Məhkəmə qərarları › İş №1(099)-20/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-20/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-20/2024 09.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X18 (sədrlik edən və məruzəçi), X22 və X14 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, - Təqsirləndirilən şəxs (27 avqust 1984-cü il tarixdə Əli- Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi külli miqdar təşkil edən 14,855 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,924 qram psixotrop maddə metafetamini, ümumi təmiz çəkisi 31,38 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, elektron tərəzi vasitəsilə narkotik vasitələr olan heroini 11,602 qram, 0,770 qram, 0,772 qram, 0,836 qram, 0,875 qram olmaqla 5 (beş) ədəd bükümə, marixuananı 7,31 qram, 24,07 qram olmaqla 2 (iki) ədəd bükümdə qablaşdıraraq satış məqsədi ilə üzərində daşımaqla saxlamış və 03 dekabr 2022-ci il tarixdə, saat 14:55-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi X4 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlanılıb şöbəyə gətirilərək üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı 11,602 qram, 0,770 qram, 0,772 qram, 0,836 qram, 0,875 qram olmaqla beş ədəd bükümdə narkotik vasitə heroin, 2,924 qram olmaqla bir ədəd bükümdə psixotrop maddə metafetamin, 7,31 qram, 24,07 qram olmaqla iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitənin izləri olan narkotik vasitələrin satışında istifadə olunan iki ədəd elektron tərəzi əlində olan ağ rəngli sellofandan və əynindəki şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulana qədər marixuanadan istifadə etmiş, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Xatırlamadığı tarixdə və vaxtda mülki geyimdə olan yeddi nəfərə yaxın polis əməkdaşı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşadığı evə gələrək onu zorla tutub Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində ona böhtan ataraq, onu narkotik vasitə və psixotrop maddə ilə yükləmiş, onda olmayan narkotik vasitələri üzərinə qoyub həbs etmişlər. Polis əməkdaşları onu küçədən deyil, evindən tutub aparmışlar və bu faktı təsdiq edən şahidlər, yəni, qonşuları var, hansı ki, həmin qonşular cinayət işi bundan əvvəlki məhkəmə tərkibi tərəfindən araşdırılarkən şahid qismində gəlib bu barədə ifadə vermişlər və lazım olarsa məhkəməyə yenidən gəlib ifadə verə bilərlər. Evindən aparılarkən ailə üzvləri də evdə olmuşlar. Hətta evinə gələn polis əməkdaşlarından biri Şahid1 üzərində odlu silah olmuşdur. Qonşuların yaşadığı binada kamera olmasa da, onun yaşadığı evin girişində ətrafı qeydə alan videokamera olmuş, lakin polis əməkdaşları həmin videokameranı götürüb özləri ilə aparmış və saxlanıldığı vaxtı qeydə alan videoçəkilişin olmasına baxmayaraq, həmin videogörüntüləri məhkəməyə təqdim etməmişlər. Hamı kimi, ibtidai istintaq zamanı hüquqlarını müdafiə edən müdafiəçisi də onda narkotik vasitə və psixotrop maddə olmadığını bilmişdir. Onu təqsiri olmadığı halda həbs etmişlər. Əlində külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə yaşadığı evin yaxınlığında kimi gözləyə bilər, yaxud da onları kimə sata bilərdi? İbtidai istintaq zamanı təzyiq altında ifadə vermiş, polis əməkdaşları tərəfindən hazırlanmış sənədlərə qol çəkmişdir. İfadə verərkən videoçəkiliş aparılmışdır. Ona qarşı ağır fiziki işgəncə, zor tətbiq edilməsi nəticəsində narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu bildirmiş, etmədiyi cinayəti boynuna götürmüşdür. Polis şöbəsində döyüldükdən sonra xəsarət almış, bu barədə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə və ya hər hansı dövlət orqanına şikayət etməmişdir. Bunu hüquqi savadı olmadığı üçün etməmiş, həm də, hesab etmişdir ki, bu barədə demək mənasızdır, çünki şikayətə baxan yoxdur. Nəinki polis əməkdaşları, ümumiyyətlə heç kimlə şəxsi qərəzliyi olmamışdır. Sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı ilə tanış olmamışdır. Ümumiyyətlə, iranlı tanışı olmamış, ondan narkotik vasitə və ya psixotrop maddə almamışdır. İbtidai istintaq zamanı sosial şəbəkədə iranlı ilə əlaqəsinin olmasını təsdiq edə bilən hər hansı sübut təqdim edilməmişdir. Üzərindən güya aşkarlanan narkotik vasitələr və psixotrop maddə, iki ədəd elektron tərəzi ona deyil, polisə məxsus olmuşdur. Polis əməkdaşları ona zor tətbiq etməklə üstünə narkotik vasitə və psixotrop maddə qoymuşlar. Onda narkotik vasitə və psixotrop maddə olmamışdır. Azadlıqda olduğu vaxt istifadəsində səhv etmirsə 055 ***-**- ** və 055 283-73-28 saylı mobil telefon nömrələri olmuşdur. 055 ***-**-** saylı mobil nömrə başqa şəxsin adına olsa da, həmin nömrəni ola bilsin ki, özü işlətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş, bununla bağlı müalicə almamışdır. 18 noyabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində özünü İran İslam Respublikasın vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxs onda narkotik vasitə olmasını, narkotik vasitəni ona satmağı təklif etmiş, tanımadığı iran vətəndaşı ilə razılaşmış, həmin şəxs ona narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun qırağına qoyduğunu bildirmişdir. Həmin şəxs ona “İnstagram” sosial şəbəkəsində həmin ərazinin şəklini və məkanı atmış, həmin şəxsin hazırda xatırlamadığı kart hesabına 500 (beş yüz) manat pul göndərmiş, 18 noyabr 2022ci il tarixdə göstərilən yerə getmiş, Qaradağ rayonunda yolun kənarından narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə metafetamin və iki ədəd elektron tərəzini götürmüş, sonra yaşadığı Şirvan şəhərinə gəlmiş, həmin narkotik vasitə, psixotrop maddə və elektron tərəziləri yaşadığı evdə saxlamış, narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. 03 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində bir büküm narkotik vasitə heroini əynindəki qara rəngli şalvarın sol yan cibinə, dörd ədəd sellofan bükümdə olan heroini, bir ədəd sellofan bükümdə olan metafetamini, iki ədəd sellofan bükümdə olan marixuananı və iki ədəd elektron tərəzini ağ rəngli sellofana qoyub yaşadığı evdən çıxmış, elə həmin radələrdə Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını bildirmişlər. Üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istəmiş, polislər üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmin vaxt ətrafda insanlar olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmiş, polis əməkdaşları onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə şöbəyə gəlmiş və orada təhqiqat bölməsində olarkən ona, hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etmək təklif olunduqda, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, əlində olan sellofanın içərsindən dörd ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə psixotrop maddə metafetamini, iki ədəd sellofan bükümdə narkotik vasitə marixuananı və iki ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuş, həmin dörd bükümdə heroin, bir bükümdə metafetamin, iki bükümdə isə marixuana olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və elektron tərəzini sosial şəbəkdə tanış olduğu İran İslam Respublikası vətəndaşının Qaradağ rayonuna yolun kənarına qoyduğunu və oradan götürdüyünü bildirmişdir. Daha sonra təqdim etdiyi beş ədəd bükümdə olan narkotik vasitə heroin, bir ədəd bükümdə olan psixotrop maddə metafetamin, iki ədəd bükümdə olan narkotik vasitə marixuana və iki ədəd elektron tərəzi təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, istifadə etmək üçün üzərində saxladığını, polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, “İnstagram” sosial şəbəkəsində əlaqə saxladığı şəxsin soyadını, atasının adını, harada yaşadığını bilmədiyini, həmin şəxsin ona hansı mobil nömrədən “WhatsApp”da yazmasını xatırlamadığını, istifadəsində 055 ***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir (iş vərəqi 64-66). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqlə, ifadələrin müstəntiq tərəfindən yazılaraq ona imzalatdırılması ilə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu, yəni narkotik vasitə istifadəçisi olsa da, satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunun narkotik vasitə, psixotrop maddə və elektron tərəzilərin ona məxsus olmadığını bildirmiş, narkotik istifadəçisi olduğu üçün peşmançılıq çəkdiyini deyib, məhkəmədən təqsiri olmadığını, himayəsində iki uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin qismən etirafedici, şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Şirvan Şəhər Polis X5 Qrupunda baş əməliyyat müvəkkili kimi 03 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə etibarlı mənbədən daxil olmuş məlumatın yoxlanması məqsədilə tərəfindən onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, həmin qərarın icra olunması ilə bağlı əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Elə həmin gün, saat 14 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Ş.Şükürov küçəsinə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb, daxil olmuş məlumatın yoxlanılması məqsədilə ona yaxınlaşıb özlərini təqdim edərək, haqqında narkotik vasitələr, psixotrop maddələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, üzərində şəxsi axtarış aparılacağını demişlər. Bu vaxt Təqsirləndirilən şəxs onlardan yayınmaq məqsədi ilə bir qədər səs-küy saldığı üçün onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmiş və şöbədə olarkən vəkilin iştirakı ilə videoçəkiliş aparilmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, əlində olan ağ rəngli sellofan paketin içərsindən dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, iki ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddə, bir ədəd sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər maddə və iki ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərə baxıldıqda içərisində narkotik vasitə heroin və qurudulmuş marixuanaya bənzər maddə, psixotrop maddə metafetaminə bənzər maddə və iki ədəd elektron tərəzinin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona ünvanlanan şifahi suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və elektron tərəzini təxminən on gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 500 (beş yüz) manat pul göndərərək şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümlər və iki ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Elnurun özü, müdafiəçi və onlar tərəfindən imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə daxil olan məlumat əsasında Elnur saxlanılaraq Polis şöbəsinə gətirilmiş və məlumat təsdiqini tapmışdır. Şahid1 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə yaşadığı evində deyil, həmin evin yerləşdiyi Şirvan şəhəri, Ş.Şükürov küçəsində saxlayıb Polis şöbəsinə aparmışlar. Ola bilər ki, həmin vaxt, yəni, tədbir zamanı üzərində xidməti silahı olmuşdur. Müşahidə kameraları Təqsirləndirilən şəxs evindən deyil, yaşadığı Ş.Şükürov küçəsindən əldə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metafetamini kimlərə satmasını müəyyən etməmişlər. Təqsirləndirilən şəxs qarşı özü və digər əməkdaşlar tərəfindən fiziki və ya psixi təzyiq göstərilməmiş, zor tətbiq olunmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X7 əməliyyat müvəkkili, polis baş leytanantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış X33 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən evlərin birində uzun müddətdir ki, kirayədə yaşayır. Təqsirləndirilən şəxsla qonşu kimi tanışlığı olmuş, onun narkotik vasitə və ya psoxotrop maddə istifadəçisi, yaxud satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. 03 dekabr 2022-ci il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı həyət evindən səs-küy gəldiyini eşidib küçəyə çıxanda bir nəfər polis formasında, dörd nəfər isə mülki geyimli şəxsin Elnurun evinə daxil olduqlarını və sonuncu ilə birlikdə evdən çıxdıqlarını görmüşdür. Polis əməkdaşlarının küçəyə hansı istiqamətdən gəldiklərini görməmiş, həmin vaxt darvazadan içəridə, yəni həyətində olmuşdur. Polislər Elnurun qoluna girib, onu ensiz küçə ilə naməlum istiqamətdə harasa aparmışlar. Təqsirləndirilən şəxs evindən çıxan mülki geyimdə olan polis əməkdaşlarından birinin əlində videokamera naqilləri olmuş, Elnurun qapısında olan videokameranı sındırdıqlarını düşünmüşdür. Həmin gün polislər Təqsirləndirilən şəxs başqa Mahir adlı şəxsi də tutub aparmışlar, sonradan qonşulardan onların narkotik vasitə ilə əlaqədar tutulduqlarını eşitmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs döyülməsini görməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış X27 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşayır. Təqsirləndirilən şəxs bir qonşu kimi tanıyır, onunla tez-tez görüşmüş, taksi sürücüsü kimi onu bir-iki dəfə sifariş etdiyi ünvana aparmışdır. Bundan əvvəl də Təqsirləndirilən şəxs işi ilə əlaqədar məhkəmədə şahid qismində iştirak etmişdir. Məhkəməyə ifadə vermək üçün könüllü olaraq gəlmiş, Təqsirləndirilən şəxs anasına və uşaqlarına yazığı gəldiyi üçün vətəndaş borcunu yerinə yetirmişdir. Hadisə baş verən gün, yəni, 03 dekabr 2022-ci il tarixdə özünə məxsus “VAZ2104” markalı avtomobili ilə taksi fəaliyyətilə məşğul olarkən qapı qonşusu olan X36 şəhəri ərazisində yerləşən “Elit” ticarət mərkəzinə aparmağını xahiş etdiyi üçün Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən evindən götürmək üçün gələndə, avtomobili ilə Ş.Şükürov küçəsinə girdikdə digər qonşusu Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında alti-yeddi nəfər polis əməkdaşının olduğunu, iki nəfər polisin Elnuru və digər şəxsi qandallayaraq apardıqlarını görmüşdür. Həmin vaxtı evdən çıxan polis əməkdaşının əlində qara rəngli sellefon torba olmuş, torbanın içərisində nə olduğunu bilməmiş, polis əməkdaşlarından biri Elnurun evinin qarşısında olan videokameranı sınıdırıb aparmışdır. Yaşadıqları küçə ensiz küçədir və orada maşın saxlamaq mümkün deyil, oradan yalnız eyni zamanda bir-iki şəxs hərəkət edə bilər, ona görə də maşınla uzun müddət orada qala bilməz, irəli-geri hərəkət edə bilməzdi. Polislər Təqsirləndirilən şəxs apardıqdan sonra onun evinə getmiş, anası ilə söhbət etmiş, sonuncu Elnurun polislər tərəfindən hansı əsas və səbəblə aparılmağı barədə heç nə bilmədiyini demişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs qardaşı Nuhbala Osmanovu orada görməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində çağırılmış X29 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur, Şirvan şəhəri, Ş.Şükürov küçəsində qonşuluqda yaşamışlar. 03 dekabr 2022-ci il tarixdə, günorta saatlarında taksi sürücüsü olan qonşusu X13 onu Şirvan şəhəri ərazisində yerləşən “Elit” ticarət mərkəzinə aparmağı xahiş etmiş, razılaşdıqları vaxt küçəyə çıxanda bir nəfər polis formasında, dörd nəfər isə mülki geyimdə olan şəxsin Elnurla Mahiri qandallayaraq evdən apardıqlarını görmüş, dərhal Elnurun qardaşı Nuhbalaya mobil telefonla zəng edib, ona, baş verənləri bildirmişdir. Polis əməkdaşları getdikdən sonra Təqsirləndirilən şəxs evinə getmiş, anası, arvadı, kiçik oğlu və bibisinin həyətdə olduqlarını görmüş, söhbət əsnasında Elnurun arvadı bildirmişdir ki, polis əməkdaşları tərəfindən qapılarının girişində olan videokameralar sındırılaraq, yaddaş bloku ilə birlikdə aparılmışdır. Təqsirləndirilən şəxsgilin həyətində iki ədəd müşahidə kamerası olmuşdur, hazırda onlardan biri yerindədir. Təqsirləndirilən şəxs arvadının deməsindən öyrənmişdir ki, polislər Elnuru narkotik vasitəyə görə tutub aparmışlar. Hadisə vaxtı Təqsirləndirilən şəxs ailəsi və o baş verənlər barədə hansısa dövlət orqanına müraciət etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis X23 04 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Alllahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin iş aidiyyatı üzrə şöbənin İstintaq Bölməsinə verilmişdir (iş vərəqi 01- 02). Şirvan Şəhər Polis X11 Qrupu və Təhqiqat Bölməsinin 03 və 04 dekabr 2022-ci il tarixli raportlarından görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri qanunsuz gəzdirməsi, satması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumat əsasında Təqsirləndirilən şəxs saat 14:55-də Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşaxlanılaraq Polis şöbəsinə aparılmışdır (iş vərəqi 04-05). Şirvan Şəhər Polis Şöbəsi X7 03 dekabr 2022-ci il tarixli qərarı və şöbənin eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilməklə yaxalanmasından ötrü şöbənin əməkdaşlarından ibarət təkibdə əməliyyat qrupu yaradılmışdır (iş vərəqi 06-07; 10). Şirvan Şəhər Polis X12 Qrupunun 03 dekabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 14:55 radələrində Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşadığı evin yaxınlığında hərəkət edərkən saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilmişdir (iş vərəqi 11). Şirvan Şəhər Polis X23 03 dekabr 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, qərarın surəti ona təqdim olunmuş və anasına tutulması barədə məlumat verilmişdir (iş vərəqi 13; 27-28). Şirvan Şəhər Polis X23 03 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, əlində olan ağ rəngli sellofan paketdən dörd ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə olan metafetaminə bənzər maddə, iki ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, videogörüntüləri şzündə əks etdirən, protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 31- 33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 18/1283-1284 nömrəli, 04 dekabr 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış kağız paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,602 qram, 0,770 qram, 0,772 qram, 0,836 qram, 0,875 qram, ümumi çəkisi 14,855 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 2,294 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamindir, 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkisi 7,31 qram, 24,07 qram, ümumi çəkisi 31,38 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurdulmuş marixuanadır, 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri, psixotrop maddə metafetaminin izləri, narkotik vasitə olan marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən miqdarını və təqdim edilən maddələr, kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 14,355 qram qalığı, psixotrop maddə metafetaminin ekspertizadan sonrakı 2,824 qram qalığı, narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 31,18 qram qalığı və iki ədəd elektron tərəzi geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik müəyyən olunmuşdur (iş vərəqi 40-44). Şirvan Şəhər Polis X24 04 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi icraata qəbul edilmişdir (iş vərəqi 45). Şirvan Şəhər Polis X24 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (iş vərəqi 52-53). Şirvan Şəhər Polis X24 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 55-56). Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 4(032)-388/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 77-80). Şirvan Şəhər Polis X24 06 dekabr 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş “Texno” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamış, həmin mobil telefon təqsirləndirilən şəxsin anasına qəbzə imzalatdırılmaqla qaytarılmışdır (iş vərəqi 82-83). Şirvan Şəhər İcra Hakimiyyəti Başçısı 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatdadır və onun barəsində nümayəndəliyə şifahi və yazılı şikayət daxil olmamışdır (iş vərəqi 88-89). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X37 13 dekabr 2022-ci il tarixli, 1268 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (iş vərəqi 90). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X37 1 saylı X3 (Şirvan-Hacıqabul) 16 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç bir növ sosial müavinət, pensiya və təqaüd almır (iş vərəqi 93). Şirvan Şəhər Polis Şöbəsinin 30 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və qurdulmuş marixuana, psixotrop maddə olan metafetamini və iki ədəd elektron tərəzini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmiş, həmçinin, İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Elnurun narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (iş vərəqi 99). Şirvan Şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 5(032)-213/2022 nömrəli qərarından görünür ki, Şirvan Şəhər Polis X12 Qrupunun Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında 03 deklabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 101-102). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 111-112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X34 Şəxsin Ambulator X2 06 fevral 2023-ci il tarixli, 657 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin o, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 118-119). Şirvan Şəhər Polis X24 «sübutların qiymətləndirilməsi haqqında» 09 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış; onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş; hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və marixuananı, psixotrop maddə metafetamini haradan və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə material ayrılmış; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 14,355 qram qalığı, psixotrop maddə metafetaminin ekspertizadan sonrakı 2,824 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan sonrakı 31,18 qram qalığı və 2 (iki) ədəd elektron tərəzi xüsusiyyətinə, əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut hesab edilməklə saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş; “Texno” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması nəzərə alınmışdır (iş vərəqi 128- 139). Azərbayan Respublikası Vəkillər X19 Vəkil Bürosunun vəkili X8 10 mart 2023-cü il tarixli hesabatından görünür ki, Təqsirləndirilən şəxs Alahverdi oğlunun ibtidai istintaq zamanı hüquqları onun tərəfindən 30 (otuz) iş saatı müddətində müdafiə olunmuşdur. Nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Osmanov X9 Aysel Əliaslan qızı ilə 29 mart 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 13 aprel 2007-ci il təvəllüdlü Fidan, 31 iyul 2009-cu il təvəllüdlü Allahverdi adlı iki yetkinlik yaşına çatmayan uşağı var (i.v. 179-181). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin 30 may 2023-cü il tarixli məktubundan görünür ki, Polis şöbəsinin inzibati binasına və həyətyani sahəsinə quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusu qeydə alınmış videogörüntüləri bir aydan artıq müddətdə saxlamadığından Təqsirləndirilən şəxs şöbəyə gətirilməsini əks etdirən görüntüləri əldə etmək mümkün olmamışdır (iş vərəqi 205). Məhkəmə iclasında Şirvan Şəhər Məhkəməsinin 2022-ci ilin yanvar ayının 01-dən 2022-ci ilin dekabr ayının 03-dək olan müddətdə 055 ***-**-** saylı mobil nömrədən edilmiş və həmin nömrəyə daxil olmuş zənglərin mobil nömrələrini, həmin nömrələrin sahiblərinin ad, soyad və ünvanlarının əldə edilməsi, 055 ***-**-** saylı mobil nömrənin, həmin mobil nömrədən edilmiş və daxil olmuş zənglərin mobil nömrələrinin 2022-ci ilin yanvar ayının 01-dən 2022-ci ilin dekabr ayının 03-dək olan müddətdə hansı anten dairələrində işləməsini, 055 ***-**-** saylı mobil nömrədən göndərilmiş və həmin mobil nömrəyə 2022-ci ilin yanvar ayının 01-dən 2022-ci ilin dekabr ayının 03-dək olan müddətdə daxil olmuş mesajların mətnlərinə dair məlumatların "xxxx" MMC-dən əldə edilməsi barədə 26 yanvar 2023-cü il tarixli, 5(032)-54/2023 nömrəli qərarının icrası ilə əlaqədar sözü gedən cəmiyyətdən daxil olmuş CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, 055 ***-**-** saylı mobil nömrənin sahibi kimi Anar Heydərov göstərilmiş, Təqsirləndirilən şəxs adında isə 055 283-73-28 saylı mobil nömrə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adında olmasa da, istifadəsində olduğunu qismən etiraf etdiyi 055 ***-**-** saylı mobil nömrəyə xx-xx-2022-ci il tarixdə, saat 14:20:17-də 055 ******* saylı mobil nömrədən “Qaqa gelim deyimde sene dunennen yigiram adboy verirsen sen cani bide isimi asirdardune qaqa”; xx-xx-2022-ci il tarixdə, saat 16:13:36-də 055 ******* saylı mobil nömrədən “Агрыдан чыхмагма несе вар”; xx-xx-2022-ci il tarixdə, saat 20:15:08-də 055 ******* saylı mobil nömrədən “Гага имкан ела ме арыйа салда т.2 д.1”; xx-xx-2022-ci il tarixdə, saat 08:53:54-də 055 ******* saylı mobil nömrədən “Еli bele alimdida qaqa, veziyeti dedim sene, halim yoxdur el tut, t”; xx-xx-2022-ci il tarixdə, saat 08:54:00-də 055 ******* saylı mobil nömrədən “ezeyem burda istemirem sohbet cixsin burda, sen bala cani biraz jes”; xx-xx-2022-ci il tarixdə, saat 08:54:05-də 055 2940483”saylı mobil nömrədən “t ele, hemiw etmisen sagol, pisem tobe”; xx-xx-2022-ci il tarixdə, saat 00:54:14-də 055 ******* saylı mobil nömrədən “Гага мен чыхырам инди имкандыса келим дейим пылын алмышам вериб урейма”; xx-xx-2022-ci il tarixdə, saat 00:57:30-da 055 ******* saylı mobil nömrədən “Хе.Алынса бир ела йарсы галсын озимдекин хырдаламышам. Чыхырам”; xx-xx-2022-ci il tarixdə, saat 19:11:45-də 050 ******* saylı mobil nömrədən “Biraz elamaya nese var”; xx-xx-2022-ci il tarixdə, saat 20:48:34-də 055 ******* saylı mobil nömrədən “Eli xeber cixsa yigarsan qaqu veziyet pisdi”; xx-xx-2022-ci il tarixdə, saat 21:01:53-də 055 ******* saylı mobil nömrədən “Eli nagara bildun. 10 manat duzelir hindi vererem sene onu”; xx-xx-2022-ci il tarixdə, saat 18:11:41-də 055 3260602-də “Гага елчин инди йыгды биденада ондады демишам башга йердан котирмей”; xx-xx-2022-ci il tarixdə, saat 01:58:40-də 055 ******* saylı mobil nömrədən “Qardaşım mənə bir qram öotürdə burda səni gözləyirəm”; xx-xx-2022-ci il tarixdə, saat 21:44:19-də 055 ******* saylı mobil nömrədən “Şoti mehlede yaman gezirler doslar ehtiyatlı ol”; xx-xx-2022-ci il tarixdə, saat 00:56:11-də 055 ******* saylı mobil nömrədən “Acar tekerin usdundedi men mawinin acarini sene verende ne kayif vardi nedeki bele yaxin munasibetmiz”; xx-xx-2022-ci il tarixdə, saat 22:59:57-də 055 5245181 saylı mobil nömrədən “Qada mənim aqrlmaqlm ölməyim deməkdi lomka nənimcin deyil yaş o yaş”; xx-xx-2022-ci il tarixdə, saat 23:19:41də 055 ******* saylı mobil nömrədən “Qaqa mənim gözüm yolda qaldı...bi şey de”; xx-xx- 2022-ci il tarixdə, saat 00:28:38-də ********** saylı mobil nömrədən “Qaqa.niyə bir şey demirsən?sabaha qaldısa.bilim.mən də yatım...nəsə”; xx-xx-2022-ci il tarixdə, saat 06:33:32-də 055 ******* saylı mobil nömrədən “Mən ölürəm bu nə deməkdi”; xx-xx-2022-ci il tarixdə, saat 09:59:38-də 055 ******* saylı mobil nömrədən “Ay qardaş.sən belə etmezdin.barı bi şey desən...”; xx-xx-2022-ci il tarixdə, saat 16:51:45-də 055 ******* saylı mobil nömrədən “Məni nə vaxt sevindirəcəksən”; xx-xx-2022-ci il tarixdə, saat 17:51:38-də 055 ******* saylı mobil nömrədən “3 ildi mən lomka körmirdim ölürəm bir cöz de”; xx-xx- 2022-ci il tarixdə, saat 18:32:22-də 055 ******* saylı mobil nömrədən “Bir azdardan çoxdan de”; xx-xx-2022-ci il tarixdə, saat 09:13:46-də 055 ******* saylı mobil nömrədən “Qaqa.alindisa xəbər et.”; xx-xx-2022-ci il tarixdə, saat 18:43:38-də 055 ******* saylı mobil nömrədən “Qaqa.o nədi mənə verdîyin?”; xx-xx-2022-ci il tarixdə, saat 14:20:43-də 055 ******* saylı mobil nömrədən “Uaxşlsan valla karvanl all qoymusan cibinə elə bil bizdə kündə pul”; xx-xx-2022-ci il tarixdə, saat 14:20:43-də 055 ******* saylı mobil nömrədən “kəsirlər yekə oğlansan bu telefonu ac”; xx-xx-2022-ci il tarixdə, saat 16:07:21-də 055 ******* saylı mobil nömrədən “Qаqа İmkаn Ele Qаqoа Cаvаb Verde”; xx-xx-2022-ci il tarixdə, saat 17:32:28-də 055 ******* saylı mobil nömrədən “Qаqа Cаnuyem Bide Pаrа Pul Cebdе Аqrerаm”; xx-xx-2022-ci il tarixdə, saat 17:38:07-də 055 ******* saylı mobil nömrədən “Qаqа X42 Qаqo Pisvezyetde Qoymаdа”; xx-xx-2022-ci il tarixdə, saat 11:30:00-də 055 ******* saylı mobil nömrədən “Salam qaqa.qardaşuva bir dənə cücə duzəlt”; xx-xx-2022-ci il tarixdə, saat 16:59:43-də 055 ******* saylı mobil nömrədən “Məni niyə körmürsən vəziyyət pisdi”; xx-xx-2022-ci il tarixdə, saat 09:39:09-da 055 ******* saylı mobil nömrədən “Qaqa.qurban sənə mənim işimi aşirt...”; xx-xx-2022-ci il tarixdə, saat 09:40:23-də “**********” saylı mobil nömrədən “Düzəlirsə 2çücə..”; xx-xx-2022-ci il tarixdə, saat 10:00:23-də 055 ******* saylı mobil nömrədən “Qaqa.mənə birşey de..”; xx-xx-2022-ci il tarixdə, saat 10:29:22-də 050 ******* saylı mobil nömrədən “Тппдым сагол”; xx-xx-2022ci il tarixdə, saat 19:43:48-də 055 ******* saylı mobil nömrədən “Qaqa 1.5 cücə lazimdır.hə yox de”; xx-xx-2022-ci il tarixdə, saat 22:01:38-də 055 ******* saylı mobil nömrədən “Vəziyyət pisdi 03 dən yaradan nəyə imkan var apxadit eləmə möhkəm”; xx-xx-2022-ci il tarixdə, saat 22:01:39-də 055 ******* saylı mobil nömrədən “aqrlylram”; xx-xx-2022-ci il tarixdə, saat 22:30:49-də 055 ******* saylı mobil nömrədən “Bir vurumluq amanatl istəyirəm”; xx-xx-2022-ci il tarixdə, saat 20:44:19-də 055 ******* saylı mobil nömrədən “Elnur salam pulum var gəl götür al gətir”; xx-xx-2022-ci il tarixdə, saat 09:23:54-də 077 ******* saylı mobil nömrədən “Qaqa netersen salamatdiqdi ay brat zeng catmir sudleri getirdim yigdim catmadi narahatam qurban sene acan kimi bide yigda meni”; xx-xx-2022ci il tarixdə, saat 23:04:43-də 055 ******* saylı mobil nömrədən “Eli məndə vəziyyət pisdi sən canıun. O qallql ver qara kündəyəm”; xx-xx-2022-ci il tarixdə, saat 08:03:16-da 055 ******* saylı mobil nömrədən “qaqa sene bawua donum qoymade men bele qalimm bilinse bu sefer gerey ozumu oldurum men sen qadu alimm”; xx-xx-2022-ci il tarixdə, saat 23:15:05-də 055 ******* saylı mobil nömrədən “qaqa vatsapima nese oldu....eger gorursense mene biwey yaz qadu alim.....papam gelsin agiz acim 30 40 manat alim seher necede durassan gelim deyim sene a”; xx-xx-2022-ci il tarixdə, saat 18:28:23-də 055 ******* saylı mobil nömrədən “bir saatdan zaddan sonra yaman gune duwecem men qaqa sen Allah gor kimi tapa bilirsen bawqasina demey istemirem allahinnan ozumu cindir gunune qoymuwam k”; xx-xx-2022-ci il tarixdə, saat 18:28:23-də 055 ******* saylı mobil nömrədən “iminse qabaqinda sindirmiyim ozumu sen ol sabah verecem faiziynen”; xx-xx- 2022-ci il tarixdə, saat 19:56:26-da 055 ******* saylı mobil nömrədən “qaqa sen Allah denen senin kimi duz versin qadu alim Allahaqqi faiz goturmuwem 1 gunluk”; xx-xx-2022ci il tarixdə, saat 20:29:39-da 055 ******* saylı mobil nömrədən “qaqa 65 manat verecem sene.....bayaq borc alib benzin vurdum onun pulu birde 5 manat cemisi pul qalir onada bickan o birinnen qoyda”; xx-xx-2022-ci il tarixdə, saat 22:09:18-də 055 ******* saylı mobil nömrədən “Qaqa istəyirsən özüm gətirim”; xx-xx-2022-ci il tarixdə, saat 00:11:40-da 055 ******* saylı mobil nömrədən “Zəngi gözləyirəm”; xx-xx-2022-ci il tarixdə, saat 03:49:35-də 055 ******* saylı mobil nömrədən “yatmisan?”; xx-xx-2022-ci il tarixdə, saat 11:53:55-də 077 ******* saylı mobil nömrədən “Qaqa sencani noldu qaqun pisdi axi”; xx-xx-2022-ci il tarixdə, saat 18:20:18-də 055 ******* saylı mobil nömrədən “birde o birinnen olsa biraz verersende mene 5 10 zad sen indiden denen catana yaxin deyecem sene”; xx-xx-2022-ci il tarixdə, saat 18:47:35-də 055 ******* saylı mobil nömrədən “:feqanin agrin arayiram bayaqdan o gelib sene rahat deyir evvelki kimi demirem ee qaqa mene pulsuz ele ya nese canim cxacaq neceki indi gedib gunu 20 man”; xx-xx-2022-ci il tarixdə, saat 18:47:35-də 055 ******* saylı mobil nömrədən “qaqa evdeyem deye yiqa bilmedim prosta sabah vaxt ele goruwey gorum nolib qaqa ne meseledi ne inciyliyin var mennen hansi peysel mennen ne deyib sene...:”; xx-xx-2022-ci il tarixdə, saat 18:47:36-də 055 ******* saylı mobil nömrədən “ata faiz tapib gellem yene tapacam harda batam batam prosta gorum ne meselediki bele biteher olmusan nede qaqa aramizdaa ne varsa menim dilimnen ne cxbsa”; xx-xx-2022-ci il tarixdə, saat 18:47:37-də 055 ******* saylı mobil nömrədən “onnan 1 manat o teref bu terefe nede bawqa wey eskiy ola bilmezz prosta uz uze daniwiriq sabah vaxtin olsa”; xx-xx-2022-ci il tarixdə, saat 17:10:19-də 055 ******* saylı mobil nömrədən “qaqa men pul tapa bilmedim burda hemiwe goturduyum uwaq var ee o yari istiyir gelim goturum onu sennen bunnan 4 5 tustu virub ozume gelim axwama kimi gor”; xx-xx-2022-ci il tarixdə, saat 19:28:43-də 055 ******* saylı mobil nömrədən “bu gun hec 20 manat tapib nese goture bilmirem ollem agrinin acinin icinde girmiwem yerimee.....bu geceni kecirdim qoy sabah telefonumu satmaliyam hell e”; xx-xx-2022-ci il tarixdə, saat 19:28:44-də 055 ******* saylı mobil nömrədən “liyerik narahat olma....feqanin dayisinada zeng ele o apardiqlarinin metallom qiymeti 130 manat eliyirdi onnanda o 50 manati al....sabah axwama kimi prab”; xx-xx-2022-ci il tarixdə, saat 19:28:45-də 055 ******* saylı mobil nömrədən “lem deil nedi sifirlawariq qaqa mende yazmiwam sende accot eliyib hell eliyerik ama bu gun hecne eliye bilmirem ozumde olurem ayaqa dura bilmirem hec”; xx-xx- 2022-ci il tarixdə, saat 23:44:3-də 055 ******* saylı mobil nömrədən “e acarsanki bele lomka olsam bu agrida acida hec hara debere bilmiyecem aglunda olsun sen canin geceni qurban olum Allaha bi teher kecirdecem”; xx-xx-2022-ci il tarixdə, saat 11:57:38-də 055 ******* saylı mobil nömrədən “telefonda demiyim qaqa gelim 1 dene ver mene butov pulun birazdan o biri haqq hesabnan ataram olar ele?? agacanliya gedmeliyem qalmiwam burda otaqda ter”; xx-xx-2022-ci il tarixdə, saat 11:51:31-də 055 ******* mobil nömrədən 055 ******* mobil nömrəyə “Qaqa mənə heden yoxdan dede burda ne varki meni gözdür camat” məzmununda sms-lər daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 04 yanvar 2024-cü il tarixli, 3-16-17/38/2-21/2024 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır; tibbi kitabçanın kserosurəti məktuba əlavə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X20 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Sözü gedən Qanunla təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin; 12-ci bəndinə əsasən, təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana; İİ Siyahısının 67-ci bəndinə əsasən, təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metafetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qqərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə görə Cinayət-Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, hazırkı məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən ağır fiziki işgəncə və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqə məruz qalmasını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulana qədər marixuanadan istifadə etməsi, narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmaması, mülki geyimdə olan yeddi nəfərə yaxın polis əməkdaşının Şirvan şəhəri, Ş.Şükürov küçəsində yaşadığı evə gələrək onu zorla tutub Şirvan Şəhər Polis Şöbəsinə aparmaları, şöbədə narkotik vasitələri üzərinə qoyub, təqsiri olmadığı halda həbs etmələri, qonşuların yaşadığı binada kamera olmasa da, onun yaşadığı evin girişində ətrafı qeydə alan videokamera olması, lakin polis əməkdaşlarının həmin videokameranı götürüb özləri ilə aparmaları, saxlanıldığı vaxtı qeydə alan videoçəkilişin olmasına baxmayaraq, həmin videogörüntülərin məhkəməyə təqdim edilməməsi, üzərindən güya aşkarlanan narkotik vasitələr və psixotrop maddə, iki ədəd elektron tərəzinin ona deyil, polisə məxsus olması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən döyülüb xəsarət alması, 055 340-99-33 saylı mobil nömrənin istifadəsində olub-olmamasını xatırlamaması, həmin nömrəyə daxil olmuş sms-lərin göndərildiyi mobil nömrələrin kimlərə məxsus olmasını bilməməsi ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Bundan əlavə, məhkəmə heyəti əlavə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs qonşu və tanışları olan X33, X27 və X21 məhkəmədə onlara ünvanlanmış suallara Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı Şirvan şəhəri, Ş.Şükürov küçəsində yerləşən həyət evində saxlanılaraq aparılması, Elnurun evindən çıxan mülki geyimdə olan polis əməkdaşlarından birinin əlində videokamera naqilləri olması, bununla da polislərin Elnurun qapısında olan videokameranı sındırdıqlarını, yaddaş bloku ilə birlikdə apardıqları barədə cavablarını yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxsin yaxşı münasibətdə olduğu qonşu və tanışları olmaları, təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və polis əməkdaşları tərəfindən hər hansı təsirə məruz qalmadan verməsini bildirdiyinə və bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotik vasitələri çəkərək xırda bükümlərə bölmüş, satış məqsədi ilə həmin bükümləri üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitələrin çəkilib xırda bükümlərdə saxlanılması üçün istifadə edilən elektron tərəzilər də aşkar edilmişdir ki, bu hal da onun üzərində aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmədə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 03 dekabr 2022-ci il tarixdə saxlanıldığı yer eyni zamanda onun fərdi yaşayış evinin yerləşdiyi Şirvan şəhəri, Ş.Şükürov küçəsidir və ittiham aktı üzrə şahidlər ifadələrində Təqsirləndirilən şəxs saxlayarkən onun yayınmaq məqsədi ilə bir qədər səs-küy saldığını bildirmişlər. Həmçinin, məhkəmədə cinayət işi üzrə tələb olunaraq tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı istifadəsində olduğunu etiraf etdiyi, məhkəmə iclasında isə istifadəsində olub-olmadığını xatırlamadığını bildirdiyi mobil telefon nömrəsinə daxil olan və göndərilən sms mətnlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, yəni, almaq üçün narkotik vasitə istənilməsi, narkotik vasitələrin keyfiyyəti, bəzən isə ehtiyatlı olmağın məsləhət görülməsinə dair ismarıcların göndərilməsi halları olmuşdur. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitələr olan heroin, qurudulmuş marixuana və psixotrop maddə metafetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər hesab olunur. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.4-cü maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 14,355 qram qalığı, psixotrop maddə metafetaminin ekspertizadan sonrakı 2,824 qram qalığı, narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 31,18 qram qalığı və 2 (iki) ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonrakı narkotik vasitə heroinin 14,355 qram qalığı, psixotrop maddə metafetaminin ekspertizadan sonrakı 2,824 qram qalığı, narkotik vasitə olan qurudulmuş marixuananın ekspertizadan sonrakı 31,18 qram qalığı və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Neymət Məmmədov Nahid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar