Məhkəmə qərarları › İş №1(099)-197/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-197/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-197/2022 24.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X11 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxx 1980-ci ildə İmişli rayonunun Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X11 qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə bitkilərini əkib, yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2021-ci ilin may ayında İmişli rayonunun Ağaməmmədli kəndi ərazisində çöl otlaq sahəsində əkilib-yetişdirilməsi qadağan edilmiş, külli miqdarda-127 (yüz iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, daxil olmuş məlumat əsasında 01 avqust 2021-ci il tarixdə, saat 03 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Ağaməmmədli kəndində çöl sahədə külli miqdarda-127 (yüz iyirmi yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə İmişli rayonunun Muradxanlı kəndində yaşayır.Rəsmi olaraq işləməsə də, təsərrüfat işləri ilə məşğul olur.Bir müddətdir ki, qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Marixuana alıb çəkərkən çətənə toxumlarını atmamış, özündə saxlamışdır.Yaşadığı kəndin yaxınlığında, İmişli rayonunun Ağaməmmədli kəndinin çöllük ərazisində boş otlaq sahəsində yer tapıb 2021-ci ilin may ayında həmin yeri şumlayıb çətənə toxumlarını orada əkmişdir.Əkdiyi yerdə toxumlardan çətənə bitkiləri çıxdıqdan sonra bitkiləri suvarmışdır.Sonunca dəfə 01 avqust 2021-ci il tarixdə, saat 03 radələrində çətənə bitkiləri əkdiyi yerə getmişdir ki, bitkiləri suvarsın.Sahəyə çatıb çətənə kollarını suvarmaq istəyərkən bir qrup polis əməkdaşı onu orada tutub saxlamışdır.Bundan polis əməkdaşları tərəfindən özünün və digər şəxslərin iştirakı ilə çətənə bitkiləri əkdiyi sahəyə baxış keçirilmişdir.Baxış zamanı həmin sahədə cəmi 127 ədəd çətənə kolları aşkar edilmiş, sonra həmin kollar polislər tərəfindən torpaqdan çıxarılmış və qablaşdırılıb götürülmüş, daha sonra baxışla bağlı protokol tərbi olunmuşdur.O, çətənə bitkiləri yalnız özünün şəxsi istifadəsi məqsədi ilə əkmiş, sonradan əldə edəcəyi marixuananı kiməsə satmaq niyyəti olmamış və heç kimə marixuana satmamışdır. Törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs Rahim Hüseynovun yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyi, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞnin əməkdaşıdır. 31 iyul 2021-ci il tarixdə İmişli rayonunun Əlipənahlı kənd sakini Təqsirləndirilən şəxs İmişli rayonunun Ağaməmmədli kəndinin ərazisində su kanalın yaxınlığında boş sahədə çətənə kolları əkib-becərməsi barəsində əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün təxirəsalınmaz əməliyyəaxtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. 31 iyul 2021-ci il tarixdə, gecə saatlarında özünün də daxil olduğu əmliyyat qrupu Ağaməmmədli kəndinin ərazisində, su kanalın yaxınlığında olan sahəyə gedib həmin ərazini müşahidəyə götürmüşdür. Bir neçə saatdan sonra, 01 avqust 2021-ci il tarixdə, saat 02 radələrində müşahidə etmişdir ki, bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs həmin əraziyə gəlib verdə ilə kanaldan su daşıyıb çətənə kollarını suvarmağa başlamışdır. Təxminən yarım saat ərzində Rahimin çətənə kollarını suvarması müşahidə etdikdən sonra, saat 3 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən Rahim Hüseynov tutulub saxlanılmışdır. Bundan sonra saxlanılan şəxs Rahim Hüseynovun və aqronomun iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazidə 127 ədəd çətənə kolları aşkar olunub götürülmüşdür.Həmin çətənə kollarından başqa çətənə kollarının yaxınlığından quru və yanmış vəziyyətdə 10-15 ədəd çətənə kollarına oxşar bitkilər də aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş həmin bitkiləri özünün əkib-yetişdirdiyi bildirmişdir.Sonra aşkar olunmuş 127 ədəd çətənə kolları kökündən çıxarılıb torbalara qablaşdırılıb götürülmüşdür. Həmçinin ərazidə aşkar edilmiş yanmış və quru halda olan çətənə kollarına oxşar bitki qalıqları da torbalara qablaşdırılıb götürülmüşdür. Daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişdir. İşdə olan, İmişli RPŞ-nin əməkdaşının 31 iyul 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, İmişli rayonunun Əlipənahlı kənd sakini Təqsirləndirilən şəxs İmişli rayonunun Ağaməmmədli kəndinin ərazisində su kanalın yaxınlığında boş sahədə çətənə kolları əkibbecərməsi əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 01 avqust 2021-ci il tarixli protokol və protokolla müəyyən edilir ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin rəmsm Elsevər Əliyev tərəfindən Təqsirləndirilən şəxs, aqranom-mütəxəssis Şahid6 iştirakı ilə və videoçəkilişlə İmişli rayonunun Ağaməmmədli kəndinin ərazisində olan çollük sahəyə baxış keçirilmişdir. Baxış zamanı həmin sahədə 127 ədəd çətənə kolunu oxşar bitkilər, bitkilərin suvarılması üçün su arxı, plastmas su borusu, su bidonu və qablar aşkar edilmişdir. Aşkar edilmiş 127 ədəd çətənə kolunu oxşar bitkilər və digər əşyalar qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, 01 avqust 2021-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə İmişli RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş, İmişli rayonunun Ağaməmmədli kəndində, çöllük sahədə Təqsirləndirilən şəxs əkib-becərdiyi narkotik tərkibli bitki olan 127 ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmiş, yəni dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 01 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “ X6 çətənə” sözləri yazılmış 06 ədəd sintetik torbanı açdıqda ümumi olaraq 127 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi- 33700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkisidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 01 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “ X6 çətənə” sözləri yazılmış 06 ədəd sintetik torbanı açdıqda ümumi olaraq 127 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi- 33700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkisidir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 23 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “X8 məxsus 2 ədəd polietilen torbada marixuna ” sözləri yazılmış ağ rəngli torbada olan iki ədəd polietilen torbada ümumi çəkisi 8230 qram yaş və yarıcürümüş kütlələr anatomo-morfoloji xüsusiyyətlərini itirdiyinə görə və tərkibində narkotik aktivliyə malik kannabinoidli komponetlər aşkar edilmədiyi üçün narkotik vasitələr hesab edilmir. İşdə olan, təkrar məhkəmə-bioloji ekspertizasının 30 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “X8 məxsus 2 ədəd polietilen torbada marixuna ” sözləri yazılmış ağ rəngli torbada olan iki ədəd polietilen torbada ümumi çəkisi 7190 qram yaş və yarıcürümüş kütlələr anatomo-morfoloji xüsusiyyətlərini itirdiyinə görə və tərkibində narkotik aktivliyə malik kannabinoidli komponetlər aşkar edilmədiyi üçün narkotik vasitələr hesab edilmir. Elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə təqdim olunmuş kütlələrin hadisə yerindən aşukar olunandan əvvəl istifadə üçün yararlı olub-olmamasını, tərkibində olan komponetlərin saxlanılıbsaxlanılmamasının müəyyən etmək mümkün deyildir. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işinin tövsif edilməsi və istintaqın nəticəsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 127 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir.Habelə iş üzrə götürülmüş 7190 qram yaş və yarıcürümüş kütlələr anatomo-morfoloji xüsusiyyətlərini itirdiyinə görə və tərkibində narkotik aktivliyə malik kannabinoidli komponetlər aşkar edilmədiyindən məhv edilməsi üçün İmişli RPŞ-nə təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kanabiodlərin qəbulu nticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyi və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxs Rahim Hüseynovun məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir.Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs Rahim Hüseynovun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxs Rahim Hüseynovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” və “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in ölçü vahidlərisayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxs Rahim Hüseynovdan götürülmüş əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 127 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Rahim Hüseynovun qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmişdir. Təqsirləndirilən şəxs Rahim Hüseynovun həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Rahim Hüseynovun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, İmişli Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxs Rahim Hüseynovun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-01 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Rahim Hüseynov əvvəllər məhkum olunmamışdır. İşdə olan, İmişli rayon İHB-nın Muradxanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 noyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, X12 rayonunun Muradxanlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri-anası, arvadı və bir azyaşlı uşağı (26 sentyabr 2015-ci il təvəllüdlü X9) ilə birlikdə həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə nümunəvi və etik davranışa əməl edən şəxs olmaqla, çalışqan bacarıqlı və qayğıkeş insan kimi tanınmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rahim Hüseynovun himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxs Rahim Hüseynovun cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs Rahim Hüseynovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Rahim Hüseynovun barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Rahim Hüseynovun barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs Rahim Hüseynova cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Rahim Hüseynov təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Rahim Hüseynov yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan 127 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-337 (üç yüz otuz yeddi) manat 95 qəpik təqsirləndirilən şəxs Rahim Hüseynovdan tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X11 Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X11 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 avqust 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X11 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 127 (bir yüz iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-337 (üç yüz otuz yeddi) manat 95 məhkum olunmuş şəxs X6 tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan X11 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar