Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-20/2025 01.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X16, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X17 və müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi7, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Əliyev X23 Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi8 iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Cəlilabad şəhəri, X49 küçəsi, ev 70-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1-ci maddəsi ilə xx xxxx 1998-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Cəlilabad şəhəri, H.Aslanov küçəsi, ev 55-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 120.1-ci maddəsi ilə 27 avqust 1997-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Cəlilabad rayonu, Komanlı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 120.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, atası Şahid4 əvvəllər döyərək xəsarət yetirmiş Cəlilabad şəhəri sakini X6 həmin hərəkətinə görə qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gələrək bu cinayətkar niyyətini qohumu və yaxın dostu Təqsirləndirilən şəxs2 bildirdikdən sonra sonuncu Təqsirləndirilən şəxs1 cinayətkar niyyəti ilə razılaşaraq həmin cinayətin törədilməsi üçün maneələri aradan qaldırmaqla yardım etməyi və cinayətin edilməsini asanlaşdıran digər əlverişli şəraitin yaradılmasına yönələn hərəkətlərlə köməklik edəcəyi ilə bağlı ona qabaqcadan vəd verdikdən sonra onlar bu məqsədlə 24 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhərindən Cəlilabad şəhərinə gəlmişlər. Həmin gün Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Karaoke” adlı kafedə hər ikisinin qohumu Şahid3 və ortaq dostları olan Təqsirləndirilən şəxs3 ilə görüşdükləri vaxt Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar niyyətini öyrənib X26 Böyükxan tərəfindən öldürülməsini asanlaşdıran digər əlverişli şəraitin yaradılmasına yönələn hərəkətlərlə, sonra isə onları gizlətməklə köməklik edəcəyi ilə bağlı qabaqcadan vəd verdikdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə qeyd olunan cinayətin iştirakçılıqla törədilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Daha sonra X5 olduğu yeri öyrənib həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və həmin cinayətin törədilməsində iştirakı olmayan Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs3 məxsus Renault markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu Cəlilabad şəhəri ərazisində izləmiş, Xaqani Əhmədlinin istifadəsində olan Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə tanışı X10 ilə birlikdə Cəlilabad şəhəri, H.Əliyev prospekti, 434 ünvanında yerləşən aptekə getdiyini görüb həmin yerin yaxınlığına gedərək, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən düşüb aptekin qarşısına getmiş, Təqsirləndirilən şəxs3 isə idarə etdiyi avtomobillə aralarında əldə olunmuş razılığa uyğun olaraq idarə etdiyi avtomobillə geriyə dönərək üzü rayonun Uzuntəpə kəndi istiqamətində bir qədər hərəkət etdikdən sonra təkrar geriyə dönüb aptekin qarşısına gələrək avtomobilini Xaqani Əhmədliyə məxsus avtomobilin qarşısında saxlayıb mühərriki söndürmədən Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini başa çatdırmasını gözləmiş, sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aptekin qarşısında dayanmış Pərviz Əsgərovu cinayətin törədilməsinə maneə olmamasından ötrü maneəni aradan qaldırmaq və cinayətin törədilməsini asanlaşdırıb əlverişli şərait yaratmaq üçün birlikdə bıçaqla hədələməklə və zor tətbiq etməklə gətirib mühərriki söndürmədən gözləyən Təqsirləndirilən şəxs3 avtomobilinin arxa oturacağına oturtmuş, daha sonra Təqsirləndirilən şəxs2, həmin tərəfdən avtomobilin arxa qapısını tutaraq və hədə-qorxu gələrək Pərviz Əsgərovun avtomobildən düşməsinin qarşısını almış, Təqsirləndirilən şəxs1 isə maneənin aradan qaldırıldığını və cinayətin törədilməsi üçün əlverişli şərait yarandığını görüb aptekin yanındakı, avtomobil yolunun yaxınlığında yerləşən ət dükanının qarşısında küncdə dayanaraq Xaqani Əhmədlinin içəridən çıxmasını gözləmiş, Xaqani Əhmədli aptekdən çıxıb yolun kənarında saxladığı avtomobilinə tərəf getdiyi vaxt Təqsirləndirilən şəxs1 olduğu yerdən çıxaraq Xaqani Əhmədliyə yaxınlaşıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməyən bıçaqla sonuncunun həyat üçün əhəmiyyətli olan ürək və bədəninin digər nahiyələrinə bir neçə dəfə bıçaq zərbəsi vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələməklə ölümünə səbəb olan kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən bir ədəd, sağ kürək nahiyəsində döş boşluğuna keçməyən bir ədəd kəsilmiş yara və vahid kompleks təşkil edən sol bazunun deşib-keçən və sol qoltuqaltı nahiyəni zədələyən bir ədəd deçilmişkəsilmiş yarasından ibarət xəsarətlər yetirdikdən sonra qaçaraq Təqsirləndirilən şəxs3 məxsus avtomobildən Pərviz Əsgərovu yerə düşürüb Təqsirləndirilən şəxs2la avtomobilə mindikdən sonra həmin avtomobillə hadisə yerindən uzaqlaşmaqla gizlənməyə nail olmuşlar. X42 Əsgərov tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsə aparılsa da aldığı xəsarətlərdən ölmüş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 köməkçi qismində iştirakçıları ilə başqa şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan vəd etməklə cinayətin törədilməsində maneələri aradan qaldırmaqla yardım etməklə əlverişli şərait yaratmaqla və sonda Təqsirləndirilən şəxs1ı hadisə yerindən qaçıb gizlənməsi məqsədilə aparmaqla Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxs Xaqani Əhmədlinin qəsdən öldürülməsində köməkçi qismində iştirak etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, törədilmiş hadisə barədə heçnə bilmədiyini, atasına qarşı olan hərəkətlərə görə bu hadisəni törətdiyini (zərərçəkmiş Xaqani Əhmədli öldürdüyünü) bildirib, işin mahiyyəti üzrə ətraflı ifadə verməkdən, eləcə də verilmiş sualları cavablandırmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan oluna bilər) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, X6 uzun illər əvvəldən tanıyır. Adı Xaqani olsa da hamı ona Mirxaqani demişdir. Xaqani və onun bir neçə dostu təxminən 2014-cü ildə Bakı şəhərində atasını döyərək ona xəsarət yetirmişdilər. Lakin, həmin vaxt atası onlardan şikayət etməmişdir. Buna görə də həmin hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilməmiş və hər hansı araşdırma aparılmamışdır. Həmin dava-dalaşda atasına əsas xəsarət yetirən şəxs X11 olmuşdur. O da bu hərəkətinə görə Xaqanidən qisas alaraq onu öldürmək istəmişdir. O, təxminən bir neçə ildir ki, Xaqanini gördüyü vaxt onu öldürməyi qərara almışdır. O, təxminən 2017- 2018-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, aradabir Cəlilabad şəhərinə gəlmişdir. 24 oktyabr 2023-cü il tarixədək Xaqani ilə rastlaşmamışdr. Rəşid anasının xalası oğlu, Həsən dayısı oğlu, Hüseyin isə dostudur. Rəşid qohumluqdan əlavə, onun ən yaxın dostudur və onlar əksər vaxt bir yerdə vaxt keçirmişlər. 24 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Rəşidlə birlikdə dostu Şamxalın nənəsinin yas mərasimində iştirak etmək üçün Bakı şəhərindən çıxaraq boz rəngli Kia Rio markalı, 77-ER- 594 dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gəlmişlər. Onlar təxminən 24 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Cəlilabad şəhərinə çatıb Cəlilabad şəhəri, H.Aslanov küçəsində yaşayan Rəşidin atasıgildə qalmışlar. 24 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında yuxudan oyanıb səhər yeməyi yedikdən sonra yas mərasimə gedərək orada iştirak etmişlər. 24 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində yas mərasimindən çıxaraq Rəşidlə birlikdə Əlisakitin bərbərxanasına getmişlər. Bərbərxanaya girməzdən əvvəl Əlisakitin bərbərxanasının yanında yerləşən dayısı Çingizin telefon mağazasına daxil olub orada olan dayısı oğlu Həsənlə görüşmüşlər. O, Həsənə karaokedə olacağını deyib istədiyi halda atası Çingiz mağazaya gəldikdən sonra Karaokeyə gəlməsini demişdir. Daha sonra bərbərxanaya gedib Rəşidlə birlikdə saçlarını düzəltmişlər. Ondan sonra Rəşidgilə gedib yemək yemişlər. Yeməkdən sonra yenidən Rəşidlə birlikdə yas mərasiminə getmişlər. Orada bir qədər qaldıqdan sonra Rəşidlə birlikdə yasdan çıxaraq iran bazarı adlana yerə getmişlər. Orada Rəşid telefonuna baxdırdıqdan sonra həmin gün saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Karaoke adlanan obyektə getmişlər. Onlar karaokeyə getməzdən əvvəl Rəşid dostu Hüseyinə zəng edərək Karaokeyə getdiklərini deyib vaxtı olduğu halda görüşmək üçün ora gəlməsini bildirmişdir. Onlar karaokeyə getdikdən sonra obyektdə işləyən şəxsdən boş kabinet soruşmuşlar. Həmin vaxt Hüseyn də Karaokeyə gələrək onunla və Rəşidlə görüşmüşdür. Karaokeni işlədən şəxs 1 nömrəli kabineti göstərdiyi üçün o, Rəşid və Hüseyin həmin kabinetə daxil olmuşlar. Həmin kabinetdə onlar qəlyan çəkməyə başlamışlar. Bir qədər sonra dayısı oğlu Həsən də ora gəlmişdir. Karaokedə olduqları müddətdə müxtəlif mövzulardan söhbət etmişlər. Eləcə də kabinetdəki telvizorda Yotube proqramında müxtəlif videolara baxmışlar. Karaokedə olduğu müddətdə Xaqani adlı şəxsi bıçaqlamaq niyyətinin olması, ümumiyyətlə cinayət törətmək niyyəti ilə bağlı Rəşid, Həsən və Hüseynə heç nə danışmamışdır. O, ümumiyyətlə Bakı şəhərindən 24 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayonuna Xaqanini öldürmək niyyəti ilə gəlməmişdir. Lakin, həmişə Xaqani qarşısına çıxdığı vaxt onu vuracağını fikirləşmişdir. Bir qədər sonra onlar hamısı karaokedən çıxmışlar. Karaokedə olarkən Hüseyin yeni avtomobil aldığını dediyi üçün Karaokedən çıxdıqdan sonra ona baxmağı və sürüb yoxlamağı qərara almışlar. Daha sonra onlar Hüseyinə məxsus Renalut markalı, 99- RN- 818 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O və Həsən arxa oturacaqda, Hüseyin sükan arxasında, Rəşid isə ön sağ oturacaqda əyləşmişdir. Onlar həmin maşınla Cəlilabad şəhəri, H.Əliyev prospektində bir dəfə dövrə vurduqdan sonra üzü Silsilə adlanan ərazi istiqamətində hərəkətdə olarkən Bazarstore marketin qarşısında hərəkət edən qara rəngli Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobilin sürücüsünün Xaqani olduğunu görmüşdür. Bundan başqa, həmin avtomobilin Xaqaninin olmasından məlumatlı olmuşdur. Xaqani avtomobili idarə edib Silsilə adlanan ərazidə, İlham adlı şəxsin işlətdiyi aptekin qarşısında saxlamışdır. Xaqaninin olduğu avtomobildə, qabaq ön oturacaqda Pərviz adlı şəxs də olmuşdur. O, Pərvizi Cəlilabad şəhər sakini kimi uzun illər əvvəldən tanıyır, onunla ədavət və düşmənçiliyi olmamışdır. Xaqaninin avtomobili saxladğını görüb onu öldürmək qərarına gəlmişdir. Buna görə də Hüseyinə İlhamın aptekinin yanında olan marketə getmək istədiyini bildirib qarşıdan dönüb avtomobili İlhamın aptekinin qarşısında saxlamasını demişdir. Həmin vaxt Xaqani və Pərviz avtomobildən düşüb aptekə tərəf getmişlər. Bundan sonra Hüseyin Yaşarın marketinin qarşısında dönərək geri qayıdıb yenidən əks istiqamətdə dönərək avtomobili Xaqaninin avtomobilindən bir qədər irəlidə saxlamışdır. O avtomobildən düşüb İlhamın aptekinə tərəf getmişdir. Həmin vaxt Rəşid onun marketə getmədiyini görüb avtomobildən düşmüşdür. Rəşid onu arxadan çağıraraq hara getdiyini soruşmuşdur. O isə Rəşidə cavab verməmişdir. Aptekin qarşısında dayanmış Pərvizə əl verib görüşüb onu Hüseyinin avtomobilinə tərəf aparmışdır. O, Pərvizi aparıb Hüseyinin avtomobilin arxa oturacağına oturtmuşdur. Pərvizə həmişə üzərində olan qatlanan bıçağı göstərib avtomobildən çıxmamasını demişdir. Həmin vaxt Pərviz “Burax evə gedim" desə də onu buraxdığı halda səs-küyə salacağını və Xaqaninin də bu səbəbdən oradan qaça biləcəyini düşünüb Pərvizə avtomobildə oturmasını demişdir. Rəşid kənardan Xaqaninin aptekdə olduğunu və onun da Pərvizi avtomobilə oturtduğunu görüb Xaqanini öldürmək istədiyini başa düşmüşdür. Qeyd etmişdir ki, Rəşid onun Xaqanini öldürmək niyyətinin olmasından məlumatlı olmuşdur. Buna görə də Rəşid avtomobilin yanına gəlib “Qaqa yeri deyil, burada eləmə, lazım deyil” demişdir. Lakin, o Rəşidin üzərinə qışqırıq ona qarışmamasını bildirmişdir. Daha sonra o, aptekin qarşısına gedib aptekin qarşısındakı divarın yanında küncdə, ət dükanın yanında, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmasını gözləmişdir. Həmin müddətdə Rəşid Hüseyinin avtomobilinin yanında dayanıb onu gözləmişdir. Təxminən 5 dəqiqə sonra, yəni təqribən 24 oktyabr 2023-cü il, saat 20 radələrində Xaqani aptekdən çölə çıxıb öz avtomobilinə tərəf gəlmişdir. Həmin vaxt o, küncdə dayandığı yerdən çıxaraq Xaqaniyə yaxınlaşıb aptekin yerləşdiyi ərazidə olan dəmir hasarın yanında əlində tutduğu bıçaqla Xaqaniyə zərbələr vurmağa başlamışdır. O, Xaqaniyə bir neçə bıçaq zərbəsi vurmuşdur. O, əvvəlcə Xaqaninin sinə nahiyəsindən bıçaqla vurmuşdur. Daha sonra bıçaq zərbələrindən Xaqani yerə yıxılmışdır. O daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atmışdır. Daha sonra o, avtomobilin arxa oturacağında, Rəşid isə qabaq sağ oturacağında əyləşmişdir. O, avtomobilə minərkən də bıçaq əlində olmuşdur. Avtomobilə mindikdən sonra Hüseynə tez avtomobili sürməsini bildirmişdir. Qeyd etmişdir ki, həmin müddətdə Həsən və Hüseyn avtomobildə olmuşdur. Həmin vaxt o, Rəşidə atası Elçinə zəng etməsini bildirmişdir. Rəşid Elçinə zəng etdikdən sonra o, atasına Xaqanini bıçaqladığını bildirib ona görə narahat olmamalarını və özlərindən muğayət olmarını deyib atasının danışmasına imkan verməyib telefonu söndürmüşdür. Bundan sonra Hüseyin avtomobili sürüb Karaokenin yanında yanında saxlamışdır. Orada onlar avtomobildən düşmüşlər. Daha sonra o və və Rəşid Cəlilabada gəldikləri Kia Rio markalı avtomobilə əyləşmişlər. Həsən piyada, Hüseyin isə öz avtomobilində oradan getmişdir. Daha sonra Rəşid sükan arxasında əyləşib avtomobili idarə etmişdir və onlar Bakı şəhərinə getmişlər. Yolda olduğu vaxt təxminən Uzuntəpə kəndi ərazisində Xaqanini vurduğu bıçağı yolun kənarına atmışdır. Lakin, bıçağı atdığı yeri dəqiq bilmir. O, hadisənin kameralara düşdüyünü və polislər tərəfindən saxlanıla bilinəcəyini düşündüyü üçün gizlənməyi qərara almışdır. Astara-Ələt avtomobil yolunda Qaradağ postuna çatmamış Rəşidə avtomobili saxlamasını bildirmişdir. Rəşid avtomobili saxladıqdan sonra o, qohumu Şahid5 zəng edərək bərk problemi olduğunu bildirib Qaradağ postuna çatmamış Rəşidin avtomobili yolun kənarında saxladıqlarını, başqa maşınla həmin yerə gəlməsini bildirmişdir. Bundan sonra Savalanın gəlməsini gözləmişdir. Savalan dostu Siruza məxsus avtomobillə həmin yerə gəldikdən sonra o və Rəşid Siruzun avtomobilinə əyləşmiş və Rəşid avtomobili idarə etməyə başlamışdır. Savalan isə Rəşidin avtomobilinə əyləşmişdir. Həmin vaxtdan sonra Savalandan məlumatı olmamışdır. Rəşidlə Siruzun avtomobili ilə Qaradağ postundan keçdikdən sonra Rəşidə avtomobili saxlamasını və Qazax rayonuna gedəcəyimi bildirmişdir. Buna görə də Rəşid avtomobili saxlamışdır və o avtomobildən düşüb yolun digər tərəfinə keçmişdir. Rəşid isə Bakı şəhərinə tərəf getmişdir. Oradan sürücüsünü və dövlət qeydiyyyat nişanını bilmədiyi avtomobilləri dəyişə-dəyişə Balakən rayonuna getmişdir. Balakən şəhərinə çatdıqdan sonra orada tanımadığı qəbiritanlıqlarda gizlənmişdir. Həmin vaxtdan sonra Rəşid, Hüseyin və Həsəndən məlumatı olmamışdır. O, Balakəndə olduğu müddətdə telefon istifadə etməmişdir. Qeyd etmişdir ki, hadisədən sonra o, telefon nömrələrini qırıb atmışdır. Onun istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Qeyd etmişdir ki, Hüseyin və Həsənin onun Xaqanini bıçaqla vuracağından hadisəni törətdiyi vaxt, Rəşidin isə Pərvizi Hüseyinin avtomobilinə mindirdiyi vaxt xəbəri olmuşdur. Hadisədən sonra Hüseynin avtomobilinə əyləşib oradan gedərkən Hüseyn ona "Bıçaqla yox, gərək əllə vuraydın" demişdir. Qeyd etmişdir ki, hadisə zamanı, eləcə də ondan əvvəl onun X2 başqa hər hansı şəxsi öldürmək və ya bıçaqlamaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin, ifadəsində göstərmişdir ki, Qaradağ postunun yaxınlığında Rəşidə məxsus avtomobildən düşərkən istifadələrində olan mobil telefonları Rəşidin avtomobilin qabaq sağ tərəfində olan saxlanc yerinə qoymuşlar. Pərvizi o, Hüseyinə məxsus avtomobildə oturtmuş və həmin vaxt ona üzərində olan bıçağı göstərib avtomobildən düşməməsini demişdir. Həmin müddətdə Rəşid, Həsən və Hüseyin Pərvizə heç nə deməmişlər. Həsən və Hüseyinin onun Xaqani Əhmədlini vuracağı barədə, eləcə də hadisə zamanı edəcəyi hərəkətlər barədə onlara əvvəlcədən məlumat verdiyi, onun və X34 Hüseyinə məxsus avtomobilə oturtduqdan sonra Rəşidin Pərvizin avtomobildən düşməsinə imkan vermədiyi məzmununda ifadə vermələrinin səbəbini bilmir. Onun ifadəsində göstərdikləri doğrudur. Hüseyin o dediyi üçün Karaokedən çıxdıqdan öz avtomobili ilə Xaqaninin ardınca getmiş, eləcə də o və Rəşid avtomobildən düşdükdən sonra İlhamın aptekinin qarşısında Xaqaninin avtomobilinin qarşısında saxlamış, Pərvizi onun avtomobilinə əyləşdirməsinə və avtomobildə saxlamasına şərait yaratmışdır. Hüseyinin hadisə barədə əvvəlcdən məlumatı olmamışdır. X6 öldürmək niyyətinin olmasından hər hansı şəxsin əvvəlcədən məlumatı olmamışdır. Hadisə barədə Rəşid, Həsən və Hüseyinin məlumatı olmuşdur. Bundan başqa, o, həmin cinayət əməlini törədib Hüseyinin avtomobilinə mindikdən sonra Rəşidin istifadəsində olan telefonla atası Elçinlə danışıb ona Xaqanini bıçaqladığını bildirib ona görə narahat olmamalarını və özlərindən muğayat olmalarını demişdir. Elçin də ona polisə gedib təslim olmasını bildirmişdir. Lakin, o, telefonu söndürmüşdür. O, ət dükanın qarşısında dayandığı müddətdə X27 məxsus avtomobildən düşməsinin qarşısını almasından, eləcə də Rəşidin Pərvizə maşına oturmasını deməsindən məlumatı olmamışdır. O özü bir neçə dəfə ət dükanının qarşısında dayandığı yerdən Pərvizə avtomobildən düşməməsini bildirmişdir. Bundan başqa, hadisə yerində Təqsirləndirilən şəxs2 telefonla video çəkiliş aparmasından məlumatı olmamışdır. TikTok sosial şəbəkəsində olan “BAXA777” adlı açıq hesabında 19 oktyabr 2023-cü il tarixdə üzərində “Çox yaşa Atam Allah ömrünnən ömrüvə ömür qatsın. Cəlilabad ın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən gəlki şərəfsizlər qeyrətsizlər qədrini bilmədilər vaxt o vaxt olacaqki ayaqıva gələn bəzi g*tə girənlərə söyüp s*hdr elətdirəcəm... haqqı burnuvuzdan gəlsin əziyyətini yerə vuran şərəfsizlər... ağzınızı cıracam and olsun Aləmlərin Rəbbinəki didərgin salacam mən olmuyavam min qardaşım olacaq min i gedəcəy milyonu çıxacaq üzə...!!! SƏBR edin az qalıb...” məzmunlu status paylaşmışdır. O, həmin statusu atasının doğum günü olan 19 oktyabrda öz hesabında paylaşmışdır. O, həmin gün atasına qarşı olan hərəkəti xatırlayıb həmin məzmunda status paylaşmışdır. O, Rəşidin Şamxalın nənəsinin yas mərasimində iştirak etmək üçün Cəlilabad rayonuna gedəcəyini bildikdən sonra o da onunla birlikdə gedəcəyini bildirmişdir. Buna görə də Rəşidlə birlikdə Bakı şəhərindən Cəlilabad rayonuna gəlmişdir. İfadəsi elan olunduqdan sonra təqsirləndirilən şəxs Muradlı X18 və Rəşidin onda bıçağı görmədiklərini qalanının yadında olmadığını, vəkilinin danışmağını, özünün əsəbləşdiyini, sözünü çatdıra bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanımamış, adını eşitmişdir. Dostu Rəşid xx.xx.2024-cü ildə “Karaoke” adlı obyektə onu çay içməyə çağırmışdır. Rəşid demişdir ki, qohumunun yas mərasiminə gəlib, rayonda olacaqsa çay içsinlər. Rəşidi və Böyükxanı 2021-ci ildən tanımış və dostluq etmişdir. Rəşid hadisədən 15-20 gün qabaq Bakıya getmişmiş, onunla həmişə görüşmüşdür, o rayonda telefon dükanı işlətmişdir. Böyükxanı isə sonuncu dəfə toyunda görmüşdür. Rəşidlə həmişə görüşüb çay içib, qəlyan çəkib oyun oynayırmışlar. Rəşid bilsə imiş Böyükxanın belə niyyəti var, onu heç görüşməyə çağırmazmış. Hadisədən iki ay əvvəl toyu olub, Rəşid və Böyükxan da orada iştirak edib. Ona görə də inanmır ki, onu bu oyuna salalar. Bu iş planlı olmayıb. Karaokeyə gedəndə isə Rəşid və Böyükxanın orada olduğun görmüşdür. Rəşidlə karaokedə oturub təzə aldığı maşınla bağlı danışmışdır, maşında biraz xırda problemlər olmuşdur. Rəşid isə ona usta məsləhət görmüşdür. Çünki axşamüstü çıxıb Astaraya gedəcəkmiş, ailəsi orda imiş, səhəri gün ailəsini gətirəcəkmiş. Sonra yeni maşın aldığından, ordan durmuşlar onlarla birlikdə maşına əyləşib bağ adlanan yeri bir-iki “kuruq” fırlanmışlar. Həmin vaxt isə telefonda ailəsi ilə danışmış, Böyükxanın isə kimisə görməyin, nə danışdığın hiss eləməmişdir. Özü zərərçəkmiş Xaqanini görməmiş, onu tanımamış, heç maşının da bilməmişdir. Böyükxan saxla, düşürük demişdir. Böyükxan ona maşını izləməsini deməmişdir. Maşını isə Böyükxanın dediyi kimi Yaşarın dükanı tərəfdə saxlamışdır. Rəşid və Böyükxan maşından düşmüş marketə tərəf getmişlər. Maşından əvvəl Böyükxan otuz saniyə sonra isə Rəşid düşmüşdür. Bunlar düşüb marketə yox biraz arxaya tərəf getmişlər, düşünmüş ki, onsuzda onlar bu yolu qayıdacaqlar, ona görə də maşını fırlamış ki, onları götürüb sonra öz maşınlarının karaokenin yanına atacaqmış. Həmin vaxt telefonla danışdığından maşını saxlayanda da heç bilməmiş Xaqanin maşınının yanındadır. Maşının mühərrikini isə söndürməmiş, çünki maşın dizel mator olduğundan məsləhət bilməmişdir. Orda maşınına oturan Pərviz adlı şəxsi də birinci dəfə imiş ki, görürmüş. Pərviz maşına oturanda onu kiminsə gətirib otuzdurduğun da görməmişdir. Pərvizin maşından düşmək istəyərkən, ona maneəçilik edilməsinin də şahidi olmamışdır. Pərviz maşından düşmək istəsəymiş, ona maneəçilik də törətməzmiş. Pərviz tərəfdən isə maşının qapısında kiminsə dayandığın görməmişdir. Həsən adlı azyaşlı uşaqda arxasında oturmuşmuş həmin vaxt, özü isə heçnə hiss etməmişdir. Həsənin də maşında olmasını bilməmiş, bunu hadisə vaxtı bilmişdir. Həmin vaxt elə bilmiş ki, Böyükxan maşına minib, Rəşidi gözləyir. Telefonla danışdığına görə heç arxaya çönüb baxmamışdır. Onda bimiş ki, Böyükxan bu hadisəni törədib, Pərviz də Xaqaninin dostudur. Maşında isə heç bir söhbət olmayıb. Böyükxan hadisəni törədəndən sonra səs eşitmişdir, çöldən dava qışqırıq səsi gəlmişdir. Sonra Böyükxan gəlib maşına oturmuş ki, sür. Həmin vaxt Pərviz düşmüşdür. Böyükxandan sonra Rəşid də gəlib maşına oturmuşdur. Böyükxana sual vermiş ki, neylədin. Böyükxan isə Xaqanini vurduğunu demişdir. Böyükxana isə gərək bıçaqla vurmazdın sözün demişdir. Bundan sonra onları aparıb karaoke adlanan yerdən biraz arxada düşürmüşdür. Sonra isə nə edəcəyin düşünüb, bu barədə heç kimə məlumat verməmişdir. Xaqaninin isə öldüyün bilməmişdir. Maşını sürüb Astaraya qayınatasıgilə getmişdir. Səhərisi isə polislər ora gəlmişdir. Ondan onları harada gizlətməyin soruşmuşlar, o isə bağ ərazisinə düşürtdüyün demişdir. Özü bilsə imiş, bu hadisənin törədilməsini qoymazmış. Bu iş anidən olub, məqsəd və plan olmamışdır. Xaqani ilə Böyükxanın atası arasında nəsə olduğun bilməmiş, belə bir hadisə barədə isə rayonda eşitmişdir, amma kim olduğun bilməmişdir. Müstəntiqə ifadə vermiş, ona qarşı təzyiq edilməyib, onu prokurorluğa çağırıb sənədləri imzalatmışlar, sənədləri isə tutulmamaq üçün imza etmişdir. Özünü təqsirli bilmir, hadisədən xəbəri olmayıb, sürücü olmuşdur. İki gün qabaq övladı olub, onu hələ də gedib görə bilməmişdir, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsi ilə təqsirli bilməyərək bildirmişdir ki, Cəlilabad şəhəri, Bağ adlanan ərazidə yerləşən Karaoke adlanan obyektin qarşısına gedib avtomobili orada saxlamışdır. O avtomobili saxladıqdan sonra 1-2 dəqiqə sonra Rəşid idarə etdiyi tünd boz rəngli Kia Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili Karaokenin yaxınlığında saxlamışdır. Rəşid avtomobili saxladıqdan sonra onlar avtomobildən düşüb karaokeyə tərəf getmişlər. O da onların karaokeyə tərəf getdiyini görüb onların ardınca getmiş, Karaokenin qarşısında Rəşidlə, obyektə daxil olduqdan sonra isə qapının qarşısında Böyükxanla görüşmüşdür. Daha sonra Böyükxan Karaokeni işlədən şəxsdən boş kabinet soruşmuşdur. Karaokeni işlədən şəxs 1 nömrəli kabineti göstərdiyi üçün o, Rəşid və Böyükxan həmin kabinetə daxil olmuşlar. Həmin kabinetdə onlar qəlyan çəkməyə başlamışlar. Bir qədər sonra Böyükxanın əvvəllər tanımadığı qohumu Həsən də ora gəlmişdir. Karaokedə olduqları müddətdə müxtəlif mövzulardan, eləcə də onun yeni aldığı maşından söhbət etmişlər. Qeyd etmişdir ki, o, 20 oktyabr 2023cü il tarixdə özünə **-RN-*** dövlət qeydiyyat nişanlı Renault markalı yeni avtomobil almışdır. Söhbət zamanı Böyükxan və Rəşid ona karaokedən çıxdıqdan sonra maşınına baxmaq istədiklərini bildirmişlər. Bir qədər sonra karaokedən çıxıb onun avtomobilinə əyləşmişlər. O sürücü oturacağında, Rəşid ön sağ oturacaqda, Həsən və Böyükxan isə arxa oturacaqda əyləşmişdlər. Onlar həmin maşınla Cəlilabad şəhəri, H.Əliyev prospektində bir-iki dəfə dövrə vurduqdan sonra üzü Silsilə adlanan ərazi istiqamətində hərəkətdə olarkən Böyükxan Cəlilabad mərkəzi poçtundan bir qədər irəlidə hərəkət edən qara rəngli Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb Rəşidə həmin avtomobilin Xaqaninin avtomobili olduğunu bildirmişdir. Rəşid isə həmin avtomobilin sürücüsünün Xaqani olmadığını bildirmişdir. Böyükxan yenidən Xaqaninin avtomobilin nömrəsini bildiyini və onun Xaqani olduğunu bildirdiyi üçün Rəşid ona avtomobili onun ardınca sürüb həmin avtomobilə yaxınlaşmasını bildirmişdir. O, avtomobili bir qədər sürətli idarə edərək **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Rəşid və Böyükxan yaxından baxaraq avtomobilin sürücüsünün Xaqani olduğunu bildirmişdir. Xaqani adlı şəxs avtomobili idarə edib Silsilə adlanan ərazidə, İlham adlı şəxsin işlətdiyi aptekin qarşısında saxlamışdır. Xaqaninin olduğu avtomobildə, qabaq ön oturacağında sonradan adının Pərviz olduğunu bildiyi şəxs də olmuşdur. Böyükxanın ona avtomobili Xaqaninin olduğu avtomobilin arxasında saxlamasını bildirdiyi üçün o, avtomobili Xaqaninin avtomobilinin arxasında saxlamışdır. Avtomobili saxladıqdan sonra Ford markalı avtomobildə olan şəxslər avtomobildən düşüb aptekə tərəf getmişlər. Bundan sonra Böyükxan ona qarşıdan dönüb həmin yerə gəlmələrini bildirmişdir. Onlar avtomobillə Səma şadlıq sarayının qarşısından bir qədər irəliyə gedib geriyə dönərək yenidən Xaqaninin avtomobili saxladığı yerə yaxınlaşıb əvvəlcə avtomobili üzü Uzuntəpə yolu istiqamətində yolun sağ tərəfində saxlamışdır. Həmin vaxt Böyükxan ona qarşıdan dönüb qayıdaraq avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını, o özü isə Xaqani aptekdən çıxdığı vaxt onu döyüb sındıracağını, ondan sonra da oradan gedəcəklərini bildirmişdir. Qeyd etmişdir ki, o, həmin vaxt Böyükxanı yumruqla və ya təpiklə Xaqanini döyüb sındıracağını düşünmüşdür. Bundan sonra Böyükxan avtomobildən düşmüşdür. Böyükxanın ardınca Rəşid də avtomobildən düşmüş və onlar ikisi birlikdə yolun digər tərəfinə keçərək piyada İlhamın aptekinə tərəf getmişlər. Həsən isə onun avtomobilində qalmışdır. Bundan sonra o, avtomobili idarə edərək Bağ adlanan ərazi istiqamətində hərəkət etmişdir. Lakin, 2-3 dəqiqə keçməmiş Oba marketin qarşısından avtomobili geriyə döndərib İlhamın aptekinin qarşısına gedərək avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamışdır. O və Həsən avtomobildə gözləmişlər. Onlar gözləmişlər ki, Böyükxan da gəlib avtomobilə əyləşsin və oradan getsinlər. O, avtomobili saxladıqdan 1-2 dəqiqə sonra Böyükxan və Rəşid Pərviz adlı şəxsi gətirib avtomobilin arxa oturacağında Həsənin yanında əyləşdirib qapını bağlamışlar. Rəşid Pərviz tərəfdə, yəni səki tərəfdə avtomobilin arxa qapısının yanında dayanmışdır ki, Pərvizin avtomobildən düşməsinə mane olsun. Pərviz avtomobildə ona və Həsənə “Nə olub, nə məsələdi, buraxın gedim” demişdir. Lakin, o, eləcə də Həsən Pərvizlə danışmamışlar. Pərviz öz oturduğu tərəfdə arxa qapını 2-3 dəfə açaraq avtomobildən düşməyə çalışsa da qapının yanında dayanmış Rəşid ona imkan verməmişdir. Təxminən bir dəqiqə sonra Pərviz Rəşidin avtomobildən bir qədər uzaqlaşıb Səma şadlıq sarayına tərəf getdiyini görüb öz oturduğu tərəfdən arxa qapını açaraq avtomobildən yerə düşmüşdür. Lakin, Rəşid Pərvizin avtomobildən düşdüyünü görüb avtomobilin yanına gələrək Pərvizə avtomobilə oturmasını, özünə problem yaratmamasını demişdir. Pərviz də buna görə yenidən avtomobilə oturmuş və Rəşid də qapını örtmüşdür. Həmin vaxt avtomobilin qapılarının kilidi açıq vəziyyətdə olmuşdur. O, avtomobilin qapısını kilidləməmişdir. Pərviz avtomobildən Rəşid və Böyükxana “Mənim sizlə nə problemim var, nə olub, məni tanımırsız?” sözlərini demişdir. Rəşid ona “sakit dayan birazdan görəcəksən nə olub” demişdir. Həmin vaxt Böyükxan aptekin qarşısındakı divarın yanında küncdə, ət dükanın yanında, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmasını gözləmişdir. Təxminən 5 dəqiqə sonra, yəni təqribən 24 oktyabr 2023-cü il, saat 20 radələrində aptekin qarşısından səs-küy gəldiyini eşitmişdir. Böyükxan daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atmışdır. Daha sonra Böyükxan avtomobilin arxa oturacağında, Rəşid isə qabaq sağ oturacağında əyləşmişdir. Böyükxan avtomobilə minərkən əlində bıçaq olmuşdur. Böyükxan avtomobilə oturduqdan sonra Xaqanini bıçaqla vurduğunu bildirmişdir. O, Böyükxanın Xaqanini bıçaqla vurmasını özü görməmiş, yalnız həmin vaxt bilmişdir ki, Böyükxan Xaqanini bıçaqla vurmuşdur. Böyükxanı gözlədikləri müddət ərzində avtomobili işlək vəziyyətdə olmuşdur. Bundan sonra Böyükxan ona avtomobili sürməsini dediyi üçün o, avtomobili idarə edərək oradan Böyükxanın göstərişinə əsasən karaokenin yanına getmişlər. Orada onlar avtomobildən düşmüşlər. Daha sonra Böyükxan və Rəşid Cəlilabada gəldikləri boz rəngli Kia Rio markalı avtomobilə əyləşmişlər. Digər oğlan isə piyada oradan getmişdir. O isə özünə məxsus avtomobili idarə edərək oradan yaşadığı evə getmişdir. O evə getdikdən bir qədər sonra avtomobilinin kameralara düşdüyünü və eləcə də hadisə vaxtı Böyükxangillə birlikdə olduğunun polislər tərəfindən bilinəcəyini düşündüyü üçün həmin gün saat 22 radələrində Astara şəhərində yaşayan qayınatası Asif Mirzəyevə məxsus evə getmişdir. O, qayınatasıgildə, eləcə də öz yaşadığı evdə ailə üzvlərinə və qohumlarına hadisə barədə heç bir məlumat verməmişdir. Astaraya gedərkən yolda olan zaman Rəşid whatsapp proqramı vasitəsilə ona zəng edərək Bakı şəhərinə getdikdlərini və hər şeyi yoluna qoyacaqlarını bildirmişlər. Həmin vaxtdan sonra Böyükxan və Rəşiddən məlumatı olmamışdır. 25 oktyabr 2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən Xaqaninin öldürülməsi ilə bağlı Cəlilabad rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə çağırılmışdır. X37 adlı şəxsi bıçaqla vuracağından əvvəlcədən məlumatı olmamışdır. Hadisədən sonra Böyükxan bıçağı əlində tutaraq onun avtomobilinə minmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində əlavə ifadəsində bildirmişdir ki, hadisədən sonra Xaqaninin bir neçə il əvvəl Böyükxanın atasını döydüyünü bilmişdir. Böyükxan da qisas almaq üçün Xaqaniyə bıçaqla xəsarətlər yetirmişdir. Həmin bıçaq dəstəyi tünd qəhvəyi rəngli, tiyəsi gümüşü rəngli olan qatlanan bıçaq olmuşdur. Tiyəsi açılarkən bıçağın ümumi uzunluğu təxminən 20-25 sm ölçüdə olmuşdur. Hadisədən sonra Böyükxan bıçağı əlində tutaraq onun avtomobilinə minmişdir. Hadisə yerindən getdikdən sonra Karaokenin qarşısında onlar onun avtomobilindən düşmüşlər. Böyükxan və Rəşid Cəlilabada gəldikləri boz rəngli Kia Rio markalı avtomobilə əyləşmişlər. Rəşid sürücü tərəfdə, Böyükxan isə qabaq sağ oturacaqda əyləşmişdir. Kia markalı avtomobilə əyləşdiyi vaxt bıçaq Böyükxanın əlində olmuşdur. Ondan sonrası barədə məlumatı yoxdur. Böyükxan və Rəşidin Pərvizi onun avtomobilinə oturtmalarının səbəbini əvvəlcə başa düşməmişdir. Lakin, yaxın dostları olan Rəşid və Böyükxana görə özü Pərvizə avtomobildən düşməsini bildirməmiş və ona kömək etməmişdir. Pərviz avtomobildən düşmək istədiyi vaxt Rəşid ona avtomobilə oturmasını və özünə problem yaratmamasını demişdir. Hadisədən sonra Böyükxan onun avtomobilinə oturarkən Pərvizi dartaraq yerə atdığı vaxt başa düşmüşdür ki, Böyükxan və X38 görə, yəni Böyükxanın Xaqaniyə bıçaqla xəsarət yetirəcəyinə hansısa formada mane olacağından ehtiyat edərək Pərvizi onun avtomobilində əyləşdirmişlər. O, eləcə də Həsən Pərvizlə danışmamış, habelə onun avtomobildən düşməsinin qarşısını almaq üçün hər hansı hərəkət etməmişdir. O və Həsən Pərvizin öz oturduğu tərəfdən avtomobildən düşməyə çalışması ilə bağlı ona heç nə deməmişlər. X43 avtomobildən düşməsinə imkan verməmişdir. Pərviz avtomobildə olduğu müddətdə Həsən əyləşdiyi tərəfdən düşməyə cəhd etməmişdir, eləcə də onun əyləşdiyi tərəfdən düşmək istəməsi ilə bağlı Həsənə və ya ona heç nə deməmişdir. Fikrincə, buraxmalarını deməsinə baxmayaraq Pərvizə heç nə demədikləri üçün sonuncu, Həsən oturduğu tərəfdən onun düşməsinə imkan verməcəyini düşünmüşdür. Buna görə də Pərviz Həsən əyləşdiyi tərəfdən düşməyə cəhd etməmişdir, eləcə də onun əyləşdiyi tərəfdən düşmək istəməsi ilə bağlı Həsənə və ya ona heç nə deməmişdir. Fikrincə, Həsən hadisə baş verdikdən sonra onunla eyni vaxtda Böyükxanın Xaqaniyə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Avtomobildə olduğu müddətdə Həsən demək olar ki, danışmamışdır. Böyükxan və Rəşid onun yaxın dostları olduğu üçün, eləcə də Böyükxanın Xaqani adlı şəxsə bıçaqla vuracağından əvvəlcədən məlumatı olmadığı üçün o Böyükxan və Rəşidə etiraz etməmişdir. X28 adlı şəxsə bıçaqla xəsarət yetirəcəyindən əvvəlcədən məlumatlı olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Yalnız hadisədən sonra başa düşmüşdür ki, Rəşid də hadisədən əvvəlcədən məlumatlı olmuşdur. Böyükxanın dediyi üçün o, avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamışdır. Lakin, Böyükxanın bunda niyyətinin nə olması barədə əvvəlcədən məlumatı olmamışdır. Hadisədən sonra başa duşmüşdür ki, hadisə yerindən tez uzaqlaşmaq üçün Böyükxan ona avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını demişdir. Cinayət məsuliyyətindən qorxduğu üçün, eləcə də Böyükxan və Rəşid onun yaxın dostu olduğuna görə hadisədən sonra bu barədə hüquqmühafizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ifadəsini təsdiq etmədiyini, özünün elə ifadə vermədiyini, Xaqaninin maşınını tanımadığını, Xaqanini döyüb sındırarıq deyə yolda bu barədə aralarında söhbətin olmadığını, çöldə nə proses gedib onu bilmədiyini, hadisədən sonra Rəşidlə telefonda danışmadığını, ifadələrin müstəntiq tərəfindən yazıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Böyükxan xalası nəvəsidir. Qohumluqdan əlavə, Böyükxan onun yaxın dostudur. Həsən xalası nəvəsi, Hüseyin onun dostudur. 23 oktyabr 2023-cü il tarixdə şəhərdə taksi fəaliyyəti ilə məşğul olarkən dostu ona zəng vurub, ortaq dostları Şamxalın nənəsinin rəhmətə getdiyini demişdir. Daha sonra isə taksi fəaliyyəti qurtarandan sonra 9-cu mikrorayonda olan fitnes zalına məşqə getmişdir. Böyükxanla orada rastlaşmışdır. Böyükxana demişdir ki, zaldan tez çıxıb gedib dincələcək, yorğun olar, sabah Cəlilabada gedəcək. Böyükxan da demişdir ki, “qaqa kimlə gedəsən, maşında boş yer varsa məndə gedim səninlə də gələrəm, tez qayıdacaqsa əgər.” Özü də demişdir ki, “hə gedib qayıdacam mən”. Belə olmuş, Böyükxana demişdir ki, “sabah onda saat 07:00-da gəlib səni götürəcəm”. Böyükxan da demiş ki, “onda gedib dincəl, yorğun olarsan”. O isə demişdir ki, “qaqa mən yorğun deyiləm, istəsən axşam çıxarıq”. Çünki ona tez çıxmaq sərf eləmiş, taksi fəaliyyəti göstərdiyindən, maşının krediti olduğundan, ona görə də tez gedib qayıtmağın ona sərf etdiyini demişdir. Elə olmuş ki, gedib evə çörək yeyib, əynini dəyişmiş, evdən çıxana Böyükxan rola oturmuş, özü isə sağda, çünki onun maşınına Böyükxanın da etibarnaməsi olmuşdur. Maşına əyləşəndən sonra yorğun olduğundan yatmış, Salyanda ayılmış, görmüş ki, Böyükxan musiqiyə qulaq asır. Sonra demiş ki, “yorğun olarsan saxla mən sürüm”. Salyan o yana özü sürmüşdür. Bakıdan çıxanda saat 12 olarmış, saat 2-3 ərəfələrində Cəlilabada girmişdir. Gedib baba evində qalmışlar, səhər-səhərdə oyanıb getmişlər hüzürə, hüzürdə oturmuşlar, qırx dəqiqə oturduqdan sonra çıxmışlar. Böyükxana demişdir ki, “maşının bir iki işi var, həm də saçımı düzələtdirəcəm”. Böyükxan da demişdir ki, “qaqa elə məndə saçımı düzəldirəcəm, üstümdə pulum yoxdur”. Özü isə ona problem olmadığını, ona pul verəcəyini şəhərə gedəndə qaytararsan sözünü demişdir. Bundan sonra bərbərxanaya getmişlər. Hardasa səhər-səhər olmuşdur. Bərbər isə əlində işinin olduğunu, saat 2-də gəlmələrini demişdir. Ordan çıxıb maşınını ustaya aparmışdır. Usta maşına baxıb maşında problem olmadığını demiş, oradan çıxıb iran bazarına getmişdir. Orda dükan açmışdır, telefon dükanı, özü telefon ustası olmuşdur. Getmiş ora çay zad içmiş, ona iki dənə telefon vermişlər, təmir üçün, həmin telefonlarda maşınına baxış zamanı çıxmışdır. Ordan çıxandan sonra isə getmişlər bərbərə. Birinci orda çöldə oturmuş, həmin müddətdə də rayonda qız olmuş, onunla münasibət olmuşdur. Onunla danışmış rayonda olduğunu, görüşmək istədiyini demişdir. Bunları deməkdə məqsədi odur ki, cinayət törətmək istəyən niyə belə şeylər etsin ki. Qızla danışmış, araları dəydiyindən bir iki saat görüşmək istəmişdir. Qız isə yox demişdir. Əsəbləşib telefonu söndürmüş, mesaj yazmışdır. Bundan sonra saçını düzəldirmiş, Həsən gəlmiş, Həsənlə söbhət eləmişdir. Həsən getmişdir. Sonra gedib oturub saçını düzəltdirmişdir. Daha sonra çıxmışlar, başqa işlərini görmüş, çaynik falan götürmüş, sonra hüzür yerinə getmişlər. Şamxal orada olmamış, iki-üç dəqiqə orda olmuşlar. Ordan çıxandan sonra isə Böyükxanla qəbirüstünə getmişlər. Onu da qeyd edir ki, bərbərxanadan çıxanda Hüseyini yığmış, Hüseyin ona rayonda fılan yerdə olduğunu demiş, çay içmək istədiyini bildirmişdir. O isə Hüseyinə Bakıya çıxacaqlarını çatdıra bilərsə görüşəcəyini demişdir. Qəbirüstən çıxandan sonra Hüseyin zəng vurub, Bakıya çıxmayıblarsa görüşmək istədiyini demişdir. Bundan sonra qəbirüstündən çıxıb, bağ ərazisinə gedib karaokenin yanında maşını saxlamışdır. Maşından düşmüşlər. Görmüş ki, Hüseyin üç-dörd maşın qabaqda maşınından düşüb onlara tərəf gəlir. Ondan qabaq isə Hüseyin ona maşın göstərmişdir, görmüş ki, həmin maşındır. Hüseyinlə görüşəndə də mübarəkdir, xeyir olmasını demişdir. Sonra karaokenin içinə keçib kabinetdə oturmuşlar. Qəlyan demişlər, çay içmişlər, Hüseyinin təzə maşını haqqında danışmışlar. Sonra xalası nəvəsi Həsən də gəlmişdir. Həsən onların yaşıdı olmamış, o yaşda uşaqla kim nəsə edər, aparıb problemə salar. Həsən sakitcə oturmuş, özü, Hüseyin və Böyükxan söhbət etmişlər. Böyükxan demişdir ki, “Hüseyin təzə maşın alıb maşına baxaq”. Hüseyin də maşına baxmaqlarını demişdir. Birlikdə çıxmışlar, maşınla gedib bağın baş tərəfin fırlanıb qayıtmışlar. Həmin vaxt Böyükxan marketin qabağında saxla demişdir. Həmin vaxt özü telefonda tiktokda imiş. Saxla deyəndə telefonu cibinə qoymuş ki, Böyükxan ona bərbərə gedəndə pulunun olmadığını demişdir. Düşünmüş ki, Böyükxan marektə gedirsə pulu yoxdur, ona görə özü də düşmüşdür. Düşəndə görmüş ki, Böyükxan Yaşarın marketi tərəfə yox əks istiqamətə bağ tərəfə gedir. Gəlib Böyükxana çatıb, nə istədiyini köməklik edəcəyini demiş, Böyükxan isə narahat olmamağını gedib maşında oturmasını demişdir. Həmin vaxt Səma şadlıq sarayının qabağında olmuşlar. Maşında otur desə də, narahat olmuş nəsə getməmişdir. Böyükxan gedib, aptekə tərəf dönmüşdür. Görmüş ki, Böyükxan bir nəfərin əlindən tutub gətirir, gəlmişlər həmin şəxs Pərviz olmuş, Pərvizə Böyükxan demişdir ki, “nə gəzirsən burda”. Pərviz isə qayıdıb Böyükxana demişdir ki, “dədə, nolub ki, belə”. Görmüş ki, Pərvizlə Böyükxan bir-birin tanıyır. Çünki Böyükxana yalnız tanıyan, yaxın adamlar dədə deyir. Özü isə heç bir sözə qoşulmamış, durub baxmışdır. Üçü durmuş, orada kamera görüntüsünə də düşmüşlər. Böyükxan Pərvizə yanında olanın kim olduğunu soruşmuş, Pərviz isə Xaqani olduğunu demişdir. Özü isə Xaqanini tanımamışdır. Böyükxan Pərvizə maşına oturmasını demişdir. Pərvizə özü heçnə etməmiş, Pərviz öz xoşuyla maşına oturmuşdur. Böyükxan isə aptekə tərəf getmişdir. Həmin vaxt narahat olmuş ki, nə proses baş verir. Özü isə maşının arxasına keçib ona baxmışdır ki, nə etmək istiyir bu. Görmüş ki, gedib aptekin yanında yer var orda durmuşdur. Özünün də xəbəri olmamış ki, nə etmək istəyir, nə edəcək. Həmin vaxt Pərviz qapını açmış, qapını açanda özü də maşına tərəf durmuşmuş. Böyükan ona tərəf baxıb demişdir ki, “sənə demədim otur maşında, istiyirsən nəsə problem ola”. Bundan sonra Pərviz qapını öz xoşuyla özü örtmüşdür. Kamera görüntüləri də varki, özü maşının qapısına əlini belə vurmamışdır. Böyükxanın hərəkətləri pis təsir etmiş, ona yaxınlaşmış demişdir ki, “qaqa salamatçılıqdı, neyləmək istiyirsən”. Böyükxan isə qayıtmış ki, “sənə dedim get otur maşına”. Böyükxana onunla niyə belə danışdığını soruşmuş, o isə yenə gedib maşına oturmağını demişdir. Böyükxanla uşaqlıqdan bir yerdə olduğundan onun xasiyyətin bilmiş, üstünə getdikcə, daha da aqresiv olduğunu bildiyindən, nəsə problem yaranmasın, özünə nəsə etməsin deyə uzaqlaşmışdır. Uzaqlaşıb telefonu çıxarmış, görüntülü çəkmişdir, lakin orda cinayət olacağın bilməmiş, videonu çəkmişdir ki, yəni Böyükxanın özünü bu cürnə aparmağın səsini yazsın, lakin səs yaza bilmədiyindən videogörüntü çəkmişdir. Çünki Böyükxanın ona aqresiv cavab verməyi pis təsir etmişdir. Maşının qapısın da tutmamış, orada o yana-bu yana getmişdir. Kiməsə nəsə maneəçilik etməmişdir. Sadəcə ikinci dəfə maşına tərəf gedib qayıdanda Pərviz qapını açmış, bir ayağı da yerdə olmuş, həm də görmüş ki, Böyükxan ordan Pərvizə tərəf gəlmək istiyir. Fikirləşmiş ki, Böyükxan gəlib Pərvizə nəsə ağır söz deyəcək, bu cavab qaytaracaq, nəsə olar, Pərviz yaşlı adamdır. Bu şeyi özünə sığışdıra bilmədiyindən Böyükxandan qabaq cəld maşına yaxınlaşıb, Pərvizə demişdir ki, “problem yaratma da otur maşına”. Yenə o özü, öz xoşuyla maşında oturub, qapını bağlamışdı. Ondan sonra durmuş orda, Böyükxan aqresiv danışdığından telefonu cibinə atıb, ona “nə edirsən et, çıxıb gedirəm” demək istəmiş, elə bu barədə fikirləşəndə görmüş ki, Böyükxanın əlindən bir nəfər çıxdı, yerə dəydi. Həmin vaxt biraz qorxmuş, Böyükxan isə qaçaraq avtomobilə tərəf gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atmışdır. Həmin vaxt özü də qayıdıb maşına oturmuşdur. Maşına oturanda bilmişki, Böyükxan onu bıçaqla vurmuş, ona demişdir ki, “qaqa niyə bıçaqla vurdun”. Hüseyin sürmüş fırlanıb gəlib onun maşını yanında düşmüşlər. Sonra öz maşınına minib sürmüş, fikirləşməmiş ki, o adam ağır xəsarət alıb. Yolda elə olmuş ki, saxlamış Böyükxana neynəmək istədiyini soruşmuş, sonra sürüb gedib Ələt tərəfdə saxlamışdır. Böyükxana demişdir ki, “dədə başına dönərəm, telefonumda qalsın səndə, maşında qalsın səndə, məndən uzaq olsun da mən çıxım gedim Bakıya”. Maşından düşüb yoldan bir furqon mersedesə minib çıxıb getmişdir. O maşına minəndə isə Böyükxan maşından biraz uzaqda telefonla danışırmış. Nəsə maşına minib gəlmiş heçnə, Bakı şəhərində gizlənmişdir. Hüseyini ora özü çağırmış, görüşməyi özü istəmişdir. Onunla aralarında belə haq-hesab olmayıb, özü də heç vaxt istəməz ki, Hüseyin problemə düşsün, təzə ailə qurub. Bunu özünə yaraşdırmaz. Belə bir şey olacağın özü də bilməmişdir. Bu hadisə gündə adamın başına gələsi deyil ki, ömründə birinci dəfə imiş belə bir şey görürmüş. Onlar bu işi planlamamışlar, yolları ilə gedərkən o insan qarşılarına çıxıbsa, Böyükxanın da onunla düşmənçiliyi varsa, özü neyləsin. Bu problemdən isə əvvəlcədən məlumatı olmuşdur. Öz telefonu ilə videoçəkiliş aparmaqda məqsədi o olmuşdur ki, Böyükxan onunla əsəbi danışmış, bu ona pis təsir etmiş, əvvəllər də aralarında bu kimi hal çox olmuş, çünki sonradan Böyükxan ona qarşı etdiyi hərəkətlərini xatırlamadığından, əvvəl onun səsini yazmaq istəmiş, lakin sonradan video çəkib, ona qarşı etdiklərini Böyükxana sübut etmək istəmişdir. Pərvizə hadisə vaxtı maşına otur sözün ona görə demişdir ki, həmin vaxt Böyükxan aqresiz olmuş, gəlib Pərvizə əl atıb eliyə bilərmiş, onun qarşısını almaq məqsədilə demişdir ki, otur maşına. Yoxsa Pərvizi maşında saxlamaq niyyətində olsa imiş, Pərviz yaşlı adam olmuşdur, maşının qapısın əli ilə saxlayarmış, o heç düşə bilməzmiş, yada maşında Pərvizin yanında oturarmış, Pərviz heç tərpənə bilməzmiş. Maşında isə həmin vaxt nə olub bilməmiş, çünki özü maşından çöldə olmuşdur. Özünün isə bu hadisəyə heç bir aidiyyəti yoxdur, o qurbandır. Böyükxanda isə bıçağı görməmişdir. Xaqanini öldürməklə bağlı da Böyükxanla aralarında söhbət olmayıb. Xaqanini izləməmişlər, Böyükxan hadisə yerində marketə düşmək istədiyini demiş, özü də onun arxasınca düşmüşdür ki, Böyükxanın pulu olmadığından, nəyəsə ehtiyacı olsa pul versin. Xaqanini Böyükxan özü görüb, maşını özü saxladıb, özü də gedib. Hüseyinin maşına isə Karaokenin qabağından dördü birlikdə minmişlər. Müstəntiqə ifadə vermiş, iradəsinə təsir göstərilib, ifadəsinə müdaxilə edilmiş, ifadəsini oxuyub imzalamamışdır. Özü cinayətkar deyil, hadisə vaxtı cinayət eləmək niyyəti olmamış, Pərvizi Böyükxan maşına otuzdurub, onun bu kimi niyyəti olmayıb, əməlində elə şey olmayıb, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 32.5, 120.1-ci maddəsi ilə təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Böyükxan xalası nəvəsidir. Qohumluqdan əlavə, Böyükxan onun yaxın dostudur. Xaqanini üzdən tanımamışdır, lakin onun barəsində Böyükxan, eləcə də başqalarından eşitmişdir. Bildiyinə görə Xaqani və onun bir neçə dostu təxminən bir neçə il əvvəl Böyükxanın atası Elçini döyərək ona xəsarət yetirmişdilər. Buna görə Böyükxanın və onun ailəsinin həmin şəxslərlə ədavəti olmuşdur. Böyükxan həmişə Xaqani adlı şəxslə rastlaşdığı vaxt onu vuracağını, atasının qisasını alacağını demişdir. 24 oktyabr 2023-cü il tarixədək Xaqanini üzdən görməmişdir. Həsən xalası nəvəsi, Hüseyin onun dostudur. 23 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində məşq etmək üçün Böyükxanla birlikdə 9-cu Mikrorayonda yerləşən “Spartak” adlı idman zalına getmişlər. Orada məşq edərkən Böyükxana dostu Şamxalın nənəsinin yas mərasiminə getmək istədiyini bildirmişdir. Böyükxan da onunla birlikdə yas mərasiminə gedəcəyini bildirmişdir. Buna görə də gecə saatlarında Cəlilabada gəlməyi qərarlaşdırmışlar. Məşqdən çıxdıqdan sonra Böyükxanla birlikdə onların yaşadığı evə getmişlər. Yaşadıqları evdə yemək yedikdən sonra 24 oktyabr 2023-cü il tarixdə, saat 01 radələrində Böyükxanla birlikdə dostları Şamxalın nənəsinin yas mərasimində iştirak etmək üçün Bakı şəhərindən çıxaraq ona məxsus boz rəngli Kia Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonuna gəlmişlər. Onlar təxminən 24 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Cəlilabad şəhərinə çatıb Cəlilabad şəhəri, H.Aslanov küçəsində onlara məxsus evdə qalmışlar. 24 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində yuxudan oyandıqdan sonra yas mərasimə gedərək orada iştirak etmişlər. 24 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində yas mərasimindən çıxaraq onları yaşadığı evə gedib yemək yemişlər. Yemək yedikdən sonra Böyükxanla birlikdə Əlisakitin bərbərxanasına getmişlər. Bərbərxanada olduqları vaxt xalası nəvəsi X24 ora gəlmişdir. Həsən onlarla görüşdükdən sonra bərbərxanadan getmişdir. Saçlarını düzəltdirdikdən sonra İran bazarı adlana yerə getmişlər. O, orada əvvəllər özü işlətdiyi mağazadan tefal markalı elektrik çaynikini götürmüşdür. Daha sonra onlar qəbiristanlığa gedərək yaxınlarının məzarını ziyarət etmişlər. Daha sonra 24 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Karaoke adlanan obyektə getmişlər. Onlar karaokeyə getməzdən əvvəl o, Böyükxanla ortaq dostu olan Hüseyinə zəng edərək Karaokeyə getdiklərini və vaxtı olduğu halda görüşmək üçün ora gəlməsini bildirmişdir. Hüseyin də ora gələcəyini bildirmişdir. Onun istifadəsində ***-***-**-**, ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. Onlar karaokeyə getdikdən sonra Böyükxan obyektdə işləyən şəxsdən boş kabinet soruşmuşdur. Həmin vaxt Hüseyin də Karaokeyə gələrək onunla və Böyükxanla görüşmüşdür. Karaokeni işlədən şəxs 1 nömrəli kabineti göstərdiyi üçün o, Böyükxan və Hüseyin həmin kabinetə daxil olmuşlar. Həmin kabinetdə onlarla qəlyan çəkməyə başlamışlar. Bir qədər sonra Həsən də ora gəlmişdir. Karaokedə olduqları müddətdə müxtəlif mövzulardan söhbət etmişlər. Eləcə də kabinetdəki televizorda Youtube proqramında müxtəlif videolara baxmışlar. Karaokedə olduqları müddətdə Böyükxan Xaqani adlı şəxsi bıçaqlamaq niyyətinin olması, ümumiyyətlə cinayət törətmək niyyəti ilə bağlı Həsən, Hüseyin və ona heç nə danışmamışdır. Böyükxanın ümumiyyətlə Bakı şəhərindən 24 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayonuna Xaqanini öldürmək niyyəti ilə gəlib-gəlmədiyini bilmir. Lakin, qeyd etmişdir ki, bildiyinə görə Böyükxan həmişə üzərində bıçaq gəzdirmişdir. Bir qədər sonra onlar hamısı karaokedən çıxmışdır. Karaokedə olarkən Hüseyin yeni avtomobil aldığını dediyi üçün Karaokedən çıxdıqdan sonra onlar ona baxmağı və sürüb yoxlamağı qərara almışlar. Daha sonra onlar Hüseyinə məxsus Renalut markalı avtomobilə əyləşmişlər. Hüseyin sükan arxasında, o ön sağ oturacaqda, Həsən və Böyükxan isə arxa oturacaqda əyləşmişlər. Onlar həmin maşınla Cəlilabad şəhəri, H.Əliyev propektində bir dəfə dövrə vurduqdan sonra üzü Silsilə adlanan ərazi istiqamətində hərəkətdə olarkən Böyükxan Bazarstore marketin qarşısında hərəkət edən qara rəngli markasını xatırlamadığı avtomobili görüb həmin avtomobilin sürücüsünün Xaqani ola biləcəyini deyib Hüseyinə avtomobili ona yaxın sürməsini bildirmişdir. Hüseyin avtomobili həmin avtomobilə yaxınlaşdırdıqdan sonra Böyükxan avtomobilə baxıb həmin şəxsi tanıdıqdan sonra Hüseyinə avtomobili Yaşarın marketinin qarşısında saxlamasını demişdir. Bundan sonra Böyükxan Hüseyinə avtomobili saxlamasını dediyi üçün o avtomobili saxlamış və Böyükxan avtomobildən düşmüşdür. Böyükxan avtomobildən düşdüyü üçün o da avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra Böyükxanla birlikdə İlhamın aptekinə tərəf getmişdir. Yolda gördükləri avtomobil aptekin qarşısında dayanmışdır. Aptekin qarşısına çatdıqdan sonra o, səkidə dayanmış, Böyükxan isə sol tərəfə gedərək aptekin qarşısında dayanmış Cəlilabad şəhər sakini Pərvizi səkiyə tərəf, apteklə üzbəüz dayandıqda sol tərəfdə yerləşən ət dükanının qarşısına gətirmişdir. Böyükxan Pərvizi gətirdikdən sonra ona “Şərəfsiz Xaqani ilə birlikdə nə edirsən, bilmirsən o şərəfsizdi? demişdir. Pərviz isə ona Xaqani ilə birlikdə dərman almağa gəldiyini demişdir. Bir qədər sonra Hüseyin öz avtomobili ilə gələrək həmin avtomobilin qarşısında saxlamışdır. Həmin müddətdə Böyükxan apteki müşahidə etmişdir. Hüseyin avtomobili saxladıqdan sonra Böyükxan Pərvizi aparıb Hüseyin avtomobilinin arxa oturacağında oturtmuşdur. O, həmin vaxt Böyükxanın Xaqanini vuracağını bilib ona yaxınlaşmaq istəsə də Böyükxan ona uzaqlaşıb avtomobilə getməsini bildirmişdir. O da buna görə Hüseynin avtomobilinə tərəf gəlib arxa krelinə söykənib Böyükxanı gözləmişdir. Həmin müddətdə Pərviz bir dəfə qapını açıb avtomobildən düşmək istəsə də lakin, həmin vaxt Pərviz yenidən qapını ötüb avtomobildə qalmışdır. Lakin, Pərvizin avtomobildən düşməyib qapını yenidən örtüb avtomobildə qalmasının səbəbini xatırlamır. Həmin müddətdə Böyükxan aptekdən sol tərəfdə yerləşən ət dükanın qarşısında, aptekdən görünməyən yerdə dayanıb oranı müşahidə etmişdir, Həsən və Hüseyin avtomobildə olmuşdur. 24 oktyabr 2023-cü il, saat 20 radələrində Böyükxan Xaqani adlı şəxsə xəsarət yetirdikdən sonra qaçaraq avtomobilə tərəf gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atmışdır. O, hadisə vaxtı həmin istiqamətə baxmadığı üçün Böyükxanın Xaqaniyə xəsarət yetirməsini görməmiş, yalnız Böyükxan avtomobilə tərəf qaçdığı vaxt Xaqani adlı şəxsin yerə yıxıldığını görmüşdür. Həmin vaxt o ön oturacaqda, Böyükxan isə arxa oturacaqda əyləşmişdir. Avtomobilə mindikdən sonra Hüseyin tez avtomobili sürmüş və onlar oradan uşaqlaşmışlar. Həmin vaxt Hüseyinin avtomobili özünün sürməsini və ya bu barədə Böyükxanın ona nəsə dediyini dəqiq bilmir. Bundan sonra Hüseyin avtomobili sürüb Karaokenin yanında saxlamışdır. Orada onlar avtomobildən düşmüşlər. Daha sonra o və Böyükxan Cəlilabada gəldikləri ona məxsus Kia Rio markalı avtomobilə əyləşmişlər. Həsən piyada, Hüseyin isə öz avtomobilində oradan getmişdir. Daha sonra o, avtomobili işə salıb idarə edərək Bakı şəhəri istiqamətində getmişlər. Hüseynin avtomobilindən düşdükdən sonra Böyükxanın əlindəki bıçağı hara qoymasından və ya özü ilə götürməsindən məlumatı olmamışdır. Onlar polislər tərəfindən saxlanıla bilicəklərini düşündükləri üçün gizlənməyi qərara almışlar. Astara-Ələt avtomobil yolunda Qaradağ postuna çatmamış Böyükxan ona avtomobili saxlamasını bildirmişdir. O da avtomobili saxladıqdan sonra Böyükxan başqa rayona gedəcəyini bildirmişdir. Postdan keçərkən polislər tərəfindən saxlanılacağını düşündüyü üçün avtomobili orada saxlayıb yoldan keçən avtomobillərdən biri ilə Bakı şəhərinə getmişdir. Böyükxan isə ona məxsus avtomobilin yanında qalmışdır. Avtomobilin açarı da maşının üzərində olmuşdur. Həmin vaxtdan sonra avtomobilindən, eləcə də Böyükxandan məlumatı olmamışdır. Qeyd etmişdir ki, ayrıldıqları vaxt Böyükxanın istəyinə uyğun olaraq özünə məxsus Redmi Note 9 S markalı telefonu Böyükxana vermişdir. Bakı şəhərinə çatdıqdan sonra Bibiheybət Məscidi tərəfdə uçmuş vəziyyətdə olan köhnə evlərdə qalmışdır. Qeyd etmişdir ki, X37 adlı şəxsi vuracağından sonuncunun, Pərvizi Hüseyinin avtomobilinə oturtduğu vaxtdan sonra məlumat olmuşdur. Həmin vaxtdan hadisənin baş verdiyi ana qədər isə Böyükxanın cinayət əməlini necə törədəciyini bilməmişdir. Ümumiyyətlə Həsən və Hüseyin hadisə müddətində avtomobildən düşməmişlər. Onların Böyükxanın hadisə törədəcəyindən məlumatı olub-olmadığını bilmir. O, cinayət məsuliyyətinə cəlb ediləcədyindən qorxaraq qaçıb gizlənmişdir. Sonradan isə gizlənməyin mənasız olduğunu düşünüb özü Cəlilabad Rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs2 həmçinin, əlavə ifadəsində göstərmişdir ki, Böyükxanın ifadəsində göstərdikləri yalandır. O, hadisə baş verən gün ümumiyyətlə Siruzun avtomobilinə oturmamış və onu idarə etməmişdir. Böyükxan Pərviz adlı şəxsi gətirib avtomobilin arxa oturacağında Həsənin yanında əyləşdirib qapını bağlamışdır. Pərviz Hüseyinə məxsus avtomobildə olduğu müddətdə Həsən və Hüseyinin ona avtomobildən düşməməsi ilə bağlı nəsə deyib-demədiyini, eləcə də onun avtomobildən düşməsinə maneçilik törədib-törətməmələrini bilmir. Əlavə olaraq qeyd etmişdir ki, Pərviz bir dəfə avtomobilin qapısını açıb yerə düşmək istəmişdir. O da həmin vaxt Pərvizə avtomobilə oturmasını demişdir. Böyükxan Pərvizi avtomobilə oturdarkən ona “avtomobildən düşüb özünə problem yaratma” demişdir. O da buna görə avtomobildən düşdüyü halda Böyükxanın Pərvizə nəsə edə biləcəyindən ehtiyat edərək ona avtomobildən oturub özünə problem yaratmamasını demişdir. Həsən və Hüseyinin ifadəsində göstərdikləri doğru deyildir. Onun öz ifadəsində göstərdikləri doğrudur. Hüseyinin avtomobili ilə Xaqaninin ardınca getməkdə, eləcə də o və Böyükxan avtomobildən düşdükdən sonra İlhamın aptekinin qarşısında Xaqaninin avtomobilinin qarşısında saxlamaqda məqsədinin nə olması, Pərvizin onun avtomobilinə əyləşdirilməsinə və avtomobildə saxlanılmasına şərait yaratmasının səbəbini bilmir. Hüseyinin öz avtomobilini Şahid2 məxsus aptekin qarşısından keçərkən həmin istiqamətdə deyil, geriyə dönüb qayıdaraq Xaqaninin avtomobilinin qarşısında saxlamasının səbəbini bilmir. Böyükxan hadisəni törədib Hüseyinin avtomobilinə əyləşdiyi vaxt ondan telefon istəmişdir. O da buna görə telefonunu Böyükxana vermişdir. Lakin, Böyükxanın onun telefonu ilə atası Elçinə zəng edibetmədiyini bilmir. Hadisə barədə Böyükxandan başqa onun, Həsən və Hüseyinin məlumatı olmuşdur. O, başqa şəxsə hadisə barədə məlumat verməmişdir. Hər hansı şəxs onun gizlənməsinə köməklik etməmişdir. Ona məxsus “Redmi Note 9” markalı mobil telefonla 24 oktyabr 2023-cü il, saat 20:00-dan etibarən qeydə alınmış 2 dəqiqə 03 saniyə davam edən “VİD_20231024_195844_061626 adlı bir ədəd videogörüntünü hadisə yerində o özü çəkmişdir. Lakin, onun çəkiliş aparmasından orada olan şəxslərin məlumatı olmamışdır. Qeyd etmişdir ki, o, həmin görüntünü özünü sığortalamaq üçün çəkmişdir. Düşünmüşdür ki, onun üçün sonradan problem yaranmasın. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ifadəsini təsdiq etmədiyini, özünün elə ifadə vermədiyini, Bakıdan gələrkən aralarında belə bir söhbətin olmadığını, aptekin qarşısında maşını saxladanda Xaqanini görmədiyini, Hüseyinin bu işdən zərrə qədər xəbərinin olmadığını, könüllü gəlib təslim olduğunu, ifadələri müstəntiqin düzəldib gətirib qabağına qoyduğunu, özünün isə imzalamaqdan imtina etdiyini, birinci ifadəsini isə təslim olma haqqında sənədlər adında gətirdiklərindən, oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş Xaqani onun oğlu olmuşdur. Oğlu bu şəxslərlə heç vaxt dava etməyib. Oğlu Xaqaninin bu işə aidiyyəti olmayıb, oğlunu heç nəyə güdaza veriblər. Oğlunu Böyükxan öldürüb. 24 oktyabr 2023-cü il tarixdə Xaqani gün ərzində evdə olmuşdur. Həmin gün Pərviz də onların bağında iş görmüşdür. Daha sonra Pərviz Xaqaninin göstərişi ilə ona məxsus avtomobili təmizləmişdir. Sonra Xaqani arvadını qayınanasıgilə, mərhum oğlu Vüqarın övladlarını isə evlərinə aparacağını demişdir. Pərvizin avtomobili təmizləməsindən sonra xx.xx.2023-cü il tarixdə axşam tərəfi Xaqani Pərvizlə birlikdə özünə məxsus olan avtomobillə evdən getmişdir. Xaqani gedərkən arvadı Xumarəni və nəvələrini də avtomobillə aparmışdır. Onun digər oğlu Vüqar da xəstəlikdən ölmüşdür. Xaqani onları aparıb qoyub, aptekdən dərman almaq üçün aptekə girib çıxanda bu hadisə baş verib. Hadisəyə qədər Böyükxanın nənəsi ilə də qonşu olmuşdur, münasibətləri pis olmayıb. X39 guya atası Elçini o vaxt vurduğuna görə öldürüb. Həmin ərəfədə özü Bakıda olub, gələndə demişlər ki, Elçin dava edib Xaqaninin tanışlarını döyüb, oğlu Xaqani də onlara deyib ki, sizdə gedin onunla savaşın. Oğlu Elçinlə dava etməyib. Bu hadisə çoxdan cəbhənin vaxtında olub. Hadisə günü də evində namaz qılıb qurtardıqdan sonra, gəlini gəlib demiş ki, “Xaqani xəstəxanadadır”. Xəstəxanaya getdikdən isə heç oğlunu ona göstərməmişlər. Hadisə günü Pərviz oğlunun yanında olub, onu maşında tutub saxlayıblar ki, oğlunu öldürsünlər. Barışıqdan söhbət gedə bilməz, şikayətçidir, məhkəmədən təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü özü rayonda telefon dükanında olmuşdur. Rəşidin və “dədənin” rayonda olduğunu bilməmişdir. Onlar şəhərdən gəlib bər-bərxanada saçlarını düzəldərkən onları görmüşdür. Həmin vaxt atası da gəlmişdir, onlar isə getmişdir. Lakin hara getdiklərini bilməmişdir. Özü isə evə gedib, çörək yemiş, yenidən telefon dükanına qayıtmışdır. Onlar isə gələndə həmişə rayonda karaokədə oturduqlarından, demiş ki bəlkə yenə orda olarlar getmiş həmin yerə. Karaokeyə gedəndə isə görmüş ki, onlar artıq dururlar, oturmağa heç vaxt olmamışdır. “Dədə”, yəni Böyükxan gedib hesabı bağlayıb, Bakıya çıxacaqların demişdir. Onlara isə özünü də telefon dükanında düşürmələrini demişdir. Bundan sonra “dədə”, Rəşid və özü birlikdə gedib orda qara rəngli bir maşına oturmuşlar. Maşını sürəni isə tanımamışdır. Demiş ki, “məni atın telefon dükanına”. Çünki rayonda bağ var, orada telefon dükanına fırlanmaq olur. “Dədə” maşında demişdir ki, “başım ağrıyır, sür aptekə dərman alım”. Sürüb aptekin qabağından bir az irəli Yaşar marketə tərəf saxlamışlar maşını. “Dədə” orda maşından düşmüş, daha sonra Rəşid də demişdir ki, “hesabı o bağlayıb birdən pulu olmaz, düşüm mən pulun verim”. Bundan sonra Rəşid də maşından düşmüşdür. Onlar isə maşınla gedib qarşıdan fırlanıb gəlib şadlıq sarayının qarşısında saxlamışlar ki, onlar gələndə rahat minsinlər. Maşında oturarkən arxadan Rəşid maşına tərəf gəlmişdir. Daha sonra Pərviz özü gəlib maşının qapısını açıb oturmuşdur maşında. Onunla salamlaşıb eləmiş, söhbət etmişdir. Sonra isə Pərviz maşından düşmüş, Rəşid və “dədə” gəlib maşına minmişlər. Özü isə dükana atmaqlarını xahiş etmiş, onu aparıb düşürüb, çıxıb getmişlər. Sonra isə nə olub bilməmişdir. İstintaq zamanı da bu dediklərin ifadəsində bildirmişdir. Lakin ona ifadəsini oxumağa imkan verməmişlər, üstə isə öz dediklərin sonradan oxudub, altdakı sənədlərə isə qol çəkdirmişlər. Hüseyini isə tanımamışdır, əvvəllər görməmişdir. Karaokeyə gəetməyindən isə onların xəbəri olmamış, ora özü getmiş, bilməmiş orada kimlər var, hava qaraldığından Rəşidi və “dədə”ni görüb onlarla görüşmüşdür, lakin orada oturub çay içib onlarla danışmamışdır. Hüseyin və Rəşidin özünün də onlarla birlikdə oturub çay içməsin demələri doğrudur. Bu işlə bağlı isə orada heç bir danışıq olmayıb. Yolda isə “dədə” maşın görüb ona reaksiya verməmişdir. Hava qaraldığından onların aptekə gedib-getmədiyini bilməmişdir. Onların gedib qayıtmaqları isə az vaxt çəkmişdir. Pərviz maşına gələrkən yanında oturmuş, onunla salamlaşıb danışmışdır, sonra düşüb getmişdir. Pərviz həmin vaxt Hüseyinlə görüşməmişdir. Hüseyinin isə maşına kimin oturduğunu bilib-bilməməsi barədə heçnə deyə bilmir. Pərvizə orada heç kim təsir etməmişdir. Maşın qara üzlükdə olduğundan çöldən maşına kimin yaxınlaşdığını bilməmişdir. Hadisə yerindən sonra maşını birbaşa telefon dükanına sürüb onu düşürmüşlər. Əmindir ki, maşın hadisə yerindən birbaşa telefon dükanına sürülüb. Bir neçə saat sonra isə gəlib polislər onu aparmışlar. Demişlər ki, adam öldürülüb. Məlumatı şöbədə öyrənmiş ki, “dədə” elə bir cinayət törədib. Yoldan keçən bir uşaqdan telefon götürüb, Rəşidə sms yazmışdır ki, heçnəyə qulaq asmayın, heçkimə inanmayın, narahat olmayın. Sms isə yazmaqda başqa niyyəti olmamışdır. “Dədə”nin əlində hadisə vaxtı bıçaq görməmişdir. Yolda isə “dədə” yaxın sür, dalınca get deyə bir söz deməmişdir. Pərvizə isə Rəşidin mane olmasını görməmişdir, elə bir şey də olmamışdır. Özü isə karaokeyə gedən onlar əyləşmiş, özü də orada əyləşib çay içmişdir. Həmin vaxt “dədə”, Rəşid, Hüseyin bir yerdə əyləşmişlər. Orada Hüseyinin maşını haqqında danışmışlar, tam yadında deyil nə danışmışlar. Axşam olduğundan isə hadisə yerində maşında mürgülədiyindən heçnə görə bilməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid3 həmin ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdən əvvəl Böyükxanı təxminən 3 ay əvvəl Cəlilabad şəhərinə gəldiyi vaxt görmüşdür. O özü telefon istifadə etmir. O, atası Çingizin istifadəsində olan mobil telefonla Böyükxanla aradabir votsap proqramı vasitəsilə yazışmışdır. 24 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində atasına məxsus Cəlilabad şəhəri, Xətai küçsəində, Məscidin qarşısında yerləşən telefon mağazasında olduğu vaxt Böyükxan Rəşidlə birlikdə Rəşidin idarə etdiyi tünd boz rəngli Kia Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə mağazanın qarşısında gəlib avtomobildən düşmüşlər. Onlar avtomobildən düşdükdən sonra onunla görüşmüşlər. O, Böyükxan və Rəşidlə hal-əhval tutuduqdan sonra Böyükxan ona onlara məxsus mağazanın yanında bərbərxanaya gedib saçını kəsdirəcəyini, daha sonra isə Rəşidlə birlikdə Bağ adlanan ərazidə yerləşən Karaokedə qəlyan çəkəcəklərini və onun da ora gəlməsini bildirmişdir. Qeyd etmişdir ki, o, həmin vaxt mağazada tək olmuşdur. O, hər gün səhər saat 09 radələrində mağazaya gedərək mağazanı açır. Atası adətən hər gün saat 18 radələrində mağazaya gəlir, o da həmin vaxt evə gedərək yemək yeyir. Böyükxan və Rəşid onların mağazadan çıxıb Əlisakitin işlətdiyi bərbərxanaya getmişlər. Daha sonra Böyükxan və Rəşid yenidən onların mağazasına gəlmişdir. Böyükxan ona Karaokeyə getdiklərini deyib atası mağazaya gəldikdən sonra onların yanına gəlməsini bildirmişdir. O da onunla razılaşıb ora gələcəyini bildirmişdir. 24 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində atası Çingiz mağazaya gəldikdən sonra o, yemək yemək üçün yaşadığı evə getmişdir. O, evə gedərkən Çingizə Böyükxangillə görüşəcəyi barədə məlumat verməmişdir. O evə gedib yemək yedikdən sonra, 24 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri Bağ adlanan adlanan ərazidə yerləşən Karaoke adlı obyektə gedib Böyükxangilin əyləşdiyi kabinetə, yəni otağa getmişdir. O otağa daxil olduqda Böyükxan və Rəşidin otaqda olduğunu və söhbət etdiklərini görmüşdür. Onlar həmin vaxt qəlyan çəkmişlər. O da onlarla birlikdə qəlyan çəkməyə başlayıb söhbət etmişlər. Söhbət zamanı Böyükxan Cəlilabad şəhər sakini Xaqani adlı şəxsin onun düşməni olduğunu, karaokedən çıxdıqdan sonra onu “vuracağını” bildirmişdir. Bir qədər sonra əvvəllər görmədiyi 25-30 yaşlarında bir nəfər oğlan ora gəlib onlarla görüşmüşdür. Sonradan həmin oğlanın Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Böyükxan Hüseyin gəldikdən sonra da Xaqanini vuracağını demişdir. Daha sonra Böyükxan ona və orada olan Rəşid və Hüseyinə “Siz gəlsəniz də, gəlməsəniz də Karaokedən çıxdqdan sonra Xaqanini tapıb onu vuracam” demişdir. O, eləcə də orada olan Rəşid və Hüseyin Böyükxana onun yanında olduqlarını və onunla birlikdə gedəcəklərini bildirmişlər. Bundan sonra Xaqanini axtarmaq üçün Karaokedən çıxaraq Hüseyinin markasını və dövlət qeydiyyat nişanını bilmədiyim avtomobilinə əyləşmişlər. Hüseyin sürücü oturacağında, Rəşid ön sağ oturacaqda, o və Böyükxan isə arxa oturacaqda əyləşmişlər. Onlar həmin maşınla Cəlilabad şəhəri, H.Əliyev propektində bir neçə dəfə dövrə vurduqdan sonra üzü Silsilə adlanan ərazi istiqamətində hərəkətdə olarkən Böyükxan Cəlilabad mərkəzi poçtundan bir qədər irəlidə hərəkət edən qara rəngli Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobilin Xaqaninin avtomobili olduğunu bildirib sürücüyə avtomobili Ford markalı avtomobilin yaxınlığına sürməsini bildirmişdir. Hüseyin avtomobili Ford markalı avtomobilin yaxınlaşdırdıqdan sonra Böyükxanın həmin avtomobili idarə edənin Xaqani olduğunu deyib dostuna avtomobili Xaqaninin ardınca sürməsini bildirmişdir. Əvvəllər tanımadığı Xaqani adlı şəxs avtomobili idarə edib Silsilə adlanan ərazidə, İlham adlı şəxsin işlətdiyi aptekin qarşısında saxlamış, Xaqaninin olduğu avtomobildə, qabaq ön oturacağında sonradan adının Pərviz olduğunu bildiyi şəxs də olmuşdur. Hüseyin də Böyükxanın göstərişi ilə onların olduğu avtomobili Xaqaninin olduğu avtomobilin arxasında saxlamışdır. Avtomobili saxladıqdan sonra Böyükxan çox güman ki, Xaqani və Pərvizin avtomobildən düşüb söhbət edəcəklərini və ya aptekə gedəcəklərini deyib Hüseyinə avtomobili idarə etməsini, Xaqanigil avtomobildən düşdükdən sonra ora gəlib avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını bildirmişdir. Bundan sonra Hüseyin avtomobili işə salıb hərəkətə başlamışdır. Həmin vaxt Xaqani və Pərviz də avtomobildən düşmüşlər. Onlar Xaqanin avtomobilinin yanından keçərkən Böyükxan öz tərəfindən arxa pəncərəni aşağı salıb Xaqaniyə baxmışdır. Xaqani da onu görüb ona baxmışdır. Lakin, olduqları avtomobil hərəkət etdiyi üçün onlar onun yanından keçmişlər. Daha sonra arxaya baxıb Xaqani və Pərvizin İlhamın aptekinə getdiklərini görmüşlər. Qeyd etmişdir ki, Xaqaninin avtomobilinin yanından keçərkən Xaqani Böyükxanı görsə də onlar bir-birinə heç nə deməmişlər. Onlar avtomobillə Səma şadlıq sarayının qarşısından bir qədər irəliyə gedib geriyə dönərək yenidən Xaqaninin avtomobili saxladığı yerə yaxınlaşıb əvvəlcə avtomobili üzü Uzuntəpə yolu istiqamətində saxlamışlar. Həmin vaxt Böyükxan Hüseyinə qarşıdan dönüb qayıdaraq avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını, ondan sonra Pərvizi gətirib avtomobilə qoyacağını, daha sonra isə Xaqani aptekdən çıxdığı vaxt bıçaqla onu vuracağını, ondan sonra da oradan gedəcəklərini bildirmişdir. Bundan sonra Böyükxan əynindəki şalvarın sağ cibindən qatlanan bıçağı çıxarıb tiyəsini açmadan həmin bıçağı sağ əlində tutaraq avtomobildən düşmüşdür. Böyükxanın ardınca Rəşid də avtomobildən düşmüş və onlar ikisi birlikdə yolun digər tərəfinə keçərək piyada İlhamın aptekinə tərəf getmişlər. Bundan sonra Hüseyin onun da içərisində olduğu avtomobili idarə edərək Bağ adlanan ərazi istiqamətində hərəkət etmişdir. Lakin, 1 dəqiqə keçməmiş Hüseyin Oba marketin qarşısından avtomobili geriyə döndərmiş və onlar aptekin qarşısına gedərək avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamışlar. O və Hüseyin isə avtomobildə gözləmişlər. Onlar gözləmişlər ki, Böyükxan Xaqanini vurduqdan sonra oradan getsinlər. Avtomobili saxladıqdan təxminən 1 dəqiqə sonra Böyükxan və Rəşid Pərviz adlı şəxsi gətirib avtomobilin arxa oturacağında onun yanında əyləşdirib qapını bağlamışlar. Rəşid Pərviz tərəfdə, yəni səki tərəfdə avtomobilin arxa qapısının yanında dayanmışdır ki, Pərvizin avtomobildən düşməsinə mane olsun. Pərviz avtomobildə ona və sürücüyə “Nə olub, nə məsələdi, buraxın gedim” demişdir. Lakin, o, eləcə də sürücü Pərvizlə danışmamışdır. Pərviz öz oturduğu tərəfdə arxa qapını 2-3 dəfə açaraq avtomobildən düşməyə çalışsa da qapının yanında dayanmış Rəşid ona imkan verməmişdir. Təxminən 2-3 dəqiqə sonra Rəşid avtomobildən uzaqlaşıb Səma şadlıq sarayına tərəf getmişdir. Pərviz Rəşidin avtomobildən uzaqlaşdığını görüb öz oturduğu tərəfdən arxa qapını açaraq avtomobildən yerə düşmüşdür. Lakin, Rəşid Pərvizin avtomobildən düşdüyünü görüb avtomobilin yanına gələrək Pərvizə avtomobilə oturmasını, özünə problem yaratmamasını demişdir. Pərviz də buna görə yenidən avtomobilə oturmuş və Rəşid də qapını örtmüşdür. Həmin vaxt Pərviz Rəşiddən nə baş verdiyini soruşduqda Rəşid ona “sakit dayan birazdan görəcəksən” demişdir. Həmin vaxt olduqları avtomobil aptekin qarşısından bir qədər irəlidə dayandığı üçün o, arxa tərəfə boylanaraq Böyükxanı izləmişdir. Həmin vaxt Böyükxan aptekin qarşısındakı divarın yanında küncdə, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmağını gözləmişdir. Təxminən 5 dəqiqə sonra, yəni təqribən 24 oktyabr 2023-cü il, saat 20 radələrində Xaqani aptekdən çölə çıxıb avtomobilə tərəf gəlmişdir. Həmin vaxt Böyükxan küncdə dayandığı yerdən çıxaraq arxadan Xaqaniyə yaxınlaşıb aptekin yerləşdiyi ərazidə olan dəmir hasarın yanında əlində tutduğu bıçaqla Xaqaniyə zərbələr vurmağa başlamışdır. Böyükxan Xaqaniyə bir neçə bıçaq zərbəsi vurmuşdur. Daha sonra bıçaq zərbələrindən Xaqani yerə yıxılmışdır. Böyükxan daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atmışdır. Daha sonra Böyükxan avtomobilin arxa oturacağında, Rəşid isə qabaq sağ oturacağında əyləşmişdir. Bundan sonra sürücü avtomobili işə salmış və onlar oradan Böyükxann göstərişinə əsasən karaokenin yanına getmişlər. Orada onlar avtomobildən düşmüş, Böyükxan ona öz mağazalarına getməsini bildirmişdir. Daha sonra Böyükxan və və Rəşid Cəlilabada gəldikləri boz rəngli Kia Rio markalı avtomobilə əyləşmişlər. Hüseyin özünə məxsus avtomobili idarə edərək oradan getmişdir. O da mağazaya getmişdir. Həmin vaxt mağazada olan atası Çingiz onun haradan gəldiyini soruşmuşdur. O da Böyükxangillə Karaokedə olduğunu və onlarla kompüter oyunu oynadığını bildirmişdir. Çingiz ondan icazəsiz getdiyi üçün ona əsəbiləşmişdir. Lakin, o, atası Çingizə hadisə barədə məlumat verməmişdir. Daha sonra həmin gün saat 22:30 radələrinə qədər atası ilə birlikdə mağazada olmuş, sonra isə evə getmişlər. 24 oktyabr 2023-cü İl tarixdə, saat 22 radələrində mağazanın qarşısından keçən sinif yoldaşı Cəmili görüb ondan telefonu istəmişdir. Qeyd etmişdir ki, o, Rəşidlə danışmaq istəsə də telefonu olmadığı üçün Rəşidə yaza bilməmişdir. Bundan başqa, Böyükxanın telefon nömrəsi yaddaşında qalmamışdır. Buna görə də Rəşidlə əlaqə saxlamaq istəmişdir. Cəmildən telefonu alıb onun nömrəsindən Rəşidin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə "Salam Rəşid, mənəm Həsən. Narahat olma bir dənə mən bilirəm, heç kim bilmir. Dədəyə de heç kim qulaq asmasın” məzmunlu mesaj yazmışdır. Onun Rəşidə mesaj yazmaqda məqsədi o olmuşdur ki, hadisə barədə heç kimə məlumat vermədiyini bildirib, eləcə də özlərinin də bu barədə heç kimə məlumat verməməsini desin. Mesaj yazdıqdan sonra telefonu Cəmilə qaytararkən Rəşidə göndərdiyi mesajı telefondan silmişdir. Həmin vaxt Cəmil ondan nə baş verdiyini və kimə mesaj yazdığını soruşmuşdur. Lakin, o, Cəmilə bu barədə heç nə deməyib “Sonra danışarıq” demişdir. Bundan sonra Cəmil oradan getmişdir. Bir qədər sonra isə atası ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin vaxtdan sonra Rəşid və Böyükxandan məlumatı olmamışdır. O, hadisə barədə Cəmilə, eləcə də başqa şəxsə məlumat verməmişdir. Bundan başqa, bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verməmişdir. Qeyd etmişdir ki, Rəşid və Böyükxan gedərkən ona hara getdiklərini deməmişdilər. Şahid3 həmçinin, ifadəsində göstərmişdir ki, bildiyinə görə Xaqani bir neçə il əvvəl Böyükxanın atasını döymüşdür. Fikrincə, hadisə ona görə baş vermişdir. Böyükxanın Xaqaniyə xəsarət yetirdiyi bıçaq dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli olan qatlanan bıçaq olmuşdur. Tiyəsi açılarkən bıçağın ümumi uzunluğu təxminən 20-25 sm ölçüdə olmuşdur. Hadisədən sonra Böyükxan bıçağı əlində tutaraq avtomobilə minmişdir. Karaokenin qarşısında Kia markalı avtomobilə əyləşdiyi vaxt bıçaq Böyükxanın əlində olmuşdur. Ondan sonrası barədə məlumatı yoxdur. Böyükxan Xaqanini vuracağını deyərkən bıçaqla ona xəsarətlər yetirməyi nəzərdə tutmuşdur. Böyükxanın Xaqanini öldürmək niyyətinin olub-olmamasını dəqiq bilmir. Böyükxan Xaqanini öldürmək niyyətinin olması barədə heç nə deməmişdir. Ola bilsin ki, Böyükxan Xaqanini öldürmək üçün ona bıçaqla bir neçə dəfə xəsarət yetirmişdir. Böyükxan və X45 ilə bir yerdə olduğunu gördükləri üçün onlar X15 bıçaqla xəsarət yetirəcəyinə hansısa formada mane olacağından ehtiyat edərək onu avtomobildə oturtmuşlar və hadisənin sonuna qədər avtomobildən düşməsinə imkan verməmişlər. Pərviz avtomobildə olduğu müddətdə ona və sürücüyə “Nə olub, nə məsələdi, buraxın gedim” demişdir. Lakin, o, eləcə də sürücü Pərvizlə danışmamış, habelə onun avtomoildən düşməsinin qarşısını almaq üçün hər hansı hərəkət etməmişlər. O və sürücü Pərvizin öz oturduğu tərəfdən avtomobildən düşməyə çalışması ilə bağlı ona heç nə deməmişlər. Fikrincə, buraxmalarını deməsinə baxmayaraq Pərvizə heç nə demədikləri üçün Pərviz, onun oturduğu tərəfdən düşməsinə imkan verməcəyini düşünmüşdür. Buna görə də Pərviz onun əyləşdiyi tərəfdən düşməyə cəhd etməmişdir, eləcə də onun əyləşdiyi tərəfdən düşmək istəməsi ilə bağlı ona və ya sürücüyə heç nə deməmişdir. O, Böyükxana görə Pərvizin avtomobildən düşməsinə şərait yaratmamışdır. Fikirləşmişdir ki, Pərvizin avtomobildən düşməsi Böyükxana problem yaradar. Qeyd etmişdir ki, Böyükxanı gözlədikləri müddətdə avtomobilin mühərriki işlək vəziyyətdə olmuş, qapıların kilidi də açıq olmuşdur. Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməyərək, orada yazılanların doğru olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, “dədə” yəni Böyükxanla aralarında bir zəngləri olub, hadisənin tarixini isə xatırlamır. Böyükxan ona demişdir ki, “davam düşüb, Qaradağdayam, maşın lazımdı, flan yerə gətir qoy, məni görmə”. O da Böyükxanın dediyi yerə maşınını gətirib qoymuş, onlara məxsus maşını da oradan götürüb getmişdir. Maşını Qaradağ ərazisində yolun qırağından götürmüş, Böyükxan və Rəşidi isə orada görməmişdir. Geri qayıdarkən isə postda saxlanılmışdır. O zaman bilmiş ki, ölüm hadisəsi olub. Lakin hər şeyi dəqiqliklə bilməmiş, “dədə”nin cinayəti törətdiyini eşidib. Xaqanini tanımayıb. Lakin uşaq olanda eşitmişdir ki, Xaqani Böyükxanın atasın döyüb. “Dədə” ondan maşın istəyəndə isə yalnız davasının düşdüyün demişdir. Böyükxan davakar olduğundan ona bu hal adi gəlmiş, elə-belə bir şey olduğun düşünmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Xaqani hadisə gün gəlib ondan dərman almış, həmin vaxt hava qaralmışdır. Aptekə Xaqani tək girmişdir. Xaqani getdikdən beş-on dəqiqə sonra özü çölə çıxmışdır. Görmüş ki, Pərviz Xaqaninin maşınında rolun arxasındadır, Xaqani isə yanında əyləşib. Həmin vaxt Xaqaninin ürək nahiyyəsindən qan gəldiyini görmüşdür. Xaqani həmin vaxt onu vurduqlarını demiş, lakin kimin vurduğunu deməmişdir. O, isə Pərvizə Xaqanini tez xəstəxanaya çatdırmağını demiş, çünki özünün apteki bağlayıb onu aparmağı gec ola bilərmiş, Xaqani həmin vaxt qan itirirmiş. Xaqani aptekə həmin gün iki dəfə gəlmiş, ikinci gəlişindən qırx dəqiqə qabaq bir dəfə də gəlmişdir. Xaqani ikinci dəfə anasına dərman almağa gəlmişdir. Xaqani birinci dəfə aptekə Pərvizlə bərabər gəlmişdir. Xaqani ikinci dəfə gələndə Pərvizlə aptekə girməmiş, yalnız Pərvizi çöldə görmüşdür. Təqsirləndirilən şəxsləri həmin vaxt görməmiş, sonradan kamera görüntülərinə baxdıqda Pərvizin qoluna girib aparmalarını görmüşdür. Böyükxanın atası ilə Xaqaninin arasında bir neçə il əvvəl mübahisələrinin olduğunu eşitmiş, lakin dəqiqliklə heçnə bilmir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən ona heç bir təsir və təzyiq edilməmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid2 həmin ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə, səhər saatlarında apteki açmışdır. Həmin gün təxminən 19:30 radələrində Xaqani Pərvizlə birlikdə işlətdiyi aptekə gəlmişdir. Xaqani ondan “Naftizin” adlı göz üçün dərman alıb pulunu da nağd qaydada ödəmiş, daha sonra Pərvizlə birlikdə aptekdən getmişdir. Həmin vaxtdan təxminən 20 dəqiqə sonra Xaqani yenidən aptekə gəlmişdir. Həmin vaxt Pərviz də Xaqani ilə birlikdə olmuşdur. Pərviz əvvəlcə Xaqani ilə birlikdə aptekin içərisinə daxil olsa da sonra çölə çıxmışdır. Lakin, Pərvizin çıxdıqdan sonra hara getdiyini bilməmişdir. Xaqani aptekə gəldikdən sonra Cəlilabad şəhər sakini Emin aptekin qarşısına gəlmiş, lakin içəridə adam olduğunu görüb apteklə üzbəüz dayandıqda sol tərəfdə yerləşən pəncərinin qarşısında qoyduğu stulda oturmuşdur. Qeyd etmişdir ki, pəncərə açıq olduğundan və Emin pəncərənin qarşısında oturduğu üçün o, onu görmüşdür. Xaqani anası üçün dərman almağın yadından çıxdığını, buna görə yenidən aptekə gəldiyini bildirmişdir. Xaqani ondan “Festal” adlı həzm üçün dərman istəmişdir. O, dərmanı verdikdən sonra Xaqani nağd qaydada onun pulunu ödəmişdir. Xaqani aptekdə olduğu vaxt təxminən 5-10 dəqiqə onun xəstəliyindən danışmışlar. Qeyd etmişdir ki, Xaqaninin hepatit xəstəliyi olmuşdur və o həmin xəstəliyi ilə bağlı mütəmadi müalicə olnmuşdur. Daha sonra Xaqani aptekdən çıxmışdır. Xaqani çıxdıqdan sonra isə pəncərənin qarşısında dayanmış Emin aptekin içərisinə gəlib cinsi istək artıran dərman almışdır. Emin də dərmanın pulunu nağd qaydada vermişdir. Həmin vaxt aptekin qarşı tərəfindən, yol tərəfdən səs-küy gəldiyi eşitmişdir. O, dərmanı verdikdən sonra aptekdən çıxıb yola tərəf getdikdə Xaqaninin yaralı olduğunu və onun öz avtomobilin qabaq oturacağında oturduğunu, Pərvizin isə sükan arxasında oturub avtomobili işə saldığını görmüşdü. Qeyd etmişdir ki, Emin də onunla birlikdə ora gəlmişdir. Həmin vaxt Xaqani özündə olmuş və çətinliklə də olsa danışmışdır. O, Xaqanidən nə baş verdiyini soruşduqda sonuncu, ona Böyükxanın onu bıçaqladığını bildirmişdir. Xaqani ön oturacaqda oturmaqda çətinlik çəkdiyini və arxaya keçib uzanmaq istədiyini bildirmişdir. Buna görə də Xaqaniyə ön oturacaqdan düşüb arxada uzanmağa kömək etmişdir. Daha sonra Pərviz avtomobili idarə edərək Xaqanini xəstəxanaya aparmışdır. O isə yenidən aptekə getmişdir. Sonradan öyrənmişdir ki, Xaqani artıq ölmüşdür. Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, yalnız ifadəsində Böyükxanın adının çəkildiyi hissəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Məmədağa oğlu ifadəsində göstərmişdir ki, Xaqaniylə birlikdə saat yeddi olarmış ki, İlhamın aptekinə getmişlər. Həmin vaxt aptekdə Xaqani İlhamla söhbət edirmiş. Özü isə aptekin içərisində gəzirmiş. Sonra görmüş ki, Böyükxan gəlir, aptekdən çıxıb onunla görüşmüşdür. Böyükxan ona demiş ki, “gəl bura səninlə işim var”. Sonra onu maşının yanına gətirib demiş ki, “min maşına mənim işim var”. Onu Böyükxan maşına otuzdurmuşdur. Rəşid isə səkidə gəzişirmiş. Maşında görmüş ki, sürücüdü və bir də uşaq var. Onlardan soruşmuş ki, “nə məsələdir”. Sürücü və uşaq demiş ki, “öz işləri var, bizdə bilmirik”. Sonra demiş ki, “dayan görüm nə olub” istəmiş ki, maşından düşsün. Böyükxan üstünə gəlib demiş ki, “problem yaratma otur maşına işim var”. Üstündən biraz keçmiş gəlib maşının qapısını açmış ki, “düş get”. Özü də maşından düşmüşdür. Onlar isə maşına minib getmişlər. Həmin vaxt görmüş ki, dostu Xaqani uzanıb yerə. Gedib Xaqaniyə kömək edib maşınına otuzdurub xəstəxanaya aparmışdır. Xaqani ona demiş ki, “tez ol məni çatdır xəstəxanaya”. Xəstəxanaya çatdıqda Xaqanini yuxarı qaldırmışlar, özü isə aşağı düşmüşdür. Bundan sonra polislər gəlib demiş ki, “gəl getdik”. Özünü polisə aparmışlar. Orada polis demiş ki, “Xaqani rəhmətə getdi”. Onlar ikinci dəfə aptekə gələndə görmüş ki, Hüseyinin maşını o tayda durub, bu zaman Xaqaniyə demiş ki, “deyəsən bu maşın bizi izləyir”. Xaqani isə demiş ki, “bizi kimdir izləyən, yəqin rayon adamıdır”. Bundan sonra özləri aptekə girmiş, həmin maşın isə gəlib qabaqlarında saxlamışdır. O, Xaqaniylə birinci dəfə də aptekdən çıxanda həmin maşının orda durduğunu görmüş, ona görə də ikinci dəfə aptekə gedəndə həmin maşını görüb, onları izlədiyini düşünmüşdür. Onu Böyükxan və Rəşid maşına mindirmişlər. Böyükxan və Rəşid ona demişlər ki, “otur maşında”. Həmin vaxt maşında iki nəfər də olmuş, biri sürücü, digəri isə uşaq imiş. Maşında olanlar onun maşına oturduğunu görmüşlər. Həmin vaxt maşındakılar ona demişdilər ki, “Böyükxanın öz söhbəti var, otur burda”. “Böyükxanın öz söhbəti var, otur burda” ifadəsini maşındakı sürücü və uşaq demişdir. Hüseyin demiş ki, “söhbət var eləyib gəlir, gedirsən”. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 Məmədağa oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 Məmədağa oğlu həmin ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023cü il tarixdə saat 19 radələrində Xaqaniyə məxsus olan avtomobillə birlikdə onun qardaşı uşaqlarını onların yaşadığı evə aparmış, daha sonra isə Xaqanin arvadını Xaqaninin qayınanasıgilə aparmışlar. Həmin gün saat təxminən 20 radələrində Xaqani arvadını düşürdükdən Cəlilabad şəhəri ərazisində Silsilə deyilən yerdə İlham adlı şəxsin aptekindən dərman almaq lazım olduğunu demişdir. Onlar onun avtomobili ilə birlikdə İlhamın aptekinə getmişlər. Onlar birlikdə aptekə girdikdən sonra Xaqani dərman almış, daha sonra aptekdən çıxıb avtomobilə əyləşib Cəlilabad şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərək “Baş’’ adlanan yerdə geriyə dönüş (kruq) edərək Cəlilabad şəhəri Rahat Marketin yanında yerləşən bankomatdan pul çıxarmaq üçün oraya gəlmişlər. Xaqani məbləğini bilmədiyi pulu bankomatdan çıxartdıqdan sonra avtomobilə əyləşib anasına dərman almaq yadından çıxdığını, buna görə də dərman almaq üçün İlhamın aptekinə getmək lazım olduğunu demişdir. Ona görə də onlar birlikdə yenidən İlhamın aptekinə getmişlər. Aptekin qarşısında Xaqani yolun sağ tərəfində avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra onlar təxminən 3-4 dəqiqə avtomobildə müxtəlif mövzulardan danışmışlar. Qeyd etmişdir ki, avtomobilin içərisində olduqları vaxt vaxt əks istiqamətdən, yəni Pajarnı tərəfdən Silsilə istiqamətində gələn Renault markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun digər tərəfində, onların dayandığı yerdən bir qədər aralıda saxlamışdır. Lakin, o, avtomobilin sürücüsünü və avtomobildə olan şəxsləri görməmişdir. O, həmin avtomobili aptekə tərəf gedərkən də gördüyü üçün Xaqaniyə “Deyəsən həmin avtomobildəkilər bizi güdür” demişdir. Lakin, Xaqani “kim olacaq e bizi güdən” demişdir. Daha sonra onlar avtomobildən yerə düşərək İlhamın aptekinin qarşısına getmişlər. O, aptekin qarşısında dayanmış, Xaqani isə dərman almaq üçün içəri keçmişdir. Aptekin qarşısında dayandığı vaxt əvəldən tanıdığı Cəlilabad şəhər sakini Böyükxan yanına gəlib onunla əl verib salamlaşmışdır. Həmin vaxt Böyükxanın sol əlində bıçaq olmuşdur. Böyükxan ondan orada nə etdiyini soruşmuş, o isə Xaqani ilə aptekdən dərman almağa gəldiyini demişdir. Daha sonra Böyükxan onu yola tərəf aparıb “Bura gəl, sənə sözüm var” demiş, o da Böyükxanın əlində bıçaq olduğundan qorxaraq onunla birlikdə getmişdir. Xaqaninin avtomobilin yanına yaxınlaşdıqda aptekə girməzdən əvvəl gördüyü Renault markalı avtomobilin Xaqaninin avtomobilin qarşısında dayandığını görmüşdür. Bundan sonra Böyükxan onun qolundan tutub dartaraq Renault markalı avtomobilin yanında dayanmış Cəlilabad şəhər sakini Rəşid adlı şəxsə “bunu bas maşına, qoyma yerə düşsün” demişdir. Bundan sonra Rəşid də qollarından tutaraq Böyükxanla birlikdə onu avtomobilin arxa oturacağına oturtmuşdur. Daha sonra Rəşid özü qapını örtüb avtomobilinin qapısının yanında dayanmışdır. Böyükxan isə apteklə üzbəüz dayandıqda sol tərəfdə, avtomobil yoluna yaxın yerləşən ət dükanının qarşısına gedib apteki müşahidə etməyə başlamışdır. Həmin vaxt avtomobildə daha 2 nəfər şəxs olmuşdur. Belə ki, onlardan biri sürücü yerində, biri arxa sərnişin yerində əyləşmişdir. Arxa oturacaqda əyləşmiş oğlan Cəlilabad şəhər sakini Çingizin oğlu olmuş, sürücünü isə əvvəllər görməmişdir. Məni avtomobilə mindirdikdən sonra o arxa tərəfə boylanaraq Böyükxanı izləmişdir. Həmin vaxt Böyükxan aptekin qarşısındakı divarın yanında küncdə, ət dükanın yanında, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmasını gözləmişdir. O avtomobildə olan sürücü və arxa oturacaqda oturmuş oğlana "Nə olub, nə məsələdi, buraxın evimə gedim” demişdir. Lakin, onlar ona cavab verməmişlər. O öz oturduğu tərəfdə arxa qapını 2-3 dəfə açaraq avtomobildən düşməyə çalışsa da qapının yanında dayanmış Rəşid ona imkan verməmişdir. Rəşid həmin müddətdə 1-2 dəfə avtomobildən aralanıb daha sonra yenidən avtomobilin yanına qayıdıb o, olduğu tərəfdə arxa qapının yanında dayanmışdır. Rəşid avtomobildən aralandığı vaxt o, arxa qapını açaraq avtomobildən yerə düşsə də Rəşid yanına gəlib “Maşına otur özünə problem yaratma" deyərək onu maşına oturtmuşdur. O da Böyükxan və Rəşidin ona nəsə edəcəyindən qorxaraq Rəşidə müqavimət göstərməyib yenidən avtomobilə oturmuşdur. O, avtomobildən Rəşid və Böyükxana “Mənim sizlə nə problemim var, nə olub, məni tanımırsız?” sözlərini demişdir. Rəşid ona “sakit dayan birazdan görəcəksən nə olub" demişdir. Həmin vaxt Renault markalı avtomobil aptekin qarşısından bir qədər irəlidə dayandığı üçün o, arxa tərəfə boylanaraq Böyükxanı izləmişdir. Qeyd etmişdir ki, həmin vaxt hava qaranlıq olsa ətrafda düşən işıqlardan Böyükxanın dayandığı yeri və ətrafı görə bilmişdir. Həmin vaxt Böyükxan aptekin qarşısındakı divarın yanında küncdə, ət dükanın yanında, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmasını gözləmişdir. Təxminən 5 dəqiqə sonra, yəni təqribən 24 oktyabr 2023-cü il, saat 20 radələrində Xaqani aptekdən çölə çıxıb öz avtomobilinə avtomobilə tərəf gəlmişdir. Həmin vaxt Böyükxan küncdə dayandığı yerdən çıxaraq arxadan Xaqaniyə yaxınlaşıb aptekin yerləşdiyi ərazidə olan dəmir hasarın yanında əlində tutduğu bıçaqla Xaqaniyə zərbələr vurmağa başlamışdır. Böyükxan Xaqaniyə bir neçə bıçaq zərbəsi vurmuşdur. O, əvvəlcə Xaqaninin sinə nahiyəsindən bıçaqla vurmuşdur. Daha sonra bıçaq zərbələrindən Xaqani yerə yıxılmışdır. O da həmin vaxt bir daha qışqıraraq avtomobilin arxa qapısını açıb avtomobildən düşməyə çalışsa da Rəşid yenə də imkan verməyib onu avtomobilin salonuna itələmişdir. Böyükxan daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb onu dartaraq avtomobildən yerə atıb bir dəfə sağrı nahiyəsinə təpiklə vurub “Yeri rədd ol” demişdir. Daha sonra Böyükxan avtomobilin arxa oturacağında, Rəşid isə qabaq sağ oturacağında əyləşmişdir. Böyükxan avtomobilə minərkən də bıçaq onun əlində olmuşdur. Daha sonra sürücü avtomobili idarə etməyə başlamış və onlar oradan uzaqlaşmışlar. O və səs-küyə aptekdən gələn İlham köməkləşib Xaqanini öz avtomobilinə əyləşdirmiş və o, Xaqanini həmin avtomibillə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, Xaqani artıq ölmüşdür. Şahid1, həmçinin ifadəsində göstərmişdir ki, bildiyinə görə Xaqani bir neçə il əvvəl Böyükxanın atasını döymüşdür. Fikrincə, hadisə ona görə baş vermişdir. Böyükxan və Rəşid onu Xaqaninin yanında gördükləri üçün onlar X37yə bıçaqla xəsarət yetirəcəyinə hansısa formada mane olacağını düşündükləri üçün onu avtomobildə oturtmuşlar. Onlar onun səs-küy salaraq Xaqanini onların orada olmasından xəbərdar edəcəyindən ehtiyat edərək onu avtomobilə oturtmuşlar və hadisənin sonuna qədər avtomobildən düşməsinə imkan verməmişlər. Rəşid onun avtomobildən düşməsinə imkan verməmişdir. O, avtomobildə olduğu müddətdə sürücüyə və arxa oturacaqda oturmuş Çingizin adını bilmədiyi oğluna "Nə olub, nə məsələdi, buraxın evimə gedim” demişdir. Lakin, onlar ona cavab verməmişlər. Ümumiyyətlə sürücü və Çingizin adını bilmədiyi oğlu onun sözünə hər hansı formada reaksiya verməmiş və hər hansı hərəkət etməmişlər. O da onların onun sözünə reaksiya vermədiyini görüb arxa oturacaqda həmin oğlanın əyləşdiyi tərəfdən avtomobildən düşməyə cəhd etməmişdir. Eləcə də bununla bağlı həmin oğlana və sürücüyə heç nə deməmişdir. Çünki fikirləşmişdir ki, “buraxın, evə gedim” deməsinə baxmayaraq onlar heç bir reaksiya vermədikləri üçün onun avtomobildən düşməsinə də mane olacaqlar. Bundan başqa, Böyükxanın əlində bıçaq olduğu üçün, eləcə də Rəşid ona özünə problem yaratmamasını dediyi və onların ona nəsə edəcəyindən qorxduğu üçün aktiv müqavimət göstərib avtomobildən düşməyə cəhd etməmişdir. O, yalnız onları avtomobildən düşməsinə razı salıb daha sonra avtomobildən düşməyə çalışmışdır. Hətta, qeyd etdiyi kimi, Rəşid və Böyükxana, eləcə də avtomobildə olmuş digər iki şəxsə yalandan “Buraxın evə gedim” sözlərini də demişdir. Fikirləşmişdir ki, onlar sözünə inanıb onu buraxar və o da avtomobildən düşdükdən sonra hansısa yolla Xaqaniyə olanlar barədə xəbər verər. Qeyd etmişdir ki, həmin müddətdə avtomobilin mühərriki işlək vəziyyətdə olmuş, qapıların kilidi də açıq olmuşdur. Avomobildə olduğu müddətdə Rəşid və Böyükxan sürücüyə və arxa oturacaqda oturmuş Çingizin adını bilmədiyi oğluna heç nə deməmişlər. Lakin, avtomobilin sürücüsü orada Böyükxanı gözləmişdir. Çünki, Böyükxan onu yerə atdıqdan sonra onlar hamsı həmin avtomobillə oradan uzaqlaşmışlar. Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Şahid1 Məmədağa oğlu maşından baş verən hadisəni görə bilmədiyini, ilkin istintaqda Böyükxanın Xaqanini bıçaqladığının gördüyünü demədiyini, Rəşidin onun maşından düşməyinə imkan vermədiyini, “otur maşına” deməsini, onu Böyükxanla Rəşidin birlikdə maşına otuzdurduqlarını, məhkəmədə dediklərinin doğru olduğunu bildirmişdir. İşdə olan, Cəlilabad rayon prokurorluğunun böyük müstəntiqi Pərviz Novruzlu tərəfindən Cəlilabad rayon prokuroru Vahid Məmmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli təqrirdən görünür ki, xx.xx.2023-cü ildə saat 20:50-də Cəlilabad RPŞ-nin Növbətçi hissəsindən ünvan 5 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X5 bıçaq xəsarətləri yetirilmiş halda ölü vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına gətirilməsi barədə məlumat daxil olmuşdur. (c İ, i.v 4) İşdə olan, “Meyitə baxış keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinə baxış zamanı öş qəfəsinin sol yarısının ön səthində sol döşyanı xətt üzrə 3-4-cü qabırğa arası sahədə 7x2 sm ölçüdə, köndələn istiqamətdə yerləşmiş düz xətt şəkilli, döş boşluğuna nüfuz edən bir ədəd yara, döş qəfəsinin sağ yarısının ön səthində, sağ ön qoltuq xətti üzrə 4-5-ci qabırğa arası sahədə köndələn istiqamətdə yerləşmiş düz xətt şəkilli, 3x1 sm ölçüdə, daxilə keçməyən bir ədəd yara, sağ kürək nahiyəsində boylama istiqamətdə yerləşmiş düz xətt şəkilli 8x2,5 sm ölçüdə kəsilmiş yara, sol bazunun orta 1/3 hissəsinin bayır səthində 5x2,4 sm ölçüdə kənarları hamar, bir qurtaran ucu oval, digər qurtaran ucu üçbucağa bənzər şəkilli, sol bazunun içəri səthi istiqamətində dəlib keçməklə həmin hissəyə müvafiq nahiyədə sol bazunun içəri səthində 2,5x0,5 sm ölçüdə köndələn istiqamətdə yerləşmiş, kənarları hamar, qurtaran ucları iti düz xətt şəkilli yara, sol qoltuq altı nahiyədə 0,7x0,5 sm ölçüdə kənarları hamar, qurtaran ucları iti üçbucaq şəkilli yaradan ibarət xəsarətlər aşkar edilmiş, meyitin əynində olmuş paltarlar müvafiq qaydada götürülmüşdür. (c İ, i.v 6-14) İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Cəlilabad şəhəri, H.Əliyev prospekti, 434 ünvanında yerləşən aptekin qarşısında yerləşən, avtomobil yolunun kənarındakı piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidir. Apteklə üzbəüz dayandıqda sağ tərəfdə, onunla eyni sırada digər obyektlər, sol tərəfdə, səkiyə yaxın hissədə ət dükanı yerləşir. Aptek və onun sağ tərəfində yerləşən obyektlərin səki ilə sərhəd hissəsinə dəmir məhəccər çəkilmişdir. Apteklə üzbəüz dayandıqda sol tərəfdə yerləşən ət dükanının ön və yan tərəflərinə plastmas qapı və pəncərə qoyulmuşdur. Ət dükanının giriş qapısına yaxın üzbəüz dayanıb sağ tərəfə baxdıqda sağ yan pəncərədən aptekin qarşısı görünür. Ət dükanının qarşısından aptek və ona bitişik digər obyektin qarşısına qədər hissədə səki üzərində səpələnmiş formada qeyri-müəyyən formalı qana oxşar ləkələr vardır. Həmin qanaoxşar ləkələr 1 və 2 nömrə ilə işarələnməklə onlardan pambığa hopdurulmaqla nümunələr müvafiq qaydada qablaşdırılıb götürüldü. Daha sonra baxış davam etdirildi. Aptek açıq olsa da, ət dükanı, eləcə də aptekdən sağ tərəfdə yerləşən obyektlər bağlıdır. Baxış zamanı aptekin ön tərəfində, sol yuxarı hissədə müşahidə kamerası quraşdırıldığı və aptekin qarşı tərəfini, səkiyə qədər olan ərazidəki görüntüləri qeydə aldığı müəyyən edilmişdir. Aptekin içərisində isə videokameranın görüntülərinin ötürüldüyü monitor vardır. Baxışda iştirak edən aptekin sahibi Şahid2 razılığı və iştirakı ilə videokameranın qeydə alındığı görüntülərə baxış zamanı videokameranın saatın düzgün olmadığını, həmin görüntülərdə videokameranın saatına uyğun olaraq 24 oktyabr 2023-cü il, saat 09:16 dəqiqədə X12 X10 ilə birlikdə aptekə gəldiyi, əvvəlcə ikisi birlikdə aptekə daxil olduğu, saat 09:18 dəqiqədə isə Pərviz Əsgərovun içəridən çıxıb aptekin qarşısında dayandığı, həmin vaxt ora bir nəfər şəxsin də gələrək apteklə üzbəüz sol tərəfdə yerləşən pəncərənin qarşısında dayandığı, saat 09:20 dəqiqədə X22 Pərvizin Əsgərovun dayandığı yerə gələrək onunla görüşüb onu səkiyə tərəf apardığı, Xaqani Əhmədlinin isə 09:28 dəqiqədə aptekdən çıxıb səkiyə tərəf getdiyi müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilərkən ət dükanından sol tərəfdə Səma Şadlıq sarayı, ondan sol tərəfdə isə digər küçəyə gedən yol vardır. Yoldan sol tərəfdə “Mega inşaat” adlı xırdavat malları mağazası vardır. Mağazanın ön tərəfində, yuxarı hissədə video müşahidə kamerası vardır və həmin kameranın qeydə aldığı görüntünün əhatə dairəsinə hadisənin baş verdiyi, aptek və ət dükanının qarşısındakı ərazi də daxildir. Baxışda iştirak edən “Mega inşaat” adlı mağazanın işçisi X25 həmin kameranın gün ərzində fasiləsiz görüntüləri qeydə aldığını bildirmişdir. Bundan sonra Ramiz Qurbanovun razılığı ilə videogörüntülərə baxış zamanı videokameranın saatının düzgün olduğunu, görüntülərdə ət dükanın qarşısında küncdə dayanmış bir nəfər şəxsin 24 oktyabr 2023-cü il tarixdə, saat 20:07 dəqiqədə aptekdən səkiyə gəlmiş digər şəxsə yaxınlaşaraq əlindəki predmetlə ona zərbələr vurduğu, daha sonra xəsarət alan şəxsin yerə yıxıldığı, xəsarət yetirən şəxsin isə Səma şadlıq sarayının qarşısında dayanmış avtomobilə tərəf qaçaraq arxa qapını açaraq orada olan şəxsi yerə saldıqdan sonra özünün arxaya əyləşdiyi və daha sonra isə həmin avtomobillə oradan uzaqlaşdığı müəyyən edilmişdir. Həmin ərazi kameranın quraşdırldığı yerdən uzaq olduğu, habelə qaranlıq olduğu üçün kameranın qeydə alındığı görüntülərdə şəxsləri tam aydın görmək mümkün deyil. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən iki ədəd ədəd qanaoxşar nümunə müvafiq qaydada qablaşdırılaraq, eləcə də aptek və “Mega inşaat” adlı mağazanın videomüşahidə kameralarının görüntüləri CD diskə köçürülərək götürülmüşdür. (c İ, i.v 18-24) İşdə olan, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Şahid1 Şahid3, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən Şahid1 ifadəsində göstərdiklərini onların üzünə deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (c İ, i.v 59-63, 173-178, 258-263) İşdə olan, Cəlilabad Rayon Polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq verilmiş 25 oktyabr 2023-cü il tarixli, 3-13-71/2-3483/2023 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 qisas almaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:07 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində, “Silsilə” adlanan ərazidə əczaçılıq fəaliyyəti ilə məşğul olan İlham adlı şəxsin aptekindən çıxan X6 üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə vuraraq qətlə yetirməsi və hadisə yerindən qaçması müəyyən edilmişdir. Hadisə yerində həmin vaxt Xaqani ilə birlikdə olan Şahid1 hadisəyə birbaşa şahid olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 hadisə yerinə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs3 məxsus Renault markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Avtomobildə sürücü qismində Təqsirləndirilən şəxs3, sərnişin kimi Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Şahid3 olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 savayı digərlərinin yerləri müəyyən edilərək istintaqda iştirakı təmin edilmişdir. (c İ, i.v 93-94) İşdə olan, “Avtomobilə baxış keçirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus Kia Rio markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış zamanı sağ ön tərəfində yerləşən saxlanc yerində “Redmi Note 9”, “Samsung Galaxy A24”, “İphone 6S” və “İNOİ” markalı 4 ədəd mobil telefon, bir ədəd “Powerbank” və bir ədəd pulqabı aşkar edilmişdir. Baxışda iştirak edən X24 “Redmi Note 9” mobil telefonun Təqsirləndirilən şəxs2, “Samsung Galaxy A24” markalı mobil telefonun Təqsirləndirilən şəxs1 məxsus olduğunu, “İphone 6S” və “İNOİ” markalı mobil telefonların kimə məxsus olmasından məlumatsız olduğunu bildirmişdir. Baxış zamanı qeyd edilən telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün müvafiq qaydada götürülmüşdür. (c İ, i.v 100-107) İşdə olan, xx.xx.2023-cü il tarixli könüllü təslim olma haqqında protokoldan görünür ki, həmin protokol Cəlilabad RPŞ-nin məsul növbətçisi Fəqani Kərimov tərəfindən, polis əməkdaşları Nicad Hüseynov və Ramil Bayramov, Təqsirləndirilən şəxs1 iştirakı ilə tərtib edilmişdir onda ötrü ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Cəlilabad şəhərində X6 vuraraq qəsdən öldürdüyünü səmimi etiraf edərək könüllü olaraq təslim olmağa gəldiyini bildirmişdir. (c İ, i.v 125) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(073)-145/2023 saylı Cəlilabad Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 155-157) İşdə olan, 28 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə yeri olan Cəlilabad şəhəri, H.Əliyev prospekti 434 ünvanında yerləşən aptekin qarşısına çatdıqdan sonra avtomobili saxlatdırıb, aptekin qarşısında yerləşən, avtomobil yolunun kənarındakı piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiyə gedib xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində X5 aptekdən çıxmasını gözlədiyi yeri, sonuncu aptekdən çıxıb səkiyə tərəf gəldikdən sonra əlindəki bıçaqla ona xəsarət yetirdiyi yeri, göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 cinayətin aləti olan bıçağı atdığı yer olan Astara-Ələt avtomobil yolunun 110,5-ci km-nə çatdıqdan sonra avtomobili saxlatdırıb, yolun sağ tərəfindən ərazini göstərib bıçağı atdığı yerin dəqiq olmasa da təxmini olan həmin yer olduğunu bildirmişdir. Lakin göstərdiyi yerdə əraziyə 50 metr radiusda ətraflı baxış keçirilsə də cinayətin aləti olan bıçaq aşkar edilməmişdir. (c İ, i.v 167-177) İşdə olan, “Mobil telefonlara baxış keçirilməsi haqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi Note 9” markalı mobil telefonun kontaktlar bölməsində daxil olduqda çoxsaylı mobil telefon nömrələrinin müxtəlif adlarla telefonun yaddaşına qeyd edildiyi, həmçinin ***-***-**-** mobil telefon nömrəsinin “DED” adı ilə, ***-***-**-** mobil telefon nömrəsinin “Huseyin E” adı ilə qeyd edildiyi müəyyən edilmişdir. Telefonun “Mesajlar” bölməsinə daxil olduqda telefonun üzərində olan ***-***-**-** mobil telefon nömrəsinə 24 oktyabr 2023-cü il, saat 21:59 dəqiqədə ***-***-**- ** mobil telefon nömrəsindən “Salam menem hesen menen sarı narahat olmauaın dedeye de de heç kime qulağ samasın men heç ne bilmirm görmemişem fisiyo, “Baxa buna” məzmunlu sms göndərildiyi müəyyən edilmişdir. Telefonun “Qalareya” bölməsinə baxış zamanı “Kamera” bölməsində telefonun kamerası vasitəsilə 24 oktyabr 2023-cü il, saat 20:00-dan etibarən 2 dəqiqə 03 saniyə davam edən videogörüntü çəkildiyi müəyyən edilmişdir. Həmin videogörüntü işə salınıb baxılarkən Videoçəkiliş aparan şəxsin Səma şadlıq sarayının qarşısında dayanaraq ondan bir qədər irəlidə, ət dükanının qarşısında dayanaraq Şahid2 məxsus apteki müşahidə edən Təqsirləndirilən şəxs1 və ətrafı videoya çəkdiyi, video çəkiliş aparan şəxsin videonun saat 01 dəqiqə 18-ci saniyəsindən sonra həmin vaxt X7 məxsus Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanmış tünd boz rəngli avtomobilin arxa sağ qapısını açan X8 avtomobildən yerə düşdüyünü görüb ona yaxınlaşdığı, həmin vaxt Pərviz Əsgərovun “dərman alacam, mənim onnan bir işim yoxdu” deməsinə cavab olaraq videoçəkiliş aparan şəxsin (Təqsirləndirilən şəxs2) “onun maşınından düşmüsən, otur maşına, özüvə problem yaratma” dediyi və Pərviz Əsgərovu yenidən avtomobilə oturdub qapını bağladığı müəyyən edilmişdir. Pərviz Əsgərov və videoçəkiliş aparan şəxs (Təqsirləndirilən şəxs2) arasında olan danışığın məzmunu aşağıdakı kimidir: Pərviz Əsgərov: Dərman alacam, mənim onnan bir işim yoxdu. Təqsirləndirilən şəxs2: “İşin yoxdu? Onun maşınından düşmüsən, otur maşına deyirəm sənə Pərviz Əsgərov: Nə olar düşəndə? Təqsirləndirilən şəxs2: Otur maşına, problem yaratmaginən, özüvə problem yaratma (əsəbi formada), otur maşında dedim. Daha sonra videoçəkiliş aparan şəxs qapını örtmüş və bir neçə saniyə sonra videoçəkilişi bitirmişdir. Bundan başqa, həmin videogörüntüyə baxış zamanı tünd boz rəngli avtomobildə arxa oturacaqda Pərviz Əsgərovdan əlavə bir nəfər, sürücü oturacağında da başqa bir nəfər şəxsin olduğu müəyyən edilmişdir. (c İ, i.v 192-200) İşdə olan, “Diskə baxış keçirilməsi haqında” 30 oktyabr 2023-cü il tarixli, P931-23 nömrəli protokoldan görünür ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disk”ə Şahid1 iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntülərdə 24 oktyabr 2023-cü il tarixdə, saat 19:57 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə xırdavat mağazasının qarşısından keçərək Şahid2 məxsus aptekin qarşısına getdiyi, daha sonra ət dükanını keçib aptekə tərəf getdikləri, oradan Cəlilabad şəhər sakini X10 ilə birlikdə ət dükanının qarşısına qayıtdıqları, bundan sonra saat 20:00 dəqiqədə Pərviz Əsgərovu onların olduğu yerə gəlmiş Təqsirləndirilən şəxs3 məxsus avtomobilinə oturtduqları, Təqsirləndirilən şəxs2 həmin vaxt avtomobilin yanında qaldığı, Təqsirləndirilən şəxs1 isə aptekin qarşısına gedərək apteki müşahidə etdiyi, 24 oktyabr 2023-cü il tarixdə, saat 20:07 dəqiqədə isə Təqsirləndirilən şəxs1 aptekdən səkiyə gəlmiş X7 yaxınlaşaraq əlindəki predmetlə ona zərbələr vurduğu, daha sonra xəsarət alan şəxsin yerə yıxıldığı, Təqsirləndirilən şəxs1 isə Səma şadlıq sarayının qarşısında dayanmış avtomobilə tərəf qaçaraq arxa qapını açaraq orada olan Pərviz Əsgərovu saldıqdan sonra özünün arxaya əyləşdiyi və daha sonra isə həmin avtomobillə oradan uzaqlaşdıqları müəyyən edilmişdir. (c İ, i.v 201-202) İşdə olan, “Diskə baxış keçirilməsi haqında” 30 oktyabr 2023-cü il tarixli, P933-23 nömrəli protokoldan görünür ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disk”ə Şahid3 iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, diskdə “İnşaat materialları” və “Aptek” adlı qovluqlar vardır. “İnşaat materialları” adlı qovluqda “Kamera2_**********0336” və “Kamera2_**********0340” adlı videogörüntlər vardır. “İnşaat materialları” adlı qovluqdakı hər iki video görüntüyə baxış zamanı hadisə yerinin yaxınlığında yerləşən “Mega inşaat” adlı xırdavat mağazasında quraşdırılmış video müşahidə kamerası vasitəsilə 24 oktyabr 2023-ü il, saat 19:03-dən 24 oktyabr 2023-cü il, saat 20:38-dək fasiləsiz görüntülərinin qeydə alındığı müəyyən edilmişdir. Baxışda iştirak edən X13 həmin görüntülərə baxış zamanı 24 oktyabr 2023-cü il tarixdə, saat 19:57 dəqiqədə “Mega inşaat” adlı xırdavat mağazasının qarşısından keçən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu, həmin vaxt onların birlikdə xırdavat mağazasının qarşısından keçərək Şahid2 məxsus aptekin qarşısına getdiyini, onlar aptekin qarşısına gedərkən üzü Uzuntəpə kəndi istiqamətində yolla zəif sürətlə hərəkət edən avtomobilin özünün də içərisində olduğu Təqsirləndirilən şəxs3 (Həmin şəxsin adını hadisədən sonra öyrənmişdir.) məxsus avtomobil olduğunu, Təqsirləndirilən şəxs3 bir qədər irəliyə gedib daha sonra geriyə dönərək aptekin qarşısına gəlib avtomobili Xaqani adlı şəxsə məxsus Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir qədər aralı, sonra isə azacıq arxaya verib Xaqaniyə məxsus avtomobilə daha yaxın saxladığını, həmin vaxt sürücü Təqsirləndirilən şəxs3 avtomobilin mühərrikini söndürmədən işlək vəziyyətdə saxladığını, daha sonra səkidə dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 20:00 dəqiqədə Pərviz Əsgərovu onların olduğu avtomobilinin arxa oturacağına oturtduqlarını, Təqsirləndirilən şəxs2 həmin vaxt avtomobilin yanında qaldığını, Təqsirləndirilən şəxs1 isə aptekin qarşısına gedərək apteki müşahidə etdiyini, 24 oktyabr 2023-cü il tarixdə, saat 20:07 dəqiqədə isə Təqsirləndirilən şəxs1 aptekdən səkiyə gəlmiş X7 yaxınlaşaraq əlindəki bıçaqla ona zərbələr vurduğunu, daha sonra xəsarət alan şəxsin yerə yıxıldığını, Təqsirləndirilən şəxs1 isə onun olduğu avtomobilə tərəf qaçaraq arxa qapını açaraq orada olan Pərviz Əsgərovu yerə saldıqdan sonra özünün arxaya əyləşdiyi və daha sonra isə həmin avtomobillə oradan uzaqlaşdıqlarını bildirmişdir. Daha sonra “Mobil telefonlara baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD diskə baxış keçirilərkən həmin diskdə “VİD_20231024_195844_061626 adlı bir ədəd videofayl olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid3 həmin videofayla baxış zamanı həmin videogörüntünün Təqsirləndirilən şəxs2 tərəfindən özünə məxsus mobil telefonla qeydə alındığını, Təqsirləndirilən şəxs2 həmin videonu Təqsirləndirilən şəxs1 ilə birlikdə Pərvizi gətirib Təqsirləndirilən şəxs3 məxsus avtomobilin arxa oturacağına oturduqdan sonra Pərvizin avtomobildən düşməsinə mane olması üçün səki tərəfdə avtomobilin arxa qapısının yanında dayandığı vaxt çəkdiyini, çəkiliş vaxtı özünün avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs3 isə sükan arxasında əyləşdiyini, Təqsirləndirilən şəxs1 isə ət dükanının qarşısında küncdə dayanıb apteki müşahidə etdiyini, videoçəkilişdə Təqsirləndirilən şəxs2 Səma şadlıq sarayına tərəf getməsindən sonra Pərviz Əsgərovun avtomobilin arxa qapısını açaraq yerə düşdüyünü, lakin Təqsirləndirilən şəxs2 onun düşməsini görüb avtomobilin yanına gələrək Pərvizə özünə problem yaratmamasını və avtomobilə oturmasını dediyini, Pərvizin də buna görə yenidən avtomobilə oturduğunu, bundan əlavə, hadisə yerində Təqsirləndirilən şəxs2 telefonla video çəkiliş aparmasından məlumatsız olduğunu bildirmişdir. (c İ, i.v 203-204) İşdə olan, xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə özü könüllü olaraq Cəlilabad RPŞ-yə gəlmişdir. (c İ, i.v 231) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(073)-146/2023 saylı Cəlilabad Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 oktyabr 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 274-278) İşdə olan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X17 zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır. (c İİ, i.v 21) İşdə olan, Cəlilabad ŞİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. (c İİ, i.v 59, 61, c İİİ, i.v 17) İşdə olan, “Diskə baxış keçirilməsi haqında” 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD disk”ə Təqsirləndirilən şəxs3 iştirakı ilə baxış keçirilərkən sonuncu, həmin görüntülərə baxış zamanı 24 oktyabr 2023-cü il tarixdə, saat 19:57 dəqiqədə “Mega inşaat” adlı xırdavat mağazasının qarşısından keçən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu, həmin vaxt onların birlikdə xırdavat mağazasının qarşısından keçərək Şahid2 məxsus aptekin qarşısına getdiyini, onlar aptekin qarşısına gedərkən üzü Uzuntəpə kəndi istiqamətində yolla zəif sürətlə hərəkət edən avtomobilin özünün idarə etdiyi Renault markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin vaxt Böyükxan və Rəşidin qohumu Həsənin də avtomobilin arxa oturacağında oturduğunu, həmin vaxt avtomobillə bir qədər irəliyə gedib daha sonra geriyə dönərək aptekin qarşısına gəlib avtomobili Xaqani adlı şəxsə məxsus Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobildən bir qədər aralı, sonra isə azacıq arxaya verib Xaqaniyə məxsus avtomobilə daha yaxın saxladığını, həmin vaxt avtomobilin mühərrikini söndürmədən işlək vəziyyətdə saxladığını, daha sonra səkidə dayanmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 20:00 dəqiqədə Pərviz Əsgərovu onların olduğu avtomobilinin arxa oturacağına oturtduqlarını, Təqsirləndirilən şəxs2 həmin vaxt avtomobilin yanında qaldığını, Təqsirləndirilən şəxs1 isə aptekin qarşısına gedərək apteki müşahidə etdiyini, 24 oktyabr 2023-cü il tarixdə, saat 20:07 dəqiqədə isə Təqsirləndirilən şəxs1 aptekdən səkiyə gəlmiş X7 yaxınlaşaraq əlindəki bıçaqla ona zərbələr vurduğunu, daha sonra Təqsirləndirilən şəxs1 isə onun olduğu avtomobilə tərəf qaçaraq arxa qapını açaraq orada olan Pərviz Əsgərovu yerə saldıqdan sonra arxada, Təqsirləndirilən şəxs2 isə qabaq sağ ön oturacaqda əyləşdiyini və daha sonra isə özü avtomobili idarə edərək oradan uzaqlaşdıqlarını bildirmişdir. Daha sonra “Mobil telefonlara baxış keçirilməsi haqqında protokola əlavə edilmiş CD diskə baxış keçirilərkən həmin diskdə olan “VİD_20231024_195844_061626 adlı bir ədəd videofayl baxış zamanı Təqsirləndirilən şəxs3 həmin videogörüntünün Təqsirləndirilən şəxs2 tərəfindən özünə məxsus mobil telefonla qeydə alındığını, Təqsirləndirilən şəxs2 həmin videonu Təqsirləndirilən şəxs1 ilə birlikdə Pərvizi gətirib ona məxsus avtomobilin arxa oturacağına oturduqdan sonra Pərvizin avtomobildən düşməsinə mane olması üçün səki tərəfdə avtomobilin arxa qapısının yanında dayandığı vaxt çəkdiyini, çəkiliş vaxtı Həsənin avtomobilin arxa oturacağında, özünün isə sükan arxasında əyləşdiyini, Təqsirləndirilən şəxs1 isə ət dükanının qarşısında küncdə dayanıb apteki müşahidə etdiyini, videoçəkilişdə Təqsirləndirilən şəxs2 Səma şadlıq sarayına tərəf getməsindən sonra Pərviz Əsgərovun avtomobilin arxa qapısını açaraq yerə düşdüyünü, lakin Təqsirləndirilən şəxs2 onun düşməsini görüb avtomobilin yanına gələrək Pərvizə özünə problem yaratmamasını və avtomobilə oturmasını dediyini Pərvizin də buna görə yenidən avtomobilə oturduğunu, həmin vaxt özünün və avtomobildə olan Həsənin Pərvizə heç bir söz demədiyini, bundan əlavə, hadisə yerində Təqsirləndirilən şəxs2 telefonla video çəkiliş aparmasından məlumatsız olduğunu bildirmişdir. (c İİ, i.v 69-70) İşdə olan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İİ, i.v 110-111) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 24 noyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 1(007)-62/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (c İİ, i.v 122-123, 271-276) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 24 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (c İİ, i.v 124) İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 24 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c İİ, i.v 125) İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 13 dekabr 2023-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə 24 oktyabr 2023-cü il tarixdə, saat 13:07 dəqiqədən etibarən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 42 saniyə telefon danışığı qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə X1 adına olan ***-***-**-** mobil telefon nömrəsi 24 oktyabr 2023-cü il tarixdə, saat 13:25 dəqiqədən etibarən 39 saniyə müddətində, həmin gün saat 13:30 dəqiqədən etibarən 149 saniyə müddətində telefon danışığı olmuşdur. Bundan əlavə baxış zamanı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən 24 oktyabr 2023-cü il, saat 21:58 dəqiqədə “Salam menem hesen menen sarı narahat olmauaın dedeye de de heç kime qulağ samasın men heç ne bilmirm görmemişem fisiyo”, həmin gün saat 21:59 dəqiqədə “Baxa buna” məzmunlu sms göndərildiyi müəyyən edilmişdir. (c İİ, i.v 139-145) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 37 nömrəli rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi ekspertizasına əsasən meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yarısının ön səthinin döş boşluğuna keçməyən 1 (bir) ədəd kəsilmiş yara, sağ kürək nahiyəsində döş boşluğuna keçməyən 1 (bir) ədəd kəsilmiş yara, sol bazunun deşib-keçən və sol qoltuqaltı nahiyəni zədələyən (vahid konpleks təşkil etmiş) 1 (bir) ədəd deçilmiş-kəsilmiş yara müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixə yğun gəlir, dərəcəsinə görə dö. Qəfəsinin sol yarısının döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Digər xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdir. X5 ölümünə döş qəfəsinin solş yarısının ön səthinin döş boşluğuna keçən, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə səbəb olmuşdur. X2 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində əmələ gəlmiş etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanda müayinə olunmağa başandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. X5 bədənində olan xəsarətlər hadisə vaxtı onun əynində olan paltarlardakı zədələrlə üst-üstə düşür. (c İİ, i.v 159-163) İşdə olan, maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 742-/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X5 ABO sistemi üzrə qan qrupu: Abeta (İİ)-dir. Tədiqata təqdim edilən 02 ədəd pambıq tampon, X7 məxsus kofta və jaket üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin edildikdə yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən X7 məxsus ola bilər. (c İİ, i.v 166-169) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3081 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin, ona ittiham edilən əməl döründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (c İİ, i.v 172-175) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3082 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 “Emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. (c İİ, i.v 176-179) İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (055) ***-**-** mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən 24 oktyabr 2023-cü il tarixdə, saat 00:51 dəqiqədə daxil olmuş zəng zamanı 107 saniyə müddətində, həmin gün saat 01:06 dəqiqədə daxil olmuş zəng zamanı 37 saniyə müddətində telefon danışığı olmuş, anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 birinci danışıq zamanı Bakı şəhəri, Bibiheybatneft NQÇİ-nin3 sayli NQÇS"/Səbail ərazisində, ikinci danışıq zamanı isə Caspian Petrol/"Salyan rayonu, Kürqaraqaşlı kəndi ərazisində olmuşdur. (c İİ, i.v 182-184) İşdə olan, "xxxx" MMC-dən daxil olmuş rabitə məlumatlarının əks olunduğu “CD” diskə baxış keçirilməsi haqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (070) ***-**-** mobil telefon nömrəsi ilə 24 oktyabr 2023-cü il tarixdə gün ərzində 1 dəfə, saat 13:07 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında 42 saniyə telefon danışığı aparılmışdır. (c İİ, i.v 187-190) İşdə olan, məhkəmə tibbi-kriminalistik ekspertizasın xx.xx.2023-cü il tarixli, 559- /2023-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş mərhum X7 məxsus jaketin boyun nahiyəsinin sağ nahiyəsində bir ədəd kənari zədə, jaketin ön səthinin sol yaxalığında bir ədəd, jaketin sol qolun ön səthində bir ədəd, jaketin sol qolun arxa səthində iki ədəd, jaketin boyun nahiyəsinin arxa səthində bir ədəd; köynəyin ön səthinin sağ yuxarı nahiyəsində iki ədəd, köynəyn ön səthinin orta nahiyəsində bir ədəd, köynəyin ön səthinin sol yuxarı nahiyəsində bir ədəd, köynəyin sol qolun yuxarı hissəsində iki ədəd, köynəyin arxa səthinin ağ nahiyəsində beş ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr,deşilmiş-kəsilmiş zədələrdir, ülgücü cə küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş mərhum X7 məxsus jaketin ön səthinin sol nahiyəsində bir ədəd, köynəyin ön səthinin sol yuxarı nahiyəsində iki ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön səthində olan bir ədəd deçilmiş-kəsilmiş yarası ilə; jaketin sol qolun arxa səhtində olan iki ədəd deçilmiş-kəsilmiş zədə onun bədəninin sol bazuda olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə; köynəyin ön səthinin sağ yuxarı nahiyəsində olan iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının ön səthində olan bir ədəd deçilmiş-kəsilmiş yarası ilə; köynəyin arxa səthinin sağ nahiyəsində olan beş ədəd deşilmiş-kəsilmiş zədələr onun bədəninin sağ kürək nahiyəsində olan bir ədəd kəsilmiş yarası ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Jaketin boyun nahiyəsinin sağ nahiyəsində olan bir ədəd kənari zədə onun bədəni üzərində öz əksini tapmamışdır, bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. (c İİ, i.v 211-214) İşdə olan, Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən verilmiş 27 dekabr 2023cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Baı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(007)-62/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Məhkəmənin bu barədə olan hökm və hökmün icrası barədə göstərişi xx.xx.2020-ci il tarixdə Cəlilabad rayon icra və proasiya şöbəsinə daxil olmuş və eyni tarixdə məhkumun ünvanına hökmün icrası barədə müvafiq məktub göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs3 islah işləri növündə cəzasını iş yeri üzrə tam çəkdiyindən o, xx.xx.2021-ci il tarixdə qeydiyyat kitabından çıxarılmışdır. (c İİ, i.v 244) İşdə olan, Cəlilabad Rayon Polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq verilmiş 03 yanvar 2024-cü il tarixli, 3-13-71/2-995/2024 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəllər atasına xəsarət yetirdiyi üçün qisas almaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:07 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində, “Silsilə” adlanan ərazidə əczaçılıq fəaliyyəti ilə məşğul olan Şahid2 məxsus aptekdən çıxan X7 üzərində gəzdirdiyi bıçaqla bir neçə bıçaq zərbəsi vuraraq öldürdüyü müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X11 təxminən 2014-cü ildə bir neçə şəxslə birlikdə Bakı şəhərində Təqsirləndirilən şəxs1 atası Şahid4 döyərək ona xəsarət yetirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 TİkTok sosial şəbəkəsində olan özünə məxsus “BAXA777” adlı hesabında 19 oktyabr 2023-cü il tarixdə “atasının qisasını alacağı” məzmununda status (bildiriş) paylaşmışdır. Hadisə vaxtı ətrafda Xaqani Əhmədli ilə birlikdə aptekə gəlmiş Şahid1, aptek sahibi Şahid2 və X48 olmuşdur. Təqsirləndirilən şəxs1 hadisə yerinə Təqsirləndirilən şəxs3 məxsus Renault markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Avtomobildə Təqsirləndirilən şəxs1 başqa sürücü Təqsirləndirilən şəxs3, sərnişinlər Təqsirləndirilən şəxs2 və Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Şahid3 Təqsirləndirilən şəxs1 cinayət törədəcəyindən əvvəlcədən məlumatlı olmuş, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs1 köməklik göstərəcəklərini əvvəlcədən öz aralarında razılaşdırmışlar. Hadisədən əvvəl onlar Təqsirləndirilən şəxs3 məxsus avtomobillə Ford markalı avtomobili ilə Cəlilabad şəhəri ərazisində hərəkət edən Xaqani Əhmədlini bir qədər müşahidə etmiş, Xaqani Əhmədlinin yanında olan tanışı Şahid1la aptekə getməsindən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək aptekin qarşısına gəlmiş, Təqsirləndirilən şəxs3 avtomobilində olan Şahid3 ilə birlikdə avtomobillə bir qədər irəliyə gedib daha sonra geriyə dönərək aptekin qarşısına gəlib avtomobili Xaqaniyə məxsus avtomobilin qarşısında saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Böyükxan X20 bıçaqla xəsarət yetirməsinə mane olmaması üçün Xaqani ilə birlikdə aptekə getmiş və həmin vaxt aptekin qarşısında dayanmış Şahid1 gətirib Təqsirləndirilən şəxs3 məxsus avtomobilin arxa oturacağında oturtmuş, daha sonra Təqsirləndirilən şəxs1 orada olan ət dükanın yanına gedərək apteki müşahidə edərək Xaqaninin aptekdən çıxmasını gözləmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilin yanında dayanaraq Şahid1 avtomobildən düşməsinin qarşısını almışdır. Təqsirləndirilən şəxs1 aptekdən çıxan Xaqaniyə bıçaqla zərbələr vurduqdan sonra qaçaraq Təqsirləndirilən şəxs3 məxsus avtomobildən Pərviz Əsgərovu yerə düşürüb Rəşidlə birlikdə avtomobilə mindikdən sonra həmin avtomobillə hadisə yerindən qaçmışlar. Şahid3 və Təqsirləndirilən şəxs3 Şahid1 avtomobilə mindirilməsində hər hansı formada iştirak etməmiş, eləcə də onun avtomobildən düşməsinə maneçilik törətməmişlər. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerindən getdikdən sonra harada gizlənmələri, hər hansı şəxsin gizlənməkdə onlara kömək etməsi müəyyən edilməmişdir. Keçirilmiş tədbirlərə baxmayaraq cinayətin aləti olan bıçağı tapmaq mümkün olmamışdır. (c İİ, i.v 246-247) İşdə olan, “Baxış keçirilməsi haqında” 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, TikTok Mobil proqramı vasitəsilə Təqsirləndirilən şəxs1 həmin sosial şəbəkədə olan “BAXA777” adlı açıq hesabına baxış zamanı həmin hesabda bir neçə video paylaşıldığı, habelə həmin sosial hesabda 19 oktyabr 2023-cü il tarixdə üzərində “Çox yaşa Atam Allah ömrünnən ömrüvə ömür qatsın. Cəlilabad ın əziyyətini dərəcəsində çəkən yeganə kişilərdənsən gəlki şərəfsizlər qeyrətsizlər qədrini bilmədilər vaxt o vaxt olacaqki ayaqıva gələn bəzi g*tə girənlərə söyüp s*hdr elətdirəcəm... haqqı burnuvuzdan gəlsin əziyyətini yerə vuran şərəfsizlər... ağzınızı cıracam and olsun Aləmlərin Rəbbinəki didərgin salacam mən olmuyavam min qardaşım olacaq min i gedəcəy milyonu çıxacaq üzə...!!! SƏBR edin az qalıb...” məzmunlu status qeyd olunmuş video paylaşıldığı müəyyən edilmişdir. (c İİ, i.v 248-249) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3539 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3 həmçinin, ona ittiham edilən əməl döründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs3 cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (c İİİ, i.v 26-28) İşdə olan, 24 yanvar 2024-cü il tarixli “Sübutların qiymətlərindirilməsi haqqında” qərardan görünür ki, hadisə yerindən götürülmüş üzərində qanabənzər maddə olan 02 (iki) ədəd pambıq tampon, X7 məxsus bir ədəd jaket və bir ədəd uzunqol köynək, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A24”, X14 məxsus 01 ədəd Redmi Note 9” markalı mobil telefonlar, "xxxx" MMC, Azerfon MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 05 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş, CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, digər maddi sübutlar saxlanılması üçün Cəlilabad rayon prokurorluğunun saxlancına verilmişdir. (c İİİ, i.v 108-157) Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Xaqani Əhmədlini qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün ibtidai istintaq zamanı vermiş olduğu səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X21 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdikləri müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamı tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs1- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun cinayət törədəcəyindən əvvəlcədən məlumatları olmamış, sonuncular həmin cinayətin törədilməsində hər hansı formada iştirak etməmişdir. Təqsirləndirilən şəxs2-Təqsirləndirilən şəxs1 Xaqani Əhmədlini öldürəcəyindən əvvəlcədən məlumatı olmamış, yalnız hadisə yerində Böyükxan Pərvizi aparıb Hüseyinin avtomobilinin arxa oturacağında oturtduğu vaxt Böyükxanın Xaqanini vuracağını bilib ona yaxınlaşmaq istəsə də Böyükxan ona uzaqlaşıb avtomobilə getməsini bildirmiş, Pərvizə özü heçnə etməmiş, Pərviz öz xoşuyla maşına oturmuş, Pərvizin maşından düşməsinə maneəçilik törətməmiş, ümumiyyətlə hər hansı cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs3-hadisə yerində mobil telefonla danışdığından maşını saxlayanda Xaqanin maşınının yanında saxladığını bilməmiş, maşının mühərrikini dizel olduğundan söndürməyi məsləhət bilməmiş, Pərviz maşına oturanda onu kiminsə gətirib otuzdurduğun görməmiş, Pərviz maşından düşmək istəyərkən, ona maneəçilik edilməsinin də şahidi olmamış, Pərviz tərəfdən isə maşının qapısında kiminsə dayandığın görməmiş, Həsən adlı azyaşlı uşağında arxasında oturmasını bilməmiş, bunu hadisə vaxtı bilmiş, həmin vaxt elə bilmiş ki, Böyükxan maşına minib, Rəşidi gözləyir, telefonla danışdığına görə heç arxaya çönüb baxmamış, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törədəcəyindən əvvəlcədən məlumatı olmamış, yalnız hadisə baş verdikdən sonra bu barədə öyrənmiş, özü cinayətin törədilməsində iştirak etməmişdir. Təqsirlərdirilən şəxslərin irəli sürdüyü dəlillərlə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 irəli sürdüyü yuxarıda göstərilən dəlilərə məhkəmə münasibət bildirərək qeyd edir ki, onların ifadəsində göstərdiyi xüsusatlar, həmin cinayət hadisəsinin bilavasitə şahidi olmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu (həmin ifadəsində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin yolun əks istiqamətdə, digər tərəfində, onların dayandığı yerdən bir qədər aralıda saxladığını, həmin avtomobili aptekə tərəf gedərkən də gördüyü üçün Xaqaniyə “Deyəsən həmin avtomobildəkilər bizi güdür” deməsini, aptekin qarşısında dayandığı vaxt Böyükxanın əlində bıçaq yanına gəlib, onu yola tərəf aparıb “Bura gəl, sənə sözüm var” deməsini, Xaqaninin avtomobilin yanına yaxınlaşdıqda aptekə girməzdən əvvəl gördüyü Renault markalı avtomobilin Xaqaninin avtomobilin qarşısında dayandığını gördüyünü, bundan sonra Böyükxanın onun qolundan tutub dartaraq Renault markalı avtomobilin yanında dayanmış Rəşid adlı şəxsə “bunu bas maşına, qoyma yerə düşsün” deməsini, Rəşidin də qollarından tutaraq Böyükxanla birlikdə onu avtomobilin arxa oturacağına oturtduqlarını, Rəşidin isə qapını örtüb avtomobilinin qapısının yanında dayandığını, Böyükxan isə apteklə üzbəüz dayandıqda sol tərəfdə, avtomobil yoluna yaxın yerləşən ət dükanının qarşısına gedib apteki müşahidə etməyə başladığını, həmin vaxt Böyükxanın aptekin qarşısındakı divarın yanında küncdə, ət dükanın yanında, aptekdən görünməyən yerdə dayanıb Xaqaninin aptekdən çıxmasını gözlədiyini, özünün avtomobildə olan sürücü və arxa oturacaqda oturmuş oğlana "Nə olub, nə məsələdi, buraxın evimə gedim” deməsini, öz oturduğu tərəfdə arxa qapını 2-3 dəfə açaraq avtomobildən düşməyə çalışsa da qapının yanında dayanmış Rəşidin ona imkan vermədiyini, Rəşidin avtomobildən aralandığı vaxt o, arxa qapını açaraq avtomobildən yerə düşsə də Rəşidin yanına gəlib “Maşına otur özünə problem yaratma" deyərək onu maşına oturtduğunu, Rəşidin ona “sakit dayan birazdan görəcəksən nə olub" dediyini, Xaqaninin aptekdən çölə çıxıb öz avtomobilinə avtomobilə tərəf gələndə, Böyükxanın küncdə dayandığı yerdən çıxaraq arxadan Xaqaniyə yaxınlaşıb aptekin yerləşdiyi ərazidə olan dəmir hasarın yanında əlində tutduğu bıçaqla Xaqaniyə zərbələr vurmağa başladığını, Böyükxanın Xaqaniyə bir neçə bıçaq zərbəsi vurmasını, bıçaq zərbələrindən Xaqanin yerə yıxıldığını, həmin vaxt bir daha qışqıraraq avtomobilin arxa qapısını açıb avtomobildən düşməyə çalışsa da Rəşidin yenə də imkan verməyib onu avtomobilin salonuna itələdiyini, Böyükxanın daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb onu dartaraq avtomobildən yerə atıb bir dəfə sağrı nahiyəsinə təpiklə vurub “Yeri rədd ol” deməsini bildirmişdir) və Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrlə (həmin ifadəsində Karaoke adlı obyektə gedib Böyükxangilin əyləşdiyi kabinetə, yəni otağa getdiyini, o otağa daxil olduqda söhbət zamanı Böyükxanın Xaqani adlı şəxsin onun düşməni olduğunu, karaokedən çıxdıqdan sonra onu “vuracağını” bildirdiyini, bir qədər sonra əvvəllər görmədiyi 25-30 yaşlarında bir nəfər oğlanın ora gəlib onlarla görüşdüyünü, sonradan həmin oğlanın Təqsirləndirilən şəxs3 olduğunu bildiyini, Böyükxan Hüseyin gəldikdən sonra da Xaqanini vuracağını dediyini, daha sonra Böyükxan ona və orada olan Rəşid və Hüseyinə “Siz gəlsəniz də, gəlməsəniz də Karaokedən çıxdıqdan sonra Xaqanini tapıb onu vuracam” deməsini, özünün, eləcə də orada olan Rəşid və Hüseyinin Böyükxana onun yanında olduqlarını və onunla birlikdə gedəcəklərini bildirdiklərini, bundan sonra Xaqanini axtarmaq üçün Karaokedən çıxaraq Hüseyinin markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilinə əyləşdiklərini, onların həmin maşınla Cəlilabad şəhəri, H.Əliyev propektində bir neçə dəfə dövrə vurduqdan sonra üzü Silsilə adlanan ərazi istiqamətində hərəkətdə olarkən Böyükxanın Cəlilabad mərkəzi poçtundan bir qədər irəlidə hərəkət edən qara rəngli Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb həmin avtomobilin Xaqaninin avtomobili olduğunu bildirib sürücüyə avtomobili Ford markalı avtomobilin yaxınlığına sürməsini bildirdiyini, Hüseyinin avtomobili Ford markalı avtomobilə yaxınlaşdırdıqdan sonra Böyükxanın həmin avtomobili idarə edənin Xaqani olduğunu deyib dostuna avtomobili Xaqaninin ardınca sürməsini dediyini, Xaqani adlı şəxsin avtomobili idarə edib Silsilə adlanan ərazidə, İlham adlı şəxsin işlətdiyi aptekin qarşısında saxladığını, Hüseyinin də Böyükxanın göstərişi ilə onların olduğu avtomobili Xaqaninin olduğu avtomobilin arxasında saxladığını, Avtomobili saxladıqdan sonra Böyükxanın çox güman ki, Xaqani və Pərvizin avtomobildən düşüb söhbət edəcəklərini və ya aptekə gedəcəklərini deyib Hüseyinə avtomobili idarə etməsini, Xaqanigil avtomobildən düşdükdən sonra ora gəlib avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını bildirdiyini, bundan sonra Hüseyinin avtomobili işə salıb hərəkətə başladığını, həmin vaxt Xaqani və Pərvizin də avtomobildən düşdüklərini, Böyükxanın Hüseyinə qarşıdan dönüb qayıdaraq avtomobili Xaqaninin avtomobilinin qarşısında saxlamasını, ondan sonra Pərvizi gətirib avtomobilə qoyacağını, daha sonra isə Xaqani aptekdən çıxdığı vaxt bıçaqla onu vuracağını, ondan sonra da oradan gedəcəklərini bildirdiyini, bundan sonra Böyükxanın əynindəki şalvarın şağ cibindən qatlanan bıçağı çıxarıb tiyəsini açmadan həmin bıçağı sağ əlində tutaraq avtomobildən düşdüyünü, Böyükxanın ardınca Rəşidin də avtomobildən düşdüyünü və onların ikisinin birlikdə yolun digər tərəfinə keçərək piyada İlhamın aptekinə tərəf getdiklərini, bundan sonra Hüseyinin onun da içərisində olduğu avtomobili idarə edərək Bağ adlanan ərazi istiqamətində hərəkət edib, 1 dəqiqə keçməmiş Oba marketin qarşısından avtomobili geriyə döndərib və aptekin qarşısına gedərək avtomobili Xaqaninin avtomobilinin qarşısında saxladığını, Böyükxanın Xaqanini vurduqdan sonra oradan getməyi gözlədiklərini, avtomobili saxladıqdan təxminən 1 dəqiqə sonra Böyükxan və Rəşidin Pərviz adlı şəxsi gətirib avtomobilin arxa oturacağında onun yanında əyləşdirib qapını bağladıqlarını, Rəşidin Pərviz tərəfdə, yəni səki tərəfdə avtomobilin arxa qapısının yanında dayanıb Pərvizin avtomobildən düşməsinə mane olduğunu, Pərvizin avtomobildə ona və sürücüyə “Nə olub, nə məsələdi, buraxın gedim” deməsini, Pərvizin öz oturduğu tərəfdə arxa qapını 2-3 dəfə açaraq avtomobildən düşməyə çalışsa da qapının yanında dayanmış Rəşidin ona imkan vermədiyini, təxminən 2-3 dəqiqə sonra Rəşidin avtomobildən uzaqlaşdığını, Pərvizin isə Rəşidin avtomobildən uzaqlaşdığını görüb öz oturduğu tərəfdən arxa qapını açaraq avtomobildən yerə düşdüyünü, lakin Rəşidin Pərvizin avtomobildən düşdüyünü görüb avtomobilin yanına gələrək Pərvizə avtomobilə oturmasını, özünə problem yaratmamasını deməsini, həmin vaxt Pərvizin Rəşiddən nə baş verdiyini soruşduqda Rəşidin ona “sakit dayan birazdan görəcəksən” deməsini, həmin vaxt arxa tərəfə boylanaraq Böyükxanı izlədiyini, Xaqaninin aptekdən çölə çıxıb avtomobilə tərəf gəldiyini, bu zaman Böyükxanın küncdə dayandığı yerdən çıxaraq arxadan Xaqaniyə yaxınlaşıb aptekin yerləşdiyi ərazidə olan dəmir hasarın yanında əlində tutduğu bıçaqla Xaqaniyə zərbələr vurmağa başladığını, bıçaq zərbələrindən Xaqaninin yerə yıxıldığını, Böyükxanın daha sonra qaçaraq avtomobilə gəlib arxa qapını açıb Pərvizi dartaraq avtomobildən yerə atdığını, daha sonra oradan Böyükxanın göstərişinə əsasən karaokenin yanına getmələrini bildirmişdir), “Diskə baxış keçirilməsi haqında” və “Mobil telefonlara baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş CD disklərdə olan videogörüntülərlə (həmin görüntülərdən biri də Təqsirləndirilən şəxs2 tərəfindən özünə məxsus mobil telefon vasitəsilə bilavasitə çəkilmiş, görünütülərlə sonuncunun Səma şadlıq sarayının qarşısında dayanaraq ondan bir qədər irəlidə, ət dükanının qarşısında dayanaraq Şahid2 məxsus apteki müşahidə edən Təqsirləndirilən şəxs1 və ətrafı videoya çəkməsi, video çəkiliş aparan şəxsin videonun saat 01 dəqiqə 18-ci saniyəsindən sonra həmin vaxt X7 məxsus Ford Mondeo markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayanmış tünd boz rəngli avtomobilin arxa sağ qapısını açan X8 avtomobildən yerə düşdüyünü görüb ona yaxınlaşdığı, həmin vaxt Pərviz Əsgərovun “dərman alacam, mənim onnan bir işim yoxdu” deməsinə cavab olaraq videoçəkiliş aparan şəxsin (Təqsirləndirilən şəxs2) “onun maşınından düşmüsən, otur maşına, özüvə problem yaratma” dediyi və Pərviz Əsgərovu yenidən avtomobilə oturdub qapını bağladığı müəyyən edilmişdir. Pərviz Əsgərov və videoçəkiliş aparan şəxs (Təqsirləndirilən şəxs2) arasında olan danışığın məzmunu isə aşağıdakı kimidir: Pərviz Əsgərov: Dərman alacam, mənim onnan bir işim yoxdu. Təqsirləndirilən şəxs2: “İşin yoxdu? Onun maşınından düşmüsən, otur maşına deyirəm sənə Pərviz Əsgərov: Nə olar düşəndə? Təqsirləndirilən şəxs2: Otur maşına, problem yaratmaginən, özüvə problem yaratma (əsəbi formada), otur maşında dedim. Daha sonra videoçəkiliş aparan şəxs qapını örtmüş və bir neçə saniyə sonra videoçəkilişi bitirmişdir), Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduqları qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri ilə tam təkzib edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə tərkibi təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri yuxarıda qeyd edilən müdafiələri üçün gətirdikləri dəlillərin həqiqəti əks etdirmədiyi, həmin dəlillərin işin faktiki halları ilə üst-üstə düşmədiyi, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı gətirdiyi dəlillərin digər təqsirləndirilən şəxsləri, eləcədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə özlərini məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışırlar. Lakin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri qismən etirafedici xüsusatlar iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sözügedən cinayət əməlinin törədilməsinə köməkçi qismində iştirakları ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, CM-nə əsasən köməkçi, cinayətin törədilməsində bilavasitə iştirak etməyən, lakin onun həyata keçirilməsinə şərait yaradan və ya yardım edən şəxsdir. Köməkçinin xüsusiyyətlərinə gəldikdə isə burada xüsusilə üç halı nəzərə almaq lazımdır. Birincisimənəvi və ya fiziki yardım; ikincisi-birbaşa iştirak etməmək; üçüncüsü-qəsdli niyyət. Hazırki iş üzrə isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 tərəfindən Xaqani Əhmədlinin öldürüləcəyini, yəni icraçının cinayət törətmək niyyətini bilmişlər və ona qəsdən yardım etmişlər. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə hadisədən əvvəl görüşmüş, həmin vaxt onlara Xaqanini vuracağını bildirmiş, daha sonra onlara “Siz gəlsəniz də, gəlməsəniz də Karaokedən çıxdıqdan sonra Xaqanini tapıb onu vuracam” sözünü demiş, onunla birlikdə olan Rəşid və Hüseyin də Böyükxana onun yanında olduqlarını və onunla birlikdə gedəcəklərini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs3 şəhər ərazisində özünün idarə etdiyi avtomobili digər təqsirləndirilən şəxslərlə birlikdə zərərçəkmiş şəxs Xaqani Əhmədlini tapmaq məqsədilə idarə etməsi, Xaqani Əhmədlinin idarə etdiyi avtomobili gördükdən sonra həmin avtomobili izləyərək, nəticə də hadisə yerində sonuncu avtomobili saxlayıb, aptekə daxil olduqdan sonra özünün idarə etdiyi avtomobilli sürüb, Xaqani Əhmədliyə məxsus avtomobilin qarşısında saxlayıb, onun yolunu kəsməklə gələcəkdə Təqsirləndirilən şəxs1 tərəfindən Xaqani Əhmədlinin öldürülməsi prosesində bu və ya digər formada sonuncunun özünə məxsus avtomobillə hadisə yerindən uzaqlaşma ehtimallarının qarşısını almış, eləcə də idarə etdiyi avtomobilin mühərrikini söndürməməklə, dərhal hadisə yerindən digər təqsirləndirilən şəxsləri aparıb gizlətmək məqsədində olması, eyni zamanda Xaqani Əhmədli ilə birgə olaraq hadisə yerinə gəlmiş Şahid1 da məhz özünün idarə etdiyi avtomobildə digər təqsirləndirilən şəxslər tərəfindən gətirilib zorla əyləşdirilməsinə, onun avtomobili tərk etməsinə Təqsirləndirilən şəxs2 tərəfindən mane olunmasına şərait yaratması artıq onun bu cinayət hadisənin törədilməsində köməkçi qismində iştirakını tam olaraq sübut edir. Əks təqdirdə Təqsirləndirilən şəxs3 ümumiyyətlə, Xaqani Əhmədliyə məxsus avtomobili şəhər ərazisində izləməz, sonuncuya məxsus avtomobilin qarşısında öz avtomobilini mühərrikini söndürmədən saxlayıb gözləməz, Şahid1 zorla avtomobilinə mindirilib, orada saxlanılmasına şərait yaratmaz, ümumiyyətlə hadisə yerindən dərhal uzaqlaşıb, bu barədə hüquqmühafizə orqanlarına müvafiq məlumat verə bilərdi. Təqsirləndirilən şəxs3 isə nəinki hadisələrin gedişatı zamanı, cinayət hadisəsi baş verdikdən sonra belə, digər təqsirləndirilən şəxsləri hadisə yerindən uzaqlaşdırıb, onları Cəlilabad şəhərinə gəldikləri avtomobilin yanına aparıb, qaçmalarına şərait yaratmış, özü isə gizlənmək məqsədilə Astara şəhərinə getmişdir. Bütün bunlarla yanaşı Təqsirləndirilən şəxs3 münasibətdə məhkəmə xüsusi olaraq nəzərə alır ki, Təqsirləndirilən şəxs3 qeyd olunan cinayətin Təqsirləndirilən şəxs1 tərəfindən törədiləcəyini yəqinliklə bilməsinə baxmayaraq özünə məxsus nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerinə gətirmiş, cinayət törədildikdən sonra yenidən özünə məxsus nəqliyyat vasitəsi ilə törədilən cinayətlə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qısa müddətədə ifşa olunmamaları üçün avtomobilini işlək vəziyyətdə saxlamaqla cinayət törətdildikdən sonra onları özünə məxsus avtomobillə hadisə yerindən əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq yayındırmış, hadisə vaxtı zərərçəkmişin yanında olan Şahid1 Təqsirləndirilən şəxs1 tərəfindən törədilə biləcək cinayətin qarşısının alınmasına real və faktiki imkanı olmasını anlasa da, cinayətin gedişində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən onun idarə etdiyi avtomobilə zor tətbiq edilməklə otuzdurulmuş Prəviz Əskərovu məhz o bilərəkdən, qəsdən avtomobildə saxlamış, onun avtomobildən düşərək hadisənin qarşısını ala bilməsi üçün heç bir tədbir görməmiş, beləliklə də Təqsirləndirilən şəxs1 tərəfindən hazırki cinayət əməlinin törədilməsinə meneəni aradan qaldırmağa şüurlu surətdə əvvəlcədən vəd edilmiş şəkildə kömək etmişdir. Təqsirləndirilən şəxs2 isə hadisə zamanı Şahid1 Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə zorla əyləşdirməsi, daha sonra Şahid1 həmin avtomobildən düşməsinə maneəçilik törətməsi, sonuncunun Xaqani Əhmədliyə hər hansı formada məlumat verməsinin, eləcədə cinayətin törədilməsinin qarşısını almasına dair edə biləcəyi hərəkətləri tamamilə məhdudlaşdırması, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxs Xaqani Əhmədliyə bıçaqla xəsarətlər yetirildiyi andan bu hərəkərlərini davam etdirməsi onun bu cinayət hadisəsinin törədilməsində köməkçi qismində iştirakını tam olaraq sübut edir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Qeyd edilənlərlə bir daha təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 icraçı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs Xaqani Əhmədlini qəsdən öldürmək niyyətini əvvəlcədən bilmiş, ona qəsdən yardım etməyi vəd etmişlər. Nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 icraçı Təqsirləndirilən şəxs1 yardımları həm mənəvi dəstək yəni, sonuncunun onlara “Siz gəlsəniz də, gəlməsəniz də Karaokedən çıxdıqdan sonra Xaqanini tapıb onu vuracam” sözünü dedikdən sonra, onun yanında olduqlarını və onunla birlikdə gedəcəklərini bildirməklə cinayətin icraçısı Təqsirləndirilən şəxs1ı Xaqani Əhmədlini qəsdən öldürməyə ruhlandırmışlar, həm də onunla birlikdə getməklə, bu qərarını möhkəmləndirmişlər. Bundan başqa məhkəmə şahidlər Şahid3 və Şahid1 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlər Şahid3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qohumu, yaxın münasibətdə olmasını, Şahid1 isə hazırda özünün də barəsində olan başqa cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la eyni istintaq təcridxanasında saxlanılmaqla, onlaraq qarşı ifadə verməkdən çəkinməsi və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında müəyyən qədər təhrif etməsini, həmin şəxslərin təqsirləndirilən şəxslərin məsuliyyətini yüngüllləşdirmək məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini təqsirləndirilən şəxslərin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir və sözügedən şahidlərin ifadələrindəki ziddiyyətli xüsusatlarla bağlı məhz onların ibtidai istintaq zamanı vermiş olduqları və işin faktiki halları ilə birə-bir üst-üstə düşən ifadələrini sübut kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlinin tövsifi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürmə cinayəti birbaşa törədilən zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmiş olur, burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə hər bir adamöldürmə əməli insanın həyatdan məhrum edilməsi ilə nəticələnən qəddar və amansız cinayətdir. Odur ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcədə Təqsirləndirilən şəxs2 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin icraçısı Təqsirləndirilən şəxs1 ilə müqayisədə, Təqsirləndirilən şəxs3 isə ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçıları ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş könüllü gəlib təqsirini boynuna alması kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün həbsdə saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Cəlilabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş üzərində qanabənzər maddə olan 02 (iki) ədəd pambıq tampon, X7 məxsus bir ədəd jaket və bir ədəd uzunqol köynək məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A24” markalı mobil telefon onun atası Şahid4, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd Redmi Note 9” markalı mobil telefon isə onun atası X9 qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" MMC, Azerfon MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Cəlilabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan hadisə yerindən götürülmüş üzərində qanabənzər maddə olan 02 (iki) ədəd pambıq tampon, X7 məxsus bir ədəd jaket və bir ədəd uzunqol köynək məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Cəlilabad rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy A24” markalı mobil telefon onun atası Şahid4, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd Redmi Note 9” markalı mobil telefon isə onun atası X9 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş, "xxxx" MMC, Azerfon MMC və “Azercell Telekom MMC”-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 03 ədəd CD disk, istintaq hərəkətlərinin protokollarına əlavə edilmiş 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-20/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-20/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver