Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-202/2025 23.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, azyaşlı Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis-müəllim X12 oğlunun iştirakları ilə, - xx xxxx 1970-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, ikinci qrup müddətsiz əlilliyi olan, fərdi qaydada əməklə məşğul olmuş (fəhlə işləmiş), əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla, Salyan rayonunun Arbatan kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ildə istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Salyan rayonunun Arbatan kəndində yaşadığı evində xx xxxxxx 2016-cı il təvəllüdlü övladı Zərərçəkmiş şəxs azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsir etmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə onunla seksual xarakterli zorakılıq hərəkətləri edərək öz cinsi ehtirasını təmin etmək qərarına gəlib, bu məqsədlə qızı Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək ondan qaçmasının qarşısını alıb qucaqladıqdan sonra yataq otağındakı çarpayıya uzatmış, əynindəki paltarlarını çıxarıb yalnız alt tumanında qalmaqla özünün ereksiya vəziyyətində olan cinsiyyət üzvünü çıxardaraq sonuncunun ayaqları arasına sürtmüş, sonra isə ereksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla Zərərçəkmiş şəxs əlinə verib zor tətbiq etməklə və on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ildə istintaqa və məhkəməyə dəqiq məlum olmayan tarixdə və vaxtda Salyan rayonunun Arbatan kəndində yaşadığı evində qızı Zərərçəkmiş şəxs azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsir etmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə onunla seksual xarakterli zorakılıq hərəkətləri edərək öz cinsi ehtirasını təmin etmək qərarına gəlib, bu məqsədlə əynindəki paltarlarını çıxarıb yalnız alt tumanında qalmaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək ondan qaçmasının qarşısını alıb qucaqlayaraq özünə tərəf sıxıb irəliyə-arxaya hərəkətlər edərək bədənini zərərçəkmiş şəxsin bədəninə sürtməklə, daha sonra ereksiya vəziyyətində olan cinsiyyət üzvünü çıxardıb sonuncunun ayaqları arasına sürtməklə və ereksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla Zərərçəkmiş şəxs əlinə verib zor tətbiq etməklə və on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən 20 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində Salyan rayonunun Arbatan kəndində yaşadığı evində qızı Zərərçəkmiş şəxs azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsir etmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə onunla seksual xarakterli zorakılıq hərəkətləri edərək öz cinsi ehtirasını təmin etmək qərarına gəlib, bu məqsədlə əynindəki paltarlarını çıxarıb yalnız alt tumanında qalmaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək ondan qaçmasının qarşısını alıb qucaqlayaraq qucağında otuzdurub donunun ətəyini qaldıraraq əllərini qızının ayaqlarının arasına sürtmüş, ereksiya vəziyyətində olan cinsiyyət üzvünü çıxartmaqla qızına göstərib nümayiş etdirdikdən sonra Zərərçəkmiş şəxs qucaqlayıb divara söykəməklə özünə tərəf sıxıb irəliyə-arxaya hərəkətlər edərək bədənini zərərçəkmiş şəxsin bədəninə sürtməklə üzündən öpməyə başlamış, sonra isə qızının qışqırmaması üçün ağzını əli ilə tutaraq ereksiya vəziyyətində olan cinsiyyət üzvünü sonuncunun ayaqları arasına sürtməklə və ereksiya vəziyyətində olan cinsiyyət üzvünü zorla Zərərçəkmiş şəxs əlinə verib zor tətbiq etməklə və on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və bununla əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan olunmuşdur. Təqsirləndirilən şəxs həmin ifadəsində ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Salyan rayonunun Arbatan kəndində yaşayır, məhkum olunmamışdır, günəmuzd fəhlə işləmiş, spirtli içki qəbul etmiş, amma narkotik qəbul etməmişdir. Təxminən on beş ildir Arbatan kənd sakini Qanuni nümayəndə ilə evlidir, üçü oğlan, biri qız olmaqla dörd azyaşlı övladı var. Zərərçəkmiş şəxs onun qızıdır. Özünün cinsi fəaliyyət qabiliyyəti normal olsa da, arvadı Mədinə onunla yaxınlıq etmirmiş. Bu səbəbdən təxminən iki il əvvəl, ayı və günü yadında qalmayan tarixdə içkili vəziyyətdə evdə tək olarkən həmin vaxt altı yaşı olan qızı Zəhranı yanına çağırmış, sonra özü də bilmədən öz əynindəki paltarını çıxartmış və Zəhranı qucağına götürüb yataq otağına apararaq taxtın üzərinə uzandırmış, sonra özü də Zəhranın yanında uzanmış və öz cinsiyyət orqanının bərkidiyini görüb Zəhranın ayaqları arasına sürtməyə başlamışdır. Təxminən üç-dörd dəqiqə ərzində öz cinsiyyət orqanını Zəhranın ayaqları arasına sürtmüş, lakin ehtirası coşsa da, həmin vaxt boşala bilməmişdır. Sonra Zəhraya heç kimə heç bir söz deməməyi tapşıraraq otaqdan buraxıb, həyətə oynamağa göndərmiş, özü də paltarını geyinib həyətə düşmüşdür. Bundan təxminən bir il sonra axşam saatlarında yenidən içkili vəziyyətdə evdə tək olmuş, arvadı Mədinə həmin vaxt “Hacıoğlu” kafesində işlədiyi üçün evdə olmamışdır. Bu dəfə də cinsi ehtirası oyandığından öz yatağında yatan qızı Zəhranı qucağına götürüb evin o biri otağına aparmışdır. Əvvəlcə Zəhranın paltarını soyundurmuş, sonra öz paltarını əynindən çıxartmış və Zəhranın yanında uzanmışdır. Öz cinsiyyət orqanının bərkidiyini görüb Zəhranın cinsiyyət orqanına və ayaqlarının arasına sürtməyə başlamış, lakin iki-üç dəqiqə ərzində öz cinsiyyət orqanını Zəhranın cinsiyyət orqanına və ayaqlarına sürtsə də, boşala bilməmişdır. Bu vaxt Zəhra yuxudan ayılıb qorxaraq qışqırmış və otaqdan qaçıb həyətə getmişdir. 2024-cü ilin sentyabr ayının 20-də axşam saat 19 radələrində evdə içkili vəziyyətdə olmuş, arvadı Mədinə isə öz anası Şahid1 yaşadığı evə getmişdir. Yenə cinsi ehtirası oyanmış və yenə də qızı Zəhranı yanına çağırıb öz qucağında otuzdurmuş, sonra öz paltarını soyunmuş və yalnız alt paltarında qalmışdır. Sonra Zəhranın əynindəki donun ətəyini qaldıraraq yenidən uşağı qucağına götürmüş, Zəhranın arxasını otağın divarına söykəyərək özünü irəli-geri hərəkət etdirərək Zəhraya kərkinməyə başlamış, bundan sonra özünün bərkimiş cinsiyyət orqanını çıxardıb Zəhranın ayaqlarının arasına sürtməyə başlamış, daha sonra öz cinsiyyət orqanını Zəhranın əlinə verib tutmağını istəmiş, lakin Zəhra bunu etmək istəməyib qışqırmaq istədikdə, sağ əli ilə uşağın ağzını tutmuşdur ki, qışqıra bilməsin. Bu vaxt Zəhra onun sağ əlinin baş barmağını möhkəm dişləmiş, əli bərk ağrıdığı üçün Zəhranı buraxmışdır. Bu vaxt otağa arvadı Mədinə girmiş və onu bu vəziyyətdə görüb üstünə qışqıraraq evdən qovmuşdur. Cəmi üç dəfə Zəhraya qarşı seksual xarakterli həmin hərəkətləri etmiş, lakin hər üç dəfə də bunu niyə etdiyini anlaya bilməmişdir. Zəhraya qarşı həmin hərəkətləri edərkən həmin anda Zəhranın öz qızı olduğunu unudur, elə bilirmiş ki, həmin hərəkətləri arvadı Mədinəyə qarşı edir. Zəhradan başqa heç kimə qarşı seksual xarakterli hərəkətlər etməmişdir. Arvadı Mədinə, qayınanası Seyran onun əvvəllər də Zəhraya qarşı bu cür əxlaqsız hərəkətlər etdiyini bilməmiş və bununla bağlı ona heç bir söz deməmişlər. Bakı İstintaq Təcridxanasında həkimlər onu müayinə edən zaman dirsək və bədənin sol tərəfində köhnə xəsarət izləri aşkar etmişlər və o, həkimlərə demişdir ki, həmin xəsarətləri həbs olunmamışdan çox əvvəl yaşadığı evin həyətində iş görən zaman öz ehtiyatsızlığından yıxılma nəticəsində almışdır. Salyan Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularkən və daha sonra müvəqqəti saxlama yerində saxlanılan müddətdə polis əməkdaşları və digər dustaqlar tərəfindən ona qarşı heç bir fiziki zor göstərilməmişdir (iş vərəqi 198-200). Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara qarışıq məzmunda cavablar verərək əvvəlcə bildirmişdir ki, məhkəmədə elan olunmuş ifadəsini təsdiq etmir, əlildir, barmaqlarının bəziləri yoxdur, dörd övladı var və övladları ilə münasibəti yaxşı olmuşdur. Qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməmişdir. İbtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilmiş, lakin ona qızı Zəhraya qarşı əxlaqsız hərəkətlər etdiyini deməmişdir. İçki içən biri deyil, müstəntiqə niyə belə dediyini bilmir, onun günahı yoxdur, polis ona cinayəti boynuna almasını demişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ona ünvanlanmış suallara cavab olaraq həm də onu bildirmişdir ki, içkili vəziyyətdə olduğundan bilmədən qızı Zərərçəkmiş şəxs qarşı qeyd olunan hərəkətləri etmişdir. Məhkəmə iclasında baş verənləri dərk edir. Peşmandır, hadisə bilmədən olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona ittiham olunan əməl barəsində özünü gah təqsirli bilməsi, gah da təqsirli bilməməsi, suallara qeyri-dəqiq, anlaşılmaz cavablar verməsi məlum olmuş, müdafiəçisinin vəsatəti əsasında məhkəmə tərəfindən təkrar kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi haqqında qərar qəbul olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “təkrar kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci tarixli, 395 saylı rəyi məhkəməyə daxil olmuşdur (rəyin məzmunu hökmün təsviri hissəsində əks olunmuşdur). Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını və barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxs, azyaşlı zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, şahidlərin) məhkəmədə verdikləri ifadə və suallara cavablarını dinləyərək, onların ibtidai istintaq zamanı verdikləri ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və onunla ədavəti, düşmənçiliyi yoxdur. Valideynləri onu çox istəyirlər. Orta məktəbdə oxuyur və məktəbə gedib-gəlir. Atası ona qarşı əxlaqsız hərəkətlər etməmişdir. Atasını istəyir. Məhkəmədə azyaşlı Zərərçəkmiş şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.1, 329 və 327.1.3-cü maddələrinə (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Salyan rayonunun Arbatan kəndində atası Nəcəf, anası Mədinə və üç qardaşı ilə birlikdə yaşayır, Arbatan kənd məktəbinin ikinci sinfində oxuyur, sinif rəhbəri Şəlalə müəllimədir. Onlarla bir həyətdə amma öz evində nənəsi Seyran yaşayır. Atası onu az istəyir, ən çox onu anası istəyir, o da anasını çox istəyir. Onun altı yaşı olanda atası onu yanına çağırıb qucağına alıb anası ilə yatdığı otağa aparmışdır. Həmin vaxt evdə heç kim olmamış, anası işə getmiş, qardaşları isə həyətdə oynayırmışlar. Atasının əynində ancaq tumanı olmuş, başqa paltarı yox imiş. Atası onu otaqdakı taxtın üzərinə qoymuşdur. Sonra atası onun yanına uzanmış və öz tumanından şeyini çıxardıb onun ayaqlarının arasına sürtməyə başlamış, daha sonra isə öz şeyini onun əlinə vermiş, atasının verdiyi şeyi əlinə almaq istəməmiş, amma atası zorla onun əlini tutub öz şeyinə sürtməyə başlamışdır. Qorxub qışqırmış, atası onu buraxmış, o da qaçıb həyətə getmişdir. Sonra nənəsinin yanına gəlib hər şeyi nənəsinə danışmış, nənəsi də başını yelləmiş, daha sonra demişdir ki, ana işdən gələndə hər şeyi anaya deyəcəkdir. İkinci dəfə yeddi yaşı olanda atası yenə ona qarşı həmin pis hərəkətləri etmişdir. Yenə evdə heç kim yox imiş, evdə yatmış, anası isə “Hacıoğlu” kafesində işlədiyi üçün işə getmişdir. Atası onu yuxudan oyadaraq qucağına götürüb öz otağına aparmışdır. Həmin vaxt atası paltarsız olmuş, əynində bir dənə alt paltarı tumanı var imiş. Atası yenə onu qucağına götürmüş və yenə ona qarşı pis şeylər etməyə başlamış, onun əllərindən tutub divara söykəyib özünü dala-qabağa yellətmiş, öz ayağının arasında sallanan şeyini onun hər iki ayağına sürtməyə başlamış, sonra həmin şeyi onun əlinə vermişdir. Yenə qorxub qışqırmış və atası onu buraxanda qaçıb həyətə getmişdir. Bu barədə anası ilə nənəsinə heç nə deməmişdir, çünki atası demişdir ki, heç kimə heç nə danışmasın. Axırıncı dəfə ikiüç gün bundan əvvəl atası həmin pis hərəkətləri yenə ona qarşı eləmişdir. Axşam vaxtı anası işdən gəlib onlarla bir həyətdə yaşayan nənəsi Seyranın evinə getmişdir. Atası ilə birlikdə evdə tək olmuş, qardaşları həyətdə oynamışlar. Atası onu yanına çağırmış və qaldırıb öz qucağında otuzdurmuşdur. Həmin vaxt atasının əynində bircə tumanı olmuşdur. Sonra atası onun əynindəki donun ətəyini qaldırıb əlini ayaqlarının arasına sürtməyə başlamış, öz ayağının arasında sallanan şeyini çıxardıb ona göstərmiş və bunun nə olduğunu soruşmuş, o isə bunun nə olduğunu bilmədiyini demiş və atasının tuman olan hissəsinə bir yumruq vurmuşdur. Sonra atası yenə onu divara söykəmiş və əllərindən tutub özünü dala-qabağa hərəkət etdirib ona sürtünməyə başlamış, yenə öz tumanından şeyini çıxardıb onun ayaqları arasına sürtməyə başlamış, böyüyən həmin şeyini onun əlinə vermişdir. Atasının onun əlinə verdiyi şeyi tutmaq istəmədikdə atası onun əlindən tutub əlini öz şeyinə sürtməyə başlamışdır. Həmin vaxt atası iki dəfə onun üzündən öpmüşdür. Atasının etdiklərindən qorxmuş, əlindən çıxıb qaçmaq istəmiş, amma atası onu buraxmamış, bərk-bərk tutub saxlamış, sağ əli ilə onun ağzını yummuşdur. Bərk qorxmuş və qışqıraraq atasının sağ əlinin içərisini dişləmişdir. Bu vaxt səsə anası otağa gəlmiş və atasının üstünə qışqıraraq, sonuncunu evdən qovmuşdur. Sonrakı gün oxuduğu məktəbə getmiş və məktəbdə müəllimələr onunla söhbət edən vaxt atasının ona qarşı etdiyi pis hərəkətləri müəllimələrinə danışmışdır. Sonra anası onu götürüb polislərin yanına gətirmiş və o, hər şeyi polislərə danışmışdır. Atası üç dəfə ona qarşı belə pis hərəkətlər etmiş, ona qarşı belə hərəkətləri edən vaxt atasının əynində ancaq tumanı olmuşdur. Atasının bədənində məməşlərini və göbəyini görmüşdür. Atası onun paltarını soyundurmamışdır. Atası ancaq özü soyunmuşdur. Hər şeyi olduğu kimi danışmışdır, başqa deyəcəyi bir şey yoxdur (iş vərəqi 61-63). Azyaşlı Zərərçəkmiş şəxs ifadələri arasındakı fərqi onunla əlaqələndirmişdir ki, onu Zülfiyyə müəllimə vurmuş, yalan danışdığı halda anasına deyəcəyini söyləmişdir. Atasının ona qarşı əxlaqsız hərəkətlər etdiyini deməsini Zülfiyyə müəllimə bildirmişdir. Atasının belə hərəkətlər etmədiyini deyəndə Zülfiyyə müəllimə onu vurmuşdur. Müəllimlər ona atası haqqında deməli olduğu sözləri o biri sinif yoldaşlarına deməmiş, onlardan öz ataları barədə belə sözlər demələrini tələb etməmişlər və müəllimlərinin ona qarşı niyə belə davrandıqlarının səbəbini bilmir. Ata və anasından narazılığı yoxdur. Onu məhkəmədə hansısa sözləri deməsi üçün heç kim qorxutmamışdır. Məhkəmədə azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əri, azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs isə qızıdır, onlarla ədavət və ya düşmənçiliyi yoxdur. 2024-cü ilin sentyabr ayının xatırlamadığı günündə qızı Zəhranı məktəbə aparmış, bir qədər sonra məktəbdə olan polis əməkdaşı ona zəng edib, Zəhranın anası olubolmadığını soruşmuş, cavabında anası olduğunu deyərək qızına nəsə olub-olmamasını soruşmuş, polis qızına heç nə olmadığını demiş və o, məktəbə çağırılmışdır. Məktəbə getmiş, amma qızını orada görə bilməmişdir. Məktəbdə onun xəbəri olmadan qızını danışdırıb səsini yazmışlar. Qızının başına ittiham aktında qeyd olunan hərəkətlər gəlməmişdir və bütün bunlar məktəbin yalanlarıdır. Qanuni nümayəndə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla on üç-on dörd il əvvəl ailə qurmuşdur. Birgə nikahdan dörd uşağı olmaqla, böyük övladlarının on iki yaşı var. Ərinin əllərində problem var, əlildir və buna görə pensiya alır. Nəcəflə ailəli olduğu müddət ərzində onun psixi vəziyyəti ilə əlaqədar anormal hərəkətlərini görməmişdir, ümumiyyətlə, ərinin psixi xəstəliyi yoxdur, ondan heç bir pislik görməmişdir, amma əri evdə hər şeyə əsəbiləşir, qışqırırmış. Nəcəf fəhlə işləyərək ailəni dolandırmış, hər gün işə gedib-gəlmişdir. Nəcəf tutulduqdan sonra evinin ruzisi kəsilmişdir. Hazırda uşaqlarının dördü də xəstədir. Nəcəf spirtli içki qəbul etməmiş, siqaret çəkməmişdir. Nəcəfin ifadəsində içki içməsi barədə bildirməsini onun əqli çatışmazlığı olması, danışığını bilməməsi ilə əlaqələndirmişdir. Bu səbəbdən əri etmədiyi hərəkətləri etdiyini yalandan etiraf etmişdir. Əri barədə söz-söhbətin necə yarandığını bilmir. Uşaqlarının atalarına qarşı münasibəti yaxşı olmuş, Nəcəf uşaqları döyməmişdir. Anası Şahid1 ilə əri Nəcəfin qızı Zəhraya qarşı əxlaqsız hərəkətlər etməsi barədə söhbəti olmamışdır, çünki, belə bir hadisə baş verməmişdir. Qızı Zəhra ilə məktəbdə olanlar barədə danışmış, uşağı ona, “mama, məni bağışla, məni qorxutdular deyə yalan danışdım” demişdir. Zəhra qorxduğuna görə yalan danışmışdır. Məktəbdə qızına pul təklif etmişlər. Belə ki, məktəbdə Zəhraya “evdə olanları düzgün deməsən, anana deyəcəyik, ata-anan səni döyəcəklər, pulu al, hər şeyi bizə de” demişlər, Zəhra da pulu görüb ürəyi açılmış, danışmış, həqiqətdə isə qızının dediyi hadisələr baş verməmişdir. Qızı ona atasından şikayət etməmiş, atasının ona qarşı əxlaqsız hərəkətlər etdiyini deməmişdir. Zəhra müəllimlərin verdiyi pulu evə gətirməmişdir. Çünki, müəllimlər uşaqdan pulu alıb ona flomaster (rəngli qələm) hədiyyə etmişlər. Zülfiyyə müəllimə qızı Zəhranı qorxutmuş, özünün dediyi sözləri deyəcəyi halda ona pul verəcəyini bildirmiş və nəticədə qızı evdə baş verməmiş hadisələri məktəbdə danışmışdır. Arbatan kənd tam orta məktəbinin direktor əvəzi Şahid2 və həmin məktəbin müəllimi Zülfiyyə adlı şəxsdən şikayətçidir. Onlara görə ailəsi haqsız yerə məhkəməlik olmuşdur. Məktəb açılanda ilk günlər qızı Zəhranın geyimi olmadığına görə onu məktəbə göndərməmiş, özü isə “Hacıoğlu” restoranında işləyərək qızına geyim almış və bundan sonra sonuncunu məktəbə göndərmişdir. Oğlu İlkin isə bu müddətdə məktəbə getmişdir. Məktəb açılandan təxminən beş gün sonra Zəhra məktəbə getməyə başlamışdır. Şikayət ərizəsindəki imza ona məxsusdur, lakin ərizədə nə yazıldığını bilməmiş, qorxduğuna görə ərizəni imzalamışdır. Polislər oğlu İlkini də şöbəyə çağırmışlar. Oğlu atasının heç bir əxlaqsız hərəkət etmədiyini demiş, bundan sonra İlqar adlı polis əməkdaşı oğlunu təhqir etmişdir. Qızı Zəhra onun iştirakı ilə keçirilmiş dindirmə zamanı müstəntiqə yalan ifadə vermişdir. Əri Təqsirləndirilən şəxs şikayətçi deyil, ona qarşı heç bir iddia və ya tələbi yoxdur və məhkəmədən ərinin azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmədə Qanuni nümayəndə verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329 və 327.1.3cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan rayonunun Arbatan kəndində yaşayır. Təqsirləndirilən şəxs əridir, barəsində şikayət ərizəsini özü yazmışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə on üç-on dörd il əvvəl ailə qurmuşlar, üç oğlan və bir qız övladı vardır. Qızları Zərərçəkmiş şəxs xx xxxxxx 2016-cı il təvəllüdlüdür, E.Ağayev adına Salyan rayonu Arbatan kənd tam orta məktəbinin ikinci sinif şagirdidir. Onlarla bir həyətdə öz evlərində atası Ümüdvar və anası Seyran yaşayırlar. Salyan rayonundakı “Hacıoğlu” restoranında qabyuyan işləmiş, sentyabrın 15-də uşaqların dərsləri başladıqda məcbur qalıb işdən çıxmışdır. 2024-cü il sentyabrın 20-də, saat 18 radələrində evdən çıxıb onlarla bir həyətdə yaşayan anası Seyrangilə getmiş, təxminən bir saat ərzində onlarda olmuş, öz evinə qayıdıb otağa girdikdə görmüşdür ki, əri Nəcəf lütdür, əynində yalnız tumanı var, qızı Zəhranı qucağında tutub arxası divara söykəyib qabağdan uşağa kərkinirmiş. Nəcəfin qızları Zəhranı divara söykəyib irəli-geri hərəkət etdiyini gördükdə bərk əsəbləşmiş, onun üzərinə qışqırıb nə etdiyini soruşub, uşağı sərbəst buraxmasını tələb etmişdir. Nəcəf onu gördükdə özünü itirmiş, uşağı buraxıb paltarlarını geyinməyə başlamışdır. Nəcəfdən uşaqla nə etdiyini soruşduqda, cavab vermişdir ki, uşaqla məşq edirmiş. Ərindən nə məşqi etdiyini soruşduqda, cavab vermişdir ki, elə-belə məşq edir. Əsəbi halda Nəcəfin üstünə qışqırıb evdən rədd olub getməsini tələb etmiş, o da paltarını geyinib həyətə düşmüşdür. Həmin vaxt səsinə gələn anası nə baş verdiyini soruşduqda, bir az əvvəl Nəcəfin qızı Zəhra ilə etdiyi nalayiq hərəkətləri öz gözü ilə gördüyünü anasına danışıb, Nəcəfi evdən qovduğunu demişdir. Sentyabrın 23-də onu və qızı Zəhranı Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər və burada ona məlum olmuşdur ki, qızı Zəhra atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlər barədə oxuduğu məktəbdə müəllimələrinə danışmışdır. Daha sonra Zəhra onun və müəlliminin iştirakı ilə danışmışdır ki, ayrı-ayrı vaxtlarda evdə heç kim olmayanda atası onu öz yanına çağırıb, paltarlarını soyunub özünün cinsiyyət orqanına onun ayaqlarına sürtmüş, cinsiyyət orqanını onun əlinə vermişdir. Ona görə də əsəbiləşərək əri Nəcəfin cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayət ərizəsi yazmışdır. Daha sonra qızı Zəhra onun və müəlliminin iştirakı ilə videoçəkiliş aparılmaqla zərərçəkmiş şəxs qismində ifadə vermişdir. Zəhra atasının əvvəllər də ona qarşı bu cür əxlaqsız hərəkətlər etdiyini ona deməmişdir, əgər Zəhra bunu desəydi, o zaman da polisə şikayət edərmiş. Anası Seyran da ona əri Nəcəfin qızı Zəhraya qarşı əxlaqsız hərəkətlər etdiyini heç vaxt deməmişdir, anası bu kimi halların baş verdiyini bilmiş olsaydı, mütləq ona deyərmiş. Əri Nəcəfin cinsi fəaliyyət qabiliyyəti yaxşıdır, o bir arvadı kimi narazı deyilmiş, onlar yalnız təbii yolla cinsi əlaqədə olmuşlar, cinsi əlaqədə olarkən Nəcəf ona qarşı heç vaxt zorakılıq və qəddarlıq göstərməmişdir. Əri Nəcəfin öz qızları Zəhraya qarşı ayrı-ayrı vaxtlarda zorakılılıqla əxlaqsız hərəkətlər etdiyinin səbəbini bilmir (iş vərəqi 65- 66). Qanuni nümayəndə ifadələri arasındakı ziddiyyətə aydınlıq gətirərkən bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə vermiş, müstəntiq ona “bura qol çək, qızın dediyini təkrarla, ərini buraxacağıq” demiş, o da aldanıb imza atmış, qızının dediklərini təkrarlamış, amma əri evə qayıtmamışdır. İfadəsində nə yazıldığını bilməmişdir. Səkkizinci sinfə qədər məktəbə getsə də, oxuyub-yazmağı bacarmır, müstəntiq ifadəni kompüterdə yazmış, o da imzalamışdır. İfadəsində yalan demişdir. Müstəntiq onu qorxudub elə ifadə verməsə, qızını, onu və anasını “içəri atmaq”la təhdid etmişdir. İzahatı aldanaraq vermişdir. Polis əməkdaşları ilə ailəsi arasında ədavət yoxdur. Polisin onu aldatması barədə heç kimə şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, azyaşlı Zərərçəkmiş şəxs ilə onun qanuni nümayəndəsi Qanuni nümayəndə tanıyır, onlarla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. Salyan rayonunun Arbatan kəndində yerləşən E.Ağayev adına tam orta məktəbdə direktoru əvəz edir. Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayında məktəbə gəlməmiş, Zəhranın sinif rəhbəri ilə təşkilatçı müavini onun yaşadığı evə göndərmiş, evə gedib-gəlmişlər və heç bir problem aşkar olmamışdır. Bundan sonra Zəhra məktəbə gəlməyə başlamışdır. Müəyyən yerlərdən onlara Zəhranın başqa uşaqlara müəyyən hadisələr danışdığı barədə məlumat sızmışdır. Deyilənləri dəqiqləşdirmək məqsədi ilə məktəbin psixoloqu Aynurə Babayevaya şagird Zərərçəkmiş şəxs ilə fərdi qaydada söhbət etməyi tapşırmış, Aynurə də Zəhra ilə fərdi qaydada söhbət etdikdən sonra ona bildirmişdir ki, söhbət zamanı Zəhra evlərində valideynlərinin ona laqeyd münasibət bəslədiyini, atasının ona qarşı qeyri-etik hərəkətlər etdiyini bildirmişdir. Bundan sonra Salyan Rayon İcra Hakimiyyətinin Başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının böyük məsləhətçisi Sevinc Səmədova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan təhsil sektorunun metodisti Yeganə Cəfərova, Salyan Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların işləri üzrə əməkdaşı Nihat Həsənlini məktəbə dəvət etmiş və onlar şagird Zərərçəkmiş şəxs dinləmişlər. Həmin söhbət zamanı Zəhra hələ altı yaşı olanda evdə tək olduğu vaxt atası Nəcəfin evə gəlib onu yanına çağıraraq əynindəki paltarları soyundurduğunu, qucağına götürərək evin o biri otağına aparıb taxtın üzərinə qoyduğunu, atasının öz əynində olan paltarları soyunduğunu və ona qarşı pis şeylər etdiyini, bundan bir müddət sonra axşam vaxtı evdə yatdığını, anasının həmin vaxt işlədiyi “Hacıoğlu” kafesində işdə olduğunu, atası onu yuxudan oyadaraq o biri otağa apardığını, yenə də onu öz qucağına götürdüyünü və əynindəki paltarları soyundurduğunu, atasının da soyunduğunu və atasının yenə də ona qarşı pis şeylər etdiyini, təxminən iki-üç gün əvvəl axşam saatlarında anasının nənəsi Seyranın yaşadığı evə getdiyini, atasının onu yanına çağıraraq qucağında otuzdurduğunu, sonra atasının öz əynindəki paltarlarını soyunduğunu, onun da donunun ətəyini qaldırdığını, atasının ona nəsə göstərib həmin şeyin nə olduğunu ondan soruşduğunu, o isə bunun nə olduğunu bilmədiyini dediyini, atasının ona qarşı pis şeylər elədiyini, bundan qorxub qışqıraraq atasının əlini dişlədiyini, atasının onu buraxdığını, həmin vaxt anasının gəlib atasına acıqlandığını bildirmişdir. Zəhranın bu kimi hadisələri danışmasından sonra atası Nəcəfin barəsində polis orqanı tərəfindən qanuni tədbir görülməsi məqsədilə tərəflərindən akt tərtib edilərək Salyan Rayon Polis Şöbəsinə göndərilmişdir. Şahid2 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, 2024-cü ilin iyun ayından direktor əvəzi işləyir. Bundan əvvəl təlim-tərbiyə işləri üzrə müavin işləmişdir və hazırda da təlim-tərbiyə işləri üzrə müavin səlahiyyətlərini icra edir. 2025-ci ildə dərslər başlayanda Zərərçəkmiş şəxs məktəbə gəlməmişdir. Adətən ilk beş gündə sinif rəhbərləri uşağın məktəbə gəlməmə səbəbi ilə maraqlanırlar. Məlum hadisə barədə eşitiyinə görə sentyabr ayının təxminən 19-u təşkilatçı ilə sinif rəhbərini Zəhranın yaşadığı ünvana göndərmişdir. Belə ki, hadisə barədə məktəbin müəllimlərindən biri ona Zəhranın uşaqların yanında bu barədə danışdığını demişdir. Məlumatı verən sinif rəhbəri olmamış, ümumiyyətlə sinif rəhbərinin baş verənlərlə əlaqəsi olmamışdır. Məlumatı verən müəllim məktəbdə işləyən, lakin Zəhraya dərs verməyən müəllimdir. Həmin müəllim də hadisə barəsində kənddə kimlərdənsə eşitmişdir. Məlumatın ilkin mənbəyini bilmir. Müəllimlər təhdid altında qaldıqları üçün Zəhra barədə məlumatı ilk olaraq hansı müəllimin verdiyini deyə bilməz. Özü də hazırda Qanuni nümayəndə qardaşları tərəfindən təhdid olunur. Ümumiyyətlə Zəhranın ailəsi problemli ailədir. Bilirdi ki, hadisə barədə uşağın anası ilə danışmağın mənası yoxdur. Zəhranın atasını görməmişdir və tanımır, lakin fəhlə işlədiyini bilir, dəli təfəkkürlü insan olduğunu eşitmişdir. Qanuni nümayəndə ilə dəfələrlə ünsiyyətdə olmuşlar. Uşağın davamiyyəti, təmizliyi barədə problemlər olmuş, başında bit olduğundan dərman alıb vermişlər. Qeyd etdiyi səbəblərdən dəfələrlə uşağın anası ilə əlaqə saxlamışlar. Telefon əlaqəsi saxlaya bilməyəndə yazılı müraciətləri olmuşdur. Zülfiyyə müəllim Zəhranın səsini yazmamışdır. Dindirilmə zamanı uşaqdan sonra otağa daxil olmuşdur. Aynur müəllim məktəbin təşkilatçısıdır. Onun tapşırığı əsasında Aynur müəllimə vəzifəsini icra etmiş və görülən iş aktlaşdırılmışdır. Zülfiyyə müəllim uşaqla səmimi ünsiyyət qurmaq üçün iştirak etmiş, uşaq da onu yaxın bilib danışmışdır. Hadisə barədə eşidəndən sonra Zəhranın qohumları ilə danışmamış, Sevinc Səmədovaya məlumat vermişdir ki, məsələnin araşdırılması işi ilə o məşğul olsun. Zəhra növbəti dəfə təşkilatçının otağında Sevinc xanımın iştirakı ilə dindirilmişdir. Polis şöbəsində uşaqdan ifadə alınanda məktəbin psixoloqu ilə birlikdə iştirak etmişlər. Zəhraya qarşı heç bir təzyiq olunmamışdır. Polis tərəfindən təzyiq olunmasını müşahidə etməmiş, Zəhra sərbəst şəkildə, onun dinlədiyi səs yazısındakı ifadə ilə eyni məzmunda ifadə vermişdir. DSMF-yə, Sevinc xanıma dəfələrlə demişdir ki, bu ailənin dörd uşağına yazığı gəlir. Zəhranın hazırda əynində olan geyimlərini də məktəbin müəllimi almışdır. Bu ailənin uşaqlarının təmizliyi qaydasında olmurmuş. Bir ana kimi öz öhdəliklərini yerinə yetirməyən şəxsə hadisə barədə məlumat verə bilməzdi, çünki heç bir nəticə əldə olunmayacaqdı. Deyilənlərin yalan çıxmasına ümid etdiyini, uşağın atasız qalmasını istəmədiyini bildirmişdir. Qanuni nümayəndə oğlu İlkin hazırda dərslərə gəlmir, summativ qiymətləndirmədə iştirak etməmiş, anası uşağın xəstə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsi, azyaşlı Zərərçəkmiş şəxs nəvəsi, Qanuni nümayəndə isə qızıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Nəcəfin ailəsi ilə bir həyətdə yaşayır. Quşçuluq fabrikində fəhlə işləyir, gecə saat 01-də evə gəlir. İşdən evə gələndə Zəhranın atasının tutulduğunu öyrənmişdir. Belə ki, Zəhranın ağladığını görmüş, nə baş verdiyini soruşanda müəllimin onu tutub apardığını, danışdırıb səsini telefona yazdığını, aldadıb pul verdiklərini, pulu götürdüyünü bildirmiş, gecə səhərəcən ağlayıb atasını istədiyini demişdir. Sonra müəllim işləyən qonşusunun yanına getmiş və ondan nə baş verdiyini soruşmuş, müəllim də Zəhranın məktəbdə nələrisə danışdığını demişdir. Söhbət əsnasında yeznəsi Nəcəfin nəvəsi Zəhraya qarşı əxlaqsız hərəkətlər etdiyi barədə sonuncunun məktəbdə danışdığını öyrənmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, adətən gecə işə gedib növbəti gecə evə qayıtdığından evdə olanlardan xəbəri olmamışdır. Qızı Mədinə ilə eyni həyətdə yaşadığından onu mütəmadi olaraq görmüşdür. Zəhra ona Nəcəflə bağlı heç nə deməmiş, bu barədə Mədinə də ona heç nə bildirməmişdir. Ailədə belə bir hadisənin olmasından məlumatları olmamışdır. Nəcəf tutulandan sonra hadisə barədə öyrənmişdir. Zəhra ona qorxudulduğu üçün atasının əleyhinə ifadə verdiyini bildirmişdir. Məhkəmədə Şahid1 verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329 və 327.1.3-cü maddələrinə (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, əri Ümüdvar ilə birlikdə Salyan rayonunun Arbatan kəndində yaşayır, Kürqaraqaşlı kəndindəki quşçuluq fabrikində fəhlə işləyir. Adı Ceyran olsa da, 2013-cü ildə Salyan Rayon Polis Şöbəsinin pasport xidmətində şəxsiyyət vəsiqəsini dəyişdirən zaman pasport xidmətinin əməkdaşları tərəfindən şəxsiyyət vəsiqəsində səhvən adı Seyran kimi yazılmışdır. Onlarla bir həyətdə qızı Mədinə əri Təqsirləndirilən şəxs və dörd azyaşlı uşağı ilə öz evlərində yaşayırlar. Mədinə əvvəllər quşçuluq fabrikində fəhlə, son iki-üç ayda isə “Hacıoğlu” restoranında qab yuyan işləmiş, uşaqların dərsi başladıqdan sonra işdən çıxmışdır və hazırda işləmir. Qızının əri Nəcəf günəmuzd fəhlə işləmiş, əlilliyə görə pensiya almışdır. Zərərçəkmiş şəxs onun nəvəsidir. 2024-cü il sentyabrın 20-də, saat 18 radələrində Mədinə onlara gəlmiş, təxminən bir saat onlarda olduqdan sonra çıxıb öz evinə getmişdir. Bundan təxminən dörd-beş dəqiqə sonra həyətdə olan zaman Mədinə qışqırıb əri ilə dalaşdığını eşidib qızının evinə gəlmişdir. Nə baş verdiyini soruşduqda Mədinə ona demişdir ki, qayıdıb evə girəndə Nəcəfin alt paltarında qızı Zəhranı qucağında tutub uşağa kərkindiyini görmüşdür. Həmin vaxt fikir vermişdir ki, həqiqətən Nəcəfin əynində alt paltarından və yaxası açıq köynəyindən başqa heç bir geyim yoxdur. Mədinə sakitləşməyərək Nəcəfi evdən qovmuş, Nəcəf də əynini geyinib evdən çıxmışdır. Sentyabrın 23-də qızı Mədinə ilə nəvəsi Zəhranı Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə polis şöbəsinə getmiş və məlum olmuşdur ki, Zəhra atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlər barədə oxuduğu məktəbdə öz müəllimələrinə danışmış, məktəb direktoru da bu barədə polisə şikayət etmişdir. Daha sonra nəvəsi Zəhra anasının və müəlliminin iştirakı ilə müstəntiqə danışmışdır ki, evdə heç kim olmayan vaxtlarda atası onu öz yanına çağırıb, paltarlarını soyunub özünün cinsiyyət orqanını onun ayaqlarına sürtmüş və cinsiyyət orqanını onun əlinə vermişdir. Nəvəsi Zəhranın altı yaşında olarkən atasının ona qarşı etdiyi əxlaqsız hərəkətləri barədə güya ona dediyi doğru deyilmiş, nəvəsinin niyə belə ifadə verdiyini izah edə bilmir, çünki Zəhra atasının ona qarşı etdiyi bu cür hərəkətlər barədə heç vaxt ona heç bir söz deməmişdir. Əgər əvvəllər Zəhra bu barədə ona bir söz demiş olsaydı, o zaman özü polisə şikayət edərmiş. Nəcəfin əvvəllər də bu cür hərəkətlər etdiyindən onun heç bir xəbəri və məlumatı olmamışdır (iş vərəqi 102-103). Şahid1 ifadələri arasındakı ziddiyyəti onunla əlaqələndirmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmişdir, oxuyub-yazmağı bacarmır. Təqdim olunan sənədləri müstəntiqin ona sənədə imza atmasını, bu halda Nəcəfin buraxılacağını deməsi əsasında imzalamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş və ifadələri elan olunmuş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs mənəvi və fiziki zərər yetirildiyindən o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 01). Azərbaycan Respublikası Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan Rayon E.Ağayev adına Arbatan Kənd tam Orta Məktəbinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş eyni tarixli aktından görünür ki, həmin məktəbin 2A sinif şagirdi Zərərçəkmiş şəxs ilə aparılmış fərdi söhbət zamanı ona qarşı evdə valideynlərinin laqeyd olması, atasının şagirdə qarşı məişət zorakılığı etdiyi, mənası tam anlaşılmayan qeyri-etik davranışının olduğu müəyyən edilmişdir (iş vərəqi 04- 05). Qanuni nümayəndə Ümidvar qızının Salyan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, həmin tarixdən iki-üç gün əvvəl evdə əri Təqsirləndirilən şəxs tərəfindən azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər edilməsinin şahidi olmuş və buna görə ərinin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (iş vərəqi 06). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilmişdir (iş vərəqi 24; 31). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 67-68). Salyan Rayon Məhkəməsinin 4(057)-85/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 86-90). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.1990-cı il tarixli müayinə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs “Oliqofreniya imbesillik dərəcəsində” diaqnozu ilə ikinci qrup müddətsiz əlilliyi olan şəxsdir (iş vərəqi 104; 153). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 118-120). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin “sağlamlığa zərərvurmanın təyininə dair’’ xx.xx.2024-cü il tarixli, 461 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ əlin birinci barmağının səthi yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dişləmə nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqi 121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə müəssisənin tibb-sanitar hissəsində müayinədən keçirilən zaman Təqsirləndirilən şəxs sağ dirsək nahiyyəsində və gövdənin sol tərəfində qərtməkli yara xəsarətləri aşkar edilmiş və şəxs özü həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını demiş, bundan başqa, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli ifadəsində də eyni cavabı vermiş, əlavə olaraq qeyd olunan xəsarətləri həbs olunmamışdan çox əvvəl yaşadığı evin həyətində iş görən zaman öz ehtiyatsızlığından yıxılma nəticəsində almasını, şübhəli şəxs qismində tutularkən və daha sonra müvəqqəti saxlama yerində saxlanılan müddətdə polis əməkdaşları və digər dustaqlar tərəfindən ona qarşı heç bir fiziki zor göstərilməməsini bildirmişdir (iş vərəqi 135; 177-178). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 136). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Pubik Hüquqi Şəxs “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada narkoloji və psixonevroloji qeydiyyatda yoxdur (iş vərəqi 137). Azərbaycan Respublikası Salyan Rayonu İcra Hakimiyyəti başçısının Arbatan Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşamış, ailə tərkibi arvadı, xx.xx.2013-cü il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il təvəllüdlü oğlanları və xx.xx.2016cı il təvəllüdlü qızından ibarətdir və yaşayış yeri üzə müsbət xarakterizə olunur (iş vərəqi 143-144). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2896 nömrəli rəyində göstərilmişdir ki, məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə:- yoxlanılan şəxs Təqsirləndirilən şəxs orta dərəcəli əqli gerilik müəyyən edilir. Onda qərarın təsviri hissəsindəki cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra da orta dərəcəli əqli gerilik müəyyən edilir. Lakin o, onda müəyyən edilən əqli geriliklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qeyd olunan orta dərəcəli əqli gerilik onu ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, o, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə:- Təqsirləndirilən şəxs qavrama proseslərində lənglik, təfəkkürünün konkret tipli olması, təhlil-tərkib proseslərində zəif çıxış etməsi, tənqidi münasibətin normadan aşağı olması, əsas məqamları ikinci dərəcəlidən ayırmaqda çətinlik çəkməsi, proqnozlaşdırma funksiyasında zəiflik, mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşünün, elmi biliklərin və söz ehtiyatının kasad olması, yaddaşının mexaniki xarakter daşıması, diqqətinin gec mərkəzləşməsi, dayanıqsız olması, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq və s. kimi əlamətlər aşkar olunmaqla əqli-intellektual imkanlarında orta dərəcəyə uyğun gerilik müəyyən edilir, fərdi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs müəyyən edilən orta dərəcəli əqli geriliklə əlaqədar kənar təsir altına düşməsi mümkündür (iş vərəqi 149-152). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 491 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir (iş vərəqi 154-157). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 519 nömrəli rəyində göstərilmişdir ki, 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir, onun qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, arxa keçəcək dəliyi nahiyyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir dəyişiklik və xəsarət izi aşkar edilməmişdir (iş vərəqi 158-161). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3340 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə:- Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir; məhkəmə-psixoloji ekspertizası üzrə:- Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları, qavrama qabiliyyəti yaş xüsusiyyətlərinə uyğundur, sakit təbiətlilik, həssaslıq, özünü müdafiə etməkdə çətinlik çəkmək və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, hadisəni yadda saxlaya, təsvir edə və bu barədə danışa bilər, lakin azyaşlı olduğundan iş üçün əhəmiyyətli halları dərk etmək qabiliyyətinə malik deyil, təlqinə qapıla və başqalarının təsiri altında hərəkət edə bilər. Onda özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilməmişdir, lakin o, azyaşlı olduğundan başqalarının təsiri altında yalan danışa bilər, onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq, yaş xüsusiyyətlərindən asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilməmişdir (iş vərəqi 162-166). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və düzəlişlər edilməklə ona, həmin maddə ilə yenidən ittiham elan olunmuş; Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində müayinə keçirilən zaman Təqsirləndirilən şəxs sağ dirsək nahiyəsində və gövdənin sol tərəfində qərtməkli yara xəsarətlərin aşkar edilməsi xüsusatı üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; istintaq hərəkətlərinin (azyaşlı zərərçəkmiş şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması) keçirilməsi zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən DVD disklər maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 179-190; 192-193). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Təkrar kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci tarixli, 395 saylı rəyində göstərilmişdir ki, ekspert komissiyası cinayət işi materiallarının, cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “orta dərəcəli əqli gerilik” formasında kəmağıllıqdan əziyyət çəkmişdir, onda hal-hazırda da “orta dərəcəli əqli gerilik” müəyyən edilir. Elmi ədəbiyyatdakı məlumatlara əsasən orta dərəcəli əqli gerilik adətən erkən uşaqlıqdan nəzərə çarpan, şəxsin intellektual inkişaf prosesi davam etdikcə müəyyən qədər yubanma şəklində özünü göstərən xroniki patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən orta dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Buna görə də, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi onun ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimaitəhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Onda orta dərəcəli əqli gerilik müəyyən edilir, lakin hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı sosial təhlükəli şəxs hesab edilmir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissədə qeyd olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı verilən ittihamın mahiyyətini və nəticələrini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Onda orta dərəcəli əqli geriliyə xas olan əqli-intellektual imkanlarının yaş xüsusiyyətlərinə uyğun olmamaqla geri qalması, qavrama proseslərində lənglik, təfəkkürünün konkret və ləng tipli olması, təhlil-tərkib prosesslərinin zəif çıxış etməsi, tənqidi münasibətinin normadan aşağı olması, əsas məqamları ikinci dərəcəlidən ayırmaqda çətinlik çəkməsi, proqnozlaşdırma funksiyalarında zəiflik, maraq dairəsinin məhdudluğu, dünyagörüşünün, elmi biliklərinin və söz ehtiyatının kasad olması, yaddaşının mexaniki tipli olması, diqqətinin gec mərkəzləşməsi, dayanıqsız olması, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, mühakimə və mülahizələrində səthilik, primitiv olması və s. kimi xüsusiyyətlərin aşkar olunması, onun doğma və azyaşlı övladına zor tətbiq etməklə uşaqbazlıq və ya seksual xarakterli zorakılıq hərəkətləri etməsinə imkan verə bilən amil kimi qiymətləndirilir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 16 (on altı) saat 30 (otuz) dəqiqə həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, cinayət işinin materiallarında olan şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün qapalı məhkəmə iclasında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi tərəfindən suallar, habelə iş üzrə vəsatət verilmiş, lakin ona qarşı irəli sürülmüş ittiham mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözü gedən Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında özünü normal qaydada idarə etməməsi, cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara qarışıq məzmunda cavablar verməsinə xüsusi diqqət yetirmiş, həmin halları ətraflı araşdırmış, müdafiəçinin vəsatəti əsasında təkrar kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin Təkrar kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci tarixli, 395 saylı rəyində Təqsirləndirilən şəxs “orta dərəcəli əqli gerilik” müəyyən edildiyi, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması, buna görə də, ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməli olduğu, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.2-ci maddələrinin təsiri altına düşmədiyi məlum olmuşdur. Aparılmış təkrar kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının nəticəsində Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən orta dərəcəli əqli gerilikdən əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olması, onda aşkarlanan psixi patologiyanın anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilməsi və buna görə də, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ittiham olunduğu cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsində göstərilir ki, “anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikasının pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir”. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ifadəsini təsdiq etməməsi, qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etmədiyi, polisin ona cinayəti boynuna almasını deməsi barədə söylədikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, azyaşlı zərərçəkmiş şəxsin, şahidlərin ibtidai istintaq ifadələri (Şahid2 münasibətdə həmçinin məhkəmədə verdiyi ifadəsi), ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Salyan Rayon Polis Şöbəsinə verdiyi izahatında, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində, habelə ifadəsinin yerində yoxlanılması zamanı azyaşlı qızı Zərərçəkmiş şəxs qarşı ittiham aktında qeyd olunan seksual xarakterli hərəkətləri etməsini, barəsində qətimkan tədbiri təyin olunarkən məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında əməlinin fərqində olmadığını və peşman olduğunu bildirmişdir (iş vərəqi 15-16; 42-44; 76-78; 86-91; 118-119; 177-178; 198-200). Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişində ona ünvanlanmış suallara cavab olaraq, habelə son sözündə həm də onu bildirmişdir ki, içkili vəziyyətdə olduğundan bilmədən qızı Zərərçəkmiş şəxs qarşı qeyd olunan hərəkətləri etmişdir, əməlindən peşmandır və hadisə bilmədən olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ittiham olunduğu əməl barəsində təkzibedici ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirərək, sübut kimi nəzərə almır və ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə bundan başqa, cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən qismində ifadələrini müdafiəçisinin iştirakı ilə verdiyini və həmin ifadələrdə dediklərini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Cinayət işi üzrə azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə və ana nənəsi Şahid1 Təqsirləndirilən şəxs tərəfindən öz azyaşlı qızı Zəhraya qarşı seksual xarakterli hərəkətlər edilməməsi, bütün bunların Zəhranın oxuduğu orta məktəbin müəllimləri tərəfindən polisə yalan məlumat verilməsi nəticəsində baş verdiyi, yazıb-oxumalarının olmaması, habelə polis əməkdaşları tərəfindən aldadılmaları səbəbindən sənədlərə imza etmələri barədə dediklərinə gəlincə, məhkəmə hesab edir ki, onların dediklərini yuxarıda sadalanan mötəbər sübutlarla tam təkzib olunduğundan, eləcə də, onlardan birinin təqsirləndirilənin doğma qızı (nəzərə alsaq ki, qız azyaşlı olmaqla anasının himayəsindədir və belə olan halda anasının onun üzərində təsiri birmənalıdır), birinin arvadı, digərinin isə qayınanası olmaqla qohumluq münasibətində olmaları səbəbindən təqsirləndiriləni məsuliyyətdən yayındırmaq məqsədi güdmələri ilə əlaqələndirərək sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilənin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Bundan başqa, azyaşlı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı polis şöbəsində dindirilməsinin əks olunduğu videoçəkilişin diski məhkəmə iclasında nümayiş etdirilərkən məlum olmuşdur ki, dindirmə Salyan Rayon Polis Şöbəsinin inzibati binasındakı xidməti otaqların birində azyaşlı zərərçəkmişin qanuni nümayəndəsi Qanuni nümayəndə və müəllim-mütəxəssis Aynurə Babayevanın iştirakı ilə aparılmış, şifahi formada aparılan sorğu-sual bütün iştirakçılar tərəfindən görülmüş, eşidilmiş və tərtib olunmuş protokol tərəflərindən imzalanmışdır (iş vərəqi 64). Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (zərərçəkmiş şəxslərə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zorun tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) on dörd yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün, azyaşlı zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin, şahidlərin təsdiqedici izahat və ifadələri, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokolda, həmin, habelə dindirmə protokollarına əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, ekspert rəyləri və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Sözü gedən Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Barəsində bəhs olunan Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Sözü gedən Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, Təqsirləndirilən şəxs öz azyaşlı doğma qızına qarşı zor tətbiq edərək, habelə onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli hərəkətlər etməsi cinayətin ictimai təhlükəliliyinin həm kəmiyyət, həm də keyfiyyət baxımından hədsiz dərəcədə ağırdır. Bundan başqa, sözü gedən cinayət əməli həmçinin milli mənəvi dəyərlərin ən acınacaqlı formada aşağılanmasına səbəbdir. Uşaqlar dövlətin gələcəyidir və onları qorumaq, onlara qarşı bu və ya digər mənada neqativ hərəkətlərə yol verməmək hər kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrində qeyd olunur ki, “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. ... Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”, “Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli, 499- İQ nömrəli Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsinə dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Sözü gedən Qanunun 4-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir. Həmin Qanunun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində göstərilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Və nəhayət, istənilən fiziki və ya hüquqi şəxs uşaqlarla qəddar rəftar hallarını müşahidə etdikdə belə rəftarın qarşısının alınması üçün müvafiq orqanlara müraciət edə bilər. Valideynlərin və ya digər şəxslərin uşaqlarla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, uşaqların hüquqlarını pozması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada valideynlik hüquqlarından məhrum edilməyə, habelə inzibati və ya cinayət məsuliyyətinə səbəb olur (haqqında bəhs olunan Qanunun 12-ci maddəsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs doğma qızına qarşı törətdiyi seksual xarakterli əməllər öz ictimai təhlükəliliyinin ağırlığından başqa, eyni zamanda bir valideynə yaraşmayan hərəkətlərdir və cəmiyyətin bu kimi cinayət əməllərinə yol vermiş şəxslərə qarşı iradına, onları qınaq obyektinə çevirməsinə haqq qazandırır. Belə olan halda, məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını əsaslı və təqdirəlayiq hesab etmir. Məhkəmə bundan başqa, eyni zamanda Salyan Rayonu İcra Hakimiyyəti başçısı Arbatan Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi nəzərə almamağı əsaslı hesab edir. Cinayət Məcəlləsinin Kommentariyasında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və bu Məcəllənin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs cəzadan yayınmaq məqsədi ilə yüngülləşdirici hallardan istifadə edərsə, qanunda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən nəzərə alınmaya da bilər (məsələn təqsirkar uşaqlarının tərbiyəsi ilə məşğul olmadığı halda himayəsində azyaşlı uşaqların olmasını göstərir; mərhəmət hissindən cinayət törətdiyini iddia edən təqsirkar cinayəti digər məqsədlərlə törədir və s.). Kommentariyada o da öz əksini tapmışdır ki, təqsirkarın himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərkən məhkəmə yalnız azyaşlı uşağın olması faktı ilə kifayətlənməməli, işin faktiki hallarını hərtərəfli araşdırmaqla onun uşağın tərbiyə edilməsi və maddi təminatında iştirak edib-etməməsini müəyyən etməlidir. Təqsirkarın uşaqlara qarşı cinayətkar hərəkətlərə yol verməsi müəyyən edildikdə onun azyaşlı uşağının olması faktı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini elə özünün azyaşlı uşağına qarşı törətmişdir və belə olan halda onun himayəsində azyaşlı uşaqlarının olması törətdiyi əməldə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9, 59.1.12-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını, zərərçəkmiş tərəflə barışıq əldə etməsini, başqa sözlə desək zərərçəkmiş tərəfin şikayətçi olmamasını və həmin Məcəllənin 59.2-ci maddəsini nəzərə alaraq, ikinci qrup müddətsiz əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayəti ondan asılı vəziyyətdə olan şəxsə qarşı törətməsi onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsində qeyd olunur ki, cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində əməlin köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi cinayətin tövsifedici əlaməti olsa da, təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi bu əlamətlər sırasında deyildir və ona görə də, qeyd olunan hal onun əməlində cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin onun barəsində təyin edilibedilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilənə münasibətdə qeyd olunan əlavə cəza təyin edilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarının 23-cü maddəsində göstərilir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.1970-ci il təvəllüdlüdür, hazırda əlli beş yaşı var, orta təhsillidir, fərdi qaydada əməklə məşğul olmuş, yəni fəhlə işləmişdir. Bundan başqa, onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi on beş ildən başlayır. Belə olan halda, onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bu mənada, məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin (azyaşlı zərərçəkmiş şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması) keçirilməsi zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən DVD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətlərinin (azyaşlı zərərçəkmiş şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması) keçirilməsi zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən DVD disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-202/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-202/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver