Məhkəmə qərarları › İş №1(099)-195/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-195/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-195/2025 19.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – X5, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, təqsirləndirilən şəxs – yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2007-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Biləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2025-ci il tarixdə, saat 14:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə etməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, 28 avqust 2024-cü il tarixdə saat 21:00 radələrində Biləsuvar rayonu Bağbanlar kəndində yaşadığı küçədə qonşusu yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında xoşagəlməz sözlər deməsini bəhanə edib sonuncuya iradını bildirərkən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin qarın və döş nahiyələrinə iki dəfə vuraraq «döş qəfəsinin sağ yarısının ön səthində 1 (bir) ədəd kəsilmiş səthi yara» ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və «qarnının ön divarının qarın boşluğuna keçən mədəni və köndələn çənbər bağırsaqı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara» ilə nəticələnən insan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 28 avqust 2024-cü il tarixdə axşam saatlarında Biləsuvar rayonu Bağbanlar kəndində yaşadığı evin yaxınlığında tanışı, Samir Həsənovla dayanacaqda söhbət edərkən Samir ona tanışları Nurlana zəng edərək Nurlanın satmaq istədiyi mobil telefona baxmaq üçün görüşmək istədiyini deməsini xahiş etmiş, o da, “Whatsapp” mobil tətbiqi vasitəsilə Nurlana həmin məzmunda ismarıc yazmış, Nurlan da onlara yaşadığı evin yaxınlığına gəlməyi bildirmişdir. Bundan sonra o, Samirlə birlikdə Nurlanın Bağbanlar kəndində yerləşən ailəsi ilə birlikdə yaşadığı evə gələrək məhəllədə onunla görüşmüşlər. Görüşərkən Nurlan onun ünvanına nalayiq ifadə işlədərək “sən kimsən ki məni ayağına çağırırsan?” demiş, Nurlanın satmaq istədiyi mobil telefon Samirin xoşuna gəlmədiyindən həmin telefonu almaq fikrindən daşınmış, bundan sonra o, Nurlana bir qədər kənara çəkilərək söhbət etməyi təklif etmiş, onlar Samirdən təxminən 10-15 metr aralanaraq söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Nurlana az öncə görüşən zaman işlətdiyi nalayiq ifadəyə eləcə də, onun barəsində ayrı-ayrı şəxslərin yanında işlətdiyi nalayiq ifadələrə görə irad bildirərək, bu cür davranışlara son qoymağı tələb etmiş, Nurlan isə heç kəsin yanında onun haqqında nalayiq ifadə işlətmədiyini, onu bu sözləri deyən şəxslərlə üzləşdirməsini bildirmişdir. Onlar arasında sözlü mübahisə davam etmiş, mübahisə zamanı Samir təkrarən onun ünvanına nalayiq, təhqiramiz ifadələr işlətmiş, bu zaman o, üzərində olan mətbəx bıçağı ilə Samirə xəsarət yetirərək oradan uzaqlaşmış, oradan uzaqlaşarkən Samirə xəsarət yetirdiyi bıçağı yolun kənarına atmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, əvvəllər də Nurlanın onun ünvanına atmacalı ifadələr işlətməsi ilə bağlı aralarında sözlü mübahisələri olsa da, heç vaxt dava etməmişlər, hadisədən təxminən 10-15 gün əvvəl həmkəndliləri Samir və Şahlar Nurlanın onun barəsində xoşagəlməz ifadələr işlətməsi ilə bağlı məlumat vermişlər. Hadisə günü yəni, 28 avqust 2024-cü il tarixdə evdən mətbəx bıçağı götürərək bostana getmiş, bıçağı bostanda qarpız kəsib yemək üçün özü ilə götürmüş, bostandan qayıdarkən bıçağı üzərində saxlamış, evin yaxınlığında Samirlə rastlaşmış, bundan sonra Samirin təklifi ilə Nurlangilin məhəlləsinə getmişdir. Nurlana xəsarət yetirmək niyyəti olmamış, həmin vaxt Nurlan onu iki dəfə, həm görüşərkən, həm də aralarındakı sözlü mübahisə zamanı təhqir etdiyindən üzərindəki bıçaqla ona xəsarət yetirmişdir. Nurlana bıçaqla iki dəfə zərbə vurmuşdur. Samirin onun üzərində bıçaq olması barədə ümumiyyətlə məlumatı olmamışdır. Hal-hazırda törətdiyi əməldən peşmandır, Nurlanla barışmış, ailə üzvləri tərəfindən ona vurulmuş zərər aradan qaldırılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 avqust 2024-cü il tarixdə saat 20-21 radələrində əkin sahəsindən evə gəlmiş, evdə olarkən Təqsirləndirilən şəxs ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə ismarıc yazaraq həmkəndlisi və qonşusu olan X9 ona məxsus mobil telefonu almaq istədiyini və bu səbəbdən çölə çıxmasını bildirmiş, o isə həmin vaxt iş gördüyü üçün çölə çıxa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs inadla ondan çölə çıxmasını istəmiş, bundan sonra o yaşadığı evdən məhəlləyə çıxmışdır. X21 telefon barədə danışmış, lakin razılığa gələ bilməmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona sözü olduğunu deyərək söhbət etmək üçün kənara çəkilməyi təklif etmiş, onlar Samirdən təxminən 10-15 metr aralanaraq söhbət etməyə başlamışlar. Söhbət əsnasında Ruslan ona Biləsuvar rayonunda yaşayan başqa şəxsin yanında onun barəsində nalayiq sözlər dediyini bildirmiş, o isə Ruslana həmin adama zəng edib onunla üzləşərək hansı sözü onun yanında dediyini aydınlaşdırmağa hazır olduğunu bildirmiş, hal-hazırda işinin olduğunu və əgər yenə də bu məsələyə aydınlıq gətirmək istəyərsə ona zəng edə biləcəyini deyərək Ruslanın yanından uzaqlaşmaq istəmiş, bu zaman Ruslan belindən bıçağı çıxararaq qəfildən onun qarın nahiyyəsinə zərbə vurmuş, ikinci dəfə zərbə endirmək istəyəndə isə o, sol əli ilə Ruslana mane olmağa çalışmış, bıçaq onun sağ sinə nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra Ruslan hadisə yerindən uzaqlaşmış, onu isə atası xəstəxanaya aparmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, əvvəllər Ruslanla aralarında heç bir mübahisə, ədavət olmamış, hadisədən təxminən 10- 15 gün əvvəl Ruslanın davakar olması ilə bağlı aralarında inciklik olmuş, Ruslan və Samirlə görüşərkən Ruslanın ünvanına nalayiq ifadə işlətməmiş, sadəcə olaraq ona ondan yaşca böyük olduğunu, nə vaxtdan yaşca kiçiklərin yaşca böyükləri ayağına çağırması ilə bağlı iradını bildirmiş, daha sonra təklikdə söhbət edərkən də Ruslanın ünvanına hər hansı nalayiq, təhqiramiz ifadə işlətməmişdir. Ruslan ona bıçaqla xəsarət yetirdikdən sonra həmkəndliləri Sakit Mehdiyev onları görmüş, onları dava etmələrinə görə tənbeh etmişdir. Samir ona yaxınlaşaraq evə getməsinə kömək etmişdir. Hal-hazırda Ruslanla barışmışdır, ondan şikayətçi deyil. İbtidai istintaq dövründə də Ruslanla barışması və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 28 avqust 2024-cu il tarixdə axşam radələrində evdə şam yeməyi yeyərkən oğlu Nurlana “Whatsapp” mobil tətbiqindən ismarıc gəldiyini görmüş, ondan kimin ismarıc yazdığını soruşduqda Nurlan ona yazanın Ruslan olduğunu, onu “kolxoza” çağıraraq söhbət etmək istədiyini bildirmişdir. O, oğluna Ruslanla görüşməməsini, ümumiyyətlə onunla oturubdurmamasını bildirmiş, Nurlan da Ruslanla görüşməyəcəyini demişdir. Oğlu Nurlan həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə getməyə hazırlaşdığından həmin dövrdə mobil telefonunu satmaq niyyətində olmuşdur. Az sonra Samir adlı həmkəndliləri Ruslanın mobil telefonu ilə Nurlana zəng etmiş, onun mobil telefonunu almaq istədiyini, telefona baxmaq üçün görüşməli olduqlarını, məhəlləyə çıxmasını demişdir. Nurlan ona “Ata, mən çıxıram qapının ağzına, Samir telefona baxsın gəlirəm” deyərək evin darvazasından çölə çıxmış, bundan təxminən dörd dəqiqə sonra Nurlan darvazadan evin həyətinə daxil olaraq “Ata, məni bıçaqladılar” demişdir. O, əvvəlcə Nurlanın zarafat etdiyini güman etmiş, lakin bu zaman Nurlan yerə yıxılmış, Nurlana yaxınlaşdıqda əynindəki köynəyin qana bulandığını, onun qarın nahiyyəsində deşilmiş yara olduğunu görmüşdür. Nurlan Ruslanın onu bıçaqla vurduğunu demişdir. Bundan sonra Nurlanı maşına əyləşdirərək xəstəxanaya aparmışdır. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Nurlanı xəstəxanaya apararkən yolda ondan Ruslanın hansı səbəbdən ona bıçaqla xəsarət yetirməsini soruşmuş, Nurlan Ruslanın ona guya onun barəsində ayrı-ayrı şəxslərin yanında nalayiq ifadələr işlətməsini dediyini, Ruslan barəsində heç kəsin yanında nalayiq ifadələr işlətmədiyini, bunu deyən şəxslərlə üzləşməyə hazır olduğunu dedikdən sonra Ruslanın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Hadisədən təxminən 15-20 gün əvvəl Ruslanın “Whatsapp” mobil tətbiqinin status bölməsində “türmə həyatı”, “oğru aləmi” ilə bağlı paylaşımlar etməsi səbəbindən ona öz iradını bildirmiş, Ruslan isə iradları qəbul etmədiyindən oğlu Nurlana bir daha Ruslanla yoldaşlıq etməməsi barədə xəbərdarlıq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi gün axşam saatlarında Biləsuvar rayonu, Bağbanlar kəndində piyada hərəkət edən zaman həmkəndlisi Ruslanla rastlaşmış, həmin vaxt mobil telefonu olmadığından və həmkəndlisi Nurlanın satmaq istədiyi mobil telefonu almaq niyyətində olduğundan bu barədə Ruslana bildirmiş və ondan öz telefonu ilə Nurlana zəng edib telefona baxmaq üçün görüşə çağırmasını xahiş etmişdir. Bundan sonra Ruslan öz mobil telefonu ilə Nurlana zəng edərək görüşə çağırmış, Nurlan isə onların məhəlləsinə gəlmələrini bildirmişdir. Ruslanla birlikdə Nurlanın yaşadığı məhəlləyə gedərək orada Nurlanla görüşmüşlər. Nurlanın göstərdiyi mobil telefon xoşuna gəlmədiyindən həmin telefonu almaq fikrindən daşınmış, həmin vaxt Ruslan Nurlana kənara çəkilərək söhbət etməyi təklif etmişdir. Ruslan və Nurlan ondan təxminən 15 metr kənara çəkilərək söhbət etməyə başlamışlar. Daha sonra onların yüksək səslə mübahisə etdiklərini eşidib onlara yaxınlaşmış, bu zaman Nurlanın əlləri ilə qarın nahiyyəsini tutaraq geri çəkildiyini görmüşdür. Ruslanın Nurlana bıçaqla xəsarət yetirdiyini anlamış, Nurlana kömək edərək onu evlərinə aparmışdır. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə davam edərək göstərdi ki, Nurlanla görüşərkən Nurlan Ruslanın ünvanına nalayiq ifadə işlədərək “Gördünüz, ayağıma gəldiniz” demiş, lakin Nurlanın bu sözləri zarafatla dediyini düşünmüşdür. Nurlanla Ruslan təklikdə söhbət edərkən Nurlanın uca səslə “Eləməmişəm! Deməmişəm!” dediyini eşitmişdir. Ruslanla Nurlan arasında əvvəllər də sözlü mübahisə olmasından, eləcə də dalaşmalarından məlumatı olmuş, lakin Nurlanın Ruslan barəsində ayrı-ayrı şəxslərin yanında nalayiq, təhqiramiz ifadələr işlətməsini eşitməmişdir. Ruslanın üzərində bıçaq olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə axşam saat 21 radələrində Biləsuvar rayonu, Bağbanlar kəndində əmisioğlugilə piyada gedərkən küçədə Ruslanla Nurlanın dalaşdıqlarını görmüş, uzaqdan hər ikisinə dalaşmamaları barədə irad bildirmiş, bundan sonra onlar aralanmış, Ruslan onun yanından keçib getmiş, Nurlan isə yaxınlıqdakı divara yaxınlaşaraq yerə əyləşmişdir. O, Nurlana evə getməsini, yoxsa dalaşması barədə atasına məlumat verəcəyini demişdir. Bundan sonra Nurlan ayağa qalxaraq Samir adlı şəxslə evlərinə tərəf getmişdir. Həmin vaxt o, Ruslanın Nurlana bıçaqla xəsarət yetirdiyini bilməmişdir. Bu barədə növbəti gün Biləsuvar rayonunda bazarda olarkən həmkəndlilərindən eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.1;). Biləsuvar rayon Polis şöbəsinin məsul növbətçisi polis polkovnik-leytenantı Daşqın Məmmədovun xx.xx.2024-cü il tarixli raportunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:16-da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Nurlan İbrahimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. (i.v.3;). Biləsuvar rayon Polis şöbəsinin məsul növbətçisi polis polkovnik-leytenantı Daşqın Məmmədovun xx.xx.2024-cü il tarixli raportunda qeyd olunmuşdur ki Biləsuvar rayon mərkəzi xəstəxanasından xx.xx.2024-cü il tarixdə saat 21:30-da 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “qarnın ön yuxarı hissəsində kəsilmiş-deşilmiş yara” diaqnozu ilə Biləsuvar RMX-yə daxil olması barədə məlumat verilmişdir. (i.v.4;). Cinayət işi materiallarında olan Şahid1 tərəfindən Biləsuvar RPŞ-nin rəisinə ünvanlanmış ərizədə Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı oğlu Nurlan İbrahimova bıçaqla xəsarət yetirdiyi, bununla bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyi göstərilmişdir. (i.v.5;). “Təqdim edilmiş əşyanın götürülməsi haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, İbrahimli X6 RMX-yə gətirilərkən əynində olmuş üzərində “Tommy Hilfiger” sözləri yazılmış bir ədəd köynək və arxa sağ cibinin üstündə “BOSS” sözü yazılmış bir ədəd şalvara baxış keçirilərək qablaşdırılmaqla götürülmüşdür. Köynəyin üzərində qana bənzər ləkələr və kəsilmiş deşik izi olmuşdur. (i.v. 7;) Cinayət işi materiallarında olan Biləsuvar RPŞ-nin PPXB-nin polis serjantı Əlizamin Mirələmzadə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmişdir. (i.v.8;) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə, saat 02:00-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Biləsuvar rayon Vəkil bürosunun vəkili X2 və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir (i.v.9, 27-33;). “Əşyanın təqdim edilməsi və götürülməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək götürülərək qablaşdırılmışdır. (i.v.38) “İfadənin yerində yoxlanması və əşyanın götürülməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Hacıyev X7 rayonu Bağbanlar kəndi ərazisində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi ərazini və istifadə etdiyi bıçağı atdığı yeri göstərmiş, ümumi uzunluğu 24 sm, qara rəngli dəstəyini uzunluğu 12 sm, tiyəsinin uzunluğu 12 sm olan bıçaq qablaşdırılaraq götürülmüşdür. (i.v.43-47;) “Cinayət işi üzrə əməlin tövsifi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir.(i.v.51) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə elan edilmiş, hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (i.v. 53-54, 59- 66;) Biləsuvar rayon məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 4(022)-57/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur. (i.v.76-80;). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82;) “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 04 sentyabr 2024-cü il tarixli 18-1-30/3-1830/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. (i.v. 99;) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 4(106)-116/2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 tərəfindən Biləsuvar rayon məhkəməsinin 4(022)-57/2024-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. (i.v.119-122;) Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Biləsuvar RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə bıçaqla xəsarət yetirdiyi, bununla bağlı Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdiyi göstərilmişdir. (i.v.125;) Biləsuvar rayon İcra hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İbrahimli X6 rayonu, Bağbanlar kəndində atası Şahid1, anası X10, qardaşı X13 ilə birllikdə yaşayır. (i.v.141;) Biləsuvar rayon İcra hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur. (i.v.142;) “Məhkəmə-Tibbi Ekspertizası və X11” publik hüquqi şəxsinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 391 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarının ön divarının qarın boşluğuna keçən mədəni və köndələn çənbər bağırsağı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin sağ yarısının ön səthində 1 (bir) ədəd kəsilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər batıcı-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə qarnın ön divarının qarın boşluğuna keçən mədəni və köndələn çənbər bağırsağı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Döş qəfəsinin sağ yarısının ön səthində 1 (bir) ədəd kəsilmiş səthi yara isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (i.v.143-145;) “Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri nümayəndəsinin iştirakı ilə ətraflı izah edilmişdir (i.v.156, 158-159) “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2637 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur, emosionallıq, təhqirə qarşı həssaslıq, ünsiyyətçilik fərdi-psixoloji xüsusiyyətlərə malikdir, yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xarakteri və mənasını anlaya bilərdi, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında danışmağa, özündən uydurmağa meyillilik aşkar olunmadı. (i.v.164-166;) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 3/1488; 3/1489 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində rəyin tədqiqi hissəsində yerləşmə yeri göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən köynəyin səthində olan zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın da təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. - Qərarda qeyd olunan “zədə yetirənlə qarşılıqlı vəziyyəti müəyyən edilsin” sualını istintaq eksperimenti keçirmək yolu ilə müəyyən etmək mümkündür. - Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. (i.v.168-172;) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 6/4600 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki; - Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Nazım oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs Nazım oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs Nazım oğluna məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Eskpertiza xərxlərinə dair bildirişdən görünür ki aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır. (i.v.174-178;) “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin 16 noyabr 645/2024 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, maddi sübutların tibbi tədqiqinə əsasən Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (H) /İİ/, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus kofta və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus kofta üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı, bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər, tədqiq olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, Təqsirləndirilən şəxs məxsus kofta üzərindəki ləkələrdə qan aşkar olunmadı. (i.v.184-189;) Cinayət işi materiallarında olan müvafiq olaraq Zərərçəkmiş şəxs və X4 tərəfindən Biləsuvar RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs ailəsi tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərər tam olaraq aradan qaldırılmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. (i.v. 191-192;) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bıçaq, ona məxsus şalvar və kofta, Zərərçəkmiş şəxs məxsus şalvar, kofta, onun qurudulmuş qan nümunəsi cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. (i.v. 202- 212;). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild 1, i.v. 215-216;). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;). Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X14 xx.xx.2012-ci il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində “süd vəzi xərçəngi” xəstəliyindən vəfat etmişdir. (Cild 2) Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin 26 noyabr 2012-ci il tarixli 2-(022)-981/12 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs dayısı Qanuni nümayəndə və onun həyat yoldaşı X1 tərəfindən övladlığa götürülmüşdür. Həmin qətnamənin təsviri hissəsində göstərilmişdir ki, Ruslanın anası Adilə Hacıyeva 2008-ci ildə xərçəng xəstəliyinə tutulmuş, bundan sonra əri Elçin onu və üç azyaşlı uşağını ataraq getmiş, Ruslan və digər iki azyaşlı uşağa Qanuni nümayəndə baxmışdır. (Cild 2) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konnstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşmır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Hazırki iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, 28 avqust 2024-cü il tarixdə saat 21:00 radələrində Biləsuvar rayonu Bağbanlar kəndində yaşadığı küçədə qonşusu yetkinlik yaşına çatmayan, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun haqqında xoşagəlməz sözlər deməsini bəhanə edib sonuncuya iradının bildirərkən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin qarın və döş nahiyələrinə iki dəfə vuraraq «döş qəfəsinin sağ yarısının ön səthində 1 (bir) ədəd kəsilmiş səthi yara» ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən və «qarnının ön divarının qarın boşluğuna keçən mədəni və köndələn çənbər bağırsaqı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara» ilə nəticələnən insan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda sonuncunun xuliqanlıq niyyəti ilə hərəkət edərək zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirdiyini göstərsə də, gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış, yalnız hadisəyə səbəbin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun haqqında başqa şəxslərin yanında hər hansı nalayiq, təhqiramiz ifadə işlətmədiyini deməsinə baxmayaraq Təqsirləndirilən şəxs bunu bəhanə etməsini göstərmişdir. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər də sözlü mübahisələr olmuş, hadisədən təxminən 10-15 gün əvvəl isə münasibətləri bir qədər də kəskinləşmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Samir Həsənovla görüşərkən Təqsirləndirilən şəxs ünvanına təhqiramiz ifadə işlətmişdir. İş üzrə şahid qismində dindirilmiş Samir Həsənov həmin xüsusatı təsdiq etmiş, Zərərçəkmiş şəxs isə ifadəsində Təqsirləndirilən şəxs təhqir etmədiyini, sadəcə olaraq yaşca böyük biri kimi irad bildirdiyini qeyd etmişdir. İş üzrə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2637 saylı rəyinin nəticə hissəsində də Təqsirləndirilən şəxs təhqirə qarşı həssas olduğu müəyyən olunsa da, bütün bunlara baxmayaraq istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən 126.2.4-cü maddəsinə tövsif edilərək ona yenidən ittiham elan edilmişdir. Lakin mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dalələt edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz etmişdir. Anlayışların bu şəkildə “əvəzləşdirilməsi” isə istintaq orqanına təqsirkarın hərəkətlərini şərtləndirən istənilən səbəbi müstəsna olaraq özünün “süzgəcindən” keçirərək “əsaslı olmayan səbəb” və ya “cüzi səbəb” kimi qiymətləndirməyə, təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini isə (hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başladığı hallarda belə) nəzərə almamağa imkan yaradır. Belə ki, şəxsin CM-in 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.» Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Məhkəmə istintaqında həm şahid Samir Həsənovun, həm də Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsinə səbəb heç də əsassız bəhanə deyil, əksinə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlətməsi, bununla bağlı əvvəllər də aralarında mübahisəyə səbəb olmuş və hadisədən əvvəl bir qədər də kəskinləşmiş şəxsi münasibətləri olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs heç də qeyd edilən hərəkətləri ilə özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymamış, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməmiş, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmamış, həmin qayda və normalara etinasızlıq göstərməmiş, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsə qəsdən ağır xəsarət yetirmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd edilən cinayət işinin faktiki halları ilə və sübutlarla müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 28 avqust 2024-cü il tarixdə saat 21 radələrində Biləsuvar rayonu, Bağbanlar kəndində yol kənarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görüşən zaman onnun ünvanına nalayiq ifadə işlətməsi, eləcə də, ayrı-ayrı şəxslərin yanında onun barəsində təhqiramiz ifadələr işlətməsi ilə bağlı ondan bu kimi hərəkətlərə son qoymasını tələb etməsi, lakin Zərərçəkmiş şəxs bunu inkar etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya yetirilən anda insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-nin) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər – X17, Şahid1, Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, “İfadənin yerində yoxlanması və əşyanın götürülməsi haqqında” 29 avqust 2024-cü il tarixli protokolla, “Məhkəmə-Tibbi Ekspertizası və X11” publik hüquqi şəxsinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 391 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 3/1488; 3/1489, 6/4600 nömrəli rəyləri, “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin 16 noyabr 645/2024 nömrəli rəyi və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.106) Biləsuvar rayon İcra hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Bağbanlar kənd A.Həsənov adına tam orta məktəbinin direktoru tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (i.v.104-105). Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə əsasən, məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yetkinlik yaşına çatmamasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən), zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam aradan qaldıraraq onunla barışmasını (Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən), təqsirini könüllü gəlib boynuna almasını (Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətlərin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni onun yetkinlik yaşına çatmamasını (uşaq olmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməli barədə könüllü surətdə polis orqanına məlumat verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun yetkinlik yaşına çatmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən peşman olmasını, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, eləcə də onun ali və digər formada təhsil almasına, eləcə də onun Azərbaycan Respublikasının qarşısında olan vəzifələrinin icra edilməsində (həqiqi hərbi xidmət və sair) mane ola bilər və bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Biləsuvar rayonu inzibati ərazi hüdudları daxilində kütləvi əyləncə tədbirlərinin təşkil olunduğu yerlərə getməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini, təhsil yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Biləsuvar rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Biləsuvar rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 217 (iki yüz on yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatlarının dəyəri olan 217 (iki yüz on yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, Biləsuvar rayonu inzibati ərazi hüdudları daxilində kütləvi əyləncə tədbirlərinin təşkil olunduğu yerlərə getməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini, təhsil yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Biləsuvar rayon Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 217 (iki yüz on yeddi) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Biləsuvar rayon Polis şöbəsinin saxlanc otağənda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd bıçaq məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar