Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-195/2024 12.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X27, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Çölbeşdəli kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 134, 144.2.3 və 149.1-ci maddələri xx xxxx 1999-cu ildə Neftçala rayonu, Qaçaqkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxxx 1966-cı ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sabirabad rayonu, Çölbeşdəli kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayan, «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 və xx xxxx 1974-cü ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaq barədə sonuncunun anası Təqsirləndirilən şəxs4, öz anası Təqsirləndirilən şəxs3 və qohumu Təqsirləndirilən şəxs2 ilə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən razılaşdıqları qaydada sonuncunun, yaşadığı Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən evdə azyaşlı qızla birlikdə tək qalmasına şərait yaratmış zərərçəkmişin anası Təqsirləndirilən şəxs4 bu barədə məlumat alıb 01 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi, VAZ- 2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına getdikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs3 avtomobildə əyləşərək, o isə evin həyətinə daxil olduqdan sonra evin yan divarının arxasında gizlənərək, Təqsirləndirilən şəxs2 isə evin qarşısına gedib Zərərçəkmiş şəxs səsləyərək onun evdən çıxmasını gözləmiş, sonuncu evin giriş hissəsindəki pilləkənə çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 onun qolundan tutub dartaraq qucağına almış, həmin vaxt gizləndiyi yerdən çıxaraq onların yanına gedib bir əli ilə Zərərçəkmiş şəxs ağzını bağlamaqla, digər əli ilə qollarından tutmaqla ikisi birlikdə onu iradəsinə zidd olaraq zorla küçəyə çıxarıb gəldikləri avtomobilin arxa oturacağına mindirərkən müqavimət göstərdiyi üçün Zərərçəkmiş şəxs sifət və kürək nahiyəsinə zərbələr vuraraq ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən burun və sol kürək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, həmin vaxt arxada əyləşmiş Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs saçından və çiynindən tutub özünə tərəf dartaraq, o isə Zərərçəkmiş şəxs digər tərəfində əyləşib bir əli ilə ağzından, digər əli ilə isə boynunun arxasından tutaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs öz yaşadığı Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən evə aparmış, həmin gün saat 22-23 radələrində polis əməkdaşlarının onların olduqları yeri bilməsini öyrəndikdən sonra gizlənmək üçün Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs3 ilə birlikdə tanışı Şahid3 işlədiyi Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermaya aparmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs oğurlamışdır. Bundan əlavə, o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2la razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün Zərərçəkmiş şəxs könüllü olaraq onlarla birlikdə qaçması barədə ərizə yazmasına nail olmaq məqsədilə 02 iyun 2023-cü il tarixdə, saat 15 radələrində yuxarıda qeyd olunan fermadakı evdə həmin fermadan götürdüyü “TOZ-34R” modelli, 12 kalibrli, “UİN-6447” №-li qoşa lülə ov tüfəngin lüləsini Zərərçəkmiş şəxs tuşlamaqla həmin tüfəngdən atəş açaraq onu öldürmək üçün real imkanının olmasını nümayiş etdirib ondan ərizə yazmasını tələb edib öldürəcəyini deyərək Zərərçəkmiş şəxs öldürməklə hədələmiş, həmin vaxt orada olan Təqsirləndirilən şəxs3 tüfəngi yığışdırmasını dediyi üçün həmin tüfəngi evin digər otağına aparıb orada gizlətmiş, bundan başqa, adam oğurluğu cinayətinin digər iştirakçıları ilə razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, 02 iyun 2023-cü il tarixdə, saat 17 radələrində həmin fermadakı yaşayış evində olarkən anası Təqsirləndirilən şəxs3 və Şahid3 fermadan getməsindən sonra Zərərçəkmiş şəxs ilə təklikdə qalmasından istifadə edib cinsi ehtirasını təmin etmək məqsədi ilə onu zorlamaq qərarına gəlmiş, Zərərçəkmiş şəxs oradan çıxıb getmək istəməsinə, onunla evlənmək istəmədiyini deməsinə və etirazlarına baxmayaraq, qəbul etdiyi dərmanın təsirindən müqaviməti zəiflədiyi üçün köməksiz vəziyyətdə olan sonuncunun, əl-qolunu tutaraq, habelə sair fiziki ağrı yetirməklə zor tətbiq edərək fermadakı evin otaqlarından birinə aparıb müqavimətini qırmaqla əynindəki paltarlarını çıxarıb çarpayının üzərinə uzadaraq öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq cinsiyyət orqanına daxil edib cinsi əlaqədə olmaqla onu zorlamış, bundan başqa, 02 iyun 2023-cü il tarixdə, saat 18 radələrində fermada olarkən Zərərçəkmiş şəxs qarşısında dizi üstə çöküb ona könüllü qaçması barədə ərizə yazması üçün yalvarmasına baxmayaraq Zərərçəkmiş şəxs bundan imtina etməsindən və onu kənara itələməsindən əsəbiləşərək əlində tutduğu soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs içəri və bayır topuq nahiyəsinə zərbələr vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol içəri topuq nahiyəsində bir ədəd kəsilmiş yara və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ bayır topuq nahiyəsində kəsilmiş səthi yaradan ibarət xəsarətlər yetirmiş, həmin hadisədən sonra müəyyən edilməmiş şəraitdə almış olduğu iti alət xəsarəti nəticəsində qan itirməsi səbəbindən səhhəti pisləşdiyinə görə sonradan fermaya qayıtmış anası Təqsirləndirilən şəxs3 və Şahid3 xəstəxanaya getmək istədiyini bildirib Rüqəyyanı da avtomobilə əyləşdirdikdən sonra özləri də avtomobilə əyləşib avtomobili idarə edərək oradan getmiş, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən səhhəti pisləşdiyi üçün avtomobili saxladıqdan sonra Şahid3 Təqsirləndirilən şəxs1 anası Təqsirləndirilən şəxs3 ilə birlikdə xəstəxanaya yola salmış, daha sonra Zərərçəkmiş şəxs həmin kənd ərazisində onunla telefonla əlaqə saxlamış polis əməkdaşları və valideynlərinə təhvil vermiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə və köməksiz vəziyyətindən istifadə etməklə cinsi əlaqədə olaraq onu zorlamış, həmçinin, onu öldürməklə hədələmiş və sonuncuya qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs2 nişanlısının qardaşı Təqsirləndirilən şəxs1 onunla evlənmək istəməyən Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs4 da bu evliliyə razılığını və Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaqla bağlı təklifini öz aralarında götürqoy etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və nişanlısının anası Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə Zərərçəkmiş şəxs oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən razılaşdıqları qaydada sonuncunun, yaşadığı Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən evdə azyaşlı qızla birlikdə tək qalmasına şərait yaratmış zərərçəkmişin anası Təqsirləndirilən şəxs4 bu barədə məlumat alıb 01 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi, VAZ- 2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına getdikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs3, avtomobildə əyləşib gözləmiş, onlar evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 evin yan divarının arxasında gizlənərək, o isə evin qarşısına gedib Zərərçəkmiş şəxs səsləyərək onun evdən çıxmasını gözləmiş, sonuncu evin giriş hissəsindəki pilləkənə çıxdıqdan sonra onun qolundan tutub dartaraq qucağına almış, həmin vaxt gizləndiyi yerdən çıxan Təqsirləndirilən şəxs1 onların yanına gedib bir əli ilə Zərərçəkmiş şəxs ağzını bağlamaqla, digər əli ilə isə qollarından tutmaqla ikisi birlikdə onu iradəsinə zidd olaraq zorla küçəyə çıxarıb gəldikləri avtomobilin arxa oturacağına mindirərkən müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs1 onun sifət və kürək nahiyəsinə zərbələr vuraraq ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən burun və sol kürək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, həmin vaxt arxada əyləşmiş Təqsirləndirilən şəxs3 onun saçından və çiynindən tutub özünə tərəf dartaraq, daha sonra Zərərçəkmiş şəxs digər tərəfində əyləşmiş Təqsirləndirilən şəxs1 isə bir əli ilə ağzından, digər əli ilə isə onun boynunun arxasından tutaraq müqavimətini qırdıqdan sonra o, Təqsirləndirilən şəxs1 tapşırığına əsasən avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs öz yaşadığı Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən evə aparmış, həmin gün saat 22-23 radələrində polis əməkdaşlarının onların olduqları yeri bilməsini öyrəndikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə sonuncunun tanışı Şahid3 işlədiyi Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermaya aparmış, 02 iyun 2023-cü il tarixdə, saat 17 radələrində həmin fermadakı yaşayış evindən Təqsirləndirilən şəxs3 və Şahid3 birlikdə getdikdən sonra həmin gün təxminən saat 19 radələrində geri qayıdarkən müəyyən edilməmiş şəraitdə almış olduğu iti alət xəsarəti nəticəsində qan itirməsi səbəbindən səhhəti pisləşmiş Təqsirləndirilən şəxs1 onlara xəstəxanaya getmək istədiyini bildirib Rüqəyyanı da avtomobilə əyləşdirmiş, onlar da avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək oradan getmiş, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən səhhəti pisləşdiyi üçün avtomobili saxladıqdan sonra Şahid3 Rafiq X24 ilə birlikdə xəstəxanaya yola salmış, daha sonra Zərərçəkmiş şəxs həmin kənd ərazisində onunla telefonla əlaqə saxlamış polis əməkdaşları və valideynlərinə təhvil vermiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Təqsirləndirilən şəxs3, oğlu Təqsirləndirilən şəxs1 onunla evlənmək istəməyən Zərərçəkmiş şəxs anası Təqsirləndirilən şəxs4 da bu evliliyə razılığını və Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaqla bağlı təklifini öz aralarında götür-qoy etdikdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və qızının nişanlısı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə Zərərçəkmiş şəxs oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən razılaşdıqları qaydada sonuncunun, yaşadığı Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən evdə azyaşlı qızla birlikdə tək qalmasına şərait yaratmış zərərçəkmişin anası Təqsirləndirilən şəxs4 bu barədə məlumat alıb 01 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi, VAZ-2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına getdikdən sonra aralarında olan rol bölgüsünə uyğun olaraq o, avtomobildə əyləşib gözləmiş, evin həyətinə daxil olmuş Təqsirləndirilən şəxs1 evin yan divarının arxasında gizlənərək, Təqsirləndirilən şəxs2 isə evin qarşısına gedib Zərərçəkmiş şəxs səsləyərək onun evdən çıxmasını gözləmiş, sonuncu evin giriş hissəsindəki pilləkənə çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 onun qolundan tutub dartaraq qucağına almış, həmin vaxt gizləndiyi yerdən çıxan Təqsirləndirilən şəxs1 onların yanına gedib bir əli ilə Zərərçəkmiş şəxs ağzını bağlamaqla, digər əli ilə isə qollarından tutmaqla ikisi birlikdə onu iradəsinə zidd olaraq zorla küçəyə çıxarıb gəldikləri avtomobilin arxa oturacağına mindirərkən müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs1 onun sifət və kürək nahiyəsinə zərbələr vuraraq ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən burun və sol kürək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, həmin vaxt arxada əyləşmiş Təqsirləndirilən şəxs3 onun saçından və çiynindən tutub özünə tərəf dartaraq, daha sonra Zərərçəkmiş şəxs digər tərəfində əyləşmiş Təqsirləndirilən şəxs1 isə bir əli ilə ağzından, digər əli ilə isə onun boynunun arxasından tutaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığına əsasən avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs öz yaşadığı Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən evə aparmış, həmin gün saat 22-23 radələrində polis əməkdaşlarının onların olduqları yeri bilməsini öyrəndikdən sonra gizlənmək üçün Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun tanışı Şahid3 işlədiyi Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermaya aparmış, 02 iyun 2023-cü il tarixdə, saat 17 radələrində həmin fermadakı yaşayış evindən Şahid3la birlikdə getdikdən sonra həmin gün təxminən saat 19 radələrində geri qayıdarkən müəyyən edilməmiş şəraitdə almış olduğu iti alət xəsarəti nəticəsində qan itirməsi səbəbindən səhhəti pisləşmiş oğlu Təqsirləndirilən şəxs1 onlara xəstəxanaya getmək istədiyini bildirib Rüqəyyanı da avtomobilə əyləşdirmiş, onlar da avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək oradan getmiş, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən səhhəti pisləşdiyi üçün avtomobili saxladıqdan sonra Şahid3 Təqsirləndirilən şəxs1 onunla birlikdə xəstəxanaya yola salmış, daha sonra Zərərçəkmiş şəxs həmin kənd ərazisində onunla telefonla əlaqə saxlamış polis əməkdaşları və valideynlərinə təhvil vermiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Təqsirləndirilən şəxs4 övladı Zərərçəkmiş şəxs ona sevgi münasibəti bəsləyən Təqsirləndirilən şəxs1 ilə evlənmək istəmədiyini bilməsinə baxmayaraq bu evliliyə razılığını bildirib Zərərçəkmiş şəxs evlənmək məqsədilə zorla qaçırmaqla bağlı təklifini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və sonuncunun qızının nişanlısı Təqsirləndirilən şəxs2 ilə öz aralarında götür-qoy etdikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə Zərərçəkmiş şəxs oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcədən razılaşdıqları qaydada aralarında olan rol bölgüsünə uyğun olaraq Zərərçəkmiş şəxs, onunla birlikdə yaşadığı Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən evdə azyaşlı qızla birlikdə tək qalmasına şərait yaradıb bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu, 01 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi, VAZ- 2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin evin qarşısına getdikdən sonra Təqsirləndirilən şəxs3 avtomobildə əyləşib gözləmiş, evin həyətinə daxil olmuş Təqsirləndirilən şəxs1 evin yan divarının arxasında gizlənərək, Təqsirləndirilən şəxs2 isə evin qarşısına gedib Zərərçəkmiş şəxs səsləyərək onun evdən çıxmasını gözləmiş, sonuncu evin giriş hissəsindəki pilləkənə çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 onun qolundan tutub dartaraq qucağına almış, həmin vaxt gizləndiyi yerdən çıxan Təqsirləndirilən şəxs1 onların yanına gedib bir əli ilə Zərərçəkmiş şəxs ağzını bağlamaqla, digər əli ilə isə qollarından tutmaqla ikisi birlikdə onu iradəsinə zidd olaraq zorla küçəyə çıxarıb gəldikləri avtomobilin arxa oturacağına mindirərkən müqavimət göstərdiyi üçün Təqsirləndirilən şəxs1 onun sifət və kürək nahiyəsinə zərbələr vuraraq ona sağlamlığa zərər vurmayan olduqları üçün dərəcəsi təyin edilməyən burun və sol kürək nahiyəsində sıyrıqlardan ibarət xəsarətlər yetirmiş, həmin vaxt arxada əyləşmiş Təqsirləndirilən şəxs3 onun saçından və çiynindən tutub özünə tərəf dartaraq, daha sonra Zərərçəkmiş şəxs digər tərəfində əyləşmiş Təqsirləndirilən şəxs1 isə bir əli ilə ağzından, digər əli ilə isə onun boynunun arxasından tutaraq müqavimətini qırdıqdan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapşırığına əsasən avtomobili idarə edib birlikdə Zərərçəkmiş şəxs öz yaşadığı Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən evə aparmış, həmin gün saat 22-23 radələrində polis əməkdaşlarının onların olduqları yeri bilməsini öyrəndikdən sonra gizlənmək üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 birlikdə sonuncunun tanışı Şahid3 işlədiyi Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermaya aparmış, 02 iyun 2023-cü il tarixdə, saat 17 radələrində həmin fermadakı yaşayış evindən Təqsirləndirilən şəxs3 və Şahid3 birlikdə getdikdən sonra həmin gün təxminən saat 19 radələrində geri qayıdarkən müəyyən edilməmiş şəraitdə almış olduğu iti alət xəsarəti nəticəsində qan itirməsi səbəbindən səhhəti pisləşmiş Təqsirləndirilən şəxs1 onlara xəstəxanaya getmək istədiyini bildirib Rüqəyyanı da avtomobilə əyləşdirmiş, onlar da avtomobilə əyləşdikdən sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək oradan getmiş, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində avtomobillə hərəkətdə olarkən səhhəti pisləşdiyi üçün avtomobili saxladıqdan sonra Şahid3 Rafiq X24 birlikdə xəstəxanaya yola salmış, daha sonra Zərərçəkmiş şəxs həmin kənd ərazisində onunla telefonla əlaqə saxlamış polis əməkdaşları və valideynlərinə təhvil vermiş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 134, 144.2.3 və 149.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ruqəyya Abdullazadəni sevmişdir. Ruqəyya Abdullazadənin ailəsi ilə onların ailələri dost olmuşlar. 27 may 2023-cü il tarixdə Rüqəyyanı qaçırmaq üçün Bakı şəhərindən yaşadığı kəndə gəlmişdir. Ruqəyyanın anası və Ruqəyya ilə telefonla onunla ailə qurmaq üçün danışmış, Ruqəyya və anası razılıq vermişdir, lakin Ruqəyyanın bacısı buna razı olmamışdır. Ruqəyyanın və anası Arzunun razılığı ilə Ruqəyyanı qaçırmışdır. Bu barədə anası Mahirənin və qohumu Elşadın heç bir xəbəri olmamışdır. Avtombildə anası və Elşad olarkən onlara Ruqəyyanı qaçıracağını demişdir. Onlar Ruqəyyanın olduğu evə getmişlər, Ruqəyyanı götürüb getmişlər. Ruqəyya ona avtomobilə oturduqdan sonra o qışqıraraq etiraz edəcəyini demiş. O da Ruqəyyaya buna ehtiyac olmadığını demişdir. Avtombildə olarkən Elşad ona qızın razılığının olmadığını demiş, o da Elşada aralıranda razılığının olduğunu, onun bu işə qarışmamasını demişdir. Sonra Elşad avtombildən düşmüş, o da anası və Ruqəyya ilə birlikdə Cəlilabad rayonuna getmişlər. Cəlilabad rayonunda qızın razılığı ilə aralarında cinsi əlaqə olmuşdur, qız tərəfindən heç bir etiraz olmamışdır. Ruqəyyaya heç bir xəsarət yetirməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, Cəlilabad rayonunda evdə olarkən onlar Ruqəyya ilə çörək yemişlər, o evdə uzanarkən Ruqəyya onu bıçaqla vuraraq evə getmək istədiyini demişdir. Ruqəyya ona darıxdığını demiş, o da Ruqəyyaya səbirli olmasını, 1-2 günə evlərinə gedəcəyini demişdir. Ruqəyya Minə adlı bacısından qorxduğu üçün evə getmək istəmişdir. Ruqəyya ona 2 bıçaq zərbəsi vurmuşdur, o isə şikayət etməməişdir. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Həmin ifadədə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən Rüqəyyaya qarşı sevgi hisləri yaranmış və onunla evlənmək istəmişdir. Bu barədə Rüqəyya ilə də danışmış, sonuncu ilk vaxtlarda onu sevdiyini və onunla evlənəcəyini demişdir. Lakin, təxminən 2023-cü ilin mart ayından Rüqəyya bacısının onunla evlənməsini istəmədiyini, buna görə də onunla evlənə bilməyəcəyini demişdir. Həmin vaxtdan sonra Rüqəyya onunla əlaqə saxlamaması üçün onun mobil telefon nömrələrini qara siyahıya atmışdır. Rüqəyya ilə evlənmək istədiyini valideynlərinə də bildirmişdir. Buna görə də anası Mahirə Firudinin evinə elçi getmiş, lakin, Firudin həmin vaxt qızı Rüqəyyanın ona evlənmək fikrində olmadığını bildirməsini demişdir. X38 anası Arzu ilə bu barədə söhbət edən zaman Arzu özünün onların evlənməsinə razı olmasını, lakin Rüqəyyanın bu işə razı olmadığını bildirmişdir. Arzu Rüqəyyanın onunla evlənməsinə təkid etmişdir. Arzu bununla bağlı dəfələrlə onunla mobil telefon vasitəsilə söhbətlər etmiş, eləcə də onların evinə tez-tez gəlib-getmişdir. Hətta Arzu ona Rüqəyyanı qaçırmasını, qaçırdıqdan sonra Rüqəyyanın onunla evlənməyə razı olacağını demişdir. 2023-cü ilin may ayının ortalarında Arzu telefonda ona 3 iyun 2023-cü il tarixdə qardaşı İsanın nəvəsinin toyu olacağını, həmin toya Rüqəyyanın da qonaq çağırıldığını, buna görə də Rüqəyyanın toyda iştirak etmək üçün kəndə gələcəyini demişdir. O da 27 may 2023-cü il tarixdə Rüqəyyanı qaçırmaq üçün Bakı şəhərindən yaşadığı kəndə gəlmişdir. 31 may 2023-cü il tarixdə Arzu ona zəng edərək Rüqəyyanın həmin gün yaşadıqları evə gəldiyini bildirmişdir. Telefon söhbəti zamanı Arzu ona Rüqəyyanı qaçırmasını, onu qaçırdıqdan sonra Rüqəyyanın evlənməyə razı olacağını, özünün də Rüqəyyanı buna razı salacağını demişdir. O da Rüqəyyanın əvvəllər onunla evlənməyə razı olduğunu düşünüb onu qaçırdıqdan sonra evlənməyə razı olacağını düşündüyü üçün Rüqəyyanı qaçırmaq qərarına gəlmişdir və bu barədə Rüqəyyanın anası Arzuya da məlumat vermişdir. Arzu da ona ertəsi gün Rüqəyyanı qaçırması üçün şərait yaradacağını demişdir. O da Arzu ilə telefonla danışdıqdan sonra həmin gün atası Sabir və anası Mahirəyə bu barədə məlumat verib ertəsi gün Rüqəyyanı qaçıracağını bildirmişdir. 01 iyun 2023-cü il tarixdə, saat 09 radələrində bacısı Zəhranın nişanlısı Təqsirləndirilən şəxs2 zəng edərək ona həmin gün sevdiyi qız olan Rüqəyyanı qaçıracağını və gəlib ona kömək etməsini demişdir. Elşad telefonda ona 2-3 saata onların yaşadığı evə gələcəyini bildirmişdir. 01 iyun 2023-cü il tarixdə saat 12 radələrində Elşad yaşadığı evə gəlmişdir. Bir qədər sonra Arzu ona zəng edərək Rüqəyyanı qaçırmaq üçün şərait yaratmaq məqsədilə evdən çıxıb qardaşının yaşadığı evə gedəcəyini və Rüqəyyanın da onun ardınca tək aralıq yolla gələcəyini demişdir. O, Arzu ilə danışdıqdan sonra anası Mahirəyə Arzunun evdən çıxıb qardaşının evinə gedəcəyini və Rüqəyyanın qaçırması üçün şərait yaradacağını, buna görə də Rüqəyyanı qaçırmaq üçün Elşadla birlikdə getmək istədiyini demişdir. Mahirə də onunla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra o, atası Sabirə məxsus olan VAZ-2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin avtomobili işə salmışdır. Elşad həmin avtomobilin qabaq sağ oturacağında, Mahirə isə arxa oturacağında əyləşmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Firudinin yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Yolda hərəkətdə olan zaman o, Arzu ilə mobil telefonla danışmışdır. Arzu ona evdən çıxıb getdiyini, qızı Rüqəyyanın da onun ardınca tək ara yolla gələcəyini, həmin vaxt Rüqəyyanı qaçırmalarını bildirmişdir. O da bundan sonra Arzunun dediyi yerə gedib avtomobili saxlayıb Rüqəyyanın gəlməsini gözləmişlər. Bir qədər sonra Arzu aralıq yolla gəlib onların yanından keçmişdir. Həmin vaxt Arzu onları görmədiyi üçün ona zəng edərək onları görüb-görmədiyini soruşmuşdur. Arzu isə maşına tərəf baxıb onları gördüyünü deyib onların yanına gəlmişdir. X35 gəlib-gəlmədiyini soruşmuşlar. Arzu isə hər ehtimala qarşı evə gedərək Rüqəyyanı evdən qaçırmalarını deyib oradan getmişdir. O da bundan sonra avtomobili sürərək Firudinin yaşadığı evin həyət darvazasının qarşısında, üzü Bağbanlar kəndi istiqamətində saxlamışdır. Daha sonra Elşadla öz aralarında danışaraq planlaşdırmışlar ki, Elşad həyətə girib Rüqəyyanı çağırıb onu aldadaraq tutub saxlasın, özü isə həmin vaxta qədər həyətdə divarın arxasında gizlənərək Elşadın Rüqəyyanı tutub saxlamasını gözləsin. Fikirləşmişdir ki, Rüqəyya onu görsə evdən çıxmaz. Bundan sonra Elşad həyətə daxil olub həyətin girişinə tərəf evin yan divarının arxasında gizlənmişdir. Mahirə isə avtomobilin arxa oturacağında əyləşib onların qayıtmasını gözləmişdir. Elşad isə həyətə daxil olub evin girişinə tərəf gedərək Rüqəyyanın atası Firudini çağırmışdır. Firudinin evdə olmadığından əvvəlcədən məlumatlı idilər. Arzunun dediyinə görə Firudin öz yük avtomobili ilə işə getmişdir. Lakin, Rüqəyyanı aldatmaq üçün Elşad Firudini çağırıb Rüqəyyaya onun atası Firudinə pul verməli olduğunu deyəcəkdi. Elşadın səsinə Rüqəyya, onun ardınca isə əmisi qızı azyaşlı Ürfət evin girişindəki pilləkənə çıxdı. Elşad onlardan hansının Firudinin qızı olmasını soruşduqda Rüqəyya özünün Firudinin qızı olduğunu bildirmişdir. Bundan sonra Elşad cibindən bir neçə ədəd 1 manatlıq əsginas çıxarıb həmin pulu Firudinə verməli olduğunu demişdir. Daha sonra Elşad evin pilləkəni ilə bir neçə pillə yuxarı qalxıb Rüqəyyaya yaxınlaşaraq cibindən çıxardığı pulu ona tərəf uzatmışdır. Rüqəyya da Elşadın verdiyi pulu alan zaman Elşad onun sağ qolundan tutub özünə tərəf çəkmiş, daha sonra belindən tutub hərəkət etməsinin qarşısını almışdır. Rüqəyya qışqıraraq səs-küy salmağa başlamışdır. O da həmin vaxt divarın arxasından çıxıb qaçaraq onlara tərəf yaxınlaşmış və əlləri ilə Rüqəyyanın ağzından tutub səs-küy salmasına imkan verməmişdir. Elşad Rüqəyyanın belindən tutub qucağında həyət darvazasından küçəyə çıxarmış, o da həmin vaxt bir əli ilə Rüqəyyanın ağzından tutub səsinin çıxmasının qarşısını almış, digər əli ilə isə sağ qolunu tutaraq hərəkət etdirməsinə mane olmuşdur. Rüqəyyanı həyətdən darvazanın qarşısına çıxarıb ora gəldikləri “Vaz-2106” markalı avtomobilin arxa oturacağına əyləşdirmək istəmişlər. Rüqəyya onlara müqavimət göstərib əllərindən çıxmağa çalışsa da onlar onu möhkəm tutduqları üçün Rüqəyya əllərindən çıxa bilməmişdir. O, avtomobilin sağ arxa qapısını açıb Elşadla birlikdə Rüqəyyanı ora yerləşdirmişlər. Rüqəyya qışqırıb səs-küy salsa da Mahirə ona sakit qalmasını demişdir. Mahirə Rüqəyyaya “Bu iş olubdur, Allah xeyrinizi versin. Sənə Bakı şəhərində ev alacam, Rafiq də Bakıda işləyir, orada xoşbəxt yaşayarsınız” sözlərini deyərək sakitləşdirməyə çalışmışdır. Lakin, Rüqəyya Mahirənin bu sözləri ilə razılaşmayıb onu buraxmalarını istəmişdir. Bundan sonra Elşad avtomobilin sükanı arxasında əyləşib avtomobili işə salmışdır. Mahirə Rüqəyyanın sol tərəfində, o, isə sağ tərəfində əyləşib onun hərəkət etməsinin qarşısını almışlar. Elşad avtomobillə onları Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən yaşadıqları evə aparmış və təxminən həmin gün, saat təxminən 16 radələrində onun yaşadığı evə çatmışlar. Rüqəyya avtomobildən könüllü şəkildə düşüb Elşadın yaşadığı evə daxil olmuşdur. Həmin evdə olan zaman Rüqəyya şüşə stəkanı sındırıb özünə xəsarət yetirmək istəmişdir. Lakin, o, stəkan parçasını onun əlindən almışdır. Təxminən 1 saat sonra Elşadın anası Minurə evə gəlmiş və Rüqəyyanı orada görüb salamlaşmışdır. Rüqəyya Minurəyə və onun qudası Zülfiyyəyə məcburi qaçırılmasını desə də onlar Rüqəyyaya sakitləşməsini, onların xoşbəxt olacaqlarını demişlər. Həmin vaxt atası Sabirlə telefonla danışarkən sonuncu, onları polisin axtarmasını və Eşadgildə olmalarından məlumatlı olduqlarını bildirmişdir. Bundan sonra saat 22 radələrində Rüqəyyanı ora gəldikləri avtomobilə əyləşdirmişlər. Mahirə avtomobilin arxa oturacağında onun yanında əyləşmişdir. O isə sükan arxasında əyləşib avtomobili Elşadgilin həyətindən sürüb çıxararaq dostu Şahid3 işlədiyi Cəlilabad rayonu, Günəşli kəndində yerləşən fermaya getməyi qərara almışdır. Daha sonra avtomobili idarə edərək 02 iyun 2023-cü il tarixdə, saat 01 radələrinə qədər torpaq örtüklü yolla hərəkət etdikdən sonra boş sahədə avtomobili ağacın altında saxlamışdır. Avtomobili saxladıqdan sonra Ramilə zəng edərək qız qaçırdığını bildirib onun qaldığı fermaya gəlmək istədiyimi bildirmiş, Ramil isə ona etiraz etməyib gəlməsini bildirmişdir. 02 iyun 2023-cü il, saat 05 radələrinə qədər avtomobildə əyləşib yatdıqdan sonra yuxudan oyanıb avtomobili idarə edərək Cəlilabad rayonu, Günəşli kəndinə getmişlər. Avtomobili saxladıqdan sonra o, Mahirə və Rüqəyya avtomobildən düşüb həmin fermada olan yaşayış evinə daxil olmuşlar. O, Ramilə zəng edib ondan fermaya çatdıqlarını demiş, Ramil isə işi olduğunu bildirib fermaya gələcəyini demişdir. 02 iyun 2023-cü il, saat 12 radələrinə qədər fermada gözləmişlər. Həmin müddətdə də Rüqəyya onu evlərinə qaytarmalarını demişdir. Həmin gün saat 12 radələrində Ramil fermadakı evə gəlmişdir. Ramil gələnə qədər Rüqəyyanı məcburi qaçırmasından məlumatı olmamışdır. Saat 14:30 radələrində o, Ramilin mobil telefonu ilə Rüqəyyanın anası Arzuya zəng etmiş, lakin o, zəngə cavab verməmişdir. Təxminən 10 dəqiqə sonra başqa bir nömrədən Ramilə zəng gəlmiş, Ramil telefonu açdıqdan sonra danışan şəxsin Rüqəyyanın bacısı Minə olduğunu bildikdən sonra telefonu söndürmüşdür. Ramil Mahirəyə və ona tanıdığı yaxşı molla olduğunu, onun yazdığı duaların tutduğunu, buna görə də həmin mollanın yanına gedib “Şirinlik” duası yazdırmağı təklif etmişdir. Mahirə də bununla razılaşıb Ramillə birlikdə getməyi qərarlaşdırmışdır. Həmin gün saat 17 radələrində Mahirə Ramillə birlikdə dua yazdırmağa getmişdir. Anasıgil getdikdən sonra o, Rüqəyyaya onunla təbii yolla cinsi əlaqə olmaq və bu işi qurtarmaq istədiyini bildirmişdir. Rüqəyya isə ona razı olduğunu bildirmişdir. Artıq həmin vaxt Rüqəyya ona qarşı yumuşalmış və sakitləşmişdir. Onlar soyunmuşlar və o, gərginləşmiş vəziyyətdə olan cinsi orqanını Rüqəyyanın cinsi orqanına daxil edib cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olarkən Rüqəyyanın cinsi orqanından qan gəlmiş və bakirəliyi pozulmuşdur. Cinsi əlaqədən sonra hər ikisi paltarlarını geyinmişlər. Bundan sonra Rüqəyya ilə birlikdə həyətə düşmüşlər. Həyətdə təqribən bir saat qalmışlar. Rüqəyya yemək istədiyini bildirib ona yemək verməsini demişdir. Buna görə də onlar fermadakı evə daxil olmuşlar. Rüqəyya ona “baxma mənə utanıram, üzünü çevir yemək yeyim” demişdir. O da bundan sonra otaqdakı çarpayının üzərində uzanıb sağ böyrü üstə üzü divara tərəf uzanmışdır. Rüqəyya isə çarpayının yanındakı kiçik masanın üzərinə qoyduğu yeməyi yeməyə başlamışdır. 1-2 dəqiqə sonra sol qarın nahiyəsinə nəsə batdığını hiss etmişdir. O, arxaya çöndükdə Rüqəyyanın əlindəki bıçaqla onu vurduğunu görmüşdür. Rüqəyyanın əlindəki bıçaq mətbəx bıçağı olmuşdur. Rüqəyya bir dəfə bıçaq vurduqdan sonra yenidən ona bir dəfə zərbə vurmaq istəmişdir. Həmin vaxt o, əli ilə Rüqəyyanın əlindən tutduğu üçün həmin bıçağın ucu sol qabırğa nahiyəsinə azacıq batmışdır. Bundan sonra bıçağı Rüqəyyanın əlindən almışdır. O, Rüqəyyadan niyə belə etdiyini soruşduqda sonuncu, ona evə getmək istədiyini bildirmişdir. O isə ona ortalıq sakitləşdikdən sonra evə gedəcəklərini demişdir. Bundan sonra Rüqəyya ilə birlikdə yenidən həyətə düşmüşlər. Həyətdə təqribən bir saat qalmışlar. Həyətdə olduqları vaxt üzərində olan kağız və qələmi Rüqəyyaya verərək onunla könüllü olaraq qaçması barədə ərizə yazmasını demişdir. Rüqəyya isə evə getdikdən sonra ərizə yazacağını bildirmişdir. Həyətdə olduqarı müddətdə Rüqəyya yalvararaq ona xəsarət yetirməsi barədə heç kimə məlumat verməməsini demişdir. Bir qədər sonra Mahirə və Ramil fermaya gəlmişlər. Ramilin avtomobili saxlamasından sonra anası Mahirə avtomobildən düşüb onun qarnından xəsarət aldığını görüb onlardan nə baş verdiyini soruşmuşdur. O da anasına bıçaqla öz-özünə xəsarət yetirdiyini bildirib onu həkimə çatdırmalarını demişdir. Bundan sonra hamısı atasına məxsus avtomobilə əyləşmişdir Ramil yaxşı avtomobil idarə edə bilmədiyi üçün avtomobili o özü idarə etmişdir. Mahirə və Rüqəyya arxa oturacaqda, Ramil isə qabaq sağ oturacaqda əyləşmişdir. Təxminən 30 dəqiqə sonra Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən qəbiristanlığın yanında avtomobilin ötürücü qutusunda nasazlıq yarandığına görə, həm də səhhəti pisləşdiyinə görə məcbur olub avtomobili saxlamışdır. O, yavaş-yavaş huşunu itirmişdir. Ramil həmin vaxt təcili yardıma zəng etmişdir. Səhhəti pisləşdiyi üçün Ramil onu Mahirə ilə birlikdə yoldan keçən avtomobillərin biri ilə Günəşli kənd xəstəxanasına göndərmişdir. Ramil və Rüqəyya isə orada qalmışdır. Həmin vaxt səhhəti yaxşı olmadığı üçün Ramil və Rüqəyyadan hara gedəcəklərini soruşmamışdır. Onlar Günəşli kənd xəstəxanasına çatan zaman təcili tibbi yardım avtomobili həmin yerə gəlib onu Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmış, Mahirə də onunla birlikdə getmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, nişanlısı Zəhranın qardaşı Rafiq X3çırmasından məlumatı olmamışdır. 01 iyun 2023-cü il tarixdə nişanlısı Zəhranın evinə getmiş, Rafiq ona Ruqəyya adlı qızı sevidiyini, onu qaçırmaq istəməsini, qızın ona razılıq verməsini demişdir. Onlar Ruqəyyanın evinə getmişlər, Rafiq qızı avtombilə otuzdurub getmişlər. Avtombildə bir qədər getdikdən sonra Rafiqlə Ruqəyya arasında narazılıq olmuş, Rafiqə Ruqəyyanın onunla qaçmasına razılığının olmamasını demiş, Rafiq də ona onun ailə işinə qarışmamasını demiş, o Ruqəyyanın Rafiqlə qaçmağa razılığının olmadığı görüb avtombili saxlatdırıb düşmüşdür. X7çmasına razılığının olmamasını bilməmiş, bunu avtombildə olarkən bilmişdir. Əməlindən peşmandır, hadisənin bu qədər ciddi olmasını bilməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs2 verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 09 radələrində yuxudan oyanıb nişanlısı Zəhranı görmək üçün Biləsuvar rayonuna getmişdir. Yemək yedikdən sonra o, Rafiqə evə getmək istədiyini dedikdə sonuncu və Mahirə də onların yaşadığı evə getdiyini bildirmişlər. Bundan sonra Rafiq atası Şahid6 məxsus olan VAZ-2106 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib həmin avtomobili işə salmışdır. O, həmin avtomobilin qabaq sağ oturacağında, Mahirə isə arxa oturacağında əyləşmişdir. Bundan sonra Rafiq idarə etdiyi avtomobillə evdən çıxdıqdan sonra Firudinin yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. O, Rafiqdən hara getdiklərini soruşduqda sonuncu, ona “adam var onu götürüb gedəciyik” demişdir. Yolda hərəkətdə olan zaman Arzu Rafiqə zəng etmişdir. Rafiq telefona cavab verib telefonu səs ucaldıcıya qoymuşdur. Arzu telefonda Rafiqə “qız qapının ağzında sizi gözdüyür, siz ora getdikdə maşına minəcək” sözlərini demişdir. Arzu ilə danışdıqdan sonra Rafiq ona Rüqəyyanı qaçırmağa getdiyini bildirmişdir. Onlar Firudinə məxsus darvazanın qarşısına çatdıqda sonradan adının Rüqəyya olmasını bildiyi qızın darvazanın qarşısında dayandığını görmüşdür. Həmin vaxt Rüqəyyanın yanında azyaşlı bir qız da olmuşdur. Rafiq avtomobili saxladıqdan sonra Rüqəyya avtomobilin arxa sağ qapısını açıb avtomobilə əyləşmiş, darvazanın qarşısında dayanmış azyaşlı qız isə orada qalmışdır. Rüqəyya avtomobilə əyləşdikdən sonra Rafiq avtomobili idarə edərək onun yaşadığı kənd istiqamətdə getmişlər. Yolda olarkən, təxminən Biləsuvar rayonu, Mahmudçala adlanan ərazidə Rafiq və Rüqəyya arasında sözlü mübahisə yaranmışdır. Mübahisədən sonra Rüqəyya Rafiqə onu geri qaytarmasını bildirmişdir. Lakin, Rafiq onu geri qaytarmayacağını demişdir. Həmin vaxt Mahirə Rüqəyaya sakitləşməsini və hər şeyin yaxşı olacağını demişdir. Daha sonra Rüqəyya ondan onu geri qaytarmasını xahiş etmişdir. O isə Rüqəyyaya onların işinə qarışmayacağını bildirmişdir. Lakin, Rafiqə Rüqəyyanın onunla evlənmək istəmədiyini, buna görə də onu geri qaytarmasını demişdir. Rafiq isə onun sözünə əhəmiyyət verməmişdir. O, yol boyu Rafiqə dəfələrlə avtomobili saxlamasını və avtomobildən düşəcəyini bildirmişdir. Lakin, Rafiq yolda avtomobili saxlamamışdır. Həmin gün, saat təxminən 16 radələrində onun yaşadığı evə çatmışlar. Rüqəyya avtomobildən könüllü şəkildə düşüb evə daxil olmuşdur. Bir qədər sonra anası Minurə, qudaları Zülfiyyə və bacısının əri Elvin yaşadığı evə gəlmişlər. Anasıgil gəldikdən sonra işə gedəcəyi üçün evdən çıxıb Qusar rayonuna getmişdir. Anasıgil, Rüqəyya, Rafiq və Mahirə isə yaşadığı evdə qalmışlar. Sonradan anası Minurə ilə telefonla danışarkən sonuncu, ona Rüqəyya Rafiqlə evlənməyə razı olmadığı üçün Rafiq və Mahirəyə Rüqəyyanı evlərinə qaytarmalarını və yaşadıqları evdən çıxıb getmələrini dediyini, buna görə də Rafiq və Mahirənin Rüqəyyanı yaşadıqları evdən apardıqlarını və həmin vaxtdan sonra onlardan məlumatı olmadığını demişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qsimində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 ona Ruqəyya Abdullazadə ilə bir birlərini sevdiyini bildirmişdir. Oğlu Rafiq ona Ruqəyyanın anası Təqsirləndirilən şəxs4 ona zəng edərək qızı Ruqəyyanı götürüb evinə aparmağa razılıq verdiyini bildirmişdir. Oğlu Rafiq ona qızın maşında tək qalmaması üçün onunla birlikdə getməsini xahiş etmiş. O, da Elşad və Rafiqlə birlikdə Ruqayyənin olduğu dayısının evinə getmişlər. 01 iyun 2023-cü il tarixdə, günorta saatlarında Rafiq Ruqəyyanı götürüb maşina otuzdurmuşdur, oradan getmişlər. Ruqəyyanın anası Arzu bizə qızının qardaşı gildə olmasını, gedib oradan götürməsini demişdir. Onlar avtombili saxlayanda Ruqəyya qapıda olmuşdur, onlar da qızı götürüb getmişlər. Ruqəyyanı Rafiqin dostunun evinə aparmışlar. Sonra o mağazaya getmiş, qayıdanda oğlunun birtəhər olduğunu görmuş, nə baş verdiyini soruşduqda oğlu Rafiq ona özü-özünü bıçaqladığını demişdir. X39 bıçaqladığını öyrənmişdir. Ruqəyya 2-3 gün onlarda qalmışdır, Ruqəyyanı evlərinə gəlin aparmışlar. Ruqəyyanı heç kəs zorla qaçırtmamışdır. Ruqəyya onlarda sərbəs olmuş, evdə gəzmiş, ona heç bir məhdudiyyət qoyulmamışdır. Əməlindən peşmandır, məhkəmədən ona güngül cəza verilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs3 oğlunun verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadələsi elan edilmişdir. Həmin ifadədə göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə günorta saatlarında o, oğlu Rafiq və Elşadla Rüqəyyanın qaldığı evin qarşısına getmişlər. Rüqəyyanı aldatmaq üçün Elşad Firudini çağırıb Rüqəyyaya onun atası Firudinə pul verməli olduğunu deyəcəkdi. Elşadın səsinə Rüqəyya, onun ardınca isə əmisi qızı azyaşlı Ürfət evin girişindəki pilləkənə çıxdı. Elşad Rüqəyyanın onun sağ qolundan tutub özünə tərəf çəkmiş, daha sonra belindən tutmuş, Rafiq də onlara tərəf yaxınlaşmış və əlləri ilə Rüqəyyanın ağzından tutub səs-küy salmasına imkan verməmişdir. Elşad Rüqəyyanın belindən tutub qucağında həyət darvazasından küçəyə çıxarmış, Rafiqlə birlikdə Rüqayyəni maşına mindirmişlər. Rüqayyəni ilk olaraq Elşad yaşadığı evə oradan isə Rafiqin dostu Ramil adlı şəxsin fermasına aparmışlar. 02 iyun 2023-cü il tarixdə fermada yemək yedikdən sonra Rüqəyya yenə də evə getmək istədiyini dediyi üçün Ramil ona və Rafiqə tanıdığı dil-ağız bağlayan yaxşı molla olduğunu, onun yazdığı duaların tutduğunu, buna görə də həmin mollanın yanına gedib dua yazdırmağı təklif etmişdir. O da bununla razılaşıb Ramillə birlikdə getməyi qərarlaşdırmışlar və həmin gün saat 17 radələrində Ramillə birlikdə dua yazdırmağa getmişlər. Ramil avtomobillə Biləsuvar rayonu, Cürəli kəndində Günay adlı baxıcının evinə aparmışdır. Günay adlı baxıcının evinə getdikdən sonra Ramillə birlikdə avtomobildən düşüb həyətə daxil olmuşlar. X52 salamlaşıb Rafiqin Rüqəyya adlı qızı qaçırdığını, Rüqəyyanın ailəsinin polisə şikayət etdiyini bildirib qızın və ailəsinin razı olması üçün kömək etməsini bildirmişdir. Günay isə ona heç bir kömək edə bilməyəcəyini, oğlu üçün nicat yolu olmadığını bildirmişdir. Günay adlı qadın ona bundan başqa, Rafiqin Rüqəyyanın anası ilə birlikdə bir neçə dəfə onun yanına gələrək kömək istədiyini, həmin vaxtlarda Rafiqə və Rüqəyyanın anasına qızı qaçırmamalarını, əks halda polisə düşəcəklərini dediyini bildirmişdir. Bundan sonra fermaya getmişlər. Fermanın həyətinə çatan zaman Rafiqlə Rüqəyyanın əl-ələ tutduğunu, Rafiqin qarnından xəsarət aldığını, Rüqəyyanın isə ayaqlarından xəsarət aldığını görmüşdür. Rüqəyya öz-özünə xəsarət yetirməsini bildirmişdir. Rafiqdən nə baş verdiyini soruşduqda o, bıçaqla öz-özünə xəsarət yetirməsini bildirmiş, onu həkimə çatdırmasını istəmişdir. Rafiqi xəstəxanaya yerləşdirdikdən sonra onu valideynlərinə təhvil verəcəyini desə də Rüqəyya onlarla getməmişdir. Buna görə də Ramil və Rüqəyya orada qalmışdır. Onlar Günəşli kənd xəstəxanasına çatan zaman təcili tibbi yardım avtomobili həmin yerə gəlib Rafiqi Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. O da Rafiqlə birlikdə Cəlilabad RMX-ya getmişdir. Orada Rafiq cərrahi əməliyyat olunmuşdur. Rafiq sonradan Rüqəyyanın bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. O, sonradan öyrənmişdir ki, Rafiq Rüqəyya ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Ruqəyya Abdullazadənin onunla qaçmağa razı olması, Ruqəyyanın razılığı ilə onunla cinsi əlaqədə olması, Ruqəyyanı zorla avtombilə otuzdurmaması, Ruqəyyanın razılığı ilə onu qaçırması”, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “X22 Mirzəzadə ilə qaçmasına razılığının olmamasını bilməməsi, Ruqəyya Mirzəzadəni qaçırdıqdan bir qədər sonra avtombildən düşməsi”, Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zamanı verdiyi ifadəsində “Ruqəyya Abdullazadənin onların avtombilinə özünün oturması, zorla qaçırmaması, onun oğlu Təqsirləndirilən şəxs1 istəməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qsimində dindirilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək müdafiəçisinin iştirakı ilə dindirilərkən ona həmin maddə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarından Rafiq onun qızı Rüqəyyanı sevdiyini və onunla evlənmək istədiyini demişdir. O, Rafiqi və onun ailəsini tanıdığı üçün Rüqəyyanın evlənməsinə razı olmuşdur. Buna görə də Rafiqin anası Mahirə yaşadığı evə elçi gəlmişdir. Lakin, Rüqəyya Rafiqlə evlənmək istəmədiyini ona və əri Firudinə demişdir. Onlar da bu barədə Rafiqin ailə üzvlərinə məlumat vermişlər. Rüqəyya Rafiqlə evlənməyə razı olmadığı üçün böyük qızı Minə də onların evlənməsinə razılıq verməmişdir. Bütün bunlara baxmayaraq o, Rafiqin yaxşı xasiyyətli, zəhmətkeş oğlan olduğunu düşündüyü üçün Rüqəyyanın Rafiqlə evlənməsini istəmişdir. Dəfələrlə Rüqəyya ilə danışıb onu yola gətirməyə çalışmışdır. Rafiq isə ona Rüqəyya könüllü olaraq evlənməyə razı olmayacağı halda onu qaçıracağını demişdir. O da Rafiqə Rüqəyya özü razı olmayacağı halda onu qaçırmasını demişdir. 31 may 2023-cü il tarixdə saat 10-11 radələrində Rüqəyya Bakı şəhərindən yaşadığı evə gəlmişdir. Rüqəyyanın gələcəyi barədə Rafiqə, eləcə də Mahirəgilə məlumat vermişdir. Rafiq özü də ondan 3-4 gün əvvəl Bakı şəhərindən yaşadıqları kəndə gəlmişdir. 01 iyun 2023-cü il tarixdə, səhər saatlarında danışarkən Rafiq ona Rüqəyyanı həmin gün qaçıracağını demişdir. O da Rafiqə Rüqəyyanın onunla birlikdə qardaşı İsafilin evinə gedəcəyini, Rüqəyyanı da yolla gedərkən qaçırmasını demişdir. 01 iyun 2023-cü il, saat 12 radələrində Rüqəyya əmisi qızı Ürfətlə birlikdə yaşadığı evə gəlmişdir. Rüqəyya gəldikdən sonra İsagilə getmək istədiyini deyib onun da gedib-getmədiyini soruşmuşdur. Rüqəyya isə daha sonra ora gələcəyini bildirmişdir. O da buna görə qızı Zəmirə ilə birlikdə evdən çıxıb qardaşı İsagilə getmişdir. O, evdən çıxarkən Rafiqə zəng edərək evdən çıxdığını, Rüqəyyanın da ardınca gələcəyini və həmin vaxt da qaçırmasını deyib telefonu söndürmüşdür. Saat 13 radələrində qayını arvadı Mətanət ona zəng edərək Rafiqin həyətdən Rüqəyyanı qaçırdığını bildirmişdir. O da bundan sonra İsagildən çıxıb öz yaşadığı evə getmişdir. Həmin vaxt ora çoxlu sayda adam toplaşmışdır. Saat 15 radələrində Minə ona zəng edərək Rüqəyyanın qaçırılması barədə polisə məlumat verməsini demişdir. O isə bundan sonra əri Firudinə zəng edərək Minənin Rüqəyyanın qaçırılması ilə bağlı polisə məlumat verməsini bildirdiyini demişdir. Firudin isə həmin vaxt ona polisə zəng etməməsini, yolda olduğunu, özü evə gəldikdən sonra məsələni yoluna qoyacağını bildirmişdir. O da buna görə polisə məlumat verməmişdir. Lakin bir müddət sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşı yaşadığı evə gəlmişdir. Həmin əməkdaşa Rüqəyyanın qaçırılması ilə bağlı izahat vermişdir. Lakin, izahatında da Rüqəyyanın qaçırmış şəxslərlə danışdığını deməmişdir. Düşünmüşdür ki, Rüqəyya evlənməyə razı olacaq və buna görə də bu məsələ bağlanacaqdır. 02 iyun 2023-cü il, saat 20-21 radələrində Rafiqin bıçaqlandığı üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına aparıldığını, Rüqəyyanın isə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparıldığını öyrənmişdir. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşadığı müddətdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən atası Firudinə məxsus olan evə aradabir gəlib-getmişdir. Rafiq onun həmkəndlisidir. Rafiqin atası Sabirlə onun atası Firudinin dostluq münasibətləri vardır. 2022-ci ilin yay aylarından Rafiq onunla evlənmək istədiyi üçün valideynləri elçi gəlmişlər, lakin o, Rafiqlə evlənmək istəmədiyini valideynlərinə demişdir. Onlar da bu barədə Rafiqin ailə üzvlərinə məlumat vermişlər. Buna baxmayaraq anası Arzu onun Rafiqlə evlənməsini istəmişdir. Rafiq onun nömrəsinə müxtəlif mobil nömrələrdən Whatsap proqramı vasitəsilə mesajlar yazaraq və zənglər edərək narahat etdiyi üçün onun bütün nömrələrini bloka salmışdır. 03 iyun 2023-cü il tarixdə dayısı oğlu Şahid8 qızı Kövsərin toyu olacaqdı. Toyda iştirak etmək üçün, həm də valideynlərinə baş çəkmək üçün 31 may 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhərindən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən atası Firudinə məxsus evə gəlmişdir. Həmin gün axşam saatlarında qonşuluqda yerləşən mərhum əmisi Nadirə məxsus evə qonaq getmiş və orada azyaşlı əmisi qızı Ürfətlə birlikdə qalmışdır. 01 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Ürfətlə birlikdə atası Firudinə məxsus evə getmişdir. Həmin vaxt anası Arzu və azyaşlı bacısı Zəmirə evdə olmuşdur. Saat 12 radələrində anası Arzu azyaşlı bacısı Zəmirə ilə birlikdə dayısı İsa Zəkiyevin evinə getmişdir. Anası gedərkən ondan da onunla birlikdə gedib-getmədiyini soruşmuşdur. O isə ona sonra gələcəyini bildirmişdir. O isə Ürfətlə birlikdə evdə qalmışdır. Həmin gün saat 13 radələrində həyətdən səs gəlməsini və kiminsə atası Firudini çağırmasını eşitmişdir. Buna görə də Ürfətlə birlikdə evin pilləkəninə çıxmışdır. Bu zaman həyətlərinə daxil olaraq evin qarşısına gəlmiş əvvəllər tanımadığı, sonradan Rafiqin bacısının nişanlısı Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs onlardan hansının Firudinin qızı olduğunu soruşmuş, o da özünün Firudinin qızı olduğunu demişdir. Həmin şəxs cibindən bir neçə ədəd 1 manatlıq əsginas çıxarıb həmin pulu atasına verməli olduğunu demiş və verəcəyi pulu atasına çatdırmasını istəmişdir. Bundan sonra evin pilləkəni ilə bir neçə pillə yuxarı qalxıb ona yaxınlaşaraq cibindən çıxardığı pulu ona tərəf uzatmışdır. O da Elşadın verdiyi pulu alan zaman sonuncu, onun sağ qolundan tutub özünə tərəf çəkmiş, daha sonra belindən tutub hərəkət etməsinin qarşısını almışdır. O da qışqıraraq səs-küy salmışdır. Həmin vaxt Rafiq qaçaraq ona tərəf yaxınlaşmış və əlləri ilə ağzından tutub səs-küy salmasına imkan verməmişdir. Elşad onun belindən tutub qucağında həyət darvazasından küçəyə çıxarmış, Rafiq isə bir əli ilə ağzından tutub səsinin çıxmasının qarşısını almış, digər əli ilə isə sağ qolunu tutaraq hərəkət etdirməsinə mane olmuşdur. Həmin vaxt əmisiqızı Şahid1 ardınca gələrək səs-küy salaraq kömək istəmişdir. Darvazanın qarşısında dayanmış qırmızı rəngli “Vaz-2106” markalı avtomobilin arxa oturacağına əyləşdirmək istəmişlər. O, həmin şəxslərə müqavimət göstərib əllərindən çıxmağa çalışmışdır. Buna görə də Rafiq yumruqla başından vurmuş, daha sonra avtomobilin arxa sağ qapısını açaraq avtomobilə zorla yerləşdirmişdir. Həmin vaxt avtomobilin arxa oturacağında əyləşmiş Rafiqin anası Mahirə isə əlləri ilə saçından və sol çiynindən tutaraq özünə tərəf çəkmiş və onun avtomobilə zorla yerləşdirilməsində Rafiqə köməklik göstərmişdir. Daha sonra Rafiq avtomobilin arxa oturacağında onun sağ tərəfində əyləşmişdir. Orada Rafiq bir əli ilə ağzından, digər əli ilə isə başının arxasından tutub başını aşağı əyərək hərəkət etməsinin, səs-küy salmasının və onu avtomobildə başqa şəxslərin görməsinin qarşısını almışdır. Mahirə isə hər iki əlini tutaraq özünə tərəf çəkib saxlamışdır. Elşad avtomobilin sükanı arxasında əyləşib avtomobili Bağbanlar kəndi istiqamətində hərəkət etdirmişdir. Yolda olarkən o, avtomobilin sürətlər qutusuna əl ataraq Elşada avtomobili saxlamasını və onu zorla qaçırmalarına görə barələrində polisə şikayət edəcəyini bildirmişdir. Elşad isə heç kimin ona heç nə edə bilməyəcəyini və həmin gün axşam Gürcüstana uçacağını bildirmişdir. Elşad həmin avtomobillə onları torpaq örtüklü yollarla təxminən 2 saat sonra Neftçala rayonu, Qaçaqkənd kəndində yerləşən özlərinə məxsus olan evə aparmışdır. O, Elşadın yaşadığı evin həyətində avtomobildən düşmək istəmədiyi üçün Mahirə onu nalayiq ifadələrlə söyüb-təhqir etmiş, qollarından və saçından əlləri ilə tutub dartaraq avtomobildən çıxarmışdır. Daha sonra isə Mahirə və Rafiq qollarından tutaraq onu məcburi şəkildə Elşadın yaşadığı evə aparmışlar. Həmin vaxt evdə heç kim olmamışdır. Həmin evdə olduqları müddətdə də Elşad, Rafiq və Mahirəyə onu yaşadığı evə qaytarmalarını desə də onlar onu qaytarmayacaqlarını demişlər. 1-2 saat sonra adını sonradan bildiyi Elşadın anası Minurə adlı qadın evə gəlmişdir. Minurə onunla salamlaşıb “evimizə gəlin gəlib” deyərək onu öpmüşdür. O isə Minurəyə Rafiq, Elşad və Mahirənin onu məcburi şəkildə qaçırmasını bildirmiş və buna görə də ona köməklik göstərməsini xahiş etmişdir. Minurə isə heç bir köməklik göstərməmişmişdir. Minurənin evində olan zaman Rafiqin bacısı Zəhra nişanlısı Elşada zəng edərək onları polisin axtarmasını bildirib onlardan gizlənmələrini istəmişdir. Minurə gəldikdən sonra adını bilmədiyi qudası olan qadın və bir nəfər oğlan da onlara gəlmişdir. Bundan başqa, həmin gün saat 20 radələrində Zəhra Minurəyə zəng etmişdir, Minurə də telefonu səsucaldana qoyub danışmasını istəmişdir. O, telefonla danışan zaman onunla danışan şəxsin dayısının gəlini Azadə olmasını bilmişdir. Lakin, Elşadın mobil telefonda onun səsinin çıxmaması üçün mikrofonu bağlamasını görüb həmin mikrofonu açaraq yalnız “Sizin barənizdə polisə şikayət edəcəm” sözlərini demişdir. Azadə isə Minənin onun qaçırılması barədə Rafiq, Mahirə və Elşad barəsində Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini bildirmişdir. Bundan sonra Minurə telefonu götürüb otaqdan çıxmışdır. Hətta Minurənin qızının qayınanası olan Zülfiyyə adlı qadına məcburi qaçırılmasını dediyi üçün həmin qadın da Minurədən ona köməklik göstərməsini istəmişdir, bununla bağlı Minurə ilə evin başqa otaqlarının birində mübahisələri də yaranmışdır. Polislərin onları axtarmasını öyrəndikdən sonra həmin otağa Rafiq, Elşad və Mahirə aradabir gəlib könüllü qaçmasına dair ərizə yazması barədə yalvarmışlar. Lakin, onlara belə bir ərizə yazmayacağını demişdir. Hətta Rafiq bir dəfə tək qaldığı otağa gəlib kağız və qələm verərək qollarından tutub onu könüllü qaçması barədə ərizə yazmağa məcbur etmişdir. Lakin, o, Rafiqi kənara itələyib ərizə yazmağayacağını demişdir. Daha sonra Rafiq ərizə yazmadığı halda onunla zorla cinsi əlaqədə olacağını və ondan sonra məcbur qalıb onunla evlənməyə razı olacağını demişdir. O yenə də ərizə yazmayacağını dedikdən sonra Rafiq onun əynindəki paltarları çıxarmağa çalışmışdır. O, isə qışqıraraq onu kənara itələmişdir. Həmin vaxt evdə çoxlu adam olduğu üçün Rafiq “yaxşı, yaxşı sakit qal” deyib otaqdan çıxmışdır. Minurə artıq polislərin onun olduğu yeri bildiyi üçün onu evdən aparmalarını demişdir. Rafiq və Mahirə isə yalandan onu yaşadığı evə aparacaqlarını demişdir. O, hətta Minurəyə onlarla birlikdə getməsini və onu qohumlarına təhvil vermələrini desə də Minurə işləri olduğunu deyib gedə bilməyəcəyini bildirmişdir. Bundan sonra Rafiq və anası Mahirə onu yenidən Vaz-2106 markalı avtomobilə məcburi əyləşdirmişlər. Bundan sonra Rafiq avtomobili idarə edərək Elşadgilin həyətindən çıxarıb 20 dəqiqə yol gedib kəndin arxa tərəfində yerləşən boş olan torpaq sahəsində ağacın altına tərəf aparmışdır. Yolda olduqları müddətdə və orada Rafiq bir neçə dəfə telefonla danışmışdır. Lakin, kiminlə danışdığını bilməmişdir. Rafiq avtomobili orada saxladıqdan sonra əyləşdiyi sürücü oturacağında yatmışdır. Mahirə isə avtomobilin arxa oturacağında onun yanında yatmışdır. Avtomobilin arxa qapılarının içəri tərəfdən açılması üçün nəzərdə tutulmuş hissələri sındırıldığı və yararsız hala salındığına görə avtomobilin qapısını aça bilməmişdir. 02 iyun 2023-cü il tarixdə, saat 05 radələrinə qədər Neftçala rayonu, Qaçaqkənd kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-2106 markalı avtomobildə qalmışlar. Daha sonra Rafiq oyanaraq həmin avtomobili idarə edərək torpaq örtüklü yollarla təxminən 3 saat yol getdikdən sonra onları Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən tanımadığı bir fermaya aparmışdır. Rafiq yolu yaxşı tanımadığı üçün dəfələrlə avtomobili saxlayıb yolda olan şəxslərdən gedəcəkləri yolu soruşmuşdur. Rafiq idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşıb onları fermaya aparmışdır. Otlaq sahəsində yerləşən fermaya çatdıqdan sonra Rafiq adını sonradan bildiyi Ramil adlı şəxsə zəng vurmuşdur. Lakin, Ramil onun zənginə cavab verməmişdir. Bundan sonra Rafiq və anası Mahirə onu məcburi şəkildə avtomobildən yerə düşürüb fermada yaşamaq üçün nəzərdə tutulmuş evə aparmışlar. Həmin evin girişdən birinci otağında Mahirə onunla birlikdə qalmışdır. Rafiq isə fermanın həyətinə düşmüşdür. 02 iyun 2023-cü il, saat 11 radələrində fermada işləyən Ramil adlı şəxs oraya gəlmişdir. Saat 15 radələrində Ramil Rafiqə məxsus avtomobillə Günəşli kəndinə mağazaya getmişdir. Ramil fermada olmadığı müddət ərzində Rafiqə onunla evlənmək və fermada qalmaq istəmədiyini dediyim üçün o sillə və yumruqla bədəninin müxəlif nahiyələrindən vuraraq onu döymüşdür. Bir qədər sonra təbii ehtiyaclarını ödəmək istədiyini bildirdiyi üçün Rafiq buna görə onu həyətə düşürmüşdür. O, həyətdə olan ayaqyolunda təbii ehtiyaclarını ödədidkən sonra əlini yuyub üzünə su vurmuşdur. Həmin vaxt fermanın həyətində, yerdə olan şüşə parçası götürüb belində gizlətmişdir. Həmin müddətdə Rafiq ondan könüllü qaçması barədə ərizə yazmasını tələb etmişdir. Lakin, o, ərizə yazmayacağını demişdir. Daha sonra Rafiq yenidən onu evə aparıb özü həyətə qayıtmışdır. Həmin müddətdə Mahirə evin girişin hissəsindəki mətbəx kimi istifadə olunan otaqda nəsə iş görmüşdür. Bir qədər sonra Rafiq tövlə tərəfdən evə gəlib əlində tüfəng içəri girib tüfəngi ona tərəf tuşlayaraq könüllü qaçması barədə ərizə yazmayacağı halda onu tüfənglə vurub öldürəcəyi ilə hədələmişdir. Tüfəngin üzərində patron olub-olmasından məlumatı olmamışdır. Lakin, o yenə də Rafiqə ərizə yazmayacağını demişdir. Rafiqin anası Mahirə də həmin vaxt qapının ağzından onlara baxmışdır. Mahirə onun ərizə yazmayacağını görüb Rafiqə tüfəngi yığışdırmasını demişdir. Rafiq tüfəngi otağa qoyduqdan sonra yenidən onun yanına gəlmişdir. Bir qədər sonra Rafiq evin dəhlizinə tərəf çıxmışdır. O, evin girişdən 1-ci otağında tək olduğu vaxt otaqda evin içərisində həyətdən götürdüyü şüşə parçası ilə sol qolundan kəsərək özünü öldürmək istəmişdir. Lakin, şüşə ilə sol qolunu yaxşı kəsə bilməmişdir. Bundan sonra evin otağının pəncərəsində ümumilikdə 40 ədəd “Deksametazon” adlı dərman həbini görüb həmin dərmanları özünü öldürmək məqsədilə atmışdır. Buna görə də onun halı pisləşmişdir. Rafiq də otağa gəldikdən sonra halının pisləşməsinin səbəbini soruşmuşdur. O da ona özümü öldürmək məqsədilə dərman atdığını demişdir. Təxminən 30-40 dəqiqə sonra Ramil avtomobillə fermaya qayıtmışdır. Ramil alıb gətirdikdiklərini Mahirəyə verib yemək bişirməsini demişdir. Mahirə də yemək bişirməyə başlamışdır. Daha sonra Ramil evə daxil olub evin girişdən 2-ci otağına keçmişdir. Rafiq də onunla birlikdə otağa getmişdir. Bir qədər sonra Ramil əlində tüfəng sürətli şəkildə otaqdan çıxıb həyətə düşmüşdür. Rafiq də onun ardınca getmişdir. Mahirə yemək bişirdikdən sonra onlar dəhlizdə olmuşlar və orada yemək yemişlər. Həmin müddətdə o isə evin girişindən 1-ci otağında olmuşdur. Lakin, o, yemək yeməmişdir. Dərman içdiyi üçün halı pisləşdiyinə görə o, otaqdakı çarpayıda uzanmışdır. Həmin gün saat 16 radələrində Rafiq otağa tək daxil olmuşdur. O evdə Mahirə və Ramilin səsinin gəlməməsindən onların harasa getdiyini bilmişdir. Çarpayıdan başını qaldırıb pəncərədən baxdıqda avtomobilin həyətdə olmadığını görüb onların getdiyinə əmin olmuşdur. Rafiq otağa gəlib ondan yenə də ərizə yazmasını tələb etmişdir. O ona bir daha ərizə yazmayacağını dedikdə Rafiq onunla zorla cinsi əlaqədə olacağını, bundan sonra onun məcbur qalıb ərizə yazacağını və həmin vaxtdan sonra heç kimin ona yiyəlik etməyəcəyini bildirmişdir. Lakin, o, onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdi. Bundan sonra Rafiq ona yaxınlaşıb dərman atması nəticəsində halsız və köməksiz vəziyyətdə olmasından istifadə edərək onu qucağına alıb evin girişdən 2-ci otağına aparıb otaqdakı çarpayının üzərinə uzatmışdır. Daha sonra Rafiq məcburi şəkildə əvvəlcə əynində olan yubkanı, daha sonra isə tumanını çıxarmışdır. O, Rafiqə müqavimət göstərməyə çalışsa da dərman içdiyi üçün halsız olduğundan, eləcə də Rafiq ondan güclü olduğu üçün ona mane ola bilməmişdir. Rafiq əvvəlcə hər iki əli ilə əllərindən, sonra isə iki əlini birləşdirib sağ əliylə əllərindən tutumuşdur. Daha sonra Rafiq öz şalvarını və alt paltarını çıxarıb gərginləşmiş vəziyyətdə olan cinsi orqanını onun cinsi orqanına daxil edib təxminən 3-5 dəqiqə onunla həmin formada cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olarkən də Rafiqə müqavimət göstərməyə çalışsa da ona mane ola bilməmişdir. Rafiqin onunla cinsi əlaqədə olması nəticəsində cinsi orqanından qan gəlmişdir və bakirəliyinin pozulmasını bilmişdir. Rafiq onunla cinsi əlaqədə olduqdan sonra onu buraxmışdır. Rafiq daha sonra paltarlarını geyinib həmin otaqdan çıxmışdır. Bir qədər sonra o da paltarlarını geyinib fermanın həyətinə düşmüşdür. Həmin vaxt Rafiq də həyətə düşmüşdür. Həmin vaxta qədər Rafiq onu çölə buraxmamışdır. Bundan 20-30 dəqiqə sonra Rafiq ona kağız və qələm verərək onunla könüllü olaraq qaçması barədə ərizə yazmağa məcbur etmişdir. O isə belə bir ərizə yazmayacağını demişdir. Həmin vaxt fermanın yaxınlığında tanımadığı bir şəxsin at üzərində olmasını görüb qaçaraq həmin şəxsdən köməklik göstərməsini xahiş etmişdir. Həmin şəxs isə atını sürüb oradan uzaqlaşıb getmişdir. Rafiq isə onu döyə-döyə fermadakı evə salıb içəri girməsini bildirmişdir. O da evin girişdən 2-ci otağına keçmişdir. Rafiq də ardınca gələrək evin giriş qapısını içəridən bağlayıb əlində mətbəx bıçağı tutmuş halda yanına gəlib at üzərində olan şəxsin ora polis gətirəcəyini, lakin onun həbs olunmayacağını, lazım gələrsə onu, daha sonra özünü öldürəcəyini demişdir. O, əlində olan bıçağı ona tərəf uzadaraq “al bu bıçağı, qoy sevdiyimin əlindən ölüm” sözlərini demişdir. O isə onun əlini kənara itələyib onu öldürə bilməyəcəyini demişdir. Rafiq isə bu hərəkətindən əsəbiləşib birinci onu, daha sonra özünü öldürəcəyini demişdir. Rafiq yerdə dizi üstə oturub yalvararaq onunla könüllü olaraq qaçması barədə ərizə yazmasını istəmişdir. O isə sol ayağı ilə onun dizinə vurub onu itələmişdir. Rafiq arxası üstə yerə yıxılmışdır. Rafiq həmin vaxt bu hərəkətindən daha da əsəbiləşib yerə yıxılarkən əlindəki bıçaqla onun sol ayağının içəri topuq nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt otaqdan çıxıb girişdən 1-ci otağa qaçmışdır. Rafiq də yerdən qalxıb ardınca qaçaraq kürəyindən əli ilə vurmuş və həmin zərbənin təsirindən otaqdakı çarpayının üzərinə yıxılmışdır. O, həmin vaxt çarpayının yanında olan güzgünü götürüb Rafiqi vurmaq istəyən zaman sonuncu, sol qolunu qarşıya verdiyi üçün güzgü onun qoluna dəydiyi üçün şüşə parçaları sınaraq yerə tökülmüşdür. Həmin vaxt şüşə parçalarından biri sağ topuq nahiyəsinə dəydiyi üçün o, həmin nahiyəsindən xəsarət almışdır. Rafiq əlində bıçaq tutmuş halda yenidən ondan ərizə yazıb-yazmayacağını soruşmuşdur. O da ərizə yazmayacağını dedikdən sonra Rafiq həbs olunmayacağını deyib hər iki əli ilə bıçağın dəstəyindən tutub qarnına bir dəfə vurub öz-özünə xəsarət yetirmiş, bıçaq onun qarnında bir neçə saniyə qaldıqdan sonra isə bıçağı çıxarmışdır. O həmin vaxt Rafiqi kənara itələyib onun cibində olan mobil telefonu götürüb evin həyətinə çıxmaq istəmiş, Rafiq isə arxasınca qaçaraq saçından tutub sillə və yumruqla bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Buna görə də evin pilləkənində o yerə yıxılmışdır. Həmin vaxt Rafiq də ona ilişdiyi üçün o da yerə yıxılmışdır. O, yerdən qalxdıqdan sonra Rafiq də qalxmaq istəsə də o yerdən qalxa bilməmişdir. O, kömək etdikdən sonra Rafiq pilləkəndə oturmuşdur. O, Rafiqə özünün də vəziyyətinin pis olduğunu deyib telefonunu ona verməsini bildirmişdir. Rafiq də bundan sonra telefonunu ona vermişdir. Lakin, onun telefonunda şəbəkə olmadığı üçün heç yerə zəng edə bilməmişdir. Ramilin avtomobillə qayıtmasını görmüşdür. Buna görə də Ramilə tərəf qaçaraq Rafiqin onu məcburi qaçırmasını deyib köməklik göstərməsini xahiş etmişdir. Rafiq də yanına gəlib başından vuraraq maşına oturmasını bildirmişdir. O isə yenidən Ramilə ona kömək göstərməsini demişdir. Ramil də onun qollarından və ayaqlarından qan axmasını görüb onu yaxınlıqda olan bulağa aparıb üzünü və yaralarını yumuşdur. O həmin vaxt Ramilə həmin xəsarətləri ona Rafiqin yetirdiyini bildirmişdir. Bundan sonra Ramil onunla birlikdə fermanın həyətinə qayıdıb Rafiq və onun anası Mahirəyə onu ailə üzvlərinə təhvil verəcəyini bildirmişdir. Rafiq isə Ramilin bu sözləri ilə razılaşmayıb onun belindən əli ilə vurub avtomobilə əyləşdirmişdir. Mahirə isə onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, əlləri ilə başından vurmuşdur. Ramil həmin şəxslərə onu valideynlərinə təhvil verəcəyini bildirmişdir. Ramil Mahirəyə qabaqda oturmasını dediyi üçün Mahirə qabaq sağ oturacaqda oturmuşdur. Rafiq Ramilə bıçaqla özü-özünə xəsarət yetirdiyini, avtomobili özünün idarə edəcəyini demişdir. O və Ramillə avtomobilin arxa oturacağında, Mahirə isə avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Rafiq avtomobili Cəlilabad rayonu, Günəşli kəndi istiqamətində yüksək sürətlə hərəkət etdirməyə başlamışdır. Yolda olarkən Ramil ona bacısı ilə əlaqə saxladığını və onu bacısına təhvil verəcəyini demişdir. O da Ramilin sözlərinə inanmışdır. Təxminən 20-30 dəqiqə sonra avtomobil normal işləmədiyi, həmçinin səhhəti daha da pisləşdiyi üçün avtomobili saxlamışdır. Ramil təcili tibbi yardıma zəng edərək olduqları yerə çağırmışdır. Bundan sonra X53 ilə birlikdə yoldan keçən avtomobillərin biri ilə Günəşli kənd həkim məntəqəsinə yola salmışdır. Mahirə həmin vaxt Ramilə “Qız da bizlə gəlsin” desə də Ramil ona yalandan “Biz də sizin arxanızca gəlirik” demişdir. Ramil avtomobili çətinliklə işə salıb həmin avtomobillə onu bacısı Minəyə təhvil vermək üçün Biləsuvar rayonu istiqamətində sürmüşdür. Lakin, avtomobil təxminən 500-600 metr hərəkət etdikdən sonra nasazlıq yarandığına görə dayanmışdır. Buna görə də Ramil Günəşli kəndi ərazisində asfalt yolla onunla birlikdə təxminən 2-3 kilometr piyada hərəkət edib bacısı Minə ilə mobil telefon vasitəsilə ilə əlaqə saxlayıb onu bacısı Minə, əmisi Nazim və orada olan polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs1 şikayətçidir, ona ağır cəza verilməsini, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Elşad Həsənvla barışmış, onlardan şikayət və tələbi yoxdur, onlara həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Ruqəyya Abdullazadə isə onun əmisi qızıdır. 01 iyun 2023-cü il tarixdə, saat 11 radələrində onlar birlikdə Ruqəyyagilə məxsus evə getmişlər. Həmin vaxt anası Ruqəyyanın anası Arzu və azyaşlı bacısı Zəmirə evdə olmuşdur. Həmin gün saat 12 radələrində Arzu qızı Zəmirə ilə birlikdə İsa Zəkiyevin evinə getmişdir. Həmin gün saat 13 radələrində həyətdən səs gəlməsini və kiminsə əmisi Firudini çağırmasını eşitmişdir. Buna görə də Ruqəyya onunla birlikdə evin pilləkəninə çıxmışlar. Evin qarşısında sonradan adını Elşad olduğunu bildiyi şəxs onlardan hansının Firudinin qızı olduğunu soruşmuş, Ruqəyya da özünün Firudinin qızı olduğunu demişdir. Həmin şəxs cibindən bir neçə ədəd 1 manatlıq əsginas çıxarıb həmin pulu atasına verməli olduğunu demiş. Bundan sonra evin pilləkəni ilə bir neçə pillə yuxarı qalxıb Ruqəyyaya yaxınlaşaraq cibindən çıxardığı pulu ona tərəf uzatmışdır. Ruqəyya Elşadın verdiyi pulu alan zaman Elşad, onun sağ qolundan tutub özünə tərəf çəkmiş, daha sonra belindən tutub hərəkət etməsinin qarşısını almışdır. O da qışqıraraq səs-küy salmışdır. Həmin vaxt həyətlərində gizlənmiş Rafiq qaçaraq onlara tərəf yaxınlaşmış və əlləri ilə Ruqəyyanın ağzından tutub qışqırmasına imkan verməmişdir. Elşad isə Ruqəyyanın belindən tutub qucağında həyət darvazasından küçəyə çıxarmış, Rafiq isə bir əli ilə ağzından tutub səsinin çıxmasının qarşısını almışdır. Həmin vaxt əmisiqızı o Ruqəyyanın zorla qaçırıldığını görüb onların ardınca gələrək səsküy salaraq kömək istəmişdir. O Elşada yazxınlaşaraq onu itələmiş Elşad ona «küçük kənara çəkil» sözlərini demişdir. Onlar Ruqəyyanı darvazanın qarşısında dayanmış qırmızı rəngli avtomobilin arxa oturacağına əyləşdirmək istəmişlər. Ruqəyya, həmin şəxslərə müqavimət göstərib əllərindən çıxmağa çalışmışdır. Buna görə də Rafiq yumruqla başından vurmuş, daha sonra avtomobilin arxa sağ qapısını açaraq avtomobilə zorla yerləşdirərək oradan uzaqlaşmışlar. O da evlərinə qaçaraq hadisə barədə məlumat vermişdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Rüqəyya onun bacısıdır. X48 Rafiqlə evlənməsinə razı olsa da, lakin atası Firudin onların evlənməsinə razılıq verməmişdir. Rüqəyya Rafiqlə evlənməyə razı olmadığı üçün o da onların evlənməsinə razılıq verməmişdir. Rafiqin anası Mahirə ilə anası Arzu tez-tez birinin yaşadığı evə gəlib-getmişdir. 31 may 2023-cü il tarixdə saat 08 radələrində Rüqəyya yaşadığı evdən çıxıb Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən atası Firudinə məxsus olan evə 03 iyun 2023-cü il tarixdə dayısı İsa Zəkiyevin nəvəsinin toy məclisinə qonaq getmək üçün getmişdi. 31 may 2023-cü il tarixdə saat 11 radələrində Rüqəyya ilə mobil telefonla danışan zaman sonuncu ona Arzunun kiməsə mobil telefon vasitəsilə sms yazmasını görüb həmin sms-i oxumaq istədiyini, lakin anasının onun əlindən mobil telefonu alaraq sms-i oxumağa imkan vermədiyini bildirmişdir. 01 iyun 2023-cü il tarixdə saat 15 radələrində qardaşı Qadir zəng edərək Rafiqin atası Sabirin ona zəng edərək Rüqəyyanı Rafiq tərəfindən qaçırmasını, buna görə də bu işə xeyir-dua verməsini, onu da bu işə razı salmasını, Rüqəyyanın könüllü olaraq qaçmasını dediyini bildirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək Rüqəyyannın Rafiq tərəfindən məcburi şəkildə qaçırılması barədə məlumat vermişdir. Sonradan əmisi qızı Şahid1 ona bildirmişdir ki, 01 iyun 2023-cü il, saat 13 radələrində Rüqəyya ilə birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən atası Firudinə məxsus olan evdə olduqları vaxt bir nəfər oğlan həyətdən Firudini çağırmış, Rüqəyya ilə birlikdə evin girişindəki pilləkənə çıxdıqdan sonra həmin oğlan Firudinin qızının onlardan hansı olduğunu soruşmuş, Rüqəyya isə Firudinin qızı olduğunu dedikdən sonra həmin oğlan cibindən bir neçə ədəd pul əsginası çıxarıb Rüqəyyaya uzadaraq Firudinə təqdim etməsini demiş, Rüqəyya isə həmin pulu almaq istəyərkən həmin oğlanın Rüqəyyanın qollarından tutduğunu, daha sonra evin arxasında gizlənmiş Rafiqin də ora gələrək ikisi birlikdə Rüqəyyanı qucaqlarına alıb evdən küçəyə çıxardıqları və darvazanın qarşısında saxladıqları avtomobilə qoyub oradan uzaqlaşdıqlarını demişdir. Daha sonra Sabirə zəng edərək Rüqəyyanı geri qaytarmalarını tələb etmiş, o isə Rüqəyyanın könüllü olaraq qaçmasını bildirmişdir. O da bundan sonra Bakı şəhərindən çıxaraq Biləsuvar rayon polis şöbəsinə getmişdir. Orada bacısı Rüqəyyanın məcburi qaçırılması barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları Rüqəyyanı axtarmağa başlamışlar. 02 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində Ramil adlı şəxs ona “Whatsapp”proqramı vasitəsilə səsli mesaj göndərib harada olduğunu və Azercell mobil operatoruna məxsus nömrədən onunla əlaqə saxlamasını bildirmişdir. O da ona əmisi Nazimin telefon nömrəsini göndərib həmin nömrəyə zəng etməsini demişdir. Sonradan Ramil adlı şəxs əmisinin istifadəsində olan nömrə ilə danışdıqdan sonra Rüqəyyanı onlara təhvil verəcəyini demişdir. Onlar da bundan sonra polis əməkdaşları ilə birlikdə Cəlilabad rayonu, Günəşli kəndi ərazisinə gedərək Rüqəyyanı Ramildən təhvil almışlar. Şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə səhər saatlarından ertəsi gün təşkil edəcəkləri Ciyər axşamı mərasiminə hazırlıq görürmüşlər. 01 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Arzu kiçik qızı Zəmirə ilə birlikdə yaşadığı evə gəlmişdir. 01 iyun 2023-cü il tarixdə, saat 13 radələrində kimsə Arzuya zəng etmiş, Arzu telefonla danışdıqdan sonra ağlamağa başlamış onlara Rüqəyyanın Rafiq tərəfindən qaçırıldığını bildirmişdir. O və arvadı Azadə bundan sonra Arzu ilə birlikdə onların yaşadığı evə getmişlər. Ora çoxlu sayda adam toplaşmışdır. Rüqəyyanın əmisi qızı Ürfət Rafiqin başqa bir nəfər oğlan və anası ilə birlikdə Rüqəyyanı məcburi şəkildə qaçırdığını bildirmişdir. O qaçan qızın ardınca gedilməli olduğunu düşündüyü üçün arvadı Azadə ilə birlikdə Rafiqin atası Sabirə məxsus evə getmişlər. Sabirdən Rüqəyyanın könüllü və ya məcburi şəkildə qaçırıldığını soruşmuş, Sabir isə Rüqəyyanın könüllü olaraq qaçdığını demişdir. 01 iyun 2023- cü il tarixdə, saat 15 radələrində yaşadığı evdə olduğu vaxt xatırlamadığı şəxs ona zəng edərək Arzunun səhhətinin pisləşdiyini bildirmiş, o, Arzunun yaşadığı evə getmiş, orada Arzunun səhhətinin yaxşı olmadığı görüb öz yaşadığı evə gərirdmişdir. O, X34 könüllü qaçdığını dediyini bildirmişdir. Arzu da ona Rüqəyyanın könüllü qaçdığını bildirdi. Arzu yaşadığı evə gəldikdən sonra onun səhhəti tez-tez pisləşmişdir. O, ciyər axşamı mərasimə hazırlışdığı üçün Arzunun vəziyyəti ilə maraqlana bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında oğlu Elşad Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Şahid6 qızı Şahid7 ilə nişanlanmışdır. O, arabir Elşadın nişanlısı Zəhraya baş çəkmək üçün Elşadla birlikdə Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən onlara məxsus olan evə qonaq getmişdir. Təqsirləndirilən şəxs4 da Sabirin evinə qonaq gedən zaman tanımışdır. Sabirin arvadı Mahirə oğlu Rafiq ilə Arzunun qızı Rüqəyyanı evləndirmək istədiyini bildirmişdir. Sabirin evində olan zaman dəfələrlə Arzunun həmin evə gəlməsini, onlarla söhbət etmələrini, söhbət edən zaman hər dəfə qızı Rüqəyya ilə Rafiqin evlənmələrinə razı olmasını, Rafiqdən xoşu gəlməsini demişdir. Arzu həmçinin, qızı Rüqəyyanın özünün də bu işə razı olduğunu, lakin digər qızı Minənin onların evlənməsinə razı olmadığını demişdir. 01 iyun 2023-cü il, saat 17 radələrində yaşadığı evə daxil olub evin dəhlizində oğlu Elşad və Mahirənin olduğunu görmüşlər. İçəri daxil olan kimi Mahirə ona Rafiqin onunla və Elşadla birlikdə Arzunun qızı Rüqəyyanı evlənmək məqsədilə qaçırmasını, Rüqəyyanı da ora gətirdiklərini və həmin vaxt Rafiq və Rüqəyyanın evin digər otağında olduğunu bildirmişdir. Daha sonra o və qudası Zülfiyyə, Mahirə ilə birlikdə Rafiq və Rüqəyyanın olduğu otağa keçmişlər. Rüqəyya ilə salamlaşıb Rafiqlə könüllü olaraq qaçıbqaçmadığını soruşmuşdur. Rüqəyya isə məcburi qaçırmalarını bildirmiş, buna görə də evlərinə qayıtması üçün köməklik göstərməsini istəmişdir. O, əvvəlcə Rüqəyyanı sakitləşdirmək istəmiş, bu məqsədlə Rafiq barəsində ona xoşagələn sözlər deyib tərifləmişdir, lakin Rüqəyya, Lənkərandan sevdiyi oğlan olmasını bildirib ona köməklik etməsini xahiş etmişdir. Rüqəyya ondan başqa, Zülfiyyəyə də məcburi qaçırılmasını dediyi üçün Zülfiyyə də ondan Rüqəyyaya köməklik göstərməsini istəmişdir. Bundan sonra əvvəlcə evin digər otağında olan oğlu Elşaddan niyə belə hərəkətə yol verdiyini soruşduqda sonuncu ona həmin gün səhər Rafiqin ona zəng edərək evlərinə çağırdığını, Rafiqin ona Rüqəyyanın onunla evlənməyə razı olduğunu və ola bilsin ki, azacıq naz edəcəyini dediyi üçün o da onlarla birlikdə Rüqəyyanı qaçırdığını demişdir. Elşad həmin vaxt işə getmək üçün hazırlaşmış və bir qədər sonra isə evdən getmişdir. O, daha sonra Rafiqə Rüqəyyanın onunla evlənməyə razı olmadığını bildirib, buna görə də onu yaşadığı evə qaytarmasını məsləhət görmüşdür. Rafiq isə Rüqəyyanın onunla evlənməyə razı olacağını, hələlik naz etməsini demişdir. Həmçinin, o Mahirəyə də Rüqəyyanın Rafiqlə evlənmək istəmədiyini və valideynlərinə qaytarmağın vacib olmasını izah etmişdir. Mahirə ona Rüqəyyanı anası Arzunun təkidi ilə qaçırdıqlarını, Arzunun onlara Rüqəyyanı qaçdıqdan sonra evlənməyə razı salacağını dediyini bildirmişdir. O da buna görə bir qədər gözləyib Rüqəyyanın razı olub-olmamasını müəyyənləşdirməyi qərara almışdır. Bir qədər keçdikdən sonra Rüqəyyanın yenə də ağlamağa davam etdiyini, Rafiqlə evlənmək istəmədəyini, evlərinə qayıtmaq istədiyini görüb narahat olaraq Arzya zəng edərək Rüqəyyanın Rafiqlə evlənməyə razı olmadığını, ağlayıb evinə qayıtmaq istədiyini bildirmişdir. Arzu isə “Rüqəyya qələt edir, narahat olma, yaxşı olacaq, Firudin də gəlir yoldadır, bu işi həll edəcəyik” sözlərini demişdir. Daha sonra Arzudan mobil telefonu onun qardaşının gəlini Azadə alıb Rüqəyya ilə danışmışdır. Rüqəyya Azadənin də anası Arzu ilə bir yerdə olmasını görüb Azadəyə “səni də tutduracam, bu işdə sənin də əlin vardır” sözlərini demişdir. O həmin vaxt Rüqəyyadan telefonu almışdır. Azadə Rüqəyyanın onu hansı səbəbdən həbs etdirəcəyini soruşmuşdur. O isə cavabımda Azadəyə “qız sizindir, mən nə bilim bu sizi niyə tutdurur? Bəs elə deyirdir qız razıdı?” sözlərini demişdir. Azadə isə ona cavab verməmişdir. Daha sonra telefonu söndürmüşdür. Həmin gün saat 21 radələrində Rafiqdən Rüqəyyanı yaşadığı evə qaytarmasını tələb etmişdir. Buna görə də Rafiq avtomobilə əyləşmiş, Rüqəyya və Mahirə isə avtomobilin arxa oturacağında əyləşmişlər. Rafiq idarə etdiyi avtomobillə yaşadığı ünvandan çıxıb getmişdir. Rafiq və Mahirə yaşadığı evdən çıxarkən Rüqəyyanı öz evlərinə aparacaqlarını demişlər. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 17 radələrində Minurəgilin yaşadığı evə çatdıqları vaxt onların evində Elşadla yanaşı, Mahirə, onun oğlu Rafiq, habelə adını sonradan bildiyi Rüqəyya adlı qızın da olmasını görmüşdür. Mahirə X2 evlənmək məqsədilə qaçırmasını, Rüqəyyanı da ora gətirdiklərini və həmin vaxt Rafiq və Rüqəyyanın evin digər otağında olduğunu bildirmişdir. Əvvəlcə Minurə, sonra isə o, Mahirəyə gözaydınlığı vermişlər. Rafiq və Rüqəyyanı ilk dəfə idi görmüşdür. Həmin vaxt Rüqəyya ağlasa da ona heç bir söz deməmişdir. O, qaçan qızın ağlamasının normal olduğunu düşünüb ondan heç nə soruşmamışdım. Daha sonra isə otaqdan çıxmışdır. O yorğun olduğu üçün yatmış, yuxudan oyandıqdan sonra Rüqəyyanın narazılıq etdiyini öyrənmişdir. Daha sonra otağa keçib Rüqəyyadan Rafiqlə evlənməyə razı olub-olmadığını soruşmuşdur. Rüqəyya Rafiqlə evlənməyə razı olmadığını, Rafiq, Elşad və Mahirənin onu yaşadıqları evdən məcburi qaçırmalarını bildirmiş, buna görə də evlərinə qayıtması üçün köməklik göstərməsini istəmişdir. Saat 21 radələrində Minurənin səsinin gəldiyini eşidib dəhlizə çıxmışdır. Minurə həmin vaxt Mahirəgilə polislərin onları axtardığını, bu səbəbdən də polislərin onun yaşadığı evə gələcəyini, buna görə də Rüqəyyanı ailəsinə qaytarmalarını tələb etmişdir. Bundan sonra Rafiq və Mahirə Rüqəyyanı ailəsinə təhvil verəcəklərini deyib Rüqəyya ilə birlikdə evdən çıxmışlar. Sonradan isə ora gəldikləri qırmızı rəngli avtomobillə oradan getmişlər. İş üzrə şahid qismində çağrılmış Şahid7 Azərbaycan Respubikası Konstitusiyasının 66-cı və CPM-nin 20-ci maddələrinə əsasən qardaşı olan Təqsirləndirilən şəxs1 qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Şahid7 istintaq vaxtı verdiy ifadəsini elan edir. Həmin ifadədə o, göstərmişdir ki, 2022-ci ilin ortalarından qardaşı Rafiq Rüqəyyanı sevdiyini və onunla evlənmək istədiyini deyirdi. X38 anası Arzu ilə bu barədə söhbət edən zaman Arzu özünün Rafiqlə Rüqəyyanın evlənməsinə razı olmasını, lakin Rüqəyyanın bu işə razı olmadığını bildirmişdir. Arzu həmçinin bildirmişdir ki, digər qızı X41 evlənməsinə razı olmadığı üçün Rüqəyya da evlənməyə razı olmamışdır. Rüqəyyanın anası Təqsirləndirilən şəxs4 Rüqəyyanın Rafiqlə evlənməsinə təkid etmişdir. X16çırmasını, qaçırdıqdan sonra Rüqəyyanın onunla evlənməyə razı olacağını demişdir. 31 may 2023-cü il tarixdə Arzu Rafiqə zəng edərək Rüqəyyanın həmin gün yaşadıqları evə gəldiyini bildirmişdir. Telefon söhbəti zamanı X36çırmasını, onu qaçırdıqdan sonra Rüqəyyanın evlənməyə razı olacağını, özünün də Rüqəyyanı buna razı salacağını demişdir. Rafiq buna görə də Rüqəyyanı qaçırmaq qərarına gəlmişdir və bu barədə Rüqəyyanın anası Arzuya da məlumat vermişdir. Arzu həmçinin telefonda Rafiqə ertəsi gün Rüqəyyanı qaçırması üçün şərait yaradacağını demişdir. Bu barədə Rafiq Arzu ilə danışdıqdan sonra həmin gün ona, eləcə də valideynlərinə məlumat verib ertəsi gün Rüqəyyanı qaçıracağını bildirmişdir. 01 iyun 2023-cü il tarixdə, saat 08 radələrində atası Sabir işi ilə əlaqədar evdən getmişdir. Atası getdikdən sonra yaşadığı evdə o, qardaşı Rafiq və anası Mahirə olmuşdur. Saat 11 radələrində nişanlısı Elşad yaşadığı evə gəlmişdir. Sonra Rafiqə zəng gəlmişdir. Rafiq telefonla danışdıqdan sonra onlara Arzunun ona zəng edərək Rüqəyyanı qaçırmaq üçün şərait yaratmaq məqsədilə evdən çıxıb qardaşının yaşadığı evə gedəcəyini və Rüqəyyanın da onun ardınca tək aralıq yolla gələcəyini, həmin vaxt da onu qaçırmaları dediyini bildirmişdir. Rafiq Arzu ilə danışdıqdan sonra anası Mahirəyə Rüqəyyanı qaçırmaq üçün getmək istədiyini və ora Elşadla birlikdə gedəcəyini demişdir. Mahirə də onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra onlar avtomobillə həyətdən çıxmışlar. Saat 13 radələrində atası Sabir yaşadıqları evə gəlib yemək istədiyi üçün ona yemək vermişdir. Saat 14 radələrində yaşadığı evdə olan zaman Rüqəyyanın dayısı oğlu Şahid8 və arvadı Azadə evlərinə gələrək atası Sabirə və ona Rafiqin Rüqəyyanı qaçırmasını bildirmiş, hətta bununla bağlı onlara xeyir-dua da vermişlər. Onlar da Mahirgili normal şəkildə yola salmışlar. Bir qədər sonra nişanlısı Elşada zəng etmişdir. Elşad isə ona Rafiq, anası Mahirə və Rüqəyya ilə birlikdə yaşadıqları evdə olduğunu demişdir. Elşad həmin danışıq zamanı ona “deyəsən, Rüqəyya Rafiqlə evlənməyə razı deyil” demişdir. Elşadla bir qədər danışdıqdan sonra o, telefonu sondurmüşdür. 01 iyun 2023-cü il, saat 15 radələrində Rüqəyyanın bacısı Minə atası Sabirə zəng edərək Rüqqəyanı məcburi şəkildə qaçırmasını bildirmiş və onu geri qaytarmalarını tələb etmişdir, əks halda isə bu barədə polisə şikayət edəcəyini bildirib nalayiq ifadələr işlətmişdir. Buna görə də atası Sabir mobil telefonu söndürmüşdür. Rüqəyyanın anası Arzu onu Rafiqlə evlənməyə razı salacağını dediyi üçün onlar da Rüqəyyanın Rafiqlə evlənməyə razı olacağını düşünmüşlər. Saat 18- 19 radələrində Minurə ona zəng edərək Arzunun nömrəsini istəmişdir. O da Arzunun nömrəsini ona vermişdir. Həmin vaxtdan sonra Minurə və anasıgillə danışmamışdır. 02 iyun 2023-cü il tarixdə, səhər saatlarında Rüqəyyanın bacısı Minə yaşadıqları evə gəlib onlardan Rüqəyyanın harada olduğunu soruşmuşdur. Həmin vaxt yaşadıqları evdə o və atası Sabir olmuşdur. X42 harada olmasından məlumatları olmadığını bildirmişlər. Minə qışqıraraq hay-küy saldığı üçün ona yaşadıqları evdən getməsini bildirmişdir. Bundan sonra 02 iyun 2023-cü il, saat 09-10 radələrində Minurə ilə telefonla danışarkən, 01 iyun 2023-cü il tarixdə, axşam saatlarında Rüqəyya evlənməyə razı olmadığı üçün Rafiq və Mahirəni Rüqəyya ilə birlikdə evdən çıxardığını bildirmişdir. Buna görə də onların harada olmasından məlumatı olmamışdır. 02 iyun 2023-cü il, saat 20-21 radələrində Rafiqin bıçaqlandığı üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına aparıldığını və orada əməliyyat olunacağını, Mahirənin və Rüqəyyanın isə Biləsuvar rayon polis şöbəsinə aparıldığını öyrənmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin payız aylarında oğlu X1 və onunla evlənmək istədiyini deyirdi. Buna görə də arvadı X45 ilə evlənməsi üçün Firudin Abdullayevin evinə elçi getmişdir. Lakin, Firudin həmin vaxt qızı Rüqəyyanın ona evlənmək fikrində olmadığını bildirməsini demişdi. 01 iyun 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman Rüqəyyanın dayısı oğlu Şahid8 və arvadı Azadə evlərinə gələrək ona və qızı Zəhraya oğlu Rafiqin Rüqəyyanı qaçırmasını bildirmişlər, hətta bununla bağlı onlara xeyir-dua da vermişlər. Həmin vaxta qədər Rüqəyyanın qaçırmasından məlumatım olmamışdır. Rüqəyyanın əmisi Nazim ona zəng edərək Rüqəyyanı qaytarmalarını demişdir. Oğlu Rafiqin telefon nömrəsi ilə arvadı Mahirə ona zəng edərək Rafiq və Elşadla birlikdə Rüqəyyanı qaçırdıqlarını və onu Elşadgilə apardığını bildirdi. O, Rüqəyyanın qohumlarının onun qaçırılmasından narazı olduğunu dedikdə Mahirə ona Rüqəyyanın anası Arzu ilə hər şeyi danışdığını və hər şeyin yaxşı olacağını deyib telefonu söndürdü. Saat 15 radələrində Rüqəyyanın bacısı Şahid2 ona zəng edərək Rafiqin Rüqqəyanı məcburi şəkildə qaçırmasını bildirdi və onu geri qaytarmalarını tələb etmiş, əks halda isə bu barədə polisə şikayət edəcəyini bildirdi və nalayiq ifadələr işlətdi. Rüqəyyanın razı olub-olmamasını aydınlaşdırmaq üçün qardaşı Nadirlə birlikdə Elşadgilə getmişdir. Evdən çıxarkən Rafiqə zəng etsə də ona zəng çatmamışdır. Onların harada olmasından məlumatı olmamışdır, 02 iyun 2023-cü il, saat 20-21 radələrində Rafiqin bıçaqlandığı üçün Cəlilabad rayon mərkəzi xəstəxanasına aparıldığını və orada əməliyyat olunacağını, Mahirənin və Rüqəyyanın isə Biləsuvar rayon polis şöbəsinə aparıldığını öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, seyid nəslindən olduğu üçün Quran açaraq gələcəyə baxır. Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Arzu adlı qadın Rafiq adlı oğlanla təxminən 2023-cü ilin aprel ayı ərzində iki dəfə onun yanına gələrək qızı Rüqəyyanı onunla birlikdə gəlmiş Rafiq adlı oğlanla evləndirmək istədiyini, lakin qızı Rüqəyyanın buna razı olmadığını demişdir. Arzu bundan başqa, qızı Rüqəyyanın Rafiq tərəfindən qaçırılmasını istədiyini, Rafiq Rüqəyyanı qaçırdığı halda Rüqəyyanın evlənməyə razı olub-olmayacağını soruşub Quran açaraq Rafiq və Rüqəyyanın gələcəyinə baxmasını xahiş etmişdir. O da hər iki dəfə Quran açaraq Rafiq və Rüqəyyanın gələcəyinin alınmayacağıını və onların gələcəyinin ayrı-ayrı olacağını bildirib onlara Rüqəyyanı qaçırmamaları məsləhət görmüşdür. X46 unutmasını bildirmişdir. Qeyd etmişdir ki, Arzugil ona telefonda Rüqəyyanın fotoşəklini də göstərmişlər. O, onlarda alınmayacağını desə də Arzu onlara kömək etməsində israr etmişdir. Arzu nə olur-olsun, hətta qaçırmalı olsa belə qızı Rüqəyyanı Rafiqə verəcəyini demişdir. Hətta Rafiq adlı oğlan sonradan bir neçə dəfə onun istifadəsində olan telefona zəng edərək onlara kömək etməsini demişdir. O yenə də Rafiqə Rüqəyya ilə onların birgə gələcəyinin olmayacağını və həmin qızdan uzaq durmasını demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasın xx.xx.2023-cü il tarixli, 427 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs anus dəliyi vasitəsilə cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmamışdır. Zərərçəkmiş şəxs burun və sol kürək nahiyəsində sıyırq, sol said nahiyəsində çoxsaylı xətti cızıqlar, sağ bayır topuq nahiyəsində kəsilmiş səthi yara və sol içəri topuq nahiyəsində kəsilmiş yara müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlərdən burun və sol kürək nahiyəsində olan sıyrıq bərk küt əşyanın təssirindən törənmişdir, əllə sıxılma nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlərdən sağ bayır topuq nahiyəsindəki kəsilmiş səthi yara və sol içəri topuq nahiyəsindəki kəsilmiş yara kəsici əşyanın (əşyaların) ola bilər ki, bıçağın və ya şüşə parçasının təsirindən əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol içəri topuq nahiyəsindəki kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ bayır topuq nahiyəsindəki kəsilmiş səthi yara sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs aşkar olunmuş sol said nahiyəsindəki cızıqlar sivri uclu və ya kəsici kənarlı əşyanın (əşyaların) ola bilər ki, şüşə parçasının müvafiq nahiyələrə yüngül təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərdən sol kürək nahiyəsindəki sıyrıqdan başqa bütün xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli 509 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1.Vət.Təqsirləndirilən şəxs1 qarının sol yarısının ön divarının qarın boşluğuna keçən, enən çənbər bağırsağın müsarıqəsinm və divarının geniş sahədə kəsilməsi və retroperitonal sahənin kəsilməsi,geniş sahədə hematoması, l-ci dərəcəli hemorragik şokla müşayət olunan 1 /bir/ ədəd deşilmiş yara və qannın sol yan səthində 1 /bir/ ədəd kəsilmiş səthi yara müəyyən olundu,müəyyən olunan xəsarətlər kəsici-deşici alətin,ola bilərki,bıçağın təsirindən töərnmişdir,törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə qarının sol yarısının ön divarının qarın boşluğuna keçən 1/bir/ ədəd deşilmiş-kəsilmiş yarası həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir.Qarının sol yan səthindəki 1/bir/ ədəd kəsilmiş səthi yara isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs1 aşkar olunan xəsarətlərin kənar şəxs tərəfindən bıçaqla yetrilməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. Həmin xəsarətlərin şəxsin özü tərəfindən yetrilməsi az inandırıcıdır. Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş ******* saylı xəstəlik tarixində yara kanalının istiqaməti və dərinliyi barədə heç bir qeydiyyat aparılmadığından bu suala cavab vermək mümkün deyildir. Təqsirləndirilən şəxs1 xəsarətləri alarkən,ona xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə (ayaq üstə,sağ böyrü üstə uzandığı zaman və s.) ola bilərdi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasın xx.xx.2023-cü il tarixli, 398/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa, beta İ-dir. Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qan qrupu –AB(H) İV-dür. Ekspertizaya təqdim olunan Təqsirləndirilən şəxs1 məxsus olan şalvar və kofta üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçağın üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A”, “B”, və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa AB(H)/İV/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa, beta /İ/ qruplu Zərərçəkmiş şəxs də qarışmış qanının olması inkar olunmur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasın xx.xx.2023-cü il tarixli, 383/2023-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa, beta(İ)-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B”, və “H” antigenləri alınmışdır. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsusdursa ABH(İV) qruplu şəxsin, qanın qarışıq olduğu halında isə ləkələrdə Oalfa, beta(İ) qruplu Zərərçəkmiş şəxs da qarışmış qanının olması inkar olunmur. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasın 24 iyun 2023-cü il tarixli, 23/484R nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Uİ- 6447” №-li silah Tula silah zavodunda istehsal olunmuş, 12 kalibrli, TOZ-34R modelli, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. İş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 294-2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus köynəyin sağ qolunun aşağı hissəsində 01 (bir) ədəd küt yaranma mexanizminə malik, kombinə olunmuş sökülmə-cırılma zədəsi vardır. Bu zədə köynəyin sağ qolunun aşağı hissəsinin kəskin dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus köynəyin sol qolunun qoltuqaltı nahiyəsinin ön səthində 01 (bir) dəd küt yaranma mexanizminə malik və köynəyin həmin nahiyəsinin dartılması nəticəsində əmələ gəlmiş sökülmə zədəsi vardır. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd cırılma zədəsi vardır. Bu zədəd köynəyin müvafiq nahiyəsinin iti uca malik hər hansı bir əşyaya (predmetə) ilişib-cırılması nəticəsində yarana bilərdi. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən he bir zədə yoxdur. Təqsirləndirilən şəxs1 bədən səthində müəyyən olunmuş qarının sol yarısının ön divarının qarın boşluğuna keçən, enən çənbər bağırsağın müsariqəsinin və divarının geniş sahədə kəsilməsi və reproperitonal sahənin kəsilməsi, geniş sahədə hematoması, 1-ci dərəcəli şokla müşayiət olunan 1 (bir) ədəd deşilmiş yara və qarının sol yan səthində 1 (bir) ədəd kəsilmiş səthi yara xəsarətləri ona məxsus və ekspertizaya təqdim edilmiş geyim əşyalarında öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-kiməvi ekspertizasın xx.xx.2023-cü il tarixli, 2139/K nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqaiat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, dərman və zəhərləyici maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1955 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2153 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin fakriki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3nn əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs3 cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Emosional halından, əqli-intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2194 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs4 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs4 hazırda da öz hərəkətlərinin fatiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs4 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs4 psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs4 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs4 hadisə baş verən zaman şüur və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2271 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-haızrda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin fakriki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman şüur və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri olan Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən, X18 məxsus fermaya baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs fermanın həyətindəki kərpicdən tikilmiş yaşayış evinin girişdən 1-ci otağını göstərib həmin otaqda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onu döydüklərini, Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla öz qarın nahiyəsinə xəsarət yetirdiyini göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs evin girişdən sol tərəfdə yerləşən ikinci otağını göstərib həmin otağın pəncərəsindən götürdüyü 4 ədəd konvalyutda olan 40 ədəd dərman həbini özünü öldürmək məqsədilə içdiyini, həmçinin həmin otaqda Təqsirləndirilən şəxs1 dərman içməsi nəticəsində yaranmış köməksiz vəziyyətindən istifadə etməklə onunla iradəsinə zidd olaraq cinsi əlaqə olduğunu, bundan başqa, həmin otaqdakı çarpayının üzərində oturan zaman Təqsirləndirilən şəxs1 dizləri üstə əyləşib ona kağız və qələm verərək könüllü qaçması barədə ərizə yazmasını xahiş etdiyini, lakin ərizə yazmayacağını deyib Təqsirləndirilən şəxs1 ayağı ilə itələdikdən sonra Rafiqin bundan əsəbləşərək əlindəki bıçaqla onun sol ayağından vurduğunu göstərmişdir. İş materiallarında olan 04 iyun 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri olan Zərərçəkmiş şəxs atasına məxsus Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs və Şahid1 01 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 pul vermə bəhanəsi ilə Zərərçəkmiş şəxs aldadaraq qolundan tutub özünə tərəf çəkdiyi, Təqsirləndirilən şəxs1 həmin vaxt həyətdə gizləndiyi və iş üçün əhəmiyyət kəbs edən digər yerləri göstərib cinayətin baş vermə mexanizmini ardıcıl olaraq göstərmişlər. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli eyni tarixli “Könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Şahid3 işlədiyi, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermanın həyətində olan tövləyə daxil olub həmin tövlədə axurun içərisində olan bir ədəd TOZ-34P markalı, 12 kalibrli, “UİN- 6447” №-li tüfəngi könüllü olaraq çıxarıb təqdim etmiş, qeyd edilən tüfəng müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli eyni tarixli “Könüllü təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs1 fermadakı evin otaqlarının birində ona xəsarət yetirdiyini bildirdiyi bıçağı Şahid3 işlədiyi, Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən fermada olan evin yaşayış otağındakı sobanın altından könüllü olaraq çıxarıb təqdim etmişdir. Bıçağa baxış zamanı müəyyən edilmişdir ki, bıçağın tutacaq hissəsi ağ, göy və qırmızı rəngli, kəsici hissəsi aliminium rənglidir. Bıçağın ümumi uzunluğu 22,5 sm, kəsici hissəsi 13 sm, tutacaq hissəsi is 9,5 sm-dir. Bıçağın kəsici ə tutacaq hissələrinin eni 2,1 sm-dir. Həmin bıçağın kəsici hissəsinin üzərində qan izləri vardır. Qeyd edilən bıçaq müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan 18 iyun 2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Şahid6 könüllü təqdim etdiyi Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung Galaxy A50” markalı smartfon tipli mobil telefon, habelə hadisə günü Təqsirləndirilən şəxs1 əynində olmuş bir adəd qara rəngli uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar götürülmüş və onlara baxış keçirilmişdir. Baxış zamanı müyyən edilmişdir ki, köynəyin sol qotuqaltı nahiyəsində və sağ qol nahiyəsində sökülməyə xarakterik zədələr vardır. Bundan başqa, köynəyin ön tərəfində, orta hissədə sol yan tikişdən 1 sm sağda 0,8 sm uzunluğunda 1 ədəd boylama istiqamətdə yerləşmiş düzxətt şəkilli zədə vardır. Baxış zamanı şalvarın üzərində hər hansı zədə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A50” markalı mobil telefonda olan “Telefon” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, telefonun yaddaşına “Elşad Qaqa” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə 01 iyun 2023-cü il, saat 09:06 dəqiqədə telefonun üzərindəki ***-***-**-** nömrəsindən zəng edilmiş və həmin zəng zamanı 55 saniyə telefon danışığı qeydə alınmışdır. Bundan başqa, telefonun üzərindəki məxsus ***-***-**-** mobil telefon nömrəsindən telefonun yaddaşına “Elşad Qaqa” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə 01 iyun 2023-cü il, saat 12:00 dəqiqədə edilmiş zəng zamanı 12 saniyə, 01 iyun 2023-cü il, saat 12:02-də edilmiş zəng zamanı 1 dəqiqə 13 saniyə, həmin gün saat 12:10 dəqiqədə edilmiş zəng zamanı 28 saniyə və həmin gün saat 12:31 dəqiqədə edilmiş zəng zamanı 2 dəqiqə 47 saniyə telefon danışığı qeydə alınmışdır. Bundan əlavə ***-***-**-** mobil telefon nömrəsindən telefonun yaddaşına “Elşad Qaqa” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə 01 iyun 2023-cü il, saat 22:57 dəqiqədə zəng edilsə də həmin zəngə cavab verilməmişdir. Baxış zamanı, həmçinin müəyyən edilmişdir ki, telefonun yaddaşına “Arzu bibi” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi ilə çoxsaylı danışıqlar qeydə alınmışdır. 01 iyun 2023-cü il, saat 07:10 dəqiqədə mobil telefonun üzərindəki ***-***-**-** mobil telefon nömrəsindən telefonun yaddaşına “Arzu bibi” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə edilmiş zəng zamanı 5 dəqiqə 22 saniyə, həmin gün saat 08:47 dəqiqədə edilmiş zəng zamanı isə 55 saniyə telefon danışığı qeydə alınmışdır. Mobil telefonun üzərindəki ***-***-**-** mobil telefon nömrəsindən 01 iyun 2023-cü il, saat 11:35 dəqiqədə telefonun yaddaşına “Arzu bibi” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə edilmiş zəng zamanı 2 dəqiqə 22 saniyə, həmin gün saat 11:48 dəqiqədə edilmiş zəng zamanı isə 2 dəqiqə, 42 saniyə, həmin gün saat 11:54 dəqiqədə edilmiş zəng zamanı 2 dəqiqə, 7 saniyə telefon danışığı qeydə alınmışdır. 01 iyun 2023-cü il, saat 12:03 dəqiqədə telefonun yaddaşına “Arzu bibi” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən buraxılmış zəng qeydə alınmış, daha sonra 12:04 dəqiqədə həmin nömrəyə edilmiş zəng zamanı 53 saniyə telefon danışığı qeydə alınmışdır. Eləcə də müəyyən edilmişdir ki, telefonun yaddaşına “Ramin Qonşu” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda telefon danışığı qeydə alınmışdır. Mobil telefonun üzərindəki ***-***-**-** mobil telefon nömrəsindən 31 may 2023cü il, saat 02:58 dəqiqədə telefonun yaddaşına “Ramin Qonşu” adı ilə qeyd edilmiş ***-***- **-** mobil telefon nömrəsinə edilmiş zəng zamanı 29 saniyə telefon danışığı qeydə alınmışdır. Həmin gün ***-***-**-** mobil telefon nömrəsindən 01 iyun 2023-cü il, saat 12:42 dəqiqədə daxil olmuş zəng zamanı 198 saniyə telefon danışığı qqeydə alınmışdır. Mobil telefonun üzərindəki ***-***-**-** mobil telefon nömrəsindən 02 iyun 2023-cü il, saat 05:20 dəqiqədə telefonun yaddaşına “Ramin Qonşu” adı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə edilmiş zəng zamanı 105 saniyə, həmin saat 06:15 dəqiqədə edilmiş zəng zaman 123 saniyə telefon danışığı qeydə alınmışdır. 02 iyun 2023-cü il, saat 08:12 dəqiqədə ***-***-**-** mobil telefon nömrəsindən daxil olmuş zəng zamanı 60 saniyə telefon danışığı qeydə alınmışdır. Baxış zamanı həmçinin, müəyyən edilmişdir ki, mobil telefonun Qalareya bölməsində Zərərçəkmiş şəxs fotoşəkilləri vardır. Bundan başqa, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, X9 və Şahid6 birlikdə fotoşəkli vardır. Həmçinin, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Şahid4 birlikdə fotoşəkli vardır. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli Biləsuvar RMX-sı X51 məktubundan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Biləsuvar RMX-nın X30 Yardım bölməsinə «Başın səthi travması bürünün sıyrığı, Sol saidin çoxsaylı səthi sıyrıqları. Sol topuq nahiyyəsində kiçik kəsilmiş yarası. Döş qəfəsində ağrı» diaqnozu ilə daxil olmuşdur. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 23 avqust 2023-cü il tarixli protokoldan və fotoşəkildə görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim etmə zamanı ona təqdim edilmiş 4 ədəd bıçaq içərisindən “2” rəqəmi ilə işarələnmiş bıçağı göstərərək 02 iyun 2023-cü il tarixdə, saat 18 radələrində fermada olduqları vaxt Təqsirləndirilən şəxs1 həmin bıçaqla onun sol ayağından içəri topuq nahiyəsindən bir dəfə vuraraq xəsarət yetirmiş, daha sonra Təqsirləndirilən şəxs1 hər iki əli ilə bıçağın dəstəyindən tutub qarnına bir dəfə vurub öz-özünə xəsarət yetirmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 24 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında telefon danışıqlarının götürüldüyü 01 aprel 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək demək olar hər gün olmaqla gün ərzində çoxlu sayda danışıqlar qeydə alınmış, həmin danışıqların əksəriyyətində Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edilmişdir. Həmin nömrələr arasında 31 may 2023-cü il tarixdə, saat 00:01, həmin gün saat 05:26, həmin gün saat 05:53, həmin gün saat 07:30, həmin gün saat 09:45, həmin gün saat 10:17 dəqiqədə danışıqlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 01 iyun 2023-cü il, saat 07:07 dəqiqədən etibarən 122 saniyə, həmin gün saat 11:35 dəqiqədən etibarən 142 saniyə, həmin gün saat 11:48 dəqiqədən etibarən 163 saniyə, həmin gün saat 11:54 dəqiqədən etibarən 129 saniyə, həmin gün saat 12:04 dəqiqədən etibarən 54 saniyə telefon danışığı qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 01 iyun 2023-cü il, saat 12:00 dəqiqədə edilmiş zəng zamanı 12 saniyə, 01 iyun 2023-cü il, saat 12:02-də edilmiş zəng zamanı 74 saniyə, həmin gün saat 12:10 dəqiqədə edilmiş zəng zamanı 29 saniyə və həmin gün saat 12:31 dəqiqədə edilmiş zəng zamanı 168 saniyə telefon danışığı qeydə alınmış, anten məlumatlarına əsasən həmin danışıqlar zamanı hər iki abunəçi Biləsuvar rayonu, Zəhmətabad kəndində olmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 01 iyun 2023-cü il, saat 11:14 dəqiqədən etibarən 47 saniyə, həmin gün saat 11:34 dəqiqədən etibarən 54 saniyə, həmin gün saat 11:54 dəqiqədən etibarən 137 saniyə, həmin gün saat 15:22 dəqiqədən etibarən 124 saniyə, həmin gün saat 17:10 dəqiqədən etibarən 1660 saniyə, həmin gün saat 18:29 dəqiqədən etibarən 118 saniyə, həmin gün saat 18:47 dəqiqədən etibarən 876 saniyə, həmin gün saat 20:02 dəqiqədən etibarən 143 saniyə, 02 iyun 06:20 dəqiqədən etibarən 44 saniyə telefon danışığı qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 01 iyun 2023-cü il, saat 17:05 dəqiqədə daxil olmuş zəng zamanı 40 saniyə, həmin gün saat 17:07 dəqiqədə daxil olmuş zəng zamanı 70 saniyə telefon danışığı qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 01 iyun 2023-cü il, saat 07:10 dəqiqədən etibarən 324 saniyə, həmin gün saat 11:35 dəqiqədən etibarən 142 saniyə, həmin gün saat 08:47 dəqiqədən etibarən 57 saniyə telefon danışığı qeydə alınmışdır. Bundan başqa, telefon danışıqlarının götürüldüyü dövrdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında yalnız 01 iyun 2023-cü il tarixdə bir dəfə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 01 iyun 2023-cü il, saat 09:07 dəqiqədə edilmiş zəng zamanı 62 saniyə telefon danışığı qeydə alınmışdır. İş materiallarında olan Cəlilabad Rayon polis Şöbəsinin 28 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Cəlilabad RPŞ-nin «Odlu Silahın Uçot və Qeydiyyat» kitabında vahid mərkəzləşdirilmiş sistemdə «TOZ-34P» markalı, 12 çaplı, UİN-6447 iki lüləli ov silahı qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Cəlilabad RPŞ-nin İstintaq bölməsində başlanmış cinayət işi üzrə icraat xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkumluğu yoxdur. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmasının əvvəli 17 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs olunmasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 iyul 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 Əğiş qızı həmin tarixdə şubhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan 28 iyul 2023-cu idl tarixli qərarla Zəkiyeva X21 Mahirə Əğiş qızı və barələrində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli Biləsuvar RMX-sı X51 məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji və psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 11 iyul 20230-cü il tarixli Salyan Rayonlararası Psixatriya Xəstəxanasının məktubundan görünür ki, X37, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyatda yoxdurlar. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli Sabirabad RMX-sı X51 məktubundan görünür ki, X37 və Təqsirləndirilən şəxs1 xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmurlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Biləsuvar rayon, Zəhmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, X4 rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi atası, anası, bacı və qardlaşından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Biləsuvar rayon, Zəhmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Zəkiyeva X14 rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ərindən, 1 azyaşlı (2016-cı il təvəllüdlü X11), 4 yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Biləsuvar rayon, Zəhmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Məcidova X29 rayonu, Zəhmədabad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi ərindən, 3 yetkinlik yaşına çatmış uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Neftçala rayon, Qaçaqkən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov X33 rayon, Qaçaqkən kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli «sübutların qiyəmətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A50” markalı smartfon tipli mobil telefon, habelə hadisə günü Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd bir adəd uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar, Şahid3 təqdim etiyi bir ədəd “TOZ-34R” modelli, 12 kalibrli, “UİN-6447” №-li qoşa lülə ov tüfəngi və bir ədəd mətbəx bıçağı, "xxxx" MMC, "xxxx" MMC və “Azerfon MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, 5 ədəd CD disk iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd bir adəd uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar Cəlilabad Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, bir ədəd mətbəx bıçağı Cəlilabad RPŞ-də ayrılmış cinayət işi üzrə istitaq bölməsinə göndərilmişdir, Şahid3 təqdim etiyi bir ədəd “TOZ-34R” modelli, 12 kalibrli, “UİN-6447” №-li qoşa lülə ov tüfəngi Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında qərarla Şahid3 və qeyriləri barəsində Azərbaycan Respubliaksı CM-nin 307.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəməyə təqdim olunmuş zərərçəkmiş şəxs X6 12 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir, ona ağır cəza verilməsini, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Mahirə Məcidli və Təqsirləndirilən şəxs4 ilə barışmış, onlardan şikayət və tələbi yoxdur, onlara həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 134, 144.2.3 və 149.1-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayələrində azyaşlı uşaqlarının olması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən haldır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxlə barışmalarını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs4 ilk dəfə məhkum olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs3 ilk dəfə məhkum olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hallar yoxdur. Törətdikləri əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 134, 144.2.3 və 149.1-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onların şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddələri ilə müəyyən müddətə aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barələrində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün və Təqsirləndirilən şəxs3 Əğiş qızının 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 gün təyin olunmuş azadlıqdan məzrumetmə cəzasından çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Eyni zamanda məhkəmə iş üzrə maddi sübutlar olub- Biləsuvar rayon prokurorluğunda saxlanılan habelə hadisə günü Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd bir adəd uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A50” markalı smartfon tipli mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Cəlilabad RPŞ-də saxlanılan Şahid3 təqdim etiyi bir ədəd “TOZ-34R” modelli, 12 kalibrli, “UİN-6447” №-li qoşa lülə ov tüfəngi xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, bir ədəd mətbəx bıçağının Cəlilabad RPŞ-də ayrılmış cinayət işi üzrə istitaq bölməsinə göndərilməsi nəzərə alınmalı, "xxxx" MMC, "xxxx" MMC və “Azerfon MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD disk, ümumilikdə 5 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin 17 iyun 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin 18 iyul 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128, 134, 144.2.3 və 149.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-in 128-ci maddəsi ilə maddəsi ilə ona 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 144.2.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 149.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 12 (on iki) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Əğiş qızının 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 gün təyin olunmuş azadlıqdan məzrumetmə cəzasından çıxılmaqla ona qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs3 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 26 iyul 2023-cü il tarixdən 28 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün təyin olunmuş azadlıqdan məzrumetmə cəzasından çıxılmaqla ona qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Təqsirləndirilən şəxs4 sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs4 sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olub-Biləsuvar rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd bir adəd uzunqol köynək və bir ədəd boz rəngli cins şalvar məhv edilsin. - Cəlilabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A50” markalı smartfon tipli mobil telefon onun yaxın qohumlarına qaytarılsın. - Cəlilabad RPŞ-də saxlanılan Şahid3 təqdim etiyi bir ədəd “TOZ-34R” modelli, 12 kalibrli, “UİN-6447” №-li qoşa lülə ov tüfəngi xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. -Bir ədəd mətbəx bıçağının Cəlilabad RPŞ-də ayrılmış cinayət işi üzrə istitaq bölməsinə göndərilməsi nəzərə alınsın. - "xxxx" MMC, "xxxx" MMC və “Azerfon MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 02 ədəd CD disk, ümumilikdə 5 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-195/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-195/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver