Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-196/2022 07.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “ALYANS” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, ev 16 mənzil 38-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-2,419 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Cəlilabad şəhəri, Qurtuluş prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə 2,419 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, bir neçə ildir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.28 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında, Cəlilabad şəhərində yaşadığı evinin qarşısında küçədə dayanıb siqaret çəkdiyi vaxt tanımadığı iki nəfər mülki geyimli polis əməkdaşı onu tutub Cəlilabad RPŞ-nə aparmışlar.Polis şöbəsinə aparılarkən üzərində narkotik maddə olmamışdır. Şöbədə polis əməkdaşları onunla söhbət apararkən o, narkotik istifadəçisi olduğunu bildirmişdir. Sonra tanımadığı polis əməkdaşları ona psixi təsir və təzyiqlər edərək narkotik maddə olmasını üzərinə götürməsini məcbur etmiş, o da razılaşmışdır. Səhərisi gün, yəni 29 sentyabr 2021-ci il tarixdə tanımadığı polis əməkdaşı bir bükümdə narkotiki cibinə qoymuş, sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və polisin cibinə qoyduğu həmin narkotik maddə aşkar olunub götürülmüşdür.Qabaqcadan polis əməkdaşları ona aşkar olunmuş narkotik maddəni tapmasını deməyini tapşırdıqları üçün o, ilkin sorğu aparılarkən, daha sonra istintaq zamanı narkotik maddəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Əslində üzərində aşkar olunmuş həmin narkotik maddə-heroin ona məxsus deyil, narkotik maddəni cibinə tanımadığı polis əməkdaşı qoymuşdur.Üzərində axtarış zamanı, sonradan istintaq zamanı dindirilərkən yanında vəkil (müdafiəçi) olmuş, həmin vaxt polis əməkdaşları ona psixi təsir və təzyiqlər etdiyi üçün o, vəkilə (müdafiəçiyə) aşkar olunmuş narkotik maddənin özünə məxsus olmamasını deməmişdir.Tutulan vaxt üzərində narkotik maddə olmamış, heç kimdən narkotik maddə almamış və narkotik maddələrin satışı ilə məşğul olmamışdır.İşdə olan bəzi sənədləri polisin təsiri altında imzalamış, bəzilərini isə imzalamamışdır.Üzərində axtarış zamanı aşkar olunmuş narkotik maddənin qablaşdırıldığı zərfin üzərində adının qarşısında olan imzanı özü icra etmiş, istintaq zamanı verdiyi ifadəsinin sonunda “CMnin 234.1-ci maddəsi ilə özümü təqsirli bilirəm” qeydini özü yazmışdır.İşdə olan digər sənədlərdə adının qarşısında olan imzalar ona məxsus deyil, həmin sənədlərdə olan imzalar onun tərəfindən icra olunmamışdır.Həmçinin işdə olan sənədlərdə iki yerdə “İmtina edirəm” sözləri onun tərəfindən yazılmışdır.Qeyd etdiyi hallardan başqa işdə olan sənədlərdəki imzalar ona məxsus deyil. Eyni zamanda məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, bir-iki ildir ki, mütamadi olaraq narkotik vasitələrdən istifadə etməyə başlamış, son vaxtlar bütün növ narkotiklərdən istifadə etmişdir.29 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerdən bir bükümdə heroin tapmış və istifadə etmək məqsədilə cibində saxlamışdır.Həmin gün Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə hərəkətdə olarkən mülki geyimdə iki nəfər polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddə olub-olmamasını soruşmuş, o da üzərində heroin olduğunu bildirmiş və bundan sonra o, Cəlilabad RPŞ-nə aparılmışdır.Həmin vaxt narkotik maddə əynindəki gödəkcənin sağ döş cibində olmuşdur.Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə üzərinə baxış (şəxsi axtarış) keçirilmişdir. Baxış (axtarış) zamanı o, əynindəki gödəkcənin cibindən bir ədəd sellofan bükümdə olan heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir.Təqdim etdiyi heroin zərfə qoyulub qablaşdırılmış, özü və orada olan şəxslər həmin zərfin üzərinə imza etmişlər. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxladığnı, həmin narkotikdən heç kimə vermədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu, yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, həmin maddəni onun cibinə İsmayıl adlı polis əməkdaşı qoymuşdur. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşıdır. 29 sentyabr 2021-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özü də daxil olmaqla əməliyyat qrupu yaradılmışdır.Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerə müəyyən edilmiş və həmin gün saat 11 radələrində Elçin Cəlilabad şəhəri, Qurtuluş prospektində piyada hərəkətdə olarkən əməliyyat qrupu tərəfindən saxlanılıb ona narkotik maddələr əldə edib saxlamaqda şübhəli olduğu bildirilmiş, Elçin də üzərində narkotik maddə olduğunu demişdir.Həmin yerdə müvafiq sənədləşmə aparılması mümkün olmadığından Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir.Şöbədə təhqiqatçı Şahin Abbasov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, həmin heroini küçədə yerdən tapdığını və istifadəsi üçün üstündə saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə bir ədəd zərfə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur.Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq, təsir göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır.Əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik maddənin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, onun narkotik maddəni satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermşlər. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 29 sentyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, narkotik vasitə əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində küçədə saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Şahin Abbasov tərəfindən Müdafiəçi1 iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə bir ədəd zərfə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 2,419 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Tədqiqatdan sonra qalıq heroin 2,369 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 04 oktyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 2,369 qram heroin maddi sübut kimi tanınmışdır.Həmin maddi sübut saxlanılması Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-xəttşünaslıq ekspertizasının 02 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1.1-ci bənd-ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 43-cü vərəsində olan Protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 44-cü vərəqəsində olan Protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 45-48-cü vərəqələrində olan “Şübhəli şəxsin dindirilməsi” Protokolunun 1-ci vərəqəsindəki 3 ədəd imza, 2-ci vərəqəsində “Şübhəli şəxs” qrafasındakı imza, 3-cü vərəqin aşağı hissəsində soldan 1ci imza, 4-cü vərəqəsində “İmza” qrafasındakı imza, 51-52-cü vərəqələrində olan qərarın 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 54-cü vərəqəsində olan Bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 55-ci vərəqəsində olan protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 56-ci vərəqəsində olan protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 58-61-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsi dindirilmə” Protokolunun 1-ci vərəqəsində “İmza” qrafasındakı imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 3-cü vərəqənin aşağı hissəsində soldan 1-ci imza, 4-cü vərəqəsində “imza” qrafasındakı imza, 66-ci vərəqəndə olan Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 75-ci vərəqəsində olan Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 103-cü vərəqəsində olan Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 107-ci vərəqəsində olan Bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 108-ci vərəqəsində olan protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 109-cü vərəqəsində olan Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 110-113-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsi” dindirilmə Protokolunun 1-ci vərəqəsində” “İmza” qrafasındakı 1-ci imza, 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 3-cü vərəqin aşağı hissəsində soldan 1-ci imza, 4-cü vərəqəsində “İmza” qrafasındakı imza, 104-105-ci vərəqələrində olan Qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs” qrafasındakı ”İmtina edirəm” yazıları, 150-ci vərəqəsində olan Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı “İmtina edirəm” yazıları, 153-cü vərəqəsində olan Protokolda “Təqsirləndirlən şəxs” qrafasındakı “İmtina edirəm” yazıları, 2 saylı zərfin içərisindəm təqdim olunmuş Şahin Abbasov tərəfindən tərtib edildiyi qeyd edilmiş bir ədəd zərfin üzərində “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imza-eyni şəxs X5 tərəfindən icra olunmuşdur. 1.2-ci bənd-ekspertizaya təqdim edilmış cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsində olan Qərarda “Şübhəli şəxs” qrafasındakı imza, 3-cü vərəqəsində olan Protokolda “Şübhəli şəxs” qrafasındakı imza, 18-ci vərəqəsində olan Bildirişdə “Şübhəli şəxs” qrafasındakı imza, 19-cu vərəqində olan Protokolda “Şübhəli şəxs” qrakasındakı imza, 20-ci vərəqəsində olan Ərizədə “İMZA” qrafasındakı imza, 22-ci vərəqəsində olan Protokolda “Şübhəli şəxs” qrafikasındakı imza, 27-28-ci vərəqələrinsdə olan Protokollarda “Şübhəli şəxs” qrafasındakı imzalar, 29-cu vərəqəsində olan Qərarda “Şübhəli şəxs” qrafasındakı imza, 30-31-ci vərəqələrində olan Protokolun 1-ci vərəqəsində “Təqsirləndirilən şəxs” yazılarının və “4” rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqəsində “Şübhəli şəxs” qrafasındakı imza, 32-33-cü vərəqələrində olan İzahatın 1-ci vərəqəsində “İmza” qrafasındakı imza və vərəqin aşağı tərəfində soldan 1-ci imza, 2-ci vərəqəsində “Şübhəli şəxs” qrakasındakı imza, 35-ci vərəqəsində olan Protokolda “Şübhəli şəxs” qrafasındakı imza-eyni şəxs tərəfindən icra olunmuşdur. 2-ci bənd-ekspertizaya təqdim edilmiş, cinayət işinin 10-cu vərəqəsində olan Aktda 2 rəqəminin qarşısındakı imzanın və nəticənin “1.2” bəndində göstərilən imzaların-öz aralarında eyni şəxs və ya müxtəlif şəxs tərəfindən və X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prossesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün deyil. Aparılmış ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 03 yanvar 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından X2 narkotik vasitə olan heroini əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, Cəlilabad RPŞ-nin 22 noyabr 2021-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik maddə əldə etməsi məlum olsa da, onun əldə etdiyi narkotik vasitəni kimə və ya kimlərə satması və onun narkotik maddənin əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə-xəttşünaslıq ekspertizasının 02 iyun 2022-ci il tarixli rəyin tədqiqi hissəsinə və nəticə hissəsinin 2-ci bəndinə əsaslanaraq iş üzrə təhqiqat aparılarkən tərtib olunmuş sənədlərdə Təqsirləndirilən şəxs aid olması göstərilən imzaların, yəni cinayət işinin 10-cu vərəqəsində olan Aktda 2 rəqəminin qarşısındakı imzanın və rəyin 1.2-ci bəndində göstərilən sənədlərdə olan imzaların-öz aralarında eyni şəxs və ya müxtəlif şəxs tərəfindən və X6 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prossesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etməyin mümkün olmamasını nəzərə alaraq məhkəmə göstərilən həmin sənədləri (“Şəxsi axtarış və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokol istisna olunmaqla) təqsirləndirilən şəxsə qarşı ittiham xarakterli sübut kimi qimətləndirmir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışla bağlı tərtib olunmuş “Şəxsi axtarış və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokolda göstərilən bütün hallar məhkəmədə tədqiq olunmuş videoçəkilişlə bilavasitə, eləcə də təqsirləndirilən şəxsin və şahidələrin ifadələri ilə, həm də istintaq materialı ilə tam təsdiq olunduğundan məhkəmə iş üzrə tərtib olunmuş “Şəxsi axtarış və götürmə barədə” 29 sentyabr 2021-ci il tarixli protokolu sübut kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (28 sentyabr 2021-ci il tarixdə tutulub polis şöbəsinə aparılması, tutularkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmaması, həmin heroini cibinə polis əməkdaşının qoyması, ibtidai istintaq zamanı verdiyi ifadələrində ona aid olması göstərilən imzaların, eləcə də digər sənədlərdə olan imzaların ona məxsus olmaması və həmin imzaların onun tərəfindən icra edilməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə (videofaylda həmin videoçəkilişin tarixi “2021.09.29.” yazılmışdır) aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni 28 sentyabr 2021-ci il tarixdə tutulub polis şöbəsinə aparılması, tutularkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmaması, həmin heroini cibinə polis əməkdaşının qoyması, ibtidai istintaq zamanı verdiyi ifadələrində ona aid olması göstərilən imzaların, eləcə də digər sənədlərdə olan imzaların ona məxsus olmaması və həmin imzaların onun tərəfindən icra edilməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, o cümlədən məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi (həmin rəydə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrdə və digər istintaq sənədlərində (rəyin 1.1-ci bəndində göstərilən) olan imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi göstərilir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə (videofaylda həmin videoçəkilişin tarixi “2021.09.29.” yazılmışdır) aparılmış şəxsi axtarışla bağlı tərtib olunmuş protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Cəlilabad Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittihamı qəbul edərək istintaq ifadəsini təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Habelə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2,419 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıması cinayətini törətmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq narkotik vasitələrin satışı məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda -2,419 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, Qurtuluş prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkcənin sağ döş cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitədən (heroindən) istifadə etməsi və narkomaniya xəstəsi olması tam təsdiq olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır.Məhkəmədə şahid kimi ifadə vermiş polis əməkdaşları da göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik maddə aşkar olunduqdan sonra o, həmin narkotik maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmiş, habelə onun kiməsə narkotik vasitə satması barədə məlumat əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 2,419 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 2,419 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi heroinin külli miqdarda olması onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddələri satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir.Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma İlə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X7 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə heyəti cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünə məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 2,419 qram heroini əldə edib, saxlayıb, üzərində daşıması, 29 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitənin aşkar edilib götürülməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-29 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 26 noyabr 2021ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hüseynzadə küçəsi, ev 16 mənzil 38-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş (ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi üçün əsaslar vardır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 9 (doqquz) ay 8 (səkkiz) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 8 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,369 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X8 X9 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-205 (iki yüz beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 9 (doqquz) ay 8 (səkkiz) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 8 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,369 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininə əlavə olunmuş, şəxsi axtarışla bağlı aparımış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-205 (iki yüz beş) manatı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-196/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-196/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver