Məhkəmə qərarları › İş №1(099)-203/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-203/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-203/2025 12.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bərdə şəhəri, Hüseyn Cavid küçəsi, ev 41-də qeydiyyatda olmaqla Bərdə rayonu, Güloğlular kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Sahib adında şəxslə Beyləqan rayonunda külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə olan heroinin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra o, Beyləqan rayonuna gəlmiş, qrupun digər üzvü Sahib adında şəxsin bu məqsədlə razılığa gəldiyi İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin həmin narkotik vasitələrin Beyləqan rayonu, Əhmədli kəndi ərazisində yerləşən qəbiristanlıqdakı ağacın altında gizlədilməsini təşkil etdikdən sonra Sahib adında şəxs 03 iyun 2024-cü il tarixdə saat 22:22-də istifadəsində olan +**********42 saylı mobil nömrə vasitəsilə onun istifadəsində olan “Redmi 9” markalı mobil telefonda +**********11 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” tətbiqinə qeyd edilən növdə və miqdarda narkotik vasitələrin həmin qəbiristanlıqdakı ağacın altında gizlədilməsi barədə məkan, həmin gün saat 22:24-də içərisində narkotik vasitələr olan bir ədəd kisənin fotoşəklini, həmin gün saat 22:43-də isə +**********64 saylı mobil nömrənin fotoşəklini göndərdikdən sonra o, həmin mobil nömrə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə narkotik vasitələrin gizlədildiyi yerin müəyyən edilərək satış məqsədilə qanunsuz olaraq götürülüb əldə edilməsi, saxlanılaraq daşınması barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin məlumatlara uyğun olaraq 04 iyun 2024-cü il tarixdə, saat 01:30 radələrində Beyləqan rayonu, Əhmədli kəndinin ərazisindəki qəbiristanlığın yanına gələrək qəbiristanlığın içərisinə daxil olub bir qədər axtardıqdan sonra qəbiristanlıqdakı ağacın altında gizlədilmiş içərisində külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və xüsusilə külli miqdarda narkotik vasitə heroin olan bir ədəd ağ rəngli sintetik torbanı satış məqsədilə qanunsuz olaraq götürüb əldə edərək əlində saxlamaqla daşıyarkən həmin gün saat 01:45-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbiri nəticəsində qəbiristanlığın içərisində saxlanılıb əlində olan ağ rəngli bir ədəd sintetik torba ondan götürülüb içərisinə baxış keçirilərkən həmin torbanın içərisindəki bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen torbada təmiz çəkisi 1470,0 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üç ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-2400,0 qram, 2180,0 qram, 2430,0 qram, ümumi təmiz çəkisi 7010,0 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkibinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkmə istintaqı zamanı ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər heyvandarlıqla məşğul olmuş, at saxlamışdır. Həmin gün də İmişli bazarına at almağa getmişdir. Bazarda olanda uzaq qohumu olan Sahib adlı şəxslə qarşılaşmış, həmin tanışı Beyləqandan 2 kiloqram narkotik vasitə marixuana götürmək lazım olduğunu, marixuananı götürməsi qarşılığında ona həmin marixuananın yarısını və ya iki min manat pul verə biləcəyini demişdir. O, Sahiblə razılaşmış, onun göndərdiyi konumda göstərilən yerə getmiş, həmin yerin məzarlıq olduğunu görəndə isə geri qayıtmışdır. Təxmini 100 kilometr qayıtdıqdan sonra Şahid8 ona zəng edərək, kiməsə söz verdiyini, ayıb olduğundan narkotik vasitəni götürməli olduğunu söyləmişdir. O, göstərilən əraziyə yenidən qayıtmışdır, torbanı götürmədən onu saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə marixuananın az miqdarda olduğunu zənn etmişdir, o, narkotik vasitəni götürmədən saxlanılmışdır, əgər onun miqdardan artıq olduğunu görsə idi götürməzdi, Sahib adlı şəxslə narkotik vasitə ilə bağlı ilk dəfə bazarda söhbət etmiş, o ona İİR vətəndaşının nömrəsini vermişdir, narkotik vasitə olan torba ilə polisləri eyni anda görmüş, torbanı götürmədən qaçmaq istəmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “...Sahib ona narkotik vasitənin qoyulduğu yerin şəkilini atacağını deyib telefonu söndürmüşdür. Buna görə də o, mal bazarından çıxıb Cəlil adlı taksi sürücüsü ilə Beyləqan rayonu, Əhmədli kəndi ərazisinə getmişdir. Bir neçə dəqiqə sonra Sahib ona narkotik vasitənin qoyulduğu yerin şəklini, məkan məlumatı və iranlının mobil telefon nömrəsinin şəklini göndərmişdir. Bu vaxt ona tanımadığı İran İslam Respublikasına məxsus mobil nömrədən zəng gəlmiş, o, telefonu açan zaman bir nəfər özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs nömrəni ona Sahibin verdiyini bildirib Whatsapp tətbiqində ona yazmasını istəmişdir. O, telefonu söndürüb həmin şəxsə Whatsapp tətbiqində yazmış, özünü İran-İslam Respublikası vətəndaşı kimi təqdim edən həmin şəxs ona mesaj yazıb və səslər ataraq narkotik vasitənin qoyulduğu yeri ona bildirərək, gedib həmin narkotik vasitələri götürməsini bildirmişdir. O, avtomobildən düşüb kəndə girmiş, sürücü onu düşürüb çıxıb getmişdir. O, İran İslam Respublikasının vətəndaşının ona dediyi qəbiristanlığı tapmış, bir müddət həmin ərazidə gəzib heç kimin olmadığından əmin olduqdan sonra qəbiristanlığa daxil olmuşdur. O, qəbiristanlığa girdikdən sonra orada olan ağacın altına bir ədəd ağ rəngli kisə qoyulduğunu görmüşdür. O, dərhal kisəyə yaxınlaşmışdır. O, kisəyə baxdıqda həmin kisənin onun götürməli olduğu kisə olduğunu bilmiş, kisə bağlı olmuşdur. O, kisəni açmadan ağacın altından götürüb qəbiristanlığın girişinə tərəf aparmağa başlamış, kisəni təxminən 9-10 metr aparmışdır ki, qəfildən mülki geyimli bir neçə şəxs ona yaxınlaşıb onu tutmuşdur. Bu zaman o, əlindəki kisəni yerə qoymuş, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər... Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər...”. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Sonda təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 4 iyun 2024-cü il tarixində Bərdə rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması və saxlanmasında şübhəli bilinməsi barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılaraq məlumat üzrə Təqsirləndirilən şəxs qəbirstanlıq ərazisində saxlamışlar. Saxlanılan zaman onun əlində kisə olmuşdur. Şəxsin üzərinə və kisəyə baxış keçirilmiş, kisədən 4 ədəd bağlama aşkar edilmişdir. 3 büküm bağlamada marixuana, 1 büküm bağlamada heroin aşkarlanmış. Şəxs ifadəsində narkotiki Sahib adlı şəxsin göstərişi ilə deyilən yerdən götürdüyünü, iranlı şəxslə də onu danışdıranın Sahib olduğunu bildirmişdir. Şəxsin telefonuna baxış zamanı onun narkotik vasitəni iranlı Qara ləqəbli şəxsdən aldığı məlum olmuşdur. Şəxs saxlanılan zaman narkotik vasitə onun özündə olmuşdur, polis əməkdaşlarını gördükdə isə bağlamanı yerə qoymuş və bağlamada nə olduğu ilə bağlı suala cavab olaraq onu İmişli şəhərində mal bazarında bir nəfərə verəcəyini, iki min manat pul alacağını qeyd etmişdir. İş üzrə dindirilmiş Şahid1 Şahid3 qeyd etdiklərinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Sahib adlı şəxsin onun qohumu olduğunu və onu narkotik vasitəni götürməyə həmin şəxsin göndərdiyini söyləmişdir. Onun bağlamanı götürdüyü yeri görməmişlər, həmin vaxt bağlama əlində olmuş, o özü götürdüyü yeri onlara göstərmişdir. Şəxsə qarşı zor tətbiq edilməmiş, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş üzrə dindirilmiş Şahid2 Şahid3 və Şahid1 qeyd etdiklərinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Sahib adlı şəxs onu iranlı şəxs ilə tanış etmiş, narkotik vasitənin olduğu yerin konumunu da ona həmin şəxs göndərmişdir, İranlı şəxs də onlara 2 min manat pul verəcəkmiş. Təqsirləndirilən şəxs İmişli şəhərinə at almaq üçün getdiyini, İmişli bazarından gəldiyini söyləmişdir. Təqsirləndirilən şəxs Şöbəyə gedərkən heç bir etiraz etməmiş, vəkilin və hal şahidlərinin iştirakı ilə şəxsin üzərinə və bağlamaya baxış keçirilmiş, bağlamadan 3 bükümdə marixuana və 1 bükümdə heroinə bənzər kütlələr aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid7 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 4 iyun 2024-cü il tarixdə qonşusu Şahid6lə söhbət edərkən müki geyimdə polis əməkdaşı onlara yaxınlaşaraq, kənddə bir nəfərin narkotik vasitə ilə saxlandığını, onların iştirakı ilə baxış keçirilməsinin mümkün olub-olmayacağını soruşmuşdur. Onlar razılaşdıqdan sonra hadisə yerinə getmişlər və vəkil gəldikdən sonra aşkarlanan torbaya baxış keçirilmişdir. Torbada 3 büküm yaşıl tünd rəngli marixuana və 1 büküm qəhvəyi rəngli heroin şəxsin üzərinə baxış zamanı isə telefon aşkar edilmişdir, polislər onları gecə saat 03 radələrində çağırmışlar. Onlar qəbirstanlığa gedəndə polis əməkdaşları orada olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitənin olduğu yerə iranlı şəxsin atdığı konum vasitəsilə gəldiyini demişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.10-11) - «Şəxsi axtarış və götürmə haqqında» 04 iyun 2024-cü il tarixli prokotoldan və ona əlavə edilmiş videodiskdən görünür ki, Əzimov X2 rayonu, Əhmədli kəndi ərazisində yerləşən qəbiristanlıqda saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilən zaman qarşısına qoyduğu kisənin içərisində nə olduğu soruşulmuş, o, həmin kisənin içərisində nəşə olduğunu, İmişli rayonu, mal-qara bazarında bir nəfərlə tanış olduğunu, həmin şəxsin ona qarşısındakı kisəni içərisində olan nəşəni götürüb ona çatdırması qarşısında 2000 manat pul vəd etməsini bildirmişdir. Kisənin ağzı açılaraq içərisinə baxış keçirilən zaman dörd ədəd üzəri yapışqan lentlə sarınmış bağlama aşkar edilmişdir. Həmin bağlamalara baxış keçirilərkən üç ədəd bağlamanın içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, digər bir ədəd bağlamanın içərisində isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin yerinin “Whatsapp” tətbiqində iranlı tərəfindən “konum” vasitəsilə atıldığını, iranlının nömrəsinin bazarda tanış olduğu şəxsin verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilərək əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu, narkotik vasitələrin yerini göndərən şəxsin adını “Qara” kimi qeyd etdiyini bildirmiş, yazışmalara baxış keçirilən zaman həmin adla qeyd olunmuş şəxsin mobil nömrəsinin +**********64 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yazışmaların ona məxsus olduğunu və həmin şəxsin yeri ona atdığını demişdir. Sonra mobil telefon götürülmüşdür. Şəxsi axtarış zamanı başqa hər hansı dövriyyəsi qanunla qadağan edilmiş, habelə iş üçün əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrə bənzər kütlələri haradan əldə etməsi soruşulduqda o, 10 metr gedərək qəbiristanlığın içərisində olan ağacın altını təqdim edərək həmin kütlələri oradan götürdüyünü bildirmişdir. (C-İ, i.v. 26-31) - Beyləqan Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 4(020)-19/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə özünü təqsirli bilmişdir. ( i.v. 67-69) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 06 dekabr 2024-cü il tarixli, 1512 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.( C-İİ, i.v. 59-61) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 08 iyun 2024-cü il tarixli, 730 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1469, 90 qram olan narkotik vasitə heroin və 7009,70 qram olan narkotik vasitə qurudulmuş marixuana, cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan Rayon Polis Şöbəsinin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. (C-İ, i.v 96) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 11 iyun 2024-cü il tarixli, 741 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01(bir) ədəd “Redmi 9” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan Rayon Polis Şöbəsinə Təhvil verilmişdir.(i.v. 100) - «Sübutların qiymətləndirilməsi haqqında» 09 dekabr 2024-cü il tarixli, 1519 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1469, 90 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 7009,70 qram olan narkotik vasitə qurudulmuş marixuananın, 01(bir) ədəd “Redmi 9” markalı mobil telefonun iş üzrə maddi sübut kimi tanınaraq, Beyləqan RPŞ-yə verilməsi nəzərə alınmış, “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskin, "xxxx" protokola əlavə edilmiş 01 ədəd DVD diskin, X5 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskin və X1 Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskin cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır.( C-İİ, i.v. 77- 95) - Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 04 iyun 2024-cü il tarixli, 3-16-16/2-18/555-556 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış sintetik torbada üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1470,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üç ədəd qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 2400,0 qram, 2180,0 qram, 2430,0 qram, ümumi çəkisi 7010,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. (C-İ, i.v. 39- 40) - Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 4343 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (C-İ, i.v. 194-195) - "xxxx" 08 iyul 2024-cü il tarixli protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş, üzərində “8694” nömrəsi, 28 iyun 2024-cü il tarixi yazılan CD disk “HP” markalı kompyuterə qоşulduqdan sonra «Kompüter» pəncərəsində “DVD RW Disk qurğusu” proqramı açılmışdır. Həmin proqrama daxil olduqda sonra “8694-xx.xx.2024” adlı fayl qovluğu açılmışdır. Qovluğa daxil olduqda “519426921_SMS”, “**********21”, “abunechiler” və “antena” adlı fayllar açılmışdır. Həmin fayllara baxış keçirilən zaman “519426921” saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına olması müəyyən olunmuşdur. Baxış zamanı ********* saylı mobil nömrədən sonuncu dəfə 00**********42 saylı mobil nömrəyə zəng edilən zaman Beyləqan rayonu, Dünyamalılar kəndi ərazisində quraşdırılmış "xxxx" MMC-yə məxsus antenin əhatə dairəsində olması müəyyən edilmişdir. Baxış zamanı qeyd olunan zəngin hansı tarixdə edilməsi yoxlanılmış, lakin faylda bu barədə məlumat göstərilməməsi müəyyən edilmişdir. (C-İ, i.v.131) - "xxxx" 07 iyun 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefonun “Zənglər” bölməsində “Sahib Agayev” adı qeyd olunan +**********42 saylı mobil nömrə ilə 03 iyun 2024-cü il tarixdə, saat 19:13-də +**********11 arasında 52 saniyə, +**********21 saylı mobil nömrə arasında saat 20:42-də 57 saniyə, saat 20:48-də 11 saniyə davam edən daxil olmuş zənglər, saat 19:18-də 15 saniyə, saat 22:14-də 27 saniyə davam edən çıxan zənglər, 04 iyun 2024-cü il tarixdə saat 01:20-də +**********11 arasında daxil olan cavabsız zəng olması müəyyən edilmişdir. +**********33 saylı mobil nömrə ilə +**********21 saylı mobil nömrə arasında 03 iyun 2024-cü il tarixdə, saat 07:47-də, saat 08:58-də daxil olan cavabsız zənglər, saat 07:50-də 4 saniyə, saat 09:13-də 23 saniyə, saat 10:36-da 25 saniyə, saat 10:37-də 17 saniyə, saat 17:59-da 40 saniyə, saat 19:16-da 1 dəqiqə 25 saniyə, saat 19:44-də 19 saniyə, saat 20:09-da 5 saniyə davam edən çıxan zənglər, saat 11:38-də 1 dəqiqə 16 saniyə, saat 17:15-də 1 dəqiqə 38 saniyə, saat 17:17-də 17 saniyə davam edən daxil olmuş zənglər, saat 11:34də, 11:36-da, 04 iyun 2024-cü il tarixdəsaat 01:02-də çıxan cavabsız zənglər olması müəyyən edilmişdir. İran İslam Respublikasının domen kodu ilə olan +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə 22:37-də 6 saniyə davam edən daxil olan zəng, +**********57 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə 03 iyun 2024-cü il tarixdə, saat 22:06-da 51 saniyə davam edən daxil olmuş zəng olması müəyyən edilmişdir. Daha sonra telefonun ekranında olan “Whatsapp” proqramına daxil olunaraq baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs “Whatsapp” proqramında istifadəsində olan +**********11 saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edildi. Daha sonra iş üçün əhəmçiyyət kəsb edə biləcək mesajlaşmaların olub-olmaması yoxlanıldı. “Whatsapp” proqramında Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrəyə “Sahib Agayev” adı ilə qeyd edilmiş +**********42 saylı mobil nömrədən 03 iyun 2024-cü il tarixdə, saat 22:22-də “Məkan” məlumatı, saat 22:24-də ağacın dibində ağzı bağlı ağ rəngli kisə olan, saat 22:43-də +**********64 nömrə yazılmış fotoşəkilllər göndərilmişdir. Bundan başqa həmin nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrəyə 03 iyun 2024-cü il tarixdə saat 22:43-də “qaqa bir dənə onu yığ” məzmunlu, saat 23:06-da Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrədən +**********42 saylı mobil nömrəyə saat 23:06-da “ə dayı bunun böyüyünün ağzını ..., bu aparıb qoyub elə bir qiniloy tuxta yerə qoyub, qoy görüm yenə gedirəm” məzmunlu, daha sonra +**********42 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrəyə 04 iyun 2024-cü il tarixdə saat 00:00da “ə qaqa niyə səsin gəlmir, bir səsini çıxar görək” məzmunlu səsli mesaj göndərilmişdir. Daha sonra saat 00:08-də +**********42 saylı mobil nömrədən səsli zəng edilmiş və 57 saniyə danışıq aparılmışdır. Bundan sonra həmin gün saat 01:18-də “qaqa bir dənə mənə zəng elə” məzmunlu, saat 01:24-də “ ay qaqa bir dənə mənə zəng elə də imkan varsa, işim var, görüm nə təhər oldu? o at məsələsini nə edək qaqa?” məzmunlu, saat 01:45-də “qaqa de görüm atı tapdın sən?, bir nəfər də deyir bu tərəfdə “Canavarlı” tərəfdə görüblər, tapdınsa mən oraya soraq göndərməyim” məzmunlu səsli mesaj göndərilmiş, saat 01:52də cavabsız səsli zəng edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrədən 03 iyun 2024-cü il tarixdə, saat 22:42-də “Qara” adı ilə telefona qeyd edilmiş , “+**********64 saylı mobil nömrəyə “salam” məzmunlu mesaj göndərilmiş, daha sonra həmin nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrəyə həmin gün saat 22:42-də bir dəqiqə davam edən səsli zəng edilmiş, saat 22:45də “ordan mənə bir konum at şəkil at görüm hardasan sən” məzmunlu səsli mesaj göndərilmişdir. Həmin gün saat 22:45-də +**********64 saylı mobil nömrəyə məkan məlumatı göndərilmişdir. Sonra saat 22:46-da +**********64 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrəyə “şəkil də ver mənə” məzmunlu, saat 22:47-də “abu uzaqlaşıb ee, gəlib bura, burda İran tərəfdədi, başına dönüm sənin, arazı keçib gəlib bu üzə, mənə zəng vurmuşdu, bizim arazımızı keçib gəlib bu üzə” məzmunlu səsli mesaj göndərilmişdir. +**********11 saylı mobil nömrədən +**********64 saylı mobil nömrəyə saat 22:48-də +**********11 saylı mobil nömrədən +**********64 saylı mobil nömrəyə “ qardaş bir də gedirəm, ora ən yaxınlaşdığım yerdən sənə bir dənə də konum atacam, ora ola bilər dal tərəfindən gəlib hardan girib bilmirəm, ora mən kəndin içindən bura girmək görmədim, bir də fırlanıram ora, əlimdən gələni vallah edəcəm, dayıma da demişəm, yola çıxardı da gərək, qoy görüm nə edirəm, yəni narahat olma, əlimdən gələni edəcəm, əgər riskli deyilsə gedib götürəcəm” məzmunlu, saat 22:49-da +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə “abi biraz da dayan görüm, deyir mən araz tərəfdəyəm, deyir mən ora gedib bilirsən nə qədər çəkər? Deyir mənim ora getməyim 40 dəqiqə çəkər mən ora gedəm” məzmunlu, saat 22:51-də “abi buna zəng edirəm, qorxdu ee, deyir qorxuram, qorxdu, şübhələndi, narahat oldu dedi nə oyundu çıxardırsan, məni bir də aparırsan qoyursan o tərəfə, mən nə iş görüm bunu mən? Bir yolunu tap ged götür də başına dönüm sənin” məzmunlu, saat 22:52-də +**********11 saylı mobil nömrədən +**********64 saylı mobil nömrəyə “qaqa, o kəndin adı nədi, kəndin adını mənə de dəqiq” məzmunlu, saat 22:54-də +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə “biraz da səbirli ol başına dönüm, setdən çıxıb” məzmunlu, saat 23:00-da “mən kəndin adını bilmirəm, bu da setdən çıxıb şərəfsiz” məzmunlu, saat 23:01-də atam get də qadan alım sənin, məni qoyma üzü qara” məzmunlu səsli mesaj göndərilmişdir. Həmin gün saat 23:02-də +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə “Kendin adi askallar olmaildir” məzmunlu mesaj, “abi kəndin adı bu olacaq bax başına dönüm sənin, gəldi setə deyir kəndin adı o olacaq” məzmunlu səsli mesaj, saat 23:07-də “orda kafe de var”, “İsdemiyen zaprafka”, “Yaninda terekeme restant”, “Trekeme”, “Baki terefden gelende evvel zaprafka”, “Restarant”, “Kruqdan sola”, “250m soram solda qebrsandigda” məzmunlu mesajlar, saat 23:08-də “abi bunlardan bir şey anlayırsan sən gör, yazdı mənə atdı” məzmunlu, saat 23:09-da “bu oranı qəşəng tanıyır, kəndin hər yanını yaxşı bilir, başa düşür, oranı dəqiq bilib ki aparıb qoyub qəbiristanlığa, day bilmirəm sən necə oranı tanımırsan, sən oralı deyilsən ki oranı tanıyasan, sənə də həqq verirəm, səni başa düşürəm, oranı bilməzsən ki haradı” məzmunlu səsli mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan +**********11 saylı mobil nömrədən +**********64 saylı mobil nömrəyə “qardaş, mən bildim ee qəbiritanlıqda, bu qəbiritanlıqda mən burdan keçəndən sonra yuat yeri var orda, işıqları yandırıblar birinci, ikincisi də mən keçəndən sonra 400 metr gedib qaranlıqda mən onu orada tapıb gəlib təzədən maşına oturum, maşın məni götürsünçətin işdi, səhərə yaxın saat 5-də mən gəlib götürəcəm onu, sən heç kimə demə, mən gəlib götürəcəm, lazım olsa burdan qəbirlərin içindən bir qohum qəbri tapıb ziyarət etməli də olsa gəlib onu götürəcəm də oradan, amma dediyim yola çıxarda bilirsə istədiyin vaxt, səhərə kimi durum burda gözləyim, qayıdım nətəhər istiyirsən, onsuz da getmirəm də, aralaşıram gedirəm başqa yerdə dayanım” məzmunlu, saat 23:28-də +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə “atam başına dönərəm, bilirsən necə deyirəm? sən orda gözləsən, ara bax biraz sakitləşsə, ora şuluxluğ olsa, ondan soruşdum, orda adam zad olmur ki axı, deyir baxır saat 12, 1-ə işləmiş heç kim olmur, zübeyn kimi dayanarsan orda, dayandın orda nolacaq? İtdən pişikdən, çaqqal götürdü sürüdü, apardı başqa yerə qoydu, onda mən nağaracam? Gəl indi bunu tapginən, orda bir dənə ağac var, ağacın dibinə qoyub da, onu sən allah ged rahatçılıqla götür, mənim allaha and olsun ürəyim partladı” məzmunlu, saat 23:55-də “abi nə iş gördün, getdin, getmədin, oralardasan?” məzmunlu, mesaj göndərilmişdir. Daha sonra 04 iyun 2024-cü il tarixdə, saat 00:39-da +**********11 saylı mobil nömrədən +**********64 saylı mobil nömrəyə səsli zəng edilərək 3 dəqiqə, saat 00:52-də +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə səsli zəng edilərək 1 dəqiqə danışıq aparılmışdır. Həmin gün saat 00:41-də +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə cavabsız səsli zəng edilmişdir. Həmin gün saat 01:49-da +**********64 saylı mobil nömrədən +**********11 saylı mobil nömrəyə “ ay qağa, dilin zadın yoxdu?, Bu telefona cavab ver də başına dolanım sənin, bu oyunlar nə mənədi? Cavab ver başına dönüm sənin, burda ödümü yedim ee mən” məzmunlu mesaj göndərilmiş, lakin mesaja cavab verilməmişdir. 03 iyun 2024-cü il tarixdə, saat 22:23-də +**********11 saylı mobil nömrədən +**********21 saylı mobil nömrəyə məkan məlumatı göndərilmişdir. ( C-İ, i.v. 87-89) - "xxxx" 06 sentyabr 2024-cü il tarixli protokola əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş, üzərində “Nar, Sənə ən yaxın” sözləri və 24/24031/0035 nömrəsi yazılan CD disk “HP” markalı kompyuterə qоşulduqdan sonra «Kompüter» pəncərəsində açıldıqda “DVD RW Disk qurğusu” proqramı açılmışdır. Həmin proqrama daxil olduqda sonra “Mushteri zenglerinin detallashmasi_MSİSDN_702313311”, “Nomrenin_Mexsusluq_Tarixcesi_**********1717_702313311”,“SMSdetallashmasi_SİSDN_ 702313311” və “Zenglerin mexsusluq tarixcheleri_ MSİSDN_702313311” adlı PDF faylları açılmışdır. Həmin fayllara baxış zamanı 03 iyun 2024-cü il tarixdə, saat 19:13:38-də ********* saylı mobil nömrədən ********* saylı mobil nömrəyə zəng edilərək 53 saniyə danışıq aparılması, bu zaman ********* saylı mobil nömrənin Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi ərazisində quraşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus antenin əhatə dairəsində olması, 03 iyun 2024-cü il tarixdə, saat 22:06:56-da ********* saylı mobil nömrədən ********* saylı mobil nömrəyə zəng edilərək 52 saniyə danışıq aparılması, bu zaman ********* saylı mobil nömrə Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisində quraşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus antenin əhatə dairəsində olması, 03 iyun 2024-cü il tarixdə saat 22:37:38-də 00**********64 saylı mobil nömrədən ********* saylı mobil nömrəyə zəng edilərək 7 saniyə danışıq aparılması, bu zaman ********* saylı mobil nömrə Beyləqan rayonu, Əhmədli kəndi ərazisində quraşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus antenin əhatə dairəsində olması müəyyən edilmişdir. (C-İ, i.v. 189) Təqsirləndirilən şəxsin dəlillərinə qiymət verilməsi: Məhkəmə təqsirləndirilən şəxsin iki kiloqram qurudulmuş marixuana növündə narkotik vasitə əldə etmək üçün getməsi, lakin, narkotik vasitəni götürməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin həmin dəlilləri aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmır. Belə ki, əvvəla, təqsirləndirilən şəxs özü məhkəmə istintaqında qeyd etmişdir ki, birinci dəfə şübhələndiyi üçün narkotik vasitənin olduğu yerdən təxminən 100 km yol qət edərək Ağcabədi şəhərinə qədər getmiş, lakin, Sahib adlı şəxsin israrıyla narkotik vasitəni götürmək üçün qayıtmışdır. Belə olan halda, əgər həmin dəlillər həqiqətə uyğun olsa belə yüz kilometrlərlə yolu qazanc əldə etmək üçün gecə vaxtı yol qət etmiş şəxsin ikinci dəfə qayıtdıqdan sonra narkotik vasitəni götürməkdən imtina etməsi ağlabatan deyildir. Həmçinin, Təqsirləndirilən şəxs Sahib adlı şəxsə yazdığı yuxarıda qeyd olunan mesajlardan, o cümlədən “...səhərə yaxın saat 5-də mən gəlib götürəcəm onu, sən heç kimə demə, mən gəlib götürəcəm, lazım olsa burdan qəbirlərin içindən bir qohum qəbri tapıb ziyarət etməli də olsa gəlib onu götürəcəm də oradan, amma dediyim yola çıxarda bilirsə istədiyin vaxt, səhərə kimi durum burda gözləyim, qayıdım nətəhər istiyirsən, onsuz da getmirəm də, aralaşıram gedirəm başqa yerdə dayanım” məzmunlu mesajından da görünür ki, Təqsirləndirilən şəxs nəinki narkotik vasitəni əldə etməkdən imtina edir, hətta onun şəxsən özü tərəfindən əldə edilməsində israrlıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmçinin gah bildirmişdir ki, narkotik vasitə dolu torbanı polis əməkdaşları onun qarşısına qoyarkən şəxsi axtarışda görmüş, gah da qeyd etmişdir ki, həmin torba ilə polis əməkdaşlarını eyni vaxtda görmüş, onları görən kimi qaçmışdır. Təqsirləndirilən şəxsin həmin torbanı ilk dəfə görməsinə dair dəlili də ona görə qeyri-mötəbərdir ki, Təqsirləndirilən şəxsla Sahib adlı şəxsin yazışmalarında ağacın altında narkotik vasitə dolu kisənin şəkilin təqsirləndirilən şəxsə göndərildiyi, bundan sonra onlar arasında danışığın olduğu aydın görünür. Göründüyü kimi, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən ifadələri bir-birindən fərqli olmaqla, məsuliyyətdən yayınmağa xidmət edir, onun narkotik vasitəni özünün bildirməsinə əsasən iki dəfə gecə vaxtı yol qət etməklə götürmək üçün gəldikdən sonra əldə etməsi daha inandırıcı olmaqla, iş üzrə digər sübutlarla uzlaşır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitəni qoyulduğu yerdən götürdüyünə dair işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid1, Şahid7 və P. Süleymanovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-in 126.6cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin əldə edib daşıdığı narkotik vasitələrin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onun həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə narkotik vasitəni əldə edib daşıması müqabilində 2000 manat qazanc əldə edəcəyi ilə bağlı etirafedici ifadəsi onun həmin maddələri məhz satış məqəsidilə əldə etməsini təsdiq edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası»nın, « Məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, "xxxx" protokola əlavə edilmiş 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 24 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4, 28,206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq əmlakı müsadirə olunmamaqla on il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib dörd ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının iki il doqquz ay on doqquz gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq iki il on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmündən cinayətin residivinə dair müddəalar xaric edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 01 avqust 2019-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə ona qəti olaraq təyin edilmiş iki il on ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş on ay on gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. ( C-İ, i.v. 150-152) - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 28 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əzimov X2 şəhəri, Hüseyn Cavid küçəsi, ev 41-də qeydiyyatdadır, cəmiyyət arasında müsbət xarakterizə edilmişdir. ( C-İ, i.v. 177-178) Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs yenidən qəsdən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli residiv sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təhlil olunan cinayət qanunun normalarının məzmunundan göründüyü kimi, əməlində cinayətin xüsusilə təhlükəli residivi olduğuna görə Təqsirləndirilən şəxs 11 il 3 aydan aşağı həddə cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətinin xüsusilə təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 04 iyun 2024-cü il tarixdən hesablanmalı, Beyləqan Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 4(020)- 19/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63,90 (altımış üç manat doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altımış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi -1469,90 qram olan narkotik vasitə heroin və 7009,70 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, "xxxx" protokola əlavə edilmiş 01 ədəd DVD disk, X5 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk və X1 Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını xüusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan 1469,90 qram olan narkotik vasitə heroin və 7009,70 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, "xxxx" protokola əlavə edilmiş 01 ədəd DVD disk, X5 Məsuliyyətli Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk və X1 Cəmiyyətindən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 63,90 (altımış üç manat doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs oğluna münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar