsində yetirilmə müddəti tutulduğu günə uyğun gələn qançır xəsarətini necə alması barədə məlumatı yoxdur, lakin onun ayağının altına vurmamışlar. Səmədağa onlara müqavimət göstərərkən xəsarət ala bilərdi. Lakin həmin vaxt ayağının altından xəsarət alması ilə bağlı heç nə deyə bilməz. Səmədağanı yerə yıxıb qoluna qandal vurmuş, ola bilər ki hər hansı polis əməkdaşı onun ayağından tutarkən xəsarət almışdır. Səmədağanın şalvarını aşağı çəkib onu hədələməmişlər, sonuncu bu barədə yalan ifadə verir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətini video lentə almışdır. Həmin vaxt Seyidağaya üzərində hər hansı qanunsuz əşya və predmet olub-olmaması soruşulmuş, Seyidağa da şalvarının cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim etmiş, içində heroin və metamfetamin olduğunu bildirmişdir. Daha sonra mobil telefonu da təqdim etmişdir. Səhv etmirsə siqaret qutusunda 30-a yaxın büküm olmuşdur. Səmədağanın saxlanılmasında iştirak etməmiş, onun saxlanıldığı yerdə olmamışdır. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçi iştirak etmişdir. Səmədağa ona qarşı hər hansı fiziki zor tətbiq edilməsini bildirməmiş, bu barədə müdafiəçinin sualına da eyni cavab vermişdir. Bükümlər siqaret qutusunun içində olmuşdur. Həmin bükümlərdə heroin və metamfetamin olmuşdur. Şəxsi axtarış səhv etmirsə müstəntiqin otağında, İİ mərtəbədə keçirilmişdir. Səmədağanın yanında müdafiəçisi və polis əməkdaşları olmuşdur. Səmədağa təqdim etdiyi narkotik vasitələri tapdığını bildirmişdir. Məhkəmə şahid qismində dindirilməli olan Şahid5 vəfat etdiyi üçün məhkəmə iclasında iştirakını istinta edən halın olmasını nəzərə alıb Azərbaycan Respublikası CPMin 329.1-ci maddəsinə əsasən şahidin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini elan etməklə tədqiq etmiş və Şahid5 ibtidai araşdırma zamanı 03 oktyabr 2023-cü il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır, sonuncu əvvəllər də qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhəri Səməd Vurğun küçəsində yerləşən kafelərdən birində övladı Təqsirləndirilən şəxsla birlikdə oturmuş, Seyidağa ondan sol tərəfdə əyləşmişdir. Bu vaxt, qəfildən kafenin qapısı açılaraq içəri bir neçə nəfər mülki geyimli şəxs daxil olmuş, övladı Seyidağaya yaxınlaşaraq sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərkən o həmin şəxslərin polis əməkdaşları olmasını bilmiş, bundan sonra polis əməkdaşları ilə Seyidağa arasında mübahisə yaranmış, polislər Seyidağanı tutub zərərsizləşdirmiş və özləri ilə birlikdə Sabirabad RPŞ-yə aparmışlar. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən cibinə narkotik vasitə qoyulmasının şahidi olmamış, oğlunun üzərində külli miqadarda narkotik vasitə və psixotrop maddə aşkar edilməsi barədə sonradan məlumat almışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, həmən gün Seyidağa atası ilə kafeyə gəlib yemək yemək istəmişlər. Onun kafesində yalnız kənarda işləyən şəxslərə çay satmaqla məşğul olduğundan yemək bişirməyə vaxtı olmur. Buna görə də Seyidağa ona sosika, kolbasa almaq üçün pul vermiş, həmin vaxt kafeyə 6-7 nəfər içəri girmiş, hamının qolundan tutub tərpənməməyi tələb etmişlər. Orada Seyidağanın üstünü axtarmağa başlamışlar. Həmin vaxt Seyidağanın üstündən siqaret qutusu çıxmışdır. Həmin vaxt o, çayçı olduğunu demiş, polis əməkdaşları da onu tanıdıqlarından ona kafedən çıxamağa icazə vermişlər. O, kafedən çölə çıxmış, lakin içəridən müxtəlif səslər gəlmiş, təxminən 5 dəqiqədən sonra Seyidağanı qandalla çölə çıxarıb maşına qoyub aprmışlar. Şahid6 ona verilən suallara cavb olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yanında polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməsini görməmişdir. Həmin vaxt kafeyə 6-7 nəfər, bəlkə də daha çox polis əməkdaşları daxil olmuşdur. Polislər içəri girən kimi hamının qolundan tutdular ki, heç kim tərpənməsin. Seyidağa çölə çıxarkən qolunda qandal olduğunu görmüşdür. Seyidağa polis əməkdaşları ilə heç bir mübahisə etməmişdir. Polislər kafeyə daxil olarkən axşam saatları olmuş, təxminən sata 6 radələri olmuşdur. Seyidağa ilə birlikdə Vidadi adlı şəxsi də polis əməkdaşları aparmış, lakin Vidadini niyə apardıqlarını bilməmişdir. Polis əməkdaşları Seyidağanın cibindən siaqret çıxarmasını görmüşdür. Seyidağanın rəhmətlik atası ilə münasibətləri yaxşı olmuşdur. Seyidağanın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə olması barədə heç nə eşitməmişdir. Həmin kafedə ona qarşı hər hansı fiziki təzyiq edilməmişdir. Polis əməkdaşları Seyidağanı vurmasını görməmiş, lakin çölə çıxarkən içəridən Seyidağanın atasınını “oğlumla nə işiniz var” deyə səslərini eşitmişdir. Seyidağanın cibinə kiminsə siqaret qutusu və ya narkotik vasitə qoymasını görməmişdir. Beləliklə, həm ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs törədilmiş cinayətdə təqsirinin sübuta yetirilmədiyi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 3) -“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v. 4-6) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, RPŞ-nin baş əməliyyət müvəkkili Şahid1 RPŞ-nin rəisinə müracitə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhəri S.Vurğun küçəsində yerləşən kafedə saxlanılan zaman onun və əməliyyat qrupunun üzvlərinin qanuni göstərişlərinə tabe olmayaraq mübahisə yaradıb onunla və yanında olan Şahid2 və Şahid3 ilə əl-qol hərəkətləri ilə mübahisə etməsinə baxmayaraq tərəflərindən Sabirabad RPŞ-yə gətirlimişdir. (i.v. 7) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 8; 16 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli kətan şalvarın sol yan cibindən “Rotmans” markalı siqaret qutusunda olan 13 (on üç) ədəd qəhvəyi rəngli sellofan bükümdə, 2 ədəd ağ rəngli sellofan bükümdə və 15 ədəd kağız bükümdə narkotik vasitəyə oxşar kütlələri və 1 ədəd “Samsung A30” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin kütlələr və telefon qablaşdırılıb götürülmüşdür. Həmin istintaq hərəkəti saat 23:35-də başlamış və 23:51-də bitmişdir. (i.v. 22-24) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 iyun 2023-cü il il tarixli, 18/622 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 13 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0.784 qram, 0.356 qram, 0.349 qram, 0.325 qram, 0.371 qram, 0.383 qram, 0.359 qram, 0.371 qram, 0.357 qram, 0.365 qram, 0.346 qram, 0.276 qram, 0.180 qram ümumi çəkisi -4.822 qram olan maddələr kustar üsulla hazırlanmış heroindir. Həmin paketdəki 15 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0.040 qram, 0.046 qram, 0.044 qram, 0.048 qram, 0.043 qram, 0.042 qram, 0.036 qram, 0.041 qram, 0.040 qram, 0.039 qram, 0.036 qram, 0.045 qram, 0.041 qram, 0.039 qram, 0.033 qram, 2 ədəd polietilen kəsiyi bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0.372 qram, 0.187 qram, ümumi çəkisi 1.372 qram olan maddələr kustar üsulla hazırlanmış metamfetamindir. (i.v.31-35) - “maddi sübut kimi tanıma haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,172 qram heroin və 1,072 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (i.v. 41-42) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 45-46) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-89/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 64-65) - məhkumluq haqqında tələbnamədən görünür ki, Səmədov X3 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan apelyasiya məhkəməsinin xx.xx.2019-cü il taruixli qərarı ilə təyin edilmiş cəzası 5 il 3 aya qədər azaldılmış və xx.xx.2022-ci il tarixli Qobustan rayon məhkəməsinin qərarı ilə isə 01 il 08 gün vaxtından əvvəl şərti olaraq azadlıqdan məhrumetə cəzasından azad edilmişdir. (i.v 76-77) - Sabirabad rayon İcra Hakimiyyətinin Sabirabad şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəhərin H.Həmidov küçəsi dalan 7, ev 18 ünvanında yaşayır. Ailə tərkibi həyat yoldaşı, 2003 və 2004-cü il təvəllüdlü uşaqlarından ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. (i.v. 78-79) - Sabirabad RMX X14 Vərəm şöbəsinin müdiri tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildən Sabirabad RMX-nin vərəm şöbəsində “Ağ ciyərlərin infiltrativ vərəmi, solda dağılma mərhələsi, xroniki bronxit, kəskinləşmə mərhələsi. Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2014-cü ildən verilmiş bəlğəm nümunəsinin müayinəsinə əsasən xəstə xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 247 saylı protokolla ağ ciyər vərəminin ən ağır forması sayılan (Residiv MDR forma) xəstə kimi Səhiyyə Nazirliyi Global Fondun xətti ilə MDR proqram müalicəsi almışdır.Xəstə ağ ciyər vərəm xəstəliyi ilə əlaqədar İİ qrup əlil olmuşdur. (i.v.80- 81) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə rayon prokurorluğuna ərizə ilə müraciət edərək Sabirabad RPŞ-nin əməkdaşlarının cibinə narkotik vasitə atması və həmin şəxslər tərəfindən döyülməsi barədə bildirmiş, həmin fakt üzrə rayon prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs polis əməkdaşlarına tabe olmaması səbəbindən sonunculaın ona fiziki qüvvə tətbiq etməsi səbəbindən Təqsirləndirilən şəxs xəsarətlər aldığı qənaətinə gəlinmişdir. (i.v. 83-87) - “baxış keçirilməsi haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən məlumat əldə olunmamışdır. (i.v. 97) -X10 tibbi yoxlamanın 08 sentyabr 2023-cü il tarixli, 5778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 121-122) - Sabirabad RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş bir sıra zəruri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə müəyyən məlumatlar əldə olunmuşudur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dövriyyəsi qanunla qadağan edilmiş predmetləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə baxmayaraq bu barədə hər hansı məlumatın əldə edilməsi mümkün olmamışdır. (i.v. 88) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki ; - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 6079/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı “sol döş, sağ və sol dirsək, sağ bazu, sol kürək, hər iki daban nahiyələrində sarımtıl rəngli qançır, sağ said nahiyəsində sıyrıntı” xəsarətləri aşkar edilmiş, sonuncu yazılı izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, AZF/LGL-5087/24 saylı məktubla bildirilmişdir ki, 5(056)-116/2023 saylı, xx.xx.2023-cü il tarixli qrar Sabirabad RPŞ-nin İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli müşaiyyət məktubu ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə daxil olmuş, həmin qərar xx.xx.2023-cü il tarixdə AZF/LGL- 15260/23 saylı məktubla cavablandırılmışdır. - Təqsirləndirilən şəxs Miratahir oğlunun müraciəti əsasında Sabirabad rayon prokurorluğunda araşdırılan 133c-23 nömrəli materialdan görünür ki,

1. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sabirbad rayon prokurorluğuna ərizə ilə müraciət edərək Sabirabad şəhəri S.Vurğun küçəsində kafedə olarkən polis əməkdşalarının içəri daxil olub cibinə narkotik vasitə qoyub zorla RPŞ-yə apardıqlarını, narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün döyülməsini bildirmiçdir.

2. Təqsirləndirilən şəxs rayon prokuroluğuna verdiyi izahatda göstərmişdir ki, 11 iyun 2023-cü il tarixdə saat 19-20 radələrində Sabirabad rayonu S,Vurğun küçəsində yerləşən çayxanada atası Mirtahir ilə oturmuş, digər stolda isə rayon sakini Vidadi və çayxana sahibi Cabbar olmuşdur. Həmin vaxt 5-6 nəfər mülki formalı şəxslər ona yaxınlaşmış, bu zaman tanımadığı polislərdən biri əlini onun cibinə atıb əli sıxılı vəziyyətdə siqaret qutusunu Taleh adlı polis əməkdaşına vermişdir. Həmin vaxt orada tanıdığı İsmayıl adlı əməliyyatçı da olmuşdur. Həmin vaxt kafedə səs-küy düşmüş, o, həmin qutunun ona aid olmadığını bildirmişdir. Buna etiraz edən kimi polislərdən bir neçəsi onu yerə yıxıb qolunu qandallayaraq maşına mindirib polis şöbəsinə aparmışlar. Şöbədə onu Taleh adlı polisin otağına salmışlar, orada onu tam şəkildə soyundurub bədənini skoçla bağlamışlar. Daha sonra onu ağzı üzətə qaldırmışlar və ayağına “dubinka” ilə vurmağa başlamışlar. Taleh isə narkotikin ona aid olmasını etiraf etməsini tələb etmişdir. Həmin vaxt İsmayıl, və adını xatırlamadığı, cibindən guya ki siqaret qutusunu çıxaran polis də orada olmuşdur. Daha sonra onu yerə uzatmışlar, İsmayıl dizini onun sinəsinə qoyub sıxmışdır. Xatırlamadığı polislərdən biri sağ gicgah nahiyəsinə yumruqla vurmuşdur. Sağ qolunun da dirsək nahiyəsini əzmişlər. Daha sonra kürəyinin sol nahiyəsinə “dubinka” ilə vurmuşlar. Daha sonra onu soyundurub “dubinkanı” yanına qoyub bunu ona salacaqlarını deyib ondan narkotiki boynuna almağı tələb etmişlər. Sonra həmin 5-6 nəfər onu dayanmadan döyməyə başlamışlar. Bir ara rəis müavini Ağqşin də gəlib ondan etiraf etməyi tələb etmişdir. Dözə bilmədiyi üçün narkotik vasitələrin güya ona məxsu olmasını etiraf etmişdir. Daha sonra ondan izahat alınmış, narkotiki yerdən tapdığını bildirmişdir. Halbuki narkotik vasitə və psixotrop maddə ona məxsus olmamışdır .

3. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-c il tarixli 372 saylı rəyindən görnür ki, müayinə zamanı Seyidağa Səmədəovun bədəni üzərində sağ bazunun aşağı 1/3-nin iç səthində, sağ və sol ayağın alt səthlərində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə obyektiv nəticəyə gəlmək üçün ilk olaraq ibtidai araşdırma orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutların dairəsi dəqiqləşdirilməli, sonra həmin sübutların qiymətləndirilməsi aparılmalıdır. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli izahatı, xx.xx.2023-cü il tarixli imza etməkdən imtina etdiyi təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi və eyni tarixli üzləşdirmə istintaq hərəkətinin protokolu, şahid ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” protokollar və həmin protokllar, 12 iyun 2023cü il tarixli, 18/622 nömrəli rəyi, ambulator məcburi tibbi yoxlamanın 08 sentyabr 2023-cü il tarixli, 5778 saylı rəyi, istintaq hərəkəti protokolları, əməliyyat axtarış tədbirlərinin keçirilməsi nəticəsinədə dair raport, “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 13 iyul 2023-cü il tarixli qərar, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ilkin olaraq təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. - Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün sübutlardan biri kimi sonuncunun şübhəli şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli izahatında şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona aid olmasını bildirməsidir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid1, Şahid2, Şahid3 və və tanımadığı digər polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı Şahid3 tərəfindən siqaret qutusunun içində cibinə qoyulmuş heroin və metamfetaminlə bağlı etirafedici ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını barəsində həbs qətimkan tədbiri seçilməsi üçün hakim qarşısına çıxarılmazdan əvvəl ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun qəbulunda olarkən də bildirmiş və bu barədə ərizə ilə müraciət etmiş, eləcə də həbs edildikdən sonra ƏN-nin PX-nin 03 saylı İstintaq Təcridxanasına daxil olarkən də bildirmiş, bu barədə “xüsusi məlumat” 25 iyun 2023-cü il tarixdə Sabirabad rayon Prokurorluğuna daxil olmuş və həmin fakt üzrə rayon prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da 13 iyul 2023-cü il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Halbu ki, prokurorluğun xx.xx.2023-cü il tarixli qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Səmədağa Seyidov barəsində məhkəmə tibbi ekspertizanının xx.xx.2023-c il tarixli 372 saylı rəyindən görnür ki, müayinə zamanı Seyidağa Səmədəovun bədəni üzərində sağ bazunun aşağı 1/3-nin iç səthində, sağ və sol ayağın alt səthlərində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bundan əlavə həmin qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 6079/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına gətirilmiş, baxış zamanı “sol döş, sağ və sol dirsək, sağ bazu, sol kürək, hər iki daban nahiyələrində sarımtıl rəngli qançır, sağ said nahiyəsində sıyrıntı” xəsarətləri aşkar edilmiş, sonuncu yazılı izahatında həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin əmələ gəlmə müddətləri sonuncunun Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı tarixə uyğun gəlir. X11 istintaq təcridxanasına daxil olarkən də bədəni üzərində həmin xəsarətlər aşkar olunmuşdur. İlkin yoxlamanı aparan Sabirabad rayon prokurorluğunun müstəntiqi isə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertizası təyin etsə də sonuncunun bədənində olan müxtəlif xəsarətlərin, hətta sağ və sol ayağın alt səthlərində qançırlar xəsarətlərinin yetirilmə mexanizmi barədə araşdırma aparılmamışdır. Hansı ki, həmin xəsarətin, eləcə də Təqsirləndirilən şəxs bədəni üzərində olan digər xəsarətlərin sonuncunun saxlanılarkən müqavimət göstərməsi zamanı əmələ gəlməsi məhkəmə üçün inandırıcı deyildir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirlmiş Sabirabad RPŞ-nin əməkdaşları da Səmədağa Seyidovun saxlanılarkən onlara müqavimət göstərmək istəməsi, lakin sonuncunun qollarının burularaq qandal tətbiq edilməsi və ona qarşı hər hansı xəsarət yetirmədən sonunucunu saxladıqlarını bildirmişlər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm hazırkı məhkəmə istintaqı zamanı, həm də saxlanıldıqdan 02 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Sabirabad rayon prokurorluğunda ilkin yoxlama aparılarkən verdiyi izahatında zorakılığa və hədəyə məruz qalmasını bildirməsi barədə eyni xarakterli ifadələrinə münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2023-cü il tarixdə barəsində məhkəmə tibbi ekspertizası keçirilərkən, eləcə də xx.xx.2023-cü il tarixdə ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olanda bədəninə baxış keçirilərkən aşkar olunmuşdur. Səmədağa Seyidov bədənində akar edilmiş xəsarətlərlə bağlı ilkin izahatından hazırkı dövrədək bildirmişdir ki, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün xəsarət almışdır. Təqsirləndirilən şəxs ƏN-nin PX-nin 03 saylı istintaq təcridxanasına daxil olduqdan sonra həbs olunan zaman fiziki zorakılığa məruz qalmasını bildirmiş, bu barədə xüsusi məlumat 25 iyun 2023-cü il tarixdə Sabirabad rayon prokurorluğuna daxil olmuş, Təqsirləndirilən şəxs tutulmasından 2 gün sonra araşdırma aparılmağa başlanılsa da bu fakt üzrə ilkin yoxlama da səthi aparılmışdır. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsuatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, ilk növbədə Təqsirləndirilən şəxs, daha sonra saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs bədənində mövcud olan xəsarətlərin hansı vaxt və hansı şəraitdə yetirilməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilsə də və ekspertiza rəyi ilə sonuncunun bədəni üzərində olan xəsarətlrəin saxlanıldığı günə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlməsi qeyd edilsə də bu fakt üzrə müvafiq suallar şahidlərə verilməmiş, şahidlər Təqsirləndirilən şəxs onlara müqavimət göstərdiyini bildirslələr də sonuncunun hər iki ayaqaltı nahiyəsində olan qançırlar xəsarətini necə alması barədə ətraflı araşdırma aparılmamış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilərkən onun saxlama yerinə qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olubolmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülməmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə qəbul edən şəxs dindirilməmiş, və nəticədə yalnız Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən polis əməkdaşlarını müqavimət göstərmək istəməsi, lakin polis əməkdaşları tərəfindən qolunun burulub qandal vurulmasından sonra sakitləşdirilməsi və həmin vaxt ona hər hansı xəsarət yetirilməmis barədə polis əməkdşalarının ifadələri, polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi ekspertizadan keçirilərkən bədənində aşkar xəsarətlərin müəyyən olunması, həmin xəsarətlərdən birinin - sağ və sol ayağın alt səthlərində qançırlar xəsarətlərinin olması məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 13 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi faktının araşdırılması ilə bağlı Sabirabad rayon Prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən «inter alia» hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici izahatını və imzalanmamış ifadəsini mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən hallar ilə bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin şərh olunan məsələ üzrə formalaşmış presedent təcrübəsinə əsaslanmaqla işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, məhz bunun təsiri ilə məhkəməyədək icraatda üzərindən aşkar olunmuş narkotik vasitə ilə bağlı etirafedici izahat vermiş, həmçinin şəxsi axatrış istintaq hərəkəti zamanı da şifahi qaydada izahat vermişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan müddəasını nəzərə alaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı «Şəxsi axtarış və götürmə aparılması» barədə 11 iyun 2023-cü tarixli protokolundakı şifahi izahatı, 11 iyun 2023-cü il tarixli izahatı sübutlar siyahısından çıxarılmalı və həmin sübutlar əsaslı sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyulan sübutlar kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə tərkibi xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirmə protokolu”nda və xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”nda Səmədağa Seyidovun iki bükümdə narkotik vasitənin ona aid olmasını bildirməsi, 28 bükümdə olan bükümlərin isə polis əməkdaşları tərəfindən onda olan 2 bükümün üzərinə qoyulmasını bildirməsi ilə bağlı qeyd edir ki, həmin protokollar təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq edilməmişdir. Əgər həmin protokollarda yazılan sözlər Səmədağa Seyidov tərəfindən deyildiyi halda sonuncunun həmin protokolu imzalamaqdan imtina etməklə həmin ifadəni təsdiqləməməsi barədə iradə ifadəsini göstərmişdir. Səmədağa Seyidov məhkəmə istintaqı zamanı da həmin ifadəsini təsdiq etmədiyini, üzərində ümüumiyyətlə hər hansı kütlə olmadığını bildirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin əlavə dindirilməsinə heç bir zərurət olmadan müstəntiq tərəfindən dindirilməsi barədə protokol tərtib edilməsi, təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq edilməmiş həmin ifadələrin əsaslı sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın əsasına qoyulan sübutlar kimi qəbul edilməsi yolverilməzidir. Buna görə də məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirmə protokolu” və xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu” sübutlar siyahısından çıxarılmalıdır. Bundan əlavə Səmədağa Seyidov məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsində həmdə 2 bükümdə narkotik vasitəni tanımadığı şəxsdən alıb saxladığı, lakin polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin onun üzərinə siqaret qutusunda narkotik vasitələr qoyduğunu bildirsə də sonrakı məhkəmə iclasları zamanı üzərində hər hansı miqdarda narkotik vasitə olmadığını, üzərində aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmiş, ilk məhkəmə baxışı iclasında verdiyi ifadəsini ümumiyyətlə təsdiq etməmişdir. Təqsirləndirilən şəxsin ifadəsi iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edildikdə sübut kimi qəbul edilər. Hazrkı halda məhkəmə tərkibi Seydiağa Səmədova verilən ittihamın sübuta yetirilməməsi qənaətinə məhkəmə hökmündə qeyd edilən dəlillər əsasında qənaətə gəldiyindən, elcə də sonuncunun məhkəmə istintaqının sonunda da üzərində hər hansı bükmdə narkotik vasitə olmadığını bildirdiyindən məhkəmə tərkibi Səmədağa Seyidovun məhkəmə istintaqının əvvəlində polsi əməkdaşları saxlanmamışdan əvvəl üzərində iki bükümdə narkotik olması barədə verdiyi ifadəsini də sübut kimi qəbul etmir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusatlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını və onun 3 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi izahatı məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici izahatlar sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Eyni zamanda Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalması və nəticədə şəxsi axtarış keçirilərkən etirafedici ifadələr verməsi barədə şübhələri məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlar daha da qüvvətləndirir ki, bu sübutlar barədə fikirlər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı əldə edilmiş sübutları qiymətləndirərkən məhkəmə tərkibi tərəfindən qeyd ediləcəkdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir ki, ibtidai istintaq zamanı ifadələri alınmış Sabirabad RPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları yalnız narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. İbtidai istintaq orqanının ittiham aktında əks etdirdiyi epizod üzrə (yəni Təqsirləndirilən şəxs üzərində 4,822 qram qram heroin və 1,372 qram olan metamfetamin aşkar edilməsi) Təqsirləndirilən şəxs əleyhinə ittiham aktında istinad olunan və ittihamın daha bir əsasını təşkil edən sübutlar polis əməkdaşları Şahid1, Şahid3, İsmayl Şıxəliyev və Şahid4 şahid ifadələridir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid3, İsmayl Şıxəliyev və Şahid4 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X4rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. - İstintaq orqanının Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər protokol Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin aparılmasına dair 11 iyun 2023-cü il tarixli protokoldur və həmin sənəddən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 11 iyun 2023-cü il tarixdə, saat 23:35-dan 23:51-dək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan dərhal sonra həyata keçirilməsi özü-özlüyündə narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Həmin protokolda qeyd edilmişdir ki, Səmədağa Seyidov həmin tarixdə saat 23:10 dəqiqədə saxlanılmışdır. Bundan əlavə məhkəmə istintaqı zamanı şəxsi axtarış keçirilməsi istintaq hərəkəti protokoluna əlavə edilmiş videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, videoyazının 00:16-cı dəqiqəsində Təqsirləndirilən şəxs əllərini arxasına qoymuş və başı aşağı formada görünür, 01:15-ci saniyyədə Təqsirləndirilən şəxs ayaq üstə durduğu yerdə müvazinətini itirib səndələyir, sonra dərhal müvazinətini bərpa edir, 01:42-ci saniyyədə şalvarının sol yan cibindən bir ədəd qara rəngli telefon, 01:47-ci saniyyədə “Rotmans” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içində 13 ədəd qəhvəyi rəngli sellofan büküm, 2 ədəd ağ rəgli sellofan büküm və 15 ədəd kağız büküm aşkar edilir. Videoyazının 04:21-ci saniyyəsində Səmədağa Seyidov təhqiqatçının sualına asta formada və güclə danışaraq “həmin kütlələri tapmışam” , “kiməsə satmamışam” deyə cavab verir. Videoyazının 05:21-ci saniyyəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonun ekranında saatın “00:53” olması, həmçinin videoyazının 05:51-ci saniyyəsində müdafiəçi Qədir Qədirovun sol qolunda olan elektron saatın “00:54” olması aydın şəkildə görünür. Həmin videoçəklişin 07:40-cı saniyyəsində müdafiəçinin “kimsə sənin üzərinə narkotik qoymayıb?”, “kimsə səni döyməyib?” sualına Səmədağa Seyidov başını aşağı salaraq başını sağa sola hərəkət etməklə və bir neçə saniyyə fikirləşməklə asta səslə “xeyr” deyə cavab verir. Videoyazının 07:45-ci saniyyəsində müdafiəçinin” döyüblərsə de” sözünə yenə də çətinliklə cavab verməyə çalışır və başını sağa sola hərəkət etdirir. Həmçinin həmin videoyazıdan görünür ki, aşkar edilmiş bükümlərdən yalnız biri açılaraq içinə baxılır, qalanları açılmadan və baxılmadan həmin kütlələrin içində heroinə və metamfetaminə bənzər kütlələr olması elan edilir. Həmçinin həmin kütlələr tərəzidə çəkilmədən zərfə qoyularaq qablaşdırılır. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış istintaq hərəkətinin yazıldığı diskin xüsusiyyətləri araşdırılarkən müəyyən edilmişdir ki, həmin videoyazının yaradılma tarixi “xx.xx.2023-cü il saat 01:03” kimi əks olunmuşdur. Göründüyü kimi şəxsi axtarış istintaq hərəkətinin çəkildiyi videoyazının 05:21-ci saniyyəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefonun ekranında saatın “00:53” olması, həmçinin videoyazının 05:51-ci saniyyəsində müdafiəçi Qədir Qədirovun sol qolunda olan elektron saatın “00:54” olması tam aşkar göründüyü halda və videoçəkilişin 15 dəqiqə 21 saniyə davam etdiyi nəzərə alındıqda bu qənaətə gəlməyə tam əsas yaranır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış 11 iyun 2023-cü il tarixdə saat 00:48-də keçirilməyə başlanmış və həmin gün saat 01:03-də sona çatmışdır. (videoyazının başlanma və bitmə tarixi ən pis halda 1 dəqiqə irəli və ya geri ola bilər) Yuxarıda qeyd edilənlərə əsasən və cinayət işi materialları əsasında belə qənatə gəlmək olur ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 23:10-da saxlanılıb polis şöbəsinə gətirilsə də onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 1 saat 35 dəqiqədən çox vaxt keçdikdən sonra müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir və həmin müddət ərzində Təqsirləndirilən şəxs polisin tam nəzarəti altında olmuşdur. Səmədağa Seyidovun 11 iyun 2023-cü il tarixdə saat 21 radələrində saxlanılması barədə ifadə verməsini həqiqət kimi qəbul edildikdə isə sonuncunun saxlanıldıqdan sonra 3 saatdan çox vaxt keçdikdən sonra müdafiəçi ilə təmin edilməsi və üzərinə şəxsi axtarış keçirilməsi, beləliklə sonuncunun 3 saatdan çox vaxt ərzində polisin tam nəzarəti altında olması qənaətinə gəlməyə əsas verir. Buna görə də Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ən azı 1 saat 35 dəqiqədən çox vaxt ərzində polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilməsi və üzərinə narkotik qoyulması barədə dəlili əsaslı sayılmalıdır. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “boz rəngli kətan şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunda olan 30 ədəd bükümlərdə aşkar edilmiş narkotik vasitə” ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Azərbaycan Respublikasının CPM-in 124.1-ci maddəsinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur”. Həmin Məcəllənin 124.1.1 və 124.1.2-ci maddələrinə əsasən bu sübutlar “cinayət prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı”, “hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir”. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qanunun qeyd olunan normalarının əlaqəli təhlilindən görünür ki, cinayət prosesi tərəflərinin əldə etdiyi sübutun mötəbərliyi ilk olaraq onun cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə edilməsi baxımından qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hallar 11 iyun 2023-cü ildə saat 23:35-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı 30 ədəd bükümlərdə narkotik vasitə və psixotrop maddə götürülməsinə dair «şəxsi axtarış və götürmə aparılması haqqında» 11 iyun 2023-cü il tarixli protokolun mötəbərliyini ciddi formada şübhə altına almaqla yanaşı, həmin protokolun həqiqiliyinə şübhə yarandığından qeyd edilən protokol iş üzrə sübut hesab olunmamalıdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növləri məhkəmə-fiziki kimyəvi ekspertizasının 12 iyun 2023-cü il il tarixli, 18/622 nömrəli, X10 tibbi yoxlamanın 08 sentyabr 2023-cü il tarixli, 5778 saylı rəyləri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən «X10 tibbi yoxlama»nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə fiziki-kimyəvi eksertizanın rəyi mövcud olan maddi sübutun narkotik vasitə və psixotrop maddə olması faktını təsdiq edir, həmin narkotik vasitənin aşkar olunması isə narkotik vasitənin Təqsirləndirilən şəxs aid olması olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi də təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkib-çəkmədiyini müəyyən edir. Cinayət işinin materiallarının 88-ci səhifəsində olan Sabirabad RPŞ-nin verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 25 iyul 2023-cü il tarixli raportda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş hallarla bağlı qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 25 iyul 2023-cü il tarixli raportla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Odur ki, istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən sübutlar (eləcə də dövlət ittihamçısı tərəfindən məhkəmə baxışı zamanı əldə edilmiş sübutlar) təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Məhkəmə baxışı zamanı ambulator məcburi tibbi yoxlamanın 08 sentyabr 2023-cü il tarixli, 5778 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxsə cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4.172 qram heroin və1.032 qram metamfetamin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə komputer texniki və məhkəmə video-texniki ekspertizaları ilə bağlı ümumilikdə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq,

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin ödənilməsindən azad azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi çəkisi 4.172 qram heroin və 1.032 qram metamfetamin cinayət işi materialına əlavə edilməsi üçün Sabirabad RPŞ-də saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar