Məhkəmə qərarları › İş №1(099)-190/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-190/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-190/2025 17.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1977-ci ildə Cəlilabad rayonun Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonun Məmmədrzalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonun Sulutəpə qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1997-ci ildə Rusiya Federasiyası Dağıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonun Bala-Şürük kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan üzvləri tərəfindən iki ədəd kisədə qablaşdırılmış külli miqdarda-15200 qram narkotik vasitə olan qurudulmuş marixuananın və külli miqdarda-4035 qram narkotik vasitə olan tiryəkin Yardımlı rayonun Məlikli kəndinin ərazisində olan dağlıq sahədəki dərədə gizlədilməsi barədə məlumat verməsindən sonra qrup üzvlərinin arasında vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi “Honda İnsight” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Yardımlı rayonun Mirimli kəndinə gəlmiş, orada asfalt yolun kənarında Təqsirləndirilən şəxs1 avtomobildə gözləmiş və sonuncunun bilavasitə göstərişi ilə Təqsirləndirilən şəxs2 saat 16 radələrində Yardımlı rayonun Məlikli kəndinin ərazisində olan dağlıq sahədəki dərədə gizlədilmiş iki ədəd kisədə qablaşdırılmış külli miqdarda- 15200 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda-4035 qram narkotik vasitə olan tiryəki götürüb qrupun üzvlərinin əvvəlcədən razılaşdırılmış məqsədinə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb, daşıyaraq həmin kisələrdən birini Yardımlı rayonun Məlikli kəndinin ərazisinin, digərini isə Yardımlı rayonun Mirimli kəndinin ərazisində dağlıq sahədəki kolluqda gizlətmiş, daxil olmuş əməliyyat məlumatına əsasən Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Yardımlı rayonun Gendərə kəndinin ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Honda İnsıght” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanıldıqdan sonra həmin tarixdə saat 07:30 radələrində Yardımlı rayonun Məlikli kəndinin ərazisində yerləşən dərəyə baxış zamanı bir ədəd kisədə qablaşdırılmış, 04 ədəd bağlamalarda ayrıayrılıqda 1015 qram, 1005 qram, 1005 qram, 1010 qram olmaqla cəmi, külli miqdarda- 4035 qram narkotik vasitə olan tiryək və 10 ədəd bağlamada ayrı-ayrılıqda 1010 qram, 1960 qram, 1000 qram, 995 qram, 980 qram, 1040 qram, 975 qram, 555 qram, 980 qram, 990 qram olmaqla cəmi 10485,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin gün saat 08:25 radələrində Yardımlı rayonun Mirimli kəndinin ərazisində yerləşən kolluq sahəyə baxış zamanı bir ədəd kisədə qablaşdırılmış, 03 ədəd bağlamalarda ayrıayrılıqda 1465 qram, 1430 qram və 1820 qram olmaqla cəmi 4715 qram narkotik vasitə olan qurudulmuş marixuana (ümumi olaraq külli miqdarda-15200 qram narkotik vasitə olan qurudulmuş marixuana) aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, Cəlilabad rayonun Məmmədrzalı kəndində qeydiyyatda olsa da, Abşeron rayonun Sulutəpə qəsəbəsində nömrəsi olmayan fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, evlərdə fəhləlik etməklə ailəsini dolandırır, həm də ağır şəkər xəstəsi kimi 2-ci qrup (dərəcə) əlildir. Narkotik vasitələrin istifadəçisi deyil. Digər Təqsirləndirilən şəxs2 kürəkənidir. Hüseyn taksi sürücüsü kimi onunla Yardımlı rayonuna getmişdir. İranda “Sultan” adlı qohumu yaşayır və onunla əlaqələri vardır. Tutulmamışdan bir müddət əvvəl iranlı qohumu “Sultan” ona İrandan göndərəcəyi dərmanları dediyi yerdən, yəni Yardımlı rayonun Mirimli kəndinin ərazisində götürüb Yardımlıda “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığına qoymağı xahiş etmişdir. İranlı ona dərmanlar olan torbaların qoyulduğu yerin konumu-fotusunu da göndərmişdir. “Sultan” həmin dərmanları “Səid” adlı şəxs üçün göndərdiyini demişdir. O, “Səid” adlı şəxsi tanımamış, həmçinin özü də şəkər xəstəsi olduğu üçün əvvəllər İrana gedib müalicəsi üçün dərmanlar almışdır. Sonralar sərhədlər bağlandığı üçün İrana gedib dərman ala bilməmişdir. Qohumu “Sultan” göndərdiyi digər dərmanlarla bərabər, həm də ona şəkər xəstəliyi üçün də dərmanlar göndərmişdir. Bu səbəbdən o, kürəkəni Hüseynlə birlikdə həmin dərmanları götürmək niyyəti ilə 09 oktyabr 2024-cü il tarixdə Hüseynin maşını ilə Yardımlı rayonuna getmişlər. Dərmanları götürmək üçün Hüseynlə birlikdə üç dəfə Yardımlı rayonuna getmişlər, lakin iranlının dediyi yerdə dərmanları tapa bilməmişlər, axırıncı dəfə dərmanları götürmək üçün gedəndə polislər onları yolda tutmuşdur. Onlar maşında olarkən polislər onu və Hüseyni tutub Yardımlı RPŞ-nə aparmışlar. Bir neçə saatdan sonra polislər onun və Hüseynin iştirakı ilə Yardımlı rayonunda dağlıq ərazidə gizlədilmiş yerdən torbaları götürmüşlər. Polislər onların iştirakı ilə torbalara baxış keçirmişlər və həmin torbaların içərisindən dərmanlar, tiryək və marixuana aşkar olunmuşdur. O, torbaların içərisində narkotik maddələr olmasını bilməmiş, “Sultan” bu barədə ona heç nə deməmişdir. O, Hüseynlə birlikdə Yardımlıya narkotik maddələr götürmək üçün yox, içrisində dərmanlar olan torbanı götürmək üçün getmişdir. O, əvvəl torbalarda narkotik olmasını bilməmiş, lakin sonradan “Sultan” ona torbalarda dərman və narkotik vasitə olacağını demişdir. Hüseynin bundan məlumatı olmamış, ona iranlı qohumunun göndərdiyi dərmanları, o cümlədən özü üçün şəkər dərmanını götürmək üçün getdiyini demişdir. Götürəcəyi torbanın içərisində narkotik maddələrin olmasını Hüseyn bilməmiş, Hüseyn sadəcə sürücü kimi maşınla onu Yardımlıya aparmışdır. Həmçinin onun iranlı ilə razılaşması belə olmuşdur ki, o, deyildiyi yerdən içrərisində narkotik maddələr olan torbaları götürüb Yardımlıda “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığına qoyandan sonra İranlı ona 2500 manat pul verəcəkdir. İranlının konum atdığı yerə əvvəl üç dəfə getsə də, orada torbaları tapa bilməmiş, sonra 09 oktyabr 2024-cü il tarixdə, gündüz saat 15-16 radələrində Hüseynlə birlikdə həmin əraziyə getmişlər və o, maşında oturub gözləmiş, Hüseyn isə torbaların qoyulduğu yerə gedib konuma əsasən həmin yerə tapıb torbaları götürüb başqa bir yerə qoymuşdur ki, sonra oradan götürüb “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığına aparıb qoysunlar. Heseyn torbaları götürüb başqa bir yerə qoyub qayıdıb onun yanına gəlmiş və onlar maşınla geri qayıdarkən yolda polislər onları tutub Yardımlı RPŞ-nə aparılmışlar. Polis şöbəsində ona və Hüseynə qarşı təzyiqlər olmuş, polislər onu döymüşlər. Bir neçə saat polis şöbəsində saxlanılandan sonra o, etiraf etmişdir ki, Yardımlıya iranlı qohumunun göndərdiyi dərmanları götürmək üçün kürəkəni Hüseynlə birlikdə gəlmişdir. Bundan sonra polis əməkdaşları onu və Hüseyni torbaların qoyulduğu yerə aparmış, orada videoçəkilişlə Hüseyn torbaların yerini göstərmiş və polislər həmin iki ədəd torbaları gizlədildiyi yerdən götürmüşlər. Həmin iki ədəd torbaların içərisindən narkotik maddələr və dərmanlar aşkar olunmuşdur. İranlı ilə özü danışmış və iranlı onun mobil telefonuna konum göndərmişdir. Hüseyn iranlı ilə danışmamışdır. O, torbaların gizlədildiyi yerin konumu onun istifadəsində olan mobil telefona göndərilmiş və o, həmin telefonu Hüseynə vermişdir ki, telefonda olan konuma əsasən gedib torbaları tapıb götürsün. Hüseyn tutulan vaxtadək torbaların içərisində narkotik maddələr olmasını bilməmişdir. Əvvəlcə özü də torbaların içərisində narkotik maddələr olmasını bilməmiş, sonradan bilmişdir ki, torbalarda dərmanlardan başqa narkotik maddələr də vardır. O, torbalarda narkotik maddələr olmasını Hüseynə deməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin qohumu iranlının göndərdiyi içərisində narkotik maddələr və dərmanlar olan kisələri götürmək məqsədilə Yardımlı rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik maddəlr qəbul etmir, şəkər xəstəsidir. Təxminən iki ay əvvəl ayağı əməliyyat olunan vaxt əvvəllər tanıdığı İltifat adlı İran vətəndaşı ona zəng etmiş, sonra İltifat mobil telefon vasitəsi ilə qohumu Sultan adlı iranlı ilə onu tanış etmişdir. Sonra o, Sultanla vatsapla əlaqə saxlamağa başlamış və Sultan ona Yardımlı rayonun ərazisinə içərisində narkotik vasitə olan kisələr göndərəcəyini bildirib həmin narkotik maddələri gizlədildiyi yerdən götürüb Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığına aparmağı təklif etmiş, o isə səhhəti ilə bağlı bu təklifi qəbul etməmişdir. Tutulmamışdan təxminən 5-6 gün əvvəl Sultan vatsapla onunla əlaqə saxlayıb ona Yardımlı rayonun ərazisinə içərisində narkotik vasitələr olan kisələr qoyacağını, həmin bağlamaları oradan götürüb Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlı ziyarətgahın yaxınlığında gizlədərək şəklini və konumunu ona göndərməsini bildirmiş və bunun müqabilində ona 2500 manat pul verəcəyini təklif etmiş, həm də bu bağlamada şəkər xəstəliyi ilə əlaqədar dərmanlar olacağını da demiş, o da razılaşmışdır. 06 oktyabr 2024-cü il tarixdə Sultan vatsapla onunla əlaqə saxlayıb narkotik maddələri Yardımlı rayonu ərazisində gizlətdiyini bildirib həmin narkotik maddələri götürməyi ona tapşırmışdır. 07 oktyabr 2024-cü il tarixdə kürəkəni Təqsirləndirilən şəxs2 avtomobili xarab olduğu üçün motor aldığını və avtomobili təmir etdirmək üçün Lənkəran şəhərinə gedəcəyini demiş, o da Hüseynə onunla birlikdə getməyi, qızı və nəvəsini görmək istədiyini, həmçinin Cəlilabad rayonunda şəxsi işlərini görəcəyini bildirib onunla birlikdə getməyi təklif etmiş, Hüseyn razılaşmışdır. 07 oktyabr 2024-cü il tarixdə axşam saatlarında o, Hüseynlə birlikdə onun idarə etdiyi “Honda İnsıght” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna anasına məxsus evə gəlmişdir. Sonra o, Hüseynə Yardımlı rayonu ərazisinə gedib “Abu-dərdə” adlı ziyarətgahı ziyarət etmək istədiyini bildirib onu həmin yerə aparmasını xahiş etmiş, Hüseyn də idarə etdiyi avtomobillə onu Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlı ziyarətgahın yanına aparmışdır. O, ziyarətgahda olduqdan sonra Hüseynə Yardımlı rayonun Arus kəndində tanışı olduğunu, onunla görüşəcəyini bildirib ona asfalt yolun kənarında gözləməsini, həmin tanışı ilə görüşdükdən sonra geri qayıdacağını demiş, Hüseyn də razılaşmışdır. Dediyi yerə çatıb avtomobildən düşüb piyada getmiş, Hüseyn isə avtomobildə qalıb onu gözləmişdir. Sonra o, Sultanla vatsapla əlaqə saxlayıb ondan narkotik maddələri gizlətdiyi yerin konumunu göndərməsini demiş, az sonra Sultan da ona narkotik maddələrin gizlədildiyi yerin konumunu telefonuna göndərmiş, lakin konumdan başı çıxmadığı üçün narkotik maddələri tapa bilməmişdir. Sultan ona həmin yeri sözlə başa salsa da, yenə də o, həmin ərazini tanımadığı üçün narkotik maddələri tapa bilməmiş və 2-3 saat sonra geri qayıtmışdır. Sonra o və Hüseyn Lənkəran şəhərinə gedib həmin gün Hüseyngildə qalmışdır. Səhəri gün Hüseyn aldığı motoru Lənkəran şəhərində avtomobilini təmir edən ustaya vermişdir. O yenə də Hüseynə Cəlilabad rayonunda işlərinin olduğunu bildirib onu Cəlilabad rayonuna aparmasını xahiş etmiş, Hüseyn də onu idarə etdiyi avtomobillə Cəlilabad rayonuna gətirmiş, orada bir az olduqdan sonra Hüseynə onu Yardımlı rayonun Arus kəndinə aparmasını, orada tanış adamla yenidən görüşəcəyini demiş Hüseyn də onu Yardımlı rayonun Arus kəndinin yaxınlığına gətirmişdir. O, avtomobildən düşüb piyada Sultanın ona göndərdiyi konumla hərəkət etmək istəmiş, lakin yenə də konumdan başı çıxmadığı üçün bunu bacarmamışdır. Sonra o, Sultanla vatsapla əlaqə saxlamış və Sultan ona narkotik maddələri gizlətdiyi yeri sözlü başa salmağa çalışsa da, ərazini tanımadığı üçün narkotik maddələrin gizlədildiyi yeri tapa bilməmiş, həm də yorulduğu üçün 2-3 saatdan sonra geri qayıdıb avtomobilə əyləşib Hüseynə geri qayıtmalarını bildirmişdir. Hüseyn ondan iki gündür Yardımlı rayonuna gəlməsinin səbəbini təkidlə soruşmuş, o da Hüseynin şübhələndiyini görüb məcbur qalıb ona Yardımlı rayonuna narkotik maddələr götürmək üçün gəldiyini demişdir. Həmçinin Hüseynə konumdan başı çıxmadığı üçün iranlının gizlətdiyi narkotik maddələri tapa bilmədiyini, həmin narkotik maddələri tapıb ona təhvil verəcəyi təqdirdə avtomobilin təmiri üçün lazım olan puldan ona da verəcəyini demiş, Hüseyn də razılaşmışdır. Həmin gün Lənkəran şəhərinə Hüseynin evinə getmişlər. 09 oktyabr 2024-cü il tarixdə, saat 11 radələrində kürəkəni Hüseynin idarə etdiyi “Honda İnsıght” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yenə də Yardımlı rayonuna “Abu-dərdə” adlı ziyarətgahın yanına getmişlər. Orada özünə məxsus “Redmi 12C” markalı mobil telefonu Hüseynə verib iranlının ona göndərdiyi konumun telefonda olduğunu bildirib konumla hərəkət etməsini və içərisində narkotik maddələr olan kisələri tapıb ziyarətgahın yaxınlığına gətirməsini demişdir. Hüseyn də istifadəsində olan “KGTEL” markalı mobil telefonu əlaqə saxlamaq üçün ona verib avtomobildən düşüb piyada getmişd, o da avtomobili idarə edib Yardımlı rayonun Tahirli kəndi ərazisinə gəlib orada dayanıb Hüseyni gözləmişdir. Bir neçə saat sonra Hüseyn telefonla onunla əlaqə saxlayıb içərisində narkotik maddələr olan 2 ədəd kisəni tapdığını, lakin ağır olduğu üçün birini gətirə bilmədiyini və həmin kisəni götürdüyü yerdən bir az kənarda gizlətdiyini, digər kisəni isə özü ilə gətirdiyini bildirib avtomobildən düşdüyü yerə gəlməsini demiş, o da avtomobili idarə edib həmin yerə getmişdir. Həmin vaxt sərhədçilər onu görmüş, ondan orada olmasının səbəbini soruşmuş, o da heyvan axtardığını bildirmişdir. Həmin vaxt Hüseyn ona zəng vurub kisə ilə yaxınlaşdığını bildirmiş, o isə Hüseynə orada hərbiçilərin olduğunu, tutula biləcəklərini bildirib kisəni gizlətməsini tapşırmışdır. Az sonra Hüseyn ona kisəni gizlədib kəndin içərisinə getdiyini, həmin yerə gəlməsini demiş, o da avtomobili idarə edib kəndin içərisinə getmiş, Hüseyn ora gəlmişdir. Sonra Hüseyn avtomobilə əyləşib avtomobili idarə etməyə başlamış və onlar Cəlilabad rayonuna doğru hərəkət etmişlər. 10 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində onlar Yardımlı rayonun Gendərə kəndi ərazisində polislər tərəfindən saxlanılmışlar. Polislər onlara narkotik vasitələrin dövriyəsində şübhəli olduqları bildirilib onları Yardımlı RPŞ-nə aparmışlar. Onlar polis əməkdaşlarına narkotik maddə əldə etmədiklərini, Yardımlı rayonuna inək axtarmaq üçün gəldiklərini demişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, üzərində qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Axtarış zamanı üstündə olan bir ədəd “KGTEL” markalı mobil telefon polislər tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı ondan Yardımlı rayonuna gəlməsinin səbəbi soruşulmuş, o da polis əməkdaşlarına Yardımlı rayonuna narkotik maddə aparmaq üçün gəldiklərini, kürəkəni Hüseynin narkotik maddələri ərazidə gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu kürəkəni Hüseynlə birlikdə kisələrin gizlətdiyi yerə aparmış, orada Hüseyn gizlətdiyi yerlərdən kisələri götürüb polislərə təqdim etmişdir. Sonra polis əməkdaşları onun, Hüseynin və vəkillərin iştirakları ilə, həm də videoçəkilişlə kisələrə baxış keçirilmişdir. Baxış zamanı kisələrin içərisindən narkotik maddələr olan marixuana və tiryək, həm də dərman preparatları aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, İran vətəndaşı olan Sultan adlı şəxsin dediyi yerdən kisələri götürüb Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığında gizlətdikdən sonra İran vətəndaşının ona 2500 manat pul verəcəyini vəd etdiyini demişdir. Aşkar olunmuş narkotik maddələr və dərman preparatları qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində nə yazılmasını bilməmişdir. Hüseyn tutulan vaxtadək kisələrin içərisində narkotik maddələr olmasını bilməmişdir. Əvvəlcə özü də kisələrin içərisində narkotik maddələr olmasını bilməmiş, sonradan bilmişdir ki, kisələrdə dərmanlardan başqa narkotik maddələr də vardır. O, kisələrdə narkotik maddələr olmasını Hüseynə deməmiş, Hüseynə kisələrin içərisində dərman olmasını demişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış, bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin qohumu iranlının göndərdiyi içərisində narkotik maddələr və dərmanlar olan kisələri götürmək məqsədilə Yardımlı rayonuna getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonun Bala-Şürük kəndində yaşamış və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, ikinci Qarabağ müharibəsinin iştirakçısıdır və müharibədə iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Digər Təqsirləndirilən şəxs1 qayınatasıdır. Öz avtomobili nasaz olduğu üçün Bakı şəhərində başqa avtomobili icarəyə götürüb işləmiş, avtomobili isə təmir üçün Lənkəran şəhərində ustaya vermişdir. Bakı şəhərində avtomobilin təmiri ilə bağlı 09 oktyabr 2024-cü il tarixdə Lənkəran şəhərinə gedəcəyini qayınatası Ceyhuna demiş, qayınatası uşaqları görmək üçün onunla Lənkəran şəhərinə getmək istədiyini demiş və onlar birlikdə Bakıdan Lənkərana getmək üçün özünün idarə etdiyi avtomaşınla yola çıxmışlar. Yolda qayınatası Ceyhun Cəlilabad rayonunda işi olduğu üçün ora getmək istədiyini bildirmiş, o da avtomobili Cəlilabad rayonuna sürmüş, ora çatanda isə qayınatası Yardımlı rayonunda tanışı ilə görüşəcəyini bildirib Yardımlı rayonuna getmələrini demiş, o da razılaşıb avtomobili Yardımlı rayonu istiqamətində sürmüşdür. Yolboyu o, mobil telefonla avtomobil ustası ilə avtomobilin təmiri barədə danışmışdır. Yardımlı rayonu ərazisinə çatandan sonra qayınatası Ceyhun ona mobil telefonunu verib telefonda olan konuma əsasən həmin əraziyə qoyulmuş içərisində dərmanlar olan torbanı gedib götürməyi demiş, o da telefonda olan konuma əsasən Yardımlı rayonun tanımadığı kəndinin ərazisinə gedib oradan yükü tapıb götürmüşdür. Həmin yük çox ağır oldduğundan telefonda qayınatası ilə danışdıqdan sonra torbaları kolluq bir yerdə gizlətmişdir. Bundan sonra qayıdıb qayınatasının yanına gəlmiş və ondan bu ağır yükün nə olduğunu soruşmuş, qayınatası da torbaların içərsində dərmanlar olduğunu, sonra gəlib götürəcəyini demişdir. Sonra onlar avtomobillə geri qayıdarkən yolda polislər onları saxlayıb həmin əraziyə nəyə görə gəlmələrini soruşmuş, qayınatası Ceyhun da “inəkləri tapmaq üçün əraziyə gəlmişik” demiş, lakin polislər onlara “siz şübhəlisiniz” deyib onları Yardımlı RPŞ-nə aparmışlar. Polis şöbəsində ona qarşı təzyiqlər olaraq döyülmüş və onun qayınatası Ceyhunla birlikdə narkotik maddələr götürmək üçün gəldiyini deməyə məcbur edilmişdir. O, qayıtanasının dərmanlar götürmək üçün gəldiyini deməsini bildirib onun narkotik maddələr götürmək üçün gəlməsindən məlumatının olmadığını demiş, lakin polis əməkdaşları ona inanmamışlar. Bir neçə saat polis şöbəsində saxlandıqdan sonra polislər onu və qayınatası Ceyhunu tanımadığı kəndin ərazisinə, yəni onun yükü gizlətdiyi yerə aparmış, orada videoçəkiliş olmuş və o, polisləri torbaları gizlətdiyi yeri göstərmiş və həmin yerdən iki ədəd torba aşkar olunub götürülmüşdür. Polislər onun və qayınatasının iştirakı ilə, həm də videoçəkilişlə torbalara baxış keçirmiş və baxış zamanı torbaların içərisindən tanımadığı maddələr və dərmanlar aşkar olunmuşdur. Polis əməkdaşları həmin aşkar olunan kütlələrin narkotik maddələr olmasını bildirmişlər. Həmin vaxt orada qayınatası Ceyhun da etiraf etmişdir ki, torbaları ona İranda yaşayan qohumu dərman adı ilə göndərmişdir. Həmin vaxt o, bildirmişdir ki, qayınatası Ceyhun içərisində narkotik maddələr olan torbaları götürmək üçün onunla birlikdə Yardımlıya gəlmişdir. Qayınatası Ceyhun əvvəlki günlər ona narkotik barədə heç bir söz deməmiş, lakin iranlı qohumunun ona dərmanlar göndərəcəyini demiş, o da dərmanları gedib gömrükdən götürməsini desə də, qayınatası həmin dərmanlar gömrükdən buraxılmadığına görə gizli olaraq ona göndərildiyini bildirmişdir. İranlı ilə telefon danışıqlarını qayınatası aparmış, onun iranlı ilə telefon danışıgı olmamışdır. Mobil telefonda qalmış danışıq səsləri ona aid deyil, üzərində aşkar olunmuş həmin telefon qayınatasına məxsusdur və iranlı ilə danışığı da o, aparmışdır. İçərisində dərmanlar olan kisəni götürmək üçün dağlıq əraziyi o, tək getmiş, iranlı da onun dağlıq ərazidə olmasını bilmiş və o, kisələri tapa bilmədiyinə görə telefonda ona kisələri tapa bilmədiyini demişdir. Bu səbəbdən o, qayınatasının mobil telefon ilə iranlı ilə danışıb kisələrin qoyulduğu yerə dəqiqləşdirmiş, sonra telefonda olan konumdan da istifadə edib yükü tapmış və yük ağır olduğu üçün qayınatasının göstərişi ilə həmin yükü ərazidə başqa bir yerdə gizlətmişdir. Qayınatasının 2500 manat müqabilində içərisində narkotik maddələr olan kisələri götürmək üçün Yardımlıya gəlməsindən məlumatı olmamış, polis əməkdaşları onu döydükləri üçün o, videoçəkiliş zamanı bu barədə məlumatının olduğunu demişdir. Əslində isə onun bunlardan heç bir məlumatı olmamışdır. O, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olsa da, Lənkəran rayonun Bala-Şürük kəndində yaşamış və Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitələr istifadəçisi deyil. İdarə etdiyi avtomobil nasaz olduğu üçün həmin avtomobili Lənkəran şəhərində ustaya verdiyindən Bakı şəhərində “Honda İnsıght” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb idarə etməklə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lənkəran şəhərində işləyən usta avtomobilin motorunda problem olduğunu bildirib ona başqa motor almasını məsləhət gördüyündən o da da Bakı şəhərindən motor almışdır ki, Lənkəran şəhərinə aparıb ustaya versin ki, avtomobilini təmir etsin. O, Lənkəran şəhərinə getməsini qayınatası Ceyhuna demiş, qayınatası da ona uşaqları görmək üçün onunla Lənkəran şəhərinə getmək istədiyini demiş və onlar 07 oktyabr 2024-cü il tarixdə Bakı şəhərindən yola çıxmışlar. Yolda qayınatası Ceyhun Cəlilabad rayonunda işi olduğu dediyindən onlar Cəlilabad rayonuna gəlmiş və qaynatasının anasının yaşadığı evə getmişlər. Sonra qayınatası Ceyhun ona nəziri olduğu üçün Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlı ziyarətgaha gedəcəyini bildirib onu ora aparmasını xahiş etmiş, o da avtomobillə həmin ziyarətgahın yanına gəlmiş, orada qayınatası Ceyhun avtomobildən düşüb ziyarətgaha getmiş, az sonra ziyarətgahdan çıxıb onun yanına gəlib bir tanışı ilə görüşəcəyini bildirib onu Arus kəndinə aparmasını xahiş etmişdir. O, avtomobili Arus kəndinə sürüb asfalt yolun kənarında saxlamış, qayınatası avtomobildən düşüb getmiş, özü isə yorğun olduğu üçün 2-3 saat maşında yatmışdır. Saat 17-18 radələrində qayınatası ona zəng edib ziyarətgahın yanında olduğunu bildirmiş, o da həmin yerə gedib qayınatası Ceyhunu ziyarətgahın yanından götürüb Lənkəran şəhərinə getmişlər. 08 oktyabr 2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhərində motoru ustaya vermişdir. Həmin vaxt qayınatası Ceyhun ona şəxsi işi ilə bağlı yenidən Cəlilabad rayonuna getməli olduğunu bildirmiş və o, idarə etdiyi avtomobillə qayınatası Ceyhunu Cəlilabad rayonuna gətirmişdir. Qayınatası Ceyhun ona yenə Yardımlı rayonun Arus kəndinə getməli olduğunu bildirmişdir. Yardımlı rayonun Arus kəndinə çatdıqda qayınatası avtomobildən düşüb tanışı ilə görüşəcəyini deyib bilmədiyi istiqamətdə getmişdir. Qayınatası Ceyhun qayıtdıqdan sonra ondan şübhələnmiş və qayınatası Ceyhundan kənddə nə axtardığını soruşmuş, o da ona İran vətəndaşının kisələr gizlətdiyini, həmin kisələrdə narkotik maddələr və şəkər xəstəliyi ilə bağlı dərmanlar olduğunu, həmin kisələri axtardığını, lakin tapa bilmədiyini bildirmişdir. O, qayınatasına həmin kisələri tapa biləcəyini demiş, qayınatası da ona kisələri tapa biləcəyi təqdirdə xarab olmuş avtomobilinin təmiri üçün lazım olan pulda köməklik edəcəyini demiş, o da razılaşmışdır. Sonra onlar Lənkəran şəhərinə getmişlər və gecəni onlarda qalmışlar. 09 oktyabr 2024-cü il tarixdə onlar idarə etdiyi “Honda İnsıght” markalı, **-BO-*** qeydiyyat nişanlı avtomobillə Yardımlı rayonu ərazisində yerləşən “Abu-dərdə” adlı ziyarətgahın yanına getmişlər. Orada asfalt yoldan çıxıb torpaq yol ilə bir neçə yüz metr irəli doğru hərəkət edib orada avtomobili saxlamışdır. Qayınatası Ceyhun “Redmi 12C” markalı mobil telefonu ona vermiş, o da özündə olan “KGTEL” markalı mobil telefonu əlaqə saxlamaq üçün qayınatasına vermişdir. Qayınatasının verdiyi telefonda olan konuma baxaraq əraziyə getmiş, təxminən 2-3 saatdan sonra kisələri tapa bilmədiyi üçün qayınatasının telefonu ilə iranlıya səs göndərmiş, həm də olduğu yerin videosunu da çəkib ona göndərmişdir. İranlı da ona video göndərib kisələrin olduğu yeri göstərmişdir. 09 oktyabr 2024-cü il tarixdə saat 15-16 radələrində içərisində narkotik maddələr olan iki ədəd kisəni gizlədildiyi yerdən tapıb ikisini də gizlədildiyi yerdən götürüb təxminən 500-600 metr məsafə daşımış, lakin kisələr ağır olduğu üçün ikisini də apara bilməmişdir. Buna görə də məcbur qalıb kisələrdən birini həmin yerdəki dərədə kolların arasında gizlətmiş və bu yerin konumunu istifadəsində olan mobil nömrəsinin vastsapından digər mobil nömrəsinin vatsapına göndərmişdir. Digər bir az yüngül olan kisəni götürüb yoluna davam etmiş, təpəlik əraziləri keçə-keçə ziyarətgaha tərəf getmişdir. Yolda qayınatası ilə əlaqə saxlayıb kisələr ağır olduğu üçün birini yolda gizlətdiyini deyib yola davam etmişdir. Qaynatasının onu gözlədiyi yerə çatmağa az qalmış onun həmin yerdə olmadığını görüb zəng edib hara getdiyini soruşduqda qayınatası ona ərazidə hərbiçilərin olduğunu bildirib gətirdiyi kisəni gizlətməsini tapşırıb uyğun vaxtda gəlib götürəcəyini demişdir. Bundan sonra o, dərhal əlində olan kisəni kolun içərisində gizlətmiş, sonra cənub istiqamətində hərəkət edib yaxınlıqdakı kənddə olan “Tahirli” marketin qarşısına getmiş və qayınatasına gəlib onu oradan götürməsini demişdir. Qaynatası Ceyhun avtomobillə ora gəlmiş və bundan sonra o, avtomobili idarə edərək Cəlilabad rayonu istiqamtində hərəkət etmişlər. 10 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində yolda olarkən polis əməkdaşları onları saxlayıb narkotik vasitələrin dövriyəsində şübhəli olduqlarını bildirib onları Yardımlı RPŞ-nə gətirmişlər. Qayınatası polis əməkdaşlarına inək axtarmaq üçün gəldiklərini demiş və avtomobildə narkotik maddə olmadığını bildirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərində olan qaynatasına məxsus bir ədəd “Redmi 12C” və özünə məxsus bir ədəd “Redmi 13C” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı ondan Yardımlı rayonuna gəlməsinin səbəbi soruşulmuş, o da polis əməkdaşlarına Yardımlı rayonuna narkotik vasitə aparmaq üçün gəldiklərini, narkotik maddələri İran vətəndaşının gizlətdiyi yerdən götürdüyünü, sonra iki ədəd kisəni ayrı-ayrı ərazilərdə gizlətdiyini bildirmişdir. Sonra ondan götürülmüş telefonlara baxış keçirilmiş və telefonda İran vətəndaşının ona göndərdiyi səslər, onlarla danışıq aparmasının zəngləri və konum aşkar olunmuşdur. Ona narkotik maddələri gizlətdiyi yerləri təqdim etməsi təklif olunmuş, o da narkotik maddələri gizlətdiyi yerləri göstərə biləcəyini demişdir. Bundan sonra polis əməkdaşları onu və qayınatası Ceyhunu onun kisələri gizlətdiyi yerə aparmışlar və orada o, gizlətdiyi birinci kisəni gizlətdiyi yerdən götürüb polisləri təqdim etmişdir. Həmin kisəyə onların, polis əməkdaşları və vəkillərin iştirakları ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisindən narkotik vasitələr olan qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, şprislər və dərman preparatları aşkar olunmuşdur. Ondan bu kisəni haradan, kimdən və necə əldə etməsi soruşulmuş, o da “konum” vasitəsi ilə 2 ədəd kisəni götürdüyünü, bir ədəd kisənin hazırda təqdim etdiyi kisə olduğunu, digər kisəni isə özü ilə apararaq kəndin üzərində kolun yanında gizlətdiyini və həmin yeri də təqdim edəcəyini bildirmişdir. Qaynatası Təqsirləndirilən şəxs1 kisələrin orada olmasından necə məlumatının olması soruşulmuş, o da İran vətəndaşının ona kisəni oradan götürüb Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığında gizlətməsini dediyini və bunun müqabilində İran vətəndaşının ona 2500 manat pul verəcəyini demişdir. Aşkar olunmuş narkotik maddələr və dərman preparatları qablaşdırılıb polislər tərəfindən götürülmüşdür. Bundan sonra onlar gizlətdiyi ikinci kisənin olduğu yerə getmişlər və orada o, gizlətdiyi yerdən kisəni götürüb polislərə təqdim etmişdir. Sonra polis əməkdaşları onun, qayınatası Ceyhunun və vəkillərin iştirakları ilə həmin kisəyə baxış keçirilmişdir. Baxış zamanı kisənin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr qablaşdırılıb polislər tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri, habelə şəxsi axtarış və baxışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı polislərin təzyiqi altında ifadə vermiş, həmin ifadəsində onun qayınatası Ceyhunla birlikdə Yardımlı rayonuna içərisində narkotik maddələr olan kisələri götürmək üçün getməsinə dair yazılanları təsdiq etmir, həmin ifadəsini polislərin təzyiqi altında onların dediyi kimi vermişdir. Qayınatası ona kisələrin içərisində narkotik maddələr olmasını deməmiş, sonradan isə kisələrdə dərmanlar olmasını demişdir. Qayınatasının 2500 manat müqabilində içərisində narkotik maddələr olan kisələri götürmək üçün Yardımlıya gəlməsindən məlumatı olmamış, polis əməkdaşları onu döydükləri üçün o, videoçəkiliş zamanı, həm də məhkəmədə bu barədə məlumatının olduğunu demişdir. İranlı ilə onun heç bir telefon danışığı olmamış, kisələri tapıb götürərkən telefonda vatsapla iranlı ilə danışmasını xatırlamır. Hazırda o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və o, heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Yardımlı RPŞ-nin əməkdaşıdır. 09 oktyabr 2024-cü il tarixdə ona “Ceyhun” və “Hüseyn” adlı şəxslərin Yardımlı rayonunun ərazisində külli miqdarda narkotik vasitələr əldə etmələri barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılıb əməliyyat-axtarış tədbiri keçirilməyə başlanılmışdır. 10 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində içərisində “Ceyhun” və “Hüseyn” adlı şəxslər, yəni sonradan şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması güman edilən və sonuncunun idarə etdiyi “Honda İnsight” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Yardımlı rayonun Gendərə kəndinin ərazisində saxlanılıb narkotik maddələr daşımasında şübhəli olduqları bildirilib avtomobillə birlikdə Yardımlı PŞ-nə aparılmışlar. Polis şöbəsində təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, onların üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna narkotik maddələr götürmək üçün gəldiyini, İran vətəndaşının mobil telefona “konum” göndərdiyini və narkotik maddələri həmin “konumda” göstərilən yerdən götürdüyünü, bir ədəd kisəni götürdüyü yerdən bir az aralıda, digər bir ədəd kisəni isə ondan aralıda gizlətdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş mobil telefonlara baxış zamanı telefonun vatsapında İranı mobil operatoruna məxsus nömrələrlə danışıqlar aparılması və danışıq səslərin göndərməsi, həm də ərazini müəyyən etmək üçün “konum” da müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin “konumda” narkotik vasitələrin gizlədildiyi yerin olduğunu və bu “konumda” göstərilən yerin Yardımlı rayonun Mirimli kəndinin yaxınlığında olan ərazinin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib 2500 manat pul müqabilində narkotik maddələr götürmək üçün Təqsirləndirilən şəxs2la birlikdə Yardımlı rayonuna gəldiklərini və içrisində narkotik maddələr olan kisləri Təqsirləndirilən şəxs2 götürüb başqa bir yerdə gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 götürdüyü narkotik maddələrin gizlədildiyi yerləri göstərə biləciyini bildirmişdir. Həmin vaxt hava qaranlıq, həmçinin narkotik vasitələrin gizlədildiyi yerlər uzaqda dağlıq, meşəlik və dərəlik ərazilərdə olduğu üçün həmin yerlərə gecə saatlarında baxış keçirmək mümkün olmadığından qərara alınmışdır ki, səhər saatlarında baxışın keçirilməsi təmin edilsin. Səhərçağı, yəni 10 oktyabr 2024-cü il tarixdə, saat 07 radələrində şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Yardımlı rayonun Məlikli kəndi yaxınlığında yerləşən meşəlik əraziyə aparılmış, orada Təqsirləndirilən şəxs2 göstərdiyi sahəyə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilərin iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin yerdə dərədə ağacların arasında gizlətdiyi yerdən bir ədəd kisəni çıxarıb təqdim etmişdir. Həmin kisə açıldıqda içərisindən dəqiq sayını xatırlamadığı qədər bükümlər və sellofan torbalar, həmin bükümlərin və torbaların içərisində narkotik vasitələr olan qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, şprislər və dərman preparatları aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr, şprislər və dərman preparatları qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 göstərdiyi digər yerə, yəni Yardımlı rayonun Mirimli kəndinin yaxınlığında yerləşən kolluq əraziyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilərin iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 orada olan kolların arasından bir ədəd kisəni çıxarıb təqdim etmişdir. Təqdim olunan kisənin içərisindən üç ədəd sellofan torbalar və bu torbaların içərisində qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra baxışla bağlı protokollar tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində şəxsi axtarış, habelə baxış zamanı onların hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə şahid kimi ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, o, Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Həmin şəxslərin barəsində olan cinayət işi üzrə təhqiqat onun tərəfindən aparılmaqla müvafiq sənədlər tərtib olunmuşdur. Sənədlər müvafiq prosessual hərəkətlər aparıldıqdan sonra tərtib olunmuşdur. Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən X2 dövriyyəsinə görə şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 oktyabr 2024-cü il tarixdə, gecə saat 02 radələrində xidməti otağına gətirilmiş və bundan sonra müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onlar əldə etdikləri narkotik vasitələr olan kisələri dağlıq ərazidə gizlətdiklərini bildirmişlər. Gecə vaxtı olmaqla, hava soyuq olmaqla deyilən yer Yardımlı rayonunun Məlikli və Mirimli kəndlərinin yaxınlığında yerləşən dağlıq sahəsi və meşəlik ərazisi olduğundan narkotik vasitələrin gizlədildiyi yerə baxış keçirilməsi bir neçə saatdan sonra, yəni 10 oktyabr 2024-cü il tarixdə, səhər saat 07-dən sonra həyata keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı şikayət və narazılığı, o cümlədən saxlanılan vaxt polis əməkdaşları tərəfindən onlara qarşı təzyiqlərin olması barədə heç bir şikayətləri olmamışdır. İşdə olan, Yardımlı RPŞ-nin əməkdaşının 09 və 10 oktyabr 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, həmin tarixdə “Ceyhun” və “Hüseyn” adlı şəxslərin Yardımlı rayonunun ərazisində özlərinə məlum mənbədən külli miqdarda narkotik vasitələr əldə edib realizə etmək məqsədi ilə özlərinə məlum ünvana aparmağı planlaşdırmaları barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat üzrə 10 oktyabr 2024-cü il tarixdə, saat 00:10 radələrində Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində içərisində “Ceyhun” və “Hüseyn” adlı şəxslər, yəni sonradan şəxsiyyətləri müəyyən edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması güman edilən və sonuncunun idarə etdiyi “Honda İnsight” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Yardımlı rayonun Gendərə kəndinin ərazisində saxlanılıb narkotik maddələr daşımasında şübhəli olduqları bildirilib Yardımlı PŞ-nə aparılmışlar. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı Cavad Ağayev tərəfindən müdafiəçi Mirxan Şahmurovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna narkotik maddələr götürmək üçün gəldiyini, İran vətəndaşının mobil telefona “konum” göndərdiyini və narkotik maddələri həmin “konumda” göstərilən yerdən götürdüyünü, bir ədəd kisəni götürdüyü yerdən bir az aralıda, digər bir ədəd kisəni isə ondan aralıda gizlətdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd “Redmi 12C” markalı və bir ədəd “Redmi 13C” markalı mobil telefonlara baxış keçirilmişdir. Baxış zamanı “Redmi 12C” markalı mobil telefonun vatsapında “Sultan İran 2” adı ilə qeyd edilmiş +98 914 *** ** ** saylı və +98 914 *** **** saylı İranı mobil operatoruna məxsus nömrələrlə danışıqlar aparması və danışıq səslərin göndərməsi müəyyən edilmişdir. Həmçinin “Redmi 13C” markalı mobil telefona baxış zamanı vatsapda “konum” aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin “konumda” narkotik vasitələrin gizlədildiyi yerin olduğunu və bu “konumda” göstərilən yerin Yardımlı rayonun Mirimli kəndinin yaxınlığında olan ərazinin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd “Redmi 12C” və bir ədəd “Redmi 13C” markalı mobil telefonlar təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı Cavad Ağayev tərəfindən müdafiəçi Xudaverdi Niftiyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 2500 manat pul müqabilində narkotik maddələr götürmək üçün Yardımlı rayonuna gəldiyini və narkotik maddələri götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd “KGTEL” markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə keçirilməsi haqqında” 10 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı, Cavad Ağayev tərəfindən müdafiəçilər-Mirxan Şahmurov və Xudaverdi Niftiyev, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə və videoçəkilişlə Yardımlı rayonun Məlikli kəndinin yaxınlığında yerləşən meşəlik ərazidə Təqsirləndirilən şəxs2 göstərdiyi sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 İran vətəndaşının dediyi “konum”la getdiyini və həmin yerdən iki ədəd kisəni götürdüyünü, ağır olduğu üçün kisənin birini həmin yerdə gizlətdiyini, digər kisəni isə özü ilə apardığını bildirib həmin yerdə gizlətdiyi bir ədəd kisəni gizlətdiyi yerdən- dərədə ağacların arasından götürüb təqdim etmişdir. Təqdim olunun bir ədəd kisə qara rəngli olmaqla iplə bağlanmış vəziyyətdə olmuş, kisə açıldıqda içərisindən 14 ədəd sellofan bükümlər və bir ədəd sellofan torba aşkar olunmuşdur. Torba və bükümlərin içərisindən narkotik vasitələr olan qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, həmçinin dərman həbləri və şprislər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 digər kisəni Məlikli kəndinin ərazisində kolluqda gizlətdiyini və həmin kisəni təqdim edə biləcəyini bildirmişdir. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs1 kisələrin orada olmasından məlumatının olmasını, İran vətəndaşının ona kisəni oradan götürüb Yardımlı rayonun ərazisində yerləşən “Abu-dərdə” adlanan ziyarətgahın yaxınlığında gizlətməsini dediyini, bunun müqabilində iranlının ona 2500 manat pul verəcəyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr olan qurudulmuş marixuanaya və tiryəkə oxşar kütlələr, habelə dərman preparatları qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə haqqında” 10 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı, Cavad Ağayev tərəfindən müdafiəçilər-Mirxan Şahmurov və Xudaverdi Niftiyev, şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə və videoçəkilişlə Yardımlı rayonun Mirimli kəndinin yaxınlığında yerləşən ərazidə Təqsirləndirilən şəxs2 göstərdiyi sahəyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 həmin yerdə gizlətdiyi bir ədəd kisəni gizlətdiyi yerdən-kolların arasından götürüb təqdim etmişdir. Həmin kisə açıldıqda içərisindən üç ədəd qara rəngli sellofan torbalar və bu torbalardan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin 2 ədəd kisəni iranlıdan göndərdiyi “konum”da göstərdiyi yerdən götürdüyünü, sonradan gətirib gizlətdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr olan qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 10 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə təqdim etdiyi 1 (bir) ədəd kisədən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr ...” sözlər və imzalar olan bir ədəd kisədəki, 03 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -1465,0 qram, 1430,0 qram, 1820,0 qram və ümumi təmiz çəkisi-4715,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə təqdim etdiyi 1 (bir) ədəd kisədən aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana və tiryəkə oxşar oxşar kütlələr, dərman preperatları ...” sözlər və imzalar olan bir ədəd kisədəki, 10 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1010,0 qram, 1960,0 qram, 1000,0 qram, 995,0 qram, 980,0 qram, 1040,0 qram, 975,0 qram, 555,0 qram, 980,0 qram, 990,0 qram olmaqla ümumi təmiz çəkisi-10485,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -1015,0 qram, 1005,0 qram, 1005,0 qram, 1010,0 qram olmaqla ümumi təmiz çəkisi-4035,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər; 1 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan həblərin narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid olub-olmamasını müəyyən etmək rəng testi və NTX analizinin kifayət etməməsi və digər müvafiq laboratoriya cihazlarının (İQS və xromotoqrafiya) olmamağı səbəbilə mümkün olmadı. 3 ədəd qutuda olan mazların narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid olub-olmamasını müəyyən etmək rəng testi və NTX analizinin kifayət etməməsi və digər müvafiq laboratoriya cihazlarının (İQS və xromotoqrafiya) olmamağı səbəbilə mümkün olmadı. 10 ədəd insulin şprisinin içərisindəki məhlulun narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid olub-olmamasını müəyyən etmək rəng testi və NTX analizinin kifayət etməməsi və digər müvafiq laboratoriya cihazlarının (İQS və xromotoqrafiya) olmamağı səbəbilə mümkün olmadı. Tədqiqata təqdim olunmuş ümumilikdə 13 bükülü olmaqla, ümumi təmiz çəkisi-15200,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 15198,7 qram və qalıq tiryək 4034,6 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Redmi 13C” markalı mobil telefonun üzərində 010/234-49-02 və 055/826-91-56 saylı mobil telefon nömrələri vardır. Vatsap proqramı 055/826-91-56 saylı mobil nömrə ilə qeydiyyatdan keçmişdir. Bir ədəd kisəni gizlətdiyi yerin “konum”unu 010/234-49-02 nömrədə istifadə etdiyi vatsapla göndərmişdir. Həmin telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitələr olan bir ədəd kisəni gizlətdiyi yerdə 09 oktyabr 2024-cü il tarixdə, saat 15:57 dəqiqədə videoçəkiliş aparması aşkar olunmuşdur. Həmçinin aşkar olunmuş səs yazılarında Təqsirləndirilən şəxs2 “yük ağırdır deyə gec çıxıram”, “Bilmirəm hələ bir dənəsini burda saxlamaq istəyirəm, bir dənəsini saxlayım, bir dənəsi ilə rahat gedim” danışıq səsləri vardır. Telefonda olan “konum”un şəkili və səs yazıları bir ədəd CD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Redmi 12C” markalı mobil telefonda 050/306-64-10 və 055/387-64-79 saylı mobil nömrələrdən, 055/387-64-79 saylı mobil nömrədə vatsap proqramı vardır. Həmin telefonda +98 914 *** **** saylı İrana mobil operatoruna məxsus mobil nömrə də vatsapdan istifadə olunmuşdur. 055/387-64-79 saylı mobil nömrədə vatsap proqramında + 98 914 618 8280, + 98 914 567 4381, “Sultan İran 2” adı ilə qeyd olunmuş +98 914 *** **** və “İltifat” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı mobil nömrələrlə danışıqlar aparılması və danışıq səslərin göndərilməsi müəyyən olunmuşdur. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus nömrənin vatsap proqramına 09 oktyabr 2024-cü il tarixdə, saat 09:35-də göndərilmiş səs yazısında “Dəyişdirmişik, ində gələcəyik, gələcəyik, gedib gətirməyə” ifadəsi vardır. +98 914 *** **** saylı İranı mobil operatoruna məxsus nömrədən vatsapla 10 oktyabr 2024-cü il tarixdə, saat 01:16-da göndərilmiş səs yazısında “Dayı, dayı telefona cavab ver qadoy alım, ay dayı”, + 98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrə ilə vatsapla telefon danışıqları aparılmışdır. “Sultan İran 2” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrə ilə vastapla 07, 08 və 09 oktyabr 2024-cü il tarixlərdə telefon danışıqları aparılmışdır. “İltfat” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən vatsapla 10 oktyabr 2024-cü il tarixdə, saat 09:13-də göndərilmiş səs yazısında “salam Ceyhun, sabahın xeyir, nə var, nə yox, kefin necədir, səs-sorağın yoxdur, nə eləyirsən, nə kefdəsən, mənə bir zəng vur görüm, mən o zadı, görüm nə iş gördün, İrana gələsən, bi dənə mənə zəng vur görüm” danışığı vardır. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədə istifadə olunan vastsap vasitəsi ilə +98 914 *** **** saylı İran mobil operatoruna məxsus nömrə ilə 09 oktyabr 2024-cü il tarixdə telefon danışıqları aparılmışdır. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədə istifadə olunan vatsapla 09 oktyabr 2024-cü il tarixdə, saat 15:51-də + 98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən göndərilmiş səs yazısında “setə girən kimi bu səsə qulaq as, səndən yuxarı qoyunçu var, ağır dəstə bir qoyun var, ayağında da bir adam gəzir, amandi gedib düşərsən onun qucağına zadına, gözlə, bir az qaranlıqlasın, mən sənə deyəcəyəm, burdan hər şeyi görürəm, burdan aşıb min maşına çıx get, ama indi aşsan gedib düşəcəksən qoyunçunun qucağına” danışıq səsləri vardır. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən vatsapla 09 oktyabr 2024-cü il tarixdə, saat 15:37-də “Sultan İran 2” adı ilə qeyd olunmuş +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən göndərilmiş səs yazısında “Ay Hüseyn kimdir o qabağındakı, təksən sən ya əmi də var” danışıq səsləri vardır. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən vatsapla 09 oktyabr 2024-cü il tarixdə, saat 15:40-da “Sultan İran 2” adı ilə qeyd olunmuş + 98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən göndərilmiş səs yazısında “Hüseyn qabağında adam var bir nəfər, o dayıdı ya kimdi xəbər ver bizə” danışığı vardır. +98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən istifadə olunan vatsapda 09 oktyabr 2024-cü il tarixdə, saat 20:31-də “Sultan İran 2” adı ilə qeyd olunmuş + 98 914 *** **** saylı İran mobil operatoruna məxsus mobil nömrədən göndərilmiş səs yazısında “Əmi nətəhərsən, əmi mənə bir səs zad at, amandi bağrım çatdadı, mənim dədəmi yandırdılar burda” danışıq səsləri vardır. Telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxs2 tərəfindən 09 oktyabr 2024-cü il tarixdə, saat 14:41-də çəkilmiş videogörüntü aşkar olunur və həmin videgörüntüdə Təqsirləndirilən şəxs2 “konum”un həmin ərazini göstərdiyini bildirir və bu ərazi meşəlik sahədir. Telefonun “Fayl idarəçisi” bölməsində olan fotoşəkillərdən görünür ki, 08 oktyabr 2024-cü il tarixdə, saat 12:52-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobillə Yardımlı rayonun Mirimli kəndinin ərazisində torpaq yolda hərəkətdədirlər. Həmçinin həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs2 09 oktyabr 2024-cü il tarixdə, saat 13:28-də ona göndərilmiş “konum”a doğru piyada hərəkət etdiyi görünür. Narkotik vasitələrin gizlədildiyi yerin “konum”u fotoşəklidə aşkar olunur. Fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs2 09 oktyabr 2024-cü il tarixdə, saat 15:11-də içərisində narkotik vasitələr olan 2 ədəd kisəni gizlədildiyi yerdən tapmışdır. Telefonun “Fayl idarəçisi” bölməsində Təqsirləndirilən şəxs2 tərəfindən 09 oktyabr 2024-cü il tarixdə, saat 13:28-də çəkilmiş videogörüntü vardır. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs2 dağlıq ərazini göstərərək çatmağa az qaldığını, dağı aşdıqdan sonra həmin yerə çatacağını bildirir. Baxış zamanı aşkar olunmuş fotoşəkillər, səs yazıları və videogörüntülər bir ədəd CD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə-iqtisadi ekspertizasının 06 noyabr 2024-cü il rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 X9 №2” ştamp əksləri olan bir ədəd kağız paketdəki 3 ədəd üzərində “Cortam 0,05% 15 qram 08/2026” göstəricisi olan qutuda məlhəmdən və 1 ədəd üzərində “Zinc plus 10 mg zinc B-Complex” göstəricisi olan blisterdə 20 ədəd tabletdən götürülmüş nümunələrin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. 10 ədəd içərisi boş şprisdə narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə izləri aşkar edilmədi. Təqdim edilmiş 3 ədəd qutuda dərmanlar üzərlərindəki göstəricilərə-adı, təsir edici maddənin miqdarı, yararlıq müddəti və seriya nömrəsinə əsasən eynidirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd qutuda üzərində “Cortam 0,05% 15 qram 08/2026” göstəricisi olan məlhəmin xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24,00(3 ədX8 man.) manat müəyyən edilir. Təqdim edilmiş digər 10 ədəd insulin şprisinin içrəsi boş olduğundan tədqiqat aparılmadı. Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “Zinc plus 10 mg zinc B-Complex” göstəricisi olan blisterdə 20 ədəd tabletdən ibarət olan, İran İslam Respublikası istehsalı dərman preparatlarının satışı və qiyməti barədə Respublika ərazisində mövcud olan apteklərdə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 163 manat təşkil edir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 oktyabr və 02 dekabr 2024-ci il tarixli 3143 və 3492 №-li rəyləri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisəni törətdiyi anda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidirlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan, “Diskə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokollarla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050/306-64-10 saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 010/234-49-02 saylı mobil nömrələr 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixədək "xxxx" MMC-nin Yardımlı rayonu ərazisində olan anten dairələri ilə telefon danışıqları aparması müəyyən edilmişdir. İşdə olan, “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” 12 oktyabr, 09 və 14 dekabr 2024-cü il tarixli qərarlar və “Sübutların qiymətləndirilməsi haqqında” 18 dekabr 2024-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-15198,7 qram qurudulmuş marixuana, qalıq 4034,6 qram tiryək və qalıq dərman preparatların qalıqları, həmçinin Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi 12C” markalı, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi 13C” və bir ədəd “KGTEL” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 05 ədəd DVD, səs yazıları və videogörüntülər olan 02 ədəd CD və anten məlumatlarına dair 04 ədəd CD disklər iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi barədə” 18 dekabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, cinayətkar qrupun şəxsiyyətləri məlum olmayan digər şəxslərinin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-qohumu olan iranlının göndərdiyi torbaların içərisində narkotik maddələr olmasını əvvəldən bilməməsi, ona göndərilən dərmanları götürmək üçün Yardımlı rayonuna getməsi, kürəkəni Təqsirləndirilən şəxs2 sürücü kimi onunla birlikdə Yardımlı rayonuna getməsi, kürəkəni Hüseyn tutulan vaxtadək torbaların içərisində narkotik maddələrin olmasını bilməməsi və bu barədə ona deməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-qayınatası Təqsirləndirilən şəxs1 2500 manat müqabilində içərisində narkotik maddələr olan kisələri götürmək üçün Yardımlıya getməsindən əvvəlcədən məlumatının olmaması və bu barədə qayınatasının ona heç bir söz deməməsi, onun telefonda vatsapla iranlı ilə heç bir danışıq aparmaması, götürdüyü kisələrin içərisində narkotik maddələr olmasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni qohumu olan iranlının göndərdiyi torbaların içərisində narkotik maddələr olmasını əvvəldən bilməməsi, ona göndərilən dərmanları götürmək üçün Yardımlı rayonuna getməsi, kürəkəni Təqsirləndirilən şəxs2 sürücü kimi onunla birlikdə Yardımlı rayonuna getməsi, kürəkəni Hüseyn tutulan vaxtadək torbaların içərisində narkotik maddələrin olmasını bilməməsi və bu barədə ona deməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni qayınatası Təqsirləndirilən şəxs1 2500 manat müqabilində içərisində narkotik maddələr olan kisələri götürmək üçün Yardımlıya getməsindən əvvəlcədən məlumatının olmaması və bu barədə qayınatasının ona heç bir söz deməməsi, onun telefonda vatsapla iranlı ilə heç bir danışıq aparmaması, götürdüyü kisələrin içərisində narkotik maddələr olmasını bilməməsi, tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması və heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar (o cümlədən mobil telefonda vatsapda aparılmış səs danışıqları ilə, göndərilmiş “konum” və mesajlarla təqsirləndirilən şəxslərin içərisində narkotik vasitələr olan kisələri götürmək üsün “konum”da göstərilən əraziyə getmələri, Təqsirləndirilən şəxs2 həmin kisələri gizlədildiyi yerdən götürməsi və bu barədə Təqsirləndirilən şəxs1 məlumat verməsi, daha sonra sonuncunun göstərişi ilə kisələri ayrıayrı yerlərə daşıyıb gizlətməsi və digər hallar tam təsdiq olunur), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışla bağlı protokollarla, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (həmin ifadələrində təqsirləndirilən şəxslər ittihamda göstərilən bütün halları tam olaraq təsdiq etmişlər) tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi xeyli miqdar, qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək və tiryəkin 50 qramdan 5000 qramadək hissəsi külli miqdir, qurudulmuş marixuananın 50000 qramı və tiryəkin 5000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 15200 qram narkotik vasitə olan qurudulmuş marixuana və 4035 qram narkotik vasitə olan tiryək külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər öz aralarında və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Yardımlı Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Cəlilabad RİH başçısının Şorbaçı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu Məmmədrzalı qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşamış və yaşayış yeri üzrə müsbət (kənddə yaşadığı dövrdə nümunəvi davranışı ilə fərqlənmiş, kənd sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəyliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZE seriyalı 12099675 №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, X8 05 noyabr 2014-cü ildə doğulmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasının 21 noyabr 2011-ci il tarixli qiymətləndirilməsinə dair 05 noyabr 2024-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ümumi xəstəliklə-“Şəkərli diabet İ tip ağır forma insulin tələbli. Diabetik polinevropatiya. Diabetik angiopatiya” dianozu ilə ikinci dərəcəli (müddətsiz) əlildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs1 ikinci dərəcəli əlil olması olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İşdə olan, Lənkəran şəhər İH başçısının Kosalar kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 18 oktyabr 2024-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonun Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Lənkəran rayonun Bala- Şürük kəndində yaşamış və yaşayış yeri üzrə müsbət (kənddə yaşadığı dövrdə kənd sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, X6 11 dekabr 2023-cü ildə doğulmuşdur. İşdə olan, Azərbaycan Respublikası medalının №İ-13316 saylı vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs2 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medalla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Yardımlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 15198,7 qram qurudulmuş marixuana, 4034,6 qram tiryək və dərman preparatları qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar olan və Yardımlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi 12C” markalı mobil telefon ailəsinə-arvadı Vüsalə Həsənovaya, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi 13C” və bir ədəd “KGTEL” markalı mobil telefonlar onların ailəsinə-arvadı Nəzrin Həsənovaya təhvil verilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı beş ədəd DVD, səs yazıları və videogörüntülər olan iki ədəd CD və anten məlumatlarına dair dörd ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-283 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 141 manat 50 qəpik və məhkum Təqsirləndirilən şəxs2 141 manat 50 qəpik tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 15198,7 qram narkotik vasitə olan qurudulmuş marixuana və 4034,6 qram narkotik vasitə olan tiryək və dərman preparatların qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs1 məxsus 1(bir) ədəd “Redmi 12C” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailəsinə-arvadı X1 təhvil verilsin. İş üzrə maddi sübutlar olan və Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1(bir) ədəd “Redmi 13C” və 1(bir) ədəd “KGTEL” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra ailəsinəarvadı X3 təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 5 (beş) ədəd DVD, səs yazıları və videogörüntülər olan 2 (iki) ədəd CD və anten məlumatlarına dair 4 (dörd) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-283 (iki yüz səksən üç) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 141 (bir yüz qırx bir) manat 50 (əlli) qəpik və məhkum Təqsirləndirilən şəxs2 141 (bir yüz qırx bir) manat 50 (əlli) qəpik tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar