Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-187/2025 23.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 26 deakbr 1990-cı ildə Ağcabədi rayonunun Mehrablı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Mehrablı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 12.1,120.2.2 və 12.1,120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İbadov X18 vaxtı ilə 13 oktyabr 2019-cu il tarixdə, saat 01 radələrində (Azərbaycan vaxtı ilə həmin gün saat 02 radələrində) Rusiya Federasiyası, Leninqrad vilayəti, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9B ünvanında yerləşən “Qızıl Qaya” kafesində olarkən heç bir əsaslı səbəb olmadan, kafedə verdiyi musiqinin oxudulmaması kimi cüzi bir səbəbi bəhanə gətirərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq surətdə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq müstəsna şəxsiyyət olduğunu təsdiq etmək üçün həmin kafedə DJ-kompyuterlə musiqini idarə edən şəxs Özbəkistan Respublikasının vətəndaşı X6 ilə münaqişə aparmağa başlayıb sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə, Sardorbek Aminconovun həmin kafedə ofisiant işləyən doğma qardaşı X9 yanında ona xüsusi əzab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək üzərində saxladığı istintaqla müəyyən olunmayan kəsici-deşici predmetlə Sardorbek Aminconovun döş qəfəsinin sol səthinə bir dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthinin beşinci qabırğa proyeksiyasında sol plevra boşluğuna nüfuz etməklə ürəyin sağ mədəciyinin kor zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi xəsarət yetirərək Sardorbek Aminconovu Azərbaycan Respublikasının hüdudlarından kənarda xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1,120.2.2 və 12.1,120.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, törədiyi əmələ görə CM-nin 126.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır, Ağcabədi rayonunun Mehrablı kəndində qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. O, 2009-cu il tarixdə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, orada bir müddət geyim əşyalarını satmaqla məşğul olmuş, 2014-cü ildən isə Rusiya Federasiyasının Leninqrad şəhərinə gedib orada dəmir alıbsatmaqla məşğul olmuşdur. Rusiyada yaşadığı müddətdə Azərbaycana gəlib-getmişdir. Özbəkistan Respublikasının vətəndaşı olan Sardorbek Aminconovu və onun qadaşını əvvəllər tanımamışdır. 12 oktyabr 2019-cu il tarixdə Moldova vətəndaşı olan bir nəfər tanışı nikah mərasimi ilə bağlı təşkil olunmuş məclisə onu dəvət etmiş, həmin məclis Leninqrad şəhərinin Kirovski rayonunda yerləşən azərbaycanlılara məxsus “Qızıl Qaya” kafesində təşkil olunmuşdur. O, həmin gün gecə saatlarında kafeyə getmiş, orada tanıdığı və tanımadığı çoxsaylı şəxslər olmuş, o cümələdən azərbaycan, özbək, rus və erməni millətindən olan şəxslər də olmuşdur. Onunla eyni masada üç xanım və üç kişi əyləşmiş, onlar yeyib-içməyə başlamış və o, təqribən 200-300 qram viski içmişdir. Spirtli içki içsə də, sərxoş olmamış, özünü idarə edə bilmişdir. Kafedə komputerlə musiqini idarə edən şəxs (Sardorbek Aminconov) isə Özbəkistən vətəndaşı olmuş, onu tanımamış, adını bilməmiş, hadisədən sonra istintaq vaxtı həmin şəxsin Sardorbek Aminconov olduğunu bilmişdir. Həmin şəxs mahnı sifarişi ilə bağlı kafedə olan tanımadığı şəxslərlə mübahisələr etmiş, hadisədən bir qədər əvvəl bu şəxs bir nəfəri çölə çıxarıb döymüş, bu zaman ona yaxınlaşıb mane olmuş, həmin vaxt aralarında hər hansı münaqişə və ya mübahisə baş verməmişdir. O, kafeyə qayıdıb oturub yeyib-içməyə davam etmiş, az sonra erməni millətindən olan şəxslərin erməni mahnısı sifariş verib oynadıqlarını görmüş, onların mahnısı başa çatandan sonra o, mahnıları idarə edən şəxsə, yəni Sardorbek Aminconova yaxınlaşıb ondan azərbaycan mahnısı qoşmasını xahiş etmiş, o da Rus dilində kobud şəkildə “burda azərbaycan mahnısı qoşula bilməz, bura Azərbaycan deyil” demiş, o, isə “bayaqdan erməni və gürcü mahnıları qoşursan, azərbaycan mahnısına niyə olmaz deyirsən” demiş, komputerlə mahnıları idarə edən Sardorbek Aminconov əllərini sərt şəkildə masaya çırpıb Rus dilində onun üstünə qışqırıb “sənə olmaz dedim” ifadəsini işlədib onu geri itələmiş, bu zaman yanlarında olan şəxslər onu aralaşdırmış, kafedə işləyənlərdən biri Sardorbek Aminconova yaxınlaşıb Rus dilində “o, buranın müştərisidir, onunla belə rəftar etmək düzgün deyil” demişdir. Bundan sonra o, öz tanışlarına yaxınlaşıb ortada bir yerdə oynamağa başlamış, həmin vaxt azərbaycanlı olduğunu bildiyi, lakin adını bilmədiyi bir oğlan kafenin içərisinə girib az əvvəl baş verən hadisənin hansı səbəbdən olduğunu soruşmuş, bu zaman az əvvəl mübahisə etdiyi, komputerlə mahnıları idarə edən şəxs, yəni Sardorbek Aminconov bir dəfə yumruqla onun sifət nahiyəsindən vuraraq Rus dilində ünvanına nalayiq ifadələr işlətmiş, o da ona yaxınlaşıb hansı səbəbdən onu vurmasını soruşmuş, Sardorbek Aminconov isə nalayiq ifadələr işlətməyə davam edib onu kafenin çölünə dava etməyə çağırmış, o da bu şəxsin (Sardorbek Aminconovun) işlətdiyi nalayiq ifadələrə və azərbaycanlını vurmasından hiddətlənib həmin vaxt üzərində olan bıçağı çıxarıb onun döş nahiyəsinə bir dəfə zərbə vurmuş, vurandan sonra Sardorbek Aminconov ondan bir qədər aralanaraq sonra yerə yıxılmış, həmin vaxt bir nəfər şəxs əlində iri kəsici alətlə onun üstünə hücum çəkmiş (o, bu şəxsin bıçaqla vurduğu şəxsin (Sardorbek Aminconovun) qardaşı olduğunu sonradan bilmişdir), lakin orada olan tanımadığı şəxslər onu tutub oradan uzaqlaşdırmışlar. Bundan sonra o, kafeni tərk etmiş və üzərində olan bıçağı da Murmanski yolunda adını bilmədiyi meşəlik əraziyə atıb Leninqrad şəhərinə getmiş, gecəni yaşadığı evə yaxın, adını xatırlamadığı hosteldə qalmış, hava işıqlaşandan sonra taksi ilə Moskva şəhərinə getmiş və orada 3-4 saat qaldıqdan sonra Belqorod şəhərinə getmişdir. Belqorodda olarkən orada yaşayan azərbaycanlılardan bıçaqla vurduğu adamın (Sardorbek Aminconovun) öldüyünü öyrənmiş, iki-üç gün Belqorod şəhərində oteldə qaldıqdan sonra Ukraynanın Xarkov şəhərinə getmiş, Xarkov şəhərində təxminən iki ay yarım adını xatırlamadığı bir azərbaycanlı ilə bir yerdə qalmış, 26 dekabr 2019-cu ildə tarixdə təyyarə ilə Azərbaycan Respublikasına, Bakı şəhərinə, oradan da Ağcabədi rayonuna qayıtmışdır. Törətdiyi cinayət hadisəsi barədə heç kimə məlumat verməmiş, Ağcabədi rayonunun Mehrablı kəndində ailə üzvləri ilə bir yerdə yaşamaqla normal həyatına davam etmişdir. Tutulmamışdan bir müddət əvvəl işləmək üçün Bakı şəhərinə getmiş, Bakı şəhərində ayrıayrı yerlərdə günəmuzd fəhləlik etmiş, 18 oktyabr 2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhərində, metrounun “Memar Əcəmi” stansiyasının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb Ağcabədi RPŞ-nə gətirilmişdir. Onun bıçaqla vurduğu şəxsi, yəni Sardorbek Aminconovu öldürmək niyyəti olmamış, həmin şəxs onun ünvanına nalayiq ifadələr işlədib onu dava etməyə çağırdığına və orada olan tanımadığı həmyerlisi olan şəxsi yumruqla vurduğu üçün o, bıçaqla bir dəfə onu (Sardorbek Aminconovu) vurmuşdur. Həmin şəxsi, yəni Sardorbek Aminconovu bıçaqla vurarkən bu şəxsin qardaşı (X15) orada olmamış və bu hadisəni görməmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin törədiyi əmələ görə CM-nin 126.3-cü maddəsi ilə özünü təqsirli bilir və törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum Sardorbek Aminconov qardaşıdır. Leninqrad vilayəti, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9 ünvanında yerləşən “Qızıl Qaya” kafesinin sahibi tanışı Şahid3 olmuşdur. Təxminən bir həftə əvvəl Şahid3 zəng edib ondan iki həftəlik bir əməkdaşı əvəz etməsini xahiş etmiş, o da buna razılıq verib kafedə işə başlamış, onun işi kafenin qonaqlarına xidmət etmək olmuşdur. X11 təxminən altı ay əvvəl Rusiya Federasiyasına idman zalı tapıb qaydasız döyüş “muay tay” üzrə məşq edib yarışlarda iştirak etmək üçün gəlmiş və qardaşı onunla birlikdə Sankt-Peterburqda yaşamışdır. O, işlədiyi müddətdə qardaşı Sankt-Peterburqda qalmış, istirahət günlərində isə onun yanına gəlmişdir. X11 12 oktyabr 2019-cu il tarixdə, saat 12 radələrində Kirov şəhərinə, saat 19 radələrində kafeyə onun yanına gəlib orada gözləmiş, o isə öz növbəsində saat 23:30-da növbəyə çıxmışdır. Həmin vaxt kafedə komputerlə mahnıları idarə edən X11 olmuşdur. Saat 01:00-02:00 arası o, qardaşı ilə bir kişi arasında mübahisə yarandığını görmüş, bu kişi tək olmamış, öz tanışları ilə birlikdə olmuş, həmin vaxt o, zalda onlara yaxınlaşıb kişinin qardaşı X7 və ya Azərbaycan musiqisi səsləndirilməsini xahiş etmiş, qardaşı da öz növbəsində həmin kişiyə kafenin qonaqlarının əksəriyyəti Rusiya Federsaiyası vətəndaşları olduğundan, kafedə yalnız Rus musiqisinin səsləndirildiyini bildirmiş, eyni zamanda qardaşı xahiş etmişdir ki, o kafenin işçisi deyil, bu barədə kafenin işçilərinə müraciət etsin, həmin kişi onun qardaşının bu sözündən bərk əsəbiləşmiş, qardaşı isə kafedə müştərilər istirahət etdiyindən, kişidən kafedən çıxıb, bir az əsəbilərini “yatırtmasını” xahiş etmiş, bu an o, qardaşına bir sillə vurub müştərilərlərlə belə danışmamasını bildirmiş, həmin vaxt o, barla üzbəüz olmaqla arxası çıxışa tərəf, qardaşı isə çıxış ilə üzbəüz, arxası isə bara tərəf dayanmış vəziyyətdə olarkən, bir nəfər kişi qardaşına qarşı aqressiv əhvalda olduğu üçün onunla eyni masa arxasında oturan tanışlarını kafedən çıxarmağa başlamış, qardaşı isə zalda dayanmış o isə qardaşı ilə üzbəüz dayanmış, həmin an qardaşına kafenin mətbəxinə keçməsini demiş və üzünü çıxışa tərəf çevirmiş, dönən zaman görmüşdür ki, qardaşı qışqıraraq ondan qan axdığını bildirmiş, yenə çxışa tərəf dönəndə qardaşı ilə sözlə mübahisə edən kişini (Təqsirləndirilən şəxs) dostlarının çölə çıxardığını görmüşdür. Bundan sonra qardaşı döşəməyə yıxılmış, qardaşı ilə mübahisə edən kişinin (Təqsirləndirilən şəxs) ona nə ilə zərbə edirdiyini görməmiş, çünki bütün bunlar onun arxasında, çox qısa zamanda baş vermişdir. Həmçinin həmin kişini (Təqsirləndirilən şəxs) kafedə ikinci dəfə görmüş, birinci dəfə onu bir həftə əvvəl kafedə görmüşdür. 12 oktyabr 2019-cu il tarixdə bu kişinin ətrafında olanlar saat 23 radələrində kafeyə toplanmağa başlamış, əvvəlcə kafeyə iki qız gəlmiş, onları o, Kirov şəhərinin sakinləri kimi tanımış, onlardan birini adı Şahid1, digərinin adı isə Tatyana olmuş, az sonra Cambula və Əbülfəz adlı şəxslər gəlmiş, onları da şəhər sakinləri kimi tanımış, bildiyinə görə Cambula şəhərdə parka yaxın binada ailəsi ilə yaşayır. Saat 00:00dan sonra onlara Anar və İlçin (Elçin) adlı şəxslər qoşulmuş, onlardan əvvə bir qız (rus) və kişi də onlarda qoşulmuş, onların barəsində məlumatı yoxdur. Kampaniyada olan qızlar rus olmuş, Cambula Dağıstandan, Əbülfəz, Anar, İlçin (Elçin) və həmin kişi (Təqsirləndirilən şəxs) isə Azərbaycan Respublikasından olmuşlar. Həmin gecə o, bu kampaniyanın əyləşdiyi masaya yaxınlaşmış, onların nə bardə söhbət etdiklərini eşitməmiş, dediyi kişi 35-40 yaş arası, dolu bədən quruluşlu olmuş, boyu təxminən 185 sm və saçları tünd qısa olmuşdur. Hadisə zamanı həmin kişinin əynində isə göy rəngli cins, cins gödəkcə, qara kofta və ya futbolka, ayaqlarında qara rəngli “makasin” ayaqqabı omuşdur. Qardaşı mehriban, səmimi, hər zaman əltutan, böyüklərə hörmət edən olmuşdur. Hadisə zamanı qardaşının əynində göy rəngli cins, qara kofta və ayaqlarında qəhvəyi rəngli idman ayaqqabısı olmuşdur. İşdə olan, istintaq orqanın tərtib etdiyi 26 noyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminova hüquq və vəzifələri izah edilmiş və o, iş üzrə hər hansı xahişi və vəsatətinin olmadığını bildirmişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminovun istintaq orqanına ünvanladığı 13 oktyabr 2019-cu il tarixli və 14 dekabr 2024-cü il tarixli ərizələri ilə müəyyən edilir ki, işin baxılması üçün məhkəməyə göndərilməsinə etiraz etmir və onun iş üzrə hər hansı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9, ünvanında yerləşən “Qızıl qaya” kafesinin rəhbəridir. Kafedə barmen kimi Aliyar adlı Özbəkistan vətəndaşı, aşbaz kimi Fazilət adlı Azərbaycan vətəndaşı çalışmışdır. Kafedə olan aparatlar işləmədiyi üçün Aliyarın qardaşı Sardor kafeyə gəlib musiqi aparatlarının quraşdırılması ilə məşğul olmuşdur. Bildiyinə görə Sardor haradasa mühafizəçi işləmiş, bəzən axşamlar kafeyə gəlmişdir. Kafenin dörd zalı olmuş, küçə də daxil olmaqla iki ədəd videomüşahidə kamerası ilə kafe təhciz olunmuşdur. 12 oktyabr 2019-cu il tarixdə gün ərzində işdə olmuş, günorta kafeyə məhsul almaq üçün Yanino qəsəbəsinə getmiş, saat 23:47-də tanışı Şahid4lə “Skala” kafesinə getmiş, təxminən orada bir saat olmuş, saat 00:41-də “Qızıl qaya” kafesinə qayıtmışdır. Kafenin qarşısındakı meydançada üzü Ladojsk küçəsinə olan yola tərəf dayanmış ağ rəngli “BMW X” markalı avtomobil görmüş, avtomobilin dövlət qeydiyyat nömrəsinə fikir verməmişdir. O, kafenin həyətində dayanmış, təxminən 1 saat sonra kafedə qışqırıq səsi eşitmiş və kafedən insanlar çıxmağa başlamışlar. O, kafeyə daxil olmuş və barın qarşısında döşəmənin üzərində Sardorun qan içində uzandığını görmüş, həmin vaxt əvvəllər kafeyə dəfələrlə gəlmiş, amma tanımadığı iki gənc oğlan Sardoru götürüb qara rəngli “Vokswagen Golf” markalı avtomobilə qoyub xəstəxanaya aparmışlar. O, çölə çıxmış və iki qrupdan ibarət insanların savaşdığını görmüş, sonra bir qrup “BMW” markalı avtomobilə əyləşib getmiş, onlarla bir qız da olmuş, neçə nəfər olduqlarını dəqiq bilməsə də, təxminən 3-4 nəfər olmuşlar. O, saat 01:48-də xəstəxanaya getmiş, sonra videoya baxanda onlarla əyləşən Aliki tanımış, Alikdən onlarla bir masada əyləşən şəxsləri tanıyıb-tanımadığını soruşmuş, Alik də həmin şəxsləri tanımadığını, yerli olduqları üçün onlarla eyni masada oturduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxslərin azərbaycanlı olduqlarını anlamışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 13 oktyabr 2019-cu il tarixdə bacısı Tatyana ilə birlikdə Leninqrad vilayəti, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9 ünvanında yerləşən “Qızıl qaya” kafesində olmuş, onları oraya Alik və Canbolat adlı tanışları dəvət etmişlər. Bildiyinə görə Canbolat dağıstanlı olmuş, onlar barədə digər məlumatı olmamış, o və Tatyana bu kişilərlə həmin kafedə spirtli içki içən zaman tanış olmuş, hal-hazırda Alik və Canbolatın mobil nömrələri onda yoxdur, onlarla ünsiyyət kəsildikdən sonra nömrələrini silmişdir. Kafeyə gələndə əvvəl o və Tatyana masa arxasında oturmuş, çünki kafədə Tatyananın ərinin Sergey adlı tanışı olmuş və onun da onu Alik və Canbolatla bir yerdə görəcəyi təqdirdə ərinə məlumat verməsindən qorxmuş, Sergey getdikdən sonra qonşu masada əyləşən Alik və Canbolat onların masasına keçmişlər. Masa arxasında o, Tatyana, Alik və Canbolat spirtli içki və qəlyanaltı qəbul etmiş, içki içən zaman Alik və Canbolat qafqaz görünüşlü müxtəlif şəxslərə yaxınlaşıb onlarla nəsə danışmış, kafedə musiqi səsi yüksək olduğundan onların nə barədə danışdığını eşitməmiş, həmin şəxslərlə Alik və Canbolat arasında hər hansı mübahisə yaranmamış, qeyd etdiyi qafqaz görünüşlü şəxsləri tanımamış, onları ilk və son dəfə orada görmüş, onların xarici görünüşlərini və əlamətlərini xatırlamır. Onlar üç nəfər olmuş və onlarla birlikdə əlamətlərini xatırlamadığı bir qız da olmuşdur. O və Tatyana spirtli içkidən sərxoş vəziyyətdə olmuş, saat 01:40 radələrində o və Tatyana siqaret çəkmək üçün kafedən çölə çıxan zaman qafqaz və asiya görünüşlü tanımadıqları şəxslər arasında nəsə söhbət getdiyini görmüş, onun konflikt olduğunu deyə bilməsə də, onlar ayaqüstə söhbət etmişlər, onlar təxminən 10 nəfər olmaqla kafenin çıxışına yaxın dayanmış və nə barədə danışdıqlarını bilməmişdir. Sonra o və Tatyana kafeyə qayıdıb içki içməyə davam etmiş, onların masasında Alik və Canbolat əyləşmiş, sanitar qovşağı olan yerə tərəf baxdıqda döşəmənin üzərində qarınıüstündə bir kişinin uzandığını görmüş, bu vaxt polis əməkdaşları onun ətrafında olmuşlar. Polis əməkdaşlarından döşəmənin üstündə qarınıüstündə uzanmış kişiyə bıçaq zərbəsi ilə xəsarət yetirildiyini bilmiş, sonradan bu şəxsin kafedə ya da xəstəxanada öldüyünü eşitmişdir. Ölən şəxs barəsində onun heç bir məlumatı olmamış, onun kimləsə mübahisə etdiyini, ona kimin xəsarət yetirdiyini görməmiş və onu kimin öldürməsi barədə məlumatı olmamışdır. “Qızıl qaya” kafesində ölüm hadisəsi baş verdiyi gündən sonrakı gün internetdə kütləvi informasiya vasitələrində kafedə baş verən konfliktin videoyazısını görmüş, məhz kafedə əlində bıçaq qaçan şəxsi (Təqsirləndirilən şəxs) videoyazıda görmüş, həmin şəxsi (Təqsirləndirilən şəxs) heç vaxt tanımamışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, şahid X5 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 oktyabr 2019-cu il tarixdə tanışı Alik Məmmədovla (Əbülfəz Məmmədovla) görüşüb Alikin idarə etdiyi VAZ-2114 markalı avtomobillə Kirov şəhərinə getmiş, orada tanışları Tatyana və Yekaterina ilə görüşüb birlikdə saat 23 radələrində kafeyə getmişlər. Təxminən bir saat sonra onların masasına üç kişi və bir qız əyləşmiş, onlar barədə heç bir məlumatı olmamış, bir-birilərinə adı ilə müraciət etdiklərini eşitməmiş, onlar öz aralarında Azərbaycan dilində danışmış, o, Azərbaycan dilini zəif bildiyi üçün onların nə danışdığını tam bilməsə də, Alikin tanışı olduqlarını düşünmüş, onlar əslində daim ünsiyyətdə olmamış, ara-sıra danışmışlar və mahiyyət etibarı ilə eyni masa arxasında iki fərqli kampaniya kimi oturmuşlar. Həmin şəxslərdə xüsusi əlamət gözə dəyməmiş, onların hansı avtomobillə gəldiklərini və getdiklərini bilməmiş, mübahisənin nə vaxt nəyin üstündə başladığını və kimlərin arasında getdiyini bilməmişdir. O, zalda mübahisə gedən zaman zalı öz arasında ortaya bölən divarın yanında zalın ortasında olmuş, hər şey çox tez baş vermiş, çox içdiyi və musiqi oxunduğu üçün nə baş verdiyini bilməmişdir. Zalda olan şəxslərin iki nəfəri ayırdıqlarını, ayrılan şəxslərdən biri onlarla bir masada əyləşən şəxs, digəri isə Aliyor Daminovun qardaşı olmuş, o, onlarla bir masada əyləşən şəxsin (Təqsirləndirilən şəxs) əlində bıçaq və döşəmənin üzərində qan görmüş, Aliyor Daminovun qardaşının yerə yıxılmağını, xəstəxanaya aparılmağını və onlarla bir masada əyləşən kişilərlə qızın kafedən necə qaçdığını görməmişdir. Sonra onların masasına müxtəlif şəxslər yaxınlaşmış və onlarla söhbət zamanı ona məlum olmuşdur ki, kafedə musiqini idarə edən Sardorbek adlı gənc ilə onların masasında əyləşmiş şəxslərdən biri ilə musiqi üstündə mübahisə düşmüş, Sardorbek həmin naməlum şəxsin dinləmək istədyi musiqini qoşmamış, sonra onların arasında mübahisə başlamış, orada olanlar onları ayrımağa çalışmış və Sardorbek döşəməyə yıxılmış və döşəmədə qan görmüşlər. O, kafedə əlində bıçaqla dayanan şəxsi görsə də, həmin şəxsin Sardorbek Amincanovu bıçaqla vurmasını görməmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, şahid X14 ibtidai istintaq zamanı Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid6 Vladirimoviç ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 13 oktyabr 2019-cu il tarixdə tanışı Şahid7 ilə birlikdə Kirov şəhəri, Ladojsk küçəsi, ev 9 ünvanında yerləşən “Qızıl qaya” kafesinə getmişdir. Təxminən saat 01:44-də kafenin içərsində qafqaz miliyyətindən olan bir kişinin şərq miliyyətindən olan kişinin arxasınca qaçdığını görmüş, həmin şəxslərin arasında nə baş verdiyini bilməsə də, mübahsiə düşmüş, kafedə musiqinin səsi çox güclü olduğundan onların bir-birlərinə nə dediklərini eşitməmiş, Qafqaz miliyyətindən olan kişinin əlində bıçaq olmuş və həmin şəxs rəqs meydançasına çatıb Şərq miliyyətindən olan oğlana bıçaqla zərbə endirmiş, bundan sonra şərq miliyyətindən olan gənc yerə yıxılmışdır. Sonra Qafqaz miliyyətindən olan kişi dərhal kafedən qaçıb getmişdir. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid7 ibtidai istintaq zamanı Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2019-cu il tarixli protokolla müəyyən edilir ki, qeyd olunan cinayət hadisəsi Rusiya Federasiyası, Leninqrad vilayəti, Kirov şəhəri, Ladojskaya küçəsi, ev 96 ünvanında yerləşən “Qızıl qaya” kafesinda baş vermişdir. Kafenin binası birmərtəbəlidir, girişdə açıq vestibül yerləşir, burada isə masa və künc divan vardır. Giriş və bar piştaxtası ilə üzbəüz rəqs sahəsi vardır. Girişdən sağda dj-stolu, sağa doğru stollar, divan və stullar olan istirahət zonası yerləşir. Bar piştaxtasından 2x metr aralıda kafel plitələri düzülmüş döşəmənin üzərində yaxma şəklində qəhvəyi rəngli maddə izləri aşkar olundu. Baxışda iştirak edən mütəxəssis döşəmənin üzərində olan maddəni tənzif tamponla silib götürmüşdür. Baxış zamanı müəyyən olundu ki, kafedə videomüşahidə aparılır ki, qeydiyyat “H.VEW” videoregistrator ilə həyata keçirilir. Hadisə yeri məhkəmə-tibbi tozu ilə işləndi, şübhəlinin oturduğu güman edilən stoldakı 0.5 l “Bailyes” şüşəsinin üzərində əl izləri aşkar olundu ki, “stoç” lentinin 3 kəsimi ilə kopyalanmaqla götürülmüşdür. İşdə olan, “Hadisə yerinə əlavə baxışın keçirilməsi haqqında” 13 oktyabr 2019-cu il tarixli protokolla müəyyən edilir ki, qeyd olunan cinayət hadisəsi Leninqrad vilayəti, Kirov şəhəri, Ladojskaya küçəsi, ev 96 ünvanında yerləşən kafedə baş vermişdir. Kafe təxminən 130 m sahəsi olan binada yerləşir və binanın fasadında “Qızıl Qaya kafe” yazısı olan banner vardır, binanın birinci hissəsi göy rəng ilə boyadılmış taxta lövhələr quraşdırılmış fasaddan ibarətdir. Binanın sol tərəfində avtoyuma, avtoservis olan xidməti obyektlər vardır. Sol tərəfin fasadı göy rəngli plastiklə işlənmişdir. Kafe binası təxminən 15 x 15 ölçüsündə olan bir zaldan ibarətdir, kafe arka sütünları formasında dekorativ divarlar ilə zonalara ayrılmışdır. Zalda 15 ədəd masa, habelə divanlar və stullar yerləşdirilmişdir. Demək olar ki bütün masaların üzərində, içərisində yemək qalıqları olan yemək qabları vardır. Masanın üzərində 8 çəngəl, 7 stəkan, 6 ryumka, isti yeməklər üçün 1 sini, şüşə küp, 1 salat qabı, 1 l həcmində, üzərində ağ rəngli “wish” yazısı olan yaşıl rəmgli qutu, üzərində qra rəngli “Jim Beam” yazısı və ağ rəngli etiketi olan 037 l həcmli 1 ədəd şüşə butulka vardır. Rahatlıq üçün bütün masa ləvazimatları şərti olaraq 8 nəfərlik yerləşdirilmişdir. Yuxarıda qeyd olunan bütün əşyalar (ryumkalar, stəkanlar, butulka “Jim Beam”) əl izinə görə maqnit toz ilə işlənir. Aşağıdakı əşyaların üzərində əl izləri müəyyən olunmuşdur- yer № 1 ryumka üzərində 2 barmaq izi, yer № 2 stəkan üzərində iki barmaq izi, mat stəkan üzərində iki barmaq izi, ryumka üzərində barmaq izləri vardır. Yer № 3 “Jim Beam” yazısı olan şüşə butul üzərində iki barmaq izi-aşkar olunan bütün barmaq izləri skoç lent kəsikləri üzərinə köçürülür və ağ kağız zərfdə qablaşdırılır. Eyni zamanda 1, 2, 3 nömrəli yerlərdən 3 çəngəl götürülməklə ayrı kağız zərflərə yerləşdirildi. “Jim Beam” yazısı altında butulka müsadirə olunub kağız zərfdə qablaşdırılır. Baxış zamanı divarın yanındakı masanın altında döşəmənin üzərində “belenkaya” yazısı olan, 0.5 l həcmində butul aşkar olundu-butulka barmaq izlərinin yoxlanması üçün maqnit tozla işlənmiş və butulkanın üzərində identifikasiya üçün yararlı olan barmaq izləri aşkar olunmuşdur. Butulkadan barmaq izləri skoç lent kəsiklərinə köçürülmüş və yuxarıda qeyd olunan barmaq izləri olan bu kəsiklər kağız zərfə qablaşdırılmış, zərfin üzərində skoç ilə aşağıdakı izahedici “Kirov ş. İŞ” yazı əlavə olunmuşdur. Sağ küncdə olan texniki obyektdə sarı rəngli paket aşkar olundu, paketin içərisində qara rəngli kofta var idi, koftanın nəm olduğu hiss olunur, ön hissəsində xətti zədə aşkar olundu, kofta götürüldü və üzərinə izahedici yazı “Kirov İŞ” yazılıb kağız zərfdə qablaşdırdı. Bundan sonra 2 nömrəli texniki obyektə baxış keçirildi, bu bina 1 nömrəli binada girişdən sağ tərəfdə yerləşir. 2 nömrəli obyektdə iki divan, stol, videomüşahidə sistemi olan və “KAPKAM AHD 1208N” videoregistrator, monitor, konvektor quraşdırılmış kompüter vardır. Məkanın 3x3 metr ölçüsü vardır. Qeyd olunan videoregistrator şəbəkədən ayrılıb götürülür və üzərinə izahedici yazısı əlavə olunur. Başqa əhəmiyyət kəsb edəa biləcək izlər aşkar olunmadı. Baxış zamanı №1-dən 2 barmaq izi skoç lent kəsimi, yer №2-dən üzərində iki barmaq izi olan skoç lent kəsimi, 2 nömrəli yerdən mat stəkan üzərində iki barmaq izi olan skoç lent kəsimi. Yer №3 “Jim Beam” yazısı olan şüşə butulka üzərində iki barmaq izi olan skoç lent kəsikləri, “belenkaya” yazısı olan, butuldan götürülmüş barmaq izləri olan iki skoç lent kəsimi üzərinə izahedici yazı “Kirov şəhər İŞ” əlavə olunub kağız zərfə qablaşdırılır. 3 nömrəli yerdən rumka, 1, 2, 3 nömrəli yerlərdən 3 çəngəl götürüldü və üzərində aşağıdakı izahedici yazı əlavə olunan ağ kağız zərfdə qablaşdırılır “Kirov şəhər İŞ paketləri üçün”. “Jim Beam” yazısı olan butul və “belenkaya” yazısı olan butul müsadirə olundu və üzərində aşağıdakı izahedici yazı əlavə olunan kağı zərfdə qablaşdırıldı “Kirov şəhər İŞ paketlər üçün”. Qara rəngli kofta üzərinə aşağıdakı izahedici yazı əlavə olunan akağız zərfdə qablaşdırılır “Kirov şəhər İŞ paketlər üçün” “KAPKAM” AHD 1208N videoregistrator, üzərində aşağıdakı izahedici yazı əlavə olunan kağız zərfdə qablaşdırıldı “Kirov şəhər İŞ paketlər üçün”. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 oktyabr 2019-cu il tarixli, 1014 №-li rəyi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində 5 qabırğa proyeksiyasında döş ətrafında soldan ön döş səthinin yarası aşkar edilmişdir. Aşkar olunan yara kanalı ürəyin sağ mədəciyinin kor zədələnməsi ilə sol plevral boşluğa nüfuz edir. Ön döş səthinin yarası bıçaq yarasıdır, nazik əşyanın birdəfəlik təsiri nəticəsində yaranmışdır, kəsici-deşici təsirə malik, iz əmələ gətirən və iti kəsici uclu (ülgüclü) bir əşya (bıçaq) olub (dalma səviyyəsində qalınlığı təxminən 1 mm). Xüsusi metodikanın tətbiqi ilə yaranın araşdırılması zamanı aşkar olunan səciyyəvi xüsusiyyətlər, bir yara kanalından bir yaranın olması bunu təsdiq edir. Bıçağın uzunluğu 5.5 sm-dən az olmayıb ki, bunu yara kanalının uzunluğu təsdiq edir. Yara açılan zaman travmatik obyektin, bıçağının batırılması sağ yanağa bir neçə zərbə ilə baş verib, bununla yanaşı zərbə aşağıya doğru istiqamətlənmişdir. Silahın çıxarılması kəsici tərəfə bir neçə müqavimət ilə, saat istiqamətində yüngül çevirmə ilə baş vermişdir. Soldan ön döş səthinin yarasının yara kanalı soldan sağa, öndən arxaya, aşağıdan yuxarıya doğru istiqamətlənib. Leykositar reaksiyanın zəif ifadə olunması ilə yanaşı, bıçaq yarası nahiyəsindən toxumada olan makro və mikromorfoloji dəyişikliklərin analizi, dəyişilməmiş eritrositlərin olması ölümdən əvvəl 1-2 saat ərzində xəsarətin yetirildiyini deməyə əsas verir. Döş qəfəsinə bıçaq yarası ilə ürəyin zədələnməsi həyati əhəmiyyətli zədə olmuşdur ki, buna yara kanalına gedən toxumalarda qanamanın olması təsdiq edir. Sardorbek Amincanovun ölümünə səbəb soldan ön döş səthinə bıçaq yarası olmuşdur ki, bu da iti kütləvi qan itkisi ilə müşaiyət olunmuşdur ki, bunu seksiyalı-morfoloji məlumatlar və histoloji araşdırmanın nəticələri təsdiq edir.RF Səhiyyə və sosial inkişaf Nazirliyinin xx.xx.2008-ci il tarixli 194 n nömrəli Sərəncamı ilə təsdiq olunmuş İnsan sağlamlığına yetirilmiş xəsarətin ağırlıq səviyyəsinin müəyyən olunmasının tibbi meyarlarının 6.1.10-cu maddəsinə müvafiq olaraq, iti kütləvi qan itkisinin inkişafı ilə müşayiət olunan ürəyin zədələnməsi ilə soldan ön döş səthinə bıçaq yarası həyat üçün təhlükəlilik əlamətlərinin təsnifatı üzrə sağlamlığa ağır ziyan kimi qiymətləndirilir və ölümün baş verməsinin birbaşa səbəsi hesab edilir. Sardorbek Aminconovun ölümü xx.xx.2019-cu il tarixdə, saat 03:49-da baş vermişdir ki, bunu “Kirovsk MB” DBSM-nın 5239 nömrəli stasionar xəstənin tibbi kartında qeyd olunan, xx.xx.2019-cu il tarixli insan ölümünün müəyyən olunması protokolu təsdiq edir. Ürək zədəsi aldıqdan sonra baş beynin qanazlığı və arterial təzyiqin düşməsi nəticəsində huşunu itirənədək zərərçəkmiş müstəqil hərəkət edə bilərdi. Sardorbek Amincanovun meyitinin məhkəmə-tibbi araşdırılması zamanı məhkəmə tibbində mübahisə və özünümüdafiə prosesində yaranması üçün xarakterik qiymətləndirilən xəsarət aşkar olunmamışdır. Sardorbek Aminconovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi araşdırılması zamanı tərkibində etil spirti və narkotik maddə aşkar olunmamışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 15 oktyabr 2019-cu il tarixli, 22xx-xx-1014- 29-9627 №-li rəyi ilə müəyyən olunur ki, X3 meyitinin yumşaq toxumalarda yüngül ifadə olunmuş ödemin qanaxması və damarlarda qanın qeyri-bərabər toplanması. Epikardial hüceyrələrdə ocaqlı qanama və miokardın subepikardial nahiyəsində əzələlər arasında qan qeyri-bərabər toplanmışdır və eritosit kütlə arasında az miqdarda ağ qan hüceyrələri toplanmışdır. Orqanlarda qeyri-bərabər toplanmışdır. Ağ ciyərin iti emfizema ocaqları. Böyrəküstü vəzin delipidizasiyası hüceyrələrinin kiçik ocaqları. Baş beyinin orta ifadə olunmuş ödemi. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2019-cu il tarixli, 22xx-xx-1014-26- 140 №-li rəyi ilə müəyyən olunur ki, X3 meyitindən “ön döş səthinin yarası”ndan olan dəri örtüyü üzərində metalların rentgenospektral analizi aparıldı. Əldə olunan nəticələr Sardorbek Aminconovun cəsədindən “ön döş səthinin yarası”ndan olan dəri örtüyü üzərində dəmir, xrom, marqansın xəsarət yaratdığını təsdiq edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2019-cu il tarixli, tarixli 22xx-xx- 1014-27-10648 №-li rəyi ilə müəyyən olunur ki, X3 meyitindən götürülmüş qanda və sidikdə etil, metil, propil, butil, amil spirtləri aşkar olunmadı. Sidikdə morfin, kodein, 6monoasetilmorfin, metadon, kokain, efedrin, amfetamin, metamfetamin aşkar olunmadı. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 16 oktyabr 2019-cu il tarixli, 22xx-xx-1014- 25-523/19 №-li rəyi ilə müəyyən olunur ki, 26 yaşlı X3 meyitinin ön döş səthindən götürülüb araşdırmaya verilmiş dəri örtüyündə yara müəyyən olundu, morfoloji xüsusiyyəti, cəsədin araşdırılması məlumatları nəzərə alınaraq, təsdiq edir ki, bu yara bıçaq yarasıdır. Bu yara, iti kəsici kənara (ülgüc) və iz əmələ gətirən hissədə bir nöqtəyə malik (dalma səviyyəsində təxmini qalınlığı 1 mm) və deşici-kəsici təsirə (məsələn, bıçaq) malik nazik əşyanın bir dəfəlik təsiri nəticəsində yaranmış ola bilər. Yara açılan zaman travmatik obyektin, bıçağının batırılması sağ yanağa bir neçə zərbə ilə baş verib, bununla yanaşı zərbə aşağıya doğru istiqamətlənmişdir. Silahın çıxarılması kəsici tərəfə bir neçə müqavimət ilə, saat istiqamətində yüngül çevirmə ilə baş vermişdir. İşdə olan, materialların ekspertizasının 16 oktyabr 2019-cu il tarixli 536, 537/19mk №-li rəyi ilə müəyyən olunur ki, araşdırmaya təqdim olunmuş tünd bənövşəyi (qara) rəngli koftanın ön səthində mərkəzdən sola doğru aşağı üçdə bir hissəsində xəsarət aşkar olunmuşdur. Bu xəsarətin morfoloji xüsusiyyətləri təsdiq edir ki, bıçaq əlamətlərinə malikdir və deşici-kəsici xüsusiyyətlərə malik (məsələn bıçaq ucu) və iti, kəsici iz yaradan hissəyə (məslən ülgüc) malik olan nazik predmetin birdəfəlik təsiri nəticəsində yarana bilər, bununla yanaşı silah aşağıya dorğu yönəlib. Təqdim olunmuş boz rəngli kofta, bir cüt çəkmə və jeans şalvarda hər hansı xəsarət izi aşkar olunmadı. Araşdırmaya təqdim olunmuş tünd-bənövşəyi (“qara”) rəngli koftada qan izi müəyyən olundu: hopma sahəsi (koftanın ön üz hissəsinin böyük sahəsi və arxa üz səthinin aşağı 2/3 hissəsi), ləkələr (koftanın ön üz hissəsinin böyük sahəsi və arxa üz səthinin aşağı 2/3 hissəsi, koftanın sol qolunun pn üz səthi 2/3 hissədə, qismən arxa üz səthinə keçməklə, koftanın sağ qolunun ön-üz səthi yuxarı 2/3 hissədə). Hopma sahəsi izsaxlayan səth ilə qanın uzun müddət təmasda olması nəticəsində yaranmışdır, bununla yanaşı hopmanın bütün sahələrdə üstünlük təşkil edən istiqaməti çöldən içəriyə doğrudur. Ləkələrin yaranması hansısa qanlı obyekt(obyektlər) ilə iz yaranmış səthin təmasda olması ilə əlaqəlidir, onlarda xarakterik xüsusiyyətlərin olmaması ilə əlaqədardır, onların yaranma mexanizmi barəsində daha təfsilatlı məlumat vermək mümkün deyildir. Araşdırmaya təqdim olunmuş tünd-boz rəngli koftada qan izi müəyyən olundu: ləkələr (koftanın ön üz hissəsinin aşağı 2/3 hissəsi və arxa üz səthinin orta aşağı üçdə bir hissəsi), damcılar (koftanın arxa-üz səthində, orta və aşağı üçdə bir hissəsində). Ləkələrin yaranması hansısa qanlı obyekt (obyektlər) ilə iz yaranmış səthin təmasda olması ilə əlaqəlidir, onlarda xarakterik xüsusiyyətlərin olmaması ilə əlaqədardır, onların yaranma mexanizmi barəsində daha təfsilatlı məlumat vermək mümkün deyildir. Bəzi ləkələr koftanın arxa üz hissəsinə düşdükdən sonra (quruyana kimi) xaricdən daxilə materialın qismən hopması ilə (kapilyar xüsusiyyəti hesabına) müşayiət olunmuşdur. Damcılar ağırlıq gücünün təsiri altında qanın axması nəticəsində yaranmışdır, bununla yanaşı, onların istiqamətini nəzərə alaraq demək olar ki, onların böyük əksəriyyəti yaranan zaman, koftanın sağ küncü çox güman ki, digər hissələrinə nisbətən aşağı səviyyədə olmuşdur. Araşdırmaya təqdim edilmiş jeans şalvarda qan izləri aşkar olundu: hopma sahəsi (şalvarın ön-üz səthində sağ yarsısında yuxarı 2/3 hissədə, şalvarın ön-üz səthində sol yarısında yuxarı 2/3 hissədə), sıçrayış izi (şalvarın ön-üz səthində sağ yarısında yuxarı 2/3 və aşağı üçdə bir hissədə, şalvarın ön-üz səthində sol yarısında yuxarı 2/3 və aşağı üçdə bir hissəsində, şalvarın sağ və sol yarısının arxa üz səthində orta üçdə bir hissəsində), damcılar (şalvarın ön-üz səthində sağ yarısında yuxarı 2/3 hissədə, şalvarın ön-üz səthində sol yarısında yuxarı 2/3 hissəsində), yaxma (şalvarın ön-üz səthində sağ yarısında yuxarı 2/3 hissədə, şalvarın ön-üz səthində sol yarısında yuxarı 2/3 hissəsində, şalvarın ön-üz səthində sağ yarısında orta üçdə bir hissədə, şalvarın arxa-üz səthində sol yarısında orta üçdə bir hissədə), ləkələr (şalvarın ön-üz səthində sağ yarısında yuxarı 2/3 hissədə və aşağı üçdə bir hissədə, şalvarın ön-üz səthində sol yarısında yuxarı 2/3 hissəsində və aşağı üçdə bir hissədə, şalvarın arxa-üz səthində sağ və sol yarısında yuxarı 2/3 hissəsində və aşağı üçdə bir hissədə, şalvarın arxa-üz səthində sağ və sol yarısında orta üçdə bir hissədə). Hopma sahəsi izsaxlayan səth ilə qanın uzun müddət təmasda olması nəticəsində yaranmışdır, bununla yanaşı hopmanın bütün sahələrdə üstünlük təşkil edən istiqaməti çöldən içəriyə doğrudur. Sıçrama izləri izsaxlayan səth ilə qanın təmasda olması nəticəsində müxtəlif künclərdən qan sıçraması ilə yaranmışdır. Bununla yanaşı, şalvarın ön-üz hissəsinin sağ yarısı ilə münasibətdə yuxarı 2/3 hissədə qanın sıçrama istiqaməti əsasən yuxarıdan aşağıya, bəzən isə soldan sağa olmuşdur, şalvarın sol yarısının ön üz hissəsində yuxarı 2/3 hissədə-yuxarıdan aşağıya, şalvarın sol yarısının ön üz hissəsində aşağı üçdə bir hissədə və şalvarın sol yarısının arxa-üz hissəsində-yuxarıdan aşağıya və bir neçə dəfə sola; digər sahələrdə qanın üstünlük təşkil edən hərəkət istiqaməti fərqli olmuşdur. Damcılar ağırlıq gücünün təsiri altında qanın axması nəticəsində yaranmışdır, bununla yanaşı, onların istiqamətini nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, bu damcıların yaranması zamanı şalvar adi şaquli/çəp şaquli mövqedə olmuşdur. Yaxma hansısa əşya (əşyalar) ilə dinamik (sürüşkən) hərkətlər nəticəsində yaranır, bununla yanaşı kontakta olan səthlər arasında bir miqdar qan da olub. Şalvarın sağ yarısının ön-üz səthində yuxarı 2/3 hissədə dinamiki təmasın istiqaməti əsasən yuxarıdan aşağıya və soldan sağa, digər sahələrdə isə fərqli istiqamətlərdə olmuşdur. Ləkələrin yaranması hansısa qanlı əşya (əşyalar) ilə iz saxlayan səthin kontaktı ilə bağlıdır, lakin səciyyəvi xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, onların yaranma mexanizimi barəsində təfsilatlı söz demək olmur. Araşdırmaya təqdim edilmiş çəkmələrdə qan izləri aşkar olundu: sıçrayış izi ( sağ çəkmənin ön və yuxarı corab səthində, eyni zamanda sağ çəkmənin sağ yan səthində ön üçdə bir hissəsində, sağ çəkmənin sol yan səthinin bütün sahəsi üzrə, sol çəkmənin ön və yuxarı səthinin corab hissəsində, habelə sol çəkmənin sol yan səthində, ön 2/3 hissədə, arxa pəncə hissəyə keçməklə, sol çəkmənin bütün sağ yan səthində, sol çəkmənin işlək altlıq sahəsində arxa 2/3 hissədə), damcılar (sağ çəkmənin ön və yuxarı corab səthində, eyni zamanda sağ çəkmənin sağ yan səthində ön üçdə bir hissəsində, sağ çəkmənin sol yan səthinin bütün sahəsi üzrə, sol çəkmənin ön və yuxarı səthinin corab hissəsində, habelə sol çəkmənin sol yan səthində, ön 2/3 hissədə, arxa pəncə hissəyə keçməklə, sol və sağ çəkmənin işlək altlıq sahəsində arxa 2/3 hissədə). Sıçrama izləri izsaxlıyan səth ilə qanın təmasda olması nəticəsində müxətlif künclərdən qan sıçraması ilə yaranmışdır. Bununla yanaşı, sağ çəkmənin sol yan səthi ilə münasibətdə qanın sıçrama istiqaməti əsasən yuxarıdan aşağıya, öndən arxaya və arxadan önə, sol çəkmənin ön və yuxarı səthinin corab hissəsi ilə münasibətdə- önə və bəzən kənarlara; digər sahələrdə qanın üstünlük təşkil edən hərəkət istiqaməti fərqli olmuşdur. Sol çəkmənin sağ yan səthində yerləşmiş bəzi qan sıçrayış işləri iz saxlayan səthə düşdükdən sonra və quruyana qədər yuxarıdan aşağıya və arxadan önə doğru istiqamətdə dinamik kontakta (“izin yayılmasına”) məruz qalıb. Ləkələrin yaranması hansısa qanlə əşya (əşyalar) ilə iz saxlayan səthin kontaktı ilə bağlıdır, lakin səciyyəvi xüsusiyyətlərinin olmadığını nəzərə alaraq, onların yaranma mexanizmi barəsində təfsilatlı söz demək olmur. Sardorbek Aminconovun cəsədinin ön döş səthindən araşdırmaya verilmiş dəri örtüyündə yara müəyyən olundu, morfoloji xüsusiyyəti, cəsədin araşdırılması məlumatları nəzərə alınaraq, təsdiq edir ki, bu yara bıçaq yarasıdır. Bu yara, iti kəsici kənar (ülgüc) və iz əmələ gətirən hissədə bir nöqtəyə malik (dalma səviyyəsində təxmini qalınlığı 1 mm) və deşici-kəsici təsirə (məslən bıçaq) malik nazik əşyanın bir dəfəlik təsiri nəticəsində yaranmış ola bilər. Yara açılan zaman travmatik obyektin, bıçağının batırılması sağ yanağa bir neçə zərbə ilə baş verib, bununla yanaşı zərbə aşağıya doğru istiqamətlənmişdir. Silahın çıxarılması kəsici tərəfə bir neçə müqavimət ilə, saat istiqamətində yüngül çevirmə ilə baş vermişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2019-cu il tarixli, 501 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X3 qanı müvafiq H, Hp2-2 antigen ilə AB qrupuna aiddir. Jeans şalvarda, boz rəngli koftada, qara rəngli koftada, bir cüt çəkmədə H antigenli AB qrupuna malik kişi qanı aşkar olunmuşdur, bununla yanaşı əksər izlər Hp2-2 qaptoqlabin növlüdür. Beləliklə, bu qanın əşyaların öz sahibi Sardorbek Aminconova məxsus olması istisna edilmir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2019-cu il tarixli, 502 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X3 qanı müvafiq H, Hp2-2 antigen ilə Ab qrupuna aiddir. Döşəmədən yuyulmuş tənzifdə H antigenli Ab qrupuna malik kişi qanı, çox güman ki Sardorbek Aminconova məxsus qan izi aşkar olunmuşdur. İşdə olan, materialların ekspertizasının 07 noyabr 2019-cu il tarixli, 578/2019 №-li rəyi ilə müəyyən olunur ki, jeans şalvar, boz rəngli kofta, qara rəngli kofta, sağ çəkmə, sol çəkmə üzərində aşkar olunan qan izlərindən-DNT genom preparatı əldə olundu və qan cinsinin müəyyən olunması məqsədilə araşdırma aparıldı. Jeans şalvar (obyekt 1-4), boz rəngli kofta (obyekt 5-7), qara rəngli kofta (obyekt 8-11), sağ çəkmə (obyekt 12), sol çəkmə (obyekt 13) üzərində aparılmış qan izlərinin araşdırılmasının nəticələri üzrə-kişi genetik cinsi müəyyən olundu. İşdə olan, materialların ekspertizasının 22 oktyabr 2019-cu il tarixli, 578/2019 №-li rəyi ilə müəyyən olunur ki, mərhum X3 qanı müvafiq H, Hp2-2 antigen ilə AB qrupuna aiddir. Rumka üzərində kişiyə məxsus tər və qan qarışığı olmadan tüpürcək izi aşkar olunmuşdur. Bu tüpürcək izinin hansı qrupa məxsus olduğunu müəyyənləşdirən zaman Lewis sisteminin AB0 və Leb sisteminin A,H antigenləri aşkar edildi. Nəticə etibarı ilə ryumka üzərində olan tüpürcək A və / və ya H faktorlu kişiyə, mümkün hal kimi S.M.Aminconova məxsusdur. 1-3 yerlərdən götürülmüş üç çəngəldə tər və qan qarışığı olmayan, kişi genetik cinsinə mənsub tüpürcək aşkar edildi. Bu qarışıq türüpcəklərin qrup mənsubiyyətinin müəyyən edilməsi zamanı aşağıdakı nəticələr əldə edildi: 1 və 2-ci yerlərdən götürülmüş çəngəllərdə Lewis sisteminin Leb antigeni və AB0 sisteminin H antigeni aşkar edildi. Beləliklə, onlarda olan qan və tər izi öz spesifik qrup faktoru H olan 0ab qruplu kişiyə məxsusdur, lakin Sardorbek Aminconova məxsus deyildir. 3-cü yerdən götürülmüş çəngəldə Lewis sisteminin Leb antigeni və AB0 sisteminin A,B,H antigeni aşkar edildi. Aşağıdakı nəticələr mümkündür: 1. Tüpürcək və tər izinin mənşəyinə görə öz spesifik qrup faktoru A, B və H olan, müvafiq H antigenli AB qruplu bir kişiyə məxsusdur, lakin Sardorbek Aminconova məxsus deyildir, 2. Aşkar edilmiş A, B, H antigenlərinin istənilən qarışımına malik kişi tərinin və tüpürcəyinin qarşığı nəticəsində, lakin mütləq şəkildə bu amillərin sekretoru olmadan və belə olan halda, Sardorbek Aminconovun tər və / və ya tüpürcəyinin B antigenli tər/tüpürck ilə qarışığı istisna edilmir. Bütün nəticələr Sardorbek Aminconovun ifrazat kateqoriyası nəzərə alınmadan əldə edilmişdir. İçki (“Jim Beam” viskisi və “Belenkaya” vodkası) olan iki butulkadan tər və tüpürcək izi aşkar edilmədi. İşdə olan, materialların ekspertizasının 31 oktyabr 2019-cu il tarixli, 559/2019 №-li rəyi ilə müəyyən olunur ki, döşəmənin silindiyi obyekt üzərindəki qan izində-kişi genetik cinsi müəyyən olundu. İşdə olan, materialların ekspertizasının 22 oktyabr 2019-cu il tarixli, 518/2019 №-li rəyi ilə müəyyən olunur ki, X2 (obyekt 1) və sol (obyekt 2) əlinin dırnaqaltı tərkibindən əldə edilmiş DNT probunun analizi zamanı, kişi cinsli müəyyən olunmuşdur, Sardorbek Aminconova xas genotipin əlamətləri ilə eyni səciyyənləndirilən genetik profili aşkar edilmişdir. Beləliklə, dırnaqaltı təkibin vəfat etmiş Sardorbek Aminconova aid olması ehtimalı 99.**********999999 % təşkil edir. İşdə olan, “Fotoşəkillər üzrə tanınma haqqında” 27 iyun və 06 iyul 2021-ci il tarixli protokollarla müəyyən edilir ki, tanınması üçün üç ədəd nömrələnmiş fotoşəkillər Şahid6, Şahid7 Vyaçeslavovna və X8 təqdim edilmiş və onlar təqdim olunmuş fotoşəkillərə baxıb Təqsirləndirilən şəxs fotoşəkilini göstərib onu tanıdıqlarını bildirib həmin şəxsin (Təqsirləndirilən şəxs) 3 oktyabr 2019-cu il tarixdə “Qızıl qaya” kafesində əlində bıçaqla şərq görünüşlü şəxsə (Sardorbek Aminconova) xəsarət yetirən şəxs olduğunu bildirmişlər. İşdə olan, “Sənəd və əşyalara baxış keçirilməsi haqqında” 16 avqust 2021-ci il tarixli protokolla müəyyən edilir ki, tədqiq olunan zərfin üzərinə izahedici yazı əlavə olunub- “Videoyazı...”, imzalarla imzalanmış və “Kirovsk ş. İŞ paketləri üçün” möhürü ilə möhürlənmişdir. Zərf korlanmayıb və tərkibi toxunulmaz saxlanıb. Zərfi açan zaman içində “DVD-R” diski aşkar olundu. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl Qaya” kafesinin girişində quraşdırılıb. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM08”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 00:38:00”. 00:39:45 saniyədə videoyazıda bir kişi görüntülənir, 1 nömrəli kişi “Qızıl Qaya” kafesinin girişinin qarşısında yerləşən binaya daxil olur. 00:39:49 saniyədə qeyd olunan 1 nömrəli kişi “Qızıl qaya” kafesinə giriş qapısını açır və kafeyə daxil olur. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir. “2019-10-13, 00:59:59”. Bundan sonra “16_08_R_**********10000” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qay” kafesinin girişində quraşdırılıb. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM08”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 01:00:00”. Qeyd olunan video “15_08_R_**********03800” başlıqlı videoyazının davamıdır. Çünki qeyd olunan yazıda da “Qızıl qaya” kafesinə girişdə yerləşdirilmiş bina təsvir olunur. Bundan başqa, 1 nömərli kişi kafenin binasından çıxaraq, kafenin girişi qarşısında dayanıb digər kişilərlə söhbət edir. 01:44:35 saniyədə videoyazıda 1 nömrəli kişi “Qızıl qaya” kafesinin qarşısında yerləşən binada digər kişilər ilə dayanıb, bununla yanaşı onun sağ əlində bıçağa oxşayan bir predmet vardır. 01:44:37 saniyədə 1 nömrəli kişi “Qızıl qaya” kafesinin girişinin qarşısında yerləşən sahəyə çıxır, bununla yanaşı onun sağ əlində bıçağa oxşayan bir predmet vardır. Bununla yanaşı, göstərilən binada kişilər vardır. 01:44:55 saniyədə “Qızıl qaya” kafesindən çıxıb qaçan kişilər görüntülənir, onların əllərində 2 nömrəli kişi vardır. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir “2019-10-13, 01:54:59”. Bundan sonra “3_02_R_**********3800” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qaya” kafesinin zalında quraşdırılıb. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 00:38:00”. Qeyd olunan videofayla baxan zaman müəyyən olunur ki, videoqeydlər “Qızıl qaya” kafesinin zalında lentə alınır, burada masalar yerləşdirilmişdir, eyni zamanda masa arxasında müxtəlif insanlar vardır ki, hərəkət edirlər. Bundan başqa, videodakı təsvirin sol yuxarı hissəsində masa yerləşir ki, bu masa arxasında kişilər və qadınlar əyləşmişdir, eyni zamanda 1 nömrəli kişi mütəmadi olaraq həmin masaya yaxınlaşır, masa arxasında olan qadınlarla və kişilərlə söhbət edir və masanın yanında dayanır. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı-“2019-10-13, 00:59:59” yazılıb. Bundan sonra “4_02_R_**********0000” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qaya” kafesinin zalında quraşdırılıb. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 01:00:00”. Qeyd olunan video “3_02_R_**********3800” videofaylının davamıdır. Çünki qeyd olunan faylda da zal təsvir olunur. Təsvirin sol yuxarı hissəsində olan masa arxasında qızlar və kişilər əyləşmişdir, eyni zamanda 1 nömrəli kişi mütəmadi olaraq həmin masaya yaxınlaşır. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir “2019-10-13, 01:54:59”. Bundan sonra “5_02_R_**********3800” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olundu ki, müşahidə kamerası “Qızıl qaya” kafesində quraşdırılıb, rəqs meydançasının çəkilişini aparır. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 00:38:00”. Bundan başqa təsvirdə rəqs meydançasından başqa, göstərilən təsvirdə masalar və DJ (musiqini idarə edən şəxsin) yeri vardır. Rəqs meydançasında qızlar və kişilər rəqs edir. Yuxarıda qeyd olunan məkandakı insanlar dayanmadan hərəkət edirlər. DJ yerində 2 nömərli kişi dayanıb, kafedə olan müxtəlif kişilər mütəmadi olaraq ona yaxınlaşırlar. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı- “2019-10-13, 00:59:59” qeyd olunub. Sonra “6_03_R_**********0000” videofaylı qoşulur və bu videofayla müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qaya” kafesində quraşdırılıb, rəqs meydançasının çəkilişini aparır. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı-“2019-10-13, 01:00:00” qeyd olunub və həmin video “5_03_R_**********3800” videofaylının davamıdır. Çünki qeyd olunan faylda da rəqs meydançası təsvir olunur. 01:40:15 saniyədə görüntüdə 1 nömrəli kişi peyda olur, dj yerində dayanan 2 nömrəli oğlana yaxınlaşır, sonraa isə onlar danışmağa və əlləri ilə jestlər etməyə başlayırlar, bundan sonra bir-birilərini itələyirlər. Bundan sonra digər kişilər də onlara yaxınlaşır və 1 nömrəli kişini 2 nömrəli kişidən aralayırlar, bundan sonra dava başlayrı, bəzi kişilər əlləri və ayaqları ilə zərbə endirməyə başlayırlar. Bundan sonra 1 nömrəli kişi sağ əli ilə 2 nömrəli kişiyə zərbə endirir və dərhal 1 nömrəli kişini aparırlar. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir “2019-10-13, 01:54:59”. Bundan sonra “9_05_R_**********3800” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qaya” kafesində quraşdırılıb, rəqs meydançasının çəkilişini aparır. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 00:38:00”. Bundan başqa, görüntüdə rəqs meydançasından başqa masalar və bar piştaxtası vardır. Rəqs meydançasında qızlar və kişilər rəqs edirlər. Yuxarıda qeyd edilən insanlar daim hərəkət edirlər. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir “2019-10-13, 00:59:59”. Bundan başqa “10_05_R_**********00002” videofaylı qoşulur. Videofayla baxan zaman müəyyən olunur ki, müşahidə kamerası “Qızıl qaya” kafesində quraşdırılıb, bar piştaxtasının görüntüsü ilə rəqs meydançasının çəkilişini aparır. Bundan başqa ekranın sol aşağı hissəsində belə yazı vardır: “CAM02”. Təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunub: “2019-10-13, 01:00:00”. Qeyd olunan video “9_05_R_**********3800” başlıqlı videofaylın davamıdır. Çünki qeyd olunan video da bar piştaxtası görünən tərəfdən rəqs meydançasının çəkilişi qeydə alınıb. Bundan başqa, görüntüdə rəqs meydançasından başqa masalar və bar piştaxtası vardır. Rəqs meydançasında qızlar və kişilər rəqs edirlər. Yuxarıda qeyd edilən insanlar daim hərəkət edirlər. 01:43:00 saniyədə rəqs meydançasında kişilər arasında dava düşür, 01:43:56 saniyədə 1 nömrəli kişi 2 nömrəli kişiyə əllərini yellədərək nəsə dediyi görünür, bundan başqa 2 nömrəli kişinin əlində bıçağa oxşayan bir əşya olduğu görünür. Bundan sonra 1 nömrəli kişini çölə çıxarırlar, az sonra 2 nömrəli kişi döşəməyə yıxılır, sonra isə əllərinə alıb, aparırlar. Göstərilən videoyazı təsvirin sağ yuxarı hissəsində çəkilişin tarixi və vaxtı qeyd olunmaqla bitir “2019-10-13, 01:54:59”. İşdə olan, “Əşyalara (sənədlərə) baxış keçirilməsi haqqında” 27 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, videoyazılara baxış zamanı şahid Əbülfəz Məmmədov videoyazılarda xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə keçən gecə Leninqrad vilayəti, Kirovsk şəhəri, Ladojsk küçəsi 9 ünvanında yerləşən “Qızıl qaya” kafesində baş verən hadisələr təsvir olunduğunu qeyd edib, həmin videoyazıdakı 1 nömrəli şəxsin onun tanışı Təqsirləndirilən şəxs, 2 nömrəli şəxsin “Qızıl qaya” kafesinin dj-i Sardorbek Aminconov və 3 nömrəli kişinin isə qeyd olunan kafenin dj-i Sardorbek Aminconovun qardaşı (Aliyor Daminov) olduğunu bildirmişdir. İşdə olan, “Əşyalara (sənədlərə) baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, videoyazılara baxış zamanı Şahid6 xx.xx.2019-cu il tarixdə o, 1 nömrəli şəxslə (Təqsirləndirilən şəxsla) və 2 nömrəli şəxsin (Sardorbek Aminconovun) arasında mübahisə düşdüyü “Qızıl qaya” kafesində qız dostu ilə dincəldiyini, onların (Təqsirləndirilən şəxsla və Sardorbek Aminconovun) əllərini uzadaraq ucadan nəsə danışdıqlarını, bundan sonra 1 nömrəli şəxsin (Təqsirləndirilən şəxs) bıçaq çıxarıb, 2 nömrəli şəxsin (Sardorbek Aminconovun) sinəsinə zərbə endirdiyini və 2 nömrəli şəxsin də (Sardorbek Aminconovun) döşəməyə yıxıldığını bildirmişdir. İşdə olan, “Əşyalara (sənədlərə) baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokolla müəyyən edilir ki, videoyazılara baxış zamanı Şahid7 xx.xx.2019-cu il tarixdə o, 1 nömrəli şəxslə (Nəriman İbadovla) və 2 nömrəli şəxsin (Sardorbek Aminconovun) arasında mübahisə düşdüyü “Qızıl qaya” kafesində dostu ilə dincəldiyini, onların (Təqsirləndirilən şəxsla və Sardorbek Aminconovun) əllərini uzadaraq ucadan nəsə danışdıqlarını, bundan sonra 1 nömrəli şəxsin (Təqsirləndirilən şəxs) bıçaq çıxarıb, 2 nömrəli şəxsin (Sardorbek Aminconovun) sinəsinə zərbə endirdiyini və 2 nömrəli şəxsin də (Sardorbek Aminconovun) döşəməyə yıxıldığını bildirmişdir. İşdə olan, ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi səndələr (Ağcabədi RMX PHŞ-dan verilmiş arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı onda yüngül emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik aşkar edilməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar olunmaması, onda qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməklə əməlindən peşman olduğunu bilməsi və.s) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymətvermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxsin hərkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır, o, hal-hazırda öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmədiyindən və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətində olduğundan onun hərkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddəsinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərkətlərinin aparılmasında iştirak etmək və hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqviləyə (anlaşmaya) çətin daxil olma fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından aslı olaraq öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik omuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixi-emosional halda olmuşdur və həmin halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərkət etməyə və özündən uydurmağa meyilli deyildir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd rumka, üç ədəd çəngəllər, “Jim Beam” butulkası, belenkaya içkisi, qara rəngli kofta, qəhvəyi rəngli botlar, göy rəngli cins şalvar, boz rəngli kofta, dırnaq və tüklər nümunələri, videoregstrator “H.VİEW” model, videoregistrator “KAPKAM AHD 1208”, 8-***-***-**-**, 8-***-***-**-**, 8- ***-***-**-** saylı telefon nömrələrinə dair məlumatların yazılıdığı DVD disklər, “Qızıl Qaya” kafesinnin videomüşahidə kamerasından götürülmüş videofayllar olan bir ədəd DVD-R diski, bir ədəd tənzif tampon, qan nümunəsi və əl barmağının epitel nümunələri iş üzrə maddə sübut kimi tanınmış və saxlanması üçün Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağını təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminov, Şahid7, Şahid6, Şahid5, Əbülfəz Məmmədov, Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduğu hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla, o cümlədən videoyazı ilə təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadəni mötəbər sübut hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (onun Sardorbek Aminconovu öldürmək niyyətinin olmaması, bıçaqla Sardorbek Aminconovu vurarkən Sardorbekin qardaşı Aliyor Daminovun bu hadisəni, yənin qardaşını bıçaqla vurulmasını görməməsinə və bilməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminov, Şahid7, Şahid6, Şahid5, Əbülfəz Məmmədov, Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni onun Sardorbek Aminconovu öldürmək niyyətinin olmaması, bıçaqla Sardorbek Aminconovu vurarkən Sardorbekin qardaşı Aliyor Daminovun bu hadisəni, yənin qardaşını bıçaqla vurulmasını görməməsinə və bilməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminov, Şahid7, Şahid6, Şahid5, Əbülfəz Məmmədov, Şahid2, Şahid1, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən 13 oktyabr 2019-cu il tarixdə “Qızıl Qaya” kafesinin videomüşahidə kamerasından götürülmüş, hadisənin baş verdiyi anlara aid videogörüntülərlə (həmin videogörüntülərlə Sardorbek Aminconovun qardaşı Aliyor Daminovla birlikdə kafenin zalında digər şəxslərin əhatəsində olmaqla mühahisəli hərəkətlər etmələri, elə həmin anda Təqsirləndirilən şəxs Sardorbek Aminconova və Aliyor Daminova yaxınlaşıb əlindəki bıçaqla Sardorbek Aminconovun sinə nahiyəsinə vurması, sonra Aliyor Daminovun X11un qolundan tutub kənara çəkməsi, Sardorbek Aminconov kənara çəkildikdən sonra döşəməyə yıxılması və digər hallar təsdiq olunur) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminovun ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanaraq onun bıçaqla Sardorbek Aminconovu vurarkən qardaşı Aliyor Daminovun bunu görməməsini bildirib ona CM-nin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adam öldürmə) əsassız ittiham verildiyini göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminov verdiyyi ifadəsində göstərmişdir ki, o, hadisə baş verən yerdə olsa da, X11un bıçaqla vurulmasını görməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi Aliyor Daminovun həmin ifadəsini qəbul edir, eyni zamanda hadisənin baş verdiyi “Qızıl Qaya” kafesinin videomüşahidə kamerasından götürülmüş, hadisənin baş verdiyi anlara aid videogörüntülərdə olan halları, o cümələdən Sardorbek Aminconovun qardaşı Aliyor Daminovun hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra həyəcanlı hərəkətləri, baş verə biləcək hadisənin qarşısını almağa çalışması, kafenin zalında olan çoxsaylı şəxslərin arasından qardaşını çıxarmağa çalışması, elə həmin anda gözlənilmədən Təqsirləndirilən şəxs bıçaq çıxarıb Sardorbek Aminconovun və Aliyor Daminovun dayandıqları istiqamətdə gedib Sardorbek Aminconovun sinə nahiyəsinə bir dəfə bıçaqla zərbə endirməsi, elə həmin anda da Aliyor Daminovun özünü itirmiş halda sağa-sola çevrilməsi (elə bu anda qardaşı bıçaqla vurulduğundan o, hadisəni birbaşa görməmişdir), sonra X11u kənara çəkməsi, Sardorbek Aminconov əli ilə xəsarət aldığı yeri qardaşı Aliyor Daminova göstərib döşəməyə yıxıldıqdan sonra Aliyor Daminovun həyəcan dolu nizamsız hərəkətlər edərək hadisədən “şok” vəziyyətə düşməsini özündə ehtiva edən videogörüntülərin olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş hadisə bilavasitə Aliyor Daminovun olduğu yerdə və onun bu hadisənin gedişatını görüb və hadisənin nitəcəsini tam olaraq dərk etməsini qəbul edib Təqsirləndirilən şəxs bu hərəkətləri xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi xuliqanlıq niyyəti ilə və həmin Məcəllənin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi xüsusi amansızlıqla qəsdən adam öldürmədən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Həmin Qərarın 8-ci bəndində bildirilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmçinin bu Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər, … qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rusiya vaxtı ilə 13 oktyabr 2019cu il tarixdə, saat 1 radələrində (Azərbaycan vaxtı ilə həmin gün saat 02 radələrində) Rusiya Federasiyası, Leninqrad vilayəti, Kirov şəhəri, Ladojsk küçəsi, ev 9B ünvanında yerləşən “Qızıl Qaya” kafesində olarkən heç bir əsaslı səbəb olmadan, kafedə sifariş verdiyi musiqinin oxudulmaması kimi cüzi bir səbəbi bəhanə gətirərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq surətdə etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq müstəsna şəxsiyyət olduğunu təsdiq etmək üçün həmin kafedə DJ- kompyuterlə musiqinə idarə edən şəxs Özbəkistan Respublikasının vətəndaşı X6 ilə münaqişə aparmağa başlayıb sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə, Sardorbek Aminconovun həmin kafedə ofisiant işləyən doğma qardaşı X9 yanında ona xüsusi əzab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək (burada Sardorbek Aminconovun qardaşı Aliyor Daminovun hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra həyəcanlı hərəkətləri, yəni baş verə biləcək hadisənin qarşısını almağa çalışması, kafenin zalında olan çoxsaylı şəxslərin arasından qardaşını çıxarmağa çalışması, elə həmin anda gözlənilmədən Təqsirləndirilən şəxs bıçaq çıxarıb Sardorbek Aminconovun və Aliyor Daminovun dayandıqları istiqamətdə gedib Sardorbek Aminconovun sinə nahiyəsinə bir dəfə bıçaqla zərbə endirməsi, elə həmin anda da Aliyor Daminovun özünü itirmiş halda sağa-sola çevrilməsi, sonra X11u kənara çəkməsi, Sardorbek Aminconov əli ilə xəsarət aldığı yeri qardaşı Aliyor Daminova göstərib döşəməyə yıxıldıqdan sonra Aliyor Daminovun həyəcan dolu nizamsız hərəkətlər edərək hadisədən “şok” vəziyyətə düşməsi halları nəzərə alınıb Aliyor Daminovun bu hadisənin gedişatını görüb və hadisənin nitəcəsini tam olaraq dərk etməsini qəbul edib Təqsirləndirilən şəxs hərəkətləri xüsusi amansızlıq kimi qiymətləndirilməklə) üzərində saxladığı bıçaqla Sardorbek Aminconovun döş qəfəsinin sol səthinə bir dəfə zərbə endirməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Sardorbek Aminconovu Azərbaycan Respublikasının hüdudlarından kənarda xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 12.1,120.2.2 və 12.1,120.2.4cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, istintaq orqanın 23 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İşdə olan, “Axtarışda olan şəxsin tutulması haqqında” 18 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində tutulub aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 20 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının ərazisində cinayət törətməsi və məhkum olunması barədə məlumatlar yoxdur. İşdə olan, Ağcabədi İHB-nın Mehrablı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 avqust 2022-ci il tarixli və 25 noyabr 2024-cü il tarixli arayışlar və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Mehrablı kəndində yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı kəndin əhalisinin hörmətini qazınmış və keçirilən ictimai işlərdə iştirak etmiş, ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Ağcabədi İHB-nın Mehrablı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 avqust 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2019-cu il təvəllüdlü X16 və X17 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərə əsasən, mərhum, 09 mart 1993-cü il təvəllüdlü X1 Respublikasının vətəndaşı olmaqla Rusiya Federasiyası, Leninqrad vilayəti, Kirov şəhərində miqrat kimi yaşamışdır. İşdə olan, istintaq orqanın 13 oktyabr 2029-cu il tarixli qərarı ilə mərhum Sardorbek Aminconovun qardaşı X15 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış, habelə istintaq orqanın 25 noyabr 2024-cü il tarixli qərarı ilə X15 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 12.1,120.2.2 və 12.1,120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə müəyyən edilmiş həddə cəzalandırılması qənaətinə gəlir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini-qəsdən adam öldürmə cinayət əməlini Rusiya Federasiyası ərazisində törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 12.1 və 12.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla CM-nin 12.1,120.2.2 və 12.1,120.2.4-cü maddələri ilə, eyni zamanda bu əmələ görə cinayət məsuliyyəti Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 2-cü hissəsinin d) və i) bəndləri ilə tövsif olunmaqla həmin maddənin sanksiyasında səkkiz ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrumetmə və ya ölüm cəzasının, Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında isə on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Eyni zamanda cinayət qanunvericiliyin müddəaları nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib cəza təyin edilərkən eyni əmələ görə Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 2-cü hissəsinin d) və i) bəndlərinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddi səkkiz il, yuxarı həddi isə Azərbaycan Respublikası CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi ömürlük olması nəzərə alınaraq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti səkkiz ildən ömürlük azadlıqdan məhrumetmə müddəti həddində müəyyən edilməklə qəbul edilməlidir. Habelə məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd rumka, üç ədəd çəngəllər, “Jim Beam” butulkası, belenkaya içkisi, qara rəngli kofta, qəhvəyi rəngli botlar, göy rəngli cins şalvar, boz rəngli kofta, dırnaq və tük nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş videoregstrator “H.VİEW” model, videoregistrator “KAPKAM AHD 1208”, 8-***-***-**-**, 8- ***-***-**-**, 8-***-***-**-** saylı telefon nömrələrinə dair məlumatların yazıldığı DVD disklər, “Qızıl Qaya” kafesinin videomüşahidə kamerasından götürülmüş videofayllar olan bir ədəd DVD-R diski, bir ədəd tənzif tampon, qan nümunəsi və əl barmağının epitel nümunələri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.2 və 12.1,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd rumka, üç ədəd çəngəllər, “Jim Beam” butulkası, belenkaya içkisi, qara rəngli kofta, qəhvəyi rəngli botlar, göy rəngli cins şalvar, boz rəngli kofta, dırnaq və tük nümunələri hökm qanuni quvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş videoregstrator “H.VİEW” model, videoregistrator “KAPKAM AHD 1208”, 8-***-***-**-**, 8- ***-***-**-**, 8-***-***-**-** saylı telefon nömrələrinə dair məlumatların yazıldığı DVD disklər, “Qızıl Qaya” kafesinin videomüşahidə kamerasından götürülmüş videofayllar olan bir ədəd DVD-R diski, bir ədəd tənzif tampon, qan nümunəsi və əl barmağının epitel nümunələri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-187/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-187/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver