Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-199/2025 18.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varisləri – X11, X8, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.N008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 18N.N.N-ci maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.N014-cü il tarixli Qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş və ya götürülmüş, hazırda məhkumluğu olmayan şəxs kimi tanınan, Zəngilan rayonunun Mincivan qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi, R.Hüseynov küçəsi, ev 16da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 06 sentyabr N0N4-cü il tarixdə, saat N0 radələrində idarə etdiyi Chevrolet Malibu minik markalı 99UL574 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt- Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsinin 18-ci kilometrliyində Ələt qəsəbəsi istiqamətində 105 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyinini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə yolun sağ kənarında dayanmış avtomobili nəzərə alaraq hərəkətin təhlükəsizliyinini təmin edən lazımi yan məsafə saxlamalı, hərəkətin təhlükəsizliyinini təmin edib keçib getməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «XNN» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, nasazlıq səbəbindən sürücü Həşim-zadə Əlihüseyn Kamal oğlu tərəfindən yolun sağ kənarında dayandırılmış VAZ N106 minik markalı 99SP987 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən VAZ N106 minik markalı avtomobil yolun sağ kənarına aşmış, nəticədə ehtiyatsızlıqdan VAZ N106 minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ tərəf çənə şaxəsinin yerdəyişmiş sınığı xəsarəti yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxsN sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol baldır sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerini dəyişən sınığı və sol ayaqaltında əzilmiş-cırılmış yaralar xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, iki şəxsin, yəni X1 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin mədəsinə qansızmalar, beyinəsası sümüyün, çanaq və baldır sümüklərinin sınıqları və çoxsaylı sıyrıqlar xəsarətlərini yetirməklə ölümünə və VAZ N106 minik markalı avtomobilin sürücüsü X3 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran dalağın və yoğun bağırsağın cırılması, sağ tərəfli qabırğaların çoxsaylı sınıqları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.3cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 06 sentyabr N0N4-cü il tarixində döyüş yoldaşı Şahid xahişi ilə onunla birlikdə Lənkəran rayonuna gedib, yeni aldığı avtomobilin sənədləşmə işlərini görərək geri qayıtmağa razılaşıb. Həmin gün, saat 13:00 radələrində Mətləbin aldığı “Chevrolet Malibu” markalı minik avtomobili ilə Bakı şəhərindən Lənkəran rayonuna yola düşüblər. Lənkəran rayonunda avtomobilin sənədləşmə işlərini yekunlaşdırdıqdan sonra elə həmin gün geri, Bakı şəhərinə qayıtmaq üçün yola çıxıblar. Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisində, Salyan stasionar postunu keçdikdən sonra, iki zolaqlı yolun sol zolağı ilə təxminən 105 km/saat sürətlə Ələt qəsəbəsi istiqamətində hərəkət edərkən, arxadan gələn bir minik avtomobilinin uzaq görmə işıqlarını yandırıb-söndürməklə yol verməsini istədiyini görüb. Bu səbəbdən sağa dönmə işığını qoşaraq sağ zolağa keçib və həmin vaxt yolun sağ zolağında işıqları sönülü və dayanmış vəziyyətdə olan “VAZ-N106” markalı minik avtomobilini görüb. Həmin avtomobillə toqquşmamaq üçün sükanı sola burub, lakin idarə etdiyi avtomobilin qabaq sağ künc hissəsi “VAZ-N106” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşub. Toqquşmadan sonra avtomobil bir qədər irəliləyərək yolun sol zolağında dayanıb. Hadisə nəticəsində özü xəsarət alsa da, Mətləb hər hansı bir xəsarət almayıb. Dərhal avtomobildən düşərək yolun sağ kənarında sağ yanı üstə qalmış “VAZ-N106” markalı avtomobilə yaxınlaşıb, onu təkərləri üstə qaldıraraq içərisində olan sürücü və sərnişinlərə köməklik göstərib, onları avtomobildən çıxarıb. Zərərçəkənlərin ciddi xəsarət aldığını görərək TTY stansiyasına və DİN-in “10N” xidmətinə zəng edərək məlumat verdiyini bildirib. Hadisə yerində qalıb polis əməkdaşlarına baş vermiş hadisə ilə bağlı məlumat verdikdən sonra TTY avtomobili ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada ona bildirilib ki, hadisə nəticəsində Həşimzadə Kamran vəfat edib. Həmin gecə isə “VAZ-N106” markalı avtomobilin sürücüsü Həşimzadə Əlihüseyn aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, idarə etdiyi avtomobil onun dostu və döyüş yoldaşı Şahid məxsus olmuşdur, Mətləb yeni sürücü olduğundan xahiş etmişdir ki, avtomobili o idarə etsin. Həmçinin, qeyd etmişdir ki, o, 44 gün sürən Vətən Müharibəsində (İİ Qarabağ Müharibəsi) iştirak etmişdir, “Vətən müharibəsi iştirakçısı” medalı almışdır, veterandır, bu barədə vəsiqəsi mövcuddur. Bəzən usta kimi fəaliyyət göstərir, zərərçəkmiş şəxslərlə, eləcə də vəfat edən şəxslərin hüquqi varisləri ilə barışmış, onlara vurulmuş ziyanı ödəmişdir.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmə iclaslarına dəfələrlə çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarına gəlməmiş, xx.xx.N0N5-ci il tarixli teleqramla, xx.xx.N0N5-ci il tarixli və xx.xx.N0N5-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, iddiasının, tələbinin olmadığını, onunla barışdığını, dəymiş ziyanın tamamilə ödənildiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən məhkəmə istintaqı zamanı onun ibtidai istintaqa zərər çəkmiş şəxs qismində verdiyi və cild 1, i.v. 96-98-də olan ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, səhər saatlarında özü, arvadı Zərərçəkmiş şəxsN, qızı Mədinə, Mədinənin əri Kamran və N0N4-cü il təvəllüdlü oğlu Əli ilə birlikdə qudası Əlihüseyn Həşim-zadənin idarə etdiyi VAZ-N106 markalı 99SP937 nömrəli avtomobillə Bakı şəhərindən Neftçala rayonuna—öz evlərinə gediblər. Elə həmin gün, axşam saat 19:00 radələrində Neftçala rayonundan Bakı şəhəri istiqamətinə yola düşüblər. Maşını qudası Əlihüseyn Həşim-zadə idarə edirmiş, Azər özü qabaq sağ oturacaqda, Kamran arxa sol oturacaqda, onun yanında arvadı Dilbər, arxa sağ oturacaqda isə Mədinə qucağında Əli ilə birlikdə oturmuşlar. Salyan şəhərindən Ələt-Astara-İran sərhədi yoluna çıxmaqla Bakı şəhəri istiqamətinə hərəkətdə olduqları zaman avtomobilin mühərrik hissəsində nasazlıq yaranmış, Əlihüseyn Həşim-zadə avtomobili saxlamış, mühərrik qızdırdığı üçün mühərrikə su tökmüş və bir qədər dayandıqdan sonra yolu davam etmişlər. Daha sonra bu hal iki dəfə də təkrar olunmuşdur. Saat N0 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsi ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olduqları vaxt avtomobil yenidən qızdırdığı üçün Əlihüseyn avtomobili yolun sağ kənarına çıxarıb saxlamışdır. O və Əlihüseyn avtomobildən düşüb avtomobilin mühərrikinə su tökmüşlər və bir qədər dayandıqdan sonra hər ikisi avtomobilə əyləşmişlər. Əlihüseyn avtomobili işə salmaq istədiyi zaman avtomobilin arxa hissəsinə güclü zərbə dəymişdir. Zərbənin təsirindən avtomobil yolun sağ kənarına çıxaraq bir neçə dəfə aşıb sağ yanı üstə dayanmışdır. O, hadisə nəticəsində xəsarət alaraq avtomobilin salonunda sıxılıb qalmışdır. Qızı Mədinə ona kömək edib onu avtomobildən çıxartmışdır, o, ətrafına baxdıqda görmüşdür ki, arvadı Dilbər və kürəkəni Kamran da avtomobildən çıxıb uzanıqlı vəziyyətdədirlər. Mədinə ilə birlikdə avtomobildə sıxılıb qalmış qudası Əlihüseyn Həşim-zadəni də çıxartmaq istəmiş, amma aldığı xəsarətlər səbəbindən huşunu itirib yerə yıxılmışdır. Hadisədən 3 gün sonra ayıldıqda Salyan rayon Mərkəzi Xəstəxanasında olduğunu bilmişdir. Hadisə nəticəsində çənə sümüyü və dişləri sınıbmış. Sonradan kürəkəni Kamranın və qudası Əlihüseyn Həşim-zadənin öldüyünü bilmişdir. Ona sonradan o da məlum olmuşdur ki, onları vuran «Chevrolet Malibu» minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olub.
7. Məhkəmə iclaslarına dəfələrlə çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.N0N5-ci il tarixli teleqramla, xx.xx.N0N5-ci il tarixli və xx.xx.N0N5-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, iddiasının, tələbinin olmadığını, onunla barışdığını, dəymiş ziyanın tamamilə ödənildiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN məhkəmədə iştirak etmədiyindən məhkəmə istintaqı zamanı onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində verdiyi və cild 1, i.v. 107-109-da olan ifadəsində bildirmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, axşam saat N0 radələrində Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsi ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olduqları zaman avtomobil yenidən qızdırdığı üçün Əlihüseyn avtomobili yolun sağ kənarına çıxarıb saxlamışdır. Azər və Əlihüseyn avtomobildən düşüb mühərrikə su tökmüşlər və bir qədər dayandıqdan sonra avtomobilə əyləşmişlər. Əlihüseyn avtomobili işə salmaq istədiyi vaxt avtomobilin arxa hissəsinə güclü zərbə dəymiş, zərbənin təsirindən avtomobil yolun sağ kənarına çıxaraq bir neçə dəfə aşıb sağ yanı üstə dayanmışdır. O, hadisə nəticəsində xəsarət alaraq avtomobilin salonunda sıxılıb qalmışdır. Qızı Mədinə köməklik edib onu avtomobildən çıxartmışdır. Sol ayağı sındığı üçün avtomobilin yanında uzanmış, sonra Mədinə digər sərnişinlərə də avtomobildən çıxmaq üçün kömək etmişdir. Hadisə şahidləri XN5 stansiyasına məlumat vermişlər, bir qədər sonra hadisə yerinə XN5 avtomobili və polis əməkdaşları gəlib onları Salyan rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, kürəkəni Kamran aldığı xəsarətlərdən hadisə yerində, qudası Əlihüseyn Həşim-zadə isə Salyan rayon Mərkəzi Xəstəxanasında ölmüşlər. Sonradan o da məlum olmuşdur ki, onları vuran «Chevrolet Malibu» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur.
8. Məhkəmə iclaslarına dəfələrlə çağırılmış ölmüş zərər çəkmiş şəxs Həşim-zadə Kamran Əlihüseyn oğlunun hüquqi varisi Həşim-zadə Mədinə Azər qızı məhkəmə iclaslarına gəlməmiş və xx.xx.N0N5-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin olmadığını, onunla barışdığını, gələcək məhkəmə iclaslarında da iştirak etməyəcəyini bildirmişdir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Həşim-zadə Mədinə Azər qızı məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə istintaqı zamanı onun ibtidai istintaqa şahid qismində verdiyi və cild 1, i.v. 38- 40-da olan ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Həşim-zadə Mədinə Azər qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, saat N0 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisindən keçən hissəsi ilə Ələt qəsəbəsi istiqamətinə hərəkətdə olmuşlar və bu zaman içərisində olduqları avtomobil yenidən qızdırdığı üçün X10-zadə avtomobili yolun sağ kənarına çəkib saxlamışdır. Atası Azər və Əlihüseyn avtomobildən düşüb avtomobilin mühərrikinə su tökmüşlər və bir qədər sonra avtomobilə oturub onu işə salmaq istədiyi zaman avtomobilin arxa hissəsinə güclü zərbə dəymişdir. Zərbənin təsirindən avtomobil yolun sağ kənarına çıxaraq bir neçə dəfə aşmış və sağ yanı üstə dayanmışdır. Hadisə nəticəsində özü və oğlu Əli heç bir xəsarət almamış, avtomobildə olan digər adamlar isə xəsarət alıb avtomobilin salonunda sıxılıb qalmışlar. Özü və anası avtomobildən çıxıb digər sərnişinlərə də köməklik edib onları avtomobilin salonundan çıxarmışlar. Hadisə nəticəsində Kamran, Əlihüseyn, Azər ağır bədən xəsarətləri almışlar. Hadisə şahidləri TTY stansiyasına məlumat vermişlər. Az sonra hadisə yerinə polis əməkdaşları və TTY avtomobilləri gələrək onları Salyan rayon MX-na aparmışlar. Xəstəxanada olduğu zaman ona məlum olmuşdur ki, əri Kamran aldığı xəsarətlərdən elə hadisə yerindəcə ölmüşdür. X10-zadə isə aldığı xəsarətlərdən həmin gecə Salyan rayon MX-da ölmüşdür. Sonradan məlum olmuşdur ki, onları vuran «Chevrolet Malibu» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur.
9. Məhkəmə iclaslarına dəfələrlə çağırılmış ölmüş zərər çəkmiş şəxs Həşim-zadə Əlihüseyn Kamal oğlunun hüquqi varisi Həşim-zadə Xalidə Vaqif qızı məhkəmə iclaslarına gəlməmiş və xx.xx.N0N5-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin olmadığını, onunla barışdığını, gələcək məhkəmə iclaslarında da iştirak etməyəcəyini bildirmişdir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Həşim-zadə Xalidə Vaqif qızı məhkəmə iclaslarında iştirak etmədiyindən məhkəmə istintaqı zamanı onun ibtidai istintaqa şahid qismində verdiyi və cild 1, i.v. 51- 5N-də olan ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi Həşim-zadə Xalidə Vaqif qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, səhər saatlarında əri Əlihüseyn Həşimzadə idarə etdiyi VAZ-N106 minik markalı 99SP937 dövlət qeydiyyat nişanlı avtomobillə oğlu Kamran, gəlini Mədinə, N0N4-cü il təvəllüdlü nəvəsi Əli, qudaları Azər və Zərərçəkmiş şəxsN ilə birlikdə Bakı şəhərindən Neftçala rayonuna qonaq getmişlər. Həmin gün saat N1 radələrində qohumları ona zəng edərək bildirmişlər ki, əri Əlihüseyn Həşim-zadə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə qayıdarkən Salyan rayonu ərazisində qəzaya düşüblər və xəsarət aldıqları üçün onları Salyan rayon MX-yə aparıblar. Bu səbəbdən qohumları Salyan rayonuna gedib oradan ona bildirmişlər ki, hadisə nəticəsində oğlu Kamran aldığı xəsarətlərdən hadisə yerində ölmüş, digərləri isə ağır bədən xəsarətləri almışdır. Gecə saat 05 radələrində isə Əlihüseyn Həşim-zadə xəstəxanada ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, əri Əlihüseyn Həşim-zadə idarə etdiyi «VAZ-N106» minik markalı 99SP937 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə qayıdarkən Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində avtomobilin mühərrik hissəsində nasazlıq yarandığı üçün avtomobili yolun kənarında saxlamış, avtomobilə su töküb işə salmaq istədiyi vaxt arxadan Chevrolet Malibu minik markalı avtomobillə hərəkətdə olan Təqsirləndirilən şəxs onun avtomobilini vurmuşdur. Zərbənin təsirindən avtomobil yoldan çıxaraq aşmış, oğlu Kamran hadisə yerində, əri Əlihüseyn isə xəstəxanada ölmüşdür, digərləri isə xəsarət almışlar.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsla birlikdə Vətən müharibəsində iştirak etmişdir, Təqsirləndirilən şəxs xahiş edib ki, onunla birlikdə Lənkəran rayonuna gedərək yeni aldığı avtomobilin sənədləşmə işlərində köməklik etsin və daha sonra geri qayıtsınlar. Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malik olsa da, avtomobil idarə etməkdə təcrübəsinin az olduğunu, məhz bu səbəbdən Təqsirləndirilən şəxs xahiş etdiyini qeyd edib. Həmin gün, saat 13 radələrində Təqsirləndirilən şəxs yeni alınmış “Chevrolet Malibu” markalı avtomobili idarə edərək onunla birlikdə Bakı şəhərindən Lənkəran rayonuna yola düşüb. Lənkəran rayonunda avtomobilin sənədləşmə işlərini tamamladıqdan sonra, elə həmin gün Bakı şəhərinə qayıtmaq üçün yola düşüblər. Avtomobili Təqsirləndirilən şəxs idarə edib, ozü isə qabaq sağ oturacaqda əyləşib. O, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu bildirib. Ələt-Astara-İran sərhədi avtomobil yolunun, Salyan rayonu ərazisindən keçən hissəsində, iki zolaqlı yolun sol zolağı ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən, arxadan gələn bir minik avtomobili uzaq görmə işıqlarını yandırıb-söndürməklə yol istəyib. Bu səbəbdən Təqsirləndirilən şəxs avtomobili sağ zolağa çıxarıb. Bu zaman avtomobilin qabaq sağ künc hissəsi, yolun sağ kənarında dayanmış vəziyyətdə olan “VAZ-N106” markalı minik avtomobilinin arxa sol hissəsi ilə toqquşub və güclü səs eşidilib. Hadisə nəticəsində o xəsarət almamış, lakin Natiq müəyyən xəsarətlər almışdır. Daha sonra onlar, “VAZ-N106” markalı avtomobildə olan şəxslərə köməklik etmişlər. Təqsirləndirilən şəxs TTY stansiyasına və DİN-in “10N” xidmətinə zəng edərək məlumat vermişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin, habelə ifadələri elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxslərin və zərər çəkmiş şəxslərin hüquqi varislərinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 sentyabr N0N4cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonrakı mətndə CM) N63.3-cü maddəsi ilə YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Elşad Əmirov tərəfindən ********* nömrəli cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
13. DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun xx.xx.N0N4-cü il tarixli “Raport”undan görünür ki, 06 sentyabr N0N4-cü ildə, saat N0 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 18-ci kilometrliyində Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, R.Hüseynov küçəsi, ev 16-da yaşayan xx.xx.1986-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet Malibu minik markalı 99UL574 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşı eyni istiqamətdə yolun kənarında dayanmış vəziyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Tusi küçəsi, ev 15-də yaşayan xx.xx.1966-cı il təvəllüdlü, Həşim-zadə Əlihüseyn Kamal oğlunun idarə etdiyi VAZ-N106 minik markalı 99SP987 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə VAZ-N106 minik markalı avtomobildə olan sərnişin xx.xx.1994-cü il təvəllüdlü Həşim-zadə Kamal Əlihüseyn oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü Həşim-zadə Əlihüseyn Kamal oğlu və avtomobildə olan digər sərnişin Neftçala rayonu, Aşağı Surra kəndində yaşayan 1978-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 xəsarət alaraq Salyan RMX-yə daxil olmuşlar. Məlumatın qeydiyyata alınaraq araşdırılmasına icazə verilməsi xahiş edilmişdir. (c İ, i.v 4)
14. «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 06 sentyabr N0N4-cü il tarixli protokol, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Ələt-Astara-İran sərhəddi yolunun 18-ci kilometrliyidir. Baxış qaranlıq havada, Astara-Ələt istiqamətində keçirilmişdir. Hadisənin növü toqquşmadır. Yolun hərəkət hissəsi üfuqi, düz, asfalt-beton örtüklü və quru olmuşdur. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 10 metr, işlək hissəsinin eni 7 metr, ehtiyat hissəsinin eni 0,5 metr, hərəkət zolaqlarının sayı N və ehtiyat hissəsinin səki eni N,5 metrdir. Yolun işlək hissəsində aşkar edilmiş nişan xətləri hər iki tərəfdən bütöv sarı xətlə məhdudlaşmaqla ağ qırıq-qırıq xətlərlə iki eyni istiqamətli bərabər hərəkət zolaqlarına ayrılır. İşlək hissəyə sağdan və soldan ehtiyat hissə birləşir. Ehtiyat hissədən sonra sağdan çöllük, soldan metal çəpərdir. Hadisə yerinin koordinatları YPX inspektoru, polis baş serjantı X1N tərəfindən verilmişdir. Hadisə yerində hərəkət nizamlanmayan, yol nişanları zonasında isə avtomobillərin hərəkət sürəti 110 km/saatdır. Yol gecə digər işıq mənbələri vasitəsilə işıqlandırılır. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti VAZ-N106 minik markalı **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Ələt qəsəbəsi istiqamətində, yolun sağ kənarında əzilmiş, dağılmış vəziyyətdə, yolun sağ kənarından bir neçə metr məsafədə çəpəki dayanmışdır. Chevrolet Malibu minik markalı 99UL574 dövlət qeydiyyat nişanlı avtomobil qabaq sağ hissəsi əzilmiş, “bufer”i qopmuş vəziyyətdə yolun sağ kənarında dayanmışdır. Toqquşma yeri yolun sağ kənar xəttindən 0,5 metr ehtiyat hissəyə doğru məsafədədir. Şinlərin və tormozlama izləri aşkar olunmamışdır. Toqquşma yerinin ətrafında hər iki avtomobilə məxsus şüşə, plasmas və dəmir qırıntıları aşkar edilmişdir. Baxış zamanı hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış saat N0:10-da başlanmış, saat N1:30-da bitmişdir. (c.İ. i.v. 5-11)
15. «Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 11 sentyabr N0N4-cü il tarixli qərardan görünür ki, Həşim-zadə Kamran Əlihüseyn oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, onun ölməsi ilə əlaqədar arvadı Həşim-zadə Mədinə Azər qızı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, i.v. 31)
16. «Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 11 sentyabr N0N4-cü il tarixli qərardan görünür ki, Həşim-zadə Əlihüseyn Kamal oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, onun ölməsi ilə əlaqədar arvadı Həşim-zadə Xalidə Vaqif qızı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, i.v. 44)
17. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.N008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 18N.N.N-ci maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.N014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən xx.xx.N0N4-cü il tarixdə həbs olunmuş, barəsində Azərbaycan Respublikası CM-in 1N8-ci maddəsi ilə ********* saylı cinayət materialı açılmış və xx.xx.N0N4-cü il tarixdə həmin cinayət materialına Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş, hazırda məhkumluğu ödənilmiş və ya götürülmüşdir. (c İ, i.v 6N)
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Salyan Rayon Polis Şöbəsinin rəisinin vəzifələrini müvəqqəti icra edən Etibar Balakişiyevin xx.xx.N0N4-cü il tarixli cavab məktubundan görünür ki, 06 sentyabr N0N4-cü il tarixdə Ələt-Astara-İran avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsinin 18-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsini görə biləcək hər hansı şahid dairəsini müəyyən etmək mümkün olmamış, həmin yol nəqliyyat hadisəsini əks etdirən TŞ kameraları və hər hansı müşahidə kameraları olmadığından, həmin görüntülərin əldə edilərək istintaqa təqdim edilməsi mümkün olmamışdır. (c İ, i.v 63)
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin rəis müavini Elçin Xasiyevin N3 sentyabr N0N4-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.N019-cu il tarixdə (09 noyabr N0N9-cu il tarixədək etibarlı olan) AE 05N778 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (c İ, i.v. 67).
20. «Meyitin məhkəmə-tibbi ekspertizasına dair» xx.xx.N0N4-cü il tarixli, N6 №-li rəyindən görünür ki, mərhum Həşim-zadə Kamran Əlihüseyn oğlunun bədən səthində aşkar olunan xəsarətlər—baş-beyin maddəsinə qansızmalar, beyinəsası sümüyün, çanaq və baldır sümüklərinin sınıqları, çoxsaylı sıyrıqlar—küt əşyanın zərbəvi təsirindən törənmiş, 06 sentyabr N0N4-cü il tarixdə VAZ-N106 markalı avtomaşının hərəkətdə olan Chevrolet Malibu markalı avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Həşim-zadə Kamran Əlihüseyn oğlunun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan N-4 saat əvvəl baş vermişdir. (c İ, i.v 69-7N)
21. «Meyitin məhkəmə-tibbi ekspertizasına dair» xx.xx.N0N4-cü il tarixli, N7 №-li rəyindən görünür ki, mərhum Həşim-zadə Əlihüseyn Kamal oğlunun bədən səthində aşkar olunan xəsarətlər—dalağın və yoğun bağırsağın cırılması, sağ tərəfli qabırğaların çoxsaylı sınıqları—küt əşyanın zərbəvi təsirindən törənmiş, 06 sentyabr N0N4-cü il tarixdə idarə etdiyi VAZ-N106 minik markalı avtomaşının hərəkətdə olan Chevrolet Malibu markalı avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Həşim-zadə Əlihüseyn Kamal oğlunun ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş massiv qanitirmə olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 4-6 saat əvvəl baş vermişdir. (c İ, i.v 73-76)
22. 01.10.N0N4-cü il tarixli vəkil orderindən, şəxsiyyət vəsiqəsinin surətindən və vəkil vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X15 ilə hüquqlarının müdafiəsi üçün müqavilə bağlamışdır. (c İ, i.v 77-78)
23. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.N0N4-cü il tarixli 3063/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amferamin və metamefatamin, fenotiazin, pirazalon, 1-4 benzodiazepin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (c İ, i.v 80-8N)
24. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.N0N4-cü il tarixli 3063A/K nömrəli rəyindən görünür ki, Həşim-zadə Əlihüseyn Kamal oğlundan götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmiş və tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarının az olması səbəbindən narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (c İ, i.v 83-84)
25. «Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının» xx.xx.N0N4-cü il tarixli, 461 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ X qabırğanın yerdəyişən sınığı xəsarəti aşkar olunmuşdur. Həmin xəsarət küt əşya təsirindən törənmişdir, 06 sentyabr N0N4-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (c İ, i.v 85-87)
26. «Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının» xx.xx.N0N4-cü il tarixli, 46N nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarət—sağ tərəf çənə şaxəsinin yerdəyişmiş sınığı—küt əşyanın təsirindən, xx.xx.N0N4-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (c İ, i.v 88-90)
27. «Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının» xx.xx.N0N4-cü il tarixli, 463 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxsN bədəni üzərində aşkar olunmuş xəsarətlər—sol baldır sümüklərinin diafizinin orta 1/3-nin qapalı, yerinidəyişən sınığı və sol ayaqaltında əzilmişcırılmış yaralar—küt əşyanın təsirindən xx.xx.N0N4-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (c İ, i.v 91-93)
28. «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» N4 oktyabr N0N4-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (c İ, i.v. 94).
29. «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 30 oktyabr N0N4-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxsN iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İ, i.v. 105)
30. «Cinayət işinin icraatına xitam verilməsi haqqında» Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən 05 fevral N0N4-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. (c İ, i.v. 117-1N0)
31. «Məhkəmə yol-nəqliyyat hadisələri» ekspertizasının 14 noyabr N0N4-cü il il tarixli 8/N676 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Chevrolet Malibu minik” markalı 99UL574 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «XNN» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 1N8 (bir yüz iyirmi səkkiz) manat olması qeyd edilmişdir. (Cild 1, i.v. 1NN-1N4)
32. «Maddi sübutun tanınması haqqında» 10 dekabr N0N4-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Malibu minik” markalı 99UL574 dövlət qeydiyyat nişanlı və Həşim-zadə Əlihüseyn Kamal oğluna məxsus VAZ N106 minik markalı 99SP987 dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (Cild 1, i.v. 1N5)
33. Hərbi qulluqçular barədə notarial qaydada təsdiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi zamanı N nömrəli hərbi hissədə əsgər rütbəsində, kəşfiyyatçı snayper vəzifəsində döyüş tapşırıqlarını yerinə yetirmişdir. (Cild 1, i.v. 1N8)
34. N nömrəli hərbi hissə komandirinin N6 dekabr N0N0-ci il tarixli əmrindən verilmiş və notarial qaydada təsdiq edilmiş çıxarışdan görünür ki, hərbi vəzifəli əsgər, kəşfiyyat bölüyü, N-ci kəşfiyyat taqımı, 1-ci kəşfiyyat manqasının kəşfiyyatçı snayperçisi Təqsirləndirilən şəxs N6 dekabr N0N0-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmişdir. (Cild 1, i.v. 1N9)
35. Azərbaycan Respublikası medalının vəsiqəsinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş və ona 10 oktyabr N0N4-cü il tarixdə veteran vəsiqəsi verilmişdir. (Cild 1, i.v. 130)
36. Narkotik Sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.N0N4-cü il tarixli aktdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Təqsirləndirilən şəxs sərxoş olmamışdır. (Cild 1, i.v. 131)
37. 18 may N0N1-ci il tarixli, №15666 saylı «Xəstəlik haqqında şəhadətnamə»dən görünür ki, Təqsirləndirilən şəxs sağ ağ ciyərin yuxarı payının infiltrativ vərəmi diaqnozu qoyulmuşdur, residiv sorulma mərhələsindədir, hərbi xidmət dövründə alınmışdır. (Cild 1, i.v. 13N)
38. «Sübutların qiymətləndirilməsi haqqında» 10 dekabr N0N4-cü il tarixli qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in N63.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərarına gəlinmişdir. (Cild 1, i.v. 133-138)
39. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 11 dekabr N0N4-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in N63.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 14N-143)
40. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Həmin qərarla təqsirləndirilən şəxs, onun müdafiəçisi tanış olmuşlar və qərarın surətini almışlar. (c İ, i.v 170-171)
41. xx.xx.N0N4-cü il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Elşad Əmirova iltizam verərək barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmədə baxılanadək cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağını, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyini, həmin orqandan gizlənməyəcəyini, cinayətkar fəaliyyətlə məşğul olmayacağını, istintaq və məhkəmə baxışına maneə törətməyəcəyini, baş müstəntiqin, prokurorun və məhkəmənin çağırışına gələcəyini, yaşayış yerini dəyişməsi ilə bağlı onlara məlumat verəcəyini bildirmişdir. (c İ, i.v 17N)
42. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.N018-ci il təvəllüdlü X9 və xx.xx.N0N0-ci il təvəllüdlü X14 adında iki azyaşlı uşağı var.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
43. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin şərh edilməsinə dair” NN iyun N015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun N8-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. CM-in N63.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
48. CM-in N63.3-cü maddəsinə əsasən həmin Məcəllənin N63.1-ci maddəsində nəzərdə tutulmuş əməllər iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
49. «XNN» 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr N013-cü il tarixli Qərarının 1N-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «XNN» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in N63.1, N63.1-1, N63.N, N63.3, N63-1.1, N63-1.N, N63-1.3, N63-1.4, 351.1, 351.1-1, 351.N və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsində göstərilən digər şəxs zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.
51. Hökmün 50-ci bəndində qeyd edilmiş qərarın 19 və N0-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «XNN» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in N63, N63-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.
52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, «XNN» 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr N013-cü il tarixli və «Məhkəmə hökmü haqqında» N4 dekabr N0N1-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
53. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır cinayətlər kateqoriyasına aid edilir.
54. CPM-in N8.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
55. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
56. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in N63.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in N63.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «XNN» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in N63-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti nəqliyyat vasitəsini idarə edən, cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş fiziki anlaqlı şəxs ola bilər.
57. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, həmçinin hadisənin bilavasitə iştirakçıları olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, zərər çəkmiş şəxslərin hüquqi varisləri Həşim-zadə Mədinə Azər qızı, Şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
58. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
59. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə və iki şəxsin isə sağlamlığına az ağır dərəcəli zərər vurulmasına səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in N63.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
60. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.N-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1N may N009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
61. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in N63.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in N63.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
62. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Məhkəmə hökmü haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
63. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
64. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N4 dekabr N0N1-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
65. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxslərə yardım göstərməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün çalışmasını, Təqsirləndirilən şəxs CM-in 59.1.1N-ci maddəsinə əsasən zərər çəkmiş şəxslərlə və ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini; CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və ya aradan qaldırmasını, həmçinin CM-in 59.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 44 gün sürən Vətən Müharibəsində (İİ Qarabağ Müharibəsi) iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini və onun veteran olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
66. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
67. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in N63.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
68. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.
69. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.
70. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını —məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
71. Məhkəmə hökmün 65-ci bəndində qeyd edilən yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.
72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 11 dekabr N0N4-cü il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
73. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
74. Məhkəmə, CM-in 99-1.N-ci maddəsinə əsasən hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
75. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 13N.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Malibu” minik markalı 99UL574 dövlət qeydiyyat nişanlı və Həşim-zadə Əlihüseyn Kamal oğluna məxsus VAZ N106 minik markalı 99SP987 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır.
76. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.N1) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
77. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1N8 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (XN N10005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
78. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
79. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
80. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
81. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» N4 dekabr N0N1-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr N013-cü il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel N0N1-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
82. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Malibu minik” markalı 99UL574 dövlət qeydiyyat nişanlı və Həşim-zadə Əlihüseyn Kamal oğluna məxsus “VAZ N106 minik” markalı 99SP987 dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsdən 1N8 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan N0 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva