Məhkəmə qərarları › İş №1(099)-192/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-192/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-192/2022 12.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Əfladin oğlu, Müdafiəçi3 və Müdafiəçi4, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs iştirakları ilə, 1.xx xxxx 1995-ci ildə Kürdəmir şəhərində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Kürdəmir şəhəri, M.Əliyev küçəsi ev 16-da qeydiyyatda olmaqla Kürdəmir rayonu Yeni Şıxımlı kəndində yaşayan, iş üzrə 22 sentyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3-cü, 180.2.1-ci və 180.2.4-cü maddələri ilə; 2.04 avqust 2003-cü ildə Kürdəmir rayonu Dəyirmanlı kəndində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, iş üzrə 22 sentyabr 2021ci il tarixdən həbsdə saxlanılan X6 Azərbaycan Respublikası CM-nin 170.3-cü, 180.2.1-ci və 180.2.4-cü maddələri ilə; 3.xx.xx.2001-ci ildə Kürdəmir rayonu Çöhranlı kəndində doğulmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, iş üzrə 22 sentyabr 2021-ci tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3-cü, 180.2.1-ci və 180.2.4-cü maddələri ilə;

4. xx xxxxxx 2005-ci il tarixdə Kürdəmir rayonu Yeni- Şıxımlı kəndində doğulmuş, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan, iş üzrə barəsində 22 sentyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan, xx xxxxxx 2005-ci ildə doğulmuş Təqsirləndirilən şəxs4 da əldə ounacaq əmlakı öz aralarında bölməyi vəd edərək 21 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində cinayətkar qrupa cəlb etməklə özgənin-yəni Zərərçəkmiş şəxs əmlakını açıq talama barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, göstərilən vaxtda Bakı-Gəncə- Qazax magistral avtomobil yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndindən keçən hissəsində yerləşən “Uğur” Motelin yaxınlığında fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 moteldən 50 metr məsafədə yeləşən boş sahədə 3 manat pul müqabilində cinsi əlaqədə olduqdan sonra, əvvəlcədən aralarında olan razılığa və rol bölgüsünə əsasən, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə Amil Səmidova Zərərçəkmiş şəxs sağ əlində olan əl çantasını götürməsinə şərait yaradaraq, onun müqavimətini qırmaq məqsədi ilə həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ağız, burun və qol nahiyələrindən əlləri ilə sıxıb fiziki ağrı yetirmiş, Amil Səmidov isə çantanı zorla dartıb Zərərçəkmiş şəxs əlindən alaraq çantanın içərisində olan 01 ədəd 20 manat dəyərində “Nokia” markalı mobil telefonu, 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrəni, 70 AZN pulu, 01 ədəd 5 manat dəyərində portmanatı, 01 qutu 2 manat dəyərində olan “Classic” markalı siqareti , 01 qutu 2 manat dəyərində olan “Prima” markalı siqareti və 3 manat dəyərində olan qadın çantasını açıq talayaraq Zərərçəkmiş şəxs 112 manat maddi ziyan vurmaqla birgə soyğunçuluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 170.3-cü, 180.2.1-ci və 180.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilmiş, CM-nin 170.3-cü maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, Amil Səmidov həmkəndlisi və qohumudur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə həmkəndliləridirlər. Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmadığını qabaqcadan bilmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Amil Səmidovla Bakı-Gəncə-Qazax magistral avtomobil yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndindən keçən hissəsində yerləşən “Elçin” kafesində xeyli spirtli içki qəbul etmişlər. Saat 22 radələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 onların masalarına yaxınlaşaraq salamlaşıb onlarla eyni masa arxasında əyləşmışlər. Təqsirləndirilən şəxs2 həmin ərazidə fahişəliklə məşğul olan Kamalə adlı qadınla cinsi əlaqədə olmağa gəldiklərini, onunla cinsi əlaqədə olub qadına 4 manat pul verdiklərini bildirmişlər. Amil Səmidov da cinsi əlaqədə olmaq fikri ilə masadan qalxaraq həmin qadının yanına getmişdir. Amil həmin qadınla 2 manat müqabilində cinsi əlaqədə olub yanlarına qayıtmışdır. Amil onlara qadının gün ərzində xeyli müştəri qəbul etdiyini, 100 manatdan çox pul qazandığını bildirmişdir. Pullarını yemək-içməyə xərclədiklərindən o, Təqsirləndirilən şəxs2, Amil Səmidov və Təqsirləndirilən şəxs4 qadını soyub pullarını aparıb bölüşdürməyi təklif etmişdir. Onlar hər biri onun təklifi ilə razılaşmışlar. O, özünün qadının yanına gedib onunla cinsi əlaqədə olacağını, Saməddin ilə Nicatın pusquda dayanaraq ətrafa nəzarət edəcəklərini, cinsi əlaqə olan zaman Kamaləni arxadan tutub saxlayacağını, Amil Səmidovun isə Zərərçəkmiş şəxs çantasını alıb qaçıracağını, sonra Kamalədən əldə etdikləri pullar ortaq şəkildə aralarında bölünəcəyini təklif etmişdir. Onlar bu barədə razılaşmışlar. O, Təqsirləndirilən şəxs2 və X16 Cəbrayılova onlarla birlikdə Kamalənin soymağı təklif etmişlər və əldə olunan pulun aralarında böləcəklərini vəd vermişlər. Nicat da onlarla razılaşmışdır. Sonra masadan qalxaraq Kamaləyə yaxınlaşmışlıar. O, Kamalə ilə cinsi əlaqədə olmaq barədə razılaşmış və Kamaləyə 3 manat pul verəcəyini demişdir. Kamalə ilə 50 metr piyada hərəkət edərək kolluğun arasına daxil olmuşlar. Orada Kamalə ilə cinsi əlaqədə olarkən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ətrafa nəzarət etmişlər, Amil isə onun işarəsini gözləmişdir. Amil onlara cinsi əlaqədə olarkən yaxınlaşmış, o işini bitirmədiyini Amilə bildirmiş və Amil geri qayıtmışdır. Kamalə ilə intim münasibətini başa çatdırıb əlləri ilə Kamalənin ağzını qışqırmamaq üçün bağlamış və Kamalənin əllərini tutaraq saxlamış, sonra isə Amili çağırmışdır. Kamalənin ağzını tutarkən Kamalə ondan nəfəs almaq üçün burnunu buraxmasını demiş və əlini aşağı edərək Kamaləyə sərbəst nəfəs almaq imkanı vermişdir. Amil, Nicat və Saməddin dərhal onlara yaxınlaşmışlar. Amil Kamalənin sağ qolunda olan çantanı zorla əlindən almağa çalışsa da, Kamalə çantasını vermək istəməmişdir. Lakin Amil zorla olsa da, çantanın tutacağını qopardaraq Kamalənin çantasını əlindən almışdır. Amil biraz onlardan aralanaraq çantanı yerə boşaltmışdır. Çantada olan 01 ədəd qırmızı rəngli portmanatı, 01 qutu “Classic” markalı siqareti, 01 qutu “ Prima” markalı siqareti, 01 ədəd «Nokia» markalı mobil telefonu götürmüşlər. O, Amilə çantanı Kamaləyə qaytarmağını demiş və Amil çantanı Kamaləyə tərəf atmışdır. O, Amilin , Samədinin və Nicatın çantanın içərisindəki dəyərli əşyaları götürdüyünə tam əmin olduqdan sonra Kamaləni buraxmış, birlikdə oradan qaçmışlar. Kamalə həmin vaxt qışqırmağa başlasa da, onlar artıq oradan uzaqlaşmışlar. Yolun kənarında oğurladıqları əşyaları bölməyə başlamışlar. Lakin qaçarkən Kəmalədən taladıqları telefon yerə düşərək itirmişdir. Onlar pul qabının içərisinə baxdıqda 70 manat pul olduğunu aşkar etmişlər. Həmin puldan 10 manatını kafedə yeyib-içməylərinə çıxmış, qalan 60 manatı 4 yerə bölmüşdür. Amil, Nicat, Saməddinin hər birinə 15 manat pul vermişdir. Oğurladıqları siqaretləri də yenə ortaq şəkildə bölmüşlər. Polis əməkdaşları tərəfindən yaxalanarkən Kamalədən taladıqları siqaretlərdən 01 ədəd “Prima” markalı siqaret gilizi və 03 ədəd 5 manatlıq əskinazlar üzərində qalmışdır. Həmin bir ədəd “Prima” markalı siqaret dənəsi və 03 ədəd 5 manatlıq əskinazları könüllü olaraq təqdim etmişdir. Hadisə vaxtı sərxoş vəziyyətdə olmuşlar, hadisə yerində onlardan başqa heç kim olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X10 ona Azərbaycan Respublikası CM-nin 170.3-cü, 180.2.1-ci və 180.2.4-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilmiş, CM-nin 170.3-cü maddəsi ilə isə təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və qohumudur. Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə həmkəndliləridirlər. Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmayan şəxs olduğunu qabaqcadan bilməmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Loğmanla birlikdə Bakı-Gəncə-Qazax magistral avtomobil yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndindən keçən hissəsində yerləşən “Elçin” kafesində oturub xeyli spirtli içki qəbul edərək, öz aralarında müxtəlif mövzulardan söhbətlər etmişlər. Saat 22 radələrində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 onlara yaxınlaşaraq eyni masada oturmuşlar. Söhbət zamanı Saməddin oraya fahişəliklə məşğul olan Kamalə adlı qadınla cinsi əlaqədə olmaq üçün gəldiklərini, Kmalə ilə cinsi əlaqədə olmaqla ona ümumilikdə 4 manat pul verdiklərini bildirmişlər. O da Kamalə ilə cinsi əlaqədə olmaq fikri ilə masa arxasından duraraq Kamalənin yanına getmişdir. Kamalə ilə cinsi əlaqədə olmaq üçün onunla 2 manat müqabilində razılaşmış və Kamalə ilə kolluğda cinsi əlaqədə olmuşdur. Sonra isə yenidən kafeyə qayıtmışdır. O, Loğmana, Samədinə və Nicata Kamalənin dediyinə əsasən gün ərzində 100 manatdan çox pul qazandığını bildirmişdir. Bu zaman Loğman onlara həmin qadını soyub pullarını talamalarını təklif etmişdir. Onlar ümumilikdə razılığa gəlib əldə edəcəkləri pulları öz aralarında bölüşdürəcəklərinə qərar vermişlər və Loğman aralarında rol bölgüsü etmişdir. O, Saməddin və Loğman Nicata onlarla birlikdə getməyi təklif etmiş və nə əldə etsələr, aralarında böləçəklərini demişlər, Nimcat da onlarla razılaşmışdır. Bundan sonra dördü də masa arxasından qalxaraq Kamaləyə yaxınlaşmışlar. Loğman Kamalə ilə cinsi əlaqədə olmaq barədə razılaşmış və cinsi əlaqədə olmaq üçün Kamaləyə 3 manat pul verəcəyini demişdir. Loğman və Kamalə 50 metr hərəkət edərək kolluğun arasına getmiş və orada intim münasibətdə olmağa başlamışlar. Nicat və Saməddin ətrafa nəzarət etmişlər, o isə Loğmanın işarəsini gözləmişdir. Oradan səs gəldiyini eşidib, Loğmanın işarə etdiyini düşünüb onlara yaxınlaşmış, lakin Loğmanın “gəlmə” deməyini görə dayanmışdır. Loğman Kamalə ilə cinsi aktını başa çatdırıb onu çağırmış, Loğman Kamalənin ağzını bir əli ilə bağlamış, bir əli ilə isə Kamalənin əllərini tutub saxlamışdır. O, Nicat və Saməddin dərhal oraya yaxınlaşmışdır. O, hər iki əli ilə Kamalənin sağ qolunda olan çantanı zorla almağa çalışmışdır, lakin Kamalə çantasını vermək istəməmiş, o zorla olsa da çantanın tutacağını qopardaraq Kamalənin əlindən almışdır. Kamalədən bir qədər aralanıb, çantanı yerə boşaltmışdır. Çantanın içərisindən 01 ədəd qırmızı rəngli portmanatı, 01 qutu “Classic” markalı siqareti, 01 qutu “ Prima” markalı siqareti, 01 ədəd «Nokia» markalı mobil telefonu götürmüşdür. Loğman ona çantanı Kamaləyə qaytarmağını demiş və o çantanı Kamaləyə tərəf atmışdır. Bundan sonra Loğman Kamaləni buraxmış, birlikdə oradan qaçmışlar. Kamalə həmin vaxt qışqırmağa başlasa da, onlar artıq oradan uzaqlaşmışlar. Yolun kənarında Kamalədən zorla taladıqları əşyaları bölməyə başlamışlar. Lakin qaçarkən Kamalənin çantasından götürdükləri telefonu itirmişlər. Portmanatın içərisinə baxdıqda 70 manat pul olduğunu aşkar etmişlər və həmin puldan 10 manatını Loğman kafedə yeyibiçdiklərinə çıxmışlar, qalan 60 manat pulu isə öz aralarında 4 yerə bölmüşlər, hər birinin payına 15 manat pul düşmüşdür. Taladıqları iki qutu siqaretləri də ortaq şəkildə bölmüşlər. Polis əməkdaşları tərəfindən yaxalanarkən payına düşən siqaretləri çəkib qurtarmış, lakin cibində Kamalədən götürdükləri 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq əskinazlar qalmışdır. Həmin əskinazları polisə könüllü olaraq təqdim etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 170.3-cü, 180.2.1-ci və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Amil, Loğman və Nicat həmkəndliləridirlər. Nicat həm də qohumudur. Nicatın yetkinlik yaşına çatmayan şəxs olduğunu qabaqcadan bilmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Nicat ilə Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində ərzaq mağazasının qarşısında dayanıb öz aralarında söhbət edərək spirtli içki qəbul etmişlər. Daha sonra cinsi ehtiraslarını təmin etmək barədə söhbətlər etmişlər. Söhbət zamanı Bakı-Gəncə-Qazax magistral yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndi ərazisindən keçən hissəsində bir neçə qadın fahişəliklə məşğul olduğu üçün oraya gedib Kamalə adlı qadınla cinsi əlaqədə olmalarına qərar vermişlər. Bundan sonra onlar piyada həmin yerə gedərək Kamaləyə yaxınlaşmışlar. Kamalə ilə hər ikisi cinsi əlaqədə olmaqları üçün onunla 2 manat müqabilində, cəmi 4 manat olmaqla razılaşmışlar. Kamalə adlı qadınla cinsi əlaqədə olduqdan sonra “Elçin” kafesinə gedərək, orada Loğman və Amil ilə görüşmüşlər. Onlarla bir masa arxasında əyləşib, spirtli içki qəbul etmişlər. Onlara Kmamalə ilə cinsi əlaqədə olduqlarını demişlər. Bundan sonra Amil masa arxasından qalxaraq Kamalənin yanına getmiş, Kamalə ilə otelin yaxınlıqda açıq sahədə intim münasibətdə olub, onların yanına qayıtmışdır. Amil söhbət zamanı onlara Kamalənin yaxşı pul qazandığını, müştərilərinin çox olduğunu demişdir. Bundan sonra Loğman onlara özünün Kamalə ilə cinsi əlaqədə olub qutardıqdan sonra onlara xəbər edəcəyini, həmin vaxt onlara yaxınlaşmalarını, Kamaləni soyub pullarını ələ keçirmələri barədə demişdir. Loğman orada aralarında rol bölgüsü etmiş, belə ki, o və Nicat ətrafa nəzarət edərək kiminsə gələcəyi halda xəbər verəməli, Loğman Kamalə ilə cinsi əlaqədə olub qurtarandan sonra ağız və qolunu tutmalı, Amil isə Kəmalənin çantasını zorla əlindən almalı olmuşdur. Əldə edəcəkləri pulları öz aralarında dörd hissəyə bölmək barədə razılaşmışlar. O, Amil və Loğman Təqsirləndirilən şəxs4 onlarla birlikdə Kamalənin soymağı təklif etmişlər və Nicata əldə olunacaq pulu öz aralarında bölüşəcəyinə vəd vermişlər. X14 ilə birlikdə kolluğa getmiş, Amil isə onların arxasınca addımlamışdır. O və Nicat bir az kənarda dayanıb, ətrafa nəzarət edib gözləmişlər. Hər hansı səs-küy gələcəyi təqdirdə Loğmana və Amilə məlumat verməli olmuşlar. Loğman Kamalə ilə intim münasibəti bitirmiş, sonra isə onları səsləyərək gəlin, qadının ağzını, qolunu tutmuşamdemişdir. Hər üçü Loğmanla Kamalənin yanına yaxınlaşmışlar. Amil Kamalənin əlindən çantanı zorla almış, Loğman isə Kamalənin ağız və qol nahiyəsindən tutaraq saxlamışdır. Amil çantanı Kamalənin əlindən zorla aldıqdan sonra çantanı açıb yerə tökmüş, içərisindən qırmızı rəngli portmanatı, 2 qutu siqareti və telefonu götürmüşlər. Loğman Amilə çantanı Kamaləyə qaytarmağını demiş və Amil çantanı Kamaləyə tərəf atmışdır. Sonra Loğman da Kamaləni buraxaraq yanlarına gələrək qaçmağa başlamışlar. Loğman portmanatı açdıqda içərisində 70 manat pul olduğunu demişdir. Loğman həmin puldan 10 manatı xərclədiyi yeyib-içməyə çıxmış, qalan 60 manat pulu isə aralarında 4 yerə bölmüşdür. Bölgüdə onun payına 15 manat pul düşmüşdür, həmçinin Kamalədən götürdükləri 2 qutu siqaretləri aralarında bölmüşlər. Siqaretlər “Classic» və «Prima” markalı olmuşdur. Daha sonra polis əməkdaşları onu Kürdəmir rayon polis şöbəsinə dəvət etmişlər və Kamalədən götürdüyü 15 manat pulu polislərə təqdim etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Amil, Loğman və Saməddini onun həmkəndliləridirlər. Saməddin həm də qohumudur. Amil və Səməddin onun yaşının az olmasını bilmişlər. Lakin Loğman onun yaşının az olmasını bilməmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 ilə Kürdəmir rayonu Yeni Şıxımlı kəndində ərzaq mağazasının qarşısında dayanıb öz aralarında söhbət edərək spirtli içki qəbul etmişlər. Sonra isə Bakı-Gəncə-Qazax magistral yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndi ərazisindən keçən hissəsində dayanıb fahişəliklə məşğul olan Kamalə adlı qadınla cinsi əlaqədə olmaq üçün piyada həmin yerə gedərək Kamaləyə yaxınlaşmışlar. Kamalə ilə hər ikisi cinsi əlaqədə olmuş və ona birlikdə 4 manat pul vermişlər. Sonra Saməddinlə birlikdə “Elçin” kafesinə gedərək orada Loğman və Amil ilə görüşmüş və onlarla bir masa arxasında əyləşib çay içmişlər. Onlara cinsi münasibətdə olan Kamalənin gündə 100 manat pul qazanması barədə söhbət olmuşdur. Amil qadınla görüşdükdən sonra onun yaxşı pulunun olmasını bilmişlər. Loğman və Amil özləri qadının əlindən pulunu almaq barədə razılaşmışlar. Səməddin və o həmin məsələnin onlarlıq olmadığını demişlər. O çantanın qadından Amilgil tərəfindən alınmasında iştirak etməmişdir. Həmin vaxt hadisə yerindən təxminən 200 metr kənarda olmuşdur. Hadisə yerində qışqırıq səsləri eşitmişdir. Amil çantanı Kamalənin əlindən aldıqdan sonra oradan birlikdə qaçmışlar. Çantanın qadının əlindən alınmasından sonra ona on beş manat pul verilmişdir. Lakin sonra pulu qaytarmışlar. Lakin Təqsirləndirilən şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, kafedə söhbət zamanı Amil onlara Kamalənin yaxşı pul qazandığını, müştərilərinin çox olduğunu demişdir. Bundan sonra Loğman onlara Kamalə ilə cinsi əlaqədə olub qutardıqdan sonra xəbər edərək gəlmələrini, Kamalənin soyub pullarını ələ keçirmələri barədə demişdir. Loğman orada aralarında rol bölgüsü etmiş, belə ki, o və Təqsirləndirilən şəxs2 ətrafa nəzarət edərək kiminsə gələcəyi halda xəbər verməli, Loğman Kamalə ilə cinsi əlaqədə olub qurtarandan sonra onun ağzını və qolunu tutmalı, Amil isə Kamalənin əlindəki çantanı zorla almalı idi. Əldə etdikləri pulları aralarında dörd hissəyə bölmək barədə razılaşmışlar. Onlar Kamaləyə yaxınlaşmışlar. X14 ilə birlikdə kolluğa getmişdir. Amil onların arxasıyca addımlamışdır. O, və Təqsirləndirilən şəxs2 isə bir az kənarda dayanıb, ətrafa nəzarət edib gözləmişlər. Hər hansı səs-küy gələcəyi təqdirdə Loğman və Amilə məlumat verməli olmuşlar. Loğman Kamalə ilə cinsi əlaqəni baş çatdırıb, onları səsləmiş, gəlin qadının ağzını, qolunu tutmuşam-demişdir. Onlar hər üçü Loğmanla Kamalənin yanına yaxınlaşmışlar. Amil Kamalənin əlindən çantanı zorla almış, Loğman isə Kamalənin ağız və qol nahiyəsindən tutmuşdur. Amil çantanı Kamalənin əlindən zorla aldıqdan sonra açıb yerə tökmüş, çantanın içərisindən qırmızı rəngli portmanatı, 2 qutu siqareti və telefonu götürmüşdür. Loğman da Kamaləni buraxaraq yanlarına gələrək qaçmağa başlamışlar. Loğman portmanatı açdıqda içərisində 70 manat pul olduğunu demişdir. Loğman həmin puldan 10 manatı xərclədiyi yeyib-içməyə çıxmış, qalan 60 manatı isə aralarında 4 yerə bölmüşdür. Bölgüdə onun payına 15 manat pul düşmüşdür. Həmçinin Kamalədən götürdükləri siqaretləri aralarında bölmüşlər. Siqaretlər “Classic və Prima” markalı olmuşdur. Daha sonra polis əməkdaşları onu Kürdəmir rayon polis şöbəsinə dəvət etmişlər və Kamalədən götürdüyü 15 manat pulu polislərə könüllü təqdim etmişdir. Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Loğmanı, Amili, Saməddini və Nicatı qiyabi olaraq tanımışdır. Ağsu rayonunda yaşadığından başqa rayonların ərazisinə fahişəliklə məşğul olmaqla gəlir əldə edir. 21 sentyabr 2021-ci il tarixdə saat 21 radələrindən Qazax-Gəncə-Bakı magistral yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndindən keçən hissəsində “Uğur» Motelin yaxınlığında yolun kənarında dayanaraq pul müqabilində cinsi əlaqəyə girmək üçün müştəri gözləmişdir. Gecəyədək 5 nəfər şəxslə 10 manatdan, 01 nəfər şəxslə 7 manatdan, 03 nəfər şəxslə 5 manatdan razılaşaraq cinsi əlaqədə olaraq cəmi 82 manat pul qazanmışdır. Həmin puldan 08 manatlıq yemək yemiş, evdə çəkmək üçün 4 manata isə iki qutu, yəni bir ədəd təzə “Classic” markalı, bir ədəd təzə “Prima” markalı siqaretlər alıb çantasına qoymuşdur. Həmin günü saat 22 radələrində yolunun Kürdəmir rayonu Yeni-Şıxımlı kəndindən keçən hissəsində «Uğur» Motelin yaxınlığında yolun kənarında dayanaraq müştəri gözlədiyi zaman Nicat, Amil, Saməddin və Loğman ona yaxınlaşaraq intim münasibətlərdə olmağı təklif etmişlər. O, onlara tək-tək cinsi münasibətdə ola biləcəyini demişdir. Razılığa əsasən əvvəlcə hər-biri iki manatdan olmaqla Amil və Nicat ilə, sonra isə Saməddin ilə cinsi əlaqəyə girmiş, daha sonra isə 3 manat pul alaraq Loğman ilə oteldən bir qədər kənarda, ağacın yanında könüllü olaraq cinsi əlaqəyə girmışdır. Loğmanla cinsi münasibtdə olduqdan sonra onlar ayağa qalxmışlar və o şalvarını yuxarı çəkərkən Loğman onu arxadan qucaqlayıb ağzını tutmuş, sonra isə qollarını burub belinə sıxmışdır. Loğman ağzını və burnunu tutduğu üçün nəfəsi daralmış və o nəfəs ala bilməmişdir. O, Loğmana yalvararaq heç olmasa nəfəs alması üçün burunumu buraxmasını demişdir. Loğman əlini aşağı etdiyinə görə o burun nahiyəsindən sərbəst nəfəs almışdır. Təxminən 8-10 saniyədən sonra Loğman onlara yaxınlaşan Amilə çantasını götürməsini demişdir. Amil onun sağ əlində olan çantanı zor gücü ilə dartaraq əlindən almışdır. Loğman ona güc tətbiq edərək onu diz üstə otuzdurmuşdur. Amil isə 1 metr aralıda çantasının ağzını açaraq yerə boşaltmış, Nicat və Saməddin isə əyilərək sağa-sola nəzarət etmişlər. Sonradan Nicat və Saməddin onlara yaxınlaşıb Amillə birlikdə çantanı axtarmış, Loğman isə onu tutub saxlamışdır. Onlar çantanın içərisində olan 01 ədəd 5 manat dəyərində qırmızı rəngli pul qabını, pul qabının içərisində olan 70 manat pulunu, bir qutu təzə istifadə olunmamış “Classic” markalı və bir qutu təzə istifadə olunmamış “Prima” markalı siqaretlərini, 01 ədəd 20 manat dəyərində Nokia markalı mobil telefonunu, telefonun içərisində olan ***-***-**-** saylı mobil nömrəsini götürmüşlər. Həmin nömrənin balansında kontur olmamışdır. O, Amilin konkret pul qabını və siqaretlərini götürdüyünü görmüşdür. Sonra onlar çantadan əşyaları götürmüş, daha sonra isə Loğman Amilə çantanı qaytar demiş və Amil çantanı ona tərəf atmışdır. O çantasını götürüb oradan uzaqlaşıb arxın kənarında olarkən oradan keçən sonradan Eldar Paşalıyev kimi tanıdığı şəxsə hadisəni danışmışdır. Eldar isə ona şəxslərin heç birini tanımadığını demişdir. Sonradan yoldan keçən bir nəfər şəxsin mobil telefonu ilə polisə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində heç-bir xəsarət almamış, ümumilikdə ona 112 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərin hər biri ilə barışmışdır, onlardan heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmədə göstərdi ki, Loğman, Amil, Saməddin və Nicat oğlu onun həmkəndliləridir. 21 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixə keçən gecə Yeni Şıxımlı kəndində Qoşqarla birlikdə “Uğur” motelin yanındakı marketə gedərkən yolun kənarında bir nəfər yaşlı qadının həyacanlı vəziyyətdə telefonla danışdığını görmüşlər. Belə ki, həmin qadın telefonla danışarkən bildirirmişdir ki, ona tanımadığı şəxslər hücum edib, pullarını alaraq qaçmışlar. O, qadından pullarını alıb qaçan şəxsləri tanıyıbtanımadığını soruşmuşdur. Qadın əlindəki əl çantasını göstərərək həmin şəxslərin ona zor tətbiq etdiyini demiş və müxtəlif adlar desə də, o qadının yuxarıda göstərilən şəxslərin adını dəqiq bilmədiyindən tanımadığını bildirmişdir. Bundan sonra Qoşqarla birlikdə marketə gedərək siqaret alıb, yaşadığı evə gəlmişdir. Şahid2 da məhkəmədə Şahid1lə anoloji ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Şahid3 məhkəmədə göstərdi ki, fahişəliklə məşğul olmaqla gəlir əldə edir. 21 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Ağsu rayonundan Kürdəmir rayonu ərazisinə gələrək Qazax-Gəncə-Bakı magistral yolunun Kürdəmir rayonu Yeni Şıxımlı kəndindən keçən hissəsində “Uğur» Motelin yaxınlığında, yolun kənarında dayanıb pul qazanmaqdan ötrü müştərilərlə müxtəlif yerlərdə və maşınlarda cinsi əlaqəyə girmişdir. 22 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində “Uğur» Motelin yaxınlığında dayanarkən tanışı Kamalənin ağlaya-ağlaya “Uğur» Motelin qarşısına gəldiyini görmüşdür. O, Kamalədən nə baş verdiyini soruşduqda Kamalə ona 4 nəfər şəxsin zor tətbiq etdiyini, onlardan birinin onu tutub saxladığını, digər 3 nəfərin isə əl çantasını dartıb əlindən alaraq içərisində olan qırmızı rəngli pul qabını, pul qabının içərisindəki pullarını, bir qutu təzə istifadə olunmamış “Classic” markalı, bir qutu təzə istifadə olunmamış “Prima” markalı siqaretlərini, 01 ədəd «Nokia» markalı mobil telefonunu zorla əlindən alıb qaçdıqlarını demişdir. Kamalə ondan telefonunu alaraq DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Amil Səmidov soyğunçuluq yolu ilə ələ keçirdikləri və aralarında bölünərkən onun payına düşən 15 manat pulu, Təqsirləndirilən şəxs4 15 manat pulu və Təqsirləndirilən şəxs1 15 manat pulu və içərisində 1 ədəd siqaret olan «Prima» markalı siqaret qutusunu, Təqsirləndirilən şəxs2 isə 15 manat pulu təqdim etmişlər. Qeyd olunan məbləğlərdə pul və 1 ədəd siqaret qutusu götürülmüşdür. Həmçinin həmin tarixdə zərərçəkmiş şəxs Kəmalə Burcaliyevanın təqdim etdiyi 1 ədəd çanta götürülmüşdür. İş üzrə "xxxx" MMC-nin 23 sentyabr 2021-ci il tarixli, 336 №-li məktubunda göstərilir ki, təqdim olunmuş 01 ədəd qadın çantası ÇİN istehsallı olmaqla 21 sentyabr 2021-ci il tarixdə əvvələr istifadə olunması nəzərə alınaraq satış qiyməti 03 manat, 01 qutu «Prima» və 01 qutu «Classic» markalı siqaretlərin hər qutusunun satış qiyməti 2 manat olmaqla, cəmi qiyməti 4 manatdır. Cinayət işi üzrə maddi sübüt olan əşyalar müəyyən olunmadığından, həmin əmlakları müəyyən edib ekspertizaya və ya mütəxəssisə təqdim edilməsi mümkün olmamışdır. Ona görə də iş üzrə istintaqa təqdim olunmayan talanmış əşyaların dəyəri zərərçəkmiş şəxs X2 ifadəsində göstərdiklərinə əsasən qəbul olunub 01 ədəd “Nokia” markalı mobil telefonun 20 manat dəyərində, 01 ədəd ***-***-**-** saylı mobil nömrənin 10 manat dəyərində, 01 ədəd portmanatın 5 manat dəyərində, 01 qutu “Classic” markalı siqaretin 2 manat dəyərində , 01 qutu Prima” markalı siqaretin 2 manat dəyərində olması kimi qəbul olunaraq maddi subut kimi tanınması nəzərə alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1, Amil Səmidov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birindən 15 manat olmaqla götürülmüş 60 manat pul, 01 ədəd “Prima” markalı siqaret dənəsi 24 sentyabr 2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmış, 1 ədəd «Prima» markalı siqaret dənəsi Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş, A28127297 seriyalı, A27395192 seriyalı, A30739036 seriyalı, F20066932 seriyalı, G01602824 seriyalı, G25717671 seriyalı, G21664146 seriyalı, G51518100 seriyalı, B19100217 seriyalı, G50336429 seriyalı, F59146752 seriyalı, F68408445 seriyalı, F56489624 seriyalı, A31169511 seriyalı, C23104544 seriyalı, A36613799 seriyalı və C49014318 seriyalı ümumilikdə 60 manat pul isə Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona qaytarılmışdır. Cinayət iş üzrə Zərərçəkmiş şəxs hadisə zamanı zorla əlindən alınan Çin Respublikası istehsalı olan qadın çantası maddi sübut kimi tanınaraq saxlanması üçün Kürdəmir Rayon Polis Şobəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət iş üzrə Zərərçəkmiş şəxs 10 oktyabr 2021-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Loğman Şıxəliyev, Təqsirləndirilən şəxs4 və Amil Səmidov psixiatrik və narkoloji kabinetdə qeydiyyatda olmamışlar. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 177.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 avqust 2021-ci il tarixdə isə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. X3 Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 18 avqust 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvələr məhkum olunmamışlar. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Amil Səmidov subaydır. Amil Səmidovun barəsində yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmadığı göstərilmişdir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 subaydır. Təqsirləndirilən şəxs2 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 subaydır. Təqsirləndirilən şəxs4 yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Loğman Şıxəliyev subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs1 iş üzrə 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində Kürdəmir Payon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Amil Səmidov iş üzrə 22 sentyabr 2021-ci il tarixdə tutulmuş, barəsində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 iş üzrə 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, həmin gün ondan başqa yerə getməmək haqqında iltizam alınmaqla həbsdən azad olunmuş, barəsində 23 sentyabr 2021-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmimşdir. Təqsirləndirilən şəxs4 iş üzrə 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 sentyabr 2021-ci ildə ondan başqa yerə getməmək haqqında iltizam alınmaqla azadlığa buraxılmış, barəsində 23 sentyabr 2021-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ərizəsində də ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlardan şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs2 özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını açıq talama məqsədi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 da cinayətkar qrupa cəlb edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq etməklə onun çantasını zorla dartıb əlindən alaraq çantanın içərisində olan əmlakını ələ keçirib ümumilikdə 112 manat maddi ziyan vurmaqla soyğunçuluq etmələri, əmllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Amil Səmidov və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli isə CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin hər birinə münasibətdə cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan əlavə Təqsirləndirilən şəxs4 yetkinlik yaşına çatmamış şəxs olmasını CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Amil Səmidov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Loğman Şıxəliyevin əməlində cinayətlərin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzalarını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Amil Səmidov və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1 və 180.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs4 isə CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti CMnin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Amil Səmidov və Təqsirləndirilən şəxs4 təyin edilən cəzanın müddətini müəyyən edərkən CMnin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı güngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlapşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti CM-nin Xüsusi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən cəzasını yüngülləşdirən hallarla yanaşı, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti barədə Azərbaycan Respublikası cinayət qanunvericiliyinin müddialarını nəzərə alır. Belə ki, CMnin 85.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 ildən çox olmayan müddətə təyin edilə bilər. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqldan məhrum etmə növündə cəza çəkdiyindən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Amil Səmidov azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 22 sentyabr 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğısı həbsə alındığı vaxtdan, yəni 12 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 22 sentyabr 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, CM-nin 85.5.1-ci maddəsinə əsasən cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 12 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 60 manat məbəlğində pulun Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, çırılmış vəziyyətdə olan qadın çantası və 1 ədəd «Prima» markalı siqaret məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ:

1. X5 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 170.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X5 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkçin və cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. X10 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasə təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X8 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkçin və cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 170.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1(bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

4. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 iş üzrə 22 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi həbsdə saxlanıldığı 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 60 manat məbəlğində pulun Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın, Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, cırılmış vəziyyətdə olan qadın çantası və 1 ədəd «Prima» markalı siqaret məhv edilsin. Hökmdən elan olunduğu, X5, X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar