Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-201/2022 25.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Astara rayon vəkil bürosunun vəkili X3, zərər çəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Lənkəran rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxx 1994-cü ildə Astara rayonunun Tüləgüvan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himiayəsində 4 (dörd) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonunun Şəmətük kəndində qeydiyyatda olmaqla orada yaşamış və barəsində 10 oktyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs əri X6 əmisi oğlu X13 ilə gizli sevgi münasibətlərinin 2020-ci ilin sentyabr ayında aşkara çıxması və bu zəmində yaranmış ədavətin nəticəsində qaynı X10 10 mart 2021-ci ildə Famil Ağayev tərəfindən qəsdən öldürülməsindən sonra sonuncunun ailəsi ilə onun ailəsi arasında daha da gərginləşən və düşmənçilik səviyyəsinə çatan münaqişənin davamı olaraq 08 oktyabr 2021-ci ildə səhər saat 09 radələrində Astara rayonunun Şəmətük kəndində yerləşən meşəlik ərazidə olarkən Famil Ağayevin anası X1 uzaqdan onu görüb nalayiq ifadələrlə təhqir edərək əxlaqsız adlandırması, baş verən bütün bu hadisələrin, yəni Musa Ağayevin qohumu Famil Ağayev tərəfindən öldürülməsinin və sonuncunun tutulmasının səbəbkarı kimi onu göstərməsi, üzərinə gələrək onu itələməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı özü ilə götürdüyü, soyuq silah hesab olunmayan, kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı dəhrə ilə Mehparə Ağayevanın başının ənsə və gicgah nahiyələrinə zərbələr vurub müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə üzərində gəzdirdiyi, soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin döş qəfəsi və bədəninin digər nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra Mehparə Ağayevanın hər iki qulağının sırğalıq hissələrini bıçaqla kəsməklə sonuncunun ölümünə səbəb olmaqla insan həyatı üçün təhlükəli olan, dərəcələrinə görə sağlamlığa AĞİR və YÜNGÜL zərər vurmaya aid, ümumilikdə 22 ədəd kəsilmiş-deşilmiş, eləcə də 6 ədəd çapılmış-kəsilmiş yaralar, həmçinin hər iki qulaq seyvanının sırğalıq hissəsindən kəsilməsi (amputasiyası) xəsarətlərini yetirməklə Mehparə Ağayevanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 124-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mehparə ərinin əmisi arvadı olmuş, aralarında yaranan münaqişəyə görə Mehparə onu öldürəcəyini demişdir. 08 oktyabr 2021-ci ildə səhər saatlarında meşəyə getmiş, orada Mehparə ilə rastlaşarkən aralarında olan narazılığa görə sonuncu onu söyüb təhqir edərək onu itələyib yerə yıxaraq bıçaqla vurmaq istəyərkən özünü müdafiə etmək məqsədi ilə əvvəlcə dəhrə, sonra isə bıçaqla Mehparəyə zərbələr endirmiş, gözü döndüyündən onun qulaqların bıçaqla kəsərək sırğalarını çıxarıb götürmüş, sonra üzərində olan bıçağı və dəhrəni götürüb evinə getmiş, həmin əşyaları hadisədən sonra həyətinə gələn polis əməkdaşlarına təhvil vermiş, 4 azyaşlı üşaqları olmasına görə əməlindən peşmançılıq keçirməsini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə ifadə verərkən özünü təqirli bilərək hadisə barədə ətraflı ifadələr verərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından onun ailəsi ilə ərinin əmisi oğlu Famil Ağayevin ailəsi arasında münaqişə yaranmış, nəticədə Famil Ağayev qaynı Musa Ağayevi qətlə yetirmiş, sonuncunun ölümündən sonra ailələr arasında yaranmış ədavətin səbəbkarı kimi onu günahlandırmışlar. 08 oktyabr 2021-ci ildə səhər saatlarında heyvanlarına ağac yarpaqları qırıb gətirmək üçün özü ilə evdən dəhrə götürüb yaxınlıqdakı meşəyə getmiş, həmin vaxt meşədə olan Mehparə Ağayeva uzaqdan onu görüb ona talış dilində “Pozğun, əxlaqsız”, bu kimi digər ifadələr işlədərək ona tərəf gəlmiş, sonuncuya onu təhqir etməməsini, ondan əl çəkməsini demiş, sonuncu isə ona “bütün hər şey sənə görə oldu, get heç olmasa, ifadəni geri çək” deyərək onu itələyib yerə yıxmış, həmin vaxt ayağa durub əlindəki dəhrə ilə Mehparənin baş nahiyəsinə təxminən 3 zərbə vurub sonra dəhrəni yerə atmış, bu zərbələrin təsirindən sonuncu yerə yıxılsa da ölməmiş, Mehparəni öldürmək üçün üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr yetirmiş, Mehparə aldığı xəsarətlər nəticəsində xırıldamağa başlamış, hirsi soyumadığı üçün bıçaqla Mehparə Ağayevanın sağ və sol qulağını sırğalıq hissədən aşağıya doğru kəsmiş, Mehparə Ağayevanı öldürdüyünə hər kəsi inandırmaq üçün sonuncunun sırğalarını, üzərində olan bıçağı və dəhrəni götürüb evinə gedərək əynindəki pencəyin qan ləkələrini yuyub təmizləmiş, sonra həyətə çıxarkən qonşusu Şahid5 görüb baş vermiş hadisəni qısaca ona danışaraq sonuncudan DİN-nin “102” xidmətinə zəng edib məlumat verməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi Şahid6 gəlinidir. Əvvəllər Gülsevər və onun ailəsi ilə münasibətləri yaxşı olmuş, lakin 2020-ci ilin sentyabr ayında qardaşı Familin Gülsevərlə sevgi münasibətlərinin olması barədə söz-söhbət yayılandan sonra onların ailələri arasında münaqişə yaranmışdır. 08 oktyabr 2021-ci ildə səhər saatlarında hadisə yeri olan Şəmətük kəndindəki meşəlik ərazidən 500 metr məsafədə yerləşən bağda işləyərkən saat 10-11 radələrində dayısı oğlu Ramiq İsayev ona zəng edərək Təqsirləndirilən şəxs qonşusu Şahid5 ona Gülsevərin meşədə anası Mehparəni öldürdüyünü demiş, tez evə gələrək anasının evdə olmadığını görüb deyilənlərin həqiqət ola biləcəyini güman edib meşəyə getmiş, orada anası Mehparənin qan içində yerdə uzanmış vəziyyətdə tapmış, həmin vaxt anası ölməmiş, anasından nə baş verdiyi soruşduqda, sonuncu ona xırıltılı səslə “məni tərpətmə” demiş, onun qşqırıq səsinə Şahid5 və digər qonşuları köməyə gəlmiş, anasını Pensər kəndinə gətirərək oradan təcili tibbi yardım maşını ilə X5 aparmış, lakin anası aldığı çoxsaylı xəsarətlərdən və qanitirmədən xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs anasını öldürdüyünə görə onunla barışmadığını, onu bağışlamadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da zərər çəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 oktyabr 2021-ci ildə saat 11 radələrində Pensər kəndində olarkən həmkəndlisi Xanlar ona zəng edərək kəndlərində ölüm hadisə baş verdiyini, Mehparə Ağayevanın xəstəxanaya aparıldığını demiş, tez bir vaxtda evə gələrkən icra nümayəndəsini və bir nəfər polis əməkdaşı həyətində olduğunu görmüş, həmin şəxslərdən, eləcə də arvadı Təqsirləndirilən şəxs nə baş verdiyini soruşarkən arvadı Mehparə Ağayevanı öldürdüyünü bildirmiş, Gülsevər cinayət hadisəsi törədərkən istifadə etdiyi bıçağı, dəhrəni, Mehparə Ağayevaya məxsus sırğaları və hadisə zamanı əynində olan paltarları polis əməkdaşlarına könüllü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı, mərhum Mehparə Ağayeva isə kürəkəni Şahid1 əmisi arvadıdır. 08 oktyabr 2021-ci ildə səhər radələrində Tüləgüvan kəndində yaşadığı evdə olarkən saat 11 radələrində qaynı Xanlar ona zəng edərək Gülsevərin həmkəndlisi Mehparəni bıçaqlayıb öldürdüyünü demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və ailəsi onun qonşusu olmaqla, mərhum Mehparə Ağayeva həmkəndlisi olmuş, həmin şəxslərlə hər hansı qohumluq münasibəti olmamışdır. 08 oktyabr 2021-ci ildə saat 10-11 radələrində evdə olarkən Təqsirləndirilən şəxs həyətə gələrək ondan mobil telefonundan istifadə etmək üçün icazə istəmiş, səbəbini soruşduqda sonuncu həmkəndlisi Mehparəni meşədə öldürdüyünü və hadisə barədə DİN-in “102” xidmətinə zəng vuraraq məlumat vermək istədiyini deyərkən Gülsevərin dediyinə inanmayıb onu həyətindən qovmuş, Adil Ağayevin qonşuları köməyə çağırmasının eşidib hadisə yerinə gedərkən deyilənlərin doğru olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Astara RİH başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 08 oktyabr 2021-ci ildə işdə olarkən saat 10-11 radələrində Astara RPŞ-nin əməkdaşları ondan Şəmətük kəndində baş vermiş hadisədən xəbərinin olub-olmamasını soruşarkən Adil Ağayevə zəng etmiş, sonuncu anası Mehparə Ağayevanın çoxsaylı bıçaq xəsarətləri aldığını, anasını X5 apardığını bildirmiş, sonra polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, orada polis əməkdaşları sonuncudan baş vermiş hadisə barədə soruşduqda o, kənd ərazisində yerləşən meşəlik ərazidə Mehparə Ağayevaya çoxsaylı bıçaq və dəhrə ilə xəsarətlər yetirdiyini etiraf etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsi Astara rayonunun Şəmətük kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındakı meşəlik ərazidə baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ərinin əmisi arvadı Mehparə Ağayevaya aralarındakı mübahisə zamanı əvvəlcə dəhrə ilə, sonra isə bıçaqla zərbələr vurduğunu, sonra isə sonuncunun qulağının sırğalıq hissələrini kəsdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan 1 ədəd paslanmış dəhrəni, 1 ədəd bıçağı, bir cüt qızıl sırğanı və hadisə zamanı üzərində olan paltarları könüllü olaraq hüquq mühafizə orqanlarına təqdim etmiş, sonra həmin əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüş, sonra Mehparə Ağayevanın öldürüldüyü yerə tərəf hərəkət edilmiş, hadisənin baş verdiyi yerin Təqsirləndirilən şəxs yaşadığı evdən piyada olaraq 20 dəqiqəlik məsafədə meşəlik ərazidə yerləşməsi müəyyən olunmuş, meşəlik ərazidə çəpərin kənarındakı torpaq üzərində qanabənzər ləkələrin və 01 ədəd buta formalı baş örtüyünün olması müşahidə edilmiş, həmin örtüyün Mehparə Ağayevaya məxsus olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs hadisə yerində Mehparə Ağayevaya məhz həmin yerdə çoxsaylı xəsarətlər yetirdiyini bildirmişdir. Baxış zamanı hadisənin baş verdiyi yerdən üzərində qanabənzər ləkələr olan 01 ədəd buta formalı baş örtüyü və nümunə kimi hadisə yerində aşkar edilən və üzərində qanabənzər ləkələr olan 02 ədəd yarpaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “meyitə baxış keçirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Mehparə Ağayevanın meyitinin xarici müayinəsi sonuncunun bədəni üzərində hər iki qulaq seyvanının sırğalıq hissələrindən kəsilməsi, yəni amputasiyası, döş qəfəsinin arxa hissəsində 11 ədəd 0,8x0,2 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, zəif qanaxmalı, daxilə keçməyən, səthi kəsilmiş yaralar, döş qəfəsinin sağ arxa hissəsində boylama-çəp istiqamətdə yerləşmiş, yuxarı hissəsində 1,5x0,8 sm, əlavə kəsiyi olan 2,5x1,0 sm döş qəfəsinin sağ ön hissəsində orta körpücük xətti üzərində köndələn-çəp istiqamətdə 2,0x0,6 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, mənzəfi açıq, mənzəfindən qan axıntısı müşahidə olunan daxilə nüfuz etmiş, kəsilmiş-deşilmiş yaralar, döş qəfəsinin sağ ön hissəsində körpücüküstü nahiyədə, boylama çəp istiqamətdə yerləşən 1,7x0,2 sm ölçüdə kənarları hamar qurtaran ucları iti, kəsilmiş yara, başın ənsə nahiyəsində bir qədər sağ tərəfdə 3 ədəd 5,2x1,5 sm; 4,0x1,0 sm; 1,9x0,5 sm; sağ gicgah nahiyəsində 2,1x0,4 sm; ənsənin sol yarısında 2 ədəd 3,6x1,2 sm; 1,6x0,4 sm ölçülərdə kənarları hamar, kəsilmiş-çapılmış yaralar; sağ çiyin nahiyəsində 2 ədəd 1,2x0,2 sm; 1,3x0,3 sm; sağ bazunun yuxarı 1/3-nin tış səthində 2 ədəd 1,5x0,5 sm; 1,3x0,2 sm; sağ bazunun yuxarı 1/3-nin iç səthində 0,8x0,2 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, kəsilmiş yaralar; sol əlin arxa səthində 2 ədəd 3,5 sm; 3,0 sm ölçülərdə üzərində cərrahi tikişlər olan yaralar; belin sağ tış səthində 1,5x1,0 sm ölçüdə kənarları hamar, kəsilmiş yara xəsarətləri aşkar edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus paltarlara baxış keçirilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, sonuncunun idman gödəkçəsinin ön səthinin sol yaxalığında zədələr aşkar edilmişdir. İdman gödəkçəsi üzərində, həmçinin qanabənzər ləkələr də müşahidə edilmişdir. Yun köynək (sviter) – ağ-qara rənglidir, uzunqoldur. Sviter üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. Qısaqol köynək – açıq mavi rənglidir. Köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə, o cümlədən qanabənzər ləkələr aşkar edilməmişdir. Ətək fraqmenti (yubka) – göy-qırmızı-narıncı rənglidir. Yubka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. Baş örtüyü – sarı rənglidir, üzərində qara-qırmızı naxışlar vardır. Baş örtüyü üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. Retuz – qara rənglidir, lakin rəngi bozarmışdır, qaşlıdır. Retuz üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə, o cümlədən qanabənzər ləkələr müşahidə edilməmişdir. Qaloş – 1 cütdür, qara rəngli, rezin materialdandır. Alt hissəsi sarı rənglidir, qaloşun alt-üst hissəsi torpaq hissəciklərinə bulaşmış vəziyyətdədir. Qaloş üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə, və ya qanabənzər ləkələr aşkar olunmamışdır. İş materiallarında olan Mehparə Ağayevaya məxsus paltarlara baxış keçirilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, don – yaşıl rənglidir, üzərində boz rəngli dairəvi formalı naxışlar (bəzəklər) var, qısaqoldur. Donun ön səthinin sağ yuxarı nahiyəsində 03 ədəd, arxa səthinin orta tikişi üzərində 01 ədəd, donun arxa səthinin orta yuxarı nahiyəsində 10 ədəd dəlib-keçən zədələr və donun sağ yan tikişi üzərində uzunluğu 6,5 sm olan xətti bölünmə zədəsi vardır. Donun hər iki tərəfində xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Mayka – ağ rəngli, bənövşəyi rəngli gül təsvirlidir. Maykanın ön səthinin sağ yuxarı nahiyəsində 01 ədəd, maykanın arxa səthinin sağ nahiyəsində 01 ədəd, maykanın arxa səthinin sağ yuxarı nahiyəsində müxtəlif formalı və ölçülü 07 ədəd dəlib-keçən zədələr vardır. Maykanın hər iki tərəfində müxtəlif forma və ölçüdə xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Qısaqol köynək – tünd qırmızı rəngli, naxışlı və qaşlıdır. Köynəyin ön səthinin sağ yuxarı nahiyəsində 01 ədəd, köynəyin arxa səthinin sağ aşağı nahiyəsində 01 ədəd, köynəyin arxa səthinin yuxarı nahiyəsində 14 ədəd, köynəyin sağ qolunun arxa səthində 01 ədəd, köynəyin sağ qolunun arxa aşağı kənarında 01 ədəd dəlib-keçən zədələr vardır. Qısaqol köynəyin hər iki tərəfində xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Uzunqol köynək – tünd qırmızı rəngli, uzunqol, naxışlıdır. Köynəyin ön səthinin sağ nahiyəsində 02 ədəd, köynəyin ön səthinin sağ yuxarı nahiyəsində 02 ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində 01 ədəd, köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində 13 ədəd, köynəyin sağ qolunun arxa səthində 01 ədəd, həmin zədədən 12 sm aşağıda 01 ədəd, həmin zədədən 6 sm aşağıda da 01 ədəd dəlibkeçən zədə vardır. Uzunqol köynəyin hər iki tərəfində müxtəlif forma və ölçüdə xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Hadisə yerində aşkar edilən baş örtüyü – sarıgöy-yaşıl-qırmızı rəngli, buta naxışlıdır. Baş örtüyünün bütün səthi boyunca müxtəlif forma və ölçülü 13 ədəd dəlib-keçən zədə var. Örtüyün hər iki tərəfində müxtəlif forma və ölçüdə xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Şərf – qəhvəyi rəngli, ağ-qara-qırmızı rəngli naxışlıdır, iki ayrı fraqmentdən ibarətdir. Şərfin bütün səthi boyunca səpələnmiş vəziyyətdə yerləşən müxtəlif formalı və ölçülü 05 ədəd dəlib-keçən zədə var. Şərf üzərində xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Gödəkçə - boz rəngli, uzunqol, damalıdır. Gödəkçənin ön səthinin sağ yaxalığının yuxarı hissəsində 01 ədəd dəlib-keçən zədə, həmin zədədən 2 sm məsafədə 01 ədəd, axırıncı zədədən 6 sm aşağıya doğru 01 ədəd, gödəkçənin arxa səthinin orta nahiyəsində 01 ədəd, gödəkçənin arxa səthinin orta nahiyəsində 01 ədəd, gödəkçənin arxa səthinin orta nahiyəsində 01 ədəd, gödəkçənin arxa səthinin orta nahiyəsində 01 ədəd zədə, gödəkçənin arxa səthinin orta yuxarı nahiyəsində 13 ədəd, gödəkçənin sağ qolun arxa hissəsində 04 ədəd dəlib-keçən zədələr, eyni zamanda gödəkçə üzərində bir neçə xətti bölünmə zədələri vardır. Gödəkçə üzərində də xeyli qanabənzər ləkələr müşahidə edilmişdir. Retuz - qara rənglidir, yun materialdandır. Retuz üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, lakin retuz üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Tuman N1 – açıq sarı rəngli, gül naxışlıdır. Tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamış, lakin tuman üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Tuman N2 – açıq sarı rənglidir, üzərində qəhvəyi rəngli dairəvi formalı naxışlar vardır. Tumanın orta tikişi üzərində 6,0x4,5x5,0 sm ölçüdə zədə var. İkinci tuman üzərində də qanabənzər ləkələr müşahidə edilmişdir. Corab – 1 cütdür, qırmızı rənglidir, qalın materialdandır. Corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməsə də, qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan “əşyaya baxış keçirilməsi haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülən bıçaq dəstək və tiyədən ibarət olmuş, ümumi uzunluğu 165 mm olmuşdur. Bıçağın tiyəsi parıltılı gümüşü rəngli materialdan olmuş, tiyənin bir kənarı itilənmişdir. Tiyənin ülgücü və ucu iti olmuşdur. Bıçağın dəstəyi - əsasında gümüşü rəngli metaldan, orta və uc hissələrində isə sarı rəngli sərt plastik materialdan ibarət olmuşdur. Dəstəyin hər iki tərəfində relyefli xətlər naxışlar olmuş, dəstəyin yuxarı və aşağı kənarı düz xətt şəkilli, sərbəst ucu düz xətt şəkilli olmuşdur. Dəstəyin uzunluğu 90 mm, orta hissəsində eni 13 mm, qalınlığı 5mm olmuşdur. Baxış zamanı bıçaq üzərində ləkələr aşkar edilmişdir. İş materiallarında olan “əşyaya baxış keçirilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülən dəhrə işçi hissə (tiyə) və tutacaqdan ibarət olmuş, həmin hissələr bir-birinə qaynaqla birləşdirilmişdir. Dəhrənin ümumi uzunluğu 580 mm olmuş, dəhrənin işçi hissə tiyəsi - tünd boz qəhvəyi rəngli materialdan olmuşdur. Dəhrənin ucu bir qədər yardımdairəvi formalı olmuş, iti olmamışdır. Dəhrənin tutacağı da tünd boz qəhvəyi rəngli metaldan olub, silindrik boru şəklində qatlanmmış və yan səthi yarıq şəkilli olmuşdur. Baxış zamanı dəhrənin üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 21 nömrəli rəyindən görünür ki, X1 ölümü zorakı olmuş, ölüm döş qəfəsinin sağ hissəsinin daxilinə keçən sağ plevra, sağ ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayət olunan döşün 2 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. Qeyd olunan xəsarətlə sonuncunun ölümü arasında səbəbli əlaqə vardır. M.Şahid6anın ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən, yəni 08 oktyabr 2021-ci il, saat 13:30-dan 2-4 saat əvvəl baş vermişdir. M.Şahid6anın bədənində - döş boşluğuna nüfuz edən, sağ plevranı, sağ ağ ciyəri zədələyən, güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar, hər iki qulaq seyvanının sırğalıq hissəsindən kəsilməsi (amputasiyası), döş qəfəsinin arxa hissəsində (11 ədəd), bel nahiyəsində (1 ədəd), sağ körpücüküstü nahiyəsində (1 ədəd), sağ çiyin nahiyəsində (2 ədəd), sağ bazu nahiyəsində (3 ədəd), sol əl nahiyəsində (2 ədəd) kəsilmiş və kəsilmişdeşilmiş yaralar, başın ənsə, sağ gicgah nahiyələrində (6 ədəd) çapılmış-kəsilmiş yaralar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kəsici-deşici (çapıcı) əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə ekspertizaya təqdim edilmiş bıçaqla hər iki qulaq seyvanının sırğalığı, döş qəfəsi, bel, sağ körpücüküstü, sağ çiyin, sağ bazu sol əl nahiyələrinə, dəhrə ilə isə başın ənsə, sağ gicgah, döş qəfəsinin arxa nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər canlı şəxslərdə dərəcəsinə görə sağ plevra, sağ ağciyəri zədələnməsi ilə müşaiyət olunan 2 ədəd kəsilmiş-deşilmiş (çapılmış) yaralar dərəcələrinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər. Mehparə Ağayevanın meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində sonuncunun qanında alkoqol, narkotik və güclü təsiredici maddələr aşkar edilməmişdir. Mehparə Ağayevanın xarici cinsiyyət üzvləri, sarğı və düz bağırsağın görünən nahiyələrində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 640 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X4 məxsus donun ön səthinin yuxarı nahiyyəsində 3 ədəd, donun arxa səthinin orta tikişi üzərində 1 ədəd, donun arxa səthinin orta yuxarı nahiyəsində 10 ədəd; maykanın ön səthinin sağ yuxarı nahiyyəsində 1 ədəd, maykanın arxa səthinin sağ nahiyəsində 8 ədəd; qırmızı rəngli qısaqol köynəyin ön səthinin sağ yuxarı hissəsində 1 ədəd, köynəyin arxa səthinin sağ aşağı nahiyəsində 1 ədəd, köynəyin arxa səthinin yuxarı nahiyəsində 14 ədəd, köynəyin sağ qolunun arxa səthində 1 ədəd; qəhvəyi rəngli uzunqol köynəyin ön səthinin sağ nahiyəsində 2 ədəd, köynəyin ön səthinin sağ yuxarı nahiyəsində 2 ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində 1 ədəd, köynəyin arxa səthinin sağ yuxarı nahiyyəsində 13 ədəd, köynəyin sağ qolun arxa səthində 3 ədəd; baş örtüyü üzərində 13 ədəd və şərf üzərində 5 ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş və deşilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, kiçik ölçülü deşilmiş zədələr isə hər hansı ucu iti olan deşici xarakterli alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin və dəhrənin tiyəsinin təsirindən və ya onlara oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) və dəhrənin təsirindən əmələ gəlməsi inkar olunmur. Mehparə Ağayevaya məxsus donun sağ yan tikişi üzərində 1 ədəd; gödəkçənin sağ yan tikişi üzərində 1 ədəd, gödəkçənin arxa səthinin orta nahiyəsində 2 ədəd və tumanın orta tikişi üzərində 1 ədəd aşkar edilmiş cırılma zədələri qeyd edilən paltarların müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Retuz, iki ədəd tuman və corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs məxsus idman gödəkçəsinin ön səthinin sol yaxalığında 1 ədəd, arxa boyun tikişi üzərində 1 ədəd aşkar edilmiş cırılma zədələri idman gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gəlmişlər. Sviter, köynək, ətək fraqmenti, baş örtüyü, retuz və bir cüt qaloş üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş dəhrə kustar üsulu ilə hazırlanmış təsərrüfat – məişət təyinatlıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 17 noyabr 2021-ci il tarixli, 776/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq, dəhrə X4 məxsus yaşıl mayka, ağ rəngli mayka, qısaqol köynək, uzunqol köynək, gödəkçə, sarı rəngli qadın tumanı, qadın tumanı N2, 01 cüt corab, baş örtüyü 2 hissədən ibarət – (BURBERRY), buta formalı baş örtüyü, qara rəngli retuz, Təqsirləndirilən şəxs məxsus sarı rəngli baş örtüyü, yun köynək, üst idman geyimi, 1 ədəd yubka və 02 ədəd yarpaqlar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə 01 ədəd bıçaq, dəhrə, M.Şahid6aya məxsus yaşıl mayka, ağ rəngli mayka, qısaqol köynək, uzunqol köynək, gödəkçə, sarı rəngli qadın tumanı, qadın tumanı N2, corab, baş örtüyü (BURBERRY), qara rəngli retuz, Təqsirləndirilən şəxs məxsus sarı rəngli baş örtüyü, yun köynək, üst idman geyimi üzərində olan ləkələrdə yalnız “A” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən də X4 məxsus ola bilər. M.Şahid6aya məxsus buta formalı baş örtüyü, Təqsirləndirilən şəxs məxsus yubka və 02 ədəd yarpaqlar üzərində olan ləkələrdə isə A və B antigenləri alınmış, aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu ləkələr AB(İV) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol köynək üzərində qan, sonuncuya məxsus bir cüt qaloş və qaşlı retuz üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarında olan komisyon-kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 10 yanvar 2022-ci il tarixli, 36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və ya sair psixi pozuntu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və 22.1-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. İnadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hadisəni törədərkən psixi-emosional vəziyyətində impulsivlik, hirslilik, qəzəb yaranmış həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs əməli törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınan 01 ədəd bıçaq, 01 ədəd dəhrə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman gödəkçəsi, 01 ədəd yun köynək (sviter), 01 ədəd qısaqol köynək, 01 ədəd ətək fraqmenti (yubka), 01 ədəd baş örtüyü, 01 ədəd retuz, 01 cüt qaloş, mərhum zərər çəkmiş şəxs X4 məxsus 01 ədəd don, 01 ədəd mayka, 02 ədəd qısaqol və uzunqol köynəklər, 01 ədəd baş örtüyü, 01 ədəd şərf, 01 ədəd gödəkçə, 01 ədəd retuz, 02 ədəd tuman, 01 cüt corab və hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd yarpaq, Astara rayon prokurorluğunda saxlanılır, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə edilmiş 02 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü qismən təqsirli bilsə də, onun törətdiyi cinayət əməli sonuncunun məhkəməyədək icraat zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici ifadələri, eləcə də ekspertiza rəyləri, əməliyyat məlumatları, həmçinin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətlərdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndini də nəzərə alır. Həmin qərarın 8-ci bəndinin izahına görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanılması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayəti qisas almaq məqsədi ilə törədilməsi qənaətinə gəlir. Cinayət qanunvericiliyinin izahına əsasən “ağırlaşdırıcı halda qəsdən öldürmə” cinayət əməlləri cinayətlərin təsnifatına və ya Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən “xüsusilə ağır cinayət” hesab olunurlar. Təqsirləndirilən şəxs istinad edilən əməl də “xüsusilə ağır cinayət” hesab edilir. Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə edilmiş 25 noyabr 2021-ci il tarixli, 138 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Şəmətük kəndində qeydiyyatda olmaqla əri və 4 (dörd) azyaşlı uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də qadın olmaqla məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Astara rayon məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 08 oktyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd dəhrə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman gödəkçəsi, 01 ədəd yun köynək (sviter), 01 ədəd qısaqol köynək, 01 ədəd ətək fraqmenti (yubka), 01 ədəd baş örtüyü, 01 ədəd retuz, 01 cüt qaloş, mərhum zərər çəkmiş şəxs X4 məxsus 01 ədəd don, 01 ədəd mayka, 02 ədəd qısaqol və uzunqol köynəklər, 01 ədəd baş örtüyü, 01 ədəd şərf, 01 ədəd gödəkçə, 01 ədəd retuz, 02 ədəd tuman və 01 cüt corab, hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd yarpaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 08 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs Hila qızı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, 01 ədəd dəhrə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman gödəkçəsi, 01 ədəd yun köynək (sviter), 01 ədəd qısaqol köynək, 01 ədəd ətək fraqmenti (yubka), 01 ədəd baş örtüyü, 01 ədəd retuz, 01 cüt qaloş, mərhum zərər çəkmiş şəxs X4 məxsus 01 ədəd don, 01 ədəd mayka, 02 ədəd qısaqol və uzunqol köynəklər, 01 ədəd baş örtüyü, 01 ədəd şərf, 01 ədəd gödəkçə, 01 ədəd retuz, 02 ədəd tuman və 01 cüt corab, hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd yarpaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, ifadənin yerində yoxlanılması haqqında protokola əlavə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Xamməd Nuriyev
3. Əli Əliyev