Məhkəmə qərarları › İş №1(099)-204/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-204/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-204/2025 23.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 2002-ci ildə Ağcabədi rayonunun Gələbədin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Ağcabədi rayonun Aşağı Qiyamadınlı kəndinin ərazisində yerləşən, Bəxtiyar adlı şəxsə məxsus çayxananın yaxınlığında Zərərçəkmiş şəxs əlində olan ağacla onun bədənin müxtəlif nahiyələrinə vurub sol gözün ağlı qişasında qansızma, sağ və sol üst göz qapaqlarında, döş qəfəsinin sağ yarısında, belin sol iç səthində, sağ saiddə qançırlarla müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən ona qarşı belə hərəkətlərə görə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə üzərində saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə zərbə vurmaqla həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarından qarın boşluğuna keçərək mədə, mədəaltı vəzi və böyük piyliyin zədələnməsi ilə müşahidə edilən iki ədəd kəsilmiş-deşilmiş xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, lakin zərərçəkmişə ağır xəsarət yetirdiyinə görə CM-nin 126.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Gələbədin kəndində qeydiyyatda olmaqla yaşayır və fərdi təsərüffatla məşğul olur. Zərərçəkmiş şəxs Aşağı Qiyamadınlı kənd sakini və bərbər kimi tanıyır, saçını Ricay qırxır və münasibətləri həmişə yaxşı olmuşdur. 18 sentyabr 2024-cü il tarixdə Ricayın dayısı oğlu, özünün də həmkəndlisi olan Qurban Musazadənin toy mərasiminin keçirilməsi ilə bağlı hazırlıq işləri görülmüş və bir gün əvvəl, yəni 17 sentyabr 2024-cü il tarixdə Qurbanın “ciyar axşamı” məclisi keçirilirmiş, o və qardaşı Tohit də həmin məclisə dəvətli olunmuş, Ricay da həmin məclisdə olmuşdur. Məclis Qurbanın yaşadığı evin həyətində çadırda təşkil edilmişdir. Məclis vaxtı o, yemək yeyib az miqdarda spirtli içki qəbul etmiş, müəyyən qədər sərxoş vəziyyətində olsa da özünü idarə edə bilmişdir. Həmin gün saat 22 radələrində o, siqaret çəkmək üçün mağardan bayıra çıxmış, aradan bir az keçdikdən sonra Ricayın da arvadı, bacısı və anası ilə birlikdə mağardan çıxardığını, həmçinin Ricayın Tohitin ünvanına nalayiq söyüşlər söydüyünü eşidib ona yaxınlaşıb Ricayın yaxasından tutub nə səbəbə qardaşı Tohiti söydüyünü soruşmuş, Ricay da həm onun, həm də Tohitin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Bu vaxt Qurban ona yaxınlaşıb toyda narazılıq salmaq lazım olmadığını dediyindən o, heç bir hərəkət etmədən Ricaydan aralaşmış, Ricayın yanında olan qadınlar da Ricayı oradan aparmışlar. Həmin vaxt heç bir dava-dalaş olmamış, məclis də davam etmişdir. Həmin gecə (2024-cü ilin sentyabr ayının 17-dən 18-ə keçən gecə) saat 01 radələrində məclis yekunlaşmış, hamı kimi o da məclisdən çıxıb evinə getmişdir. Evə çatdıqdan az sonra küçədə-yolda səs-küy gəldiyini eşidib, qardaşı Tohitin isə evə gəlmədiyini görüb narahat olub, həm də nə baş verdiyini bilmək üçün küçəyə çıxıb səs-küy gələn tərəfə getmiş, həmin yerə çatanda Tohidin döyüldüyünü, əynində olan paltarlarının palçığa batdığını görmüş, sonra anası Gülbənizlə birlikdə Tohiti evə gətirmişdir. Həmin gün gecə saat 02:30 radələrində Ricay ona zəng edib “kişisənsə gəl söhbətimizi həll edək” deyib nalayiq söyüşlərlə onu söhbət etməyə dəvət etmiş, o da gələcəyini bildirmişdir. O da Ricayın söhbətə tək gəlməyəcəyini fikirləşib özünü müdafiə etmək məqsədi ilə evdən çıxanda mətbəxdə istifadə etdikləri bıçağı da götürüb cibinə qoyub Ricayın çağırdığı yerə, yəni Gələbədin kəndi ilə Aşağı Qiyamadınlı kəndlərinin arasında yerləşən kənd çayxanasının yanına getmişdir. O, çayxananın qarşısına çatmış və çayxana bağlı olduğundan işləməmişdir. Həmin vaxt orada Ricay, Ricayın adını bilmədiyi oğlu, Firidun, Firidunun qardaşı Namiq və tanımadığı bir-iki nəfər şəxsin dayandığını görmüş və o, oraya çatanda Firidun həmin şəxslərin yanından aralaşıb ona yaxınlaşıb qardaşı Tohitə görə onunla mübahisə etməyə başlamışdır. Bu vaxt Ricay əlində olan ağacla onun başına bir dəfə vurmuş və o, zərbədən yerə yıxılmış, sonra yerdə olan vaxt Ricay yenidən əlində olan ağacla onun alnına, sağ qoluna, sol tərəf kürəyinə zərbələr vurmuş və Firidunlə Namiq yaxınlaşıb Ricayı ondan aralaşdırmışlar. Bundan sonra o, ayağa qalxıb şalvarının arxa cibindən bıçağı çıxarıb Ricayın üstünə getmiş, Ricay da bunu görüb qaçmağa başlamış, o da araxadan qaçıb Ricaya çatdıqdan sonra Ricay əlindəki ağacla bir dəfə də onun sağ kürək nahiyəsinə vurmuş və o, Ricaya yaxınlaşıb qarın nahiyəsinə bıçaqla vurmuş, neçə dəfə vurmasını bilməmiş, əsəbi halda olduğu üçün bıçaqla Ricayı vurmuş və bıçağın onun qarnına girdiyini hiss etmiş, bundan sonra Ricay yerə yıxılmış və o Ricaydan aralaşıb Firiduna tərəf gəlmişdir. Bu vaxt Namiq bıçağı onun əlindən alıb yaxınlığa tullamış, Ricay isə ayağa qalxıb oradan qaçıb getmişdir. Sonra o, oradan evinə gəlmiş, aradan bir az keçdikdən sonra evlərinə polis əməkdaşları gəlib onu tutub polis şöbəsinə aparmışlar. O, Ricayı 18 sentyabr 2024-cü il tarixdə, gecə saat 02:30 radələrində Ağcabədi rayonun Aşağı Qiyamadınlı kəndinin ərazisində yerləşən, Bəxtiyar adlı şəxsə məxsus çayxananın qarşısında bıçaqla vurmuşdur. Ricay söhbət etmək məqsədilə onu həmin yerə çağırmış, o da çayxananın qarşısına çatandan sonra Ricay əlindəki ağacla onu döydüyünə görə o, Ricayı bıçaqla vurmuşdur. Ricayın onu ağacla vurması nəticəsində o da xəsarətlər almışdır. Hadisədən əvvəl Ricayın onun qardaşı Tohitlə mübahisəsi olmuş, sonra onunla da aralarında yaranmış anlaşılmazlıq nəticəsində mübahisə edib dalaşmışlar və bu hadisə baş vermişdir. Əvvəllər həmişə Ricayla münasibətləri yaxşı olmuş, baş vermiş hadisədən qısa müddət sonra Ricay onunla barışmış, xəsarət yetirdiyinə görə o, Ricaya üzrxahlıq edib əməlindən peşman olduğunu bildirmiş, həm də Ricayın müalicəsi ilə bağlı ona maddi köməklik edilmişdir. Hazırda Ricay onunla barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır və ondan heç bir şikayəti, tələbi yoxdur. O, baş vermiş hadisə zamanı Ricaya xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Aşağı Qiyamadınlı kəndində yaşayır və yaşadığı kənddə bərbər işləyir. Qonşu Gələbədin kənd sakini Təqsirləndirilən şəxs tanıyır, münasibətləri həmişə yaxşı olmuş, hazırda da münasibətləri yaxşıdır. Nahid həmişə onun yanına gəlib saçını ona qırxdırmışdır. Dayısı oğlu Qurbanın toyu ilə bağlı bir gün əvvəl, yəni 17 sentyabr 2024-cü il tarixdə Qurbanın “ciyar axşamı” məclisi keçirilmiş, o da ailə üzvləri ilə birlikdə həmin məclisə dəvətli olmuş, həmçinin Nahid və onun qardaşı Tohit də bu məclisdə iştirak etmişlər. Qurbanın yaşadığı evin həyətində çadırda təşkil edilmiş məclisdə o, ailəsi ilə bir stolda oturmuş və yemək yeyib spirtli içki qəbul etmiş, lakin sərxoş vəziyyətdə olmamışdır. Özü ailəsi ilə birlikdə oturmuş, digər stolda isə Nahid, onun qardaşı Tohit və həmkəndliləri əyləşib ucadan danışıb gülmüşlər, hərdən də nalayiq ifadələr işlətmişlər. Bu səbəbdən o, onlara yaxınlaşıb aşağı səslə danışmağı və nalayiq sözlər işlətməmələrini demiş, Qurban da onlara yaxınlaşıb iradını bildirmişdir. Həmin vaxt Tohit yanında əyləşmiş həmkəndlisinə onu göstərib onun Qurbanı öyrətdiyini deyib nalayiq ifadə işlətmiş, o da Tohitə yaxınlaşıb nəyə görə onun ünvanına sözüş işlətdiyini soruşmuş, Tohit də qalxıb onun üstünə gəlmiş və onlar sözlə mübahisə etmiş, sonra bir-birinin yaxasından tutub dartışmışlar, elə bu vaxt anasıgil gəlib onları aralaşdırıb onu oradan aparmışlar. Az sonra mağarın bayırında Nahid də ona yaxalaşıb nəyə görə qardaşı Tohitlə mübahisə etdiyini bildirib, həm də ünvansız söyüş söyərək onunla mübahisə etmiş, lakin aralarında heç bir dava-dalaş olmamış, sonra o, oradan çıxıb evinə getmişdir. Həmin gün gecə saat 01 radələrində (2024-cü ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə) Nahidə zəng edib niyə görə söyüş söydüyünü soruşmuş, Nahid də yenə nalayiq söyüşlər söymüş, o da aralarında olan mübahisəni aydınlaşdırmaq üçün onu kənd çayxanasının qarşısına çağırmışdır. Sonra o, oğlu Cəsurla birlikdə Gələbədin kəndi ilə Aşağı Qiyamadınlı kəndlərinin arasında yerləşən Bəxtiyar adlı şəxsin çayxanasının yanına getmiş, onun Nahidlə söhbət etməyə getdiyini eşidib arxasınca dayısı Namiq, xalası oğlu Qərib də çayxananın yanına gəlmişlər. Sonra tanışları olan kənd sakinləri Firidun və qardaşı Namiq də oraya gəlmişlər. Onlar orada olan vaxt əvvəl Nahid, sonradan isə qardaşı Tohit və anası Gülbəniz də oraya gəlmişlər. Həmin yerdə Nahidlə onun arasında yenidən mübahisləri olmuş, həmin vaxt o, əlindəki ağacla bir neçə dəfə Nahidi vurmuş və Nahid yerə yıxılandan sonra qardaşının ora gəlməsini görüb oradan qaçmış, Nahid də qalxıb arxasınca qaçıb ona çatmış, həmin vaxt o, əlindəki ağacla yenə də Nahidi vurarkən Nahid əlindəki bıçaqla onun qarın nahiyəsinə iki dəfə vurmuş, o da bu zərbədən sonra yerə yıxılmış, Nahid isə kənara çəkilmiş, bu vaxt Namiq yaxınlaşıb Nahidin əlindən bıçağı alıb kənara tullamışdır. Sonra o, yerdən qalxıb çayxananın qarşısında olan işığa tərəf gedib qarın nahiyəsinə baxmış və qarnından qan axdığını görmüşdür. Sonra oğlu Cəsur zəng edib təcili tibbi yardım çağırmış və təcili yardım gəlib onu xəstəxanaya aparmışlar. O, xəstəxanadan bir müddət müalicə olunub evə buraxılmışdır. Baş vermiş hadisədən az müddət sonra o, Nahidlə barışmış, Nahid də ona xəsarət yetirdiyinə görə üzrxahlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Nahid ona maddi köməklik etmişdir. Hazırda o, Nahidlə barışmış, münasibətləri əvvəlki kimi yaxşıdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur, həm də törətdiyi cinayət əməlinə görə Nahidə həbslə bağlı olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 20 noyabr 2024-cü il tarixli və məhkəməyə ünvanladığı 01 may 2025-ci il tarixli ərizələri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmış, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyan (müalicəsi ilə bağlı xərclər) tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Habelə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə azadlıqdan məhrumetməyə aid olmayan cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Həmkəndlisi Qurbanın toyu ilə bağlı 17 sentyabr 2024-cü il tarixdə “ciyar axşamı” məclisi keçirilmiş, o da həmin məclisdə iştirak etmişdir. Qurbanın qohumu Aşağı Qiyamadınlı kənd sakini bərbər Ricay da məclisdə olmuşdur. Məclisdə yemək yeyib spirtli içki qəbul etmiş, onunla birlikdə masada həmkəndliləri Nahid, Tohit, Vəfadar və başqa bir neçə nəfər əyləşmişlər. Sonra Ricay ilə Tohitin arasında sözlə mübahisə yaranmış, o mübahisənin səbəbini dəqiq bilməmiş, lakin hər hansı bir dava-dalaş olmadan Ricay ilə Tohit aralaşmış, Ricayın ailə üzvləri onu mağardan çıxarıb aparmışlar. Gecə saatlarında məclis yekunlaşmış və o, məclisdən çıxıb gedərkən yolda Tohit onun ünvanına nalayiq ifadə işlətmiş, o da sərxoş olduğu üçün Tohitin ona söydüyünü güman edib onunla mübahisə etmiş, sonra aralarında dava-dalaş yaranmışdır. Həmin vaxt Ricay da həmin yerə gəlib Tohitlə dalaşmağa başlamış, sonra onlar aralaşıb getmişlər. Həmin vaxt Ricay və Tohit sərxoş olmuşlar. Sonra evinə gedərkən yolda Tohit onunla rastlaşıb yenə onunla mübahisə etmiş, sonra onlar biribirindən ayrılıb hərə öz evinə getmişdir. O, evdə olarkən gecə saatlarında (2024-cü ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə) qardaşı Namiq ona Tohitlə aralarında olan dalaşmanı soruşmuş, sonra Ricay Nahidin telefon nömrəsini istədiyini bildirib Ricayın Bəxtiyarın çayxanasının yanında olduğunu, orada Nahidi söhbətə çağırdığını demiş, sonra o da həmin yerə getmişdir. O, çayxanaya çatanda Nahidin tək çayxanaya tərəf getdiyini görüb ona yaxınlaşıb Tohitin niyə görə onunla dalaşdığını soruşmuş, Nahid də bir səhv olduğunu demişdir. X1 çağırdığını demiş, bu vaxt qardaşı Namiq də ora gəlmişdir. Həmin vaxt Ricay, oğlu Cəsur, qohumları Namiq və Qərib də çayxananın yaxınlığında dayandıqlarını görmüşdür. O, Nahidlə söhbət edən vaxt Ricay əlində ağacla yaxınlaşıb Nahidin bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmuş, Namiq yaxınlaşıb onları aralaşdırmış, həmin vaxt Nahidin atası, anası və qardaşı Tohit avtomobillə oraya gəlmişlər və bunu Ricay görüb oradan qaçıb uzaqlaşarkən Nahid də Ricayın arxasınca qaçmağa başlamışdır. Az sonra Ricay yenidən onun yanına gəlmiş və o, Ricayın qarın nahiyəsində qan olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, Ricay da Nahidin onu bıçaqladığını deyib evlərinə tərəf getmiş, o da oradan öz evinə getmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 18 sentyabr 2024-cü il tarixdə, gecə saat 02 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Ricay ona zəng edib Nahidin mobil telefon nömrəsini istəmiş, o da Nahidin telefon nömrəsi olmadığını deyib gecə vaxtı Nahidin telefon nömrəsini nə üçün lazım olduğu soruşmuş, Ricay da axşam saatlarında Nahid və Tohitlə dalaşdığını, söyüş söydüklərini, ona görə də onu söhbət etməyə çağırmaq istədiyini demişdir. Sonra o, tanışlarına zəng edib bu barədə maraqlananda Ricay və Tohitin dalaşdıqlarnı, həmçinin qardaşı Firudin də Tohitlə dalaşdığını öyrəndikdən sonra Firudinə zəng edib, dava barədə soruşanda Firudin də Tohitlə dalaşdığını bildirmişdir. O, Firudinə Ricayın ona zəng etdiyini və Nahidin telefon nömrəsini axtardığını, həm də Ricayın kəndin kənarında yerləşən Bəxtiyarın çayxanasının yanına gedib onu orada gözləyəcəyini dediyini bildirmişdir. Sonra o da bu məsələ ilə maraqlandığı üçün Ricayın yanına getmiş, Ricayın yanına yaxınlaşan zaman Ricay, oğlu Cəsur, dayısı Namiqin də onun yanında olduqlarını, Ricayın Nahidlə telefonla danışdığını görmüşdür. Sonra qardaşı Firudin də həmin yerə gəlib Nahidə yaxınlaşıb söhbət etməyə başlamışdır. Bundan sonra o, Nahidə yaxınlaşıb nə baş verdiyini soruşmuş, Nahid də Firudinlə heç bir işinin olmadığını, bura Ricayla söhbət etməyə gəldiyini demişdir. Bu vaxt Ricay əlində ağacla yaxınlaşıb Nahidin bədənin müxtəlif nahiyələrinə vurmağa başlamış və zərbələrdən Nahid yerə yıxılmışdır. Həmin vaxt ora “Qazel” markalı avtomobil gəlib dayanmış və avtomobildən Nahidin anası, atası və qardaşı Tohit düşüb onlara tərəf gəlmişlər. Nahidin qohumlarının ora gəlmələrini Ricay görüb oradan qaçmağa başlamış, Nahid də onun dalınca qaçmışdır. Aradan qısa vaxt keçdikdən sonra Ricay bədəni açıq formada onun yanına gəlib qarnını göstərmiş və o, Ricayın qarnından qan axdığını görmüşdür. Həmin vaxt Nahid də əlində bıçaqla onun yanına gəlmiş, o da Nahidin əlindən bıçağı alıb kənara atmış, bıçağı Nahidin əlindən alarkən bıçaq onun də əlini də kəsmişdir. Tohitgil Ricayın bıçaqlandığını görüb getdikdən sonra Ricay da çıxıb evlərinə getmiş, bundan sonra o, qardaşı Firudinlə birlikdə öz evlərinə qayıtmışlar. İşdə olan, Ağcabədi RPŞ-nin əməkdaşının 18 sentyabr 2024-cü il tarixli “Raport”u ilə müəyyən edilir ki, həmin tarixdə Ağcabədi ŞMX-dan daxil olmuş məlumatda göstərilir ki, həmin tarixdə Ağcabədi rayonunun Aşağı Qiyamadınlı kənd sakini Zərərçəkmiş şəxs “qarın nahiyəsində daxilə keçən bir bıçaq xəsarəti yarası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 18 sentyabr 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, hadisənin baş verdiyi yer Ağcabədi rayonun Aşağı Qiyamadınlı kəndinin ərazisində, X5 məxsus çayxananın yaxınlığında olan sahədir. Baxş zamanı baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərdiyi yerdən bir ədəd bıçaq aşkar edilib qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gözün ağlı qişasında qansızma, sağ və sol üst göz qapaqlarında, döş qəfəsinin sağ yarısında, belin iç səthində, sağ saiddə qançırlar xəsarəti olmuş, həmin xəsarət küt əşyanın təsirindən törənmiş, kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 18 sentyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 07 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarından qarın boşluğuna keçərək mədə, mədəaltı vəz və böyük piyliyin zədələnməsi ilə müşahidə edilən iki ədəd qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar olmuş, həmin xəsarətlər iti kənarlı əşyanın təsirindən törənmiş, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir, xəsarətlərin yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərinə aiddirlər. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik keçirməmiş, hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 13 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərüffat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 16 dekabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışdıqları üçün istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə əməli) nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilmişdir. İşdə olan, “Cinayət işindən başqa cinayət işinin ayrılması barədə” 16 dekabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Zərərçəkmiş şəxs X6 xəsarət yetirməsi faktı üzrə CM-nin 127.1 və 128-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsəsən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə heyəti bu baxımdan tədqiq olunmuş bütün sübutları, eyni zamanda cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edib və bir-biri ilə müqayisə edib aşağıdakı nəticəyə gəlir: Belə ki, iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs iki dəfə bıçaqla vuraraq ona həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri vardır və onun törətdiyi bu əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, 18 sentyabr 2024-cü il tarixdə, saat 02:30 radələrində Ağcabədi rayonun Aşağı Qiyamadınlı kəndi ərazisində yerləşən, X5 məxsus çayxananın yaxınlığında Zərərçəkmiş şəxs əlində olan ağacla onun bədənin müxtəlif nahiyələrinə vurub sol gözün ağlı qişasında qansızma, sağ və sol üst göz qapaqlarında, döş qəfəsinin sağ yarısında, belin sol iç səthində, sağ saiddə qançırlarla müşayiət müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən ona qarşı belə hərəkətlərə yol verən şəxsləri cəzalandırmaq hüququnu özündə görərək müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün özünü cəmiyyətin fövqündə qoyaraq sonuncudan qisas almaq məqsədilə qəsdən xuliqanlıq niyyətilə yaşadığı evin mətbəxindən götürdüyü və üzərində saxladığı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə zərbə vurmaqla həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarından qarın boşluğuna keçərək mədə, mədəaltı vəzi və böyük piyliyin zədələnməsi ilə müşahidə edilən iki ədəd kəsilmiş-deşilmiş xəsarət yetirməklə Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə cinayət qanunvericiliyində və digər hüquqi aktlarda zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma əməli ilə bağlı verilmiş müddəalar baxımından hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir və onun hərəkətlərində bu maddənin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmadan ibarətdir və eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə CM-nin 126.2.4-cü maddəsinin tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsinin obyektiv cəhəti həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədilməsindən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni CM-nin 126.2.4-cü maddəsinə münasibətdə qəsdən ağır zərər vurma əməlin xuliqanlıq niyyəti ilə törədilməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bənində izah verilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən ağır və az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli, təqsirkarın təhlükəli davaranışıdır. Habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində izah olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Hazırki iş üzrə xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin heç bir əsaslı səbəblər olmadan (xuliqanlıq niyyəti ilə) zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli təşkil edir. Yəni təqsirkar şəxsin zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma hərəkətlərin heç bir əsaslı səbəblər olmadan və ya hər hansı bəhanə ilə (xuliqanlıq niyyəti ilə) icra edilməsi tələb olunur. İstintaq orqanının gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan ağacla onun bədənin müxtəlif nahiyələrinə vuraraq sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən onu cəzalandırmaq hüququnu özündə görərək müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün özünü cəmiyyətin fövqündə qoyaraq qisas almaq məqsədilə qəsdən xuliqanlıq niyyətilə bıçaqla Zərərçəkmiş şəxs həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ona xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurmuşdur. Lakin iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla, eləcə də istintaq orqanı tərəfindən toplanmış subutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə ”Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirməsinə görə sonuncunu cəzalandırmaq hüququnu özündə görərək müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün özünü cəmiyyətin fövqündə qoyaraq qisas almaq məqsədilə qəsdən xuliqanlıq niyyətilə bıçaqla Zərərçəkmiş şəxs həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurma hərəkəti etməsi” cinayətin törədilməsi motivi baxımından təsdiq olunmur, əksinə elə istintaq orqanın gəldiyi nəticədən də məlum olur ki, bu cinayət xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilmişdir. Xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər vurma cinayətinin obyektiv tərəfini təqsirkar şəxsin heç bir əsaslı səbəblər olmadan (xuliqanlıq niyyəti ilə) zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma əməli təşkil etdiyi halda, hazırki işdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu döyərək (məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs bədəni üzərində sol gözün ağlı qişasında qansızma, sağ və sol üst göz qapaqlarında, döş qəfəsinin sağ yarısında, belin iç səthində, sağ saiddə qançırlar xəsarətlər aşkar olunmuş və bu həmin xəsarətlərin küt əşyanın təsirindən törənməsi, o cümlədən kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilməsi göstərilmişdir) xəsarətlər yetirməsinə görə ondan qisas almaq niyyəti ilə ona bıçaqla ağır zərər vurmuşdur ki, bu da təqsirkarın əməlinin xuliqanlıq niyyəti ilə törətməsini tam təkzib edir. Həmçinin tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs Tohit Həsənovla (Təqsirləndirilən şəxs qardaşı) arasında olan münaqişə ilə bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və həmin gün gecə saatlarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edib axşam saatlarında aralarında olmuş mübahisəni həll etmək üçün çağırmış və bundan sonra onların arasında yenidən mübahisə olmaqla dalaşmışlar və dalaşma zamanı Zərərçəkmiş şəxs əlindəki ağacla Təqsirləndirilən şəxs vuraraq (döyərək) dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs da qisas almaq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Ona görə də təqsirkar Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti ilə (heç bir əsaslı səbəb olmadan) bıçaqla Zərərçəkmiş şəxs ağır zərər yetirməsi kimi qiymətləndirmə əsassızdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla (yuxarıda bu sübutlar təhlil edilərək qiymətləndirilmişdir) Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən ağır zərər vurması öz təsdiqini tapmır. Əksinə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı aldığı xəsarətlərdən (sol gözün ağlı qişasında qansızma, sağ və sol üst göz qapaqlarında, döş qəfəsinin sağ yarısında, belin iç səthində, sağ saiddə qançırlardan ibarət xəsarətlər) sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs bıçaqla qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə olan halda istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin qəsdən ağır zərər vurma əməlinin heç bir əsaslı səbəblər olmadan, yəni xuliqanlıq niyyəti ilə törətməsi kimi CM-nin 126.2.4-cü maddəsi ilə tövsif olunması iş üzrə mövcud olan sübutlarla uzlaşmır və belə qiymətləndirmə əsassızdır. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı istintaq orqanı tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, yalnız mülahizələrə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ”Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair“ 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Kovensiyasının 7-ci maddəsinə əsasən heç kəs törədildiyi anda milli və beynəlxalq hüquqla cinayət hesab edilməmiş hər hansı bir hərəkəti və ya hərəkətsizlik təşkil edən əmələ görə təqsirli bilinə bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Beləliklə, məhkəmə cinayət təqibi zamanı əldə olunmuş sübutları, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə qəsdən ağır zərər vurma əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 22 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağcabədi rayon İHB-nın Gələbədin kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 07 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Həsənov X7 rayonun Gələbədin kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə zəhmətkeş kimi tanınmaqla kənd sakinlərinin hörmətini qazanmış və ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi döyməsi) təsiri altında törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) tam ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Ağcabədi rayon İHB-nın Gələbədin kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 07 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, 14 avqust 1984-cü il təvəllüdlü Məmmədov X9 rayonun Aşağı Qiyamadınlı kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi döyməsi) təsiri altında törədilməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın (müalicəsi ilə bağlı xərclərin) tam ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (əməlindən peşmançılıq çəkməsi, ilk məhkumluğu, yaşayış yeri üzrə müsbət xarakteriza olunması), bundan başqa təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında yaxın münasibətlərinin olması, cinayət hadisəsindən sonra təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmaqla münasibətlərin əvvəlki kimi yaxşı olması, eləcə də işin faktiki halları, o cümlədən zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi döyməsi) təsiri altından törədilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın sınaq müddəti təyin edilməklə şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinin başlanması müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq hökm qanuni quvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, habelə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsinin başlanması müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətinin həyata keçirilməsi Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar