Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-191/2023 21.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X19 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1979-cu ildə Beyləqan rayonunun İmamverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun İmamverdili kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxxxxx 1991-ci ildə Beyləqan rayonunun İmamverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonunun İmamverdili kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfarans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib 2022-ci ilin iyun ayının ortalarında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə külli miqdarda narkotik vasitələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilərək gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxslə aralarında əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Vahid adlı şəxs külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altına qoyub gizlətmiş, bu barədə 26 iyun 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxs onun istifadəsində olan “Samsung Galaxy A22” markalı mobil telefonda +**********43 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********99 saylı mobil nömrə vasitəsilə mesajlar göndərərək məlumat verdikdən sonra o, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə onun 20 may 2022-ci il tarixli, ƏN-Vİ seriyalı 058965 nömrəli etibarnamə əsasında idarə etdiyi X3 mülkiyyətində olan “VAZ- 21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz istifadəsində olan “Samsung Galaxy A22” markalı mobil telefonda +**********43 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə İran İslam Respublikasının operatoruna məxsus olan +**********99 saylı mobil nömrədən İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan Vahid adlı şəxs tərəfindən göndərilmiş satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınaraq İran İslam Respublikasından qəsdən qanunsuz olaraq satış məqsədilə Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altında qoyub gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan torbanın olduğu yer barədə şəkillərə uyğun olaraq 27 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan bir ədəd torbanı götürüb gətirmək üçün getmiş, o, avtomobildən düşüb ətrafa nəzarət edərək Təqsirləndirilən şəxs2 həmin torbanı götürüb gətirməsini gözləmiş, Təqsirləndirilən şəxs2 istifadəsiz yanacaq doldurma məntəqəsinin arxasında olan köhnə şiferin altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanı qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək onun yanına daşıyarkən həmin gün saat 01 radələrində Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsindən keçən 138-ci kilometrliyində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmışlar. Qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilib həmin əraziyə gətirilmiş Təqsirləndirilən şəxs2 götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbaya baxış keçirilərkən torbanın içərisindəki üzərində “Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 1085 qram, 1095 qram, 1120 qram, 1100 qram, ümumi təmiz çəkisi 5430 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülmüş üzərilərində “Pregabalin 150” göstəriciləri olan, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 45 qram təşkil edən 20 ədəd konvolutda ümumilikdə 300 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən dərman kapsulları aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Vüsalın həyətində işləmişdir. Kənddə olarkən Vüsal ona zəng edərək, ona mesaj gəldiyini, kiminsə onu tanıyan uşaqlardandır, yazır ələ salır demişdir. Sonra Vüsal neçə gün danışdığını dəqiq bilmir, sonra onun nömrəsini vermiş, iranlı da ona zəng edib onda mal olduğunu demiş, o da iranlıya yetim oğlan olduğunu, belə şeylərin onluq olmadığını bildrmişdir. İranlı 2-3 gün zəng etsə də o iranlı ilə danışmamış və onun nömrəsini bloka atmışdır. Bir həftə keçəndən sonra fermada işləyərkən Vüsal heyvan bazarına getdiyini, bazardan iki baş heyvan alacağını boşdursa, onunla getməsini təklif etdiyindən o Vüsalla razılaşıb onunla getmişdir. Bazarda Vüsal maşından düşüb getmiş o isə avtomobildə mürgüləmişdir. Sonra Vüsal maşına qayıdaraq pulunun evdə qaldığını demiş və onlar evə qayıtmışlar. Yolda ikən iranlı vootçapla Vüsalla danışmış, o isə Vüsala onunla danışmamasını demişdir. Yol kənarında olan zapravkanın (yanacaqdoldurma məntəqəsi) yanında Vüsal “kimdirsə düz deyir buraları tanıyır zaprafkanın şəklini atıb bura ilə düz gəlir” demiş, sonra da maşını saxlayıb ayaq yoluna getmişlər. Maşına qayıdıb bir-iki kilometr getmişlər. Həmin vaxt arxadan qara rəngdə maşının marqatladığını (işarə verdiyini) görmüşlər. Maşın onları keçəndən sonra onlara yol verməmiş, o Vüsala avtomobili saxlamasını desə də Vüsal qorxduğunu deyib maşını saxlamamış, onlar maşını Vüsalın avtomobilinin qabağına verdikdən sonra Vüsal maşını saxlamışdır. Həmin maşından 7-8 nəfər mülkü geyimdə əməliyatçılar düşüb, ona mal hanı deyib onu döymüşlər. Sonra da onları maşından çıxardıb maşına baxmışlar lakin maşından bir şey çıxmamışdır. Bir polis əməkdaşı gəlib səhv etmirsə əməliyyatın rəisinə heç nə çıxmadı demiş, o isə ola bilməz demişdir. Həmin adam özü maşına minib getmiş, 5-10 dəqiqə keçəndən sonra yenidən geri qayıtmışdır. Sonra da onu ayrı maşına, Vüsalı isə öz maşınında həmin yerə aparmışlar. Orada Kamil onu döymüşdür. Zaprafkanın yanında ondan sumka (bağlama) sənindi soruşmuşlar. O isə bağlamanın onun olmadığını, bazara getdiyini bildirmişdir. 20-25 dəqiqə keçəndən sonra müstəntiqlə vəkil gəlmiş, sonra da bağlamanı onun əlinə verib, videoçəkilişlə baxış keçirmişlər. Çəkiliş zamanı onların deməsinə görə sumkanın içərisində filan şeydi o da filan şeydir demiş, şifer parçasının altından götürmüsən dedikləri üçün o da şifer parçasının altından götürmüşəm demişdir. O sualları cavablandırarkən, istintaq zamanı izahat və ifadə verdiyini, lakin yazıb oxumaq bilmədiyini, Vahid adlı adam barəsində ona Təqsirləndirilən şəxs1 məlumat verdiyini, Vahid malı olduğunu onu götürüb Bakıya 40 km qalmış qoyduqdan sonra onun kartına 2500 manat pul atacağını, 2500 manatı aralarında böləcəklərini bildirmişdir. O, ilkin izahatını verərkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 təxminən 20 günə yaxın müddətdir ki, İran-İslam Respublikası vətəndaşı kimi tanıdığı Vahid adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 Vahid adlı şəxslə söhbəti dərinləşdikdən sonra həmin şəxs Vüsala adının Vahid olmasını, İran İslam Respublikası vətəndaşı olduğunu bildirmiş, daha sonra Vüsal Vahidə öz nömrəsini verib onunla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Söhbət əsnasında Vahid Vüsala narkotik vasitə heroin satmaq istədiyini bildirib Vüsalın heroin alıb-almayacağını soruşmuşdur. Vüsal Vahidə heroin ala biləcəyini bildirmişdir. Bundan sonra Vahid Vüsala iş görməyi təklif etmişdir. Vüsal iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda Vahid Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə narkotik vasitələr və güclü təsir edən maddələr qoyduracağını, həmin maddələri götürüb Bakı şəhəri ərazisində olan bir nəfər şəxsə çatdırmağı müqabilində 2500 manat pul verəcəyini bildirmişdir. Vüsal Vahidin təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Vahid adlı şəxslə tanışlığı və aralarında olan razılaşma barədə ona bildirərək onunla əlbir olub iş görməyi təklif etmişdir. O, Vüsaldan iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşmuş, Vüsal ona Vahid adlı şəxsin göndərəcəyi narkotik vasitə və güclü təsir edən maddələri Bakı şəhərinə tanımadığı şəxsə çatdırılmasını təşkil edəcəkləri halda Vahidin 2500 manat pul verməyi vəd etdiyini, həmin pulun 1300 manatını ona verəcəyini bildirmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs1lə razılaşmasa da, sonradan pul təklifinə görə razılaşmışdır. Daha sonra o, öz mobil telefonu ilə Vüsalın vasitəçiliyi və tanışlığı əsasında Vahidlə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. 26 iyun 2022-ci il tarixdə Vahid onlara narkotik vasitənin Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsindən Füzuli rayonu istiqamətində bir qədər irəlidə istifadə edilməyən yanacaqdoldurma məntəqəsinin arxasında olan sahəyə qoyulduğunu bildirib, həmin yerin şəklini Vüsalın istifadə etdiyi “Whatsapp” tətbiqinə göndərmişdir. Onlar Vahidlə razılaşmışlar və 26 iyun 2022-ci il tarixdə, axşam saatlarında Vüsalın idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə qabaqcadan razılaşmalarına əsasən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə gəlmişlər. Onlar Vahidin dediyi yerə çatdıqda Vüsal avtomobilini həmin yanacaqdoldurma məntəqəsinin qarşısında saxlayıb avtomobildən düşmüş və ərazinin mühafizəsini təmin etmək, həmçinin, şübhə yaradan hal olduqda ona məlumat vermək üçün yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanıb gözləmişdir. O isə avtomobildən düşüb köhnə yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçib Vahidin onlara dediyi şiferin altında gizlədilmiş bağlamadakı narkotik vasitəni götürmüşdür. O, həmin narkotik vasitəni götürdüyü yerdən təxminən 15-20 metr uzaqlaşıb Vüsalın dayandığı yerə çatan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələri göstərərək özlərini təqdim etmişlər. Polis formasında olan şəxs özünü müstəntiq X6 təqdim edərək onların qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməkdə, üzərilərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqda, daşımaqda şübhəli olduqlarını bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmiş, Beyləqan Rayon Vəkil Bürosunun vəkili Quliyev Vəkil Yelmar oğlu onun razılığı ilə müdafiəçisi qismində təyin edilmişdir. O, Vəkil Quliyevin hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi Vəkil Quliyevin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlayan zaman X21 ona üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, əlindəki torbanın içərisində narkotik vasitə olan heroin və həblər olan bağlamaları təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin torbanın içərisinə baxış keçirilmiş və torbanın içərisindən 5 ədəd bağlamada qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütlələr və 20 ədəd blisterdə “Pregobalin” adlı güclü təsirə malik həblər aşkar olunmuşdur. X8 həmin kütlələrin və həblərin nə olduğunu, haradan, kimdən və nə məqsədlə əldə etdiyini soruşmuşdur. O, həmin narkotik vasitə və həblərin Vahid adlı İran İslam Respublikası vətəndaşına məxsus olduğunu, Vüsalla qabaqcadan razılaşmalarına əsasən onları götürmək üçün həmin yerə gəldiklərini, narkotik vasitə və həbləri Bakı şəhərində tanımadıqları şəxsə çatdırmaları müqabilində İran İslam Respublikası vətəndaşı kimi tanıdıqları Vahid adlı şəxsin 2500 manat pul vəd etdiyini, həmin pulu aralarında böləcəkləri barədə razılaşdıqlarını, lakin polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Daha sonra aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkilərinin 1.085 qram, 1.110 qram, 1.115 qram,1.155 və 1.125 qram olduğu müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş kütlələr və həblər ayrı ayrılıqda qablaşdırılaraq üzəri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərində aşkar edilmiş narkotik vasitə olan heroini və “Pregabalin” adlı həbləri onlara İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxs göndərmişdir. Onlar aşkar edilmiş narkotik vasiəni və həbləri Vüsalla qabaqcadan aralarında olan razılaşmaya əsasən Bakı şəhəri ərazisində tanımadıqları Bakı şəhər sakininə çatdırmaq məqsədilə götürmüşlər. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, bundan başqa heç bir cinayət hadisəsi törətməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, Vüsal mütəmadi olaraq İranlı kimi bildikləri Vahid adlı şəxslə “Whatsapp” tətbiqində yazışmış, mobil telefonunda aşkar olunmuş mesajların hamısını Vüsal yazmış, səsli mesajları göndərmişdir. Vüsal həmin mesajları yazan zaman o, Vüsalla birlikdə avtomobildə olmuşdur. Həmin vaxt Vüsal iranlının narkotik vasitələri qoyacağı yer barədə söhbətlər etmiş və malın Beyləqan şəhərinin özünə qoyulmamasını, orada polislərin çox olduğu üçün təhlükəli olduğunu bildirmişdir. İranlı kimi tanıdıqları Vahid adlı şəxs narkotik vasitənin qoyulduğu yeri onlara bildirmiş və şəklini atmışdır. Bundan sonra Vüsal həmin istiqamətə getmiş və şəkildə göstərilən narkotik vasitələrin qoyulduğu yeri tapmışlar. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona verilən ittihamla razı deyil, ona görə ki, o narkotik vasitə götürməmişdir. İstintaqda da bununla razılaşmamışdır. İran İslam Respublikası vətəndaşı olan şəxsin üzünü görməmiş, sadəcə olaraq yazışmışdır və onu qeyri ciddi qəbul etmişdir. Düzdü qeyri ciddi də olsa, ciddi də olsa onlar həmin gün Füzuli rayonun mal bazarında olmuş, ordan da qayıdarkən həmin yerdə dayanmışlar. Bu gün ona verilən ittiham təkcə danışıqdır, danışıqdan başqa o heç nə ilə razılaşmır və o cinayət törətdiyini hesab etmir. O səhv etmişdir, düzdü o iranlı ilə ciddi - qeyri ciddi olsa da danışmışdır, amma müstəntiq onun yekun səsini silmişdir. O yekun səsdə iranlıya bizlik deyil, biz getdik demişdir. Lakin həmin səsini silinmişdir. Allah şahiddir ki, o ibadət edən insandır, bu günkü günə kimi siqaret belə çəkməmiş, narkotiklə heç vaxt işi olmamışdır. Orada olmuşlar. İranlı şəkil atmışdır ki, guya nəyinsə arxasında var, amma oraya keçməmişlər. Onlar maşına minib, oradan 3 km aralanandan sonra, arxadan bir maşın marqat etmiş, sonra da onun maşınını keçib qarşıda tormoz edib (əyləci basıb) maşını saxlayaraq, maşından polislər düşmüşlər. Düşən kimi qoluna qandal vurub, maşında nə var deyib, çığırmışlar. Cinayət axtarışın rəisi Kamil yaxasından tutub maşında nə var soruşmuş, o da maşında heç nə olmadığını bildirmişdir. Sonra maşını axtarıb heç nə tapmamışlar. Polis əməkdaşı “ay rəis maşında heç nə yoxdur demiş”, Kamil də ola bilməz demiş, ondan mal hanı deyə soruşmuş, o isə mal görmədiyini bildirmişdir. Polislərdən biri maşınla harasa getmişdir. 15-20 dəqiqə sonra əvvəlcə Vaqifi, sonra da onu öz maşınında həmin zaprafkanın yanına aparmışlar. Orada padelnikin (Vaqifin) hər şeyi boynuna aldığını demişlər. Daha sonra Vaqifin əlinə sumka verdiklərini, yekə tərəzi qoyulduğunu, vəkillərin və hamının orada olduğunu görmüşdür. O, maşında oturduğundan narkotikin çəkisini bilməmişdir. Çəkiliş aparandan sonra yenə maşının yanında təzədən başqa çəkiliş aparmışlar. Maşından və onun üzərindən heç nə aşkarlanmamışdır. Vaqifin üzərində, yəni əlindəki bağlamadan narkotik aşkarlanıb. Sonra da onları şöbəyə aparmışlar. Oraya vəkillər də gəlmişlər. Polisdə yazdığı izahatı o yazmamışdır. Narkotik vasitələrin heç biri ona aid deyil, onun məlumatı yoxdur. O sualları cavablandırarkən tutulandan 10-15 gün əvvəl İranlı Vahid adlı şəxslə instaqramda tanış olduğunu, onunla votçap vasitəsi ilə danışdığını, Vahidin ona mal aldığını, həmin malı, yəni narkotiki zaprafkanın arxasına qoyacağını, həmin malı götürüb, harasa apardıqdan sonra 2500 manat pul almalı olduğunu, sonra da o bu barədə Vaqifə dediyini, Vaqifin də Vahidlə əlaqə saxladığını, Vahidin zaprafkanın şəklini ona atdığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir, aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 20 gün əvvəl İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O “İnstagram” sosial şəbəkəsindən istifadə edən zaman axtarış yerində təsadüfən Vahidin profil səhifəsi ilə rastlaşmış, həmin profil hesabına yazaraq tanış olmuş və danışmağa başlamışdır. Onların söhbəti dərinləşdikdən sonra həmin şəxs ona adının Vahid olmasını və İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Sonra o, Vahidə öz mobil nömrəsini verib onunla “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Vahid ona narkotik vasitə heroin satmaq istədiyini bildirib onun heroin ala bilib-bilməyəcəyini soruşmuş, o, heroin ala biləcəyini bildirmiş, bundan sonra Vahid ona etibarının yarandığını bildirib iş görməyi təklif etmişdir. O, iş görmək dedikdə nəyi nəzərdə tutduğunu soruşmuş, Vahid ona göndərəcəyi narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxsə çatdırması müqabilində 2500 manat pul verməyi nəzərdə tutduğunu demişdir. O, Vahidlə razılaşmış və bu barədə həmkəndlisi Təqsirləndirilən şəxs2 məlumat verərək şərikli iş görməyi təklif etmişdir. Vahidin ona vəd etdiyi 2500 manat pulun 1300 manatını Təqsirləndirilən şəxs2 verəcəyini vəd etmişdir. Vaqif onun təklifini qəbul etmiş və özü də mobil telefonu ilə onun vasitəçiliyi ilə Vahidlə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamağa başlamışdır. 26 iyun 2022-ci il tarixdə Vahid onlara narkotik vasitəni Beyləqan rayonu ərazisinə göndərəcəyini bildirib, daha sonra qoyduğu yerin şəklini çəkib “Whatsapp” vasitəsilə onun istifadə etdiyi mobil nömrəyə göndərəcəyini demişdir. O, razılaşmış və həmin gün Vahid narkotik vasitəni Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Daşburun dairəsindən Füzuli rayonu istiqamətində bir qədər irəlidə olan işləməyən yanacaqdoldurma məntəqəsinin yaxınlığına qoydurub şəklini çəkib ona göndərmişdir. 26 iyun 2022-ci il tarixdə, axşam saatlarında o, idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2 Ələstan oğlu ilə birlikdə qabaqcadan razılaşmalarına əsasən Beyləqan rayonu, Mil qəsəbəsi ərazisinə getmiş, Vahidin narkotik vasitəni qoydurduğu və şəklini çəkib göndərdiyi yerə çatdıqda avtomobilini həmin yanacaqdoldurma məntəqəsinin qarşısında saxlamışdır. O, avtomobildən düşüb ərazinin mühafizəsini təmin etmək, həmçinin şübhə yaradan hal olduqda Vaqifə məlumat vermək üçün yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanıb gözləmişdir. Vaqif isə avtomobildən düşüb köhnə yanacaqdoldurma məntəqəsinin arxa tərəfinə keçib Vahidin ona dediyi şiferin altında gizlədilmiş bağlamadakı narkotik vasitəni götürmüşdür. Vaqif həmin narkotik vasitəni götürdüyü yerdən 15-20 metr uzaqlaşıb onun dayandığı yerə çatan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis xidməti geyim formasında olan şəxs özünü müstəntiq X6 təqdim edərək onların qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddələri əldə etməkdə, üzərilərində və idarə etdiyi VAZ-21074 markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımaqda şübhəli olduqlarını bildirmişdir. O, ərizə yazaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi ilə təmin edilməyini xahiş etmişdir. Ona Beyləqan rayon Vəkil Bürosunun vəkili X12 müdafiəçi qismində təyin edilmişdir. O, Fəxri Rüstəmovun onun hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi Fəxri Rüstəmovun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayan zaman X21 ona üzərindəki dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş, daha sonra özünə məxsus “Samsung” markalı mobil telefonunu təqdim etmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya kütlə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları həmkəndlisi Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman Vaqifin sağ əlində saxladığı düyü torbasının içərisindən 5 ədəd bağlamada qablaşdırılmış narkotik vasitə olan heroinə bənzər kütlələr və 20 ədəd blisterdə “Prepogalin” adlı güclü təsirə malik həblər aşkar olunduğunu bildirərək həmin maddələrin nə olduğunu və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. O, həmin narkotik vasitə və həblərin Vahid adlı İran İslam Respublikasının vətəndaşına məxsus olduğunu, Vaqiflə qabaqcadan razılaşmalarına əsasən onları götürmək üçün həmin yerə gəldiklərini, narkotik vasitənin və həblərin Bakı şəhərində tanımadıqları şəxsə çatdıracaqları halda İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Vahidin onlara 2500 manat pul verməyi vəd etdiyini və həmin pulu aralarında böləcəkləri barədə Vaqiflə razılaşdıqlarını bildirmişdir. Daha sonra müdafiəçi Fəxri Rüstəmovun və polis əməkdaşlarının iştirakı ilə onun idarə etdiyi “VAZ-21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxışa başlayan zaman X21 ona avtomobilində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsini təklif etmişdir. O, avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Bunan sonra “VAZ-21074” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı avtomobilində olan həmkəndlisi Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və “Pregabalin” adlı həbləri onlara İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxs göndərmişdir. Onlar aşkar edilmiş narkotiki və həbləri qabaqcadan aralarında olan razılaşmaya əsasən Bakı şəhəri ərazisində tanımadıqları Bakı şəhər sakininə çatdırmaq məqsədilə götürmüşlər. Onlar həmin narkotik vasitəni və həbləri tanımadıqları şəxsə çatdırmaları müqabilində Vahid onlara 2500 manat pul göndərməyi vəd vermiş, o, həmin pulun 1300 manatını Vaqifə verəcəyini vəd vermişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, bundan başqa heç bir cinayət hadisəsi törətməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən cinayət əməllərini törətmələri özlərinin məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri səmimi etirafedici, işin hallarına uyğun gələn ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə ona Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə polis şöbəsinin rəhbərliyinə məlumat verilmiş və təxirə salınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün müraciət etmiş, rəhbərliyinin qərarı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona tapşırılmış, əməliyyat qrupunun üzvləri Anar Adbullayev, Şahid3, Şahid4, Cahid İsmayılzadə və Şahid6 ibarət olmuşdur. Həmin gün axşamçağı Beyləqan rayonu, Mil qəsəbəsində işləməyən yanacaqdoldurma məntəqəsinin yanında özlərinə mövqe tutub gözləməyə başlamışlar. Orada Təqsirləndirilən şəxs2 əlində torba ilə saxlayıb, özlərini təqdim etdikdən sonra onun üzərində qanunla qadağan olunmuş nəsə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs2 cibindən siqaret qutusu və birdə telefon adaptoru çıxarıb təqdim etmişdir. Onun əlində olan selofanda sarı bağlamanın içərisindən 5 büküm hər biri 1 kilodan artıq narkotik vasitəyə oxşar kütlələr və 20 ədəd həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 sorğu edilərkən bağlamanın içərisində narkotik vasitə olduğunu, 20 metr arxada şiferlərin altından götürdüyünü demişdir. Vaqif Vüsalın iranlı Vahidlə danışdığını, iki həftə qabaq belə bir şey olduğunu, Bakıya aparmaqlarına görə 2500 manat pul veriləcəyini, həmin puldan 1200 manat ona, 1300 manat isə Vüsala çatacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinin yanında saxlamışlar. Vəkillərin iştirakları ilə videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs2 sonra Təqsirləndirilən şəxs1 üzərinə axtarış və daha sonra avtomobilinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 üzərindən və ona məxsus avtomobildən qanunla qadağan olunmuş heç nə aşkarlanmamışdır. Vüsalın avtomobilindən Samsung markalı mobil telefon aşkar olunmuş, o həmin telefonun Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Dindirilmiş şahidlər Şahid3, Şahid2, Şahid6, Şahid4 və X1 Ənvər Yusif oğlu ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə dindirilmiş şahid Beyləqan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi X16 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə Beyləqan Rayon Polis X4 qrupunun baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, o da raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə qərar qəbul edilmiş və tədbir keçirməsi üçün ona tabe olan əməkdaşlar da əmrlə həmin əməliyyat qrupuna üzv olmuşlar. Əməliyyat məlumatı əsasında tədbir keçirilib göstərilən şəxslər narkotik vasitə ilə saxlanılmışlar. Narkotiklə mübarizə qrupu ona tabe olmadığı üçün ona məruzə etmirlər, onun tabeçiliyində olan əməkdaşlar əməliyyatda iştrakçı olduğuna görə əməkdaşların ona verdiyi məlumat əsasında əməliyyat barədə bilmişdir. O, sualları cavablandırarkən bildirmişdir ki, o, təqsirləndirilən şəxslər saxlanılarkən orada olmamışdır. Harada olduğunu bilmir. İşi ilə əlaqədar olaraq rayon ərazisində hər yerdə ola bilər. Bu iş üzrə əməliyyat işi açılmışdır. Cinayət işinin materiallarında olan üzləşdirmədə istintaq hərəkəti prorokolundan görünür ki, Şahid6 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman o ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, şahid X9 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılarkən onun sağ əlində aşkar edilərək götürülmüş üzərində müxtəlif rəngli zolaqlar olan bir ədəd torbanın içərisindəki üzərində “Mojadeh” sözü yazılmış, yapışqan lentlə bağlanmış sarı rəngli torbada üzəri yapışqan lentlə bağlanmış beş ədəd polietilen bağlamada ayrıayrılıqda çəkiləri 1085 qram, 1110 qram, 1115 qram, 1155 qram, 1125 qram olan narkotik vasitə heroinə bənzər kütlələr və bir ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 20 ədəd blisterin içərisində 300 ədəd “Pregabalin” adlı həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə şəxsi axtarış aparılması haqqında haqqında istintaq hərəkərlərinin videogörüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış protokolunda qeyd edilənlərin diskdə olan görüntülərlə üst-üstə düşməsi təsdiq olunur. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizanın 27 iyun 2022-ci il tarixli, 6/3561 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “ vət.Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman” sözləri olan kağız paketdəki 20 ədəd üzərilərində “Pregabalin 150” göstəriciləri olan dərman konvolutlarında 300 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edir. Bir ədəd bağlamada beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qr, 1085 qr, 1095 qr, 1120 qr, 1100 qr, ümumi təmiz çəkisi 5430 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və dərmanların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir.. Məhkəmədə tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli, 4427 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş 16 avqust 2022-ci il tarixli, 4537 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2022-ci il tarixli, 1920 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 psixi inkişafında gerilik (kəmağıllıq) əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2022-ci il tarixli, 1922 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda öz əməlini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 psixi inkişafında gerilik(kəmağıllıq) əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İşdə olan ibtidai istintaq orqanının 04 iyul tarixli 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 5430 qram olan külli miqdarda narkotik vasitə heroindən 0.100 qramı tədqiqata sərf olunduqdan sonra, faktiki olaraq ümumi təmiz çəkisi 5429.9 qram qalan narkotik vasitə olan heroin, tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 45 qram təşkil edən 300 ədəd güclü təsir edən maddə olan külli miqdarda dərman kapsulunun 2 ədədi tədqiqata sərf olunduqdan sonra, cəmi 298 ədəd kapsul, şəxsi axtarış aparılması haqqında protokollara əlavə edilmiş 2 ədəd CD disk və baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd CD disk, “Telefona baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və 5429.9 qram narkotik vasitə olan heroin, 298 ədəd kapsul və “Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefon saxlanması üçün Beyləqan rayon polis şöbəsinin Maddi sübutların saxlanıldığı otağa təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Telefona baxış keçirilməsi haqqında” 01 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy A 22” markalı **********65504 və **********6503 imei kodlu mobil telefona baxış keçirilərkən “Whatsapp” tətbiqində İran İslam Respublikasının mobil operatoruna məxsus +**********99 saylı mobil nömrəli ilə aşağıdakı məzmunda mesajların mübadiləsi aşkar olunmuşdur: 13 iyun 2022-ci il +**********99: “Salam” (mətn) 10:19 +**********99: “Vahidi irani” (mətn) 10:20 +**********99: “Birazadan vaxtun olsa mene zeng ilersen” (mətn) 10:30 Vüsal: “ Salam qardaw men sene dediyim adam bakidadi qoy gelsin sobet edim ona razi olsa sene xeber edecem” (mətn) 10:32 +**********99: “Qardas basva dunim senun” (mətn) 10:33 +**********99: “mal kecib de ovandadi” (mətn) 10:34 +**********99: “gur ne is gurysen” (mətn) 10:34 Vüsal: “Qaqa o iw menniy olan wey deyil o adam razi olsa seni onan ranis edecem” (mətn) 10:34 +**********99: “Hacan geleceg” (mətn) 10:35 Vüsal: “Axsama qaydacag” (mətn) 10:35 +**********99: “gudrem seni” (mətn) 10:35 Vüsal: “050 386.04.27 qardas nomresi budu” (mətn) 12:06 Vüsal: “Yazi yazma ses at” (mətn) 12:06 Vüsal: “Ona” (mətn) 12:06 +**********99: “Dansdun ondan” (mətn) 12:06 Vüsal: “He usdu ortulu danisdim” (mətn) 12:07 Vüsal: “Etrafli ozunuz dansin” (mətn) 12:07 +**********99: “dedi ki numremi ver dansm” (mətn) 12:07 Vüsal: “He” (mətn) 12:07 +**********99: “Buraxılmış səsli zəng” 12:59 +**********99: “gardas bu menden pol istir” (mətn) 13:19 +**********99: “Mende deyirem mali gutur verim” (mətn) 13:19 19 iyun 2022-ci il +**********99: “Gardas mel bagladim atdim axsam kecezeg” (mətn) 16:59 +**********99: “beylgana” (mətn) 17:00 +**********99: “sen balon cani bir adam tap sabah axsam gutursin aparsnlar bakiya” (mətn) 17:00 +**********99: “2000min azn pol veryem” (mətn) 17:01 +**********99: “vallah burcun icindyem” (mətn) 17:01 +**********99: “pis gundyem sene agz acram” (mətn) 17:01 20 iyun 2022-ci il Vüsal: “Salam” (mətn) 13:12 Vüsal: “Sen adam tapa bildin” (mətn) 13:12 +**********99: “Salam qardas” (mətn) 14:32 +**********99: “yux anam cani” (mətn) 14:32 Vüsal: “O oglan razi oldu” (mətn) 14:32 Vüsal: “Sen danisan” (mətn) 14:33 +**********99: “pis gundyem bu isim de alnmasa day olem” (mətn) 14:33 Vüsal: “Prosdu deyir” (mətn) 14:33 +**********99: “ne deyir” (mətn) 14:33 Vüsal: “Harda vereceyler” (mətn) 14:33 Vüsal: “Ona” (mətn) 14:33 +**********99: “Bakiya 40dene galan” (mətn) 14:33 +**********99: “guymaram bakiya gereler” (mətn) 14:33 Vüsal: “Burda onu buna kim verecey” (mətn) 14:34 +**********99: “nece” (mətn) 14:34 +**********99: “Zeng ile” (mətn) 14:34 Vüsal: “Beylaqanda mali ona kim verecey” (mətn) 14:35 +**********99: “Gardas bir yere guyacaglar meli bu da gedib gutreceg” (mətn) 14:35 +**********99: “Bu jec kimi gurmyeceg” (mətn) 14:35 +**********99: “Onvam dyecem gedib gutrezeg” (mətn) 14:35 Vüsal: “Bildim ee axsam getse hardan goturecey” (mətn) 14:35 +**********99: “Bu gun yux” (mətn) 14:36 +**********99: “Sabah axsam” (mətn) 14:36 Vüsal: “Gucnen razi salmisam” (mətn) 14:36 Vüsal: “Olsun” (mətn) 14:36 Vüsal: “Prablem yoxdu” (mətn) 14:36 +**********99: “Sabah hazrdi” (mətn) 14:36 +**********99: “O adam” (mətn) 14:36 Vüsal: “Axsam onan etrafli dansacam” (mətn) 14:37 Vüsal: “Prosdu deyir is risqlidi” (mətn) 14:37 +**********99: “Hele razi olmyib” (mətn) 14:37 Vüsal: “Pulu az verir” (mətn) 14:37 +**********99: “2500verem” (mətn) 14:37 +**********99: “Valah mene ac pol galir” (mətn) 14:38 +**********99: “yuxsa cux pol vererdim” (mətn) 14:38 Vüsal: “Bilirem” (mətn) 14:38 +**********99: “Canmsan” (mətn) 14:38 Vüsal: “Ee prisdu” (mətn) 14:38 Vüsal: “Deyir azdi” (mətn) 14:38 Vüsal: “Gorum axsam ne deyecey” (mətn) 14:38 Vüsal: “2500” (mətn) 14:39 +**********99: “Be negder istyir” (mətn) 14:39 Vüsal: “3000” (mətn) 14:39 +**********99: “2500verem” (mətn) 14:39 +**********99: “500de malmi satsnlar verem” (mətn) 14:39 Vüsal: “Yaxsi” (mətn) 14:40 +**********99: “Bo ne isdi” (mətn) 21:13 +**********99: “Sarybsuz adami” (mətn) 21:13 +**********99: “Be men sene demedim 2500verecem” (mətn) 21:13 +**********99: “500de catanda verecem” (mətn) 21:14 +**********99: “Be buna ne deyibsen” (mətn) 21:14 +**********99: “Bu ne isdi axi” (mətn) 21:15 +**********99: “O bele deyir sen bele deyirsen” (mətn) 21:15 Vüsal: “O getib senin yukunu goturecey” (mətn) 21:40 Vüsal: “Yukun bunun evinde olanda” (mətn) 21:41 Vüsal: “Sen onun 2500 pulun gonder oda aparib yukunu verib qaydacag” (mətn) 21:41 +**********99: “Oldu” (mətn) 21:45 +**********99: “men hazram” (mətn) 21:45 +**********99: “2500vrazam” (mətn) 21:45 +**********99: “Mali gutrsun evine aparsn guzum ostunde 2500vryam” (mətn) 21:45 21 iyun 2022-ci il +**********99: “salam” (mətn) 07:48 +**********99: “Bu gun mal gutrezeg” (mətn) 07:50 Vüsal: “Yaxsi” (mətn) 07:51 +**********99: “Ne oldu gardas” (mətn) 11:42 Vüsal: “Malini o goturen kimi” (mətn) 12:03 Vüsal: “Pulunu vurassan” (mətn) 12:03 Vüsal: “Da elemi” (mətn) 12:03 +**********99: “2500vracam” (mətn) 12:04 Vüsal: “Yaxsi” (mətn) 12:05 26 iyun 2022-ci il +**********99: “Salam” (mətn) 12:48 +**********99: “gaedas o uglann vatsapi bagldi” (mətn) 12:49 +**********99: “ona zeng vurasan menden elage saxlya” (mətn) 12:49 +**********99: “bu gun mali gutreceg” (mətn) 12:50 Vüsal: “Yaxsi zeng vuraram ona” (mətn) 12:50 +**********99: “gun batanda” (mətn) 12:50 +**********99: “Sagul” (mətn) 12:50 +**********99: “Gardas” (mətn) 18:48 +**********99: “Ona zeng ile denen sat 7de cxa” (mətn) 18:48 +**********99: “Gun batdi gutresen” (mətn) 18:48 Vüsal: “O saat” (mətn) 18:49 +**********99: “orda beylgana gednceg gun batacag” (mətn) 18:49 Vüsal: “10 dan tez” (mətn) 18:49 Vüsal: “Cixmiyacag” (mətn) 18:49 +**********99: “10dan tez cxmasa alnmaz axi” (mətn) 18:49 Vüsal: “Vallah o menim masinimi” (mətn) 18:50 +**********99: “2satda yulu du bunun” (mətn) 18:50 Vüsal: “Goturecey” (mətn) 18:50 Vüsal: “Mende 10 dan tez gelw bilmiyecem” (mətn) 18:50 +**********99: “Gardas 10da cxsa hacana gedib catar axi” (mətn) 18:50 Vüsal: “11” (mətn) 18:50 +**********99: “valkah be vaxt olacag” (mətn) 18:51 Vüsal: “Sabah” (mətn) 18:51 Vüsal: “Aldirmag olar” (mətn) 18:51 Vüsal: “11 dw” (mətn) 18:51 +**********99: “Sat hec olmasa 9da cxsin” (mətn) 18:52 Vüsal: “Goturse olmaz?” (mətn) 18:52 +**********99: “Yux gardas sabah olmaz bu gun” (mətn) 18:52 +**********99: “Sabah istemirem” (mətn) 18:52 Vüsal: “Onda 11 de giturecey” (mətn) 18:52 +**********99: “Ay da” (mətn) 18:52 +**********99: “Day yurldum allaha and olsun” (mətn) 18:53 Vüsal: “Tezden deseydiz” (mətn) 18:53 Vüsal: “İsimi ona gore qurardim” (mətn) 18:53 +**********99: “Bu mal gedib bakiya gedsydi olmezdim” (mətn) 18:53 +**********99: “Gardas sene men seherden deyirwm d3” (mətn) 18:54 Vüsal: “Neyse saat 10 da evde olaxam” (mətn) 18:54 Vüsal: “Verecem masini getsin” (mətn) 18:54 +**********99: “Bir ser de alnmasa day menim malim batar” (mətn) 18:59 +**********99: “Beylgana” (mətn) 18:59 Vüsal: “Rayonun ici olmasin” (mətn) 18:59 +**********99: “Beylgann uzune” (mətn) 18:59 Vüsal: “Polis qayniyir” (mətn) 18:59 +**********99: “Gardas icinde olmyazag” (mətn) 18:59 Vüsal: “Yaxsi” (mətn) 18:59 +**********99: “hele gelsin icine” (mətn) 18:59 +**********99: “Men onvan atacam” (mətn) 19:00 +**********99: “Gragda guteceg” (mətn) 19:00 Vüsal: “Ele olsunki” (mətn) 19:00 +**********99: “tez verde masini” (mətn) 19:00 Vüsal: “Yesiz yer olsun” (mətn) 19:00 +**********99: “Oldu” (mətn) 19:01 Vüsal: “Yaxsi” (mətn) 19:01 Vüsal: “O cixdi” (mətn) 21:30 +**********99: “Yaxşı oldu qardaş çatan kimi mənə xəbər eləsin də 10 kilometr qala 10 dene qalan Beyləqana mənə xəbər de” (səs yazısı) 21:32 Vüsal: “Onun ee demeli Beyləqana iki tərəfdən girişi var biri daşburun terefden biri nedi bu biri Ağcabədi tərəfdən deyir hansı tərəfdən gedim” (səs yazısı) 21:33 +**********99: “Bir deyqa duz sene deyim” (səs yazısı) 21:36 +**********99: “Elə onların hankisinnan keçsense ferqi yoxdu ele ikiside ele gidir o şəhərə” (səs yazısı) 21:56 Vüsal: “E şəhər nədie şəhərin içinə girilejey şəhər demədin axı sən şəhərdən qıraq dedin ” (səs yazısı) 21:58 +**********99: “Sən hələ girginən şəhərin içinə onnan sora qayıdıb deyecem dana harda götrəssən” (səs yazısı) 21:59 +**********99: “Hələ sən çatginən ora 5-10 dənə qalan mənə xəbər deginən deyəcəm harda şəhərin içi yox hələ sən çat ora” (səs yazısı) 21:59 Vüsal: “Ə qaqa biz pataloku 20-25 dəyqəyə çatajıyıxe ora ama şəhərin içinə biz girmiyəjik dana şəhərin içinə hardasa bir 10 kilometr qalmış bəridə şeyliyəjiyik gözdüyəjiyik” (səs yazısı) 21:59 +**********99: “Oldu oldu oldu çatanda mənə xəbər elərsiz” (səs yazısı) 22:01 Vüsal: “Catddig” (mətn) 22:27 +**********99: “Ne gder galysuz” (mətn) 22:27 Vüsal: “5” (mətn) 22:27 Vüsal: “K” (mətn) 22:27 +**********99: “Gardas catan kimi de” (mətn) 22:30 Vüsal: “Ə məzə qılırsan deyirəm çatmışam dana” (səs yazısı) 22:30 +**********99 (yönləndirilib): “Qardaş sen onlara denen gelsinler daşburun terefe” (mətn) 22:32 +**********99 (yönləndirilib): “Hamı tanıyır oranı” (mətn) 22:32 +**********99: “Bura gedun” (mətn) 22:32 Vüsal: “Aə nə daşburun nə danşırsan sən bu tərəfdən gəlib girib Ağcabədidən gəlib girən tərəfdən gedib sən demədin daşburun tərəfdən getməsin o da bu tərəfdən gedib gedib qalıb orda bu nə danışıqdıe bu sözü danışanda bir dəfənlik danış indi burda ordan rayonun içinnən keçməlidi daşburuna?” (səs yazısı) 22:33 +**********99: “Gardas denen gedsin ura de ne olar” (mətn) 22:35 +**********99: “Siz hardasuz” (mətn) 22:38 Vüsal: “Peyğəmbər yolunun üstündə” (mətn) 22:38 +**********99: “Daşburunun kruqunun yanına gedin atacaq şekilleri” (mətn) 22:41 +**********99: “Gardas seb balun zani” (mətn) 22:41 +**********99: “burda hel ile” (mətn) 22:41 Vüsal: “Ə ged ora yoxe daşburunan menim aram bizim aramız 18 kilometrdi sən 75 kilometr bizi gəzdirmisən ey çerez belə fırrana fırrana bunu əvvəldən de də ordan ora nə yoldu ki18 kilometr yoluydu dana indi 75 kilometr yol fırranırıq burda belə iş görmüyün də denən şəkilləri atsın ma” (səs qeydi) 22:42 +**********99: “Ne yneg gardas” (mətn) 22:44 +**********99: “Bagsala ne olar” (mətn) 22:44 Vüsal: “Şəkilləri denən at ey şəkilləri haradı oranın şəklin atsın ” (səs qeydi) 22:44 +**********99: “evezin cxaram” (mətn) 22:44 +**********99: “basva dunum” (mətn) 22:44 +**********99: “Canmsan” (mətn) 22:44 +**********99: “Valkah evzin cxaram” (mətn) 22:45 +**********99: “Gardas atb gedbler bagsala” (mətn) 22:47 +**********99: “evezin cxaram” (mətn) 22:47 +**********99: “yaxsi gardas deyirem atlara” (mətn) 22:47 +**********99: “negderecatarsan ora” (mətn) 22:47 Vüsal: “15 dey” (mətn) 22:48 +**********99: “5 deqiqeye atıram şekli” (mətn) 22:52 +**********99: “Ne galysuz ora” (mətn) 22:58 Vüsal: “uzağı 4 dəyqəyə daşburun kruqun keçiriy 4 dəyqəyə” (səs qeydi) 22:58 +**********99: “Das burunda gudun” (mətn) 22:59 +**********99: “deyim” (mətn) 22:59 Vüsal: “Ə nəyi deyirsən nəyi atırsan biraz tez ol şəkl burdayıq dana daşburundayıq” (səs qeydi) 23:00 +**********99: “1 deyge atdim” (mətn) 23:02 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:02 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:02 +**********99: “Esemyen zapruvga” (mətn) 23:03 Vüsal: “Bura haradi” (mətn) 23:03 +**********99 (yönləndirilib): “Dasburunnan fuzuliye gedende islemeyen zapravkanin arxasi siferin alti” (mətn) 23:05 Vüsal: “Bildim” (mətn) 23:05 +**********99: “Basna dunim gardas” (mətn) 23:06 +**********99: “Gutren kimi de mene” (mətn) 23:07 +**********99: “Mene xeber de gutren kimi” (mətn) 23:09 +**********99: “Ne xeber” (mətn) 23:21 Vüsal: “Goreyde” (mətn) 23:22 +**********99: “Nece” (mətn) 23:22 Vüsal: “Senneneme onnan bidene soruş burda iki dənəsi vareyy denen bu xestexananı keçənnən də Fizuliyə tərəf xəstəxananı keçənnən sonra olan zapravkadı yoxsa o terefkidi denen xestexananı daşburunnan fizuliyə tərəf gedəndə xəstxananı keçənnən soradı?” (səs qeydi) 23:25 +**********99: “Bir deyge gud” (mətn) 23:26 +**********99 (yönləndirilib): “İşləməyən zaprafka” (mətn) 23:28 Vüsal: “Ə nə işləmiyən zaprafkae işliyən zaprafka var burda işləmiyəni deyrem dana məndə” (səs qeydi) 23:29 +**********99: “DAŞBURUN dan keçen kimi , fizulu terefe. Kruqdan fizuli terefe gedende 150 – 200 m gedende sol terefde i” (mətn) 23:30 +**********99: “Gardas gud” (mətn) 23:38 +**********99 (yönləndirilib): “Qardaş fizuli xəstəxanasından daşburuna gələndə daş burunun kruquna çatmamış yolun qırağında şekilde olan işləməyən zaprafka” (mətn) 23:40 +**********99: “Gardas tandun” (mətn) 23:41 +**********99 (yönləndirilib): “Şəkil” (mətn) 23:45 +**********99: “Burdadi” (mətn) 23:45 +**********99: “Gurdun” (mətn) 23:45 +**********99: “Bax bu zaprafka işləmir bax təkdi işləmir” (səs qeydi) 23:45 +**********99: “Hec kimde yuxdu bumb busdu” (mətn) 23:46 +**********99: “Tandun” (mətn) 23:46 Vüsal: “He” (mətn) 23:48 Vüsal: “Ə bu zaprafkanın dalı camaatın həyətidi həyətə qoyub bu keçmişdi həyətə it yemişdie bunu dalıda ağaşlıqdı onun harasındadı o” (səs qeydi) 23:50 +**********99: “Sənə mən şəklin atdımdə dalı həyət məyət dəyil bildün iranet var iranet onun altındadı elə onun dalında altın” (səs qeydi) 23:51 +**********99 (yönləndirilib): “şəkil” (mətn) 23:52 +**********99: “Qardaş dalında butana bunnarın altında” (səs qeydi) 23:52 +**********99: “Gardas bunun altnda” (mətn) 23:52 +**********99: Buraxılmış səsli zəng - 23:54 +**********99: “Ne oldu” (mətn) 23:54 +**********99 (yönləndirilib): “Zapravkanın heyetidir” (mətn) 23:55 +**********99: Buraxılmış səsli zəng - 23:56 +**********99: “Ne oldu gutrduz” (mətn) 23:56 +**********99: “Zvab ver” (mətn) 23:56 +**********99: “Day zvab ver” (mətn) 23:58 27 iyun 2022-ci il +**********99: “Qardaş noldu malları götürdün qardaş mənə bir xəbər de” (səs qeydi) 00:37 +**********99: “Qardaş o 5 kilo yarım qıraindı xoob 5 kilo yarım qıraindı girmi listdə dərmandı oları götürginan saxlaginan yaxşı mən deyən ünvanda aparıb ataceysan” (səs qeydi) 00:37 +**********99: “Qardaş mənə bir xəbər de də dörüm malları götürdün ya yox qardaş o 5 kilo yarım qıraini götürdün ya yox igirmi listdə dərmandı bıları mən deyən ünvana aparıb ataceysən mənə hə yoxun deginən xəbər de mənə ” (səs qeydi) 00:37 Fotoşəkillər olan qovluqda Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən sahibsiz yanacaqdoldurma məntəqəsinə gedən yolu göstərən, sahibsiz yanacaqdoldurma məntəqəsini, şifer qırıqlarını əks etdirən fotoşəkillər aşkar edilmişdir. İşdə olan Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 şöbəninin rəisi Rüstəm Cəfərova ünvanladığı 26 iyun 2022-ci il tarixli təqririndən görünür ki, o həmin təqrirlə müraciət edərək Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda güclü təsiredici həbləri əldə edib saxlamaqla üzərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21074 markalı ** NU *** dövlət nömrə nişanlı avtomobildə daşımaqda şübhəli olduqlarını və hazırda Beyləqan rayonu ərazisində hərəkət etdiklərini və onların ifşa olunmasından ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi bildirilmişdir. İşdə olan əməliyyat müvəkkili Şahid1 26 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Beyləqan rayonunun İmamverdili kəndində yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və külli miqdarda küclü təsiredici həbləri əldə edib saxlamaqla üzərində və Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 21074 markalı ** NU *** dövlət nömrə nişanlı daşımaqda şübhəli olduqlarını və hazırda Beyləqan rayonu ərazisində hərəkət etdiklərini və onların ifşa olunmasından ötrü əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Beyləqan Rayon Polis Şöbəsinin 08 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 23 iyun 2022-ci il tarixli 20606 nömrəli əməliyyat işi olmuşdur. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in X18 əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs2 ilkin izahatından görünür ki, o həmin izahatda əməlini etiraf etmiş və izahatının sonunda izahatının ona müdafiəçisi tərəfindən ucadan oxunduğunu, doğru olduğunu, doğruluğunu imzası ilə təsdiq etdiyini bildirmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli həbs qətimkan tədbirininin seçilməsi haqqında qərarların surətlərindən də görünür ki, təqsirləndirilən şəxslər qeyd edilən məhkəmə iclasında izahat verərkən istintaqa ifadə verdiklərini, əməllərini etiraf etdiklərini bildirmişlər. İşdə olan İbtidai istintaq orqanının 27 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) və güclü təsir edən preqabelin təsir edici qüvvəsi 5 qramdan artıq hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və digər şəxsin satış məqsədi ilə birgə əldə etdikləri 5430 qram heroin və 300 ədəd preqabalin həbləri külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, cinayətkar qrupun üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdikləri külli miqdarda heroin və preqabalin həblərini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilə bilməz. Belə ki, onların külli miqdarda narkotik vasitələr və psixotrop maddə olması barədə əməliyyat məlumatına əsasən onlar saxlanılaraq Təqsirləndirilən şəxs2 əlindəki bağlamaya baxış keçirilərkən həmin kütlələr aşkar edilmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onların tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və başqa bir şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətmələri təsdiq olunmuşdur. Onların əməlləri düzgün olaraq CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onların qeyd olunan əməlləri CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların əməlləri CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Vahid adlı şəxslə əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni qəbul edib Azərbaycan Respublikasında satması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Vahid adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və güclü təsir edən maddəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına onların tanımadıqları şəxs vasitəsi ilə göndərərək Beyləqan rayonunun Mil qəsəbəsi ərazisinə qoydurmuş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə satış məqsədi ilə həmin narkotik vasitə və güclü təsir edən maddəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda maddələr onlardan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Vahid adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdikləri külli miqdarda narkotik vasitənin və güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Vahid adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onların hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə onların əməlləri CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin onun 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadəsində qaçaqmalçılıq cinayətini törətmədiyini, Azərbaycan Respublikasına İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxslə külli miqdarda narkotik vasitələri və güclü təsir edən maddəni göndərməsi barədə vootçapla danışıq aparsa da onun göndərdiyi maddələri Vahidin qoyduğu yerdən götürməyib gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq içərisində narkotik vasitə olan bağlamanı onlara verərək, videoçəkilişlə baxış keçirdiklərini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 da oxşar ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bu ziddiyyətli ifadələrini özlərini və biri-digərini müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib olunduğundan həmin hissədə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri ilkin izahat və ifadələrində Təqsirləndirilən şəxs1 tanışı Vahid adlı İran İslam Respublikası vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitənin və güclü təsir edən maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşıyaraq Bakı şəhərində Vahid adlı şəxsin tapşıracağı yerə çatdırması barədə razılığa gəlmələri, bu işin müqabilində Vahid adlı şəxsin 2500 manat pul verəcəyini, bu niyyəti barədə tanışı Vaqif Əsdovu məlumatlandıraraq narkotik vasitəni götürmək məqsədilə özünün idarə etdiyi avtomobillə Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yerləşən köhnə yanacaqdoldurma məntəqəsinə getmələri barədə razılaşmaları, əldə edəcəyi puldan Təqsirləndirilən şəxs2 da verəcəyini vəd verməsini bildirməsi və Təqsirləndirilən şəxs2 onda aşkar edilərək götürülmüş bağlamanın içərisində olan narkotik vasitənin və güclü təsir edən maddənin Vüsalın sifarişi ilə X11 vətəndaşı Vahid adlı şəxsin göndərməsi və Vüsalla birlikdə Vüsalın idarə etdiyi avtomobillə gedərək Vahid adlı şəxsin vootçap vasitəsi ilə şəklini atdığı işləməyən yanacaqdoldurma məntəqəsinin arxasından şifer parçasının altında götürməsi barədəki ifadələri, vəkillərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi əlindəki bağlamaya baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, göstərilən istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin olduğu disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, təhqiqatçının Təqsirləndirilən şəxs2 aldığı izahatları, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, mobil telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, təqsirləndirilən şəxslərin barələrində qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında əməllərini etiraf etmələri barədəki izahatları, məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizalarının rəyləri ilə onların törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə verdikləri işin hallarına uyğun gəlməyən ziddiyyətli ifadələrini həmin hissələrdə sübut kimi qiymətləndirmir. Lakin məhkəmədə tədqiq edilmiş yuxarıda qeyd edilən onların ibtidai istintaq zamanı verdikləri izahat və ifadələri isə işin faktiki hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 atası X5 təqsirləndirilən şəxsin müdafiəsinə gətirdiyi dəlillər onun yaxın qohumluq əlaqələrindən irəli gəlir. Bundan başqa Təqsirləndirilən şəxs1 medafiəçisi Müdafiəçi2 vəsatətlə müraciət edərək təqsirləndirilən şəxslər saxlanılarkən onların üzərlərinə saxlanıldıqları yerdə axtarış keçirldikdən sonra bu barədə protokolun Beyləqan Rayon Polis Şöbəsində tərtib edildiyini əsas gətirib həmin istintaq hərəkəti protokollarını və digər sənədlərin sübutlar siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət mülahizələrə əsaslandığından və qeyd edilən istintaq hərəkətlərinin CPM-nin 51.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edildiyindən vəsatət təmin edilməməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1979cu il tarixdə Beyləqan rayonu, İmamverdili kəndində doğulmuşdur. Beyləqan rayonunun İmamverdili kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 1991-ci ildə Beyləqan rayonunun İmamverdili kəndində döğulmuşdur. Beyləqan rayonunun İmamverdili kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 2017-ci il təvəllüdlü oğlu Nadir Abdullayev vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs etmənin əvvəli 27 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-in məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir. CM-nin 8.1-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onların yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində iştiraklarının dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə cinayətdə təqsirli bilindiklərindən onlara təyin olunacaq cəzalar CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları vaxtdan, 27 iyun 2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5429.9 qram narkotik vasitə olan heroin, güclü təsir edən 298 ədəd “Preqabalin” kapsulu məhv edilməli, “Samsung Galaxy A22” markalı **********65504 və **********6504 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs1 atası X7 qaytarılmalı və özündə telefon məlumatları əks etdirən 2 ədəd CD disk, baxış və şəxsi axtarış və götürmə hərəkətinin qeydə alındığı 2 ədəd DVD disklər cinayət işinin materialarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 81 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 40 manat 50 qəpik alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: İ. Təqsirləndirilən şəxs2 CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs1 CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 5429.9 qram narkotik vasitə olan heroin, güclü təsir edən 298 ədəd “Preqabalin” kapsulu məhv edilsin. “Samsung Galaxy A22” markalı **********65504 və **********6504 imei kodlu mobil telefon Təqsirləndirilən şəxs1 atası X7 qaytarılsın. Özündə telefon məlumatları əks etdirən 2 ədəd CD disk, baxış və şəxsi axtarış və götürmə hərəkətinin qeydə alındığı 2 ədəd DVD disklər cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 81 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 40 manat 50 qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.