Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-203/2022 14.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X21 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisi X19, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi (qəyyumları) Şahid3 iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Zərdab şəhəri Samir Bayramov küçəsi 1 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 166-cı kilometrliyində özünə məxsus, idarə etdiyi «Mercedes-Benz E220» markalı, **-GX-*** qeydiyyat nişanlı minik avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək sürətin 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120 km/saat sürətlə idarə etmiş, həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda «Mercedes-Benz Axor» markalı yük avtomobilinin sağ zolaqla hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobil ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə, sola doğru təhlükəsiz manevr aparmaqla həmin yük avtomobilinin sol tərəfindən ötüb getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında yuxulamaqla avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib avtomobilin qabaq hissəsini qarşıda 60 km/saat sürətlə hərəkətdə olan, Şahid1 yol vərəqəsi ilə idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Mercedes-Benz Axor» markalı, **-JK-*** qeydiyyat nişanlı yəhərli dartıcı tipli yük avtomobilinin «Schmıtz» markalı, **-ZB-*** qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqusunun arxa hisəssi ilə toqquşdurmuş, nəticədə htiyatsızlıqdan üç şəxsin- «Mercedes-Benz E220» markalı minik avtomobilinin sərnişinləri 1986-cı il təvəllüdlü, zərərçəkmiş X1 əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, 1975-ci il təvəllüdlü zərərçəkmiş X9 döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yarısının, qabırğaların çox saylı sınıqları, döş sümüyünün sınığı, ağ ciyərin sağ payının çoxsaylı didilib cırılmış yaraları, hemopnevmatoraks, başın üz hissəsinin 3 ədəd cırılmış yaraları kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, 2010-cu il təvəllüdlü zərərçəkmiş X2 əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində ölümünə, digər sərnişinlər- 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 alın nahiyəsinin yarası, sol yanaq nahiyəsinin sıyrığı xəsarətləri almaqla sağlamlığın qısa müddət pozulmasına səbəb olduğundan sağlamlığına yüngül zərər vurulmasına, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 alın nahiyəsinin və burunüstü nahiyənin sıyrığı ilə müşayiət edilən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, «Schmıtz» markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqunun zədələnməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2175.26 (iki min bir yüz yetmiş beş manat 26 qəpik) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “BC” dərəcəli sürücüdür. “Mercedes Benz E 220” markalı, **-GX-*** qeydiyyat nişanlı minik avtomobili onun özünə məxsusdur. Həmin avtomobili ilə Zərdab rayonundan Bakı şəhərinə sərnişin daşımaqla məşğul olur. 14 avqust 2021-ci il tarixdə Bakı şəhərində olan zaman saat 13 radələrində tanıdığı Zərdab rayon sakini X14 ona zəng edib ailəsi ilə Bakı şəhərində Masazır qəsəbəsində olduqlarını, onu və ailəsini Zərdab rayonuna evinə aparmasını demişdir. O, Qaliblə razılaşaraq idarə etdiyi “Mercedes Benz E 220” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masazır qəsəbəsinə Qalibin dediyi ünvana getmişdir. Qalibi, onun həyat yoldaşını və üç azyaşlı uşaqlarını avtomobilə götürüb Bakı şəhərindən Zərdab rayonuna yola düşmüşdür. Avtomobildə Qalib onun yanında sağ qabaq oturacaqda, onun həyat yoldaşı sonradan adını bildiyi X7 avtomobilin sağ arxa oturacağında, üç azyaşlı uşaqları isə arxada analarının yanında əyləşmişlər. Navahi postunu keçdikdən sonra Qalib qabaq sağ oturacaqda başını oturacağa söykəyib yatmışdır. Arxa oturacaqda olanlardan isə bir nəfər oğlan uşağından başqa hamısı yatmışlar. O, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayon Sığırlı kəndi ərazisindən keçən hissəsinə saat 15:30 radələrində çatmışdır. Həmin vaxtı o, yolun sağ hərəkət zolağında avtomobilini 120 km/saat sürətlə Qazax istiqamətində hərəkət etdirmişdir. Həmin yerdə yolun sağ zolağında hərəkətdə olan zaman qəflətən ani bir anda özündən aslı olmayan səbəbdən sükan arxasında yuxuya gedib yatmışdır. Sükan arxasında yatdığından ondan qarşıda eyni istiqamətdə və yolun sağ zolağında hərəkətdə olan, sonradan adını bildiyi sürücü Şahid1 idarə etdiyi “Mercedes Benz AXOR YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı, SCHMİTZ markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin sol arxa hissəsinə avtomobilinin sağ qabaq qarşı hissəsi ilə gəldiyi sürətlə çırpılandan sonra ayılmışdır. O, yuxudan ayılanda görmüşdür ki, avtomobili artıq qarşıda hərəkətdə olan həmin yük avtomobilinin arxa hissəsinə vurmuşdur. Bundan sonra hadisəyə görə tanımadığı yol adamları gəlmişlər, ona köməklik edib avtomobilinin sol yan şüşəsindən onu çıxartmışlar. O, yerə düşəndən sonra sol arxa qapını açmış, iki nəfər uşaqları çıxartmışdır. Avtomobilində Qalibin, onun həyat yoldaşı Aytəkinin və uşaqlardan biri sonradan adını bildiyi Gülərin öldüyünü görmüşdür. Ölən qız uşağını avtomobildən çıxarıb yolun sağ kənarına qoymuşdur və üzərini örtmüşdür. Yaralanan bir qız və bir oğlan uşağını oradan keçən avtomobillərdən biri ilə Kürdəmir rayon xəstəxanasına yola salmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları, təcili yardım avtomobilləri, Fövqaladə Hallar Nazirliyinin Xilasetmə avtomobili gələrək avtomobilin əzilmiş hissələri arasında sıxışıb qalmış Qalib və Aytəkininin meyitlərini çıxartmışlar və təcili yardım avtomobili ilə Kürdəmir rayon xəstəxanasına aparmışlar. Polis əməkdaşları onun, digər sürücünün və 2 nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. Hadisə yerinin sxemini və foto şəkillərini çəkmişlər. O,da hadisə yerinə dair protokol və sxemlə tanış olduqdan sonra doğruluğunu imzalamışdır. Bundan sonra o,da xəsarət aldığından Kürdəmir rayon xəsatəxanasına getmişdir. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə baxışında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxslər X5 və X10 hüquqi varisi qismində tanınmış X19 məhkəmədə göstərdi ki, yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Aytəkin Hüseynova onun qızı, X14 qızının əri, xx.xx.2010-cu il təvəllüdlü X15 isə nəvəsidir. Hadisə nəticəsində xəsarət almış xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 da nəvələridir. Qızı Aytəkin həyat yoldaşı Qalib Hüseynov və uç azyaşlı uşaqları ilə birlikdə 2021-ci ilin avqust ayının əvvəllərində onların ünvan 1 ünvanında yerləşən evinə gəlmişlər. Onlarda təxminən 10-15 gün qaldıqdan sonra 14 avqust 2021-ci il tarixdə saat 13 radələrində özlərinin Zərdab rayonunda yerləşən evlərinə getmək üçün taksi sürücüsü İkramın idarə etdiyi «Mercedes» markalı avtomobilə minərək Zərdab rayonuna yola düşmüşlər. Həmin günü saat 16:30 radələrində yaşadığı evdə olduğu zaman Kürdəmir rayonunda yaşayan qohumları onlara zəng edib qızı Aytəkingilin Kürdəmir rayonu ərazisində qəzaya düşmələrini, qızı Aytəkinin, kürəkəni Qalibin və nəvəsi Gülərin yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində öldüklərini, digər nəvələri Aynurun və Sabiqin isə xəsarət aldıqlarını, onları Kürdəmir rayon xəstəxanasına aparmalarını bildirmişlər. Bundan sonra o, həyat yoldaşı Heydər və oğlu Natiq ilə birlikdə Zərdab rayonuna qızı Aytəkinin yaşadığı evə getmişlər. Oraya çatanda Aytəkinin, Qalibin və Gülərin meyitlərini qohumları yaşadıqları evin həyətinə gətirmişlər. Sonradan ona məlum olmuşdur ki, yolda taksi sürücüsü Təqsirləndirilən şəxs sükan arxasında yatdığından idarə etdiyi avtomobil qarışısında hərəkətdə olan yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X11 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqnında tətdiq olunan ifadəsində göstərmişdir ki, oğlu Qalib Hüseynov ailəsi ilə ona məxsus, Zərdab rayonunda yerləşən evində yaşamışlar. 30 iyul 2021-ci il tarixdə oğlu Qalib Hüseynov, yoldaşı Aytəkin və üç azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə nəvəsi Güləri həkimə aparmışdır. 14 avqust 2021-ci il tarixdə saat 16 radələrində o, yaşadığı Zərdab rayonunda yerləşən evdə olduğu zaman bacısı Sona qonşuları ilə birlikdə onun evinə gələrək oğlu Qalibin ailəsi ilə birlikdə Bakı şəhərindən yaşadıqları evə, Zərdab rayonuna gələn zaman yolda qəza keçirdiklərini, oğlunun və nəvələrinin xəsarət aldıqlarını bildirmişlər. Sonra ona məlum olmuşdur ki, taksi sürücüsü Təqsirləndirilən şəxs sükar arxasında yuxuladığındın avtomobil qarşıda gedən avtomobilin arxasına çırpılmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu Qalib, gəlini Aytəkin və nəvəsi Gülər hadisə yerində ölmüşlər. Digər nəvələri Aynurla, Sabiq xəsarət almışlar. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış on iki yaşlı Zərərçəkmiş şəxs1 və 6 yaşlı Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdilər ki, avtoqəza nəticəsində ata-anaları və bacıları ölmüş, özləri isə xəsarət almışlar. Azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəyyumları Şahid3 məhkəmədə göstərdi ki, 14 avqust 2021-ci il tarixdə bacısı X8 əri X14, uşaqları Gülər Hüseynli, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə taksi sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla Masazır qəsəbəsindən Zərdab rayonuna gələrkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bacısı Aytəkin, onun əri Qalib və qızları Gülər hadisə yerində ölmüşlər. Onların azyaşlı uşaqları Aynur və Sabiq isə xəsarət almışlar. O, azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəyyumu kimi Təqsirləndirilən şəxsla barışmışdır, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Şahid1 Nuşirəvan oğlu məhkəmədə göstərdi ki, BE CE DE dərəcəli sürücüdür. “Mercedes Benz AXOR YÜK” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil, SCHMİTZ markalı, **-ZB-*** qeydiyyat nişanlı yük qoşqusu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsusdur. Həmin avtomobili yük qoşqusu ilə birlikdə yol vərəqəsi əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə saat 15.30 radələrində idarə etdiyi avtomobilin qoşqusu yüklü vəziyyətdə olmaqla Bakı-Qazax-Gürcüstan sərhhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində yolun sağ zolaqı ilə Qazax istiqamətində 60 km/ saat sürətlə hərəkətdə olduğu zaman ani olaraq sol yan güzgüdə arxada sağ zolaqda hərəkətdə olan “Mercedes Benz E220” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobilinin qabaq qarşı hissəsi ilə sürətlə gəlib onun idarə etdiyi avtomobilin arxa yük qoşqusuna düzünə çırpıldığını görmüşdür. Zərbənin təsirindən idarə etdiyi avtomobil 6-7 metr irəli getmiş və yük qoşqusu ilə birlikdə sağ zolaqda dayanmışdır. O, yerə düşmüş və avtomobilinin arxa qoşqusu tərəfə qaçmışdır. Görmüşdür ki, sürücü Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüş və sağ qolunu tutub avtomobilin yanında dayanmışdır. Onun avtomobilinin sol arxa qapısı açıq olmuş, qapıdan içəri baxanda isə bir balaca qız uşağının oturacaqların arasına üzü üstə düşüb qaldığını, onun yanında bir balaca oğlan uşağının üzü qan içində ağladağını görmüşdür. O, tez oğlanı götürüb avtomobildən çıxartmışdır. Həmin vaxt tanımadığı yol adamları gəlmiş və onların biri uşağı ondan alıb avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Qabaq sərnişin oturacağına baxanda isə görmüşdür ki, qabaq oturacaqda bir kişinin arxaya uzanıqlı vəziyyətdə ölərək qaldığını görmüşdür. Bu vaxt yol adamları avtomobilin arxa oturacağının ayaq altından da, bir qız uşaqının meyitini götürüb yolun sağ kənarına qoyaraq üzərini örtmüşlər. Daha sonra hadisə yerinə polis əməkdaşları, təcili yardım avtomobilləri, Fövqaladə Hallar Nazirliyinin xilasetmə avtomobili gələrək avtomobilin əzilmiş hissələri arasında sıxılıb qalmış həmin kişinin və arxa sağda qalan qadının meyitlərini çıxartmışlar. Təcili yardım avtomobilində həmin ölən şəxslər Kürdəmir rayon xəstəxanasına aparılmışdır. Daha sonra polis əməkdaşları onun və digər sürücünün, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. Hadisə yerinə baxış keçirilməsi barədə 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı-Qazax-Güncüstan sərhədi avtomobil yolunun 166cı kilometrliyində baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz E220» maraklı, **-GX-*** qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan «Mersedes-Benz Axor» markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı yəhərli, dartıcı tipli yük avtomobilinin «Schmıtz» markalı yaımqoşqunun arxa hissəsi ilə toqquşmuşdur. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 25 oktyabr 2021-ci il tarixli, 8/2492 nömrəli rəyindən görünür ki, hadisənin baş vermə şəraitində «Mercedes Benz E220» markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ.A.X22 E220 markalı avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda 120 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 11 №-li rəyindən görünür ki, 1986-ci il təvəllüdlü mərhum X4 meyitində aşkar edilmiş xəsarətlərkəllə əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı. Qeyd olunan xəsarətlər həyati olmaqla və X4 ölümündən az əvvəl yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişlər və yetirilən anda həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddir. X4 ölümünə səbəb açıq kəllə-beyin travması, ənsə və təpə sümüklərinin sınıqları, epidural və subdural hematoma olmuşdur. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, onlar qərarda təsvir olunan şəraitdə və vaxtda-yəni avtomobil qəzası zamanı minik maşının salonun içərisində gedərkən salonun küt hissələrinin təsirindən əmələ gəlməyə uyğundurlar. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 13 №-li rəyindən görünür ki, 1975-ci il təvəllüdlü mərhum X9 meyitində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin küt travması, döş qəfəsinin sağ yarısının qabırğaların çox saylı sınıqları, döş sümüyünün sınığı, ağ ciyərin sağ payının çoxsaylı didilib cırılmış yaraları, hemopnevmatoraks, başın üz hissəsinin 3 ədəd cırılmış yaraları. Qeyd olunan xəsarətlər həyati olmaqla və Qalib Hüseynovun ölümündən bir qədər əvvəl yəni xx.xx.2021-ci il tarixdə minik avtomobilinin salonunda gedərkən salonun küt hissələrinin təsirindən törənməsi mümkündür. Ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurma xəsarətlərinin əlamətlərinə aiddirlər. X9 ölümünə səbəb-qabırğaların çox saylı sınığı, ağ ciyərin didilmiş-cırılmış yaralarının nəticəsində massiv qanitirmə olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 14 №-li rəyindən görünür ki, 2010-cu il təvəllüdlü mərhum X10 meyitində aşkar edilmiş xəsarətlər-kəllə əsası sümüklərinin sınığı, beyin qişaları altına və mədəciklərinə, beyinin alın payına qansızma, alın nahiyəsinin geniş ölçülü sıyrığı. Qeyd olunan xəsarətlər həyati olmaqla və X10 ölümündən az əvvəl yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişlər və yetirilən anda həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurma xəsarətlərinin əlamətlərinə aiddirlər. X10 ölümünə səbəb açıq kəllə-beyin travması, ənsə və təpə sümüklərinin sınıqları, epidural və subdural hematoma olmuşdur. Xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, onlar qərarda təsvir olunan şəraitdə və vaxtda-yəni avtomobil qəzası zamanı minik maşının salonun içərisində gedərkən salonun küt hissələrinin təsirindən əmələ gəlməyə uyğundurlar. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 504 №-li rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Alın nahiyəsinin və burunüstü nahiyənin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin salonun küt hissələrinin təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən vaxtda-yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 505 №-li rəyindən görünür ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Alın nahiyəsinin yarası, sol yanaq nahiyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən avtomobil qəzası zamanı avtomobilin salonun küt hissələrinin təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən vaxtda-yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2021-ci il tarixli 2564/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazerpin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-trasoloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 8/2038 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «Mercedes-Benz E220» markalı,**-GX-*** qeydiyyat nişanlı avtomobilin üzərində (kapotda,qabaq sağ qanadda, qabaq sağ qapıda, arxa sağ qapıda, qabaq bamperində, banında) və «SCMİTİZ» markalı, **-ZB-*** qeydiyyat nişanlı qoşqunun üzərində (arxa qoruyucu detalda, arxa bortunda, arxa sol farada, yük yerinin sol hissəsində,arxa dövlət qeydiyyat nişanında, arxa sol təkərdə) olan zədələr, izlər öz formasına, marfoloji qurluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən avtomobillərin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin kontakt anında toqquşma «Mercedes-Benz E220» markalı, 9GX-815 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sağ hissəsi ilə «SCMİTİZ» markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı qoşqunun arxa nisbətən sol hissəsi arasında təxminən 3-8 dərəcə bucaq altında baş vermişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli, 016-117296-1221 və 016- 117353-1221 nömrəli məktublarında xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə (xx.xx.2021-ci il tarixədək) AB 647547 nömrəli «BC» kateqoriyalı, xx.xx.1978-ci il təvəllüdlü Şahid1 isə xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cü il tarixədək) AC 560875 nömrəli «BE CE DE» kateqoriyalı sürücülük vəsiqələrinin verildiyi, onların sürücülük hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumatın qeydə alınmaması göstərilmişdir. İş üzrə Kürdəmir Rayon Mərkəzi X13 Şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 14 avqust 2021-ci il tarixli 238 və 239 nömrəli aktlarında sürücülər Şahid1 və Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş dəymiş zərər aktından görünür ki, SCHMİTZ markalı, **-ZB-*** qeydiyyat nişanlı, yarımqoşquya 2175.26 (iki min bir yüz yetmiş beş manat 26 qəpik) manat dəyərində maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsinin ADN 904782 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, 99 JK038 qeydiyyat nişanlı, «X28 yük» markalı avtomobml "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinə məxsusdur. İbtidai istintaq zamanı "xxxx" MMC cinayət nəticəsində dəymiş 2175,26 manat məbləğində maddi ziyanın tələbi ilə əlaqədar mülki iddiaçı kimi tanınması barədə ərizə ilə müraciət etmiş və xx.xx.2021-ci il tarixli qərarla mülki iddiaçı kimi tanınmışdır. Mülki iddiaçı kimi tanınmış "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində cəmiyyətə 2176,56 manat maddi ziyan dəymişdir. Cəmiyyətinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməsi iş fəaliyyətləri ilə əlaqədar olaraq mümkün deyildir, məhkəmə baxışını nümayəndəsinin iştirakı olmadan keçirilməsini və cəmiyyətə dəymiş ziyanın ödənilməməsinin nəzərə alınmasını xahiş edirlər. Zərdab Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli sərəncamı ilə azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xalaları Şahid3 onların qəyyumu kimi tanınmışdır. Şahid3 məhkəmə baxışı zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət nəticəsində ölmüş zərərçəkmiş şəxslər X5 və X10 hüquqi varisi kimi tanınmış X19 məhkəmə baxışı zamanı verdiyi ərizəsində təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, şikayət və tələbinin olmadığını göstərmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş zərərçəkmiş şəxs X9 hüquqi varisi qismində tanınmış anası X6 nümayəndəsi məhkəmə baxışında onu təmsil etməklə iştirak etmişdir. Şəfiqə Hüseynovanın nümayəndəsi Təqsirləndirilən şəxsla barışmadıqlarını göstərmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərdab Şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2000 və 2002-ci ildə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət və təklif daxil olmaması göstərilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X12 2-ci dərəcəli əlildir. Zərdab rayon Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaxın qohumu, mayor X16 2-ci Qarabağ Müharibəsində şəhid olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə CM-nin 263.3-cü maddəsi ilə ittiham elan olunmuş və barəsində həmin tarixli qərarla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən onun yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan üç şəxsin ölümünə, bir şəxsin sağlamlığına yüngül zərər vuran, bir şəxsin sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almalarına, həmçinin "xxxx" MMC-nə 2175,26 manat maddi ziyan vurulmasına səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini CM-nin 59.1.14-cü maddəsinə, arvadı Elnarə Abbasovanın 2-ci dərəcəli əlil olmasını və qohumunun 2-ci Qarabağ Müharibəsində şəhid olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022ci il tarixdən hesablanmalı, barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsinin sanksiyalarında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz E220” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobilin sahibinə verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 200 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cinayət əməli nəticəsində dəymiş ziyana görə "xxxx" MMC tərəfindən verilmiş, 2175,26 manat məbləğində mülki iddia əsaslı olduğundan təmin edilməli və həmin məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz E220” markalı, **-GX-*** qeydiyyat nişanlı avtomobilin sahibinə verilməsi nəzərə alınsın. Ekspertiza xərci 200 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş mülki iddia tam təmin edilsin və cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi üçün 2175,26 manat ( iki min yüz yetmiş beş manat iyirmi altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq "xxxx" MMC-nə verilsin. Hökm elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-203/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-203/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver