Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-188/2025 14.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Turan küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X7 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib, 22 avqust 2023-cü il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-dən “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdükdən sonra edəcəkləri basqın zamanı üzlərini gizlətmək və hadisə yerində əl-barmaq izlərinin qalmaması məqsədilə həmin ərazidəki aptekdən tibbi maskalar, inşaat materialların satışı mağazasından isə fəhlə əlcəkləri alıb icarəyə götürdükləri avtomobillə Bakı-Ələt-Astara- İran avtomobil yolu ilə hərəkət edib saat 22:20 radələrində Biləsuvar rayonun Əliabad kəndinə gəlib 43 dəqiqə ərzində yol kənarındakı kafedə şam yeməyi yedikdən sonra 23 avqust 2023-cü il tarixdə, saat 02:21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığında avtomobili saxlayıb piyada Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarının sağ tərəfindəki dalana gəlib onlarla birlikdə gəlmiş digər şəxs- X5 bilavasitə aktiv köməkliyi ilə o və Şahid1 hasarın üzərindən aşmaq yolu ilə yaşayış sahəsi olan həyətə qanunsuz olaraq girib niyyətlərini həyata keçirmək üçün ev sahibinin evdən həyətə çıxmasını gözləmək məqsədilə həyətdəki tikilidə gizlənmiş, təxminən 40 dəqiqədən sonra Zərərçəkmiş şəxs evindən həyətə çıxdığını görüb Sərxan Kazıyev ilə birlikdə gizləndikləri tikilidən çıxıb ev sahibinin üzərinə cumaraq basqın edib, həmin vaxt zərərçəkmişin müqavimətini sındırıb qorxudaraq özlərinə tabe etdirmək və köməyə çağıra bilməməsi üçün susdurmaq məqsədilə o, üzərində gəzdirdiyi müəyyən edilməmiş pnevmatik tapançanı cibindən çıxardıb Zərərçəkmiş şəxs tuşlayaraq həmin tapança ilə zərərçəkmişin baş nahiyəsinə vurduğu zərbədən sonuncunun müvazinətini itirib arxaya doğru yıxılaraq baş nahiyəsinin evin divarına dəyib xəsarət almasından qorxub qışqıraraq qonşuları köməyə çağırdığını görən Şahid1 üzərində gəzdirdiyi müəyyən edilməmiş bıçağı cibindən çıxardıb tiyəsini açaraq boğazına dayayıb əlindəki əlcəyi isə ağzına tıxayıb səs salmamağını, maddiyyət üçün gəldiklərini deyərək pul və qızıl-zinət əşyaları tələb edib hucuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib zərərçəkmiş şəxsə başın təpə nahiyyəsinin səthi yarası, sol çiyin, sağ bazu, qarnın ön divarının, sağ baldırın yuxarı 1/3nin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmlak tələbi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Turan küçəsi, ev 33-də qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. Əvvəllər Belarusiyada işləyib yaşamış, 2023-cü ilin avqust ayında Azərbaycana qayıdıb yaşadığı Gənşə şəhərinə getmişdir. Şahid1 uşaqlıqdan tanımış, münasibətləri yaxşı olmuş, Ramil Ağayevi isə 2023-cü ilin yay aylarında Sərxanın vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Gəncəyə qayıtdıqdan sonra tanışı Sərxanla görüşmüş, sonra dişlərini müalicə etdirmək üçün Bakı şəhərinə getmişdir. 19 avqust 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhərindən Gəncəyə getmək üçün avtovağzala getmiş, həmin vaxt Sərxan ona zəng edib harada olduğunu soruşmuş, o da Bakıda avtovağzalında olduğunu bildikdə onunla işi olduğunu bildirib Sumqayıt şəhərinə gəlməyini demiş, o da taksi ilə Sumqayıt şəhərinə gedib Sərxanla görüşmüş, orada Sərxan onu Ramillə tanış etmişdir. Sərxan ona Ramili təqdim edib birlikdə Rusiyada məhkumluq həyatı yaşadıqlarını, etibarlı dost olduğunu demişdir. Söhbət zamanı Sərxan Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verməklə məşğul olduğunu, evində pul və qızıl olmasını bildirib təklif etmişdir ki, birlikdə Rüstəmin evinə girib pulunu və qızıllarını oğurlasınlar. Sərxan bir iki gün əvvəl Ramillə birlikdə Salyana gedib Rüstəmin evinin yerini dəqiqləşdirdiklərini bildirmişdir. Həmin vaxt maddi vəziyyəti çətin və pula ehtiyacı olduğundan o, Sərxan və Ramilin bu təklifi ilə razılaşmışdır. Sonra qərara gəlmişlər ki, birlikdə Salyan rayonuna gedib yenidən Rüstəmin evinin ətrafında fırlansınlar və imkan yaransa Rüstəmin evinə girsinlər. Bundan sonra onlar Sərxanın idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Salyan rayonuna getmiş və gecə saatlarında Salyan şəhərinə çatmışlar. Sərxan avtomobili Rüstəmin yaşadığı evin qarşısından sürüb evi ona göstərmiş, sonra bir neçə dəfə avtomobillə Rüstəmin yaşadığı evin qarşısından keçmişlər, daha sonra avtomobili kənarda saxlayıb Rüstəmin evinin qarşısına piyada gəlmişlər, lakin həmin gecə evə girə bilməyib Bakı şəhərinə qayıtmışlar. Ayrılarkən qərara gəlmişlər ki, bir neçə gündən sonra yenidən görüşüb birlikdə Salyan rayonuna gedib Rüstəmin evinə girsinlər. 22 avqust 2023-cü il tarixdə, axşam saatlarında o, Sərxan və Ramil Bakı şəhərində görüşüb birlikdə icarə avtomobil götürmək üçün “Qara Qarayev” metro stansiyasının yaxınlığında olan şirkətinin ("xxxx" adlı “Renta caar” şirkətinin) qarşısına gəlmişlər. Sərxan şirkətin ofisinə daxil olub danışdıqdan sonra “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Sonra onlar yolda aptekdən tibbi maskalar, təsərrüfat mağazasından əlcəklər almışlar və bundan sonra həmin avtomobillə Salyan rayonuna getmişlər. Salyan şəhərinə gecə saatlarında çatmışlar, sonra bir neçə dəfə Rüstəmin evinin qarşısından keçmişlər, axşam saatlarında yemək üçün Biləsuvar rayonuna getmişlər. Həmin gün gecə saatlarında Biləsuvardan Salyan şəhərinə qayıtmışlar və gecə saat 03 radələrində (23 avqust 2023-cü il tarixdə) avtomobili Rüstəmin evindən bir qədər aralıda yolun kənarında saxlamışlar. Rüstəmin evinin qarşısında müşahidə kameraların olduğundan avtomobildə üzlərinə maska taxıb avtomobildən düşüb Rüstəmin evinin yanına getmişlər. Hasar hündür olduğundan hasara çıxa bilməmişlər, sonra Ramil əvvəl ona, sonra Sərxana hasara qalxmaqlarına köməklik etmiş, özü isə onları avtomobildə gözləyəcəyini deyib oradan getmişdir. Bundan sonra əvvəl o, arxasınca Sərxan Rüstəmin həyətinə düşmüşlər. Onlar həyətə düşdükdən sonra həyətdəki tikilinin qapısını açıb içəri girmişlər, Sərxan pulların həyətdəki qarajda olan dəmir seyfdə saxlandığını, qızıllar isə evdə olduğunu dediyindən onlar əvvəl tikilidə, sonra qarajda olan şkafları axtarmış, lakin içərisində pul olan dəmir seyfi tapa bilməmişlər. Sonra qərara gəlmişlər ki, birlikdə evə girib oradan pul və ya qızılları oğurlasınlar. Onlar tikilidən həyətə çıxmış, elə bu anda həyətdə Rüstəmlə üzəbəüz gəlmiş və rustəm onları görüb qışqırmağa başlamış, onlar isə onu tutub sakitləşdirməyə çalışarkən Rüstəm qorxub qışqırmağa və əl-qol atıb onlara müqavimət göstərib arxaarxaya gedərək büdrəyib yıxılaraq başı evinin divarına dəyib xəsarət almışdır. Rüstəm yıxıldıqdan sonra da, qışqırmağı davam etmiş, həmin vaxt o və Sərxan Rüstəmə qarşı heç bir zorakılıq hərəkəti etməmiş, ona evindəki pul və qızılları götürmək üçün gəldiklərini demişlər. Həmin vaxt Rüstəm əli ilə ürəyini tutub halının pis olduğunu demiş, o da Rüstəmin halının pis olduğunu görüb su gətirmək üçün evə girmək istəmiş, bu vaxt həyətin küçə qapısının döyüldüyünü, kimsə qadın olan şəxsin Rüstəmi çağırdığını, sonra uca səslə qışqırıb qapını açmağı dediyini eşidib, qonşuların gələcəyindən qorxub onlar Rüstəmi buraxıb həyət qapısını açıb küçəyə çıxıb, küçədə qapının yanında dayanmış qadının yanından keçib oradan uzaqlaşmışlar. Onlar Ramilin yanına gəlib avtomobilə əyləşib Salyandan çıxıb Bakı şəhəri istiqamətində yola düşmüşlər. Yolda qapının yanında olan qadının onları gördüyünü və sonradan onları tanıya biləcəyini fikirləşib ölkədən çıxmaq qərarına gəlmişlər. Sonra Sərxan kiminləsə telefonda danışıb Türkiyəyə getmək üçün onlara təcili bilet almasını demiş, Ramil pasportların surətini vatsapla kiməsə göndərmişdir. Onlar Qobustan qəsəbəsi ərazisindən keçərkən kimsəsiz yerdə yolun kənarında avtomobili saxlayıb, başqa bir yol maşını ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində başqa bir taksi ilə H.Əliyev adına hava limanına gedib Bakı-İstanbul təyyarəsinə minib İstanbul şəhərinə getmişlər. Həmin vaxtdan o, İstanbul şəhərində olmuş, 22 oktyabr 2024-cü il tarixdə İstanbul-Bakı reysi ilə Bakı şəhərinə gəlmiş və hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb Salyan RPŞ-nə gətirilmişdir. . Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadə vermiş, həmçinin işin mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 19 avqust 2023-cü il tarixdə o, tanışı Sərxanla görüşərkən Sərxan ona Ramil adlı şəxsi təqdim edib dostu olduğunu, birlikdə Rusiyada məhkum həyatı yaşadıqlarını, etibarlı dost olduğunu demişdir. Söhbət zamanı Sərxan danışmışdır ki, Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfər faizə pul verməklə məşğuldur, borc alanların “qanını içir”, həyətində “Porshe” markalı bahalı avtomobili, evində pul və qızılı vardır və təklif etmişdir ki, birlikdə Rüstəmin evinə basqın edib pulunu və qızıllarını aparsınlar. Hətta Sərxan demişdir ki, Ramillə birlikdə Salyan rayonuna gedib Rüstəmin evinin yerini dəqiqləşdirmişlər, lakin həmin vaxt Rüstəmi tapa bilmədikləri üçün özləri evə girməmişlər. Maddi vəziyyəti çətin və pula ehtiyacı olduğundan o, Sərxan və Ramilin təklifi ilə razılaşmışdır. Sonrakı söhbət zamanı qərara gəlmişlər ki, birlikdə Salyan rayonuna gedib yenidən Rüstəmin evinin ətrafında fırlansınlar və imkan yaransa Rüstəmin evinə basqın etsinlər, çünki Sərxan demişdir ki, avtomaşında əlcəklər, tibbi maskalar, bıçaq və tapança vardır. O, bu dəfə də onlara razılıq vermiş, bundan sonra onlar Sərxanın idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Salyan rayonuna getmişlər və gecə saatlarında Salyan rayonunun mərkəzinə çatmışlar. Sərxan avtomobili Rüstəmin yaşadığı evin qarşısından sürüb evi ona göstərmişdir. Sonra bir neçə dəfə avtomobillə Rüstəmin yaşadığı evin qarşısından keçmişlər, daha sonra avtomobili kənarda saxlayıb Rüstəmin evinin qarşısına piyada gəlmişlər, lakin həmin gecə evə basqın edə bilməyib Bakı şəhərinə qayıtmışlar. Ayrılarkən qərara gəlmişlər ki, bir neçə gündən sonra yenidən görüşüb birlikdə Salyan rayonuna gedib Rüstəmin evinə basqın etsinlər. Növbəti dəfə o, Sərxan və Ramil avqustun 22-də günortadan sonra Bakı şəhərində görüşüb birlikdə “Qara Qarayev” metro stansiyasının yanındakı "xxxx" adlı “Renta caar” şirkətinin qarşısına gəlmişlər və Sərxan ofisə daxil olub “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Onlar avtomobilə əyləşdikdən sonra gecə saatlarında Rüstəmin evinə girmək üçün yoldakı aptekdən tibbi maskalar, təsərrüfat mağazasından əlcəklər almışlar və hər üçünün başında “kepka”, həmçinin onun üzərində Sərxanın verdiyi pnevmatik tapança olmuşdur. Bundan sonra onlar həmin avtomobillə Salyan şəhərinə gəlmişlər, bir neçə dəfə Rüstəmin evinin qarşısından keçmişlər, axşam saatlarında isə yemək üçün Salyan rayonundan çıxıb Biləsuvar rayonuna getmişlər və orada xatırlamadığı kafedə əyləşib yemək yemişlər. Təxminən saat 24 radələrində kafedən çıxıb yenidən Salyan rayonuna qayıtmışlar. Salyan rayonuna çatdıqdan sonra qurduqları plana əsasən avqustun 23-nə keçən gecə saat 03 radələrində avtomobili Rüstəmin evindən bir qədər aralıda yolun kənarında saxlamışlar. Onlar Rüstəmin evinin qarşısında müşahidə kameraların olduğunu bildiklərindən avtomobildən düşməmiş hər üçü tibbi maskaları və əlcəkləri geyinmişlər. Sonra hər üçü avtomobildən enib küçədə heç kimin olmadığına əmin olduqdan sonra Rüstəmin evinin yanına gəlib evin sağ tərəfindəki ensiz dalana girib orada olan su çəninin yanında dayanmışlar. Hasar hündür olduğu üçün hasara çıxa bilməmişlər, ona görə Ramil birinci olaraq onun, daha sonra Sərxanın hasara qalxmaqlarına kömək edib özü isə onları avtomobildə gözləyəcəyini deyib oradan getmişdir. Qabağda özü, arxasınca Sərxan Rüstəmin həyətinə düşmüşlər, həyətdə “Porshe” narkalı avtomobili görmüşlər. Onlar həyətə düşdükdən sonra həyətdəki tikilinin qapısını açıb içəri girmişlər, çünki Sərxan ona demişdir ki, pullar həyətdəki qarajda metal seyfdə saxlanılır, qızıllar isə evdə gizlədilib. Onlar həyətdəki tikilidə olan şkafların hamısını axtarmışlar, lakin metal seyfi tapa bilməmişlər. Sonra həmin otaqdakı qapıdan qaraja keçib qarajda olan şoxsaylı qutuların içərisini axtarmışlar, lakin burada da pul və qızıl tapmamışlar. Bundan sonra qərara gəlmişlər ki, birlikdə evə girib Rüstəmin özünü tutub pulların və qızılların yerini ondan öyrənsinlər. O, olduqları tikilidən birinci olaraq həyətə çıxmış və həyətdə Rüstəm ilə üzəbəüz gəlmişdir. O, qabaqda olduğu üçün əlindəki tapança ilə Rüstəmin üzərinə cummuş, Rüstəm onları görən kimi qorxub qışqırmağa, əl-qol atıb müqavimət göstərməyə başlamışdır, sonra arxa-arxaya gedərək büdrəyib yıxılmışdır, həmin vaxt Rüstəmin başı evinin divarına dəyib xəsarət almışdır. Rüstəm yıxıldıqdan sonra da qışqırmağı davam etmiş, bu zaman Sərxan cibindəki bıçağı çıxardıb Rüstəmin boğazına söykəyib sakit qalmasını tələb etmiş, lakin Rüstəm qışqırmağa davam etdiyindən Sərxan əlcəyini çıxardıb Rüstəmin ağzına soxub ağzını tutmağa çalışmışdır. Sonra Rüstəm onu öldürməməyi, evindəki pul və qızılları götürüb getmələrini bildirmiş, onlar da Rüstəmə onu öldürmək üçün gəlmədiklərini, pul və qızıl götürüb gedəcəklərini demişlər. Elə həmin vaxt Rüstəm əli ilə ürəyini tutub halının pis olduğunu demiş, o da həqiqətən Rüstəmin halının pis olduğunu görüb su gətirmək üçün evə girmək istəmiş, lakin bu vaxt həyətin küçə qapısının döyüldüyünü eşitmişlər, qapının arxasından qadın səsi gəlmiş və kimsə Rüstəmi səsləmişdir. Həmin qadının dayanmadan uca səslə qışqırıb qapını açmağı tələb etdiyindən onlar qadının səsinə qonşuların hadisə yerinə gələcəyindən qorxub Rüstəmi buraxıb həyət qapısını açaraq küçəyə çıxmışlar. Qapıda dayanmış bir nəfər yaşlı qadının yanından keçib gedərkən belindəki pnevmatik tapança yerə düşmüş və o, tapançanı yerdən qaldırıb Sərxan ilə birlikdə oradan uzaqlaşmışlar. Rüstəmin qapısını döyən qadın onların arxasınzca qaçmağa başlamış, lakin onlar qaçaraq oradan uzaqlaşıb yolayrıcıdan sağ tərəfə dönüb onları gözləyən Ramilin yanına gəlib avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Yolda söhbət edərkən Rüstəmin evindən pul götürə bilmədiklərini, qadının qarşılarına çıxıb üzdən onları gördüyünü və sonradan onları tanıya biləcəyini fikirləşib ölkədən çıxmağa qərar vermişlər. Onlar Rüstəmin evinə basqına gedərkən əvvəlcədən hər ehtimalı nəzərə alıb ümumvətəndaş pasportlarını özləri ilə götürmüşlər. Ramil və Sərxan kiminləsə telefonda danışıb Türkiyəyə getmək üçün onlara təcili bilet alınmasını istəmişlər, sonra Ramil pasportların surətini vatsapla kiməsə göndərmişdir. Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisindən keçərkən kimsəsiz yerdə yolun kənarında avtomobili saxlayıb yerə enmişlər, əl izləri qalmasın deyə avtomobilin içərisini silmişlər, maskaları, əlcəkləri, Sərxan bıçağı, özü isə pnevmatik tapançanı avtomobildən kənara tullamışlar. Sərxan avtomobilin açaranı qabaq sağ təkərin üzərinə qoyub zəng edib “Rentacaara” məlumat vermiş, sonra onlar yoldan keçən avtomobili saxladıb həmin avtomobillə Bakı şəhərinə çatıb 20 Yanvar dairəsində “Mercedes” markalı taksi avtomobilinə əyləşib H.Əliyev adına hava limanına gəlib Bakı-İstanbul təyyarəsinə minib ölkədən çıxmışlar. 2024-cü il oktyabr ayının 11-də İstanbul şəhərində “kimlik kontrolu”ndan keçərkən polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt İnterpol xətti ilə axtarışda olduğunu bilmiş və oktyabrın 22-də İstanbul-Bakı reysi ilə Bakı şəhərinə göndərilmişdir, daha sonra H.Əliyev hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb Salyan RPŞnə gətirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, ifadəsinin yerində yoxlanılmasına dair protkollar elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tanışı Şahid1lə birlikdə oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girmişlər, həyətdə olarkən əlində pnevmatik tapança və ya başqa bir əşya olmamış, Sərxanın əlində bıçaq olmasını görməmişdir. O, Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkət etməməsi və əlində olması deyilən əşya ilə onu vurmamış, quldurluq cinayəti törətməmişdir. O, ittihamda göstərilən quldurluq cinayətini yox, oğurluq cinayətini törətmiş və hazırda törətdiyi cinayətə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, evlidir, ünvan 3 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq arvadı ilə birlikdə ünvan 1-də yaşayır. İki övladı ailələri ilə birlikdə Bakı şəhərində yaşayırlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin avqust ayının ortalarında arvadı Qətibə onkoloji xəstəliyi ilə bağlı Bakı şəhərində əməliyyat olunduğundan əvvəl xəstəxanada, sonra qızı Çinarəgildə qaldığından həmin vaxtlarda o, Salyan şəhərindəki evində tək yaşamışdır, ikiüç gündən bir Bakı şəhərinə gedib arvadına baş çəkib geri qayıtmışdır. 23 avqust 2023-cü il tarixdə, gecə saat 03 radələrində evdə tək olan vaxt yuxudan ayılıb tualetə getmək üçün (evin içərisində tualet olsa da, adəti üzrə həmişə həyətdəki tualetdən istifadə etdiyindn) evdən çıxıb həyətə düşüb tualetə getmişdir. Tualetdən çıxdıqdan sonra bir qədər hava qəbul etmək üçün həyətdəki masa arxasında əyləşmişdir. Bir az sonra həyətdəki tikilinin plastik qapısının yavaşca açılması səsini eşidib qapının nəyə görə öz-özünə açıldığını öyrənmək üçün ayağa qalxıb ora getmək istəyərkən həmin tikilinin qapısı qəfildən açılmış və oradan üzlərində maska və başlarında papaq olan iki nəfər çıxıb onun üzərinə cummuşlar. Sonradan istintaq zamanı həmin şəxslərin adlarının Sərxan və Mirzə olduğunu bilmişdir. Onun üzərinə hücum edən Mirzə adlı şəxsin əlində tapança olmuş və Mirzənin həmin silahı ona tuşladığını görüb qorxudan qışqırmağa başlamış, Mirzə də əlindəki silahla onun başına bir zərbə vurmuş, o da zərbədən müvazinətini itirib arxaya doğru yıxılmışr və başı evin divarına dəyib başından xəsarət almışdır. Sonra o, ayağa qalxıb basqın edənlərdən canını qurtarıb evinə girmək istəmiş, lakin basqın edən ikinci şəxs Sərxan onu tutub yerə yıxmış, sonra əlindəki bıçağın tiyəsini gah onun yan nahiyəsinə, gah da boğazına söykəyib səsini çıxartmamağı, sakit qalmağı tələb etmiş, həmin vaxt əlində tapança olan Mirzə də onun sakit qalmağını tələb etmişdir. O, canını qurtarıb basqın edənlərin əlindən çıxmaq üçün müqavimət göstərib əl-qol atsa da, bunun heç bir xeyri olmamış, sonra ucadan qışqıraraq qonşuları köməyə çağırmağa başlamışdır. O qışqıran vaxt Mirzə silahın lüləsini onun ağzına dayayıb səsini çıxartmamağı, sakit qalmağını, onu öldürməyə gəlmədiklərini, pul və qızıl üçün gəldiklərini demiş, o da evdə pul və qızıl olmadığını deyib yenidən qışqırıb kömək çağırmışdır. Bu vaxt Sərxan əski parçasını onun ağzının içərisinə soxub sakit qalmasını demiş, lakin onun sakitləşmədiyini gördükdə Sərxan və Mirzə təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Vəziyyəti belə görüb o, yalvararaq açıq ürək əməliyyatı keçirdiyini, yaşlı insan və birinci qrup əlil olduğunu deyib həmin şəxslərə onu döyməmələrini, evdəki pul və qızılları, hətta həyətdəki “Porşe” markalı avtomobili götürüb getmələrini, onu sərbəst buraxmalarını xahiş etmişdir. Bunu dedikdən sonra Mirzə onu buraxıb evin giriş qapısına tərəf getmiş, Sərxan isə əlində bıçaqla onu tutub saxlamaqda davam etmiş, elə bu zaman Mirzənin mobil telefonuna zəng gəlmiş, həm də qonşuluqda yaşayan Gülçöhrə adlı qadın həyət qapısını döyərək dayanmadan ucadan onu çağırmağa başlamışdır. Bunu görən həmin şəxslər öz aralarında nə isə danışmış, sonra onu buraxıb həyət qapısını açıb küçəyə çıxıb qaçıb getmişlər. Həmin vaxt qapıda Gülçöhrə də bu şəxsləri görmüşdür. Sonra o da ayağa qalxıb qapıya çıxmış, qapıda Gülçöhrə onun sifətinin və başının qana bulaşdığını görüb nə baş verdiyini soruşmuş, o da qapıdan çıxan şəxslərin ona basqın edib onu döyüb xəsarət yetirib ondan pul-qızıl tələb etdikldrini demiş, sonra təcili tibbi yardım çağırmışlar. Bir azdan təcili tibbi yardım, sonra da polis əməkdaşları gəlmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı polisə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları onun iştirakı ilə həyətə və küçə qapısının ətrafına baxış keçirərkən küçə qapısının yanında yerdən bir ədəd tibbi maska aşkar edib götürmüşlər. Sonra polis əməkdaşları həyətdəki müşahidə kameraların videogörüntülərinə baxıb ona qarşı törədilmiş basqının videogörüntülərinin surətini çıxardıb götürmüşlər. Ona basqın etmiş şəxslər ona qarşı zorakılı hərəkət edib onu vurub xəsarət yetirərək ondan pul və qızıl tələb etsələr də, yaranmış vəziyyətdə evdən heç nə götürə bilməmişlər. Hazırda onun Təqsirləndirilən şəxs qarşı maddi tələbi olmasa da, törətdiyi cinayətə görə ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 114-də yaşayır. Zərərçəkmiş şəxs qonşusudur. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs tanımamışdır. Hadisə olan vaxtlarda Rüstəmin arvadı Qətibə Bakı şəhərində xəstəxanada olduğundan və uşaqları da Bakı şəhərində yaşadığından Rüstəm evində tək olmuşdur. 23 avqust 2023-cü il tarixdə, gecə saatlarında evində yatarkən küçədən səs-küy eşidib oyanmış, saata baxmış və saatın 02:30 dəqiqə olduğunu görmüşdür. Küçədən boğuşma səsi gəldiyindən, itlərin boğuşduğunu düşünüb pəncərədən baxdıqda küçədə heç nə görməmiş, sonra eyvana çıxanda səs-küy səsin Rüstəmin həyətində gəldiyini eşitmişdir. Rüstəmin arvadı ağır xəstə olduğundan arvadına nəsə olmasını düşünüb həyətindən küçəyə çıxıb Rüstəmin qapısını açmaq istəmiş, lakin qapının bağlı olduğunu görüb “Rüstəm, qapını aç” deyə ucadan çağırmış, lakin Rüstəmin səsi gəlməmiş, sonra narahat olub qapını döyüb Rüstəmi çağırıb qapını açmasını demiş, qapı açılmış üzlərində maska olan iki nəfər şəxs həyətdən küçəyə çıxıb qaçıb getmişlər. Həmin şəxslərin kim olduqlarını bilməmişdir. Az sonra Rüstəmin qan içində qapıya tərəf gəldiyini görüb ondan nə baş verdiyini soruşanda Rüstəm maskalı adamların ona xəsarət yetirdiklərini bildirmiş, bunu eşidən kimi o, maskalı şəxslərin arxasınca qaçmış, həmin vaxt küçədə olan qarovulçu Pənaha qaçanları tutmasını demiş, lakin Pənah qorxduğu üçün həmin şəxslərə yaxınlaşmamışdır. Maskalı şəxslər qaçıb Kür çayı tərəfə dönəndə, orada qara rəngli maşın da götürmüşdür. Həmin şəxslər qaçıb gedəndən sonra o, geri qayıdıb Rüstəmi həyətində gəlmiş, Rüstəmin halı pis olduğundan stulda əyləşdirib üzünə su vurmuş, sonra gəlini ilə qızını çağırıb əvvəl təcili tibbi yardıma zəng etmiş, sonra hadisə barədə polisin “102” xidmətinə zəng edib məlumat vermiş, daha sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, Rüstəmin həyətindən çıxan şəxsləri tanımamış, onların üzlərində tibbi maska olduğundan üzlərini görməmiş, həmin şəxslərin əllərində hər hansı bir əşya olmamışdır. Sonradan Rüstəm dediklərindən ona məlum olmuşdur ki, üzü maskalı şəxslər gecə saatlarında Rüstəmin həyətinə girmiş, Rüstəm evindən həyətə çıxıb oturduğu vaxt həmin şəxslər onun üstünə cumub onu öldürəcəkləri ilə hədələyib və ona əllərində olan əşya ilə xəsarət yetirib ondan pul-qızıl tələb etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid5 Səbzəli oğlu ibtidai istintaq zamanı özünə aid hissədə Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ramil Ağayevi və Təqsirləndirilən şəxs tanımış, hər ikisi ilə münasibətləri yaxşı olmuşdur. 15 avqust 2023-cü il tarixdə o, yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlib tanışı Ramil Ağayevlə görüşüb restoranda Ramilin tanışları ilə birlikdə oturub yeyib-içərkən oradan olan şəxslərdən kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların “qanını içdiyini”, həyətində “Porshe” markalı avtomobili olduğunu, pul və qızılları həyətindəki qarajda metal seyfdə saxladığını demişdir. Restorandan çıxanda o və Ramil öz aralarında qərara gəlmişlər ki, birlikdə Salyan rayonuna gedib Rüstəmin evinə girib pul və qızıl götürsünlər. Onlar Rüstəmi və onun evini tanımadıqlarından Salyan şəhərinə gedib Rüstəmin barəsində soraqlaşma aparıb evinin yerini öyrənmək qərarına gəlib bu məqsədlə ertəsi gün, 17 avqust 2023-cü il tarixdə Ramillə birlikdə Bakı şəhərində icarayə götürdüyü “Mercedes” markalı avtomobillə Salyan rayonuna gəlmişlər və Salyan şəhərində soraqlaşıb Rüstəmin yaşadığı evin yerini öyrənmişlər. Sonra bir neçə dəfə avtomobillə Rüstəmin yaşadığı evin qarşısından keçmiş, həmçinin Rüstəmi görüb tanımaları üçün bir neçə saat evin qapısında dayanıb gözləmişlər, lakin Rüstəmi görə bilməmişlər və gecə saatlarında Bakı şəhərinə qayıtmışlar. Sonra Ramillə danışmışlar ki, yenidən birlikdə Salyan şəhərinə gedib Rüstəmi güdsünlər və imkan olsa evinə girsinlər. Ona görə 19 avqust 2023-cü il tarixdə tanışı Rəsul adlı şəxsdən bir günlük “Hyundai Elantra” markalı avtomobili götürmüş, sonra həmin gün Ramillə Sumqayıt şəhərində görüşüb Rüstəmin evinə girməyi müzakirə edərkən üçüncü etibarlı bir yoldaşın da lazım olduğu qənaətinə gəlmişlər. Ona görə saat 18 radələrində Gəncədə onunla bir məhəllədə böyümüş tanışı Mirzəyə zəng edib harada olduğunu soruşmuş, o da Bakı şəhərində olduğunu demiş, sonra o, Mirzəyə onunla işi olduğunu deyib taksiyə minib Sumqayıt şəhərinə dənizkənarı parka gəlməyini bildirmiş, bir az sonra Mirzə gəlmiş və onu Ramillə tanış etmişdir. Sonra söhbət zamanı o, Mirzəyə Salyan rayonunda yaşayan Rüstəm adlı faizə pul verən imkanlı bir nəfərin olduğunu, borc alanların “qanını içdiyini”, həyətində “Porshe” markalı avtomobil, evində pul və qızıl olduğunu bildirib, Ramillə birlikdə Salyan rayonuna gedib Rüstəmin evinin yerini dəqiqləşdirdiklərini deyib Mirzəyə təklif etmişdir ki, onlar birlikdə gedib Rüstəmin evinə basqın edib pul və qızılları aparsınlar. Mirzə etiraz etməyib razılıq vermiş və onlar qərara gəlmişlər ki, birlikdə Salyan rayonuna gedib Rüstəmin evinin ətrafında fırlansınlar, imkan düşən kimi Rüstəmin evinə girsinlər. Bundan sonra onlar özünün idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə minib Salyan şəhərinə gəlmişlər, lakin həmin gecə Rüstəmin evinə basqın edə bilməyib Bakı şəhərinə qayıtmışlar. Ayrılarkən qərara gəlmişlər ki, bir neçə gündən sonra görüşüb yenidən Salyan şəhərinə gedib Rüstəmin evinə basqın etsinlər. 22 avqust 2023-cü il tarixdə onlar görüşüb “Qara Qarayev” metro stansiyasının yanındakı “Renta caar”a gəlmişlər və orada o, öz adına “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, sonra onlar aptekdən tibbi maskalar, təsərrüfat mağazasından əlcəklər alıb həmin avtomobillə birlikdə Salyan rayonuna getmişlər. Salyan şəhərinə çatıb bir neçə dəfə Rüstəmin evinin qarşısından keçmişlər, sonra Biləsuvar rayonuna gedib yol kənarındakı kafedə yemək yeyib saat 24 radələrində yenidən Salyan şəhərinə qayıtmışlar və gecə saat 03 radələrində (23 avqust 2023-cü il tarixdə) Rüstəmin yaşadığı evin yanına gəlmişlər. Qurduqları plana əsasən avtomobili Rüstəmin evindən bir qədər aralıda yolun kənarında saxlamışdır. Onlar Rüstəmin evinin qarşısında müşahidə kameraların olduğunu bildikləri üçün avtomobildən düşməmiş hər üçü tibbi maskaları və əlcəkləri geyinmişlər. Sonra hər üçü avtomobildən enib küçədə heç kimin olmadığına əmin olduqdan sonra Rüstəmin evinin yanına getmişlər və evinin sağ tərəfindəki ensiz dalana girib üzərində su çəni olan hasarın yanında dayanmışlar. Hasar hündür olduğu üçün onlar hasara çıxa bilməmişlər, ona görə Ramil birinci olaraq Mirzənin, daha sonra onun hasara qalxmaqlarına kömək edib özü isə avtomobildə oturub gözləyəcəyini deyib oradan getmişdir. Qabaqda Mirzə, arxasınca özü Rüstəmin həyətinə düşmüşlər və həyətdə “Porshe” markalı avtomobilin olduğunu görmüşlər. Həyətə düşəndən sonra onlar həyətdəki tikilinin qapısını açıb içəri girmişlər, tikilidə və ona bitişik olan qarajda pul və qızıl saxlanılan metal seyfi axtarsalar da, tapa bilməmişlər. Sonra qərara gəlmişlər ki, evə girib Rüstəmdən pulun və qızılın yerini öyrənsinlər. Elə bu vaxt evin qapısının açıldığını və kiminsə evdən həyətə çıxdığını eşitmişlər. Mirzə həyətə kimin çıxdığını öyrənmək üçün olduqları tikilinin qapısını aralamış və həyətdə bir nəfər kişinin olduğunu demişdir. Həmin şəxsin Rüstəm olduğunu başa düşüb hər ikisi gizləndikləri yerdən çıxıb Rüstəmin üzərinə cummuşlar. Həyətdə ondan qabaqda olan Mirzənin əlində onun verdiyi pnevmatik tapança, özünün cibində isə bıçaq olmuşdur. Rüstəm onları görən kimi qorxub qışqırmağa, əl-qol atıb müqavimət göstərməyə başlamışdır, sonra arxa-arxaya gedib büdrəyib yıxılmış və başı evin divarına dəyib qanamışdır. O, Rüstəmin qışqırmağa davam etdiyini görüb cibindən bıçaq çıxarıb açaraq tiyəsini Rüstəmin boğazına söykəyib sakit qalmasını demiş, lakin Rüstəmin qışqırmağa davam etdiyini görüb əlindən əlcəyi çıxarıb Rüstəmin ağzına soxmağa çalışmışdır. Onlar Rüstəmə onu öldürmək üçün gəlmədiklərini, pul və qızıl götürüb gedəcəklərini demişlər. Bu vaxt həyətin küçə qapısının döyüldüyünü, küçədən qadın səsinin gəldiyini və həmin qadının Rüstəmi çağırdığını eşitmişlər. Onlar qadının dayanmadan qışqırıb qapını açmağı tələb etdiyindən və səsə qonşuların gələcəyindən qorxub Rüstəmi buraxıb həyət qapısını açıb küçəyə çıxmışlar. Qapıda dayanmış yaşlı qadının yanından keçib küçə ilə qaçaraq onları gözləyən Ramilin olduğu istiqamətdə getmişlər və avtomobilə çatıb əyləşib Bakı şəhərinə yola düşmüşlər. Yolda Rüstəmin evindən pul götürə bilmədiklərini, qapını döyən qadının isə onları üzdən görüb sonradan tanıya biləcəyini düşünüb ölkədən çıxmaq qərarına gəlmişlər, çünki əvvəlcədən belə bir ehtimalın ola biləcəyini fikirləşib xarici pasportlarını özləri ilə götürmüşlər ki, xaricə gedə bilsinlər. Sonra o, arvadı Dianaya vatsapla zəng edib özünə, Ramilə və Mirzəyə Türkiyəyə getmək üçün bilet alınmasını tapşırmışdır. Onlar Qobustan qəsəbəsini keçərkən kimsəsiz yerdə yolun kənarında avtomobili saxlayıb əl izlərini avtomobilin içərisindən silmişlər, maskaları, əlcəkləri, bıçağı və pnevmatik tapançanı kənara tullamışlar. Sonra onlar yoldan keçən markasını və qeydiyyat nömrəsini xatırlamadığı yol avtomaşını ilə Bakı şəhərinə gəlmişlər, 20 Yanvar dairəsində taksi avtomobilinə əyləşib H.Əliyev adına hava limanına getmiş və onların adına alınmış biletlərlə Bakı-İstanbul reysi ilə ölkədən çıxıb Türkiyənin İstanbul şəhərinə getmişlər. 07 fevral 2024-cü il tarixdə Bakı şəhərinə qayıtmış və H.Əliyev adına hava limanında saxlanılaraq Salyan RPŞ-nə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-də nümayəndə işləyir. Onun əsas işi avtomobillərin vətəndaşlara kirayə verilməsi, sənədləşdirilməsi, GPS proqramı vasitəsilə izlənilməsi və problem olduğu halda arxası ilə getməkdən ibarətdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tanımamışdır. 23 avqust 2023cü il tarixdə, saat 16 radələrində işlədiyi tanımadığı bir nəfər şəxs "xxxx" MMC-nin ofisində ona yaxınlaşıb iki günlük icarəyə avtomobil götürmək istədiyini bildirmiş və sənədlər hazırlandıqdan sonra həmin şəxsə, yəni Şahid1 “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yol vərəqəsi ilə iki günlük icarəyə verilmişdir. Şahid1 icarəyə haqqı olan 130 manat pulu iki dəfəyə-120 manat, sonra 10 manat köçürməklə onun “Kapitalbank” hesab kartının hesabına ödəmişdir. O, 23 avqust 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərinə gedərkən yolda mobil telefona yüklədiyi “Wialo” mobil tətbiqi vasitəsilə icarəyə verilmiş avtomobillərə quraşdırılmış GPS proqramı vasitəsilə avtomobillərin harada olduğunu yoxlamış, bu zaman Sərxana verdiyi “Kia Forte” markalı avtomobilin Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsində yerləşən kafenin qarşısında dayandığını görmüşdür. Həmin gün Lənkərandan Bakı şəhərinə qayıdarkən yolda “Wialo” tətbiqi vasitəsilə avtomobillərə baxdıqda “Kia Forte” markalı, **- HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hələ də həmin ünvanda dayandığını görmüşdür. O, Sərxanın qəza törətdiyini və avtomobili orada qoyub getdiyini düşünüb Qobustan qəsəbəsindəki kafenin qarşısına çatdıqda avtomobilin yanına gedib avtomobilə baxmış, avtomobildə qəza izləri və əzik olmadığını aşkar etmişdir. Sonra avtomobilin qabaq sağ təkərinin üzərində avtomobilin açarının olduğunu görüb açarı götürüb avtomobilin qapısını açıb salona və yük yerinə baxmış və avtomobildə heç bir problem olmadığını müəyyən etmişdir. Sonra avtomobili icarəyə götürmüş Sərxan adlı şəxsə zəng etmiş, telefon bağlı olmuş, zəng çatmamışdır. Bundan sonra o, avtomobili "xxxx" MMC-yə gətirmiş və bu barədə direktor Ellaz Yaqubova məlumat vermişdir. İşdə olan, Salyan RPŞ-nin Məsul növbətçisinin 23 avqust 2023-cü il tarixli “Raportu” ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə daxil olmuş məlumatda Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 114-də yaşayan X2 zəng edərək qonşusu Rüstəmin döyülməsi məlumat vermişdir. İşdə olan, Salyan RPŞ-nin Məsul növbətçisinin 23 avqust 2023-cü il tarixli “Raportu” ilə müəyyən edilir ki, həmin tarixdə, saat 03:50-də Salyan rayon TTYS-nın həkimi məlumat verərək Zərərçəkmiş şəxs “Üst təpə nahiyəsinin əzilmiş yarası” diaqnozu ilə təcili yardım stansiyasına daxil olması barədə məlumat daxil olmuşdur. İşdə olan, Zərərçəkmiş şəxs Salyan RPŞ-nə ünvanladığı 23 avqust 2023-cü il tarixli “Ərizə”si ilə müəyyən edilir ki, həmin tarixdə, saat 03 radələrində yaşadığı evin həyətində olan zaman iki nəfər naməlum şəxs yaşadığı evin həyətinə daxil olub ona xəsarət yetirmişlər. O, həmin şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş edir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 23 avqust 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllərlə müəyyən edilir ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən evin həyətidir. Hal şahidləri və zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış zamanı həyətin darvazısının yanında yerdən cinayət əməlini törətmiş şəxsə məxsusluğu ehtimal edilən bir ədəd tibbi maska aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 24 avqust 2023cü il tarixli protokolla müəyyən edilir ki, DVD diskdə olan 7 ədəd videogörüntülərə baxış zamanı 1-ci videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 02:17-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, Babazanlı qəsəbəsi istiqamətindən gələrək Salyan şəhəri, T.Davudzadə küçəsinin kəsişməsindən sol tərəfə dönərək getməsi, 2-ci videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 02:21-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, T.Davudzadə küçəsi istiqamətində hərəkət etməsi, 3-cü videogörüntüdə xx.xx.2023 tarixdə, saat 03:05-də qara rəngli “KİA Forte” markalı, dövlət qeydiyyat nömrə nişanı görünməyən avtomobilin Salyan şəhəri, T.Davudzadə küçəsindən keçməsində olması, 4cü videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 09:35-də Zərərçəkmiş şəxs yaşadığı evin sol divarı ilə qonşu divarın arasındakı dalana üç nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin daxil olduğu, onlardan ikisinin (Təqsirləndirilən şəxs və Şahid1) divara qalxmaq istədikləri, sonra onlardan birinin (Ramil Ağayevin) çıxıb getməsi, iki nəfərin (Təqsirləndirilən şəxs və Şahid1) orada qalmaları, 5-ci videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 09:41-də Zərərçəkmiş şəxs yaşadığı evin sol divarı ilə qonşu divarın arasındakı dalan tərəfdəki divardan iki nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin (Təqsirləndirilən şəxs və Şahid1) hasardan qalxıb növbə ilə həyətə düşdükləri, 6-cı videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 10:04-dən başlayaraq Zərərçəkmiş şəxs öz evindən yaşadığı evin həyətinə çıxması, daha sonra 2 nəfər üzü maskalı, əllərində əlcək və başlarında papaq olan şəxslərin (Təqsirləndirilən şəxs və Şahid1) həyətdəki avtomobilin arxa tərəfindən çıxıb həyətdə olan ev sahibinə (Zərərçəkmiş şəxs) hücum etdikləri, həmin vaxt qabaqda olan şəxsin (Təqsirləndirilən şəxs) əlində tapançaya oxşar əşyanın olması, 7-ci videogörüntüdə xx.xx.2023-cü tarixdə, saat 10:15-də Şahid2 həyətindən küçəyə çıxıb qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvaza qapısını döyməsi, qapının bağlı olması səbəbi ilə hərəkətlərindən Rüstəmi səsləməsi və qapını israrla açmaq istəməsi, qapının qəfildən açılması və həyətdən 2 nəfərin (Təqsirləndirilən şəxs və Şahid1) çıxması, həmin şəxslərin başlarında papaq, üzlərində tibbi maska, əllərində əlcək olması, birinin əyinində qara rəngli qısaqol köynək, digərində uzunqol köynək və əyinlərində qara rəngli şalvar olması, sonra Gülçöhrənin Rüstəmi görməsi və həmin şəxslərin arxasınca qaçması müəyyən edilmişdir. İşdə olan, “Cinayət işində olan DVD formatlı diskə baxış keçirilməsi barədə” 23 oktyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçinin iştirakı ilə müşahidə kamerasının yaddaşından götürülmüş 7 ədəd videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin videogörüntüdəki şəxslərin özü, tanışları Şahid1 və Ramil Ağayev olduqlarını, birlikdə 23 avqust 2023-cü il tarixdə, gecə saat 03 radələrində Salyan şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə hasardan aşmaq yolu ilə girdiklərini, daha sonra zərərçəkmiş şəxsə silahlı basqın edərək pul, qızıl-zinət əşyaları tələb etdiklərini, zərərçəkmişin köməyə çağırış səsinə qonşu qadının gəldiyini görüb hadisə yerindən qaçıb getdiklərini təsdiq etmişdir. İşdə olan, DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin 26 sentyabr 2023-cü il tarixli 20/2-13847 №-li arayışı ilə müəyyən edilir ki, təqdim olunmuş materiallar üzrə “Üztanıma” sistemi vasitəsilə aparılmış və araşdırmalar nəticəsində naməlum şəxslərin xx xxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 27 yanvar 1976-cı il təvəllüdlü X10 olması müəyyən edilmişdir. İşdə olan, “Qəbzələrə və çıxarışa baxış keçirilməsi haqqında” 27 avqust 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Şahid4 istintaqa təqdim etdiyi özünə məxsus mobil telefonundakı “Birbank” mobil tətbiqi proqramı vasitəsilə mədaxil olunan pulların telefondakı ekranda olan şəkillərdə ********** nömrəli qəbz, xx.xx.2023 15:24-də, vəsaiti alan kart/hesab 416973******2620, maliyyə xidmətləri, məbləğ 120,00, ödəniş məbləği 120,00, komissiya 0,00 təsvir KAPS, ONLİNE KİOSK, BAKİ, AZ və ********** nömrəli qəbzi, xx.xx.2023 15:25-də, vəsaiti alan kart/hesab 416973******2620, maliyyə xidmətləri, məbləğ 10,00, ödəniş məbləği 10,00, komissiya 0,00 təsvir Unibank, BAKU, AZ qəbzi ilə müəyyən edilir ki, Şahid1 Şahid4 istifadəsində olan “Kapital bank”a məxsus 416973******2620 nömrəli kart hesabına 120 manat və 10 manat, ümumilikdə isə 130 manat pul vəsaiti köçürülmüşdür. İşdə olan, "xxxx" MMC-dən götürülmüş “Kia Forte” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hesabatı ilə müəyyən edilir ki, 22 avqust 2023-cü il tarixdə X7 icarəyə götürdüyü həmin avtomobillə həmin tarixdə saat 15:34 dəqiqədə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 44 ünvanından çıxıb saat 16:31 dəqiqədə Həsən Əliyev küçəsi 115 ünvanına gəlib orada 16 dəqiqə dayanmış, daha sonra Məmmədcəfər Cəfərov küçəsi ilə hərəkət edib saat 17:32-də həmin küçədə 33 dəqiqə ərzində dayanmış, daha sonra Bakı-Ələt-Astara-İran avtomobil yolu ilə hərəkət edib saat 22:19 radələrində Biləsuvar rayonu Əliabad kəndinə gəlib 43 dəqiqə ərzində orada dayanmış, daha sonra hərəkətə başlayıb 23 avqust 2024-cü il tarixdə saat 02:21 dəqidədə Salyan şəhəri Taleh Davudzadə küçəsində hadisə yerinə yaxın əraziyə gəlib orada dayanmış, daha sonra saat 03:09 dəqiqədə Bakı şəhəri istiqamətində hərəkətə başlayıb Bakı-Ələt avtomobil yolunun 65-ci kilometrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində saat 04:11 dəqiqədə avtomobili saxlamışdır. İşdə olan, DİN-nin “X4” sistemindəki qeydiyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə, saat 07:06 dəqiqədə X9 Aeropurtunda DSBM-dən keçərək Türkiyənin İstanbul şəhərinə uçmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 26 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin səthi yarası, sol çiyin, sağ bazu, qarnın ön divarının, sağ baldırın yuxarı 1/3-nin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə 23 avqust 2023-cü il tarixdə tüfəngin lüləsi, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 noyabr 2024-cü il tarixli 24/1716 №-li ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş bir ədəd tibbi maska üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 10 mart 2024-cü il tarixli qərarla müəyyən edilir ki, hadisə yerinə keçirilən baxış zamanı istintaq orqanı tərəfindən götürülmüş bir ədəd tibbi maska iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanması üçün Salyan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baş vermiş cinayət hadisəsi ilə bağlı müşahidə kameralarından götürülmüş videogörüntülərin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından X5 barəsində CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2, Şahid5 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tanışı Şahid1lə birlikdə oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girmələri, həyətdə olarkən əlində pnevmatik tapança və ya başqa bir əşyanın olmaması, Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkət etməməsi və əlində olması deyilən əşya ilə onu vurmaması, həyətdə Rüstəmin onları görüb qorxub qışqıraraq arxa-arxaya gedib büdrəyib yıxılması və elə həmin vaxt Rüstəmin başı evinin divarına dəyib xəsarət alması, onların Rüstəmin həyətinə oğurluq etmək məqsədi ilə daxil olmaları və onun quldurluq cinayəti törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2, Şahid5 və Şahid4 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Şahid1lə birlikdə oğurluq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə girmələri, həyətdə olarkən əlində pnevmatik tapança və ya başqa bir əşyanın olmaması, Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkət etməməsi və əlində olması deyilən əşya ilə onu vurmaması, həyətdə Rüstəmin onları görüb qorxub qışqıraraq arxa-arxaya gedib büdrəyib yıxılması və elə həmin vaxt Rüstəmin başı evinin divarına dəyib xəsarət alması, onların Rüstəmin həyətinə oğurluq etmək məqsədi ilə daxil olmaları və onun quldurluq cinayəti törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid2, Şahid5 və Şahid4 ifadələri, maddi sübut, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayətləri tam etiraf edən ifadələri (həmin ifadələrində göstərmişdir ki, o, Sərxan və Ramil qərara almışlar ki, Salyan rayonunda yaşayan Rüstəm adlı şəxsin evinə basqın edib pulunu və qızıllarını aparsınlar. Onlar avtomobilə əyləşib Salyana gedərkən gecə saatlarında Rüstəmin evinə girmək üçün yoldakı aptekdən tibbi maskalar, təsərrüfat mağazasından əlcəklər almışlar və hər üçünün başında “kepka”, həmçinin onun üzərində Sərxanın verdiyi pnevmatik tapança olmuşdur. Rüstəmin həyətindəki tikilidən birinci o, həyətə çıxmış və həyətdə Rüstəmlə üzəbəüz gəlmiş, həmin vaxt qabaqda olduğu üçün əlindəki tapança ilə Rüstəmin üzərinə cummuş, Rüstəm onları görən kimi qorxub qışqırmağa, əl-qol atıb müqavimət göstərməyə başlamışdır. Rüstəm yıxıldıqdan sonra da qışqırmağı davam etmiş, bu zaman Sərxan cibindəki bıçağı çıxardıb Rüstəmin boğazına söykəyib sakit qalmasını tələb etmiş, lakin Rüstəm qışqırmağa davam etdiyindən Sərxan əlcəyini çıxardıb Rüstəmin ağzına soxub ağzını tutmağa çalışmışdır. Onlar həyət qapısını açıb küçəyə çıxıb qapıda dayanmış bir nəfər yaşlı qadının yanından keçib gedərkən belindəki pnevmatik tapança yerə düşmüş və o, tapançanı yerdən qaldırıb Sərxan ilə birlikdə oradan uzaqlaşmışlar. Onlar Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisindən keçərkən kimsəsiz yerdə yolun kənarında avtomobili saxlayıb yerə enmişlər, sonra əl izləri qalmasın deyə avtomobilin içərisini silmişlər, maskaları, əlcəkləri, Sərxan bıçağı, özü isə pnevmatik tapançanı avtomobildən kənara tullamışlar), eləcə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair protokollarla tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən quldurluq (CM-nin 181-ci maddəsi) cinayəti dedikdə özgə əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın başa düşülür. Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-nin 181.2.1-ci maddəsinin, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə CM-nin 181.2.3-cü maddəsinin, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə CM-nin 181.2.5-ci maddəsinin tərkibini yaradır. Eyni zamanda “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005ci il tarixli Qərarının 7-ci bəndində verilmiş izaha əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqından ibarət olmaqla basqının edildiyi anından bitmiş sayılır. Həmin Qərarın 10-cu bəndində izah edilir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmaqla törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Bu Qərarın 15-ci bəndində izah verilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 20-ci bəndində izah edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Həmin Qərarın 23-cü bəndində verilmiş izaha əsasən CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Habelə bu Qərarın 25-ci bəndində göstərilir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edilərkən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Həmçinin quldurluq cinayəti zamanı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsə psixi təsir göstərilməsini ehtiva edir. Belə psixi təsir konkret olaraq öldürməklə, sağlamlığa zərər vurmaqla, döyməklə, əzab verməklə hədələmədə və s. ifadə oluna bilər. Burada hədə real, həqiqi və dərhal həyata keçirilə bilən olmalıdır. Bu, həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, silah nümayiş etdirilmədə və s.) ifadə olunur. Burada zərərçəkmiş şəxs hədəni real hədə kimi qəbul etməli və təqsirkarın tələblərinin yerinə yerinə yetirmədiyi halda onun reallaşacağına inanmalıdır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə, digər sənəd və iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib, 22 avqust 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhərində "xxxx" MMC-dən “Kia Forte” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdükdən sonra edəcəkləri basqın zamanı üzlərini gizlətmək və hadisə yerində əl-barmaq izlərinin qalmaması məqsədilə həmin ərazidəki aptekdən tibbi maskalar, inşaat materialların satışı mağazasından isə fəhlə əlcəkləri alıb icarəyə götürdükləri avtomobillə Bakı-Ələt-Astara- İran avtomobil yolu ilə hərəkət edib saat 22:20 radələrində Biləsuvar rayonun Əliabad kəndinə gəlib yol kənarındakı kafedə şam yeməyi yedikdən sonra 23 avqust 2023-cü tarixdə, saat 02:21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığında avtomobili saxlayıb piyada Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin mişar daşından inşa edilmiş hasarının sağ tərəfindəki dalana gəlib onlarla birlikdə gəlmiş digər şəxs-X5 bilavasitə aktiv köməkliyi ilə o və Şahid1 hasarın üzərindən aşmaq yolu ilə yaşayış sahəsi olan həyətə qanunsuz olaraq girib niyyətlərini həyata keçirmək üçün ev sahibinin evdən həyətə çıxmasını gözləmək məqsədilə həyətdəki tikilidə gizlənmiş, təxminən 40 dəqiqədən sonra Zərərçəkmiş şəxs evindən həyətə çıxdığını görüb Sərxan Kazıyev ilə birlikdə gizləndikləri tikilidən çıxıb ev sahibinin üzərinə basqın edib, həmin vaxt zərərçəkmişin müqavimətini sındırıb qorxudaraq özlərinə tabe etdirmək və köməyə çağıra bilməməsi üçün susdurmaq məqsədilə o, üzərində gəzdirdiyi pnevmatik tapançanı cibindən çıxarıb Zərərçəkmiş şəxs tuşlayaraq həmin tapança ilə zərərçəkmişin baş nahiyəsinə vurduğu zərbədən sonuncunun müvazinətini itirib arxaya doğru yıxılaraq baş nahiyəsinin evin divarına dəyib xəsarət almasından qorxub qışqıraraq qonşuları köməyə çağırdığını görən Şahid1 üzərində gəzdirdiyi bıçağı cibindən çıxardıb tiyəsini açaraq boğazına dayayıb əlindəki əlcəyi isə ağzına tıxayıb səs salmamağını, pul üçün gəldiklərini deyərək pul və qızıl-zinət əşyaları tələb edib hucuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib zərərçəkmiş şəxsə başın təpə nahiyyəsinə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə əmlak tələbi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 181.2.1, 181.2.3 və 181.2.5ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. İşdə olan, istintaq orqanının “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 09 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. İşdə olan, “Axtarışda olan şəxsin tutulması barədə” 22 oktyabr 2024-cü il tarixli protokolla müəyyən edilir ki, 22 oktyabr 2024-cü il tarixdə, saat 11:40-da X9 X16 Nəqliyyatında Polis İdarəsinin əməkaşları tərəfindən Təqsirləndirilən şəxs tutulub aidiyyəti üzrə istintaqa təhvil verilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Gəncə ŞİHB-nın 4 №-li sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Turan küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Gəncə ŞİHB-nın 4 №-li sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində azyaşlı uşaqları-04 avqust 2016-cü il təvəllüdlü X8 və 16 oktyabr 2017-ci il təvəllüdlü X6 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə hesab edir ki, iş üzrə cinayətin aşkar surətdə qoca şəxsə qarşı törədilməsi CM-in 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıliyinin Tibbi-Sosial Ekspert Komisiyyasının 13 avqust 2023-cü il tarixli tibbi arayışı ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 11 noyabr 2003-cü ildə müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil olmaqla “Birinci dərəcəli əlillik” təyin edilmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iş üzrə zərərçəkmiş şəxs, xx xxxxxxxx 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs evlidir, 1-ci qrup (dərəcə) əlildir, Salyan şəhəri, M.Rəsulzadə küçəsi, ev 13-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 5-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun ittiham olunduğu CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (məhkəmə quldurluq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək törədilməsini kifayət qədər ictimai-təhlükəli əməl hesab edərək), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd tibbi maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, cinayət hadisəsi ilə bağlı müşahidə kameralarından götürülmüş videogörüntülərin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd tibbi maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, cinayət hadisəsi ilə bağlı müşahidə kameralarından götürülmüş videogörüntülərin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığıı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-188/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-188/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver