Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-188/2022 18.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsində azadlıqdan məhrum etmə cəzası çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq doqquz ədəd bükümlərdə, təmiz çəkiləri ayrı-ayrılıqda 0,134 qram, 0,160 qram, 0,173 qram, 0,206 qram, 0,245 qram, 0,272 qram, 0,274 qram, 0,282 qram və 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 2,07 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə etmiş, 28 sentyabr 2021-ci il tarixdə iş üzrə Biləsuvar Rayon Polis Şöbəsinin (bundan sonra – Biləsuvar RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı tutulana kimi əynində olmuş qış gödəkçəsinin sol yan cibində saxlamış və daşımış, bundan başqa təkrarən, Təqsirləndirilən şəxs1 və digər şəxslərlə müəyyən məbləğdə pul müqabilində cinayətkar qrupun digər üzvünə çatdırmaq, yəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Biləsuvar rayonu ərazisində əldə etmə, saxlama və Bakı şəhəri istiqamətində daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə və qabaqcadan əlbir olduğu şəxslərin ümumi niyyəti ilə əhatə olunmuş qaydada 28 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobildə (bundan sonra – göstərilən avtomobil) Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində yerləşən, üzərində “2349” yazılmış yol nişanının yanına gəlib, oradan qabaqcadan cinayətkar qrupun digər üzvləri tərəfindən gizlədilmiş, bir ədəd bağlamadakı, hər biri ayrı-ayrılıqda bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 1889,0 qram, 300,468 qram və 276,207 qram, yəni külli miqdar təşkil edən narkotik vasitələr olan heroin və tiryək, psixotrop maddə olan metamfetamini (bundan sonra – heroin, tiryək, metamfetamin) şəxsən götürüb göstərilən avtomobilin arxa sağ oturacağının ayaqaltısına qoymaqla Təqsirləndirilən şəxs1la birlikdə əldə etmiş, saxlamış və saat 18 radələrində sonuncunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində Bakı şəhəri istiqamətində idarə etdiyi göstərilən avtomobildə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılana kimi daşımışlar. Həmin kütlələr 28 sentyabr 2021-ci il tarixdə Biləsuvar RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı göstərilən avtomobil saxlanıldıqdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra həmin avtomobilə, sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən saxlanıldığı göstərilmiş yerlərdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ilk məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü iş üzrə ona qarşı irəli sürülmüş ittihamın ümumi təmiz çəkisi 2,07 qram təşkil edən heroinlə bağlı hissəsi üzrə, yəni qismən təqsirli bildiyini, qalan hissəsi üzrə təqsirli olmadığını bildirsə də, sonrakı məhkəmə baxışı iclaslarında verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil etməyən hissələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmişdir. 2021-ci ilin sentyabr ayında Bakı şəhərində yerdən bir ədəd bükümdə tapdığı heroini bir hissəsindən istifadə etmək, digər hissəsini isə satmaq məqsədilə cəmi doqquz ədəd bükümlərə bölüb üzərində saxlamışdır. 27 sentyabr 2021-ci il tarixdə həmyerlisi Təqsirləndirilən şəxs1 (bundan sonra – Balakərim) ona sabahı gün narkotik vasitələr əldə etmək məqsədi ilə idarə etdiyi avtomobildə birlikdə Biləsuvar rayonuna getmək barədə etdiyi təkliflə razılaşdığına görə 28 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Balakərimin idarə etdiyi “Kia Rio” markalı, **- HG-*** dövlət qeydiyyat nişanlı avtomobildə (bundan sonra – göstərilən avtomobil) Bakı şəhərindən çıxmış, günorta saatlarında Biləsuvar rayonuna çatmışlar. Balakərim avtomobili Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Turist-5” kafesinin yaxınlığında yerləşən, üzərində “2349” yazılmış yol nişanının yanında saxladıqdan sonra ona avtomobildən düşüb həmin yol nişanının yanındakı, içərisində narkotik vasitələr olan bir ədəd bağlamanı götürüb avtomobilə qoymasını tapşırmışdır. Buna görə də avtomobildən düşmüş, həmin yol nişanının yanında olmuş bir ədəd bağlamanı götürüb avtomobilin arxa sağ oturacağının ayaqaltısına qoymuş, özü isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Balakərim avtomobili Bakı şəhəri istiqamətində idarə etdikdən bir qədər sonra Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yol patrul xidmətinin əməkdaşlarının verdiyi işarə ilə saxlamışdır. Polis əməkdaşları onları və olduqları avtomobili narkotik vasitə olması şübhəsilə Biləsuvar RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, müdafiəçisinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı gödəkcəsinin sol yan cibində saxladığı cəmi doqquz ədəd bükümlərdəki, ümumi çəkisi 2,73 qram və yalnız özünə məxsus olmuş heroinləri polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələri həm şəxsi istifadəsi, həm də Bakı şəhərində satışını həyata keçirmək məqsədi ilə üzərində saxladığını demişdir. Göstərdiyi heroinlər qablaşdırılıb götürülmüşdür. Həmin kütlələrin Balakərimə aidiyyəti yoxdur. Bundan sonra videoçəkiliş aparılmaqla, həmçinin o, Balakərim və onların müdafiəçilərinin iştirakları ilə Balakərimin idarə etdiyi avtomobilə baxış keçirilərkən arxa sağ oturacağının ayaqaltısından bir ədəd bağlamada aşkar edilmiş, hər biri bir ədəd bükümdə, müvafiq olaraq ümumi çəkiləri 2080,0 qram, 330,0 qram və 280,0 qram olan heroin, tiryək və metamfetamin qablaşdırılıb götürülmüşdür. Balakərimin həmin kütlələri harada və kimə çatdıracağı barədə məlumatı olmamışdır. İş üzrə ona qarşı irəli sürülmüş ittihamda üzərindən aşkar edildiyi göstərilmiş heroinlər, Balakərimin idarə etdiyi avtomobildən aşkar edildiyi göstərilmiş heroin, tiryək və metamfetaminin təmiz çəkilərini mübahisələndirmir. Göstərdiyi istintaq hərəkətləri barədə tərtib edilmiş protokolları imzalamışdır. ***-***-**-** mobil nömrə yalnız onun istifadəsində olmuşdur. Əməlindən səmimi peşimandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 əvvəlki məhkəmə iclaslarında verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, 28 sentyabr 2021-ci il tarixdə həmyerlisi Təqsirləndirilən şəxs2 (bundan sonra - Şamil) sərnişin kimi əyləşdiyi “Kia Rio” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili Biləsuvar rayonuna sonuncunun ona kiminləsə görüşəcəyi üçün etdiyi təkliflə əlaqədar idarə etdiyini, avtomobili Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, üzərində “2349” yazılmış yol nişanının yanında Şamilin təklifi ilə saxladıqdan sonra sonuncunun onun xəbəri və məlumatı olmadan oradan bir ədəd bağlamanı götürüb avtomobilə əyləşdiyini, buna görə də ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş bütün kütlələrin ona deyil, Şamilə aid olduğunu bildirsə də, sonuncu məhkəmə iclasında verdiyi ifadəsində özünü ona qarşı verilmiş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməllərinə görə barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 6 saylı X7 Müəssisəsində (bundan sonra – 6 saylı MTCÇM) çəkərkən ona müraciəti əsasında ailə üzvləri ilə görüşməsi üçün 27 sentyabr 2021-ci il tarixdə verilmiş icazə əsasında Bakı şəhəri, Əmircan qəsəbəsində yerləşən yaşadığı evə getmişdir. Həmin gün tanımadığı şəxs xatırlamadığı mobil nömrədən onun mobil nömrəsinə zəng edib ona təxminən 50 qram çəkidə olan tiryəki əldə etməsi üçün sabahı gün Biləsuvar rayonuna gəlməsini təklif etmiş, həmin təkliflə razılaşmışdır. Bundan sonra Şamilə sabahı gün narkotik vasitə əldə etmək üçün birlikdə Biləsuvar rayonuna getməyi təklif etmiş, sonuncu onun təklifi ilə razılaşmışdır. Buna görə də 28 sentyabr 2021-ci il tarixdə Şamilin sərnişin kimi əyləşdiyi “KİA RİO” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – göstərilən avtomobil) Biləsuvar rayonu istiqamətində idarə etmişdir. Yolda olanda ona zəng etmiş tanımadığı şəxs götürməli olduğu narkotik vasitəni Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, “Turist-5” kafesinin yaxınlığında yerləşən, üzərində “2349” yazılmış yol nişanının yanına qoydurduğunu dediyinə görə avtomobili həmin yerdə saxlamış, verdiyi müvafiq tapşırıq əsasında Şamil avtomobildən düşüb həmin yol nişanının yanındakı, içərisində narkotik vasitə olan bir ədəd bağlamanı götürmüş, avtomobilin arxa sağ oturacağının ayaqaltısına qoyub avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Avtomobili Bakı şəhəri istiqamətində idarə etdikdən bir qədər sonra Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yol patrul xidmətinin əməkdaşlarının verdiyi işarə ilə saxlamışdır. Polis əməkdaşları onları və olduqları avtomobili narkotik vasitə olması şübhəsilə Biləsuvar RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin o, Şamil və onların müdafiəçilərinin iştirakları ilə onun idarə etdiyi avtomobilə baxış keçirilərkən arxa sağ oturacağının ayaqaltısından bir ədəd bağlamada aşkar edilmiş, hər biri bir ədəd bükümdə, müvafiq olaraq ümumi çəkiləri 2080,0 qram, 330,0 qram və 280,0 qram olan heroin, tiryək və metamfetamin qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Lakin tanımadığı şəxslə qabaqcadan razılaşmasına əsasən həmin kütlələrdən yalnız 50 qram tiryəki Biləsuvar rayonu ərazisində əldə etməli olduğuna görə hesab edir ki, iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş tiryəkin təmiz çəkisi 50 qramdan artıq olan hissəsi, heroin və metamfetaminin ona aidiyyəti yoxdur. İş üzrə ibtidai araşdırma zamanı ona etirafedici məzmunda ifadə verməsi ilə əlaqədar hər hansı formada qanunsuz təsir və zor tətbiq edilməsə də, müdafiəçisinin iştirakı ilə etirafedici məzmunda verdiyi izahat və ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Bunun, eləcə də ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə etirafedici məzmunda ifadələr verməsinin səbəbini izah edə bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı təzyiqə məruz qalmadan müvafiq olaraq 29 və 30 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər tanıdığı “Nadir” adlı İranlı (bundan sonra – “Nadir”) 27 sentyabr 2021-ci il tarixdə telefon danışığı zamanı ona Biləsuvar rayonuna göndərdiyi narkotik vasitələri Bakı şəhərinə aparmasını təklif etmiş, qazanc əldə etmək məqsədilə həmin təkliflə razılaşmışdır. İş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş heroin, tiryək və metamfetamin “Nadir”in ona göndərdiyi kütlələr olmuşdur (İ cild, səh. 92-94, 121-125). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılması, sonuncunun üzərinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə keçirilmiş baxışın nəticələri barədə sonuncu və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələrində göstərdikləri ilə eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək əlavə olaraq göstərmişdir ki, 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 (bundan sonra – Balakərim) Biləsuvar rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 və Şahid2 iştirakları ilə saat 18 radələrində Balakərimin idarə etdiyi “KİA RİO” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili müşahidəyə götürüb Biləsuvar RPŞ-nin Yol Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində saxlamış, həmin avtomobili, orada olmuş Balakərim və Təqsirləndirilən şəxs2 Biləsuvar RPŞ-yə gətirmişlər. Orada sonuncunun üzərinə şəxsi axtarış keçirilməsində Şahid3 və qeyriləri, həmin avtomobilə baxış keçirilməsində isə Şahid2. Şahid3 və qeyriləri ilə birlikdə iştirak etmişdir. Göstərdiyi istintaq hərəkəti protokollarına imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 və Şahid2 verdikləri ifadələrində Şahid1 ifadəsində işin onlarla bağlı göstərdiyi müvafiq halları barədə Şahid1la eyni məzmunda bildirmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 28 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raportlar, “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərar və onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi “KİA RİO” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən sonuncu barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, Təqsirləndirilən şəxs2 üzərinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi müəyyən edilir (İ cild, səh. 5-7, 54-59). - Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 5(022)-156/2021 nömrəli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 28 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (İ cild, səh. 151). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 19/972 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 aşkar edilmiş ...” sözləri yazılmış bir ədəd zərfdəki cəmi doqquz ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,134 qram, 0,160 qram, 0,173 qram, 0,206 qram, 0,245 qram, 0,272 qram, 0,274 qram, 0,282 qram və 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 2,07 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri eynidir. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 1,8 qramdır. Ekspert tədqiqatının dəyəri 65 manat təşkil edir (İ cild, səh.71, 72). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 19/973 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... avtomobildən aşkar edilmiş ...” sözləri yazılmış bir ədəd paketdəki, bir ədəd bağlamada təmiz çəkisi 1889,0 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış heroin, bir ədəd bükümdə təmiz çəkisi 300,468 qram təşkil edən maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək, bir ədəd bükümdə təmiz çəkisi 276,207 qram təşkil edən maddə metamfetamindir. Həmin heroin və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə fərqlidirlər. Tədqiqata sərf edildikdən sonra heroin, tiryək və metamfetaminin qalıq çəkiləri müvafiq olaraq 1888,95 qram, 300,418 qram və 276,157 qramdır. Ekspert tədqiqatının dəyəri 65 manatdır (İ cild, səh. 74-76). - "xxxx" MMC-nin 26 noyabr 2021-ci il tarixli, AZF/LGL/-32167/21 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 01 sentyabr 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən “Ay yetim bir dənə yarı düz qoş elə gəlirem amma təmiz yarı olsun”, ***-***- **-** mobil nömrəsindən “30 manatdı məndə bilmirsənki ancaq bütöv olur? Alınmırsa cerez cerez də olsa gedim başqa yerə verə bilsən 05 birdə 03 düzəlt gelim 30zum bütövdü”, 08 sentyabr 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən “Şamil mən burdayam 2 sifdoforun yanında çox pis ağrıyıram 15 manat pulum var”, 25 sentyabr 2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən “Gəlirsən gəlmirsən pulu qaytarım iki saat saxladım camaatı?” məzmununda narkotik vasitələrdən istifadə etmiş ayrı-ayrı şəxslər tərəfindən Təqsirləndirilən şəxs2 onlara narkotik vasitələr satmasını istəmələrinə işarə edən mesajlar göndərmişlər (İ cild, səh. 185-187). - Məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 1057 və 1058 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində, Təqsirləndirilən şəxs2 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür (İ cild, səh. 146, 147). Məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, Təqsirləndirilən şəxs1 isə iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş tiryəkin təmiz çəkisi 50 qramdan artıq olan hissəsi, heroin və metamfetaminin ona aidiyyətinin olmadığı barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi, yuxarıda göstərilmiş etirafedici ifadələrini müdafiəçisinin iştirakı ilə, hər hansı təsirə məruz qalmadan bildirdiyinə görə iş üzrə sübut kimi qiymətləndirir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ona qarşı irəli sürülmüş ittihamla ziddiyyət təşkil edən hissələrini isə müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli olması barədə nəticəyə gəlməklə iş üzrə sübut kimi nəzərə almır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələr, eləcə də işin faktiki halları ilə tamamilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamlar üzrə ümumi şəkildə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və tiryək narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədlər 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qramdır. Tiryəkin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,5 qram, külli miqdarının (qramla) aşağı həddi isə 50,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətmələri Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 əməlində həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməllərini törətmələri Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, buna zidd olmayan hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadəsi, buna zidd olmayan hissədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid2 verdikləri ifadələr, 28 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi “KİA RİO” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fizikikimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli, 19/972 və 19/973 nömrəli rəyləri, "xxxx" MMC-nin 26 noyabr 2021-ci il tarixli, AZF/LGL/-32167/21 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə 04 dekabr 2021-ci il tarixli protokol, digər istintaq hərəkəti protokolları və sənədlər, heroin, tiryək və metmfetamin qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iş üzrə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr və Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(022)-115/2019 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Zeynalov X3 Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İ cild, səh. 195-199, 201, 202, 205). Azərbaycan Respublikası CM-in 15.3, 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini göstərilən məhkəmə hökmü ilə təqsirli bilindiyi, az ağır cinayət hesab olunan əməllərə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 6 saylı X7 müəssisəsində çəkdiyi dövrdə, beləliklə də məhkumluğu ödənilməmiş törətdiyinə görə hazırki iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin sadə residivi mövcuddur. - Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 7(003)542/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən məhkəmə hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddətini çəkməkdən ötrü X7 müəssisəsinə keçirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs1 6 saylı X7 müəssisəsinin rəisinə ünvanladığı 27 sentyabr 2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, ona azadlıqdan məhrum etmə cəzasını çəkdiyi həmin müəssisənin rəhbərliyi tərəfindən ailə üzvləri ilə görüşmək üçün 27 sentyabr 2021-ci il tarixdən 31 sentyabr 2021-ci il tarixədək Bakı şəhəri, Əmircan qəsəbəsində yaşadığı evdə olmasına icazə verilmişdir (İ cild, səh. 191). - Suraxanı RİHB-nın Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 subaydır, anası və bacısı ilə birlikdə yaşamış, himayəsində X6 adında 29 dekabr 2012-ci il tarixdə doğulmuş bir nəfər azyaşlı uşağı vardır. Yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 156, 157, 162). - Suraxanı RİHB-nın Əmircan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, arvadı və iki nəfər uşağı birlikdə yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Uşaqlarından biri 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır (İ cild, səh. 159, 160). Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, əvvəllər məhkum olunmaması, iş üzrə həm özünün tək halda, həm də Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi cinayət əməllərini etiraf etməklə onlardan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olmasını (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməllərinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi müddətə azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), əməlində cinayətlərin sadə residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən), təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinə görə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallarla yanaşı, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsindəki rolları nəzərə alınaraq, hazırki iş üzrə törətdikləri cinayət əməllərinə görə Təqsirləndirilən şəxs2 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs1 isə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Sonuncuya Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə (İ cild, səh. 138, 139) Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərkən onun cinayət əməlini həmin məhkəmənin 20 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını X7 müəssisəsində çəkərkən törətdiyi və həmin cəzanı çəkməkdə davam etdiyi nəzərə alındığına, eləcə də ona Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza təyin edilərkən Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin hesablanması zamanı bu günə kimi cəza çəkdiyi müddət ümumi cəzaçəkmə müddətindən çıxılmalı olduğuna görə qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 98 (doxsan səkkiz) manat, Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1890,75 qram təşkil edən heroin, müvafiq olaraq qalıq çəkiləri 276,157 qram və 300,418 qram təşkil edən metafetamin və tiryək məhv edilməlidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar müvafiq olaraq ərazi narkoloji xəstəxanası və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 21 dekabr 2021-ci il tarixli qərarla (İ cild, səh. 223, 224) cinayət işindən iş üzrə aşkar edilmiş heroin, tiryək və metamfetaminin əldə edilmə mənbəyi ilə bağlı başqa cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki iş üzrə təyin edilmiş cəzaya Biləsuvar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(022)115/2019 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) ay 11 (on bir) gün hissəsi qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 may 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 98 (doxsan səkkiz) manat, Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1890,75 qram təşkil edən heroin, müvafiq olaraq qalıq çəkiləri 276,157 qram və 300,418 qram təşkil edən metafetamin və tiryək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-188/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-188/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver