Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-196/2025 27.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi – X20, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Alfa vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, təqsirləndirilən şəxs – yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2007-ci ildə Sabirabad rayonu, Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Sabirabad rayonu, Əsədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs (Fin:7ZGSN70) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 120.2.11-ci və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 fevral 2025-ci il tarixdə, saat 12:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 2 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Qurbanlı X13 şəhəri Pambıq zavodu qəsəbəsi bina 6 mənzil 10 ünvanında yaşayan, əvvəllər onunla pul müqabilində cinsi əlaqədə olduğu tanışı, 1975ci il təvəllüdlü X11 tək yaşamaqla xeyli miqdarda pul vəsaitinə və qızıl-zinyət əşyalarına sahib olmasını qabaqcadan bilərək, qeyd olunan pul vəsaitini, qızılları və digər əmlakı quldurluq yolu ilə ələ keçirmək, həmçinin Rəna İmanovanı qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 26 avqust 2024-cü il tarixdə saat 12 radələrində soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə silahlanıb üzərində daşıdığı məktəbli çantasında gizlədərək Rəna İmanovanın yaşadığı mənzilin qarşısına gəldikdən sonra növbəti dəfə Rəna İmanova ilə cinsi əlaqədə olmaq və bir gün öncə onunla cinsi əlaqədə olmasına görə Rəna İmanovaya ödəmədiyi pulu vermək bəhanəsi ilə onu aldadaraq sonuncunun yaşadığı mənzilə qanunsuz olaraq girməklə onun evdə tək olmasından əmin olduqdan sonra üzərində daşıdığı məktəbli çantasında gizlətdiyi çantada olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxarıb silah qismində istifadə etməklə mənzilin dəhlizində olan divanda onunla cinsi əlaqədə olmağa hazırlaşan Rəna İmanovaya arxadan hücum edərək quldurluq niyyətilə qəsdən öldürmək məqsədilə, Rəna İmanovanın kürək nahiyəsinə iki ardıcıl zərbə vurmaqla, daha sonra Rəna İmanovanın sol qarın nahiyəsinə üç dəfə və sol bazu nahiyəsinə 2 (iki) dəfə zərbə vurmaqla ona kəskin qanitirmə nəticəsində ölümə səbəb olan döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt üzrə 4-cü döş fəqərəsi səviyəsində, sol kürək xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində döş boşluğuna keçən sağ ağciyərin yuxarı və aşağı paylarını yaralayan iki ədəd kəsilmiş deşilmiş yara xarakterli, qarnın ön sol hissəsində qarın boşluğuna keçən bağırsaq arteriya və venasını yaralayan üç ədəd kəsilmiş deşilmiş yara xarakterli həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid və sol bazu oynağının arxa aşağı hissəsində döş boşluğuna keçməyən iki ədəd kəsilmiş deşilmiş yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək onu quldurluqla əlaqədar qəsdən öldürmüş, bundan sonra Rəna İmanovanın yaşadığı mənzilin yataq otağında yerləşən kamot mebelinin siyirməsində olan 1865 AZN və 170 AZN ekvivalentində olan 100 ABŞ dolları məbləğində pulu, cəmi 2,035 manat pulu, bir ədəd sarı rəngli, üzərində “585” damğası olmaqla 3,01 qram çəkisi olan, dəyəri 256 manat olan qızıl üzük, üzərində “585” damğası olmaqla 3,72 qram çəkisi olan, dəyəri 316 manat olan qızıl üzük, üzərində “585” damğası olmaqla 9,98 qram çəkisi olan, dəyəri 848 manat olan bir cüt qızıl sırğa, üzərində rəngsiz şəffat qiymətsiz qaşları olmaqla 0,86 qram çəkisi olan, dəyəri 52 manat olan 1 tay qızıl sırğa, gümüşü rəngli, üzərində “İTALY 925” damğası olan, 2,18 qram çəkidə olmaqla dəyəri 11 manat olan gümüş qolbaq və 01 ədəd arxa hissəsində WR-İP67 series 8,45 mm” yazıları olan, istifadədə olmuş dəyəri 50 manat olan smart qol saatı, dəyəri 2100 manat olan “İPhone 14 Pro Max” markalı “A2894” modelli mobil smartfonu, 20 manat dəyərində olan qadın pul qabısını, ümumilikdə xeyli miqdar təşkil edən cəmi 5.688 AZN məbləğində əmlakı mənzildən götürüb ələ keçirməklə, Rəna İmanovaya silah qismində istifadə edilən əşya tətbiq edərək həyat və sağlamlığı üçün təhlükəli olan quldurluqla əlaqədar qəsdən öldürmüş və zərər çəkmiş şəxsin yaşayış sahəsinə qanunsuz girməklə və xeyli miqdarda əmlakını ələ keçirib sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci və 181.3.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X24 ilə hadisə baş verməmişdən təxminən bir il əvvəl tanış olmuş, Rəna ilə onu həmkəndlisi Şahid1 tanış etmişdir. Rəna İmanova ilə il ərzində bir neçə dəfə görüşərək pul qarşılığında cinsi əlaqədə olmuş, lakin sonradan aralarında problemlər yaranmışdır. Belə ki, Rəna İmanova söyüş söyən və xoşagəlməz sözlər istifadə edən qadın olmuş, cinsi əlaqə zamanı evdə olan gizli kamera ilə onun fotoşəkillərini çəkdiyini, həmin fotoşəkilləri atasına göstərəcəyi ilə hədələyərək ilə atasına bu barədə heç bir məlumat verməməsi qarşılığında ondan pul tələb etmişdir. Bununla əlaqədar o, 26 avqust 2024-cü ildə Rəna İmanovanı öldürmək qərarına gəlmişdir. Hadisə baş verməmişdən bir gün əvvəl, 25 avqust 2024-cü il tarixdə Rəna ilə yenidən onun yaşadığı mənzildə cinsi əlaqədə olmuş, lakin həmin vaxt pulu olmadığı üçün Rənaya pul verməmiş, pulu daha sonra verəcəyini bildirmişdir. Rəna babasının pensiya kartının onda olmasından və yaxın günlərdə pensiya ödənişinin həmin pul kartına köçəcəyindən məlumatlı olduğundan onunla razılaşmış, növbəti dəfə nə vaxt görüşəcəklərini soruşmuşdur. O, Rənaya növbəti gün, yəni 26 avqust 2024-cü il tarixdə saat 12-13 radələrində gələcəyini bildirmişdir. 26 avqust 2024-cü il tarixdə saat 09 radələrində taksi ilə sinif yoldaşları X9 və X14 ilə birlikdə Sabirabad rayonu Əsədli kəndindən Sabirabad şəhərində yeləşən bazarın önünə gəlmiş, oradan sinif yoldaşları ilə birlikdə “Games” oyun klubuna gəlmiş, orada “PlayStation”da oyun oynayarkən Kamal işinin olduğunu deyib getmişdir. O, saat 10-11 radələrində Sənana onu oyun klubunda gözləməsini bildirərək Rəna İmanovanın evinə getmişdir. Binaya qalxaraq Rəna İmanovanın yaşadığı mənzilin qapısına yaxınlaşdıqda, mənzilin giriş qapısının qarşısında qara rəngli dəri materialdan olan bir cüt kişi ayaqqabısını görüb yanında başqa adamın olduğunu düşünüb geri qayıtmışdır. O, yenidən “Games” oyun klubuna geri dönmüş, dərslə əlaqədar mobil telefon işlətmədiyinə görə orada tanımadığı şəxsdən mobil telefon alıb Əli Əkbərə zəng edərək ona Rənaya pul vermək üçün evinə getdiyini, qapının önündə kişi ayaqqabısını görüb geri qayıtdığını, Rəna ilə əlaqə saxlayaraq evdə olub-olmadığını öyrənməsini bildirmişdir. Əli Əkbər isə onda Rənanın mobil nömrəsinin olmadığını, lakin tapıb zəng edəcəyini bildirmişdir. Bir müddət gözlədikdən sonra Əli Əkbərlə telefon vasitəsi ilə əlaqə saxlamış, X42 zəng etdiyini, lakin onun telefona cavab vermədiyini bildirmişdir. Həmin gün təxminən saat 12 radələrində Əli Əkbərə yenidən zəng etdikdə o, Rəna ilə danışdığını və Rənanın yaşadığı mənzildə onu gözlədiyini bildirmişdir. O, Sənana onu gözləməsini deyib “Games” oyun klubundan çıxaraq Rənanın evinə getmiş, Rənanın yaşadığı binanın dəhlizinə daxil olduqda Rənanın mənzilin giriş qapısının qarşısında yerləşən eyvanda stulda oturaraq onu gözlədiyini görmüşdür. Rəna ondan pulu gətiribgətirmədiyini soruşduqda pulu gətirdiyini, lakin onunla yenidən cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Rəna onun təklifi ilə razılaşaraq onu yaşadığı mənzilə dəvət etmiş, onlar mənzilə daxil olduqdan sonra Rəna ondan pulu istəmiş, o isə pulu verəcəyini, cinsi əlaqədə olmaq üçün divanı açaraq düzəltməsini Rənaya bildirmişdir. Rəna yerə doğru əyilərək divanı açıb düzəltməyə çalışarkən o, özü ilə gətirdiyi məktəbli çantasının içərisində olan həmin gün səhər saatlarında Sabirabad rayonu “bazar” adlanan ərazidə xırdavat mağazasından aldığı bıçağı çıxararaq bıçaqla onun kürək nahiyyəsinə iki dəfə zərbə vurmuş, Rənanın qışqırmaması üçün sol əli onun ağız nahiyyəsindən tutmuş, həmin vaxt Rəna onun sol əlinin 4-cü barmağını dişləmişdir. O, barmağının ağrısının təsirindən Rənanı buraxmış, Rəna mənzilin giriş qapısına doğru gedərək qapının kilidini açmağa çalışmış, o, Rənanın saçından tutub geri dartaraq qapını açmasına imkan verməmiş, onu yerə yıxaraq bıçaqla sol qarın nahiyyəsinə üç dəfə zərbə vurmuşdur. Daha sonra bıçağı divanın kənarına qoyub Rəna İmanovaya yumruqla zərbə endirməyə başlamış, lakin onun ölmədiyini görüb bıçaqla ürəyindən zərbə vurmaq istəmiş, zərbə endirərkən Rəna qəfildən ayağa qalxmağa cəhd etmiş, bu zaman bıçağın tiyəsi Rənanın çiyin nahiyyəsinə batmış, eləcə də, bıçağın kəsici hissəsi onun sağ əlinin 4-cü və 5-ci barmaqlarını kəsmişdir. Sağ əlindən xəsarət aldığından bıçaq əlindən yerə düşmüş, bıçağı yenidən götürə bilməmişdir. O, sol qolu ilə Rənanın boyun nahiyyəsindən sıxmaqla boğmağa çalışmış, təxminən bir-iki dəqiqə sonra Rənanın səsinin gəlmədiyini, hərəkətsiz qaldığını görmüşdür. O, əlini yumaq üçün hamam otağına daxil olduqda Rənanın xırıldadığını eşidib geri qayıdaraq Rənanın boynundakı qızıl boyunbağıdan tutub sıxmaqla boğmuş, təxminən bir-iki dəqiqə sonra onun səsinin kəsildiyini və bədəninin boşaldığını görüb onun öldüyündən əmin olmuşdur. O, hamam otağında əllərini yumuş, daha sonra divanın üzərində və mətbəxdə olan salfetlərlə əlini qurulamağa çalışmış, lakin xəsarət aldığı sağ əlinin qanaxmasını kəsə bilməmiş, qana bulaşmış həmin salfetləri yataq otağındakı çarpayının üzərində olan matrasın altında gizlətmişdir. Bundan sonra o, yataq otağındakı dolabın siyirməsindən Rənaya məxsus pul kisəsi, qara rəngdə smart saat, mobil telefon, bir-iki ədəd qızıl sırğa və qızıl üzüyü götürmüşdür. Özü ilə əl-barmaq izlərinin Rənanın mənzilindəki əşyaların üzərinə düşməməsi üçün tibbi əlcək gətirsə də, həmin əlcəklərdən istifadə etməyə imkanı olmamış, sonra isə sağ əlindən xəsarət aldığından həmin əlcəkləri istifadə edə bilməmişdir. Mənzildən pul, telefon və qızıl-zinət əşyalarını götürməklə oğurluq görüntüsü yaratmağa çalışmış, belə ki, ailəsinin maddi imkanı normal olduğundan düşünmüşdür ki, qətlin oğurluq məqsədilə törədilməsi görüntüsü yaradacağı təqdirdə heç kəs ondan şübhələnməyəcəkdir. Rənanın pul kisəsində olan pulu saymamış, lakin pul əsginaslarının qalınlığından təxminən 2000 (iki min) manat pul olduğunu güman etmişdir. Rənanın meyitindən pis qoxuların ətrafa yayılmaması, qətl hadisəsinin bir müddət gizli qalması üçün mənzildə olan kondisioneri işə salmış, kondisionerin pultunu şalvarının arxa cibinə qoymuşdur. Cinayət hadisəsini törətdiyi bıçağı sarı salfetə bükərək məktəbli çantasının içinə qoymuşdur. Üst geyimində qan ləkələri olduğundan mənzildən çıxarkən şübhə yaratmamaq üçün Rəna İmanovaya məxsus tünd mavi rəngdə köynəyi geyinərək mənzildən çıxmış, mənzilin qapısını bağlayaraq açarları özü ilə götürmüşdür. Mənzildən çıxdıqdan sonra heç kəslə rastlaşmamış, binadan uzaqlaşan kimi taksi kimi fəaliyyət göstərən tanımadığı şəxsin VAZ 2106 markalı avtomobilinə əyləşərək “Games” oyun klubunun qarşısına gəlmişdir. “Games” oyun klubunda onu gözləyən Sənanı çağıraraq onunla birlikdə yolun qarşı tərəfində olan “Arsenal” oyun klubuna gəlmişdir. “Arsenal” oyun klubuna gəlməsinə səbəb həmin oyun klubunda olan kabinetlərdən birində kənar şəxslər görmədən xəsarət almış sağ əlinin qanaxmasını kəsmək olmuşdur. “Arsenal” oyun klubuna daxil olduqdan sonra Sənanla birlikdə kabinetdə əyləşmiş, boğazı quruduğundan “Coca-cola” içkisi sifariş etmişdir. Sənan ondan nə baş verdiyini soruşduqda “adam vurduğunu” demiş, lakin kimi, hansı səbəbdən vurduğunu deməmişdir. Üzərindəki geyimlər qana bulaşdığından Sənandan onun üçün şalvar, köynək və tibbi bint almasını xahiş etmişdir. Sənan onun dediklərini almaq üçün getdikdə o, məktəbli çantasında olan Rəna İmanovaya məxsus şəxsiyyət vəsiqəsini, 08 ədəd bank kartlarını, işıq kartı və metro kartını, şalvarının cibində olan Rənanın mənzilinin açarlarını, kondisionerin pultunu göy rəngli sellofan paketə qoymuş, qızıl-zinət əşyaları və pullar çantasında qalmışdır. Sənan onun çantasında olan pulları və qızıl-zinət görmüş, həmin əşyalarla evə gedə bilməyəcəyini bildirərək onların evinə getməsini xahiş etmiş, lakin Sənan atasının bu barədə onun atasına deyəcəyini ona görə də, onların evinə getməsinin mümkün olmadığını demişdir. Bu səbəbdən yaxınlıqda yaşayan xalasının evinə getməyi qərara almış, “Arsenal” oyun klubundan çıxdıqdan sonra taksi kimi fəaliyyət göstərən tündçəhrayı rəngli VAZ 2115 markalı avtomobilin arxa sərnişin oturacağında əyləşib taksi sürücüsünə Sabirabad rayonu Qalağayın kəndinə sürməsini bildirmiş, bir qədər yol getdikdən sonra, taksi sürücüsünə yaxınlıqda yerləşən zibil tullantılarının atıldığı ərazidə avtomobili saxlamasını demişdir. O, avtomobildən düşərək içərisində Rənanın mənzilindən götürdüyü əşyalar və Rənanı qətlə yetirdiyi bıçaq olan göy rəngli sellofan paketi və göy rəngli köynəyi tullantıların atıldığı əraziyə ataraq avtomobilə əyləşib xalasıgilin evinə gəlmişdir. Xalası ondan nə baş verdiyini soruşduqda dalaşdığını və dalaşan zaman xəsarət aldığını bildirmiş, xalası ona tibbi yardım göstərərkən sağ əlindəki kəsik xəsarətinin dərin olduğunu, ona görə də, xəstəxanaya getməli olduqlarını demişdir. O, xalasından bu barədə atasına məlumat verməməsini xahiş etmişdir. Daha sonra taksi ilə xalası, xalasının baldızı və xalasının qayınanası ilə birlikdə Sabirabad rayon Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya daxil olarkən xalasına dalaşdığı barədə heç kimə məlumat verməməsini, həkimlərə əlini şüşənin kəsdiyini deyəcəyini bildirmişdir. Xəstəxanada ona tibbi yardım göstərən həkimə əlinin şüşə ilə kəsildiyini bildirmiş, oradan çıxanda isə mayor və serjant rütbəli iki polis əməkdaşının xəstəxananın qarşısında onu gözlədiklərini görmüş, polis əməkdaşları ondan nə baş verdiyini soruşmuş, o, polis əməkdaşlarına cavab verə bilməmiş, xalasının qayınanası polis əməkdaşlarına əlinin şüşə ilə kəsildiyini, ciddi bir şey olmadığını demişdir. Polis əməkdaşları ondan yenidən hansı şəraitdə xəsarət aldığını soruşduqda, o xalasının yanında cavab vermək istəmədiyini bildirmiş, polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib polis şöbəsinə gedərkən Rəna İmanovanı qətlə yetirdiyini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Rəna İmanova ilə 2023-cü ilin qış aylarında Əli Əkbər vasitəsilə tanış olmuş, Rəna ilə ilk görüşdən sonra onun növbəti görüşlərini də Əli Əkbər təşkil etmiş, Rəna ilə üçüncü görüşündən sonra Rəna heç bir səbəb olmadan ona evdə gizli kamera olduğunu, onun intim xarakterli fotoşəkillərini çəkdiyini, həmin fotoşəkilləri atasına göndərməməsi üçün cinsi əlaqə qarşılığında ona artıq 20 (iyirmi) manat yox, 50 (əlli) manat verməli olduğunu bildirmişdir. O, məcbur qalıb Rəna ilə razılaşmış sonrakı vaxtlarda Rəna ilə cinsi əlaqədə olarkən ona hər dəfə 40-50 (qırx-əlli) manat pul vermiş, halbuki ilk iki görüşlərində Rənaya cinsi əlaqədə olması müqabilində 20 (iyirmi) manat pul vermişdi. O, Rəna ilə mütəmadi görüşməyəcəyi halda Rənanın həmin fotoşəkilləri atasına göndərə biləcəyini düşünmüş, ona görə Rəna ilə görüşməyə davam etmiş, lakin Rənanın hər dəfə ondan artıq məbləğdə pul almasına əsəbiləşmişdir. Hər dəfə görüşərkən Rənaya qarşı acıqlı olsa da, bunu biruzə verməməyə çalışmış, hətta bir dəfə onunla cinsi əlaqədə olduqdan sonra Rənanın telefonunda özünə məxsus şəkilləri axtarıb tapmağa çalışmış, lakin buna nail olmamışdır. Rəna onu intim fotoşəkilləri olması ilə hədələsə də, həmin fotoşəkilləri ona heç vaxt göstərməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə məhkəmədə elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Əsədli kənd tam orta məktəbinin 10-cu sinfini bitirmiş, 11-ci sinfə daxil olmuşdur. Ali məktəbə hazırlaşdığı üçün hazırlıq məşğələlərinə gedir. Qətlə yetirdiyi X24 ilə həmkəndlisi taksi sürücüsü olan Şahid1 vasitəsilə təxminən bir il öncə tanış olmuşdur. Belə ki, o pul müqabilində hansısa qadınla cinsi əlaqədə olub ehtirasını söndürmək istədiyini Əli Əkbərə dedikdə, sonuncu ona Sabirabad şəhərində Rəna adlı qadının pul müqabilində kişilərlə görüşdüyünü demiş və həmin qadınla, yəni Rəna İmanovaya zəng edib onların görüşüb cinsi əlaqədə olmalarını təşkil etmişdir. Onun istifadəsində mobil telefon olmadığından müxtəlif şəxslərin telefonu ilə Şahid1 ilə əlaqə saxlayıb onun vasitəsilə Rəna İmanova ilə görüşüb onunla cinsi əlaqədə olmuşdur. İlk dəfə Rəna İmanova ilə bir il öncə 40 manat müqabilində cinsi əlaqədə olmuşdur. X23 ilə 6 dəfə cinsi əlaqədə olmuşdur. X27 şəhərində Avtovağzalın yaxınlığında ikimərtəbəli binanın ikinci mərtəbəsində yaşamışdır. İkinci mərtəbəyə pilləkəndən qalxan kimi sağdan axırdan ikinci mənzil Rəna İmanovanın mənzilidir. Hər dəfə Rəna ilə cinsi əlaqədə olmaq istədikdə Şahid1 telefon zəngi edir, Əli Əkbər də öz növbəsində Rəna İmanova ilə əlaqə saxlayıb onu Rəna İmanovaya yönləndirmişdir. Sonuncu dəfə Rəna İmanova ilə hadisəni törətdikdən bir gün qabaq, yəni 25 avqust 2024cü il tarixdə saat 11 radələrində görüşüb cinsi əlaqədə olmuşdur. Belə ki, həmin gün saat 10:30 radələrində məşğələdən çıxdıqdan sonra, məşğələ yoldaşı X3 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək Rəna İmanova ilə görüşmək istədiyini demiş, Şahid1 da öz növbəsində ona Rəna İmanova ilə görüşə biləcəyini demişdir. Həmin gün saat 11 radələrində Rəna İmanovanın yaşadığı mənzilə gedib Rəna İmanova ilə cinsi əlaqədə olmuş, lakin bunun müqabilində Rəna İmanovaya pul verməmiş, onunla nisyə görüşmüşdür. O hər dəfə Rəna İmanova ilə görüşəndə, sonuncunun “İphone 14pro max” markalı mobil telefon işlətdiyini görmüş, sonuncu ona çoxlu pul qazandığını demişdir. Hər dəfə Rəna İmanova ilə cinsi əlaqədə olduqdan sonra ona pul verəndə, Rəna İmanova pulu yataq otağında olan güzgülü dolabın (termo mebeli) birinci siyirməsinə qoyurmuş. O isə pula həris olmuş, həmişə çoxlu pulunun olmasını istəmişdir. Odur ki, Rəna İmanovanı öldürüb onun pullarını ələ keçirməyə qərar vermişdir. 26 avqust 2024-cü il tarixdə saat 08-09 radələrində riyaziyyatdan Lamiyə müəllimənin hazırlıq məşğələsinə gəlmək üçün evdən çıxmışdır. Sabirabad şəhərinə xatırlamadığı taksi ilə gəlmişdir. Taksidə həmkəndlisi, Naxçıcan Dövlət Universitetində təhsil alan Cavidan adlı oğlan, sinif yoldaşı X9 və həmkəndlisi və dostu X14 olmuşdur. Onların hər üçü Sabirabad şəhərinə gəlmişlər. Taksi onları Sabirabad bazarında düşürmüşdür. Kamal və Sənan Salmanlı playstation oynamaq üçün “Games” oyun klubuna getmişlər. Sənanın saat 09:00-da güləş məşqi olacaqdı, Kamal isə elə-belə Sabirabada gəlmişdir. Onun isə saat 10:30-da riyaziyyat məşğələsi olacaqdı. Lakin onun məşğələyə getmək fikri olmamışdır. Bazarda taksidən düşüb Kamal və Sənanla H.Əliyev prospekti istqamətində hərəkət etdikdə Rəna İmanovanı qətlə yetirmək üçün bıçaq almalı olduğu yadına düşmüş, buna görə Kamal və Sənana işinin olduğunu deyib xırdavat mağazasından bıçaq almış, həmin bıçağı məktəbli çantasına qoymuş və dostlarının yanına qayıtmışdır. Kamal və Sənan onun bıçaq aldığını görməmişlər. Üçü birgə “Games” oyun klubuna gəlmişlər. Sənanın başında ağ kepka, belində isə idman çantası olmuşdur. O heç kəsə, o cümlədən Sənan və Kamala qətl törədəciyini deməmişdir. Onlar birgə “Games” oyun klubuna gəlmişlər. Onlar birlikdə bir az klubda oturub oyun oynadıqdan sonra Rəna İmanovanın yaşadığı mənzilin qarşısına gəlmişdir. Lakin mənzilin qarşısında kişi ayaqqabısı gördüyündən oradan getmişdir. Düşünmüşdür ki, yəqin Rəna İmanova kişi müştərisi ilə görüşür, hazırda vaxtı yoxdur. Odur ki, Sabirabad şəhərində Kapital bankla üzbəüz yerləşən “Games” oyun klubuna qayıtmışdır. Bir az dostu Sənanla “playstation” oyunu oynamışdır. Həmin klubda olan tanımadığı şəxsin mobil telefonu ilə Əli Əkbər adlı şəxsə zəng etmiş və ondan xahiş etmişdir ki, Rənaya onunla görüşmək istədiyini desin. Əli Əkbər də ona demişdir ki, hazırda Rənaya zəng çatmır, yəqin məşğuldur. Təxminən yarım saat sonra klubda olan başqa tanımadığı şəxsin telefonu ilə Əli Əkbərə yenidən zəng etmişdir. Əli Əkbər ona Rəna İmanovanın mənzildə onu gözlədiyini demişdir. O, klubda olan dostu Sənana işi olduğu üçün klubdan gedəcəyini, bir azdan qayıdacağını, odur ki, onu gözləməsini tapşırmışdır. Sonra piyada Rəna İmanovanın yaşadığı mənzilin qarşısına gəlmişdir. Rəna İmanova yaşadığı mənzilin yanında, binanın dəhlizində-eyvanında stolda oturub telefonla məşğul imiş. O, Rəna İmanovaya yaxınlaşıb onunla salamlaşmışdır. Rəna İmanova isə ona dünən onunla cinsi əlaqədə olmasına görə ödəniş etməyini xahiş etdikdə, o da sonuncuya pulunu verəcəyini, lakin yenə də onunla cinsi əlaqədə olmaq istədiyini, bundan sonra ona ödəniş edəcəyini demişdir. Rəna İmanova da onun təklifi ilə razılaşmış, cinsi əlaqədə olmaları üçün onu mənzilinə dəvət etmiş, onlar birlikdə mənzilə daxil olmuşlar. O, üzərində olan məktəbli çantasını divanın üstünə qoymuşdur. Hansı ki, həmin çantada bazardan aldığı mətbəx bıçağı olmuşdur. Həmçinin, çantada dərs kitabı və test toplusu olmuşdur. Rəna İmanova onunla cinsi əlaqədə olması məqsədilə divanı açmaq üçün əyiləndə o çantasından çıxardığı mətbəx bıçağı ilə Rəna İmanovanın kürəyinə bir dəfə vurmuşdur. Zərbədən sonra Rəna İmanova yerdə sürünərək evin qapısını açmağa çalışmışdır. Lakin o, buna imkan verməmiş, Rəna İmanovanın saçından tutub başını döşəməyə vurmuşdur. Sonra qarnının sol tərəfinə bıçaqla bir dəfə vurmuşdur. Rəna İmanova şikayətçi olmayacağını deyərək onu öldürməməsini xahiş etmişdir. O növbəti dəfə Rəna İmanovaya bıçaqla zərbə vurmaq istədikdə bıçaq qana bulaşdığından bıçağın dəstəyi sürüşmüş və bıçağın tiyəsi sağ əlinin barmaqlarını kəsmişdir. Bundan sonra bir əli ilə Rəna İmanovanı boğmağa başlamışdır. Boğduqdan sonra onun səsi kəsilmişdir. Sonra hamama daxil olub əlinin qanını yumuşdur. Bu zaman Rəna İmanovanın yenə də xırıldadığını eşitmişdir. Yenidən onun boynunda olan qızıl boyunbağıdan tutub sıxaraq Rəna İmanovanı boğmağa başlamışdır. Bundan sonra daha Rəna İmanovanın səsi gəlməmişdir. Sonra mətbəxə keçib əlini yumuş, kağız salfetlə sarımış, yerə damcılayan qan damcılarını silmişdir. Həmçinin, sarı salfetdən də götürüb öz yarasını silmişdir. Sonra əlini qonaq otağında olan göy rəngli əl-üz dəsmalı ilə bürümüşdür. Rəna İmanovanın evinin yataq otağına keçmiş, yataq otağında olan güzgülü dolabın birinci siyirməsini açıb orada qara qadın pul qabısını görmüşdür. Həmin qara rəngli pul qabında xeyli, təxminən 2-3 min manat, 100 ABŞ dolları olmuşdur. Həmin pul qabını götürmüşdür. Pul qabının içərisində puldan başqa şəxsiyyət vəsiqəsi, bank kartı və sair 7-8 ədəd kart olmuşdur. Dolabın üzərində qızıllar da olmuşdur. O 4-5 qızıl sırğa və bir qolbaq götürmüşdür. Daha sonra qonaq otağında stol üzərində olan 15 manat pulu götürmüşdür. Sonra divanda olan Rənanın “İphone 14 pro max” mobil telefonunu götürmüş, daha sonra kondisioneri yandırmışdır ki, meyit çürüməyə məruz qalmasın. Cinayətin izini itirmək məqsədilə əlinə bürüdüyü göy rəngli əl üz dəsmalını və sarı rəngli kağız salfeti yataq otağında çarpayının matrasının altında gizlətmişdir. Əlinə sarıdığı qana bulaşmış digər ağ rəngli salfet kağızı isə qonaq otağında servantın küncünə qoyub gizlətmişdir. Kondisionerin pultunu, evdən götürdüyü pulu, qızılı, telefonu, bıçağı da götürüb çantasına qoymuş və paltarları qana bulaşdığı üçün paltarının üstündən Rəna İmanovanın göy rəngli qısaqol kətan köynəyini geyib evdən çıxmışdır. Sənan isə onu “Games” oyun klubunda gözləmişdir. O, “Games” oyun klubuna gəlib Şahid3 çağırmış, Şahid3la birgə Arsenal oyun klubuna gəlmişdir. Sənan onun əlinin kəsildiyini görüb ondan nə baş verdiyini soruşmuşdur. O da Şahid3 bir qadını öldürdüyünü, ona görə əlinin kəsildiyini demiş və Sənandan xahiş etmişdir ki, getsin ona bint və şalvar köynək alsın, çünki üstü qana bulaşıq vəziyyətdə olmuşdur. Sənan gedib ona aptektdən bint və şalvar köynək almışdır. Həmin bintlə əlini sarımış, lakin əli yaralandığından paltarını dəyişə bilməmişdir. Şahid3 xahiş etmişdir ki onlara getsin, çünki hadisədən qorxmuş, həmin vəziyyətdə evə gedə bilməzmiş. Lakin Şahid3 ona demişdir ki, atası onlara getməyə icazə verməz. Daha sonra çantasında olan, Rənanın evindən götürdüyü pulu və qızılları götürüb özündə saxlamasını Şahid3 xahiş etmişdir. Lakin Şahid3 özünə problem yaratmamaq üçün həmin əşyaları ondan qəbul etməyə razılıq verməmişdir. Təxminən yarım saat sonra oyun klubundan çıxmışlar. O qaramtıl rəngli VAZ-21015 markalı taksi avtomobilinə əyləşmişdir. Sənan isə “Arsenal” oyun klubunun qarşısında qalmışdır. Taksi sürücüsünün təxminən 50 yaşı olmuş, bəstəboy şəxs olmaqla, başının yarısı keçəl olmuşdur. Taksiyə demişdir ki, onu Qlobus dairəsindən sola, zibillik əraziyə aparsın. Həmin yer Sabirabad şəhəri Qlobus dairəsindən sağa dönüb 1 km getdikdə yolun kənarında yerləşir. Taksi onu həmin yerə gətirdikdən sonra cinayətin izlərini itirmək məqsədilə cinayət hadisəsini törətdiyi bıçağı, evdən götürdüyü kondisioner pultunu, evin açarını, əlini sarıdığı qanlı parçanı, bank kartlarını, həmçinin üstündə olan Rənanın göy rəngli qısaqol köynəyini zibilliyə atmışdır. Sonra taksiyə onu xalası Şahid2 evinə aparmasını xahiş etmişdir. Həmin ev zibilliyə yaxın yerləşir. Həmin ünvana gəldikdən sonra xalası Şahid2 yaşadığı evin həyətində olan gözəllik salonuna keçmişdir. Salonda olan xalası Şahid2 onun əlinə nə olduğunu soruşduqda, o tanımadığı uşaqla dalaşarkən, həmin uşağın onu bıçaqla vurmaq istəyəndə bıçağı əlindən alarkən əlini yaraladığını demişdir. Xalası onun yarasına dərman vurmuş, yarasını bintlə sarımışdır. Lakin, yarası çox dərin olduğundan xalası Şahid2 qayınanası Nəzakət Qasımova ilə birgə taksi tutub onu Sabirabad rayon Mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada tibb işçilərinə demişdir ki, əlini şüşə kəsib. Həkim yarasını sarımış və ona demişdir ki, yarası dərindir, Şirvan xəstəxanasında tikiş qoyulmalı və cərrahiyyə əməliyyatı edilməlidir. Həkimlərin yanından çıxanda iki nəfər polis əməkdaşı onu görmüş və ondan nə baş verdiyini soruşmuşlar. O isə bir nəfərlə dalaşdığını demişdir. Polis əməkdaşları ona məsələni araşdırmaq üçün onlarla birgə rayon polis şöbəsinə getməyi təklif etmişlər. O da polis əməkdaşları ilə birgə avtomobilə əyləşmişdir. Avtomobildə polislər bir daha ondan kimlə dalaşdığını soruşmuşlar. O da öz növbəsində polis əməkdaşlarına Rəna adlı qadını bıçaqlayaraq öldürdüyünü, öldürdükdən sonra evdə olan qızılları pulu götürüb xalası Şəhlanın evinə apardığını, hadisəni törətdiyi bıçağı, evdən götürdüyü kondisioner pultu, evin açarlarını isə zibiliyyə atdığını demiş və həmin yeri polis əməkdaşlarına göstərmişdir. Oradan polislər bıçağı, kondisioner pultunu, evin açarlarını götürmüşlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərdi ki, hadisənin təsiri altında olduğundan ibtidai istintaq zamanı Rəna İmanovanı onun əmlakını ələ keçirmək məqsədilə öldürdüyünü demiş, lakin hal-hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq edir, belə ki, o, Rəna İmanovanı onu intim fotoşəkillərini atasına göndərəcəyi ilə bağlı hədələməsinə görə öldürmüş, mənzildən Rəna İmanovaya məxsus əmlakları isə cinayətin tamah niyyətilə törədilməsi görüntüsü yaratmaq və beləcə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə götürmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X20 ifadəsində göstərmişdir ki, 26 avqust 2024-cü ildə günorta saatlarında Bakı şəhərində yaşadığı evdə olarkən yeznəsi Mirasim Əhmədov ona zəng edib rayonda hadisə baş verməsi barədə məlumat verərək Sabirabad rayonuna getməsini bildirmiş, lakin nə baş verdiyini açıqlamamışdır. O, Sabirabad rayonuna yola düşmüş, yolda olarkən polis əməkdaşları da ona zəng edərək Sabirabad rayonuna gəlməsini bildirmiş, lakin onlar da nə baş verməsi barədə heç bir məlumat verməmişlər. O, Sabirabad rayonu çatdıqdan sonra anası X19 Ramal Rais oğlu tərəfindən qətlə yetirildiyini öyrənmişdir. Verilən suallara cavab olaraq X20 ifadəsinə davam edərək göstərdi ki, anası X27 şəhərində tək yaşamış, o və iki bacısı Bakı şəhərində yaşamışdır. X40 ilə münasibətləri normal olmuş, ayda bir dəfə anasının yanına gəlmişdir. Sonuncu dəfə qətl hadisəsindən təxminən 2-3 gün əvvəl anası ilə onun yaşadığı mənzildə görüşmüş, anası əlində pul əsginaslarını ona göstərərək 8500 (səkkiz min beş yüz) manat pulu olduğunu, kreditlə maşın almaq üçün yaxın zamanda Bakı şəhərinə gələcəyini bildirmişdir. Rəna İmanova özünə məxsus qızıl-zinət əşyalarını və digər dəyərli şəxsi əşyalarını yataq otağındakı dolabın siyirməsində saxlamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, anası Rəna da Ramal haqqında ona heç nə söyləməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısıoğludur. 26 avqust 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin həyətində olan gözəllik salonunda müştəriyə xidmət göstərərkən Ramal qapını açaraq onu səsləmiş, o salondan çölə çıxdıqda Ramalın sağ əlinin yaralı olduğunu görmüş, Ramala salona daxil olmasını bildirmiş, Ramal salona daxil olaraq üzərindəki çantanı divanın üzərinə qoymuşdur. O, Ramaldan hansı şəraitdə xəsarət aldığını soruşduqda uşaqlarla dalaşarkən əlinin kəsildiyini bildirmişdir. Daha sonra Ramalın əlinə baxdıqda əlinin dərin kəsildiyini görüb ona ilkin tibbi yardım göstərmiş, qayınanası ilə birlikdə taksi ilə Ramalı Sabirabad rayon Mərkəzi xəstəxanasına aparmışlar. Orada Ramala tibbi yardım göstərilmiş, xəstəxanadan çıxdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmış, Ramalla bir qədər söhbət edib onu özləri ilə avtomobilə əyləşdirib polis şöbəsinə aparmışlar. Bundan sonra o, taksiyə əyləşib öz evinə gəlmiş, evin həyətindəki salona daxil olduqda divanın üzərində Ramalın məktəbli çantasını görmüş, çantanı açıb içinə baxdıqda mobil telefon, qadın pul kisəsi, qızıl-zinət əşyaları, müxtəlif nominallarda pul əsginasları görmüş, bu barədə polis əməkdaşlarına məlumat verərək Ramalın çantasını içindəki həmin əşyalarla birlikdə onlara təhvil vermişdir. X29 əvvəllər tanımamış, bacısıoğlu Ramalın onunla münasibəti olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, 26 avqust 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ilə Sabirabad rayonunda yerləşən bazarın qarşısında görüşmüş, həmin gün Sabirabad şəhərində baş tutmalı olan güləş dərsi təxirə salındığından Ramal və Kamalla birlikdə “Games” oyun klubuna gedərək orada oyun oynamışlar. Daha sonra Ramal getməli olduğunu, onu “Games” oyun klubunda gözləməsini bildirərək getmişdir. Ramal geri qayıtdıqda onu klubdan çölə çağırmış, ona adam “vurduğunu” demişdir. Onlar birlikdə yolun qarşı tərəfində olan “Arsena” oyun klubuna gedərək kabinetlərin birində əyləşmiş, o, Ramaldan kimi, nəyə görə vurduğunu soruşduqda Ramal həyəcanlı olduğunu, danışa bilmədiyini demişdir. Həmin vaxt Ramalın üzərində qara rəngli məktəbli çantası olmuş, Ramal sağ əlini həmin məktəbli çantasının içərisində gizlətmişdir. “Arsenal” oyun klubunda kabinetdə əyləşərkən Ramal sağ əlini çantanın içərisindən çıxarmış, Ramalın sağ əlinin yaralı olduğunu, yaradan qan axdığını görmüşdür. Həmçinin, Ramalın üst geyimlərinin də qana bulaşdığını görmüşdür. Ramal çantasını açdıqda çantanın içərisində mobil telefon, qızıl-zinət əşyaları, müxtəlif nominallarda pul əsginasları görmüşdür. Ramal çantanın içərisində olan mobil telefonu götürməsini təklif etmiş, lakin o, bundan imtina etmişdir. Ramalın üst geyimləri qana bulaşdığından o, Ramalın xahişi ilə yaxınlıqdakı mağazadan şalvar, köynək və tibbi sarğı paketi almağa getmişdir. Ramal ona buna görə 50 (əlli) manat pul vermişdir. O, şalvar, köynək, tibbi sarğı paketi alaraq Ramalın yanına gəlmiş, Ramalın sağ əlindəki yaranın qanaxması dayanmadığından yeni alınmış geyimləri geyinə bilməmişdir. Ramal evlərinə gedə bilməyəcəyini bildirərək onların evinə getmək istəmiş, lakin o, atasının bu barədə onun atasına məlumat verəcəyini düşündüyündən onunla razılaşmamışdır. Bundan sonra Ramal taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Ramal adam “vurduğunu” desə də, onun konkret olaraq adam öldürməsindən xəbəri olmadığından bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus avtomobillə taksi faəliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Ramal ali məktəbə qəbul imtahanlarına hazırlaşmaq üçün Sabirabad şəhərində müəllim yanına hazırlığa getdiyindən onu mütəmadi olaraq özünə məxsus avtomobillə yaşadıqları Əsədli kəndindən Sabirabad şəhərinə aparıb-gətirmişdir. Həmin dövrdə xoş münasibətləri yaranmışdır. 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə Ramal ona öz cinsi tələbatını ödəmək üçün pul qarşılığında onunla görüşə biləcək qadın tapmasını xahiş etmiş, o Ramalın xahişini ilk dəfə rədd etsə də, sonradan onu Rəna İmanova ilə tanış etmiş, Ramal onunla cinsi əlaqədə olmuşdur. 26 avqust 2024-cü il tarixdə səhər saatlarında Ramalı və digər iki sərnişini Əsədli kəndindən Sabirabad şəhərinə gətirmiş, onlar Sabirabad şəhərində bazarın qarşısında avtomobildən enib getmişlər. Həmin gün bir neçə saat sonra Ramal ona zəng edərək Rənanın yaşadığı mənzilə getdiyini, lakin mənzilin giriş qapısının qarşısında kişi ayaqqabıları gördüyündən geri qayıtdığını, Rənaya zəng edərək onunla görüşmək istəməsini deməyini xahiş etmişdir. Təxminən yarım saat sonra Rəna özü ona zəng edərək Ramalın harda olduğunu soruşmuş, Ramalın ona pul verməli olduğunu demişdir. O, Rənaya Ramalın da onun yanına gəlmək istədiyini demiş, Rəna Ramalı evdə gözlədiyini bildirmişdir. Bundan sonra Ramal yenidən ona zəng etdikdə Ramala Rənanın onu evdə gözlədiyini bildirmişdir. Həmin gün axşam saatlarında Füzuli rayonuna müştəri aparacağından yaşadığı evə gedərək yatmış, axşam saatlarında Füzuli rayonu istiqamətində yolda olarkən həmkəndliləri ona mobil telefon vasitəsilə Ramalın Rənanı öldürməsini bildirmişlər. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərdi ki, Ramal ali məktəbə hazırlıqla əlaqədar dərslərindən yayınmaması üçün mobil telefon istifadə etməmiş, həmişə ona ayrı-ayrı şəxslərin telefonları ilə zəng etmişdir. Ramal ona Rənanın onun intim fotoşəkillərini çəkməsi, onu hədələməsi ilə bağlı heç nə deməmiş, onların arasında hər hansı ziddiyyət, mübahisə olmasından məlumatı olmamışdır. Rənanı yüngül həyat tərzi keçirən qadın kimi tanımışdır. Ramalın Rəna ilə mütəmadi görüşdüyündən məlumatı olmuşdur. Ramal ona Rəna ilə əvvəllər 20 (iyirmi) manat qarşılığında görüşdüyünü, lakin sonradan Rənanın cinsi əlaqədə olmaq üçün 50 (əlli) manat istəməsini demiş, lakin bunun səbəbləri barədə heç nə deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X11 üzrəində qətl əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild 1, i.v.1;). Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi İ dərəcəli hüquqşünas Araz Mahmudov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli təqrirdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da Sabirabad RPŞ-dən Sabirabad rayon prokurorluğuna X11 yaşadığı ünvan 3 ünvanında üzərində qətl əlamətləri olan meyiti aşkar edilmişdir. (cild 1, i.v.2;). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəl və CD diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən X15 məxsus mənzildir. Mənzilin giriş qapısının qarşısında dəhlizdə yerdə döşəmə üzərində- giriş qapısı ilə qonaq otağının qapısı arasında yerdə uzanıqlı vəziyyətdə Rəna İmanovanın meyiti aşkar edilmişdir. Hadisə yerinə baxış zamanı aşkar edilmiş üzərində qan ləkələri olan bir cüt çəkələk, bir cüt yay qadın ayaqqabısı, divan üzərində olan qadın tük topası, yerdə olan qadın tük topası, qadın dırnağının qırıntısı, qanabənzər ləkələr tənzifə hopdurulmaqla götürülərək müvafiq qaydada qablaşdırılmışdır. (cild 1, i.v.4-33;). “Meyitə baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X11 meyitinə baxış keçirilən zaman onun qarın nahiyyəsinin ön sol hissəsində iki ədəd kəsilmiş-deşilmiş yara, döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt üzrə 4-cü döş fəqərələri səviyyəsində döş boşluğuna keçən ölçüsü 4,5x0,1 sm olan bir ədəd kəsilmişdeşilmiş yara, sol kürək xətti üzrə 11-ci döş fəqərəsi səviyyəsində köndələn istiqamətdə yerləşən, ölçüsü 3x4 sm olan döş boşluğuna keçən bir ədəd kəsilmiş-deşilmiş yara aşkar edilmişdir. (cild 1, i.v.34-45;). “Götürmənin aparılması və baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəl və CD diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, Şahid2 bacısı oğlu Təqsirləndirilən şəxs günorta saatlarında onun yaşadığı evin həyətində yerləşən gözəllik salonunda olan divanın üzərinə qoyduğu qara rəngli məktəbli çantasını könüllü olaraq təqdim etmişdir. Çantanın içərisində üzərində “Riyaziyyat test toplusu İİ hissə 2023” sözləri yazılmış dərs vəsaiti, 48 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 4 ədəd 100 manatlıq, 7 ədəd 50 manatlıq, 8 ədəd 1 manatlıq, 7 ədəd 5 manatlıq əskinaslar, 4 ədəd 50 qəpik yəni 2 manat olmaqla ümumilikdə 1865 manat və 100 ABŞ dolları, 01 (bir) cüt sırğa, 2 (iki) ədəd üzük, 1 (bir) ədəd sırğa, 1 (bir) bir ədəd gümüşü qolbaq, 1 (bir) ədəd qara rəngli smart saat, bir ədəd ağ vərəqə, Sumqayıt Diaqnostika Mərkəzinin verdiyi Rəna İmanovaya aid tibbi sənəd, bir ədəd üzərində qana bənzər ləkələr olan ağ zərf aşkar edilərək götürülmüşdür. Şahid2 Təqsirləndirilən şəxs yarasını sarıdığı qana bulaşmış tənzifin olduğu yeri göstərmiş, həmin yerə baxış keçirilən zaman qanabənzər mayeyə bulaşmış tənzif və ağ əski, eləcə də tibbi əlcək aşkar edilərək götürülmüşdür. (cild 1, i.v.51-66;). “Şübhəli şəxsin tutulması haqqında” 26 avqust 2024-cü il tarixli qərardan və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 22:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında şübhəli şəxs qismində tutulmuş, müdafiəçisi və qanuni nümayəndəsinin iştirakları ilə hüquq və vəzifələri ətraflı izah edilmişdir. (cild 1, i.v.67, 83-88;). “İfadənin yerində yoxlanılması haqqında” 27 avqust 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəl və CD diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək hadisə yerini, hadisənin baş vermə şəraitini və mexanizmini əyani olaraq göstərmişdir. (cild 1, i.v.99-122;). Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Altun Əliyevin raportu əsasında Sabirabad RPŞ-də toplanmış 2211 nömrəli material xx.xx.2024-cü il tarixli məktubla aidiyyəti üzrə rayon prokurorluğuna göndərilərək cinayət işi materiallarına əlavə edilmişdir. Həmin materialda olan polis sahə rəisi Altun Əliyev tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Sabirabad RMX-dan daxil olmuş Sabirabad rayonu Əsədli kənd sakini Təqsirləndirilən şəxs sağ əlin çoxsaylı kəsilmiş yaraları və vətərlərin kəsilməsi yarası məlumatı ilə əlaqədar Sabirabad RMX-na yaxınlaşıb Təqsirləndirilən şəxs ilə həmsöhbət zamanı sonuncu Sabirabad şəhər sakini 1975-ci il təvəllüdlü X16 mübahisə zamanı bıçaqla vuraraq qətlə yetirdiyini və həmin vaxt xəsarət aldığını bildirmişdir. (cild 1, i.v.128-132;). “Baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi bıçağı və cinayətin izlərini itirmək üçün Rəna İmanovanın evindən götürdüyü predmetləri atdığı yeri göstərmiş, sonuncunun iştirakı ilə Sabirabad RPŞ əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilərkən həmin yerdən bir ədəd üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, həmin bıçağın büküldüyü sarı rəngli salfet-dəsmal, bir ədəd AUX markalı kondisionerin pultu, qana bənzər mayeyə bulaşmış –bütünlükdə həmin maye ilə islanmış salfet kağızı topası, 01 ədəd üzərində “Nargiz shop Bonus kartı” yazılmış kart, 01 ədəd üzərində “Rubin jevellery” yazılmış vizit kart, X11 adına olan Dövlət sosial sığorta şəhadətnaməsi , **********036685 nömrəli Bank Respublika kartı, üzərində “Yaqut qızıl aləmi” sözləri yazılmış vizit kartı, üzərində “Emmi 20% endirim” sözləri yazılmış vizit kartı, üzərində “Emmi” sözü yazılmış endirim kartı, üzərində “İydə” sözü yazılmış endirim kartı, elektrik smart sayğacının kartı, 05 ədəd DİN-nin xəbərdarıq elanı vərəqəsi, 01 ədəd İstanbul Genetic klinikasının müayinə vərəqəsi, X11 şəxsiyyət vəsiqəsi, bruloka keçirilmiş vəziyyətdə üç ədəd seyf qapısı açarı aşkar edilərək həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, i.v.133-141;). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, i.v.147-148;) Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-132/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri hissəsində Təqsirləndirilən şəxs ona istinad olunan əməli törətdiyini etiraf etməsi və özünü təqsirli bilməsi barədə şifahi izahat verdiyi göstərilmişdir. (cild 1, i.v.164-167;). Sabirabad rayon Kooperativ cəmiyyəti tərəfindən verilmiş rəydə göstərilmişdir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş “İphone 14 Pro Max” markalı “A2894” modelli mobil telefonun bazar qiyməti 2100 (iki min yüz) manat, bir ədəd qadın pul qabının bazar qiyməti isə 20 (iyirmi) manat qiymətləndirilmişdir. (cild 1, i.v.189;). “Mobil telefon aparatına əlavə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X15 məxsus “İphone 14 Pro Max” markalı mobil telefonda ********** nömrəli simkart vardır. Həmin nömrə ilə whatshapp mobil tətbiqindən qeydiyyatdan keçirilərək telefonda quraşdırılmışdır. ********** nömrəsi ilə whatshapp mobil tətbiqi vasitəsilə çoxsaylı intim xarakterli yazışmaların olması müəyyən edilmişdir. Həmin nömrə ilə sonuncu yazışma 26 avqust 2024-cü il tarixdə saat 09:53-də olması müəyyən edilmişdir. Saat 12:03-də ********** nömrəsinə zəng edilərək 36 saniyə danışıq olmuşdur. Saat 12:53-də ********** nömrəsindən cavabsız zəng gəlmişdir. (cild 1, i.v.193-199;) “Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, X11 oğlu X20 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild 1, i.v.201;). Sabirabad şəhəri H.Əliyev prospekti Pambıq Zavod qəsəbəsində yerləşən “Uğur İnşaat” mağazasının nəzarət kameralarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 12:19da Rəna İmanovanın yaşadığı binanın həyətinə tək daxil olur. Əynində qara qısaqol köynək, kürəyində qara məktəbli çantası vardır. Saat 13:09-da Təqsirləndirilən şəxs Rəna İmanovanın yaşadığı binanın həyətini tərk edir və əynində göy rəngli qısaqol köynək, kürəyində qara rəngli məktəbli çantası vardır. O binadan çıxan kimi yolla H.Əliyev prospekti ilə hərəkət edən ağ rəngli VAZ-2106 markalı taksiyə saxla işarəsi verir. Avtomobilinin nömrəsi düşmür. Taksi avtomobili təxminən 40-50 metr irəlidə saxlayır və arxa-arxaya Təqsirləndirilən şəxs tərəf hərəkət edir. Təqsirləndirilən şəxs avtomobilə əyləşir və avtomobil gədliyi istiqamətdə hərəkətinə davam edir. (cild 1, i.v.205-210;). “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə X10 məxsus Sabirabad şəhəri H.Əliyev pros 35A ünvanında yerləşən “İmmegras Kombi” santexnika malları mağazasının nəzarət kamerasının videogörüntüsüdür. Həmin mağaza Rəna İmanovanın yaşamış olduğu bina ilə üzbəüz, yolun əks tərəfində yerləşir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 13:09-da Rəna İmanovanın yaşadığı binanı tərk edir. Əynində göy rəngli qısaqol köynək, əlində qara rəngli məktəbli çantası vardır. O binadan çıxan kimi yolla H.Əliyev prospekti ilə hərəkət edən ağ rəngli VAZ-2106 markalı taksiyə saxla işarəsi verir. Avtomobilin nömrəsi düşmür. Taksi avtomobili təxminən 40-50 metr irəlidə saxlayır və arxa-arxaya Təqsirləndirilən şəxs tərəf hərəkət edir. Təqsirləndirilən şəxs avtomobilə əyləşir və avtomobil gəldiyi istiqamətdə hərəkətinə davam edir. (cild 1, i.v. 211-213;). “Games” oyun klubunun nəzarət kameralarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 10:22-də yanında olan iki gənc oğlanla “Games” oyun klubuna gəlir. Əynində qısaqol qara köynək, boz rəngli cins şalvar, belində qara rəngli məktəbli çantası var. Yanında olan uca boy oğlan ağ rəngli qısaqol köynəkdədir. Belində balaca idman çantası var. Digər oğlan isə qara rəngli qısaqol köynəkdə arıq bədən quruluşludur, başında ağ rəngli yay kepkası var. Hər üç şəxs həmyaşıd görünür. Onlar oyun klubunun sağ tərəfində yerləşən sırada olan sonuncu oturacaqda- kresloda əyləşib kompyuter oyunu oynayırlar. Saat 10:33-də ağ köynəkli oğlan klubu tərk edir. Saat 11:53-də Təqsirləndirilən şəxs birinci oturacaqda- kresloda əyləşən iki nəfərə yaxınlaşır. Həmin şəxslər 10:47-də kluba gəlmişdir. Onlar 15-17 yaşlı oğlanlardır. Biri qara uzunqol köynəkdədir, digəri ağ qısaqol idman köynəyindədir. Təqsirləndirilən şəxs qara köynəkli oğlandan mobil smartfon (telefon) alır və həmin telefonla kiminləsə danışır. Saat 11:55-dək həmin şəxslərin yanında olur. Saat 11:59-da Təqsirləndirilən şəxs klubu tərk edir. Birlikdə kluba gəldiyi kepkalı oğlan isə klubda qalıb oyun oynamağa davam edir. Saat 12:33-də həmin oğlan da klubu tərk edir. (cild 1, i.v.227- 236;). Sabirabad şəhəri H.Əliyev prospekti Pambıq Zavod qəsəbəsində yerləşən “Bizim ev” inşaat mağazasının nəzarət kameralarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin inşaat malları mağazası Rəna İmanovanın yaşamış olduğu 6-cı binanın yaxınlığındandır. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 11:36-da mağazanın qarşısından keçib Rəna İmanovanın yaşadığı binanya tərəf hərəkət edir və binanın həyətinə daxil olur. Əynində qara qısaqol köynək, kürəyində qara məktəbli çantası vardır. Saat 12:28-də Təqsirləndirilən şəxs Rəna İmanovanın yaşadığı binanın həyətini tərk edir və əynində göy rəngli qısaqol köynək, əlində qara rəngli məktəbli çantası vardır. O binadan çıxan kimi yolla H.Əliyev prospekti ilə hərəkət edən ağ rəngli VAZ-2106 markalı taksiyə saxla işarəsi verir. Avtomobilinin nömrəsi düşmür. Taksi avtomobili təxminən 40-50 metr irəlidə saxlayır və arxa-arxaya Təqsirləndirilən şəxs tərəf hərəkət edir. Təqsirləndirilən şəxs avtomobilə əyləşir və avtomobil gəldiyi istiqamətdə hərəkətinə davam edir. Baxış zamanı nəzarət kamerasının real vaxtdan təxminən yarım saat geri qalması müəyyən edilmişdir. (cild 1, i.v.237-241;). Sabirabad rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-70/2-884/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:46-da Sabirabad RMX-nin X8 Yardım şöbəsinə müraciət etmiş, o, həkimterapevt tərəfindən müayinə olunmuş, “sağ əlin ıv, v barmaqlarının iş hissəsinin kəsilmiş yarası” diaqnozu əsasında ona tibbi yardım göstərilmişdir. (cild 2, i.v.65-67;). Sabirabad rayon İcra başçısının Qaralar kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qurbanlı X13 rayonu Əsədli kəndində atası Qanuni nümayəndə, anası X12, qardaşı X21 ilə birlikdə yaşamışdır. (cild 2, 115;). "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X11 istifadəsində olan ********** nömrədən xx.xx.2024-cü il tarixdə saat 00:38-də Şahid1 istifadəsində olan ********** nömrəsinə zəng edilərək 75 saniyə, saat 18:45-də həmin nömrəyə zəng edilərək 139 saniyə, saat 18:52-də X5 istifadəsində olan ********** nömrəsinə zəng edilərək 268 saniyə, saat 19:12-də X6 istifadəsində olan ********** nömrəsindən zəng edilərək 599 saniyə, saat 19:54-də ********** nömrəsinə zəng edilərək 93 saniyə, saat 23:24-də ********** nömrəsinə zəng edilərək 370 saniyə, xx.xx.2024-cü il tarixdə saat 06:48-də İlyas İsmayılovun istifadəsində olan ********* nömrəsinə zəng edilərək 218 saniyə, saat 06:52-də ********** nömrəsinə zəng edilərək 16 saniyə, saat 10:09-da ********** nömrəsinə zəng edilərək 155 saniyə, saat 10:52-də ********** nömrəsindən zəng edilərək 21 saniyə, saat 10:55-də ********** nömrəsindən zəng edilərək 15 saniyə, saat 10:58-də ********** nömrəsinə zəng edilərək 205 saniyə, saat 11:04-də ********** nömrəsinə zəng edilərək 7 saniyə, saat 11:08-də ********** nömrəsindən zəng edilərək 153 saniyə, saat 11:12-də ********** nömrəsindən zəng edilərək 5 saniyə, saat 12:03-də Şahid1 istifadəsində olan ********** nömrəsinə zəng edilərək 36 saniyə danışıq olmuşdur. Şahid1 istifadəsində olan ********** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 12:00-da ********** nömrəsindən zəng edilərək 14 saniyə, saat 12:03-də Rəna İmanovanın istifadəsində olan ********** nömrəsindən zəng edilərək 36 saniyə, saat 12:04də ********** nömrəsinə zəng edilərək 25 saniyə danışıq olmuşdur. (cild 2, i.v.127-148;). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 50 saylı rəyindən görünür ki, 1975-ci təvəllüdlü X11 meyitinin məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt üzrə 4-cü döş fəqərəsi səviyəsində, sol kürək xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində döş boşluğuna keçən sağ ağciyərin yuxarı və aşağı paylarını yaralayan iki ədəd kəsilmiş-deşilmiş yaralar, qarnın ön sol səthində sol məmə xətti üzrə göbək səviyəsində qarın boşluğuna keçən üç ədəd yara, plevra və qarın boşluğunda maye və laxtalı qan, daxili orqanların azqanlılığı. Ürəyin daxili qişasında qansızma. sol bazu oynağının arxa aşağı hissəsində döş boşluğuna keçməyən iki ədəd kəsilmiş deşilmiş yara. Döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt üzrə 4-cü döş fəqərəsi səviyəsində, sol kürək xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində döş boşluğuna keçən sağ ağciyərin yuxarı və aşağı paylarını yaralayan kəsilmiş deşilmiş yaralar, qarnın ön sol səthində sol məmə xətti üzrə göbək səviyəsində qarın boşluğuna keçən üç ədəd yara, sol bazu oynağının arxa aşağı hissəsində döş boşluğuna keçməyən iki ədəd kəsilmiş deşilmiş yara-həyatidir, kəsici-deşici alətin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə döş qəfəsinin arxa səthində sağ onurğayanı xətt üzrə 4-cü döş fəqərəsi səviyəsində, sol kürək xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində döş boşluğuna keçən sağ ağciyərin yuxarı və aşağı paylarını yaralayan iki ədəd kəsilmiş deşilmiş yaralar, qarnın ön sol hissəsində qarın boşluğuna keçən bağırsaq arteriya və venasını yaralayan üç ədəd yaralar ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdir. Digər yaralar- sol bazu oynağının arxa aşağı hissəsində döş boşluğuna keçməyən iki ədəd kəsilmiş deşilmiş yaralar isə ayrılıqda, canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilir.qəfəsinin arxa səthindəki yara kanallarının istiqaməti sağdan sola, bayırdan içəriyə, bir qadar yuxarıdan aşağıya düz istiqamətdə, qarnın ön səthindəki yaraların istiqaməti arxaya bir qədər aşağıdan yuxarıya düz istiqamətdədir. Sol bazu oynağının arxa səthindəki yaraların istiqaməti isə arxadan önə bir qədər yuxarıdan aşağıya düz istiqamətdədir. Yara kanallarının istiqamətini nəzərə alsaq döş qəfəsinin arxa səthindəki xəsarətlərin yetirilmə anında xəsarət yetirən zərərçəkənin arxa səthində, qarnın ön səthindəki xəsarətlərin yetirilmə anında isə zərərçəkənin ön hissəsində olmuşdur. Yaraların xarakterini, ölçülərini nəzərə alsaq, qeyd edilmiş xəsarətlər təqdim olunan bıçağın təsirindən əmələ gələ bilərdi. X24 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. X11 ölümünə səbəb döş və qarın boşluğuna keçən, sağ ağciyəri, bağırsaq arteriya və venasını yaralayan yaraların təsirindən baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm müayinədən 5-6 saat əvvəl baş vermişdir. (cild 2, i.v.235-242;). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 526 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sağ əlin 4-5-ci barmaqlarının iç hissəsinin kəsilmiş yarası» diaqnozu ilə Sabirabad RMX PHŞ-nin Acil bölməsinə müraciət edib, tibbi yardım almışdır. Müayinə zamanı aşkar edilmiş xəsarətlərsol əlin 4-cü barmağının dırnaq falanqası proyeksiyasında səthi yara küt əşyanın, sağ əlin 4-5-ci barmaqlarının ovuc səthində, sağ əlin ovuc səthində yaralar isə kəsici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. (cild 2, i.v.243-245;). Məhkəmə-ekspertiza mərkəzinin 7 oktyabr 2024-cü il tarixli 5/2024 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan “İphone 14 Pro Max” “A2894” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş şifrə ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamış, bu səbəbdən həmin mobil telefonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması, eləcə də, həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır. (cild 2, i.v. 246-250;). Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2764 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsini əvvəlcədən planlamış, törətdiyi əməl zamanı onun emosional sferasında iş üşün əhəmiyyətkəsb edən hər hansı mühüm dəyişiklik yaranmamış, maraq və məqsədləri hadisə vaxtı onun davranışlarını motivasiya etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. (cild 3, i.v.1-4;). Məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 460- MTKŞ/2024 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhumə X15 məxsus maykanın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd; şortikin ön səthinin sol yuxarı nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş mərhumə X17 məxsus maykanın sağ çiyin nahiyəsinə tikilmiş ipin bir ucu cırılmışdır, bu da, hər hansı bir küt qüvvə tətbiq edilməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş mərhumə X15 məxsus corab, çəkələk və ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş mərhumə X15 məxsus maykanın arxa səthinin sol yuxarı nahiyəsində bir ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthində olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər xəsarətlər, sol kürək xətti üzrə iki ədəd kəsilmiş deşilmiş yaralar, qarnın ön sol səthində üç ədəd yaralar onun paltarları üzərində öz əksini tapmamışdır, bu da, paltarın yerdəyişməsi ilə (yuxarı qalxması, aşağı düşməsi, kənara çəkilməyi və s.) izah oluna bilər. Mərhumə R.R.İmanovaya məxsus şortikin ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş üç ədəd deşilmiş- kəsilmiş zədələrdən ikisi onun bədəninin sol bazu oynağının arxa aşağı hissəsində döş boşluğuna keçməyən iki ədəd kəsilmiş deşilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində öz əksini tapmamışdır, bu da, yalnız paltarın zədələnməsi ilə, və ya paltarın yerdəyişməsi ilə (yuxarı qalxması, aşağı düşməsi, kənara çəkilməyi və s.) izah oluna bilər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthinin sol yuxarı nahiyəsində aşkar edilmiş iki ədəd deşilmiş- kəsilmiş zədələr, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (cild 3, i.v.7-14;). Məhkəmə tibbi-bioloji ekspertizasının 635/2024-MTBŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X11 ABO sistemi üzrə qan qrupu: Abeta(İİ)-dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Balfa (İİİ)-dür. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq, 01 ədəd pambıq topası,01 cüt çəkələk, 01 cüt ayaqqabı, R.R.İmanovaya məxsus şortik, mayka, üzərində insan qanı aşkar olundu. Həmin qan ləkəsində qrup göstəriciləri ABO sistemi tədqiq olduqda: yalnız A antigeni alındı. Beləliklə, bu qan ləkəsi A (İİ) Aruplu şəxsə, o cümlədən X15 məxsus ola bilər. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş hadisə yerində divan və şəpit üzərindən aşkar edilən obyektlər insanın baş tükləridir. Bu tüklər əsas morfoloji əlamətlər üzrə öz aralarında və X11 baş tükü nümunələri ilə müqayisə edildikdə (müqayisəli tədqiqata bax), onların arasında əsəs morfoloji əlamətlər üzrə oxşarlıq aşkar olunduğu üçün, həmin əlamətlərinə görə bu tüklərin X15 məxsus olması inkar olunmur. Bunlardan əlavə qeyd etmək lazımdır ki, R.R.İmanovanın baş tükləri arasında və divan, şəpit üzərindən götürülmüş tüklərin bir neçəsi üzərində zədələnməyə məruz qalmış tüklərə də rast gəlindi. xx.xx.2024-cü il tarixli 9/145 saylı akta əsasən X11 uşaqlıq yolu möhtəviyyatı olan tamponda spermatozoidlər aşkar olunmadı. (cild 3, 15-24;). Məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1566R nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: 1) 12 №-li, 13 No-li, 14 e-li, 15 Ne-li, 16 №-li, 17 No-li, 19 No-li, 30 No-li, 21 No-li, 21 A Ne-li, 28 №-li, 28 A №-li, 29 №-li, 34 37 No-li, 38 №-li, 38 A e-li, 35 No-li, 31 Ne-li, 31 A №-li, 32 34 A №-li və 22 №-li qanabənzər ləkələrdən tənzifdə nümunə, 24 №-li, 36 №-li, №-li, 33 Ne-li, №-li, 25 No-li və 26 №-li qanabənzər ləkələrdən salfetdə nümunə, 01 (bir) ədəd pərdə kəsiyi üzərində 39 №-li qanabənzər ləkə, oyun klubundan 01 (bir) ədəd tənzifdə qanabənzər ləkədən nümunə, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd bıçaq və 02 (iki) ədəd sarı rəngli parça salfet, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli məktəbli çantası, Şahid2 təqdim etdiyi üzərində qanabənzər ləkələr olan 01 (bir) ədəd ağ rəngli parça, 01 (bir) ədəd bint və 01 (bir) ədəd rezin əlcək, Təqsirləndirilən şəxs məktəbli çantasında aşkar edilmiş 01 (bir) ədəd kağız zərf, zibilikdə aşkar edilmiş qanabənzər maddə hopmuş 01 (bir) ədəd kağız salfet, ifadənin yerində yoxlanılması zamanı Rəna İmanovanin evindən götürülmüş Rəna İmanovaya məxsus 01 (bir) ədəd göy rəngli uzunqol köynək, 01 (bir) ədəd kağız salfet, 01 (bir) ədəd bənövşəyi rəngli dəsmal, 01 (bir) ədəd sarı rəngli parça salfet və 01 (bir) ədəd rulon kağız salfet (mətbəxdən), Rəna İmanovanın meyitindən götürülmüş 01 (bir) ədəd şortik və 01 (bir) ədəd mayka və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol dizi üzərində olan qanabənzər ləkələrdə, insan qanına xas hemoqlobin zülalı aşkar edildi; 2) Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol cibinin astarında olan qanabənzər ləkələrdə, insan qanına xas hemoqlobin zülalı aşkar edilmədi; 3) Qonaq otağında döşəmədə 28 e-li, 28 A Ne-li və 29 №-li qan ləkələrindən 03 (üç) ədəd tənzifdə nümunə, divan üzərində 22 №-li qan ləkələrindən 01 (bir) ədəd tənzifdə nümunə, 01 (bir) ədəd bıçağın dəstəyi üzərində qan ləkələri, Şahid2 təqdim etdiyi 01 (bir) ədəd rezin əlcəkdə qan ləkələri və Rəna İmanovanın dırnaq nümunələri altından yaxmada, Təqsirləndirilən şəxs və X15 məxsus bioloji mənşəli materiallar mövcuddur; 4) Binanın pilləkənlərində 12 №-li, 13 No-li, 14 e-li, 15 Ne-li, 16 №-li, 17 №-li və 19 №-li qan ləkələrindən 07 (yeddi) ədəd tənzifdə nümunə, binanın 2-ci mərtəbəsində eyvanda 30 №-li qan ləkələrindən 01 (bir) ədəd tənzifdə nümunə, mətbəxdə döşəmədə 34 Ne-li, 36 №-li və 37 №-li qan ləkələrindən 03 (üç) ədəd tənzifdə nümunə, mətbəxdə su kranının ətrafında-moykada 38 №-li və 38 A №-li qan ləkələrindən 02 (iki) ədəd tənzifdə nümunə, mətbəx mebeli üzərində 35 №-li qan ləkələrindən 01 (bir) ədəd tənzifdə nümunə, hamam otağında döşəmədə 24 No-li, 25 №-li və 26 No-li qan ləkələrindən 03 (üç) ədəd kağız salfetdə nümunə, hamamda su kranının ətrafında-rakovinada 31№-li, 31 A №-li, 32 №-li və 33 №-li qan ləkələrindən 04 (dörd) ədəd tənzifdə nümunə, mətbəxdə 34 A №-li qan ləkələrindən 01 (bir) ədəd tənzifdə nümunə, ifadənin yerində yoxlanılması zamanı götürülmüş 01 (bir) ədəd sarı rəngli parça salfetdə qan ləkələri, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli məktəbli çantası üzərində qan ləkələri, Şahid2 təqdim etdiyi 01 (bir) ədəd ağ rəngli parçada qan ləkələri, 01 (bir) ədəd bintdə qan ləkələri, məktəbli çantasında aşkar edilmiş 01 (bir) ədəd kağız zərfdə qan ləkələri, 01 (bir) ədəd kağız salfetdə qan ləkələri, 01 (bir) ədəd bənövşəyi rəngli dəsmalda qan ləkələri, 01 (bir) ədəd sarı rəngli parça salfetdə qan ləkələri, Rəna İmanovanın evindən götürülmüş 01 (bir) ədəd göy rəngli uzunqol köynəkdə qan ləkələri, 01 (bir) ədəd rulon kağız salfetdə (mətbəxdən) qan ləkələri və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qararəngli qısaqol köynək və 01 (bir) ədəd cins şalvar üzərində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur; 5) Meyitin ətrafında 21 №-li və 21 A №-li qan ləkələrindən 02 (iki) ədəd tənzifdə nümunə, yataq otağında 01 (bir) ədəd pərdə kəsiyi üzərində 39 No-li qan ləkələri, 01 (bir) ədəd bıçağın tiyəsi üzərində qan ləkələri, baxış zamanı götürülmüş 01 (bir) ədəd sarı rəngli parça salfetdə qan ləkələri, Rəna İmanovanın meyitindən götürülmüş 01 (bir) ədəd şortik və maykada qan ləkələri və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol dizində olan qan ləkələrindən, X15 məxsusdur. 6) Oyun klubundan götürülmüş 01 (bir) ədəd tənzifdə qan ləkələrindən nümunə, zibilikdə aşkar edilmiş qan hopmuş 01 (bir) ədəd kağız salfet və Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd cins şalvarın sol cibinin astarında olan qanabənzər ləkələrdən götürülmüş tədqiqat nümunələrində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. (cild 3, i.v. 25-42;). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli6/4586-5/1052- 9/7571 nömrəli rəyindən görünür ki, ekspertizyaa təqdim olunan bir ədəd sarı rəngli, üzərində “585” damğası olmaqla 3,01 qram çəkisi olan qızıl üzüyün dəyəri 256 manat , üzərində “585” damğası olmaqla 3,72 qram çəkisi olan qızıl üzüyün dəyəri 316 manat, üzərində “585” damğası olmaqla 9,98 qram çəkisi olan bir cüt qızıl sırğanın dəyəri 848 manat, üzərində rəngsiz şəffat qiymətsiz qaşları olmaqla 0,86 qram çəkisi olan 1 tay qızıl sırğanın dəyəri 52 manat, gümüşü rəngli, üzərində “İTALY925” damğası olan, 2,18 qram çəkidə olan gümüş qolbağın dəyəri 11 manat olan gümüş qolbaq və 01 ədəd arxa hissəsində “WR-İP67 series 8,45 mm” yazıları ola smart qol saatının dəyəri 50 manat, Rəna İmanovanın meyitindən götürülmüş sarı rəngli üzərində 585 damğası olan 1 ədəd boyunbağının dəyəri 1204 manatdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 192 (yüz doxsan iki) manatdır. (cild 3, i.v. 43-47;). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən oxşan qadın pul qabıları arasında Rəna İmanovaya məxsus olmuş qara rəngli pul qabını göstərərək mənzildən götürdüyü pullar və qızıl-zinət əşyalarının həmin pul qabının içərisində olduğunu qeyd etmişdir. (cild 3, i.v. 85-86;). “Sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə yerinə baxış keçirilən zaman götürülmüş X11 yaşadığı binanın pilləkənlərində (şərti olaraq 12, 14, 16, 17, 19, 15 nömrələri ilə nömrələnmiş), binanın ikinci mərtəbəsinin eyvanında (şərti olaraq 30, 30a nömrələri ilə nömrələnmiş), Rəna İmanovanın yaşadığı evdə meyitin ətrafında döşəmədə (şərti olaraq 21 və 21a nömrəsi ilə nömrələnmiş), qonaq otağında döşəmə üzərində olan (şərti olaraq 28, 28a, 29 nömrələri ilə nömrələnmiş), mətbəxdə döşəmə üzərində (şərti olaraq 34, 36, 37 nömrələri ilə nömrələnmiş, mətbəxdə su kranının ətrafında –moykada (şərti olaraq 38 nömrəsi ilə nömrələnmiş), mətbəx mebeli üzərində (şərti olaraq 35 nömrəsi ilə nömrələnmiş), hamam otağında döşəmədə (şərti olaraq 24, 25, 26 nömrələri ilə nömrələnmiş), hamamda su kranının ətrafında-rakvinada (şərti olaraq 31,31a, 32, 33 nömrələri ilə nömrələnmiş) aşkar olunan qanabənzər ləkələrdən tənzifə hopdurulmaqla götürülmüş 24 (iyirmi dörd) ədəd nümunə, yataq otağında pərdənin üzərində qana bənzər ləkə (şərti olaraq 39 nömrəsi ilə nömrələnmiş) olan hissəsi kəsilməklə götürülmüş 01 (bir) ədəd kəsik, üzərində qana bənzər ləkələr olan 01(bir) cür çəkələk, 01(bir) cüt qadın yay ayaqqabısı, divan üzərində olan qadın tük topası, döşəmədə olan qadın tük topası ,divan üzərində olan qoyma qadın dırnağı qırıntısı ( hadisə yerində şərti olaraq 30 rəqəmi ilə nömrələnmiş), baxış aparılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sallofan torba və həmin torbada aşkar edilmiş məişət təyinatlı mətbəx bıçaq, sarı rəngli salfet-dəsmal, AUX markalı kondisionerin pultu, qana bənzər mayeyə bulaşmış –bütünlükdə həmin maye ilə islanmış salfet kağızı topası, 01 ədəd üzərində “Nagriz shop Bonus kartı” yazılmış kartı, 01 ədəd üzərində “Rubin jevellery” yazılmış vizit kart, X11 adına olan Dövlət sosial sığorta şəhadətnaməsi ,**********036685 nömrəli Bank Respublika kartı, üzərində “Yaqut qızıl aləmi” sözləri yazılmış vizit kartı, üzərində “Emmi 20% endirim” sözləri yazılmış vizit kartı, üzərində “Emmi” sözü yazılmış endirim kartı, üzərində “İydə” sözü yazılmış endirim kartı, Elektrik smart sayğacının kartı, 05 ədəd DİN-nin xəbərdarıq elanı vərəqəsi, 01 ədəd İstanbul Genetic klinikasının müayinə vərəqəsi, Təqsirləndirilən şəxs məxsus qara rəngli məktəbli çantası və həmin çantadan aşkar olunan üzərində “Riyaziyyat test toplusu İİ hissə 2023” sözləri yazılmış dərs vəsaiti, üzəri qırmızımtlıl rəngdə olan riyaziyyat dəftəri, 4 ədəd qələm, üzərində qana bənzər ləkələr olan ağ rəngli zərf, bir ədəd ağ vərəqə (Sumqayıt Diaqnostika Mərkəzinin verdiyi Rəna İmanovaya aid tibbi sənəd), bir ədəd qara rəngli qadın əl çantası, “İPhone 14 Pro Max” markalı Rəna İmanovaya məxsus olmuş mobil telefon, bir ədəd süni dəridən hazırlanmış qadın əl pul qabısı, həmin pul qabının içərisində olmaqla Rəna İmanovaya məxsus olmuş 01 ədəd arxa hissəsində WR-İP67 series 8,45 mm” yazıları olan, istifadədə olmuş dəyəri 50 manat olan smart qol saatı, Şahid2 istintaqa könüllü təqdim etdiyi qana bənzər mayeyə bulaşmış tənzif və ağ əski, eləcə də tibbi əlcək, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, ifadənin yerində yoxlanılması zamanı Rəna İmanovanın evindən aşkar edilmiş üzərində qan ləkələri olan əl-üz dəsmalı, 2 ədəd sarı safet parçası, bir ədəd ağ salfet rulonu, bir ədəd kağız salfet parçası, zibillik ərazidən aşkar edilən Rəna İmanovaya aid qadın köynəyi, Rəna İmanovanın meyitinə baxış zamanı götürülmüş şortik və mayka, “Arsenal” oyun klubunda olan qana bənzər ləkədən götürülmüş qan nümunəsi maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutlar otağına saxlanca verilmişdir. Rəna İmanopvanın meyitinə baxış keçirilərkən götürülmüş sarı rəngli üzərində 585 damğası olan 1 ədəd dəyəri 1204 manat olan boyunbağı, Şahid2 istintaqa könüllü olaraq təhvil verdiyi və həmin pul qabının içərisində olan üzərində “585” damğası olmaqla 3,01 qram çəkidə 256 manat dəyəri olan qızıl üzük, üzərində “585” damğası olmaqla 3,72 qram çəkidə dəyəri 316 manat olan qızıl üzük, üzərində “585” damğası olmaqla 9,98 qram çəkidə dəyəri 848 manat olan bir cüt qızıl sırğa, üzərində rəngsiz şəffat qiymətsiz qaşları olmaqla 0,86 qram çəkidə dəyəri 52 manat olan 1 tay qızıl sırğa, gümüşü rəngli, üzərində “İTALY925” damğası olmaqla 2,18 qram çəkidə dəyəri 11 manat olan gümüş qolbaq və 48 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 7 ədəd 50 manatlıq, 8 ədəd 1 manatlıq, 7 ədəd 5 manatlıq əskinaslar və 4 ədəd 50 qəpik -0,50 AZN, yəni 2 AZN olmaqla ümumilikdə 1865 AZN və 100 ABŞ dolları maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmişdir. (cild 3, i.v. 116-144;). “Təqsirləndirilən şəxsə yenindən ittiham elan etmə haqqında” 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 3, i.v. 150-152;). Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-169/2024 nömrəli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş gün), yəni 10 yanvar 2025-ci il tarixədək uzadılmışdır. (cild 3, i.v. 202) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində hər dəfə Rəna İmanova ilə görüşəndə sonuncunun “İphone 14 Pro Max” markalı mobil telefon işlətdiyini gördüyünü, Rənanın ona çoxlu pul qazandığını dediyini, hər dəfə cinsi əlaqədən sonra Rəna İmanovanın onun verdiyi pulu yataq otağında güzgülü dolabın siyirməsinə qoyduğunu gördüyünü, onu öldürüb pullarını ələ keçirməyə qərar verdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, Rəna İmanova görüş zamanı ona evdə olan gizli kamera vasitəsilə intim fotoşəkillərini çəkdiyini bildirərək həmin fotoşəkillərini atasına göndərməklə hədələmiş, bunun qarşılığında ondan pul tələb etmişdir. O isə bütün bunlara son qoymaq üçün Rəna İmanovanı öldürmək qərarına gəlmiş, Rəna İmanovaya məxsus pulları, qızıl zinət əşyalarını və digər maddi dəyəri olan əşyaları isə oğurluq görüntüsü yaratmaqla cinayətin törədilməsində şübhələri özündən kənarlaşdırmaq məqsədi ilə götürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, protokola əlavə edilmiş foto və video çəkilişlər, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni bu hissədə (Rəna İmanovanı onun intim fotoşəkillərini atasına göndərməklə hədələməsinə görə öldürməsi, Rəna İmanovaya məxsus qızıl-zinət əşyaları, pulları isə oğurluq görüntüsü yaratmaq üçün götürməsi) inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd olunan məzmunda ifadə verməklə törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirməyə, məhkəməni işin faktiki hallarından yayındıraraq Rəna İmanovanın əmlakını ələ keçirmək niyyətinin onu öldürdükdən sonra yaranmasını, eləcə də tamah niyyəti ilə deyil törətdiyi cinayət əməlini pərdələmək niyyəti ilə hərəkət etməsini göstərməklə subyektiv olaraq törətdiyi quldurluq cinayətinə və quldurluqla əlaqədar qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərdiyi kimi Rəna İmanovanın pullarını və qızıl-zinət əşyalarını harada saxlamasını əvvəlcədən dəqiq bilməsi, Rəna İmanovanı öldürdükdən sonra məzildə digər yerlərdə axtarış aparmamaqla sonuncuya məxsus qızıl-zinət əşyalarını, pulları məhz ona məlum yerdən götürməsi, əl-barmaq izlərinin mənzildəki əşyalar üzərində qalmaması üçün özü ilə tibbi əlcək gətirməsi (Rəna İmanovanı öldürərkən sağ əlindən xəsarət aldığından istifadə edə bilməmişdir.), maddi dəyəri olan qızıl-zinət əşyalarını, pulları, mobil telefonu özündə saxlamaqla xüsusi maddi dəyəri olmayan əşyaları isə göy sellofan torbada tullantıların atıldığı əraziyə atması, xx.xx.2024-cü il tarixdə cinsi əlaqədən sonra Rəna İmanovaya qəsdən pulunun olmadığını bildirərək növbəti gün yəni, xx.xx.2024-cü il tarixdə cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə Rəna İmanova ilə yenidən görüşmək üçün “zəmin” yaratması, Təqsirləndirilən şəxs Rəna İmanovanın əmlakını ələ keçirmək niyyətinin onu öldürməmişdən öncə yarandığını, həmin niyyətini həyata keçirmək üçün sonuncuya həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla basqın etdiyini, bununla əlaqədar Rəna İmanovanı qəsdən öldürdüyünü təsdiq edir. -Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Rəna İmanovanın onu gizli olaraq çəkdiyi fotoşəkilləri ilə hədələməsi xüsusatı ilə bağlı qeyd edir ki, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də Ramal X7 hər hansı fotoşəkil göstərmədiyini, bu hədəni yalnız sözlə ifadə etdiyini bildirmişdir. Həmçinin, mənzildə gizli kamera olduğunu iddia edən Təqsirləndirilən şəxs “ehtimal olunan” gizli kameranın müşahidəsi altında Rəna İmanovanı öldürməsi, daha sonra mənzildən qızı-zinət əşyalarını, pulları götürməsi məntiqli hesab olunmur. Bu hallar Təqsirləndirilən şəxs davranışları ilə ifadəsində mənzildə gizli kamera olması ilə bağlı iddiaları arasında ziddiyyət təşkil etməklə, mənzildə gizli kamera olması, həmin kamera ilə Təqsirləndirilən şəxs intim fotoşəkillərinin çəkilməsinə dair arqumentləri təkzib edir. -Məhkəmədə kollegiyası müdafiə tərəfinin irəli sürdüyü digər dəlilə, yəni Təqsirləndirilən şəxs “könüllü gəlib təqsirini boynuna alması” halının yüngülləşdirici hal kimi nəzərə alınmalı olması ilə bağlı mülahizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında formalaşdırdığı təcrübəyə əsasən Təqsirləndirilən şəxs X1 ilkin tibbi yardım aldıqdan sonra xəsarət alması ilə bağlı xəstəxanaya gəlmiş polis əməkdaşlarına Rəna İmanovanı öldürməsi barədə məlumat verməsi Təqsirləndirilən şəxs “könüllü gəlib təqsirini boynuna alması” halı kimi qiymətləndirilə bilməz. Belə ki, həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Xüsusilə vurğulanmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, “...CM-nin 59.1.9-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar.” Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-nin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası şəxsin azad, könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, o, xalası və xalasının qayınanasının müşayiəti ilə Sabirabad rayon Mərkəzi xəstəxanasına gəlmiş, xəstəxanada ona sağ əlindən almış olduğu xəsarətlə bağlı ona ilkin tibbi yardım göstərilmiş, xəstəxanadan çıxdıqda xəstəxananın qarşısında polis əməkdaşları ona yaxınlaşaraq hansı şəraitdə xəsarət almasını soruşmuş, o, əvvəlcə polis əməkdaşlarına cavab verə bilməmiş, polis əməkdaşları ondan bu barədə təkrar soruşduqda xalasının yanında cavab vermək istəmədiyini bildirmiş, polis əməkdaşları ilə avtomobilə əyləşib polis şöbəsinə gedərkən Rəna İmanovanı öldürməsi barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evlərinə getmək niyyətində olmuşdur. Həm Təqsirləndirilən şəxs ifadəsindən, həm iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həm də iş üzrə məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Rəna İmanovanı öldürməsi ilə bağlı könüllü surətdə məlumat verməmiş, əksinə xəstəxanaya gedərkən xalasına dalaşması barədə heç kəsə məlumat verməməsini, həkimə əlinin şüşə ilə kəsildiyini deyəcəyini bildirməsi, tibbi müayinə zamanı da həkimə əlini şüşə kəsdiyini deməsi, tibbi yardım aldıqdan sonra evə getmək niyyətində olması deməyə əsas verir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə hüquq mühafizə orqanlarına məlumat vermək niyyətində olmamışdır. Eləcə də nəzərə alınmalıdır ki, polis əməkdaşları Sabirabad rayon Mərkəzi xəstəxanasına Təqsirləndirilən şəxs sağ əlindən xəsarət alması barədə daxil olmuş məlumat əsasında xəstəxanaya gələrək onu hansı şəraitdə xəsarət alması barədə sorğu-sual etmiş, ilkin sorğu-sualda Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə məlumat verməsə də, polis əməkdaşlarının təkrar sorğu-sualından sonra törətdiyi cinayət əməlini etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində göstərilmişdir ki, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqındır. “Banditizm işləri məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 iyun 1996-cı il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Ali Məhkəmənin Plenumunun həmin qərarının 21-ci bəndində göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Həmin qərarın 24-cü bəndində göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-nin 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri yuxarıda göstərilən əsaslara görə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı qismən etirafedici və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20, şahid qismində dindirilmiş X14, X22 və Şahid1 ifadələri, cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli, “Meyitə baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli, “Götürmənin aparılması və baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli, “İfadənin yerində yoxlanılması haqqında” 27 avqust 2024-cü il tarixli, “Uğur inşaat materialları mağazasının nəzarət kamerasına baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli, “İmmegras kombi santexnika malları mağazasının nəzarət kamerasına baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli, “Bizim ev inşaat materialları mağazasının nəzarət kamerasına baxış keçirilməsi haqqında” 31 avqust 2024-cü il tarixli protokollar və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 50 nömrəli, məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 526 nömrəli, məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik eskpertizasının xx.xx.2024-cü il tarixli 460-MTKŞ/2024 nömrəli, məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 635/2024-MTBŞ nömrəli, məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1566R nömrəli, məhkəməəmtəəşünaslıq ekspertizasının 15.102.2024-cü il tarixli 6/4586-5/1052-9/7571 nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 2764 nömrəli rəyi ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: X2 Sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli məhkumluq haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 2, i.v.57;). Sabirabad rayon Əsədli kənd tam orta məktəbindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (cild 2, i.v. 63;). Sabirabad rayon İcra başçısının Qaralar kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 2, i.v.116;). Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından məhkəmə ona cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ilə yanaşı, həmçinin həmin Məcəllənin 86.1-ci maddəsinin də tələblərinin nəzərə alınmasını mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.33-1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan şəxs (uşaq) - 18 yaşına çatmayan şəxsdir. Həmin Məcəllənin 429-cu maddəsinə görə törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün), yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi və yetkinlik yaşına çatmayanın törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyü halları müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 435.4-cü maddəsinə əsasən, məhkəmə yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını (Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını, yaşayış və təhsil yeri üzrə müsbət xarakterizə olunmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsinin sanksiyasında on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-nin 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq cəza təyin edilərkən, nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və miqdarı CM-nin 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Bu baxımdan yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 10 ildən yuxarı olduqda və belə hallarda 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinin sübuta yetirildiyini, bu maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının aşağı hədlərinin on ildən başlandığını və onlara həmin həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin etmək üçün əsaslar olmadığı qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə, ona təqsirli bilindiyi əməllərə görə cinayətlərin məcmusu qaydasında cəza təyin edərkən təyin edilmiş cəzaları əhatə etməklə deyil, yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəzaların növlərini və müddətini təyin edən Azərbaycan Respublikası CM-nin 85-ci maddəsinin həmin tələblərini nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən tənzifə hopdurulmaqla götürülmüş 24 (iyirmi dörd) ədəd nümunə, yataq otağında pərdənin üzərində qanabənzər ləkə olan hissəsi kəsilməklə götürülmüş 01 (bir) ədəd kəsik, üzərində qanabənzər ləkələr olan 01 (bir) cür çəkələk, 01 (bir) cüt qadın yay ayaqqabısı, divan üzərində olan qadın tük topası, döşəmədə olan qadın tük topası ,divan üzərində olan qoyma qadın dırnağı qırıntısı baxış aparılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sallofan torba və həmin torbada aşkar edilmiş məişət təyinatlı mətbəx bıçağı, sarı rəngli salfet-dəsmal, qana bənzər mayeyə bulaşmış –bütünlükdə həmin maye ilə islanmış salfet kağızı topası, Şahid2 istintaqa könüllü təqdim etdiyi qanabənzər mayeyə bulaşmış tənzif və ağ əski, tibbi əlcək, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, ifadənin yerində yoxlanılması zamanı X11 mənzilindən aşkar edilmiş üzərində qanabənzər ləkələr olan əl-üz dəsmalı, 2 (iki) ədəd sarı salfet parçası, bir ədəd ağ salfet rulonu, bir ədəd kağız salfet parçası, zibillik ərazidən aşkar edilən X15 məxsus olmuş qadın köynəyi, Rəna İmanovanın meyitinə baxış zamanı götürülmüş şortik və mayka, “Arsenal” oyun klubunda olan qana bənzər ləkədən götürülmüş qan nümunəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd AUX markalı kondisionerin pultu, 01 (bir) ədəd üzərində “Nargiz shop Bonus kartı” yazılmış kartı, 01 (bir) ədəd üzərində “Rubin jevellery” yazılmış vizit kartı, X11 adına olan Dövlət sosial sığorta şəhadətnaməsi ,**********036685 nömrəli Bank Respublika kartı, üzərində “Yaqut qızıl aləmi” sözləri yazılmış vizit kartı, üzərində “Emmi 20% endirim” sözləri yazılmış vizit kartı, üzərində “Emmi” sözü yazılmış endirim kartı, üzərində “İydə” sözü yazılmış endirim kartı, Elektrik smart sayğacının kartı, 05 ədəd DİN-in xəbərdarıq elanı vərəqəsi, 01 (bir) ədəd İstanbul Genetic klinikasının müayinə vərəqəsi, bir ədəd ağ vərəqə (Sumqayıt Diaqnostika Mərkəzinin verdiyi Rəna İmanovaya aid tibbi sənəd), bir ədəd qara rəngli qadın əl çantası, “İPhone 14 Pro Max” markalı Rəna İmanovaya məxsus olmuş mobil telefon, bir ədəd süni dəridən hazırlanmış qadın əl pul qabısı, həmin pul qabının içərisində olmaqla Rəna İmanovaya məxsus olmuş 01 (bir) ədəd arxa hissəsində “WR-İP67 series 8,45 mm” yazıları olan, istifadədə olmuş dəyəri 50 (əlli) manat olan smart qol saatı, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfində saxlanılan sarı rəngli üzərində 585 damğası olan 1 (bir) ədəd dəyəri 1204 (min iki yüz dörd) manat olan boyunbağı, üzərində “585” damğası olmaqla 3,01 qram çəkidə 256 (iki yüz əlli) manat dəyəri olan qızıl üzük, üzərində “585” damğası olmaqla 3,72 qram çəkidə dəyəri 316 (üç yüz on altı) manat olan qızıl üzük, üzərində “585” damğası olmaqla 9,98 qram çəkidə dəyəri 848 (səkkiz yüz qırx səkkiz) manat olan bir cüt qızıl sırğa, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olmaqla 0,86 qram çəkidə dəyəri 52 (əlli iki) manat olan 1 (bir) tay qızıl sırğa, üzərində “İTALY925” damğası olmaqla 2,18 qram çəkidə dəyəri 11 (on bir) manat olan gümüş qolbaq və 48 (qırx səkkiz) ədəd 20 manatlıq, 11 (on bir) ədəd 10 (on) manatlıq, 7 (yeddi) ədəd 50 (əlli) manatlıq, 8 (səkkiz) ədəd 1 (bir) manatlıq, 7 (yeddi) ədəd 5 (beş) manatlıq əskinaslar və 4 (dörd) ədəd 50 (əlli) qəpik -0,50 AZN, yəni 2 (iki) manat olmaqla ümumilikdə 1865 (min səkkiz yüz altmış beş) manat və 100 (yüz) ABŞ dolları mərhum X11 yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus qara rəngli məktəbli çantası, həmin çantada aşkar olunan üzərində “Riyaziyyat test toplusu İİ hissə 2023” sözləri yazılmış dərs vəsaiti, üzəri qırmızımtıl rəngdə olan riyaziyyat dəftəri, 4 (dörd) ədəd qələm təqsirləndirilən şəxsin atası və qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatlarının dəyəri olan 272 (iki yüz yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə tətbiq edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müsəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu, 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 272 (iki yüz yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman qanabənzər ləkələrdən tənzifə hopdurulmaqla götürülmüş 24 (iyirmi dörd) ədəd nümunə, yataq otağında pərdənin üzərində qanabənzər ləkə olan hissəsi kəsilməklə götürülmüş 01 (bir) ədəd kəsik, üzərində qanabənzər ləkələr olan 01 (bir) cür çəkələk, 01 (bir) cüt qadın yay ayaqqabısı, divan üzərində olan qadın tük topası, döşəmədə olan qadın tük topası ,divan üzərində olan qoyma qadın dırnağı qırıntısı baxış aparılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sallofan torba və həmin torbada aşkar edilmiş məişət təyinatlı mətbəx bıçağı, sarı rəngli salfet-dəsmal, qana bənzər mayeyə bulaşmış –bütünlükdə həmin maye ilə islanmış salfet kağızı topası, Şahid2 istintaqa könüllü təqdim etdiyi qanabənzər mayeyə bulaşmış tənzif və ağ əski, tibbi əlcək, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, ifadənin yerində yoxlanılması zamanı X11 mənzilindən aşkar edilmiş üzərində qanabənzər ləkələr olan əl-üz dəsmalı, 2 (iki) ədəd sarı salfet parçası, bir ədəd ağ salfet rulonu, bir ədəd kağız salfet parçası, zibillik ərazidən aşkar edilən X15 məxsus olmuş qadın köynəyi, Rəna İmanovanın meyitinə baxış zamanı götürülmüş şortik və mayka, “Arsenal” oyun klubunda olan qana bənzər ləkədən götürülmüş qan nümunəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd AUX markalı kondisionerin pultu, 01 (bir) ədəd üzərində “Nargiz shop Bonus kartı” yazılmış kart, 01 (bir) ədəd üzərində “Rubin jevellery” yazılmış vizit kartı, X11 adına olan Dövlət sosial sığorta şəhadətnaməsi ,**********036685 nömrəli Bank Respublika kartı, üzərində “Yaqut qızıl aləmi” sözləri yazılmış vizit kartı, üzərində “Emmi 20% endirim” sözləri yazılmış vizit kartı, üzərində “Emmi” sözü yazılmış endirim kartı, üzərində “İydə” sözü yazılmış endirim kartı, Elektrik smart sayğacının kartı, 05 ədəd DİN-in xəbərdarıq elanı vərəqəsi, 01 (bir) ədəd İstanbul Genetic klinikasının müayinə vərəqəsi, bir ədəd ağ vərəqə (Sumqayıt Diaqnostika Mərkəzinin verdiyi Rəna İmanovaya aid tibbi sənəd), bir ədəd qara rəngli qadın əl çantası, “İPhone 14 Pro Max” markalı Rəna İmanovaya məxsus olmuş mobil telefon, bir ədəd süni dəridən hazırlanmış qadın əl pul qabısı, həmin pul qabının içərisində olmaqla Rəna İmanovaya məxsus olmuş 01 (bir) ədəd arxa hissəsində “WR-İP67 series 8,45 mm” yazıları olan, istifadədə olmuş dəyəri 50 (əlli) manat olan smart qol saatı, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfində saxlanılan sarı rəngli üzərində 585 damğası olan 1 (bir) ədəd dəyəri 1204 (min iki yüz dörd) manat olan boyunbağı, üzərində “585” damğası olmaqla 3,01 qram çəkidə 256 (iki yüz əlli) manat dəyəri olan qızıl üzük, üzərində “585” damğası olmaqla 3,72 qram çəkidə dəyəri 316 (üç yüz on altı) manat olan qızıl üzük, üzərində “585” damğası olmaqla 9,98 qram çəkidə dəyəri 848 (səkkiz yüz qırx səkkiz) manat olan bir cüt qızıl sırğa, üzərində rəngsiz şəffaf qiymətsiz qaşları olmaqla 0,86 qram çəkidə dəyəri 52 (əlli iki) manat olan 1 (bir) tay qızıl sırğa, üzərində “İTALY925” damğası olmaqla 2,18 qram çəkidə dəyəri 11 (on bir) manat olan gümüş qolbaq və 48 (qırx səkkiz) ədəd 20 manatlıq, 11 (on bir) ədəd 10 (on) manatlıq, 7 (yeddi) ədəd 50 (əlli) manatlıq, 8 (səkkiz) ədəd 1 (bir) manatlıq, 7 (yeddi) ədəd 5 (beş) manatlıq əskinaslar və 4 (dörd) ədəd 50 (əlli) qəpik -0,50 AZN, yəni 2 (iki) manat olmaqla ümumilikdə 1865 (min səkkiz yüz altmış beş) manat və 100 (yüz) ABŞ dolları mərhum X11 yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus qara rəngli məktəbli çantası, həmin çantada aşkar olunan üzərində “Riyaziyyat test toplusu İİ hissə 2023” sözləri yazılmış dərs vəsaiti, üzəri qırmızımtıl rəngdə olan riyaziyyat dəftəri, 4 (dörd) ədəd qələm təqsirləndirilən şəxsin atası və qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-196/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-196/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver