Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-197/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Sabirabad rayonu Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında Sabirabad rayonu Azadkənd kəndində yaşadığı evin həyətyanı sahəsində və həyətyanı sahəni ayıran qamış çəpərə bitişik çöl sahədə torpağı şumlayıb tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 45 ədədini yetişdirərək kultivasiya etmiş, həmin ilin iyun ayının əvvəllərində, yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin yararlı hissələrini toplayaraq satış məqsədi ilə, külli miqdarda 838,98 qram çəkidə bitki mənşəli təbkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 800 qram çəkidə olan hissəsini yaşadığı evin həyətyanı sahəsini ayıran qamış çəpərə bitişik çöl sahədə əkdiyi çətənə kollarının arasında, 38,98 qram çəkidə olan hissəsini isə üzərində saxlamış, 28 iyun 2024-cü il tarixdə saat 15:40 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 3 ədəd köküstə, həyətyanı sahəsini ayıran qamış çəpərə bitişik çöl sahədə 2 ədəd kökündən çıxarılmış vəziyyətdə və 40 ədəd köküstə olmaqla, ümumilikdə 45 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və həmin 40 ədəd bitki kollarının arasında gizlətdiyi polietilen torba bağlamada 1 ədəd polietilen torbada külli miqdarda 800 qram çəkidə və həmin gün saat 18:40 dəqiqədə Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə 38,98 qram çəkidə bitki mənşəli təbkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həyətində cəmi 4 ədəd çətənə kollarını əkmiş, qalan 41 ədəd kolunu o əkməmiş, həmin kolların kimin əkməsini bilmir. 28 iyun 2024-cü il tarixdə onu polis əməkdaşları onu evdən küçəyə çağırmışlar, sonra polis əməkdaşları onun həyətində axtarış aparmışlar, həyətində çətənə kolları tapmışlar. Ona məxsus cəmi 4 ədədi olmuşdur. Üzərindən aşkar olunmuş 38 qram və həyətindən aşkar olunmuş 800 qram marixuanna ona məxsus olmamış, həmin narkotik vasitələrini üzərinə polislər qoymuşdurlar. Aşkar olunan 41 ədəd çətənə kollarının kim tərəfindən əkilməsini bilmir, həmin kolların kimsə onun həyətində əkmişdir. Onun əkdiyi çətənə bitkiləri ilə 41 ədəd çətənə bitkiləri arasında 10 metr məsafə olmuşdur, 41 ədəd çətənə kolları əkilən ərazi onun həyəti olmamış, su axıntılarının yığıldığı qobu ərazisi kimi tanınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışında əlavə ifadəsində göstərmişdir ki, həyətində əkilmiş çətənə kollarını həmkəndlisi və eyni zamanda dayısı oğlu X16 əkmiş, onun adı Əli olsa da kənd arasında onu Qobu deyə çağırırlar. Əli (Qobu) ona çətənə kollarını əkəcəyini, onun qulluq etməsini, bunun müqabilində hər ay ona 1000 manat verəcəyini bildirmiş, Əli onun həyətində çətənə kollarını əkmiş, çətənə kollarına həmkəndlisi X2 və Əlinin oğlu X14 qulluq etmişlər. Əli 41 ədəd çətənə kollarını onun çəpərindən kənarda əkmişdir, 4 ədəd çətənə kollarını isə özü həyətində əkmişdir. İstintaq zamanı Əlinin adını çəkməməsinə səbəb Əlinin onu bu işdən qurtarmasına söz verməsi olmuşdur, lakin üzərindən 10 ay keçməsinə baxmayaraq Əli ona heç bir köməklik etmədiyi üçün onun adını çəkmək məcburiyyətində qalmışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəmə, həmdə ibtidai istintaq zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq “həyətində 4 ədəd çətənə kolları əkməsi, Qobu deyilən ərazidə aşkar olunan 41 ədəd çətənə kollarını qohumu Əli Vəlişov əkmiş, həmin bitkilər sonuncuya məxsus olmuş, həmkəndliləri Loğman Abdullayevin və X7 Vəlişovun onun əkdiyi çətənə kollarına qulluq etməklə suvarmaları, aşkar polis əməkdaşları tərəfindən onun həyətinə və cibinə qurudulmuş marixuana qoyulması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 27 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Azadkənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. 28 iyun 2024-cü il tarixdə əməliyyat qurupu ilə və aqronomla birlikdə Təqsirləndirilən şəxs evinin yerləşdiyi ünvana getmişlər. Küçəyə daxil olduqda Təqsirləndirilən şəxs küçə ilə hərəkət etdiyini görmüş, sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdə Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. Onlar da Təqsirləndirilən şəxs arxasınca qaçmış, sonuncu bir qədər qaçdıqdan sonra ayağı büdrəmiş və baş nahiyəsi daş hasara dəymişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu, buna görə də həyətyanı sahəsinə baxış keçirməli olduqlarını, buna etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də baxış keçirilməsinə etirazının olmadığını deyərək bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış zamanı Fərrux həyətyanı sahəsində yerləşən bağa daxil olaraq orada 3 ədəd narkotik tərkibli çətənə bitkisini göstərmiş, Fərruxdan başqa yerə də narkotik tərkibli çətənə bitkisi əkib əkmədiyi soruşulduqda sonuncu qamışdan çəkilmiş çəpərin digər tərəfinə keçib orada ətrafı qamış kolları ilə bağlı olan təmizlənmiş ərazidə torpağa əkilmiş halda 40 ədəd çətənə bitkisini, həmçinin qeyd olunan ərazidə qoyulmuş plastik vedrənin arxasında kolların arasında gizlətdiyi qara rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı və həmin vedrənin yanında kökündən çıxarılaraq quruması üçün qoyulmuş 2 ədəd çətənə bitkisini də təqdim etmişdir. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirilib xüsusi qaydada qulluq edilməsi barədə rəy yazılaraq təqdim eilmişdir. Aşkar olunmuş çətənə kolları torpaqdan çıxarılaraq qablaşdırılmış, eyni zamanda qurudulmuş marixuana da qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs cibindən də qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Hadisə günü kənd caamatından Fərruxun həyətində polislərin olduğunu eşitmiş. Oraya gələndə Fərruxun evindən təxminən 70 metr aralıda 3 ədəd çətənə kollarının polislərin əllərində olduğunu görmüşdür. Sonra polislər evdən kənarda çalaya enmişlər, sonradan polislərin çaladan da çətənə kollarını aşkar olunduğunu bilmişdir. Sonra o Fərruxun ailə üzvlərindən soruşduqda ona həyətdə 3 ədəd koların aşkar olunduğunu, evdən kənarda əkilən kolların kim tərəfindən əkilməsində Fərruxun xəbərinin olmadığını bildirmişlər. Sonra polislərin Fərruxu avtombilə mindirib apardıqlarını görmüşlər. Fərruxun həyətindən 3 ədəd çətənə kolunun aşkar olunmasını görmüşdür. İş üzrə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Fərrux qohumu olmaqla onunla qonşuluqda yaşayır. Hadisədən 1 saat sonra Fərruxun həyətinə getmişdir, orada kənd sakinlərindən Fərruxun həyətindən 4 ədəd çətənə kollarının aşkar olunduğunu, Qobu deyilən ərazidən də çətənə kolarını polislərin aşkar etdiklərini eşitmiş, lakin görməmişdir, Eyni zamanda polis əməkdaşlarının «Qobu» deyilən ərazidən çətənə kollarını aşkar etmələrini görməmişdir. Qobu deyilən ərazi Fərruxun mülkiyyətində olmamış, həmin torpaq sahəsi ümumi istifadədə olmuşdur. Həmin ərazi ilə Fərruxun evinin arasında təxminən 100-200 metr məsafə olmuşdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Fərrux onun bacanağıdır. O, hadisədən yarım saat sonra Fərruxun həyətinə getmiş, orada 4 ədəd çətənə kollarının aşkar edildiyini görmüş, bundan başqa polislərin Qobu ərazisin adlanan çaladan da bitkilərin yığdıqlarını görmüşdür. Daha sonra polislərin Fərruxun həyətindən büküm aşkar etdiklərini də görmüşdür. Qobu ərazisi adlanan çala Fərruxun mülkiyyətində olmamışdır, həmin torpaq sahəsi Fərruxun həyəti arasında 10-15 metr məsafə olmuşdur. Fərruxun həyəti ilə çala arasında çəpər olmuşdur. İş üzrə əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Fərrux ibisi oğludur. Sabirabad rayon Azadkən kəndinin bələdiyyə sədri vəzifəsində işləyir. 28 iyun 2024-cü il tarixdə polis əməkdaşları onları hadisə yerinə dəvət etmişlər. Onlar gələndə polislər artıq 1 saata yaxın orada olmuşdurlar. Oraya gələndə polislərin Fərruxu dindirdiyini görmüşdür. O da öz növbəsində “sənə ayıb olsun” sözlərini demişdir. Polislərin Fərruxun həyətindən çətənə kollarını və qurudulmuş marixuana aşkar etdiklərini görmüdür. Çətənə kolları aşkar olunan çala ərazisi dövlət torpağıdır, Fərruxun mülkiyyətində olmamışdır. İş üzrə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Sabirabad rayon Azadkən kəndinin icra nümayəndəsi işləyir. xx.xx.2024-cü il tarixdə Qaragüney polis bölməsinin əməkdaşları onu Fərruxun həyətinə çağırmışlar. Onlar gələndə polislər artıq orada olmuşdur. Polislər Fərruxun həyətində 4 ədəd çətənə kolunu, onun həyətindən kənarda çala deyilən ərazsindən də 41 ədəd çətənə kolları aşkar olunduğu görmüşdür. Orada qurudulmuş marixuana görməmişdir. Fərruxun həyətindən kənarda əkilən çətənə kollarının olduğu torpaq sahəsi dövlətə məxsusdur, Təqsirləndirilən şəxs məxsus olmamışdır. Həmin ərazidə torpaq sahələrini suvarmaq üçün arx olmuşdur. 41 ədəd çətənə kolların Fərruxun həyətindən təxminən 7-8 metr məsafədə əkilmişdir, həmin ərazidə gediş-gəliş olmamışdır. Məhkəmə yuxarıda adları çəkilən əlavə şahidlərin ifadələrinə tənqidi yanaşaraq 41 ədəd çətənə bitkilərinin aşkar olunduğu ərazinin Fərruxun mülkiyyətində olmamasını bildirmələrinə gəlincə, məhkəmə hesab edir ki, adı çəkilən şəxslər 41 ədəd çətənə bitkilərinin qohumluq münasibətlərində olduqları Təqsirləndirilən şəxs məxsus olmaması görünüşü yaratmaq istəyərək, bu qayda ilə təqsirləndirilən şəxsə münasibətdə müdafiə xarakteri dayışır və məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Fərrux onun həmkəndlisidir. Hadisə günü polislərin Fərruxun həyətindən çətənə kollarının aşkar etdiklərini eşitmişdir. Fərruxun həyətində çətənə kollarını əkməsini bilməmiş, yalnız hadisə günü bilmişdir. Fərruxun həyətində və Qobu deyilən ərazidə əkilən çətənə kollarından onun xəbəri yoxdur, həmin çətənə kollarına Əlinin oğlu Manaf Vəlişovla qulluq etməmiş, suvarmamışdır. X12 çətənə kollarının əkilməsi və qulluq edilməsi barədə göstəriş verməmiş. Təqsirləndirilən şəxs ona şər atır, fərruxun onun adını çəkməsinin səbəbini bilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur. Fərruxla munasibətləri normal olmuşdur. Əsgər gedən vaxtı Fərruxun oğlu ilə dalaşmış, bu səbəbdən aralarında soyuq munasibət yaranmış, geliş-gəliş olmamışdır. Fərrux həyətində çətənə kolları əkdiyi üçün tutulduğunu eşitmiş, həmin vaxt o, Bakı şəhərində olmuşdur. Təqsirləndirilən şəxs əkdiyi çətənə kolları olan ərazi Qobu deyilən ərazidir, həmin əraziyə gediş-gəliş olmamış, həmin ərazinin onlara aidiyyəti olmamışdır. Fərruxun əkdiyi çətənə kollarına o, və Loğman qulluq etməmişdir, Fərrux onları şərləyir, heçvaxt çətənə kollarını görməmişdir. Fərruxun onları şərləməsinin, onların adının çəkməsini səbəbini bilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. Fərruxun həyətində narkotik vasitələrini əkdiyi üçün tutulmasını eşitmişdir. Onların yaşadığı ərazidə Qobu adlanan sahə olmuşdur. O Fərruxla çətənə kolları əkməmiş, çətənə kollarına qulluq etməsinə görə hər ay 1000 manat pul verəcəyini, əgər tutularsa onu qurtaracağını deməmişdir. Oğlu əsgər gedən vaxt Fərruxla həyətlərində mubahisə etmiş, o vaxtdan aralarında soyuq munasibət yaranmışdır. Həmkəndlisi Loğmana və oğlu Manafa çətənə kollarına qulluq etməsinə göstəriş verməmişdir. Fərrux onu şərləyir. Məhkəmə iclasından təxminən 15 gün qabaq Fərruxun arvadı və oğlu ona whatsapp proqramı vasitəsi ilə səsli mesajlar göndərərək 5000 manat pul verməsini, əgər verməzsə Fərruxun məhkəmədə onun adını çəkəcəyini bildirmişdir. Şahid Əli Vəlişov Təqsirləndirilən şəxs arvadı və oğlunun ona whatsapp proqramı vasitəsi ilə göndərilən səsli mesajları təqdim edir. Məhkəmə iclasında həmin səsli mesajlar səsləndirilir. Həmin səsli mesajlarda olan şəxslərin Əli Vəlişovdan 5000 manat pul tələb etməsi müəyyən olunur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının 17 avqust 2023-cü il tarixli 3-16-16/2-18/625 nəmrəli rəyindən görünür ki, 1.Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-38,98 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada 1 ədəd polietilen torbada təmiz çəkisi-800,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 ədəd polietilen kəsiyi bükümündə və 1 ədəd polietilen torbada ümumi çəkisi 838,98 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir.
3. Tədqiqata təqdim olunmuş üzəri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi ilə möhürlənmiş 1 ədəd polietilen bükülüdə cəmi 45 ədəd yaş vəziyyətdə ümumi çəkisi-31000,0 qram (31kq) bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Tədqiqatdan sonrakı qalıq qurudulmuş marixuanna 838,88 qram, çətənə bitkilərinin ümumi çəkisi 30999,0 qram 45 ədəd çətənə bitkiləri. Ekspertiza xərclərinə dair arayışa əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edir. İş materiallarında olan 12 iyul 2025-ci il tarixli 4785 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir, ona məxsus olan mobil telefon iş üçün əhəmiyyətli olduğundan götürülür, şəxsi əşyaları isə özünə qaytarılır. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli «evə baxış keçirilməsi və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı ünvdan 45 ədəd narkotik tərkibli çətənə kollarına bənzər bitkilər və külli miqdarda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. İş materiallarında olan 28 iyun 2024-cü mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Azadkənd kəndində yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həyatyanı sahədə 45 ədəd çətənə bitkisi kolu aşkar edilmişdir. Həmin çətənə bitkisi kollarına aqrotexniki qaydada qulluğ olunduğu müəyyən edilmişdir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, ekspertizadan sonra qalıq qalmış 838,88 qram qurudulmuş marixuanna və 45 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə maddi sübut kimi tanınmış və Sabirabad RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Quliyev X3 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (02 il şərti sınaq müddəti). Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. Məhkəməyə daxil olmuş 02 iyul 2024-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aprılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla şəxsi axtarış və baxış keçirilməsinin hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Sabirabad rayon Azadkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Quliyev X3 rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayır, əilə tərkibi arvadı, oğlu, gəlini, azyaşlı nəvəsi və anasından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CMin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məhkəmə narkoloji rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 838,88 qram qurudulmuş marixuanna və 45 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, iş materiallarına əlavə olunmuş şəxsi axtarış və baxış keçirilməsinin hərəkətlərini özündə əks etdirən 2 ədəd DVD disklər cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 28 iyun 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 237.2.3-cü maddəsi ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Sabirabad rayon polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 838,88 qram qurudulmuş marixuana və 45 ədəd çətənə bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev