Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-198/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri - X11 və X9, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi olan anası X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə İmişli rayonu, Əliqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Əliqulular kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində mülkiyyətçisi olduğu “VAZ-21154” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Əliqulular- Cəfərli-İmişli avtomobil yolunun İmişli rayonu, Cəfərli kəndi ərazisindən keçən hissəsindəki yaşayış məntəqəsində İmişli şəhəri istiqamətində, icazə verilən 60 km/saat sürətindən yüksək olmamaqla idarə etməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3.1, 49.1 və 50.2.1-ci maddələrinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yolun öz hərəkət zolağı ilə, hərəkət hissəsinin sağ kənarına mümkün qədər yaxın idarə etməli olduğu halda, bu tələblərə zidd olaraq 90-100 km/saat sürətlə yolun hərəkət hissəsinin ortası ilə, yəni avtomobilin sol hissəsi yolun qarşı sol hərəkət hissəsində olmaqla idarə edib, hərəkət üçün təhlükə yaratması zamanı yolun əks istiqamətində hərəkət etmiş, X3 idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə toqquşması nəticəsində ehtiyatsızlığından motosikletin sürücüsü olmuş X3 baş beynin diffuz travması, sol bazunun yuxarı 1/3-nin, sol aşağı ətrafın sol dizdən travmatik amputasiyası, sol qaşüstü nahiyədə əzilmiş-cırılmış yaradan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb travmatik ikincili və ya residivləşən qanaxma səbəbindən, motosikletdə sərnişin olmuş X1 bazu və sol dirsək sümüyünün aşağı 1/3 və sol baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınıqları, burun sümüyü, sol körpücük sümüyü və sol İİİ, Vİİ və Vİİİ qabırğaların qapalı, yerini dəyişmiş sınıqları, burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, sağ göz yuvası ətrafında qançır, alın nahiyəsində sağda, sol bazu oynağı, sol bazunun aşağı 1/3-nin və sol baldırın orta 1/3-nin ön səthləri, sol saidin aşağı 1/3-nin bayır səthi, sol budun aşağı 1/3-nin iç səthində yaralar, sol əlin arxa səthi və qarnın ön səthində sıyrıqlardan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb həmin çoxsaylı travmalar (sınıqlar) nəticəsində baş vermiş travmatik şok səbəbindən ölmələri, motosikletdə digər sərnişin olmuş Zərərçəkmiş şəxs isə sol təpə nahiyəsi və ənsə nahiyəsində sağda, qarnın sağ yan səthində yaralardan ibarət, ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması, həmçinin “İJ” markalı motosikletin əzilməsi səbəbindən mülkiyyətçisi X5 675 (altı yüz yetmiş beş) manat məbləğində maddi ziyanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində mülkiyyətində olan “VAZ- 21015” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili yük yerindəki üç baş kiçik buynuzlu heyvanları İmişli rayonu, Otuziki kəndində yerləşən mal bazarında satmaq məqsədilə sürücülük vəsiqəsi əsasında İmişli rayonu, Cəfərli kəndi ərazisində 90-100 km/saat sürətlə idarə edərkən qarşı tərəfdən yolun orta hərəkət hissəsilə motosikletin gəlməsini qəflətən görmüş, bu zaman aralarındakı məsafə təxminən bir metr olmuşdur. Bu halı qabaqcadan görə bilməməsinin səbəbini havanın qaranlıq olması və həmin motosikletin işıqlarının yanmaması ilə izah edir. Buna görə də əyləcdən istifadə edə bilməmişdir. Qəzanın baş verməsinin qarşısını almaq məqsədilə avtomobilin sükanını yolun sağ tərəfi istiqamətində çevirsə də, toqquşmanın qarşısını ala bilməmiş, idarə etdiyi avtomobillə motosiklet toqquşmuşdur. Həmin vaxt idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Avtomobili saxlayanda arxa tərəfdən kiminsə kömək edilməsi üçün qışqırdığını eşitmişdir. Buna görə də avtomobildən düşüb səs gələn tərəfə getmiş, orada olmuş həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Elbəyi) ona avtomobilinin toqquşduğu motosikletdə olmuş digər iki nəfər şəxsin ətraf əraziyə düşdüklərini demişdir. Elbəyi və hadisə yerinə gəlmiş digər şəxslərlə köməkləşib toqquşma nəticəsində motosikletdən ətraf əraziyə düşmüş həmkəndliləri X10 və X6 olduqları yerin müəyyən edilməsi və təcili tibbi yardım avtomobilinə qoyulub xəstəxanaya göndərilməsini təmin etmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Hadisə nəticəsində ölmüş Zamin və Kamil Şiraslanovların hüquqi varisləri və Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar nəzərə alınaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 07 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində göstərmişdir (İ cild, səh. 31-34). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə işin hallarının cinayət hadisəsinin baş verməsindən sonrakı hissələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində dayısı X3 idarə etdiyi motosikletdə, həmçinin qohumu X12 ilə birlikdə İmişli rayonu, Cəfərli kəndindən keçən yolda gedərkən yolun qarşı hərəkət hissəsi tərəfdən gəlmiş avtomobil yolun dik olan hisəsində onların olduqları motosikletlə toqquşmuşdur. Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və X11 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş, sonradan iş üzrə hadisənin və onun nəticələrinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada baş verməsini eşitdiklərini, sonuncu ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını göstərmişlər. Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X7, zərərçəkmiş şəxslərin hüquqi varisləri X11 və X9 məhkəməyə təqdim etdikləri yazılı ərizələrində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı şikayət və tələblərinin olmadığını göstərmiş, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi avtomobillə iş üzrə hadisə yerindən keçərkən yol-nəqliyyat hadisəsinin baş verdiyini görüb avtomobilini saxlamış, bundan sonra iş üzrə hadisənin və onun nəticələrinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada baş verməsini eşitmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Əliqulular-Cəfərli-İmişli avtomobil yolunun İmişli rayonu, Cəfərli kəndi ərazisindən keçən hissəsində, yəni yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi quru, düz və asfalt beton örtüklü olmuş, qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa nişanlanma xətti olmamışdır. Yolun hərəkət hissəsindən 1,63 metr məsafə aralıda, İmişli şəhəri istiqamətində “VAZ-2115” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil, sol tərəfində isə 9,80 metr məsafə aralıda “İJ” markalı motosiklet aşkar olunmuşdur. Hadisə yerində əyləc izi aşkar olunmamışdır (İ cild, səh. 4-12). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 06 sentyabr 2021-ci il tarixli, 988 nömrəli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə edilərkən sərxoş vəziyyətdə olmadığı müəyyən edilmişdir (İ cild, səh. 13). - 01 mart 2021-ci il tarixli, BC700736 nömrəli sürücülük vəsiqəsi və 21 aprel 2014-cü il tarixli, AC 186410 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətlərindən görünür ki, iş üzrə cinayət hadisəsinin baş verdiyi vaxt Təqsirləndirilən şəxs sürücülük hüququ olmuş və “VAZ-21154” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun mülkiyyətindədir (İ cild, səh. 22, 23). - Məhkəmə-tibbi eskpertizasının 30 sentyabr 2021-ci tarixli, 37 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş baş beynin diffuz travması, sol bazunun yuxarı 1/3-nin, sol aşağı ətrafın sol dizdən travmatik amputasiyası, sol qaşüstü nahiyədə əzilmiş-cırılmış yaradan ibarət xəsarətlər həyatidir, onun ölümündən az əvvəl avtomobil qəzası zamanı salonun içərisində olan hissələrin küt təsirindən əmələ gəlmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Onun ölümünə göstərilən xəsarətlər nəticəsində baş vermiş travmatik ikincili və ya residivləşən qanaxma olmuşdur (İ cild, səh. 102-105). - Məhkəmə-tibbi eskpertizasının 02 oktyabr 2021-ci tarixli, 15 nömrəli rəyində göstərilmişdir ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sol bazu və sol dirsək sümüyünün aşağı 1/3 və sol baldır sümüklərinin orta 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınıqları, burun sümüyü, sol körpücük sümüyü, sol İİİ, Vİİ və Vİİİ qabırğaların qapalı, yerini dəyişmiş sınıqları, burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, sağ göz yuvası ətrafında qançır, alın nahiyəsində sağda, sol bazu oynağı, sol bazunun aşağı 1/3nin və sol baldırın orta 1/3-nin ön səthləri, sol saidin aşağı 1/3-nin bayır səthi, sol budun aşağı 1/3-nin iç səthində yaralar, sol əlin arxa səthi və qarnın ön səthində sıyrıqlardan ibarət xəsarətlər həyatidir, onun ölümündən az əvvəl avtomobil qəzası zamanı salonun içərisində olan hissələrin küt təsirindən əmələ gəlmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Onun ölümünə səbəb yol nəqliyyat hadisəsi zamanı aldığı çoxsaylı travmalar (sınıqlar) nəticəsində baş vermiş travmatik şok olmuşdur (İ cild, səh. 106-109). - Məhkəmə-tibbi eskpertizasının 18 dekabr 2021-ci tarixli, 980 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş sol təpə nahiyəsi və ənsə nahiyəsində sağda, qarnın sağ yan səthində yaralar onun ölümündən az əvvəl avtomobil qəzası zamanı salonun içərisində olan hissələrin küt təsirindən əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (İ cild, səh. 167, 168). - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 8/2348 nömrəli rəyində göstərilmişdir ki, “VAZ-21154” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil və “İj” markalı motosikletin qarşı-qarşıya hərəkətdə olmaları, toqquşmanın yolun hərəkət hissəsinin mərkəzində hər iki nəqliyyat vasitəsinin qabaq sol hissələri arasında baş verməsi onu göstərir ki, hadisədən əvvəl həmin nəqliyyat vasitələrinin qabaq sol hissəsi qarşı əks hərəkət zolağında olmaqla hərəkətdə olmuşdur. Bu vəziyyətdə sürücülər Təqsirləndirilən şəxs və X10 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3.1 və 49.1-ci maddələrinin tələblərini rəhbər tutmaqla, diqqətlərini daim dəyişən yol şəraitindən və avtomobillərin idarə olunmasından ayırmamalı, öz nəqliyyat vasitələrini yolun getdikləri hərəkət zolağı ilə, hərəkət hissəsinin sağ kənarına mümkün qədər yaxın idarə etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsinin yaxınlaşdığı vəziyyətdə nəqliyyat vasitələrini yolun hərəkət hissəsinin ortası ilə, nəqliyyat vasitələrinin sol hissəsi yolun qarşı sol hərəkət hissəsində olmaqla idarə edib hərəkət üçün təhlükə yaratmamalı idilər. Lakin hər iki sürücünün nəqliyyat vasitələrini yolun özlərinin hərəkət zolağı ilə idarə etməmələri, hərəkət hissəsinin ortası ilə, nəqliyyat vasitəsinin sol hissəsi yolun qarşı sol hərəkət hissəsində olmaqla idarə etmələri, hərəkət üçün təhlükə yaratmaları və nəqliyyat vasitələrinin hərəkət hissəsinin mərkəzdə toqquşmaları onu göstərir ki, həmin vəziyyətdə hadisə hər ikisinin hərəkətin təhlükəsizliyini təmin etməyən idarə etmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Yəni, bu vəziyyətdə hər iki sürücünün hərəkətlərində göstərilən Qanununun 36.3.1 və 49.1-ci maddələrinin tələblərinə uyğunsuzluq olmuş və onların həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Sürücü Əhmədovun avtomobili yaşayış mətnəqəsində icazə verilən 60 km/saat sürətindən yüksək - 90-100 km/saat sürətlə idarə etməsindən ibarət hərəkətində göstərilən Qanununun 50.2.1-ci maddəsinin tələbinə uyğunsuzluq olmuşdur. Sürücü Şiraslanovun sutkanın qaranlıq vaxtı motosikleti işıq cihazlarını yandırmadan idarə etməsindən ibarət hərəkətində həmin Qanununun 73.3-cü maddəsinin tələbinə uyğunsuzluq olmuşdur. Ekspert tədqiqatının dəyəri 100 manatdır (İ cild, səh. 99-101). - “Baxış keçirilməsi haqqında” 08 sentyabr 2021-ci il tarixli protokol və “İmişli VAZ təmir stansiyası” tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli “Zərər aktı”nda göstərilmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin zədələnməsi nəticəsində sahibinə cəmi 675 manat məbləğində maddi zərər dəymişdir (İ cild, səh. 62-65). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3, 49.1 və 50.2.1-ci maddələrinin tələblərini məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 8/2348 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X10 və X6 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş X11, X9 və Şahid2 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 37 nömrəli, 02 oktyabr 2021-ci il tarixli, 15 nömrəli və 18 dekabr 2021-ci tarixli, 980 nömrəli rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 8/2348 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 93). - İmişli RİHB-nın Əliqulular kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli, 399 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri və qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə tərbiyəsi, əxlaqı, əməksevərliyi, qayğıkeşliyi ilə kənd sakinlərinin rəğbətini qazanması göstərilməklə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 161, 162). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri X11 və X9, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, xüsusilə də iş üzrə cinayət hadisəsinin, həmçinin digər sürücü X3 motosikleti yolun öz hərəkət zolağı ilə idarə etməməsi, hərəkət hissəsinin ortası ilə, nəqliyyat vasitəsinin sol hissəsi yolun qarşı sol hərəkət hissəsində olmaqla idarə etməsi, hərəkət üçün təhlükə yaratması, sutkanın qaranlıq vaxtı motosikleti işıq cihazlarını yandırmadan idarə etməsindən ibarət hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3.1, 49.1 və 73.3-cü maddələrinin tələblərinə uyğunsuzluq olması, beləliklə də hadisənin qarşısını almağa texniki imkanın olması və hərəkətin təhlükəsizliyini təmin etməyən müvafiq idarə etmə hərəkətləri ilə əlaqədar baş verdiyini, cinayət hadisəsinin baş verməsindən sonrakı hərəkətlərini, yəni hadisədən sonra zərər çəkmiş şəxslərin tibbi yardım göstərilməsi üçün hadisə yerindən xəstəxanaya yola salınmasına köməklik etməsini, müsbət səciyyələndirilən şəxsiyyətini, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normaları, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə, yəni 5 (beş) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə cəzasının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarında olan İmişli Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 4(036)84/2021 nömrəli və 22 oktyabr 2021-ci il tarixli, 4(036)-106/2021 nömrəli qərarları, ibtidai istintaq orqanının qəbul etdiyi “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində müvafiq məhkəmə qərarları ilə əvvəli şübhəli şəxs qismində tutulduğu 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, 22 oktyabr 2021-ci il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 07 yanvar 2022-ci il tarixdə isə ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 85, 86, 152-157, 235, 236). Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.2.2 və 158.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 03 yanvar 2022-ci il tarixli qərar və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məxus “VAZ-21154” markalı, **-BG-*** dövlət qeydiyyyat nişanlı avtomobil və X5 məxsus olmuş “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin cərimə meydançasında saxlanılır (İ cild, səh. 204-217). Həmin avtomobil mükiyyətçisi Təqsirləndirilən şəxs, motosiklet isə zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 07 yanvar 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay müddət ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq İmişli RPŞ-nin cərimə meydançasında saxlanılan “VAZ-21154” markalı, **-BG-*** dövlət qeydiyyyat nişanlı avtomobil mülkiyyətçisi Təqsirləndirilən şəxs, İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet isə zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-198/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-198/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver