Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-205/2022 16.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Əkbərov Xəyal Əflatdin oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi,iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Sabirabad rayonu Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Salmanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 11 iyun 2021-ci il tarixdə səhər saat 08:30 radələrində yaşadığı Sabirabad rayonu Salmanlı kəndindəki evində qaz sobasını yandırmaq üçün alışqan istəmək adı ilə qohumu Şahid2 evinə gəlmiş, qapını döyüb Anarı çağırmış, həmin vaxt qapını sonuncunun qızı Zərərçəkmiş şəxs açdığını görüb Şahid2 və digər ailə üzvlərinin edə olmadığına əmin olduqdan sonra, cinsi ehtirasını təmin etmək məqsədilə cinayətkar niyyətini həyata keçirmək üçün, 18 avqust 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq edib ağız və göz nahiyəsindən əlləri ilə tutub evin qonaq otağında divana yıxaraq, sol çənə proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə qançır, sağ bazunun yuxarı 1/3də bayır səthdə sıyrıqla müşayiət edilən sağlamlığına zərər vurmadığı üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirib zor tətbiq etməklə, sonuncunun əynindəki şalvar və tumanını dizinə kimi aşağı çəkərək, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını budları arasına sürtüb cinsi ehtirasını təmin etməklə, aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur, qonşuluqda yaşayırlar. 11 iyun 2021-ci il tarixdə səhər saat 08:30 radələrində evdəki qaz sobasını yandırmaq üçün evdə alışqan və ya kibrit tapa bilmədiyinə görə Nişanənin yaşadığı evə getmiş, qapını döyəndən sonra sonuncu qapını açmışdır. O, çöldə dayanıb alışqan istəmiş, Nişanə ona demişdir ki, gözlə baxsın, əgər taparsa verəcəkdir. Təxminən 2-3 dəqiqə sonra Nişanənin gəlmədiyini görüb onu səsləmiş, gəlmədiyi üçün təkrarən çağırmışdır. Nişanə isə “nədi nə qışqırırsan” deyərək qapının qarşısına gəlmiş, o, isə demişdir ki, “nə qışqırırsan, səndən qaz peçini yandırmaq üçün alışqan istədim”. Nişanə ona demişdir ki, “alışqan yoxdur, vermirəm”. O, da əsəbləşdiyi üçün Nişanənin üzünə bir dəfə sillə ilə vurmuşdur. Nişanə də qaçaraq xalasının evinə getmişdir. O, Nişanəyə qarşı əxlaqsız və pozğun hərəkətlər etməmiş, Nişanənin dayısı ilə aralarında ədavət olduğuna görə onların ailəsi Nişanədən istifadə edərək onu şərləyib həbs etdirmişlər. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş 18 avqust 2007-ci il təvəllüdlü X5 ifadəsində göstərmişdir ki, 11 iyun 2021-ci il tarixdə səhər saat 05 radələrində atası evdən çıxıb çobanlıq etmək üçün fermaya, anası Bəsti isə səhər saat 06 radələrində kənddəki parnik sahəsinə işləməyə getmişdir. Təxminən saat 08 radələrində evdə olarkən evin qapısının döyüldüyünü eşitmişdir. Qapıya yaxınlaşanda atasının uzaq qohumu Təqsirləndirilən şəxs qapını döydüyünü görmüşdür. Qapını açdıqdan sonra İsaxan ondan alışqan istəmişdir. O da geriyə çevirilib evin qonaq otağına getmişdir. Qonaq otağında atasına məxsus alışqanı axtararkən İsaxan onu arxadan özünə sıxıb bir əli ilə ağzını, bir əli ilə gözlərini tutub saxlamışdır. Sonra həmin vəziyyətdə İsaxan onu qonaq otağındakı divanın üzərinə yıxıb əli ilə əynindəki şalvarı və tumanı dizinə kimi aşağıya doğru çəkmişdir. O da divandan durub qaçmaq istəyərkən İsaxan onun sol qolundan tutub möhkəm çimdikləmiş və təkrarən divana yıxmışdır. İsaxan onun üstündə oturandan sonra o hərəkətsiz qalmışdır. İsaxan onun üzərində oturmuş vəziyyətdə özünün əynindəki şalvarı və tumanını aşağı çəkmişdir. Sonra onun üzərinə yarı uzanmış vəziyyətdə təxminən 1-2 dəqiqə ərzində öz əli ilə cinsi orqanını tutub onun sol bud nahiyyəsinə sürtməyə başlamışdır. Sonra o, bir anlıq güc edib İsaxanı üzərindən itələmişdir. İsaxan isə divandan yerə yıxılmışdır. Bundan sonra qaçaraq otaqdan çıxıb qonşuluqda yaşayan xalasının evinə getmiş və hadisə barədə qohumlarına məlumat vermişdir. Hazırda İsaxandan şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, Təqsirləndirilən şəxs isə əri Şahid2 əmisi oğludur. xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində parnikdə işləyərkən əri Şahid2 ona zəng edərək İsaxanın qızı Nişanəni döydüyünü demişdir. O, da narahat olduğu üçün evə gəlmişdir. Lakin qızı evdə deyil, bacısı Gülnarənin evində olmuşdur. O, bacısının evinə gedib qızını evə gətirmiş, bir qədər sonra əri Şahid2 evə gəlmişdir. Təkbətək söhbət edərkən Nişanə İsaxan tərəfindən təcavüzə məruz qaldığını, pozğun hərəkətlər etdiyini bildirmişdir. Sonra onlar polisə müraciət etmişlər. Nişanənin dayısı (özünün qardaşı) ilə İsaxan arasında hər hansı bir ədavət olmamışdır. Qızı Nişanədən istifadə etməklə İsaxanı şərləməmişlər. İsaxan əxlaqsızlıq etdiyinə görə həbs olunmuşdur. Hazırda İsaxandan şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun baldızı qızı, Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. xx.xx.2021-ci il tarixdə səhər saat 08 radələrində həyətdə olarkən Nişanənin ağlayaraq həyətə gəldiyini, sifətinin qızardığını gördüyü üçün kimsə tərəfindən vurulduğunu başa düşmüşdür. Nə baş verdiyini soruşsa da, Nişanə heçnə deməyərək evə girmişdir. Nişanə evdə gəlininə İsaxanın ona qarşı əxlaqsız hərəkət etdiyini demişdir. Baş vermiş hadisəni bilən kimi, Nişanənin valideynlərinə xəbər vermiş, bundan sonra Təqsirləndirilən şəxs əxlaqsız hərəkətlər etdiyinə görə həbs olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 343 saylı rəyindən göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi girəcəyində və ətrafında hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-sol çənə bucağı proyeksiyasında, sağ bazunun yuxarı 1/3-də bayır səthdə qançırlar, sağ bazunun yuxarı 1/3-də bayır səthdə sıyrıq küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur. İş materiallarında olan məhkəmə-psixiloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2666 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxın (psixi fəaliyyətin xarici əlamə yönəlməsi) olduğu müəyyən edilir. Ünsiyyətçilik, həssaslıq, tez uyğunlaşmaq, fəallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan, stress, gərginlik kimi hallar yaranmışdır. Zərərçəkmiş şəxs hadisə zamanı ona qarşı seksual hərəkətlər edilərkən yaş xüsusiyyətlərinə və keçirmiş olduğu emosianal halına görə Təqsirləndirilən şəxs müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs ona qarşı olan seksual hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2669 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “baxış keçirilməsi” haqqında 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı törədilən cinayət hadisəsi Sabirabad rayonu, Salmanlı kəndi ərazisində onun yaşadığı evdə baş vermişdir. İş materiallarında olan istintaq orqanının 10 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək və 2 ədəd mayka, 1 ədəd tuman və 1 ədəd şalvarı maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətləri, yaşayış yeri üzrə arayışdan və xasiyyətnamədən görünür ki, Musayev X2 rayonu, Salmanlı kəndində qeydiyyatdadır, himayəsində 2018 və 2020-ci il təvəllüdlü iki azyaşlı övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini törətməməsi, sadəcə mübahisə etdiyinə görə ona bir sillə vurması, zərərçəkənin dayısı ilə aralarında ədavət olmasına görə Nişanədən istifadə edərək onun şərlənərək həbs olunması” bildirdiyi xüsusata məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabirabad rayon polis şöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək və 2 ədəd mayka, 1 ədəd tuman və 1 ədəd şalvarı məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 15 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olub - Sabirabad rayon polis şöbəsində saxlanılan - hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd köynək və 2 ədəd mayka, 1 ədəd tuman və 1 ədəd şalvarı məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-205/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-205/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver