Məhkəmə qərarları › İş №1(099)-192/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-192/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-192/2024 30.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və “ALYANS” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Salyan rayonunun Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 25 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, dalan 2, ev 2K-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 25 iyun 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, sonuncu tərəfindən müəyyən edilməyən tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar keçiriləcək külli miqdarda narkotik vasitələri Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində əldə edib şəxsiyyəti məlum olmayan İİR vətəndaşına köməklik göstərməsinə qabaqcadan vəd verib razılaşmış, sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar naməlum şəraitdə, tarixdə və vaxtda keçirərək Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən “Turist” adlı fəaliyyət göstərməyən restoranın həyətyanı sahəsində olan sanitar qovşaqda yerləşdirdiyi 1 ədəd bağlamanın içərisində 3 ədəd bükümdə ümumi təmiz çəkisi 5410.0 qram külli miqdarda narkotik vasitə olan heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2025.0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, 14 ədəd listdə ümumi təmiz çəkisi 3695.0 qram külli miqdarda narkotik vasitə həşiş qətranı və 20 ədəd konvalyutda 200 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 8.0 qram külli miqdarda narkotik vasitə olan metadon həblərini Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən götürmək məqsədilə 24 iyun 2023-cü ildə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən fəaliyyət göstərməyən “Turist” adlı restoranın yaxınlığına gəldikdən sonra restoranın həyətyanı sahəsində olan sanitar qovşağın içərisində gizlədilmiş həmin narkotik vasitələri götürərək qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, 24 iyun 2023-cü ildə, saat 23 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad RPŞ-nin Göytəpə PB-nin əməkdaşları ilə birgə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri zamanı “Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşan zaman Təqsirləndirilən şəxs2la birgə saxlanılaraq şübhəli şəxs kimi Cəlilabad RPŞ-nin Göytəpə PB-nə gətirilmiş, Göytəpə PB-də üzərində şəxsi axtarış aparılarkən əlində olan ağ rəngli bağlamanın içərisində həmin narkotik vasitələrdən 3 ədəd bükümdə ayrı-ayrılıqda çəkilərdə olmaqla, ümumi təmiz çəkisi 5410.0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2025.0 qram narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükülüdə 14 ədəd listdə ümumi təmiz çəkisi 3695.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranı və 20 ədəd konvalyutda bir həbin təsiredici maddəsi 0.04 qram olmaqla ümumi sayı 200 ədəd qəhvəyi rəngli dairəvi formalı ümumi miqdarı 8.0 qram narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl sosial şəbəkədə İran İslam Respublikası vətəndaş ilə tanış olmuş, söhbət zamanı həmin şəxs narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində daşınmasında və satışında ona köməklik etməsini xahiş istəmiş və bunun müqabilində ona pul və narkotik vasitə verəcəyini vəd vermiş, maddi imkanı olmadığından həmin şəxslə razılaşmış, 24 iyun 2023-cü ildə, saat 14 radələrində İranlı ona mesaj yazaraq Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitəni götürüb onun deyəcəyi yerə qoyacağı halda, ona 10 qram psixotrop maddə metamfetamin və 10 qram da narkotik vasitə heroin verəcəyini bildirmiş, o da taksi sürücüsü kimi tanışı Ehtibarla əlaqə saxlayıb ona Cəlilabada getməyi təklif etdikdə sonuncu onunla razılaşmış, Ehtibarın onun narkotik vasitə dalıyca gedəcəyindən məlumatı olmamış, Ehtibar idarə etdiyi avtomobillə onu Cəlilabada aparıb onun dediyi yerdə düşürdükdən sonra getmiş, həmin əraziyə gələn polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən edilir ki, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən törətdiyi cinayət əməlini səmimi etiraf etməklə yanaşı, ifadəsində tanışı Təqsirləndirilən şəxs2la bağlı göstərmişdir ki, İranlı ilə narkotik vasitə və psixotrop maddənin ona göndərilməsi və göndərilən bağlamaları gedib götürəcəyi barədə sonuncu ilə razılaşdıqdan sonra həmin yerə tək getməyə çəkindiyindən dostu Təqsirləndirilən şəxs2la bu barədə söhbət edərkən sonuncu ona yanacaq pulu və 10 qram narkotik vasitə heroin verəcəyi təqdirdə onunla gedə biləcəyini bildirmiş, onunla razılaşıb Ehtibarın idarə etdiyi “Opel Astra” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna yola düşmüş, yolda soraqlaşaraq Göytəpə şəhəri ərazisinə gəlmiş, yolda İran vətəndaşı narkotik vasitəni yerləşdirmiş yerin çəkilmiş fotoşəkilini ona göndərərək həmin bağlamanın Göytəpə şəhəri ərazisində yerləşən köhnə “Turist” adlı kafenin arxasında yerləşən tualet kimi istifadə edilmiş yerdə olduğunu demiş, onlar saat 22 radələrində həmin yeri tapdıqdan sonra yolun kənarında Ehtibar avtomobili saxlamış, o, avtomobildən düşərək bağlamanı götürmək üçün gedərkən sürücü onu avtomobildə gözləmiş, kafenin arxasına keçib tualet kimi istifadə edilmiş tikilinin yanından ağ rəngli torbanı götürüb avtomobilə yaxınlaşan zaman 4-5 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmin şəxslər onlara narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli olduqlarını deyərək onları Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsinə dəvət etmiş, onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Göytəpə polis bölməsinə gəlmiş, orada onlara hüquq və vəzifələri izah edildikdən sonra onların üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman hər ikisinin üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmiş, lakin əlində olan torbaya baxış keçirilən zaman oradan 20 list metadon həbi, 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər maddə, 1 ədəd bağlamada listlər şəklində narkotik vasitə tiryəkə bənzər maddələr olması müəyyən edilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 iyun 2023-cü ildə, saat 22 radələrində tanışı Elgünü Cəlilabada gətirərək yolun qırağında düşürüb geri qayıdarkən onu yolda post patrul xidmətinin əməkdaşları saxlayıb sənədlərini yoxladıqdan sonra onu avtomobilindən düşürüb polis əməkdaşları öz avtomobillərinə mindirib polis şöbəsinə gətirmiş, orada videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən üzərində qadağan olunmuş heç bir şey aşkar olmamış, sonra onu digər otağa apararkən orada Elgünü görmüş, otaqda ona polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq Elgünün narkotik vasitə götürmək üçün gəldiyini deməsinə məcbur etmişlər. Hazırda onun heç bir cinayət törətmədiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən edilir ki, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən törətdiyi cinayət əməlini etiraf etməklə yanaşı, digər Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun ifadə vermiş, əlavə olaraq ifadəsində göstərmişdir ki, onun İranlı ilə əlaqəsi və danışığı olmamış, Elgündən aşkar edilmiş narkotik vasitələrin həmin yerə kim tərəfindən yerləşdirilməsi, haradan gətirilməsi barədə məlumatı olmadığını həmçinin heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Cəlilabad RPŞ-nin Göytəpə PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və X2 Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 24 iyun 2023-cü ildə daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək onların Cəlilabad rayonu, Göytəpə şəhərində “Turist” adlı kafe istiqamətinə dönən yolda “Opel Astra” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduqları müəyyən olunaraq əməliyyat müşahidəsinə götürülmüş, avtomobil kafenin yaxınlığında yolun kənarında dayanmış və Təqsirləndirilən şəxs1 avtomobildən düşərək kafenin ətrafında olan tualetə getmiş, bir az sonra oradan əlində 1 ədəd ağ rəngli bağlama ilə çıxıb avtomobilə tərəf gələrək əyləşmək istəyərkən ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamış, bu zaman avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirib oradan təxminən 10 metr uzaqlaşmış, ona saxla əmri verilmiş və o, avtomobili saxlamış, sonra hər ikisi avtomobillə birgə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə aparılmış, bölməyə dəvət olunmuş müdafiəçilərin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, eləcə də sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin şəxsi axtarış və baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs1 əlində olan bağlamaya baxış keçirilərkən həmin bağlamadan 1 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 3 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd sellofan bükülüdə 14 ədəd listdə narkotik vasitə həşiş qətranına bənzər maddə və 20 ədəd konvalyutda 200 ədəd narkotik vasitə metadon həblərinə bənzər maddə aşkar edilərək sənədləşdirilib götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri dəqiq tanımadığı Cəlilabad rayonu ərazisindən əldə etdiyini, “Whastapp”la mesajlaşma vasitəsilə tanış olduğu İran vətəndaşının ona göndərdiyi şəkil vasitəsilə bağlamaların yerini tapdığını, İran vətəndaşı ilə 10 qram narkotik vasitə heroinin qarşılığında həmin narkotik vasitələri İran vətəndaşının deyəcəyi yerə yerləşdirməsi barədə əvvəlcədən razılığa gəldiyini, Təqsirləndirilən şəxs2 onun narkotik vasitə əldə etmək üçün Cəlilabad rayonuna gəlməsi barəsində məlumatının olduğunu və sonuncuya 10 qram psixotrop maddə metamfetamin verəcəyini vəd etdiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilərək orada iştirak edən, o cümlədən saxlanılan şəxslər tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq polis bölməsinə gətirilərkən və ya bölmədə üzərlərinə şəxsi axtarış zamanı, eləcə izahatları alınarkən onlara qarşı heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 25 iyun 2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında” protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan bağlamadan 3 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd bükümdə 14 ədəd listdə narkotik vasitə həşiş qətranına bənzər maddə və 20 ədəd tabletkada narkotik vasitə metadon həblərinə bənzər maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə kimyəvi və bioloji ekspertizanın 25 iyun 2023-cü il tarixli, 19/683 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələr” sözlər və imzalar olan bir ədəd kisə bağlamadakı, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1940,0 qram; -1985,0 qram; -1485,0 qram: ümumi təmiz çəkisi:-5410,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi:-2025,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd bükülüdəki 14 ədəd listdə ümumi təmiz çəkisi:-3695,0 qram olan maddə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə həşiş qətranıdır; 20 ədəd konvalyutada ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredcii maddəsinin ümumi miqdarı :- 8,0 qramdır (bir həbdə 0,04 qram). Qeyd: - Heroinin ümumi təmiz çəkisi-5410,0 qram, cəmi tədqiqata sərf olundu – 0,3 qram (hər ob. 0,1 qr), qalıq -5409,7 qramdır. - Marixuananın təmiz çəkisi – 2025,0 qram, cəmi tədqiqata sərf olundu – 0,1 qram, qalıq -2024,9 qramdır.-Həşiş qətranının təmiz çəkisi -3695,0 qr, tədqiqata sərf olundu – 0,1 qram, qalıq -3694,9 qramdır.-Metadon həbləri -200 ədəd, cəmi tədqiqata sərf olundu – 15 ədəd, qalıq sayı -185 ədəd təşkil edir. İş materiallarında əlavə edilmiş Cəlilabad RPŞ-dən daxil olan 13 avqust 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitələri onların kimdən, harada və nə vaxt əldə etməsi barədə, həmçinin narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı xüsusatlar göstərilmiş, bununla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumat əldə etmək mümkün olsa da, onlardan aşkar olunaraq götürülmüş həmin külli miqdarda narkotik vasitələri kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar əldə olunmuşdur. İş materiallarında olan “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında 14 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş “Redmi” markalı mobil telefonda olan fotoşəkillərdə ondan aşakr edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin gizlədildiyi yerin fotoşəkilləri və İran İslam Respublikasına məxsus mobil nömrə ilə danışıqlar aparıldığı aşkar olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 11 sentyabr 2023-cü il tarixli, 877 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 11 sentyabr 2023-cü il tarixli, 878 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 2622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi törədilərkən psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 2623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi törədilərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5409.7 qram narkotik vasitə heroin, qalıq çəkisi 2024.9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3694.9 qram narkotik vasitə həşiş qətranı və qalıq sayı 185 ədəd narkotik vasitə metadon həbləri Cəlilabad RPŞ-də saxlanılır, Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon, eləcə də "Şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk, “şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında və “baxış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 01 ədəd, ümumilikdə 3 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək məqsədi ilə gəldiklərini yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Cəlilabad rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən onlar ona verilən ittihamla qismən razılaşaraq istintaq orqanının çağırışlarına vaxtlı-vaxtında gələcəklərini (vəd verməklə) öhdələrinə götürərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişlər. Eyni zamanda təqsirləndirilən şəxslərin onlara qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmədə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilərkən onlar polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları, döyülmələri ilə bağlı şikayətlə məhkəməyə müraciət etməmiş, eyni zamanda məhkəmədə bu hal barədə heç bir fikir bildiriməmələri, hətta sonradan belə onların polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı hər hansı bir dövlət orqanına şikayətləri olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Həmçinin məhkəmədə tədqiq olunmuş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə aparılan çəkiliş zamanı törətdikləri cinayət əməlini etiraf etməklə polis əməkdaşları tərəfindən hədə-qorxuya məruz qalmaları bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onların cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri qismən etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdikləri etirafedici ifadələrini, eyni zamanda şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolları, əməllərini etiraf etmələrinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini, Təqsirləndirilən şəxs2 isə elan edilmiş CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmalarını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 iyun 2023-cü ildən, Təqsirləndirilən şəxs2 cəzanın əvvəllini isə onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 25 iyun 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsetmənin əvvəli 24 iyun 2023-cü ildən, Təqsirləndirilən şəxs2 cəzasının əvvəlini isə onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 25 iyun 2023-cü ildən hesablanmaqla təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayonunun Sarvan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış. yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə dalan 2, ev 2K-da qeydiyyatda olmaqla orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, cinayət tötədilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" MMC-yə məxsus “Opel Astra” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyul 2023-cü ildə, Şivan şəhəri, T.Ələkbərov küçəsi, ev 9/2 ünvanında qeydittayda olmaqla orada yaşayan X4 qaytarılmışdır. (Mobil telefonu ***-***-**-**). Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan və qalıq çəkisi 5409.7 qram narkotik vasitə heroin, qalıq çəkisi 2024.9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3694.9 qram narkotik vasitə həşiş qətranı və qalıq sayı 185 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk, “şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında və “baxış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 01 ədəd, ümumilikdə 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon onun qohumu X3 qaytarılmalıdır. Cinayət törədilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “Opel Astra” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyul 2023-cü ildə, Şivan şəhəri, T.Ələkbərov küçəsi, ev 9/2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan X4 qaytarılması nəzərə alınmalıdır. (Mobil telefonu ***-***-**-**). Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindənonlarınbarəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat hər birindən 60 (altmış) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM- 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan və qalıq çəkisi 5409.7 qram narkotik vasitə heroin, qalıq çəkisi 2024.9 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3694.9 qram narkotik vasitə həşiş qətranı və qalıq sayı 185 ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması” haqqında və “Baxış keçirilməsi və götürmə aparılması” haqqında 25 iyun 2023-cü il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 01 ədəd DVD disk, ümumilikdə 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon onun qohumu X3 qaytarılsın. Cinayət törədilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi "xxxx" MMC-yə məxsus olan “Opel Astra” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyul 2023-cü ildə, Şivan şəhəri, T.Ələkbərov küçəsi, ev 9/2 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 qaytarılması nəzərə alınsın. (Mob.telefonu ***-***-**-**). İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat hər birindən 60 (altmış) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar