Məhkəmə qərarları › İş №1(099)-201/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-201/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-201/2025 12.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X12, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-ci ildə Xaçmaz rayonu, Arzu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məkum olunmamış, Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla yaşamış, 24 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lerik Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 4(048)- 27/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Vahid adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Vahid adlı şəxsin Lənkəran- Lerik avtomobil yolunun 27-ci km-də Lerik rayonu istiqamətində yolun sol tərəfində ağacın dibində gizlətdiyi yerdən götürərək sonuncunun dediyi yerə çatdırdıqdan sonra 1000 manat qazanc alacağı vədi ilə razılaşmış, onun narkotik vasitə götürmək üçün getməsindən məlumatı olmayan tanışları Şahid3 idarə etdiyi və Şahid4 olduğu «Nissanterrano» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 24 sentyabr 2024-cü il tarixdə Lerik rayonunun ərazisinə daxil olduqdan sonra saat 03:40 radələrində Lənkəran- Lerik avtomobil yolunun 27-ci km-nə gəldikdən sonra avtomobili yolda dayandıraraq fizioloji tələbatını ödəmək istədiyini deməklə avtomobildən düşüb ağaclıq olan əraziyə doğru hərəkət edərək avtomobil yolundan təxminən 20 metr aralıda ağacın yaxınlığında gizlədilən 01 ədəd ağ rəngli kisədə içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1190,0 qram, 1150,0 qram, ümumi təmiz çəkisi-2340,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi-100,0 qram külli miqdarda narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd bükülüdə təmiz çəkisi-130,674 qram külli miqdarda narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla avtomobil yolunda «Nissan-terrano» markalı, 99-UM- 898 dövlət qeydiyyat nişanlı avtomobildə onu gözləyən Şahid3 və Şahid4 dayandığı istiqamətdə daşımış, 24 sentyabr 2024-cü il tarixdə, saat 03:40-da Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində daşıdığı bağlama ilə saxlanılaraq orada həmin tarixdə, saat 03:43-dən saat 04:04-dək üzəri yoxlanılarkən təqdim etdiyi üzərində daşıdığı 01 ədəd ağ rəngli kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1190,0 qram, 1150,0 qram olmaqla, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eyni olan külli miqdarda, ümumi təmiz çəkisi-2340,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi-100,0 qram olan külli miqdarda narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd bükülüdə təmiz çəkisi-130,674 qram olan külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, üzərində narkotik vasitə olmamışdır. Ona «whatsapp»da yazılmış, o, yazan şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilməmişdir. Həmin şəxs ona yarım kiloya qədər nəşə demişdir, onun məqsədi həmin şəxsin dediyi nəişəni götürüb xırda-xırda pulunu vermək olmuşdur. 23 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində Seymur və Seymurun dostu Şahid3la bir yerdə Bakı şəhərindən çıxmışlar. Seymuru Rafikə görə tanımışdır. Seymur və Rafikə narkotik vasitə barəsində heç nə deməmiş, sadəcə Seymur və Rafikə Lerik rayonuna gəzmək üçün getmələrini demişdir. Onun Lerik rayonuna narkotik vasitə dalınca gəldiyindən Rafiklə Seymurun xəbərləri olmamışdır. İranlı bildiyi adam onunla Azərbaycan dilində danışmışdır. Saat 23 radələrində Bakı şəhərindən çıxmışlar, saat 24 radələrində həmin şəxs onun kartına pul atmış və nəşəni qoydurduğu yerdən götürmək lazım olduğunu, neçə gündü nəşənin orada qaldığını demişdir. Həmin şəxs ona narkotik vasitənin pulunu hissə-hissə verməsini demişdir. Həmin şəxsə inanaraq yola çıxmış, saat 2-yə qalmış həmin şəxsin dediyi ünvana çatmışlar. Avtomobildən düşmüş, Rafik ondan hara getdiyini soruşmuş, o isə yüngül işi olduğunu, işini görüb gələcəyiyini demişdir. Avtomobildən düşüb 20 metr aralanmışdır ki, orada meşok olduğunu görmüşdür. Həmin meşoku görsə də götürməmişdir və qurulmuş oyun olduğunu düşünmüşdür. Maşına qayıtmaq istəyəndə avtomobildən əməliyyatçılar düşmüşlər, əməliyyatçılar güllə atmışlar, həmin vaxtı özünü itirmişdir. Meşok bağlı vəziyyətdə olmuş, meşoka əlini vurmamışdır. Həmin zəng vuran şəxs ona yarım kilo narkotik vasitə qurudulmuş marixuana demişdir. Polis əməkdaşları onu tutmuşlar, Rafikgil qorxub qaçmışlar. Həmin vaxtı onu saxlayan şəxslərin polis əməkdaşları olduğunu bildiyi üçün dayanmışdır. Polis əməkdaşlarına oqədər narkotik vasitə danılca gəlmədiyini demişdir. Polis əməkdaşları ona bir-iki sillə vurmuşlar. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində heç bir xəsarət aşkarlanmamışdır. Müayinə zamanı bədənində cızıqlar olmuş, həmin cızıqlar hadisədən qabaq bədənində yaranmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Lerik rayonuna gecə saat 01:55-də çatmışlar. Rafik hadisə baş verən günün səhərisi Qazaxstana gedəcəkdi, Rafik ona yer olsaydı, gedib gəzmələrini demişdir. İranlı ilə 10-15 gün qabaq danışmışdır, iranlı ona «nə vaxt getsən mənə deyərsən sənə nisyə nəşə verərəm» demişdir. Xaçmaz rayonundandır, Seymur Leriklidi, Seymur ona evlərində qalıb, səhər qayıtmalarını demişdir. Avtomobildən düşəndə maşının baqajın açmamış, baqaj bağlı olmuş, maşından düşüb getmiş, meşoku görüb qaçmışdır. O, maşından yerə düşüb gedən zaman maşının baqajı açılmamış, bağlı olmuşdur. Avtomobil onun avtomobilidir. Tutulmamışdan qabaq santexnik işləmişdir. Gördüyü meşok boz rəngdə olmuş, balaca kisə deyildi, yekə kisə olmuşdur. Kisəyə yaxınlaşanda görmüşdür ki, kisəni dikinə göz qabağına qoymuşlar, o kisəyə çatan zaman qışqırmağa başlamışlar. Polis əməkdaşları saat yarım onun üstündə etirafedici ifadə verməsi üçün işləmişlər. Əməliyyatçılar etirafedici izahat verməsi üçün onu məcbur etmişlər. Müstəntiq onu heç nəyə məcbur etməmişdir. Özünü istifadəçi kimi təqsirli bilmişdir. İlk məhkumluğu olduğu üçün ona verilən maddələri bilməmişdir. Bakı şəhərindən saat 22 radələrində çıxmışlar. Əməliyyatçılar ona yaxınlaşan zaman avtomobil görünən yerdə olmuş, maşını döndərib saxlamışlar, maşının işığı düşmüş, həmin vaxtı ağacın dibində olan meşok görünmüş, təxminən meşoka 10 metr məsafə qalmış, əməliyyatçılar maşından düşüb gəlmişlər. Avtomobil işlək vəziyyətdə olmuş, əməliyyatçılar gələn zaman Rafikgil qaçıb getmişdir. Əməliyyatçılar onu saxlayandan təxminən 1 saat yarım, 2 saat sonra videoçəkiliş aparmışlar. Videoçəkilişi 3 dəfəyə çəkmişlər. Polis əməkdaşları onu tutanda 3-4 sillə vurmuşlar. Rafikə ayaq yoluna getmək üçün maşından düşdüyünü demişdir. Maşını Seymurgilin kəndinə getmək üçün döndərmişdir. Kisə yolun kənarında «quruntofkada» ağacın dibində olmuş, yoldan aşağı düşməmiş, maşından düşəndə elə kisəni görmüş və 5-6 addım atıb geriyə qayıtmışdır. Maşından düşəndə kisə görünmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində demişdir ki, narkotik vasitəni əldə etməkdə məqsədi satış yox istifadə etmək olmuşdur. Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla, Sabunçu rayonu, Balaxanı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 uşağı vardır. Tutulmamışdan 5 gün əvvəl narkotik vasitə marixuanadan istifadə etmişdir. Tutulduğu gündən 15 gün əvvəl «whatsapp» sosial şəbəkəsində +98-936-237-7757 saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı «whatsapp» sosial şəbəkəsinə «salam, necəsən» yazmışdır. Onunla həmin gündən tutulan günədək «whatsapp»da danışmışlar, X18 Respublikasının vətəndaşı olduğunu, narkotik vasitəni Lerik rayonu ərazisində qoyulmasını təşkil etdiyini, əlində 500 qrama yaxın narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni Lerik rayonu ərazisindən götürüb Bakı şəhərinə aparıb istifadə edib hissə-hissə pulunu verə biləcəyini demiş, o həmin şəxs ilə razılaşmış, fikri onu aldatmaq imiş. 23 sentyabr 2024-cü il tarixdə, saat 10 radələrində tanışı Rafikə zəng edərək gəzmək istədiyini bunun üçün Lerik rayonuna birgə istirahət etmək məqsədilə getməyini xahiş etmişdir. Rafik də gəzmək istədiyi üçün onunla razılaşmışdır. Rafik ona demişdir ki, «hazıraşıram gəlib məni götürərsən». 23 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi «Nissanterrano» markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Sabunçu rayonu, Balaxanı qəsəbəsində Rafikin evinin yaxınlığında onunla görüşmüş, münasibəti yaxın olmayan tanıdığı Seymur Rafiklə birlikdə olmuşdur. O, həmin şəxslərlə görüşmüş, Rafikdən Seymura niyə dediyini soruşmuş, Rafik cavabında Seymurun Lerikli olduğunu və rayonu yaxşı tanıdığını demişdir. Rafik avtomobili idarə edərək Lerik rayonuna gəlmişlər. Vahid adlı şəxs «whatsapp»da ona konum ataraq narkotik vasitənin olduğu yerin həmin kordinat olduğunu demiş, o telefon vasitəsilə həmin ünvana yaxınlaşanda tanımışdır. Ünvan Lənkəran-Lerik avtomobil yolunun 27-ci km olmuşdur. Həmin ünvana yaxınlaşanda Rafikə avtomobili saxlamasını və fizioloji tələbatını ödəmək istədiyini, avtomobildən düşüb qayıdacağını demiş, avtomobildən təxminən 25-30 metr uzaqlaşmış, Lerik rayonu istiqmətində avtomobil yolunun sol tərəfində ağacın yaxınlığında 01 ədəd kisədə içərisində narkotik vasitə olan kisəni görmüş və götürmüş, avtomobildən düşəndə avtomobilin baqajını açıq qoymaqda mqəsədi, hava qaranlıq olduğundan avtomobilə yaxınlaşıb torbanı avtomobilin baqajına qoyaraq tanışları görməyəcəkləri olmuşdur. Avtomobilə yaxınlaşanda, bu an polis əməkdaşalrı mülki geyimdə ona yaxınlaşıb özlərini təqdim etmişlər, üzərində narkotik vasitə daşıdığını demişlər, həmin an Rafik avtomobili sürərək Seymur ilə birlikdə hadisə yerindən uzaqlaşmışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində və əlində narkotik vasitə olubolmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o əlində 01 ədəd ağ rəngli kisədə içərisində 02 ədəd bükülüdə narkotik vasitəyə oxşar kütləni, 02 ədəd bağlamda içərisində narkotik vasitə marixuanaya oxşar kütləni polis əməkdaşarına təqdim etmişdir. Sonra həmin kütlələr qablaşdırılmış, o və polis tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra üzəri yoxlanılmış, üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və narkotik vasitələr götürülmüşdür. O, verilən suallara cavab olaraq, daşıdığı narkotik vasitələrin «whatsapp» sosial şəbəkəsində adını Vahid adı ilə X19 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin Lerik rayonu ərazisində gizlətdiyi yerdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Narkotik vasitələri, Vahid adı ilə İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən adını bilmədiyi şəxsin vasitəsi ilə gizlədilmiş yerdən götürərək Bakı şəhərində deyəcəyi ünvana aparıb özü üçün istifadə edib pulunu hissə-hissə ödəyəcəkmiş. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. O, bu barədə Rafikə və Seymura deməmiş, Seymur ilə bu barədə aralarında söhbət olmamışdır. Seymuru üzdən tanıyır, onunla münasibəti olmamışdır. Yol boyu Vahid adlı şəxslə ancaq «whatsapp» sosial şəbəkəsində yazışmışlar, onunla yolda olarkən telefon vasitəsilə danışmamışlar. Rafik ilə Seymur qorxduqları üçün qaçmışlar. Rafik və Seymur ilə gələrkən narkotik vasitə arxası ilə gəldiyini bilmirmiş. Vahid adı ilə İran islam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, heç vaxt görmədiyi və ünsiyyətdə olmadığı, yalnız telefon vasitəsi ilə əlaqə yaratdığı şəxsin onun yerini dediyi narkotik vasitə marixuananı götürməkdə məqsədi Vahidin dediyi yerə çatdırmaq yox, özü istifadə etmək olmuşdur. İlkin izahat və ifadəsinə həyəcanlı olduğuna görə narkotik vasitəni götürdükdən sonra Vahidin dediyi yerə aparmasını səhvən qeyd etmişdir. O, kisəni götürəndə içərəsində bu qədər çəkidə narkotik vasitə olduğunu bilmirmiş, çünki həmin şəxs ona 500 qrama yaxın narkotik vasitə marixuana verəcəyini demişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək törətdiyi cinayət əməllərini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hərəkətləri və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında içərisində narkotik vasitə olan həmin meşoku görsə də götürməməsi, zəng vuran şəxsin ona yarım kilo narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini deməsi, polis əməkdaşlarının ona bir-iki sillə vurmaları və etirafedici izahat verməsi üçün onu məcbur etmələri ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Rafikə görə tanımışdır. Əvvəllər narkotik vasitədən istifadə etmiş, hazırda narkotik vasitələrdən istifadə etmir. Özü müharibə iştirakçısıdır, qazidir, bədənində 30-dan çox qəlpə vardır. Dostu Rafik ona zəng edərək Lerik rayonuna yeyib-içməyə getdiklərini bildirmiş, ondan gəlib-gəlmədiyini soruşmuş, o da gəldiyini demişdir. Rafiklə görüşmüşlər, daha sonra Rafikin dostu avtomobili ilə gəlib onları götürmüş və bir yerdə Lerik rayonuna yola düşmüşlər. Lerik rayonuna çatdıqdan sonra Orxanı polis əməkdaşları saxlamışlar, ordan qaçıb Bakı şəhərinə getmiş, evə gəldikdən sonra bütün olanları atasına danışmış və atası onu Lerik RPŞ-nə aparıb müstəntiqə təhvil vermişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Rafiklə bir yerdə Bakı şəhərinə qaçmışlar. Bakı şəhərindən çıxanda saat 22-23 radələri olardı. Lerik rayonu, Züvüc kəndindəndir və həmin kənddə baba evləri vardır, ancaq bir dəfə uşaq vaxtı həmin kəndə gəlmişdir. Son dövrlərdə kəndə gələrək həmin evdə qalmamışdır. Axrıncı dəfə əsgərliyə gedəndə Lerik rayon Hərbi Komisarlığına gəlmişdir. Kənddə Babası ilə nənəsi yaşamış, babası öləndən sonra nənəsı Bakı şəhərində onlarla bir evdə yaşamışdır. Orxanla bir yerdə narkotik vasitə istifadə etməmişdir. Orxanın Lerik rayonuna narkotiklə bağlı gəldiyindən məlumatı olmamışdır. Müharibəyə getməmişdən qabaq axırıncı dəfə narkotik vasitə istifadə etmiş, sonra müalicə olunmuşdur. Axşam saat 22 radələrində Bakı şəhərindən çıxmışlar, yolda heç bir yerdə dayanmamışlar. Avtomobili Rafik idarə etmiş, o isə arxada uzanıb telefonda oyun oynamışdır. Lerik rayonuna çatdıqdan sonra Orxan maşından düşmüş, avtomobili Rafik idarə etmişdir. Orxan düşüb getmiş, təzədən qayıtmış, daha sonra polis əməkdaşlarının və atəşin səsi gəlmişdir. Orxan maşından düşüb gedib baxıb qayıtmış, heç nə görməmişdir. Orada 10 nəfərə yaxın polis əməkdaşı olardı. Onlar qorxub qaçmışlar, həmin vaxtdan və ondan sonra olanlardan xəbəri olmamışdır. Orxan maşından düşüb gedəndə maşının baqajı açıq deyildir. Rafik maşını saxlamış, həmin vaxtı arxada telefonda oyun oynamışdır. Orxan qapını açıb maşından düşmüş, həmin vaxt maşın yoldan yarı dönmüş vəziyətdə durmuş, saniyə keçməmişdir ki, atışma səsi gəlmişdir. Orxanın maşından niyə düşdüyünü bilməmişdir. Maşını tam döndərməmiş, bir az döndərib saxlamışdır. Orxan sərnişin tərəfdən maşından düşmüş, meşəliyə getməmiş, təxminən 5 metr gedib baxıb qayıtmışdır. Orxan maşından düşüb təxminən 6-7 metr gedib yenidən qayıtmışdır. Orada kisə görməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsini əvəz edən Şahid1 onlara Təqsirləndirilən şəxs adlı şəxsin rayon ərazisinə narkotik vasitələrin qanunsuz daşınması ilə bağlı gəldiyini məlumat vermiş və bu barədə şöbə rəhbərliyinə raportla məruzə olunmuşdur. Daha sonra şəxsin gələcəyi ərazini müşahidəyə götürmüşlər. Lerik-Lənkəran yolunun 27-ci km-də Təqsirləndirilən şəxs əlində ağ kisə gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onunla olan Şahid3 və Şahid4 gəldikləri avtomobil ilə yüksək surətlə hadisə yerindən uzqlaşmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun üzərindən ağ kisənin içərisindən iki bükümdə marixuanaya bənzər kütlə, iki bükümdə tiryəkə bənzər kütlə aşkar edilərək tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsdən əldə etdiyini və 1000 manat müqabilində Bakı şəhərinə aparmaq üçün gəldiyini bildirmişdir. Onunla bir yerdə Lerik rayonuna gələn Şahid3 və Şahid4 Təqsirləndirilən şəxs Lerik rayonuna narkotik vasitə dalınca gəldiyindən xəbərlərinin olmadığını bildirmişdilər. Təqsirləndirilən şəxs saxlayan zaman narkotik vasitə onun əlində olmuşdur. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları yerə axşam saatlarında getmişlər. Təqsirləndirilən şəxs hadisə yerinə avtomobillə gəlmişdir. Lerik-Lənkəran yolunun 27-ci km-ni nəzarətə götürmüşlər. Lerik rayonuna gecə saatlarında xarici avtomobillər gələndə onlar həmin avtomobilləri nəzarətə götürürlər, bu hadisədən əvvəl də bir neçə avtomobili nəzarətə götürmüşlər, amma belə bir hal baş verməmişdir. Təqsirləndirilən şəxs avtomobili saxladığı üçün onu müşahidə etmişlər və saxlamışlar, əvvəlcədən Təqsirləndirilən şəxs hansı avtomobillə gəldiyini bilsəydilər Orxanla gələn şəxslər hadisə yerindən uzaqlaşa bilməzdilər. Təqsirləndirilən şəxs avtomobili saxladıqları yerdən 30-40 metr aralıda olmuşlar. Avtomobil dayanmış, sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş və kisəni götürdüyü istiqamətə getmişdir. Orxan avtomobildən düşüb Lənkəran rayonundan Lerik rayonuna gələn yolun sol tərəfinə getmişdir. Avtomobil gəlib Piran kəndi istiqamətində dayanmışdır. Piran kəndi Lerik rayonundan üzü Bakı şəhərinə tərəfdir. Təqsirləndirilən şəxs avtomobildən hansı tərəfdən düşdüyünü xatırlamır. Təqsirləndirilən şəxs dağlıq, kolluq və ağaclıq olan əraziyə yaxınlaşmışdır. Orxanın avtomobildən necə və nə cür düşdüyünü tam görə bilməmişdir. Əməliyyat zamanı 3 nəfər əməkdaş olmuşlar. Avtomobil uzaqlaşan zaman silahdan Şahid5 xəbərdarlıq atəşi açmışdır. Avtomobil hadisə yerindən uzaqlaşan zaman arxasınca əməkdaşlardan gedən olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yerdə əməkdaşlardan iki nəfər qalmışlar, bir də videoçəkilişi çəkən əməkaş olmuşdur. Hadisə yerindən qaçıb uzaqlaşan şəxsləri saxlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Hadisə yerindən qaçan şəxsləri Piran kəndi ərazisində saxlamışlar onları saxlayan zaman artıq səhər açılmışdı. Orxanı saxlayandan 20-30 dəqiqə sonra üzərinə baxış keçirmişlər. Videoçəkilişi bitirəndən sonra Təqsirləndirilən şəxs Lerik RPŞ-nə gətirmişlər və o, şöbədə təhqiqatçıya həvalə olunmuşdur. Hadisə yerində şərait olmadığı üçün protokol polis şöbəsində tərtib olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlələr təhqiqatçı tərəfindən qablaşdırılmışdır və üzərində olan mobil telefon götürülmüşdür. Protokol tərtib olunan zaman müdafiəçi olmamışdır. Avtomobilə baxış keçirilən zaman o, baxışda iştirak etməmişdir. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əvvəllər əməliyyat müvəkkili işlədiyi üçün onu da dəvət edərək tədbirlə bağlı müzakirələr aparmışlar. Daha sonra məlumatla bağlı raportla şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat axşam saatlarında olmuşdur, saatı dəqiq xatırlamır. İlkin məlumata əsasən şəxs «Nissan» markalı avtomobillə gəlib narkotik vasitəni götürüb Bakı şəhərinə qayıdacaqdı, gecə vaxtı avtomobil gəldi və yolun kənarında dayandı, avtomobilin dayandığı ərazı biraz geniş ərazi idi. Təqsirləndirilən şəxs avtomobildən düşüb narkotik vasitə olan tərəfə getmişdir, narkotik vasitəni götürüb qayıdanda onu saxlamışlar. Avtomobildə olan şəxslər gəldikləri avtomobillə Lənkəran rayonu istiqamətində hərəkət etməyə başlamışlar, hətta avtomobili üzərilərinə sürmüşlər. Həmin vaxt tabel silahından iki dəfə xəbərdarlıq atəşi açıb dəfələrlə «polis», «saxla» deyib qışqırmış, lakin Təqsirləndirilən şəxsla gələn şəxslər avtomobili saxlamadan sürüb qaçmışlar. Şahid1la Şahid2 Təqsirləndirilən şəxs yanında qalmışlar o, isə avtomobillə qaçanların arxasınca getmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Orxanı əlində bağlama olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs avtomobildən hansı tərəfdən düşməsini xatıralmır. Ərazini saat neçədən müşahidəyə götürdüklərini xatırlamır. Kiminsə həmin əraziyə narkotik vasitə qoyduğunu bilmir. Avtomobilin dayandığı yer bir az geniş idi, Lerik-Lənkəran yolu iki avtomobillik (iki istiqamətli) yoldur həmin yolun bəzi yerləri genişdir. Həmin yolun kənarları meşəlikdir. Orxanın narkotik vasitəni götürən anı görməmiş, onlar Orxanı saxlayan zaman narkotik vasitə onun əlində olmuşdur. Əməliyyat tədbiri zamanı bir əməkdaş hər yeri görə bilməz, ona görə də əməliyyata bir neçə nəfər getmişlər. Orxanla onlar arasında olan məsafə təxminən 40 metr olmuşdur. Orxan narkotik vasitəni asfalt yolun kənarından götürmüş, çox uzaq məsafə getməmişdir. Təqsirləndirilən şəxs sillə vurmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Məşədilər kəndində qeydiyyatda olmaqla, Sabunçu rayonu, Balaxanı qəsəbəsində ailə üzvlərilə birlikdə orada yaşayır. Subaydır, əvvələr narkotik vasitə istifadə etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində tanışı Orxan onunla ***-***-**-** saylı telefon vasitəsi ilə istifadəsində olan 8***-***-**-** saylı nömrə ilə «whatsapp» sosial şəbəksi vasitəsi ilə əlaqə saxlayaraq Lerik rayonuna gəzmək məqsədilə getmək istədiyini bir neçə gün Lerik rayonunda qalıb istirahət etdikdən sonra qyıdacağını demişdir. Onunla razılaşmışdır. Həmin tarixdə tanışı Seymurla telefon əlaqəsi saxlayaraq dostu Orxanla Lerik rayonuna istirahət etmək məqsədilə gedəcəyini Lerik rayonunu tanıdığından onlarla birlikdə gəlmək istəyirsə gələ biləcəyini demişdir. Seymur onunla Lerik rayonuna getməyə razılaşmışdır. 23 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Seymurla Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşadığı evin qarşısında görüşmüşlər, az kecməmiş Orxan da idarə etdiyi «Nissan-terrano» markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşmış, onunla görüşmüşlər, Orxan Seymuru niyə özü ilə gətirdiyini soruşmuşdur. Orxana bildirmişdir ki, Seymurun Lerikli olduğunu və rayonu yaxşı tanıyır, istirahət edəcəyi yerləri göstərə biləcəyini demişdir. O, avtomobili idarə edərək Lerik rayonuna gəlmişlər. Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də Orxan avtomobili saxlamasını və avtomobildən düşüb fizioloji tələbatını ödədikdən sonra qayıdacağını bildirmişdir. Orxan avtomobildən düşərək uzaqlaşmış, onu avtomobildə gözləyirmişlər, Orxanın getdiyi qaranlıq istiqamətində səs eşitmiş, o tərəfə baxdıqda bir neçə nəfər müki şəxsin Orxanı saxladığını görmüş, qorxduğu, Seymur da qorxduğu üçün dərhal avtomobili işlək vəziyyətə salıb Lənkəran rayonu istiqamətinə sürmüş, Seymur həmin vaxt avtomobilin arxa oturacağında əyləşmişdir. Lerik rayonunun Piran kəndinə çatanda avtomobili torpaq yola adını bilmədiyi məhləyə salıb avtomobildən düşüb fərqli istqiamətlərə qaçmışlar. O həmin vaxt meşəyə daxil olmuş, kol-kosun üzərinə düşməyi nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Gecəni meşədə keçirtmiş, avtomobili sürərkən bir dəfə atəş səsi eşitmiş, lakin güllə nə ona nə də ki, avtomobilə dəyməyib. 24 sentyabr 2024-cü il tarixdə, günorta saatlarında polislərin onu axtardığını və əməlində heç bir cinayətin olmadığını düşünüb Piran kəndi əraszisində adını bilmədiyi polis əməkdaşına yaxınlaşmış, həmin şəxs onu polis şöbəsinə gətirmiş, otaqların birində ona vəkil təyin olunmuş və üzərində şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir. Vahid adlı şəxsi tanımır, Orxanın narkotik vasitə üçün Lerik rayonuna gəlməsindən xəbəri olmayıb, ona gəzmək məqsədilə gəldiyini demişdir. Onun üzərinə daha əvvəl baxan olmayıb. O saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Vahid adlı şəxsi tanımır, Orxanın onunla əlaqə saxlamasından və danışmasından xəbəri olmayıb, orxan avtomobildə olarkən kiminləsə narkotik barədə danışmayıb. Vahid adlı şəxslə əlaqə saxlamamışdır. Əvvəllər narkotik vasitədən istifadə etməmişdir. Orxan onunla əlaqə saxlayaraq Lerik rayonuna gəzmək məqsədilə getmək istədiyini bir neçə gün Lerik rayonunda qalıb istirahət etdikdən sonra qayıdacağını demişdir. Onunla razılaşmışdır. Həmin tarixdə tanışı Seymurla telefon əlaqəsi saxlayaraq dostu Orxanla Lerik rayonuna istirahət etmək məqsədilə gedəcəyini Lerik rayonunu tanıdığından onlarla birlikdə gəlmək istəyirsə gələ biləcəyini demişdir. Seymur onunla Lerik rayonuna getməyə razılaşmışdır. Orxanın narkotiik vasitə üçün Lerik rayonuna gəlməyindən xəbəri olmayıb, ona bu barədə deməyib. O, Orxanın polis əməkdaşları tərəfindən yaxalandığını görüb qorxduğu üçün hadisə yerindən avtomobili işlək vəziyyətə salaraq sürüb Seymur ilə birlikdə qaçmışdır. Çünki bu vəziyyətə ilk dəfə idi ki, düşmüşdür. Əvvəllər Lerik rayonu ərazisində olmamışdır və ərazini tanımır. İbtidai istintaq zaman Şahid3 əlavə ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamış, əvvəllər ruhi əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə olunmamışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə üçün Lerik rayonuna gəldiyini deməmişdir. Gəzib istirahət etmək üçün Lerik rayonu ərazisinə getmək istədiyini demiş və ona yoldaşlıq etməyini xahiş etmişdir. O, da yoldaşlıq məqsədilə Seymura deyib onunla birlikdə gəlmişlər. Orxan üzəri yoxlanılarkən Orxan reallığı deyərək onun və Seymurun narkotik vasitə üçün gəldiyindən xəbəri olmadığını bildirib, şöbədə isə o cür ifadə verməsinin səbəbini bilmir. O günahsızdır Vahid adlı şəxsi tanımır və Təqsirləndirilən şəxs narkotik vasitə üçün Lerik rayonu ərazisinə gəldiyindən xəbəri olmayıb. O, həmin əraziləri tanımamış, Lerik rayonu ərazisində əvvəllər olmamış, 24 sentyabr 2024-cü il tarixdə, axşam saatlarında Orxan ona, gəzib istirahət etmək üçün Lerik rayonu ərazisinə getmək istədiyini demiş və ona yoldaşlıq etməyini xahiş etmişdir. Sabunçu rayonu, Ramana qəsəbəsində olarkən Təqsirləndirilən şəxs avtomobili idarə etməyini xahiş etmiş, o da həmin ərazidən avtomobili idarə etməyə başlamışdır. Təqsirləndirilən şəxs Lənkəran-Lerik avtomobil yolunun 27-ci km çatanda Orxan ona demişdir ki, «avtomobili saxla fizioloji tələbatımı ödəyib 5 dəqiqəyə gəlirəm» o, Orxanı avtomobildə gözləmiş, təxminən 4-5 dəqiqə sonra adını bilmədiyi polis əməkdaşları Orxanı yaxladıqlarını və ətrafını dövrəyə almalarını görmüş, dərhal avtomobili işlək vəziyyətə salıb hadisə yerindən uzaqlaşmışlar. Həmin vaxt Orxanın polis əməkdaşları tərəfindən yaxalanmasını və əlində ağ rəngli torbanın olduğunu görmüş, polis əməkdaşları onu yaxalayarkən qorxub qaçıb hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs avtomobildə olarkən Vahid adlı şəxslə telefonla danışmasını eşitməmiş, bu barədə olan söhbətinə şahid olmamışdır. Vahid adlı şəxsin barəsində ona heç bir məlumat verməmişdir. Lerik rayonunda narkotik vasitəni kimdən götürməsini ona bildirməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl narkotik vasitədən istifadə etməsini görməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması haqqında» 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 «Nissan-terrano» markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də ərazisində naməlum şəxsdən narkotik vasitə götürüb Bakı şəhərinə aparacaqları barədə daxil olmuş məlumat əsasında Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2024-cü il tarixdə, saat 03:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs üzərində daşıdığı 01 ədəd ağ rəngli kisə ilə Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də yolun kənarında saxlanılaraq, üzərində yoxlama aparılan zaman Təqsirləndirilən şəxs üzərində daşıdığı 01 ədəd ağ rəngli kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri -1190,0 qram, -1150,0 qram, ümumi təmiz çəkisi - 2340,0 qram külli miqdarda narkotik vasitə olan marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi - 191,574 qram külli miqdarda narkotik vasitə olan tiryək və 01 ədəd bükülüdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-135) -«əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında» 24 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixdə, saat 03:43-dən 04:04-dək üzəri yoxlanılarkən üzərində daşıdığı 01 ədəd ağ rəngli kisənin içərisində olan 04 ədəd bağlamada narkotik vasitəyə oxşar kütlələrin ona məxsus olduğunu bidirimişdir, həmçinin İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş Vahid adlı şəxs onunla telefon üzərində «whatsapp» sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmış və həmin narkotik vasitələri götürüb Bakı şəhərinə aparması ilə bağlı onunla söhbət apardıqdan sonra yerini telefonla bildirmiş, buna görə də gəlib həmin kütlələri yerindən götürüb onun deyəcəyi ünvana aparmaq müqabilində 1000 manata razılıq əldə etməsini, onun narkotik vasitə üçün Lerik rayonuna gəlməsindən tanışları Şahid4 və Şahid3 xəbərləri olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan «Xiaomi Pocco X5 5g» markalı mobil telefonla narkotik vasitənin yerinin müəyyən edilməsi ilə bağlı telefon zəngləri və narkotik vasitənin gizlədildiyi yeri əks etdirək fotogörüntülər olduğuna görə həmin telefon cihazı da götürülmüşdür.(cild 1, i.v.10-12) -«şübhəli şəxsin tutulması haqqında» 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.36) -«materialların məhkəmə ekspertizası, məhkəmə kimyəvi və bioloji ekspertizası»nın 24 sentyabr 2024-cü il tarixli, 19/676 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə...» sözlər və imzalar olan kisədəki, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1190,0 qram, -1150,0 qram, ümumi təmiz çəkisi -2340,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqta təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə oxşar kütlə...» sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükülüdə təmiz çəksi -191,574 qram olan maddə xaş-xaş bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə...» sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi -102,144 qram olan tünd-qəhvəyi rəngli maddənin aparılmış rəng testi və NTX analizi kifayət etmədiyindən və digər müvafiq labaratoriya cihazları (İQS və xromotoqrafiya) olmadığından narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmadı.(cild 1, i.v.117-121) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 25 sentyabr 2024-cü il tarixli, 6/4701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 X10 №2 dairəvi möhür əksi olan MEM-ə məxsus kağız paketdə olan üzərində «Təqsirləndirilən şəxs aşkar olunmuş...» sözləri, soyad və imza qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bağlamada təmiz çəkisi 100.0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir.(cild 1, i.v.138-142) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Lerik Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 4(048)-27/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.150-151; 163-167) -«məhkəmə-tibbi ekspertizası»nın 25 sentyabr 2024-cü il tarixli 84 saylı rəyindən görünür ki, müayinə zamanı, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.(cild 2, i.v.41-42) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 25 sentyabr 2024-cü il tarixli, 723 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.47) -«240630027 saylı cinayət işinin hissəvi xitam edilməsi, Şahid3 və Şahid4 cinayət məsuliyyətindən , eləcə də həbsdən azad edilməsi haqqında» 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı həmin iş üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid3 və Şahid4 24 sentyabr 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Lerik rayonunun ərazisinə gəlmələrinə baxmayaraq, onların Təqsirləndirilən şəxs və İran İslam Respublikasının vətəndaşı kimi Vahid adı ilə özünü təqdim edən şəxslə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək narkotik vasitə götürmək üçün getmələri xüsusatı təsdiq olunmadığından cinayət işi üzrə barələrində olan hissəsinin icraatına 20 noyabr 2024-cü il tarixli qərarla xitam verilərək cinayət məsuliyyətindən, eləcə də saxlanıldıqları Lerik RPŞ-nin MSY-də həbsdən azad edilmişlər. Həmin qərar üzrə Təqsirləndirilən şəxs məxsus «Xiaomi Pocco X5 5g» markalı mobil telefon maddi sübut kimi tanınmışdır.(cild 2, i.v.75-86) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixli qərarla elan olunmuş ittihamdan onun Şahid3 və Şahid4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girməsi hissəsi xaric edilərək, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur.(cild 2, i.v.125-126) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 06 dekabr 2024-cü il tarixli, 6/5168 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 X10 №2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65 dairəvi möhür əksləri olan iki ədə kağız paketdə olan üzərində «Təqsirləndirilən şəxs üzərindən... » sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bağlamada təmiz çəksi -130,574 qram olan qəhvəyimtil-qara rəngli, spesifik tiryək iyli, qətranabənzər maddə küstar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təmiz çəkisi -60,9 qram olan qəhvəyimtil-qara rəngli maddənin tərkibində kafein aşkar edildi. Kafein 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasıının qanunu ilə tədiq olunmuş «Azərbaycan Respublikasıının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırlmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunana prekursorların siyahıları»na, 18 mart 2016-cı il tarixli «Güclü təsir edən maddələrinn və onların külli miqdarınının siyahısına» aid deyildir. Üzərində «Təqsirləndirilən şəxs aşkar olunmuş...» dairəvi möhür əksi olan bir ədəd zərfdə təmiz çəkisi 99,9 qram olan tünd qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilən tiryəkdir. Təqdim edilmiş maddələr kimyəvi tərkibinə görə fərqli növ maddələrə aid olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir.(cild 2, i.v.140-145) -«sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işinin ayrılması haqqında» 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2339,8 qram qurudulmuş marixuana, qalıq qalmış 128,574 qram tiryək, qalıq qalmış 98,9 qram asetilə edilən tiryək iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzəri və sonuncuya məxsus «Nissan-terrano» markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılarkən videoçəkilişin olduğu DVD-R markalı disk və narkotik vasitələr təhqiqatçı Salman Əhmədova təqdim olunarkən videoçəkilişi özündə əks etdirən DVD-R markalı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.(cild 2, i.v.147-158) -«sübutların qiymətləndirilməsi və cinayət işindən yeni cinayət işinin ayrılması haqqında» 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət cinayət işinin materiallarından nakotik vasitənin satışını təşkil edən, istintaqla adı və şəxsiyyəti müəyyən olunmayan şəxsin hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir.(cild 2, i.v.147-158) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixli qərarla elan olunmuş ittihamdan onun Şahid3 və Şahid4 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girməsi hissəsi xaric edilərək, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur.(cild 2, i.v.165-166) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında içərisində narkotik vasitə olan həmin meşoku görsə də götürməməsi, zəng vuran şəxsin ona yarım kilo narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini deməsi, polis əməkdaşlarının ona bir-iki sillə vurmaları və etirafedici izahat verməsi üçün onu məcbur etmələri ilə bağlı hissədə verdiyi ifadələrini ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin, qurudulmuş marixuana və tiryək narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar, tiryəkin 0,5 qramı xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 50 qramı külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri, 5000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-2340,0 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 130,674 qram çəkidə tiryəki və 100,0 qram çəkidə asetilə edilən tiryəki əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan Vahid adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Vahid adlı şəxsin Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də Lerik rayonu istiqamətində yolun sol tərəfində ağacın dibində gizlətdiyi yerdən götürərək sonuncunun dediyi yerə çatdırdıqdan sonra 1000 manat qazanc alacağı vədi ilə razılaşmış, onun narkotik vasitə götürmək üçün getməsindən məlumatı olmayan tanışları Şahid3 idarə etdiyi və Şahid4 olduğu «Nissan-terrano» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 24 sentyabr 2024-cü il tarixdə Lerik rayonunun ərazisinə daxil olduqdan sonra saat 03:40 radələrində Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-nə gəldikdən sonra avtomobili yolda dayandıraraq fizoloji təlabatını ödəmək istədiyini deməklə avtomobildən düşüb ağaclıq olan əraziyə doğru hərəkət edərək avtomobil yolundan təxminən 20 metr aralıda ağacın yaxınlığında gizlədilən 01 ədəd ağa rəngli kisədə içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1190,0 qram, 1150,0 qram, ümumi təmiz çəkisi- 2340,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi-100,0 qram külli miqdarda narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd bükülüdə təmiz çəkisi-130,674 qram külli miqdarda narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla avtomobil yolunda «Nissan-terrano» markalı, 99-UM- 898 dövlət qeydiyyat nişanlı avtomobildə onu gözləyən Şahid3 və Şahid4 dayandığı istiqamətdə daşımış, 24 sentyabr 2024-cü il tarixdə, saat 03:40-da Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərində daşıdığı bağlama ilə saxlanılaraq orada həmin tarixdə, saat 03:43-dən saat 04:04-dək üzəri yoxlanılarkən təqdim etdiyi üzərində daşıdığı 01 ədəd ağ rəngli kisənin içərisində 02 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri-1190,0 qram, 1150,0 qram olmaqla, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan külli miqdarda, ümumi təmiz çəkisi -2340,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükülüdə təmiz çəkisi- 100,0 qram külli miqdarda narkotik vasitə asetilə edilən tiryək və 01 ədəd bükülüdə təmiz çəkisi-130,674 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, şəxsi istifadəsi üçün əldə etməsi barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı» və «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona bir-iki sillə vurmaları və etirafedici izahat verməsi üçün onu məcbur etmələri barədə hər hansı bir müraciətləri olmamışdır. Cinayət işinin materiallarında olan «məhkəmə-tibbi ekspertizası»nın 25 sentyabr 2024cü il tarixli 84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq məcbur edilməsi əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını və aldadılmasını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, içərisində narkotik vasitə olan həmin meşoku görsə də götürməməsi, zəng vuran şəxsin ona yarım kilo narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini deməsi, polis əməkdaşlarının ona bir-iki sillə vurmaları və etirafedici izahat verməsi üçün onu məcbur etmələri ilə bağlı bildirməsini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi «etirafedici» ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini qismən etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitələr satmaması, öz istifadəsi üçün əldə etməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi qismən ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» protokoldan və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə ekspertizası»nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, i.v.94-95) -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hacıəlibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2024-ci il tarixli, 488, 489-490 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Arzu kəndində qeydiyyatda olmaqla yaşamış, ailə üzvləri arvadından və iki az yaşlı övladlarından-2019-cu il təvəllüdlü X8 və 2020-ci il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v.91-93) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlini qismən etiraf etməs, ailə və maddi vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayəthüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X9rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 sentyabr 2024cü il tarixdən hesablanmalı və Lerik Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 4(048)-27/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 250 (iki yüz əlli) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Lerik RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2339,8 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 128,574 qram olan tiryək və qalıq çəkisi 98,9 qram olan asetilə edilən tiryək narkotik vasitələri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Xiaomi Pocco X5 5g» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzəri və sonuncuya məxsus «Nissanterrano» markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılarkən videoçəkilişin olduğu DVD-R markalı disk və narkotik vasitələr təhqiqatçı Salman Əhmədova təqdim olunarkən çəkilmiş videoçəkilişi özündə əks etdirən DVD-R markalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Lerik Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 4(048)-27/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lerik Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-2339,8 qram olan qurudulmuş marixuana, qalıq çəkisi- 128,574 qram olan tiryək və qalıq çəkisi-98,9 qram olan asetilə edilən tiryək narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lerik Rayon Polis Şöbəsinin maddi sübutlar otağında salxanılan Təqsirləndirilən şəxs məxsus «Xiaomi Pocco X5 5g» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzəri və sonuncuya məxsus «Nissan-terrano» markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil yoxlanılarkən çəkilmiş videoçəkilişin olduğu DVD-R markalı disk və narkotik vasitələr təhqiqatçı X3 təqdim olunarkən çəkilmiş videoçəkilişi özündə əks etdirən DVD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar