Məhkəmə qərarları › İş №1(099)-189/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-189/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-189/2025 23.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Zəfər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Saatlı rayonu, Şirinbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 iyun 2025-ci il tarixdə saat 12:00-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2024-cü ilin mart ayında yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndinin ərazisindəki həmkəndlisi X9 məxsus torpaq sahəsindəki sıx kolluqların arasında sonuncunun xəbəri və məlumatı olmadan əkmiş, onlardan bitən 20 (iyirmi) ədəd olmaqla külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 10 sentyabr 2024-cü il tarixdə, saat 23:41-də Saatlı rayonu, Şirinbəyli kəndinin ərazisindəki həmkəndlisi X9 məxsus torpaq sahəsində Təqsirləndirilən şəxs iştirakı ilə həmin torpaq sahəsindəki sıx kolluq əraziyə baxış keçirilərkən oradan əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda ümumi sayı 20 ədəd yaş vəziyyətdə təmiz çəkisi 12500 qram olan tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən Saatlı rayonu Şirinbəyli kəndində aşkar edilmiş 20 (iyirmi) ədəd çətənə bitkisi onun tərəfindən əkilib yetişdirilməklə ona məxsusdur, lakin ittiham aktında qeyd olunmuş 7900 qram qurudulmuş marixuana ona aid deyil. 10 sentyabr 2024-cü il tarixdə saat 13 radələrində evdə nahar edərkən Həmid adlı polis əməkdaşı ona zəng edərək harada olduğunu soruşmuş və görüşmək istədiyini bildirmişdir. O, Həmidə evdə olduğunu, nahar etdikdən sonra onunla görüşə biləcəyini demişdir. Həmid ona Saatlı rayonu mərkəzinə, onun yaşadığı küçəyə gəlməyi təklif etmiş, o da Həmidlə razılaşmışdır. O, həmin gün saat 14 radələrində Həmidin yaşadığı ünvana getmiş, məhəllədə Həmidlə görüşmüşdür. Söhbət zamanı Həmid ona əməliyyat keçirməli olduqlarını bildirərək rayon sakinlərindən kiminsə narkotik vasitə əkməsi barədə məlumatının olub-olmammasını soruşmuş, o Həmidə belə bir məlumatının olmadığını bildirmişdir. Daha sonra Həmid ona bir torba narkotik vasitəni narkotik vasitə istifadəçisi olan kənd sakinlərindən birinin evinə qoymağı təklif edərək onların da əməliyyat keçirərək həmin narkotik vasitəni aşkar edəcəklərini, onun kimliyinin anonim saxlanacağını bildirmişdir. O, Həmidin bu təklifindən imtina etmiş, ona kömək edə bilməyəcəyini bildirmişdir. Həmin gün onu Saatlı rayonu ərazisində toy məclisinə dəvət etmişlər. O, həmin gün saat təxminən 16 radələrində toy məclisində iştirak etmək üçün şadlıq sarayına getmişdir. Toyda olarkən Həmid ona yenidən zəng etmiş, onunla görüşmək istədiyini bildirmişdir. O, Həmidə toyda spirtli içki qəbul etdiyini, sərxoş halda avtomobili idarə etməkdən ehtiyat etdiyini bildirmişdir. Həmid ona narahat olmamasını, avtomobil idarə edərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanacağı təqdirdə YPX-də inspektor işləyən qardaşı vasitəsilə məsələni yoluna qoyacağını bildirmişdir. O, Həmidə növbəti gün görüşməyi təklif etsə də, Həmid təcili işi olduğunu bildirərək həmin gün görüşməkdə israr etmişdir. O, saat təxminən 20 radələrində toy məclisini tərk etmiş, özünə məxsus avtomobillə Həmidlə razılaşdıqları kimi Saatlı rayon məhkəməsinin qarşısına gəlmişdir. Avtomobili Saatlı rayon məhkəməsinin qarşısında saxlayıb avtomobildən enəndə Fuad adlı polis əməkdaşı və adını bilmədiyi daha bir polis əməkdaşı onu saxlayaraq piyada yaxınlıqda olan Saatlı rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşları ona çətənə bitkilərini əkdiyi yerin olmasını bildirmiş, o da, polis əməkdaşlarına Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun qarşısına bir ədəd torba qoyaraq həmin torbanın içərisindəki narkotik vasitənin də ona aid olduğunu bildirmişlər. O, buna etiraz etmiş, torbadakı narkotik vasitənin ona məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşları ona fiziki təzyiqlər göstərməyə, elektroşokla işgəncə verməyə başlamışlar. Bir müddət sonra Həmid də onun olduğu otağa daxil olmuş, ona torbadakı narkotik vasitəni qəbul etməyəcəyi təqdirdə həmin narkotik vasitəni onun evindən çıxaracaqlarını bildirmişdir. O, evdə iki qadın və iki azyaşlı uşaq olmasına görə məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra onlar polis şöbəsinin inzibati binasından çölə çıxmış, Həmid içərisində narkotik vasitə olan torbanı VAZ 2107 markalı avtomobilin yük yerinə qoymuş, Elnur adlı polis əməkdaşı isə rezin su borusunu götürmüşdür. Həmid polis şöbəsində qalmış, digər polis əməkdaşları onu özləri ilə çətənə bitkilərini əkdiyi yerə - Saatlı rayonu, Şirinbəyli kəndinin ərazisində kollektorun yaxınlığındakı sahəyə gətirmiş, orada rezin su borusu və içərisində narkotik vasitə olan bir ədəd sintetik torbanı çətənə bitkilərinin yanına qoymuşlar. Bundan sonra videoçəkiliş aparılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, Həmidi tutulmamışdan təxminən iki il əvvəl tanımışdır. Həmid Saatlı RPŞ-də əməliyyatçı vəzifəsində işləmişdir. O, yol verdiyi inzibati xətaya görə avtomobili cərimə meydançasına qoyularkən Həmidin YPX-də inspektor işləyən qardaşı vasitəsilə həmin məsələni həll etmiş, bundan sonra aralarında yaxın münasibət yaranmışdır. Həmid aradabir ona zəng edərək bir neçə nəfər barədə məlumat soruşmuşdur. Həmid onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş, kömək edəcəyi müddətdə onu “tapşıracağını” bildirmişdir. Bununla belə o Həmidə heç vaxt hər hansı əməliyyatın həyata keçirilməsində köməklik etməmişdir. Tutulduğu gün saat 16-dan saat 20-dək toy məclisində iştirak etmişdir. Polis əməkdaşları onu Saatlı rayon məhkəməsinin qarşısında saxlayarkən VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili içərisində açarla həmin yerdə qalmış, polis əməkdaşları onun mobil telefonunu götürmüşlər. Polis şöbəsinə daxil olarkən Həmidi orada görmüşdür. Polis şöbəsində fiziki zorakılığa məruz qalmış, polis əməkdaşları ona narkotik vasitəni yaşadığı evə qoyaraq həyat yoldaşını da onunla əlbirlikdə ittiham edəcəkləri barədə hədələdiklərindən məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Saatlı rayonu, Şirinbəyli kəndində kollektorun yaxınlığındakı sahədə polis əməkdaşlarına əkdiyi çətənə bitkilərini göstərmişdir. O, ümumilikdə 20 (iyirmi) ədəd çətənə bitkisi əksə də, polis əməkdaşlarının diqtəsi ilə çəkiliş zamanı 30 (otuz) ədəd çətənə bitkisi əkdiyini, 10 (on) ədəd çətənə bitkisinin hissələrindən torbadakı narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyini bildirmişdir. Çəkiliş zamanı Həmid orada olmamışdır. Polis əməkdaşları onu çətənə kollarının əkildiyi yerə saat təxminən 23 radələrində gətirmişlər. Çəkiliş isə bundan təxminən 40 dəqiqə sonra başlamışdır. Belə ki, onlar həmin ərazidə təhqiqatçı və aqronomun da gəlməsini gözləmişlər. Polis şöbəsində olarkən müdafiəçi ilə təmin edilməmişdir. Çətənə bitkilərini şəxsi istifadəsi üçün qurudulmuş marixuana əldə etmək üçün əkmişdir. Çətənə bitkilərini əkdiyi sahə həmkəndlisinə məxsus olmuş, lakin həmkəndlisinin onun həmin ərazidə çətənə bitkisi əkməsindən məlumatı olmamışdır. Çətənə bitkisinin boyu uzandığından onların kənardan müşahidə edilməsinin qarşısını almaq üçün gövdə hissəsində iplə bağlayaraq yerə doğru əyilməsini təmin etmişdir. 10 sentyabr 2024-cü il tarixdə Həmid ona həm günorta saatlarında, həm də axşam saatlarında zəng etmişdir. Tutulmamışdan təxminən bir il əvvəl Həmidin atasının yas mərasimində iştirak etdiyindən Həmidin yaşadığı ünvanı tanımışdır. Tutulduğu gün də günorta saatlarında Həmidlə həmin məhəllədə görüşmüş, aralarında ifadəsində göstərdiyi məzmunda danışıq olmuşdur. Onu polis şöbəsində olarkən Həmid və Fuad adlı polis əməkdaşları dəyənəklə döymüşlər. Lakin, onun bədənində hər hansı xəsarət olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən həmin ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, «nəşə» kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Əvvəllər qurudulmuş marixuananı ayrı-ayrı şəxslərdən alırmış. Bu ilin mart ayında o, özü çətənə kolları əkib qurudulmuş marixuana əldə etmək və yavaşyavaş istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, bu ilin mart ayında yaşadığı Saatlı rayonu, Şirinbəyli kəndindən bir kilometr məsafədəki qonşusu Ağaların pay torpaq sahəsində çətənə bitkisini əkməyi qərarlaşdırmışdır. Bu barədə Ağalara heç nə deməsə də, həmin ərazini seçməkdə məqsədi ərazidən keçən kollektorun ətrafında sıx kolların olması olmuşdur. Həmin sıx kolların arasında çətənə əkəcəyi təqdirdə bunun ifşa olunmayacağını fikirləşmiş, buna görə də o, əvvəlcədən çəkmək üçün əldə etdiyi marixuanadan yığdığı toxumlardan istifadə edərək qeyd etdiyi kolluq ərazidə ümumilikdə 30 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kollarından 5 ədədi bir ərazidə, 25 ədədi isə həmin ərazidən təxminən 100 metr məsafədəki ərazidə olmuşdur. Bundan sonra o, kollektorun suyundan istifadə edərək gecələr tam xəlvəti şəkildə əkdiyi çətənə kollarını rezin boru və ya plastik vedrə ilə sulamış, onlara quluq etmiş, yaxşı yetişməsi üçün gübrə vermişdir. Tutulmazdan 15-20 gün əvvəl o, əkdiyi çətənə kollarından 10 ədədinin daha yaxşı inkişaf etdiyini görüb həmin çətənə kolunu kökündən qopararaq həmin yerdə də yerə sərib qurutmuş, bir neçə gün çətənə günəş altında quruyandan sonra o, onların hissələrini toplayıb bir ədəd sintetik kisəyə yığmış və elə çətənə əkdiyi yerdə kolun arasında gizlətmişdir. Qalan 20 ədəd çətənə kolunun isə daha da inkişaf etməsini gözləmişdir. 10 sentyabr 2024-cü il tarixdə saat 22:30 radələrində o, həmişəki kimi çətənə bitkilərini sulamaq üçün əkin yerində olmuş, orada yarım saat olarmış ki, çətənə bitkilərini plastik vedrə ilə suladığı yerdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları onu cinayət başında yaxalamışlar. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla həm 20 ədəd çətənə kolunu, həm də bir ədəd sintetik kisədə yığılmış qurudulmuş marixuananı aşkar edib götürmüşlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin ərazidə 30 (otuz) ədəd deyil, 20 (iyirmi) ədəd çətənə kolu əkmişdir. Eləcə də, həmin çətənə bitkilərini kollektorun suyu ilə suvarmışdır. Lakin, rezin boru ona məxsus olmamışdır. Bir ədəd sintetik kisədə aşkar edilmiş qurudulmuş marixuananın ona məxsus olması ilə bağlı göstərilənləri təzyiq altında bildirmişdir. Hal-hazırda məhkəməyədək icraat zamanı verdiyi ifadəsindəki həmin xüsusatları təsdiq etmir, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs son sözündə bir ədəd sintetik torbadakı qurudulmuş marixuananın ona məxsus olmadığını, özünü yalnız çətənə bitkilərini əkib-becərməkdə təqsirli bildiyini bildirərək məhkəmədən onun barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Saatlı rayon sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs çətənə bitkilərininn kultivasiyası ilə məşğul olması barədə ona və digər əməkdaşlara dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində çətənə bitkilərini əkdiyi yerdə saxlanılmışdır. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat tədbirinə o rəhbərlik etmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs həm çətənə bitkilərini kultivasiya etməsi, həm də narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. O, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, münasibətləri olmuşdur. 10 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng etməkdə məqsədi onun yerini müəyyən etmək olmuşdur. O, bir gün əvvəl də Aqilə zəng edərək onunla harada olmasını müəyyən etmək üçün danışmışdır. Təqsirləndirilən şəxs toyda olacağını bildikdən sonra düşünmüşdür ki, Təqsirləndirilən şəxs toydan çıxdıqdan sonra çətənə kollarını əkdiyi yerə gedəcək. Ona görə də, onun toydan çıxıb həmin əraziyə getməsini gözləmişlər. Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yerə getdiyini müəyyən etdikdən sonra onu həmin ərazidə çətənə kollarını kultivasiya edərkən saxlamışlar. Əməliyyatın keçirilməsində bilavasitə özü iştirak etmişdir. Videoçəkiliş onun özü tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində onunla 10 sentyabr 2024-cü il tarixdə yaşadığı məhəllədə görüşməsi, ona bir torba narkotik vasitəni narkotik vasitə istifadəçisi olan hər hansı bir kənd sakininin evinə qoymasını təklif etməsi, həmin gün axşam saatlarında Saatlı rayon məhkəməsinin qarşısına çağırması, Saatlı rayon məhkəməsinin qarşısında saxlanılması, polis şöbəsində onun tərəfindən fiziki zorakılığa və hədə-qorxuya məruz qalması barədə göstərdikləri həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə ona əməliyyat tədbirlərinin həyata keçirilməsində köməklik göstərmiş, müəyyən şəxslər barəsində ona məlumat vermişdir. Lakin, bunu tamamilə təmənnasız etmişdir. Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində saxlamışlar. Aqili saxlayarkən o 5 (beş) ədəd çətənə bitkilərinin əkildiyi yerdə olmuşdur. Onlar Aqilə yaxınlaşarkən süni işıqlandırmadan istifadə etmişlər. Aqil saxlanıldıqdan 5 (beş) dəqiqə sonra videoçəkiliş aparılmasına başlanılmışdır. Aqil əvvəlcə 5 (beş) ədəd çətənə bitkisinin əkildiyi yerə, daha sonra isə 15 (on beş) ədəd çətənə bitkisinin əkildiyi yeri göstərmişdir. 15 (on beş) ədəd çətənə bitkisinin əkildiyi yerdə bir ədəd sintetik torbada qurudulmuş marixuana aşkar edilmişdir. Əməliyyat tədbirində o, Şahid2, Şahid4, Şahid5, Şahid6, Şahid3, aqronom və təhqiqatçı Mirzahid Abbasov iştirak etmişlər. Aqromon Şahid7 polis şöbəsinə gəlmiş, polis şöbəsindən onlarla birlikdə çətənə kollarının əkildiyi yerə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs çətənə bitkilərini kultivasiya etməsi və narkotik vasitələri əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında o və digər polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisinə gedərək onun çətənə bitkilərini kultivasiya etdiyi yeri müəyyən edib həmin yerdə onu saxlamışlar. Təqsirləndirilən şəxs beş ədəd çətənə bitkisini əkdiyi yerdə saxlanılmış. Bundan sonra ondan həmin ərazidə başqa çətənə bitkiləri əkib-əkməməsi soruşulmuş, Təqsirləndirilən şəxs da əlavə olaraq on beş ədəd çətənə bitkisini əkdiyi yeri göstərmişdir. Həmin yerə baxış keçirilərkən on beş ədəd çətənə bitkisindən başqa rezin borular, iki ədəd vedrədə gübrələr və bir ədəd sintetik torbada qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, əməliyyat tədbirində o, Şahid1, Şahid2, Şahid3, Şahid5, mütəxəssis-aqronom və təhqiqatçı iştirak etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı dəqiq xatırlamır, lakin həmin vaxt gecə saatları olmuşdur. Videoçəkiliş Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən beş dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs onların yaxınlaşmasını hiss etmədiyindən qaça bilməmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı həm qurudulmuş marixuananı, həm də çətənə bitkilərinin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Polis şöbəsinin inzibati binası ilə çətənə bitkilərinin əkildiyi yer arasında avtomobillə təxminən 15 dəqiqəlik yol vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin baş əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə Saatlı rayonu Şirinbəyli kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi və rayon ərazisində satışı ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı əsasında Şirinbəyli kənd ərazisində yerləşən sahəyə gedərək Təqsirləndirilən şəxs 05 ədəd çətənə kollarına qulluq edərkən saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra sahədə təxminən 50-60 metr irəli məsafədə əlavə olaraq 15 ədəd çətənə kollarının olmasını bildirmişdir. Həmin əraziyə baxış zamanı 15 ədəd çətənə kollarının yaxınlığında torbada narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd vedrədə gübrə və rezin borular aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Şahid5 ifadəsində bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saat 23 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 3-4 dəqiqə sonra videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs 15 ədəd çətənə kolunun əkildiyi yeri özü göstərmişdir. Həmin yeri Təqsirləndirilən şəxs özü bildirməyəcəyi təqdirdə aşkar edə bilməzdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-yə Təqsirləndirilən şəxs Saatlı rayonu Şirinbəyli kənd ərazisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərkibinə onun da daxil olduğum əməliyyat qrupu yaradılmışdır. Onlar Saatlı rayonu Şirinbəyli kəndi ərazisinə gedərək avtomobilləri kənar yerdə saxlamış, sahəyə doğru piyada hərəkət edərək Təqsirləndirilən şəxs beş ədəd çətənə bitkisini əkdiyi yerdə saxlamışlar. Təqsirləndirilən şəxs beş ədəd çətənə bitkisini təqdim etdikdən sonra daha on beş ədəd çətənə bitkisinin əkildiyi yeri göstərmişdir. Həmin yerə baxış keçirilən zaman əlavə olaraq bir ədəd sintetik torbada qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra aşkar edilmiş çətənə bitkiləri və narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, videoçəkiliş Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra başlamışdır. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs çətənə bitkilərini kultivasiya etməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı yerə yaxınlaşarkən süni işıqlandırma vasitəsindən istifadə etmişlər. Eləcə də, Təqsirləndirilən şəxs özü digər 15 ədəd çətənə bitkisinin olduğunu bildirərək həmin yeri göstərməsə idi, həmin kolları aşkar edə bilməzdilər. Hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının onsuz da digər yerləri də axtaracağını düşündüyündən on beş ədəd çətənə kolunun olduğu yeri könüllü göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 Bəhram oğlu digər polis əməkdaşları ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Saatlı DAİM-in bitkiçilik sektorunun müdiri Şahid7 ifadəsində göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında Saatlı RPŞ-nin əməkdaşları onunla əlaqə saxlayaraq çətənə bitkilərinə baxış keçiriləcəyini bildirərək onu aqronom-mütəxəssis kimi baxışda iştirak etməyə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə gecə saat 23 radələrində həmin əraziyə gəlmiş, orada təqsirləndirilən şəxsin iştirakı ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı ilkin olaraq beş ədəd çətənə kolları, həmin yerdən yüz metr irəlidə isə daha on beş ədəd çətənə kolları və rezin borular aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid7 ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı evin həyətinə gələrək özləri ilə aparmışlar. Avtomobilləri saxladıqdan sonra Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi əraziyə piyada xeyli yol qət etmişlər. Onlar qaranlıq olduğu üçün yolboyu Təqsirləndirilən şəxs yaxınlaşana qədər süni işıqlandırma vasitələrindən istifadə etmişlər. Onlar çətənə kollarının əkildiyi əraziyə təxminən 23 radələrində çatmışlar. Onlar həmin əraziyə yaxınlaşarkən Aqil kolların yanında deyil, açıq sahədə olmuşdur. İlk olaraq beş ədəd çətənə kolları aşkar edilmiş, təxminən 100 metr irəlidə daha 15 ədəd çətənə kolları və rezin borular aşkar edilmişdir. Həmin yerləri Təqsirləndirilən şəxs özü könüllü şəkildə göstərmişdir. Çətənə kollarına baxış keçirilən zaman onlara aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. Bununla bağlı növbəti gün müvafiq rəy tərtib edərək istintaq orqanına təqdim etmişdir. Həmin rəydə rəyin tərtib edilmə tarixinin 10 sentyabr 2024-cü il qeyd edilməsi texniki səhv olmuş, əslində rəy 11 sentyabr 2024-cü il tarixdə tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə dindirilmiş ekspert Şahid10 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə Saatlı RPŞ-nin əməkdaşları tərəfindən ona tədqiq edilməsi üçün 4 (dörd) ədəd bağlamada 20 (iyirmi) ədəd yaş halda çətənəyə bənzər bitkilər və təxminən çəkisi 7900 qram olan qurudulmuş marixuanaya bənzər kütlə təqdim edilmişdir. Onun tərəfindən aparılmış tədqiqat nəticəsində iyirmi ədəd bitkinin çətənə (kannabis) bitkisi olduğu, sintetik torbadakı çəkisi 7900 qram olan kütlənin isə narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Eləcə də, nazik təbəqəli xromotoqrafiya metodundan istifadə edilməklə onların tərkibinin eyni olduğu müəyyən edilmişdir. Onun tərəfindən tərtib edilmiş ekspert rəyində 20 ədəd çətənə bitkiləri və 1 ədəd torbadakı marixuanaların tərkiblərinə görə eynidir ifadəsi onların tərkibində THK, KBD, KBN olmasını göstərir. Lakin, onların mənşəyinə görə eyniliyini müəyyən etmək üçün isə tədqiqat zamanı nazik təbəqəli xromotoqrafiya metodundan deyil, qaz xromotoqrafiyası metodundan istifadə etmək lazımdır. Qaz xromotoqrafiyası metodundan istifadə edilməklə tədqiqat apardıqda tədqiqata təqdim edilmiş predmetlərin tərkibindəki komponentlərin forma və ölçülərinə görə, eləcə də mənşəyinə görə eyni olubolmamasını müəyyən etmək olar. Lakin, onun tərəfindən aparılmış ekspertiza tədqiqatı zamanı həmin metoddan istifadə edilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısıoğludur. 10 sentyabr 2024-cü il tarixdə Aqilin rayon ərazisində toy məclisində iştirak etməsi barədə məlumatı olmuşdur. Həmin gün saat təxminən 21 radələrində bacısı ona zəng edərək Aqilin mobil telefonuna zəng çatmadığını bildirmişdir. O, bacısına narahat olmamasını, çox gün Aqilin mobil telefonunun söndüyünü və ya telefonu səssiz rejimə qoyduğunu bildirmişdir. Bununla belə özü də üç-dörd dəfə Aqilin mobil nömrəsinə zəng etmiş, lakin Aqilə zəng çatmamışdır. 11 sentyabr 2024-cü il tarixdə təxminən saat 02 radələrində onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs özünü Saatlı RPŞ-nin rəisinin müavini kimi təqdim edərək Aqilin şübhəli şəxs kimi saxlanılması barədə məlumat vermişdir. O, səhər saat 09 radələrində Aqilə yemək aparmaq üçün Saatlı RPŞ-nin inzibati binasına getmişdir. Polis şöbəsində ona Aqilin “Bakıdan gələn əməkdaşlar” tərəfindən Bakı şəhərinə aparılması barədə məlumat verilmişdir. Bundan başqa polis şöbəsində Həmid adlı polis əməkdaşı ona Aqilin avtomobilinin Saatlı rayon məhkəməsinin qarşısında olmasını, avtomobili oradan götürməsini bildirmişdir. O, həmin yerə gedərək Aqilin avtomobilinin Saatlı rayon məhkəməsinin qarşısında olduğunu, avtomobilin qapılarının açıq olduğunu, açarın isə avtomobildə olduğunu görmüşdür. Avtomobili sürərək yaşadıqları kəndə aparmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Saatlı RPŞ-nin təhqiqatçısı X10 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatına əsasən o və aqronom Təqsirləndirilən şəxs olduğu Şirinbəyli kəndində yerləşən əraziyə getmiş, əraziyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı kollektorun yaxınlığında beş ədəd çətənə kolları aşkar edilmiş, daha sonra baxış davam etdirirlərək həmin yerdən təxminən yüz metr uzaqlıqda hal-hazırda xatırlamadığı sayda çətənə bitkiləri və bir ədəd sintetik torbada narkotik vasitə marixuana, vedrələr, rezin borular aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq X10 ifadəsinə davam edərək göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saat təxminən 23 radələrində saxlamışlar, əməliyyat tədbirində protokolda adları qeyd edilmiş polis əməkdaşları iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs çətənə kollarının yanında saxlamış, videoçəkiliş protokolda qeyd olunmuş vaxtda Təqsirləndirilən şəxs saxlanıldıqdan bir-iki dəqiqə sonra başlamışdır. Təqsirləndirilən şəxs çətənə kollarının əkildiyi digər ərazini özü könüllü təqdim etmişdir, Təqsirləndirilən şəxs həmin yeri özü göstərməsəydi onlar digər çətənə kollarını və qurudulmuş marixuananı aşkar edə bilməzdilər. Məhkəmədə X10 baxış protokoluna əlavə edilmiş CD diskdə olan videogörüntünün 09:41-ci saniyəsində əlindəki mobil telefonun ekranındakı saat göstəricisi ilə protokolda qeyd olunmuş vaxt arasında ziddiyyət olması ilə bağlı sual verildikdə Mirzahid Abbasov bunun səbəbini izah edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; İşdə olan “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 11 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. (Cild 1, i.v. 1-2;) İşdə olan Saatlı RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu Şirinbəyli kəndinin çöl sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v. 6;) İşdə olan “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.( Cild 1, i.v. 7;) İşdə olan “Əməliyyat qrupunun yaradılması haqqında” 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə sonuncunun rəhbərliyi ilə həmin polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 Bəhram oğlu, əməliyyat müvəkkili Şahid6, əməliyyat müvəkkili Şahid5, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, təhqiqatçı X4 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v. 10-11;) İşdə olan “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş CD diskdə olan videogörüntüdən görünür ki, baxış saat 23:00-da başlamış, saat 23:50-də başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs ilkin olaraq beş ədəd çətənə kolunun əkildiyi yeri göstərmiş, daha sonra on beş ədəd çətənə kollarını əkdiyi yeri göstərmişdir. On beş ədəd çətənə kolunun əkildiyi yerə baxış keçirilən zaman həmin yerdə bir ədəd sintetik torbada qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sintetik torbada olan kütlənin əvvəllər əkdiyi çətənə bitkisinin hissələrini qurudub əldə etdiyi qurudulmuş marixuana olduğunu bildirmişdir. (Cild 1, i.v. 17-20;) İşdə olan xx.xx.2024-cü il tarixli (məhkəmə istintaqı zamanı rəyin xx.xx.2024-cü il tarixdə tərtib edildiyi müəyyən edilmişdir) mütəxəssis rəyindən görünür ki, Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində aşkar edilmiş Təqsirləndirilən şəxs tərəfindən əkilib-becərilmiş 20 (iyirmi) ədəd çətənə bitkilərinə mütəxəssis tərəfindən baxış zamanı onların boyunun 1-2 metr olduğu, eləcə də həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi müəyyən edilmişdir. (Cild 1, i.v. 21;) İşdə olan “Cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” 11 sentyabr 2024cü il tarixli qərardan və həmin tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 01:15-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 22,35;) İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan Regional bölməsinin 11 sentyabr 2024-cü il tarixli 18/797 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ağ kağızda «Təqsirləndirilən şəxs təqdim etdiyi» sözləri yazılmış və imzalar olan 01 (bir) ədəd sintetik torbada təmiz çəkisi 7900,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ağ kağızda «Təqsirləndirilən şəxs təqdim etdiyi» sözləri yazılmış və imzalar olan 03 (üç) ədəd sintetik torbada cəmi 20 ədəd yaş vəziyyətdə ümumi çəkisi 12500,0 qram (12,5 kq) bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 20 ədəd çətənə bitkiləri və 1 ədəd torbadakı marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqatdan sonrakı qurudulmuş marixuananın qalıq çəkiləri 7899,9 qram və yaş halda çətənə bitkisinin qalıq çəkisi 12498 qram təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. (Cild 1, i.v. 45-49;) İşdə olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. (Cild 1, i.v. 78-79;) İşdə olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(005)- 1149/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs şifahi izahatında elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək həyəyanı sahədə şəxsi istifadəsi üçün narkotik vasitə əkib-becərdiyini bildirmişdir. (Cild 1, i.v. 101-105;) İşdə olan “maddi sübut kimi tanıma haqqında” 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7899,9 qram narkotik vasitə qurudulmuş marixuana, 20 (iyirmi) ədəd yaş vəziyyətdə ümumi qalıq çəkisi 12498,0 qram çətənə bitkisi və bir ədəd rezin boru maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v. 108-109;) İşdə olan Saatlı rayon məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli 5(055)-100/2024 nömrəli qərarından görünür ki, Şahid1 10 sentyabr 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 1, i.v. 114;) İşdə olan “Torpağa mülkiyyət hüququna dair” 602 nömrəli dövlət aktından görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib-yetişdirdiyi torpaq sahəsi X9 məxsusdur. (Cild 1, i.v. 125-128;) İşdə olan AZ-İV № 580785 və AZ-İV № 328448 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qızları X16 xx.xx.2019-cu il, X17 xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlıdırlar. (Cild 1, i.v. 145-146;) İşdə olan Ambulator məcburi – narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 7015 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v. 148-149;) İşdə olan 15 noyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. (Cild 1, i.v. 179-182;) İşdə olan 15 noyabr 2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid2, Şahid3 və Şahid6 ifadələrində göstərdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişlər. (Cild 1, i.v. 183-194;) İşdə olan dəvətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Komfort” şadlıq sarayında toy məclisinə dəvət edilmişdir. (Cild 1, i.v. 215;) İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı mobil telefon aparatı təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılması barədə qərar qəbul edilmişdir. (Cild 1, i.v. 220-232;) İşdə olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 02 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, i.v. 239- 240;) İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, i.v. 251-252;) İşdə olan “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, i.v. 254;) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; Məhkəmənin qəbul etdiyi müvafiq qərara uyğun olaraq Azercell MMC-nin 12 fevral 2025-ci il tarixli 2594 nömrəli müşayiət məktubu ilə göndərilmiş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı və Şahid7 istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrələrə daxil olan və çıxan zənglər, sms mətnlər, aktiv olduğu anten dairələrinə dair məlumatlara baxış keçirilmişdir. (Cild 2) Məhkəmənin qəbul etdiyi müvafiq qərara əsasən Azərfon MMC-nin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə ilə göndərilmiş CD diksdə olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisi olmuş Saatlı rayon Vəkil bürosunun vəkili X11 istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrəyə dair məlumatlara baxış keçirilmişdir. (Cild 2) Saatlı RPŞ-nin xx.xx.2025-ci il tarixli 102/2-4199 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, daşınmasında və satışında, həmçinin narkotik tərkibli bitkilərin kultivasiya edilməsində şübhəli olduğu üçün RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 00:40-da RPŞ-yə gətirilmiş, həmin tarixdə saat 01:50-də RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs MSY-nə yerləşdirildikdən sonra Saatlı RMX-nin həkimi tərəfindən müayinə edilmiş, müayinə zamanı onun bədən səthində həkim tərəfindən heç bir xəsarət aşkar edilməmişdir. (Cild 2) Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2025-ci il tarixli 7/708 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sintetik torbada olan qurudulmuş marixuana və ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etmiş olduğu...” yazıları olan üç ədəd sintetik torbada olan 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərində olan kannabinoidli komponentlərin ölçülərinə görə fərqlənirlər. Elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən qurudulmuş marixuana və çətənə bitkilərinin əvvəllər vahid kütlə təşkil edib-etməməsi sualı üzrə tədqiqat işi aparılmadı. Ekspertiza rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tədqiqat zamanı qaz xromato- kütlə spektrometr üsulundan istifadə edilmişdir. Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 7898,9 qram, çətənə bitkilərinin ümumi qalıq çəkisi 4999 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manatdır. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, həmin Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs həmin ittiham üzrə bəraət verilməlidir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, “Baxış keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokol, məhkəmə bioloji ekspertizasının 11 sentyabr 2024-cü il tarixli18/797 nömrəli rəyi, ambulator məcburi tibbi yoxlamanın 28 oktyabr 2024-cü il tarixli rəyi, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ilkin olaraq ittiham əsas sübut növü kimi istinad etdiyi “Baxış keçirilməsi haqqında” 10 sentyabr 2024-cü il tarixli protokolun təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Həmin protokolda protokolun tərtib edilmə vaxtının başlanğıcı saat 23:00, qurtarma vaxtı saat 23:50 olması qeyd olunmuşdur. Eləcə də, protokola əlavə edilmiş DVD diskin yaddaşında olan baxış keçirilməsini özündə əks etdirən videogörüntünün 48 dəqiqə 27 saniyə olması müəyyən edilir. Həmin videogörüntüyə baxış zamanı 4-cü, 5-ci, 15-ci və 55-ci saniyələrdə təhqiqatçı Mirzahid Abbasovun əlindəki sol əlində tutduğu və xarici görünüşünə görə “İphone” markalı olması müəyyən edilən mobil telefonun ekranında saat göstəricisinin 23:41 olması görünür. Videogörüntünün 9-cu dəqiqə 40-cı saniyəsində isə təhqiqatçı Mirzahid Abbasovun bu dəfə sağ əlində tutduğu həmin telefonun ekranında saat göstəricisinin 23:50 olması aydın şəkildə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, videoçəkilişlə əraziyə baxış keçirilməsi protokolda qeyd edildiyi kimi saat 23:00-da deyil, 41 dəqiqə sonra yəni, saat 23:41-də başlamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Mirzahid Abbasov həmin xüsusatla bağlı verilən suala cavab verə bilməmiş, qeyd olunan ziddiyyətin nə ilə əlaqəli olmasını izah edə bilməmişdir. O, eləcə də şahid qismində dindirilmiş digər polis əməkdaşları məhkəmə istintaqı zamanı ifadələrində Təqsirləndirilən şəxs saxladıqları yerə saat 23-də gəldiklərini videoçəkilişin Təqsirləndirilən şəxs saxlanıldıqdan ən geci beş dəqiqə sonra başladığını qeyd etmişlər. Təqsirləndirilən şəxs da ifadəsində çətənə kollarının əkildiyi yerə saat 23-də gəldiklərini təsdiq etsə də, əlavə olaraq bildirmişdir ki, o, polis əməkdaşları ilə həmin yerə gəldikdən sonra təxminən 30-40 dəqiqə təhqiqatçı və aqronomun gəlməsini gözləmişlər, təhqiqatçı və aqronom həmin yerə gəldikdən sonra videoçəkiliş aparılmasına başlanılmışdır. Bu xüsusda Şahid1 ifadəsində Tural İbrəhkimlinin polis şöbəsinə gələrək oradan onlarla birlikdə çətənə kollarının əkildiyi yerə gəlmələri, Şahid7 isə polis əməkdaşlarının onu yaşadığı evdən gəlib aparmalarını qeyd etməsi də, məhkəmənin diqqətindən yayınmır. Qeyd edilən protokolda digər ziddiyyətli məqam əməliyyat tədbirinə rəhbərlik edən Şahid1 baxışda iştirak edib-etməməsi ilə bağlıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Şahid1 baxış keçirilməsində iştirak etmədiyini, o digər polis əməkdaşları ilə polis şöbəsindən çətənə kollarını əkdiyi Saatlı rayonu, Şirinbəyli kəndinə yola düşərkən Şahid1 polis şöbəsində qaldığını göstərmişdir. Saatlı RPŞ-nin rəisinin 10 sentyabr 2024-cü il tarixli əmrindən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ətrafında həyata keçiriləcək əməliyyat tədbiri ilə bağlı yaradılmış əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. Videogörüntünün 0-54-cü saniyələrində görünür ki, təhqiqatçı Mirzahid Abbasov əvvəlcə özünü təqdim edir, daha sonra isə növbə ilə polis əməkdaşları Şahid6, Şahid4, Şahid2, Şahid3 özlərini təqdim edir, ardınca isə Təqsirləndirilən şəxs və aqronom-mütəxəssis Şahid7 özlərini təqdim edirlər. Videoçəkilişin kim tərəfindən aparılması isə nə təhqiqatçı, nə də videoçəkilişi aparan şəxs tərəfindən səsləndirilmir. Protokolda isə sonda yazılı formada videoçəkilişin Şahid1 tərəfindən aparılması qeyd olunur. Bu zaman Saatlı RPŞ rəisinin yuxarıda qeyd olunan əmrinə əsasən əməliyyat qrupunun tərkibinə daxil edilmiş polis baş leytenantı Şahid5 həmin əməliyyatda iştirak edib-etməməsini isə videogörüntüdə müəyyən etmək ümumiyyətlə mümkün deyil. Halbuki, Şahid5 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında və çətənə kollarının əkildiyi əraziyə baxış keçirilməsində bilavasitə iştirak etdiyini göstərmişdir. Şahid1 qeyd edilən əməliyyat tədbirində bilavasitə iştirak etməsini şübhə altına alan digər məqam isə aşkar edilmiş çətənə bitkiləri və narkotik vasitə qurudulmuş marixuana qablaşdırılarkən tərtib edilən aktda onun adının ümumiyyətlə qeyd edilməməsidir (Videogörüntü 44:08-44:48). Qeyd edilən hallar videoçəkilişin Şahid5 və ya Şahid1 tərəfindən aparılması ilə bağlı məhkəmədə ciddi sual doğurur. Qeyd edilən protokolla bağlı daha bir ziddiyyətli məqam Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən məhz harada saxlanılması ilə əlaqədardır ki, şahid qismində dindirilmiş polis əməkdaşları hər biri ifadələrində Təqsirləndirilən şəxs ilk öncə beş ədəd çətənə kollarını əkdiyi yerdə saxlanıldığını, çəkiliş aparmaq üçün onun həmin yerdən açıq sahəyə gətirildiyini, bundan sonra videoçəkilişlə əraziyə baxış keçirildiyini bildirmişlər. Şahid qismində dindirilmiş aqronom-mütəxəssis Şahid7 ifadəsində Təqsirləndirilən şəxs açıq sahədə saxlanıldığını, daha sonra çətənə bitkilərinin əkildiyi yerə baxış keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə şahidlərin qeyd etdiklərini tamamilə təkzib edərək 10 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində Saatlı rayon məhkəməsinin qarşısında saxlanıldığını, həmin gün saat 23 radələrində polis əməkdaşlarının onu özləri ilə çətənə kollarını əkdiyi yerə gətirdiklərini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, videogörüntüyə əsasən Təqsirləndirilən şəxs çətənə kollarını əkdiyi yerin Saatlı rayonu, Şirinbəyli kəndi ərazisində su kollektorunun yaxınlığında sıx kolluq və qamışlıqdan ibarət sahə olduğu müəyyən edilir. Şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində həmin ərazinin çətin keçilən, sıx kolluq sahədən ibarət yer olduğunu bildirərək sutkanın qaranlıq vaxtı olması ilə əlaqədar həmin ərazidə hərəkət edərkən daim süni işıqlandırmadan istifadə etdiklərini təsdiq etmişlər. Göstərilənlər məhkəmə kollegiyasında çətin keçilən sıx kolluq ərazidə səs maskalanmasına riayət olunması mümkün olmayan şəraitdə, polis əməkdaşları tərəfindən məhdud görmə şəraitində işıq maskalanması da pozularaq hərəkət edildiyi halda, ətrafda ona doğru yaxınlaşan şəxslərin (ən azı altı nəfər) olmasını görməyə və hiss etməyə kifayət qədər imkanı olan Təqsirləndirilən şəxs ifşa olunmaq təhlükəsi altında ərazinin təbii quruluşundan istifadə edərək həmin yerdən qaçıb uzaqlaşmağa real imkanı olmasına baxmayaraq polis əməkdaşlarının qeyd etdiyi kimi kolluğun içində çətənə kollarının yanında dayanıb qalması haqlı olaraq ciddi şübhə doğurur. Məhkəmə onu da qeyd edir ki, sutkanın qaranlıq vaxtı həmin ərazidə insanların hərəkəti adi (şübhə doğurmayan) hal kimi qəbul edilə bilməz. Bundan başqa şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs 5 ədəd çətənə kolunun yanında bitkilərə qulluq edərkən saxladıqlarını bildirsələr də, videogörüntüdən aydın olur ki, on beş ədəd çətənə kolunun əkildiyi yerdən fərqli olaraq beş ədəd çətənə kolunun əkildiyi yerdə vedrə, gübrə, suvarma və belləmə üçün hər hansı ləvazimat olmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs həmin vaxt çətənə bitkilərini hansı formada və nə ilə kultivasiya etməsi də sual doğurur. Baxış protokolu ilə bağlı müdafiə tərəfinin mübahisələndirdiyi daha bir hal on beş ədəd çətənə bitkisinin əkildiyi yerdə bir ədəd sintetik torbada aşkar edilmiş qurudulmuş marixuana ilə bağlıdır. Videogörüntünün 21-ci dəqiqəsində görünür ki, polis əməkdaşları tərəfindən on beş ədəd çətənə kollarının aşkar edildiyi yerdə ağ rəngli vedrənin yanında bir ədəd ağ rəngli sintetik torbanın olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirir. Torbanın ağzı açılaraq həmin kütlənin qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində 30 (otuz) ədəd çətənə bitkisi əkdiyini, daha yaxşı inkişaf etmiş 10 (on) ədəd çətənə bitkisinin hissələrini qurudaraq aşkar edilmiş marixuananı əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Həmin videogörüntünün 15-ci dəqiqə 10-cu saniyəsində görünür ki, Təqsirləndirilən şəxs boyu uzanmış çətənə bitkilərini iplə bağlayaraq yerə doğru əyilməsini təmin etmişdir. Bununla bağlı təhqiqatçının sualına cavab olaraq çətənə bitkilərinin boyu uzandıqca kənardan müşahidə edilməməsi üçün belə etdiyini bildirmişdir. Bu hal onu göstərir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə ifşa olunmaması üçün kifayət qədər tədbirli və ehtiyatlı davranmışdır. Çətənə kollarını əkmək üçün çətin keçilən, kənardan müşahidə edilə bilməyən yer seçməsi də bu halı təsdiq edir. Bununla belə Təqsirləndirilən şəxs qara bazarda kifayət qədər yüksək dəyəri olan 7900 qram qurudulmuş marixuananı bir ədəd ağ rəngli torbada ağ rəngli vedrənin yanında saxlaması (ittihamda həmin sintetik torbanın kollar arasında gizlədildiyi göstərilmişdir), bu zaman hətta həmin torbanı kolların arasında maskalamayaraq gizləməməsi onun kifayət qədər ehtiyatlı davranışına uyğun olmayan hərəkət kimi ziddiyyət təşkil edir. Məhkəmə əlavə olaraq qeyd edir ki, qurudulmuş marixuana bir ədəd sintetik torbanın içində hətta polietilen torbaya qoyulmadan açıq şəkildə yığılmışdır. Bu isə öz növbəsində həmin kütlənin kənar təsirlərə (yağış, vəhşi heyvan, oğurlanması və sair) məruz qalması ilə bağlı yararsız hala düşməsi və ya əldən çıxması təhlükəsini yaratmışdır. İstintaq orqanının iddia etdiyi kimi həmin narkotik vasitəni satış məqsədilə əldə edib saxlamış şəxsin qurudulmuş marixuananı qeyd edilən formada saxlaması ağlabatan hesab edilə bilməz. Məhkəmənin bu mövqeyini gücləndirən digər bir dəlil məhkəmə bioloji ekspertizasının 23 may 2025-ci il tarixli 7/708 nömrəli rəyidir ki, həmin rəydə kannabinoidli komponentlərə aid olan piklərinin ölçülərinə əsasən marixuana və çətənə bitkiləri tərkiblərinə əsasən fərqli olduğu göstərilmişdir. Yəni, bu onu göstərir ki, Təqsirləndirilən şəxs çətənə bitkilərini əkdiyi yerdə aşkar edilmiş qurudulmuş marixuana həmin yerdə aşkar edilmiş çətənə bitkiləri ilə mənşəyinə görə eynilik təşkil etmir. Məhkəmə nəzərə çatdırır ki, “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 12 sentyabr 2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs 7900 qram qurudulmuş marixuananı əkdiyi 30 (otuz) ədəd çətənə bitkisinin daha yaxşı inkişaf etmiş 10 (on) ədədindən əldə etdiyi, “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 02 dekabr 2024-ü il tarixli qərarda isə 7900 qram qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə etdiyi göstərilmişdir. Aydındır ki, 23 noyabr 2025-ci il tarixli 7/708 nömrəli rəy Təqsirləndirilən şəxs 7900 qram qurudulmuş marixuananı əkdiyi 30 (otuz) ədəd çətənə bitkisinin daha yaxşı inkişaf etmiş 10 (on) ədədindən əldə etməsini təkzib edir. Belə olan halda Təqsirləndirilən şəxs hansı səbəbdən satış məqsədilə “məlum olmayan mənbədən” əldə etdiyi narkotik vasitəni çətənə kollarını əkdiyi yerə gətirib saxlaması məhkəmədə ciddi sual doğurur. Digər bir şübhəli məqam isə Təqsirləndirilən şəxs “könüllü şəkildə” on beş ədəd çətənə kolunun əkildiyi yeri və həmin yerdə olan bir ədəd sintetik torbadakı qurudulmuş marixuananı göstərməsi ilə bağlıdır. Məhkəmə istintaqı zaman şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs beş ədəd çətənə kollarını əkdiyi yerdə saxladıqlarını, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin yerdən təxminən 100 metr kənarda daha on beş ədəd çətənə kollarını əkdiyini etiraf edib yerini göstərdiyini, orada əlavə olaraq bir ədəd sintetik torbada qurudulmuş marixuana aşkar etdiklərini göstərmişlər. Şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin təhlili onu göstərir ki, onlarda Təqsirləndirilən şəxs konkret olaraq hansı sayda çətənə kolu əkməsi barədə məlumat olmamışdır. Təbii ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ifşa olunduqdan sonra digər çətənə kollarının da axtarış zamanı aşkar edilə biləcəyi ehtimalını nəzərə alaraq həmin çətənə kollarını özü də təqdim edə bilərdi. Lakin, yuxarıda qeyd olunan və aşağıda qeyd olunacaq ziddiyyətlər (şəxsin saxlanılma vaxtı) həmin məqamla bağlı da məhkəmədə ciddi şübhə doğurur. Belə olan halda, Təqsirləndirilən şəxs beş ədəd çətənə kolunun yanında saxlanıldıqdan sonra digər on beş ədəd çətənə kolunun yerini də həmin yerdə bir ədəd sintetik torbada qurudulmuş marixuana olmasını bilə-bilə göstərməsi ağlabatan hesab edilmir. Bu xüsusda məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş Şahid5, Mirzahid Abbasov və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs özünün göstərməyəcəyi təqdirdə, digər on beş ədəd çətənə kolunun əkildiyi yeri aşkar edə bilməyəcəklərini bildirmişlər. Bununla bağlı müdafiə tərəfinin mövqeyini gücləndirən digər dəlil isə yuxarıda qeyd olunduğu kimi “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişin protokolda qeyd edildiyi kimi saat 23:00-da deyil, faktiki olaraq saat 23:41-də başlamasıdır. Məhkəmə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onu həmin əraziyə saat 23-də gətirdiklərini, orada 30-40 dəqiqə təhqiqatçı və aqronomun gəlməsini gözlədiklərini, həmin müddətdə yanında olan polis əməkdaşlarının qurudulmuş marixuananı on beş ədəd çətənə kolunun yanına qoyduqlarını bildirmişdir. Həmin əraziyə saat 23-də gəldiklərini şahid qismində dindirilmiş şəxslər də təsdiq etmişlər. Belə olan halda videoçəkilişin 40 dəqiqə sonra aparılması məhkəmədə haqlı olaraq Təqsirləndirilən şəxs iddia etdiyi kimi həmin müddətdə “sübutun qoyulması” ilə bağlı şübhə yaradır. Ali Məhkəmənin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarənın 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyataxtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyataxtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Ali Məhkəmənin qeyd olunan qərarındakı hüquqi mövqeyə əsasən əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqandan şübhəli şəxsin məhz saxlanıldığı yerdə üzərinin yoxlanması və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların dərhal yerində müvafiq qaydada götürülməsi tələb olunur. Təsadüfi deyildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Həmin Plenum qərarının 35-ci bəndində göstərilmişdir ki, Nəzərə alınmalıdır ki, şərh edilən vəziyyətdə şəxsin tutulması əməliyyat-axtarış tədbirinin gedişində baş verdiyi üçün, yəni o, faktiki olaraq cinayət başında və yaxud cinayət törətdikdən dərhal sonra yaxalandığına görə, onun barəsində şübhəli şəxs qismində tutulması haqqında qərarın çıxarılması tələb olunmur. CPM-də bir növ hadisələrin təsadüfi axarında şəxsin şübhəli şəxs qismində tutulması ilə öncədən məlum olan hallara görə şübhəli şəxsin tutulmasını fərqləndirərək yalnız ikinciyə aid edilə biləcək vəziyyətdə şübhəli şəxsin tutulmasını cinayət təqibi orqanı tərəfindən əvvəlcədən buna dair qərarın çıxarılması ilə şərtləndirmişdir. Belə ki, CPM-in 147.1.1-147.1.3, 147.2.1-147.2.3, 148 və 149-cu maddələrinin əlaqəli şərhi onu deməyə əsas verir ki, CPM-in 148-ci maddəsində göstərilən hallarda cinayət törətməsinə şübhə yaranması ilə əlaqədar şəxs əməliyyat-axtarış tədbirini həyata keçirən şəxs tərəfindən və yaxud CPM-in 149-cu maddəsində göstərilən halda hadisəni görən kənar şəxs tərəfindən yaxalandıqda, şəxsin şübhəli şəxs qismində tutulması hər hansı bir qərara əsasən deyil, CPM-in 148 və ya 149-cu maddəsində göstərilən faktların meydana gəlməsinə görə baş vermiş olur və bu halda artıq baş vermiş (hər hansı bir qərar olmadan həyata keçirilmiş) tutma faktının rəsmiləşdirilməsi tələb olunur ki, bu da CPM-in 148.5-ci maddəsində təsbit edildiyi kimi, cinayət prosesini həyata keçirən orqan (məsələn, təhqiqatçı və ya müstəntiq) tərəfindən tutma protokolunun tərtib edilməsi yolu ilə realizə edilməlidir. Odur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı CPM-in 148.2-ci maddəsində (“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsində) göstərilən, tutulmanın dərhal tətbiq edilməsinə əsas verən halların olması ilə əlaqədar şübhəli şəxs yaxalandıqda əməliyyat-axtarış fəaliyyətinin subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportda və ya protokolda şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı yer, tarix, vaxt və saxlanılmanın səbəbi də göstərilməklə zəruri məlumatlar əks etdirilməli, şübhəli şəxs qismində tutulmanın prosessual məcburiyyət tədbiri olaraq rəsmiləşdirilməsi isə (müvafiq əsaslar olduğu halda) şübhəli şəxs təqdim edildikdən dərhal sonra cinayət təqibini həyata keçirən orqan (təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs) tərəfindən CPM-in 147.5-ci maddəsinə müvafiq surətdə tərtib edilmiş tutma protokolu tərtib edilməklə, o cümlədən protokolda şübhəli şəxs qismində tutulmanın əvvəli kimi onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xüsusilə qeyd edilməklə həyata keçirilməlidir. “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıbalmadığını araşdıraraq qeyd etmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmamışdır. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həbslə axtarış arasındakı təxminən 30 (otuz) dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarmış, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmamışdır. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın olmamışdır. Həmçinin məhkəmə iş üzrə ərizəçinin 2005-ci il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyən etmişdir. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin 12 fevral 2016- cı il tarixli qərarının məzmununa əsasən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət (həmin qərarda 20 dəqiqə) keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarındakı hüquqi mövqeyə eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə hesab edir ki, 10 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. İttiham əsası kimi istinad edilmiş daha bir sübut növü kimi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyii etirafedici ifadələrdir. Məhkəmə ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsi sözbəsöz (orfoqrafik səhvlər də daxil olmaqla) onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəyə köçürülmüşdür. Məhkəmə qeyd edir ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsasını təşkil edə bilər. Həmin ifadələrində Təqsirləndirilən şəxs Saatlı rayonu Şirinbəyli kəndi ərazisində qonşusu Ağaların pay torpağında 2024-cü ilin mart ayında 30 (otuz) ədəd çətənə bitkisinin toxumlarını əkərək onlara aqrotexniki qaydada qulluq göstərmiş, tutulmamışdan təxminən 15-20 gün əvvəl daha yaxşı inkişaf etmiş çətənə kollarının hissələrini çətənə kollarını əkdiyi yerdə yerə sərərək qurutmuş, həmin çətənə bitkilərindən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı bir ədəd sintetik torbaya yığaraq həmin yerdə saxlamışdır. 10 sentyabr 2024-cü il tarixdə saat 22:30 radələrində çətənə bitkilərini suvarmaq üçün həmin əraziyə gəlmiş, təxminən yarım saat sonra çətənə bitkilərini vedrə ilə suladığı zaman polis əməkdaşları onu cinayət başında yaxalamışlar. Bundan sonra videoçəkiliş aparılmaqla keçirilən baxış zamanı 20 (iyirmi) ədəd çətənə kolu və bir ədəd sintetik torbadakı qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadələrini təkzib edərək cəmi 20 (iyirmi) ədəd çətənə kolu əkib-yetişdirdiyini, 10 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Şahid1 ona zəng edərək görüşə çağırdığını, Həmidlə onun yaşadığı məhlədə görüşdüyünü, Həmidin ona bir torba narkotik vasitəni narkotik vasitə istifadəçisi olan kənd sakinlərindən birinin evinə qoymasını təklif etdiyini, Həmidin bu təklifinə rədd cavabı verdiyini, həmin gün saat 16 radələrində toy məclisində iştirak etmək üçün Saatlı rayonunda yerləşən Komfort şadlıq sarayına getdiyini, toyda olarkən Həmidin ona zəng edərək təcili görüşməli olduqlarını dediyini, Həmidin təkidi ilə təxminən yarım saat sonra avtomobili ilə Saatlı rayon məhkəməsinin qarşısına gəldiyini, avtomobildən enən kimi iki polis əməkdaşının onu saxlayaraq özləri ilə piyada yaxınlıqdakı Saatlı RPŞ-yə apardıqlarını, orada çətənə bitkiləri əkdiyini etiraf etdiyini, lakin polis əməkdaşlarının ona fiziki zor və hədə göstərərək bir ədəd sintetik torbada olan qurudulmuş marixuananın ona məxsus olmasını bildirdiklərini, etiraz etsə də, sonradan məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşdığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusat – qurudulmuş marixuananı əkdiyi on ədəd çətənə bitkisinin hissələrini qurudaraq əldə etməsi məhkəmə istintaqı zamanı 23 may 2025-ci il tarixli 7/708 nömrəli ekspert rəyi ilə tam təkzib edilmişdir. Belə ki, həmin rəylə çətənə bitkiləri ilə qurudulmuş marixuananın tərkibindəki komponentlərin ölçülərinə görə fərqli olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən harada və hansı saatda saxlanılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Şahid1 Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrəyə istifadəsində olan ***-***-**-** saylı gsm nömrə ilə 10 sentyabr 2024-cü il tarixdə saat 13:03:36-da zəng edərək 16 saniyə danışdığı, saat 13:47:32-də zəng vuraraq 13 saniyə danışdığı, saat 19:32:39-da zəng edərək 35 saniyə danışdığı, saat 19:47:22-də zəng edərək 19 saniyə danışdığı Azercell MMC-dən təqdim edilmiş CD diskdə olan məlumatlarla müəyyən edilmişdir. Həmin xüsusatla bağlı məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 sual ünvanlanmış, Şahid1 suala cavab olaraq həmin vaxt onda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu, əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün ona zəng edib danışdığını bildirmişdir. Məhkəmə hesab edir ki, Şahid1 əməliyyat müvəkkili olaraq barəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş şəxsin harada olması haqqında məlumat almaq üçün rəsmi və ya qeyri-rəsmi kifayət qədər üsul və vasitələri olmuşdur. Xüsusilə məhkəmə qeyd edir ki, keçiriləcək əməliyyat tədbiri ilə əlaqədar məhz şəxsin özünə zəng edilərək yerinin müəyyən edilməsi əməliyyatın gizliliyi, şübhəli şəxsin duyuq düşməsi, ümumən əməliyyatın uğurla nəticələnməsi baxımından kifayət qədər riskli hərəkət olmuşdur. Bununla belə aralarında yaxın münasibətlər olmasını nəzərə alaraq Şahid1 Təqsirləndirilən şəxs ondan şübhələnməyəcəyini ehtimal edib ona zəng etməsini məhkəmə anlaşılan hesab etmək olardı, əgər Şahid1 Təqsirləndirilən şəxs bir dəfə zəng etmiş olsa idi. Lakin, zənglərin sayı və ardıcıllığı Şahid1 Təqsirləndirilən şəxs məhz sonuncunun yerini öyrənmək məqsədilə zəng etməsini və telefon danışıqlarının yalnız bu məzmunda olmasını istisna edir. Belə ki, Azercell MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Şahid1 Aqil Cədərova 10 sentyabr 2024-cü il tarixdə saat 13:03-də, saat 13:47-də, 19:32 və 19:47-də zəng edib danışmışdır. Təbii ki, məhkəmə kollegiyasında Şahid1 Təqsirləndirilən şəxs günorta saatlarında 44 dəqiqə, axşam saatlarında isə 15 dəqiqə aralıqla zəng etməsi onların telefon danışıqlarının Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi ilə bağlı olmaması barədə kifayət qədər əsaslı şübhə yaradır. Şahid1 Təqsirləndirilən şəxs zəng edərək “yerin müəyyən etdikdən” 15 dəqiqə sonra ona təkrar zəng etməsinin “Təqsirləndirilən şəxs yerini müəyyən etmək zərurətindən irəli gəlmədiyi aydın görünür. Zənglərin ardıcıllığa ilə bağlı suala da Şahid1 məhkəmə istintaqı zamanı məntiqli bir izah verə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Şahid1la telefonla danışdıqdan sonra Saatlı rayon məhkəməsinin qarşısına gəlməsi və orada polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, Azercell MMC tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı gsm nömrə Şahid1 istifadəsində olmuş gsm nömrə ilə saat 19:47də olan telefon danışığından sonra həmin gün aktiv olmamışdır. Halbuki, elə həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş gsm nömrə həmin gün ərzində digər saatlarda mütəmadi aktiv olmuşdur. Bu isə məhkəmədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi kimi saat 20 radələrində Saatlı rayon məhkəməsinin qarşısında saxlanılması ilə bağlı əsaslı şübhə yaradır. Bu şübhəni gücləndirən digər bir dəlil isə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonla bağlıdır ki, 12 sentyabr 2024-cü il tarixli protokoldan (Cild 1, i.v. 74) Təqsirləndirilən şəxs istifadəsində olmuş və iş üzrə götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilməsi, baxış zamanı iş üçün əhəmiyyətli hər hansı məlumat aşkar edilməməsi görünür. Məhkəmə qeyd edir ki, həmin protokolda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun iş üzrə götürüldüyü qeyd olunsa da, həmin telefonun hansı şəraitdə götürülməsi ilə bağlı cinayət işi materiallarında heç bir prosessual sənəd mövcud deyildir. Hətta, 10 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda və protokola əlavə edilmiş videogörüntüdə də həmin mobil telefonun götürülməsi ilə bağlı heç bir məlumat yoxdur. Bu isə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi ki mobil telefonun saat 20 radələrində polis əməkdaşları tərəfindən saxlanarkən götürülməsi ilə bağlı gətirdiyi arqumenti əsaslı edir. Bundan başqa müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 da ifadəsində Təqsirləndirilən şəxs məxsus VAZ 2106 markalı avtomobili günorta saatlarında Saatlı rayon məhkəməsinin qarşısından götürdüyünü, avtomobil qapılarının açıq və açarının üzərində olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi şəraitdə deyil, məhz məhkəmə istintaqı zamanı göstərdiyi saatda və şəraitdə saxlanılmasının təsdiq edilməsi ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri əsaslı şübhə altına alan daha bir nüansdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları, Fuad və Şahid1 tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlara münasibət bildirərək məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü müdafiə üçün gətirdiyi bütün dəlillər toplanmış mötəbər sübutlarla tam təsdiq edilmişdir. Bu prizmadan yanaşdıqda məhkəmə kollegiyası onun həqiqətən də, polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalmasını real hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Saatlı rayon məhkəməsinin qarşısında saxlanılaraq Saatlı RPŞ-yə gətirilmiş, faktiki olaraq 3 saatdan çox müddətdə müdafiəçisiz polis əməkdaşlarının nəzarəti altında qalmışdır. Bu isə onun həmin müddət ərzində pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaratmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Avropa Məhkəməsinin də bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən fiziki xəsarətlərin olmaması işgəncənin və ya alçaldıcı rəftarın olmaması anlamına gəlmir. (Selmouni Fransaya qarşı iş 1999, X13rşı iş 2001) Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq polis əməkdaşları tərəfindən 10 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində saxlanılıb Saatlı RPŞ-nin inzibati binasına gətirilsə də, müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilməmiş, yalnız 11 sentyabr 2024-cü il tarixdə saat 01:15-də onun hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil Vüsal Abbasovun iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Halbuki, məhkəmə istintaqı zamanı vəkil Vüsal Abbasovun istifadəsində olmuş gsm nömrəyə dair Azərfon MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, 11 sentyabr 2024-cü il tarixdə səhər saatlarına qədər onun istifadəsində olmuş gsm nömrə sabit olaraq bir ərazidə aktiv olmuş, həmin müddətdə ona ümumiyyətlə heç bir zəng daxil olmamışdır. Məhkəmə kollegiyası işin qeyd olunan halları ilə bağlı əvvəla qeyd edir ki, Şahlar Məhərrəmov 11 sentyabr 2024-cü il tarixdə saat 00:40-da (iş materiallarında olan sübutlar 10 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində tutulduğunu təsdiq edir) Saatlı RPŞ-nin inzibati binasına gətirilmiş, bundan sonra şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş (saat 00:45), şübhəli şəxsə vəkillərin siyahısı təqdim edilmiş, vəkil dəvət edilmiş, saat 01:15-də vəkil və Təqsirləndirilən şəxs şübhəli şəxsin tutulması haqqında protokola artıq imza etmişlər. Yəni, mövcud iş materiallarına əsasən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən 35 dəqiqə sonra həmin prosedurların hamısı həyata keçirilmişdir. Halbuki qeyd olunan hərəkətlərin həyata keçirilməsi üçün kifayət qədər çox vaxt və imkan tələb olunur. Belə ki, şəxs saxlanılarkən onun şəxsiyyətinin müəyyən edilməsi, onun sorğu-sual edilməsi, vəkillərin siyahısının təqdim edilməsi, bundan sonra “vəkil dəvət edilməsi haqqında” qərar qəbul edilməsi, həmin qərarın vəkil qurumuna təqdim edilməsi, vəkil müəyyən edilməsi və vəkil X22 RPŞ-nin inzibati binasına gəlməsi, şübhəli şəxsə hüquq və vəzifələrə dair yazılı bildirişlər təqdim olunması hərəkətlərinin həmin müddətdə həyata keçirilməsi nə reallığa, nə də sağlam məntiqə uyğun deyildir. 11 sentybar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs DİN-in BMCMİ-yə gətirilmiş, ona müdafiəçi qismində Bakı şəhər 38 saylı Vəkil bürosunun vəkili X19 təyin edilmişdir. Həmçinin hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Bu hüququ təmin etmək və bu hüququn reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi “Saxnovski Rusiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır (§ 102). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrioskia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X7rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünasın yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir Göründüyü kimi Təqsirləndirilən şəxs DİN-in BMCMİ-yə gətirildikdən sonra da ona yeni təyin olunmuş vəkil tərəfindən də səmərəli müdafiə həyata keçirilməmiş, formallığa yol verilmiş və Təqsirləndirilən şəxs müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, müdafiəçi qismində təyin edilmiş vəkil onunla formal olaraq istintaq və təhqiqat hərəkətlərinin icraatının aparılmasında iştirak etmiş, müdafiəçinin Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsində effektiv rolu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlər- 12 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi...” haqqında protokolda (i.v. 83) eləcə də, həmin tarixli “etiraz edilə bilən şəxslər barəsində məlumatların təqsirləndirilən şəxsə bildirilməsi haqqında” protokolda (i.v. 84) qeydiyyat nömrəsinin müvafiq olaraq 002673 və 002674 olması (cinayət işinə sonuncu əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “Vəsatətin rədd edilməsi haqqında” qərarın qeydiyyat nömrəsi 002671-dir) istintaq orqanının və həmin protokolları imzalamış müdafiəçinin təqsirləndirilən şəxsin “keyfiyyətli hüquqi yardım almaq hüququ”na hansı dərəcədə etinasız yanaşmasını bir daha təsdiq edir. Formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıq-aydın görünməlidir. Lakin hazırki işdə dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçilərin passiv fəaliyyəti təqsirləndirilən şəxsin müdafiə hüquqlarına ciddi zərbə vurmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin "praktik və səmərəli" hüquqi yardım hüququnun pozulduğunu göstərir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillər bir dəfə də olsun təqsirləndirilən şəxslə konfidensial ünsiyyət saxlamamış, cinayət işi üzrə heç bir vəsatət, ərizə və s verməmiş, şəxsin müdafiə hüquqlarının təmin edilməsində, onun pozulmuş hüquqlarının bərpasında maraqlı olmamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələri müdafiə hüququ pozulmaqla, fiziki təzyiq və hədəqorxu nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Məhkəmə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin “cinayət işinin başlanması haqqında” 03 dekabr 2024-cü il tarixli qərarına münasibət bildirərək qeyd edir ki, həmin qərar cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə üçün preyudisial əhəmiyyət daşımadığından və məhkəmənin müəyyən etdiyi işin faktiki hallarına zidd olduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Əks yanaşma cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Azərbaycan Respublikası CPM-in 33.3-cü maddəsinin və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair həmin Məcəllənin 349.5.2-ci maddəsinin tələbləri ilə uzlaşmır. İttihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin və üzləşdirmə protokollarınən olması qeyd edilmişdir ki, ibtidai istintaq zamanı ifadələri alınmış Saatlı RPŞ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları və aqronom-mütəxəssis Şahid7 yalnız narkotik vasitənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin əməkdaşlarının və Şahid7 ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X6rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittiham edici sübutlarla bağlı qeyd edir ki, ittihamın əsasını təşkil edən yuxarıda qeyd olunan sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinin, cinayət prosesi prinsiplərinin və ya şərtlərinin ciddi pozuntusu ilə əldə edildiyindən həmin sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz olmaqla, başa çatmış icraatın bütovlükdə etibarsızlığına, materialların isə sübutedici qüvvəsinin olmamasına dəlalət edir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 sentyabr 2024cü il tarixli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə ilə bağlıdır. Həmin rəy maddi sübutun narkotik vasitə olması faktını təsdiq edir, həmin narkotik vasitənin aşkar olunması isə narkotik vasitənin və psixotrop maddənin Təqsirləndirilən şəxs aid olması barədə nəticəyə gəlməyə kifayət etmir. Rəyin çətənə bitkiləri ilə qurudulmuş marixuananın eyni tərkibli olması hissəsi məhkəmədə sual doğurmuş, bununla bağlı məhkəmə tərəfindən kompleks əlavə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilmiş, həmin qərar əsasında verilmiş 23 may 2025-ci il tarixli ekspert rəyində çətənə bitkilərinin və qurudulmuş marixuananın tərkibində olan komponentlərin ölçülərinə görə fərqli olduqları göstərilmişdir. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Cinayət işində olan “Ambulator məcburi narkoloji yoxlamanın” 28 oktyabr 2024-cü il tarixli 7015 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. Cinayət işinin materiallarında olan 10 sentybr 2024-cü il tarixli Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının əks olunduğu raportla bağlı məhkəmə tərkibi qeyd edir ki, CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən bildirir ki, hazırkı cinayət işi üzrə qeyd olunan əməliyyat məlumatının əks olunduğu sənəd cinayət prosesində təqsirləndirilən şəxsin satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib, daşıyaraq saxlamasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası X2 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və CPM-də təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və CPM-də nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. CPM-nin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, CPM-nin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi onun həmin hissədə etirafedici ifadəsi, ekspertiza rəyləri, şahid ifadələri, maddi sübutlar yəni, iş üzrə toplanmış sübutların cəmi ilə tam sübuta yetirilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİİ siyahısının 1.2-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik xassəli çətənə bitkisinin xeyli miqdarı 3-15 ədəd, külli midarının aşağı həddinin 16 ədəd olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti, əkilməsi, yerləşdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ – qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayətin həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasıı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşaq olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və səmimi peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3- cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmamasını, cəzasını yüngülləşdirən halların olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əkib-yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə bitkilərinin sayının külli miqdarın aşağı həddindən 4 (dörd) ədəd çox olmasını, yəni külli miqdarın aşağı həddinə yaxın həddə olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasının minimum həddində cəza təyin edilməsi ədalətli olmaqla, cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərini təmin edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası”nın 28 oktyabr 2024-cü il tarixli 7015 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4999 qram olan olan 20 (iyirmi) ədəd tərkibində narkotik vasitə olan çətənə bitkisi və bir ədəd rezin boru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (11 sentyabr 2024-cü il tarixli ekspert rəyində çətənə bitkilərinin qalıq çəkisi 12498 qram qeyd olunsa da, 23 may 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatı zamanı 8 aydan çox müddət keçməsi ilə əlaqədar yaş vəziyyətdə olmuş çətənə bitkilərinin təbii proseslə quruyaraq çəki itirməsi nəzərə alınmalıdır), təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən narkotik vasitə ilə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7898,9 qram olan qurudulmuş marixuana ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək cinayət işi materiallarına əlavə edilməsi DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 119,74 (bir yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4999 qram olan 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və bir ədəd rezin boru məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə ilə bağlı cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 7898,9 qram olan qurudulmuş marixuana ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək cinayət işi materiallarına əlavə edilməsi üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılsın. İş üzrə maddi sübut olan baxış və götürmə hərəkətlərinin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 119,74 (bir yüz on doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar