Məhkəmə qərarları › İş №1(099)-202/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-202/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-202/2024 23.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 8,032 qram çəkidə narkotik vasitə olan heroini (bundan sonra – heroin) istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd sellofan bükümündə üzərində daşıyaraq saxlamış, Ağcabədi Rayon Polis Şöbəsinin (bundan sonra – Ağcabədi RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyul 2023-cü il tarixdə Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq saat 17:20 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib, həmin tarixdə saat 18:05 dəqiqədən başlayaraq üzərinə keçirilən şəxsi axtarış zamanı qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynindəki boz rəngli idman şalvarının sağ yan cibində daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdə külli miqdarda, yəni təmiz çəkisi 8,032 qram çəkidə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb onu maşına əyləşdirmişlər. Həmin vaxt polisə getmək istəməmiş, onu yerə yıxıb sürüyə sürüyə maşına əyləşdirmişlər, hətta həmin vaxt da əynindəki şalvar cırılmış, həmçinin onun anasını da yerə yıxmışlar. Polis şöbəsində onun ayaqlarını “skoçlayıb” döymüşlər və deyilənləri yazıb imza etməsə evindən narkotik vasitə çıxaracaqlarını bildirmişlər. Çox döyüldüyü üçün polislərin deməsi ilə razılaşmış, onların verdiyi narkotiki üzərinə götürüb təqdim etmişdir. Polislər onun izahatını üç dəfə dəyişdirmişlər. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisi olmuş, heroindən gün ərzində bir “çet”, təxminən yarım qram istifadə etmişdir. Həmin heroini telefonla danışdığı adamın atdığı yerdən götürmüş, lakin həmin adamı tanımamış, heroinə görə pulu isə yadında qalmadığı kart nömrəsinə göndərmişdir. Telefonun yaddaşında narkotik aldığı adamın nömrəsi qalmamışdır. Adətən aldığı narkotikə görə 20 manatı həmin şəxsin kartına göndərmiş, həmin pulu da mal bazarında qazandığı puldan əldə etmişdir. Belə ki, mal-heyvan alıb satmışdır. Heç kimə aldığı narkotik vasitədən verməmiş, paylaşmamışdır. İstifadəsində olan mobil nömrəsinə narkotik vasitələri kiməsə verməsi barədə hər hansı “smslər” daxil olmamışdır. Heç kim də ondan narkotik istəməmiş, heç kimlə alış verişi olmamışdır. Sonu 46-26 olan nömrə onun istifadəsində olmuşdur. Onu 16 iyul 2023-cü il tarixdə saat 15-16 radələrində həyət darvazasının ağzında saxlamışlar, həmin vaxt qapını açıb həyətə girmək istəyərkən saxlanılmış, evin yaxınlığında olan restoranın kamerasına da bu düşmüşdür. Bu hadisəni anası və digər qonşuları da görmüşdür. Polis şöbəsinə aparılarkən üzərində hər hansı narkotik olmamış, 3-4 saat sonra üzərinə baxış keçirilmişdir. Saxlanılarkən şalvarı cırılmış, polis şöbəsində ona başqa şalvar vermişlər, şəxsi axtarış keçirilərkən və videoçəkiliş aparılarkən də üzərində başqa şalvar – idman şalvarı olmuşdur. Saxlanılarkən üzərində telefon olmuş, lakin telefon yerə düşmüşdür, həmin telefonu Fuad yerdən götürmüşdür. Polis əməkdaşları onu döyərkən bədəni üzərində xəsarətlər olmuş, bu barədə onu prokurorluğa apararkən də məlumat vermişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən döyülməsi barədə hakimə də demək istəmiş, lakin yanındakı polis əməkdaşları danışmamağı ona tapşırdıqlarından bu barədə heç kimə deməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmadığını, valideyninin vəfat etdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 16 iyul 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 17 və 18 iyul 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, bir neçə il ərzində narkotik vasitələrdən istifadə etmiş, əsasən narkotik vasitə olan heroin qəbul etmişdir. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə tutulmuşdur. 13 iyul 2023-cü il tarixdə yaşadığı İ.Qayıbov küçəsi ərazisində “SMU” deyilən ərazidə dəmir yolu relslərinin yanı ilə piyada hərəkətdə olan zaman yerdə bir ədəd sellofan büküm görmüş, bükümü götürüb baxdıqda içərisində əvvəllər də istifadə etdiyi üçün tanıdığı heroin olmasını görmüş, narkotik vasitələrin istifadəçisi olduğu üçün həmin heroini götürüb üzərində istifadə etmək üçün saxlamışdır. 16 iyul 2023-cü il tarixdə İ.Qayıbov küçəsində, yaşadığı evin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs yaxınlaşmış, onu Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada müdafiəçi dəvət edildikdən sonra otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan boz rəngli idman şalvarının sağ yan cibindən 3 gün əvvəl tapdığı bir ədəd sellofan bükümündə olan heroini çıxarıb stolun üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş kütlənin heroin olduğunu, həmin heroini 13 iyul 2023-cü il tarixdə İ.Qayıbov küçəsi ərazisində “SMU” deyilən ərazidə dəmir yolu relslərinin yanından tapdığını, istifadə məqsədi ilə üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir formada zor tətbiq edilmədiyini bildirmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)-99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılan zaman da polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə hər hansı fikir səsləndirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan və barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən məhkəmə iclasında dedikləri elan edildikdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döydükləri üçün etirafedici ifadə vermişdir. Məhkəmə iclasında hədələndiyi üçün hakimə polislər tərəfindən döyülməsini bildirməmişdir. Həmçinin Ağcabədi Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********26 mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə daxil olan və çıxan zənglər, sms mətnləri, abonent siyahıları "xxxx" MMC-dən götürülmüş və diskə məhkəmə istintaqında baxış keçirilərkən həmin mobil nömrəyə daxil olan və çıxan smslərin məzmunundan görünür ki, smslərdə nömrə istifadəçisinin, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olmasını ehtimal etməyə əsas verən müxtəlif yazılar mövcuddur. Belə ki, +**********26 saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil nömrələrdən daxil olan sms mətnlərində nömrə istifadəçisinə Momu deyə müraciət edilməsi, ona telefona cavab verməsi ilə bağlı “...gelirem mene cikili aynon ver tezden duranda cekim bir de size gelmeyim, cıxıram evdn” (xx.xx.2023 23:23 5********), “zengimi götürmürsen helemi, sen varyoxun ...(söyüş) busan momu, bundan da artıq ola bilmesen, sen maldan ötrü herşeyini unudan adamsan, senin heç adamlıqdan xeberin yoxdu” (xx.xx.2023 23:25 5********), “momu menim malımı getir ver, yoxsa namusun ....(söyüş), arvad uşağın ....(söyüş) seni zelil eliyecem, getir ver nehlet şeytana denen getir, yoxsa seni pis güne qoymuyan” (xx.xx.2023 00:54 5********), “momu menim malımı getir ver, yoxsa namusun ....(söyüş), arvad uşağın ....(söyüş) seni zelil edecem, sen ki bu qehbeli eledin senen gecenin namusun ...(söyüş)” (xx.xx.2023 01:06 5********) məzmununda smslərin daxil olması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********26 mobil telefon nömrəsindən çıxan sms-lərə də diqqət yetirdikdə onların da məzmunundan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ehtimalı önə çıxır. Belə ki; “Ay Ceyhun, guya gormursen zengimi, disqilere gore zeng edirem, indi naxdı pula mal alan var, satırsan neciye satırsan, imkanın olsa cavab ver...” (xx.xx.2023 11:35 5********), “Ay hesi, deyirsen iki sen verdiyin qeder goturem, hele ondan götür, dunenkilere az deyirsen, men de hele vere bilmirem” (xx.xx.2023 12:01 5********), “Deyirdin 20 dene aynon var, heç kim bilmir, getirek satax, 3 gun yalanan senol vurdun mene, axşam gedek dedim, pul da var gedek alax, fırlatdın gelmedin, ...yalandan deyirdin xodum var aynon var, xodu olan oğlan gederdi” (xx.xx.2023 00:41 5********), “Naxarsan, pul azıydı getdim goturdum, pulu da hazırdı civimdedi, ota gore qalmışam, gorum naxara bilirem, götürüm çıxım” (xx.xx.2023 14:15 5********), “Getir pulu ver....uşax başı aladırsan, aldıxın kimi getir ver, gozduyurem, uşax deyilem, getir ver” (xx.xx.2023 23:00 ********* ), “Naxarsan, yaxşı keyfiyetdi zapcasdar gelib, qiymeti de yari qiymetine” (xx.xx.2023 11:25 5********), “telefonu ac, isim var, aynoyun var” (xx.xx.2023 21:26 1********) mətn mesajları mövcuddur. Lakin Təqsirləndirilən şəxs həmin “smslərin” mətni elan olunduqda həmin smslərin bəzilərini ona qardaşının yazdığını, “aynyon” deyəndə qardaşının mağazasında satdığı malları nəzərdə tutduğunu, digər smsləri xatırlamadığını bildirmişdir. Qardaşının ona “məni ağrıda qoyursan.....” deyə yazmasının səbəbini izah edə bilmədiyini, bəzi smslərdə dəmir yığan bir şəxsə müraciət edərək “mal gətir satağ” dediyini qeyd etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində hər hansı miqdarda narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün onların verdiyi bir bükümdə heroini cibinə qoyaraq təqdim etməsi və heroinin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Ağcabədi rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi, üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə şöbəyə dəfələrlə əməliyyat məlumtları daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş, 16 iyul 2023-cü il tarixdə günün ikinci yarısında Təqsirləndirilən şəxs Ağcabədi rayonu “SMU”deyilən ərazidə hərəkətdə olarkən saxlanılaraq polis bölməsinə gətirilmiş, daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisində bir büküm heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonradan əməliyyat tədbirləri keçirilsə də narkotikin satışı ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs şadlıq sarayının yaxınlığı, evlərinin yanında qapılarının yanında saxlamış, polis şöbəsinə dəvət edilərkən könüllü gəlməmiş, onu maşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Amil saxlanılarkən ailə üzvlərindən anası görmüşdür. Onu saxlayarkən paltarları – şalvarı cırılmamış, polis şöbəsində ona başqa bir şalvar verilməmişdir. Amili maşına mindirən ərəfədə onun anası da qapıdan çıxmışdır. Amilə qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün heroini üzərində saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, münasibətləri yaxşıdır. Ayın tarixin dəqiq xatırlamasa da Ağcabədi rayonunda Versal şadlıq evinin qarşısında yəni evinin yaxınlığında səs-küy gəlməsini eşidib çölə çıxmış və iki nəfərin Təqsirləndirilən şəxs maşına mindirmək istədiyini, Amilin anasının isə ona mane olduğunu görmüş, o, həmin şəxslərin polis əməkdaşı olduğunu bilib onlara etiraz etmiş, polis əməkdaşı isə Amilin “nəşə” alveri etdiyini demiş və Amilin şalvarından tutub dartmış, bu zaman Amilin şalvarı da cırılmışdır, sonra əraziyə post patrul avtomobili çağırıb onu polis şöbəsinə aparmışlar, lakin polis şöbəsində nə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs əynində cins şalvar olmuş, polislər də mülki formada olmaqla iki nəfər olmuşlar. Polislərdən birinin adı Fuad, digərinin adı isə Fariz və ya Fərid olmuşdur. Amilin narkotik istifadəçisi olmasını bilmiş, hətta ona düz yola qayıtmağı tövsiyyə etmiş, hətta narkotik istifadə etməməsi barədə ona söz vermişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının yaxınlaşmasını görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 16 iyul 2023-ci il tarixdə günortadan sonra Amil həyət qapısını açıb içəri daxil olmaq istəyəndə “ay mama” deyə qışqırmış, o, da səs-küyə çölə çıxmış və iki nəfər şəxsin Amili tutub aparmaq istəməsini görmüş və Amilin həmin şəxslərlə dava etdiyini fikirləşib həmin şəxslərdən nə olmasını soruşmuş, lakin həmin şəxslər ona qulaq asmamış və Amilin şalvarından tutub dartmışlar və bu vaxt Amilin şalvarı cırılmış, başqa şəxslər də həmin yerə gəlmiş, lakin polislər onu dartıb maşına salıb aparmışlar. Həmin şəxslər mülki geyimdə olmuş, onların polis olmasını bilməmişdir. Həmin vaxt Amilin əynində cins şalvar olmuşdur. Sonradan öyrənmişdir ki, Amili narkotikə görə polislər aparmışlar. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatı olmuşdur. Polislər Amili dartıb maşına salarkən şalvarı cırılan vaxt cibindən telefonu, təsbehi yerə düşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin saxlaması və istifadəsində şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 16 iyul 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 bükümdəki heroinlə bağlı hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (i.v. 05-06; 09; 27-28) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 18) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 16 iyul 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükümdə heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin heroin olduğunu, Ağcabədi şəhəri “SMU” deyilən ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (i.v. 27-28) -Materialların məhkəmə ekspertizasının 17 iyul 2023-cü il tarixli, 18/732 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi – 8,032 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (i.v.34-37) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 48-49) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)-99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 73-74) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 5(017)-134/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat – axtarış tədbirləri barədə Ağcabədi RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 16 iyul 2023cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. (i.v. 76) - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 506864626, 506934767, 513914066, 515621820, ********* və ********* saylı mobil nömrələr üzrə telefon danışıqları və sms mətnlərinə baxış keçirlmiş, nömrələr üzrə şübhəli zənglər aşkar edilməmişdir. Bundan başqa ********* mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən “naxarsan yaxsi kefiyetdi zapcasdar gelib qiymetide yarı qiymetine” sms mətnin yazılması müəyyən edilmişdir. (i.v. 96) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 1557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v. 127) - Ağcabədi RPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən mütəmadi olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroin onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsi müəyyən olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, digər formalarda kimlərəsə verməsini və tapşırığında göstərilən digər xüsusatları keçirilmiş əməliyyat tədbirləri nəticəsində hələlik müəyyən etmək mümkün olmamışdır. (i.v. 131) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 598 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakerioloji xüsusiyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal hazırda hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir və keçirmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabliyyətindədir. (i.v. 138-141) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində hər hansı miqdarda heroin olmadığını, polislər tərəfindən fiziki zor tətbiq edildiyi üçün onların verdiyi 01 bükümdə heroinin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində Ağcabədi şəhəri “SMU” adlanan ərazidə dəmir yolu relslərinin yanı ilə piyada hərəkətdə olan zaman yerdən 01 bükümdə heroin tapdığını, həmin heroinin isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində Ağcabədi rayonu ərazisindən narkotik vasitə tapdığını göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan siqaret qutusundan 01 büküm heroinin aşkar edilməsi ilə bağlı hər hansı hala etiraz etməmiş, onunla şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, Ağcabədi şəhərində “SMU” adlanan ərazidə yerdən tapdığını və şəxsi istifadəsi məqsədi ilə saxladığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(017)- 99/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılan zaman da polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə hər hansı fikir səsləndirməmişdir. Həmçinin ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 1557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs heroindən epizodik istifadə etmə halları olub. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə məhkəmə istintaqı zamanı əlavə şahid qismində dinrilimiş şahidlər - Şahid3, Şahid4 və Şahid5 məhkəmə istintaqında verdiyi ifadələrində hadisənin mexanizmi və inkişafı barədə yanlış məlumatlar verməklə məhkəmə istintaqını səhv yönə yönləndirməyə çalışmış, buna görə də məhkəmə həmin şəxslərin məhkəmə istintaqı zamanı göstərdiklərini cinayət işinin materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə həmin şahidlərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, şahidlər - Şahid3, Şahid4 və Şahid5 məhkəmə istintaqında belə ifadə verməklə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və cəzadan yayındırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması səbəbindən həmin narkotik vasitəyə dair etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir hədə və fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, onun hər hansı üsulla aldadılmadığını bildirmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs saxlanılarkən Ağcabədi RPŞ-nin polis əməkdaşları tərəfindən fizki zorakılığa məruz qalması barədə dəlilinin yoxlanılması ilə bağlı məhkəmə tərəfindən sonuncunun saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu vermiş və həmin sorğuya cavab olaraq Bakı istintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və həmin məktuba əlavə edilmiş 6464/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə PX-nin 02 saylı İstintaq Təcridxanasına daxil olmuş, müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, burun nahiyyəsində bir ədəd, hər iki qaş üstü nahiyyədə bir ədəd, kürək nahiyəsində bir ədəd çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq fiziki təzyiqlər edilməsinə, döyülməsinə görə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zorakılıq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsinə dair şübhəli məqamlar müəyyən edilmişdir. Belə ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********26 mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə daxil olan və çıxan zənglər, sms mətnləri, abonent siyahıları "xxxx" MMC-dən götürülmüş və müstəntiq tərəfindən həmin məlumatlara baxış zamanı mobil telefon danışıqlarında “heç bir şübhəli zəng aşkar edilmədi”yi, yalnız ********** mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən “Naxarsan yaxşı kefiyetdi zapcasdar gelib qiymetide yari qiymetine” sms mətnin yazılmasının müəyyən edildiyi, “başqa hər hansı bir şübhəli mesaj mətni aşkar edilmədi”yinə dair protokol tərtib olunmuşdur. Lakin qeyd olunan məlumatlar məhkəmə iclasında tədqiq edilərkən +**********26 saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil nömrələrdən daxil olan “sms” mətnlərində nömrə istifadəçisinə “Momu” deyə müraciət edilməsi, həmin nömrəyə yuxarıda qeyd edilən məzmunda “sms”lərin daxil olması müəyyən edilmişdir. Həmin “sms”lər onu göndərən nömrə istifadəçisinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ehtimalına kifayət qədər əsaslar verir, onu da diqqətə almaq lazımdır ki, bu “sms”lər əsasən gecə saatlarında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********26 mobil telefon nömrəsindən çıxan “sms”lərə də diqqət yetirdikdə onların da məzmunundan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ehtimalı önə çıxır. Daxil olan və çıxan smslərin məzmunundan görünür ki, “sms”lər nömrə istifadəçisinin, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olması qənaətinə gəlinməsinə kifayət qədər əsaslar verir. İstintaq və məhkəmə təcrübəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi zamanı qeyd olunan cinayətlərin subyektləri arasında narkotik vasitələr, psixotrop maddələr, habelə güclü təsir edən maddələr növlərindən asılı olaraq müxtəlif adlarla tanınması, “sms” və ya digər yazışmalarda həmin pərdələnmiş adlardan, o cümlədən narkotik vasitə heroinin əvəzinə “kakos”, “torpaq”, “kola”, “mal”, “aynoyn”, “disq” və s., narkotik vasitə tiryəkin əvəzinə “Daş”, psixotrop maddə olan metamfetaminin əvəzinə “patı”, “şüşə”, “duz” və s. kimi əvəzedici sözlərdən istifadə edilməsi bəllidir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etməsinə dair şübhələrin yaranmasına baxmayaraq bu halın təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət etdiyini və qanunvericiliklə bu kimi hallarda təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi əsası ilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatətin olması mütləq şərt kimi nəzərdə tutulduğundan məhkəmə ittiham funksiyasını öz üzərinə götürərək göstərilən halın araşdırılması ilə bağlı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq üçün səlahiyyətli deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Hazırki halda məhkəməyə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair dövlət ittihamçısının vəsatəti olmadığından məhkəmə işə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxmağa haqlıdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşmaq olar. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 16 iyul 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/732 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 15 sentyabr 2023-cü il tarixli, 1557 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Eminov X5 rayon Məhkəməsinin xx.xx.2008-ci il təvəllüdlü hökmü ilə CM-in 234.2-ci maddəsi ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə o, Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 112-114; 149-152) - Ədliyyə Nazirliyi Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum həmin tarixdə qeydiyyata düşmüşdür. 16 iyul 2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 10 ay 10 günü çəkmiş, 01 il 01 ay 16 gün çəkilməmiş cəzası qalmışdır. (i.v. 153) Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi nəzərə alınmır və Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Avşar kəndində yaşayır, evlidir, ailə tərkibi həyat yoldaşı və iki azyaşlı uşağından ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v.101-103) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, əməlində cinayətlərin residivi olmasa da cinayət törədərkən azadlıöın məhdudlaşdırılması cəzasını çəkməsini şəxsiyyətini xarakterizə edən hal kimi, həmçinin himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halın olduğunu və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Ona Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinin tələblərinə uyğun olaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 iyul 2023-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1557 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,932 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 1(017)-77/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası, CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,932 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Ağcabədi Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar