Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-199/2022 03.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1981-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 mart 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilnərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 2-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Qarayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qarayev Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqla müəyən edilməyən şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Cəlilabad şəhəri ərazisində gizlətdikləri 4046, 577 qram külli miqdarda narkotik vasitə heroin, 1195 qram külli miqdarda narkotik vasitə tiryək, 2030 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 251,214 qram külli miqdarda psixotrop maddə metamfetamini Cəlilabad şəhəri Peşə məktəbinin yaxınlığında gizlədildiyi yerdən götürüb əldə edərək yaşadığı ünvan 1 ünvanına aparaq 4 ədəd bağlamada ümumi təmiz çəkisi 4006 qram olan xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə ümumi təmiz çəkisi 251,214 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 1195 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki evin həyətindəki yardımçı tikilidə və 1 ədəd polietilen torbada olan təmiz çəkisi 2030 qram tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdən bir qədər aralıda yerləşən məişət tullantılarının yığıldığı ərazidə gizlədərək saxlamış, 13 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri M.Hadi küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroinin 40,577 qramı əynində olan ağ rəngli parça şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 11 radələrində yazılı razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həyətdəki yardımçı tikilinin içərisində olan taxtaların arasından 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1030 qram, 975 qram, 1031 qram, 970 qram olmaqla ümumi təmiz çəkisi 4006 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1195 qram narkotik vasitə tiryək, bir ədəd bükümdə təmiz çəkisi 251,214 qram olan psixotrop maddə metamfetamin və narkotik vasitələrin çəkisinin müəyyən edilməsində istifadə olunan bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, baxış keçirilməsi istintaq hərəkətinin davamı olaraq yaşadığı evdən aralıda yerləşən məşiət tullantılarının yığıldığı əraziyə baxış keçirilən zaman isə gizlətdiyi bir ədəd polietilen torbada təmiz çəkisi 2030 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Qarayev Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq üzərində axtarış aparmışlar. Üzərindən heç bir əşya aşkar edilməmişdir. Lakin yaşadığı evə baxış keçirilərkən cəmi 35 qrama yaxın tiryək aşkar edilərək götürülmüşdür. O saxlanılarkən ailəsi ilə təhdid edildiyinə görə videoçəkilişlə keçirilən baxış zamanı üzərindən və evindən aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi ona oxunmuşdur. O məcbur olub ifadəsini imzalamışdır. 35 qram tiryəki özü istifadə etmək üçün əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs Qarayev Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Qarayev Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Cəlilabad şəhəri, M.Hadi küçəsində yaşadığı evin yaxınlığında özünə məxsus sarı rəngli “Tofaş” markalı, **-XH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yanında durduğu zaman üç nəfər tanımadığı şəxslər mülki geyimdə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, həmin şəxslərə üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Sonra polis əməkdaşları onu Cəlilabad Rayon Polis Şöbəsinə aparmışlar. Şöbədə təhqiqatçı Rəvan Əliyev tərəfindən hüquqları izah olunmuş, öz istəyilə Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Ramin Məmmədov dövlət hesabına ona müdafiəçi təyin edilmişdir. Sonra müdafiəçi Ramin Məmmədov və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə axtarış keçirilmişdir. Əynində olan ağ rəngli parça şalvarının sağ yan cibindən 1 ədəd büküm çıxararaq içərisində narkotik vasitə olan heroin olduğunu bildirərək təqdim etmişdir. Bundan əlavə üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Ondan götürülmüş 1 ədəd bükümdə heroin zərfə qoyularaq üzəri iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Cəlilabad RPŞ-nin nəqliyyat vasitələrinin duracağında saxlanılan ona məxsus “Tofaş” markalı, **-XH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet və narkotik vasitə aşkar olunmamışdır. Üzərinə və avtomobilinə baxış keçirilən zaman bildirmişdir ki, yaşadığı evin həyətində narkotik vasitə gizlədir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə yaşadığı evin həyətinə getmişlər. Həyətdə olan yarımtikilinin dam hissəsində əvvəlcədən qoyub gizlətdiyi ayrı-ayrı bağlamalarda olan narkotik vasitə heroinləri, tiryəki və psixotrop maddə olan metamfetamini, həmçinin bir ədəd elektronu tərəzini də damdan götürüb təqdim etmişdir. Sonra polis əməkdaşlarına bildirmişdir ki, həyətindən təxminən 200 metr aralı məsafədə olan zibillikdə narkotik vasitə gizlətmiş və həmin yerə getdikdən sonra könüllü olaraq kisənin içinə qoyduğum bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Ümumi olaraq 1 ədəd bağlamada psixotrop maddə metamfetamini, 5 ədəd bağlamada müxtəlif ölçüdə narkotik vasitə heroini, 1 ədəd bağlamada narkotik vasitə tiryəki, 1 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. İstifadəsində olan “Samsung” markalı, A10 modelli mobil telefonla təxminən 1 ay əvvəl yəni, xx.xx.2021-ci il tarixdə “İnstagram” sosial şəbəkə proqramından internet vasitəsilə istifadə edərkən Mahir adlı şəxslə təsadüfən tanış olmuşdur. Onunla bir neçə gün mesajlaşıb əlaqə saxlamışdır. Mahir ona narkotik vasitə və psixotrop maddə daşımaqda kömək edəcəyi təqdirdə ona 2000 manat pul verə biləcəyini yazmışdır. Maddi imkanı zəif olduğundan bu təkliflə razılaşmış və Mahir bu barədə ona məlumat verəcəyini yazmışdır. 08 sentyabr 2021-ci il tarixdə gecə saat 22 radələrində istifadəsındə olan “Samsung” markalı, A10 modelli mobil telefonda olan “İnstagram” sosial şəbəkə proqramına Mahir adlı şəxs onun “Səda” adıyla istifadə etdiyi profilə mesajlar yazaraq Cəlilabad şəhərində yerləşən Peşə məktəbinin yaxınlığında olan boş sahədə bağlamalarda narkotik vasitə olan heroinlər, tiryək, marixuana və psixotrop maddəni ağ rəngli kisədə yerləşdirdiyini, həmin yerə tək gedib götürməyini bildirmişdir. Onun tapşırığı ilə yaşadığı evdən çıxıb Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Peşə məktəbinin yanına tək getmiş, boş sahədə olan 1 ədəd ağ rəngli kisəni görüb götürmüş və içərəsinə baxdıqda bağlamalar olduğunu görmüşdür. Həmin kisəni götürüb yaşadığı ünvan 2 ünvana aparmışdır. İstifadəsində olan “Samsung” markalı, A10 modelli mobil telefonla Mahir adlı şəxslə “İnstagram” sosial şəbəkə proqramında internet vasitəsilə yazışan zaman narkotik vasitələri həyətində gizlətməyini, içərisində marixuana olan bağlamanı evindən 200 metr aralıda olan zibillik ərazisində gizlədib qoymağını demişdir. Narkotik vasitə olan heroin bağlamalarının birindən təxminən 40-45 qram heroin götürüb sellofana büküb əynindəki şalvarın sağ cibinə qoymuşdur. Həmin bir büküm heroni özü istifadə etmək və ya satmaq məqsədilə üzərində gəzdirməmiş, sadəcə üzərində saxlamışdır. Sonra həyətlərində olan yarımtikilinin içərinə daxil olmuş, 1 ədəd bağlamada psixotrop maddə metamfetamini, 4 bağlamada müxtəlif ölçüdə narkotik vasitə heroini, 1 ədəd bağlamada narkotik vasitə tiryəki yarmtikilinin tavan hissəsinin damına qoymuşdur. Həmçinin özünə məxsus 1 ədəd elektron tərəzini də sonra lazım gələrsə, narkotik vasitələrin çəkisini ölçmək məqsədilə həmin yerə qoymuşdur. Sonra yaşadığı evin həyətindən 200 metr aralı məsafədə yerləşən zibillik ərazisinə getmiş və kisədə olan marixuananı orada qoyub gizlətmişdir. Mahir ona mesaj yazıb göstəriş verdikdən sonra həmin narkotik vasitə və psixotrop maddələri onun deyəcəyi yerə aparıb qoyacaqmış və həmin yerdə onun üçün 1500-2000 manat pul mükafatı qoyulacaqmış. Lakin hansı şəxsin narkotik vasitələri və psixotrop maddəni götürəcəyi barədə ona məlumat verilməyəcəyini Mahir ona demişdir. Yarımtikilidən aşkar olunaraq götürülmüş elektron tərəzini təxminən 1 ildən artıqdır ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Rizvan Ticarət Mərkəzi” ndən satın almış, həmin tərəzidə adətən həyətində saxladığı heyvanlara verdiyi yemləri ölçüb verirmiş. Mahir adlı şəxsin kim olduğu, harada yaşaması və hansı bədən quruluşuna malik olması barədə heç bir məlumatı olmamışdır. Belə ki, Mahir adlı şəxsi görməmiş, mobil telefonla görüntülü danışmamış, aralarında yalnız mesajlar yazılmışdır. Mahir adlı şəxslə təxminən 1 ay öncə istifadəsində olan “Samsung” markalı, A10 modelli mobil telefonda olan “İnstagram” sosial şəbəkə proqramı vasitəsilə təsadüfən tanış olmuş, Mahirlə onu heç bir şəxs tanış etməmişdir. Mahir adlı şəxsin ona bildirməsinə görə Azərbaycan Respublikası vətəndaşı olmuş, narkotik vasitələri haradan əldə etməsi və hansı yolla göndərməsi barədə məlumat verməmişdir. Tapşırılan işləri gördükdən sonra ona pul mükafatı veriləcəkmiş. Mahir adlı şəxslə mobil nömrə vasitəsilə əlaqə saxlamamış, buna görə onun əlaqə nömrəsini bilmir. Yaşadığı evin həyətində olan yarımtikilidə, həmçinin zibillik ərazisində narkotik vasitələr və psixotrop maddə olması barədə digər şəxslərin, həmçinin ailə üzvlərinin məlumatı olmamışdır. Bundan təkcə Mahir adlı şəxsin məlumatı olmuşdur. İlkin izahatında “İnstagram” sosial şəbəkə proqramında internet vasitəsilə Mamed adlı şəxslə yazışdığını, narkotik vasitələr və psixotrop maddələri Mamed adlı şəxsin Cəlilabad şəhəri, Peşə məktəbinin yaxınlığına qoyduğunu bildirsə də ifadəsində həmin şəxsin Mamed deyil, Mahir adlı şəxs olduğunu, yaşadığım evin həyətində olan yarımtikilidə, həmçinin zibillik ərazisində aşkar olunaraq götürülmüş narkotik vasitələr və psixotrop maddə metamfetaminin Mahir adlı şəxsə aid olduğunu göstərmişdir. Onun işi həmin narkotik vasitələr və psixotrop maddələri daşımaqdan və Mahirin deyəcəyi yerə qoymaqdan ibarət olmuşdur. Bunun müqabilində ona 1500-2000 manat pul mükafatı veriləcəkmiş. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. xx.xx.2021-ci il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları Cəlilabad şəhəri, M.Hadi küçəsində onu saxlayıb Cəlilabad RPŞ-yə gətirdikləri zaman, həmçinin RPŞ-də ona qarşı hər hansı zor tətbiq etməmişlər. Özünə məxsus Xiaomi markalı, Redmi Note 8 modelli mobil telefondan istifadə edir. Həmin mobil telefonun üzərində özünə məxsus +99***-***-**-** nömrə işlək vəziyyətdə olmuşdur. İstifadəsində olmuş özümə məxsus “Samsung” markalı, A10 modelli mobil telefonun üzərində isə mobil nömrə istifadə etməmişdir. Həmin telefonun WİFİ funksiyasından istifadə etməklə internetə daxil olub istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Qarayev Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, işdə olan istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün ondan, Şahid4 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində Rəşad Qarayev yaşadığı Cəlilabad şəhəri, M.Hadi küçəsində idarə etdiyi Tofaş markalı ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmək istəyən zaman tərəflərindən saxlanılaraq ondan üzərində narkotik vasitə olub-olmamsını soruşduqda o üzərində narkotik vasitə olduğunu dildirmişdir.Onu Polis şöbəsinə dəvət edib, orada üzərində vəkil və təhqiqatçının iştirakı ilə videoçəkilişlə axtarış edilmiş və axtrış zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd bükümdə təxminən 30-40 çəkidə heroin aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs Qarayevin razılığı ilə onun idarə etdiyi avtomobilə və yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Avtomobildən hər hansı qanunla qadağan edilmiş predmet aşkar olunmamışdır. Lakin yaşadığı evə baxış keçirilərkən evin həyətindəki yarım tikilinin içərisündən 4 ədəd bükümdə heroin, dir ədəd bükümdə tiryək və bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmin kütlələr və elektron tərəzi qablaşdırılmışdır. Sonra isə evdən 100 metr aralıda yerləşən zibillikdən bir ağ kisədə marixuananı Təqsirləndirilən şəxs özü onlara təqdim etmişdir. Sorğu zamanı o həmin narkotik vasitələri və psixotrop maddəni sosial şəbəkədə tanış olduğu adamdan Cəlilabad rayonunun Astanabad kəndi ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən protokolu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid4, Şahid2 və Şahid3 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan 13 sentyabr 2021-ci il tarixli təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, ünvan 1-də yaşayan Qarayev Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ilə məşğul olması ilə əlaqədar olaraq daxil olan məlumata əsasən onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 sentyabr 2021-ci il tarixli protokoldan və şəxsi axtarış və götürmə aparılması haqqında 13 sentyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Qarayev Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli parça şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülmüş bükülü və sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu 1 ədəd avtomobil açarını çıxarıb təqdim edərək şəffaf sellofanın içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs Qarayev həmin narkotik vasitə heroini 4 gün əvvəl internet şəbəkəsində tanış olduğu Mamed adlı şəxsin tapşırığı əsasında Cəlilabad şəhərində Peşə məktəbinin yanından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Qarayev idarə etdiyi Tofaş markalı ** XH *** dövlət qedyiyyat nişanlı avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Qarayev Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 41,71 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Qarayevdən aşkar edilərək götürülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroin oxşar kütlə və Redmi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə 13 sentyabr 2021-ci il tarixli protokoldan və nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə barədə 13 sentyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Qarayev Təqsirləndirilən şəxs idarə etdiyi Tofaş markalı ** XH *** dövlət qeydiyyaat nişanlı avtomobilə baxış keçirilən zaman iki oturacağın arasında yerləşdirilmiş saxlanc yerindən 1 ədəd Samsung A 10 markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edə biləcək qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Samsung A 10 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması barədə 13 sentyabr 2021-ci il tarixli protokoldan və baxış keçirilməsi və götürmə barədə 13 sentyabr 2021-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman Qarayev Təqsirləndirilən şəxs yaşadığı evin darvazasını açaraq, həyətə daxil olub, evlə üzbəüz yerləşən təxminən 15 metr məsafə olan yardımçı tikilini göstərərək, tikiliyə daxil olub, tikilin sol küncündə olan damın altındaki taxtanın arasında bir büküm psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd ağ rəngli elektron tərəzi, 1 ədəd narkotik vasitə olan tiryəkə bənzər kütləni çıxartmışdır. Daha sonra tikilinin sağ küncündə damın altındaki taxtanın arasından 3 büküm narkotik vasitə heroinə bənzər kütləni çıxartmış, həmin bükülüyə bir bükümdə əlavə yapışqan lentlə bağlanmışdır. Təqsirləndirilən şəxs Qarayevin yardımçı tikilidə olan təqdim etdiyi kütlələrin çəkisi müəyyən edilməsi məqsədilə təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş, 1 büküm metamfetaminə bənzər kütlənin çəkisi 254 qram, 1 ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə 1,232 kq, narkotik vasitə olan heroinə bənzər kütlələr ayrı-ayrılıqda 1,008 kq, 2,067 kq, 1,060 kq, ümumi çəkisi isə 4,135 kq təşkil etmişdir. Təqsirləndirilən şəxs Qarayevin yardımçı tikilidə olan təqdim etdiyi kütlələr 1 ədəd sellofan bağlamada və 1 ədəd zərfdə qablaşdırılaraq üzəri DİN-in 141 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Qarayev Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən təxminən 200-300 metr kənarda yerləşən zibillik ərazisində narkotik vasitə gizlədir və həmin vasitəni təqdim etməyə razıdır. Bundan sonra videoçəkiliş dayandırılmış və qeyd edilən yerə çatdıqda yenidən videoçəkiliş başlanılmışdır. Qarayev Təqsirləndirilən şəxs yaşadığı evdən təxminən 200 metr kənarda olan zibillik ərazisində bir ədəd ağ rəngli kisəni göstərərək həmin kisədə narkotik vasitə olduğunu bildirmişdir. Həmin kisəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, kisədə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vardır. Zibillik ərazisində aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın çəkisini müəyyən etmək üçün təhqiqatçı tərəfindən elektron tərəzi ilə çəkilmiş və çəkisi 2,060 kq təşkil etmişdir. Şifahi sorğu zamanı Qarayev Təqsirləndirilən şəxs 3-4 gün öncə internet şəbəkəsində tanış olduğu şəxsin göstərişi ilə təqdim etdiyi kütləni zibillik ərazisinə qoyduğunu bildirmişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 19/916 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Qarayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdən ibarət narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 40,577 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Qarayev Təqsirləndirilən şəxs həyətindəki yardımçı yardımçı tikilidən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə bir yerdə yapışqan lentlə bağlanmış, 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 04 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1030 qr; -975,0 qr; -1031,0 qr; -970,0 qram; ümumi təmiz çəkisi: -4006,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər və 01 ədəd bükümdə təmiz çəkisi: -251,214 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Qarayev Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş, 1 bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -1195,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir.Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Qarayev Təqsirləndirilən şəxs təqdim etdiyi evdən təxminən 200 metr kənarda olan zibillikdən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bağlamadakı 1 ədəd polietilen torbada təmiz çəkisi -2030,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Qarayev Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş 1 ədəd ağ rəngli elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərilərində “Qarayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdən ibarət narkotik vasitə heroinə bənzər kütlə....” və “Qarayev Təqsirləndirilən şəxs həyətindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş 4 ədəd bükümdə heroinə bənzər kütlə bir yerdə yapışqan lentlə bağlanmış, 1 bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına”, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir. Qeyd: -Heroinin ümumi təmiz çəkisi 4046,577 qram, cəmi tədqiqata sərf olundu- 0,25 qram (hər ob. 0,05 qram) qalıq 4046,327 qram.Metamfetaminin təmiz çəkisi 251,214 qram, tədqiqata sərf olundu-0,05 qram, qalıq 251, 164 qram.Tiryəkin təmiz çəkisi 1195,0 qram, tədqiqata sərf olundu- 0,05 qram, qalıq 1194,95 qram.Marixuana təmiz çəkisi 2030,0 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq 2029,98 qram. Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qarayev Təqsirləndirilən şəxs məxsus “Samsung A 10” və “Redmi” markalı mobil telefonlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 15 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Qarayev Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 4046,327 qram narkotik vasitə heroin, 1194,95 qram narkotik vasitə tiryək, 2029,98 qram qurudulmuş marixuana, 251,164 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Bundan başqa Qarayev Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobildə və yaşadığı evə baxış aparılması haqqında 13 sentyabr 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli 998 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünürki, müayinə zamanı Qarayev Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlaayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 28 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Qarayev Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan ibtidai istintaq orqanının 22 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirakçıları barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cniayət işi ayrıca icraata ayrılmışdır. İşdə olan Cəlilabad rayon məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Qarayev Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirərək üzərində narkotik vasitə olmadığını, yaşadığı evində isə özü istifadə etmək üçün 35 qram tiryək olduğunu bildirmişdir. Onun gətirdiyi bu dəlillər məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi işin hallrına uyğun gələn ifadələrindən başqa, dindirilmiş şahidlərin ifadələri, vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, narkotik vasitələrin çəkisinin müəyyən edilməsində istifadə olunan bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin aşkar edilməsini təsdiq protokolla təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Qarayevin ibtidai istintaq zamanı vermiş olduğu yuxarıda qeyd edilən ifadəsini işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan başqa məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qarayevin üzərindən və evindən aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin müxtəlif çeşiddə olmaqla, həmin kütlələrin şəxsi istehlak miqdarından min dəfələrlə çox olması və üzərində heronin üzləri olan elektron tərəzinin olması habelə Təqsirləndirilən şəxs Qarayevin ibtidai istintaq zamanı əldə etdiyi qeyd edilən kütlələri satış məqsədi ilə əldə etməsi barədə ifadəsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Qarayev qeyd edilən narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndinin 2ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Qarayev Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Qarayev Təqsirləndirilən şəxs 28 may1981-ci ildə Salyan şəhərində doğulmuş, ünvan 2-də qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 19 may 2008-ci il tarixdə döğulmuş Zeynəb adlı qızı və 19 oktyabr 2021-ci il tarixdə doğulmuş Rəşad adlı oğlu vardır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Qarayev Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası BƏSİİ-nin məlumatından və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 mart 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Qarayev Təqsirləndirilən şəxs CM-in 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Qarayev Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Qarayev Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 mart 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Qarayev Təqsirləndirilən şəxs CM-in 206.3.1, 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi CM-in 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qarayevin əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. CM-in 61-ci maddəsinin tələbinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəzanın üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Qarayev Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Qarayev Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 13 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Qarayev Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinnin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 4046,327 qram heroin, 1194,95 qram tiryək, 2029,98 qram qurudulmuş marixuana narkotik vasitələri, 251,164 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, üzərində axtarış və evə baxış keçirilməsi haqqında 13 sentyabr 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 2 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat məhkəmə xərci Qarayev Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51.2,132,344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Qarayev Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qarayevə qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Qarayevin barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkiləri 4046,327 qram heroin, 1194,95 qram tiryək, 2029,98 qram qurudulmuş marixuana, 251,164 qram metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. 2 ədəd “DVD” disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 manat məhkəmə xərci Təqsirləndirilən şəxs Qarayevdən alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs Qarayevə isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-199/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-199/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver