Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-200/2023 07.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CMin 234.1 və 237.2.3-cü maddələri ilə 03 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 941,092 qram çəkidə olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini (bundan sonra - heroin), 12,824 qram çəkidə olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini (bundan sonra - metamfetamin), 4,350 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki (bundan sonra – tiryək), 1,04 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı (bundan sonra – qurudulmuş marixuana) əldə edib, elektron tərəzi vasitəsilə ölçüb narkotik vasitə heroini 24,099 qram, 3,273 qram, 1,172 qram, 0,713 qram, 1,835 qram, 910 qram olmaqla 6 ədəd bükümlərə, psixotrop maddə metamfetamini 12,098 qram və 0,726 qram olmaqla 2 ədəd bükümlərə ayıraraq, 4,350 qram çəkidə tiryəki və 24,099 qram çəkidə heroini üzərində, elektron tərəzi ilə digər narkotik vasitələr və psixotrop maddəni isə idarə etdiyi «Renault Megane» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıyaraq saxlamış, 04 oktyabr 2022-ci il tarixdə Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 22:45-də Şirvan şəhəri Mahir Mirzəyev küçəsində idarə etdiyi «Renault Megane» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə videoçəkilişlə saat 23:40-dan saat 23:55-dək olan müddətdə şəxsi axtarış aparılan zaman 4,350 qram çəkidə tiryək və 24,099 qram çəkidə heroin əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə, 05 oktyabr 2022-ci il tarixdə saat 00:10-dan saat 00:30-dək olan müddətdə idarə etdiyi avtomobilə videoçəkilişlə baxış aparılan zaman isə narkotik vasitələrin alqı-satqısında istifadə olunan üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi, 1 ədəd bükümdə olan 910 qram çəkidə heroin avtomobilin sürücü oturan oturacağının altından, 3,273 qram, 1,172 qram, 0,713 qram və 1,835 qram heroin 4 ədəd bükümdə, 12,098 qram və 0,726 qram metamfetamin 2 ədəd bükümdə, 1,04 qram çəkidə qurudulmuş marixuana 1 ədəd bükümdə avtomobilin sürücü oturan oturacağının altındakı pul qabının içərisindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkomandır, özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilir. 04 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən yaşadığı Şirvan şəhərinə gəlmiş, axşam saatlarında Şirvan şəhəri ərazisində Mahir Mirzəyev küçəsində olarkən polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olmamışdır. Gecə saat 4-dək İsmayıl adlı polis əməkdaşı və digərləri ona qarşı fiziki təzyiqlər etmiş, onu döymüş, gecə saatlarında isə onun avtomobilini də polis şöbəsinə gətirmişlər və avtomobilinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən avtomobilinə narkotik vasitələr qoyulmasını bilmişdir. Avtomobilində 1 qram qururdulmuş marixuana, 4 qram tiryək, 4 qram heroin və 6 ədəd tabletka dərman (metadon) dəri pul qabının içində olmuşdur. Qalan narkotik vasitələr isə ona məxsus olmamış, 900 qramdan artıq heroin, 12 qram metamfetamin və elektron tərəzini polis əməkdaşları avtomobilinə qoymuşdur. Əgər maşınında 1 kiloqram heroin olmuşsa, evində də 3 kiloqramdan çox heroin olmalı idi, lakin polis əməkdaşları evinə axtarış da keçirməmişlər. Polis əməkdaşları ona fiziki təzyiqlər göstərmiş, buna görə də etirafedici ifadələr vermiş, bədəni üzərində xəsarətlər olması barədə saxlanıldığı istintaq təcridxanasında da bildirmiş, buna görə də Şirvan şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış, lakin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarı alsa da qərardan şikayət etməmişdir. İsmayıl adlı polis əməkdaşı və digərləri ona fizki təzyiq göstərmiş, buna görə də polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. Üzərində elan edilmiş ittihamda göstərilmiş çəkidə narkotik vasitə və psixotrop maddə olmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, avtomobilində ona aid olan narkotik vasitələri isə şəxsi istifadəsi məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, heç yerdə işləmir, bir günə 2-3 qram heroini iyləmə yolu ilə istifadə edir, heroin çəkmədiyi vaxt isə tiryək, bəzən isə qurudulmuş marixuana istifadə etmişdir. İşləməsə də bəzi vaxtlarda maşın alıb-satdığı üçün həmin narkotik vasitələri almaq üçün pul tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmasını, avtomobilində 1 qram qurudulmuş marixuana, 4 qram tiryək, 4 qram heroin və 6 ədəd tabletka dərman (metadon) olmasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə aşağı həddə cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 04 oktyabr 2022-ci il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən və 05 oktyabr 2022-ci il tarixdə avtomobilinə vidoçəkiliş ilə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 05 və 06 oktyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. 04 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı məhlədə olarkən bir neçə ədəd bükümdə narkotik vasitə heroin, narkotik vasitə tiryək, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin tapmış, istifadə etmək üçün həmin maddələrin bir qismini üzərində, bir qismini isə idarə etdiyi «Megane» markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlədib saxlamış, həmin gün saat 22 radələrində idarə etdiyi avtomobillə Şirvan şəhərinin Mahir Mirzəyev küçəsində olarkən bir neçə nəfər polis əməkdaşları onu saxlayıb Şirvan şəhər polis şöbəsinə aparmış, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan büküm çıxarıb birində narkotik vasitə heroin, birində isə narkotik vasitə tiryək olduğunu bildirmiş, şifahi suallara cavab olaraq təqdim etdiyi heroini və tiryəki yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, bundan sonra hər hansı etirazı olmadığı üçün avtomobilinə baxış keçirilmiş, həmin vaxt avtomobilində narkotik vasitə və psixotrop maddə olduğunu demiş, avtomobilinə yaxınlaşaraq sürücü oturan oturacağının aşağı hissəsində gizlətdiyi 1 ədəd böyük sellofan bükümdə heroini, 1 ədəd elektron tərəzini və bir ədəd içərisində 3 ədəd sellofan bükümdə və 1 ədəd kağız bükümdə heroin, 2 ədəd sellofan bükümdə metamfetamin və 1 ədəd kağız bükümdə marixuana olan pul qabını çıxarıb polis əməkdaşlarına təqdim etmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, həmçinin istifadə də etdiyini, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Okta oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü təqsirli bilmiş, verilmiş ittihama uyğun ifadə vermiş, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün o, yuxarıda qeyd olunan məzmunda ifadə vermişdir, həmin ifadəni təsdiq etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, avtomobilində şəxsi istifadəsi üçün 1 qram qururdulmuş marixuana, 4 qram tiryək, 4 qram heroin və 6 ədəd tabletka dərman (metadon) saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 04 oktyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, həmin gün saat 22:45 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, M.Mirzəyev küçəsinə gedib Təqsirləndirilən şəxs idarə etdiyi Megane markalı **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlamış, sonuncunu idarə etdiyi avtomobillə birlikdə Şirvan şəhər polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş, birində heroin, birində isə tiryək olduğunu bildirmişdir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələri yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə videoçəkilişlə baxış keçirilmiş, sonuncu avtomobilinə yaxınlaşaraq avtomobilinin sürücü oturan oturacağının aşağı hissəsində gizlətdiyi 1 ədəd böyük sellofan bükümdə heroinə bənzər kütləni, 1 ədəd elektron tərəzini və bir ədəd içərisində 3 ədəd sellofan bükümdə və 1 ədəd kağız bükümdə heroinə bənzər kütləni, 2 ədəd sellofan bükümdə metamfetaminə bənzər kütləni və 1 ədəd kağız bükümdə marixuanaya bənzər kütlə olan pul qabını çıxarıb təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ifadəsində Şirvan şəhərində xidməti fəaliyyəti ilə bağlı ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməklə, onun qanunsuz olaraq saxlanması, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, lakin 04 oktyabr 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkiləri tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərində ümumiyyətlə iştirak etmədiyini, Təqsirləndirilən şəxs keçirilən əməliyyat tədbiri zamanı idarə etdiyi avtomobilin saxlanılması məqsədi ilə tərəfindən ona xidməti silahı ilə atəş açmasına dair ifadəsində göstərilənlərin həqiqəti əks etdirmədiyini, müdafiə xarakteri daşıdığını və qeyd etdiyi kimi sonuncu barəsində keçirilən əməliyyat tədbirinin heç bir hissəsində iştirak etmədiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 5-10; 11; 30-32; 33-36) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26- 27 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 04 oktyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan büküm, birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddə və digər bükümün içərisində isə tiryəkə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kütləni öz istifadəsi üçün üzərində daşıyaraq saxladığını, həmin vasitələri tapdığını, hər hansı etirazının olmadığını bildirmişdir. (i.v. 30-33) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış aparılan zaman avtomobilin sürücü oturan oturacağının aşağı hissəsindən 1 ədəd böyük sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd elektron tərəzi, 1 ədəd içərisində 3 ədəd sellofan bükümdə və 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 1 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə olan pul qabı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, aşkar edilmiş heroin, marixuana və metamfetaminin ona aid olduğunu, tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. (i.v. 33-36) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 18/1102 -1103 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 4,350 qram olan tünd qəhvəyimtil rəngli maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir. 01 ədəd bükümdə təmiz çəkisi 24,099 qram qəhvəyimtil rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış heroindir. Tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən …» sözləri yazılmış kağız paketdə 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,273 qram, 1,172 qram, 0,713 qram, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,835 qram, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 910,0 qram, ümumi çəkisi 916,993 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış heroindir. 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqdatəmiz çəkisi 12,098 qram, 0726 qram, ümumi çəkisi 12,824 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 01 ədəd bükümdə təmiz çəkisi 1,04 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş heroin xarici əlamətlərini və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (i.v.43-47) -“Cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin in 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. (i.v.56-57) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 59-60) - Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(032)-309/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 78-80) - Şirvan RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini, tiryəki, marixuananı və psixotrop maddə olan metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi agentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur. (i.v. 110) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması barədə ƏN PX-nin 03 saylı X2 şəhər Prokurorluğuna daxil olmuş məlumat əsasında ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri həbs edilməmişdən əvvəl yıxılarkən aldığını bildirmişdir. Toplanmış materialla Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 119-120) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli, 6(032)-11/2022 saylı qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilən “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir . (i.v. 129) -X6 tibbi yoxlamanın 15 dekabr 2022-ci il tarixli, 7622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 136-137) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığını, avtomobilində şəxsi istifadəsi üçün 1 qram qurudulmuş marixuana, 4 qram tiryək, 4 qram heroin və 6 ədəd tabletka dərman (metadon) saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona elan olunmuş ittihamda göstərilən çəkidə heroin və metamfetaminin onda olmadığını, polis əməkdaşlarının fiziki təzyiqi ilə həmin kütlələr barədə etirafedici ifadələr verdiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitə və psixotrop maddənin ona aid olduğunu, həmin vasitələrdən həm istifadə etdiyi, həm də satışı ilə məşğul olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini (çəkiləri barədə fərqli fikirlər söyləsə də) göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bir hissəsi yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən heroin, tiryək, qurudulmuş marixuana və metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 2 bükümdə heroinə və tiryəkə bənzər kütləni, həmçinin avtomobilində olan heroin, qurudulmuş marixuana və metamfetaminə bənzər kütləni könüllü təqdim etmiş, onunla şifahi sorğu zamanı narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını, şəxsi istifadə və satmaq məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Aşkar edilmiş kütlələr arasında metadon olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi üçün həmin narkotik vasitə və psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması barədə ƏN PX-nin 03 saylı X2 şəhər Prokurorluğuna daxil olmuş məlumat əsasında ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri həbs edilməmişdən əvvəl yıxılarkən aldığını bildirmişdir. Toplanmış materialla Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs isə həmin qərarı aldığını, lakin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermədiyini bildirmişdir. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 oktyabr 2022-ci il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərində və avtomobilində aşkar edilmiş narkotik vasitənin çəkisini mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də elektron tərəzini də avtomobilində saxlamışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – heroin və metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və satması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqqında” 04-05 oktyabr 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, X6 yoxlamanın 15 dekabr 2022-ci il tarixli rəyləri, əməliyyataxtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Şirvan ŞPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 23 oktyabr 2022-ci il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, heroin, tiryək, qurudulmuş marixuana və elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Alışov X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilərək əməli CM-nin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş və CM-nin 234.1, 237.2.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.(i.v 93-94; 103-109) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddələrinə əsasən müvafiq olaraq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Alışov X8 Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin keçmədiyi dövrdə yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə Rəşad Muradov hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan CM-nin 65.2-ci maddəsinə əsasən ona 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. - Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, qeyd edilən qəsəbədə yaşayır. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 112-113). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sənədlərdən görünür ki. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 7622 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 940,792 qram heroin, 4,250 qram tiryək, 1,02 qram qurudulmuş marixuana və 12,724 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 940,792 qram heroin, 4,250 qram tiryək, 1,02 qram qurudulmuş marixuana və 12,724 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-200/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-200/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver