Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-199/2024 05.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 23 avqust 1982-ci ildə İmişli rayonu Əliqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilmiş, İmişli rayonu Əliqulular kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2073,805 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda, yəni 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid əldə edib daşıyaraq yaşadığı İmişli rayonu, Əliqulular kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 11 yanvar 2023-cü il tarixdə saat 18 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs yataq otağındakı pəncərənin qarşısında kağız qutunun içərisindən bir ədəd 3,0 ml-lik şprisin içərisində həcmi 2,5 ml olan maye narkotik məhlulunun tərkibində 0,105 qram çəkidə heroin, üç ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,163 qram, 1,507 qram və 0,815 qram olan narkotik vasitə heroin, güzgülü dolabın qarşısında dəmir qabın içərisindən üç ədəd konvalyut və konvalyut kəsiyində ümumilikdə 20 ədəd ağ-göy rəngli kapsulada 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid, çarpayının üzərindəki döşəyin altından bir ədəd polietilen torbada 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd polietilen torbada 2070 qram çəkidə narkotik vasitə olan heroin, habelə 11 avqust 2023-cü il tarixdə saat 17 radələrində onun İmişli rayonu, Əliqulular kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən təqdim etdiyi 0,215 qram çəkidə narkotik vasitə olan heroin, ümumilikdə külli miqdarda, yəni 2073,805 qram çəkidə narkotik vasitə olan heroin, külli miqdarda, yəni 1160 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 qram çəkidə güclü təsir edən maddə olan tramadol hidroxlorid aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, lakin CM-nin 240.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər fəhləçiliklə məşğul olmuşdur. 11 yanvar 2023-cü il tarixdə axşam saat 16 radələrində evdə olarkən həyətinə təxminən 10 nəfərə yaxın polis əməkdaşları gəlmişlər. Polislər evinə daxil olmuş, onu evdə döymüş, arvadı və uşaqlarını isə ayrı otağa salmışlar. Adını sonradan bildiyi təhqiqatçı Elsevər Əliyev cibindən salfetka kağızının arasında 3 ədəd sellofan bükümlərdə olan heroini çıxarıb ona “bu sənindir” demişdir. Polislər gələndə evində özünün istifadəsi üçün şprisdə doldurub məhlul halına saldığı heroin və 20 ədəd tramadol dərmanı olmuşdur. Yataq otağında döşəyin altından aşkarlanmış bir ədəd sellofan torbada narkotik vasitə marixuana və heroin özünə aid olmamış, polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Onun adını polisə Kamran adlı şəxs vermişdir. Kamrana narkotik satmamış və quzu qarşılığında narkotik verməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, evdən aşkarlanan 20 ədəd tramadolu Kamrandan almış və ağrıkəsici kimi istifadə etmişdir. Kağız qutuda bir ədəd qəhvəyi rəngli olan tramadolu bruselyoz xəstəliyi ilə bağlı müalicə məqsədi ilə qəbul etmişdir. Narkoman yoldaşları ilə telefon danışıqları olub. Heç kimə narkotik satmamışdır. Əvvəllər iki dəfə məhkum olunmuşdur. Heroini damarına iynə vurmaq yolu ilə istifadə etmişdir. Heç kimə narkotik satmamışdır. Əvvəllər metamfetamindən istifadə etmişdir. Evində aşkar olunmuş qurudulmuş marixuana və heroin ona məxsus deyil. Onların kim tərəfindən evinə qoyulmasını bilmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş İmişli RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə İmişli rayonu Əliqulular kənd sakini Seymur adlı şəxsin evində narkotik vasitə heroin və marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və İmişli rayonu Əliqulular kəndinə yollanmışlar. Əliqulular kənd icra nümayəndəsi Şahid7 və İmişli rayonu Yalavac kənd sakin Şahid8 hal şahidliyi ilə evə baxış keçirilmişdir. Seymur ərizə yazaraq evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Evin girişində sağdakı yataq otağında pəncərənin qırağında kağız qutudan bir ədəd şprisdə məhlul halında narkotik vasitəyə oxşar maddə, salfet kağızın arasında üç ədəd sellofan bükümlərdə qəhvəyi rəngdə heroinə oxşar kütlələr, beş ədəd birdəfəlik boş spris, bir ədəd alışqan aşkar edilmiş və götürülmüşdir. Həmin otaqda güzgünün qarşısında olan dəmir qabın içərisindən üç ədəd listdə 20 ədəd 50 ml-ltk tramadol tabletləri aşkar olunaraq götürülmüşdür. Daha sonra isə həmin otaqda olan çarpayının üzərindəki döşəyin altından göy rəngdə sellofan torba, torbanın içərisində toz halında, qəhvəyi rəngdə heroinə oxşar kütlə və göy torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Şahid1 verilən suallara cavab ollaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamış, evində aşkar olunan külli miqdarda narkotik vasitələr ona məxsusdur. Seymura qarşı zor tətbiq olunmamış, onu döyən incidən olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin rəisi, Şahid2, əməliyyat müvəkkilləri- Şahid3, X2 Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə oxşar məzmunlu ifadə verərək aşkar olunan narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olduğunu, onun evinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını, Seymura qarşı zor tətbiq olunmadığını göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü ildə saat 18 radələrində Təqsirləndirilən şəxs evinə polis əməkdaşları tərəfindən keçirilən baxışda hal şahidi kimi iştirak etmişdir. Seymurun iştirakı və razılığı ilə evinə keçirilən baxış zamanı yataq otağında pəncərənin qarşısında olan qutudan bir ədəd şprisdə məhlul halında narkotikə oxşar kütlə və kağız salfetin arasında üç ədəd bükümdə qəhvəyi rəngdə narkotikə oxşar kütlə, beş ədəd boş birdəfəlik şpris, bir ədəd alışqan, dəmir qabın içərisindən 3 ədəd listin arasında 20 (50 ml-lik.) ədəd tramadol dərman preparatları, çarpayının üzərində olan döşəyinin altından göy rəngdə selofan torbanın içərisində qurudulmuş maprixuanaya oxşar kütlə, həmin torbada qəhvəyi rəngli narkotikə oxşar kütlə aşkar olunaraq götürülmudür. Aşkar olunan narkotiklər torbada və kağız paketdə qablaşdırılmışdır. Məhkəmədə Şahid8 ifadəsi elan olunmaqla tədqiq edilmiş o, ifadəsində Elsevər Ağayevin evinə keçirilən baxışda hal şahidi qismində iştirak etdiyini, evdən kulli miqdarda narkotik vasitələr və şprislərdə maye halında heroinə bənzər məhlul aşkar edilərək götürüldüyünü demişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında əri Seymur və uşaqları evdə olarkən polis əməkdaşları evə girmişlər, özünü və uşaqları ayrı otağa salmışlar, oradan çıxmağa qoymamışlar. Polislərdən nə baş verdiyini soruşduqda, Seymurun narkotik satdığını ona bildirmişlər. Seymur isə polis əməkdaşları ilə birgə başqa otaqda baxışda iştirak etmişdir. Seymur narkotik satmadığını polis əməkdaşlarına bildirsə də, ona qulaq asmamışlar və şöbəyə aparmışlar. X6 verilən suallara cavab olaraq bildirmişdir ki, Seymurun narkotik satması barədə məlumatı olmamış, damarına şprislə narkotik vurmasından tutulduqdan sonra öyrənmişdir. Seymurun polislər tərəfindən döyülməsini görməmişdir. Polis əməkdaşları evə baxış üçün icazə almadan evə daxil olmuşlar. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, əvvəllər İmişli RPŞ-də təhqiqatçı vəzifəsində işləmişdir. Hazırda Oğuz rayonunda təhqiqat bölməsinin rəisi vəzifəsində çalışır. İmişli rayonu Əliqulular kənd sakini Təqsirləndirilən şəxs saxlanılarkən şöbənin təhqiqatçısı Səməd Məmmədov iştirak edib protokolu tərtib etmişdir. Özü isə təhqiqatçıya nəzarət etmək üçün Təqsirləndirilən şəxs evində aparılan baxışda iştirak etmişdir. X3 verilən suallara cavab olaraq bildirmişdir ki, Seymurun evində pəncərənin kənarında qutunun içində şpris aşkarlanmış, şprisin içində məhlul olmuşdur. Salfetka kağızının üzərində, içərisində 3 ədəd qəhvəyi rəngli kütlə olan büküm aşkarlanmışdır. Bundan başqa dəmir qabın içərisində sayını dəqiq bilmədiyi tramadol, yataq otağında döşəyin altından sellofan bağlamada çoxsaylı marixuana və heroin aşkarlanmışdır. Seymurun evinə polisə əmkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Onu şöbədə döyən, incidən təhqir edən olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks məhkəmə-bioloji və məhkəməkimyəvi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 18/39-18/40 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan bir ədəd polietilen torbadakı təmiz çəkisi – 1160,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin polietilen torbanın içərisində bir ədəd polietilen torba bağlamada təmiz çəkisi – 2070,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki üç ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri -1,163 qram, 1,507 qram, 0,815 qram, umumi çəkisi -3,485 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd 3,0 ml-lik içərisində 2,5 ml olan maye narkotik vasitə heroin məhluludur, həmin məhluldakı heroinin quru maddəsinin təmiz çəkisi 0, 105 qramdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ümumi çəkisi – 2073,485 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata tədim edilmiş 1 ədəd şprisdəki mayenin tərkibindəki heroin məhlul halına salınarkən tərkibində dəyişiklik yarana bildiyinə görə quru maddə ilə eynilik tədqiqatı aparılmır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 18/892 N-li rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0, 215 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs məxsus bir ədəd polietilen torbada və dörd ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş bir ədəd şprisdəki mayenin tərkibindəki heroin məhlul halına salınarkən tərkibində dəyişiklik yarana bildiyinə görə quru halda olan maddələr ilə eynilik tədqiqatı aparılmır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli 6/935 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nairliyi zərflər üçün №179” dairəvi möhür əksi olan “ Təqsirləndirilən şəxs məxsus yaşayış evindən...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə üzərində “Tramadol 50” göstəricisi olan 3 ədəd konvalyut və konvalyut kəsiyində ümumilikdə 20 ədəd ağ-göy rəngli kapsulada üzərindəki göstəriciyə əsasən tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1 qram təşkil edir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli, 1781 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Baxış keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, İmişli rayonu Əlqulular kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağında pəncərənin qarşısında olan qutuda bir ədəd şprisdə məhlul halda narkotik vasitəyə bənzər kütlə və kağız salfetin arasında üç ədəd bükümdə qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə, beş ədəd boş birdəfəlik şprislər, bir ədəd alışqan aşkar edilmişdir. Daha sonra həmin otaqda dəmir qabın içərisindən üç kapsula 20 (50 mllik) ədəd tramadol dərman preparatları, bir ədəd qəhvəyi rəngli dərman peraparatı, yataq çarpayısının döşəyinin altından göy rəngli sellofan torbanın içərisində qurudulmuş marixuanaya bənzər kütlə, həmin torbada olan ağ rəngli şəffaf selofan torbada spesfik iyli, qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən aparılan danışıqları, sms mətnləri və anten məlumatlarına dair "xxxx" MMC-dən götürülmüş disklə müəyyən olunur ki, qeyd olunan nömrə ilə İmişli şəhəri, P.Həsənov küçəsi, ev 43-də qeydiyyatda olan X7 adına qeydə alınmış ***-***-**-** nömrəli, İmişli şəhəri, N.Ocaqov küçəsi 5 nömrəli evdə qeydiyyatda olan və yaşayan X4 adına qeydə alınmış ***-***-**-** nömrəli, İmişli şəhəri, H.Əliyev prospekti ev 101-də qeydiyyatda olan və yaşayan X8 adına qeydə alınmış 051- 331-01-50 nömrəli, İmişli rayonu, Muradallı kəndində qeydiyyatda olan və yaşayan X5 adına qeydə alınmış ***-***-**-** nömrəli, Bakı şəhəri, R.Rəhimov küçəsi, ev 15, mən. 211-də qeydiyyatda olan və yaşayan X9 adına qeydə alınmış 050- 558-87-04 nömrəli, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 27, ev 19, mənzil 68-də qeydiyatda olan X10 adına qeydə alınmış ***-***-**-** nömrəli, habelə "xxxx" MMC-yə aid ***-***-**-** və ***-***-**-** aid nömrəli telefonlar arasında zənglər və narkotk vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar yazışmalar qeydə alınmışdır. Bundan başqa, X1 adına qeydə alınmış ***-***-**-** nömrəli mobil telefondan təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 19 dekabr 2022-ci il tarixdən başlayaraq 11 yanvar 2023-cü il tarixədək çoxsaylı zənglər daxil olmuşdur. Belə ki, ilk zəng ***-***-**-** nömrəli telefondan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona xx.xx.2022-ci ildə saat 10:28:06-da, digərləri isə həmin gün saat 11:45:56-da, saat 12:02:00-da, saat 12:59:58-də, saat 13:21:00-da, saat 14:51:56-da, saat 18:43:33-də, saat 19:24:51-də, saat 19:26:27-də, saat 19:39:28-də, saat 19:51:12-də qeydə alınmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** nömrəli telefondan K.Qulusoyun istifadəsində olan 051 ***-**-** nömrəli telefona 19 dekabr 2022-ci ildə saat 12:13:18-də, saat 12:40:06-da və 22:32:38-də zənglər qeydə alınmışdır. Bundan sonrakı tarixlərdə də Kamran Qulusoyun 051 ***-**-** nömrəsindən Təqsirləndirilən şəxs 050 668-25-67-nə çoxsaylı qarşılıqlı telefon zəngləri olunmuş və danışıqlar qeydə alınmışdir. Belə ki, ***-***-**-** mobil telefon nömrəsindən Kamran Qulusoyun ***-***-**-** nömrəsinə xx.xx.2022-ci ildə 6 dəfə, xx.xx.2022-ci ildə 6 dəfə, xx.xx.2022-ci ildə 11 dəfə, xx.xx.2022-ci ildə 11 dəfə, xx.xx.2022-ci ildə 3 dəfə, xx.xx.2022-ci ildə 16 dəfə, xx.xx.2022-ci ildə 12 dəfə, xx.xx.2022-ci ildə 15 dəfə, xx.xx.2022-ci ildə 15 dəfə, xx.xx.2022-ci ildə 19 dəfə, xx.xx.2022-ci ildə 8 dəfə, xx.xx.2022-ci ildə 14 dəfə, xx.xx.2023-cü ildə 4 dəfə, xx.xx.2023-cü ildə 4 dəfə, xx.xx.2023-cü ildə 7 dəfə, xx.xx.2023-cü ildə 5 dəfə, xx.xx.2023-cü ildə 1 dəfə, xx.xx.2023cü ildə 9 dəfə, xx.xx.2023-cü ildə 10 dəfə, xx.xx.2023-cü ildə 5 dəfə, xx.xx.2023-cü ildə 7 dəfə qarşılıqlı zənglər qeydə alınmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 06:33:02-də 50-391-48-97 nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Semur tay lazim olmadi özüm tapib verdım amanati kötürəndə verərsən ona 150 ınanmadun aladaram sənı” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 07:04:15-də 50-391-48-97 nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Nərahat olma 5 dənə vermışəm ondadi kətırıb verəcək özün əlaqə saxla nömrəsın verdım sənə ********** adi xalıd əlaqə saxla elə bıldün aladiram sənı elə bılırsən buraxmişam özümı 50 m ataram sənə” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 13:54:31də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 50-391-48-97 nömrəsinə “Başa duşmedim”, saat 13:56:26-də “Ne olub cavab ver pulu vurum”, saat “13:58:30-da “O adama zenğ catmır” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 21:30:15-də 55-249-48-58 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “4098 5844 6034 4235 Leobank axirdan 8 reqemini yiq yuklə tezol biraz” məzmunlu; xx.xx.2022-ci il il tarixdə saat 11:27:32-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 55-249-48-58 nömrəsinə “Cavab ver narahatam” məzmunlu; xx.xx.2022-ci il il tarixdə saat 14:58:39-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 51-390-69-89 nömrəsinə “Ebanın adınan isdifade eledin”, saat 15:00:47-də “Ebi olmaz meni tanıyarsan”, saat 15:17:15-də “Cavab ver yada oranın bratvasını yığacam” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 15:49:44-də 50-391-48-97 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Semur pulu at bu karta **********819641 nəsırlı taleh röövşən oğli”, saat 15:54:39-də “Yarxşısan narahatam” məzmunlu; xx.xx.2022-ci il il tarixdə saat 16:58:50-də 50-391-48-97 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Qaqaş yiğiram elə onun üsündə ışləyırəm” məzmunlu; xx.xx.2022-ci ildə saat 17:39:04-də 55-249-48-58 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “4169 7385 0224 2542 kapital bank, İmkan varsa biraz cox vur birdə qaqataksi pulunuda verersenha” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 20:35:19-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 50-391-48-97 nömrəsinə “İşim var telefonu ac”, saat 20:37:43-də “Duzelmirse işimizi bilek”, saat 20:39:51-də “Aldadıblarsa canın sag olsun”, saat 20:41:26-də “Pulada narahat olma” məzmunlu; xx.xx.2022-ci il il tarixdə saat 23:57:20-də 50-391-48-97 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Semur dünən mənı yuxu tutdu qaldi bu kündə onun telfoni bağlidi dosarna demışəm bır xəbər desın yiğacam” məzmunlu; xx.xx.2022-ci il il tarixdə saat 00:06:29-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 50-391-48-97 nömrəsinə “Başka temadı tez ac vacibdi”, saat 00:07:50-də “Sonra ğeç olaçaq senin bir kelmen lazımdı” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 10:31:42-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 50-391-48-97 nömrəsinə “Hecne başadüşmedim”, saat 12:07:04-də “Şükür indi zenğ vurdu birezden ğelecek”, saat 12:53:03-də “Catdı” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 12:44:03-də 55-249-48-58 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Maliş mənə yiq işimvari götuŕ seninlə vacibdi” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 16:06:19-də 55-249-48-58 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Seymur necədi yoxladin dermani”, saat 16:08:16-də “Necədi mənə denən necə saxlayir mənə bir xəbər deginən göturmək isdeyirəm” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 20:30:23-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 55-234-54-53 nömrəsinə “QAQA MENEM ELVİNDİ YARİ KOLA LAZİMDİ 5DE PATİDİ 25manat pul var” məzmunlu; xx.xx.2022-ci il tarixdə saat 10:36:09-də 51-331-01-50 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Telefon tapıb zank eliya bilmirsan?” məzmunlu; xx/xx/2022-ci ildə saat 20:43:00-də 51- 307-34-76 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Qardas menem surxay vaxdin olan kimi mene elaqe saxla” məzmunlu ismarıclar göndərilmiş; xx.xx.2022-ci ildə saat 22:11:16-də Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsindən 50-339-50-60 nömrəsinə “**********988827” bank hesab kart nömrəsi atılmış; xx.xx.2023-ci ildə saat 13:34:02-də 50-558-87-04 nömrəsindən Təqsirləndirilən şəxs 50-668-25-67 nömrəsinə “Seymur niyə belə eliyirsən mənim pulumu vur kartima oyun oynama menimnen başım xarab olub”, həmin gün saat 13:49:30-da “Sennen bizim söhbətimiz oldu özün dedun xəstə olsa pul gayidacag. Sən mənim başıma nə oyun gətirirsən siçan pişik oynayırsan mənnən gəl yaxsilignan gutarag bu söhbəti pulu çatdır” məzmunlu ismarıclər göndərilmişdir. İşdə olan “İmişli rayon mərkəzi xəstəxanası” X18 29 aprel 2023-cü il tarixli məktubundan görünür ki, İmişli rayon Əliqulular kənd sakini, xx.xx.1982-ci il təvəllüdlü, Ağayev X11 RMX-nın PHŞ-nin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. İşdə olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 5-ci bəndinə əsasən ekspertiza tədqiqatından sonra qalıq çəkisi olan 2073,085 qram narkotik vasitə heroin, 1159,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin bir ədəd 3 ml-lik şprisdə 2,0 ml olan maye halda olan narkotik vasitə olan heroin məhlulu, (1 ədəd torbada qablaşdırılmış möhürlənmiş vəziyyətdə) 1 qram çəkidə 18 ədəd tramadol kapsulları (1 ədəd zərfdə qablaşdırılmış möhürlənmiş vəziyyətdə) maddi sübut kimi tanınmış saxlanılması üçün İmişli RPŞ-yə təhvil verilmiş, maddi sübut olan "xxxx" MMCdən daxil olmuş 01 ədəd disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman evində aşkar olunan külli miqdarda heroinin və qurudulmuş marixuananın ona məxsus olmadığını, evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyünü, ona yalnız evində aşkar olunan şprisdə heroin məhlulu və 20 ədəd tramadol məxsus olduğunu, heç kimə narkotik satmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə narkotik vasitənin evə polis əməkdaşları və ya digər şəxslər tərəfindən qoyulması təsdiq olunmur. Eyni zamanda, işdə olan məhkəmə kimyəvi ekspertizasının rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş külli miqdar 2073,485 qram narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən aparılan danışıqlar, sms mətnlər və anten məlumatlarına dair "xxxx" MMC-dən götürülmüş disklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs müxtəlif nömrəli telefonlarla digər şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar danışıqlar aparılmışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən istintaq başa çatanadək şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş “evə baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, narkotik vasitələrin Təqsirləndirilən şəxs evinə, cibinə qoyulması, polis əməkdaşları tərəfindən döyülməsi, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, üzləşdirmə protokollarını, telefon danışıqlarına dair SMSlərini, eskpertizanın rəylərini, “baxış keçirilməsi” haqqında protokolu və tədqiq edilmiş digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və evinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs evində külli miqdarda narkotik vasitələrin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən (xx.xx.2023-cü il tarixədək qüvvədə olan Siyahı nəzərdə tutulur) beynəlxalq adı olan heroin və qurudulmuş marixuana narkotik vasitəllər, tramadol isə güclü təsir edən maddədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuanann 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2023-cü ildə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində İmişli Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 yanvar 2023-cü ildən hesablanmışdır. 11 avqust 2023-cü ildə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. 31 oktyabr 2023-cü ildə məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri əvəz edilmişdir. İş materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, İmişli rayonu Əliqulular kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2010-cu il təvəllüdlü oğlu Hüseyn Ağayevdən və xx.xx.2012-ci il təvəllüdlü Xədicə Ağayevadan ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Ağayev X12 rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Daha sonra o, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır”, CM-nin 240.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 234.4.3-cü maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddənin sanksiyasında üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona həmin maddələrdə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təyin olunmuş cəzanın əvvəli 31 oktyabr 2023-cü ildən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-də saxlanılan 2073,085 qram narkotik vasitə olan heroin, 1159,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin bir ədəd 3 ml-lik şprisdə 2,0 ml olan maye halda olan narkotik vasitə olan heroin məhlulu, (1 ədəd torbada qablaşdırılmış möhürlənmiş vəziyyətdə) 1 qram çəkidə 18 ədəd tramadol kapsulları (1 ədəd zərfdə qablaşdırılmış möhürlənmiş vəziyyətdə) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 196 (yüz doxsan altı) manat 43 (qırx üç) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət ona təyin olunmuş 09 (doqquz) il azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-də saxlanılan 2073,085 qram narkotik vasitə olan heroin, 1159,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin bir ədəd 3 ml-lik şprisdə 2,0 ml olan maye halda olan narkotik vasitə olan heroin məhlulu, (1 ədəd torbada qablaşdırılmış möhürlənmiş vəziyyətdə) 1 qram çəkidə 18 ədəd tramadol kapsulları (1 ədəd zərfdə qablaşdırılmış möhürlənmiş vəziyyətdə) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 196 (yüz doxsan altı) manat 43 (qırx üç) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-199/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-199/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver