Məhkəmə qərarları › İş №1(099)-203/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-203/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-203/2024 25.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi - “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü ildə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istntaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə əsassız ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 40,101 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən yaşadığı evin yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:00-da yaşadığı evin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsində həmin tarixdə saat 04:50-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 40,101 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə gecə vaxtı saat 04 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evində yatan zaman evin giriş qapısının döyüldüyünü eşitmiş, paltarını geyinmək üçün həmin şəxslərdən vaxt istəsə də, ona məhəl qoymayaraq evinin pəncərəsini sındıraraq evin koridorina daxil olmuşlar. Evə daxil olduqdan sonra əlini qandallayaraq onu arvadının yanında döymüşlər və Astara rayon polis şöbəsinə aparıb ikinci mərtəbəyə qaldırıb otaqların birinə salmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, onu polis şöbəsinə gətirənlər DİN-in Baş Narkotiklərlə Mübariz İdarəsinin polis əməkdaşlarıdır. Polis əməkdaşları sonradan onun evinə qayıdıb evində olan kameranın yaddaş qurğusunu götürmüşlər. Şöbədə olarkən polis əməkdaşları tərəfindən döyülmüş, işgəncələrə məruz qalmışdır. Polislər onu narkotiklə sənədləşdirməli olduqlarını bildirərək əgər onların dedikləri ilə razılaşmasa onun arvadını və oğlunu da şöbəyə gətirəcəkləri ilə hədələmişlər. Polislərin təzyiqinə və işgəncələrinə baxmayaraq onların təklifi ilə razılaşmamış, heçnəyi öz boynuna götürməyəcəyini demişdir. Heç bir sənədə imza etmədiyi üçün vəhşicəsinə döyülmüş, işgəncələrə məruz qalmışdır. Halı pisləşdikdə üzərinə su töküb ayıldıb yenə döyməyə başlamışlar. Polislər zorla onun ağzını açıb ağzının içinə, üzünə tüpürmüşlər, söyüb təhqir etmişlər. Onu döyən şəxsləri tanımır. Daha sonra oğlu Zakiri və arvadını da şöbəyə gətirmişlər. Arvadını onun gözünün qarşısında təhqir etmişlər, oğlu Zakiri də döymüşlər. Lakin buna baxmayaraq onların qanunsuz tələblərini yerinə yetirməmiş, axtarış protokoluna imza etməmişdir. Polislər onun heç nəyi boynuna götürməyəcəyini görüb videoçəkilişlə «bunu etiraf etdirə bilməyəcəyik» deyib hal şahidləri axtarmağa başlamışlar. Sonra demişlər ki, əlini büküm tərəfə uzat şəklini çəkək, lakin onların dediklərini etməmiş, başını aşağı salıb durmuşdur. Sonra hardansa iki hal-şahidi tapıb gətirmişlər. Onların yanında da narkotikin özünə məxsus olmadığını demişdir. Heç vaxt narkotikdən istifadə etməmiş, narkotikin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Astara RPŞ-də üzərində olan xəsarətlərlə bağlı həkim tələb etsə də həkim çağırılmamışdır. Tutulmamışdan bir gün əvvəl 12 iyul 2023-cü ildə toy məclisində olmuş, həmin vaxt üzərində heç bir xəsarət olmamışdır. Barəsində məhkəmədə həbs seçilərkən döyülüb işgəncələrə məruz qalmasını hakimə demişdir. Narkotiki Astara rayonundan tanımadığı şəxsdən alması barədə izahat verməmiş, həmin izahatı oxumamışdır. Astara RPŞ-də 2-ci mərtəbədə döyülmüşdür. Vəkillə Astarada təklikdə görüşməmişdir. Bakıda vəkili görməmişdir. Məhkəmə kimyəvi və məhkəmə narokloji ekspertizanın rəyləri ilə tanış olmuşdur, onlarla razı deyil. İstintaq vaxtı təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. 1992-1996-cı illərdə Daxili Qoşunların tərkibində Zəngilan, Füzuli, Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İİİ qrup əlildir. Tutulanadək alverlə məşğul olmuş, habelə 2011-ci ildən «Patron» tumları şirkətininin nümayəndəsi olmuşdur. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində döyülmə izləri olub, orada döyüldüyünü demişdir. Astara RPŞ-də 13 iyul 2023-cü ildə saat 04-dən saat 11 radələrinə kimi olub, sonra Bakı şəhərinə aparılmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bir gün əvvəl Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuş, 13 iyul 2023-cü ildə saat 4 radələrində səhərə yaxın Yalçın Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq Astara RPŞ-yə aparılmış, hal şahidlərinin və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilən zaman üzərində bir büküm heroin aşkar edilmişdir. Büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Yalçını saxlayan zaman evinə daxil olmamışlar, onu, yaşadığı ünvanın yaxınlığında küçədə saxlamışlar.Yalçının evinə baxış keçirməmişlər. Yalçının ailə üzvlərindən kimisə şöbəyə aparmamışdır. Yalçının üzərinə narkotik qoymamış, onu döyməmişdir. Yalçın şöbəyə gətirilərkən üzərində-sifətində xəsarətlər görməmişdir. Şahid1 şəxsi axtarış və götürmə istintaq hərəkətinin gecə vaxtı nə üçün videoçəkilişlə deyil hal şahidlərinin iştirakı ilə keçirmələrinə dair müdafiə tərəfininin verdiyi suala cavab verə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən 2023-cü ilin iyul ayının 13-də səhər saat 4 radələrində Astara rayonu Ərçivan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq Astara RPŞ-yə aparılmış, hal şahidlərin iştirakı ilə üzərinə şəxs axtarış keçirilmiş və üzərində bir büküm heroin aşkar olunaraq götürülmüşdür. Yalçının evinə baxış keçirməmişlər. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Yalçını güdmə yolu ilə müəyyən etmişlər. Yalçını saxlayan zaman evinə daxil olmamışlar, onu yaşadığı ünvanın yaxınlığında küçədə saxlamışlar. Yalçının yaşadığı evin müşahidə kameralarının yaddaş qurğusunun kim tərəfindən götürülməsindən məlumatı yoxdur. Yalçının ailə üzvlərindən kimisə şöbəyə aparmamışdır. Yalçının üzərinə narkotik qoymamış, onu döyməmişdir. Yalçın şöbəyə gətirilərkən üzərində xəsarət olmamışdır. Yalçın şifahi sorğuda narkotiki 7 gün əvvəl tanımadığı adamdan aldığını bildirmişdir. Yalçın əvvəllər məhkum olunduğunu deyib şəxsi axtarış protokolunu imzalamayacağını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. 13 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən Astara şəhəri gömrük postu istiqamətində gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona məlumat verilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün bir nəfər şəxs onlar tərəfindən saxlanılaraq Astara RPŞ-nə gətirilmişdir. Polis əməkdaşı, həmin şəxsin üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından həmin şəxsin üzərinə keçiriləcək şəxsi axtarış prosesində halşahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. Polis əməkdaşlarına etiraz etmədən onlarla şöbəyə getmişdir. Şöbədə olarkən otaqda yalnız masanın üzərində bir bükümün olduğunu görmüş, Təqsirləndirilən şəxs narkotikin ona aid olmadığını bildirmiş, buna görə də sonda həmin protokolu imza etməmişdir. Bakıda Yalçınla şöbədə üzləşməmiş, onunla bir otaqda olmamışdır. Yalçın onun yanında narkotiki Astaradan 7 gün əvvəl alması barədə heçnə deməmişdir, müstəntiqə verdiyi ifadəsini oxumadan imzalamışdır. Digər halşahidi Şahid4 tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. 13 iyul 2023-cü il tarixdə Astara şəhərində səhər saatlarında dəniz qırağında gəzərkən tanımadığı şəxs ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduğunu və saxlanılan bir nəfər şəxsin üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından həmin şəxsin üzərinə keçiriləcək şəxsi axtarış prosesində hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişdir. Polis əməkdaşına etiraz etmədən onunla getmişdir. Şöbədə olarkən masanın üzərində narkotik olduğunu görmüşdür. Yalçın narkotik aşkarlanan zaman heç bir etiraz etməmişdir. Yalçının polis əməkdaşları tərəfindən döyülməyini görməmişdir. Bakı şəhərində Yalçınla şöbədə üzləşmişdir. Yalçın onun yanında narkotiki bir həftə əvvəl Astaradan tapdığını deməmişdir, istintaqda olan ifadəsində həmin hissə yanlış yazılmışdır. Digər hal şahidi Şahid5 tanımır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü ildə gecə vaxtı saat 04 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evlərində yatan zaman evin giriş qapısı döyülmüş, əri Yalçın paltarını geyinmək üçün həmin şəxslərdən vaxt istəsə də, həmin şəxslər ona məhəl qoymayaraq evinin pəncərəsini sındıraraq evin koridorina daxil olmuşlar. Həmin şəxslər əvvəlcə evi axtarmışlar, narkotik aşkar olunmadıqdan sonra Yalçını onun yanında döymüşlər və Yalçının əlini bağlayıb şöbəyə aparmışlar. Şahid Ülviyyə Əsədullayeva verilən suallara cavab olaraq bildirmişdir ki, Yalçının əlini kapron qandalla bağlamışlar. Yalçından sonra əvvəlcə onun özünü şöbəyə aparmışlar, sonra isə oğlu Zakir şöbəyə gətirilmişdir. Şöbədə onu təhqir etmişlər, oğlunu orada döymüşlər. Tutulmamışdan əvvəl Yalçında heç bir xəsarət olmamışdır. Yalçın döyüldükdən sonra üzündə və bədənində xəsarətlər olmuşdur. Əri Yalçın heç vaxt narkotik satışı və istifadəsi ilə məşqul olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının 12-dən 13-ə keçən gecəni qaynatasının evində qalmış, səhər saat 10 radələrində polis əməkdaşları tərəfindən Astara rayon polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən polis əməkdaşları ona narkotiki ya özünün, ya da ki, atasının üzərinə götürməli olduğunu bildirmişlər. Onların təklifi ilə razılaşmamış, orada polislər tərəfindən döyülmüşdür. Həmin günü onu və anasını saat 17 radələrində evə buraxmışlar. Atasını Bakı şəhərinə aparmışlar. Tutulmamışdan əvvəl atası Yalçının üzündə və bədənində xəsarətlər olmamışdır. Atası heç vaxt narkotiklərin satışı və istifadəsi ilə məşqul olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən evdə çoxlu adamların yığıldığını görmüş, onlardan nə olduğunu soruşduqda Yalçının polislər tərəfindən saxlanıldığını ona bildirmişlər. Yalçının evinin qabağında polis maşını görməmişdir. Yalçının harada saxlanıldığı barədə məlumatı olmamışdır. Yalçının evindən aparıldığını şəxsən görməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsində həmin gün saat 04:50-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən tərtib olunmuş həmin protokolun sonunda «Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğu, həmin kütləni Astara rayonu ərazisində tanımadığı şəxsdən 7 gün qabaq istifadə etmək məqsədi ilə əldə etdiyi, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı, polis əməkdaşları tərəfindən psixiki və fiziki zor tətbiq edilmədiyi» qeyd olunsa da, nədənsə Təqsirləndirilən şəxs protokolda göstərilən izahatla razılaşmayaraq protokolu imza etməkdən imtina etmiş, imtinanın səbəbi protokolda göstərilməmişdir. (cild 1.i.v.33) Məhkəmədə tədqiq edilmiş və işdə olan həmin protokola əlavə olunmuş fotocədvəldə yalnız Təqsirləndirilən şəxs başını aşağı salmış vəziyyətdə polis əməkdaşları və vəkillə birgə, masanın üzərində mobil telefonla bir büküm və ağ rəngli zərflərlərin fotoları əks olunmuş, lakin Təqsirləndirilən şəxs üzərindən hansı qaydada və haradan narkotik vasitənin aşkar olunduğu görünmür.(cild 1.i.v.34-36) Bundan başqa, təhqiqatçı tərəfindən tərtib olunmuş izahatda Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğu, həmin kütləni Astara rayonu ərazisində tanımadığı şəxsdən 7 gün qabaq istifadə etmək məqsədi ilə əldə etdiyi, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı, polis əməkdaşları tərəfindən psixiki və fiziki zor tətbiq edilmədiyi qeyd olunsa da Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə izahatın məzmunu ilə tanış olarkən izahatı imza etməkdən imtina etmişdir (cild 1 i.v. 41-42) Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3809 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 40,101 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4447 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 2552/K №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi. Barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəməyə təqdim olunmuş «məhkumun tibbi kitabçası»nın 13-cü bəndində Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında daxil olarkən bədəninə keçirilən baxış zamanı “sol qulaq seyvanında bənövşəyi rəngli, boynunun sol yan nahiyəsində, sol baldırın arxa səthində bənövşəyi qançırların, sol döşdə sarı rəngli qançırların, hər iki biləkdə” xəsarətlərin aşkar edildiyi, kitabçanın 12-ci bəndində isə həmin xəsarətləri həbs olunan zaman aldığı qeyd olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 289/MEŞ №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol gicgah, sol qulaqaltı-çeynəmə, sol qulaq seyvanı, boyun, sol kürək nahiyələrinin, sağ saidin qançırları, sağ bazunun, sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilərdi. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında məhkəmənin qərarında qeyd olunmuşdur ki, keçirilən qapalı məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, aşkar olunmuş narkotik vasitə ona məxsus deyil, polis şöbəsində ona qarşı təzyiq və zor tətbiq edilmişdir. (cild1 i.v.153) Məhkəmədə tədqiq edilmiş və işdə olan Astara rayon prokurorluğunun 6 oktyabr 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi, eləcə də polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı daxil olmuş şikayət ərizəsi əsasında aparılan araşdırma nəticəsində hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 2 i.v.120-123) Bundan başqa, məhkəmənin sorğusuna əsasən təqdim olunmuş Astara RPŞ-nın xx.xx.2024-cü il tarixli 3-13-65/2-3668/24 №-li məktubunda göstərilir ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən Astara RPŞ-yə gətirilmiş və barəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra o, həmin gün BMCMİ-yə (Bakı şəhərinə) aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün Astara RPŞ-nın MSY-yə daxil olmadığına görə barəsində tibbi müayinə aparılmamışdır. Onun barəsində «tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı» kitabında hər hansı bir qeydiyyat və zəruri sənədlər tərtib olunmadığına görə onun hər hansı bir xəsarət alıb-almaması barədə məlumat verilə bilməsi mümkün deyildir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2599 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respubliası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 40,001 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanmasından ötrü DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ***-***-**-** mobil nömrə ilə istifadə edilən «Samsunq» markalı mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1 i.v.181) İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, əldə etdiyi narkotiki kimdən, nə vaxt , harada və hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 2 i.v.70) İşdə olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs müdafiəçisi ilə tanış olarkən özünü təqsirli bilmədiyi üçün qərarı imza etməkdən imtina etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla razı olmadığı üçün ifadə verməkdən də imtina etmiş və dindirmə protokolunu imza etməmişdir (cild 2 i.v. 141-155) İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 12 avqust 2008-ci il tarixli CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 aprel 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir İşdə olan Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2005-ci il tarixli 29 N-li arayışında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan 069756 N-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəməyə təqdim olunmuş vəsiqələri surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Naminə” və “Qalib Döyüşçü” medalları ilə təltif olunmuşdur. İşdə olan 042425 N-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İşdə olan 8261 N-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “X11” X12 rayonu üzrə sədridir. İşdə olan xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsinin iştirakçısıdır, Astara rayonu Ərçivan qəsəbəsində yaşadığı müddətdə ailəsi və qonşuları ilə münasibəti normal olmuş, bununla bağlı nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 159 saylı arayışda göstərilir ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1974-cü il təvəllüdlü arvadı Ülviyyə Əsədullayevadan və 1998-ci il təvəllüdlü oğlu Zakir Əsədullayevdən ibarətdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən ibtidai istintaq başa çatanadək, habelə məhkəmə baxışında verdiyi ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, heç vaxt narkotik vasitələrin istifadə və satışı ilə məşğul olmamış, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən ümumiyyətlə narkotik vasitə aşkar olunmamış, saxlanıldıqdan sonra üzərindən narkotik vasitənin aşkar olunmasına dair «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolu imza etməmiş, polis əməkdaşları tərəfindən döyülərək və işgəncələrə məruz qalmasına baxmayaraq narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinə məcbur edilməsi ilə bağlı səmimi ifadələr verərək həmin protokolları imza etmişdir. Təqsirləndirilən şəxs barəsində polis şöbəsində aparılan ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, hədə-qorxuya məruz qalaraq təzyiq altında olaraq hal şahidlərin iştirakı ilə şəxsi axtarış və aparılması zamanı heroinin özünə məxsus olmadığını bildirməsi barədə gətirdiyi dəlilləri, döyülməsi nəticəsində bədənində güclü ağrıların və xəsarətlərin olması habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Eldar Qədiminin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsində keçirilən qapalı məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalmasını göstərsə də, müdafiəçi Eldar Qədimi hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşdırmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamış, bu faktın araşdırılması ilə bağlı bir müdafiəçi kimi hər hansı bir təşəbbüs də göstərməmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinə gətirilərkən azadlıq hüququ məhdudlaşdırılaraq onun səmərəli və effektiv müdafiə olunmaq hüququ da tam şəkildə pozulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lagerblom İsveçə qarşı və Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X7rşı və Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş Astara Rayon Vəkil bürosunun vəkili Umud Cəfərov və Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Eldar Qədimi Təqsirləndirilən şəxslə gizli ünsiyyətləri olmamışdır. Hətta, işdə olan fotocədvəldən görünür ki, Astara RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı vəkilin iştirakı formal xarakter daşıyır. Belə ki, fotocədvəldə yalnız Təqsirləndirilən şəxs başını aşağı salmış vəziyyətdə polis əməkdaşları və vəkillə birgə, masanın üzərində mobil telefonla bir büküm və ağ rəngli zərflərin fotoları əks olunmuş, lakin Təqsirləndirilən şəxs üzərindən hansı qaydada və haradan narkotik vasitənin aşkar olunduğu əks olunmamışdır. Sanki elə təəsürat yaranır ki, Təqsirləndirilən şəxs yalnız şəkil çəkdirilməsi üçün şöbəyə aparılmışdır. Mübahisəsizdir ki, dövlət hesabına təyin olunmuş müdafiəçilər Umud Cəfərov və Eldar Qədiminin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Halbuki, müvafiq istintaq hərəkəti icra edilməmişdən əvvəl müdafiəçi şübhəli şəxslə söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təklikdə görüşməli və konfidensial qaydada ünsiyyət saxlamalı idi. İş materiallarından görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin hüququ pozulmuş, formal qaydada müdafiəçi kimi təyin olunmuş Umud Cəfərov və Eldar Qədimi tərəfindən isə istintaq orqanına müvafiq vəsatətlər verilməməklə Təqsirləndirilən şəxs pozulmuş hüquqlarının bərpası üçün təşəbbüs belə göstərilməmişdir. Cinayət işinin materialların öyrənilərkən müəyyən olundu ki, dövlət hesabına təyin olunmuş müdafiəçilər Umud Cəfərov və Eldar Qədimi sanki prosessual sənədləri imzalamaq üçün gəlmişlər, onların Təqsirləndirilən şəxs xeyrinə hər hansı bir fəaliyyəti ümumiyyətlə olmamış, müdafiəçilərin fəaliyyəti yalnız təhqiqatçı və müstəntiq tərəfindən tərtib edilmiş sənədləri imzalamaqdan ibarət olmuşdur. Dövlət hesabına təyin olunmuş müdafiəçilərin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Yalnız Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Vüqar Xasayevlə xx.xx.2023-cü il tarixdə və “Kamandar Nəsibov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2la xx.xx.2023-cü ildə müqavilə bağlandıqdan sonra iş üçün əhəmiyyət kəsb edən əsaslı vəsatətlər verilərək Təqsirləndirilən şəxs səmərəli hüquqi yardım göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli «təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında» qərarının məzmunundan görünür ki, qapalı məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən üzərində aşkar olunan narkotik vasitənin özünə məxsus olmadığını, ona qarşı təzyiq və zor tətbiq ediliyini, vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edir. 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həmin məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmiş, orada tibbi müayinə olunarkən «sol qulaq seyvanında, boynunun sol yan nahiyəsində, sol baldırın arxa tərəfində bənövşəyi rəngli, sol döş nahiyyəsində sarımtıl rəngli qançır izləri, hər iki bilək nahiyyəsində isə qərtməkli yara» kimi çoxsaylı xəsarətlər aşkar olunmuş, xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. İstintaq Təcridxanasından bu barədə Azərbaycan Respublikasının Baş prokurorluğuna, Baş prokurorluqdan isə Astara rayon prokurorluğuna məlumat verildikdən sonra 29 sentyabr 2023-cü ildə araşdırma başlanmışdır. Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması faktı Astara rayon prokurorluğu tərəfindən obyektiv tam və hərtərəfli yoxlanılmadan, işgəncə döyülmə faktının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilmədən və heç bir qanuni əsas müəyyən etmədən yalnız qanunsuz və əsassız olaraq sözügedən faktın «öz təsdiqini tapmadığı» qərarda qeyd edilməklə 06 oktyabr 2023-cü ildə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışında təqdim olunmuş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətinin 12 və 13-cü bəndlərindən görünür ki, onun « sol qulaq seyvanında bənövşəyi rəngli, boynunun sol yan nahiyəsində, sol baldırın arxa səthində bənövşəyi qançırların, sol döşdə sarı rəngli qançırların, hər iki biləkdə” xəsarətlər müşahidə olunmuş, deməsinə görə həbs olunan zaman həmin xəsarətləri almışdır. İşdə olan Astara rayon prokurorluğu tərəfindən qəbul olunmuş qərarda faktın öz təsdiqini tapmadığı və «materialda cinayət tərkibi müəyyən edilmədiyi» kimi ziddiyyətli əsaslar qeyd edilərək cinayət işinin başlanmasını rədd etmiş, eləcə də həmin qərarlarda işgəncə faktı üzrə Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar yoxlanılmamış, digər şəxslərin izahatları müqayisəli şəkildə təhlil edilməklə qiymətləndirilməmişdir. Bu da onu deməyə əsas verir ki, araşdırma qanuni və əsaslı aparılmamış, istintaq orqanının özü həmin fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsində və həqiqətən də belə bir faktın baş verib-verməməsinin aşkar edilməsində israrlı olmamış, bunun nəticəsində Təqsirləndirilən şəxs azadlıq hüququ qanunsuz məhdudlaşdılırlmış və o, əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Hansı ki, 13 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokolu Yalçn Əsədullayev açıq aşkar imza etməkdən imtina edir, protokola əlavə olunmuş fotocədvəldən narkotik vasitənin Yalçın Əsədulayevin harasından aşkar olunması ümumiyyətlə müşahidə olunmur, fotoşəkildə yalnız masanın üzərində bir bükümün və telefonun fotoşəkilləri əks olunmuşdur, onların mənbəyi istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Halbuki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. İstintaq orqanı bu halı araşdırma apararkən nəzərə almamış, ümumiyyətlə bu halın mövcudluğunu yoxlamamışdır. Elə təəsürat yaranır ki, istintaq orqanı sanki Təqsirləndirilən şəxs üzərində məhz bir bükümdə narkotik vasitənin aşkar olunacağından əvvəlcədən məlumatı olmuş, bununla bağlı polis şöbəsində əvvəlcədən hazırlıq işləri görülmüşdür. Habelə, məhkəmədə şahid qismində dindirilmiş hal şahidi X8 ifadəsində göstərmişdir ki, şöbədə olarkən otaqda yalnız masanın üzərində bir bükümün olduğunu görmüş, Təqsirləndirilən şəxs narkotikin ona aid olmadığını bildirmişdir. Buna görə də Yalçın həmin protokolu imza etməmişdir. Eyni zamanda, istintaq orqanı Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirilməmişdən əvvəl bədəni üzərində hər hansı bir xəsarətlərin olub-olmaması faktının mövcudluğunu yoxlamamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs qarşı işgəncə verilməsi ilə bağlı Astara rayon prokurorluğunda qəbul edilmiş «cinayət işinin başlanılmasının rədd edilməsi» haqqında 06 oktyabr 2023-cü il tarixli qərarlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. İşdə olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2023-cü il tarixli 289/MEŞ №-li rəyinə gəlincə isə görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol gicgah, sol qulaqaltı-çeynəmə, sol qulaq seyvanı, boyun, sol kürək nahiyələrinin, sağ saidin qançırları, sağ bazunun, sağ saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilərdi. Məhkəmə tərkibinin sorğusuna əsasən məhkəməyə ünvanlanmış Astara RPŞ-nın xx.xx.2024-cü il tarixli 3-13-65/2-3668/24 №-li məktubunda göstərilir ki,Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən Astara RPŞ-yə gətirilmiş və barəsində müvafiq sənədləşmə işləri aparıldıqdan sonra o, həmin gün BMCMİ-yə (Bakı şəhərinə) aparılmışdır. Təqsirləndirilən şəxs həmin gün Astara RPŞ-nın MSY-yə daxil olmadığına görə barəsində tibbi müayinə aparılmamışdır. Onun barəsində «tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı» kitabında hər hansı bir qeydiyyat və zəruri sənədlər tərtib olunmadığına görə onun hər hansı bir xəsarət alıb-almaması barədə məlumat verilə bilməsi mümkün deyildir. Lakin məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs «sol qulaq seyvanında, boynunun sol yan nahiyəsində, sol baldırın arxa tərəfində bənövşəyi rəngli, sol döş nahiyyəsində sarımtıl rəngli qançır izləri, hər iki bilək nahiyyəsində isə qərtməkli yara» kimi çoxsaylı xəsarətlər aşkar olunmuş, xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs döyülərək xəsarət almasının mövcudluğu məhkəmədə əlavə şahid qismində dindirilmiş Ülviyyə Əsədullayevanın və Zakir Əsədullayevin ifadələri ilə təsdiq olunur. Bununla da, məhkəmə istintaqı zamanı mötəbər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhz Astara rayon polis şöbəsində polis əməkdaşları tərəfindən inzibati binada döyülərək işgəncələrə məruz qalması nəticəsində bədən xəsarətlərini almış, bu barədə şöbədə qəsdən hər hansı bir qeydiyyat aparılmamış, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirildikdən sonra 14 iyul 2023-cü ildə tibbi müayəinə zamanı tibbi kitabçasında çoxsaylı bədən xəsarətlərinin aşkar olunmasına dair müvafiq qeydlər aparılmışdır. Astara RPŞ-nin rəhbərliyi tərəfindən polis əməkdaşlarının Təqsirləndirilən şəxs döyərək işgəncə verməsi faktının gizlədilməsi üçün şöbənin müvafiq qeydiyyatı kitabında onun bədəni üzərində aşkar olunan çoxsaylı xəsarətlər barədə müvafiq məlumatlar yazılmamışdır. Həmçinin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs saxlanıldığı gündən bir gün sonra - xx.xx.2023-cü il tarixdə o, tibbi müayinədən keçirilmiş, ekspertin rəyinin nəticə hissəsində onun bədəni üzərində olan xəsarətlərin 3-4 gün əvvəl əmələ gəlməsi göstərilsə də, məhkəmə qeyd edir ki, həmin xüsusat rəyin təsviri əsaslandırıcı hissəsində yazılmamış, bu hal təhlil edilməmiş və ümumiyyətlə xəsarətlərin əmələ gəlmə müddətinin müəyyən edilməsi ilə bağlı hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Bununla bağlı, məhkəmə tərkibi belə qənaətə gəlir ki, xəsarətlərin əmələ gəlmə müddəti ilə bağlı hissədə ekspert rəyi yekdil hesab oluna bilməz. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı» qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri azadlığı məhdudlaşdırılarkən məhz Astara rayon polis şöbəsinin inzibati binasında üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələrin verməsinə məcbur olunması, «şəxsi axtarış və götürmə aparılması haqqında» istintaq hərəkəti icra edilən zamanı protokolu imza etməkdən imtina etdiyinə görə polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində alınmışdır. Bütün bunlar onu göstərir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərə məruz qalaraq özünün əleyhinə ifadələr verilməsinə məcbur edilmişdir. Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl bədəni üzərində hər hansı bir xəsarətlərin olmaması müdafiə tərəfinin təqdim etdiyi DVD diskdəki videogörüntü ilə də təsdiq olunur. Belə ki, müdafiə tərəfi məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs sifətində və bədənində saxlanılmazdan əvvəl hər hansı bir xəsarətin olmadığını iddia edərək onun tutulmamışdan bir neçə saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə iştirak etdiyi toy məclisinin DVD disikini təqdim edərək məhkəmədə tədqiq olunmasını xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədən xəsarətlərini saxlanılmamışdan, yəni xx.xx.2023-cü il tarixdən 3-4 gün əvvəl aldığı düzgün göstərilməmiş, təqdim etdiyi diskdə Yalçının sifətində və gözlə görünən bədən nahiyyəsində hər hansı bir xəsarətin olması müşahidə edilmir, xəsarətlər ona məhz tutulduğu gün şöbədə yetirilmişdir. Məhkəmə müdafiə tərəfinin vəsatətini əsaslı hesab edərək təmin etmişdir. Belə ki, məhkəmə, Natiq və Zemfira Əlizadələrin xx.xx.2023-cü ildə keçirilən toy məclisinin görüntüsünü əks etdirən DVD diski tədqiq edərək 45.30 dəqiqədə Təqsirləndirilən şəxs mərasim zalına ağ rəngli qısaqol geyimdə daxil olaraq onun sol gicgah, sol qulaqaltı-çeynəmə, sol qulaq seyvanı, boyun nahiyyələrində, habelə 45.51 dəqiqədə olan görüntüdə onun masa arxasında oturan zaman sağ qol-bilək nahiyyələrində hər hansı bir xəsarətlərin olması açıq aşkar vizual olaraq müşahidə olunmur. Odur ki, həmin DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən maddi sübut kimi tanınmış və götürülərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, saxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs sifətində və bədəninin digər nahiyyələrində hər hansı bir xəsarətlər olmamış, o, Astara RPŞ-də döyülərək işgəncələrə məruz qalmış, üzərinə narkotik vasitə polis əməkdaşları tərəfindən qəsdən qoyulmuşdur. İşdə olan təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs adından yazılmış izahatda, habelə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun sonunda olan şifahi izahatda «Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin özünə məxsus olduğu, həmin kütləni Astara rayonu ərazisində tanımadığı şəxsdən 7 gün qabaq istifadə etmək məqsədi ilə əldə etdiyi, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı» qeyd edilsə də həmin xüsusatla Təqsirləndirilən şəxs razılaşmayaraq izahatı və protokolu imza etməkdən imtina etmişdir. Və bundan sonra ibtidai istintaq başlandığı ilk gündən başa çatanadək, habelə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrində narkotik vasitənin ona məxsus olmadığını, döyülərək, işgəncələrə məruz qalaraq narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasını dəfələrlə israrla iddia etmişdir. Onun döyülərək işgəncələrə məruz qalması işdə olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq olunur. Məhkəmə tərkibi hesab edir ki, təhqiqatçı tərəfindən yazılan bu xüsusatlar işin obyektiv halları ilə uzlaşmır və həqiqəti əks etdirmir, yalnız mülahizələrə və ehtimallara əsaslanır. Belə ki, CPM-nin 7.0.42-ci maddəsində göstərilir ki, izahat - cinayət prosesi iştirakçılarının və ya ərizəçinin özlərini tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir. Əgər Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin özünə məxsus olduğu, həmin kütləni Astara rayonu ərazisində tanımadığı şəxsdən 7 gün qabaq istifadə etmək məqsədi ilə əldə etdiyi, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı barədə etirafediçi əsaslandırılmış şifahi və yazılı dəlil irəli sürmüşdüsə onda Təqsirləndirilən şəxs həmin izahatı və protokolu sonda imza etməməsi absurddur və hər hansı bir məntiqə uyğun deyil. sanki, elə təəsurat yaranır ki, Təqsirləndirilən şəxs özü könüllü irəli sürdüyü dəlillə razılaşmır. Deməli, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının «Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin özünə məxsus olduğu, həmin kütləni Astara rayonu ərazisində tanımadığı şəxsdən 7 gün qabaq istifadə etmək məqsədi ilə əldə etdiyi, heç kimə narkotik vasitə satmadığı və bağışlamadığı» barədə irəli sürmüş dəlili heç bir sübuta əsaslanmır, yalnız mülahizələr əsasında Təqsirləndirilən şəxs bununla bağlı ittiham irəli sürülmüşdür. Odur ki, ibtidai araşdırma başlandığı ilk gündən başa çatanadək, eləcə də məhkəmə baxışında Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə aparılması» zamanı şifahi izahatında, narkotik vasitənin ona məxsus olmaması, polis şöbəsində döyülərək işgəncələrə məruz qalması barədə göstərdiyi xüsusatlar, habelə məhkəmə-narkoloji və məhkəmə kimyəvi ekspertizanın rəyləri ilə razılaşmayaraq müvafiq protokolları imza etməməsi təqsirləndirilən şəxsin ifadələrinin sərbəst və həqiqətə uyğun olması məhkəmədə əsaslı şübhələr yaratmır. Məhkəmə tərkibi hesab edir ki, bu əsasa görə də «şəxsi axtarış və götürmə aparılması» haqqında 13 oktyabr 2023-cü il tarixli protokolun və fotocədvəlin mötəbərliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokolla və fotoşəkillə müəyyən edilmiş hallar, yəni Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunmasına dair protokol etibarsız hesab olunmalı və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, məhkəmədə qətimkan tədbiri məsələsinə baxılarkən izahat verən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki zorakılığa və təzyiqlərə məruz qaldığını, ona qarşı qeyri-qanuni hərəkətlərin edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs döylərək işgəncələrə məruz qalması işdə olan məhkəmə-tibbi ekspertizasnın rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Eyni ilə, polis əməkdaşları - Şahid1, Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar olunması xüsusatı ilə bağlı verdikləri ifadələr standart və eyni məzmunlu olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsuli ilə yazılmasının aşkar göstəricisidir. Məhkəmə hesab edir ki, adları yuxarıda qeyd olunan polis əməkdaşlarının həm ibtidai istintaq zamanı verdikləri sərbəst ifadələri, Təqsirləndirilən şəxslə üzləşdirmə zamanı verdikləri ifadələr, həm də məhkəmədə verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız sayılmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə bilər və Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində standart, eyni məzmunlu ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün, həmin cinayət işi üzrə istintaq hərəkətləri barəsində onların ifadələrini ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda Avropa Məhkəməsi sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprel 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/3809 №-li rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroinlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş kütlə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2023-cü il tarixli, 4447 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur, lakin İİİ dərəcəli əlil olması ilə bağlı narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən ittiham aktında bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. Məhkəmə tərkibi hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Daxili İşlər Nazirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 40,001 qram heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21, 42.1.4, 55, 346, 347, 349, 350, 352, 353, 356-358, 384, 385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə material narkotik vasitəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən-Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilsin, cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 40,001 qram heroin həmin materiala əlavə edilsin. Təqsirləndirilən şəxs bəraət verildiyindən iş üzrə məhkəmə məsrəfləri - 110 (yüz on ) manat məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar