Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-202/2023 01.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X7 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 02 avqust 1987-ci il Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 3,176 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 15 iyun 2022-ci il tarixdə saat 03:10 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilərək həmin gün saat 04:25-dən 04:45-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 1 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi - 3,176 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində 13 nömrəli tam orta məktəbin yaxınlığında yolun kənarında yerləşən həmin yaşayış olmayan və sahibini tanımadığı evin pəncərəsini açaraq Nizami ilə birlikdə evə daxil olmuş, evin həyətə baxan tərəfində pəncərəyə quraşdırılmış kondisioneri Nizami ilə birlikdə sökmüş və həmin kondisioneri oğurladıqları evdən təxminən 500 metr aralıda yerləşən məişət tullantıları tökülən yerə aparmış, sonra orada kondisioneri sökmüş və məişət tullantıları olan yerdən un kisəsi taparaq kondisionerin 2 ədəd kondisioner matorunu, 2 ədəd kondisionerin kandisatorunu, 1 ədəd qaz balonunu, 1 ədəd kamplekt kulçateri və radiatorunu un kisəsinin içərisinə qoymuş, radiator böyük olduğuna görə onu un kisəsinə yerləşdirə bilməmiş, ona görə də un kisəsini o götürmüş, Nizami də radiatoru götürmüş, o Nizami ilə birlikdə təxminən saat 03:00 radələrində Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində yolun kənarı ilə gedərkən ərazidə xidmətdə olan polis əməkdaşları onları görüb onlara yaxınlaşanda Nizami əlindəki radiatoru yerə atıb qaçmış, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və əlində olan un kisəsinin içərisində nə olduğunu soruşmuş, o da polis əməkdaşlarından yayınmaq üçün məişət tullantıları atılan yerdən köhnə kondisioner tapdığını və onu sökdüyünü bildirmiş, polis əməkdaşları oğurladığı əşyalarla birlikdə onu polis şöbəsinə aparmışlar. Orada vəkil Ruslan Mirzəyevin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı o oğurladığı 2 ədəd kondisioner matorunu, 2 ədəd kondisionerin kandisatorunu, 1 ədəd qaz balonunu, 1 ədəd kamplekt kulçateri və radiatoru təqdim etmiş və həmin əşyalar qablaşdırılaraq götürülmüşdür. Sonra da onun üzərində vəkilinin iştirakı ilə videoçəkilişlə axtarış aparılmış və üzərindən içərisində heroin olan bir büküm aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə ona aid olmamışdır. Narkotiki onun üstünə qoymuşlar, lakin kim tərəfindən qoyulmasını bilmir. O saxlanılarkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o narkotik vasitə aludəçisidir. 5 ildir, narkotik vasitə olan heroin qəbul edir. Təxminən gündə bir qram heroin qəbul edir. Onun Şirvan şəhəri köhnə şəhər adlanan yerdə yaşayan Nizami adlı dostu vardır. O narkotik vasitə olan heroini Nizami ilə birlikdə qaynadıb iynə vasitəsilə damarına vurur. Bacısı Şirvan şəhərində köhnə şəhər adlanan yerdə yaşayır. O da bacısıgillə birlikdə yaşayır. Nizami ilə də bacısıgilə gedib-gələndə tanış olmuşdur. 14 iyun 2022-ci il tarixdə təxminən saat 24:00 radələrində Nizami ilə 13 nömrəli məktəbin yanında görüşmüş və o Vüqar ləqəbli Natiq adlı şəxsdən bir büküm narkotik vasitə olan heroin alaraq əynində olan şalvarın sağ cibinə Nizami ilə birlikdə istifadə etmək üçün qoymuş, daha sonra Nizamiyə heroin istifadə etmək üçün pul əldə etmək məqsədilə yaxınlıqda olan evdən oğurluq etmək təklifini etmiş, Nizami də onunla razılaşmış və onlar 15 iyun 2022-ci il tarixdə təxminən saat 01:00 radələrində 13 nömrəli tam orta məktəbin yaxınlığında yolun kənarında yerləşən həmin yaşayış olmayan və sahibini tanımadığı evin pəncərəsini açaraq Nizami ilə birlikdə evə daxil olmuş, evin həyətə baxan tərəfində pəncərəyə quraşdırılmış kondisioneri Nizami ilə birlikdə sökmüş və həmin kondisioneri oğurladıqları evdən təxminən 500 metr aralıda yerləşən məişət tullantıları tökülən yerə aparmış, sonra orada kondisioneri sökmüş və məişət tullantıları olan yerdən un kisəsi taparaq kondisionerin 2 ədəd kondisioner matorunu, 2 ədəd kondisionerin kandisatorunu, 1 ədəd qaz balonunu, 1 ədəd kamplekt kulçateri və radiatorunu un kisəsinin içərisinə qoymuş, radiator böyük olduğuna görə onu un kisəsinə yerləşdirə bilməmiç, ona görə də un kisəsini o götürmüş, Nizami də radiatoru götürmüş, o Nizami ilə birlikdə təxminən saat 03:00 radələrində Şirvan şəhəri G.Şıxbala oğlu küçəsində yolun kənarı ilə gedərkən ərazidə xidmətdə olan polis əməkdaşları onları görüb onlara yaxınlaşanda Nizami əlindəki radiatoru yerə atıb qaçmış, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və əlində olan un kisəsinin içərisində nə olduğunu soruşmuş, o da polis əməkdaşlarından yayınmaq üçün məişət tullantıları atılan yerdən köhnə kondisioner tapdığını və onu sökdüyünü bildirmiş, Nizaminin qaçmasından və onun şübhəli danışığına görə polis əməkdaşları oğurladığı əşyalarla birlikdə onu polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermiş, polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Ruslan Mirzəyev gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı o oğurladığı 2 ədəd kondisioner matorunu, 2 ədəd kondisionerin kandisatoru, 1 ədəd qaz balonunu, 1 ədəd kamplekt kulçateri və radiatoru təqdim etdim və həmin əşyalar qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif olunmuş, o əynində olan açıq yaşıl rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuş, polis əməkdaşları ondan həmin heroini haradan əldə etməyimi soruşduqda, o heroini Vüqar ləqəbəli şəxsdən adlığını və istifadə etmək üçün üzərində saxladığını demiş, daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi səmimi etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və cinayət işinin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o iş yoldaşı Şahid2 ilə birlikdə Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində xidmətdə olduqları zaman sonradan adı onlara məlum olan Sabirabad rayonu, Şıxsalahlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yanında adı onlara məlum olmayan bir nəfər şəxslə əllərində əşyalarla birlikdə qaçdıqlarını görmüş, adını bilmədiyi şəxs onlardan qaçsa da onlar Təqsirləndirilən şəxs yaxalayıb, onu Şirvan şəhər polis şöbəsinə aparmışlar. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə onun əlindəki un kisəsinə baxış keçirilmiş və baxış zamanı kisənin içərisində kondisionerin 2 ədəd matorunu, 2 ədəd kandisatorunu, 1 ədəd qaz balonunu, 1 ədəd komlekt kulçatelini, 1 ədəd radiatorunu və 1 ədəd balta və 1 ədəd kəlbətini olduğu aşkar edilmişdir. Sonra da onun üzərində şəxsi axtarış aparılmış və şəıxsi axtarış zamanı o şalvarınnın sağ yan cibindən 1 ədəd sellofan bükülünü təqdim etmiş, həmin bükülünün içərisindən heroinə bənzər kütlə aşkar olunmuş, sorğu zamanı Xəyal həmin bükümü yaşadığı evin yaxınlığından yerdən tapdığını, içərisində narkotik vasitə olan heroin olduğunu və özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Sonra da ondan aşkar edilərək götürülmüş kondisionerin hissələri, balta və kəlbətin, həmçinin üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan heroinə bənzər maddə ayrıayrılıqda qablaşdırılaraq üzərləri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 16 iyun 2022-ci il tarixli 18/668 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,176 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanın 18 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,126 qram narkotik vasitə heroin və onun üzərində şəxsi-axtarış keçirilməsinin video görüntülərini əks etdirən kompakt disk maddi sübut qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib və dövlət ittihamçısının onun əməlinin CM-nin 234.1-1-ci maddəyə tövsif edilməsi barədə çıxışını nəzərə alıb, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini Şirvan şəhəri ərazisində Vüqar adlı üzdən tanıdığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı, nə də ki, məhkəmədə onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmişdir. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 3,176 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin sonradan heç bir əsas göstərilmədən onun hərəkəti CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İnsan Hüquqlarının və X5 X4 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və ifadəsində üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona aid olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi bu ifadəni özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübütlarla tam təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, aşkar edilərək götürülmüş külli miqdarda heroinin ona məxsus olduğunu, onu istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlər də onun ifadəsində qeyd edilən xüsusatları təsdiq etdilər. Bundan başqa video çəkilişlə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə protokolu ilə də qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini işin hallarına uyğun gələn,səmimi etifaredici ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 1987-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Onun himayəsində 2010-cu il təvəllüdlü oğlu Xəyal və 2013-cü il təvəllüdlü oğlu Coşqun vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan təhqiqat orqanının 15 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan ibtidai istintaq orqanının 16 iyun 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə axtarış edilərək tutulmuş və istintaq orqanına təhvil verilmişdir. Onun azadlığı həmin tarixdən məhdudlaşdırılmışdır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28 avqust 2022-ci il tarixdə axtarış edilərək tutulmuş və istintaq orqanına təhvil verilmişdir. Onun azadlığı həmin tarixdən məhdudlaşdırılmışdır. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 28 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən başlayaraq 16 iyun 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulduğu vaxt ona təyin ediləcək azadlıqdan məhrum edilmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3,126 qram heroin məhv edilməlidir. İş üzrə 69,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 52-1, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən başlayaraq 16 iyun 2022-ci il tarixədək cinayət törətməkdə şübhə edilən şəxs qismində tutlduğu 2 (iki) gün təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti cəza 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 3,126 qram heroin məhv edilsin. İş üzrə 69,10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-202/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-202/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver