Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-19/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxx 2002-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, dərzi köməkçisi işləyən, Masallı şəhəri, C.Cabbarlı küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 150.3.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 12:30 radələrində dərzi köməkçisi işlədiyi Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kamran moda evi” dərzi sexində olarkən anası Qanuni nümayəndə məxsus şalvarı götürmək üçün oraya gələn xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tək qalmasından istifadə edərək dərzi sexinin içərisində paltar dəyişmək üçün istifadə olunan digər otağa gedərək öz əynində olan şalvarının ön hissəsindəki zəncirbəndi açmaqla gərginləşmiş cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs həmin otağa anasına məxsus şalvarı seçmək bəhanəsi ilə aldadıb çağırmış, sonra sol əli ilə Zərərçəkmiş şəxs sağ bilək nahiyəsindən tutub zor tətbiq etməklə onu özünə tərəf sıxıb cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə sonuncunu qucaqlayaraq on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, zərərçəkmiş şəxsə sağ saidin aşağı 1/3-nin ön hissəsinə qançırla nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bir neçə ildir ki, Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kamran moda evi” dərzi dükanında dərzi köməkçisi işləyir. Zərərçəkmiş şəxs və onun anası Səbinəni bir müddətdir ki, tanıyır. Onlar əvvəllər işlədiyi dərzi dükanına gəlib öz paltarlarını düzəltdirirmişlər. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə anasına məxsus bir ədəd şalvarı işlədiyi dərzi dükanına gətirib ona verərək anasının həmin şalvarın rəngləməsini istədiyini demişdir. O, şalvarı Əsmadan götürmüş və şalvarın 2023-cü ilin oktyabr ayının sonunda hazır olacağını, həmin tarixdə gəlib təhvil ala biləcəyini demişdir. Bundan sonra Əsma dükandan getmişdir. Lakin o, həmin şalvarı rəngləməyi unutmuşdur. 31 oktyabr 2023-cü il tarixdə saat 12-13 radələrində Əsma yenidən dərzi dükanına gəlmiş, dükana daxil olub salam vermiş, həmin vaxt tanımadığı bir nəfər şəxs öz şalvarını düzəltdirmək üçün dükanda olmuşdur. O, həmin şəxsdən şalvarını alıb ona 10 dəqiqə sonra gəlib apara biləcəyini demiş və həmin şəxs dükandan çıxmışdır. Həmin vaxt Əsma anasının şalvarını götürüməyə gəldiyini, şalvarın hazır olub-olmadığını ondan soruşmuşdur. O, dükanın içərisində paltar dəyişmək üçün istifadə olunan otağa keçib Əsmanın anasının şalvarını axtarmışdır. Əsma da arxasınca həmin otağa gəlmişdir. O, şalvarın hazır olmadığını və işinin çox olduğunu görüb nəsə söyüş söymüşdür. Əsma onun əsəbi olduğunu və söyüş söydüyünü görüb ağlaya-ağlaya qaçıb getmişdir. Bir neçə dəqiqə sonra Əsma, anası və yanlarında olan Şahid1 dərzi dükanına gəlmişlər. Şahid1 dükana daxil olmuş, ona söymüş və daha sonra onu döyməyə başlamışdır. Daha sonra dərzi dükanına polis əməkdaşları gəlib onu Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Polislər onu şöbədə döymüşlər, təhqir etmişlər, Əsmaya sataşdığını demişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini, sadəcə Zərərçəkmiş şəxs dərzi dükanında onun yanında olduğu zaman kiminsə ünvanına söyüş söydüyünü göstərsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onların evləri Masallı şəhərində Heydər Əliyev prospektindəki «Kamran moda ev» dərzi sexinin yaxınlığında yerləşir. O bir neçə dədə həmin sexdə olmuşdur. 31oktyabr 2023-cü il tarixdə saat 12 radələrində məktəbdən çıxıb yaşadığı evə gəlmişdir. Həmin vaxt anası Səbinə və böyük bacısı evdə olmuşlar. Anası ona bir neçə gün əvvəl boyamaq üçün dərzi sexinə verdiyi şalvarını gedib dərzi sexindən götürməsini demişdir. O, məktəb paltarını dəyişdim və anasının şalvarını götürmək üçün “Kamran moda evi” dərzi sexinə getmişdir. Həmin sexin giriş qapısını açıb içəriyə daxil olmuşdur. Sexdə tanımadığı, adını sonradan bildiyi İmranın tikiş maşının arxasındakı stulda əyləşdiyini görmüşdür. Bir nəfər tanımadığı şəxsin İmranla şalvarla əlaqədar söhbət etdiyini görmüşdür. Sonra isə həmin şəxs dərzi sexindən getmiş, o sexdə İmranla təklifkdə qalmışdır. O, İmrana anasının boyana üçün verdiyi şalvarını götürməyə gəldiyini demişdir. İmran şalvarı gətirmək üçün oturduğu stuldan qalxaraq dərzi dükanının içərisində olan əlavə otağa keçmişdir. O, isə dükanın içərisində İmranı gözləməyə başlamışdır. Təxminən 1 dəqiqə sonra İmran ona «qızım, buraya gəl»-deyərək yanına çağırmışdır. O, İmranın olduğu otağa tərəf getmişdir. İmranın olduğu kiçik otağın qapısından baxanda İmranın əynində olan şalvarının və alt paltarının bir qədər aşağı çəkilmiş vəziyyətdə olduğunu və İmranın cinsiyyət orqanının göründüyünü, sağ və sol əllərində isə iki ədəd şalvar tutduğunu görmüşdür. O, İmranın hansı səbəbdən belə etdiyini başa düşməyib bir qədər geriyə çəkilmişdir. İmran əllərində olan şalvarlardan hansının onun anasına məxsus olduğunu soruşmuş və ona yaxınlaşmasını demişdir. O, şalvarları dəqiq baxmaq üçün qapıdan içəriyə girib bir qədər İmrana yaxınlaşmış və ona sağ əlində tutduğu şalvarın anasına məxsus olmasını demişdir.. Bu zaman İmran əlindəki şalvarları divarda olan asılqana asmış və sağ əli ilə cəld şəkildə onun sağ qolunun bilək nahiyəsindən tutmuş, ona «buraya gəl qızım»deyərək onu özünə tərəf çəkib qucamışdır. O, İmranın nə etmək istədiyini başa düşüb qışqıraraq onu buraxmasını demişdir. O, İmranın əlindən çıxmaq üçün əlini dartaraq uzaqlaşmağa çalışmış və İmranın əlindən çıxıb cəld həyəcanlı bir şəkildə qaçaraq dükandan çıxıb yaşadığı binaya getmişdir. Daha sonra binanın ikinci mərtəbəsində yerləşən yaşadığı evə daxil olmuşdur. Həmin vaxt artıq evdən çıxmağa hazırlaşan anasını görüb ağlayaraq dərzi dükanında İmranın ona qarşı etdiyi hərəkətləri barədə, İmranın şalvarını, alt paltarlarını aşağı çəkdiyini onu tutub qucaqladığını, ona qarşı əxlaqsız hərəkətlər etməyə çalışdığını bildirmişdir. Anası bunu eşidərək onunla birlikdə dərhal evdən çıxıb aşağıya enmiş, mobil telefonla DİN-nin «102» zəng xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin vaxt orada olan tanımadığı, adını sonradan bildiyi Allahşükür onun ağladığını görüb onlara yaxınlaşmışdır. Anası Allahşükürə baş vermiş hadisəni danışmışdır. O da həmin şəxsə dərzinin ona qarşı etdiyi hərəkətlər barədə danışmışdır. Bundan sonra Allahşükür dərzi sexinə daxil olub İmrana öz iradını bildirmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Masallı Rayon Polis Şöbğəsinə aparmışlar. Orada anası ərizə yazmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Qanuni nümayəndə göstərdi ki, Masallı şəhərində övladları ilə birlikdə yaşayır. “Kamran moda evi” dərzi dükanı onların evlərinin yaxınlığında yerləşir. Müxtəlif vapxtlarda paltarlarını düzəltdirməık üçün həımin sexdəki dərizilərə vermişlər. 23 oktyabr 2023-cü il tarixdə özünə məxsus şalvarı boyatmaq üçün qızı Əsmanın vasitəsi ilə dərzi sexinə göndərmişdir. Qızı Əsma xx.xx.2023-cü il tarixdə saat 12 radələrində dərsdən evə gəlmişdir. O, qızı Əsmaya dərzi sexinə gedərək şalvarını gətirməsini tapşırmışdır. Əsma bir neçə dəqiqə ərzində əynində olan məktəbli formasını dəyişdikdən sonra evdən çıxmışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra evin qapısının açıldığını və Əsmanın ağlayaraq evə daxil olduğunu görmüşdür. Əsmadan nə baş verdiyini soruşduqda Əsma ona bildirmişdir ki, dərzi dükanında olan İmran adlı dərzi ilə təklikdə olduğu vaxt dərzi şalvarını və alt paltarlarını aşağı salmış, onu yanına çağırmış və sağ biləyindən tutaraq onu özünə tərəf çəkmiş və onu qucaqlamış, ona qarşı əxlaqsız hərəkətlər etmişdir. Bundan sonra o, mobil telefonu ilə DİN-nin «102» zəng xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə həmin dərzi dükanına gedib dükanın qapısının qarşısında dayanıb pəncərədən İmran adlı dərzi köməkçisinin içəridə olduğunu görmüş, İmranın dükandan qaçıb gedə biləcəyini düşənərək qapının qarşısında dayanmıdır. Həmin vaxt yaxınlıqda olan Allahşükür onlara yaxınlaşmışdır. O və qızı Əsma hadisə barədə Allahşükürə məlumat vermişlər. Allahşükür dərzi dükanına daxil olub İmrana iradını bildirmişdir. İmran peşman olduğunu bildirib ondan haqqında şikayətçi olmamasını xahiş etmişdir. Lakin bir müddət sonra hadisə yerinə gələn polis əməkdaşları onları Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Orada o, ərizə ilə müraciət edib İmran adlı şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Masallı rayonu Xıl kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri H.Əliyev prospektində olduğu zaman həmin prospektdə yerləşən “Kamran moda evi” dərzi sexinin qarşısında bir nəfər qadının və bir nəfər azyaşlı qız uşağının ağladıqlarını görmüşdür. Həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Qızın anası Qanuni nümayəndə “Kamran moda evi” dərzi sexində işləyən dərzi köməkçisinin qızı Əsmaya qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Əsma ağlamaqda davam etmişdir. O, Səbinədən polisə məlumat verib-vermədiyini soruşduqda Səbinə artıq «102» xidmətinə zəng etdiyini ona bildirmişdir. O, dərzi sexinə daxil olmuş və həmin vaxt adının sonradan İmran olduğunu bildiyi dərzi köməkçisi sexin içərisində olmuşdur. O, sexə daxil olub İmrandan dərzi sexində işləyən ustası Mehmanı soruşduqda İmran bir anda ona tərəf yaxınlaşıb ağlayaraq yalvarmağa başlamışdır. O, İmrandan qapıda dayanan qadının dediklərinin həqiqətə uyğun olub-olmadığını soruşan zaman İmran ona, uşağa qarşı bir səhv etdiyini, əməlindən peşman olduğunu, sexin qapısında dayanan qadının və yanında olan qızın onu bağışlaması üçün xahiş etdiyini bildirmişdir. O, isə İmrana öz iradımı bildirib ustası Mehmana zəng edib hadisə barədə məlumat verməsini, məsələnin ona aid olmadığını, hadisə ilə bağlı qadından üzrxahlıq etməsini istəmişdir. Lakin bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və o, oradan uzaqlaşıb öz iş yerinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs döyməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X5 göstərdi ki, Masallı şəhşəri H.Əliyev prospektində yerləşən «Kamran moda evi» dərzi dükanı ilə bir binada yerləşən ətriyyat dükanında işləyir. Dərzi sexində işləyən Təqsirləndirilən şəxs tanıyır, onunla dostluğu, düşmənçiliyi olmamışdır. Əvvəllər Qanuni nümayəndə və ya onun qızı Zərərçəkmiş şəxs tanımamışdır. İş yerində dərzi dükanı ilə ətriyyat dükanı arasında barı alçipandandır. Barı ensiz olduğundan insanlar dərzi dykanında ucadan danışdıqda onların səsləri ətriyyat dükanında eşidilir. O, 31 oktyabr 2023-cü il tarixdə ətriyyat dükanında işdə olmuşdur. Həmin gün dərzi tərəfdə hər hansı səs-küy eşitməmişdir. Həmin gün saat 13 radələrində dükanın qarşısında səs-küy eşidib həyətə çıxdıqda orada bir neçə nəfər şəxslərin səs-küy saldığını, dərzi İmran ilə mübahisə etdiyiklərini görmüşdür. Bundan az sonra oraya bir neçə nəfər mülki geyimdə və polis formasında olan polis işçiləri gəlmiş və İmranı özləri ilə aparmışlar. Şahid X2 məhkəmə istintaqında verdiyi ifadəsində göstərdi ki, Masallı şəhərində yerləşən «Kamran moda evi» dərzi sexində işləyən Təqsirləndirilən şəxs onun köməkçisidir. 31 oktyabr 2023-cü il tarixdə günorta saatlarında özü Şirvan şəhərində olduğu zaman Təqsirləndirilən şəxs ona zəng etmişdir. O, Təqsirləndirilən şəxs zənginə zavab verməmiş və özü onun telefonuna zəng etmişdir. Telefona Allahşükür adlı şəxs zavab vermişdir. Allahşükür ona Təqsirləndirilən şəxs dərzi sexinə gələn azyaşlı uşağa qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. O, telefonu Təqsirləndirilən şəxs verməsini demişdir. Təqsirləndirilən şəxs nə baş verməsini soruşduqda Təqsirləndirilən şəxs səhv etdiyini bildirmişdir. Onun işi olduğuna görə Masallıya axşam gəlmişdir. Artıq Təqsirləndirilən şəxs görməmişdir. Lakin Allahşükürlə görüşmüşdür. Allahşükür dərzi sexinin qarşasından keçəndə səs-küy eşitdiyini və azyaşlı qızın ağladığını görərək sexə daxil olduğun, İmranı tənbeh və vurduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Masallı şəhərində Heydər Əliyev prospektində yerləşən «Kamran moda evi» dərzi sexini və həmin sexdə dərzi işləyən Mehmanı tanıyır. Lakin orada dərzi işləyən Təqsirləndirilən şəxs tanımamışdır. 31 oktyabr 2023-cü il tarixdə o, həmin dərzi sexinin yanından keçəndə Masallı Rayon Polis Şöbəsinin müstəntiqi Eminbəyli Elturanın dərzi sexinin qarşısında olduğunu görmüşdür. Müstəntiq Eminbəyəli ona həmin sexə baxış keçirəcəyini bildirmiş və ondan baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O da onunla razılaşmışdır. Həmin vaxt demişlər ki, sexdə təcavüz olunmuşdur. Hazırda məhkəmə iclasında gördüyü qadın, yəni təcavüz olunan uşağın anası da orada olmuşdur. Ondan başqa da hal şahidi olmuşdur. Müstəntiq sexin içinə baxanda o sexə girməmiş, pilləkanın üstündə durmuşdur. Ancaq sexin içi görünmüş, müstəntiqin nə hərəkətlər etməsini görmüşdür. Müstəntiq sexin daxilində fotoşəkillər çəkmişdir. Həmin gün onlar hadisə yerindən rayon polis şöbəsinə getmişlər. Orada müstəntiq protokol tərtib etmiş və onlar protokola miza etmişlər. Hazırda ona məhkəmə iclasında təqdim olunan protokolda iğzası özünə məxsusdur. Məhkəmə istintaqında şahid kimi dindirilən, hadisə yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş Şahid4 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Əliyeva X3 Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2023-cü il ta rixli ərizəsində xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Masallı şəhəri H.Əliyev prospektində yerləşən dərzi dükanında işləyən İmran adlı şəxsin onun xx.xx.2014-cü ildə doğulmuş qızı Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməklə əxlaqsız hərəkətlər etmsini göstərmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Masallı şəhəri H.Əliyev prospektində yerləşən «Kamran moda evi» dərzi günanıdır. Hadisə yerinə baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakteri zorakılıq hərəkətləri etdiyi yeri və şəraiti yerində göstərmişdir. Hadisə yeri olan Masallı şəhəri H.Əliyev prospektində yerləşən “Kamran moda evi” dərzi sexində quraşdırılmış təhlükəsizlik kamerası ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qeydə alınmış görüntülərin olduğu 02 ədəd CD disklərə baxış keçirilərkən birinci diskdə olan görnütlərdə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12:35 radələrində dərzi sexinə daxil olması, həmin vaxt Təqsirləndirilən şəxs sexdə olan stulda əyləşmiş vəziyyətdə bir nəfər müştəri ilə söhbət etməsi, həmin müştərinin dərzi sexini tərk etməsindən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla söhbət etməyə başlaması, bundan sonra Təqsirləndirilən şəxs sexdə yerləşən təhlükəsizlik kamerasının müşahidəsi altında olmayan otağa keçməsi, daha sonra Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs getdiyi istiqamətə hərəkət etməsi, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs getdiyi istiqamətdən sürətli şəkildə qaçaraq uzaqlaşması və dərzi sexindən çıxması müəyyən edilir. İkinci diskdə olan görüntülərdə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində “Kamran moda evi” dərzi sexində olması, həmin vaxt Masallı rayonu Xıl kənd sakini Şahid1 Təqsirləndirilən şəxs İsmyıl oğlu ilə dərzi sexinin daxilində söhbət etməsi, daha sonra Zərərçəkmiş şəxs və anası Qanuni nümayəndə dərzi sexinin giriş qapısının çölündə dayanmaları müəyyən edilir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1046 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ saidin aşağı 1/3-nin ön hissəsinin qançırı müəyyən olunmuşdur. Həmin xəsarət bərk, küt əşyanın təsirindən törənmiş, törənmə müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1068 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 11/625 nömrəli rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hadisə zamanı qorxu ilə müşayiət olunan emosional gərginlik halı keçirmişdir. Onun fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır, əqli inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətləri qavramış, lakin həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. İş materiallarında olan AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X6 xx xxxxxx 2014-cü il tarixdə anadan olmaqla hadisənin baş verdiyi 31 oktyabr 2023-cü il tarixdə on dörd yaşına çatmamışdır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır, ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində yaşayış yeri üzrə nümayəndəliyə hər hansı şikayətin daxil olmaması göstərilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək və zor tədbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs dərzi dükanında onunla birlikdə olduğu zaman işinin çox olması ilə bağlı nəsə söyüş söyməsi, Zərərçəkmiş şəxs onun söyüş söydüyünü görüb ağlaya-ağlaya qaçıb getməsi, ona qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etmək niyyətində olmaması və belə hərəkətləri etməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, faktiki olaraq 31 oktyabr 2023-cü il tarixdən polis şöbəsində saxlanılmaqla azalığın həmin vaxtdan məhdudlaşdırılması və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci 189 (yüz səksən doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Süleymanov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-19/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-19/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver