Məhkəmə qərarları › İş №1(099)-19/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-19/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-19/2024 29.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 170.3, 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə, xx.xx.1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki şəhəri M.Qorki küçəsi ev 22-də qeydiyyatda olmaqla Kürdəmir rayonu Muradxan kəndində yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 170.3-cü, 182.2.1-ci, 182.2.2-ci və 182.2.4-cü maddələri ilə, xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Şəki şəhəri M.Qorki küçəsi ev 22-də qeydiyyatda olmaqla, hazırda Kürdəmir rayonu Muradxan kəndində yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmayan, “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X16 təcili yardım bölməsində təcili təxirəsalınmaz tibbi yardım üzrə həkim işləyən, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində telefon vasitəsi ilə Təqsirləndirilən şəxs3 göndərdiyi çılpaq şəkillərini, mesajlarını 2022-ci ilin iyun ayının əvvəllərində əldə edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıdıqları halda, əksinə xx xxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 aldatma və vədlər vermək vasitəsilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yenidən narkotik maddələr istifadə etməsinə təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə sonuncunun təkrar narkotik maddələr istifadə etməsi nəticəsində narkoloji xəstəliyə düçar olması ilə əlaqədar müalicə olunmasından ötrü 2000 manat pul lazım olduğunu əsas gətirərək Zərərçəkmiş şəxs qeyd olunan məbləği hədə qorxu ilə tələb etmişlər, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs onun dayısı Şahid2 vasitəsi ilə göndərdiyi 2000 manat pulu aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alıb ələ keçirmişlər. Bundan başqa zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vahid niyyətlə Zərərçəkmiş şəxs yuxarıda qeyd edimiş qaydada haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə hədələyib 1500 manat məbləğində pul tələb etməklə Zərərçəkmiş şəxs qeyd olunan məbləği hədə qorxu ilə tələb etmiş, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Kürdəmir şəhəri, X14 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında sonuncudan 1500 manat pulu alaraq ələ keçirmişlər. Bundan başqa zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vahid niyyətlə Zərərçəkmiş şəxs yuxarıda qeyd edimiş qaydada haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə hədələyib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yenidən narkotik maddələr istifadə etməsində təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə sonuncunun təkrar narkotik maddələr istifadə etməsi nəticəsində narkoloji xəstəliyə duçar olması ilə əlaqədar müalicə olunmasından ötrü 6 ay ərzində hər ayda 1300 manat olmaqla ümumilikdə 7.800 manat pul lazım olduğunu əsaslar kimi gətirib xeyli miqdarda, yəni 7.800 manat pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmiş, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə, saat 11.30 radələrində İmişli-Kürdəmir-Ağsu avtomobil yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisində keçən hissəsində, həmin pulun 700 manatını alıb Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E 220» minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə dönüb İmişli istiqamətində hərəkətdə olarkən, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində İmişli-Kürdəmir-Ağsu yolunun Kürdəmir şəhəri, Bakı prospektindən keçən hissəsində saxlanılıb Kürdəmir rayon Polis Şöbəsinə gətirildikdən sonra, Zərərçəkmiş şəxs verdiyi 700 manat pul baxış zamanı Təqsirləndirilən şəxs2 əl çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası və qızı Ayşənlə Şəki şəhərində yaşadıqları vaxt qızı Ayşən pis mühitə düşmüş, sonuncunu 1 həftə Şəkidə xəstəxanada müalicə etdirmiş, lakin nəticə əldə edə bilməmişdir. Daha sonra qaynı Niyaməddinə zəng edib bu barədə məlumat vermiş, kömək etməsini xahiş etmişdir. O, da Şəki şəhərinə gəlib onu və Ayşəni Kürdəmir rayonuna gətirmiş, daha sonra Ayşəni Bakı şəhərində özəl klinikada analizlər verməyə aparmış və müxtəlif həkimlərə göstərmişdir. Həkimlər isə müalicə yazmış, sakit yerdə qalmağı tövsiyə etmişlər. Kürdəmir rayonunda yaşamağa başlamış, Ayşənə yazılan dərmanlarla bağlı da Kürdəmir RMX-ya getmiş, 2022-ci ilin mart ayından Kürdəmirdə xəstəxanaya getmiş, sonra yenə sağalmadığından Maştağa qəsəbəsində 20 günlük müalicə almış, Ayşən tam sağalmış və onu geri Kürdəmir rayonuna gətirmişlər. Belə ki, həmin vaxt Ayşəndə iştahsızlıq olduğu üçün Kürdəmir RMX-ya aparmış, həmin vaxt Maxsud həkim onu qəbul etmiş və sistem yazmışdır. Həmin vaxt Maxsud həkimdən nömrəsini istəmişdir ki, problem olduğu halda zəng edər, həmin vaxt öz nömrəsini də Maxsud həkimə vermiş, sonra evinə getmişdir. Maxsud həkim onların küçəsinə gəldiyi günədək o, Maxsudun onun qızı ilə mesajlaşmasından xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Maxsud həkim onun qızına mesaj yazmış, ona Zaqatala rayonun getməyi, orada ona narkotik verməyi vəd etmişdir. Tarix yadında qalmayan vaxt evdə olarkən Ayşən bildirmişdir ki, sevdiyi oğlan gəldiyindən evdən çıxmalıdır. O, Ayşənə icazə vermədiyindən sonuncu qollarını kəsərək etiraz etmiş və həmin vaxt Niyaməddin evə gəlmiş, Ayşəni tutub sakitləşdirmişlər. Daha sonra Niyaməddin küçəyə çıxmış və maşın Niyaməddini vurub sürətlə oradan getmişdir. Həmin vaxt Niyaməddin maşında Maxsud və Şirinin olmasını görmüşdür. Bundan sonra Niyaməddin Maxsuda zəng vurub iradlarını bildirmişdir. Bundan sonra onlar Ayşəni saxlaya bilməmişlər, belə ki, Ayşənin psixologiyası pozulmuşdur. Buna görə Kürdəmir RMX-nin baş həkimin yanına getmiş, Maxsudun hərəkətləri barədə bildirmişlər, baş həkim də həmin qızı müalicə edəcəklərini, Maxsudun düz iş görmədiyini bildirmişdir. Onlar evə gəldikdən sonra o, istəmişdir ki, Maxsudun hərkətləri barədə valideyinlərinə də məlumat versin. Buna görə də Niyaməddin və Ayşənlə birlikdə Maxsudun valideyinin evinə getmişdir. Onun anasına və nənəsinə Maxsudun hərəkətlərini, qızına pis şəkillər atdığını, polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Maxsudun anası, nənəsi polisə şikayət etməməyi xahiş etmişlər və Ayşəni müalicə edəcəklərinə söz vermişlər. Lakin o, Maxsudun qohumlarından heç nə istəməmiş və evdən çıxıb getmişlər. Sonra Maxsudun dayısı Fəqan ona zəng edərək nə lazımdısa edəcəklərini bildirmiş, lakin o, polisə şikayət edəcəklərini bildirmişdir. Lakin sonradan Maxsudun qohumları ilə razılaşmış, Fəqanla görüşüb ondan 2000 manat pul müalicə üçün almışdır. Həmin vaxt da boş kağıza ona imza etdirmişlər və sonradan həmin kağıza guya şəkilləri siləcəyi barədə sözlər yazmasını əlavə etmişlər. Lakin onlar Maxsudu şəkillərini və ya mesajlarını yaymaqla hədələməmişlər. Əksinə Maxsud onun qızının şəklini Şirin həkimə və digərlərinə göstərməklə Kürdəmirə yaymışdır. Pulu aldıqdan sonra narkoloqun yanına getmiş və orada ona deyilmişdir ki, Ayşən reabilitasiya mərkəzində 6 ay yatmalıdı və yalnız bu halda sağala bilər. Həmin mərkəzdə müalicənin ödənişi ay üzrə 1300 manat idi. Buna görə də həmin pulu da Maxsuddan istəmişlər. Həmçinin Maxsuddan müalicə üçün 1500 manat da pul almışlar, lakin həmin pulu hər hansı hədə-qorxu gəlməklə almamışlar. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Maxsud həkimi ilk dəfə 2022-ci ilin mart ayında xəstəxanada görüb tanımışdır. Həmin vaxt qaynı və qızı Ayşən də orada olmuş, lakin hər hansı ünsiyyəti olmamış, o, Ayşənə hər hansı dərman yazmamış, lakin Ayşənin xəstə olmasını görmüşdür. Daha sonra 2022-ci ilin may ayının 13-də Ayşən Bakı şəhərində xəstəxanadan çıxdıqdan sonra Kürdəmir RMX-ya gedərkən Maxsud onlara beş günlük sistem yazmış, həmin sistemləri xəstəxanada vurmuş, sistem bitən gün də Maxsuda nömrəsini vermiş və Maxsudun da nömrəsini götürmüşdür. Maxsudun ilk dəfə “WhatsApp” proqramına mesaj yazmasından məlumatı olmamışdır. Ayşənin Maxsuda mesaj yazmasını souncunun maşınla qaldıqları evə gəldiyi vaxt bilmişdir. Maxsudun göndərdiyi mesajlardan da həmin vaxt xəbəri olmuş, buna görə də qızını danlamışdır. Maxsudun anası və qohumları ilə danışmadan nə üçün birbaşa polisə şikayət etməməsinin səbəbini bilmir. Maxsuddan pulu yalnız Ayşənin müalicəsi üçün almışdır. Maxsud hansı hərəkətlərinə görə Ayşəni müalicə etdirməli olması barədə fikri yoxdur. Birinci dəfə 2.000 manat, ikinci dəfə 1.500 manat Ayşənin müalicəsi üçün almışlar. Üçüncü dəfə isə 700 manat pul almışlar. Maxsud həmin pulları könüllü olaraq onlara vermişdir. Lombarda qızıllarını qoyub Ayşənin müalicəsi üçün pul götürmüşdür, Maxsuddan pul alıb lombarda qaytarmış və qızıllarını götürmüşdür. Maxsud həkimin evinə pul tələbi üçün getməmişdir, onlara polisə gedəcəyini demiş, lakin Maxsudun nənəsi yalvar-yaxar etdiyindən şikayət etməmişdir. Maxsud Ayşəni narkotikdən istifadəyə təhrik etdiyinə görə müalicə etdirmək də borcu olmuşdur. İlk dəfə Fəqan da pul verəndə qəbzə imza etmişdir ki, Maxsudun vurduğu ziyanı ödəmişlər. Axrıncı 700 manat pul alanda onları görüşə Maxsud çağırmışdı, həmin pulu da Maxsud müalicə pulu kimi özü təklif edib vermişdir. 10 avqust 2022-ci il tarixdə saxlanılarkən qayını Niyaməddin polislərə hər hansı müqavimət göstərməmişdir, lakin Kürdəmir Rayon Məhkəməsi onun barəsində inzibati həbs qərarı seçilmişdir, lakin həmin qərardan şikayət etməmişlər. Maxsudla Ayşənin yazışmasınıdan 26 mayda xəbər tutmuşdur və 26 iyunda Maxsudun valideyinlərigildə olmuş, bundan sonra 10 avqust tarixi də daxil olmaqla Maxsuddan 3 dəfə müxtəlif məbləğdə Ayşənin müalicəsi üçün pul almışdır, Maxsudla Ayşənin yazışmasını bildiyi, Maxsudun fotoşəkillərini aşkar etdiyi vaxtdan polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək olan 2 aydan çox olan müddət ərzində mobil telefonundan Maxsudun çılpaq şəkillərini və yazışmalarını silməyib saxlamasının səbəbini izah edə bilmir, lakin həmin şəkillərlə Maxsudu heç vaxt şantaj etməmişdir. Maxsuddan pul alarkən edilən söhbətlərdə Ayşənin heç bir rolu olmamışdır. Ayşən söhbətlərə müdaxilə etməmişdir. Maxsudun anasının evinə getməkdə məqsədi Maxsudun hərəkətləri barədə polisə şikayət edəcəyi barədə xəbərdarlıq etmək olmuşdur. Hal-hazırda müxtəlif banklara borcları vardır. Maxsuddan pul aldığı dövrlərdə isə heç kimə borcu olmamışdır. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya psixi təzyiq edilməyib, lakin hazırkı iş üzrə Kürdəmir RPŞ-də ondan pul istənilmişdir. Lakin ifadə vermək, hadisə barədə danışmaq üçün ona qarşı hər hansı fiziki və ya psixi təzyiq edilməmişdir. Həmin vaxt müdafiəçisi olmamış, lakin ona dövlət hesabına vəkil verilmişdir. İfadələrində olan imzalar ona məxsusdur və onun tərəfindən icra edilmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 26 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ilkin, 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə və 28 fevral 2023-cü il tarixdə yeni məzmunda ittiham elan edilərkən təqsirləndirilən şəxs qismində verdiyi növbəti ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xəstəxanadan gedən zaman Zərərçəkmiş şəxs mobil nömrəsini istəmiş və Maxsud ona öz nömrəsini vermiş, xx.xx.2022-ci il tarixdə, gecə saat 01 radələrində evdə olan zaman qızı Ayşənin evdən qaçmaq istməsini bilmiş və Ayşənin qabağını kəsib evdən çıxmasının qarşısını alaraq Ayşəndən hara getməsini soruşmuş, Ayşən isə ona cavab olaraq istədiyi oğlanın dostu gəldyini və onu istədiyi oğlanın yanına aparacağını demiş, sonra evə qayını Niyaməddin gəlmiş və o, da Ayşənin evdən getməməsi üçün ona köməklik etmişdir. Bu zaman Niyaməddinin küçədə kiminsə idarə etdiyi avtomobili döndərməsini görərək dərhal həyətdən küçəyə çıxmış və avtomobilin arxasınca qaçmış, təxminən 5 dəqiqədən sonra Niyaməddin həyətə qayıtmış, küçəyə gələnin Maxsud həkim və onun yanında başqa bir şəxs olmasını demişdir. Niyaməddin həmin vaxt Maxsuda zəng vurub hansı səbəbdən gəlmələrini soruşmuş, Maxsud da cavab olaraq Ayşənə dərman vermək üçün gəldiyini demişdir. Bundan bir müddət sonra 2022-ci ilin iyun ayında, tarixi dəqiq yadında qalmadığı gündə qızı Ayşən, Niyaməddin və Vaqif adlı şəxslə birlikdə Maxsudun evinə getmişlər. Evdə Maxsudun anası Şahid4, nənəsi Şahid3 və dayısı Şahid2 onları qarşılamış, söhbət zamanı 29.05.22-ci il tarixdə, gecə Maxsudun bir nəfər şəxslə onların evin qarşısına gələrək qızı Ayşəni götürüb harasa getmək istəməsini demiş, bundan başqa Maxsudun qızı Ayşənlə biri-birinə mesajlar yazıb, biri-birinə çılpaq şəkillər göndərməsini, Ayşənin yenidən Maxsuda görə narkotik maddələrdən istifadə etməsini Maxsudun valideyinlərinə bildirərək, Maxsuddan polisə şikayət edəcəyini demişdir. Maxsudun valideynləri ondan polisə müraciət etməməsi üçün xahiş edərək qızı Ayşənin müalicəsinə köməklik edəcəklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdə, saat 18-19 radələrində qızı Ayşən və Niyaməddinlə birlikdə Kürdəmir-Bakı yolunda yerləşən “Çıraq” yeməkxanasında Maxsudun dayısı Şahid2la görüşmüşlər və söhbət zamanı Fəqan onlara 2000 manat pul verəcəyini demiş, sonra xx.xx.2022-ci il tarixdə, saat 16-17 radələrində Niyaməddinlə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında Şahid2la görüşərək Fəqandan 2000 manat pul almışlar. Həmin vaxt qayını Təqsirləndirilən şəxs1la birlikdə Şahid2 Zərərçəkmiş şəxs qızı Ayşənə göndərdiyi lüt şəkillərini, mesajlarını və səs yazısını aldıqları 2000 manat qarşılığında siləcəkləri və bir daha bu işlə bağlı onlardan pul tələb etməyəcəkləri ilə bağlı iltizam vermişlər. Həmin iltizamı Niyaməddinlə birlikdə öz imzaları ilə təsdiq edərək öz şəxsiyyət vəsiqələrinin surətini Fəqana təqdim etmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Maxsuda zəng vuraraq onunla görüşmək istəməsini bildirmiş, həmin günü, yəni xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində Niyaməddin və qızı Ayşənlə birlikdə Kürdəmir-Bakı yolunda yerləşən “Çıraq” yeməkxanasında Maxsud və dayısı Fəqanla görüşmüşlər. Söhbət zamanı Niyaməddinlə birlikdə Maxsuda və dayısı Fəqana Ayşənin müalicəsi üçün lombarda ona məxsus qızılları qoyub pul götürdüklərini, lombarda olan borclarını bağlayıb qızılları geri götürmələri üçün onlara pul verməli olduqlarını bildirmişlər. Maxsud və Fəqan onlarla razılaşmış, xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində Niyaməddin və qızı Ayşənlə birlikdə Kürdəmir şəhəri, Mərkəzi xəstəxananın qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan 1500 manat pul almışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Maxsuda zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və Maxsud onunla razılaşmışdır. Sonra Niyaməddin və qızı Ayşənlə birlikdə Kürdəmir şəhərinə, Mərkəzi xəstəxanaya gedərək Maxsudla söhbət edən zaman Maxsuda Ayşəni Bakı şəhərindən müayinədən gətirdiyini, Ayşənin 6 ay reabilitasiya kursu keçməli olduğunu, kursun bir ayının 1300 manat, ümumilikdə 7800 manat olmasını və reabilitasiya kursunu keçmək üçün 1-2 ayın pulunun verilməli olduğunu bildirmişdir. Maxsud onunla razılaşmış və bundan sonra çıxıb getmişlər. xx.xx.2022-ci il tarixdə saat 11.30 radələrində Maxsud Niyaməddinə zəng vuraraq görüşmək istədiyini bildirmiş, Niyaməddinlə birlikdə Kürdəmir şəhərində yerləşən “Kürdəmir” adlı yeməkxananın qarşısına gələrək Maxsudla görüşmüşlər. Maxsud onların avtomobilinə əyləşmiş və Niyaməddinin idarə etdiyi avtomobillə Ağsu rayonuna gedən yola çıxmışlar.Avtomobildə Maxsud ona 700 manat pul vermiş, qalan 600 manatı isə1-2 günə verəcəyini bildirmişdir. Maxsud ona 700 manat pul verdikdə onun çılpaq şəkllərini silməsini xahiş etmiş və o, da Maxsuda siləcəyini demişdir. Sonra Maxsud onların avtomobilindən düşüb getmiş, yolda hərəkətdə olarkən polis əməkdaşları yaxınlaşıb onları Kürdəmir RPŞ-yə dəvət etmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Zərərçəkmiş şəxs ona verdiyi 700 manat pulu təqdim etmişdir. Qızı Ayşənin narkomaniya xəstəliyinə düçar olmasına və psixikasının pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmamışdır, həmçinin qızı Təqsirləndirilən şəxs3 həkim Zərərçəkmiş şəxsla cinsi əlaqəyə girməmişdir. Həqiqətən də Zərərçəkmiş şəxs çılpaq şəkilləri, mesajları və səs yazıları onda olmuş, 2000 manat pulu aldıqdan sonra Maxsudun dayısı Fəqana pulun qarşılığında həmin şəkilləri, mesajları və səs yazılarını siləcəyi ilə bağlı iltizam vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs götürdüyü 2000 manatı qızı Ayşənin müalicəsinə və müalicə edən həkimlərinə xərcləmiş, 1500 manat pulu isə qızı Ayşənin müalicəsinə görə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən lombardan pul aldığı üçün, həmin 1500 manat pulu lombarda verib borclarını bağlayaraq qızıllarını götürmüşdür. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun qızı Ayşənə heç bir narkotik maddə verməmiş, qızı ilə görüşməmişdir. Zərərçəkmiş şəxs pul almaqda məqsədi qızının müalicəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə Niyaməddinlə birlikdə verdiyi iltizamda aldıqları pulun qarşılığında Maxsudun çılpaq şəkllərini, mesajlarını və səs yazılarını siləcəyi göstərilmiş, Maxsudun haqqında rüsvayedici məlumatları yaymamışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən 02 ədəd diskə qulaq asmış, həmin disklərdə əks olunan səs yazısı ona, qayını Niyaməddinə və qızı Ayşənə məxsusdur. Qızı Ayşən qeyd etdiyi kimi bu hadisələr baş verməmişdən əvvəl narkomaniya xəstəliyinə düçar olmuş, qızı Ayşəni Şəki və Bakı şəhərlərində yerləşən narkoloji dispanserlərdə müalicə etdirmişlər, lakin pulları qurtardığı üçün Zərərçəkmiş şəxs pul almaq qərarına gəlib, dediklərinə əməl etməyərək aldıqları 1500 manatdan 28-29 gün keçdikdən sonra yenidən ondan pul tələb etməyə başlamışlar, axırıncı 700 manatı alıb gedərkən, Maxsudun verdiyi 700 manat pul Kürdəmir rayon polis şöbəsində üzərindən aşkar olunaraq götürülmüşdür. Lombarddan götürdükləri qəbzləri itirmiş, eləcə də qızı Ayşəni stasionar yox, ambulator şəkildə müxtəlif xəstəxanalara aparıb-gətirmişdir. Zərərçəkmiş şəxs qızı Ayşənə heç bir narkotik vasitələr verməmiş, lakin Maxsudla intim mövzularda söhbətlər etdiyi üçün Ayşən evdən qaçmaq istəmiş, buna görə də Ayşənin aqressiyası artdığı üçün Zərərçəkmiş şəxs Ayşənin müalicəsi üçün pul əldə etmək qərarına gəlmişlər. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, lakin ifadələrinin bir hissəsi onun dediyi sözlər deyil. Gözləri görmədiyindən ifadələrdə nə yazıldığını oxumayıb imza etmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə ona və qızı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 tərəfindən baxıldığını, buna görə də Niyaməddinin barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunduğu halda bu halın onun və qızı Ayşənin həyatına ciddi təsir edəcəyini bildirib hər üçü barəsində ədalətli qərar qəbul edilməsini, onlara bəraət verilməsini, bu mümkün olmadığı halda isə onların hər üçü barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bu hadisənin baş verməsində əsas səbəbkar Maxsudun dayıs Fəqandır. Belə ki, Fəqan birinci dəfə məcbr olaraq Ayşənin müalicəsi üçün onlara pul vermişdir. Növbəti dəfə də Maxsud könüllü surətdə ona zəng edərək pul vermək istədiyini bildirmiş və həmin pulu onlara vermişdir. Axırıncı dəfə 10 avqust 2022-ci il tarixdə Maxsud onlara 700 manat pul verdikdən sonra polis əməkdaşları onları saxlamış və onu İXM-nin 535-ci maddəsi ilə 10 gün inzibati həbs etmişlər. O, inzibati həbsdə olduğu müddətdə gəlin bacısı, yəni Təqsirləndirilən şəxs2 polislərlə razılaşmışdır ki, Maxsuddan aldıqları 3500 manat qaytarılsın və onu da buraxdıqdan sonra iş bağlansın. Samirədə də həmin pulu borc kimi tapıb Maxsuda qaytarmış, lakin polislər hazırkı cinayət işini bağlamamışlar. 20 avqustda inzibati həbs müddəti bitdikdən sonra buraxılmış, həmin vaxt da şübhəli şəxs qismində tutulmuş və iki gün sonra Kürdəmir Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncəyə göndərilmişdir. Həmin vaxt ona yalnız Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sonra isə anası xəstə olduğundan o, ev dustaqlığına buraxılmışdır. O, Maxsud adlı şəxsi hədələməmiş, şantaj etməmişdir. Maxsud öz əməlinə görə onlara pul vermiş, pulu da könüllü vermişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə onlara pulu Maxsudun dayısı Fəqan təklif etmiş və Ayşəni sağaldacağı üçün pul verəcəyini bildirmişdir. Həmçinin Fəqan ilk dəfə bildirmişdir ki, həkimə Ayşənin sağalması üçün nə qədər pul deyəcəksə onu ödəyəcəklərini bildirmişdir. Ayşənin sağalacağına görə təklif edilən pulu qəbul etmişdir. İbtidai istintaq zamanı müdafiəçisi olmuş, Elxan adlı müdafiəçi onu kifayət qədər müdafiə etmiş, daha sonra digər müdafiəçi ilə müqavilə bağlamış, lakin həmin şəxs onu müdafiə etməmişdir. Maxsud və Şirin onun yaşadığı evin küçəsinə avtomobillə gələrkən hər hansı xəsarət almamışdır, qolunun sınması Şirinin avtomobili ilə bağlı deyildir. Maxsudun valideyinin evində olarkən hər hansı məbləğdə pul tələb etməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Ayşənin atası və anası boşandığı və Ayşənin anası ondan kömək istədiyi üçün o, da Samirə və Ayşənə kömək məqsədi ilə bu söhbətlərdə iştirak etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində, eləcə də 22 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində, bundan əlavə müqavilə üzrə müdafiəçisinin iştirakı ilə 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə və 28 fevral 2023-cü il tarixdə yeni məzmunda ittiham elan edilərkən təqsirləndirilən şəxs qismində verdiyi növbəti ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşı Kamal Poladovun arvadı, Təqsirləndirilən şəxs3 isə qardaşı qızıdır. 2022-ci ilin mart ayından qardaşı qızı Təqsirləndirilən şəxs3 narkotik maddə qəbul etmiş və psixikası pozulmuş, həmin vaxtdan, yəni 2022-ci ilin aprel ayından xx.xx.2022-ci il tarixədək Ayşən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə stasionar müalicə almışdır. Bundan başqa bir müddət Ayşən Şəki şəhərində yerləşən psixiatriya xəstəxanasında həkim-psixoloqun yanında stasionar müalicə almışdır. xx.xx.2022-ci il tarixdə Samirə və qardaşı qızı Ayşən ilə birlikdə Kürdəmir rayonu, Muradxan kəndində yerləşən evlərinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə Samirə və Ayşənlə birlikdə idarə etdiyi avtomobillə Kürdəmir RMX-ya Ayşənin müalicəsi üçün getmişlər. Həmin vaxt onlar xəstəxanada həkim işləyən Zərərçəkmiş şəxs yanına gəlmişlər və Zərərçəkmiş şəxs tibb bacılarına Ayşənə dərman preparatlarından ibarət sistem qoşmaları üçün göstəriş vermişdir. xx.xx.2022-ci il tarixədək Samirə ilə birlikdə Ayşəni xəstəxanaya aparmışlar və həkim Zərərçəkmiş şəxs tapşırığı ilə tibb bacıları Ayşənə dərman preparatlarından ibarət sistem qoşmuşlar. xx.xx.2022-ci il tarixdə xəstəxanadan gedən zaman Samirə Zərərçəkmiş şəxs onun mobil nömrəsini istəmiş və Maxsud da Samirəyə öz mobil nömrəsini verdikdə, Samirə öz növbəsində Maxsuda öz mobil telefon nömrəsini vermişdir. xx.xx.2022-ci il tarixdə, gecə saat 01 radələrində evdə olan zaman Ayşənin evdən qaçmaq istədiyini bilmiş, Samirənin evinə gələrək Samirə ilə birlikdə Ayşənin qabağını kəsib evdən çıxmasının qarşısını almışlar və Ayşəndən hara getməsini soruşduqda Ayşən onlara istədiyi oğlanın dostunun gəldiyini və onu istədiyi oğlanın yanına aparacağını demişdir. Bu zaman küçədə kiminsə idarə etdiyi avtomobili döndərməsini görmüş, dərhal həyətdən küçəyə çıxaraq avtomobilin qarşısına çıxmış və dayanmasına işarə etmişdir. Lakin avtomobil onun işarəsinə məhəl qoymayıb sürüb getmişdir. Avtomobildə Maxsud və Şirin adlı şəxslər olmasını görmüşdür. Sonra Maxsuda zəng vurub hansı səbəbdən gəlmələrini soruşmuş, Maxsud da cavab olaraq Ayşənə dərman verməyə gəlməsini bildirmişdir. Bundan bir müddət sonra, yəni 2022-ci ilin iyun ayında Samirə, Ayşən və tanışı Vaqiflə birlikdə Maxsudun evinə getmişlər. Evdə Maxsudun anası Şahid4, nənəsi Şahid3 və dayısı Şahid2 onları qarşılamış, söhbət zamanı Samirə ilə birlikdə onlara 29.05.22-ci il tarixdə, gecə vaxtı Maxsudun bir nəfər şəxslə evinin qarşısına gələrək Ayşəni götürüb harasa getmək istəmələrini, həmçinin Maxsudun Ayşənlə biri-birinə mesajlar yazıb, biri-birinə çılpaq şəkillər göndərmələrini, Ayşənin Maxsuda görə yenidən narkotik maddələrdən istifadə etməsini deyərək Maxsuddan polisə şikayət edəcəklərini demişlər. Maxsudun valideyni və yaxın qohumları Maxsuddan polisə müraciət etməmələrini onlardan xahiş edərək Ayşənin müalicəsinə köməklik edəcəklərini bildirmişlər. xx.xx.2022-ci il tarixdə, saat 18-19 radələrində Samirə və Ayşənlə birlikdə Kürdəmir-Bakı avtomobil yolunda yerləşən “Çıraq” yeməkxanasında Maxsudla və onun dayısı Şahid2la görüşmüşlər. Söhbət zamanı Fəqan onlara 2000 manat pul verəcəklərini demişdir. Sonra xx.xx.2022-ci il tarixdə, saat 16-17 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında Şahid2la görüşmüşlər və Fəqan onlara 2000 manat pul vermişdir. Həmin vaxt o və qardaşı arvadı Təqsirləndirilən şəxs2 Şahid2 Zərərçəkmiş şəxs Ayşənə göndərdiyi lüt şəklini, mesajlarını və səs yazısını aldıqları 2000 manat qarşılığında siləcəkləri və bir daha bu işlə bağlı onlardan pul tələb etməyəcəkləri ilə bağlı iltizam, eləcədə həmin iltizamı Samirə ilə birlikdə öz imzaları ilə təsdiq edərək öz şəxsiyyət vəsiqələrinin surətlərini Fəqana vermişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən Maxsuda zəng vuraraq onunla görüşmək istədiklərini bildirmiş, həmin günü, yəni xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində Samirə və qızı Ayşənlə birlikdə Kürdəmir- Bakı yolunda yerləşən “Çıraq” yeməkxanasında Maxsud və dayısı Fəqanla görüşmüşlər. Söhbət zamanı Samirə ilə birlikdə Maxsuda və dayısı Fəqana Ayşənin müalicəsi üçün lombarda Samirəyə məxsus qızılları qoyub pul götürmələrini bildirərək onlara lombarda olan borclarını bağlayıb qızılları geri götürmələri üçün pul verəcəklərini demişlər. Maxsud və Fəqan onlarla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində Samirə və Ayşənlə birlikdə Kürdəmir şəhəri Mərkəzi xəstəxananın qarşısında Zərərçəkmiş şəxsla görüşərək ondan 1500 manat pul almışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Samirə Maxsuda zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və Maxsud da onunla razılaşmışdır. Sonra Samirə və Ayşənlə birlikdə Kürdəmir şəhərinə, Mərkəzi xəstəxanaya gedərək Maxsudla söhbət edən zaman Maxsuda Ayşəni Bakı şəhərindən müayinədən gətirdiklərini, Ayşənin 6 ay reabilitasiya kursu keçməli olmasını, həmin kursun bir ayının 1300 manat olmasını və reabilitasiya kursunu keçmək üçün 1-2 ayın pulunun verilməsinə köməklik etməsini bildirmişlər. Maxsud onlarla razılaşmış, bundan sonra getmişlər. xx.xx.2022-ci il tarixdə, saat 11.30 radələrində Maxsud ona zəng vurub görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 ilə birlikdə Kürdəmir şəhərində yerləşən “Kürdəmir” adlı yeməkxananın qarşısına gələrək Zərərçəkmiş şəxsla görüşmüşlər. Maxsud onların avtomobilinə əyləşmiş və Ağsu rayonuna gedən yola çıxmışlar. X10 Poladovaya 700 manat pul verərək 1-2 günə qalan 600 manatı gətirəcəyini bildirmiş, eləcə də 600 manat pulu verdikdə onun lüt şəklini siləcəklərini onlardan xahiş etmişdir. Onlar da Maxsuda narahat olmamasını, şəkilləri siləcəklərini demişlər. Maxsud avtomobildən düşüb getdikdən sonra idarə etdiyi avtomobillə hərəkətini davam etdirərkən, polis əməkdaşları yaxınlaşıb onları Kürdəmir RPŞ-nə dəvət etmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs verdiyi 700 manat pulu təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Zərərçəkmiş şəxs qardaşı qızı Təqsirləndirilən şəxs3 ilə cinsi əlaqədə olmamışdır. 2022-ci ilin mart ayından Ayşənin narkomaniya xəstəliyinə və psixikasının pozulmasına görə Bakı və Şəki şəhərlərində xəstəxanalarda stasionar müalicə olunmasını öyrənmiş, Ayşənin yenidən narkomaniya xəstəliyinə düşməsinə və psixikasının pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmamışdır. Həqiqətən də Zərərçəkmiş şəxs lüt şəkili, mesajları və səs yazıları onlarda olmuş, həmin 2000 manat pulu aldıqdan sonra Maxsuda və dayısı Fəqana pulun qarşılığında həmin şəkili, mesajları və səs yazılarını siləcəkləri ilə bağlı iltizam versələr də şəkilləri silməmişlər. Zərərçəkmiş şəxs götürdükləri 2000 manatı Ayşənin müalicəsinə və həkimlərinə xərcləmişlər. Zərərçəkmiş şəxs təkrar aldıqları 1500 manat pulu isə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən lombarda verib Samirənin borcunu bağlayaraq qızılları götürmüşlər. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Ayşənə heç bir narkotik maddə verməmiş, onunla görüşməmişdir.Zərərçəkmiş şəxs pul almaqda məqsədləri Ayşənin müalicəsi olmuşdur. Maxsudun haqqında rüsvayedici məlumatları yaymamışdır. Ayşən bu hadisələr baş verməmişdən əvvəl narkomaniya xəstəliyinə düçar olmuş, Ayşəni Şəki və Bakı şəhərlərində yerləşən narkoloji dispanserlərdə müalicə etdirmişlər, lakin pulları qurtardığı üçün yeganə məqsədləri Zərərçəkmiş şəxs pul almaq olmuşdur. Amma dediklərinə əməl etməyərək, yəni aldıqları 1500 manatdan 28-29 gün keçdikdən sonra Zərərçəkmiş şəxs yenidən pul tələb etməyə başlamışlar. Axırıncı dəfə Maxsuddan aldıqları 700 manat pul Kürdəmir rayon polis şöbəsində Samirənin üzərindən aşkar olunaraq götürülmüşdür. Zərərçəkmiş şəxs Ayşənə heç bir narkotik, eləcədə psixotrop vasitə verməsə də, Maxsud Ayşənlə intim mövzularda söhbətlər etdiyi üçün Ayşən evdən qaçmaq istəmiş, buna görə də Ayşənin aqressiyası artdığı üçün Zərərçəkmiş şəxs Ayşənin müalicə etdirməkdən ötrü pul əldə etmək qərarına gəlmişlər.Zərərçəkmiş şəxs pul əldə etmək üçün qolundan və ayağından xəsarət almasını desə də,həmin zaman heç bir xəsarət almamışdır. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən 02 ədəd diskə qulaq asmış, həmin disklərdə əks olunan səs yazıları ona, qardaşı arvadı Samirəyə və Ayşənə məxsusdur. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşları - əsas da istintaq rəisi Elşən adlı şəxs həmin ifadələri özündən yazmış və o, müdafiəçisi olmadığı halda həmin ifadələri imzalamış, müdafiəçisi də onu yaxşı müdafiə etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə Təqsirləndirilən şəxs3 qayğısına qaldığını, o, olmadığı halda onların vəziyyətinin yaxşı olmayacağını qeyd edib hazırki cinayət işi üzrə hər üçü barəsində ədalətli qərar qəbul edilməsini, onlara bəraət verilməsini, bu mümkün olmadığı halda isə onların hər üçü barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, anası Samirə və əmisi Niyaməddin tərəfindən verilən ifadələrini təsdiq edir. Məktəbi bitirdikdən sonra rəfiqəsi sayəsində narkotikə qurşanmış, ilk əvvəllər yalnız rəfiqəsi ilə görüşəndə narkotik istifadə etmiş, sonrakı dövrdə isə mühitini dəyişmiş və davamlı olaraq narkotik istifadə etmişdir. Bundan sonra bir neçə dəfə evdən qaçmış, sonra isə anası onu müalicə etdirməyə çalışmışdır. Anası borc-xərc edib onu reablitasiya mərkəzində 22 günlük müalicə etdirmiş və oradan çıxdıqdan sonra sakitlik olması və mühitindən aralanması üçün Kürdəmir rayonuna nənəsigildə yaşamağa başlamışdır. Həmin ərfələrdə qəbul etdiyi dərmanlara görə iştahı kəsilmiş, yemək yeyə bilməmişdir. Lakin narkotik istəməmiş, tam sağalmış vəziyyətdə olmuşdur. Buna görə də anası Samirə onu Kürdəmir RMX-ya müayinə üçün aparmış, Maxsud həkim onu müayinə etmiş və ona 5 ədəd sistem yazmış və hər gün axşam Kürdəmir RMX-ya getmişlər və Maxsud ona sistem qoşmuşdur. Sistemin təxminən son günüdən anası Maxsudun nömrəsini götürmüş, həmçinin öz nömrəsini də Maxsuda vermişdir ki, əgər nəsə problem olarsa əlaqə saxlaya bilsin. Həmin günün gecəsi evdə olduğu vaxt anası Maxsuda zəng edib Ayşənin, yəni onun anası Samirə olduğunu demiş və nömrəsini qeyd etməyi xahiş etmişdir. Səhərisi gün anasının telefonu onda olduğu üçün Maxsud həmin telefona sms yazmış, hal-əhvalını, narkotik istəyib-istəmədiyini soruşmuş, sonralıqca yazışmaları çoxalmış və Maxsudla münasibətləri yaranmışdır. Söhbətləri zamanı Maxsudla bir-birlərinə qarşılıqlı şəkillər atmışlar, lakin həmin şəkillərdə Maxsudun üzü görünməmişdir. Tarix yadında qalmasa da bir gün Maxsudla danışarkən onunla görüşməyi təklif etmiş, Maxsud ondan evdən çıxa biləcəyini soruşduqda o, evdən çıxmağının çətin olduğunu demiş, Maxsud da Şirin həkimlə onun yaşadığı kəndə gələcəyini bildirmişdir. Həmçinin Maxsud ona təklif etmişdir ki, Zaqatala rayonuna getsinlər və orada olan Şirin həkimin tanışı onlara narkotik versin. Narkotikdən yeni müalicə alan adam kimi narkotiki yenidən istədiyindən Maxsudla razılaşmışdır. Həmin gün gecə saatlarında Maxsud həkim küçələrinə gəlmiş, o, həyətə düşdükdə anası onu evdən çıxmağa qoymamış, sonra əmisi də gəlib ona getməyə icazə verməmiş, o, isə etiraz əlaməti olaraq üzərində olan lezva ilə qolunu kəsmiş, daha sonra isə halı pisləşmişdir, ona dərman verdikləri üçün yatmışdır. Oradan isə bilmişdir ki, həmin gün anası və əmisi onun telefonunda Maxsudla yazışmalarını görmüşlər. Maxsudun anasıgilə özü də getmiş, Maxsudun anasına narkotikə görə xəstə olduğunu, müalicə olunmalı olduğunu demişdir. Həmçinin müalicədən sonra Maxsudun onu narkotik istifadəsinə təhrik etdiyini bildirmiş, bütün söhbətlərdə iştirak etmişdir. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə narkotik vasitələrdən istifadə etməyə Şəki şəhəri ərazisində başlamışdır. Zərərçəkmiş şəxs ona hər hansı narkotik vasitə verməyib, lakin ona narkotik vasitə təklif edib, lakin narkotik vasitə verəcəyi yerə onu apara bilməyib. Atası ilə münasibəti var, lakin arada bir görüşür. Maxsuddan pul alınması barədə atasının məlumatı olmamışdır. Maxsuddan alınan pullarla Bakı şəhərinə gedib həkim müayinələrində olmuşlar və həmin pullar yalnız onun müalicəsinə xərclənmiş, Maxsud da həmin pulları könüllü vermişdir. Maxsudun qohumları ilə söhbət zamanı da bildirmişdir ki, xəstədir və ona kömək edilməsini xahiş edir. Maxsud onun azyaşlı olmasını da bilmişdir. Maxsudun Şirin həkimlə gəlməsində səbəbi o olmuşdur ki, Şirinin həm maşını vardır, həm də narkotiki Şirin həkim əldə edə bilər. Yazışmaları zamanı Şirin həkim də onun anası barədə əxlaqsız sözlər yazmışlar. Maxsudun evinə gedəndə bilmişdir ki, anası və əmisi Niyaməddin Maxsudun qohumlarıgilə gedib Maxsud barədə polisə şikayət edəcəkləri barədə xəbərdar edəcəklər. Maxsud ona iki şəkil göndərmiş, bundan sonra o, Maxsudun nömrəsini “bloka” atmasına baxmayaraqMaxsudun təkidi ilə yenidən barışmışlar və yazışmağa danışmışlar. Maxsudun ona şəkillər göndərməsi barədə heç kimə əvvəlcədən məlumat verməmişdir. Maxsudla görüşməyə ona görə razılıq vermişdir ki, Maxsud ona narkotik verəcəyini bildirmişdir. Lakin Maxsudun ona narkotik verib-verməyəcəyini dəqiq bilməmişdir. Əmisi də onun Maxsudla getməsinə mane olmuşdur. Maxsudun onlara pul verməsindən məlumatı olmuş, pulun verilməsini Maxsud özü təklif etmişdir ki, hərəkətləri barədə polisə şikayət etməsinlər. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 məhkəməyə ünvanladığı son sözündə əmisi Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs2 həbs ediləcəyi halda onun da həyatının məhv olacağını, onlar həbs ediləcəyi halda onun da vəziyyətinin yaxşı olmayacağını qeyd edib hazırkı cinayət işi üzrə hər üçü barəsində ədalətli qərar qəbul edilməsini, onlara bəraət verilməsini, bu mümkün olmadığı halda isə onların hər üçü barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü, 182.2.1 və 182.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə həmin Məcəllənin 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Təqsirləndirilən şəxs1 və digərlərini əvvəllər tanımamışdır. Dəqiq tarix yadında olmasa da Kürdəmir RMX-da növbədə olarkən Təqsirləndirilən şəxs3 xəstəxanaya gətirilmiş, onu müayinə etmiş, ilkin təyinatlar vermiş, reseptlər yazmışdır. Bundan sonra 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 yenə xəstəxanada olarkən onun anası Təqsirləndirilən şəxs2 ondan mobil nömrəsini istəmiş, o, da bir həkim kimi nömrəsini Samirəyə vermişdir. Sonradan isə Ayşən “WhatsApp” vasitəsi ilə ilk dəfə həmin gün ona mesaj yazmışdır. Həmin gündən səhv etmirsə bir gün sonra Ayşəni kəskin ağrıları olduğu üçün yenidən xəstəxanaya gətirmişlər və o, Ayşənə ilkin yardım göstərmişdir. Onlar xəstəxanadan çıxandan sonra Ayşən yenə ona mesaj yazaraq çoxlu sayda dərman qəbul edib intihar etmək istəyini qeyd etmiş,o, isə Ayşəni bu hərəkətlərdən çəkindirmək istəmiş və beləcə aralarında danışıqlar artmış və söhbətləri daha da irəliyə getmişdir. Növbəti günlərdə Ayşən onu görüşə dəvət etmiş, o, isə maşını olmadığından Şirin adlı həkimin maşını ilə Ayşənin qaldığı kəndə getmiş, yolda olarkən Ayşən onunla çox rahat danışmış, anasının bu söhbətlərdən xəbəri olduğunu, evdən çıxmaqda problem olmadığını bildirmişdir. Həmin vaxtdan əvvəlki günlərdə isə Ayşənə özü çılpaq şəkillərini atmışdır. Ayşən təxmini istiqamət verdiyindən həmin yerə getmiş, lakin Ayşəni harasa aparmaq niyyəti olmamış, sadəcə Ayşənin bu rahatçılığı onda maraq oyatmışdır. Həmin vaxt qaranlıq olmuş, o, isə Şirinə bu məsələdən şübhələndiyini bildirib geri qayıtmağını demiş, Şirin də avtomobili döndərib geri qayıdarkən qaranlıqdan bir kişi gəlmiş, o, isə gələn kişinin Ayşənin əmisi olduğunu Şirinə demiş, Şirin də avtomobili sürüb həmin yerdən uzaqlaşmışdır. Həmin gecə Ayşənin əmisi ona dəfələrlə zəng edib görüş tələb etmiş, hətta nalayiq ifadələr də işlətmiş, o, isə Niyaməddinlə görüşməkdən imtina etmiş, onun barəsində polisə şikayət edəcəyini və onunla şöbədə görüşəcəyini bildirmişdir. Həmin vaxt avtomobili saxlamamaqlarına səbəb isə havanın qaranlıq olması, üstünə gələn kişinin əlində nə olmasını bilmədiyi, fikrini bilmədiyi olmuşdur. Səhərsi gündən isə Niyaməddin ümumiyyətlə ona zəng vurmamışdır. Bir müddət keçdikdən sonra Niyaməddin onun yaşadığ kəndə anasıgilin evinə gəlmişlər, həmin vaxt evdə nənəsi – Şahid3, anası Şahid4 və dayısı Şahid2la bir yerdə oturmuşlar. Ona gəlib çatan söhbətlərdən eşitmişdir ki, həmin vaxt Niyaməddin, Samirə və Ayşən birlikdə olmuşlar və ailə üzvlərinə bildirmişlər ki, guya o, Ayşəni narkotik istifadə etməyə təhrik etmiş, onun narkotik çəkməsinə şərait yaratmışdır. Halbuki o, ümumiyyətlə narkotiklə əlaqəsi yoxdur və bu yaşınadək heç vaxt narkotik istifadə etməmişdir. Uzun söhbətlərdən sonra bildirmişlər ki, Ayşən narkotikdən müalicə olunmalıdır, buna görə də 500 manat pul lazımdır. Həmçinin bildirmişlər ki, onlar danışığa, razılaşmağa gəlmişlər, əgər ki, onların istədikləri verilərsə bu söz burda qalacaq. Həmçinin onlar onun Ayşənə göndərdiyi şəkilləri, onun yazıdığı mesajları da ailə üzvlərinə göstərmişlər və deyilən məbləği aldıqdan sonra şəkilləri siləcəklərinə söz veriblər. Bir müddət sonra həmin məbləği 2.000 manata qaldırmışlar və o, da dayısı vasitəsi ilə həmin pulu Təqsirləndirilən şəxs1 göndərmişdir. Pulu da o, məqsədlə vermişdir ki, Niyaməddin və Samirə onun şəkillərini yaymaqla, onun barəsində polisə şikayət etməklə və onu rüsvay etməklə hədələmişlər və o, da bu halların baş verməməsi üçün pulu vermişdir. Hətta onlar onun işlədiyi xəstəxananın direktorunun yanına gedib həmin şəkilləri ona göstərmişlər. Həmin pulu verəndə Niyaməddin və Samirə şəxsiyyət vəsiqələrinin surətlərini vermişlər və həmçinin pulu aldıqdan sonra şəkilləri və yazışmaları siləcəkləri barədə qəbz də vermiş, həmin qəbzə də imza atmışlar. Bir müddət keçdikdən sonra Niyaməddin yenidən onun dayısı ilə danışmış, dayısı da ona Niyaməddinin yenidən 1500 manat pul istədiyini bildirmiş, buna görə də o, Niyaməddinə zəng edərək 2000 manat aldıqdan sonra yenidən pul istəməyəcəklərinə söz verdiklərini xatırlatmış, lakin Niyaməddin yenidən müalicəyə pul lazım olduğunu bildirmişdir. Həmçinin Samirə bildirdi ki, Ayşənin müalicəsi üçün qızıllarını lombarda qoyub, Ayşənin atası bundan xəbər tutub və buna görə problem yaranıb, buna görə də lombarddan qızılları götürmək üçün yenidən pul lazımdır. Həmin 1500 manatı da verməyə razılaşmış, pulu verərkən o, Niyaməddinin avtomobilində qabaqda oturmuş, Samirə və Ayşən isə arxada oturmuşdur. O, bir daha Niyaməddindən ondan pul istəyib-istəməyəcəyini soruşmuş, Niyaməddin isə bir daha onu narahat etməyəcəklərini bildirmişdir. O, da pulu verdikdən sonra işinə getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 ona zəng edib harada olduğunu soruşmuş, o, işdə olduğunu bildirdikdə Samirə də iş yerinə gəlib onunla söhbət edəcəklərini bildirmişdir. Az sonra Samirəgil onun iş yerinə gəlmiş və ona bildirmişdir ki, Ayşən müalicəsi üçün 6 ay xəstəxanada olmalıdır və aylıq ona 1300 manat pul lazımdır və həmin pulu ödəməlidir, əks halda həmin şəkilləri və yazışmaları nə edəcəyini yaxşı bilir. O, həmin şəxslərdən çox xahiş etmiş, hətta yalvarmaq dərəcəsinə çatmış və həmin pulun onda olmadığını bildirmiş, lakin Samirə bildirmişdir ki, 7800 manatı verməlidir, yoxsa elə olacaq belə olacaq, atasının da Rusiyada işlədiyini bildiklərini ona xatrlatmışdır. Onlar getdikdən sonra atasına zəng etmiş, hadisə barədə məlumat vermişdir. Bundan sonra məcbur olub polisə müraciət etmişdir. Polisdə ona 700 manat pul verilmiş və həmin şəxslərə verməsi təklif edilmiş, o, da həmin pulu maşında Samirəyə vermiş və o, da pulu götürüb çantasına qoymuşdur. Bundan sonra onu avtomobillə gətirib xəstəxananın yanında düşürmüşlər və sonra o, bu barədə polisə bildirmiş və sonra eşitmişdir ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ayşəngil ilk dəfə xəstəxanaya gələndə iş vaxtı bitdiyindən və növbətçi həkim o olduğundan həmin şəxsə ilkin tibbi müayinəni özü göstərmişdir. İlk dəfə xəstəxanaya Ayşəni Samirə və Niyaməddin gətirmişdir. Ayşən xəstəxanaya halsızlıq, iştahasızlıq, bədən zəifliyi ilə bağlı müraciət etmiş, növbəti dəfə gəldikdə isə Ayşənin narkotiklə bağlılığı olması barədə məlumat almışdır. Xəstəxanaya daxil olan şəxslərə ambulator tibbi kitabça açılır və həmin kitabçanı tibb bacısı hazırladığından Ayşənin yaşı barədə onda məlumat olmamışdır. Ümumi görünüşcə Ayşənin 17-18 yaşı olması qənaətinə gəlmişdir. Ayşənə telefonla danışdıqdan 3-4 gün sonra onun yaşadığı ev istiqamətinə Şirin həkimlə getmiş, həmin vaxt saat 10 ya 11 arası olmuşdur. Həmin vaxt görüşdükdə Ayşəni harasa aparmaq fikri olmamışdır, lakin Ayşənlə görüşə bilməmişdir. Həmin vaxt küçədə heç kimin olmadığını görüb geri qayıdarkən bir nəfər qaçaraq maşının üstünə gəlmiş, baxdıqda həmin şəxsin Niyaməddin olmasını bilib Şirinə demiş, Şirin də avtomobili sürüb getmişdir. Həmin vaxt Şirin avtomobili saatda 5-10 km sürətlə idarə edirdi. Həmin vaxt görüş yerinə Ayşənin əvəzinə Niyaməddin gəlmişdir. Ona təqdim edilmiş reseptdə yazılanları özü yazmışdır, həmin dərmanlar heç biri narkotik təsirli deyil. Onunla bağlı şəkilləri yayacaqları ilə hədələdikləri üçün pulu vermişdir. Həmin şəkildə onun üzü görünməmiş, lakin onun adının belə söhbətlərdə hallanmasını istəməmişdir. Təqsirləndirilən şəxslər üçü də onun valideyinlərinin yaşadığı evə getmişlər, təklifləri isə o olmuşdur ki, ya Ayşənin müalicəsinə görə pul verilməlidir, ya da şəkilləri, mesajları yayacaqlar, həm də polisə bu barədə şikayət edəcəklər. Valideyinləri də müalicə pulunu ödəməyi öhdələrinə götürmüşlər. Təqsirləndirilən şəxslər iddia etmişlər ki, guya Ayşəni təkrar narkotik qəbul etməyə o, təhrik etmişdir. Avtomobili olmadığı üçün Şirin həkimdın onu aparmasını xahiş etmişdir. Həmin vaxt Ayşəni Zaqatalaya aparmağı barədə mesaj yazsa da onun belə bir fikri olmamışdır. Ayşənə danışıq əsnasında fotoşəkillərini göndərmiş, hər hansı məqsədi olmamışdır. Həmin vaxt Şirin avtomobili sürərəkən Niyaməddin hər hansı xəsarət almamışdır, əgər xəsarət alsaydı xəstəxanaya müraciət edərdi. Ayşənlə danışıqları zamanı sonuncunun narkotik istifadə etmək istəməsi barədə dəfələrlə söhbətləri olmuşdur. Ayşənin anası barədə mesajlarda yazmasının hər hansı məqsədi olmamışdır. Sonuncu dəfə Niyaməddingilə pul verəndə telefonunda səs yazma açıq olmuşdur. İlk dəfə təqsirləndirilən şəxslər valideyinlərinin yanına gələndə onlardan hansının şəkillə və mesajlar barədə danışmasından məlumatı yoxdur. İkinci dəfə onu Samirə hədələmişdir. Ayşən isə onu hədələməmişdir. Niyaməddin isə gedən söhbətlərdə razılıq barədə fikrini bildirmişdir. Təqsirləndirilən şəxs3 isə söhbətlərdə yalnız dinləyici kimi olmuşdur. Lakin sonuncu dəfə təqsirləndirilən şəxslər xəstəxanaya gəlib ondan 7800 manat pul istəyəndə otaqda onun qarşısında iki stul olmuş, həmin stullarda Niyaməddin və Samirə oturmuş, Ayşən isə onların arxasında durmuş, həmin vaxt o, Niyaməddinə və Samirəyə istədikləri pulu verməyə imkanı olmadığını, bu pulu verə bilməyəcəyi barədə sözlər deyəndə Ayşən arxadan onun fikirləri ilə razılaşmaması barədə sözlər deyib münasibət göstərmişlər. Təqsirləndirilən şəxslər onun şəkillərini yayacaqları, onu rüsvay edəcəkləri ilə bağlı hədə-qorxu gəlmişlər, əgər həmin şəxslər ona hədə-qorxu gəlməsəydilər həmin şəxslərə pul verməzdi. Təqsirləndirilən şəxslərlə xəstəxanada olan söhbət zamanı Ayşən bildirmişdir ki, “səni məni bu günə qoymusan, buna görə də pul ödəməlisən” deyə fikir bildirib ondan pul tələb etmişdir. İbtidai istintaq zamanı da ifadəsində göstərdikləri, həmçinin Ayşən barədə bildirdiklərini təsdiq edir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində təqsirləndirilən şəxslərlə barışdığını, həmin şəxslərə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər üçü də onun yaşadığı evə gəlmişlər. Söhbət zamanı bildirmişlər ki, uşağı Ayşəni narkotikdən müalicə etdirib Kürdəmir rayonuna gətirmişlər, daha sonra qızı Ayşənlə onun nəvəsi Maxsud bir-birilərinə mesajlar yazmışlar və Maxsud çılpaq şəkillərini göndərmişdir. Həmin vaxt Samirə adlı qadın qızı Ayşəni müalicə etdirmək üçün pul tələb etmiş, o, da Maxsudun bu hərəkətləri barədə çox söz-söhbət yayılmaması üçün gələn şəxslərə yalvar-yaxar etmiş, nəvəsi Zərərçəkmiş şəxs hərəkətlərinin yayılmaması müqabilində pul verməyə razılaşmışlar. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər Ayşəni müalicə etdirmək üçün pul tələb etmişlər və onlar da razılaşmışlar. Onlar kömək etməyə ona görə razılaşmışdır ki, gələn şəxslər bildirmişlər ki, Maxsud barəsində polisə şikayət edəcəklər, onu şantaj edib işdən çıxartdıracaqlar. Hətta həmin vaxt qeyd edilən hərkətləri etməmələri üçün baş örtüyünü gələn şəxslərin ayağı altına atmış, onlar da bundan sonra bildirmişlər ki, uşağı həkimə aparacaqlar və ola bilər ki, min yaxud min beş yüz, yaxud iki min manat pul lazım olar və həmin pul verilməlidir. Lakin o, hər hansı pulu olmadığını, insanlıq naminə 500 manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirlən şəxslər sürücü ilə birlikdə onun evinə gəlmişlər və onunla Niyaməddin və Samirə danışmışdır. Təqsirləndirilən şəxs1 da şəxsən pul istəyib bildirmişlər ki, uşağı reabilitasiya mərkəzinə aparmaq üçün pul verilməlidir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 18 dekabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən qismən fərqli olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı Şahid4 oğludur, yəni qız nəvəsidir. 2022-ci ilin iyun ayının ortalarında qızı Günay, eləcədə oğlu Fəqan ilə evdə olan zaman həyətin darvazası döyülmüş və Fəqan bayıra çıxmış, bir azdan, yəni 5-10 dəqiqə keçdikdən sonra Fəqanla birlikdə tanıdığı Vaqif, sonradan adlarını Niyaməddin, Samirə və Ayşən olduğunu bildiyi şəxslər evə gəlmişlər. Həmin şəxslər masa arxasına oturmuş və söhbət zamanı Niyaməddin, Ayşən və Samirə onlara Maxsudun Ayşənin dalınca kənddə gəldiyi üçün el arasında biyabır olmalarını, Ayşənin bir müddət olar ki, narkomaniya xəstəliyindən sağaldığını, lakin Maxsudun Ayşənlə mesajlaşarkən yenidən narkotik maddə qəbul etməsini təklif etdiyini və bu səbəbdən də Ayşən yenidən narkotik maddələrdən istifadə etməyə başladığını onlara demişlər. Ayşən də onların dediklərini təsdiqləyərək Maxsudun onun yenidən narkotik maddələri istifadə etməsinə səbəbkar olmasını bildirmişdir. Oğlu Fəqan və qızı Gunay Eminova onlara cavab olaraq Maxsudun narkotik maddələrdən, və ya psixotrop maddələrdən istifadə etmədiyini demişlər. Niyaməddin, Samirə və Ayşən, yenidən onlara Maxsud gecə vaxtı tanışı ilə Ayşənin dalınca gəldiyi üçün onları kənddə biyabır etdiyini, Ayşən narkotik maddələri istifadə etməyə başladığını və bu səbəbdən Ayşəni müalicə etmək üçün pul verməli olmalarını tələb etmişlər. Niyaməddin və Samirə onlara Maxsudun Ayşənə göndərdiyi lüt şəkillərini və mesajları göstərib, əgər Ayşənin müalicəsi üçün onlara pulu verməsələr bu şəkilləri internetə qoyub yayacaqlarını, Maxsudu polisə verəcəklərini, Maxsudun iş yerinə apararaq Maxsudu el arasında rüsvay edəcəkləri ilə hədələmişlər. Bundan sonra onlar Samirə və Niyaməddindən Maxsudun yerinə üzr istəyərək Ayşənin müalicəsi üçün 500 manat köməklik edə biləcəklərini bildirmişlər. Lakin Samirə və Niyaməddin onların təklifi ilə razılaşmayaraq müalicəyə çoxlu pul lazım olmasını bildirmişlər. Ayşənin psixikası pozulduğu üçün Samirə Ayşənin kəsik olan qollarını göstərmiş, həmçinin Ayşən yenidən Maxsuda görə narkotikə qurşandığını israrla bir daha təsdiqləmişdir. Bundan sonra Niyaməddin onlara pulun Ayşənin müalicəsi üçün lazım olmasını, resseptləri gətirib onlara verəcəklərini, bir ay üçün resseptin qiymətinin ya 150 manat, ya 1500 manat, yada ki 2000 manat olmasını bildirmişdir. Söhbət zamanı Vaqif kişi onların söhbətinə müdaxilə etməmiş və onlara barışmalarını bildirmişdir. Sonradan Maxsud qorxaraq Fəqana 2000 manat pulu Niyaməddinə, Samirə və Ayşənə çatdırması üçün Fəqana vermiş, Fəqan isə xx.xx.2022-ci il tarixdə Maxsudun ona verdiyi 2000 manat pulu Niyaməddin və Samirə ilə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında görüşərək onlara vermişdir. Niyaməddin və Samirə 2000 manat pulu aldıqdan sonra Fəqana qəbz, öz şəxsiyyət vəsiqələrin surətlərini vermiş, həmin qəbzi öz imzaları ilə imzalamışlar. Həmin vaxt Niyaməddin, Samirə və Ayşən Fəqanın yanında telefondan Maxsudun şəkillərini və mesajlarını silərək söz vermişlər ki, bir daha bu məsələ ilə bağlı onları narahat etməyəcəklər. Sonradan Niyaməddin yenə Maxsuda zəng vurmuş və Maxsudla görüşmək istədiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17-18 radələrində Fəqan Maxsudla birlikdə Bakı-Qazax yolunun kənarında yerləşən “Çıraq” yeməkxanasında Niyaməddin, Samirə və Ayşənlə görüşmüşlər. Söhbət zamanı onlar hər üçü də, Ayşənin müalicəsi üçün lombardan pul aldıqlarına görə lombarda borcları olduğu üçün 1500 manat pul tələb etmişlər, pul verilmədiyi halda Maxsudun şəkillərini, mesajlarını internetdə qoyub yayacaqları ilə, iş yerinə aparacaqları ilə, el arasında rüsvay edəcəkləri ilə Maxsudu hədələmişlər. Həmçinin Samirə onlara demişdir ki, guya həyat yoldaşı Bakı şəhərindən işdən çıxıb evə gəlib bu məsələdən xəbər tutub və onu döyübdür. xx.xx.2022ci il tarixdə, saat 17.30 radələrində Maxsud özü işlədiyi mərkəzi xəstəxananın qarşısında Niyaməddinlə, Samirə ilə və Ayşənlə görüşüb, iş yoldaşları Şirin və Tərlandan aldığı 1200 manat borc pulun üstünə 300 manat əlavə edib, ümumilikdə 1500 manatı Niyaməddinə, Samirəyə və Ayşənə vermişdir. Bundan sonra Niyaməddin, Samirə və Ayşən, Maxsudu hədələməyə davam etmişlər. Belə ki, Maxsud onlara xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Niyaməddin, Samirə və Ayşənlə birlikdə onun iş yerinə gəldiklərini və söhbət zamanı X3 Ayşəni Bakı şəhərindən müayinədən gətirdiklərini, reabilitasiya kursu lazım olmasını, Ayşənin keçəcəyi müalicə kursunun 6 ay olduğunu, hər ay üçün 1300 manat, cəmi 7800 manat pul tələb etmələrini demişdir. X4, Ayşənə əvvəl göndərdiyi lüt şəkillərini göstərib pulu vermədiyi təqdirdə bu şəkili və mesajları internetdə yayacaqlarını bildirmişdir. Bu barədə Rusiya Federasiyasında yaşayan kürəkəni Elxana bildirmişlər. Elxan Samirə ilə telefonla danışmış, lakin həmin danışıq heç-bir fayda verməmişdir. Samirə, Niyaməddin və Ayşən Maxsuddan pul tələb etməyi davam etmişlər. Bundan sonra Maxsud ərizə ilə polisə müraciət etməsi qərarına gəlmişlər. Maxsud ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları keçirdikləri tədbir nəticəsində Samirə və Niyaməddin Maxsuddan aldıqları 700 manat pul Samirədən götürülmüşdür. Həmin tədbirdə iştirak etməmiş və bu barədə Maxsudun özündən eşitmişdir. Şahid3 ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, həmin ifadəsini təsdiq edir, ifadəsində göstərilənlər tam doğrudur. Niyaməddin və Samirə şəkilləri internet vasitəsi ilə yayacaqlarını bildirmişlər. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında hər üç təqsirləndirilən şəxs onun evinə gəlmişlər və qardaşı Fəqan həmin şəxsləri qarşılayıb evə dəvət etmişdir. Danışıq zamanı Niyaməddin və Samirə bildirmişlər ki, Ayşənlə Maxsud mesajlaşmış və Maxsud Ayşənə çılpaq şəkillərini göndərmişdir və həmin şəkillər də telefondadır. Bundan sonra həmin şəxslər onlardan pul tələb etmişlər və bildirmişlər ki, əgər pul verilməzsə Maxsudun şəkillərini internetdə yaymaqla, iş yerinə göndərməklə onu rüsvay edəcəklər, həmçinin onun hərəkətləri barədə polisə şikayət edəcəklər. Onlar da Maxsudun rüsvay olmaması üçün Samirə və Niyaməddinlə razılaşmışlar. Həmçinin həmin şəxslər Ayşəni müalicə etdirmək istədiklərini bildirib müalicəyə min manat, iki min manat və ya daha çox lazım olacağı halda həmin pulu onların verməli olduğunu bildirmişlər. Həmçinin onlar Maxsudun çılpaq şəkillərini də onlara göstərmişlər, lakin şəkildə Maxsudun üzü düşməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında anası və bacısı ilə evdə olan zaman Vaqif ona zəng edib bacısı oğlu Maxsudla Ayşən adlı qız arasında münasibətlər olmasını və bunu böyüklərlə həll etmək lazım olduğunu deyib evə gəlmək istədiyini bildirmiş, o, da razılaşmışdır. Növbəti gün Niyaməddin, Samirə və Ayşəni həmkəndlisi Vaqif onların evinə gətirmiş və o, da gələnləri evə dəvət etmişdir. Niyaməddin evdə söhbət edərkən bildirdi ki, Maxsudun Ayşənə yazdığı mesajlar səbəbindən sonuncu yenidən narkotik istifadəsinə başlayıb, qollarını kəsib və s. Halbuki Ayşənin qolundakı kəsiklər köhnə olmuşdur. Həmçinin bildirdi ki, Maxsud maşınla Ayşənin dalınca kəndə gəlib və onlar kənddə biyabır olmuşlar. Həmçinin Ayşənin narkotikdən müalicə olunmasına görə pul lazım olmuşdur. Buna görə də o, və evdə olan digər şəxslər müalicə üçün 500 manat pul verməyi təklif etmişlər. Lakin Niyaməddingil bildirmişlər ki,onlar Ayşəni həkimə aparacaqlar və ola bilər ki, müalicə pulu 150 ya 200 ya 1000 ya 1500 yaxud 2000 manat ola bilər. Bundan sonra Niyaməddin telefonda ona şəkillər göstərmişdir. Daha sonra o, Ayşənin müalicəsi üçün 2000 manat lazım olduğunu demiş, bu barədə o, da Maxsuda demiş və pulu götürüb öz maşınında Niyaməddinə vermişdir. Həmin vaxt da o, Niyaməddin və Samirənin şəxsiyyət vəsiqələrinin şəklini çəkmiş və kağıza da imza etmişlər ki, Maxsudun şəkillərini və mesajlarını siləcəklər. Həmin vaxt Samirə belə şeylərdən qorxduğunu deyəndə o, da bu məsələdən qorxduğunu deyib həmin sənədləri imza etməli olduqlarını bildirmişdir. Samirə və Niyaməddin sənədə imza etdikdən sonra telefonda Maxsudun şəkillərini və yazışmalarını silmişlər. Ondan sonra Niyaməddin “xoş günlərdə görüşək” deyərək ayrılmışlar. Həmçinin həmin vaxt Samirə də ona kağız vermiş və o, da imza etmişdir. Həmin kağızda da dəymiş zərərin ödənilməsi üçün pul ödənildiyi qeyd edilmiş, lakin hansı dəymiş ziyandan söhbət getdiyini bilməmişdir. Bundan bir müddət sonra Niyaməddingil ona zəng etmiş, o, məsələnin bağlandığını bildirsə də Samirə məsələnin bağlanmadığını bildirib və yoldaşının gəldiyini və qızıllarını lombarda qoyduğunu bilib onu döydüyünü bildirib qızılları götürmək üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. O, da bu barədə Maxsuda demiş, məcbur qalıb həmin pulu da Niyaməddingilə vermişdir. Sonra isə avqust ayında yenidən pul tələb etmişlər və buna görə də Maxsud polisə şikayət etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə Niyaməddin, Samirə və Ayşəni onlara Vaqif gətirmiş, Vaqif kənarda oturub söhbətlərə qulaq asmışdır. Pul verilməyəcəyi halda onlara bildirilmişdir ki, Maxsudun şəkillərini internetlə yayacaqlar, xəstəxananın müdiriyyətinə deyəcəklər, Maxsudu biyabır edəcəklər və s. sözlərlə onları şantaj etmişlər. Bu sözləri ona və qohumlarına Niyaməddin demişdir. Həmin şəkilləri də Niyaməddin ona göstərmişdir. Həmin sözləri Samirə də demiş, lakin Ayşən həmin söhbətlər zamanı heç nə deməmişdir. Niyaməddin sözə ilk dəfə Ayşənin müalicəsi üçün pul lazım olması sözü ilə başlamış, ona görə də 500 manat pul təklif etmişlər, lakin Niyaməddin onlarda olarkən konkret məbləğ deməmiş, sonradan isə 2000 manat pul istəmişdir. İlk dəfə pul verərkən Samirə və Niyaməddinə o, imza etdirmişdir ki, belə hal təkrarlanmasın. Hətta Niyaməddinə notariusa getməyi təklif etsə də Niyaməddin bildirmişdir ki, “onun sözü sözdür”. Şəkildə Maxsudun üzü görünməmiş, lakin Maxsuddan həmin şəkil barədə soruşduqda Maxsud bildirmişdir ki, həmin şəkili özü göndərmişdir. İstənilən pulun düzəldilməsində Şirin və Tərlan həkim də köməklik etmişdilər. Niyaməddin və Samirə ağ kağıza deyil, iş materiallarında olan sənəd yazılı olduğu halda imza çəkmişlər, boş ağ vərəqə imza etmələrini bildirmələri yalandır. Birinci dəfə Niyaməddin pul götürməyə gələrkən qolu sınıq idi və o, bildirmişdi ki, yıxılan zaman qolu sınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 28 iyun 2022-ci il tarixdə, gecə saat 11 radələrində olarkən Maxsud ona zəng edib onu maşınla deyəcəyi yerə aparmaq lazım olduğunu demiş, o, Kürdəmir RMX-nın həyətinə gəlib Maxsudu götürmüş və onun sözü ilə Maxsudu Kürdəmir rayonu, Muradxan kəndinə aparmışdır. Yolda olarkən Maxsuddan hara getdiyini soruşmuş, Maxsud isə xəstəyə bamağa getdiyini bildirmişdir.Həmin şəxsin adını desə də hazırda yadında qalmamışdır. Həmin kəndə çatdıqda qaranlıq bir küçəyə girmiş və maşını döndərmək istəyərkən bir nəfər maşına yaxınlaşmış və həmin vaxt Maxsud maşını sürüb getməyi demiş, o, da maşını sürüb oradan getmişdir. Təxminən bir ay sonra Maxsud ondan pul tələb edildiyini bildirib ondan 500 manat pul istəmiş, o, da Maxsuda həmin pulu vermişdir. Sonradan isə Niyaməddin adlı bir şəxs xəstəxanada onun iş otağına gəlmiş və onunla söhbət etmiş, uşağının xəstə olduğunu bildirmiş və müalicəyə pul lazım olduğunu bildirmiş, o, Niyaməddinə pul vermədikdə kəndə gəldiyinə görə pul verməli olduğunu, əks halda polisə şikayət edəcəyini bildirmiş, o, da şikayət edəcəksə gedib polisə şikayət etməyi tövsiyyə etmişdir. Şahid5 ona verilən suallara bildirmişdir ki, Maxsud ona bildirmişdir ki, Ayşən adlı qızla arasında mesajlaşma olmuş, həmin qıza özünün lüt şəkillərini göndərmiş, Ayşənin qohumları Niyaməddingil həmin şəkilləri yaymaqla onu hədələdiklərindən onlara pul verməlidir, buna görə də ondan 500 manat borc pul istəmiş, o, da pul vermişdir. Kürdəmir rayonu, Muradxan kəndinə gecə saat 24 radələrində getmiş, həmin vaxt işdə olmamış, evdən xəstəxanaya gəlmişdir. Həmin vaxtadək Ayşən adlı qızı xəstəxanada görməmişdir. Maxsudla iş yoldaşı olduğundan onunla xidməti münasibətləri olmuş, Maxsudun xahişinə görə onu kəndə aparmış, Maxsudun Ayşənə yazdığı mesajlardan xəbəri olmamışdır. O, Ayşənə narkotik vasitə tapmağı, onu Zaqatalaya aparıb oradan narkotik əldə etməyi öhdəsinə götürməmiş, ümumiyyətlə narkotiklə əlaqəsi olmamışdır və ekspertizadan da keçə bilər ki, narkotikdən istifadə etmir. Maxsuda 500 manat pulu borc kimi vermişdir. Xəstəxananın baş həkimi onun Maxsudla Muradxan kəndinə getməsi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs1 onun da yanına gəlib uşağının müalicəsi üçün pul istəmiş, ondan pul istəməsinə səbəb isə Maxsudun Ayşənlə yazışmalarında onun da adını çəkməsini göstərmişdir. Həmçinin Niyaməddin demişdir ki, həmin vaxt kəndə maşınla gələrkən maşınla ona xəsarət yetirilmişdir, lakin buna görə şikayət etməmişdir. Həm də buna görə də ona pul verilməlidir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı 19 avqust 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, Kürdəmir rayon mərkəzi xəstəxananın Cərrahiyyə şöbəsində həkim işləyir. Zərərçəkmiş şəxs xeyli müddət olar ki, tanıyır. Belə ki, Maxsudla bir xəstəxanada işləyirlər. Əvvəllər Təqsirləndirilən şəxs1la, eləcədə Təqsirləndirilən şəxs2 ilə heç bir tanışlığı olmamış və onları tanımamışdır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs ona zəng vurub idarə etdiyi «Ford» markalı DD 884 dövlət qeydiyyat nişanlı avtomobillə onu Kürdəmir rayonu Muradxan kəndinə aparmasını xahiş etmiş, Maxsudla razılaşıb idarə etdiyi avtomobillə evdən çıxıb mərkəzi xəstəxananın qarşısına gəlmiş və Maxsudla götürmüşdür. Həmin vaxt saat 24 radələri olmuşdur. Maxsudla birlikdə idarə etdiyi avtomobillə Kürdəmir rayonu, Muradxan kəndinə getmişlər, yolda Zərərçəkmiş şəxs hansı səbəbdən Muradxan kəndinə getməklərini soruşduqda Maxsud ona həmin kənddə Təqsirləndirilən şəxs3 adlı qız yaşadığını və Ayşənlə söhbət etmək istədiyini bildirmişdir. Kəndə daxil olub, Ayşənin yaşadığı evin ətrafına gələrək Maxsudla birlikdə idarə etdiyi avtomobildə Ayşəni gözləmişlər. Lakin Ayşən küçəyə çıxmamışdır. Avtomobili döndərib geri qayıdan zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 onların avtomobilinin qarşısına çıxaraq saxla işarəsini vermiş, lakin Maxsudun “sür gedək” sözlərindən sonra avtomobili saxlamayaraq sürüb çıxıb getmiş və Kürdəmir şəhərinə qayıtmışlar. Bundan sonra 2022-ci ilin iyul ayının əvvəllərində işdə olan zaman Maxsud ona yaxınlaşıb, Təqsirləndirilən şəxs3 əmisi Niyaməddinin və anası Samirənin ondan Ayşənə göndərdiyi lüt şəkillərini, mesajlarını və səs yazılarını yaymamaq üçün 1500 manat pul tələb etmələrini, pulu çatmadığı üçün ondan 500 manat borc pul istədiyini demiş, o da Maxsuda həmin 500 manat pulu borc qismində vermişdir. Təqsirləndirilən şəxs1 onun barəsində göstərdikləri tamamilə yalan və böhtandır. Belə ki, xx.xx.2022-ci il tarixdə Muradxan kəndində olan zaman idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 ayağından vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Belə bir hal olsaydı, Niyaməddin xəstəxanaya müraciət edərdi, hadisədən təxminən 1 ay keçdikdən sonra Təqsirləndirilən şəxs1 onunla Kürdəmir şəhərində, H.Əliyev parkının qarşısında görüşmüş, söhbət zamanı Niyaməddin ona qardaşı qızı Ayşəni müalicə etmək üçün pul lazım olduğunu demiş, o da Niyaməddinə heç bir pul verməyəcəyini, hara istəyirsə şikayət edə biləcəyini demişdir. Bundan sonra Niyaməddinlə görüşməmişdir. Şahid5 ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, həmin ifadəsini təsdiq edir, belə ki, Maxsuddan hara getdiyini soruşduqda o, xəstsi olan şəxsin yanına getdiyini bildirmiş, sonra isə həmin şəxsin Ayşən adlı qız olduğunu, onun xəstə kimi onun yanına gəldiyini və beləcə tanış olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin iyun ayının ortalarında yaşadığı Yenikənd kəndində olarkən Niyaməddin ona zəng edərək görüşmək istədiyini demiş, səbəbini soruşduqda Niyaməddin kəndə gəldiyini demişdir. Az sonra Niyaməddin Yenikənd kəndinə gəlmiş, o, kənd mərkəzində “kruqa” çıxaraq Niyaməddini qarşılamışdır. Niyaməddinin gəldiyi maşına əyləşəndə arxada bir qadın və bir də azyaşlı qız oturduğunu görmüşdür. Niyaməddin bildirmişdir ki, Maxsud həkim sonradan adını bildiyi Ayşənlə telefonla əlaqəsi saxlamış, Maxsud həkim Ayşənlə görüşməkdən ötrü Kürdəmir rayonu, Muradxan kəndinə gəlmiş, onların arasında biabırçı şəkildə yazışmalar olmuş, buna görə də Ayşən kənd arasında rüsvay olmuşdur. Həmin məsələni yoluna qoymaqdan ötrü Maxsud həkimin valideynləri ilə görüşmək istədiklərini bildirmişlər. Niyaməddinə Maxsud həkimin atasının buralarda olmadığını, hazırda Moskva şəhərində olduğunu, lakin Maxsudun böyüklərinin yanına onları apara biləcəyini demişdir. Niyaməddinlə Samirə onun dediyi ilə razılaşmış və Maxsud həkimin ana nənəsinin evinə getmişlər.Həmin vaxt evdə həmkəndlisi Fəqan, Maxsudun nənəsi və anası olmuşdur. Onlar Maxsudun qohumları ilə söhbət etmişlər və Ayşənin müalicəsi üçün pul lazım olduğunu bildirmişlər. Lakin söhbətlərin çoxunu o, eşitməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fəqangilə də təxminən yarım saat olmuşdur. Həmin vaxt söhbət Ayşən adlı qızla Maxsudun mesajlaşmasından getmiş, Maxsudun nənəsi də bu mesajlara görə üzr istəmiş, həmçinin Niyaməddingil bildirmişdir ki, Maxsudun mesajları ilə Ayşənin səhhəti pozulub, ona yenidən müalicə lazımdır və iynədərman üçün pul lazımdır. Lakin həmin vaxt konkret pul söhbəti olmamış, həmin vaxt Maxsudun nənəsi bildirmişdir ki, 500 manat pul köməklik edə bilər. Həmin vaxt Niyaməddin Fəqana telefonda nə isə göstərmiş, lakin nə göstərdiyini bilməmişdir. Həmin vaxt evə girmək istəməmiş, lakin Fəqan ona özgə olmadığını bildirib evə dəvət etmişdir. Söhbətlər zamanı Niyaməddingil bildirmişlər ki, Ayşənin müalicəsi pozulduğuna görə ona çəkdikləri xərclər də mənasız olub və Ayşən yenidən müalicə edilməlidir. O, da başa düşmüşdür ki, Niyaməddin müalicəyə çəkdiyi xərclərin və Ayşənin yenidən müalicə edilməsinin xərclərinin verilməsini istəyir. Maxsudun nənəsi Niyaməddingilin danışığı əsasında pul təklif etmişdir ki, müalicəyə kömək etsin. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı 26 dekabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 2022-ci ili iyun ayının ortalarında N iyaməddin, Samirə və Ayşənlə birlikdə Maxsud həkimin ana nənəsinin evinə getmişlər. Darvazanı döydükdə evdən Maxsud həkimin dayısı Fəqan çıxmış, Fəqana Niyaməddini, Samirəni və Ayşəni təqdim etmişdir. Bu zaman Niyaməddin və X17 həkimin biabırçılıq etdiyini bildirmiş, Maxsud həkimin dayısı Fəqan bunları eşidib onları evə dəvət etmişdir. Evdə Fəqandan başqa Fəqanın anası Aidə xanım və Fəqanın bacısı, yəni Maxsud həkimin anası Günay xanım olmuşdur. Masa arxasına əyləşdikdən sonra söhbət zamanı Niyaməddin və Samirə Fəqana, Aidə xanıma və Günay xanıma Maxsud həkimin Ayşənin tərbiyəsini pozduğunu, Ayşənin yenidən narkotik maddələrin istifadəsi nəticəsində müalicə almalı olduğunu, Ayşənə Maxsud həkim lüt şəkillərini göndərib, mesajlaşmada Maxsud həkimin Ayşənlə, Ayşənin digər qohumları ilə cinsi əlaqədə olmağı təklif etməsini, həmçinin Maxsud həkim Ayşənin dalınca Kürdəmir rayonu Muradxan kəndinə gəldiyi üçün kənd arasında biabır olmalarını, Ayşənin yenidən narkotik maddələrdən ayırmaq üçün külli miqdarda pul lazım olduğunu, əgər həmin pul onlara verilməsə Maxsud həkimi biabır və rüsvay etmək üçün şəkillərini yayacaqlarını və ya Maxsud həkim barəsində polisə şkayət edəcəklərini bildirmişlər. Fəqan, Aidə və Günay onları sakitcə dinləyib, Samirə və Niyaməddinə Maxsud həkimin yerinə üzrhaqlıq edib onlardan üzr istəmişlər və Ayşənin müalicəsi üçün 500 manat köməklik edə biləcəklərini demişlər. Lakin Niyaməddin və Samirə onlarla razılaşmayaraq Ayşənin müalicəsi nə qədər başa gəlsə, həmin pulu Maxsud həkimdən alacaqlarını, əks halda Maxsud həkimi iş yerində və el arasında rüsvay edəcəkləri ilə hədələmişlər. Samirə, Niyaməddin və Ayşənin bütün danışıqları Maxsud həkimdən pul əldə etməkdən ibarət olmuş, onları barışığa dəvət etsə də, Niyaməddin, Samirə və Ayşən israrla müalicə olunması üçün pul istəmişlər. Bundan sonra oradan çıxmışlar və öz evinə getmişdir. Bundan sonra onların arasında nə baş verməsini bilməmiş və məlumatı olmamışdır. Şahid1 ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, həmin ifadəsini qismən təsdiq edir, hadisə barədə danışdığı kimi müstəntiqə də danışmışdır, lakin həmin söhbətlərdə hədə-qorxu məsələsi olmamışdır. İfadəsini oxumadan imza etmişdir. Niyaməddinlə münasibətləri həmişə yaxşı olmuşdur, Niyaməddin onunla görüşərkən ona bildirmişdir ki, yaşadığı kəndə maşın gələrkən arxasınca qaçmış, lakin çatmamışdır, lakin hər hansı xəsarət almasını bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Kürdəmir RPŞ-nin rəisinə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs3, anası Təqsirləndirilən şəxs2 və əmisi Təqsirləndirilən şəxs1 onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədəqorxu gələrək xx.xx.2022-ci il tarixdə, ondan 2000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat pul tələb edib almış, hazırda da onda 7800 manat pul tələb etmişlər. Zərərçəkmiş şəxs həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v. 4) - “götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi qəbz, Samirə Poladov və Təqsirləndirilən şəxs1nın şəxsiyyət vəsiqələrinin surəti götürlümüşdür. (İ cild, i.v. 11-17) - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı Kürdəmir RPŞ-nin rəisinə müraciət edilmiş, 10 avqust 2022-ci il tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və əməliyyat–istintaq qrupu yaradılmışdır. (İ cild, i.v. 21-27) - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında sonuncu könüllü olaraq keçiriləcək əməliyyat tədbirində iştirak etməsini bildirdiyi üçün ona adıçəkilən şəxslərə - Təqsirləndirilən şəxs1, Samirə Poladov və Ayşə Poladovaya təqdim edilməsi üçün 7 ədəd 100 manatlıq əskinas təqdim edilmiş və digər hallar ona izah edilmişdir. (İ cild, i.v. 28-32) - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda adıçəkilən şəxslərə 700 manat pul verməsini bildirdikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mersedes” markalı 90- ES- 987 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün DYPB-nin əməkdaşları tərəfindən süni tıxac yaradılaraq həmin avtomobil saxlanılaraq Kürdəmri RPŞ-yə gətirilmişdir. (İ cild, i.v. 33-35) - “baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 avtomobilində sərnişin qismində olmuş Təqsirləndirilən şəxs2 əl çantasından Zərərçəkmiş şəxs verdiyi 07 ədəd (B03486359, C41440268, C03608955, C11665392, A30830219, A12766238, C********) nömrəli 100 mantlıq əskinaslardan ibarət ümumilkdə 700 manat pul baxış zamanı aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülməklə, həmin pullar maddi sübut qismində tanınaraq saxlanılması üçün Kürdəmir rayon polis şöbəsinin maliyyə bölməsinin depozitinə keçirilməsi üçün təhvil verilmişdir. (İ cild, i.v. 36-45) - “baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 özünün razılığı ilə “Samsunq J3” markalı mobil telefon götürülmüş və həmin telefon baxış keçirilən zaman telefonda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 müxtəlif mövzularda, eləcədə intim mövzuda mesajlar vardır, həmçinin Zərərçəkmiş şəxs aid lüt şəkillər vardır. Həmin mesajlar və fotoşəkillər skinşort edilərək, yəni 03 ədəd fotoşəkilləri çəkilərək cinayət işinə əlavə olunmuşdur. Niyməddin Poladovun telefonunda iş üçün əhəmiyyətli hal aşkar edilməmiş və telefon Təqsirləndirilən şəxs2 təhvil verilmişdir. (İ cild, i.v. 53-62; 69) - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1, Samirə Poldova və Təqsirləndirilən şəxs3 ilə olan audio danışıqlarını 02 ədəd diskə köçürərək təqdim etmiş və həmin disklər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülümüşdür. Həmin CD disklərə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, disklərə baxış zamanı müyyən olunmuşdur ki, İ diskdə 2 elektron fayl var, İ faylın üzərində “111”, İİ faylın üzərində isə “99999” rəqəmləri əks olunub. Zərərçəkmiş Zərərçəkmiş şəxs baxış zamanı bildirmışdir ki, üzərində “111” rəqəmləri əks olunan elektron faylda olan səsyazma onun atası X8 Təqsirləndirilən şəxs2 ilə olan audio danışıq səslərdir, həmin zaman atası X20 şəhərindən Təqsirləndirilən şəxs2 ilə danışarkən digər telefon vasitəsi ilə danışıqları qeydə almış və həmin danışıqları vatsap vasitəsi ilə ona göndərmişdir. “111” rəqəmləri yazılan faylı açdıqda müəyyən olunur ki, həmin telefonlarda bir qadın və bir kişi mübahisəli şəkildə söhbət aparır. Zərərçəkmiş şəxs dediyinə əsasən kişi səsi olan səs yazısı atası Elxan Eminova aiddir, qadın səsi isə Təqsirləndirilən şəxs2 məxsusdur. Həmin fayl 17 dəqiqə, 40 saniyədir. Kişi səsli, yəni Elxan adlı şəxs qadına bildirir ki, “mənim oğlum sənin qızına nə edib ki, ondan pul istəyirsiz?” qadın isə ona deyir ki,” mənim qızım qız uşağıdır, oğlun isə onu yoldan çıxarması nəticəsində qızım yenidən narkotikə düçar olub, onun müalicəsi üçün reabilitasiya mərkəzində 7800 manat pul lazımdır.” Elxan Maxsudov isə ona bildirir ki, “köməklik etmək ayrıdır, pul tələb etmək isə ayrıdır.” Sonra qadın yenidən israrla qızının müalicə olunması üçün 7800 manat pulu tələb edir. Kişi səsli şəxs (Elxan Eminov) təkrar olaraq qadına (Təqsirləndirilən şəxs2) sual verirki “mənim oğlum sizin qızınızı narkotikə öyrədibmi?” qadın isə bildirir ki, “öyrətməsə də qızımın yenidən narkotik vasitədən istifadə etməyinə səbəbkardır. ” Kişi (Elxan Eminov) isə ona deyir ki, “siz mənim oğlumu qorxudub 1500 manat pul almısız, hara gedib şikayət edirsizsə edin.” Qadın isə (Təqsirləndirilən şəxs2) israrla yenidən şikayət edəcəyini, DİN-nə gələcəkdə müxtəlif ərizələr yazacğını bildirir. Həmin yazıda Təqsirləndirilən şəxs2 israrla ümumilikdə 7800 manat pul tələb etməsi öz əksini tapır və həmin pul ödənmədiyi halda şikayət, eləcə də Zərərçəkmiş şəxs rüsvay edəcəyini bildirir. Elxan Maxsudov isə həmin qadına, yəni Təqsirləndirilən şəxs2 bildirir ki,”oğlumu tutdurmaq istəyirsənsə get tutdur, polis şöbəsinə gedirsənsə get işin avand olsun, sən mənim oğlumu tutdursan özün məsuliyyətdən kənar qalcaqsan ki ?” qadın isə (Təqsirləndirilən şəxs2) israrla 7800 manat pulu tələb etməyə davam edir. Diskə olan şəxslərin səslərini Zərərçəkmiş şəxs müəyyənlədirmişdir. İ diskin 2-ci faylında isə, yəni “99999” faylı isə açdıqda Emin Maxsudov bildirir ki, həmin faylda 08 iyul 2022-ci il tarixdə saat 17:30-radələrində Kürdəmir rayon Mərkəzi Xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 1500 manat pulu verərkən gizli şəkildə öz telefon vasitəsi ilə yazdığı audio səsdir. Həmin fayl 20 dəqiqə 43 saniyədir.Faylı açdıqda aşağıdakı audio yazı vardır. “Bir az qabağa sür yol boşdur, (xışıltı səsləri gəlir) yox ehtiyyac yoxdur” Təqsirləndirilən şəxs1 bildirir ki, “ele-belə söhbət edirik, sənin bizdən biraz olsada narahatçılığın varmı? Sən özün otur fikirləş, bunların yanında deyirəm ki, Niyaməddin məndən nəsə alıb, alacağımı dayınla hesablaşmışam, dayından aldığım 2000 manat puldan 1000 manat pulu 2 ay içərisində bizim yol pulumuzdur, 2 ayın içərisində hər həftədə 50 manat bizim xərcimizdir, fikirləşərsənki Niyaməddin bizdən pulu alıb harasa xərcləyir, mənlə bir dəfə məktəbə gedib gələrsən, ondan sonra mənim nə çəkdiyimi görərsən. Səndən aldığım pul uşağın dərman pullarıdır, Niyaməddin əgər pis adam olsaydı, narahat olsaydı mən anavın, nənəvin hətta kəndivizə gələrkən elə adam tapdım ki, qonşular belə bilməsinki biz sizin evinizə niyə görə gəlmişik. Bu işə görə lazım olsaydı mən sənə deyərdim ki, get ev al, lakin namusuma görə heçnə satmamışam, Təqsirləndirilən şəxs3 göstərək bax dayana bilmir, mən onu siqaretdən ayıra bilmirəm, hər şey göz qabağındadır, mən sənə maşın gətizdirərdim, nə desən eləyərdim, fikirləşdim ki bəlkə sən gələrsən, lakin sən gəlmədin. Mənim ayağım hazırda ağrıyır, qolumda bilmirəm nə var nə yox, o Qaxlıdı, Zaqataladı kimdi bilmirəm, ona qarşı elə bir hərəkət edərdim ki, elə başına oyun açardım ki, özüm bilirəm.” Qadın səsi ilə (Təqsirləndirilən şəxs2) deyir ki, “o Qaxlı deyibki mən heçnə bilmirəm, Maxsud mənə heçnə deməmişdir. “ Təqsirləndirilən şəxs1 bildirir ki, “kimsə kondisionerin altında durub, kənarda dayanaraq özünə güvənməsin.” Təqsirləndirilən şəxs3 isə bildirir ki, “dokturun adamı var, Şirinin sayəsində olub hər şey.” Bundan sonra Təqsirləndirilən şəxs2 bildirir ki, “bu qaynımdır, qaynım olmasaydı, bu qız öləcəkdi, sənə demişdim vaxtında ailə qur, bu qızı mən ölümdən qaytardım, nənəsi ağır şəkər xəstəsidir, öldüölümdən qayıtdı, səhəri günü qardaşımın nəvəsinin toyu idi, gəlnimiz zəng elədi dediki, toya Ayşən gəlməsin, biz biyabır olmuşuq” Bundan sonra Təqsirləndirilən şəxs1 bildirir ki, “ mən bu qızı yatızdırsam bu binada, ayda 1300 manat mənə pul lazımdır, imkanın olmadığım üçün məcbur olub maşınımı satmalıyam, mənim belə problemim var, gəlin bunu topalaşıb həll edək, polisə versəm bunun axırı necə olacaq bilirsəndə?”. Təqsirləndirilən şəxs2 bildirir ki, “mənim Niyaməddinin və uşağımın başına bir oyun gəlsə mən biləcəm ki, bunu Şirinlə sən etmisən, Şirin bizi hədələməsin.” Sonra Təqsirləndirilən şəxs1 deyirki “bizi hədələməsin, mənim belə sakit durmağıma baxmayın.” Sonra Təqsirləndirilən şəxs2 deyir ki, “mən şantaj eləmirəm, burda namus məsələsidir, şəkillər var, biz biyabır olmuşuq.” Sonra Təqsirləndirilən şəxs1 bildirir ki, “mən 29 günündən sonra sizə yol axtarırdım ki, sizə necə gəlim ki, sənin qapına niyə gəldiyimi heç kim bilməsin, mən xəcalət çəkirəm, anana da demişəmki mən bura helə-belə gəlmişəm, mənim qolum və ayağım bu vəziyyətdə olsa da , mən şikayətçi deyiləm, mənim qolum sınıb.” Zərərçəkmiş şəxs bildirir ki, “gəl xəstəxanaya müayinə etdirim, hətda yaxın qohumlarıvıda müayinə etdirməyə hazıram.” Təqsirləndirilən şəxs1 bildirir ki, ” mən bu pulu aldıqdan sonra iki aydan sonra ola bilər ki, sənə zəng edib, 50-100 manat miqdarında dərman üçün pul lazım olmasını deyərəm.” Bundan sonra Zərərçəkmiş şəxs xışıltı səsi ilə sayla nəsə sayıb, 1500 manat pul olmasını bildirdikdə Təqsirləndirilən şəxs1 deyir ki, “pulu mənə yox Samirəyə ver.” Sonra isə Zərərçəkmiş şəxs deyir ki, “ bu söhbət artıq bitdi.” Təqsirləndirilən şəxs1 isə bildirir ki, “mən söz verdimsə deməli bitdi, ola bilər ki, bu ayda yox, gələn ayda yox, o biri ayda 50-100 manat pul lazım olsa səni narahat edəcəyəm.” Zərərçəkmiş şəxs yenidən bu söhbətə qayıtmamasını onlardan xahiş edir və deyir ki “50-100 manat hətda 150 manat köməklik edə bilər.” Bundan sonra Təqsirləndirilən şəxs3 deyir ki, “ ürəyim bulandı.” Təqsirləndirilən şəxs1 isə bildirir ki, “gedirik.” Daha sonra Təqsirləndirilən şəxs1 bildirir ki, “mən sənin üçün Şəki sovqatı gətirəcəyəm.” Diskə olan şəxslərin səslərini Zərərçəkmiş şəxs müəyyənlədirmişdi. Diskin digər yazılarında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müalicə olunması üçün hər ayda namus-qeyrət məsələsini irəliyə sürərək Zərərçəkmiş şəxs 7800 manat pulu tələb etməsi öz əksini tapır. İİ disk açıldıqda içərisində “700” yazılan elektron fayl var idi. Diskin 20 dəqiqə 38 saniyə olması müəyyən olunub. Həmin diskdə 2 nəfər kişi və bir qadının səsi əks olunub. Zərərçəkmiş şəxs dediklərinə əsasən kişi səslərindən biri onun, digəri isə Təqsirləndirilən şəxs1, qadın səsi isə Təqsirləndirilən şəxs2 məxsusdur. Diskə qulaq asdıqda aşağıdakı mətn müəyyən olunub. Zərərçəkmiş şəxs -içəməyə nəsə istəyirsiz? Gəlin oturaq bu arada. Təqsirləndirilən şəxs1-Burda nə varki, çıxaq gedək üzü o tərəfə, nə var nə məcburdur, olmamışıq bu kafedə, mən bunları Bakıdan gətirəndə hətda kafenin həyətinə düşürmürəm, mən belə bir adamam. Zərərçəkmiş şəxs –mən özümə arxayınam, araxayın olmasaydım deməzdim Təqsirləndirilən şəxs1-Başqa şey fikirləşmirəm, bax bu zonaya sürəcəm, hara desən sürəcəyəm. Zərərçəkmiş şəxs –mənim üçün fərq etmir, hara istəyirsən sür. Kənardan Təqsirləndirilən şəxs2 aydın olmayan səsi eşidilir. Zərərçəkmiş şəxs -sür Ağsu yoluna hara istəyirsən gedək. Ayşən haradadır, Təqsirləndirilən şəxs1- Canım üçün Ayşəni gətirməmişik, sonra and içir, axşamda Ayşəni götürüb gedəcəyik. Həmin qadının telefonun sənə verim, ola bilər ki Ayşən bir aya yox, iki aya düzələr. Sonra isə avtomobillə hərəkət olunması hiss olunur. Avtomobildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkidlə Ayşənin müalicəsi üçün Zərərçəkmiş şəxs pul tələb edir, Zərərçəkmiş şəxs avtomobili kölgədə saxlamasını deyərək bildirir ki, “bu konvertin içərisində 700 manat pul var, bu pulu streslə tapmışam, qalan 600 manat pulu tapmamışam.” Sonra Zərərçəkmiş şəxs Niyaməddinə bildirir ki, “kartın varsa ora ataram.” Təqsirləndirilən şəxs1 isə deyir ki, “bu iş bizim aramızda həll olub, sabah hara desən gəlib, pulun qalan hissəsini götürərəm.” Zərərçəkmiş şəxs pulu Təqsirləndirilən şəxs2 verib deyir ki, “qoy çantana” Bundan sonra Təqsirləndirilən şəxs1 bildirir ki, yenədə pulu tələb edərkən Təqsirləndirilən şəxs2 yoldaşı barəsində danışır və deyir ki, “bunun yoldaşın görsən, mənim ölənlərimə rəhmət edərsən, bunun yoldaşı tam başqadır.” Təqsirləndirilən şəxs2 isə bildirir ki, “biz yalan danışmırıq, müalicəyə xeyli pul lazımdır.” Sonra Təqsirləndirilən şəxs1 deyir ki, “Təqsirləndirilən şəxs3 müalicə olunarkən 1500 manat lazımdır, 100 manat siqaretidir, 100 manat isə bir aylıq yeyib-içməyidir, 1300 manat isə müalicənin köçürmə puludur” Təqsirləndirilən şəxs2 deyir ki, “mən uşağımın sağalmağını istəyirəm.” Təqsirləndirilən şəxs1 Samirənin dediklərini təsdiq edir, yenidən Təqsirləndirilən şəxs1 deyir ki, “ o biri ay yenidən köməklik edərsən? ” Zərərçəkmiş şəxs daha sonra bildirir ki, “mən üzərimə düşəni edəcəm, lakin siz deyən məbləği verə bilmirəm.” Sonra sagollaşıb ayrılırlar, gələcəkdə biri-biriləri ilə çay içib söhbət etməkləri barədə razılaşırlar. Diskə olan şəxslərin səslərini Zərərçəkmiş şəxs müəyyənlədirmişdir. (İ cild, i.v. 70-71; İİ cild, i.v. 46-49) -“avtomobilə baxış keçirilməsi və götürmə” haqqında 13 avqust 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi 90- ES- 987 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 avtomobilin arxa oturacağının altından sellofan torbada olan pul kisəsini təqdim edərək həmin kisədə qardaşı Kamal Poladova məxsus 12.500 manat pul olduğunu bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. (İ cild, i.v. 91-93; 102-103) - “maddi sübut qismində tanıma haqqında” 19 avqust 2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 700 manat pul və istifadə etdiyi “Samsung J3” markalı mobil telefon maddi sübut kimi tanınmış, pullar saxlanılması üçün Kürdəmir RPŞ-nin maliyyə bölməsinin depozitinə, telefon isə RPŞ-nin əşyların saxlandığı anbara təhvil verilməsi qərara alınmışdır. (İ cild, i.v. 118-119) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 129-130 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 150-151) -Kürdəmir Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 4(041)-80/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 avqust 2022-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 168-169) - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi 90-ES- 987 dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Rauf Poladova təhvil verilmişdir. (İ cild, i.v. 182-184) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( İ cild, i.v. 185-186; 208) -Kürdəmir Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 4(041)-93/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş və müddəti 20 avqust 2022-ci il tarixdən hesablanan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (İ cild, i.v. 211-213) -Kürdəmir rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 4(041)-116/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatət təmin edilməmişdir. (İ cild, i.v. 244-246) - 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 247-250) - 18 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X9 yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində tanınmışdır. (İİ cild, i.v. 24-25) - “ibtidai istintaq müddətinin uzadılması barədə” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay olmaqla, 19 mart 2023-cü il tarixdək uzadılmışdır.(İİ cild, i.v. 35-36) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmədiyindən cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 87-90) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 39 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmədiyindən cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür. Hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 91-94) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 40 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Onda şəxsiyyətin dissosial pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntilarınm beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi aşkar olunsa da, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 95-99) - Ambulator məcburi narkoloji-tibbi yoxlamanın 29 yanvar 2023-cü il tarixli, 157 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 99) - Kürdəmir RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədirləri nəticəsində Kürdəmir rayonu Muradxan kəndində Şahid5 idarə etdiyi Ford markalı avtomobillə həmin kənd sakini Təqsirləndirilən şəxs1 ümumiyyətlə vurmamışdır, hadisədən sonra sonuncu tam sərbəst şəkildə özünü idarə edərək kənddə olmuş, eləcə də taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evin həyətində yıxılaraq “sağ dirsək mil sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı” kimi xəsarətlər almış və həmin gün saat 17:13-də qeyd edilən diaqnozla Kürdəmir RMX-ya daxil olmuşdur. Material üzrə Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdə yaşadığı evin həyətində yıxılmasını öz izahatı ilə təsdiq etmişdir. (İİ cild, i.v. 100-105) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.1-ci maddəsindən həmin Məcəllənin 170.3, 182.2.1,182.2.2 və 182.2.4-cü maddələrinə tövsüf olunaraq onlara həmin maddələrlə, Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası CM-nin 182.2.1,182.2.2 və 182.2.4-cü maddələri ittiham elan edilməsi qərara alınmışdır. (İİ cild, i.v. 106-108) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1,182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 112-114) - 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 129-132; 135) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1,182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 142-144) - 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 157-160; 163) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( İİ cild, i.v. 170-172; 191-195 ) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Emin Maxsudovdan hər hansı məbləğdə pul tələb etməmələri, Emin Maxsudovun könüllü olaraq Təqsirləndirilən şəxs3 müalicəsi üçün pul verdiyini və Emin Maxsudovu çılpaq fotoşəkillərini və “WhatsApp” yazışmalarını yaymaqla hədələmədiklərini, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmamış şəxs Təqsirləndirilən şəxs3 cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etmədiklərini bildirmələri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, müvafiq disklərə baxış keçirilməsi protokolu və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, eləcə də müqavilə üzrə müdafiəçisinin işitrakı ilə verdiyi növbəti ifadələrində Zərərçəkmiş şəxs fotoşəkillərini onun qohumlarına göstərdiklərini, Maxsud barədə şikayət edəcəklərini, bunun olmaması üçün Təqsirləndirilən şəxs3 müalicə edilməsi üçün pul lazım olmasını bildirmiş və Zərərçəkmiş şəxs və qohumlarından pul tələb etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Kürdəmir rayonu, Muradxanlı kəndinə 29 may 2022-ci il tarixdə gecə saatlarında gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 evdə mübahisə yaradıb evdən çıxmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ayşəni evdən çıxmağa qoymamış və həmin vaxt da Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs münasibətləri aşkar olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 müxtəlif mövzularda mesajlar yazdığını və çılpaq fotoşəkillər göndərdiyini görmüşlər. Lakin həmin vaxt müvafiq orqanlara şikayət etmək hüquqlarından istifadə etməyərək Zərərçəkmiş şəxs valideyinlərini axtarmağa başlamış və Kürdəmir rayonu Yenikənd sakini Vaqif adlı şəxsin vasitəsi isə Maxsudun dayısı Şahid2la danışmış və təqsirləndirilən şəxslər üçü də 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs nənəsi evinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid3, Şahid4 və Zərərçəkmiş şəxs, eləcə də Şahid1 ifadələrində bildirmişlər ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçü onların evinə gəlmiş, Təqsirləndirilən şəxs1 Maxsudun şəkillərini və mesajlarını onlara göstərmiş, Maxsudun Ayşəni narkotikə təhrik etdiyini bildirib onun müalicəsi üçün çəkdiyi xərclərin qaytarılmasını və eləcə də müalicəsi üçün lazım olan pulun ödənilməsini tələb etmişlər, əks halda isə Zərərçəkmiş şəxs fotoşəkillərini və mesajlarını internet vasitəsi ilə yayacaqlarını, onu rüsvay edəcəklərini və barəsində polisə şikayət edəcəklərini bildirmişlər. Həmin evdə olan söhbətlər zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aktiv söhbətlər etmiş, Təqsirləndirilən şəxs3 isə söhbətlərdə iştirak etməsə də anası və əmisinin dedikləri ilə razı olduğunu bildirb, həmin şəxslərin tələblərinə və fikirlərinə hər hansı etiraz etməmişdir. Yuxarıda qeyd edilən hallar ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi və müvafiq qaydada götürülərək baxış keçirilmiş iki ədəd CD diskdə olan səs yazıları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı da tədqiq edilmiş həmin CD diskdə olan danışıqların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla söhbət edərkən sonuncuya – “alacağımı dayınla hesablaşmışam, dayından aldığım 2000 manat puldan 1000 manat pulu 2 ay içərisində bizim yol pulumuzdur, 2 ayın içərisində hər həftədə 50 manat bizim xərcimizdir...), “bu işə görə lazım olsaydı mən sənə deyərdim ki, get ev al, lakin namusuma görə heçnə satmamışam”, “Mənim ayağım hazırda ağrıyır, qolumda bilmirəm nə var nə yox, o Qaxlıdı, Zaqataladı kimdi bilmirəm, ona qarşı elə bir hərəkət edərdim ki, elə başına oyun açardım ki, özüm bilirəm”, “mən bu pulu aldıqdan sonra iki aydan sonra ola bilər ki, sənə zəng edib, 50-100 manat miqdarında dərman üçün pul lazım olmasını deyərəm”, “mən söz verdimsə deməli bitdi, ola bilər ki, bu ayda yox, gələn ayda yox, o biri ayda 50-100 manat pul lazım olsa səni narahat edəcəyəm” kimi sözlər demişdir. Həmçinin diskdə olan digər fonoqramlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 müalicə olunması üçün hər ayda namus-qeyrət məsələsini irəliyə sürərək Zərərçəkmiş şəxs 7800 manat pulu tələb etməsi öz əksini tapır. Həmçinin qeyd edilən diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 anası və əmisi tərəfindən edilən söhbətərə və sonuncuların pul tələb etmələrinə hər hansı etiraz etməmiş, əksinə “dokturun adamı var, Şirinin sayəsində olub hər şey.” sözləri işlədərək həmin söhbətlərə müdaxilə etmişdir. Həmçinin Zərərçəkmiş şəxs da həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd etmişdir ki, Niyaməddin və Samirə ondan hədə-qorxu yolu ilə pul tələb edərkən Təqsirləndirilən şəxs3 da onların yanında olmuş, həmin söhbətlərə hər hansı etiraz etməmiş, əksinə Təqsirləndirilən şəxs3 Niyaməddin və Samirənin dediklərini təsdiq etmiş, hətta sonuncu dəfə 03 avqust 2022-ci il tarixdə Kürdəmir RMX-da Niyaməddin və Samirə ondan pul tələb edərkən Ayşən də bildirmişdir ki, “sənə görə mən yenidən narkotikə qurşanmışam, mənim reablitasiya mərkəzində 6 aylıq müalicəmə 7.800 manat pul lazımdır, mən sənə keçərdim, lakin sənə görə narkotik istifadə etməyə başladığım üçün sənə keçmirəm və müalicəmi tam etməlisən.” Bundan əlavə cinayət işi materiallarına əlvə edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzdə qeyd edilmişdir ki, “Mən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aid olan şəkil, yazışma və səs yazılarını pul qarşılığında silməsinə və bir daha bu işin təkrarlanmasına dair sənədləri imzalıyıram”.Həmin qəbzin aşağı və yuxarı hissələrində göy rəngli əlyazma və kompyuter vasitəsi ilə yazılan yazılara vardır. Həmin qəbzin aşağı hissəsində imza yazılan yerdə 02 ədəd biri-birindən seçilən müxtəlif imzalar, “xx.xx.2022 ***-***-**-** Niyaməddin” sözləri yazılan yazı əks olunur. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında 2000 manat pul verərkən sonunculardan qəbz almış, eləcə də həmin şəxslər 02 vərəqədə şəxsiyyət vəsiqələrinin sürətlərini könüllü olaraq təqdim etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 10 avqust 2022-ci il tarixdə saxlanılarkən özünün razılığı ilə “Samsung J3” markalı mobil telefonu götürülmüş və həmin telefona baxış keçirilən zaman telefonda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs3 müxtəlif mövzularda, eləcədə intim mövzuda mesajlar olması, həmçinin Zərərçəkmiş şəxs aid çılpaq şəkillər olması müəyyən edilmişdir. Məhkəmə tərkibi həmin fotoşəkillərlə bağlı bu halı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs arasında mesajları və sonuncunun çılpaq fotoşəkillərini 29 may 2022-ci il tarixdə əldə etməsinə baxmayaraq həmin mesajları və fotoşəkilləri saxlanıldığı vaxtadək, yəni 10 avqsut 2022-ci il tarixdək istifadəsində olan mobil telefondan silmədən saxlaması onun və digər təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs həmin məlumatlardan istifadə etməklə hədə-qorxu vasitəsi ilə pul tələb etmək niyyətlərinin olmasını bir daha təsdiq edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldıqları pulların Təqsirləndirilən şəxs3 müalicəsinə sərf etdiklərini bildirsələr də həmin müalicələrin aparılması ilə bağlı hər hansı qəbz təqdim edə bilməmişlər, eləcə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 hansı səbəbdən könüllü şəkildə müalicəsini öz öhdəsinə götürməsinin səbəbini izah edə bilməmişlər. Göründüyü kimi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmələri və Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs3 yenidən narkotik maddələrdən istifadə etməsinə təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə təkrar narkotik maddələrdən istifadə etməsi nəticəsində narkoloji xəstəliyə düçar olması ilə əlaqədar müalicəsinə xərclər lazım olduğunu bildirərək vahid niyyətlə Zərərçəkmiş şəxs 26 iyun 2022-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında Şahid2 vasitəsi ilə 2000 manat, daha sonra eyni niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 17.30 radələrində Kürdəmir şəhəri X14 küçəsində yerləşən Kürdəmir Rayon Mərkəzi xəstəxanasının qarşısında, Zərərçəkmiş şəxs 1500 manat pul vəsaitini almaları, daha sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs tərəfindən yenidən narkotik maddələrdən istifadə etməsinə təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə təkrar narkotik maddələrdən istifadə etməsi nəticəsində narkoloji xəstəliyə düçar olması ilə əlaqədar müalicəsinə 6 ay ərzində, hər ayda 1300 manat olmaqla ümumilikdə 7800 manat pul lazım olduğunu əsaslar gətirib xeyli miqdarda, yəni 7800 manat pulu Zərərçəkmiş şəxs vahid niyyətlə hədə-qorxu ilə tələb etmişlər, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə, saat 11.30 radələrində İmişli-Kürdəmir-Ağsu avtomobil yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisindən keçən hissəsində, həmin pulun 700 manatını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə almaları əməllərində Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrinin tərkib əlamətləri vardır. Göründüyü kimi, təqsirləndirilən şəxslər - Niyamddəin Poladov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı hadisə barədə, törətdikləri əməllər barədə ətraflı ifadələr vermiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadələrində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif etdikləri müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrində (Zərərçəkmiş şəxs hər hansı halla hədələmədikləri, sonuncunun könüllü şəkildə Təqsirləndirilən şəxs3 müalicəsi üçün pul verdiyini bildirmələri) yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş və şahid ifadələri və CD diskdə olan səs yazıları ilə müqayisəli şəkildə tədqiq edərək təqsirləndirilən şəxslər - Niyamddəin Poladov , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özlərini müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin xeyli miqdarda – əmlak əldə etmək niyyətlərini zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə törətmələri həyat keçirilməsi qəbul edilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələrində göstərdikləri kimi, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə xeyli miqdarda əməlak əldə etmə əməllərində Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həm də Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilmiş, lakin təqsirləndirilən şəxslərin qeyd olunan əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif edilməsi üçün hədə-qorxu ilə tələb etmə cinayət əməlinin (Cinayət Məcəlləsinin 182-ci maddəsi) tövsifi, tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə məsuliyyət nəzərdə tutulmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, cinayət qanunvericiliyində cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Maddi tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli Plennum qərarının 6-cı bəndinə əsasən rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Bundan əlavə rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Həm cinayət işi materialları həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs çılpaq şəkillərini və intim mövzuda yazılmış mesajlarını yaymaq hədəsi ilə, yəni Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə ondan Təqsirləndirilən şəxs3 müalicə edilməsi bəhanəsi ilə pul tələb etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi olaraq təqsirləndirlən şəxslər və onların müdafiəçiləri təqsirləndirlən şəxslərdə olan fotoşəkillərdə Zərərçəkmiş şəxs üzünün görünmədiyini bildirərək həmin şəxsə qarşı hədə-qorxu gəlmədiklərini bildirsələr də məhkəmə istintaqı zamanı və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş üzü görünmədiyi halda belə barəsində qeyd edilən söhbətlərin yayılmasını, yazışmalarının və fotoşəkillərinin yayılmasının onun üçün arzuolunmaz olduğunu, həmin halların tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirlən şəxslərin hədələri ilə onlara 2 halda tələb etdikləri maddi vəsaiti tam, 1 halda isə tələb etdikləri maddi vəsaitini bir hissəsini verməsi həqiqətən də onun tərəfindən qeyd edilən məlumatların yayılmasını istəmədiyi məlumatlar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Plennum Qərarının 5-ci bəndinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədəqorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Təqsirləndirlən şəxslərin qeyd olunan əməllərini təhlil edən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs əmlakın hədə-qorxu ilə tələb edilməsindən əvvəl Təqsirləndirilən şəxs3 bir-birilə yazışmalar aparan zaman Zərərçəkmiş şəxs ona göndərdiyi çılpaq şəkillərini və intim mövzuda mesajlarını silməməklə anası Təqsirləndirilən şəxs2 təqdim etmiş, Təqsirləndirilən şəxs2 isə həmin fotoşəkillərdən və mesajlardan hədə-qorxu vasitəsi kimi istifadə etməklə Zərərçəkmiş şəxs əmlak tələb etmə barədə niyyətini həyata keçirmək üçün qayını Təqsirləndirilən şəxs1 və qızı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Qeyd olunan şəxslər arasında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aid çılpaq fotoşəkilləri və intim mövzuda yazışmaları telefonda saxlayaraq sonuncuya və onun qohumlarına həmin məlumatları yayacaqları barədə hədələrini bildirmiş, əmlak əldə etməyə yönəlmiş niyyətlərinin bəhanəsi kimi Ayşən Poladovun narkomaniyadan müalicə olunmalı olması əsasını gətirmiş və aparılan söhbətlərdə Təqsirləndirilən şəxs3 da iştirakını təmin etməklə hədələrinin nə dərəcədə real və ciddi olduqlarını göstərmişlər, Təqsirləndirilən şəxs3 da anası və əmisinin dediklərini təsdiq etməklə zərərçəkmiş şəxs Emin Maxsudovun həqiqətən də onun narkotik istifadəsinə təhrik edilməsini bildirməklə, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs pul tələb edilməsinə hər hansı etiraz etməməklə əksinə pulun verilməsinin zərərçəkmiş şəxsin bir növ öhdəliyi olmasını təsdiq etməklə qeyd edilən cinayətin obyektiv cəhətinin iştirakçısı olmuşdur. Belə olan halda məhkəmə tərkibi bir daha bu qənaətə gəlir ki, təqsirləndirlən şəxslərin qeyd edilən əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.1-ci madddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli Plennum qərarının 3-1-ci bəndinə əsasən hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayət olduğundan təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Hədə-qorxu ilə tələb etmə, istər xeyli miqdarda əmlak əldə etmək (CM-in 182.2.3-cü maddəsi), istər külli miqdarda əmlak əldə etmək (CM-in 182.3.2-ci maddəsi), istərsə də xüsusilə külli miqdarda əmlak əldə etmək (CM-in 182.4-cü maddəsi) məqsədi ilə törədilmiş olsun, formal tərkibli cinayətlər olduğundan müvafiq məqsədin müəyyən edilməsi Cinayət Məcəlləsinin həmin maddələri ilə məsuliyyətin yaranması üçün kifayət edir və ziyanın real olaraq vurulması tələb olunmur. Bu zaman nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə isə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət işi materiallarından görünür ki, təqsirləndrilən şəxslər zərərçəkmiş şəxsdən birinci dəfə 2000 manat, ikinci dəfə 1500 manat məbləğində pul tələb edib almalarına baxmayaq üçüncü dəfə 7800 manat məbləğində pul vəsaitini tələb etmişlər. Qeyd edilən hal həm təqsirləndirlən şəxslər tərəfindən (təqsirləndirilən şəxslər həmin pulların onlara Zərərçəkmiş şəxs tərəfindən könüllü verildiyini və təklif edildiyini bildirmişlər), həm də zərərçəkmiş şəxs tərəfindən təsdiq edildiyi üçün qeyd edilən hal cinayət işi üzər mübahisəsiz haldır. Göründüyü kimi təqsirləndirilən şəxslər üçüncü dəfə Zərərçəkmiş şəxs 7800 manat məbləğində pul tələb etmələrinə, lakin öz iradələrindən asılı olmayan səbəblərdən 700 manat pul vəsaiti əldə etmələrinə baxmayaraq onların tələb etdiyi məbləğ 5000 manatdan yuxarı olduğundan təqsirləndərilən şəxslərin əməlləri düzgün olaraq həm də Azərbaycan Respublikası CM-in 182.2.4-cü madddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Plennum Qərarının 4-cü bəndinə əsasən bir və ya bir neçə şəxsə qarşı yönəlmiş əmlakı və yaxud ona olan hüququ və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini dəfələrlə tələb etmə, əgər bu tələblər vahid qəsdlə əhatə olunmuşsa və eyni bir əmlakın (eyni bir əmlaka olan hüququn) ələ keçirilməsinə, əmlak xarakteri daşıyan eyni bir hərəkətin yerinə yetirilməsinə yönəlmişsə, bu halda əməl təkrar hədə-qorxu ilə tələb etmə kimi tövsif edilə bilməz. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs pul tələb edərkən Təqsirləndirilən şəxs3 müalicəsini bəhanə etmişlər və həmin müalicəyə mütəmadi olaraq pul lazım olduğunu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səs yazıları olan diskə baxış zamanı sonuncuların - ” mən bu pulu aldıqdan sonra iki aydan sonra ola bilər ki, sənə zəng edib, 50-100 manat miqdarında dərman üçün pul lazım olmasını deyərəm” , “mən söz verdimsə deməli bitdi, ola bilər ki, bu ayda yox, gələn ayda yox, o biri ayda 50-100 manat pul lazım olsa səni narahat edəcəyəm” kimi ifadələri) bildirmələri bunu təsdiq edir ki, təqsirləndirlən şəxslərin qeyd edilən tələbləri vahid qəsdlə əhatə olunmaqla eyni bir əmlakın (Emin Maxsudovun əmlakının) ələ keçirilməsinə yönəldiyindən həmin şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən həm də Azərbaycan Respublikası CM-in 182.2.2-ci madddəsi ilə düzgün tövsif edilməmişdir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamdan da Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24” dekabr 2021-ci il tarixli 15 №-li Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiələri üçün gətirdikləri digər dəlil isə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 hər hansı cinayətkar fəaliyyətə cəlb etməmələrini bildirməsidir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi cinayət işinə əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilərək qiymətləndirilmiş yuxarıdakı sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsində yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxsin yetkinlik yaşına çatmayanı aldatma və vədlər vermək vasitəsilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan şəxs və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayətlərdir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan qızı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Bundan əlavə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan qardaşı qızı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Qeyd edilənlərə əsasən təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ana kimi xx xxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan qızı Təqsirləndirilən şəxs3 aldatma və vədlər vermək vasitəsilə cinayətkar qrupa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 da xx xxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan qardaşı qızı Təqsirləndirilən şəxs3 aldatma və vədlər vermək vasitəsilə cinayətkar qrupa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4cü maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə ittiham irəli sürməkdə haqlı olmuşdur. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əleyhlərinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onun müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1 və 182.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdikləri qismən etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindrilmş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid2, Şahid1 və Şahid5 ifadələri, “ təqdim edilmiş qəbzə baxış və götürmə aparılması haqqında” və “mobil telefona baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokollar və ona əlavə edilmiş fotoşəkillər və sənədlrə, “ CD diskdə olan səs yazılarına baxış keçirilməsi haqqında” 05 yanvar 2023-cü il tarixli tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış səs yazıları, digər istintaq hərəkəti protokolları və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış 07 ədəd nömrəli 100 mantlıq əskinaslardan ibarət ümumilkdə 700 manat pullar, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung J3” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung J3” markalı mobil telefondan skinşort vasitə ilə çəkilmiş 03 ədəd fotoşəkillər, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd CD disklər, 01 vərəqədə qəbz və 02 vərəqədə şəxsiyyət vəsiqələrinin kserosürətləri yəni, toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətmələri isə ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 38, 39 və 40 saylı rəyləri ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1 və 182.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə məhkum olunsa da məhkumluğu ödənilmişdir. (İ cild, i.v. 174; 176; İİ cild, i.v. 42) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (İ cild, i.v. 175) - Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Muradxan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 nümayəndəliyin Muradxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (İİ cild, i.v. 52-53) - Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Muradxan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 13 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 nümayəndəliyin Muradxan kəndində anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (İİ cild, i.v. 54-55) - Şəki şəhər İcra hakimiyyəti Başçısının 1nömrəli sahə İƏD üzrə nümayəndəliyindən verilmiş 11 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yaşayır, ailə tərkibi 1950-ci il təvəllüdlü anası və 2005-ci il təvəllüdlü qızından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (İİ cild, i.v. 56-58) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və zərərçəkmiş şəxslə barışıq əldə etmələri (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən) və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən) ilə bağlı cəzalarını yüngülləşdirən halların olduğunu, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki,ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində xüsusi ilə fəal iştirak etməsi qənaətinə gəlinmiş və bu hal Azərbaycan Respublikası CM-in 61.1.4-cü maddələrinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edilmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətin obyektiv cəhəti fəal hərəkətlərlə törədilməlidir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da onlara ittiham elan edilən əməli törətmələri üçün mütləq qaydada fəal hərkətlər etməlidirlər və buna görə də onlara müvafiq ittiham elan edilmişdir. Buna görə də həmin halın yenidən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması ədalətli hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə görə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Niyanəddin Poladovun əməllərində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Bundan əlavə məhkəmə tərkibi Təqsirləndirilən şəxs3 təyin ediləcək cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zərurui hesab edir. Belə ki, Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Habelə həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət törətdikdən sonrakı davranışlarını, yəni zərərçəkmiş şəxslə barışıq əldə etməsini (Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən) və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən), yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hazırki cinayət əməli törədilən zaman 17 yaşında olmaqla yetkinlik yaşına çatmamasını, cinayət törətməsində anası Təqsirləndirilən şəxs2 və əmisi Təqsirləndirilən şəxs1 ona olan təsirlərini, əməlindən peşman olmasını, bir ailədən iki nəfərin, yəni anası və əmisinin təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcəklərini, Təqsirləndirilən şəxs2 yeganə övladı olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və həmin hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan halları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, nəzərə alaraq Təqsirləndirilən şəxs3 münasibətdə cəzanı yüngülləşdirici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməlidir. Bu cəza ilə onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, eləcə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 03 ay 23 gün müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların həbs edildiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, onlar məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 yanvar 2023-cü il tarixli 40 saylı rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-nin maliyyə bölməsinin depozitinə keçirilmiş 07 ədəd (B03486359, C41440268, C03608955, C11665392, A30830219, A12766238, C********) nömrəli 100 mantlıq əskinaslardan ibarət ümumilkdə 700 manat pullar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung J3” markalı mobil telefonun ekranından çəkilmiş 03 ədəd fotoşəkillər, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd CD disklər, 01 vərəqədə qəbz və 02 vərəqədə şəxsiyyət vəsiqələrinin kserosurətləri iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung J3” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3nn təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak, eləcə də məhkəmə məsrəfi ( eksperti xərci) yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 avqust 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin təsiri altında olduğu 03 ay 23 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 08 (səkkiz) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 29 mart 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X12 göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 170.3, 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 29 mart 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X12 göndərilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il, 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi yəni, 29 mart 2024-cü il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X12 göndərilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-nin maliyyə bölməsinin depozitinə keçirilmiş 07 ədəd (B03486359, C41440268, C03608955, C11665392, A30830219, A12766238, C********) nömrəli 100 mantlıq əskinaslardan ibarət ümumilkdə 700 manat pullar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın, Təqsirləndirilən şəxs2 məxsus “Samsung J3” markalı mobil telefonun ekranından çəkilmiş 03 ədəd fotoşəkillər, Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd CD disklər , 01 vərəqədə qəbz və 02 vərəqədə şəxsiyyət vəsiqələrinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Kürdəmir RPŞ-nin Maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung J3” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar