Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-198/2024 17.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2001-ci ildə Füzuli rayonu, Babı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Babı kəndində qeydiyyatında olmaqla yaşamış, 15 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 4(064)-14/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Füzuli rayonu, Babı kəndinin mərkəzində, asfalt yolun kənarında yerləşən X1 işlətdiyi kafenin yanından keçib gedərkən həmin kafenin həyətində tanışları ilə birlikdə oturub pivə içən həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs onlarla oturub yeyib-içməsini təklif etdikdən sonra Zərərçəkmiş şəxs «Dılı» deyərək müraciət edib onunla eyni masada oturmaq istəmədiyini bildirmiş, Zərərçəkmiş şəxs özünün «Dılı» ləqəbi ilə çağırılmasından utandığına görə ona «Dılı sən özünsən» sözlərini dedikdən sonra aralarında sözlə mübahisə yaranmış, orada olan şəxslər tərəfindən həmin yerdən uzaqlaşdırıldıqdan sonra yaşadığı evə gedərək həmin gün, saat 23:30-da Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün yenidən yaşadığı kəndin mərkəzinə qayıdaraq həmin vaxt kəndarası asfalt yolun kənarında dayanıb kənd sakinləri ilə söhbət edən Zərərçəkmiş şəxs kənara çağırıb onunla təklikdə söhbət edəcəyini bildirmiş, sonuncu onunla razılaşaraq bir qədər kənara çəkildikdən sonra əvvəlki mübahisəyə görə qisas almaq məqsədi ilə üzərində gəzdirdiyi, soyuq silah hesab edilməyən bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir zərbə vurub ona qarının ön divarından periton boşluğuna keçən, «S»-vari və acı bağırsağın zədələnməsi və daxili qanaxma ilə müşaiyət olunan bir ədəd kəsilmiş-deşilmiş yara xarakterli, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 14 iyul 2023-cü il tarixdə, saat 21 radələrində sinif yoldaşı Röyalla yaşadığı evdə şam edərkən 100 qramadək araq içsə də, özünü sərxoş hiss etməmiş, saat 23 radələrində kənddə yerləşən mağazaların birindən siqaret almaq məqsədi ilə Röyalla birlikdə kəndarası yola çıxmışdır. Siyəzəddin Qasımovun asfalt yolun kənarında yerləşən kafesinin yanına çatanda kafenin çölündə həmkəndlisi və bibisi nəvəsi Zərərçəkmiş şəxs Kamandar və Elməddinlə birlikdə yeyib-içmələrini görmüş, onların yanından keçərkən Alim onlarla oturub pivə içməyə dəvət etmişdir. Alimə «Dılı» deyərək onunla eyni stolda oturmaq istəmədiyini bildirmiş, Alim ona «Dılı sən özünsən» sözlərini deməsinə görə aralarında mübahisələri yaranmış, mübahisə zamanı Alim onun ünvanına nalayiq söyüşlər söymüş, bir-birinin üzərinə hücum etsələr də, bir-birini vurmamışlar. Röyal, Kamandar və Elməddin onları aralamışlar, oradan uzaqlaşarkən Alim onun arxasınca da söyüşlər söyməsinə görə təsirlənmiş, mağazalar bağlı olduğuna görə siqaret ala bilməmiş, Röyal ondan ayrılıb getmiş, o, isə yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən Alimin onun ünvanına nalayiq söyüşlər söyməsi yadına düşmüş və Alimlə görüşüb həmin məsələyə aydınlıq gətirmək, həmçinin ondan qisas almaq qərarına gəlmişdir. Təxminən 20 dəqiqə sonra Alimlə görüşmək üçün yenidən həmin yerə qayıtmış, Alimin, Kamandarın və Elməddinin kafedən bir az aralıda, kəndarası asfalt yolun kənarında dayanıb söhbət etmələrini görmüşdür. Onlara yaxınlaşıb Alimə «Xala oğlu səninlə işim var. Söz deyəcəyəm» sözlərini deyərək ona bir az kənara çəkilib söhbət etmələrini təklif etmiş, Elməddin onların təkbə-tək söhbət etmələrinə narazılığını bildirmiş, Elməddinə Alimdən başqa söz soruşacağını demiş, Alim onunla təkbə-tək söhbət etməyə razılıq verdikdən sonra Alimlə birlikdə həmin yerdən təxminən 20 metr aralanmış və Ədalətin işlətdiyi mağazanın qabağında Alimə «Sən niyə belə edirsən. Camaatın içində ayıb deyil?» sözlərini demiş, Alim ona yaxşı etdiyini deməsinə görə ondan qisas almaq üçün əynində olan cins şalvarının arxa cibindəki, 5 (beş) il əvvəl Füzuli rayonu ərazisində yerləşən malqara satışı bazarından 7 (yeddi) manata aldığı və quzu kəsib soyduğu bıçağı çıxarıb bıçağın ağzını açaraq Alimin qarnının sol tərəfinə qəsdən bir zərbə vurmuş, Alim qışqıraraq onu itələmişdir. Onun növbəti zərbələri vurmağa real imkanı olsa da, Alimi öldürmək məqsədi olmadığından ona növbəti zərbələri vurmamış, Röyalın, Kamandarın və Elməddinin onlara yaxınlaşdığını görüb bıçağı qatlayaraq şalvarının arxa cibinə qoymaqla atası Ruslanla birlikdə yaşadığı evə getmiş, atası Ruslanın nə vaxt oraya gəldiyini görməmiş, Alimi vurduğu bıçağı yaşadığı evin arxasındakı əl damındakı şkafa qoyub yataq otağına keçmişdir. Həmin gün Füzuli RPŞ-nin əməkdaşları onlara gəlmiş, ondan Alimi bıçaqla vurub xəsarət yetirib-yetirməməsini soruşduqda o, Alimi bıçaqla vurub xəsarət yetirdiyini etiraf etmişdir. Polis əməkdaşları onu «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X12 aparmış, həmin xəstəxanada ondan 10 qram qan nümunəsi götürülmüşdür. Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla qəsdən bir zərbə vurub xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş Alimlə bibi nəvəsidirlər. Alimə bir bıçaq zərbəsi vurmuşdur. Alimlə barışmışdır. Alimi vurandan sonra evinə getmiş, qorxmuş, DİN-nin 102- xidmətinə zəng etmək istəmiş, sonra dostuna zəng edərək Alimi bıçaqla vurduğunu, onu Füzuli RPŞ-yə aparmasını bildirmiş, onlar RPŞyə getməmiş polis əməkdaşları yaşadığı evə gəlmişlər. Alimi bıçaqla vuran zaman sərxoş vəziyyətdə olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 14 iyul 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Füzuli rayonu, Babı kəndinin mərkəzində kafedə oturub çörək yemişlər, İlkin də həmin yerə gəlmiş, İlkinlə zarafatlaşmışlar, sonra zarafatları pozulmuş, İlkinlə ağızlaşmışlar, İlkin çıxıb getmiş, təxminən 30-40 dəqiqə sonra İlkin gəlib, «gəl gedək səninlə işim var» demişdir. O, da İlkinlə söhbət edə-edə getmiş, qəfildən İlkin onu bıçaqla vurmuşdur. İlkinin vurduğu bıçağı görməmiş, İlkin onu bıçaqla vurduqdan sonra, onu avtomobilə götürüb xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, İlkinlə barışmış, İlkindən heç bir şikayəti və tələbi olmamışdır. İlkinlə hər gün bir yerdə olmuşlar, hadisəndən bir gün əvvəl İlkin onların yaşadıqları evdə olmuşdur. İlkin ona «Dılı» deməyib, aralarında belə söz olmamışdır. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Füzuli rayonu, Babı kənd tam orta məktəbində bir müddət bir sinifdə oxumuş, Təqsirləndirilən şəxs isə kənd sakini kimi tanımışdır. 14 iyul 2023-cü il tarixdə, saat 21 radələrində həmişəki kimi yaşadığı kəndin mərkəzindən keçən kəndarası asfalt yolun kənarında yerləşən, Siyəzəddin Qasımovun işlətdiyi adsız kafeyə getmiş, kafenin çölündə olan üç ədəd stolların birində oturmuş, ondan bir neçə dəqiqə sonra həmkəndliləri Kamandar və Alim də həmin yerə gəlmiş və onunla eyni stolda oturmuş, pivə, noxud, pendir, semiçka, sosiska və kolbasa sifariş vermişlər. Kafenin içərisində və çölündə olan iki ədəd stollarda oturan şəxsləri xatırlamır. Onlar hər biri üç bakal pivə içərkən İlkin və Röyal onların yanına yaxınlaşmış, Alim İlkini görən kimi onu stola dəvət etmiş, İlkin onu «Dılı» adı ilə çağıraraq «Sən olan yerdə oturmuram» sözlərini demiş və sonra zarafat etməyə başlamışlar. Sonradan onların aralarında mübahisə yaranmış, qarşılıqlı olaraq bir-birinin ünvanına söyüşlər söysələr də, bir-birini vurmamışlar, kafenin fəaliyyəti pozulmamışdır. İlkinə və Röyala evlərinə getmələrini tapşırmış, onlar gedəndən sonra araq içərək saat 23 radələrinədək kafenin çölündə oturub söhbət etmişlər. Siyəzəddin çöldəki stulları içəri yığıb qapını bağlamış, üç ədəd stolları isə çəpərə söykəyərək velisopedinə minməklə çıxıb getmişdir. Saat 23:30 radələrində Alim və Kamandarla söhbət edərkən İlkin onların yanına yaxınlaşıb Alimə bir az aralıda söhbət etmələrini təklif etmiş, Alim əvvəlcə ona sabah söhbət etmələrini desə də, sonradan onunla razılaşıb kəndarası asfalt yolun içərisi ilə Ədalətin mağazasının qarşısına tərəf getmiş, bir neçə dəqiqə sonra Alimin qışqırıq səsini eşidib həmin yerə getdikdə Alimin əli ilə qarın nahiyəsini tutduğunu görüb ondan nə baş verməsini soruşduqda, Alim İlkinin onu bıçaqla vurduğunu demişdir. Bir neçə dəqiqə sonra Alimin bacıları və arvadı həmin yerə gəlmiş, orada olan adamlar asfalt yolla hərəkətdə olan «VAZ-2107» markalı avtomobili saxladaraq Alimi avtomobilin qabaq oturacağına mindirib «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X16 istiqamətində yola salmışlar. Alimin arxasınca xəstəxanaya getmişlər, Alimin yanına adam buraxılmadığından yaşadığı evə qayıtmışlar. Səhəri günü Alimin qarın nahiyəsindən əməliyyat olunduğunu öyrənmişdir. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları olduğu kimi bildirməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini demişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və qohumluq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxs ilə bir sinifdə oxumuşdur. 14 iyul 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı evdə olarkən İlkin zəng edərək evlərində toyuq bişirdiyini və bir ədəd araq alıb onlara gəlməsini xahiş etmiş, mağazadan bir ədəd 0,5 litrlik araq alıb İlkingilə getmişdir. İlkin və onun atası Ruslanla şam edərkən hər biri 100 qramadək araq içmişlər, saat 23 radələrində İlkin onu evlərinə yola salarkən atası Ruslan İlkinə bir qutu siqaret almasını tapşırmışdır. İlkinlə yaşadıqları kəndin mərkəzində Siyəzəddin Qasımovun işlətdiyi adsız kafenin yanından keçərkən həmkəndliləri Alimin, Kamandarın və məcburi köçkün kimi kənddə yaşayan Elməddinin kafenin çölündə oturub pivə içmələrini görmüş, Alim İlkini pivə içməyə dəvət etmiş, İlkin ona zarafat etmiş, aralarında yaranmış mübahisə zamanı bir-birinin ünvanına nalayiq söyüşlər demişlər. Kamandar və Elməddin onları aralaşdırmış və onlar bir-birlərini vurmamışlar. X13 mağazasına gedərək oradan bir qutu siqaret almış, İlkini evlərinə yola salmış, özü isə yolun kənarındakı poçt binasının qarşısında kənd sakinləri ilə oturub söhbət etmişdir. Təxminən 30 dəqiqə sonra İlkinin tək Siyəzəddinin işlətdiyi kafenin yanına qayıtdığını görüb onun yanına getmiş, Alimi, Kamandarı və Elməddini kafedən bir az aralıda kəndarası asfalt yolun kənarında durub söhbət etmələrini görmüşdür. İlkin Alimə yaxınlaşaraq onunla təkbə-tək söhbət etməyə dəvət etmiş, Alim əvvəlcə onunla getmək istəməsə də, sonra birlikdə asfalt yolun içərisi ilə qaranlıqda Ədalətin mağazasının qarşısına tərəf getmişlər. Elməddin və Kamandarla söhbət etmişlər, sonra evinə getmək üçün velisopedinə minərkən Alimin qışqırıq səsini eşitmiş, Kamandar və Elməddinlə birlikdə həmin yerə yaxınlaşdıqda İlkin onların yanından evləri istiqamətində qaçıb getmişdir. Alimə yaxınlaşdıqda onun əli ilə qarın nahiyəsini tutmasını və həmin yerin qanadığını görmüş, Alimdən nə baş verməsini soruşduqda sonuncu İlkinin onu bıçaqla vurduğunu demişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir. İlkinin Alimi bıçaqla vurmasını gözləri ilə görməmiş, Alim İlkinin bıçaqla onu vurduğunu demişdir. Həmin vaxtı onlardan bir az aralıda İlkin və Alim söhbət etmişlər. Hadisədən sonra Alimi avtomobilə mindirərək xəstəxanaya göndərmişlər. X6 vuraraq xəsarət yetirdiyi yerdən əməliyyat edildiyini eşitmişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata götürməsi haqqında» 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Füzuli rayonu, Babı kənd sakini Zərərçəkmiş şəxs qarın boşluğunun deşilmiş yarası diaqnozu ilə «Füzuli Rayon Mərkəzi Xəstəxanası» X10 X14 şöbəsinə gətirilməsi barədə 15 iyul 2023-cü il tarixdə, saat 01:25-də Füzuli RPŞ-yə daxil olmuş həkim məlumatı və Zərərçəkmiş şəxs 14 iyul 2023-cü il tarixdə, saat 23:30-da həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən yaşadığı kənddə bıçaqlanması barədə 15 iyul 2023-cü il tarixli ərizəsi əsasında toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. (i.v.1-2) -«şübhəli şəxsin tutulması haqqında» 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə saat 09:45-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 22) -«hadisə yerinin baxışının aparılması və götürmə haqqında» 15 iyul 2023-cü il tarixli protokoldan, videoçəkiliş və fotoşəkillərdən görünür ki, hadisə yeri Füzuli rayonu, Babı kəndinin mərkəzindən keçən asfalt yolun içərisində yerləşir. Həmin yerdə qan ləkələri və iş üçün sübut əhəmiyyətinə malik olan hər hansı alət və vasitə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla qəsdən vurduqdan sonra Füzuli rayonu, Babı kəndində yerləşən yaşadığı evə getmiş və bıçağı həyətlərində yerləşən əl damındakı siyirməyə qoymuşdur. Qeyd olunan bir ədəd qatlanan bıçaq həmin yerdən aşkar edilərək götürülmüşdür.(i.v. 32-34) -«məhkəmə-tibbi ekspertizası»nın 16 iyul 2023-cü il tarixli, 251/23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarının ön divarından periton boşluğuna keçən, «S»-vari və acı bağırsağın zədələnməsi və daxili qanaxma ilə müşayət olunan bir ədəd kəsilmişdeşilmiş yara aşkar olunmuşdur. Qeyd olunan xəsarət kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aparılan cərrahi əməliyyat zamanı aşkar olunmuş «qalça» bağırsağın mekkel divertikulu anadangəlmə bağırsaq anomariyasıdır.(i.v. 48-50) -«könüllü təqdim edilmiş paltara baxış keçirilməsi və götürülməsi haqqında» 16 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi bir ədəd köynəyə baxış keçirilərkən müəyyən edilmişdir ki, köynək mavi rəngdədir, qarışıq materialdandır, qısaqollu, varatniklidir, köynəyin uzunluğu 648 mm, aşağı sərbəst kənarlarında eni 530 mm və qollarının uzunluğu 120 mm-dir. Köynək ön yuxarı-orta hissəsində olan fabrik yarıq üzrə 03 ədəd səffaf plastik düymə və düymələrə müvafiq ilgəklərlə bağlanır, ön sol tərəf döş səthində «UNİCEF hər bir uşaq üçün», «ANAMA» və sair yazılar və markalanma nişanları, ön sağ döş səthində isə «Avropa ittifaqının Humanitar yardım tərəfindən maliyyələşdirilir» yazıları və avropa ittifaqına aid bayraq şəkili həkk olunmuşdur. Köynəyin sağ qolunun üst hissəsinə isə barkot yapışdırılmışdır. Köynəyin üzərində tünd qonur-qəhvəyi rəngli ləkələr müşahidə olunur. Köynəyin ön səthinin sol yarısının aşağı hissəsində, aşağı sərbəst kənarından 202 mm məsafdə yuxarı, sol yan tikişindən 32 mm məsafədə sağ tərəfə doğru, düz xətt şəkilli, 12 mm uzunluğunda bir ədəd dəlib-keçən zədə vardır. Qeyd olunun köynək iş üçün sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür.(i.v. 57-60) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Füzuli Rayon Məhkəməsinin həmin tarixli, 4(064)-14/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 71-72, 95-99) -«Füzuli Rayon Mərkəzi Xəstəxanası» X9 daxil olmuş 21 iyul 2023-cü il tarixli, PHŞ- 6-36/2-531/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ruhi-əsəb və Narkoloji kabinetində qeydiyyatda olmamışdır.(i.v. 104) -məhkumluq haqqında 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v. 105) -«zərərçəkmiş şəxs qismində tanımaq haqqında» 31 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 109) -Zərərçəkmiş şəxs Füzulu RPŞ-yə ünvanladığı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurması ilə bağlı Füzuli RPŞ-də aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi olmamışdır.(i.v. 129) -«kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası»nın 05 avqust 2023-cü il tarixli, 2176 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkipsixiatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs təhqirə qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosionallıq yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olumuşdur.(i.v. 131-134) -«məhkəmə-tibbi bioloji ekspertizası»nın 18 avqust 2023-cü il tarixli, 457/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A (İİ) şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə tədqiq edildikdə yalnız «A» antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində qan ləkəsi aşkar olunmamışdır.(i.v. 142-146) -«məhkəmə-tibbi kriminilastik və məhkəmə-kriminilastik ekspertizası»nın 17 avqust 2023-cü il tarixli, 331-2023/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarsının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. (i.v. 147-154) -«maddi sübut kimi tanıma haqqında» 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 1 (bir) ədəd köynək, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Füzuli RPŞ-yə təhvil verilmişdir.(i.v. 155-156) -06 oktyabr 2023-cü il tarixli «üzləşdirmə protokolu»ndan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü 06 oktyabr 2023-cü il tarixdə onların arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir.(i.v. 166-167) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v. 168-169) -«sübutların qiymətləndirilməsi haqqında» 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 15 iyul 2023-cü il tarixli hadisə yerinin baxışının aparılması istintaq hərəkətinin videoçəkilişinin özündə əks etdirən disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.178-190) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ittiham verilmiş o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını, ailə, maddi və sosial vəziyyətini məhkəmə tərkibi yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının minimum həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X3rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X2 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensial yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsində sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növdən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan hal olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.» Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayətlərə görə ilk dəfə azadlıqdan azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, 15 iyul 2023-cü il tarixdən hesablanmalı, Füzuli Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 4(064)-14/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Pöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs götürülmüş 1 (bir) ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 51-2, 124-137-1, 144-146, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 15 iyul 2023-cü il tarixdən hesablansın. Füzuli Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 4(064)-14/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Pöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs götürülmüş 1 (bir) ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-198/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-198/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver