Məhkəmə qərarları › İş №1(099)-191/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-191/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-191/2024 10.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 12 avqust 1981-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 4, mənzil 48-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tanış olduğu “Həsən” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, həm də qrupun üzvləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni əldə edib realizə etməsinə qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd sellofan torbanın içərisində külli miqdarda-3985 qram (3 kq 985 qram) narkotik vasitə olan heroinin Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində üzərində “Şuşa-Bəhrəmtəpə, İran sərhədi, Biləsuvar” yazısı olan yol nişanının yanında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 02 iyul 2023-cü il tarixdə qeyd olunan cinayət əməlindən xəbərsiz, taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi “Toyota Corolla” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd narıncı rəngli sellofan torbanın içərisində olan iki ədəd bağlamada, ayrı-ayrılıqda 1555 qram və 2430 qram olmaqla cəmi külli miqdarda-3985 qram (3 kq 985 qram) narkotik vasitə olan heroini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 02 iyul 2023-cü il tarixdə, saat 12 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs sərnişin olduğu “Toyota Corolla” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayının yaxınlığında saxlanılıb həmin avtomobilə baxış zamanı avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd narıncı rəngli sellofan torbanın içərisində olan iki ədəd bağlamada, ayrı-ayrılıqda 1555 qram və 2430 qram olmaqla cəmi külli miqdarda-3985 qram (3 kq 985 qram) narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, iki uşağı vardır və ailəsi ilə birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 4, mənzil 48-də qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. O, təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroin, metamfetamin, tiryək və marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitə əldə edib saxladığına görə iki dəfə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ildə məhkum olunmuş və 2023-cü ilin mart ayında cəzasının sonu ilə azad olunub evinə qayıtmışdır. Dəqiq xatırlamadığı tarixdə Tutulmamışdan təxminən 10 gün əvvəl telefon vasitəsilə özünü iranlı kimi təqdim edən “Əli” adlı şəxs onunla tanış olmuş, sonra qarşılıqlı olaraq aralarında telefon danışıqları olmuşdur. Narkotiklərdən istifadə etdiyindən o, iranlı “Əli”dən narkotik istəmiş, “Əli” də pul istəmiş, o da pul göndərmiş, lakin “Əli” onu aldadıb narkotik maddə göndərməmişdir. Sonradan iranlı “Əli” ilə və biləsuvarlı bir şəxslə telefonda danışmış, onlar da onu başqa bir iranlı “Həsən” adlı şəxslə tanış etmiş, o da iranlı “Həsən”lə telefonda danışmışdır. İranlı “Həsən” bilasuvarlılarla işlədiyini bildirib sifariş versə onun üçün “malı” (narkotik vasitələri) Biləsuvara göndərəcəyini demiş, o da iranlıya 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram tiryək sifariş verib həmin iranlıya 1800 manat pul göndərmişdir. Tutulmamışdan iki gün əvvəl iranlı “Həsən” telefonla onunla əlaqə saxlayıb onun dediyi narkotik vasitələri Biləsuvara göndərdiyini, gedib oradan narkotik maddələri götürməsini demişdir. Bundan sonra o, tanışı taksi sürücüsü Azər adlı şəxslə danışıb Biləsuvara onu aparıb-gətirməyə görə yol pulu 100 manata razılaşmış və 01 iyul 2023-cü il tarixdə, saat 22 radələrində Azər onu maşını ilə Biləsuvara aparmış və 02 iyul 2023-cü il tarixdə, gecə saatlarında onlar Biləsuvara çatmışlar. O, narkotik maddələri götürmək üçün Mingəçevirdən Biləsuvara gəlmiş, Azərə də Biləsuvarda yaşayan əsgər yoldaşı ilə görüşmək üçün getdiyini demişdir. Biləsuvara gələndən sonra iranlı ona narkotik maddələrin gizlədildiyi yerin şəkilini telefonuna göndərmiş, həmin yer iki yol nişanının, yəni üzərində “Şuşa-Biləsuvar- Bəhrəmtəpə” yazıları olan yol nişanının yanı olmuş və o, gedib həmin yerə baxsa da, orada narkotik maddələri tapa bilməmişdir. Sonra o, Azərin idarə etdiyi maşınla geri qayıdarkən Biləsuvar şəhəri ərazisində olan hansısa şadlıq sarayının yanında yol polisi əməkdaşları maşını saxlamış, sonra digər polis əməkdaşları onu və Azəri tutub avtomobillə birlikdə Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində əvvəl videoçəkilişlə üzərində axtarış olmuş və üzərində heç bir narkotik maddə aşkar edilməmiş, mobil telefonlarını polislər götürmüşlər. Sonra özünün, Azərin və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə Azərin avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilin qabaq oturacağının ayaqaltı hissəsindən, yəni əvvəl özünün sərnişin kimi oturduğu oturacağın ayaqaltı hissəsindən bir ədəd sellofan torba götürülmüş və həmin torbanın içərisində 4 kq heroin aşkar olunmuşdur. Aşkar olunmuş 4 kq heroin ona məxsus deyil, o, Biləsuvara 4 kq heroini götürmək üçün getməmiş, yalnız sifariş verdiyi 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram tiryəki götürmək üçün getmiş, lakin iranlının dediyi yerdə həmin narkotik maddələri tapa bilməmiş və taksi maşınına oturub geri qayıdarkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, güman edir ki, avtomobildə aşkar olunmuş 4 kq heroin onunla telefonda danışan, tanımadığı biləsuvarlı şəxsə məxsusdur. O, iranlının dediyi yerə, yəni şəkildə olan iki yol nişanının birinin yanına baxmış, orada narkotik maddələr olmamış, digər ikinci yol nişanının yanına baxmamış və orada narkotik maddələrin olub-olmamasını bilməmişdir. Yol nişanının yanına çatanda taksi sürücüsü Azərə maşını saxlamasını və özünün ayaqyoluna gedəcəyini demiş, o da maşını həmin yerdə saxlamış və o, ayaqyoluna getmək adı ilə maşından düşüb həmin əraziyə gedib baxmış, lakin orada narkotik maddələrin olmasını görməyib geri qayıdıb maşına oturub sürücüyə işinin alınmadığını, geri qayıtmalı olduğunu demişdir. Az sonra o, iranlıya zəng etmişdir ki, narkotik maddələri tapa bilmədiyini desin, lakin iranlıya zəng çatmamışdır. Avtomobildə aşkar olunmuş 4 kq heroin ona məxsus deyil və güman edir ki, həmin heroini Azərin maşınına onlar tutulduqdan sonra polis əməkdaşları qoymuşdur. Ona görə də o, 4 kq heroinlə bağlı ona verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir, lakin iranlıya sifariş verdiyi 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram tiryək götürmək üçün Biləsuvara getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, o, təxminən 20 ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etməyə başlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan iki gün əvvəl “Həsən” adlı İran vətəndaşı +98 913 252 55 84 saylı telefon nömrəsi ilə onun 050/823-50-31 saylı telefon nömrəsinə zəng vurub ona “istəsən sənə narkotik vasitələr sata bilərəm” demiş, o da “bəli narkotik vasitə istifadə edirəm və almaq istəyirəm” bildirmiş, “Həsən” də “gəl Biləsuvar şəhərinə tanışım vasitəsi ilə sənə narkotik vasitələri göndərəcəm” demişdir. Telefon daşığı zamanı o, “Həsən”dən təxminən 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək istəmiş, o da həmin maddələri verə biləcəyini və bu maddələri görə cəmi 1000 manat alacağını bildirmiş, o da razılaşmışdır. Sonra “Həsən” bank kartının şəklini göndərmədiyindən ona həmin pulu göndərə bilməmişdir. 01 iyul 2023-cü il tarixdə, günorta saatlarında “Həsən” ona zəng vurub “Biləsuvar şəhəri, Mərkəzi xəstəxanasının yaxınlığına gəl və orada sənə çatacaq narkotik vasitələri qoyduracam” demiş, o da razılaşmışdır. Bundan sonra o, tanıdığı Şahid6 zəng vurub onu Biləsuvar şəhərinə aparmasını xahiş etmiş, Azər də də razılaşmış və həmin günü saat 22 radələrində onlar Azərin idarə etdiyi avtomobillə Biləsuvara getmiş və 02 iyul 2023-cü il tarixdə, saat 05 radələrində ora çatmışlar. Biləsuvar şəhəri mərkəzi xəstəxanasının yaxınlığında olan zaman o, “Həsən”ə vatsapla yazıb narkotik vasitələr olan bağlamanın harada olmasını soruşmuş, “Həsən” də “gözlə bağlamanı gətirən avtomobil nasazdı bir azdan gətirəcək” sözlərini yazmış, bir az sonra “Həsən”lə əlaqə kəsilmiş və o, həmin yerdə avtomobilin içərisində yatıb “Həsən”in zəngini gözləmişdir. Səhər saat 10 radələrində o, “Həsən”lə yenidən əlaqə yaratmış və “Həsən” ona “ Biləsuvar rayonu Gömrük yolunda olan üzərində İran-Astara sözləri yazılmış lövhənin altında bağlama var, get götür” demişdir. Bundan sonra o, Azərə Biləsuvar rayonu, Gömrük yoluna avtomobili sürməsini demiş, sonra Azər və o, həmin ünvanı soruşa-soruşa gedib həmin yeri tapmışlar. Həmin yerə çatdıqdan sonra o, Azərə avtomobili dairənin yaxınlığında olan yol nişanın yanında saxlamasını demiş, Azər də avtomobili həmin yol nişanın yaxınlığında saxlamışdır. Sonra o, Azərə telefonla danışacağını deyib avtomobildən düşüb həmin yerdə olan narıncı rəngli sellofan torbanı götürüb avtomobilə qayıtmış və torbanı oturduğu oturacağın ayaqaltına qoyub Azərə də “indi evə qayıda bilərik” demiş və onlar gəldiyi yolu qayıdıb bir az getdikdən sonra yol polisi əməkdaşları Azərə avtomobili saxlamaq işarəsi vermiş, Azər də avtomobili saxlamışdır. Bundan sonra Biləsuvar RPŞ-nin əməkdaşları onlara narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib onları saxlayıb avtomobillə birlikdə Biləsuvar RPŞ-nə aparmışlar. Polis Şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və üzərində heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Həmin vaxt iki ədəd mobil telefonunu polislərə təhvil vermişdir. Bundan sonra Şahid6 idarə etdiyi “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun, Şahid6 və vəkillərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, özü avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsində olan bir ədəd sellofan torbanı götürüb polislərə təqdim edib içərisində narkotik vasitələr olmasını və həmin narkotik maddələrin ona məxsus olmasını bildirmişdir. Baxış zamanı həmin sellofan torbada bir ədəd böyük və bir ədəd kiçik bükülü və həmin bükülülərin içərisində heroin kütlələri aşkar edilmişdir. Həmçinin baxış zamanı avtomobildə olan ona aid pul kisəsinin içərisində bir ədəd balaca bıçaq aşkarlanmışdır. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd bıçaq qablaşdırılaraq götürülmüş, daha sonra protokol tərtib edilmişdir. O, “Həsən” adlı şəxsin kim olmasını bilməmiş və onunla üzbəüz danışmamışdır. O, “Həsən”dən öz istifadəsi üçün 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək istəmiş, lakin “Həsən” onu aldatmışdır. Onun “Həsən” adlı şəxsdən narkotik vasitələr alacağı barədə Azərin məlumatı olmamışdır. Aşkar olunmuş heroini kiməsə verməklə bağlı “Həsən”lə aralarında heç bir söhbət olmamışdır. Avtomobildən aşkar olunmuş bıçağı Mingəçevir şəhərində bazardan almış və meyvə kəsmək üçün üzərində saxlayıb, daşımışdır. Həmçinin Təqsirləndirilən şəxs 23 sentyabr 2023-cü il tarixli əlavə ifadəsində göstərmişdir ki, o, “Həsən”lə danışıb 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryəki götürmək üçün taksi sürücüsü Azərlə Biləsuvara getmiş və ora çatdıqdan sonra 02 iyul 2023-cü il tarixdə, saat 10 radələrində o, “Həsən”lə yenidən əlaqə saxlamış və “Həsən” ona “ Biləsuvar rayonu Gömrük yolunda olan üzərində İran- Astara sözləri yazılmış lövhənin altında bağlama var, get götür” demişdir. Bundan sonra o, Azərə Biləsuvar rayonu, Gömrük yoluna avtomobili sürməsini demiş və həmin yerə çatdıqdan sonra o, Azərə avtomobili dairənin yaxınlığında olan yol nişanın yanında saxlamasını demiş, Azər də avtomobili həmin yol nişanın yaxınlığında saxlamışdır. Sonra o, avtomobildən düşüb həmin ərazidə olan kol bitkilərinin aralarını və yol nişanın alt hissəsini axtarmış, lakin heç bir bağlama tapa bilməmişdir. Bu səbəbdən o, geri qayıdıb avtomobilə əyləşib Azərə geri qayıtmasını demiş, Azər də avtomobili idarə edib Biləsuvar şəhəri ərazisində hərəkət edib bir az getdikdən sonra yol polisinin əməkdaşları Azərə saxla işarəsi vermiş, Azər də avtomobili saxlamışdır. Yol polisinin əməkdaşı Azərdən avtomobilin sənədlərini istəmiş, Azər də avtomobilin sənədlərini polisə təqdim etmişdir. Polis əməkdaşı sənədləri Azərə qaytarıb, Azərə avtomobilin arxa hissəsində nömrəyə nəsə yapışmasını deyib Azərdən avtomobildən düşməsini bildirmiş, Azər də avtomobildən düşmüşdür. Elə həmin vaxt mülki geyimli polis əməkdaşları onu və Azəri tutub saxlamış, sonra onları gəldikləri avtomobillə Biləsuvar RPŞ-nə gətirmişlər. Təxminən 4 saatdan sonra polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və üzərində hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Sonra özünün, Azərin və vəkillərin iştirakı ilə Azərin avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşı ona avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsində olan bir ədəd sellofan torbanı götürüb təqdim etməsini bildirmiş, o da həmin bağlamanı götürüb polislərə təqdim etmişdir. Təqdim etdiyi bağlamanın içərisindəki bükümlərdə heroin aşkar olunmuşdur. Həmin narkotik maddə çəkilərkən o, aşkar olunmuş narkotik maddənin ona məxsus olmadığını bildirmişdir. O, güman edir ki, aşkar olunmuş 4000 qram heroini avtomobilə polis əməkdaşları qoymuşdur. İlkin ifadə verərək o, aşkar olunmuş külli miqdarda heroinin özünə məxsus olmasını inkar etsə də, həmin narkotik maddə Şahid6 avtomobilindən aşkar oldunduğu üçün və Azərin cinayət məsuliyyətinə cəlb edilməsindən qorxduğundan həmin narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. İbtidai istintaq zamanı istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə, saat 12 radələrində tanışı Şahid6 idarə etdiyi avtomobillə Biləsuvar rayonunun Gömrük yolunda olan, üzərində “X8 Sərhəddi, Biləsuvar” sözləri yazılmış lövhənin yaxınlığına gəlib avtomobildən düşüb həmin ərazidə (yol nişanın alt hissəsində və ətrafındakı kol bitkilərinin aralarında) narkotik maddələri axtardığı yerləri əyani olaraq göstərib verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və baxışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələri təsdiq etməyib, 23 sentyabr 2023-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, tutulduqdan sonra polis əməkdaşları onu döyməsələr də, ona qarşı təzyiqlər olduğu üçün o, ilkin izahat və ifadələrində göstərmişdir ki, avtomobildə aşkar olunmuş 4 kq heroin özünə məxsusdur. Əslində isə 4 kq heroin ona məxsus deyil. O, iranlıya 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək sifariş vermiş və həmin narkotik maddələri götürmək üçün Biləsuvara getmiş, lakin deyildiyi yeri axtarsa da, orada narkotik maddələri tapa bilməyib avtomobilə əyləşib geri qayıdarkən yolda polis əməkdaşları tərəfindən tutulmuş, daha sonra isə avtomobildən 4 kq heroin aşkar olunmuşdur. Ona görə də hesab edir ki, içərisində 4 kq heroin olan torbanı avtomobilə polis əməkdaşları qoymuşdur. İstifadəsində “Redmi-8” və ”Redmi-9” markalı mobil telefonlar, 077/385-00-45 və 050/823-50-31 saylı mobil telefon nömrələri olmuşdur. Telefonlarda və telefon danışıqlarına dair aşkar edilən SMS-lərin kimlər tərəfindən göndərilməsini və özünün kiməsə belə SMS-lər göndərməsini xatırlamır, lakin onun vatsapla “Həsən” adlı iranlı ilə danışıqları olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və avtomobildə aşkar olunmuş 4 kq heroinlə bağlı ona verilmiş ittiham üzrə özün təqsirli bilmir, lakin narkotik vasitələrin istifadəçisi kimi iranlıya 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək sifariş verib həmin narkotik maddələri götürmək üçün Biləsuvara getdiyinə görə özünü təqsirli bilir və bu əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhərində yaşayır və özünə məxsus “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyati ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, qonşusudur və onunla münasibətləri yaxşı olmuşdur. 01 iyul 2023-cü il tarixdə, axşam saatlarında Paşa ondan avtomobillə onu Biləsuvar rayonuna aparıb-gətirməsini xahiş etmiş, o da Paşadan gedib-gəlmək üçün yol haqqı kimi 200 manat pul istəmiş, Paşa da ona 180 manat verə biləcəyini demiş, o da razılaşmışdır. Paşa Biləsuvar şəhərində qohumu olduğunu, ondan pul götürüb verəcəyini bildirmiş, o da “heç olmasa avtomobilə yanacaq al gedək” demiş, Paşa da 24 manata avtomobilinə yanacaq almışdır. Həmin gün gecə saat 22 radələrində yola çıxmış və 02 iyul 2023-cü il tarixdə, saat 05 radələrində Biləsuvar şəhərinə çatmışlar. Paşa orada bir marketin yanında avtomobili saxladıb avtomobildən düşüb telefonla danışmağa başlamış, Paşanın kiminlə və nə barədə danışmasından onun məlumatı olmamışdır. Sonra Paşa avtomobilə əyləşib “həmin şəxsə zəng çatmır, bir az gözləyək” demiş və onlar Biləsuvar şəhərində xəstəxananın yaxınlığında avtomobili saxlayıb gözləmişlər. Səhər saatlarında o, avtomobili orada olan ustaya aparıb avtomobilin alt hissəsini yoxlatdırmış, həmin vaxt Paşa telefonla kiminləsə danışmağa başlamışdır. Onlar ustadan çıxdıqdan sonra Paşa ona “Biləsuvar şəhərinin çıxışında dairəvi yol var ora gedək” demiş, o da həmin yerə avtomobili sürüb sonra soruşa-soruşa Biləsuvar rayonun ərazisində olan gömrük yoluna getmişlər. Ora çatan vaxt Paşa əli ilə yol nişanı göstərib orada maşını saxlamağını demiş, o da həmin nişanın yaxınlığında maşını saxlamış, Paşa da maşından düşmüş, telefonla danış-danışa uzaqlaşmışdır. Bir az sonra Paşa əlində sarı rəngli sellofan torba ilə qayıdıb gəlib avtomobilə oturub əlindəki sellofan torbanı da oturduğu oturacağın ayaqaltı hissəsinə qoyub ona “sür geri qayıdaq” demiş, o da avtomobili sürüb Biləsuvar şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Bir az hərəkət etdikdən sonra yol polisi əməkdaşları ona maşını saxlamaq işarəsini vermiş, o da maşını saxlamışdır. Yol polisi sənədlərini yoxladıqdan sonra maşının arxa nömrəsi ilə bağlı maşından düşməsini demiş, o da maşından düşmüş, elə həmin vaxt bir neçə mülki geyimli polis əməkdaşları narkotik maddələrlə bağlı şübhəli olduqlarını bildirib onu və Paşanı tutub avtomobili ilə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış olmuş və üzərindən hər hansı bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşları özünün, Paşanın və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə idarə etdiyi “Toyoto Corolla” markalı, **-BT-*** nömrəli avtomobilə baxış keçirmişlər. Baxış zamanı Paşa avtomobilin sağ qabaq oturacağının ayaqaltı hissəsindən bir ədəd sellofan torbanı götürüb polislərə təqdim edib, torbanın içərisində narkotik maddələr olduğunu və özünə məxsus olmasını bildirmişdir. Paşanın təqdim etdiyi torbanın içərisində iki ədəd bağlamada narkotik maddə aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik kütlələri orada elektron tərəzidə çəkildikdən sonra qablaşıdrılıb götürülmüş, daha sonra protokol tərtib edilmişdir. O, Paşanın hansı məqsədlə Biləsuvara getməsini əvvəldən dəqiq bilməmiş, Paşa ona Biləsuvarda yaşayan əsgər yoldaşı ilə görüşmək üçün getdiyini demiş, o da taksi sürücüsü kimi onu Biləsuvara aparmışdır. Paşanın əlində tutub avtomobilə gətirdiyi torbanın içərisində nə olmasını bilməmiş, bu barədə Paşa ona heç nə deməmişdir. Avtomobilə baxışdan sonra ona məlum olmuşdur ki, Paşanın əlində tutub avtomobilə gətirdiyi torbanın içərisində narkotik maddə olmuşdur. Onlar tutularkən polis əməkdaşları tərəfindən ona və Paşaya qarşı heç bir təzyiqlər olmamış, həmçinin avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən Paşaya qarşı heç bir təzyiqlər olmamış, Paşa özü avtomobildən sellofan torbanı götürüb polislərə təqdim edib içərisində narkotik maddə olduğunu və özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 02 iyul 2023-cü il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, 02 iyul 2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, “Gömrük dairəsi” adlanan yerin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Daha sonra əməliyyat qrupuna daxil olan yol patrul xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Biləsuvar şəhərində, “Timur” şadlıq sarayının yaxınlığında saxlanılmış və əməliyyat qrupunun digər əməkdaşları həmin avtomobilə yaxınlaşıb avtomobilin sürücüsü-özünü Şahid6 kimi və sərnişin-özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxslərə üzərilərində və avtomobildə narkotik vasitələr daşımalarında şübhəli olmaları izah edilib onları avtomobillə birlikdə Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçı Bəhruz Bayramov tərəfindən hər iki şəxsin üzərində vəkillərin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış aparılmış və onların üzərində narkotik vasitələr və ya qanunla qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkillərin, Təqsirləndirilən şəxs və Şahid6 iştirakı ilə, həm də videoçəkilişlə “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin qabaq sağ tərəfdə, ayaqaltı hissəsində bir ədəd sellofan torbanı götürüb təhqiqatçıya təqdim edib torbanın içərisində narkotik maddə olduğunu və həmin narkotik maddənin özünə məxsus olmasını, sürücü Şahid6 bu işdən məlumatı olmadığını bildirmişdir. Təqdim olunmuş torbanın içərisində olan iki ədəd bağlamada heroinə oxşar kütlələr aşkar olunmuşdur. Həmçinin avtomobildə, saxlanc yerində bir ədəd bıçaq aşkar olunmuş, Paşa həmin bıçağın da özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd bıçaq qablaşıdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Əməliyyat qrupu tərfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 Fizuli oğlu, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 02 iyul 2023-cü il tarixli “Raport”ları və “Əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında” 02 iyul 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyataxtarış tədbirlərinə başlanılmış və 02 iyul 2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olması ehtimal olunan “Toyoto Corolla” markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, “Gömrük dairəsi” adlanan yerin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan sonra əməliyyat qrpunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq sarayının yaxınlığında “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, daha sonra əməliyyat qrupu tərəfindən saxlanılmış şəxslər Təqsirləndirilən şəxs və sürücü Şahid6 həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilmişlər. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürməsi haqqında” 02 iyul 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Biləsuvar RPŞ-nin təhqiqatçısı Bəhruz Bayramov tərəfindən müdafiəçilər Habil Məmmədov və Fədai Quliyevin, şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid6 iştirakları ilə, həm də videoçəkilişlə Şahid6 məxsus “Toyoto Corolla” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şahid6 avtomobilində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşyaların olmadığını bildirmiş, Təqsirləndirilən şəxs isə avtomobilin qabaq sağ ayaqaltı hissəsində bir ədəd narıncı rəngli sellofan torbanı təqdim edib həmin torbanın içərisində özünə məxsus narkotik vasitələr olmasını, həmin narkotik vasitələrdən Şahid6 məlumatının olmadığını bildirmişdir. Təqdim olunmuş torbanın içərisində iki ədəd bağlama və həmin bağlamaların içərisində narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerində bir ədəd qara rəngli pul kisəsinin içərisində bir ədəd qara rəngli qatlanan bıçaq aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və bir ədəd bıçaq qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bükülülərin qablaşdırıldığı zərf ... " sözlər və imzalar olan bir ədəd paketdəki, 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi-1555,0 qram, 2430 qram olmaqla ümumi təmiz çəkisi-3985 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponentlər tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq heroin 3984,8 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Mobil telefonlara baxış keçiriməsi haqqında” 17 iyul 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus olan ”Redmi-9” markalı mobil telefonun üzərində 050/823-50-31 saylı mobil telefon nömrəsi və “Redmi-8” markalı mobil telefonun üzərində 077/385-00-45 saylı mobil telefon nömrəsi vardır. Həmin telefonların “zənglər”, “mesajlar”, “şəkillər”, “vatsap” və instagram proqramlarına baxış zamanı aşağıdakı məlumatlar, o cümlədən ”Redmi-9” markalı telefonun vatsapında 077/385-00-45 saylı nömrə ilə İrana aid +**********84 saylı telefon nömrəsi ilə (İran vətəndaşı “Həsən” adlı şəxsə aid) səsli mesajlaşma, yəni Təqsirləndirilən şəxs-“mən səni baş düşmədim, açıq aydın de görüm nə deyirsən”, “Həsən”-“Ay canım qurban, belə baxıram ki, onun sənə çox borcu var, onu bir kənara qoyaq, mən sənə nəşə atsam götürə bilərsən”, “ay qaqa sən öz səsinə bi qulaq as deyirsən, 100 dənə torpaq, 10 ədəd daş, 50 ədəd qara, 100 ədəd gül, bu qədər mal axı 800 manat etmir”, “O, istəsə idi sənin malını verərdi, istəmir ki, sənə mal versin, Təqsirləndirilən şəxs-“Mənə də o, maraqlıdı ki, həmin şəxs niyə belə edir ki, mənim malımı niyə vermirm ki, o, mənə qarşı belə hərəkət edə bilər, lakin mən İrana gələndən sonra o, belə hərəkətlər edə bilməz axı”, “mənə nəşə lazım deyil, mən ona 800 manat puldan əlavə o, mənə keçən səfərdən 10 ədəd dərman, 10 ədəd torpaq, 5 ədəd də patı verməlidi” “həmin şəxs mənə demişdi ki, təcili pul lazımdı, maşının pulun verı bilmirəm, təcili karta pul vur, mən də sənə onun əvəzinə mal verərəm satarsan, “Mən özüm Mingəçevir şəhərində oluram” “ay qaqaç bəs bu özünü tərifləyirdi ki, onu hamı tanıyır və o, hamı ilə iş görür, mən özüm başqası ilə işləyirdimdə, o gün getmişəm dediyi yerdə dərman olmayıb, bundan əvvəldə mənə pis mal vermişdi”, “Həsən”-“qardaş mən öz mallarımı Biləsuvar şəhərinə atdırıram, istəsən Biləsuvara atdırım”, “qardaş problem yoxdu mən sənə 100 ədəd gül bağlayaram, 50 ədəd torpaq balyaram, 10 ədəd də daş göndərərəm”, “mən səndən birinci pul istəmirəm, götür malı apar sat daha sonra mənim pulumu verərsən” “Paşa sən indi nə vaxt çıxa biləcəksən onu mənə de mən də malını atdırım, get götür. Təqsirləndirilən şəxs-“Mən təxminən 4-5 saat sonra çıxacam Mingəçevir şəhərindən”, “Həsən”-“Paşa sənin Biləsuvar şəhərinə 20 dəqiqə çatmağına yolun qalanda mənə de, mən də malı bağlatdırım atırım, get götür”, Təqsirləndirilən şəxs- “axşamın xeyr necesən, mən təxminən 20 dəqiqə sonra çıxacam” sözləri olan qarşılıqlı səsli mesajların olması müəyyən edilmişdir. Qeyd olunan məlumatlar bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 15 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəli tiyəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat təşkil edir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara bıxış keçirilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatları əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050/823-50-31 saylı mobil telefon nömrəsi ilə müxtəlif telefon nömrələri arasında iş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS yazışmaları-xx.xx.2023-cü il, saat 15:52 də 055/265-36-89 nömrədən 050/823-50-31 nömrəsinə (Seni indi yiqanlara aynon verme meni yiq deyim), 11 may 2023-cü il,16:28:09-də **********89 saylı nömrədən 050/823-50-31 saylı nömrəyə “Brat acda 45 manatim var beyaq ki kimi 1 dene gorusek”, 23 may 2023-cü il, 13:02:48, 050/823-50-31 mobil nömrəsindən **********17 saylı mobil nömrəsinə “perviz telfonu acan kimi cux sivyaza gelim olaru goturum gedim senen iwdiyen olmaz seherden nece nefer tema isteyir sene zeng catmur” və 25 iyun 2023-cü il, 20:46:58,**********56 saylı mobil nömrəsindən 050/823-50-31 saylı mobil nömrəsinə “Ayqa menem ewqin bir dene derman lazimdi 20 manatim var evdesense gelim goturum” məzmunlu SMS məntləri göndərilmişdir. İşdə olan, “Maddi sübutun tanınması və həlli barədə” 05 iyul 2023-cü il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 3984,8 qram heroin, “Redmi-8” və ”Redmi-9” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 23 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid6 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən (kifayət qədər sübutlar olmadığından) onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 23 sentyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işinin materiallarından cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid4 və Əhməd Məhəmmədzadənin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (onun iranlıya 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək sifariş verməsi və həmin narkotik maddələri götürmək üçün Biləsuvara getməsi, lakin Biləsuvarda ona deyildiyi yeri axtarsa da, orada narkotik maddələri tapa bilməməsi, avtomobildə aşkar olunmuş 4 kq (3 kq 985 qram) heroinin ona məxsus olmaması və həmin narkotik maddəni avtomobilə polis əməkdaşlarının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni onun iranlıya 50 qram marixuana, 10 qram metamfetamin, 15 qram heroin və 10 qram da tiryək sifariş verməsi və həmin narkotik maddələri götürmək üçün Biləsuvara getməsi, lakin Biləsuvarda ona deyildiyi yeri axtarsa da, orada narkotik maddələri tapa bilməməsi, avtomobildə aşkar olunmuş 4 kq (3 kq 985 qram) heroinin ona məxsus olmaması və həmin narkotik maddəni avtomobilə polis əməkdaşlarının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid6, Şahid1, Şahid2, Şahid4 və Əhməd Məhəmmədzadənin ifadələri, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi ilə bağlı protokollar (müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış baxış zamanı o, avtomobildə aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirməklə ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 03 və 04 iyul 2023-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayəti, eləcə də qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 800 qramadək külli miqdar və 800 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 3985 qram (3 kq 985 qram) qram narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti həmin narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 32.5,206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-cü maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı “Həsən” adlı şəxslə əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitəni o, (Təqsirləndirilən şəxs) qəbul edib Azərbaycan Respublikasında realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra şəxsiyyəti məlum olmayan “Həsən” adlı şəxsin narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və qoyulduğu yer barədə məlumat verdikdən sonra o, (Təqsirləndirilən şəxs) həmin yerdən narkotik vasitəni götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən “Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”, “Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsindən ibarətdir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-nin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməsi cinayətini qabaqcadan əlbir olan bir qrup şəxslə törətməkdə təqsirləndirilməsi üçün onun bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə (digər şəxslərin iştirakçılığı ilə) törətməsi tələb olunur. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan “Həsən” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq cinayəti hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddənin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddəni qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddəni satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddənin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddənin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri, Biləsuvar Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 09 mart 2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 10 iyul 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş, lakin 30 mart 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməli cinayətlərin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, şəxsiyyəti təsdiq edən sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi, ev 4, mənzil 48-də qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, eləcə də CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 3984,8 qram (3 kq 984,8 qram) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi-8” və ”Redmi-9” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası X3 (ünvan: ünvan 2ertiza tədqiqatı xərcləri-134 (bir yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Biləsuar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3984,8 qram (3 kq 984,8 qram) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi-8” və ”Redmi-9” markalı mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs anası X3 (ünvan:ünvan 3a tədqiqatı xərcləri-134 (bir yüz otuz dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar