Məhkəmə qərarları › İş №1(099)-198/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-198/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-198/2025 13.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18, onun nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X11, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Cəlilabad rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Abşeron rayon Vəkil bürosunun vəkilləri X15, Müdafiəçi3 və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx xxx 2008-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 iyun 2025-ci il tarixdə saat 13:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə saat 11 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi xx.xx.2024-cü il tarixdə Kəlbəcər DAİM tərəfindən verilmiş AZ seriyalı, 043492 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində, lizinq müqaviləsinə əsasən Qanuni nümayəndə sahibliyində və istifadəsində olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “Ensing YX804- C” markalı, 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində hərəkətə gətirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin “Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır” tələblərini rəhbər tutaraq qeyd olunan şəraitdə hərəkətə başlamazdan əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra hərəkətə başlamalı olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, bu tələblərə əməl etməyərək traktoru irəli hərəkət etdirən zaman traktora qoşulmuş ot (press) bağlayan qurğunun yanında olan 16 oktyabr 2021-ci il təvəllüdlü piyada X19 traktora qoşulmuş ot (pres) bağlayan qurğunun arxa metal hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan X20 ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və baş beyinin yumşaq qişasına qansızma, sağ alın-gicgah-almacıq nahiyəsində və qarının sağ yarısının ön divarında qançır, sağ çiyin qurşağı, sağ said, sol qoltuqaltı, sol kürək, sağ bud nahiyələrində, döş qəfəsinin sol yan səthində və qarının sağ yarısının ön divarında sıyrıqları ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək baş beyin toxumasına və yumşaq qişaya qansızma səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 iyul 2024-cü il tarixdə səhər saat 09 radələrində Cahid Vahabov onlara gəlmişdir. Həmin vaxt Cahid Vahabov həyətlərindəki ağacın yanında oynayırmış, onlar isə aşağıda imişlər. Traktor isə ot bağlayan qoşqu aparatı qoşulmuş vəziyyətdə evin yan tərəfində, pilləkənin yanında olmuşdur. O, Cahidin evin pilləkənləri ilə yuxarıya qalxdığını gördükdən sonra traktora əyləşmiş, ardınca yeznəsi Kamil də traktorun kabinəsində əyləşmişdir. O, traktoru sərbəst şəkildə idarə edə bildiyindən sürücülük vəsiqəsinin olmamasına baxmayaraq mütəmadi olaraq həmin traktoru idarə edirmiş. O, traktorun kabinəsində sürücü oturacağında əyləşərək sürətlər qutusunu 1-ci pilləyə keçirib traktoru hərəkətə gətirmək istədikdə qardaşı Camalın qışqıraraq “uşağa nəsə oldu” dediyini eşitmiş, qardaşı və onun ardınca Teymurun traktorun arxa tərəfinə doğru qaçdığını görmüşdür. O, nə baş verdiyini anlamaq üçün traktorun pəncərəsindən arxaya doğru baxmış, bu zaman Cahidi traktordan təxminən ikiüç metr məsafədə yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Yaranmış səs-küyə atası Həbib də həmin yerə gəlmiş, ondan nə baş verdiyini soruşduqda bilmədiyini demiş, bundan sonra atası Həbib əmisigilə qaçaraq avtomobil götürüb həyətə geri qayıtmış, Cahidi avtomobillə xəstəxanaya aparmışdır. O, hadisə baş verməmişdən əvvəl eləcə də, sonra traktoru hərəkət etdirməmişdir. Hadisə yerində Cahidin başından xəsarət aldığını görmüşdür. Bir müddət sonra polis əməkdaşları onların evinə gələrək hadisə yerinə baxış keçirmiş, onu özləri ilə polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, iki ilə yaxın müddətdir ki, traktoru idarə edir, hadisə günü də sahəyə press bağlamağa getməyə hazırlaşırmış, əvvəlcə qardaşı Camal traktorla sahəyə getməli olsa da, sonradan belə razılaşmışlar ki, sahəyə o özü getsin. Hadisə vaxtı Cahidin evin pilləkəni ilə yuxarı qalxdığını görmüş, yalnız bundan sonra traktorun mühərrikini işə salmışdır. Lakin, qardaşı Camalın qışqırıq səsini eşitdiyindən traktoru ümumiyyətlə yerindən hərəkət etdirməmişdir. Traktordan düşdükdən sonra Cahidin pilləkənin yanında yerdə uzanıqlı vəziyyətdə sürünərək hərəkət etdiyini görmüşdür. Belə hesab edir ki, Cahid evin eyvanında oynayarkən ehtiyatsızlıqdan yerə yıxılmış, yerdəki dəmirə dəyərək xəsarət almışdır. Cahidin ailəsi ilə münasibətləri daim yaxşı olmuş, Cahid tez-tez onların evinə oynamağa gəlmişdir. Hadisədən sonra isə Cahidin ailəsi ilə münasibətləri pisləşmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixli videoçəkiliş aparılmaqla alınmış izahatı və xx.xx.2024-cü il tarixlli şahid qismində verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, ailə üzvləri olan atası Həbib, anası Gülnar və qardaşı Camalla birlikdə yaşayır. Hər hansı şəxslə ədavət və düşmənçiliyi yoxdur. X23 atasının xalası nəvəsidir. Cahid anası Firuzə, atası Cavad, nənəsi Bənövşə və babası Valehlə birlikdə onlarla qonşuluqda yaşamışdır. Cahidgilin yaşadığı evlə onların yaşadığı ev çəpər-çəpərədir. Evlərinin arasında dəmirdən çəpər var. Cahid və onun ailəsi ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Cahid və onun valideynləri tez-tez onların yaşadığı evə gəlmiş, eləcə də Cahid tez-tez oynamaq üçün onların həyətinə gəlirmiş. 2023-cü ildə Uzuntəpə kənd 4 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş və həmin vaxtdan sonra məktəbdən çıxmışdır. O, və qardaşı Camal təxminən 2-3 il olar ki, traktor sürücüsü olan atası Qanuni nümayəndə işlərində kömək edir. O, və qardaşı Camal bəzi vaxtlarda traktorla pres bağlamaq, yük daşımaq və sair işlər yerinə yetirib. Yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqəsi yoxdur, lakin, traktor sürməyi yaxşı bacardığı üçün atası Həbib traktor sürməyinə və traktorla işlər görməyinə icazə verir. 28 iyul 2024-cü il tarixdə, saat 09 radələrində o, və digər ailə üzvləri yuxudan oyanmışdır. Səhər yeməyi yedikdən sonra atası Həbib evlərinin həyət darvazasının yanında özünə məxsus Niva markalı avtomobili təmir etməyə başlamışdır. O, və qardaşı Camal həyətdə iş görürmüş. Həmin vaxt nənəsi Sədaqət də anasına kömək etmək üçün onlara gəlmişdir. Anası Gülnar isə nənəsi gəldikdən sonra evlərinin əl damı kimi istifadə etdikləri birinci mərtəbəsində nənəsi Sədaqətlə birlikdə süpürgə bağlamağa başlamışdır. Bir qədər sonra Cahid onların yaşadığı evə gəlmişdir. Cahid gəldikdən sonra əlinə taxta götürüb həyətdə oynayırmış. Cahid demək olar ki, hər gün onlara gəlib həyətdə oynayırmış. Bir qədər sonra atasının dostu Teymur da onlara gəlmişdir. Teymur gəldikdən sonra atasının yanında və onların həyətində olmuşdur. 28 iyul 2024-cü il tarixdə, saat 11 radələrində o, və qardaşı Camal həyətdə olarkən atası onların yanına gəlib Camala Seyran adlı şəxsin yerində pres bağlanılmalı olduğunu deyib Camala traktorla qohumları Kamil adlı şəxslə birlikdə Seyranın torpaq sahəsinə gedib pres bağlamasını bildirmişdir. Kamil pres bağladıqları vaxtlarda onlara kömək göstərmiş, yəni sahədə toplanmış otu pres bağlanan hissəyə vermişdir. Maşın ustası yanında köməkçi işlədiyi üçün yalnız bazar günü istirahət günü olur. Atası onun dincəlməyi üçün Camala pres bağlamağa getməsini demişdir. Atası bunu dedikdən sonra Camal atasına məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru işə salmışdır. Həyətlərində istifadə edilməyən traktor da var. Həmin traktor həyətlərindən giriş darvazasından götürdükdə sol tərəfdə dayanmışdır. Həmin traktordan sol tərəfdə də pres bağlayan qurğunu saxlamışdırlar. 90-K-305 dövlət qeydiyyat nişanlı traktor isə girişə yaxın sol tərəfdə olmuşdur. Camal traktoru işə saldıqdan sonra pres bağlayan qurğunu qoşmaq üçün traktoru ona yaxın saxlamışdır. Daha sonra Camal atasının köməkliyi ilə pres bağlayan qurğunu traktora qoşub traktoru nisbətən çəp istiqamətdə üzü həyət darvazasına tərəf saxlayıb traktoru söndürmüşdür. Ondan sonra atası Nivanın yanına gedərək onu təmir etməyə davam etmişdir. Qardaşı Camal isə evə gedib işə aparmaq üçün yemək götürmüşdür. Camal yeməyi gətirib traktora qoyduqdan sonra traktoru yenidən işə salıb kondisioneri qoşmuşdur. Həmin vaxt Kamil də artıq onlara gəlmiş və onların yanında olmuşdur. Kamilə isə atası Həbib işə getmələri barədə məlumat vermişdir. Camal traktordan ona baxıb özünün getmək istəmədiyini deyib pres bağlamağa onun getməyini təklif etmişdir. Ona etiraz etməyib razılaşmışdır. Həmin vaxt Cahid istifadəsiz traktorla pres bağlayan qurğunun arasında oynayırmış. Bundan sonra Camal traktordan yerə düşmüş və özü traktora minib sükan arxasında əyləşmişdir. Sükan arxasında əyləşdikdən sonra Kamil də onun yanında əyləşmişdir. Camal ondan əvvəl traktoru işə saldığı üçün həmin vaxt traktor işlək vəziyyətdə olmuşdur. Camal isə traktordan düşdükdən evin qarşısına, pilləkənə tərəf getmişdir. Həmin vaxt atasının dostu Teymur da Camaldan bir qədər aralıda “Pələmə” dedikləri yerdə, yaşadıqları evin həyətinin giriş darvazası ilə üzbəüz yerləşən divarının yanına qoyduqları dəmir ayaqlığın (çardaq) üzərində oturmuşdur. Kamil də əyləşdikdən sonra ətrafa və güzgüyə baxmış və traktoru hərəkət etdirməyinə heç bir maneə olmadığını gördüyü üçün traktoru irəli hərəkət etdirmişdir. Traktoru yerindən təqribən saatda 5 km/saat sürətlə hərəkət etdirmişdir. Traktoru dayandığı yerdən 1 metr hərəkət etdirmişdir ki, qardaşı Camal yerdən “uşağı vurdun, uşağı vurdun” deyə qışqırmışdır. Bundan sonra traktoru saxlamışdır. Camal isə traktorun, yəni onun sol tərəfindən pres bağlayana tərəf qaçmışdır. Arxaya baxdıqda Camalın Cahidi qucağına aldığını görmüşdür. Əvvəlcə nə baş verdiyini anlamamışdır. Sonradan bir də arxaya baxdıqda Cahidin baş nahiyəsindən xəsarət aldığını görüb traktoru hərəkət etdirməyi nəticəsində pres bağlayanın yanında olmuş Cahidin baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Traktoru hərəkət etdirərkən Cahidin orda olduğunu görməmiş, eləcə də orda ola biləcəyini düşünməmişdir. Traktora minərkən Cahid traktorun arxasında, pres bağlayanın yanında oynayırmış. Lakin, traktoru hərəkət etdirməzdən əvvəl traktorun şüşələrindən, eləcə də yan güzgülərdən ətrafa baxmış və Cahidi traktorun yanında görməmişdir. Buna görə də Cahidin oradan uzaqlaşdığını düşünmüşdür. Bu səbəbdən də düşünür ki, Cahid həmin vaxt pres bağlayanın arxa tərəfində olmuşdur. Cahid pres bağlayanın arxa tərəfində ramaya yaxın hissədə, kəndir qoyulan hissənin içəri tərəfində oynamış və traktoru hərəkət etdirdiyi vaxt onun baş nahiyəsi pres bağlayanın kəndir qoyulan hissəsinə dəyməsini fikirləşir. Camalın qışqırığından sonra o və Kamil də traktordan düşmüşdür. Həyətdə olan Teymur, eləcə də atası və evin alt hissəsində olan anasıgil də ora gəlmişdir. Atasıgil əvvəlcə Cahidin üzünə və ayaqlarına su vurmuşdur. Həmin vaxt Cahid özündə olmuş və ağlayırmış. Səs-küyə Cahidin anası Firuzə, babası Valeh gəlmişdir. Bundan sonra atası Həbib və Valeh Cahidi əmisi Seymur Əliyevin avtomobilinə qoyub Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. O, isə evdə qalmışdır. Atasıgil getdikdən təxminən bir saat sonra atası Həbib öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək traktoru saxladığı yerdən hərəkət etdirib evin girişinə paralel şəkildə, üzü həyət darvazasına tərəf saxlamağını, pres bağlayanı isə evin eyvanının yaxınlığında saxlamağını bildirmişdir. Buna görə traktoru işə salıb atasının dediyi formada saxlamışdır. Lakin, atasının hansı səbəbdən traktoru elə saxlamağını dediyini bilmir. Sonradan bilmişdir ki, Cahid ölüb. İlk olaraq şifahi sorğu zamanı hadisənin necə baş verməsi barədə düzgün məlumat verməmişlər, lakin, hazırki göstərdikləri doğrudur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini, ilkin ifadəsini məhkəmədə olduğu kimi verdiyini, lakin ona inanmadıqlarını, daha sonra müstəntiqin onun sifətinə sillə zərbəsi vurub işgəncə videolarını izlətdirərək eynisini onunla edəcəkləri ilə hədələdiyini, ifadəni kompüterlə yazıb ona oxutdurmadan qol çəkdirdiklərini, hal-hazırki məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət hadisəsi törətmədiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquq varisi və mülki iddiaçı X18 ifadəsində göstərmişdir ki, 28 iyul 2024-cü il tarixdə səhər radələrində həyat yoldaşını Bakı şəhərinə yola salıb, oğlu Cahidin “kiçik toy” məclisi üçün aldıqları iribuynuzlu heyvana su verirmiş. Cahid ondan içmək üçün su istəmiş, o Cahidin istifadə etdiyi su qabını götürmək üçün evə qalxmışdır. O, su qabını axtararkən həyətdən səs-küy gəldiyini eşitmiş, çəpər qonşuları Məhəmmədgilin ova getdiklərini, bir neçə quş ovladıqları üçün sevindiklərini, yüksək səsin də bu səbəbdən gəldiyini düşünmüşdür. O, su qabını götürüb həyətə düşdükdə Cahidi həyətdə tapa bilməmiş, yüksək səslə onu çağırmağa başlamışdır. Cavab gəlmədiyini görüb onu həyətdə axtararkən Cahidin Məhəmmədgilin həyətində Teymurun qucağında olduğunu görmüşdür. O, nə baş verdiyini soruşduqda ona Cahidin daşın üstündən yerə yıxıldığını söyləmişlər. O isə uşağın daşın üstündən yıxılana oxşamadığını, təcili xəstəxanaya aparılmalı olduğunu bildirmişdir. Həbib yaxınlıqda yaşayan qardaşının maşınını götürərək onları xəstəxanaya aparmışdır. O, Cahidin üstünün yaş olduğunu, başından xəsarət aldığını və ayağının sındığını görmüşdür. Xəstəxanada həkim ondan uşağa nə olduğunu soruşmuş, o da uşağın daşın üstündən yıxıldığını bildirmişdir. Həkim ona uşağın daşdan yıxılana oxşamadığını deyərək yenidən uşağa nə olduğunu soruşmuşdur. O, bir qədər də şübhələnmiş, düşünmüşdür ki, Cahid Həbibgilin həyətindəki gölməçəyə düşmüş, Həbibgil bunu ondan gizlətməyə çalışmışdır. Hamilə olduğundan Cahidin vəfat etdiyini ona gec bildirmişlər. Sonradan qayınatasından öyrənmişdir ki, Cahid xəstəxanaya çatdırılanda artıq vəfat edibmiş. Həbibgil ona bildirmişdir ki, Cahid konfet götürmək üçün evin eyvanına çıxmış, həmin vaxt ehtiyatsızlıqdan eyvandan yıxılmışdır. Verilən suallara cavab olaraq X18 ifadəsinə davam edərək göstərmişdir ki, o Həbibgilin evinin həyətinə daxil olarkən traktorun ot bağlayan qurğuya qoşulu olduğunu görmüşdür. Traktor üzü həyət darvazasına doğru çəpinə, traktorun qoşqusundakı ot bağlayan qurğu isə həyətdəki nasaz vəziyyətdə olan traktora paralel vəziyyətdə dayanmışdır. Həmin vaxt həyətdə Teymur, Həbib, Gülnar, Gülnarın anası, Məhəmməd və Camal olmuşlar. O, Cahidi qucağına alanda Cahid huşsuz vəziyyətdə olmuşdur. Qayınatası Teymurla hadisədən sonra söhbət etdikdə Teymur qayınatasına Cahidi Məhəmmədin traktorla ehtiyatsızlıqdan vurduğunu demişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X18 çıxışında Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirərək məhkəmədən Təqsirləndirilən şəxs dövlət ittihamçısının təklif etdiyi cəzadan da ağır cəza təyin edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə səhər radələrində yaşadıqları evin həyətində “pələmə” də süpürgə bağlayarkən Cahidin onlarda olduğunu, qardaşı Məhəmmədin isə yeznəsi Kamil ilə işə getdiyini görmüşdür. Məhəmməd traktoru işə salarkən Cahid həmin vaxt pilləkənlərlə onların evinə qalxmışdır. Bir müddət sonra Cahidin presbağlayan ilə evin arasından üzü ona tərəf sürünərək gəldiyini görmüşdür. Cahidin sürünərək gəldiyini görüb ona tərəf qaçmağa başlamış, ardınca isə Teymur gəlib Cahidi qucağına almış, daha sonra atası ilə onu xəstəxanaya aparmışlar. Həmin vaxt traktor işlək vəziyyətdə qalmış, Məhəmməd traktoru işə salsa da onu hərəkətə gətirməmişdir. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə davam edərək göstərmişdir ki, Cahidgillə qonşu olmuşlar, Cahid tez-tez onların evinə oynamağa gəlmişdir. O, Cahidin pilləkənlə evin eyvanına qalxdığını görsə də, sonradan onun eyvandan evin həyətinə enməsini görməmişdir. Cahid evin eyvanına qalxdıqdan təxminən 3-4 dəqiqə sonra onun presbağlayan ilə evin arasından sürünərək gəldiyini görmüşdür. Məhkəmədə Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu izahat və ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün CPMnin 327.1.3 və 329.1-ci maddələrinə əsasən onun xx.xx.2024-cü il tarixli videoçəkiliş aparılmaqla alınmış izahatı və xx.xx.2024-cü il tarixli şahid qismində verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, “...28 iyul 2024-cü il tarixdə, saat 11 radələrində o, və qardaşı Məhəmməd həyətdə olarkən atası onların yanına gəlib ona Seyran adlı şəxsin yerində pres bağlanılmalı olduğunu deyib ona traktorları ilə qohumları Kamil adlı şəxslə birlikdə Seyranın torpaq sahəsinə gedib pres bağlamasını bildirmişdir. Kamil pres bağladıqları vaxtlarda onlara işlərində kömək göstərmiş, yəni sahədə toplanmış otu pres bağlanan hissəyə vermişdir. Məhəmməd maşın ustası yanında köməkçi işlədiyi üçün yalnız bazar günü istirahət günü olub. Atası Məhəmmədin dincəlməsi üçün ona pres bağlamağa getməyini demişdir. Atası bunu dedikdən sonra atasına məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru işə salmışdır. Həyətlərində istifadə edilməyən traktor da var. Həmin traktor həyətlərindən giriş darvazasından götürdükdə sol tərəfdə dayanmışdır. Həmin traktordan sol tərəfdə də pres bağlayan qurğunu saxlamışdırlar. 90-K-305 dövlət qeydiyyat nişanlı traktor isə girişə yaxın sol tərəfdə olmuşdur. Traktoru işə saldıqdan sonra pres bağlayan qurğunu qoşmaq üçün traktoru ona yaxın saxlamışdır. Daha sonra atasının köməkliyi ilə pres bağlayan qurğunu traktora qoşub traktoru nisbətən çəp istiqamətdə üzü həyət darvazasına tərəf saxlayıb traktoru söndürmüşdür. Ondan sonra atası Nivanın yanına gedərək onu təmir etməyə davam etmişdir. O, isə evə gedib işə aparmaq üçün yemək götürmüşdür. Yeməyi gətirib traktora qoyduqdan sonra traktoru yenidən işə salıb kondisioneri qoşmuşdur. Həmin vaxt Kamil də artıq onlara gəlmiş və onların yanında olmuşdur. Kamilə isə atası Həbibə işə getmələri barədə məlumat vermişdir. Pres bağlamağa getmək istəmədiyi üçün traktordan qardaşı Məhəmmədə baxıb özünün getmək istəmədiyini deyib pres bağlamağa onun getməsini təklif etmişdir. Məhəmməd traktorla işləməyə ondan daha həvəslidir. Məhəmməd də buna etiraz etməyib razılaşmışdır. Həmin vaxt Cahid istifadəsiz traktorla pres bağlayan qurğunun arasında oynayırmış. Bundan sonra traktordan yerə düşmüş və Məhəmməd traktora minib sükan arxasında əyləşmişdir. Məhəmməd sükan arxasında əyləşdikdən sonra Kamil də onun yanında əyləşmişdir. Məhəmməddən əvvəl traktoru işə saldığı üçün həmin vaxt traktor işlək vəziyyətdə olmuşdur. Özü isə traktordan düşdükdən evin qarşısına, pilləkənə tərəf getmişdir. Həmin vaxt atasının dostu Teymur da ondan bir qədər aralıda “Pələmə” dedikləri yerdə, yaşadıqları evin həyətinin giriş darvazası ilə üzbəüz yerləşən divarının yanına qoyduqları dəmir ayaqlığın (çardaq) üzərində oturmuşdur. Kamil də əyləşdikdən sonra Məhəmməd traktoru yerindən təqribən saatda 3-5 km/saat sürətlə hərəkət etdirmişdir. Məhəmməd traktoru dayandığı yerdən təqribən 1 metr hərəkət etdirmişdir ki, pres bağlayanın arxa tərəfindən Cahidin qışqırıq səsini eşitmişdir. Ora baxdıqda Cahidin pres bağlayanın arxasında yerə yıxıldığını görüb Məhəmmədə “uşağı vurdun, uşağı vurdun” deyə qışqıraraq Cahidin yanına qaçmışdır. Məhəmməd də bundan sonra traktoru saxlamışdır. Cahidin yanına çatdıqda onun başının sağ və sağ sifət nahiyəsində alın nahiyəsindən xəsarət aldığını görüb Məhəmmədin traktoru hərəkət etdirməsi nəticəsində pres bağlayanın yanında olmuş Cahidin baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Məhəmməd traktoru hərəkət etdirərkən Cahidin orda olduğunu görməmişlər, eləcə də orda ola biləcəyini düşünməmişlər. Məhəmmədgil traktora minərkən Cahid traktorun arxasında, pres bağlayanın yanında oynayırmış. Buna görə də Cahidin oradan uzaqlaşdığını düşünmüşdür. Bu səbəbdən də düşünür ki, Cahid həmin vaxt pres bağlayanın arxa tərəfində olmuşdur. Onun fikrinə görə Cahid pres bağlayanın arxa tərəfində ramaya yaxın hissədə, kəndir qoyulan hissənin içəri tərəfində oynamış və Məhəmməd də traktoru hərəkət etdirdiyi vaxt onun baş nahiyəsi pres bağlayanın kəndir qoyulan hissəsinə dəymişdir. Məhəmməd traktoru saxladıqdan sonra o, və Kamil də traktordan düşmüşdür. Bundan başqa, həyətdə olan Teymur, eləcə də atası və evin alt hissəsində olan anası gil də ora gəlmişdir. Atasıgil əvvəlcə Cahidin üzünə və ayaqlarına su vurmuşdur. Həmin vaxt Cahid özündə olmuşdur. Səs-küyə Cahidin anası Firuzə, babası Valeh gəlmişdir. Bundan sonra atası Həbib və Valeh Cahidi əmisi Seymur Əliyevin avtomobilinə qoyub Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Anası Gülnar və Cahidin anası Firuzə də xəstəxanaya getmişdir. O, və qardaşı Məhəmməd isə evdə qalmışdır. Atasıgil getdikdən təxminən yarım saat sonra qonşuları Xəlillə birlikdə xəstəxanaya getmişdir. Orada Cahidin artıq ölmüş olduğunu öyrənmişdir. İlk olaraq şifahi sorğu zamanı hadisənin necə baş verməsi barədə düzgün məlumat verməmişdirlər, lakin hazırki göstərdikləri doğrudur. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid3 ifadəni oxumadan imzaladığını, ifadəsində yazılan sözlərin ona aid olmadığını, müstəntiqin onu işgəncə verməklə hədələdiyini, ifadə verərkən yanında müəllimmütəxəssisin olmadığını, həmin izahatı və ifadəni təsdiq etmədiyini, hal-hazırki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü səhər təxminən saat 10-11 radələrində pres bağlamağa gedəcəkmişlər. Presbağlayanın içinə yabanı qoyub, su doldurduqdan sonra Məhəmməd ona hazır olduqlarını bildirmişdir. Bundan sonra Məhəmməd traktorun kabinəsində sürücü oturacağında əyləşmiş, o isə kabinədə başqa oturacaq olmadığından qapı dəstəyinə söykənərək yarı-oturaqlı vəziyyətdə kabinədə dayanmışdır. Onlar Məhəmmədlə söhbətləşdikləri əsnada Camal ilə Teymurun evin ön tərəfinə doğru qaçdıqlarını görmüşdür. O, Cahidi texnikadan təxminən bir metr aralıda yerdə görmüşdür. Teymur Cahidin üzünə su vurmuş, bir qədər su içirdikdən sonra Cahidi xəstəxanaya aparmışlar. O, Cahidə nə olduğunu bilməmiş, traktora əyləşərkən Cahidi evin pilləkənlərində görmüşdür. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə davam edərək göstərmişdir ki, onlar traktora əyləşdikdən sonra Məhəmməd traktoru yerindən hərəkət etdirməmişdir, belə ki, ifadəsində qeyd etdiyi kimi Camal və Teymurun “nə oldu? nə oldu?” deyərək qaçdıqlarını gördüklərindən hər ikisi traktordan yerə enmiş, traktordan yerə endikdə Cahidin yerdə uzanıqlı olduğunu, başının sağ nahiyyəsində sıyrıq xəsarətləri olduğunu görmüşdür. Sonuncu dəfə Cahidin pilləkənlə evin eyvanına qalxdığını gördüyündən, belə güman etmişdir ki, Cahid ehtiyatsızlıqdan eyvandan yıxılmışdır. Lakin, onun eyvandan yıxılmasını və ya başqa hansı şəraitdə xəsarət almasını görməmişdir. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün CPM-nin 327.1.3 və 329.1-ci maddələrinə əsasən onun xx.xx.2024-cü il tarixli şahid qismində verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və həmin ifadəsində Şahid2 göstərmişdir ki, Qanuni nümayəndə arvadı X7 qardaşıdır. Həbib ailə üzvləri ilə birlikdə Uzuntəpə kəndində ona məxsus evdən təxminən 6-7 ev aralıda yaşayır. Həbib traktor sürücüsüdür. Həbib özünə məxsus traktorla pres bağlamaq, yük daşımaq və sair işlər görərək ailəsini dolandırır. Həbibin övladları Məhəmməd və Camal da Həbibə işlərində kömək edir. Camal və Məhəmməd yetkinlik yaşına çatmadığı üçün sürücülük vəsiqələri olmasa da traktor sürməyi yaxşı bacardıqları üçün Həbib onların traktor sürməsinə və traktorla işlər görməsinə icazə verir. Həbib pres bağlamaq işi olduğu vaxtlarda ona da xəbər verir və o, da onlarla birlikdə işə gedir, yəni sahədə toplanmış otu pres bağlanan hissəyə verir. Həbib də bunun qarşılığında ona müəyyən məbləğdə zəhmət haqqı verir. Dəfələrlə Camal və ya Məhəmmədin idarə etdiyi traktorla müxtəlif şəxslərə məxsus sahələrə gedərək pres bağlamışdır. X23 və onun ailə üzvlərini tanıyır. Cahid və ailə üzvləri Həbibin qonşusu və qohumudur. Cahidgilin yaşadığı evlə Həbibin yaşadığı ev çəpərçəpərədir. Cahid və onun ailəsi ilə Həbibgilin ailəsinin münasibəti hər zaman yaxşı olmuşdur. Cahid və onun valideynləri tez-tez Həbibgilin yaşadığı evə gəlmişdir, eləcə də Cahid tez-tez oynamaq üçün onların həyətinə gəlirmiş. Özü də Həbibgilə tez-tez gedir və Cahidi də orada çox görmüşdür. 28 iyul 2024-cü il tarixdə, saat 09:30 radələrində Həbib istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə zəng edərək Uzuntəpə kənd sakini Seyrana məxsus otlaq sahəsində pres bağlanılmalı olduğunu deyib ondan hər hansı işi olub-olmadığını soruşmuşdur. Həbibə işi olmadığını dedikdən sonra Həbib ona onlara gələrək uşaqlarından biri ilə Seyrana məxsus sahəyə gedib pres bağlamağını təklif etmişdir. İşi olmadığı üçün Həbiblə razılaşıb bir saata kimi onlara gələcəyini bildirmişdir. Təxminən bir saat sonra Həbibə məxsus evə getmişdir. Həbibə məxsus həyətə daxil olduqda o, həyətdə özünə məxsus Niva markalı avtomobili düzəldirmiş, Məhəmməd isə onların “Pələmə” dediyi yerdə, yaşadıqları evin həyətinin giriş darvazası ilə üzbəüz yerləşən divarının yanına qoyduqları dəmir ayaqlığın (çardaq) üzərində oturmuşdur. Həbibin dostu Teymur da həmin vaxt Məhəmmədin yanında oturmuşdur. Cahid isə əlində taxta həyətdə oynayırmış. Onlarla salamlaşdıqdan sonra Həbib ona uşaqlardan hansı getsə onunla birlikdə Seyrana məxsus sahəyə getməyini bildirmişdir. Sonra oğlu Camal onlarla qonşuluqda yaşayan nənəsigildə olduğu üçün Camala zəng edərək onu çağırmışdır. Camal gəldiyi vaxt Həbib Niva markalı avtomobili həyətdən çıxarıb evlərinin yanındakı yamaya qaldırmışdır. Camal və Məhəmməd isə işə kimin getməsi ilə bağlı söhbət edirmiş. Həmin vaxt Həbiblə birlikdə gedib onun avtomobili yamaya qaldırmasına kömək etmişdir. Sonra isə onların həyətinə qayıtmışdır. Həyətə girdikdə Camal traktordan düşürmüş. Camal və Məhəmmədin danışığından əvvəlcə Camalın işə getmək fikrində olduğunu, lakin, o istəmədiyi üçün Məhəmmədin işə getməyi qərara aldığını bilmişdir. Bundan sonra Məhəmməd traktora minib sükan arxasında əyləşmişdir. Həmin vaxt traktor işlək vəziyyətdə olmuş və kondisioner də işləyirmiş. Məhəmməd traktora mindikdən sonra o, da traktora minmiş və Məhəmmədin yanında küncdə yarı oturulu vəziyyətdə dayanmışdır. Traktorda başqa oturacaq olmadığı üçün otura bilməmişdir. Həmin vaxt traktor nisbətən çəp istiqamətdə üzü həyət darvazasına tərəf dayanmışdır. Camal isə traktordan düşdükdən sonra evin qarşısına, pilləkənə tərəf getmişdir. Həmin vaxt Teymur da Camaldan bir qədər aralıda “Pələmə”də oturmuşdur. Lakin, həmin vaxt Cahidi həyətdə, eləcə də Həbibgilin evinin eyvanında və ya başqa yerində görməmişdir. Özü də əyləşdikdən sonra Məhəmməd ətrafa və güzgüyə baxmış və traktoru hərəkət etdirməyə başlamışdır. Məhəmməd traktoru yerindən təqribən saatda 5 km/saat sürətlə hərəkət etdirmişdir. Məhəmməd traktoru dayandığı yerdən 1 metr hərəkət etdirmişdir ki, Camalın, eləcə də digər tərəfdən Həbibin qışqırıq səsini eşitmişdirlər. Həbib də Nivanın yanından “uşağı vurdun, uşağı vurdun” deyə qışqırmışdır. Həbibə tərəf baxdıqda onun əli ilə Məhəmmədə işarə verdiyini görmüşdür. Məhəmməd qışqırıq səsinə traktoru saxlamışdır. Camal isə traktorun, yəni onların sol tərəfindən pres bağlayana tərəf qaçmışdır. Həbib də qaçaraq oraya gəlmişdir. O, və Məhəmməd də traktordan yerə düşmüşdür. Məhəmməd həmin vaxt həyəcanlandığı üçün donub qalmışdır. Artıq yerə düşdükdə Həbib Cahidi qucağına almışdır. Baxdıqda Cahidin baş nahiyəsindən xəsarət aldığını görüb Məhəmmədin traktoru hərəkət etdirməsi nəticəsində pres bağlayanın yanında olmuş Cahidin baş nahiyəsindən xəsarət aldığını bilmişdir. Məhəmməd traktoru hərəkət etdirərkən nə o, nə Məhəmməd Cahidin orada olduğunu görməmiş, eləcə də orada ola biləcəyini düşünməmişdir. Traktora minərkən də Cahidi ətrafda görməmişdir. Bundan başqa, Məhəmməd traktoru hərəkət etdirməzdən əvvəl də traktorun şüşələrindən, eləcə də yan güzgülərdən ətrafa baxmışdır. Bu səbəbdən də düşünür ki, Cahid həmin vaxt pres bağlayanın arxa tərəfində olmuşdur ki, onu görməmişlər. Lakin, ona konkret olaraq pres bağlayanın hansı hissəsinin dəyməsi nəticəsində xəsarət aldığını bilmir. Həbibgil əvvəlcə Cahidin üzünə və ayaqlarına su vurmuşdur. Həmin vaxt Cahid özündə olmuş və ağlayırmış. Həmin vaxt səs-küyə Cahidin anası Firuzə, babası Valeh gəlmişdir. Bundan sonra Həbib və Valeh Cahidi qardaşı Seymur Əliyevin avtomobilinə qoyub Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Özü isə bir qədər sonra başqa maşın tapıb xəstəxanaya getmiş və xəstəxanaya çatdıqda Cahidin öldüyünü öyrənmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid2 ifadəsində yazılanları oxumadan imzaladığını, ifadəni verdikdən sonra müstəntiqin ifadənin məzmununu ona oxuduğunu, lakin hal-hazırda elan olunmuş ifadə ilə müstəntiqin ona oxuduğu ifadə arasında böyük fərq olduğunu, həmin ifadəni təsdiq etmədiyini, halhazırki məhkəmə iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdr. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayında dəqiq xatıramadığı tarixdə təxminən saat 08:30 radələrində Həbibgilə gəlib onların həyətlərində Camal və yeznəsi ilə “pələmə”də oturmuş, gəlinlər isə süpürgə bağlamağa getmişlər. Daha sonra avtomobilin “kristavini” nasaz olduğundan Həbib avtomobilini təmir üçün evin yanındakı “yama”ya aparmışdır. Bir qədər sonra o özü də Həbibin yanına gəlmiş, həmin vaxt həyətdən qışqırıq səsləri eşitmişdir. Həbibin həyat yoldaşında qıcolma xəstəliyi olduğundan ilk öncə Həbibin həyat yoldaşının qıcolma keçirdiyini düşünmüşdür. Onlar qaçaraq evin həyətinə daxil olduqda Cahidi sol dizi üstə yerə çökmüş vəziyyətdə görmüşdür. O, Cahidi qucağına götürərək ətrafdakıları köməyə çağırmışdır. Həmin vaxt səsə Həbibin anası və həyat yoldaşı, eləcə də Cahidin anası Firuzə Qubadova da gəlmişlər. Firuzə ondan Cahidə nə olduğunu soruşduqda dəqiq bilmədiyini, Cahidin pilləkənlərdən yıxıldığını güman etdiyini demişdir. Bundan sonra Həbib qardaşının avtomobili ilə Cahidi xəstəxanaya aparmış, bir müddət sonra o özü də xəstəxanaya getmişdir. X10 vəfat etdiyini öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə davam edərək göstərmişdir ki, Cahidin Həbibgilin həyətinə həmin gün nə vaxt gəldiyini görməsə də Cahidi həmin gün Həbibgilin həyətində görmüş, hətta ona çay vermişdir. Qışqırıq səsinə həyətə qaçdıqda Cahidi yerdə pilləkənlərin yanında görmüş, həmin vaxt yanında yalnız Camal olmuşdur. Camal da ondan Cahidə nə olduğunu soruşmuş, lakin o nə baş verdiyinin bilmədiyini demişdir. Məhəmməd isə həmin vaxt ümumiyyətlə orada olmamış, sonradan gələrək nə baş verdiyini soruşmuşdur. O, traktorun kabinəsində heç kəsi görməmişdir. Cahidin yerdə çökmüş vəziyyətdə olduğu yerlə pres bağlayan qurğu arasında məsafə təxminən iki metr olmuşdur. O, Firuzənin qayınatasına və ya başqa kiməsə Cahidi Məhəmmədin traktorla vurması barədə heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Həbib Həsənov onun xalasıoğludur, münasibətləri əvvəllər yəni, məlum hadisəyə qədər yaxşı olmuşdur. O, Cəlilabad rayonu ilə Bakı şəhəri arasında taksi fəaliyyəti ilə məşğul olur. Hadisə baş verən gün o, Bakı şəhərində olmuşdur. Həmin gün saat təxminən 13-14 radələrində həyat yoldaşı ona başqa nömrədən zəng edərək Cahidin dünyasını dəyişdiyini bildirdiyindən o, Bakı şəhərindən dərhal evə qayıtmışdır. Evə çatdıqda artıq Cahidin nəşini evə gətirdiklərini görmüşdür. Cahidi dəfn etdikdən sonra atası ona “Xalan uşaqlarını şöbəyə apardılar, onlardan bilirlər, get səni gözləyirlər, sən desən onları buraxarlar” demişdir. O, polis şöbəsinə, oradan isə prokurorluğa getmiş, təxminən axşam saat 16-17 radələrində evə qayıtmışdır. Məhəmməd və Camal polis şöbəsindən buraxıldıqdan sonra onların evinə gəldikdə Camal onu qucaqlayaraq “Allah haqqı, Quran haqqı bilmədik” demiş, xalası isə Camalın ağzını əli ilə tutaraq “uşaqdı, nə danışdığını bilmir” söyləmişdir. Sonradan istintaqın gedişində, eləcə də Şahid6 atasına verdiyi məlumatdan bilmişdir ki, Cahid eyvandan yıxılma nəticəsində deyil, Məhəmmədin traktorla vurması nəticəsində dünyasını dəyişmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, hadisə günü özünə məxsus “Niva” markalı avtomobili “yama”da təmir edərkən Şahid6 “Teymur əmi, avtomobilin ehtiyat hissələrini və digər lazım olan ləvazimatları gətir” demişdir. Teymur onun istədiklərini əski parçasının içinə yığıb gətirdikdə çatmağına az qalmış qışqırıq səsi gəlmişdir. O, avtomobilin altında çuxurda olduğundan Teymura nə baş verdiyinin öyrənməsini bildirmişdir. Hadisə yerinə gəldikdə isə Cahidi Teymurun qucağında görmüş, Cahidin üzünə su vuraraq, öz avtomobili nasaz olduğundan qardaşının avtomobili ilə onu xəstəxanaya aparmışdır. Verilən suallara cavab olaraq Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, Cahidin hansı şəraitdə xəsarət almasını görməmişdir. Lakin, bundan əvvəl də Cahidin eyvanda dəmir borudan tutaraq fırlandığını görmüşdür. Onlar Cahidi həmişə nəzarətdə və diqqətdə saxlamış, amma həmin gün hərə bir işlə məşğul olduğundan Cahidə nəzarət edə bilməmişlər. O, Cahidin presbağlayan qurğuya dəyməsi nəticəsində xəsarət almasını güman etmir, hesab edir ki, həmin qurğunun çəkisi 3.5 ton olduğundan Cahid qurğunun altında qalacağı təqdirdə bədəni paramparça olardı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün sağlamlığı ilə əlaqədar dərman qəbul edib yatmış, qışqırıq səsinə yuxudan oyanmışdır. O dərhal evdən həyətə düşmüş, bu zaman gəlini Firuzə ona yaxınlaşaraq “Ata, Cahidə nəsə olub, uşağı mənə vermirlər” demişdir. O, çəpər qonşuları olan Həbibgilin həyətinə keçmiş, həmin vaxt nəvəsi Cahidin Teymurun qucağında olduğunu görmüşdür. Cahidin sifət nahiyyəsində sıyrıq xəsarətləri olmuşdur. O, Teymurdan nə baş verdiyini soruşduqda Teymur Cahidin daşın üzərindən yıxıldığını bildirmişdir. Daha sonra onlara avtomobil gətirmələrini dedikdə onlar avtomobilin nasaz olduğunu demişlər. O, evə tərəf qaçıb mobil telefonla təcili yardıma və ya polisə zəng etmək istədikdə avtomobilin hazır olduğunu bildirmişlər. Onlar Cahidi avtomobillə xəstəxanaya aparmışlar. Avtomobildə Cahidin hərəkət etmədiyini dediklərində onlar qorxmasınlar deyə narahat olmamalarını, rayon xəstəxanasında Cahidə “elektroşok” verərək oyadacaqlarını desə də, Cahidin dünyasını dəyişdiyini bədənin boş olmasından hiss etmişdir. Xəstəxanaya çatdıqdan sonra həkimlər ondan Cahidə nə olduğunu soruşmuş, o isə bilmədiyini demişdir. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Cahid dünyasını dəyişmişdir. Bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, hadisə barədə ondan sorğu-sual edildikdə Cahidin konkret olaraq hansı şəraitdə xəsarət aldığını bilmədiyini, lakin eşitdiyinə görə daşın üstündən yıxılması və ya gölə düşməsi nəticəsində xəsarət aldığını demişdir. Sonradan Teymuru evinə dəvət etmiş, Teymurla söhbət zamanı Teymur ona “Sənin nəvən pilləkəndən yıxılmayıb, onu traktor vurub” demişdir. Onların bu danışığını gəlini Firuzə də eşitmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, o Həbibgilin evinin həyətinə daxil olanda traktor üzü giriş darvazasına doğru çəp şəkildə, qoşqu isə həyətdəki digər nasaz vəziyyətdə olan traktora paralel şəkildə dayanmışdır. Həbibgillə həm qohum, həm də qonşu olmuşlar. Münasibətləri daim yaxşı olmuşdur. Hadisə baş verdikdən sonra kənddə qohum-tanışların “bilə-bilə eləməyiblər ki” sözlərini əvvəlcə başa düşməmiş, sonradan istintaqın gedişində nəvəsi Cahidin Məhəmmədin sürdüyü traktorun vurması nəticəsində vəfat etdiyini, həmin şəxslərin də məhz buna işarə etdiklərini anlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün həyat yoldaşı Şahid5 ona zəng edərək nəvələri Cahidin ayağının sındığını, xəstəxanaya yerləşdirildiyini, təcili gəlməsini bildirmişdir. O, xəstəxanaya gəldikdə Məhəmmədin anası Gülnarı xəstəxanada görmüş, ondan nə baş verdiyini soruşduqda Gülnar ona Cahidin daşın üzərindən yıxılaraq xəsarət aldığını bildirmişdir. Həmin vaxt Məhəmmədin qardaşı Camal anası Gülnara yaxınlaşaraq “Ana, Kəsirə nənəm deyir ki, qardaşını tutacaqlar” demişdir. Gülnar dərhal əli ilə Camalın ağzını tutub susmasını bildirmişdir. Sonra Cahidin vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 28 iyun 2024-cü il tarixdə səhər saat 09 radələrində Cahid onların evlərinə gəlmiş və onunla evdə çörək yemişlər. Daha sonra o, süpürgə bağlamağa getdiyindən Cahidi özü ilə aşağı salıb evin zirzəmisinə enib süpürgə bağlamışdır. O, pilləkənlərin yanında olarkən Cahidin yuxarıya çıxmaq istədiyini gördüyündən onu saxlayaraq “Cahid, yuxarıda heç kim yoxdur” deyib zirzəmiyə getmişdir. O, süpürgələri bağladıqca oğlu Şahid3 onları bərkidirmiş. Bir müddət sonra traktorun səsinin gəldiyini və ardınca Camalın qaçdığını görmüşdür. Camalın qaçdığını gördükdən sonra o da onun ardınca qaçmış, evin divarı ilə traktor arasından divar tərəfdən Cahidin iməkləyərək çıxdığını görmüşdür. O, zirzəmidən çıxmaq istədikdə isə Camal ilə Teymur eyni vaxtda Cahidə yaxınlaşmışlar. Teymur uşağı qucağına götürmüşdür. Həmin vaxt Cahid ağlayırmış. O, yaxınlaşıb “Uşağa, nə oldu? Nə oldu?” deyirmiş. Cahidə su vermək istədikdə isə onun su içməyə gücünün olmadığını, sağ ayağının əsmə kimi olduğunu görmüşdür. Bundan sonra Həbib avtomobil gətirməyə getmişdir. Bu zaman artıq Cahidin babası və anası gəlmişdir. Cahidi avtomobilə qoyub xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Cahid əvvəllər də tez-tez onların evinə gəlmiş, tez-tez eyvanda olan dəmir dirəkdən tutaraq fırlanmışdır. Hadisə vaxtı Cahidin baş nahiyyəsində xəsarət olduğunu görmüşdür. Cahid evin divarından təxminən iki metr məsafə aralıda olmuşdur. Cahidin konkret olaraq hansı şəraitdə xəsarət aldığını görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş məhkəmə tibb eksperti Şahid8 ifadəsində göstərmişdir ki, 28 iyul 2024-cü il tarixdə Cəlilabad Rayon Prokurorluğunun müstəntiqi Pərviz Novruzovun qərarına əsasən azyaşlı X16 meyitinin daxili və xarici müayinəsini aparmışdır. Müayinənin nəticələrinə dair müvafiq ekspertiza rəyi tərtib edərək istintaq orqanına təqdim etmişdir. Verilən suallara cavab olaraq ekspert Şahid8 ifadəsinə davam edərək göstərmişdir ki, müayinə zamanı mərhum Cahid Vahabovun bədəninin müxtəlif nahiyyələrində yəni kürək, sinə, qarın, çiyin nahiyyələrində xəsarətlər müəyyən edildiyindən və hündürlükdən düşməyə xarakterik xəsarətlər əsasən bədən səthində birtərəfli yarandığından ekspert rəyində Cahid Vahabovun hündürlükdən yıxılması nəticəsində xəsarət almasının az inandırıcı olduğunu qeyd etmişdir. Həmçinin, hündürlükdən yıxılma nəticəsində bədənin müxtəlif tərəflərində xəsarətlərin yaranması o vaxt mümkün ola bilər ki, şəxs yıxılarkən müxtəlif maneələrə dəymiş olsun. Bundan başqa rəydə qeyd edilən xəsarətləri almış X16 həmin xəsarətləri aldıqdan sonra öz iradəsi ilə sürünməsi, iməkləməsi mümkün deyildir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, «cinayət işinin başlanması haqqında» 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (Cild 1, i.v.1-2;) İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 iyul 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “...hadisə yeri Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən Qanuni nümayəndə Əziz oğluna məxsus fərdi yaşayış evidir. Baxış protokolundan görünür ki, evin giriş hissəsində 10 pilləli pilləkən vardır. Pilləkən olan hissəsin ətrafı hörülmüşdür, əl damı kimi istifadə olunur. Pilləkənlə yuxarı qalxdıqda eyvan vardır. Eyvana qalxdıqda sağ tərəfdə evin giriş qapısı yerləşir, üzbəüz tərəf daşla hörülmüşdür, sol tərəf içə açıqdır. Eyvandan bir metr aralıda arxasına ot (pres) bağlayan qurğu qoşulmuş 90-K-305 dövlət qeydiyyat nömrəli traktor dayanmışdır. Traktor eyvana paralel şəkildə üzü həyət darvazasına tərəf dayanmışdır. Traktor nisbətən həyət daravazasına tərəf, ot bağlayan qurğu isə eyvana yaxın vəziyyətdədir. Eyvanın divarı ilə ot bağlayan qurğu arasında ekskavatorun ön tərəfinə quraşdırılma üçün nəzərdə tutulmuş bıçaq vardır. Həmin bıçaq eyvan divarından 10 sm aralıdır. Bundan başqa evin həyət darvazasından içəri daxil olduqda sol tərəfdə yardımçı tikili, ondan sol tərəfdə kotan qurğusu, ondan da bir qədər aralıda isə nasaz vəziyyətdə olan traktor var. Evin həyət darvazası ilə üzbəüz divarının orta hissəsində divara bitişik “pələmə” (dəmir ayaqlıqçardaq) vardır. (Cild 1, i.v 5-14;) İşdə olan “meyitə baxış keçirilməsi haqqında” 28 iyul 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X16 xarici müayinəsi zamanı bədən səthində sağ gicgah almacıq nahiyyəsində 7,2x5 sm ölçüdə qançır, sağ çiyin qurşağında, sağ saidin yuxarı 1/3-nin bayır səthində, qarının sağ yarısında fasiləli sıyrıqlar, qarının sağ yarısında 4,7x2,5 sm ölçüdə qançır, sağ budun yuxarı 1/3 hissəsinin bayır səthində fasiləli sıyrıq, döş qəfəsinin sol yan səthində kiçik ölçülü dairə formalı və sol qoltuqaltı nahiyyədə səthi sıyrıqlar, sol kürək nahiyyəsində 9,4x7 sm ölçüdə qançır və sıyrıqlardan ibarət xəsarətlər aşkar edilmişdir. (Cild 1, i.v. 22-28;) İşdə olan, Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis kiçik leytenantı Ağayar Cəfərlinin 28 iyul 2024-cü il tarixli raportundan görünür ki, 28 iyul 2024-cü il tarixdə 2021-ci il təvəllüdlü X16 yıxılaraq ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. (Cild 1, i.v 51;) İşdə olan, «cinayət işinin icraata qəbul edilməsi haqqında» 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Cəlilabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nurlan Şükürov tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsindən ötrü həmin iş icraatına qəbul edilmişdir. (Cild 1, i.v 55;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli, 3-13-16-5/********** nömrəli məktubdan görünür ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququnun məhrum olunanlar və məhdudlaşdırılmamışlar sırasında olmadığı müəyyən olunmuşdur. (Cild 1, i.v 66;) İşdə olan, “şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 07 avqust 2024cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan şahid Təqsirləndirilən şəxs və yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi qismində Qanuni nümayəndə təyin olunmuşdur. (Cild 1, i.v 72-73;) İşdə olan, “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 14 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X16 hüquqi varisi qismində X18 tanımışdır. (Cild 1, i.v 95-96;) İşdə olan 05 noyabr 2021-ci il tarixli AZ-İV № 654710 seriya nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X2 Cahid Cavad oğlunun anasıdır. (Cild 1, i.v. 100;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 107;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X33 tərəfindən verilmiş 28 iyul 2024-cü il tarixli, 11 nömrəli ekspert rəyindən görünür ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və baş beyinin yumşaq qişasına qansızma, sağ alın-gicgah-almacıq nahiyəsində və qarının sağ yarısının ön divarında qançır, sağ çiyin qurşağı, sağ said, sol qoltuqaltı, sol kürək, sağ bud nahiyələrində, döş qəfəsinin sol yan səthində və qarının sağ yarısının ön divarında sıyrıqlar. Müəyyən olunan xəsarətlər həyatı olub ağır bərk küt əşyanın/əşyaların/ təsirindən onun ölümündən bir qədər törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X4 ölümünə baş beyin toxumasına və yumşaq qişaya qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlərin qərarda göstərilmiş şəraitdə yəni, arxa hissəsinə ot (pres) bağlayan qurğu qoşulmuş traktorun irəli və ya geri hərəkət etdirilərkən (sürülmə zamanı) pres bağlayan qurğunun hissələrinin ona dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlərin onun müəyyən hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. (Cild 1, i.v 108-112;) İşdə olan, 09 sentyabr 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər məhkəmə iclasında baxış keçirilərək tədqiq edilmişdir. (Cild 1, i.v 123-133;) İşdə olan, 09 sentyabr 2024-cü il tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı xx.xx.2024-cü il tarixli ifadəsi ilə oxşar məzmunlu ifadə verir. Həmin ifadəsinin 05:36-05:40-cı saniyələrində Təqsirləndirilən şəxs Camalın traktora doğru qaçmasından sonra qapını açıb Cahidi gördüyü yeri göstərir, həmin yerin evin giriş hissəsinin qarşısı olmaqla traktorun kabinəsinə paralel traktorun qapısı ilə üzbəüz olduğu görünür. Bundan başqa həmin ifadənin 04:20-04:30-cu saniyələrində görünür ki, Təqsirləndirilən şəxs traktoru az məsafədə irəli doğru hərəkət etdirdiyini, ayağı muftada olduğundan qaz pedalından ayağını çəkdikdən sonra traktorun irəli getdiyi məsafə qədər geri qayıtdığını göstərir. (Cild 1, i.v. 134-135;) İşdə olan, 10 sentyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunub istintaqa cəlb olunanana kimi icraat dayandırılmışdır. (Cild 1, i.v. 139-140;) İşdə olan, 08 oktyabr 2024-cü il tarixli 8/2256 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhməkə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yolnəqliyyat ekspertizanın ekspert rəyindəndən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ensing YX804-C markalı 90-K-305 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa tekniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. (Cild 1, i.v. 148-150;) İşdə olan, 22 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icaat təzələnmişdir. (Cild 1, i.v. 151-152;) İşdə olan, 23 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 1, i.v. 155-156;) İşdə olan, 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmişdir. (c 1, i.v. 170-171;) İşdə olan, 24 oktyabr 2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərardan görünür ki, müstəniq Nurlan Şükürov tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərar əsassız olduğundan Cəlilabad rayon prokuroru tərəfindən ləğv edilmişdir. (Cild 1, i.v. 178;) İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (Cild 1, i.v. 189-196;) İşdə olan, 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 197-198;) İşdə olan xx.xx.2024-cü il tarixli AZ 043492 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 90-K-305 dövlət nömrə nişanlı ENSİGN YX804- C markalı traktor "xxxx" MMC-nin mülkiyyətindədir, lizinq müqaviləsi əsasında Qanuni nümayəndə sahibliyinə və istifadəsinə verilmişdir. (Cild 1, i.v. 209;) İşdə olan, Şirvan Apellyasiya Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərarından verilmiş apellyasiya protesti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (c 1, i.v 212-217;) İşdə olan, Cəlilabad RİHB-nın Uzuntəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Həsənov X1 yaşadığı dövrdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamış, özünü nümunəvi vətəndaş kimi aparmışdır və onun ailə üzvləri aşağıdakı şəxslərdən ibarətdir:

1. Atası Qanuni nümayəndə.

2. Anası Şahid7.

3. Qardaşı Şahid3. (Cild 1, i.v. 232-233;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X33 tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 3225 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsda halhazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə az ünsiyyətçil, söz götürməyən, hövsələsiz, emosional şəxsdir. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, onun iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarında olması müəyyən edildi. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilməmişdir. (Cild 1, i.v. 238-241;) İşdə olan, 18 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və Şahid3 izahatının alınmasının video görüntüsü əks olunmuş 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (Cild 1, i.v. 243-260;) İşdə olan, ödəniş qəbzindən görünür ki, X18 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. (Cild 2) İşdə olan, xx.xx.2025-ci il tarixli, EM-2527VK-29885/25 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardım göstərilən şəxs X18 üçün hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 321 (üç yüz iyirmi bir) manat məbləğində müəyyən olunmuşdur. (Cild 2) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Təqsirləndirilən şəxs ifadəsi digər şahid ifadələri ilə qarşılıqlı təhlil edilməlidir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində heç bir cinayət hadisəsi törətmədiyini, hadisə baş verən gün traktoru işə salsa da, hərəkət etdirmədiyini, mərhum Cahid Vahabovu pilləkənlərlə evin eyvanına qalxarkən gördüyünü, daha sonra qardaşı Şahid3 qışqırıq səsini eşidib onların traktorun arxasına doğru qaçdığını, özünün də traktordan arxaya baxarkən Cahid Vahabovu yerdə sürünərkən gördüyünü, xx.xx.2024-cü il tarixli izahatı və xx.xx.2024-cü il tarixli ifadəsini təzyiq altında verdiyini, müstəntiq tərəfindən zorakılığa və hədəyə məruz qaldığını bildirmişdir. Ümumiyyətlə, məhkəmə istintaqı zamanı müdafiə tərəfi mərhum Cahid Vahabovun ölümünü traktor vurması nəticəsində deyil, mərhumun ehtiyatsızlıqdan evin eyvanından yerə yıxılması ilə əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində traktoru ümumiyyətlə hərəkətə gətirmədiyini bildirsə də, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli izahatında traktoru təxminən 1 metr məsafədə irəli hərəkət etdirdiyini, qanuni nümayəndəsi və peşəkar vəkil olan nümayəndəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə şahid qismində verdiyi ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən isə traktoru çox az məsafədə hərəkət etdirdiyini bildirmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində qardaşı Şahid3 qışqırıq səsindən sonra onun traktorun arxasına doğru qaçdığını, traktorun kabinəsindən geriyə doğru baxarkən Cahid Vahabovu yerdə uzanıqlı vəziyyətdə gördüyünü bildirsə də, xx.xx.2024-cü il tarixdə şahid qismində verdiyi ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən isə Cahidi Vahabovu traktorun qapısı ilə üzbəüz evin giriş hissəsindəki pilləkənin qarşısında gördüyünü bildirir. Bundan başqa daha bir ziddiyyətli məqam hadisə anında traktorun harada və hansı formada dayanmasıdır ki, təqsirləndirilən şəxs həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, həm təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həm də ifadəsi yerində yoxlanılarkən traktorun evin eyvanına paralel, evin həyət darvazasına istiqamətlənmiş formada arxasında ot (pres) bağlayan qurğu qoşqulu vəziyyətdə dayandığını bildirmişdir. Halbuki o, xx.xx.2024-cü il tarixli izahatında və şahid qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində traktorun qoşqusundakı qurğunun evin həyətindəki nasaz vəziyyətdə olan traktora paralel olmaqla traktorun evin həyət darvazası istiqamətində çəpinə dayandığını göstərir. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, hadisə baş verdikdən qısa zaman sonra hadisə yerinə gəlmiş şahidlər X18 və Şahid5 məhkəmə istintaqı zamanı ifadə verərkən məhkəmənin verdiyi suala cavab olaraq hadisə yerində traktorun Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatında və xx.xx.2024-cü il tarixli ifadəsində qeyd etdiyi formada, yəni qoşqusu nasaz vəziyyətdə olan traktora paralel olmaqla traktorun həyət darvazasına doğru çəpinə dayandığını qeyd etmişlər. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixli izahatında və xx.xx.2024-cü il tarixli şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, atası X32 Vahabovu xəstəxanaya apardıqdan sonra istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edərək traktoru saxladığı yerdən hərəkət etdirib evin girişinə paralel şəkildə, üzü həyət darvazasına tərəf saxlamağı, pres bağlayanı isə evin eyvanının yaxınlığında saxlamağı tapşırdığını, onun tapşırığına əsasən traktoru və pres bağlayan qurğunu həmin formada saxladığını bildirmişdir. Hadisə baş verdikdən sonra traktorun və qoşqusundakı pres bağlayan qurğunun yerinin dəyişdirilməsini təsdiq edən digər təkzibolunmaz dəlil isə Təqsirləndirilən şəxs qardaşı Şahid3 ifadəsidir. Belə ki, işin mübahisəsiz halıdır ki, Şahid3 hadisə baş verən vaxt evin giriş darvazası ilə üzbəüz olan divarının orta hissəsində yerləşmiş “pələmə” adlanan yerdə olmuşdur. Cinayət işi materiallarında olan “baxış aparılması haqqında” 28 iyul 2024cü il tarixli protokola əlavə edilmiş fotoşəkillərdən (fotoşəkil 1,2,8 və 9), eləcə də, 09 sentyabr 2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş sxemdən, fotoşəkillərdən (fotoşəkil 1,2,6) aydın şəkildə görünür ki, “pələmə” adlanan yerdə dayanmış şəxsin evin eyvanından presbağlayan qurğu ilə evin eyvanının divarı arasına yıxılmış şəxsi vizual görməsi praktiki və nəzəri olaraq mümkün deyil. Məhkəmə onu da nəzərə çatdırır ki, həm Şahid3, həm Təqsirləndirilən şəxs ifadələrində mərhum Cahid Vahabovun sürünərək pres bağlayan qurğu ilə evin divarının arasından çıxdıqlarını göstərsələr də, bu halla bağlı məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş məhkəmə-tibb eksperti Şahid8 məhkəmə tərəfindən sual ünvanlanmış, məhkəmə-tibb eksperti Şahid8 suala cavab olaraq ekspert rəyində qeyd olunmuş xəsarətləri almış mərhum Cahid Vahabovun almış olduğu həmin xəsarətlərdən sonra öz iradəsi ilə sürünməsinin mümkün olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, traktorun və qoşqusundakı ot bağlayan qurğunun şahidlər Şahid5 və Firuzə Qubadovanın ifadələrində, eləcə də Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatında və xx.xx.2024-cü il tarixli şahid qismində verdiyi ifadəsində göstərdiyi formada dayanması daha real və inandırıcıdır. Belə ki, traktorun və qoşqusundakı qurğunun məhz həmin formada dayanması hadisə anında “pələmə” adlanan yerdə dayanmış Şahid3 mərhum Cahid Vahabovu vizual olaraq görməsini mümkün edir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2024cü il tarixli izahatını və xx.xx.2024-cü il tarixli ifadəsini təzyiq altında verdiyini, müstəntiqinin ona zor tətbiq etdiyini və hədələdiyini, məcbur qalıb müstəntiqin diqtə etdiyi şəkildə ifadə verdiyini bildirmişdir. Həmçinin, müdafiə tərəfi həmin izahat və ifadənin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsinin iştirakı olmadan alındığını qeyd edərək sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, CPM-nin 228.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şahid qismində dindirilərkən onun 16 yaşı tamam olmuş, bununla belə müstəntiq tərəfindən mütəxəssis qismində təyin edilmiş Uğur Xosiyev dindirmədə iştirak etmişdir. CPM-nin həmin normasının təhlilindən görünür ki, yetkinlik yaşına çatmayan şəxs şahid qismində dindirilərkən qanuni nümayəndənin iştirakı ilə bağlı imperativ tələb qoyulmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə izahatı alınarkən cinayətprosessual statusa malik olmasa belə izahatın alınması zamanı mütəxəssis-müəllimin iştirakı təmin edilmişdir. İzahat və ifadəsi alınarkən fiziki zorakılığa məruz qalması ilə bağlı Təqsirləndirilən şəxs göstərdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı xx.xx.2024-cü il tarixli izahatını və xx.xx.2024-cü il tarixli ifadəsini təzyiq və fiziki zorakılıq altında verdiyini bildirsə də, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə qanuni nümayəndəsi, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə (xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli) həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs həmin ifadələrini məhkəmənin müəyyən etdiyi işin obyektiv halları ilə uzlaşmayan, onun subyektiv mülahizələrinə əsaslanan, cinayət məsuliyyətindən yayınmasına hesablanmış özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bu fikrin məntiqi davamı olaraq məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatını və xx.xx.2024-cü il tarixli ifadəsini işin obyektiv hallarını əks etdirən, digər sübutlarla uzlaşan ifadə kimi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 da xx.xx.2024-cü il tarixli izahatını və xx.xx.2024-cü il tarixli ifadəsini təzyiq altında aldığını, mütəxəssisin onun ifadəsinin alınmasında iştirak etmədiyini, ifadəsini oxumadan imzaladığını bildirsə də, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Şahid3 videoçəkilişlə ifadəsini özündə əks etdirən DVD diskdəki görüntülərdən aydın olur ki, Şahid3 müstəntiq tərəfindən dindirilərkən bütün müddət ərzində mütəxəssis-müəllimin iştirakı təmin edilmişdir. Eləcə də, həmin görüntülərdən Şahid3 təzyiq altında olması, emosional vəziyyətdə olması müəyyən edilmir. Həmçinin Şahid3 xx.xx.2024-cü il tarixli izahatının sonunda əlyazma ilə “izahatımı oxudum mənim sözlərimlə düzgün yazılmışdır. Məzmunu mənə tam aydındır. Əlavə olaraq qeyd edim ki, Cahid qardaşım Məhəmmədin arxasına pres bağlayan bağlanmış traktoru irəli hərəkət etdirməsi nəticəsində həmin vaxt pres bağlayanın arxasında dayandığı üçün xəsarət almış və nəticədə ölmüşdür” ifadəsini qeyd etmişdir. Göründüyü kimi Şahid3 da qeyd edilən izahat və ifadənin təzyiq altında alınmasını heç bir dəlillə əsaslandırmadan təzyiq faktına formal olaraq istinad etmişdir. Məhkəmə hesab edir ki, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi qardaşı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qalmasına hesablandığından və iş üzrə digər sübutlarla tam təkzib edildiyindən sübutlar siyahısından çıxarılmalı, onun xx.xx.2024-cü il tarixli izahatı və xx.xx.2024-cü il tarixli ifadəsi obyektiv həqiqəti əks etdirdiyindən və məhkəmənin müəyyən etdiyi hallara uyğun olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid2, Qanuni nümayəndə, Şahid6 və Şahid7 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr qohumluq münasibətlərində olduqları Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə məsuliyyətindən kənarda qalmasına, məhkəməni işin faktiki hallarından yayındırmağa yönəlmişdir. Həmin ifadələr məhkəmənin müəyyən etdiyi işin obyektiv hallarına uyğun olmamaqla, cinayət işi materiallarında olan digər sübutlarla tam təkzib olunur. Eləcə də, məhkəmə kollegiyası qeyd edir ki, Şahid2 xx.xx.2024-cü il tarixli izahatını iş üzrə digər sübutlarla qarşılıqlı təhlil edərək hesab edir ki, həmin izahatda göstərilən xüsusatlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur və obyektiv gerçəkliyi özündə əks etdirir. Qeyd olunanlara əsasən həmin izahat iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən, qanuni nümayəndəsi və müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə istintaqı zamanı tərəflərin iştirakı ilə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə əməlin tövsifi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanununun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263- 1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 11 saylı ekspert rəyində göstərilmişdir ki, X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəlləbeyin travması, baş beyin toxumasına və baş beyinin yumşaq qişasına qansızma, sağ alın-gicgah-almacıq nahiyəsində və qarının sağ yarısının ön divarında qançır, sağ çiyin qurşağı, sağ said, sol qoltuqaltı, sol kürək, sağ bud nahiyələrində, döş qəfəsinin sol yan səthində və qarının sağ yarısının ön divarında sıyrıqlar. Müəyyən olunan xəsarətlər həyati olub ağır bərk küt əşyanın/əşyaların/ təsirindən onun ölümündən bir qədər törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X4 ölümünə baş beyin toxumasına və yumşaq qişaya qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlərin qərarda göstərilmiş şəraitdə yəni, arxa hissəsinə ot (pres) bağlayan qurğu qoşulmuş traktorun irəli və ya geri hərəkət etdirilərkən (sürülmə zamanı) pres bağlayan qurğunun hissələrinin ona dəyməsi nəticəsində əmələ gələ bilməsi inkar olunmur. X4 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlərin onun müəyyən hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhməkə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yolnəqliyyat ekspertizanın 08 oktyabr 2024-cü il tarixli 8/2256 nömrəli ekspert rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ensing YX804-C markalı 90-K-305 dövlət qeydiyyat nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa tekniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülükü vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, izah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarına görə CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi və həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsinin Lənkəran RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16-5/26817/2024 nömrəli məktubdan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarının tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə olan cinayət əməli ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263-1.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). CM-in 263-cü maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Şərh olunan maddə cinayətin subyekti qismində iki kateqoriya şəxsi nəzərdə tutur: 1) nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsi; 2) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsi. Beləliklə, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan törətdiyi cinayət əməli onun məhkəməyədək icraat dövründə verdiyi xx.xx.2024-cü il tarixli izahatı, xx.xx.2024-cü il tarixli şahid qismində verdiyi ifadəsi, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 263.1-3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8.1-ci, 41.2-ci, 58.3-cü və 84.1-ci və 86-cı maddələrini rəhbər tutur, habelə “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında”, “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 84.1-ci və CPM-nin 428.2-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işi materiallarından Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü olmaqla cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edirkən Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını onun cəzasını yüngülləşdirən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun şəxsiyyətini xaratkerizə edən hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi - X4 anası X8 təqsirləndirilən şəxslə barışmamasını, ondan şikayətçi olmasını, ona dəymiş ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxs tərəfindən heç bir hərəkətin edilməməsini də nəzərə alır. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanların cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkmələri müəyyən edilmişdir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 24 oktyabr 2024-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanların penitensiar müəssisəsinə keçirilməli, cəza çəkmə müddətinin əvvəli 13 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ CPM-nin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş mülki iddiada vurulmuş mənəvi zərərərə görə 10000 manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 321 manat və dövlət rüsumu olaraq ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Həmin Qərarın 10-cu bəndində Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi təzminat hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olubolmaması kimi məqamlar nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə yuxarıda şərh olunanlara əsasən qeyd edir ki, üç yaşına qədər uşaq ananın fiziki və emosional həyatının mərkəzidir: gecə yuxusundan tutmuş gündəlik hərəkətlərinə qədər bütün davranışlar bu körpəyə uyğunlaşır. Uşaq dünyaya gəldikdən sonra ana öz şəxsiyyətini, prioritetlərini və hətta həyat məqsədini uşaqla əlaqələndirir. Bu, həyatdakı ən fundamental bağlardan biridir. Heç şübhəsizdir ki, uşağın ölümü xüsusilə qəfil və ya zorakı şəkildə anada tam bir dağılma, mənəvi yıxılma effekti yaradır. Bəzi şəxslərdə bu ömürlük depressiyaya, posttravmatik stres pozuntusuna və ağır psixolojik travmalara səbəb olur. Bununla belə məhkəmə ədalətlilik və mütənasiblik prinsiplərini də rəhbər tutmaqla hesab edir ki, mülki iddianın tam şəkildə və ya qismən təmin edilməli olması məsələsi həll olunarkən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ehtiyatsızlıq nəticəsində törədilməsi, onun yetkinlik yaşına çatmaması, müstəqil qazancının olmaması, mülkiyyətində əmlak olmaması halları da nəzərə alınmalıdır. Göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, X18 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş mənəvi zərərə görə və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul tutularaq X13 ödənilməli, iddia qalan hissədə təmin ediməməli, eləcə də mülki iddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumunun X13 qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, cinayət nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın verilməsinə görə rüsum ödənilməli deyil. Bunun hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsindəki norma təşkil edir. Orada qeyd olunub: “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Bu normada “... zərərin ödənilməsini tələb etmək hüququ vardır” deyiləndə rüsumsuz hüquq nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası (BMT üzvü) həmin konstitusion norma vasitəsilə BMT Baş Assambleyasının xx.xx.1985-ci il tarixli, 40/34 nömrəli qətnaməsi ilə qəbul olunmuş “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə sadiqliyini təsdiq edib. Odur ki, konstitusion normanın izahı BMT Bəyannaməsinə uyğun verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsində də qeyd olunub ki, bu Konstitusiyada sadalanan insan hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bəyannamə beynəlxalq müqavilə olmasa da, belə məsələlərdə ona bərabər tutulur. Çünki o, BMT Baş Assambleyasının qətnaməsi ilə qəbul edilib. BMT Baş Assambleyasının qətnamələri tövsiyə xarakterlidir, buna baxmayaraq heç bir dövlət ona veto qoya bilməz, hesab olunur ki, həmin qətnamələr böyük mənəvi-siyası əhəmiyyətə malikdir. Rüsum məsələsinə BMT Bəyannaməsində müəyyən edilmiş prinsiplərə uyğun izah verildikdə isə aydın olur ki, Kontitusiyanın 68-ci maddəsinin 2-ci hissəsindəki norma cinayət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia verən şəxsi rüsumdan azad edib. Belə ki, BMT Bəyannaməsinin tələblərinə görə şəxs cinayətdən hansı formada (fiziki, maddi, mənəvi) zərər çəkməsindən asılı olmayaraq cinayətin qurbanı sayılır. Dövlət isə qurbanı cinayətdən müdafiə etməlidir. “Cinayətdən müdafiə” deyiləndə yalnız cinayətkarın cəzalandırılması deyil, həm də qurbanın pozulmuş mülki, əmək və digər hüquqlarının ilk növbədə cinayətkarın hesabına bərpası nəzərdə tutulur. Bəyannamə 2 hissədən ibarətdir: A) cinayətin qurbanı; B) hakimiyyətdən sui-istifadənin qurbanı; Bəyannamənin “cinayətin qurbanı” adlı “A” hissəsi 4 bölmədən ibarətdir: 1) ədalət mühakiməsinə çatımlılıq və ədalətli davranış; 2) restitusiya; 3) kompensasiya; 4) sosial yardım. Bu 4 bölmənin hər birində cinayət qurbanına münasibətdə dövlətin öhdəlikləri müəyyən edilib. Həmin öhdəliklərin hamısının vahid məqsədi var: cinayət qurbanının maksimum müdafiəsi. Bəyannamənin 12-ci bəndində hətta qeyd olunub ki, qurban kompensasiyanı hüquqpozucudan və ya digər mənbələrdən tam həcmdə ala bilmədikdə bir sıra cinayətlərə görə dövlət ona maliyyə kompensasiyası verilməsi üçün tədbirlər görməlidir. Odur ki, cinayətkara qarşı iddia verən qurbandan dövlət büdcəsinə pul (rüsum) tələb edilməsi BMT Bəyannaməsində dövlətlər üçün müəyyən edilmiş öhdəliklərə uyğun gəlmir. Bundan başqa, Azərbaycan Respublikası BMT üzvü olmaqla yanaşı həm də Avropa Şurasının üzvüdür. Avropa Şurası Nazirlərlər Komitəsinin “Cinayətdən zərərçəkənlərə kompensasiya barədə” xx.xx.1977-ci il tarixli, 27 (77) nömrəli qərarı ilə Avropa Şurasına üzv olan dövlətlər üçün 13 prinsip müəyyən edilib. Bu prinsiplərə və həmin prinsiplərin qəbul edilməsinə əsas olan ideyalara nəzər yetirdikdə müəyyən olunur ki, cinayətdən zərər çəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün dövlət büdcəsinə pul (rüsum) tələb edilməsi yolverilməzdir. CPM-nin 183 və 184-cü maddələrinin qarşılıqlı təhlili də onu göstərir ki, qanunverici orqan cinayət prosesində mülki iddianın verilməsi zamanı dövlət rüsumunun ödənməməsini iddia ərizəsinin icraata qəbul edilməsindən imtina üçün nəzərdə tutulmuş əsaslar sırasına daxil etməmişdir. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilmişdir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki-Prosessual Məcəllənin 114.1.1-ci maddəsində göstərilmişdir ki, qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021- ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün Penitensiar müəssisəsinə keçirilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu 13 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatı xərci 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Mülki iddiaçı X8 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 7000 manat məbləğində pul tutularaq mülki iddiaçı X13 ödənilsin. Ödənilmiş 120 manat məbləğində dövlət rüsumu X13 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar