Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-192/2023 01.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağcabədi şəhəri, M.Aranlı küçəsi, ev 82-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sisteminsən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni təmiz çəkisi 2,556 qram çəkidə narkotik vasitə olan heroini qəsdən satəş məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 1 ədəd şəffaf bükümündə əynindəki boz rəngli cins şalvarının sağ yan cibinə qoyub daşıyaraq saxlamış, 24 sentyabr 2022-ci il tarixdə saat 21:20 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri, S.Vurğun küçəsi ərazisində saxlanılaraq Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:10-dan başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman qəsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib əynindəki boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxladığı 01 ədəd şəffaf bükümdə təmiz çəkisi 2,556 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitələrdən istifadə edir. 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhərinin Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün yarım qram heroin alaraq Ağcabədi rayonuna qayıtmışdır. 24 sentyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində Ağcabədi şəhərində olarkən polis əməkdaşları onu saxlayıb, polis şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarın cibindən bir ədəd içərisində yarım qrama yaxın heroin olan kütləni onlara təqdim etmiş və həmin büküm ondan götürülmüşdür. Onda yazıldığı qədər heroin olmamış və üzərindən elektron tərəzi aşkar edilməmişdir. O etirafedici ifadəni elektroşokla təzyiq göstərildiyindən vermişdir. Videoçəkiliş vəkili Ayna Nəsirovanın iştirakı ilə keçirilmişdir. Aynanın yanında ona təsir edilməmişdir. Ona təzyiq edilməsi barədə Aynaya heç bir söz deməmişdir. O özünü narkotik saxlamaqda təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində 24 sentyabr 2022-ci il tarixdə təxminən saat 21:20 radələrində Ağcabədi şəhərnin Səməd Vurğun küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşlarının onu saxlayıb, polis şöbəsinə apardıqlarını, orada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etməsi təklif edildiyini, o da əynindəki şalvarın sağ yan cibindən bir ədəd içərisində heroin olan bükümü onlara təqdim etdiyni və həmin bükümə baxış keçirilərkən, bükümün içərisində heroinə oxşar kütlənin olmasının müəyyən edildiyini, bundan başqa əynində olan şalvarın arxa sağ cibində bir ədəd elektron tərəzini çıxarıb təqdim etdiyini və üzərindən aşkar edilmiş bir ədəd heroin çəkilərkən çəkisinin 2,73 qram təşkil etdiyini, sonra heroinin və elektron tərəzinin qablaşdırılaraq, protokol tərtib edildiyini, sorğu zamanı heroini o bir neçə gün əvvəl Bakı şəhərində olan zaman yerdən tapdığını, üzərində saxlamaqda məqsədi istifadə etmək və istəyən olarsa satacağını, narkotik vasitəyə olan tələbatını və digər xərclərini ödəmək məqsədi ilə bəzən əldə etdiyi narkotik vasitələri əvvəllər də və Bakı şəhərində olan zaman tanımadığı bir neçə nəfər şəxsə satdığını, elektron tərəzini üzərində gəzdirməkdə məqsədi ondan narkotik vasitəni satmaq üçün istifadə etmək olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 sentyabr 2022-ci il tarixdə icraatına Ağcabədi şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı ilə əlaqədar olaraq 24 sentyabr 2022-ci il tarixdə saat 21:20 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Qəribov X2 şəhəri, S.Vurğun küçəsində saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Orada vəkilin iştirakı ilə videoçəklişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və cinayət xarakterli əşya varsa təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarın sağ yan cibindən içərisində heroinə bənzər maddə olan 1 ədəd şəffaf rəngli sellofan bükülü və sağ arxa cibindən isə 1 ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Baş təhqiqatçı X5 Qəribovdan təqdim etdiyi 1 ədəd bükülünü hardan əldə etməsini soruşduqda o heroini Bakı şəhərində olarkən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Onun təqdim etdiyi içərisində heroinə bənzər kütlə olan 1 ədəd şəffaf sellofan bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 2,73 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd büküm və elektron tərəzi qablaşdırılmaqla üzəri içtirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Sorğu zamanı o əldə etdiyi heroindən özü istfadə edəcəyini və istəyən olarsa satacağını və Bakı şəhərində 1-2 nəfərə heroin satdığını bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarında olan 24 sentyabr 2022-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə ənzər kütlə və əynindəki şalvarının sağ arxa cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolunadan görünür ki, şəxsi axtarış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 24 sentyabr 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 05 dəqiqə, 41 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdə şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı İsa Quluyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması barədə Ağcabədi RPŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir, Təqsirləndirilən şəxs vəkil X4 ilə təmin edilməsi, şəxsi axtarışda iştirak edən şəxslər barədə məlumat verilir, baş təhqiqatçı özü barədə, prosessual rəhbərliyi həyata keçirən prokuror barədə məlumat verib etirazının olub-olmadığı sorşulur, eyni zamanda üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını deyir. Şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya cinayət xarakterli əşya olub-olmaması soruşulur, varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə və əynindəki şalvarının sağ arxa cibindən isə bir ədəd boz rəngli, təxminən 17x13 sm ölçüləri olan kitab şəkilli elektron tərəzi aşkar edilərək götürülürmüşdür.. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar ediliyi qaydada elektron tərəzidə çəkilmiş və çəkisinin 2,73 qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə aşkar ediliyi qaydada qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər cinayət arakterli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra iştirakçılara hər hansı bir etirazlarının, suallarının olub-olmaması soruşulur. Müdafiəçi Ayna Nəsirli Təqsirləndirilən şəxs əməlindən peşman olub-olmadığını və RPŞ-yə gətirələrkən hər hansı bir fiziki zora məruz qalıb-qalmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs cavabında əməlindən səmimi peşman olduğunu və RPŞ-yə gətirilərkən heç bir fiziki zora məruz qalmadığını bildirmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 25 sentyabr 2022-ci il tarixli, 18/1066 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.1 ədəd boz rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş. “Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir.Aşkar edilmiş heroinin təmiz çəkisi – 2,556 qram, cəmi tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 2,506 qramdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki, cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Ağcabədi rayon poliklinikasının 24 noyabr 2022ci il tarixli, 655 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji kabinetdə qeydiyyatda dayanmır. Narkoloji kabinetdə isə dispanser qeydiyyatındadır. İşdə olan Ağcabədi Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşka edilmiş narkotik vasitə olan heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və kimdən əldə etməsi müəyyən olunmamış, Təqsirləndirilən şəxs Ağcabədi rayon ərazisində və ya digər yerlərdə narkotik vasitələrin və ya psixotrop maddələrin satış və ya digər formada kimlərəsə verməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində gəzdirdiyi az miqdarda heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini, aşkar edilmiş heroinin ona aid olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi bu ifadəni özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübütlarla tam təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə dindirilərkən verdiyi ifadədən görünür ki, o elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, aşkar edilərək götürülmüş külli miqdarda heroinin ona məxsus olduğunu, Bakı şəhərindən tapdığını, həmin heroindən özü istifadə edəcəyini və istəyən olarsa satacağını və Bakı şəhərində bir-iki nəfərə heroin satdığını, ondan götürülmüş tərəzini üzərində gəzdirməkdə məqsədi narkotik vasitəni satarkən ondan istifadə etmək olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər də onun ifadəsində qeyd edilən xüsusatları təsdiq etdilər. İşdə olan videoçəkilişlə keçirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və protokolu ilə də qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır. İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş nakotik vasitə heroin olması və bir ədəd elektron tərəzinin üzərində heroinin izlərinin olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini işin hallarına uyğun gələn, səmimi etifaredici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. ünvan 3 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından və Ağcabədi Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 24 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Qəribov X2 Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. CM-nin 83-cü maddəsinə əsasən onun məhkumluğu ödənilmədən o yenidən qəsdən ağır cinayət törətmişdir. Lakin CM-nin 18-ci maddəsinə əsasən bu hal cinayətlərin residivini yaratmır və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 24 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinnin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,506 qram heroin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 49,74 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,506 qram heroin və 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza xərci 49,74 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-192/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-192/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver