Məhkəmə qərarları › İş №1(099)-189/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-189/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-189/2024 18.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Sabirabad rayonu Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Xəlifəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Xəlfəli kəndində yaşadığı evin həyətyanı sahəsində 2023-cü ilin mart ayında 2 ədəd, 2023-cü ilin iyun ayının əvvəllərində isə 21 ədədini, ümumilikdə isə 23 ədəd, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, bundan başqa satış məqsədi olmadan qanunsuz olaraq 2160 qram, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evin zirzəmisində bir ədəd parça torbada saxlamış, 28 iyun 2023-cü il tarixdə saat 15:25 dəqiqədə Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilən zaman, əkin sahəsində 23 ədəd çətənə (kannabis) bitkiləri, eləcə də evin zirzəmisindən parça torbada 2160 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilmiş, CM-nin 234.4.3-cü maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, Sabirabad rayon Xəlfəli kəndində yaşayır. 2022-ci ilin may ayında yaşadığı Sabirabad rayon Xəlfəli kəndində piyada gəzən zaman yerdə siqaret qutusunda çətənə bitkisinin toxumlarını tapmışdır. Təxminən bir il olar ki, həyat yoldaşı vəfat etdiyindən özünü mütamadi olaraq pis hiss etdiyindən özünə qapanmış, narkotik vasitələrdən-«nəşə», «kokos» və «patı»-dan istifadə etmişdir. Həmin toxumların iki ədədini 2023-cü ilin mart ayında, 21 ədədini isə iyun ayında əkərək su vermiş, becərmişdir. Həmin toxumlardan əmələ gəlmiş çətənə bitkisindən iki ədədi böyük kol, qalan 21 ədədi isə xırda şitillər olmuşdur. 28 iyun 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin işçiləri onun həyətinə baxış keçirən zaman həmin çətənə bitkiləri aşkar olunmuşdur. Lakin onda qurudulmuş marixuana olmamışdır. 2160 qram qurudulmuş marixuananı polis şöbəsinin əməliyyat-axtarış bölməsinin rəisi Taleh qoymuşdur. Ona həmin miqdarda marixuananın boş şey olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, əvvəl həmin toxumlardan beş ədədini əkmiş və qulluq etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində beş ədəd əkdiyi bitkilərdən üç ədədini yerindən çıxarıb ağac qarışıq evinin yan hissəsində qurutmuş, sonra öz istifadəsi üçün bitkilərin yararlı hissələrini dərib parça torbaya yığmış, sonra isə ailə üzvlərinin bilməməsi üçün həmin torbanı evin zirzəmisində gizlətmiş, ağacları isə yandırmışdır. 3 ədəd bitkiləri torpaqdan çıxardıqdan sonra, qalan iki ədəd çətənə bitkilərinin yanına, əlavə olaraq 21 ədəd narkotik toxumlarını əkmiş və onlara da qulluq etməyə başlamışdır. 28 iyun 2023-cü il tarixdə saat 15:05 radələrində evdə olan zaman Sabirabad rayon polis şöbəsinin əməkdaşları onlara gəlmişlər və ona izah etmişlər ki, rayon polis şöbəsinə onun həyətində narkotik tərkibli bitkilər əkilməsi və saxlanması barədə məlumat daxil olduğundan həyətinə və tikililərə baxış keçirilərkən həyətyanı sahədə əkdiyi 23 ədəd çətənə bitkiləri, bir ədəd yarıqurumuş vəziyyətdə çətənə bitkisinin budaq hissəsi, evin zirzəmisindən isə qurutmaq üçün saxladığı parça torbada narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sabirabad rayon polis şöbəsinin əməkdaşları onun və hal şahidlərinin iştirakı ilə, videoçəkilişlə təqdim etdiyi 23 ədəd çətənə kolları, həmin bitkilərin yanında yarıqurumuş vəziyyətdə çətənə bitkisinin budaq hissəsi və parça torbada qurudub zirzəmidə gizlətdiyi marixuana qablaşdırılmış və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Sabirabad Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 28 iyun 2023-cü il tarixdə Sabirabad rayonu Xəlfəli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkib-becərməsi və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün Təqsirləndirilən şəxs Sabirabad rayonu Xəlfəli kəndində yaşadığı ünvanına getmişlər. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs özünün, hal şahidlərinin və mütəxəssisin iştirakları ilə, həmçinin videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilərkən 23 ədəd yaşıl çətənə bitkiləri aşkar olunmuşdur. Evin zirzəmisindən isə parça torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Həmin bitkilər və qurudulmuş kütlə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qudulumuş marixuananı öz istifadəsi üçün bitkilərin hissələrindən hazırlayaraq zirzəmidə saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs evinin zirzəmisinə qurudulmuş marixuana qoymamışdır. Təqsirləndirilən şəxs bu barədə məhkəmədə dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 28 iyun 2023-cü il tarixdə Sabirabad rayonu Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı həyətyanı sahədə 23 ədəd çətənə bitkiləri, evin zirzəmisində isə şüşə qabda qurudulmuş marixuanayabənzər kütlə aşkar edilmişdir. Lakin Şahid3 ibtida istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində parça torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək eyni xüsusatları təsdiq etmişdir. Baxış keçirilməsi barədə 28 iyun 2023-cü il tarixli protokoldan və həmin vaxt aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Xəlfəli kəndində yerləşən evin həyətinə baxış aparılan zaman ümumilikdə 23 ədəd çətənə bitkiləri, evin zirzəmisindən isə bir ədəd parça torbada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evin zirzəmisində parça torbada aşkar olunan qurudulmuş marixuananı əkdiyi bitkilərin hissələrini qurutmaqla öz istifadəsi üçün düzəltdiyini bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 29 iyun 2023-cü il tarixli, 18/682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən bir ədəd parça torbada aşkar edilmiş təmiz çəkisi 2160 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 23 ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 5920 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2005, 2007 və 2010-cu illərdə doğulmuş uşaqları vardır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əmisi oğlu X3 müharibəsinin iştirakçısı olmaqla 8 noyabr 2020-ci il tarixdə şəhid olmuş, «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 ədəd külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkməklə kultivasiya etməsi və 2160 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə yaşadığı evdə saxlaması, əməlində cinayət tərkibinin olması və təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-onun evində narkotik vasitə qurudulmuş marixuananın olmaması, qurudulmuş marixuananın evinə polis əməkdaşı Şahid1 tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin ona yaşadığı evin zirzəmisində bir ədəd parça torbada aşkar olunmuş 2160 qram çəkidə qurudulmuş marixuanaya görə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsi sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilk andan həmin qurudulmuş marixuananı əkib becərdiyi çətənə bitkilərinin hissələrindən öz istifadəsi üçün qurutduğunu bildirmişdir. Həmçinin onun narkotik vasitənin satışı barədə hər hansı alıcı ilə sövdələşməsi və ya narkotik vasitəni satmaq üçün xırda bükümlərə bölməsi kimi hallar mövcud deyildir. Eyni zamanda narkotik vasitənin miqdarı da özlüyündə Təqsirləndirilən şəxs onu satmaq məqsədi ilə əldə etməsinə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verməklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs evində aşkar olunmuş qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi təsdiq edilməmiş və onun həmin maddəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əmisi oğlu X6 müharibəsində iştirak etməklə şəhid olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 23 ədəd çətənə (kannabis) bitkiləri, bir ədəd hissəsi və 2159,9 qram qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-1ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Sabirabad Rayon Polis Şöbəsində saxlanılan 2159,9 qram narkotik vasitə qurudulmuş marixuana, 23 ədəd çətənə bitkiləri və bir ədəd hissəsi məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar