Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-194/2024 13.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi1, «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi2n, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X14 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Cəbrayıl rayonu Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Cəbrayıl rayonu Şıxalıağalı kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbə, ev 235-də yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 20 radələrində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə 235 nömrəli evin qapı və pəncərələrini kilidləyərək qonşusu X18 ilə cinsi münasibətdə olduğunu uyduraraq özü üçün bəhanə halına gətirməklə, Zərərçəkmiş şəxs ona heç bir şəxslə xəyanət etmədiyini bildirməsinə baxmayaraq, öz cinayətkar planından əl çəkməyərək qəsdən xüsusi amansızlıqla həyətdən gətirmiş olduğu silah kimi istifadə edilən rezin boru, kustar üsulla hazırlanmış, elektrik burğu alətlərinə işlək hissə olaraq birləşdirilməklə deşici vasitə kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, təsərrüfatməişət təyinatlı dəmir predmet və elektrik kabellə bədəninin müxtəlif nahiyələrinə çoxlu sayda xəsarətlər yetirərək əzab və işgəncə verməklə, həmçinin evin mətbəxində olan qaz sobasının üzərində qızdırdığı dəmiri Zərərçəkmiş şəxs yan nahiyəsinə basmaqla sonuncuya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək, sağ dirsək oynağının arxa səthində, sol diz oynağının ön səthində yaralar, sol arxa qoltuq xətti boyunca 7,8-ci qabırğa qövsündə zəif sümük döyənəkləşməsi ilə gedən yerini bir qədər dəyişən sınıqlar, sol budun orta 1/3-nin arxa səthində yara yüksək hərarətin nəticəsində yaranmış və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qaçmaması üçün daha ciddi tədbir kimi yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan 235 nömrəli evdə uzunluğu 2 metr olan elektrik kabeli vasitəsilə ilk öncə əllərini, daha sonra ayaqlarını bağlayaraq evin giriş qapısından həyətə çıxmış, daha sonra geri qayıdaraq Zərərçəkmiş şəxs saçından tutub döşəmə səthi ilə sürüməklə birgə yaşadıqları evin yataq otağına gətirərək, həmin otaqda olan çarpayının üzərində yatmış olduğu bir saat yarım müddətində 108 sm uzunluğunda ipdən istifadə edərək ayağını öz ayağına kəndir(ip) vasitəsilə bağlamaqla, ümumilikdə 11 iyun 2023-cü il tarixdə saat 20 radələrindən 12 iyun 2023-cü il saat 10 radələrinədək zərərçəkmiş Zərərçəkmiş şəxs üçün qəsdən ağır nəticələrə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə saat 23 radələrində Şahid1 icarə əsasında işlətdiyi Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən “014 Çay Evi” adlı çayxanada 26 yanvar 1983-cü il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 230 nömrəli evdə yaşamış, rayon polis şöbəsinin X17 polis nəfəri işləmiş X9 heç bir səbəb olmadan, yəni 2022-ci ilin noyabr ayında çayxanada ona qarşı atmacalı sözlərdən istifadə etməsi, həmçinin yaşadığı evin həyətinə quraşdırdığı kameranın çəkmiş olduğu şəkillərdə, özünə məxsus mobil telefonununda qeydə aldığı audioyazıda Bayram Bayramovun onun rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə cinsi münasibətdə olduğunu uyduraraq özü üçün cuzi bəhanə halına gətirməklə, Zərərçəkmiş şəxs ona heç bir şəxslə xəyanət etmədiyini bildirməsinə baxmayaraq, öz cinayətkar planından əl çəkməyərək Bayram Bayramovu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmək məqsədi ilə 2 il öncə qonşusu Şahid5 şəxsi istifadəsi üçün aldığı, çapıcı-kəsici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı baltanı yaşadığı evdən götürərək “Mercedes Vito” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən “014 Çay Evi” adlı çayxanaya gəlmiş, həmin vaxt Bayram Bayramov çayxanaya giriş qapısının sol tərəfindən olan masada əyləşib spirtli içki (pivə) içib domino oynayan zaman baltanı avtomaşınından götürərək arxa hissədən yaxınlaşıb hər iki əli ilə tutaraq baltanın kəsici hissəsinin əks tərəfi ilə Bayram Bayramovun həyat və sağlamlığı üçün əhəmiyyətli orqanlarının yerləşdiyi sağ alın nahiyəsindən bir dəfə sağdan sola doğru zərbə endirməklə alın sümüyünün yerini dəyişən, qəlpəli basılmış açıq sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş veyin toxumasına qansızma dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə aid edilən xəsarətlər yetirməklə Bayram Bayramovu qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,777 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək 01 ədəd şüşə boruda 0,749 qram olan hissəsini yaşadığı Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 235 saylı evin qonaq otağında döşəklərin arasında, 0,028 qram hissəsini isə 01 ədəd gümüşü rəngli falqa kəsiyinə bükərək özünəməxsus “Mercedes Vito” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının arxa hissəsində olan ciblikdə saxlamaqla kirvəlik münasibətlərində olduğu Şahid4 yaşadığı ünvan 1 ünvanına qanunsuz olaraq daşımış, 20 iyun 2023-cü il tarixdə İfadəsi yerində yoxlanarkən Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında salınmış döşəklərin üzərində olan 01 ədəd şüşə boruda 0,749 qram psixotrop maddə metamfetamini təqdim etdiyindən həmin maddə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa 22 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Mercedes Vito” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman sürücü oturacağının arxasında olan ciblikdə 01 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə 0,028 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 235 nömrəli evdə arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. Bayramov Bayram da onunla eyni qəsəbədə yaşamış, onunla düşmənçilik və ədavəti olmamışdır. O, qəsəbədə təxminən bir il altı ay müddətində çayxana işlətmişdir. Bayram çayxanaya tez-tez gəlmişdir. Bayramın arvadı Nəsbə ilə intim əlaqəsi olmuşdur. Baüram çayxanada olanda hər gün onu alçaltmış, tez-tez «oxay» demiş, bir nəfər «qısırı» elədiyini demiş, bu səbəbdən də onu vurmuşdur, ona xəsarət yetirmək istəmiş, öldürmək məqsədi olmamışdır. Bayramın danışığından belə çıxmışdır ki, onun arvadı ilə əlaqəsi olmuşdur, hamı ona gülmüşdür. Bayram çayxanada olanda demişdir ki, bu dəqiqə oradan gəlirəm, belə eləmişəm, elə eləmişəm, oxay yiyəsinin ağzı belə-belə olsun. Arvadının Bayramla videoçəkilişi olmuşdur. Gecə saat 10-nun yarısında telefonu qoyub arvadının səsini yazmışdır. Telefonda kişi səsi, intim səs, qışqırıq səsi vardır. Arvadı Nəcibədən bu barədə soruşanda arvadı ayağının altında siçan qaldığını, ona görə də səs çıxardığını bildirmişdir. Lakin o bilir ki, arvadı həmin səsi intim münasibətdə olduğu zaman çıxarır. Üç il əvvəl arvadı ona telefonda demişdir ki, Bayram şənliyi olacaq, Bayramın adını çəkmişdir. Arvadının telefonda Bayramla «oxay» deməsini eşitmişdir. Hamı bilmişdir ki, arvadı Nəcibənin Bayramla əlaqəsi olmuşdur. Camaat hər yerdə ona baxıb gülmüşdür. Bayram isə çayxanada hər dəfə «qısırla» əlaqəsinin olduğunu demişdir. O isə arvadına demişdir ki, camaat Bayramla sənin yataqda etdiyi hərəkətlərdən, sözlərdən danışır. Arvadı isə bunun səbəbini bilmədiyini demişdir. Qəsəbə adamları ilə əlaqə saxlamışdır, ona arvadının Bayramla əlaqəsinin olmasını demişlər. O, arvadı Nəcibəni bağlı qapılar arxasında saxlamamışdır. 19 mayda 2023-cü il tarixdə gecə saat 1-də evindən intim kişi səsi gəlmiş, kameraya düşmüşdür. Arvadı gecə saat 1-də hamama girib çıxmışdır. Arvadından necə olmuşdur ki, Bayramın onlara gəlməsini soruşmuşdur. Evinə gələndə pəncərənin bağlı olmasını görmüşdür. Sonra arvadı ona demişdir ki, pəncərədən gələn Bayram olmuşdur. Arvadı Nəcibə onunla evlənməmişdən əvvəl köhnə evdə Bayramla görüşmüşdür. Bayram konkret olaraq onun arvadı ilə intim əlaqədə olmasını deməmişdir, ancaq Bayramın maşınla marqat etməsini görmüşdür. Ayın 11-də arvadı etiraf etmişdir ki, Bayramla əlaqəsi olmuşdur, həyətdən çıxan adam Bayramdır. Videokamerada səs düşüb, gecə saat 1-də qabaq otaqda intim səs gəlmişdir. Otaqda adam görmüşdür, kameranın sönməsini, qapının bağlanmasını görmüşdür. Arvadı ilə intim münasibətdə olması barədə Bayramla danışmamışdır, arvadı ona demişdir ki, get Bayramlə sən danış. O, çayxanaya gələndə yoldaşlarının Bayramla arvadının videosuna baxdıqlarını görmüşdür, onu görən kimi tez videonu söndürmüşlər. Ayın 2023-cü il iyun ayının 11-də Bayram onun evinə girmişdir. İyun ayının 18-də çayxanaya gedəndə Bayramın orada olduğunu görmüşdür. Həmin vaxt saat 7-8 olmuşdur. Evə gedərək yuyunmuş, sonra maşının yağını dəyişmiş və yenidən çayxanaya qayıtmışdır. Bu zaman Bayram da çayxanaya gəlmişdir. Bayramı cəzalandırmaq qərarına gəlmişdir, həm də məqsədi Bayramda olan videonu almaq olmuşdur. Sonra Bayram çayxanqadan getmiş, o isə çayxanada domino oynamışdır. Sonra isə Bayram çayxanaya qaıtmışdır. Maşından baltanı götürmüşdür. Həmin baltanı əvvəldən alıb maşının baqajına qoymuşdur. Maşından baltanı götürüb çayxanaya qaıtmışdır. Bu zaman Bayram çayxanada dörd nəfər şəxslə oturmuşdur. Bayram yanında oturan adamlara söz atmış, Bayramın səsi ona qıcıq vermişdir. O, Bayramın həmin hərəkətləri ona görə edir. Balta ilə Bayramın baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bayram yıxılimışdır. O isə avtomaşına minib oradan getmişdir. Bayramdan videonu almaq üçün onun başına balta ilə vurmuşdur. Onu öldürmək niyyəti olmamışdır. Hadisə yerindən gedərək polisə təslim olmuşdur. Bayramı öldürmək məqsədi barədə əvvəlcədən heç kimə deməmişdir. Arvadı Nəcibəyə işgəncə verməmişdir. Arvadı ona yuxu dərmanı vermişdir. Arvadı öz atasına demişdir ki, o arvadının bişirdiyi yeməyi yemir. Arvadı ona demişdir ki, mən sənə xəyanət etmişəm. Arvadı ona demişdir ki, məni apar Beyləqanda yerləşən Həciz peygəmbərinin qəbrinə and içim. O arvadını Həciz Peygəmbərinin qəbrinə apamışdır. Arvadı and içmişdir. Bundan sonra arvadının ayaqlarından öpmüşdür. Arvadı Nəcibəni elektrik naqili ilə döyməmişdir. Oncaq onu şunurla vurmuşdur. Evdə olanda Nəcibənin ayağını öz ayağına bağlamışdır ki, qaça bilməsin. Nəcibəni dəmirlə, rezin boru ilə vurmuşdur. Əvvəllər narkotikdən istifadə etmişdir, ancaq son vaxtlar onda narkotik olmamışdır. İdarə etdiyi maşından çıxan narkotik ona məxsus deyildir. Necə ola bilər ki, dörd aydan sonra maşından narkotik çıxsın. Maşina narkotik qoya bilməzdi. Ona görə ki, maşina sərnişinlər minirlər, narkotiki görə bilərdilər. Evindən çıxan şüşə qab isə ona məxsusdur. O, həmin şüşə qabda narkotikdən istifadə etmişdir. Ola bilər ki, həmin qabda az miqdarda narkotik qalsın. Evdən və maşından aşkar olunan metamfetamin ona aid deyildir. Bayram hər gün çayxanada onu alçaltdığına görə vurmuşdur, Bayramın arvadı ilə videoçəkilişi olmuşdur. Bayram konkret olaraq onun arvadı ilə intim əlaqədə olmasını deməmişdir, ancaq Bayramın maşınla marqat etməsini görmüşdür. Həyətindən çıxan adam Bayramdır. Videokamerada səs düşüb, gecə saat 1-də qabaq otaqda intim səs gəlmişdir. Otaqda adam görmüşdür, kameranın sönməsini, qapının bağlanmasını görmüşdür. Arvadı Nəsitbəni şunurla vurmuşdur. Evdə olanda Nəcibənin ayağını öz ayağına bağlamışdır ki, qaça bilməsin. Nəcibəni dəmirlə rezin boru ilə vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində isə göstərmişdir ki, 2014-cü il tarixdə dayısı qızı Zərərçəkmiş şəxs ilə ilk ailə qurmuş, 2 illik münasibətlərindən sonra qısqanclığa görə ayrılmışdır. 2019-cu ildə sonuncu ilə yenidən ailə həyatı qurmuşdur. 2019-cu ildə anasının yaşadığı Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə 235 nömrəli evə köçərək ailəsi ilə yaşamışdır. X1 Rayon Polis Şöbəsində polis nəfəri olmaqla onun yaşadığı evdən 2 ev məsafədə yaşamış, qonşusu olmuşdur. Onunla münasibətləri yaxşı olmuşdur. Bir yerdə dəfələrlə Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan çayxanada çay içmişlər. O, xaraktercə qısqanc adam olmuşdur. 2022-ci ilin iyun ayından Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində çayxana işlətmiş, Bayram Bayramov da hər gün həmin çayxanaya gəlmişdir. Təxminən 8 ay bundan əvvəl 2022-ci ilin noyabr ayından Bayram hər dəfə çayxanaya gələrkən müxtəlif vaxtlarda ona atmacalar atmağa başlamışdır. Bayram onunla birlikdə domino oynadığı vaxtlarda “oxay”, “qonşunu nə qədər şey edirəm doğmur, qısırdır”, “dinmiyin bu dəqiqə bunun iynəsini vuracam”, “indi bağırtdım, gəldim, nətər bağırırdı” deyə kəlimələr işlətmişdir. Onun övladı olmadığından, həmçinin arvadı Nəcibə ilə cinsi əlaqə zamanı sonuncu “oxay” deyə qışqırdığından, həmin hallar şübhələnməsinə səbəb olmuşdur. Nəcibə Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində olan məktəbə qədər uşaq baxcasında xadimə işləmişdir. 2019-cu ildə o barışarkən Nəcibəyə yol xərcləri çıxmaması üçün Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində olan baxcadan, 10 saylı qəsəbə ərazisində olan baxcaya keçməsini təklif etmiş, lakin sonuncu onunla razılaşmamışdır. Buna səbəb nəyin olduğunu soruşduqda Nəcibə ona Bayram deyə bildirmişdir. O, Nəcibədən niyə Bayram dediyini soruşduqda, sonuncu ona heç bir şey deməmiş və Bayram adını çəkmədiyini deyərək, ola bilsin bayram şənliyi ilə bağlı həmin adı çəkdiyini söyləmişdir. Şübhələrinə görə 2023-cü ilin fevral-mart ayında dəqiq yadında qalmayan vaxtda yaşadığı Biləsuvar rayonu, 10 saylı qəsəbə 235 nömrəli evin həyətində sol küncə kamera yerləşdirmişdir. Həmin vaxt kameranın Nəcibəyə oyuncaq olduğunu bildirmiş, lakin sonuncunun kameranın real olduğunu bildiyini düşünmüşdür. Videogörüntü kamerasının özəlliyi şəxsi görən kimi fotoşəklini qeydə alması olmuşdur. 2023-cü ilin iyun ayının əvvəllərində kameraya baxarkən, 2023-cü ilin mart ayının sonlarında kamerada iki nəfər şəxsin fotoşəklinin düşdüyünü görmüşdür. Nəcibədən bu barədə soruşduqda, sonuncu orada adam olmadığını, paltar sərdiyini bildirmişdir. O isə israrla orada ikinci bir nəfər şəxsin olduğunu və həmin şəxsin şəxsiyyəti barədə məlumat verməyini tələb etmişdir. Lakin Nəcibə heç bir şey bilmədiyini demişdir. O həmin haldan şübhələnərək evin əldamı adlandırdığı yarımçıq tikilidə istifadə etdiyi “ Redmi 10J” mobil telefonunda audioyazını açıq vəziyyətdə qoymuş və bir qədər həyətdə oturaraq çay içdikdən sonra Nəcibəyə mağazaya şəkər almaq üçün gedəcəyini bildirmişdir. Nəcibə də ona 5 kq şəkər tozu almağını demişdir. O, özünə məxsus **-CE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobili evin giriş qapısından bayırda saxlamış, buna görə də həmin avtomobillə təxminən evdən 2 küçə məsafədə 3-cü küçədə olan marketə gedərək oradan 5 kq şəkər tozu almışdır. Marketə gedib evə qayıtma müddəti təxminən 15 dəqiqə çəkmiş, qayıdarkən avtomobili evin həyətində saxlamışdır. Nəcibə gələrək qapını açmış və əlində olan 5 kq şəkər tozunu götürərək, evə daxil olmuşdur. O da əl damında əvvəlcədən qoyduğu istifadəsində olan mobil telefonu götürərək orada olan audioyazıya qulaq asmışdır. Həmin audioyazının 9-cu dəqiqəsindən qadın qışqırıq səsləri eşitmişdir. Qeyd olunan qışqırıq səsləri Zərərçəkmiş şəxs məxsus olmuşdur. Buna əsəbləşərək Nəcibənin yanına gələrək, audioyazını sonuncuya dinlətmişdir. İlk öncə Nəcibə ona özünün səsi olmadığını, sonradan isə orada heç bir səsin olmadığını demişdir. 11 iyun 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək səsgücləndiricilərdən istifadə etməklə audioyazıya qulaq asaraq dəqiqləşdirmə aparmış və nəticədə həqiqətən də həmin səslərin Nəcibəyə məxsus olduğunu eşitmişdir. Belə ki, 11 iyun 2023-cü il tarixdə Nəcibəyə müxtəlif vasitələrlə fiziki təsir göstərmiş, sonuncuya ona həqiqəti danışacağı təqdirdə onu öldürməyəcəyini, sadəcə ona nakişilik edənin kim oduğunu bilmək istədiyini demişdir. Bundan sonra Nəcibə ona həqiqəti etiraf etmişdir. O, sonuncunu götürərək daha rahat olması üçün bacısının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi ərazisində olan evə gətirmişdir. Orada olan müddətdə Nəcibə yaxşı şəraitdə saxlanılmış, sonuncuya heç bir fiziki təsir göstərilməmiş, azad şəkildə olmuşdur. Xəsarətləri sonuncuya Biləsuvar ərazisində olan qəsəbədə yetirmişdir. Qardaşı Şakir İ qrup əlil olduğu üçün Nəcibə ilə birlikdə iyun ayının 11-i Bakı şəhərinə aparmışdır. Taksi sürücüsü, həmçinin taxıl biçini olduğu üçün hər gün Bakıdan Cəbrayıl qəsəbəsinə gedib gəlmişdir. 18 iyun 2023-cü il tarixdə saat 16 radələrində o, Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan Elçin adlı şəxsin çay evinə gəlmişdir. Orada Bayramın əyləşdiyini görüb uzaqlaşmış, yemək üçün yaşadığı evə gəlmişdir. Sonra yenidən Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisinə çay evinə gəlib, Bayram orada olmadığından çay içmişdir. O, sonuncunun 10 saylı qəsəbə ərazisində “Sərin” adlı kafedə əyləşdiyini bilmişdir. Bir qədər əyləşdikdən sonra yenidən oradan uzaqlaşmış, daha sonra yenidən çay evinə gələrək, çay sifariş etmiş, lakin orada işləyən şəxs çay evində olan şəxslərə pivə verdiyini, hazırda çay verə bilməyəcəyini demişdir. O çay evindən su almaq üçün uzaqlaşmış, su alıb içdikdən sonra yenidən gələrək, çay sifariş etmişdir. Hər dəfə çay evinə gəldikdə müxtəlif masalarda əyləşmişdir. Bir qədər sonra Bayramın ora gəldiyini görüb ofisianta arxada olan otağa çay gətirməsini bildirmişdir. Bayram Bayramov orada Rəhman, Elçin və Xalid adlı şəxslərlə domino oynamışdır. Sonuncu öncədən də spirtli içki qəbul etdiyi üçün içkili vəziyyətdə olmuşdur. Belə ki çay evində olarkən Bayramın xeyli miqdarda spirlti içki içməsini dediyi eşitmişdir. O, Bayramın səsini eşidib qıcıqlanmışdır. Dəfələrlə ona çayçıda atmacalar atdığı üçün qeyd olunan halın qarşısını almaq və atmaca atdığı təqdirdə həmin alətlə cavab vermək üçün yaşadığı Biləsuvar rayonu, 10 saylı qəsəbə 235 nömrəli evdən Bayrama xəsarət yetirmək məqsədilə balta götürmək qərarına gəlmişdir. Evə gələrək əl damı adlandırdığı yerdən baltanı götürmüşdür. Yenidən 10 saylı qəsəbə ərazisində olan çay evinə geri dönmüşdür. Həmin vaxt Bayram hələ də həmin şəxslərlə domino oynamışdır. Bayramın əyləşdiyi giriş qapısının sağ tərəfində olan masaya arxadan yaxınlaşıb, özünü tarazlayıb baltanı hər iki əli ilə tutmuş və sağdan sola doğru baltanın arxa nahiyəsi ilə bir dəfə Bayramın baş nahiyəsindən güclə zərbə endirmişdir. Orada Bayrama heç nə deməmiş və ətrafda olan şəxslər tərəfindən də ona heç bir söz deyilməmişdir. Özünə məxsus **-CE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobilə əyləşərkən Rəhman gələrək ona nəsə desə də, sonuncunun dediyi sözlər onun yadında qalmamışdır. O, Rəhmana qışqıraraq rədd olub getməsini bildirmişdir. Rəhman avtomobilə yaxınlaşarkən ona heçbir xəsarət yetirməmişdir. Bundan sonra baltanı avtomobildə əyləşdiyi oturacaqla yan sərnişin oturacağının arasına qoyaraq oradan uzaqlaşmışdır. Biləsuvar rayonu, 9 saylı qəsəbə ərazisində olan kirvəsi Şakirin evinə gələrək, avtomobili Şakirgilin həyətinə salaraq, onu Bakı istiqamətində gedən avtomobillərin gedəcəyi yerdə düşürtməsini, avtomobilin qızdırdığını demişdir. Şakir onu İmişli rayonu ərazisində taksilərin Bakıya doğru hərəkət etdiyi yerdə aparmışdır. O, Bakı şəhərinə bacısigillə görüşmək üçün getmişdir. 18-dən 19 iyun 2023-cü il tarixinə keçən gecə yadında qalmayan saatlarda Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına gətirilmişdir. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı işgəncə, eləcə də qeyri-insani rəftara yol verilməmişdir. Bayram Bayramovu öldürdüyü üçün hazırda peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X14 göstərdi ki, Bayramov Bayram onun həyat yoldaşı olmuşdur. X19 Rayon Polis Şöbəsində polis nəfəri işləmişdir. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs tanımamışdır. X8 Həsənovun münasibətləri normal səviyyədə olmuşdur, belə ki, təxminən bundan bir ay öncə Bayram idarə etdiyi avtomobillə evdən çıxarkən qonşuluqda yaşayan Fəxrəddini də avtomobilə mindirdiyindən o belə qənaətə gəlmişdir. 18 iyun 2023-cü il tarixdə Bayram günorta saatlarında işdən gəldiyi və yorğun olduğu üçün xeyli müddət yatmış, onun axşam yeməyini hazırladığı vaxt yəni saat 15 radələrində yuxudan oynamışdır. Bir qədər sonra Bayram yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə ev 230-dan çıxmışdır. Bayramdan haraya getməsini xəbər aldıqda, sonuncu ona heç bir şey deməmiş, o da işlərinə davam etmişdir. Saat 23:30 radələrində yadında qalmayan mobil nömrədən ona kimsə zəng edərək Bayram Bayramovun vəziyyətinin ağır olduğunu, onun Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. O, xəstəxanaya gedəndə Bayramın artıq öldürüldüyü bilmişdir. Bayram Fəxrəddinin arvadı Zərərçəkmiş şəxs tanımamışdır, həmin şəxslərin aralarında hər hansısa bir münasibət olmamışdır. O, Bayrama məxsus telefonla Nəcibəyə zəng etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs arvadı Nəcibə ilə Bayramın münasibətləri olmasından şübhələndiyinə görə Bayramı öldürməsini bilmişdir. Lakin Bayram ilə Nəcibənin heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2014-cü il tarixdə o, bibisi oğlu Təqsirləndirilən şəxsla ailə qurmuşdur. Fəxrəddin həddindən çox qısqanc olduğundan iki ildən sonra ondan ayrılmışdır. 2019-cu ildə Bayramla yenidən ailə qurmuşlar. O, Təqsirləndirilən şəxsla Biləsuvar rayonu 10 saylı qəsəbə 235 nömrəli evdə yaşamışlar. Fəxrəddin 2022-ci ilin iyun ayından 10 saylı qəsəbə ərazisində çayxana işlətmişdir. Fəxrəddin çayxana işlətdiyi müddətdə hər dəfə axşam saatlarında evə gələrək mübahisə yaradaraq, ona fiziki təsir göstərmiş, bunu çayxanada olan söz-söhbətlərlə bağlı etdiyini demişdir. Onun Fəxrəddinə həmişə xəyanət etdiyini düşünsə də, belə bir hal olmamışdır. Fəxrəddin ona bildirmişdir ki, Bayram adlı şəxs çayçıda olarkən “oxay”, orada olan şəxslər isə “qonşunu nə qədər şey edirəm, doğmur, qısırdır”, “dinmiyin bu dəqiqə bunun iynəsini vuracam”, “indi bağırtdım, gəldim, nətər bağırırdı” deyə kəlimələr işlətdiyini və bu kəlimələrin onunla bağlı olduğunu demişdir. Bayramın çayxanada işlətdiyi həmin sözlərə görə Fəxrəddin Bayramla onun arasında intim əlaqə olmasından şübhələnmişdir. O, Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində olan baxcada xadimə vəzifəsində işləmişdir. 2019-cu ildə Fəxrəddinlə barışarkən sonuncu ona yol xərclərinin çıxmaması üçün Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində olan baxçadan, 10 saylı qəsəbə ərazisində olan baxçaya keçməsini təklif etmişdir. O dəfələrlə bu hallarla bağlı qəbullarda olsa da, həmin vaxtlar da dəqiq yadında qalmayan bayram vaxtlarından biri olduğu üçün Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan baxçaya keçə bilməmişdir. O, Fəxrəddinə bayram münasibətinə görə Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan baxçaya keçə bilməyəcəyini demişdir. Sonuncu qeyd olunan halı rəhbər tutaraq, onun Bayram adlı şəxsin adını çəkdiyini və həmin şəxslə münasibətinin olduğunu bildirmişdir. Lakin o, Fəxrəddinə Bayram adlı şəxsin adını çəkmədiyini, bayram şənliyi ilə əlaqədar Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan baxçaya keçirilə bilmədiyini demişdir. 2023-cü ilin təxminən aprel-may aylarında yaşadıqları evdə hörümçək torlarını təmizləyən zaman evin küncündə video müşahidə kamerasının olduğunu görmüşdür. Lakin bir müddət sonra həmin kamera yığışdırılmışdır. Kameranı quraşdırmaqda Fəxrəddinin məqsədi ondan şübhələnməsi olmuşdur. 2023-cü ilin 11 iyun tarixində o, Fəxrəddinə mağazaya şəkər almaq üçün getməsini və oradan 5 kq şəkər tozu almasını demişdir. Fəxrəddin özünə məxsus avtomobili evin giriş qapısından bayırda saxladığı üçün həmin avtomobillə təxminən evdən 2 küçə məsafədə 3-cü küçədə olan marketə gedərək oradan 5 kq şəkər tozu almışdır. Sonuncunun marketə gedib evə qayıtma müddəti təxminən 15 dəqiqə çəkmiş, qayıdarkən avtomobili evin həyətində saxlamışdır. O gələrək qapını açmış və Fəxrəddinin əlində olan 5 kq şəkər tozunu götürərək, evə daxil olmuşdur. Həmin gün axşam saat 20 radələrində yatmaq üçün yerləri hazırlayərkən Fəxrəddin ona arxadan zərbə endirərək, qaynı Şakiri çölə çıxarmış və ona fiziki təsir göstərmişdir. Fəxrəddin ona mobil telefonunda olan audioyazıları səsləndirmişdir. Həmin audioyazıdakı səslər ona məxsus olmamışdır. Həmin səslərdən biri ona məxsus olmuş, mətbəxdə ayağının altında həşarat qaldığına görə qışqırmışdır. Lakin Fəxrəddin bu səsi kiminləsə cinsi əlaqədə olduğu zaman çıxardığını bildirmişdir. Bunldan başqa Fəxrəddinin səsləndirdiyi audioyazıda küçədə olan uşaqların səsləri olmuşdur. Fəxrəddin özünü qeyriadi aparmış, qapıda boçkanın fırlanmasını, su qabının tərpənməsini, itin niyə hürməsini, qonşunun telefonla nə üçün danışmasını, qonşunun telefonla ona görə danışmasını, evdən intim kişi səsləri gəlməsini demişdir. O, həyətdə paltar sərən zaman Fəxrədddin onun videosunu çəkmiş, Bayramın da onun yanında olduğunu demişdir. Fəxrəddin videonu göstərmiş, videoda onun təklikdə olduğu göründüyü halda Fəxrəddin guya Bayramın onun yanında olduğunu demişdir. Bayramın onun gözünə necə görünməsini bilmir. Bir dəfə bayram tədbirindən danışanda Fəxrəddin onun Bayramın adını çəkdiyini demişdir. Küçədən keçən maşın işığını yandırıb söndürəndə Fəxrəddin maşını sürənin işığı ona görə yandırıb söndürdüyünü iddia etmişdir. 11 iyun 2023-cü il tarixdə Fəxrəddin ayaq və əllərindən istifadə etməklə, həmçinin dəmir, rezin boru, elektrik kabeli ilə onun kürək, qol, ayaq, əllərinin üzərinə zərbələr endirmişdir. Hətta bir dəfə dəmiri qızdıraraq onun sol arxa yan tərəfinə isti şəkildə basmış, eyni halı üzünə də edəcəyini bildirmişdir. Lakin o Fəxrəddinə yalvararaq etməməyi xahiş etmiş, sonuncu da onunla razılaşmışdır. Hər dəfə onu döyərkən Fəxrəddin nakişilik edənin kim oduğunu bilmək istədiyini ona demişdir. Bundan sonra o qorxusundan, həmçinin canını qurtarmaq üçün Bayram adlı şəxsin adından istifadə etmişdir. Fəxrəddin onu Bakı şəhərinə aparmış, yolda bir dəfə hətta onu kanala atmaq istəmiş, lakin Fəxrəddinə onu atmaması üçün yalvardıqdan sonra, sonuncu bu fikrindən daşınmışdır. Təqsirləndirilən şəxs onu 11 iyun 2023-cü il tarixdən axşam saat 20 radələrindən 12 iyun 2023-cü il tarixdə səhər saat 10-a qədər fiziki təsir göstərməklə döymüş, azadlığını məhdudlaşdırmışdır. İlk öncə onu yataq otağında rezin boru vasitəsilə kürək nahiyəsindən vuraraq, yerə yıxmış, daha sonra o, yerdə olarkən saçından tutaraq döşəmə səthi ilə qonaq otağına tərəf gətirmişdir. Qonaq otağının qapısını üzərinə bağladıqdan sonra Təqsirləndirilən şəxs qardaşı Şakiri evdən həyətə çıxararaq, yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan 235 nömrəli evin giriş qapısını, həmçinin pəncərələri daxildən kilidləmişdir. Qonaq otağına onun yanına gələrək həyətdən gətirmiş olduğu predmetlərlə müxtəlif vaxtlarda hər iki əli ilə tutmuş olduğu ilk öncə drel ucluğu kimi istifadə olunan dəmirlə, kürək, baş, qulaq, ayaq, qabırğa, daha sonra elektrik kabeli ilə kürək, baş, qulaq, ayaq, qabırğa, rezin boru vasitəsilə kürək nahiyələrinə xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs onu qonaq otağında 3-4 saat müddət döydükdən sonra mətbəxə keçərək qaz sobasının üzərində olan dəmiri qızdırmağa qoymuşdr. Həmin dəmir təxminən 1 saat qaz sobasının üzərində qızmışdır. Qeyd olunan 1 saat müddət aralığında Fəxrəddin qonaq otağına gələrək əlində tutmuş olduğu drel ucluğu olan dəmirlə, daha sonra isə elektrik kabeli ilə onun baş, qol, ayaq, kürək nahiyələrindən dəmir qızana kimi xəsarətlər yetirmiş, onun saçından tutaraq evin giriş qapısının yanında yerləşən hamam otağına aparmışdır. Sobanın üzərində qızdırmış olduğu dəmiri gətirərək sol yan nahiyəsindən basaraq onu yandırdıqdan sonra hamamın duşunu açaraq, yanan yerə soyuq su tökmüşdür. Təxminən 6 dəqiqə onu suya tutduqdan sonra qollarından tutaraq yer səthi ilə sürüyərək, dəhlizə gətirmişdir. Uzunluğu təxminən 2 metr olan elektrik kabeli vasitəsilə onun qaçmamağı üçün ilk öncə əllərini, daha sonra ayaqlarını bağlayaraq azadlığını məhdudlaşdırmışdır. Evin giriş qapısından həyətə çıxaraq, qapını onun üzərinə kilidləmişdir. Təqsirləndirilən şəxs təxminən 1 saat müddətində həyətdə olmuş, sonuncunun orada nə iş görməsindən o xəbərsiz olmuşdur. Qeyd olunan 1 saat müddət başa çatdıqdan sonra Təqsirləndirilən şəxs qapını açaraq, içəri daxil olub, onu əl-qolunu və ayağını açaraq, saçından tutaraq döşəmə səthi ilə sürüməklə yataq otağına gətirmişdir. Yataq otağında olarkən onun ayağını öz ayağına kəndir vasitəsilə çarpayının üzərində bağlamışdır. Sonuncunun bunu özünün gecə yatmasına və onun qaçmamağına görə etmişdir. Təxminən 1 saat yarım Təqsirləndirilən şəxs yuxuladıqdan sonra oyanmışdır. Öz ayağında olan ipi açaraq həyətə çıxaraq, giriş qapısını yenə onun üzərinə kilidləmişdir. Daha sonra geri qayıdaraq Bakı şəhərinə getməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs onun azadlığını məhdudlaşdırıb qapını kilidlədiyi üçün, həmçinin onun əli və ayaqları bağlı olduğundan yaşadıqları evdən qaçmaq istəsə də buna nail ola bilməmişdir.yataq otağında qaçmaması üçün onun ayağını ayağına ip vasitəsilə bağlamış, həmçinin əlqolunu bağlamışdır. Fəxrəddin onu yataq otağında ayağını ayağına bağlamaqla qaçmağa qoymamışdır. Həmçinin sonuncu onu yataq otağı, qonaq otağı və mətbəxdə döymüşdür. 01 ədəd drel üçün nəzərdə tutulmuş dəmirlə Fəxrəddin onu yıxaraq həmin dəmirdən istifadə etməklə, kürək, arxa nahiyəsinə və qollarına xəsarət yetirmişdir. O qeyd olunan halla bağlı fürsət tapa bilmədiyi, həmçinin Fəxrəddindən qorxduğu üçün hüquq mühafizə orqanlarına şikayət etməmişdir. 12 iyun 2023-cü il tarixdə o, Fəxrəddinin bacısının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsinə gəlmişdir. Orada olarkən qorxduğu üçün Bayramın adını çəkdiyini, Fəxrəddinə heç bir şəxslə xəyanət etmədiyini, canını qurtarmaq üçün yalan dediyini bildirmişdir. Fəxrəddin taksi sürücüsü olduğu üçün hər gün Bakı şəhərindən Cəbrayıl qəsəbəsinə gedib gəlmişdir. 18 iyun 2023-cü il tarixdə gecə saatlarında atası ona Fəxrəddinin Bayram adlı şəxsi öldürdüyünü demişdir. Bu xəbərdən sonra o yola düşmüş, evə çatdıqda qətl barədə xəbər alarkən atası Fəxrəddinin hadisə vaxtı baltadan istifadə etdiyini ona bildirmişdir. Bundan əlavə Fəxrəddin yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə 235 nömrəli evdə olarkən ampul alıb qazın üzərində qızdıraraq, həmin vasitəni şişirtmişdir. O qeyd olunan vasitənin narkotik vasitə olduğunu düşünsə də, Fəxrəddin ona işıq lampası düzəltdiyi üçün ampul və qazdan istifadə etdiyini bildirmişdir. Fəxrəddinin barəsində bildirdikləri guya onun Bayram adlı şəxslə münasibətinin olması faktları həqiqəti əks etdirmir, şər-böhtan xarakterlidir. O, Bayram adlı şəxsi tanımamış, onun adını Fəxrəddindən eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs və X9 qəsəbə sakini kimi tanımış, həmin şəxslərlə münasibətləri normal olmuşdur. Bayram Bayramov polis nəfəri olmuşdur. Təqsirləndirilən şəxs isə əvvəllər Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində çayxana işlətmiş, sonralar isə Mercedes Vito markalı avtomobil alaraq “Bakı-Cəbrayıl qəsəbəsi” arasında sərnişin daşımışdır. Fəxrəddin və Bayramın aralarında əvvəllər söz-söhbət, problem olub-olmaması barədə məlumatı olmamışdır. Bayramın “Faxı” deyə qışqıraraq Fəxrəddinlə zarafatlaşmasının şahidi olmuşdur. Bayramla çayxanada birlikdə olduğu müddətdə Bayramın hər hansı qadınla münasibətinin olması, «qısır» qadınla cinsi əlaqədə olması, «oxay» və sair buk imi sözləri deməsinin şahidi olmamışdır. 18 iyun 2023-cü il tarixdə saat 15 radələrində Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan “014 çay evinə” su doldurmaq üçün gəlmişdir. Suyu dolduran zaman Fəxrəddinin həmkəndlisi Sabir adlı şəxslə oturduğunu, həmçinin Bayramın da qeyd olunan çay evində əyləşdiyini görmüşdür. Lakin sonuncunun kimlərlə əyləşməsi onun yadında qalmamışdır. Bayram Bayramov saat 18 radələrində axşam yeməyi yemək üçün çayxananın yaxınlığında olan “Sərin” adlı kafeyə getmiş, axşam saat 22 radələrində isə çay evinə tək qayıtmışdır. Sonuncunun olmadığı müddətdə o çayxanada olmuşdur. Bayram onun əyləşdiyi “014 çay evi” yazılmış plastik qapının solunda olan həyətdəki masada əyləşərək, bir bakal pivə içmişdir. Bu vaxt qəsəbə sakini kimi tanıdığı X10 və Şahid2 çay evinə daxil olaraq onun və Bayramın olduğu masada əyləşmişdir. Aralarında olan təkliflərdən sonra domino oynamağı qərarlaşdırmışlar. İlk öncə Elçin spirtli içki qəbul etmədiyindən oynamaq istəmədiyini bildirsə də, sonrakı təkliflərdən sonra Rəhmanla birgə, Bayram və ona qarşı “101” adlı oyunu oynamaq qərarına gəlmişdir. O, masada arxası divara, üzü yol tərəfə olmaqla yumşaq oturacağın, yəni divanın sağ tərəfində, Rəhman yumşaq oturacaqda sol tərəfdə, Elçin onunla üzbəüz, sonuncunun sağ tərəfində isə Bayram əyləşmişdir. Həmin vaxt domino oynarkən, Elçin xaric hər üçü də spirtli içki, yəni pivə sifariş etmişdir. Elçin Xankişiyev namaz qıldığı üçün spirtli içki qəbul etməmişdir. Bir partiya 15 dəqiqə oynadıqdan sonra, ikinci partiyaya başlamışdır. Saat 23 radələrində qəfildən Təqsirləndirilən şəxs hər iki əli ilə baltanı tutmaqla Bayram Bayramovun sağ tərəf baş nahiyəsindən bir dəfə güclü zərbə vurduğunu görmüşdür. Həmin vaxt zərbənin səsindən qorxaraq, oradan uzaqlaşaraq yan tərəfdə olan otlaq sahəyə tərəf hərəkət etmişdir. Geriyə doğru qayıtdıqda Təqsirləndirilən şəxs balta ilə öz idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə tərəf getdiyini, Bayram Bayramovun isə əyləşdiyi stoldan sağ qolunun üstünə yerə yıxıldığını görmüşdür. Fəxrəddinin balta ilə Bayramın baş nahiyəsinə zərbəsinin təsirindən sonuncunun burnundan qanaxma başlamışdır. Çayxananı işlədən Aqil isə Bayrama kömək əlaməti olaraq başının altına yastıq, burnuna əl dəsmalı tutmuşdur. Elçin Xankişiyev X25a zəng etmiş, Rəhman isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə tərəf yaxınlaşıb, sonuncudan niyə Bayramı vurmasını xəbər almışdır. Daha sonra Rəhman Fəxrəddin əlində balta olduğu üçün bir qədər narahatlıq keçirdərək geri qayıtmışdır. Fəxrəddinin Rəhmana nə deməsi sonuncunun yadında qalmamışdır. O, Fəxrəddin oradan 9-cu qəsəbə istəqamətində hərəkət etdiyini görmüşdür. Təqsirləndirilən şəxs həmin zərbəsinin təsirindən elə Bayram Bayramov yerdə xırıldamaqla hadisə yerindəcə keçinmişdir. Təqsirləndirilən şəxs həmin gün Bayram Bayramovu əlində olan balta ilə öldürəcəyindən onun heç bir məlumatı olmamışdır. Hadisənin baş verdiyi vaxtda Bayram Bayramov spirtli içki, pivə qəbul etmiş, lakin Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini görməmişdir. Hadisə təxminən 2-3 dəqiqə çəkmiş, çayxananın içərəsində olan adamlar Fəxrəddinin balta ilə Bayrama zərbə endirdiyinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs baltanı avtomobildən gətirsə də, nə üçün Bayram Bayramovu balta ilə vurması barədə, həmçinin həmin baltanı kimdən alması barədə onun məlumatı olmamışdır. Fəxrəddin Bayrama bir dəfə baş nahiyəsindən baltanın arxası ilə zərblə vurmuş, yenidən zərbə vurmaq imkanı olsa da təkrar zərbə endirməmiş, buna səbəb nəyin olduğunu isə o bilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, 1994-cü il tarixdə snayperlə qıçalarından yaralandığına görə İ qrup Qarabağ əlilidir. Təqsirləndirilən şəxs həm kəndli, həm də oğlunun kirvəsi olmuşdur. Bayramov Bayramı qəsəbə sakini, polis nəfəri kimi tanımışdır. Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar rayonu10 saylı qəsəbə ərazisində çayxana işlətmişdir. Fəxrəddinlə Bayramın aralarında əvvəllər söz-söhbət, hər hansı problemin olmamasını eşitməmişdir. Münasibətləri yaxşı olmuş, hətta həmin şəxslər çox mehriban olmuşlar. X4 dayı deməsini eşitmişdir. O, 18 iyun 2023-cü il tarixdə saat 23 radələrində xalasıgillə telefonla danışan zaman yaşadığı Biləsuvar rayonu 9 saylı qəsəbə ev 73-75-in qapısından içəri avtomobilin daxil olma səsini eşitmişdir. Həyətə çıxdıqda Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə gəldiyini görərək “xoş gəlmişsiniz, uşaqları da, gətirmisinizmi” deyə soruşmuşdur. Fəxrəddin isə cavabında ona tez onu Bakıya çıxan avtomobillər tərəfə aparmasını xahiş etmişdir. O, Fəxrəddindən niyə belə cəld hərəkət etdiyini, həmçinin öz avtomobili ilə niyə getmədiyini xəbər aldıqda, Fəxrəddin qardaşı Şakirin xəstələndiyini, özünə məxsus avtomobil qızdırdığına görə öz avtomobili ilə gedə bilmədiyini demiş və avtomobilinin açarını ona vermişdir. O da dərhal özümə məxsus avtomobili hərəkətə gətirərək Fəxrəddinlə birlikdə Bakıya gedən avtomobillərin hərəkət etdiyi İmişli rayonu ərazisində olan “post qayı” adlandırdıqları yerə gəlmişlər. O, Fəxrəddini “post qayı” adlandırılan yerə düşürüb evə qayıtdıqdan sonra Biləsuvar rayonu 9 saylı qəsəbə sakini kimi tanıdığı Malik adlı şəxs ona zəng edərək Fəxrəddinin Biləsuvar rayonu 10 saylı qəsəbə ərazisində olan çay evində balta ilə Bayramı öldürdüyü barədə demişdir. O da dərhal bu barədə Cəbrayıl Rayon Polis Şöbəsinin sahə rəisinin köməkçisinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımışdır. X18 isə onun bibisioğludur. Həmin şəxslərlə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar rayonu,10 saylı qəsəbə ərazisində çayxana işlətmişdir. Bayram Bayramov dəfələrlə həmin çayxanada olmuş, Bayramın Fəxrəddinə atmaçalı sözlər deməsinin şahidi olmamışdır. 18 iyun 2023cü il tarixdə saat 22 radələrində qəsəbə sakini Elçin Xankişiyevlə birlikdə sonuncunun icarəyə verdiyi, qəsəbədə yerləşən “014 çay evi” adlı çayxanaya getmişlər. Çayxanada həyətdəki masada X21 İsmayılovun əyləşdiklərini görmüşlər. Həmin şəxslər onlara domino oynamağı təklif etmişlər. O, Elçinlə, Bayram və Xalidə isə birlikdə olmaqla qarşı-qarşıya “101” domino oynunu oynamağa başlamışlar. Saat 23 radələrində domino oynadıqları zaman qəflətən Təqsirləndirilən şəxs hər iki əli ilə baltanı tutmaqla Bayram Bayramovun sağ tərəf baş nahiyəsindən bir dəfə güclü zərbə vurduğunu görmüş, lakin həmin hadisənin baş verməsi ağlına belə gəlmədiyindən, həmçinin Bayramla qohumluq münasibətləri olduğundan şok vəziyyətinə düşmüş, buna görə də orada olan şəxslərin nə etməsi yadında qalmamışdır. Ayağa qalxdıqda artıq Təqsirləndirilən şəxs balta ilə öz idarə etdiyi “Mercedes Vito” markalı avtomobilə tərəf getmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə tərəf yaxınlaşıb, sonuncudan niyə Bayramı vurmasını soruşmuş, lakin Fəxrəddinin əlində balta olduğu üçün ehtiyyatlanmış və ondan uzaqlaşmışdır. Fəxrəddinin nə cavab verməsi onun yadında qalmamışdır. Fəxrəddin avtomobili sürüb 9-cu qəsəbə istəqamətində hərəkət etmişdir. O geri qayıdarkən Bayramın yerdə xırıldadığını eşitmiş, sonuncunun əyləşdiyi stoldan sağ qolunun üstünə yerə yıxıldığını, hadisə yerindəcə keçindiyini görmüşdür. X25 gələrkən artıq Bayram Bayramov vəfat etmişdi. Orada olan şəxslər tərəfindən ilkin yardım kimi Bayramın başının altına döşəkcə və burnuna əl dəsmalı qoyulmuşdur. Həmçinin çayxananı icarəyə götürən Aqil ona sonradan Təqsirləndirilən şəxs gün ərzində 3 dəfə gəlib çay sifariş etdiyini arxada olan kabinetdə əyləşdiyini demişdir. Təqsirləndirilən şəxs həmin gün Bayram Bayramovu əlində olan balta ilə öldürəcəyindən onun heç bir məlumatı olmamışdır. Hadisənin baş verdiyi vaxtda Bayram Bayramov spirtli içki, pivə qəbul etmiş, lakin Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini görməmişdir. Bayram Bayramovun çayxanada olduğu vaxtlarda hansısa qadınla cinsi əlaqədə olması barədə danışmasını, «oxay» və başqa sözlər işlətməsini eşitməmişdir, yəni Bayram xaraktercə ciddi adam olmaqla çayxanada belə sözlər danışmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, qəsəbə sakinləri Bayram Bayramovu və Təqsirləndirilən şəxsla normal münasibətləri olmuşdur. Bayram Bayramov polis şöbəsində işləmiş, Təqsirləndirilən şəxs isə qəsəbə çayçı işlətmişdir. O, çayçıya tez-tez getmişdir. X13 Həsənovun işlətdiyi çayxnada tez-tez görmüşdür. X8 Həsənovun aralarında hər hansı narazılıq olmasının, eləcə də Bayram Bayramovun çayxanada olduğu hallarda hansısa qadınla cinsi əlaqədə olması barədə danışmasının şahidi olmamışdır. 18 iyun 2023-cü il tarixdə Bakı şəhərində həkimə getdiyi üçün qəsəbədə baş verən söhbətlərdən xəbərsiz olmuş, geri qayıdarkən qəsəbə sakinlərindən 18 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs çayxanayada Bayramov Bayramovun baş nahiyəsindən balta ilə bir dəfə güclü zərbə endirməklə öldürməsi barədə eşitmişdir. Fəxrəddinin Bayramı öldürməkdə istifadə etdiyi baltanı hadisədən iki il əvvəl o, Fəxrəddinə bir qonşu kimi vermişdir. Şahid6 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs yeznəsidir. Polis nəfəri Bayramov Bayramu qəsəbə sakini kimi tanımışdır. Təqsirləndirilən şəxsla Bayram Bayramovun aralarında hər hansı narazılıq olmasını eşitməmişdir. O, 2023cü ilin iyun ayında, yadında qalmayan gündə Zərərçəkmiş şəxs yaşadığı evə getdikdə evdə heç kəsin olmadığını, evin qapısının bağlı olduğunu görmüşdür. O, Nəcəbə Həsənovanın telefon nömrəsinə zəng etmiş, lakin telefona zəng çatmamışdır. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxladıqda Təqsirləndirilən şəxs Bakı şəhərinə qonaq getdiklərini bildirmişdir. Sabahı gün axşam saatlarında Fəxrəddinlə yenidən əlaqə saxlayıb Bakı şəhərinə niyə getdiklərini soruşduqda, Fəxrəddin Nəcibənin ailə üzvü olduğunu və həmin məsələyə qarışmamağını ona demişdir. O həmin zəngdən sonra təxminən 20-25 dəqiqəlik Zərərçəkmiş şəxs ilə danışıq etmiş, sonuncu ona qonaq gəldiyini, həmçinin Fəxrəddinin bacısı Sərfinazın xəstə olduğu üçün Bakı şəhərinə gəldiklərini bildirmişdir. Həmin vaxt Nəcibənin səsinin boğunuq olduğunu görüb, nəsə olubolmaması, Fəxrəddinin sonuncunu döyüb-döyməməsi barədə xəbər almışdır. Nəcibə ona cavab olaraq heç nəyin baş vermədiyini demişdir. xx.xx.2023-cü il tarixdə Nəcibə ilə əlaqə saxladıqda, sonuncu Fəxrəddinin Nəcibəni döyərək şər atdığını bildirmişdir. Təxminən Nəcibə ilə onun arasında 7-8 fasiləli şəkildə danışıqlar olmuşdur. Nəcibədən niyə Fəxrəddin tərəfindən döyüldüyünü xəbər aldıqda Fəxrəddinin Nəcibəyə şər ataraq Bayram Bayramovla münasibətinin olduğunu və xəyanətdə yalan yerə günahlandıraraq döydüyünü bildirmişdir. O, Nəcibəyə Bakı şəhərinə gələrək sonuncunu yaşadıqları evə gəlib aparmağını təklif etsə də, Nəcibə onunla razılaşmayaraq, bir qədər sonra zəng edərək hər şeyin qaydasında olduğunu, hər şeyin düzələcəyini və özlərinin gələcəyini demişdir. Bununla da Nəcibə ilə aralarında olan danışıqları başa çatmışdır. 18 iyun 2023-cü il tarixdə dəqiq yadında qalmayan axşam saatlarında Fəxrəddinin bacısı qızı Günay ona “Whatsapp” tədbiqindən istifadə etməklə zəng edərək Fəxrəddinin Nəcibəni döyməsi və Fəxrəddinin qarşısını ala bilmədiləri barədə demişdir. Həmin telefon zəngində Nəcibə ağlayaraq ondan Bakı şəhərinə gələrək sonuncunu geri gətirməyini xahiş etmişdir. O da adı yadında qalmayan taksi ilə əlaqə saxlayıb Nəcibəni Sərfinazgilin yaşadığı ünvandan qəsəbəyə gətirməsini xahiş etmişdir. Həmin taksi Nəcibəni gətirmək üçün yola düşən zaman ona bir nəfər adı yadında qalmayan şəxs zəng edərək Fəxrəddinin Biləsuvar rayonu, 10 saylı qəsəbə ərazisində olan “014” çay evi adlı çayxanada Bayram Bayramovu balta ilə öldürdüyü barədə demişdir. O da gecə saat 12 radələrində Nəcibə ilə əlaqə saxlayaraq X6 öldürməsi barədə sonuncuya demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki xəsarət yetirməsi barədə dəqiq məlumatı 18 iyun 2023-cü il tarixdə Günayın ona zəngindən sonra bilmiş, Zərərçəkmiş şəxs isə Fəxrəddin sonuncunu yaşadıqları Biləsuvar rayonu, 10 saylı qəsəbə 235 nömrəli evdə drel ucluğu olan dəmirlə, ayaq və əl zərbələri ilə döydüyü barədə eşitmişdir. Qeyd olunan məsələ ilə bağlı Təqsirləndirilən şəxs və Bayram Bayramova heç nə deməmişdir. Zərərçəkmiş şəxs 18 iyun 2023-cü il tarixdə yaşadıqları Biləsuvar rayonu, 3 saylı qəsəbə ərazisinə gələrkən sonuncunun qollarında göyərmə izlərinin olduğunu, yeriməkdə bir qədər çətinlik çəkdiyini görmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü ilə gətirdiyi balta ilə bir dəfə baş nahiyyəsindən zərbə endirməklə qəsdən öldürdüyü yer Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən, X5 məxsus “014 Çay Evi” adlı çayxanadır. Çayxananını həyətində hadisənin baş verdiyi stolun ətrafında olan stullardan birinin aşması, stolun üzərində 2 ədəd yarıdolu vəziyyətdə 2 ədəd pivə bakalı, 1 ədəd mobil telefon, 1 ədəd avtomobil açarı, 1 ədəd “Milano” markalı siqaret, 1 ədəd yandıran, 1 ədəd külqabı, 2 ədəd qabda olan saçaq pendir, limon və ağ-qara rəngli domino daşları, 01 ədəd çaynik qoyulması üçün nəzərdə tutulmuş taxta altlıq müəyyən edilmişdir. Stolun ətrafında isə yerdə beton və kafel zəminin üzərində qan ləkələri, üzəri qana bulanmış vəziyyətdə döşəkcə, üzəri qan ləkələri olan ağ rəngli əl dəsmalı, qara rəngli 1 cüt kişi tərliyi və yerə düşmüş vəziyyətdə olan 1 ədəd pivə bakalı müəyyən edilmişdir. 19 iyun 2023-cü il tarixdə **-CE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilin sürücü oturacağı ilə ön sərnişin oturacağının arasında olan boş hissəsində 01 ədəd tutacaq hissəsinə sarımtıl boru keçirilmiş dəmir qaynaq edilmiş balta, orta sərnişin oturacaqlarının ayaqaltısından 01 ədəd drel ucluğu olan buruq formada dəmir aşkar edilmiş və götürülmüşdür. 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Bayram Bayramovu öldürdüyü yeri və şəraiti yerində göstərmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 2 ədəd ov silahı, 51 ədəd patron, narkotik vasitə qəbul edilmək üçün istifadə etdiyi 3 ədəd şüşə borular (həmin şüşə borulardan birinin içərisində olan kristal parçalar), ağ rəngli dərman toz şəklində olan dərman adlandığı vasitə, eləcə də arvadı Zərərçəkmiş şəxs ayağını bağladığı ip götürülmüşdür. 23 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarəkn o, Biləsuvar rayonu 10 saylı qəsəbə, 235 nömrəli evdə əri Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 23 radələrində yatmaq üçün yerləri hazırlayərkən ona arxadan zərbə endirdiyi, ona fiziki təsir göstərdiyi, hər iki yataq otağında, qonaq otağı və mətbəxdə dəmir, rezin boru, elektrik kabeli, ayaq və qol zərbələri ilə kürək, qol, ayaq, əl nahiyələrinin üzərində zərbələr endirdiyi, onun ayağını ayağına bağlamaqla qaçmağa imkan vermədiyi, Təqsirləndirilən şəxs ampula şüşə formasında olan vasitələri qazın üzərində qızdırdığı, psixotrop maddəni istifadə etdiyi, müşahidə kamerası quraşdırdığı yeri, evin həyətində paltar asmaq üçün istifadə etdiyi ipi, paltar asarkən yanında heç kim olmadığı halda Bayram Bayramovun guya orada olmasını göstərdiyi yeri və şəraiti yerində göstərmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, görüntü “014 çay evi” adlanan çayxananın 05 müşahidə kamerasından götürülmüşdür. Çay evinin girişində həyətdə 4 nəfər şəxsin əyləşərək domino oynadıqları görünür. Videonun 00:05-ci dəqiqəsində bir nəfər şəxs çay evinin həyətində dolaşaraq 00:27-ci dəqiqədə mətbəxin pəncərəsi tərəfə yaxınlaşır. Həmin şəxs 00:35-ci dəqiqədə hərəkətə başlayaraq, 00:45-ci dəqiqədə çay evini tərk edir. Çayxananın həyətində əyləşmiş 4 nəfər şəxs oyunu davam etdirməkdədirlər. 02:12-ci dəqiqədə bir nəfər şəxs ağacların arxası tərəfdən sağ əlində olan balta ilə həmin şəxslərin əyləşdiyi masaya doğru yaxınlaşır. 02:18-də sonuncu hər iki əli ilə baltanı tutaraq baltanın arxa küt tərəfi ilə özünün hərəkət istiqamətində sağ tərəfdə plastik stulda əyləşmiş şəxsin başının sağ tərəfindən bir dəfə güclə zərbə endirir. Əlində balta tutan şəxs zərbədən sonra əlində tutmuş olduğu balta ilə oradan uzaqlaşır. Masada əyləşən şəxslərdən növbə ilə öldürülən şəxsin solundakı, daha sonra sonuncu ilə üzbəüz oturan şəxs masadan qalxırlar. Balta zərbəsi yetirilən şəxs sağ qolu üzərinə olmaqla üzüüstə yerə yıxılır. Baxışda iştirak edən qeyd olunan çayçını işlədən Şahid1 videogörüntüyə baxdıqdan sonra bildirmişdir ki, həyətdə masada əyləşmiş 4 nəfər şəxslər X10, Şahid2, Şahid3, X11r. Videogörüntünün 00:05-ci dəqiqəsində çay evinin həyətində dolaşaraq 00:27-ci dəqiqədə mətbəxin pəncərəsi tərəfə yaxınlaşan Təqsirləndirilən şəxsdur. Fəxrəddin 00:35-ci dəqiqədə hərəkətə başlayaraq, 00:45-ci dəqiqədə çay evini tərk edir. 02:12-ci dəqiqədə ağacların arxası tərəfdən görünən şəxs Təqsirləndirilən şəxsdur, sonuncu sağ əlində olan balta ilə həmin şəxslərin əyləşdiyi masaya doğru yaxınlaşır. Təqsirləndirilən şəxs 02:18-ci dəqiqədə baltanı hər iki əli ilə tutaraq arxa tərəfi ilə Bayram Bayramovun başının sağ tərəfindən güclə bir dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxs oradan Bayram Bayramovu öldürmüş olduğu balta ilə uzaqlaşarkən ilk öncə Elçin Xankişiyev, daha sonra Şahid3 ayağa qalxır. Sonuncu ayağa qalxarkən Bayram Bayramov əyləşdiyi plastik oturacaqdan sağ qolu üzərinə olmaqla üzüüstə yerə yıxılır. Bundan sonra Şahid2 ayağa qalxır. **-CE-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı avtomobilə əlavə baxış keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, avtomobilin sürücü oturacağı tərəfdə 01 ədəd çəhrayı rəngli alışqan və həmin alışqanın yanan hissəsinə keçirilmiş 01 ədəd kağız bükülü, sürücü oturacağının arxasında ola ciblikdə isə 01 ədəd aliminium falqa və həmin falqa bükülüsünün içərisində 01 ədəd kristal parça aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs telefonuna baxış zamanı götürülmüş 01 ədəd diskə baxış keçirilməsi haqqında 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “18 iyn 22.07” fayldaaudioyazının 14:28-ci dəqiqəsində A: “ə bədbaxt oğlu bədbaxt, öldüey”; B: “s----mə kimi”; A: “nolubey, sən niyə elə eliysən”; 21:21-də C: “nolubə”; B: “ə sür deyəjəm”; B: “ Bayram Bayramovu s--dim”; “ polisi”; C: “niyə, ölüb”; B: “hım?”; C: “ölüb?”; “ ə yoxey baltaynan bir dənə qoydum, elə çırpdım yerə”; C: “niyə, hay” ; B: “p--x yiyib ona görə”; C: “sənin dalıncan, harda bı stalovada zadda, eşitmisən dediyi sözün, dalıncan danışdığını, yoxsa kimsə səni qızışdırıb; C: “hangi stalvoda vurdun?”; B: “şeydə, 014-də”; C: “ belə nətər, başına vurdun, qoluna vurdun?”; B: “ ə di gijgahınnan qoydum, tirləndi yerə, çıxdı getdi, otdum maşına çıxdım getdi”; C: “o, sən?, o da yıxıldı elə oruya, camaatın içində?”; B: “Hə”; C: “İndi gedirsən Bakıya”; B: “Nç”; C: “Hım?”; B: “Gedəjəm şöbüyə”; C: “Ha?”; B: “Gedəjəm şöbüyə sonra məni at 3-ə”; C: “tutaxlaşdız vurdun, yoxsa otduğu yerdə”; C: “ o, şeydən zaddan maşında yoxdu,ha?; Birdən şikayət zad verər, eliyər ”; B: “açarı verəjəm sa, təmizdədərsən maşını” C: “ deyirəm yanı onnan olar, eliyər, gələllər maşına zada baxış keçirəllər, eliyəllər, zivilə düşərsən”; C: “şüşə-müşə zad, heç nə yoxdu maşında”; B: “ zajıqalka zad olajax, oları götü tulla”; B: “ nə qədər zajıqalka var, hamısını götü tulla”; C: “ bərk vurdun?”; C: “ söz danışırdın, gəldin çıxdın üstünə, yoxsa kiminsə yanında deyib, gəldi sana dedi, hay?” məzmunlu danışıqlar aparılmışdır. "xxxx" MMC-dən 24 iyul 2023-cü il tarixli, 16298 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “503427724-SMS.txt” adlı faylı açdıqda faylda Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəsinin SMS mətnləri əks olunmuşdur. Həmin faylda Bayram Bayramova məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gəlmiş və həmin nömrədən getmiş hər hansı bir sms mətn yoxdur. “507350408-SMS.txt” adlı faylı açdıqda faylda Bayram Bayramova məxsus olan ***-***-**-** saylı mobil nömrəsinin SMS mətnləri əks olunmuşdur. Həmin faylda Zərərçəkmiş şəxs məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrindən Bayram Bayramova məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gəlmiş və həmin nömrədən getmiş hər hansı bir sms mətn yoxdur. “519349353-SMS.txt” adlı faylı açdıqda faylda Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəsinin SMS mətnləri əks olunmuşdur. Həmin faylda Bayram Bayramova məxsus ***-***-**-** və Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gəlmiş və həmin nömrədən getmiş hər hansı bir sms mətn yoxdur. **********24.txt” adlı faylı açdıqda faylda Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər əks olunmuşdur. Həmin faylda ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini ilə mütəmadi danışıqların aparılması əks olunsada, Bayram Bayramova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə hər hansı bir danışıqların aparılması müəyyən edilmədi. “**********08.txt” adlı faylı açdıqda faylda Bayram Bayramova məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər əks olunmuşdur. Həmin faylda Fəxrədin Həsənova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 2022-01-06 14:15:03-də 18 saniyə, 2022-01-06 18:31:00-da 21 saniyə, 2022-01-25 21:13:34-də 17 saniyə, 2022-02-08 19:55:16-da 16 saniyə, 2022-02-08 22:06:09-da 25 saniyə, 2022-02-10 20:39:33-də 22 saniyə, 2022-02-16 11:12:34-də 21 saniyə, 2022-02-16 21:36:22-də 25 saniyə, 2022-02-16 21:38:31-də 14 saniyə, 2022-03- 12 21:26:52-də 24 saniyə, 2022-03-15 20:40:09-da 27 saniyə, 2022-03-24 20:44:25-də 18 saniyə, 2022-03-24 20:45:41-də 17 saniyə, 2022-04-05 23:04:28-də 16 saniyə, 2022-04- 06 20:57:42-də, 31 saniyə, 2022-04-11 22:10:30-da 21 saniyə, 2022-04-27 21:01:25-də 38 saniyə, 2022-05-03 20:33:49-da 21 saniyə, 2022-05-07 21:05:50- də 23 saniyə, 2022-05- 15 22:17:47-də 21 saniyə, 2022-05-15 22:41:06-da 9 saniyə, 2022-05-22 21:43:49-da 25 saniyə, 2022-06-06 22:02:20-də 18 saniyə aralarında danışıqlar aparılması müəyyən edilsədə, Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** və Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil telefon nömrələri ilə hər hansısa bir danışıqların aparılması müəyyən edilmədi. “**********53.txt” adlı faylı açdıqda faylda Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** saylı mobil telefon nömrəsinə daxil olmuş və edilmiş zənglər əks olunmuşdur. Həmin faylda Bayram Bayramova məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 2022- 01-06 14:15:03-də 18 saniyə, 2022-01-06 18:31:00-da 21 saniyə, 2022-01-25 21:13:34-də 17 saniyə, 2022-02-08 19:55:16-da 16 saniyə, 2022-02-08 22:06:09-da 25 saniyə, 2022- 02-10 20:39:33-də 22 saniyə, 2022-02-16 11:12:34-də 21 saniyə, 2022-02-16 21:36:22-də 25 saniyə, 2022-02-16 21:38:31-də 14 saniyə, 2022-03-12 21:26:52-də 24 saniyə, 2022- 03-15 20:40:09-da 27 saniyə, 2022-03-24 20:44:25-də 18 saniyə, 2022-03-24 20:45:41-də 17 saniyə, 2022-04-05 23:04:28-də 16 saniyə, 2022-04-06 20:57:42-də, 31 saniyə, 2022- 04-11 22:10:30-da 21 saniyə, 2022-04-27 21:01:25-də 38 saniyə, 2022-05-03 20:33:49-da 21 saniyə, 2022-05-07 21:05:50- də 23 saniyə, 2022-05-15 22:17:47-də 21 saniyə, 2022- 05-15 22:41:06-da 9 saniyə, 2022-05-22 21:43:49-da 25 saniyə, 2022-06-06 22:02:20-də 18 saniyə aralarında danışıqlar aparılması müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də mütəmadi danışıqların aparılması müəyyən edildi. 1 ədəd “abuneciler12721.xls”, 1 ədəd “antena12721-2022.xls”, 1 ədəd “antena12721-2023.xls” adlı faylı açdıqda faylda cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansısa bir məlumata rast gəlinmədi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən fiziki təsir göstərilən zaman əynində olmuş paltarın götürülməsi və baxış keçirilməsi haqqında 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, ağ və qara rəngli don – donun ön tərəfində sinə və ayaq hissələrində, arxa tərəfdə isə kürək, çanaq və ayaq hissələrdə yayılmış qanabənzər ləkə mövcuddur. Məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X7 meyitinin məhkəmə-tibbi ekspertizasına və laborator müayinəsinə əsasən açkar edilmiş xəsarətləralın sümüyünün yerini dəyişən, qəlpəli basılmış açıq sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş veyin toxumasına qansızma, alın nahiyəsində sağda çarpıcı alətin, ola bilsin baltanın təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə alın nahiyəsindən balta ilə vurulması nəticəsində əmələ gələ bilərdi və biləvasitə onun ölümünə səbəb olmuşdur. Sağ bazunun yuxarı 1/3-nin bayır səthində və burnun üstündə sağda sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir, ölümün səbəbi ilə bilavasitə əlaqəli deyildir və qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə, yəni xx.xx.2023-cü il tarixdə alın nahiyyəsindən almış olduğu travmadan sonra yıxılması nəticəsində əmələ gələ bilərdi. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. X7 ölümü xx.xx.2023-cü il tarixdə baş vermiş və onun ölümünə səbəb alın sümüyünün qəlpəli sınığı və baş beyin toxumasına qansızma olmuşdur. Məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sağ dirsər oynağının arxa səthində, sol diz oynağının ön səthində yaralar, sol arxa qoltuq xətti boyunca 7,8-ci qabırğa qövsündə zəif sümük döyənəkləşməsi ilə gedən yerini bir qədər dəyişən sınıqlar bərk, küt əşyanın (əşyaların) təsirindən, sol budun orta 1/3-nin arxa səthində yara yüksək hərarətin-istilik amilinin qısa müddətli yerli təsirindən törənmişdir, əmələ gəlmə müddəti 1 (bir) aya qədərdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ dirsək oynağının arxa səthində sıyrıq bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi və əmələ gəlmə müddəti 3-5 günə uyğun gəlir. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Materialların məhkəmə ekspertizasının 05 iyul 2023-cü il tarixli, 18/696 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd şüşə boruda təmiz çəkisi -0,749 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd şüşə borunun və 01 ədəd polietilen bükümün içərisində olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetamin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “H.Fəxrəddinə məxsus ...” sözləri və imzalar olan kağız paketdə 02 ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi-20,031 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Həmin ekspertizanın 15 avqust 2023-cü il tarixli, 18/811 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “01 ədəd yandıran ucunda falqa” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə təminiz çəkisi-0,028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs məxsus” sözləri yazılmış 1 ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 2 ədəd ağ rəngli kağız paketlərdən: -birində 1 ədəd kağıza bükülmüş 1 ədəd şüşə borucuqda təmiz çəkisi-0,699 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -2 ədəd şüşə borucuğun və 1 ədəd polietilen bükümdə olan şüşə qırıntılarının içərisində psixotrop maddə metamfetaminin izləri vardır, iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs təqdim etdiyi borucuğun içərisindən götürülmüş metamfetamin ilə onun avtomobilindən götürülmüş 1 ədəd bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 3-16-16/1-3/1305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “CD-R” tipli diskin daxilindəki 11 ədəd fotoşəkildə hər-hansı şəxsin əks olunması müşahidə edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1389 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisə fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-X3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların 15:36-cı dəqiqəsində eşidilən “yox, aa, aa, ah, ıh, aa” replika və səslər fərdiləşdirilməsi mümkün olmayan “Q” kimi işarə edilmiş qadın diktor tərəfindən səsləndirilmişdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların 15:36-cı dəqiqəsində eşidilən “ayma” 15:42-ci dəqiqəsində eşidilən “mama” replika və səsləri fərdiləşdirilməsi mümkün olmayan “K” kimi işarə edilmiş uşaq səsinə xarakterik səsə malik diktor tərəfindən səsləndirilmişdir. Həmin replika və səslərin Zərərçəkmiş şəxs məxsus olub-olmamasını və hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 3-16-16/2-3/1095,1096,1097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd balta formalı predmet-kustar üsulla hazırlanmış, çapıcıkəsici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir-baltadır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd buruğu formalı predmet-kustar üsulla hazırlanmış, elektrik burğu alətlərinə işlək hissə olaraq birləşdirilməklə deşici vasitə kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, təsərrüfat-məişət təyinatlı ləvazımatdır-burğudur və soyuq silah hesab edilmir. Məhkəmə-bioloji ekspertizasının 417/2023 nömrəli rəyindən görünür ki, hadisə yeriindən götürülmüş pambıq topası, əl-üz dəsmalı və döşəkcə, B.Bayramova məxsus paltarlar üzərində periferik mənşəli kişi genetik cinsinə məxsus insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti üzrə X12 məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus don üzərində qadın genetik cinsinə məxsus insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsinin 2578/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmiş, qan nümunəsinin miqdarının az olduğuna görə narkotik, psixatrop və ya digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Bayram Bayramovdan götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 2174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründəki psixi vəziyyətini ambulator düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 16 sentyabr 2023-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur, Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, şəxsi gigiyena qaydalarına əməl etməsi, ünsiyyətə meylli olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin qənaətbəxş saviyyədə saxlanılması, zahirən səliqəli olması, söz ünsiyyəti zamanı söhbətə həvəslə və fəal şəkildə qoşulması, nitqinin ardıcıl olması, aydın səs tonu ilə danışması, suallara yubanmadan və məzmunlu cavablar verməsi, mahiyyətinə uyğun şəkildə və əsasən ətraflı cavablandıması, təfəkkürünün adi tempdə olması, aparılan sorğusual gedişatında kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, yaddaşında və diqqətində kobud pozuntu nəzərə çarpmaması, anamnestik məlumatları və olmuş hadisələri kifayət qədər ardıcıllıqla və xronoloji qaydada çatdırması, hal-hazırkı vəziyyətinə və yaranmış situasiyaya aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, öz gələcək aqibətinə diqqətlə yanaşması və s.) sübut edir. Bununla yanaşı Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qeyd olunmalıdır ki, simasında narazılıq ifadəsinin müşahidə olunması, sorğu-sual gedişatında bir qədər affektiv qeyri-sabitliyinin və nisbətən əsəbiliyinin özünü büruzə verməsi, davranışında bir qədər nümayişkaranəlik elementlərinin nəzərə çapması, söhbət zamanı özündən razı, bir qədər təkəbbürlü tərzdə danışması, şəxsi keyfiyətlərini qabartmağa çalışması, hövsələsiz davranması onun xasiyyətinin psixopatik cizgiləri ilə əlaqədardır. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə. aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan əlamətlər: emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əhval-ruhiyyə fonunda dəyişkənlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, davranışında nümayişkaranəlik, eqosentrik elementlər, öz fikirlərini üstün tutmağa çalışmaq, inadkarlıq, özü haqqında yüksək fikirlərə malik olmaq, inadkarlıq, qısqanclıq, şübhəlilik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs qaranın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik əlaməti müəyyən olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, əhvalruhiyyə fonunda dəyişkənlik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, davranışında nümayişkaranəlik, eqosentrik elementlər, öz fikirlərini üstün tutmağa çalışmaq, inadkarlıq, özü haqqında yüksək fikirlərə malik olmaq, inadkarlıq, qısqanclıq, şübhəlilik və s. kimi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmamış, əqliintellektual imkanlarına görə cinayət əməlini törədərkən hərəkətlərinin mahiyyətini dərk edib hərəkətlərini idarə edə bilərdi. 18 iyun 2023-cü il tarixdə emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. 18 iyun 2023-cü il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 5293 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cəbrayıl rayon polis şöbəsindən daxil olmuş 25 avqust 2023-cü il tarixli, 313-70/2- 3755/2023 nömrəli məktubdan görünür ki, sabiq polis əməkdaşı X1 Rayon Polis Şöbəsində polis nəfəri-konvoyu vəzifəsində xidmət etmiş, həmin polis şöbəsinin 17 iyun 2023-cü il tarixli əmrinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 22 iyul 2023-cü il tarixli, 311 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs rayon poliklinikasının ruhi-əsəb, pisxo-nevroloji və narkoloji kabinetlərində dispanser qeydiyyatında olmamışdır. Biləsuvar rayon Mənzil Komunal İstismar sahəsindən daxil olmuş 11 iyul 2023-cü il tarixli 61 nömrəli xasiyyətnamədən görünür ki, Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən 230 nömrəli evdə yaşamış X18 müsbət xarakterizə olunur. Biləsuvar rayon Mənzil Komunal İstismar sahəsindən daxil olmuş 11 iyul 2023-cü il tarixli 63 nömrəli xasiyyətnamədən görünür ki, Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən 235 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 22 sentyabr 2023-cü il tarixli, 2-2-411/3- 007425/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Biləsuvar rayon Mənzil Komunal İstismar sahəsindən daxil olmuş 11 iyul 2023-cü il tarixli 1134 nömrəli arayışdan görünür ki, Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən 235 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs ailə üzvləri arvadı Zərərçəkmiş şəxs və qardaşı X15 ibarətdir. Biləsuvar rayon Mənzil Komunal İstismar sahəsindən daxil olmuş 11 iyul 2023-cü il tarixli 62 nömrəli xasiyyətnamədən görünür ki, Cəbrayıl rayon sakinləri üçün Biləsuvar rayonu ərazisində salınmış 10 saylı qəsəbədə yerləşən 235 nömrəli evdə yaşamış Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tətqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs adam oğurluğu ilə bağlı olmadan arvadı Nəsibə Həsənovanı qanunsuz azadlıqdan məhrum etməsi və bu hərəkətlərinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə ağır nəticəyə səbəb olması, bundan başqa onunla qonşuluqda yaşayan, aralarında yaxşı münasibət olan Bayram Bayramovun güya onun arvadı Nəsibə Həsənova ilə intim münasibətdə olmasını uydurmaqla, özünü cəmiyyətin fövqündə qoymaqla, bu barədə heç bir araşdırma aparmadan onun bu fikirlərindən xəbərsiz və həmçinin günahsız olan Bayram Bayram çayçıda digər şəxslərlə dömino oyunu oynadığı zaman digər şəxslərin gözləri qarşısında, ictimai yerdə onun baş nahiyəsindən balta ilə güclü zərbə vurmaqla həyatdan məhrum etməsini xuliqanlıq niyyəti ilə adam öldürmə kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Bayram Bayramovun onun arvadı ilə intim münasibətdə olmasını düşünməklə öz hərəkətlərini qısqanclıq motivi ilə bağlasa da, faktiki olaraq Bayram Bayramovun həyatdan məhrum olunmasına yönələn hərəkətləri heç bir əsas olmadığı halda özünü cəmiyyətin fövqündə qoyma ilə bağlı olmuş, bəhanə gətirilməklə, əsassız olaraq inasını həyatdan məhrum etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onun avtomobilində aşkar olunmuş metamfetaminin özünə məxsus olmadığını göstərsə də, onun avtomobilində aşkar olunmuş psixotrop maddə metamfetaminlə evində aşkar olunan metamfetaminin eyni tərkibli olmasını məhkəmə nəzərə alır və avtomobilində də aşkar olunan metamfetaminin ona aid olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və ona həmin maddlərdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.2, 145.3 və 234.1-ci maddələrində nəzərodə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 0,0697 qram psixotrop maddə metamfetamin, 01 ədəd şüşə boru, 01 ədəd polietilen büküm, 02 ədəd şüşə borucuqlar, 1 ədəd polietilen büküm, Cəbrayıl Rayon Prokurorluğunda saxlanılan 1 ədəd balta, 1 ədəd buruğu formalı predmet, 1 ədəd döşəkçə, 1 ədəd əl dəsmalı, 1 ədəd ip, üzərində qan ləkələri olan pambıq, mərhum X12 məxsus 1 cüt kişi tərliyi və geyim əşyaları, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları məhv edilməli, Cəbrayıl Rayon Prokurorluğunda saxlanılan mərhum B.O.Bayramova məxsus 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus “Redmi 10C” markalı və 01 ədəd “samsung Duos” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi onların ailələrinə verilməlidir. Özündə videogörüntüləri əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil 02 ədəd CD disklər, Təqsirləndirilən şəxs məxsus mobil telefonunda olan audioyazı və fotoşəkillərin köçürüldüyü 01 ədəd disk cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci 867 (səkkiz yüz altmış yeddi) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 120.2.2, 145.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 120.2.2ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.3-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi ejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 iyun 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 0,0697 qram psixotrop maddə metamfetamin, 01 ədəd şüşə boru, 01 ədəd polietilen büküm, 02 ədəd şüşə borucuqlar, 1 ədəd polietilen büküm, Cəbrayıl Rayon Prokurorluğunda saxlanılan 1 ədəd balta, 1 ədəd buruğu formalı predmet, 1 ədəd döşəkçə, 1 ədəd əl dəsmalı, 1 ədəd ip, üzərində qan ləkələri olan pambıq, mərhum X12 məxsus 1 cüt kişi tərliyi və geyim əşyaları, Təqsirləndirilən şəxs məxsus geyim əşyaları, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, məhv edilsin. Cəbrayıl Rayon Prokurorluğunda saxlanılan mərhum B.O.Bayramova məxsus 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus “Redmi 10C” markalı və 01 ədəd “samsung Duos” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi onların ailələrinə verilsin. Özündə videogörüntüləri əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC və "xxxx" MMC-dən daxil 02 ədəd CD disklər, Təqsirləndirilən şəxs məxsus mobil telefonunda olan audioyazı və fotoşəkillərin köçürüldüyü 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 867 (səkkiz yüz altmış yeddi) manat 69 (altmış doqquz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan oldunudu (Təqsirləndirilən şəxs isə isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-194/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-194/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver