Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-204/2022 13.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi1, tərcüməçi X3 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, Xızı rayonu, Şorabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 01 avqust 1993-cü il tarixdə İran İslam Respublikasının Germi şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Germi şəhəri, Dərmanlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan X5 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının (bundan sonra – İran İR) vətəndaşı olan X8 digər şəxslərlə İran İR-də cinayətkar qrupun İran İR vətəndaşı olan üzvündən təhvil alacaqları külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuananı (bundan sonra – heroin, qurudulmuş marixuana) müəyyən məbləğdə pul müqabilində Azərbaycan Respublikasındakı üzvünə təhvil vermək, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və İran İR-dən Azərbaycan Respublikasının ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra göstərilən məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada, Təqsirləndirilən şəxs1 27 mart 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (bundan sonra - DSX) N nömrəli hərbi hissəsinin (bundan sonra - N nömrəli h/h) Biləsuvar rayonu ərazisində yerləşən xidməti ərazisindəki Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənardan keçməklə İran İR-ə getmiş, orada Həmid Dərgahi və cinayətkar qrupun digər üzvləri ilə görüşdükdən sonra 03 aprel 2021-ci il tarixdə ayrı-ayrılıqda bir ədəd bükümdə, təmiz çəkiləri müvafiq olaraq 997,3 qram və 2014,9 qram olmaqla, külli miqdar təşkil edən heroin və qurudulmuş marixuananı əldə etmiş, saxlamış, Təqsirləndirilən şəxs1 04 aprel 2021-ci il tarixdə saat 01:18-də təkrarən, Həmid Dərgahi ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N nömrəli h/h-nın Biləsuvar rayonunda, 6 nömrəli Cəbrayıl qəsəbəsinin yaxınlığında, 2-ci sərhəd zastavasının 2-ci sahəsində yerləşən xidməti ərazisindəki Azərbaycan Respublikası ərazisinə orada Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənar keçirməklə daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. Həmin kütlələr 04 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Həmid Dərgahinin N nömrəli h/h-nın 2-ci sərhəd zastavasının 2-ci sahəsində hərbi qulluqçular tərəfindən saxlanmasından sonra hadisə yerinə baxış keçirilərkən onların saxlanıldıqları yerdən üç metr məsafədə bir ədəd torbada aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 25 mart 2021-ci il tarixdə əvvəllər tanıdığı, İran İR vətəndaşı olan “Əli Nəzəri” adlı şəxs (bundan sonra – “Əli”) istifadəsində olmuş ***- ***-**-** mobil nömrəyə zəng edib ona İran İR-ə gəlməsini, orada verəcəyi narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının dövlət sərhədini pozmaqla, qaçaqmalçılıq yolu ilə keçirib qazanc əldə etmək üçün satmasını təklif etmişdir. Bu təkliflə razılaşıb 27 mart 2021-ci il tarixdə axşam saatlarında Biləsuvar rayonu ərazisinə gəlmiş, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbənin yaxınlığındakı ərazidən Azərbaycan Respublikasının dövlət sərhədini keçib İran İR-ə getmişdir. Həmin ərazini iş üzrə hadisə yerinə baxış keçirilərkən göstərmişdir. “Əli” onu qarşılayıb yaşadığı evə aparmış, o, 03 aprel 2021-ci il tarixədək orada qalmışdır. Həmin vaxta kimi “Əli” onun Azərbaycan Respublikası ərazisinə aparması üçün narkotik vasitələr əldə etməyə çalışmışdır. 02 aprel 2021-ci il tarixdə “Əli”nin yaşadığı evə əvvəllər tanımadığı xalası oğlu X8 (bundan sonra – Həmid) gəlmiş, “Əli” onu Həmidlə tanış etmişdir. Həmin vaxt “Əli”nin Həmidi narkotik vasitələri onunla birlikdə Azərbaycan Respublikası ərazisinə keçirmək məqsədilə yaşadığı evə dəvət etdiyini bilmişdir. 03 aprel 2021-ci il tarixdə “Əli” ona Həmidin iştirakı ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi üçün bir ədəd torbada ayrıayrılıqda bir ədəd bükümdə olmuş heroin və qurudulmuş marixuana vermiş, ona tam inanmadığına görə həmin kütlələri Həmidlə birlikdə Azərbaycan Respublikası ərazisinə keçirəcəklərini demişdir. Buna görə də sonuncu “Əli”nin ona verdiyi torbada göstərdiyi narkotik vasitələrin olmasını bilmişdir. “Əli” ilə razılaşmasına əsasən həmin narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra sonuncunun mobil nömrəsinə zəng etməli, “Əli”nin deyəcəyi yerə qoymalı və ya şəxsə verməli idi. Bunun müqabilində “Əli” ona beş min manat məbləğində, Həmidə də müəyyən məbləğdə pul verməli idi. Buna görə də həmin tarixdə saat 22 radlərində “Əli” tanımadığı İran İR vətəndaşı ilə birlikdə onu və Həmidi İran İR-in Azərbaycan Respublikası sərhədinin yaxınlığında yerləşən əraziyə gətirmişlər. Həmin vaxt “Əli”nin ona verdiyi, içərisində narkotik vasitələr olmuş bir ədəd torbanı əlində tutmuşdur. “Əli” və tanımadığı şəxs onun və Həmidin narkotik vasitələri çaydan Azərbaycan Respublikası ərazisinə keçirmələrindən dərhal sonra geri qayıtmışlar. O və Həmid Azərbaycan Respublikasının dövlət sərhədinə doğru irəliləyərkən dövlət sərhədini mühafizə etmiş hərbi qulluqçuların hərəkət etdiklərini müşahidə etdikdən sonra mühəndis texniki çəpərinin məftillərini aşağı əyib Azərbaycan Respublikası ərazisinə daxil olmuş, bu ərəfədə onlara tərəf avtomobil gəldiyini gördüklərinə görə təxminən 1000 metr məsafə qaçdıqdan sonra hərbi qulluqçular onları Biləsuvar rayonu ərazisində, 2-ci sərhəd zastavasının 2-si sahəsində saxlayıb sərhəd zastavasına gətirmişlər. Etdikləri cinayət əməllərini orada hazırki məzmunda etiraf etdikdən sonra hərbi qulluqçular onu və Həmidi saxlanıldıqları yerə gətirib hadisə yerinə onların və iki nəfər hal şahidlərinin iştirakları ilə baxış keçirmişlər. Bu zaman saxlanıldıqları ərazidəki nəzarət iz zolağında və oradan təxminən 1000 metr məsafədə İran İR-dən Azərbaycan Respublikası istiqamətində o və Həmidə məxsus ayaq izlərinin olması, mühəndis texniki çəpərinin məftillərinin aşağıya doğru əyilməsi və saxlanıldıqları yerdən təxminən üç metr məsafə aralıda bir ədəd tünd yaşıl rəngli torbanın olması müəyyən edilmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində ayrı-ayrılıqda bir ədəd bükümdə heroin və qurudulmuş marixuana, hər biri bir ədəd olmuş mobil telefon aparatı, qaşıq, şpris, metal falqadan xüsusi hazırlanmış büküm və içərisində maye olmuş şüşə qab aşkar olunmuş və qablaşdırılıb götürülmüşdür. Göstərdikləri barədə tərtib edilmiş protokollara imza etmişdir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş heroin və qurudulmuş marixuananın təmiz çəkilərini mübahisələndirmir. Törətdikləri cinayət əməllərindən səmimi peşimandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi, işin ona, həmçinin hadisə yerinə baxış keçirilməsinə aid olan bütün halları barədə sonuncu ilə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 barələrində ədalətli cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş N nömrəli h/h-nın hərbi qulluqçusu Şahid2 ifadəsində həmçinin, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 04 aprel 2021-ci il tarixdə saat 01:18 radələrində 2-ci sərhəd zastavasının 5-ci sahəsində hərbi qulluqçu Şahid3 Umud oğlu ilə “Mobil qrup” sərhəd naryadında xidmətdə olarkən iki nəfər şəxsin İran İR tərəfdən Azərbaycan Respublikası ərazisinə dövlət sərhədini qanunsuz keçməklə daxil olmaq üçün 2-ci sahə istiqamətində hərəkət etdiklərini və onlardan birinin əlində bir ədəd torba olduğunu müşahidə etdiklərinə görə dərhal bu barədə sərhəd zastavasına məlumat vermişlər. Zastavanın şəxsi heyəti “Silaha” komandasına qaldırılmış, saat 01:18 radələrində həmin şəxsləri 2-ci sərhəd zastavasının çöl istiqamətində saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Umud oğlu ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Şahid2 ilə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, iş üzrə hadisə yerinə baxışın keçirilməsində hal şahidi qismində iştirak etmiş Şahid4 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs1 ifadəsində hadisə yerinə baxış keçirilməsi ilə bağlı olan hallar barədə sonuncu ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, iştirak etdikləri bütün istintaq hərəkəti protokollarına imza etmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - N nömrəli h/h-nin 04 aprel 2021-ci il tarixli, 16/956 nömrəli məktubunda göstərilmişdir ki, 04 aprel 2021-ci il tarixdə saat 00:18-də 2-ci sərhəd zastavasının 5-ci sahəsinin “Mobil qrup” xidmətinə təyin olunmuş sərhəd naryadı 2-ci sahə istiqamətində iki nəfər şəxsin İran İR-dən Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsini müşahidə etmiş və bu barədə sərhəd zastavasına məlumat vermişlər. Saat 00:19-da sərhəd zastavasının şəxsi heyəti “silaha” komandasına qalxaraq həmin şəxsləri mühəndis texniki çəpərindən 1000 metr məsafə arxa istiqamətində saxlamışlar (İ cild, səh. 7). - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında”, “Baxış keçirilməsi haqqında” və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2021-ci il tarixli protokollar, sonuncu protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müvafiq hadisə yerlərinə keçirilmiş baxış zamanı N nömrəli h/h-nin Biləsuvar rayonu ərazisində yerləşən 2ci sərhəd zastavasının 1-ci sahəsində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş qəsəbənin yaxınlığındakı ərazidə, dövlət sərhəd xəttindən 1N metr məsafə aralıda əsas nəzarət iz zolağından əks tərəfdə yerləşən İran İR-in Qatarkənd kəndi istiqamətində bir nəfər şəxsə məxsus ayaq izlərinin olması, mühəndis texniki çəpərinin bəzi məftillərinin sökülməsi və aralanması, Təqsirləndirilən şəxs1 iş üzrə İran İR-ə həmin ərazidən keçməklə getməsi, N nömrəli h/h-nin Biləsuvar rayonu ərazisində, 2-ci sərhəd zastavasının 2-si sahəsi ərazisindəki nəzarət iz zolağında və oradan təxminən 1000 metr məsafədə İran İRdən Azərbaycan Respublikası istiqamətində iki nəfər məxsus ayaq izlərinin olması, mühəndis texniki çəpərinin bəzi məftillərinin aşağıya doğru əyilməsi, Təqsirləndirilən şəxs1 və X5 iş üzrə saxlanıldıqları yerdən təxminən üç metr məsafə aralıda bir ədəd torbanın olması müəyyən edilmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində ayrı-ayrılıqda bir ədəd bükümdə heroin və qurudulmuş marixuana, hər biri bir ədəd olmuş mobil telefon aparatı, qaşıq, şpris, metal falqadan xüsusi hazırlanmış büküm və içərisində maye olmuş şüşə qab aşkar olunmuş və qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 28-32, 37-42). - Materialların məhkəmə ekspertizasının 06 aprel 2021-ci il tarixli, 7/322 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, təmiz çəkisi 2014,9 qram təşkil edən kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 2014,85 qram təşkil edir. Ekspertiza xərci 88,70 manatdır (İ cild, səh. 60, 61). - Materialların məhkəmə ekspertizasının 06 aprel 2021-ci il tarixli, 6/1362 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, təmiz çəkisi 997,3 qram təşkil edən maddə kustar üsulla hazırlanmış heroindir. Bir ədəd metal qaşıq üzərində, bir ədəd 2 ml. şpris və bir ədəd boruşəkilli falqa parçası içərisində heroin izləri vardır. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 997,1 qram təşkil edir. Ekspertiza xərci 114,00 manatdır (İ cild, səh. 64-67). - DSX-nın 10 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 25 may 2010-cu il tarixdə saat 10:30 radələrində 5-ci sərhəd dəstəsinin 6-cı sərhəd zastavası ərazisində taxta qayıqla dənizə icazəsiz çıxdığı üçün sərhəd pozucusu kimi saxlanılmışdır (İ cild, səh. 202). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2021-ci il tarixli, 1630 və 1631 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 (bundan sonra - onlar) müayinə zamanı və iş üzrə təqsirləndirildikləri əməllərin törədildiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edliməmişdir. Onlar müayinə zamanı və həmin əməllər törədilərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də onlar həmin əməllər barəsində anlaqlı hesab edilməlidirlər. Onların əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Onların məcburi müalicəyə ehtiyacları yoxdur (İİ cild, səh. 27, 28, 30-32). - Məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli, 2472 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, 35, 36). - Məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2021-ci il tarixli, 2473 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, 33, 34). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə, həmin Məcəllənin 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində isə müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Heroin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı hədləri müvafiq olaraq 0,15 qram və 5,0 qram, külli miqdarının isə aşağı hədləri müvafiq olaraq 2,0 qram və 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri etmələri hər birinin əməlində Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməllərini anlaqlı vəziyyətdə törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2, Şahid3 Umud oğlu, Şahid4 və Şahid5 ifadələri, “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında”, “Baxış keçirilməsi haqqında” və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2021ci il tarixli protokollar, materialların məhkəmə ekspertizasının 06 aprel 2021-ci il tarixli, 7/322 və 6/1362 nömrəli rəyləri, DSX-nın 10 aprel 2021-ci il tarixli məktubu, ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2021-ci il tarixli, 1630 və 1631 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, heroin və qurudulmuş marixuana qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 isə məhkumluğu olmayan şəxsdir (İ cild, səh. 51-53). - Xızı RİHB-nın Şorabad qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 subaydır, yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur (İ cild, səh. 24, 25). Cinayət işi materiallarında olan ittiham aktından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə törətdikləri bütün cinayət əməllərində Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsində nəzərdə tutulmuş “cinayətin tamah məqsədilə törədilməsi” kimi cəzalarını ağırlaşdıran halın olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-in 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə göstərilən qanunvericilik normalarının mənasına uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən “satış məqsədilə” ifadəsi həm də həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin zəruri tərkib əlaməti olduğuna, tamah və ya digər şəxsi maraq qaçaqmalçılıq cinayətinin motivi ilə əhatə edildiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə münasibətdə Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsində nəzərdə tutulmuş “cinayətin tamah məqsədilə törədilməsi” kimi cəzanı ağırlaşdıran hal tətbiq edilə bilməz. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə satışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçdiklərinə və tamah məqsədi Azərbaycan Respublikası CM-in 318-ci maddəsinin dispozisiyası ilə əhatə edilmədiyinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tamah məqsədilə törətmələri onlara həmin əmələ münasibətdə həmin Məcəllənin 61.1.6-cı maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 iş üzrə Azərbaycan Respublikası CM-in 318-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə mənfi xarakterizə edilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, törətdiyi cinayət əməllərini etiraf edərək onlardan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), əməlində Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tamah məqsədilə törətməsi və 318-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsindən ibarət cəzasını ağırlaşdıran halların olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, əməlində əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmaması və törətdiyi cinayət əməllərini etiraf edərək onlardan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), əməlində Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tamah məqsədilə törətməsindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin göstərilən müddəaları, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən nəzərə alınan hallara əsasən onlara Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 İran İR vətəndaşı olmaqla, əcnəbi olduğuna və ona münasibətdə Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2 və 158.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barələrində həbs qətimkan tədbirinin seçildiyi Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərarlarında (İ cild, səh. 158-163) göstərildiyi kimi, iş üzrə hərbi qulluqçular tərəfindən faktiki olaraq saxlanılmaqla azadlıqlarının faktiki olaraq məhdudlaşdırıldığı 04 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və X4 bərabər qaydada cəmi 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri müvafiq olaraq 997,1 qram və 2014,85 qram təşkil edən heroin və qurudulmuş marixuana, bir ədəd metal qaşıq, bir ədəd 2 ml. şpris və bir ədəd boruşəkilli falqa parçası məhv edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs2 götürülərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan bir ədəd “Nokia” markalı mobil telefon aparatı ailə üzvünə qaytarılmalı və ya cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanası, yaxud cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. “Cinayət işi materialarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 05 yanvar 2022-ci il tarixli qərarla (İİ cild, səh. 93-94) hazırki cinayət işindən cinayətkar qrupun digər üzvləri barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 04 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. X8 Azərbaycan Respublikası CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 04 aprel 2021-ci il tarixdən hesablansın. X8 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən X6 Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Həmin cəza X8 əsas cəzanı çəkdikdən sonra icra edilsin. X5 Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və X4 bərabər qaydada cəmi 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri müvafiq olaraq 997,1 qram və 2014,85 qram təşkil edən heroin və qurudulmuş marixuana, bir ədəd metal qaşıq, bir ədəd 2 ml. şpris və bir ədəd boruşəkilli falqa parçası məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs2 götürülərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan bir ədəd “Nokia” markalı mobil telefon aparatı ailə üzvünə qaytarılsın və ya cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanası, yaxud cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və X6 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-204/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-204/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver