Məhkəmə qərarları › İş №1(099)-190/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-190/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-190/2024 25.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızında ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 29.462,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana (bundan sonra – qurudulmuş marixuana) əldə etmiş, aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 əldə etdikləri qurudulmuş marixuananın 7,99 qram hissəsini ayırıb 01 ədəd bükümdə olmaqla üzərində, qurudulmuş marixuananın 9,33 qram hissəsini ayırıb Təqsirləndirilən şəxs2 vermiş, əldə etdikləri narkotik vasitələrin qalan hissəsini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymaqla orada saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə saat 03:40-da Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində, Daşburun-Horadiz avtomobil yolunda saxlanılaraq Beyləqan RPŞ-nin inzibati binasına gətirilmiş, 29 mart 2023-cü il tarixdə saat 05:40-dan etibarən üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellefon bükümdə 7,99 qram çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellefon bükümdə 9,33 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 29 mart 2023-cü il tarixdə saat 07:50-dən etibarən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomibilə baxış keçirilən zaman avtomobilin yük hissəsindən 01 ədəd sintetik kisənin içərisində 15 ədəd sellefon torbada, ayrı-ayrılıqda təmiz çəkiləri- 995 qram, 945 qram, 955 qram, 890 qram, 975 qram, 435 qram, 525 qram, 505 qram, 540 qram, 545 qram, 2430 qram, 2045 qram, 2085 qram, 2180 qram və 560 qram olmaqla ümumilikdə külli miqdarda 16.610 qram çəkidə və 01 ədəd sintetik kisənin içərisində 13 ədəd sellefon torbada, ayrı-ayrılıqda təmiz çəkiləri 1020 qram, 940 qram, 890 qram, 1090 qram, 1110 qram, 950 qram, 1060 qram, 950 qram, 1025 qram, 930 qram, 1050 qram, 845 qram və 975 qram olmaqla ümumilikdə külli miqdarda 12.835 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rafiq Əhmədovun hazırkı cinayət işi üzrə heç bir günahı yoxdur. Həmçinin onun cibində marixuana olmamış, yalnız maşınında 29 kiloqrama qədər qurudulmuş marixuana olmuşdur. Ramil Yevlax rayonundan Bakı şəhərinə müştəri apardığından onu taksi sürücüsü kimi tanımışdır. Həmin narkotik vasitəni götürmək üçün gedərkən müştəri kimi Təqsirləndirilən şəxs2 maşınında olmuş, lakin Ramil onun narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsindən məlumatı olmamışdır. Tutulandan sonra Ramil bilmişdir ki, maşındakı narkotikdir. O, yolun kənarından narkotiki götürüb maşına qoyanda Ramil maşında yatmış vəziyyətdə olmuşdur. Beyləqan rayonu ərazisindən ittiham aktında yazılan qədər narkotik vasitə götürmək üçün getmiş və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Hacı” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayarkən sonuncu narkotik vasitə götürməyi ona demişdir. Tutulan gündən 2-3 ay əvvələdək “Hacı” adlı şəxslə danışmış, lakin sonuncu birinci dəfə idi ki, narkotik vasitə göndərmişdir. Həmin şəxslə yalnız özü danışmış, tutulana qədər “Hacı” ona narkotik göndərməmişdir. “Hacı” ona qurudulmuş marixuana göndərəcəyini demişdir. Həmçinin “Hacı” adlı şəxs göndərdiyi qurudulmuş marixuananı Beyləqandan götürüb Bakı şəhərinə qoymağı ona tapşırmış, qarşılığında ona narkotikin hər kiloqramına görə 400 manat pul verəcəyini bildirmişdir. Lakin iranlı şəxs ona qabaqcadan hər hansı pul verməmişdir. Narkotiki deyilən yerə qoyduqdan sonra pulu onun kartına köçürəcəkdilər. İranlı şəxslə bu razılaşması barədə taksi sürücüsü Təqsirləndirilən şəxs2 deməmişdir. Bir neçə dəfə taksi kimi Ramilin avtomobilindən istifadə etdiyindən ona müracitə edib Beyləqan rayonuna onu aparmasını xahiş etmişdir. Ramili tutulmamışdan bir il əvvəl tanımışdır. 28 mart 2023-cü il tarixdə günorta saatlarında Yevlax şəhərində olarkən telefon vasitəsi ilə Ramilə zəng edib onu Beyləqan rayonuna aparmasını xahiş etmiş, Ramil Bakı şəhərindən gəldiyini bildirmiş və onunla razılaşmışdır. Saat təxminən 17 radələrində Yevlax rayonundan Beyləqan rayonu istiqamətində yola çıxmışlar. İranlı şəxsin deməsinə görə Beyləqan rayonu Mil qəsəbəsi ərazisində yolun kənarında narkotik qoymuşdur. Həmin yolu əvvəllər getdiyindən tanımışdır. Həmin yerə hava qaralan vaxt çatmışlar. Həmin yerə çatdıqda Ramil maşını saxlamış, yorğun olduğundan yolun kənarında maşında yatmışdır. Ramil yatmamışdan qabaq o, maşından düşmüş , bir saat içində telefonla danışmış, maşından 20-30 metr aralıdan yolun kənarında qoyulmuş kisələri götürüb maşına yerləşdirmişdir. Narkotik vasitələr yolun kənarında kol-kosun içində olmuşdur. Kisələri maşının yük yerinə qoymuş, həmin vaxt isə Ramil yatmış vəziyyətdə olduğundan bunu görməmişdir. Narkotik kisələrini maşının yük yerinə qoyub həmin yük yerinin qapısını örtdükdən sonra maşına oturmuş, yük yerinin örtülmə səsinə Ramil yuxudan ayılmışdır. Buna görə də Ramildən maşını sürməsini istəmiş, Ramil isə “bəs nə oldu, qadın gələcəkdi, “veşləri” götürəcəkdik” demiş, o, isə həmin qadının gələsi olmadığını, yatdığı vaxt maşından düşüb “veşləri” götürdüyünü bildirib maşını sürməsini istəmişdir. Ramil maşını sürüb biraz getmiş, yolda polislər onların qarşılarını kəsib maşını saxlamışlar və onları polis şöbəsinə aparmışlar. Şöbədə Ramil maşında olanların narkotik olmasını bilmişdir. Onun üzərində 7 qramdan çox marixuana olmamışdır. İranlı şəxsin həmin narkotiki Beyləqan rayonu ərazisinə kimin vasitəsi ilə və nə vaxt qoydurmasını bilməmişdir. O, telefonla danışmamışdan əvvəl narkotiki həmin yerə qoymuşdular. Narkotiki götürmək üçün gözləməsinin səbəbi danışdığı iranlı şəxs olmuşdur. Yolun kənarına qoyulan narkotikin çəkisini iranlı şəxs əvvəlcədən ona demişdir. Arada bir “nəşə” çəkir. İbtidai istintaq zamanı ona fiziki zor tətbiq edilməmişdir. Əməlindən tam peşman deyildir. X10 aparmaq, oradan da Bakı şəhərinə getmək üçün Ramilə 200 manat pul verəcəyini bildirmişdir. Narkotik götürdüyü yerin ətrafında qəsəbə var, lakin həmin yol magistral yoldur, ətrafda evlər olmamışdır. Telefonla danışmaq adı ilə Ramildən magistral yolda maşını saxlamağını istəmişdir. Beyləqan rayonundan bir qadın və əşyalarını götürüb Bakı şəhərinə aparacağını Ramilə demişdir. Yolun kənarında olan narkotik vasitə olan kisələri götürüb maşının yük yerinə qoymuş, daha sonra maşına oturmuşdur. Bütün bunları polis əməkdaşlarına demişdir. Onu və Ramili Beyləqan rayonunda döyməmişlər, lakin “banditizmə” gətirildikdən sonra orada – Bakı şəhərində polis əməkdaşları onu döymüşlər. Onu döyərək Ramilin narkotik vasitədən xəbəri olmasını bildirməsini tələb etmişlər. Polis əməkdaşları onları 28 mart saat 21 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı son sözündə barəsində olan cinayət işində olan sübutların ziddiyyətli olması, bədəni üzərində xəsarətlər olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 29 və 30 mart 2023-cül tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, qurudulmuş marixuanadan istifadə edir. ***-***-**-** saylı nömrəni istifadə edir. Təqsirləndirilən şəxs2 ilə eyni rayondandır və asudə vaxtlarında görüşürlər. Təqsirləndirilən şəxs2 özünə məxsus “Mercedes Benz” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2 ay öncə “İnstagram” sosial şəbəkəsində bir nəfər İran İslam Respublikası vətəndaşı özünə yazıb ümumi tanışlıq yaratmışdır. Həmin şəxs özünü Hacı adı ilə təqdim etmişdir. Bundan sonra danışıq əsnasında “Hacı” ona ölkə ərazisinə narkotik vasitələr göndərdiyini və həmin narkotik vasitələri Beyləqan rayonundan götürüb onun bildirdiyi yerə qoyacağı halda narkotik vasitələrin hər kiloqramına görə 400 manat məbləğində pul verəcəyini söyləmişdir. O da Hacının təklifi ilə razılaşıb qeyd olunan yerə gedib narkotik vasitələri götürəcəyini söyləmişdir. Bu barədə tanışı Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Ramilə idarə etdiyi avtomobil ilə qeyd olunan ünvana gedib narkotik vasitələri götürüb sonradan müxtəlif ünvanlara qoyacaqları halda ona 2000 manat məbləğində pul verəcəyini söyləmişdir. 28 mart 2023cü il tarixdə Hacı onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb malın bu gün axşam saatlarında Beyləqan rayonu ərazisinə atılacağını söyləyib həmin ünvana gedib narkotik vasitələri götürməyini söyləmişdir. Elə həmin an Ramilə məlumat vermiş, Ramil də təklifi ilə razılaşmış və birlikdə Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində olan zaman avtomobili yolun kənarında saxlatmış, Ramilə yol kənarından narkotik vasitə olan torbaları götürəcəyini söyləmişdir. Avtomobildən düşüb 02 ədəd narıncı rəngli kisəni yol kənarından götürüb avtomobilin yük hissəsinə qoymuş, həmin yükün üzərindən götürdüyü bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı isə gödəkçəsinin cibinə qoymuşdur. Avtomobilə oturub Ramilə cəld şəkildə sürməyini söyləyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər ....................................................................................................... polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuş, həmin protokolu düzgün tərtib edildiyinə görə müdafiəçilərinin iştirakları ilə imzalamışlar. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir. Təqsirləndirilən şəxs2 narkotik vasitə barədə bildirməsi və ona 2000 manat pul vəd etməsi, eləcə də üzərində narkotik vasitə olması ilə bağlı yazılanları doğru deyildir, qalan ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı verdiyi ifadələrini oxumamış, lakin imza etmişdir. Yanında vəkili də olmuşdur. Aşkar olunmuş marixuana çəkilmiş, razı olduğu üçün ifadələrinə imza etmişdir. Həmçinin ona fiziki təzyiq edildiyi, çənəsin sındırdıqları üçün yazılanlara imza etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qəhrəmanı işi ilə bağlı tanımışdır. Belə ki, Bakı şəhərinə müştəri aparıb gətirmişdir. Qəhrəman ona zəng edib Beyləqan rayonuna gedib oradan da Bakıya aparılacaq “veş” olduğunu deyib maşın lazım olduğunu bildirmiş, o da taksi sürücüsü olduğu üçün Qəhrəmanla razılaşmışdır. 26 mart 2023-cü il tarixdə sinif yoldaşından maşını götürüb günorta saatlarında Qəhrəmanla birlikdə Beyləqan rayonuna getmişlər. Lakin Qəhrəmanın deməsinə görə həmin şəxs çıxmayıb, buna görə də geri qayıtmışlar. Belə ki, Qəhrəman ona boşanmış bir gəlini aparacağını bildirmişdir. Həmin vaxt Mil qəsəbəsinə getmiş və geri qayıtmışlar. Bundan iki gün sonra axşam saat 18 radələrində yenidən Qəhrəmanla birlikdə Beyləqan rayonuna getmişlər. Mil qəsəbəsinə çatdıqda Qəhrəman yolun kənarında saxlamağı ondan xahiş etmiş, o da maşını saxlamış, Qəhrəman da maşından düşüb telefonla danışmağa başlamışdır. Buna görə də o, maşının oturacağını açıb sükan arxasında mürgüləmiş və yuxuya getmişdir. Müəyyən qədər vaxt keçdikdən sonra ayılmış və Qəhərman ondan sürməsini istəmişdir. O, maşını sürüb hərəkət etmək istəyərkən polis əməkdaşları ona saxla işarəsi vermişlər və o, maşını saxlamışdır. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Üzərilərinə baxış keçirilərkən üzərindən qurudulmuş marixuana çıxmışdır. Lakin həmin yerə gələrkən üzərində marixuana olmuşdur. Maşına baxış keçirilərkən də yük yerindən içində narkotik olan kisələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş marixuananı qaraçılardan əldə etmişdir. Maşınında olan narkotik vasitədən isə məlumatı olmamış, polis əməkdaşları onları saxlayanda bilmişdir. Tutulmamışdan bir gün qabaq da Beyləqana gedib qayıtmışlar. İbtidai istintaq zamanı bir gün qabaq Beyləqan rayonuna getməklərini bildirməmişdir. Beyləqana getmək üçün Qəhrəman ona 200 manat pul verəcəkdi. Ondan bir dəfə Beyləqan rayonunda, bir dəfə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində ifadə almışlar. Beyləqan rayonunda verdiyi ifadəsini təsdiq edir. İlkin izahatında və şəxsi axtarış zamanı şifahi dediklərində narkotik vasitələrdən xəbəri olmadığını bildirmiş, lakin “banditizmə” gətirildikdən sonra ona təzyiq edildiyindən, döyüldüyündən həmin narkotik vasitələr barədə məlumatı olduğunu bildirmişdir. Bədənində olan xəsarətlər barədə istintaq təcridxanasında da bildirmiş, lakin həmin xəsarəti tutulmamışdan əvvəl aldığını bildirmişdir. Avtomobildə olan iki kisədən xəbəri olmamışdır. Onları 28 mart 2023-cü il tarixdə saat 21 radələrində saxlamışlar. Saxlanılarkən polis əməkdaşları onlara bir iki zərbə vursalar da Beyləqan RPŞ-də onlara qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Lakin Bakı şəhərində - “banditizm”də olarkən onlara qarşı fiziki zor tətbiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı son sözündə taksi sürücüsü kimi Beyləqan rayonuna getdiyini, narkotik vasitələrdən xəbəri olmadığını, himayəsində azyaşlı uşaqlarının olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 29 və 30 mart 2023-cül tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, qurudulmuş marixuanadan istifadə edir. “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub qazanc əldə edir. ***-***-**-** saylı nömrəni istifadə edir. Təqsirləndirilən şəxs1 ilə eyni rayondandır və asudə vaxtlarında görüşürlər. Narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir. Sonuncu dəfə qurudulmuş marixuanını Yevlax şəhəri ərazisində tanımadığı şəxsdən alıb istifadə etmək məqsədi ilə gödəkçəsinin cibinə qoymuşdur. 28 mart 2023-cü il tarixdə Yevlax şəhərində olan zaman Qəhrəman ilə görüşəndə sonuncu bildirmişdir ki, tanışı İran İslam Respublikası vətəndaşı Hacı adlı şəxs Beyləqan rayonu ərazisinə narkotik vasitə göndərəcəkdir. Onunla birlikdə gedib qeyd olunan narkotik vasitələri götürüb sonradan müxtəlif ünvanlara yerləşdirəcəkləri halda 2000 manat məbləğində pul verəcəyini söyləmişdir. Qəhrəmanın təklifi ilə razılaşmış və birlikdə Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində olan zaman avtomobili yolun kənarında saxlatmışdır. Qəhrəman yol kənarından narkotik vasitə olan torbaları götürəcəyini söyləmişdir. Avtomobildən düşüb 02 ədəd narıncı rəngli kisəni yol kənarından götürüb avtomobilin yük hissəsinə qoymuşdur. Avtomobilə oturub cəld şəkildə sürməyini söyləyən zaman mülki geyimli şəxslər yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Beyləqan RPŞ-yə gedəcəklərini söyləmişlər. Onlar da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları onlarla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə Beyləqan şəhərində yerləşən Beyləqan RPŞ-nin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında ................................ bağlama aşkar olunmuşdur. Həmin bağlamaların olduqları iki ədəd narıncı rəngli polietilen kisə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib olunmuşdur. Həmin protokolu düzgün tərtib edildiyinə görə müdafiəçilərinin iştirakları ilə imzalamışlar Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq etmir, həmin ifadələrini oxumadan və ailə üzvləri ilə, eləcə də döyüləcəyi ilə hədələndiyi üçün qorxduğundan imza etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumat daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə polis şöbəsindən çıxıb həmin gün Təqsirləndirilən şəxs1 olacağı Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. 29 mart 2023-cü il tarixdə saat 03 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yolun kənarında Təqsirləndirilən şəxs1 və yanında olan bir nəfər şəxs əməliyyat müşahidəsinə götürülmüş, az sonra həmin şəxslər tərəflərinən saxlanılaraq avtomobil ilə birlikdə Beyləqan RPŞ-yə gətirmişlər. Polis şöbəsində hər iki şəxsin üzərilərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmiş, həmin şəxslərin üzərilərindən və avtomobildən qururdulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Beyləqan rayonuna əməliyyatla bağlı iki nəfər getmişlər, qrup rəhbəri özü olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gecə saatlarında, asvalt yolun kənarında olarkən saxlamışlar. Həmin vaxt onların maşını dayanmışdı, həmin şəxslər isə maşının yanında olmuşlar. Həmin şəxslərin ikisi də maşından çöldə idilər. Həmin şəxslərdən Qəhrəmanı əvvəlcədən tanımışdır. Həmin şəxsləri saxlayarkən kisələr maşının yük yerində olmuşdur. Qəhərman Zamanov şifahi izahatında bildirmişdir ki, narkotik vasitələri iranlı şəxs göndərmiş və o da götürmüş və Bakı şəhərinə aparıb deyiləcək yerə qoyması müqabilində ona narkotik vasitənin hər kiloqramına görə 400 manat pul veriləcəyi vəd edilmişdir. Təqsirləndirilən şəxs2 da izahatında həmin narkotik vasitələri götürmək üçün gəldiyini bilmədiyini, lakin Qəhrəman narkotik vasitə götürərkən bu barədə məlumatının olduğunu bildirmişdir. Hər iki şəxsin üzərindən də qurudulmuş marixuana aşkar edilmişdir. Lakin Ramin demişdir ki, üzərindəki narkotiki başqa şəxsdən almışdır. Yük yerində iki kisədə iyirmidən çox büküm olmuşdur. Həmin bükümlərdə kəsik olub-olmamasını, həmin şəxslərin üzərilərində olan narkotik vasitələrin həmin bükümlərdən götürüb-götürməmələrini dəqiq bilmir. Qəhrəmanı məlumat daxil olduqdan sonra tanımışdır. Həmin narkotik vasitənin iranlı şəxs və ya başqa bir şəxs tərəfindən gətirilməsi barədə nəticə əldə edə bilməmişlər, bu barədə cinayət işi də ayrılmışdır. Həmin şəxslərin narkotik vasitəni haradan götürməsini dəqiq bilməmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Həmin şəxsləri saxlayıb Beyləqan RPŞ-gətirmişlər. Təhqiqatçı əvvəlcədən Beyləqan RPŞ-də olmuş, məlumatı olduğundan vəkili də dəvət etmişdir. Təqsirləndirilən şəxs2 da avtomobildən kənarda olmuşdur, sonuncunun avtomobilin içində olmasını bildirməsi yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələr təxminən 2 kisədə olmuş, bağlamaların sayı yadında qalmamışdır. Onlar yaxınlaşarkən Qəhrəman və Ramil avtomobilin kənarında olmuşlar, bağlamalar isə avtomobilin yerində olmuşdur. Həmin şəxslərə yaxınlaşarkən onlar qaçmağa cəhd etməmiş, onları Beyləqan RPŞ-yə gətirmişlər. Əməliyyatçı olmadığından hansı şəxs barəsində əməliyyat məlumatı daxil olmasını bilməmişdir. Həmin şəxsi gecə saatlarında saxlamışlar. Həmin şəxslərin üzərilərinə şəxsi axtarış keçirilərkən iştirak etmiş, həmin vaxt Qəhrəman bildirmişdir ki, narkotik vasitələri iranlı şəxs atdırıb və götürüb Bakı şəhərinə deyilən yerə qoyacaqlar və hər kiloqramına görə 400 manat pul alacaqlar. Bu zaman videoçəkiliş də çəkilmişdir. Həmin şəxsləri saxladıqları yerdə şərait olmadığından avtomobilə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs2 deməsinə görə Beyləqana gələnədək narkotik vasitələrdən məlumatı olmamış, lakin Qəhrəman narkotiki maşına qoyanda Ramilin xəbəri olmuşdur. Təqsirləndirilən şəxslər saxlanılarkən maşının içində olduğunu bildirmələri yalandır, onların hər ikisi maşından çöldə olmuşdur. Həm Qəhrəmanın, həm də Ramilin üzərində narkotik vasitə olmuşdur. Həmin şəxlərə qarşı hər hansı fiziki və ya psixi təzyiq edilməmişdir. Həmin şəxsləri əvvəlcədən tanımamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 28 mart 2023-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməsi barədə protokol və həmin istintaq hərəkəti zamanı sonuncuların şifahi ifadələrində bildirdikləri onlar barəsində şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilərkən narkotik vasitələri könüllü olaraq təqdim etdikləri, hər hansı hala etiraz etmədikləri müəyyən edilir. (i.v. 06-09; 45-49; 50-56) - “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 03:40-dan şübhəli şəxs qismində tutulmuşlar. (i.v. 19; 35 ) - “şəxsi axtarış və götürmə aparılması” haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə qurulmuş marixuanaya bənzər maddə, Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə qablaşdırılmaqla götürülmüşdür. (i.v 45-49) - “baxış və götürmə aparılması” haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən 01 ədəd narıncı rəngli kisədə 15 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd narıncı rəngli kisədə 13 ədəd sellefon bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v 49-56) - məhkəmə-bioloji ekspertizasının 29 mart 2023-cü il tarixli, 17/289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə,” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellefon bükümdə, təmiz çəkisi - 7,99 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellefon bükümdə, təmiz çəkisi - 9,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri... on beş ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 15 (on beş) ədəd sellefon torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 995 qram, 945 qram, 955 qram, 890 qram, 975 qram, 435 qram, 525 qram, 505 qram, 540 qram, 545 qram, 2430 qram, 2045 qram, 2085 qram, 2180 qram və 560 qram, ümumi çəkiləri - 16.610 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri.. on üç ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki 13 (on üç) ədəd sellefon torbalarda, ayrıayrılıqda təmiz çəkiləri - 1020 qram, 940 qram, 890 qram, 1090 qram, 1110 qram, 950 qram, 1060 qram, 950 qram, 1025 qram, 930 qram, 1050 qram, 845 qram və 975 qram, ümumi çəkiləri - 12835 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilən 02 ədəd sellefon bükümlərdə və ümumilikdə 28 ədəd sellefon torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. (i.v. 71-75) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 114-115) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 127-128) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 428/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 166-168) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 427/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 169-171) - “maddi sübut kimi tanıma haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş külli miqdarda 29.462,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq çəkisi 29.459,62 qram çəkidə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 176-178) - Beyləqan Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 5(020)-14/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. (i.v. 192-196) - “baxış keçirilməsi haqqında” 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 telefon danışıqları və ismarıclarının əks edildiyi 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. (i.v. 252) - ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1753 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 254-255) - ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1754 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Zamanov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 256-257) - 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 29462,32 qram çəkidə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilməsi faktına görə ayrıca icraat materialı ayrılması qərara alınmışdır. (i.v. 309-310) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçaların surətləri məhkəməyə daxil olmuş və baxış keçirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində olan 3321/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı alt çənə sümüyünün sol şaxəsində yerdəyişən sınıq (rentgeneloji) müşahidə edilmişdir. O, “sol çənə sümüyünün sol şaxəsinin yerdəyişən sınığı” diaqnozu ilə xx.xx.2023 - xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin müalicə müəssisəsində müayinə və müalicədə olmuşdur. Həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 barəsində olan 3322/2023 nömrəli tibbi kitabçasının surətindən görünür ki, bədəni üzərində köhnə çapıqlar qeyd olunmuş, həbs olunarkən zədə almadığını bildirmişdir. - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinə zamanı xəsarətlərin aşkar edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində ilkin yoxlama aparılmış, nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən döyülmələri barədə göstərdikləri dəlillər təsdiq olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələri götürmək üçün Beyləqan rayonuna getməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verməməsi, üzərində narkotik vasitə olmaması barədə, bundan əlavə digər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna müştəri kimi gətirməsi, sonuncunun narkotik vasitə götürmək üçün gəlməsindən məlumatının olmaması, narkotik vasitələr olan torbanı götürməməsi, polis əməkdaşlarının fiziki və psixi təzyiqlərinə görə bir-birilərinin əleyhinə ifadə vermələri barədə məhkəmə istintaqı zamanı verdikləri ifadələri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq törətdikləri cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən ifadələr özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. İbtidai istintaq materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı “Hacı” adlı şəxslə danışmış, sonuncunun təklifi ilə Beyləqan rayonu ərazisindən keçən magistral yolun kənarında gizlədilmiş narkotik vasitə barədə Təqsirləndirilən şəxs2 məlumat vermiş və həmin narkotik vasitəni götürüb Bakı şəhərinə aparmaq üçün ona 2000 manat pul verəcəyini vəd etmişdir. Həmçinin narkotik vasitəni deyilən yerə qoyduğu halda narkotik vasitənin hər kiloqramına görə iranlı şəxsin ona 400 manat verəcəyini bildirmişdir. Bu halı Təqsirləndirilən şəxs2 da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 iranlı şəxslə danışıqları və narkotik vasitə götürmək üçün getməsi barədə Təqsirləndirilən şəxs2 demədiyini, həmçinin üzərində də narkotik vasitə olmadığını bildirib qeyd edilənlər istisna olmaqla ibtidai istintaq zamanı verdiyi bütün ifadələrinin düzgün olduğunu qeyd etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 şəxsi istifadəsi üçün narkotik vasitə götürmək üçün Beyləqan rayonuna getməsini, ümumiyyətlə narkotik vasitə götürmədiyini, polis əməkdaşları tərəfindən ifadə verməyə məcbur edildiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqının əvvəlində, həm də məhkəmə istintaqının sonunda fərqli ifadələr vermişdir. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. - bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitələr barədə etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Lakin Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına köçürüldükdə bədəni üzərində xəsarətlər olmasını bildirsə də həmin fakt üzrə hər hansı şikayət etməmiş, lakin məhkəmə tərkibinin sorğusuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmalarını bildirmələri faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru tərəfindən təqdim edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə bildirmələri üzrə 20 may 2024-cü il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 da polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə hər hansı orqana şikayət etməmiş, istintaq təcridxanasına köçürüldükdə bədəni üzərində xəsarətlər aşkar edilməmiş, fiziki təzyiqə məruz qaldığını bildirməmiş, lakin barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalmasını bildirmiş və həmin fakt üzrə də yuxarıda qeyd edildiyi kimi 20 may 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarlardan isə nə təqsirləndirilən şəxslər, nə də onların müdafiəçiləri hazırkı dövrədək nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədikləri səsli nitqlərində onlara qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmişlər, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslər də saxlanılarkən və Beyləqan RPŞ-yə aparılıb orada üzərilərinə və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmiş, həmin vaxt verdikləri şifahi və yazılı izahatlarını öz iradələri əsasında verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı verdiyi şifahi izahtında şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə uyğun ifadə versə də həmin ifadələrdən fərqli olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 götürəcəyi yükün narkotik vasitə olduğunu əvvəlcədən demədiyini, lakin narkotik vasitəni götürərkən Təqsirləndirilən şəxs2 bu barədə danışdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 da şəxsi axtarış zamanı verdiyi şifahi izahatında Təqsirləndirilən şəxs1 götürəcəyi yükün narkotik vasitə olduğunu əvvəl bilmədiyini, narkotik vasitələri götürərkən bu barədə bildiyini bildirmişdir. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində isə narkotik vasitələrin daşınması barədə aralarında olan razılıqları və rol bölgüsü barədə ətraflı ifadələr vermişlər ki, məhkəmə tərkibi hesab edir ki, həmin şəxslərin ifadələri hazırkı cinayət işi üzrə işin faktiki hallarına tam uyğundur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra yox, Bakı şəhərinə - DİN-nin BMCMİ-yə gətirildikdən sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdikləri ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibitidai istintaqın sonlarında və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (ifadələrin yuxarıda qeyd edilən hissələrini) müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün Təqsirləndirilən şəxs2la razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq iran vətəndaşı olan Hacı adlı şəxsdən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yol kənarında 2 ədəd narıncı sellofan torbalardakı narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə razılaşmış, sonuncu rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin əldə edilməsi üçün idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs1 həmin əraziyə gətirmiş, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb narkotik vasitələri götürərək avtomobildə saxlamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə “şəxsi axtarış keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilməsi haqqında protokollar, onlara əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 29 mart 2023-cü il tarixli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (i.v. 247-248) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ARCM-in 178.2.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixli Amnistiya aktı ilə cəzadan azad edilmişdir. (i.v. 249-250) - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 4 saylı Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 212-214) - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, yaşayış yeri üzrə qismən müsbət səciyyələndirilir. Ailə tərkibi anası, və biri yetkinlik yaşına çatmayan olmaqla, 2 övladından ibarətdir. (i.v. 216-219) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan övladının olması ilə bağlı cəzanı yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 29 mart 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1753 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1754 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 34 manat 55 qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 29.459,62 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması və “avtomobilə baxış keçirilməsi” haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 29.459,62 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, “şəxsi axtarış və götürmə” aparılması və “avtomobilə baxış keçirilməsi” haqqında protokollara əlavə edilmiş 02 (iki) ədəd DVD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar