Məhkəmə qərarları › İş №1(099)-193/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-193/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-193/2023 10.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Sabirabad rayonu, Ətcələr kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şirvan şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə 01 ay 25 gün müddətində cəzanı çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, 10 dekabr 2021-ci il tarixdə cəza müddəti başa çatmış, Şirvan şəhəri “20 Yanvar” küçəsi, ev 16, mənzil 27-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 10, mənzil 36-da yaşamış, 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 4(032)- 153/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 17 oktyabr 2022-cü il tarixli, 4(032)-322/2022 nömrəli qərarı ilə həbsdə saxlama müddəti 03 (üç) ay müddətə, 20 yanvar 2023cü il tarixədək uzadılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-980,550 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 980,0 qramını yaşadığı mənzildə, 0,550 qramını isə üzərində saxlayaraq daşımış, 20 iyun 2022-ci il tarixdə saat 09:35 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 10:34-də üzərində axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində 0,550 qram, həmin tarixdə saat 11:36-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 10, 36 nömrəli mənzilə baxış keçirilən zaman yataq otağında olan ikimərtəbəli çarpayının birinci mərtəbəsindəki döşəyin altından bir ədəd qara torbanın içərisində külli miqdarda-980,0 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, 20 iyun 2022-ci il tarixdə Sabirabad rayonu, Ətcələr kəndindən, həmin rayonun Həşimxanlı kəndinə uşaqlarını görməyə getdiyini, əlində uşaqları üçün aldığı şirənin olduğu çanta olduğunu, arvadıyla uşaqlarının yaşadıqları binaya yaxınlaşanda polis əməkdaşı Miradil ona yaxınlaşaraq əlindəki sumkaya baxış keçirəcəyini dediyini, onunda etiraz etmədiyini, əlindəki çantanı Miradilə təqdim edəndə ona maşında çantaya baxış keçirəcəyini dediyini, binanın qarşısındakı maşına yaxınlaşan kimi onu maşına mindirərək polis şöbəsinə apardıqlarını, 1 saat onu polis şöbəsində saxladıqdan sonra üzərindən narkotik vasitə aşkar etdiklərini, əgər onun üstündə, evində narkotik vasitə olsaydı polislər onu dərhal aşkar edə bildiklərini, ancaq polis şöbəsində olduğu bir saat ərzində üzərində olan mobil telefon vasitəsi ilə ona gələn zənglərə cavab verdiyini, telefonla danışdığını, polis şöbəsində olanda qardaşının ona zəng edərək harada olduğunu soruşduğunu, qardaşına oğurluq üstündə polis şöbəsinə gətirildiyini dediyini, bir saatdan sonra polis şöbəsinə vəkil gətirdiklərini, üzərindən-cibindən videoçəkilişlə narkotik vasitə çıxartdıqlarını, əgər üstündə, evində narkotik vasitə olsaydı, kiməsə mesaj yazıb və ya zəng edib, evdə belə bir şey var, onu rədd edin gizlədin deməyə imkanının olduğunu, iyun ayın 17-si boşandığı qadının, ona uşaqlarını göstərməyən qadının evinə, polislərin dediyi ünvana narkotik vasitəni necə aparıb qoya bildiyini, onunla münasibəti pis olduğunu, mobil telefonunun anten dairəsinin yoxlanılmağını, üç gün ərzində arvadı və uşaqları yaşayan evin qapısına yaxın durmadığını, yerli məhkəmədə arvadıyla nikahlarının pozulması ilə əlaqdar məhkəmə işlərinin olduğunu, arvadıyla boşandığını, arvadıyla uşaqları yaşayan evdə axrıncı dəfə iyun ayının 17-si olduğunu, uşaqlarını görüb getdiyini, arvadının onu evə buraxmadığını, istintaq zamanı müstəntiqə mobil telefon danışıqlarının və telefonunun anten dairəsinin çıxarılması barədə vəsatət verdiyini, müstəntiq ona telefon danışıqlarının və telefonunun anten dairəsinin çıxarıldığını, barəsində olan cinayət işinin materiallarına əlavə edildiyini dediyini, müstəntiqə arvadının və uşaqlarının yaşadıqları evə gediş-gəlişinin, evə yaxınlaşmağının, narkotik vasitəni kimdən almağının araşdırılmasını dediyini, heç bir danışıq, əsas olmadığı halda ona narkotikin onun olduğunu dediklərini, əgər baxış keçirilən evdən çantanın içərisindən aşkar olunan narkotik vasitə onundursa, tərəzidə və çantada əl izi ola biləcəyini, evə baxış keçirilən zaman aparılan videoçəkilişə diqqətlə baxılmasını, cinayət işinin barəsində quraşdırılmış iş olduğunu bildirmişdir. Məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin polis şöbəsində olanda telefonunun özündə olduğunu, həmin vaxtı qardaşı zəng vurub harada olmağını soruşduğunu, ona polis şöbəsində olduğunu, əsassız yerə polis şöbəsinə gətirdiklərini, oğurluq etmədiyini dediyini, qardaşının da dalınca polis şöbəsinə gəldiyini, Miradil adlı polis əməkdaşının ona polis şöbəsinə oğurluq faktına görə gətirildiyini dediyini, əsassız yerə polis şöbəsinə gətirilməsilə bağlı prokurorluğa şikayət etdiyini, prokurorluqdan gəlib izahatını aldıqlarını, nəticəsi barədə məlumatı olmadığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, saxlanılmazdan əvvəl arvadı ilə görüşdüyünü, uşaqları ilə görüşməyi barədə onunla söhbəti olduğunu, arvadının ona uşaqlarının evdə olduğunu dediyini, bundan sonra binanın qabağına gəldiyini, uşaqlarını səslədiyini, ancaq uşaqlarının onu eşitmədiklərini, bundan 5 dəqiqə keçməmiş arxadan polis əməkdaşının ona yaxınlaşdığını, əlində olan çantaya baxış keçirəcəyini dediyini, arvadı və uşaqlarının yaşadıqları evin qayınının evi olduğundan onun evə girməyə icazəsi olmadığını, buna görə də evə qalxmadığını, həmin evdə sonuncu dəfə 17 iyun 2022-ci il tarixdə olduğunu, həmin evə hər gün gedib-gəlmədiyini, sonuncu dəfə həmin evə paltarını götürmək üçün getdiyini, arvadıyla boşanma barədə rayon məhkəməsinə ərizə verdiyini, boşandıqlarını, nə üzərində nə də arvadının qaldığı evdə ona məxsus narkotik vasitə olmadığını, ibtidai istintaq vaxtı arvadı ilə üzləşmə zamanı, onun yaşadığı evdən aşkar olanan narkotik vasitənin arvadına məxsus olması barədə ifadə vermədiyini, arvadının onu polislərlə hədələdiyini onu evə buraxmayan arvadı, qapını açıb polisləri evə buraxdığını, arvadının yaşadığı evə baxış keçirilən vaxt aparılan videoçəkiliş zamanı aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını dediyini, evdən aşkar olunan narkotik vasitənin kimə məxsus olmasını bilmədiyini, arvadının yaşadığı evə baxış keçirilməsinə etiraz etdiyini, 1 otaqlı evdə 12 nəfərin axtarış apardığını, arvadı evin qapısını açdıqdan sonra polislərlə birlikdə evə daxil olduğunu, arvadının sonra aşağı endiyini, sonra evə baxış keçirildiyini, oradan narkotik vasitə aşkar olunduğunu, polislərin evdən aşkar olunan narkotik vasitənin ona məxsus olmasını müəyyən etmədiklərini, həmin narkotik vasitəni hardan əldə etdiyini, kimsənin ona pay vermədiyini, 3 gün ərzində telefon danışıqları olduğunu, maddi vəziyyətinin pis olduğunu, siqaret almağa belə imkanı olmadığını, qardaşından 5-10 manat pul alıb siqaret aldığını, barəsində sanksiya seçilərkən məhkəmə qarşısında etirazlarını, qeyd etdiyi dəlilləri bildirdiyini, ona tibbi ekspertiza təyin edildiyini, məhkəmədən onu X12 apardıqlarını, səhəri gün ordanda 3 saylı İstintaq Təcridxansına göndərdiyini, 27 gün sonra Şirvan ŞPŞ-nə ekspertizaya gətirdiklərini, həmin vaxta kimi onda xəsarət izləri qalmadığını hansı ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğunu, polis əməkdaşlarının əl-qolunu bağladıqlarını, başına kitab qoyub «dubinka» ilə müxtəlif zədələr yetirdiklərini, bir saat döydüklərini, üzərindən-cibimdən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, üzərindən aşkar olunan narkotik vasitənin onun olmadığını, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər işgəncə verdikdən sonra olmuş hadisələr barədə qorxduğundan müdafiəçisinə məlumat verə bilmədiyini, Şirvan ŞPŞ-nin narkotiklərlə mübarizə bölməsinin keçmiş rəisi Sakit Qafarov arvadının yeznəsi olduğunu, müstəntiq İlqarın narkotik vasitəni arvadına verdiyini, sonuncu da narkotik vasitəni evə qoyduğunu, evə baxış zamanı videoçəkilişi İlqar apardığını, narkotik vasitə aşkar edib onu narkotiklə yüklədiklərini, arvadının binanın arxasında meyvə-tərəvəz satdığını, İlqarın bunu bildiyini, arvadının yaşadığı evə 2021-ci ildə gələrək onu narahat etməyi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayəti olduğunu, həmin müraciətə İlqarın baxdığını, evə baxış zamanı tərtib olunan protokolda İlqarın adı qeyd olunmasa da, baxış keçirilən zaman videoçəkilişi İlqarın apardığını, orda İlqarla mübahisə edərək ona etiraz etdiyini, lakin səsinin həmin videoçəkiliş lentindən silindiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, təxminən 2 ildir narkotik vasitə heroindən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, narkotik vasitədən istifadə edərkən tək olduğunu, yanında heç kim olmadığını, onun narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmadığını, 20 iyun 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsində gəzən zaman yerdə bir ədəd sellofan büküm gördüyünü, həmin büküm onun marağını cəlb etdiyi üçün bükümü yerdən götürüb içərisinə baxdığını, əvvəllər də istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman narkotik vasitə heroin olmasını bildiyini, həmin narkotik vasitə heroini tapmış olduğu bükümdə şalvarının cibinə gələcəkdə istifadə etmək məqsədilə qoyduğunu, həmin gün saat 09:35 radələrində yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsində olduğu zaman bir neçə şəxsin ona yaxınlaşıb özlərini təqdim etdiklərini, polis əməkdaşları olmalarını bildirdiklərini, sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onu ŞPŞnə dəvət etdiklərini, ŞPŞ-də olarkən otaqların birində saat 10:34-də polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanıldığını, axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etdiklərini, o da üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söylədiyini, həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olmasının müəyyən edildiyini, sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlənin sellofan bükümdə ağ zərfə qablaşdırıldığını, üzəri möhürləndiyini, bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun vəkili, polis əməkdaşları və onun tərəfindən imzalandığını, bundan sonra həmin tarixdə saat 11 radələrində polis əməkdaşları və vəkillə birlikdə Şirvan ŞPŞ-dən yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, 10 saylı binanın qarşısına getdiklərini, saat 11:36-da yaşadığı həmin binada olan 36 saylı mənzilə polis əməkdaşlarının, vəkilin, arvadı Şahid4 və onun iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirildiyini, baxış zamanı evin yataq otağındakı ikimərtəbəli çarpayının birinci mərtəbəsindəki döşəyin altından qırmızı rəngli sellofan aşkar olunduğunu, həmin sellofanın içərisinə baxdıqda bir ədəd qara rəngli torba və bir ədəd elektron tərəzinin olması müəyyən edildiyini, həmin qara rəngli torba açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edildiyini, həmin zaman aşkar olunmuş bir ədəd qara rəngli torbada olan narkotik vasitə heroinə bənzər maddənin və həmin tərəzinin ona məxsus olmadığını bildirdiyini, yaşadığı mənzildən aşkar olunmuş bir ədəd torbada narkotik vasitə heroinə bənzər maddə və bir ədəd elektron tərəzinin polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürüldüyünü, bu barədə protokol tərtib olunduğunu, həmin protokolun polis əməkdaşları, vəkil və arvadı Şahid4 tərəfindən imzalandığını, həmin narkotik vasitə heroinə bənzər maddənin və elektron tərəzinin ona məxsus olmadığını bildirib protokolu imzalamaqdan imtina etdiyini, üzərindən axtarış zamanı aşkar edilən ona məxsus narkotik vasitə heroinin təmiz çəkisinin 0,550 qram, yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisinin 980,0 qram olmasını və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izlərinin olmasını sonradan öyrəndiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və evdə axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o tutulan zaman üzərində heroin olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu, döyüldüyü üçün o, üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində heroin aşkar olunmamışdır. Evdən aşkar olunan narkotik vasitə heroinin və elektron tərəzinin kimə məxsus olmasını bilməmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik vasitədən istifadə etdiyi üçün özünü təqsirli bilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis şöbəsinə oğurluq faktına görə gətirildiyini, üzərində və evində narkotik vasitə olmadığını, aşkar olunan tərəzinin onun olmadığını, həmin evdə sonuncu dəfə 17 iyun 2022-ci il tarixdə olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğunu, polis əməkdaşlarının əl-qolunu bağladıqlarını, başına kitab qoyub «dubinka» ilə müxtəlif zədələr yetirdiklərini, bir saat döydüklərini, üzərindən-cibindən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə narkotik vasitə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər işgəncə verdikdən sonra olmuş hadisələr barədə qorxduğundan müdafiəçisinə məlumat verə bilmədiyini, evdən aşkar olunan narkotik vasitəni müstəntiq İlqarın arvadına verdiyini, sonuncu da narkotik vasitəni evə qoyduğunu dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində 20 iyun 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ona, icraatına Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 10, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı mənzildə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması və yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yarandığını söylədiyini, baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yerinin tərəflərindən müəyyən edildiyini, 20 iyun 2022-ci il tarixdə saat 09:35 radələrində yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsində saxlanlaraq şəhər polis şöbəsinə gətirildiyini, şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 10:34-də videoçəkiliş vasitəsilə vəkilin, onun və Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparıldığını, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün aşkar olunduğunu, həmin bükümün içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olmasının müəyyən edildiyini, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddənin ekspertizaya təqdim olunması üçün qablaşdırıldığını, üzərinin möhürləndiyini, bu barədə protokol tərtib olunduğunu, həmin protokolun onun, digər polis əməkdaşının, vəkilin və Təqsirləndirilən şəxs tərəfindən imzalandığını, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 10, 36 saylı mənzildə də narkotik vasitələri saxlamasında şübhəli bilindiyi üçün həmin tarixdə saat 11:20 radələrində onun, NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, Konvoy Hissəsinin konvoyu Şahid3, vəkilin və Təqsirləndirilən şəxsla birlikdə Təqsirləndirilən şəxs yaşadığı həmin binanın qarşısına gəldiklərini, saat 11:36-da Təqsirləndirilən şəxs yaşadığı həmin mənzilə onun, polis əməkdaşlarının, vəkilin, Təqsirləndirilən şəxs və arvadı Şahid4 iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilməyə başlanıldığını, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında olan ikimərtəbəli çarpayının birinci mərtəbəsindəki döşəyin altından üzəri yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli torbanın və bir ədəd elektron tərəzinin aşkar olunduğunu, həmin torbanın üzəri bıçaqla kəsilib içərisinə baxış keçirildiyini, içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olduğunu və bir ədəd elektron tərəzinin üzərinə diqqətlə baxdıqda üzərində narkotik vasitə heroinə bənzər maddənin izlərinin olduğunun müəyyən olunduğunu, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı başqa narkotik vasitə və ya psixotrop maddə, həmçinin başqa hər hansı bir cinayət xarakterli əşyanın aşkar olunmadığını, Təqsirləndirilən şəxs yaşadığı mənzildən baxış zamanı aşkar olunmuş bir ədəd qara rəngli torbada narkotik vasitə heroinə bənzər maddənin və bir ədəd elektron tərəzinin ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürüldüyünü, üzərinin möhürləndiyini, bu barədə protokol tərtib olunduğunu, həmin protokol onun, digər polis əməkdaşlarının, vəkilin və Təqsirləndirilən şəxs arvadı Şahid4 tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs isə yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddənin və bir ədəd elektron tərəzinin ona məxsus olmadığını bildirdiyini və protokolu imzalamaqdan imtina etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 həmçinin Alimin üzərinə keçirilən şəxsi axtarışda, yaşadığı evə keçirilən baxışda iştirak etdiyini, Alimin üzərinə keçirilən şəxsi axtarış zamanı, üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını, Alim yaşadığı evdən aşkar olunan narkotik vasitənin özünə aid olmamasını dediyini, Alimin yaşadığı evə baxış keçiriləndə, baxışda vəkil və həyat yoldaşı da iştirak etdiyini, baxış keçirilən evin açarının Alimin arvadında olduğunu, Alimin özündə açar olub-olmamasını bilmədiyini, şəxsi axtarış zamanı Alimin üzərindən aşkar olunan narkotik vasitənin miqdarını dəqiq bilmədiyini, təxminən 2 qramdan az olduğunu, tərəfindən Alimə qarşı heç bir zor tətbiq olunmadığını, Alimə zor tətbiq edilməsinin şahidi olmadığını, saxlanılan zaman Alimə maşına tərəf getməyi təklif etdiyini, Alimin də könüllü surətdə maşına getdiyini, Alimi zorla maşına mindirmədiyini, Alimin yaşadığı evə hərtərəfli baxış keçirildiyini, Alimin yaşadığı evə İlqar adlı polis əməkdaşının deyil Qabil adlı təhqiqatçının baxış keçirdiyini, Alimin yaşadığı evdə keçirilən baxışda, Alimə aid hər hansı paltar və əşya olub-olmamasını xatırlamadığını, baxış keçirilən evin çox balaca olduğunu, evin dəhlizdən, mətbəxdən və bir otaqdan ibarət olduğunu, otaqda iki mərtəbəli uşaq çarpayısı və divanın olduğunu, Alimin arvadının deməsinə görə ki, iki mərtəbəli çarpayının birinci mərtəbəsində Alim yatdığını, narkotik vasitə və tərəzi sellofan qabda həmin iki mərtəbəli çarpayının birinci mərtəbəsində baş tərəfdə qoyulmuş yastığın altından aşkar olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin MSY-nin Konvoy Hissəsinin konvoyu, polis baş serjantı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində yaşadığı evin yanında meyvə satdığını, Alimlə evli olduqlarını, biri qız, biri oğlan olmaqla iki uşaqlarının olduğunu, Alimlə aralarında mübahisə onun narkotik vasitə istifadəçisi olduğu üçün olduğunu, başqa heç bir problemləri olmadığını, hadisə günü, yəni 20 iyun 2022-ci il tarixdə işlətdiyi meyvə dükanında oturduğu vaxt, bir nəfər polis əməkdaşı dükana daxil olub ondan Alimin nəyi olduğunu sorşuduğunu, həmin polis əməkdaşına Alimin əri olduğunu dediyini, həmin polis əməkdaşının ona Alimin tutulduğunu dediyini, Alimin narkotik vasitə istifadəçisi olduğunu bildiyini, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olmasını görmədiyini, eşitmədiyini, bu barədə heç nə bilmədiyini, digər polislərində ora gəldiklərini, onlarla birlikdə evə qalxıb qapını açdığını, polislərin evə daxil olub videoçəkilişlə hərtərəfə baxış keçirdiklərini, Alimin yatdığı iki mərtəbəli çarpayının birinci mərtəbəsində yerləşən yerdən bir bükümdə narkotik vasitə aşkar etdiklərini, stolun üzərinə qoyduqlarını, evə baxış keçirilməzdən əvvəl uşaqların həyətdəki dükanda onun yanında olduqlarını, polislər evə qalxanda uşaqların arxasınca gəldiklərini, uşaqlarının atalarını qolu qandallı görməmələri üçün uşaqları qonşuya qoyduğunu, evin üç ədəd açarı olduğunu, açarlardan birinin Alimdə, digərlərinin onda olduğunu bildirmişdir. Verilən suallara cavab olaraq Şahid4 həmçinin Alimin əvvəllər sürücü işlədiyini, lakin 6-7 ildi işləmədiyini, Alimin evdə iki mərtəbəli uşaq çarpayısında yatdığını, uşaqların və özünün evdə olan çarpayı kimi açılan divanda yatdıqlarını, Alim evdə narkotik vasitə istifadə edərkən gördüyünü, lakin Alimin narkotik vasitə satışı ilə məşğul olmasını görmədiyini, 17 iyun 2022-ci il tarixdə evdə olmadığını, Alimin də evdə olmadığını, çünki Alim tutulmamışdan 3 gün əvvəl onunla mübahisə etdikdən sonra kəndə getdiyini, Alim də kəndə getmək üçün ondan pul istədiyini, 17 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan vaxt ərzində Alimin evə gəlib-gəlməməsini bilmədiyini, həmin vaxtı uşaqları ilə birlikdə Sabirabad rayonu, Həşimxanlı kəndində atasıgildə olduğunu, Alimin həmin vaxt ərzində onunla əlaqə saxlamadığını, hadisə günü Alim onunla mübahisə etdiyinə görə, ondan üzr istədiyini, sonra yanlarındakı dükandan çörək alıb çıxıb getdiyini, uşaqlarının birinin 8, digərinin isə 10 yaşı olduğunu, uşaqlarının ataları Alimi çox istədiklərini, 20 iyun 2022-ci il tarixdə Alim uşaqları görmək üçün gəlmədiyini, evin qapısını döymədiyini, həmin gün uşaqların həyətdə oynadığını, meyvə dükanında tək işlədiyini, 17 iyun 2022-ci il tarixdən 20 iyun 2022-ci il tarixədək olan müddət ərzində meyvə dükanını işlətmədiyini, evə baxış zamanı narkotik vasitə aşkar olunanda Alimin hansı səbəbdən ona qarşı aqressiv olması barədə heç nə deyə bilmədiyini, İlqar adlı polis əməkdaşı ilə Alimin tutulması üçün, heç bir iş qurmadığını, İlqar adlı polis əməkdaşını üzdən tanıdığını, lakin xarici görkəminin tam yadında olmadığını, İlqarla onun arasında heç vaxt telefon danışığı olmadığını, Alim əvvələr tutulan zaman gecə saat 12-də onu polis şöbəsinə çağırdıqlarını, qardaşının polis şöbəsində İlqar adlı tanışı olduğu üçün həmin vaxt İlqara zəng edib, onun körpə uşaqlı olduğunu, əgər mümkünsə izahatının evdə alınmasını xahiş etdiyini, İlqar adlı polis əməkdaşı ilə heç bir münasibətinin olmadığını, hadisə günü, yəni 20 iyun 2022-ci il tarixdə polis əməkdaşının işlətdiyi meyvə dükana gəldiyini, Təqsirləndirilən şəxs nəyi olduğunu sorşuduğunu, Alimin əri olduğunu dediyini, həmin polis əməkdaşının ona Alimin narkotik vasitəyə görə tutulduğunu dediyini, həmin vaxtı yaşadıqları evə baxış keçirməyə getdiklərini, Alimin narkotik vasitəyə görə tutulduğunu deyən polisi məhkəmə iclasında görsə tanıya biləcəyini, İlqar adlı polis əməkdaşının evə baxışda iştirak etməsini görmədiyini, Alimin iki mərtəbəli uşaq çarpayısının birinci mərtəbəsində yatdığını, çarpayının ikinci mərtbəsinə yük yığdığını, uşaqları ilə evdə açılıb-yığılan divanda yatdıqlarını, Alimin evə öz istifadəsi üçün narkotik vasitə gətirdiyini gördüyünü, yaşadıqları evin açarının Alimlə və onda olduğunu, başqa heç kimdə olmadığını, Alimlə bir evdə yaşadıqlarını, Alimlə narkotik vasitəyə görə boşanmaq istədiyini, yaşadıqları evdə Alimə məxsus əşyalar olduğunu, istifadəsində ***-***-**-** mobil nömrəsi, adında həmçinin uşaqlarının istifadə etdiyi mobil nömrələr olduğunu, ***-***-**-** mobil nömrəni qızı, ***-***- **-** mobil nömrəni oğlunun istifadə etdiyini, başqa nömrələri olmadığını, uşaqlarının işlətdiyi qeyd etdiyi mobil nömrələrlə onun, hər hansı bir polis əməkdaşı ilə heç bir telefon danışığı və smsləri olmadığını, Alim tutulmamışdan 2 ay əvvəl, onunla arasında olan nikah müqaviləsinə xitam verilməsi ilə əlaqədar Şirvan şəhər Məhkəməsinə müraciət etdiyini, lakin boşanma işi üzrə yekun məhkəmə aktı mövcud olmadığını, uşaqlarının onun atalarından boşanmağını istəmədikləri üçün 19 yanvar 2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesinə getmədiyini, Alimlə əlaqədar heç vaxt polisə şikayət etmədiyini, yaşadıqları mərtəbədə evlərinə yaxın iki qonşuları, birinin adının Vəfa, digərinin adı isə Xalidə olduğunu, Xalidənin əri Tahir İsmayılovla birlikdə yaşadığını, onların yaşadıqları evin nömrəsinin 36 olduğunu, qonşularının isə 34 və 35 nömrəli mənzillərdə yaşadıqlarını bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində çağırılaraq dindirilmiş X1 ŞPŞ-nin İB-də müstəntiq işlədiyini, 2020-ci ildə Təqsirləndirilən şəxs və arvadı Şahid4 arasında ailə münaqişəsi olması səbəbindən, Şahid4 atası ilə polis şöbəsinə gəldiyini, polis şöbəsində tərəfindən Şahid4 izahatının alındığını, həmin ailənin “münaqişəli ailə” kimi qeydiyyata götürülməsi üçün qərarın surətinin sahə polis rəisinə göndərildiyini, 20 iyun 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin İstintaq Bölməsinin rəisinin ona təhqiqatçı kimi yeni fəaliyyətə başlamış X17 Əkbərovun yaşadığı evə keçirilən baxışda kömək etməyini bildirdiyini, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək üçün getdiyini, digər polis əməkdaşları ilə birlikdə evin qapsının ağzında dayandığını, təhqiqatçı Qabil Əlizadəyə kənardan kömək etmək məqsədilə Alimin yaşadığı evə baxış keçirilməsində iştirak etmək üçün getdiyini, evin qapısını Alimin arvadı Şahid4 açdığını, baxış keçirmək üçün evə daxil olduqlarını, evə baxış keçirilən zaman Alimin arvadı Şahid4 qapının ağzında dayanmamasını, baxışda iştirak etməsini bildirdiyini, evə baxış keçirilən zaman tərtib olunan protokolda adının qeyd olunmaması həmin vaxtı istintaq hərəkəti aparmaqla protokol tərtib edən təhqiqatçı Qabil Əlizadənin səriştəsizliyi nəticəsində olduğunu, Təqsirləndirilən şəxsla heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Verilən suallara cavab olaraq X1 ŞPŞ-də Alimin üzərinə keçirilən şəxsi axtarışda iştirak etmədiyini, Alimin yaşadığı evə keçirilən baxışda iştirak etdiyini, polis əməkdaşları ilə birlikdə Alimin yaşadığı evə çatanda Alimin arvadı Ruqiyə evin qapısının ağzında dayandığını, onun qapını açdığını, onlar içəri daxil olduqlarını, Alimin yaşadığı evin qapsının açarının Alimdə olub-olmamasını bilmədiyini, Alimin yaşadığı evə baxış keçirilərkən, onun üzərinə şəxsi axtarış keçirilmədiyini, 2020-ci ildə Alimlə arvadı Ruqiyə arasında baş vermiş ailə münaqişəsinə görə, Ruqiyənin izahatını hərbidə işlədiyini deyən və Ağ rəngli “Vaz 2107” markalı maşını olan atasının iştirakı ilə aldığını, çünkü həmin vaxt Ruqiyə ilə gələn şəxs ona Ruqiyənin atası olduğunu bildirdiyini, 20 iyun 2022-ci il tarixdə Ruqiyənin işlətdiyi dükana getmədiyini, Ruqiyəni binanın dəhlizində baxış keçirilən evin qapısında gördüyünü, Alim tutulduqdan sonra Şirvan ŞPŞ-nin X11 saxlanılarkən Alimə “sən ağıllanmadın” sözünü demədiyini, Şirvan ŞPŞ-də Alimin üzərinə şəxsi axtarış keçirilən otağın qapısından içəri baxmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində çağırılaraq dindirilmiş X13 20 iyun 2022-ci il tarixdə gündüz vaxtı polis əməkdaşları, vəkillə və Təqsirləndirilən şəxsla birgə onun yaşadığı evə baxış keçirməyə getdiklərini, evin qapısını Alimin arvadı Şahid4 açdığını, onlar evə baxış keçirmək üçün içəri daxil olduqlarını, Alimin, müdafiəçinin, arvadı Ruqiyənin və polis əməkdaşlarının iştirakları ilə evə baxış keçirdiklərini, baxış keçirilən ev bir otaqlı olduğunu, onlar ilk olaraq evin dəhlizinə baxış keçirdiklərini, daha sonra yataq otağına baxış keçirdiklərini, baxış zamanı yataq otağında olan iki mərtəbəli uşaq çarpayısının birinci mərtəbəsində olan döşəyin altında bir ədəd qara sellofan aşkar etdiklərini, sellofanın içərisindən heroinə bənzər kütlələr, bir ədəd tərəzi aşkar olunduğunu, tərəfindən sənədləşdirildiyini bildirmişdir. Verilən suallara cavab olaraq X3 yaşadığı evə baxış keçirilən zaman iki mərtəbəli uşaq çarpayısının birinci mərtəbəsində bir ədəd qara sellofanın içərisində heroinə bənzər kütlələr və bir ədəd elektron tərəzi aşkar olunduğunu, Alimin yaşadığı evə keçirdiyi baxış istintaq hərəkəti, onun ilk dəfə evə baxış keçirdiyi istintaq hərəkəti olduğunu, həmin vaxtı təcrübəsi az olduğunu, Alimin yaşadığı evə baxışın keçirilməsində İlqar Novruzov iştirakçı olmadığı üçün onun adını tərtib etdiyi baxış protokoluna yazmadığını, Alimin üzərinə şəxsi axtarış keçirilən zamanı narkotik vasitə aşkar olunduğunu, Alimin yaşadığı evdə də narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatı olduğundan evə baxış keçirilməsinin də zəruri olduğunu, Alimin üzərinə şəxsi axtarış keçirilən zamanı, onun üzərindən bir bükümdə heroin aşkar olunduğunu və başqa heç bir predmet aşkar olunmadığını, Alimdən soruşduqda şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə narkotik vasitəni tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, yaşadığı evdə də heç bir narkotik vasitə olmadığını və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, tərəfindən etirafedici ifadələr almaq məqsədilə Alimə heç bir təzyiq edilmədiyini, Alimin üzərində heç bir xəsarət izləri olmadığını, soruşduqda ona qarşı heç bir təzyiq edilmədiyini, Alimin sərbəst şəkildə ifadə verdiyini, üzərində olan narkotik vasitəni könüllü surətdə təqdim etdiyini, Alimin izahatını ona, dindirmə otağında təqdim etdiyini, etiraz edərək imzalamamaq onun hüququ olduğunu izah etdiyini, 20 iyun 2021-ci ildə təhqiqatçı vəzifəsinə təyin edildiyini, Alimin ifadəsində narkotik vasitənin arvadına məxsus olmasını deməsi, Alimlə arvadı Ruqiyənin üzləşdirilməsi zamanı isə Alimin narkotik vasitənin başqasına məxsus olmasını deməsinin səbəbini bilmədiyini, onların üzləşdirilməsi istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və dövriyyəsinə dair şübhələrin olması və buna görə Şirvan ŞPŞ-nə gətirilməsi haqqında 20 iyun 2022-ci il tarixli raport, sonuncunun üzərində şəxsi axtarış keçirilməsi, yaşadığı evə baxış keçirilməsi barədə protokol və həmin protokollara əlavə edilmiş video disklər iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın, yaşadığı evə baxış keçirilməsinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3; 27-29, 33-35). - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:07-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19-20). - “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroinin olduğunu, onu 20 iyun 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsindən yerdən tapdığını və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir (i.v. 19-20). -“baxış keçirmə haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, otaqda yerləşən iki mərtəbəli çarpayının birinci mərtəbəsində yerləşən matrasın üstündə, lakin döşəyin altında olan bir ədəd qırmızı rəngli görünməz sellofan aşkar edilmiş, sellofanın içərisindən bir ədəd qara rəngli torbada heroin və bir ədəd elektron tərəzi aşkar aşkar edilmişdir (i.v. 33-35). - məhkəmə kimyəvi ekspertizasının 20 iyun 2022-ci il tarixli, 18/683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi-0,550 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar dilmiş...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi-980,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (i.v. 40-43). - “cinayət əməlinin tövsif olunması barədə” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (i.v 54). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 56-57). - Şirvan şəhər Məhkəməsinin 22 iyun 2022-ci il traixli, 4(032)-153/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablanmışdır (i.v. 74-76). - Şirvan şəhər Məhkəməsinin 17 oktyabr 2022-cü il tarixli, 4(032)-322/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs saxlama müddəti 03 (üç) ay müddətə, 20 yanvar 2023-cü il tarixədək uzadılmışdır (i.v. 189-190). - “əşyanın maddi sübut hesab edilməsi barədə” 27 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı mənzildən aşkar olunmuş və tədqiqatdan sonra ümumi çəkisi 980,45 qram qalan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v. 84-85). - məhkəmə-narkoloji ekspertizasının 18 avqust 2022-ci il tarixli, 4583 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 138-139. - məhkəmə-psixiatriya ekspertizasının 20 avqust 2022-ci il tarixli, 2229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır (i.v. 163- 165). - “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X18 30 iyul 2022-ci il tarixli, 768 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (i.v. 121). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən və evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroinin eyni tərkibli olması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyataxtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Həmin “Siyahılar”da İ Siyahının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş heroinin ümumi çəkisinin külli miqdarda olması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması, elektron tərəzinin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərini iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı” “Bobek Polşaya qarşı” və Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğu, polis əməkdaşlarının əl-qolunu bağladıqları, başına kitab qoyub «dubinka» ilə müxtəlif zədələr yetirirdikləri, bir saat döydüklərini, üzərindən-cibindən çıxan narkotik vasitənin ona məxsus olduğunu deməyini tələb etdiklərini, üzərindən aşkar olunan narkotik vasitənin onun olmadığını, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən döyüldüyü üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Şirvan şəhər prokurorluğunun 08 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şirvan şəhər Məhkəməsində Təqsirləndirilən şəxs Əligüllah oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən məhkəmə baxışının nəticələrinə dair 22 iyun 2022ci il tarixli xüsusi qərarı onun bədənində zorakılıq əlamətlərinin olub-olmaması, onun hüquqlarının qanunsuz hərəkətlər tətbiq edilməklə pozulub-pozulmamasını müəyyən etmək üçün şəhər prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək bədənində xəsarət olmadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmiş, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “baxış keçrimə haqqında” 20 iyun 2022-ci il tarixli protokollar, həmin protokollara əlavə edilmiş videoçəklişlər, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 20 iyun 2022-ci il tarixli, 18/683 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün müddətində cəzanı çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v 129-131). -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli, 4287 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlər görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, iki az yaşlı uşağı vardır və yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 125-128). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 03 ay 27 gün azadlıqdan məhrumetmə cəzası, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 ay 25 gün müddətində cəzanı çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi onun məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, baxılan iş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ağır cinayətləri törətmiş Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirlən hal Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 iyun 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 4(032)-153/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 980,45 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 20 iyun 2022-ci il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 4(032)-153/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 980,45 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar