Məhkəmə qərarları › İş №1(099)-198/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-198/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-198/2023 15.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 785,21 qram narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) yaşadığı Sabirabad rayonu Cavad kəndində olan evinə gətirərək 08 ədəd sellofan torbalarda qanunsuz saxlamış, 27 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə olan anbar kimi istifadə edilən tikilinin otaqlarından birində rəfin üzərində 02 ədəd sellofan torbalarda ayrıayrılıqda təmiz çəkisi 185,0 qram, 115,0 qram, digər otaqda 01 ədəd karton qutunun içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 2,21 qram, 01 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 43,0 qram, 01 ədəd ağ rəngli polietilen torbanın içərisində təmiz çəkisi 115,0 qram, həmin polietilen torbanın içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 120,0 qram, 01 ədəd göy rəngli polietilen torbanın içərisində təmiz çəkisi 165,0 qram, həmin polietilen torbanın içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 40,0 qram olmaqla, ümumi çəkisi 785,21 qram olan külli miqdarda eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Saxlanılmamışdan təxminən üç gün əvvəl yaşadığı kəndin çöl sahəsində olarkən sahəlikdə bir ədəd sellofan torba görmüş, həmin torbanı götürüb içərisinə baxdıqda beş ədəd əlavə olaraq sellofan torbalarda qurudulmuş marixauana olduğunu görmüş, torbaları özü ilə aparıb həyətyanı sahədə olan anbar kimi istifadə etdiyi tikilinin otaqlarından birinə qoymuş, torbanın gözə dəyməməsi üçün içərisində olan qurudulmuş marixuanadan götürmüş və əlavə olaraq iki ədəd göy rəngli sellofan torbalara da tökmüş, göy rəngli sellofan torbaları otaqların birində rəfin üzərinə qoymuş, digər torbaları otaqda olan karton qutunun içərisinə qoyaraq digər otağa aparmış və orada qoymuşdur. 27 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən, polis əməkdaşları evə gəlmiş, evində axtarış aparılmasına etiraz etməmiş, bu barədə ərizə yazmış, sonra polis əməkdaşları iki hal şahidinin və onun iştirakı ilə evə, evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilmiş, evin həyətyanı sahəsində olan tikilinin otaqlarından birində içərisində qurudulmuş marixuana olan iki ədəd göy rəngli sellofan torba, digər otaqdan karton qutunun içərisində 06 ədəd sellofan torbalarda olan qurudulmuş marixuanaları aşkar edilmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitələrdən arada bir istifadə etmiş, heç vaxt narkotik vasitələr satmamış, evində narkotik vasitə saxlaması barədə ailə üzvlərinizdən kiminsə xəbəri olmamışdır. Aşkar edilmiş qurudulmuş marixuananı bir ədəd sellofan torbanın içərisində ayrı-ayrı sellofan torbalarda tapmış, çox görünməməsi üçün iki ədəd əlavə torbalara ayırmış, arada narkotik vasitədən istifadə etmək niyyəti ilə həmin kütləni evində saxlamış, polis əməkdaşları tərəfindən heç bir təsir və təzyiq göstərilmədiyini qeyd etmişdir. Bir səhv nəticəsində narkotik vasitələri evində saxladığını, əməlindən peşman olduğunu, yaşını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonu Cavad kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və yaşadığı evdə narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirə salınmadan əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qrupun üzvləri ilə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Cavad kəndində yerləşən evinə getmiş, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki tikililərə baxış keçirtməyə başlanılmış, evin həyətyanı sahəsində olan tikilinin otaqlarına baxarkən, otaqlarından birində içərisində qurudulmuş marixuana olan iki ədəd göy rəngli sellofan torba, digər otaqdan karton qutunun içərisində 06 ədəd sellofan torbalarda olan qurudulmuş marixuana aşkar edilmiş, aşkar olunmuş kütlə isə müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni tapmış, gələcəkdə istifadə etmək üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da İsmayıl Şixəliyev ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 16-17 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşıb Cavad kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması və yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və yaşadığı evə baxış keçirəcəklərini bildirib onun da hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə etiraz etməmiş, ondan başqa nümayəndəlikdə mühasib işləyən Şahid5 da hal şahidi qismində dəvət etmişlər. Polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra onun, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə sonuncunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində olan tikilinin otaqlarından birində içərisində qurudulmuş marixuana olan iki ədəd göy rəngli sellofan torba, digər otaqdan karton qutunun içərisində 06 ədəd sellofan torbalarda olan qurudulmuş marixuana aşkar edilmiş, həmin kütlə isə müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmşidir ki, həmin narkotik vasitəni tapmış, gələcəkdə istifadə etmək üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə saxlamasına dair şübhələrin olması və buna görə Sabirabad RPŞ-yə gətirilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli raport, sonuncunun evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər iş üzrə Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (səh. 3-5; 8-19) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 8) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədə anbar kimi istifadə edilən tikilinin otaqlarından ümumilikdə 08 ədəd polietilen torbalarda qurudulmuş marixuana aşkar olunaraq götürülümüşdür. (i.v. 9-19) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28) - məhkəmə bioloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 18/1077 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikilidən...” sözləri və imzalar olan 02 ədəd göy rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-185,0 qr, 115,0 qr, ümumi çəkisi-300,0 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikilidən...” sözləri və imzalar olan 01 ədəd karton qutuda içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-2,21 qr, 01 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi-43,0 qram, 01 ədəd ağ rəngli polietilen torbanın içərisində təmiz çəkisi-115,0 qram, həmin polietilen torbanın içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-120,0 qram, 01 ədəd göy rəngli polietilen torbanın içərisində təmiz çəkisi-165,0 qram, həmin polietilen torbanın içərisində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi-40,0 qr, ümumi çəkisi-485,21 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 08 ədəd polietilen torbada olan qurudulmuş marixuanalar eyni tərkiblidirlər. (i.v. 42-46) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 57-58) -Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(056)-88/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində 4 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 71-75) - “maddi sübut kimi tanımaq haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 27 sentyabr 2022-ci il tarixli protokolla götürülmüş, tədqiqatdan sonrakı çəkisi 784,41 qram narkotik vasitə olan qurudulmuş marixuana xx.xx.2022-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 76-77) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2022-ci il tarixli 5737 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.127-128) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Lakin həm məhkəmə baxış iclasında, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmiş, törətdiyi əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Həmin “Siyahılar”da İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının (qramla) aşağı həddi isə 500 qramdır. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindəki yardımçı tikilidən qurudulmuş marixuana aşkar edilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş fotocədvəl, ekspertiza rəyi və digər istintaq hərəkəti protokolları və sübutlarla tam təsdiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirdiklərini iş materiallarına uyğun olduğundan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyindən iş üzrə sübut kimi qiymətləndirir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş fotoşəkillər, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli və məcburi narkolji yoxlamanın 04 oktyabr 2022-ci il tarixli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixli hökmlə 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin İ hissəi ilə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. (i.v 113) -Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində azyaşlı uşağı yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(səh. 79-80) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.2.2, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai istintaq zamanı tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin altında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dusatqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 5737 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 105 (bir yüz beş) manat, 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 105 (bir yüz beş) manat, 95 (doxsan beş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 784,41 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu və “ev dustaqlığı” qətimkan tədbirinin təsiri altında olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 105 (bir yüz beş) manat, 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 784,41 qram qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar