Məhkəmə qərarları › İş №1(099)-199/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-199/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-199/2023 02.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Elgün Ağayar oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 10 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, yaşadığı Şirvan şəhəri S.Zeynalov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmış, saat 18:55-də üzərində axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər kababçı işi ilə məşğul olmuşdur. 10 sentyabr 2022-ci il tarixdə günorta saat 14:00-da yaşadığı məhəllədə olarkən polis əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları tərəfindən döyülmüş, polis əməkdaşları ona narkotik verərək üzərinə götürməsini məcbur etmişlər. Polislər onu ailəsinə pislik etmələri ilə hədələyərək əgər narkotiki üzərinə götürməsə həmin narkotiki evinə qoyacaqlarını, arvadını və uşaqlarını da şöbəyə gətirərək məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Əgər narkotiki üzərinə götürərsə onu iki gün ərzində evə buraxacaqlarına söz vermişlər. Bundan sonra məcbur olub narkotikin guya özünə aid olduğunu şöbədə videoçəkiliş zamanı yalandan etiraf etmişdir. Saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılmamışdan əvvəl bədənində heç bir xəsərət olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə polis əməkdaşları tərəfindən döyülməsini demişdir. Təcridxanaya keçirildikdən sonra müayinə olunarkən bədənində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Xəsarətləri polis əməkdaşları tərəfindən döyülərkən almış və bədənində ağrılar olmuşdur. Şirvan ŞPŞ-də saxlanılarkən iki dəfə çağırışla həkim gəlib onu müayinə etmişdir. Çağırışa gələn həkimə döyüldüyündən bədənində olan kəskin ağrılardan şikayətlənmiş, həkim ona ağrıkəsici iynə vurmuşdur. Həkimə döyülməsini demişdir. Əvvəllər narkotikdən istifadə etmişdir, onu döyən polis əməkdaşı cinayət axtarış bölməsinin rəisi olan Farid adlı şəxs olmuşdur. Saxlanılarkən üzərində mobil telefon, alışqan və 1 qutu siqaret olmuşdur. Saxlanıldığı gün Şirvan şəhərində ekspertizadan keçən zaman ekspertə döyüldüyüdü demiş, həmin xəsarətləri də ekspert bədənində görmüşdür. Həbs olunmamışdan əvvəl Şirvan şəhər prokurorluğunda olmuş, orada tanımdağı şəxsə döyüldüyünü demişdir. Videoçəkiliş zamanı narkotikin qoyulduğu zərfin üstü əvvəlcədən yazılmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə polis əməkdaşı Şahid2la birlikdə Şirvan şəhərində Sahib Zeynalov küçəsində saat 18 radələrində saxlamışlar. Özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirilmiş və onu şöbəyə aparmışlar. Şöbədə olarkən axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir büküm heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Tamirlan həmin narkotiki şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Tamirlanın narkotik satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Tamirlanı döyməmiş və ona qarşı zor tətbiq etməmişdir. Tamirlanı saxlayan zaman sifətində, bədənində, yəni üzərində hər hansı bir xəsarətin olub-olmamasını xatırlamır. Sağ gözünün üstündəki şişkinliyin hansı şəraitdə əmələ gəlməsini bilmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin PPXBnın əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında axşam saat 6 radələrində Şirvan şəhərində Sahib Zeynalov küçəsində Tamirlanı saxlamışlar. Özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona dedikdən sonra Tamirlanı şöbəyə aparmışlar. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən o, şalvarının yan cibindən bir büküm heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Tamirlan həmin narkotiki şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Tamirlanın narkotik satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Tamirlanı döyməmiş və ona qarşı zor tətbiq etməmişdir. Tamirlanın üzərindən narkotikdən başqa hansı əşyalar aşkar olunması yadında deyil. Tamirlanın bədənində, sifətində hər hansı bir xəsarətin olubolmamasını xatırlamır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X16 X18 şöbəsinin həkimi X10 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2022ci il tarixdə saat 14.50-də Şirvan ŞPŞ-də saxlanılan Təqsirləndirilən şəxsla bağlı çağırış daxil olmuşdur. Bundan başqa, 12 sentyabr 2022-ci il tarixdə saat 23.36-da yenidən Tamirlanla bağlı Şirvan şəhər polis şöbəsindən X18a çağırış daxil olmuş, polis şöbəsində Tamirlanı müayinə etmiş, ona kəskin bədən ağrısı sindromu diaqnozu qoyulmuşdur. Tamirlan kəskin bədən ağrılarından şikayətləndiyindən, ona tərkibində dimedrol, diklofenat və analgin dərmanları olan ağrıkəsici iynə vurmuşdur. Müayinə zamanı Tamirlanın üz nahiyəsində xəsarət görməmişdir. Tamirlanın ona döyülməsi barədə nəsə deməyini xatırlamır, əgər Tamirlan bu barədə ona əgər nəsə deyibsə bunula bağlı polisdə olan jurnalda qeydiyyat aparmışdır. Şahid Famil Yusifov verilən suallara cavab olaraq bildirmişdir ki, Tamirlan bədən ağrılarından şikayət etdiyi üçün, jurnalda xəstənin müayinəyə ehtiyacı olduğunu yazmışdır. Tamirlanda olan ağrının narkotikdən və ya hansısa bir başqa səbəbdən olmasını bilmir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X5 ifadəsində bildirmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə şöbənin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatına əsasən axşam saat 6 radələrində Şirvan şəhəri, Sahib Zeynalov küçəsində Təqsirləndirilən şəxs saxlanılmış və şəhər polis şöbəsinə gətirmişlər. Şöbədə olarkən vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, şalvarının yan cibindən bir büküm heroinə bənzər kütlə aşkar edilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə tərəfindən protokol tərtib olunmuşdur. Şahid İnqilab Məmmədzadə verilən suallara cavab olaraq bildirmişdir ki, videoçəkilişdə zərfin üzərində olan «Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə» sözlərini, həmçinin iştirakçıların adlarını öncədən yazmışdır. Lakin bunun heç bir əhəmiyyəti yoxdur, yazdığı kimi olmasa idi, zərfi cırıb atacaq idi. Tamirlanın üzərindən narkotikdən başqa hər hansı bir qadağan olunmuş əşyanın aşkar olunmasını xatırlamır. Məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncu əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər heroinı çıxarıb təqdim edir. Məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» videoçəkilişdən görünür ki, Şirvan PRŞ-nın inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Həmin görüntüdən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs sağ gözünün üst hissəsində bir qədər şikinlik vardır, baxış keçirilən zaman sonuncu şalvarının sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim edərək yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, heç kimə narkotik satmadığını, əməliyyatçılar tərəfindən ona qarşı zor tətbiq olunmadığını, üzərində başqa qanunsuz əşyanın olmadığını bildirir. Heroinə bənzər kütlə təhqiqatçı tərəfindən əvvəlcədən üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə» sözləri yazılmış ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfi imzalayırlar.Vəkilin ona qarşı zor tətbiq etmə hallarının olub-olmaması sualına cavab olaraq bildirir ki, ona qarşı zor tətbiq olunmamışdır. Müəyyən olunur ki, işdə olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 sentyabr 2022-ci il tarixli protokolun və videogörüntünün məzmunu eynilik təşkil etmir. Belə ki, videogörüntüdə Təqsirləndirilən şəxs sağ gözünün üstündə şişkinliyin olması açıq aydın görünsə də, protokolda həmin xüsusat qeyd edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «məhkəmə-kimyəvi ekspertizası»nın 11 sentyabr 2022-ci il tarixli, 18/1004 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-2,146 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-psixiatriya ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 3121 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. X3 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Məhkəmədə tədqiq edilmiş və işdə olan «məhkəmə-narkoloji ekspertizası»nın 17 oktyabr 2022-ci il tarixli, 6901 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Şirvan şəhər mərkəzi xəstəxanası” X16 arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə “Opioidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır, lakin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İşdə olan 16 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 2,096 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X6 bəraət verilməlidir Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən ümumiyyətlə narkotik vasitə aşkar olunmamış, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülərək və işgəncələrə məruz qalaraq ondan etirafedici ifadələr alınmış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qəsdən qoyulmuşdur. Halbuki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində aparılan ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, hədə-qorxuya məruz qalaraq təzyiq altında olduğu üçün videoçəkiliş zamanı heroinin özünə məxsus olduğunu bildirməsi barədə gətirdiyi dəlilləri, döyülməsi nəticəsində bədənində güclü ağrılar olduğundan X18dan polis şöbəsinə həkimin çağırılaraq ona ağrıkəsici iynə vurulması, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Bundan başqa, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə olunmuş videoçəkilişdən açıq aşkar Təqsirləndirilən şəxs sağ gözünün üst nahiyyəsində şişkinliyin olması vizual olaraq görünsə də Tamirlan Abbasovun dövlət hesabına təyin olunmuş müdafiəçisi X2 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşdırmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamışdır. Yalnız 3 saylı İstintaq Təcridxanası və Şirvan şəhər məhkəməsi təqsirləndirilən şəxsin bədəni üzərində çoxsaylı xəsarətlərin aşkar edilməsi və polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat verdikdən sonra Şirvan şəhər prokurorluğunda araşdırma başlanılmışdır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən azadlıq hüququ məhdudlaşdırılaraq onun səmərəli və effektiv müdafiə olunmaq hüququ da tam şəkildə pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lagerblom İsveçə qarşı və Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X8rşı və Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil X2 Təqsirləndirilən şəxsla gizli ünsiyyəti olmamış, onların həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Halbuki, müvafiq istintaq hərəkəti icra edilməmişdən əvvəl müdafiəçi şübhəli şəxslə söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təklikdə görüşməli və konfidensial qaydada ünsiyyət saxlamalı idi. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hüququ pozulmuş, formal qaydada müdafiəçi kimi təyin olunmuş Ruslan Mirzəyev tərəfindən isə istintaq orqanına müvafiq vəsatətlər verilməməklə Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının bərpası üçün təşəbbüs belə göstərilməmişdir. Mübahisəsizdir ki, müdafiəçi Ruslan Mirzəyevin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə olunmuş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli «təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında» qərarının məzmunundan görünür ki, qapalı məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar olunan narkotik vasitənin özünə məxsus olması barədə hər hansı bir fikir irəli sürmür, yalnız narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ağrıları olduğu üçün narkotikdən istifadə etdiyini bildirir, vəsatətətin təmin olunmamasını məhkəmədə xahiş edir. 12 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına keçirilmiş, orada tibbi müayinə olunarkən «sağ gözüstü nahiyəsində, sol budun arxa səthində, sol baldırın ön səthində tünd bənövşəyi rəngli qançır, qarının ön divarında sol yuxarı yan nahiyədə sarımtıl yaşıla çalan qançır, oma nahiyəsində və sağ budun arxa səthində yuxarı 1/3-də qızartı» kimi çoxsaylı xəsarətlər aşkar olunmuş, xəsarətləri həbs olunarkən aldığını bildirdirmiş, habelə Şirvan şəhər məhkəməsindən şəhər prokurorluğuna Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı daxil olmuş məktuba əsasən Şirvan şəhər prokurorluğunda araşdırma başlanmışdır. Məhkəməyə təqdim olunmuş Şirvan Şəhər Məhkəməsinin 12 senytabr 2022-ci il tarixli 4(032)-270 №li məktubu ilə müəyyən olunur ki, məhkəmənin qapalı iclasında Təqsirləndirilən şəxs izahatında polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, ona qarşı qeyri-qanuni hərəkətlərin olması ilə bağlı izahat vermişdir. Bu barədə araşdırma aparılması üçün Şirvan şəhər prokurorluğuna rəsmi məlumat verilmişdir. Şirvan Şəhər Prokurorluğunda aparılan ilkin araşdırma materialından görünür ki, prokuror köməkçisi tərəfindən Təqsirləndirilən şəxs və yalnız polis əməkdaşı X7 izahatlarını almaqla kifayətlənmişdir. Polis əməkdaşı X11 isə izahatında Təqsirləndirilən şəxs döymədiyini, ona qarşı hər hansı bir qanunsuz hərəkətlər etmədiyini, hədə-qorxu gəlmədiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs israrla izahatında döyüldüyünü və işgəncələrə məruz qaldığını, üzərində heç bir narkotik vasitə olmadığını, üzərinə heroinin şöbədə qoyulduğunu bildirmişdir. Tamirlan Abbasovun bədəni üzərində çoxsaylı xəsarətlərin aşkar olunmasına dair 3 saylı İstintaq Təcridxanasından məlumat daxil olsa da belə material üzrə Təqsirləndirilən şəxs bədəni üzərində əmələ gələn xəsarətlərin yaranma mexanizmini, lokalizasiyasını və digər halları müəyyən etmək üçün məhkəmətibbi ekspertizası keçirilməmiş, hətta sənədlər əsasında da iş üzrə məhkəmə - tibbi ekspertizası təyin edilib müvafiq rəy alınmamışdır. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı Şirvan şəhər prokurorluğu tərəfindən obyektiv tam və hərtərəfli yoxlanılmadan, işgəncə döyülmə faktının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilmədən və heç bir qanuni əsas müəyyən etmədən yalnız qanunsuz və əsassız olaraq sözügedən faktın «öz təsdiqini tapmadığı» qərarda qeyd edilməklə 21 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilmiş Şirvan Şəhər Prokurorluğunun 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və ya işgəncələrə məruz qalması barədə prokurorluqda tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan əsassız olaraq cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışında təqdim olunmuş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətinin 12 və 13-cü bəndlərindən görünür ki, onun «sağ gözüstü nahiyəsində, sol budun arxa səthində, sol baldırın ön səthində tünd bənövşəyi rəngli qançır, qarının ön divarında sol yuxarı yan nahiyədə sarımtıl yaşıla çalan qançır, oma nahiyəsində və sağ budun arxa səthində yuxarı 1/3-də qızartı kimi xəsarətlər müşahidə olunmuş, deməsinə görə həbs olunan zaman həmin xəsarətləri almışdır. Halbuki, Təqsirləndirilən şəxs saxlanıldığı gün -10 sentyabr 2022-ci ildə məhkəmətibbi ekspertizasından keçirilmiş, ekspertin rəyində onun bədəni üzərində hər hansı bir xəsarətlərin aşkar edilmədiyi qeyd olunmuşdur. Bu ziddiyətləri aradan qaldırmaq üçün məhkəmə tərkibi öz təşəbbüsü ilə Tamirlan Abbasovun bədəni üzərində olan xəsarətlərin əmələ gəlmə mexanizmini, vaxtını, dərəcəsini və lokalizasiyasını müəyyən etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə 09 fevral 2023-cü ildə məhkəmə-tibbi ekspertizası təyin etmiş, alınmış ekspertin 10 mart 2023-cü il tarixli 159 saylı rəyində Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlərin aşkar olunması göstərilmişdir: - sağ gözüstü nahiyənin, sol budun arxa səthinin və sol baldırın ön səthinin tünd bənövşəyi rəngli qançırları təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 3-5 gün əvvəl; qarın nahiyəsinin sol yuxarı-yan səthinin yaşıla çalan sarımtıl rəngli qançırı təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 5-7 gün əvvəl əmələ gələ bilərdilər; - yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - tibbi sənədlərdə qeyd olunan «oma nahiyəsinin və sağ budun arxa səthinin yuxarı 1/3-ndə qızartı» müxtəlif mənşə və mexanizmə malik olduğundan, həmçinin xəsarətlərin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara, hematoma və s.) təsvir olunmadığından sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. - Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) - həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilməsi mümkündür. Bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. Bu səbəbdən də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması faktı ilə bağlı aparılan araşdırma ilə razılaşmayaraq həmin hadisənin baş verməsinə əsaslı şübhələr olduğundan prokuror nəzarəti qaydasında 21 oktyabr 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın ləğv olunması məsələsinə baxılması və yenidən araşdırma aparılması qənaətinə gəlmişdir. Həmçinin «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X16 7 iyun 2023-cü il tarixli, PHŞ-6- 35/2-350/2023 nömrəli məktubundan da görünür ki, polis əməkdaşları tərəfindən tutulmuş şəxs Təqsirləndirilən şəxs adına 11 sentyabr 2022-ci il tarixdə saat 14.50-də Şirvan Şəhər Polis şöbəsindən çağırış daxil olmuş, çağırış növbətçi həkim Famil Yusifov tərəfindən yerinə yetirilmiş və «miozit» diaqnozu qoyulmuşdur. 12 sentyabr 2022-ci il tarixdə saat 23.36-da təkrarən Şirvan Şəhər Polis şöbəsindən Təqsirləndirilən şəxs adına çağırış daxil olmuş, çağırış yenə də növbətçi həkim Famil Yusifov tərəfindən yerinə yetirilmiş, ona «ağrı sindromu» diaqnozu qoyulmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs döyülərək işgəncəyə məruz qalması faktı üzrə prokurorluq tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın prokuror nəzarəti qaydasında yoxlanılaraq ləğv olunması məsələsinə baxılması, tam, hərtərəfli və obyektiv araşdırması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan Şəhər Prokuroruna rəsmi müraciət edilmiş və məhkəmə-tibbi ekspertizasının 159 saylı rəyini Şirvan Şəhər Prokurorluğuna göndərmişdir. Şirvan Şəhər Prokuroru tərəfindən 21 oktyabr 2022-ci il tarixli «cinayət işinin başlanması haqqında» qərar ləğv olunaraq Təqsirləndirilən şəxs döyülərək işgəncələrə məruz qalması faktı ilə bağlı prokurorluqda yenidən araşdırma başlanılmış, həmin araşdırmanın aparılması təkrarən həmin prokuror köməkçisinə həvalə edilmiş, sonuncu təkrarən iş üzrə səthi araşdırma aparmaqla əlavə olaraq yalnız polis əməkdaşı Taleh Həsənovun izahatının alınması ilə kifayətlənmiş, Təqsirləndirilən şəxs tibbi yardım göstərilməsi ilə bağlı xüsusat ümumiyyətlə araşdırılmamış, X18 stansiyasının həkimi Famil Yusifovun izahatı alınmamış, Təqsirləndirilən şəxs və işgəncə faktının müəyyən edilməsində əsaslı izahatlar verə bilən digər şəxslərin izahatların alınmasına belə təşəbbüs göstərilməmişdir. İstintaq orqanı öz vəzifəsini Cinayət-Prosessual Məcəlləsinin müvafiq tələblərinə uyğun icra etmədən yalnız məhkəmə tərkibi tərəfindən göndərilmiş məhkəmə-tibbi ekspertizasının nəticə hissəsini köçürməklə kifayətlənərək 17 may 2023-cü il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən «toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyi» qənaətinə gələrək təkrarən cinayət işinin başlanması əsassız olaraq rədd edilmişdir. Məhkəmə tərkibi işgəncə faktı ilə bağlı prokuror nəzarəti qaydasında qəbul olunmuş hər iki qərara, o cümlədən alınmış məhkəmə-tibbi ekspertizasının 10 fevral 2023-cü il tarixli 159 saylı rəyinə tənqidi yanaşır. Belə ki, prokurorluq tərəfindən qəbul olunmuş hər iki qərarda faktın öz təsdiqini tapmadığı və «materialda cinayət tərkibi müəyyən edilmədiyi» kimi ziddiyyətli əsaslar qeyd edilərək cinayət işinin başlanmasını rədd etmiş, eləcə də həmin qərarlarda işgəncə faktı üzrə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar yoxlanılmamış, digər şəxslərin izahatları müqayisəli şəkildə təhlil edilməklə qiymətləndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, araşdırma qanuni və əsaslı aparılmamış, istintaq orqanının özü belə iki dəfə araşdırma aparılmasına baxmayaraq həmin fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsində və həqiqətən də belə bir faktın baş verib-verməməsinin aşkar edilməsində israrlı olmamış, bunun nəticəsində Təqsirləndirilən şəxs azadlıq hüququ qanunsuz məhdudlaşdılırlmış və o, əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Hansı ki, 10 sentyabr 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması»nı özündə əks etdirən videoçəkilişdən açıq-aşkar vizual olaraq görünür ki, Təqsirləndirilən şəxs sağ gözünün üst nahiyəsində şişkinlik müşahidə olunur. İstintaq orqanı bu halı araşdırma apararkən nəzərə almamış, ümumiyyətlə bu halın mövcudluğunu yoxlamamışdır. Eyni zamanda, həmin videogörüntüdən açıq-aşkar görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən üzərində müvafiq yazılar olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Həmin zərf iştirakçılar tərəfindən imzalanır, lakin zərfin üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə” sözləri, həmçinin iştirakçıların adları təhqiqatçı tərəfindən şəxsi axtarış zamanı deyil, şəxsi axtarışdan əvvəl yazılması müəyyən edilir. Elə təəsürat yaranır ki, istintaq orqanı sanki Təqsirləndirilən şəxs üzərində məhz bir bükümdə məhz narkotik vasitənin aşkar olunacağından əvvəlcədən məlumatı olmuş, bununla bağlı polis şöbəsində əvvcədən hazırlıq işləri görülmüşdür. İstintaq orqanı Təqsirləndirilən şəxs polis şöbəsinin MSY-ə daxil olmamışdan əvvəl bədəni üzərində hər hansı bir xəsarətlərin olub-olmaması faktının, habelə narkotik vasitənin qablaşdırlıdığı zərfin üzərində olan yazıların nə vaxt və kim tərəfindən icra olunması faktının mövcudluğunu yoxlamamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı işgəncə verilməsi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında 21 oktyabr 2022-ci il tarixli və 17 may 2023-cü il tarixli qərarlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılması olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Məhkəmə-tibbi eskpertizasının 10 fevral 2023-cü il tarixli, 159 nömrəli rəyinə gəlincə isə görünür ki, Təqsirləndirilən şəxs sağ gözüstü nahiyəsində, sol budun arxa səthinin və sol baldırın ön səthinin tünd bənövşəyi rəngli qançırlar təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 3-5 gün əvvəl; qarın nahiyəsinin sol yuxarıyan səthinin yaşıla çalan sarımtıl rəngli qançır təcridxanada baxış keçirildiyi vaxtdan (xx.xx.2022-ci il) təxminən 5-7 gün əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; -tibbi sənədlərdə qeyd olunan «oma nahiyəsinin və sağ budun arxa səthinin yuxarı 1/3-ndə qızartı» müxtəlif mənşə və mexanizmə malik olduğundan, həmçinin xəsarətlərin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara, hematoma və s.) təsvir olunmadığından sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. - Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə(həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.)-həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilməsi mümkündür. Məhkəmə tərkibinin sorğusuna əsasən göndərilmiş Şirvan Şəhər polis şöbəsinin 27 may 2023-cü il tarixli 3-13-11/2-4388/2023 N-li cavab məktubuna əsasən, Şirvan ŞPŞ-nın «MSY-də saxlanılan şəxslərin uçotu kitabı»ndan və «Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı»ndan edilmiş kserosurətlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə Şirvan ŞPŞ-nın müvəqqəti saxlama yerinə daxil olmuş, 11.09.202-ci il tarixdə müvafiq qaydada həkim Famil Yusifov tərəfindən tibbi müayinədən keçirilmiş, müayinə zamanı ona «meozit» diaqnozu qoyulmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 23.36-da Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-də müayinə olunarkən çağırışla şöbəyə gələn həkim Famil Yusifov tərəfindən ona «ağrı sindromu» diaqnozu qoyulmuş, döş qəfəsində ağrıları olduğu üçün Təqsirləndirilən şəxs həkim Famil Yusifon tərəfindən analqin, diklofenat və dimedrol qarışığı ilə ağrıkəsici iynə vurularaq xəstənin müayinəyə ehtiyacının olması barədə xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nın «Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı»ında müvafiq qeydlər aparılmışdır. Bu faktın mövcudluğu məhkəmədə əlavə şahid qismində dindirilmiş Famil Yusifovun ifadəsi ilə təsdiq olunur. Bununla da, məhkəmə istintaqı zamanı mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhz Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən inzibati binada döyülərək işgəncələrə məruz qalması nəticəsində almış olduğu bədən xəsarətlərindən ağrımağa başlamış, ağrıları şiddətləndiyindən məcburiyyət qaydasında olaraq X18 stansiyasından növbətçi həkimi Famil Yusifov polis şöbəsinə çağırılmış, növbətçi həkim Famil Yusifov tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması nəticəsində almış olduğu xəsarətlərin ağrılarının azaldılması üçün müvafiq tibbi yardım göstərilmiş və bu barədə Şirvan ŞPŞ-nın «Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı»ında müvafiq qeydlər aparılmışdır. Şirvan ŞPŞ-nın rəhbərliyi tərəfindən polis əməkdaşlarının Təqsirləndirilən şəxs döyərək işgəncə verməsi faktının gizlədilməsi üçün şöbənin müvafiq qeydiyyatı kitabında onun bədəni üzərində aşar olunan çoxsaylı xəsarətlər barədə müvafiq məlumatlar yazılmamışdır. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı gün xx.xx.2022-ci il tarixdə tibbi müayinədən keçirilmiş, nədənsə ekspertin rəyində onun bədəni üzərində hər hansı bir xəsarətin olmadığı göstərilsə də, lakin xx.xx.2022-ci il tarixdə o, 3 saylı İstintaq Təcridxanasına keçirildəkdən sonra tibbi müayinə zamanı bədəni üzərində çoxsaylı bədən xəsarətləri aşkar edilmişdir. Məhkəmə istintaqına təqdim olunmuş bir-birini təkzib edən rəsmi sənədlər və yuxarıda göstərilən ekspert rəylərini müqayisəli şəkildə təhlil edilib qiymətləndirərək məhkəmə qeyd edir ki, eskpert rəyinin nəticə hissəsində göstərilmiş «Təqsirləndirilən şəxs təcridxanada baxış keçirildiy vaxtdan (xx.xx.2022-ci ildə) təxminən 3-5 gün əvvələ uyğun gəlir» ifadəsi həmin rəyin təsviri əsaslandırıcı hissəsində yazılmamış, bu hal təhlil edilməmiş və ümumiyyətlə xəsarətlərin əmələ gəlmə müddətinin müəyyən edilməsi ilə bağlı hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Bununla bağlı, məhkəmə tərkibi belə qənaətə gəlir ki, xəsarətlərin əmələ gəlmə müddəti ilə bağlı hissədə ekspert rəyi yekdil hesab oluna bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın təsviri əsaslandırıcı hissəsində qeyd olunur ki, məhkəmə-tibbi eskpertin 10 oktyabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz Şirvan şəhər polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələr verməsi, həmin sözləri «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı verdiyi ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu əsasa görə də «şəxsi axtarış və götürmə aparılması» haqqında 10 sentyabr 2022-ci il tarixli protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən izahat verən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində aşkar olunan heroinin özünə məxsus olub-olmaması barədə hər hansı bir fikir irəli sürmür, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını, ona qarşı qeyri-qanuni hərəkətlərin edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yalnız polis şöbəsində təzyiq altında verdiyi izahat və ifadələrində üzərində heroinin olmasını etiraf etməsi həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin ifadəsinin sərbəst olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələrini bu əsasa görə də mötəbər sübut kimi qəbul etmir. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, həmin cinayət işi üzrə istintaq hərəkətləri barəsində onların ifadələrini ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X1rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 18/1004 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş kütlə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2022-ci il tarixli, 6901 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən ittiham aktında bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir («Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» şikayətlərlə bağlı qərarlar). Məhkəmə tərkibi hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 2,096 qram heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21, 42.1.4, 55, 346, 347, 349, 350, 352, 353, 356-358, 384, 385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən-Şirvan şəhər prokurorluğuna göndərilsin, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 2, 096 qram heroin həmin materiala əlavə edilsin. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə məhkəmə məsrəfləri - 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov Neymət Məmmədov Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar