Məhkəmə qərarları › İş №1(099)-205/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-205/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-205/2025 19.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Esmira Qərib qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(125)-86/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2t 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli, 4(005)- 994/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən “Səid” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrıayrı müştərilərə çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən istintaq və məhkəmə ilə müəyyən edilməyən tarixdə, vaxtda və şəraitdə Salyan rayonu, Qırxçıraq kəndi ərazisində kolların arasında gizlədilən xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhərinə gətirmək məqsədi ilə yaxınlıqda yerləşən avtomobil yolunun yanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 02 avqust 2024-cü il tarixdə saat 23:10-da Salyan rayonu, Qırxçıraq kəndi ərazisində saxlanılmış, üstü yoxlanılan və əlində saxladığı kisələrə baxış keçirilən zaman, əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda-8,711 qram psixotrop maddə metamfetamin, əlində saxladığı 02 ədəd sintetik kisənin içərisində olan 01 ədəd sellofan bağlamada xüsusilə külli miqdarda-545,0 qram psixotrop maddə metamfetamin, 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 93,725 qram, 91,36 qram və 49,061 qram olmaqla külli miqdarda-234,146 qram narkotik vasitə heroin, 17 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 625,0 qram, 1005,0 qram, 1020,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1005,0 qram 1005,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 1000,0 qram və 1015,0 qram olmaqla külli miqdarda-16855,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, İranlı ilə “İnstaqram” sosial şəbəkəsində tanış olmuş, daha sonra “whatsapp”da onunla danışmışdır. İranlı ondan “qara lazımdı” deyə soruşmuş, o da iranlıya “qara yox, patı lazım olduğunu” demişdir. Bundan sonra iranlı ona demişdir ki, “10 qram patı ataram pulu at, sonra da pulun çekin at mənə”. İranlıya pulunun olmadığını, bir həftə gözləməsini, pul tapıb atacağını demişdir. O, Şəmkirdə işləmiş, işlədiyi yerdən iranlıya pul atmış, onun üçün 5-10 qram patı göndərməsini demişdir. İranlı onu bir həftə gözlətdikdən sonra psixotrop maddə metamfetaminin hazır olduğunu bildirmişdir. İranlı ona həmçinin “Cəlilabad rayonuna qoyulacaq malı oradan götürərsən” demişdir. Cəlilabadın uzaq olduğunu, oranı tanımadığını, olduğu yerdən ora maşın olmadığını iranlıya demişdir. İranlı ona başqa yerinin olmadığını, ancaq Cəlilabad rayonuna göndərə biləcəyini, 10 qram mal qoyulacağını, 5 qramının pulunu göndərməsini, 5 qramın pulunu da 7 və ya 10 günə verməsini demişdir. Cəlilabad rayonuna getməmiş, sonra iranlı ona Salyan rayonuna gəlməsini demiş, o, iranlıya Salyan rayonuna gedə bilməyəcəyini Salyan rayonuna maşının olmadığını demişdir. İranlı ona gözləməsini, Gəncə şəhərinə necə gəldiklərini ona bildirəcəyini, sonradan iranlı ona, 10 manat verib Ələt qəsəbəsinə, Ələt qəsəbəsindən də Salyan rayonuna gəlməsini, narkotik vasitəni götürüb getməsini demişdir. Salyan rayonuna iranlının dediyi yerə getmiş, iranlı ona iki şəkil atmışdır. O, iranlıya səs atmışdır ki, “hara qoymusan”. İranlının ona göndərdiyi şəkildə “ox” işarəsi qoyulmuş, “ox” işarəsinin biri dayanacağın arxasına tərəf olmuş, ona görə iranlıya səs atıb demişdir ki, “dayanacağın arxasındadır, yoxsa “bardürün” dibində”, iranlı ona səs atıb demişdir ki, “dayanacağın arxasında qara sumkadır ağacın dibinə qoymuşam”. O, iranlıya səs atıb demişdir ki, “10 qram malı niyə qara sumkaya qoymusan, mənimlə məzələnirsən”, həmin vaxtı polis əməkdaşları çıxıb onu tutmuşlar. Polis əməkdaşları ondan hardan gəldiyini və nəyə görə gəldiyini soruşmuşlar. O, polis əməkdaşlarına Gəncə şəhərindən gəldiyini və 10 qram narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Polis əməkdaşları ona demişlər ki, “gözlə”, yarım saat keçdikdən sonra polislər iki meşok gətirmişlər birin sağ tərəfinə, digərin də sol tərəfinə qoymuşlar, ona “bunlar sənindir” demişlər. O, polis əməkdaşlarına meşokların onun olmadığını demiş, bundan sonra polis əməkdaşları onu döyməyə başlamışlar. Polis əməkdaşları onu döydükdən sonra demişlər ki, “videoçəkilişdə Bakı şəhərinə aparacağını deyəcəksən” o, da polis əməkdaşlarının dediklərini demişdir. İranlı ilə öz telefonunda “whatsapp”la danışmış, danışdıqlarının heç birini silməmiş, danışdıqları telefonunda olmuşdur. 10 qram narkotik vasitənin dalınca getmişdir. Polis əməkdaşları onu döymüşlər, Bakı İstintaq Təcridxanasına aparılan zaman üzərində xəsarətlər olmuşdur. Anar adlı prokurorluğun müstəntiqi ondan soruşmuşdur ki, “səni döyüblər” o da döyülməsi barədə olan bütün məlumatları müstəntiqə demişdir. Narkotik vasitə göndərmək üçün iranlıya 200 manat məbləğdə pul göndərmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlının nömrəsinin birini telefonuna “Xan” kimi yazmış, digər nömrəsini isə iş yazmışdır. “Xan”la əvvəllər alışverişi olmamışdır. Hər iki nömrə eyni adamındır. İranlı onun nömrəsin bir həftə blokda saxlamış, sonra ona ayrı nömrədən yazmışdır, ona görə o, iranlının nömrələrinə ayrı-ayrı ad yazmışdır. İranlı ilə bir həftə danışmış, sonra iranlının nömrəsin blok etmiş, ona dediyi yerin uzaq olmasını, ora gələ bilməməsini, pulunun olmamasını demişdir. İranlını əvvəllər narkotik vasitə aldıqdan sonra pulunu vermədiyi hal olmamış, iranlı ilə təzə danışmışdır. Gəncə şəhərində yaşayır, 4-5 il olar ki, narkotik vasitədən istifadə edir. İranlı ilə “instaqram”da tanış olmuş, sonra iranlı nömrəsin ona vermişdir. İranlı ona 200 manat pulun müqabilində 5 qram narkotik vasitə göndərməli olmuşdur. İranlı onu bir həftə gözlətmişdir. İranlı ona 10 qram narkotik vasitə qoyduğunu, 5 qramın pulunu verməsini, digər 5 qramının pulunu isə sonra verməsini demişdir. Salyan rayonuna yol maşını ilə 15 manata gəlmişdir. İranlı ona məkan atmışdır. Gəncə şəhərindən gəlib, Ələt qəsəbəsində düşmüş, oradan Salyan rayonuna gəlmişdir. Axşam saat 21:55-də dayanacağın qabağından iranlıya yazmışdır ki, “mal hardadır”, ondan sonra iranlı ona şəkil göndərmiş, şəkilin üzərində “ox” işarəsi olmuşdur. İranlı ona demişdir ki, “ağacın dibində qara sumka var”, o da iranlıya “10 qram malı qara sumkaya niyə qoyursan” demişdir. Bu vaxtı polis əməkdaşları gəlib onu tutmuşlar. Gəncə şəhərindən çıxan zaman iranlıya çıxması barədə məlumat vermiş, iranlı da ona şəkil atmış, şəkildə qara büküm olmuşdur. Polis əməkdaşları onu tutan zaman, 1-2 zərbə vurub onu yerə yıxmışlar, əlini qandallamışlar, polis əməkdaşları sonra ona demişlər ki, “bura mal gələcək, həmin mala qol çəkəcəksən”. Polis əməkdaşlarına marixuana üçün gəldiyini demişdir. Sonra polis əməkdaşları iki meşok gətirmişlər və bunlar sənindir demişlər. Polis əməkdaşları 4 avtomobil ilə hadisə yerinə gəlmişlər. Polislər meşokları maşından götürüb onun saxlandığı yerə gətirmişlər. Meşokları gözünün qabağında maşından düşürüb yanına gətirmişlər. Polis əməkdaşları demişlər ki, “iranlı sənə 2000 manat verib, 10 qram da patı hədiyyə edib, bu malı Bakı şəhərinə aparmaq üçün”. Onu saxlayan zaman polis əməkdaşları onu döymüşlər, o da 10 qram narkotik vasitə dalınca gəldiyini, meşokların ona məxsus olmadığını demişdir. Polis əməkdaşları sonra onu Salyan RPŞ-nə aparmışlar, polis əməkdaşları vəkilin Biləsuvar RPŞ-nə gəlməli olduğunu demişlər. Daha sonra onu Lənkəran rayonuna aparmışlar, bir gün onu Lənkəran rayonunda saxlamışlar, sonra isə onu Banditizmə aparmışlar. Lənkəran rayonunda onu döyməmişlər, videoçəkiliş olmuş, sonra isə sakitcə oturmuşdur. Polis əməkdaşları onu saxlayan yerdə döymüşlər, polis əməkdaşları onu başqa yerdə döyməmişlər. Müstəntiq onu döyməmişdir. Müstəntiq ondan soruşmuşdur ki, “meşokdakı mallar sənindir?”, o isə müstəntiqə 10 qram narkotik vasitə dalınca gəldiyini bildirmişdir. Müstəntiqin yazdıqlarını oxumamışdır. Müstəntiqin yazdıqlarına qol çəkməmişdir. Polis əməkdaşları onu saxlayan zaman təkcə Salyan RPŞ-də sənədlərə imza çəkmiş, başqa heç yerdə imza çəkməmişdir. Gəncə şəhərindən Bakı şəhərinə gedən taksilərlə gələrək Salyan rayonu ərazisində olan dairədə düşmüşdür. İranlı Səid ona “qayıdan zaman Salyan rayonundan 10 manat verib Ələtə gəl və oradan da 20 manat verib Gəncə şəhərinə gələrsən” demişdir. Salyan rayonuna gəlib iranlı deyən dayanacağın qarşısında qalıb iranlıya səs atmışdır ki, “mal hardadır”. İranlı da səs atmışdır ki, ağacların dibində qara sumkaya qoymuşdur. İranlıya qışqıra-qışqıra səs atmışdır ki, “mənimlə məzələnirsən”, həmin sözü deyən kimi polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu saxlayan zaman ətrafda başqa adamlar olmamışdır. İranlı onu aldatmışdır, hər dəfə bir söz demişdir, bu səbəbdən də iranlıya inanmamışdır. İranlı ona gah Bakı şəhərinə getməsini, gah da Cəlilabad rayonuna getməsini demişdir. Salyan rayonundan 10 manat verib, Ələt qəsəbəsinə gəlmiş, oradan da Gəncə şəhərinə qayıdacaqdır. Üzərində cəmi 28 manat pul olmuşdur. İranlı ona “malın yanına 50 manat pul qoyaram, götürüb qayıdarsan” demişdir. İranlı elə bilmişdir ki, o, sələmə pul götürür, iranlı onun haradasa işlədiyini bilməmişdir. Ortada heç bir adam olmamış, yalandan Səidə sələmə pul götürməsini demiş, fikirləşmişdir ki, “qoy Səid elə bilsin ki, o sələmə pul götürür”. Polis əməkdaşları ilk dəfə üzərinə Salyan rayonunda olarkən baxmışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, Cinayət Məcəlləsinin 234.4-1 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək iş üzrə 03 avqust 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur. O, orta məktəbi Gəncə şəhəri, 7 nömrəli tam orta məktəbdə Azərbaycan dilində oxumuşdur. 2018-2020-ci illərdə hərbi xidmətdə olmuşdur. X4 və qardaşı Elvin Məmmədov ilə bir ünvanda yaşayırlar. Atası 2022-ci ildə vəfat etmişdir. Subaydır və hazırda Gəncə şəhərində tikintilərdə fəhlə işləməklə məşğul olur. Təxminən 4 ilə yaxın müddətdir ki, “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin qəbul edir. 2024-cü ilin mart ayında Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ona azadlığın məhdudlaşdırılması cəzası verilib istintaq təcrixanasından azadlığa buraxıldıqdan sonra yenidən narkotik vasitə və psixotrop maddə qəbul etməyə başlamış, narkotik vasitə və psixotrop maddəni Gəncə şəhərində üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən əldə etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən tutulmamışdan təxminən 1 ay əvvəl sosial şəbəkədə “Səid” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb və ondan narkotik vasitələr almaq istəmişdir. “Səid” adlı şəxs isə Gəncə şəhərində ona narkotik vasitələr təşkil edə bilməmiş, narkotik vasitə almaq üçün ona Bakı şəhərinə gəlməsini təklif etmişdir. O, isə yol uzaq olduğuna görə Bakı şəhərinə gələ bilməmişdir. O, təxminən 5-6 dəfə “Səid” adlı şəxslə telefonda danışdıqdan sonra həmin şəxslə aralarında münasibət yaranmış və sonuncu ona təklif etmişdir ki, birlikdə narkotik vasitələrin satışı ilə məşğul olsunlar. Belə ki, “Səid” adlı şəxs ona külli miqdarda narkotik vasitələr və ya psixotrop maddələr göndərməli, o, da həmin maddələri götürüb özündə saxlamalı, sonra götürdüyü narkotik vasitələri və psixotrop maddələri onun dediyi ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib “Səid” adlı şəxsə göndərməli və bunun müqabilində “Səid” adlı şəxs ona pul və eyni zamanda özü istifadə etmək üçün narkotik vasitə verməliymiş. Onun da pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb “Səid” adlı şəxsin bu təklifi ilə razılaşmışdır. “Səid” adlı şəxs öz adamları vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri Salyan və Cəlilabad rayonları ərazisində yerləşdirəcəyini, həmin yerin konumunu ona göndərəcəyini və gedib narkotik vasitə və psixotrop maddəni götürüb özündə saxlayaraq Bakı şəhərinə aparıb orada “Səid” adlı şəxsin deyəcəyi ərazidə etibarlı bir yerdə gizlətməliymiş. O, avtomobili olmadığı üçün “Səid” adlı şəxsə göndərdiyi narkotik vasitələri taksi ilə gedib götürəcəyini bildirdikdə, sonuncu bir az tərəddüd etmiş və taksi ilə bu işlərin görülməsinin təhlükəli olduğunu qeyd etmişdir. Buna görə də “Səid” əvvəlcə onunla bu işləri görmək istəməmiş, lakin onun pula ehtiyacı olduğu üçün “Səid” adlı şəxslə əlaqə saxlayıb bu işləri taksi avtomobilləri ilə etibarlı şəkildə görəcəyini və narkotik vasitəni götürməyə gedən zaman başqa–başqa taksi avtomobillərindən istifadə edəcəyini bildirmişdir. Eyni zamanda “Səid” adlı şəxsə tapşırmışdır ki, onun adamları narkotik vasitələri möhkəm şəkildə bağlasınlar ki, narkotik vasitənin iyi kənardan hiss olunmasın, qalan məsələləri onun özü etibarlı şəkildə həll edəcəkdir. Bundan sonra “Səid” adlı şəxs onunla razılaşmış və özü ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra təxminən 2024-cü ilin iyul ayının sonlarında “Səid” adlı şəxs ona zəng edib narkotik vasitələrin Salyan rayonu ərazisinə qoyulacağını və ona Salyan rayonu ərazisinə getməsini bildirmişdir. O, narkotik vasitələrin çəkisi ilə maraqlanmış və “Səid” adlı şəxs narkotik vasitələrin təxminən 18-20 kiloqram çəkidə olacağını bildirmişdir. “Səid” ona həmin narkotik vasitələri Salyan rayonu ərazisindən götürüb Bakı şəhərinə aparmasını və o, Bakı şəhərinə çatana kimi həmin narkotik vasitələrin Bakı şəhərində hansı ünvana qoyulmalı olmasını dəqiqləşdirəcəyini və onun vaxt itirmədən narkotik vasitələri Bakı şəhərində deyiləcək ünvana qoyub geri qayıdacağını qeyd etmişdir. “Səid” bunun müqabilində ona 2.000 manat pul və özü istifadə etmək üçün 10 qram psixotrop maddə metamfetamin verəcəyini bildirmişdir. O, da həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin günlərdə o, narkotik vasitələri götürmək üçün Salyan rayonuna getməyə taksi avtomobili tapa bilməmiş, sonra özü də gedib narkotik vasitələri götürməkdən qorxmuşdur. Buna görə də yalandan “Səid” adlı şəxsə taksi ilə getməyə pulu olmadığını demişdir. Buna görə də onların arasında narazılıq yaranmış, “Səid” narkotik vasitələrin Salyan rayonunda olduğunu və mütləq gedib götürməsini bildirmişdir. O, da qorxduğu üçün bir-iki gün “Səid” adlı şəxsi bu şəkildə aldatmış, lakin sonra 02 avqust 2024-cü il tarixdə gedib narkotik vasitələri götürmək qərarına gəlmişdir. “Səid” adlı şəxsdən imkan dərəcəsində narkotik vasitələri Salyan rayonunun giriş hissəsində yerləşən boş ərazilərdən birinə qoymasını xahiş etmiş və sonuncu da narahat olmamasını, narkotik vasitələri imkan dərəcəsində təhlükəsiz yerlərdən birinə qoyacağını bildirmişdir. O, Gəncə şəhərindən Bakı şəhərinə gələn dövlət nömrə nişanının bilmədiyi “Opel” markalı avtomobilin sürücüsü ilə danışmış və taksi sürücüsündən xahiş etmişdir ki, onu Bakı şəhərinə gedən zaman Salyan rayonu ərazisində düşürtsün, oradan isə yalandan Lənkəran rayonuna gedəcəyini demişdir. Taksidə ondan başqa bir nəfər sərnişin də olmuşdur. Yolda gələn zaman ona məlum olmuşdur ki, taksi sürücüsünün adı Kamran və digər sərnişinin adı isə Zeynaldır. Yolda gələn zaman “Səid” ona narkotik vasitələrin qoyulduğu yerin konumunu göndərmiş və o, da Salyan rayonuna daxil olduqdan sonra konumun göstərdiyi ərazidə taksidən düşmüş və sürücüyə gediş haqqı olaraq 30 manat pul ödəmişdir. “Səid” ona yolda gələn zaman bildirmişdir ki, narkotik vasitələr 02 ədəd kisənin içərisində Salyan rayonu ərazisində asfalt yolun kənarında yerləşən avtobus dayanacağının arxasında ağaclıq ərazidə kolların arasında gizlədilmişdir. “Səid” adlı şəxs narkotiklərin qoyulduğu yeri ona dəqiq olaraq başa salmışdır. 02 avqust 2024-cü il tarixdə saat 23 radələrində o, taksidən düşmüş və taksi avtomobili oradan çıxıb getmişdir. O, da taksidən düşüb ətrafa diqqətlə baxmış və ətrafda heç kimi olmadığına tam əmin olmuş və yaxınlıqda kənd evlərinin işıqları gəldiyini görmüşdür. Sonra “Səid” adlı şəxsin ona bildirdiyi kimi yol kənarında yerləşən avtobus dayanacağının arxa hissəsinə keçib həmin ərazidə ağac və kolların arasında içərisində narkotik vasitələr olan kisələri axtarmağa başlamış, kisələri axtaran zaman mobil telefonunun fənərindən istifadə etmişdir. O, həmin ərazidə kolların arasından “Səid” adlı şəxsin adamları tərəfindən yerləşdirilən 02 ədəd narıncı rəngli kisələri tapıb kolların arasından çölə çıxarmış, kisələrin birinin üzərinə yapışqan lentlə bağlanmış 01 ədəd sellofan büküm olduğunu görüb, əvvəlcə həmin sellofan bükümü kisənin üzərindən qopardıb açıb içərisinə baxmış və sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar etmişdir. O, həmin kisələrin “Səid” adlı şəxs tərəfindən göndərilən və içərisində narkotik vasitələr olan kisələr olduğuna tam əmin olmuş, sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamin isə “Səid” adlı şəxs tərəfindən onun özünə göndərildiyi üçün o, həmin sellofan bükümü əynindən olan cins şalvarının sağ yan cibinə qoymuşdur. “Səid” adlı şəxs əvvəlcədən ona bildirmişdir ki, həmin psixotrop maddəni ona öz şəxsi istifadəsi üçün göndərmişdir və həmin bükümün kisələrdən birinin üzərinə bağlanacağını bildirmişdir. Bundan sonra o, kisələri götürüb yol kənarında yerləşən avtobus dayanacağının arxa hissəsinə aparmışdır ki, oradan Bakı şəhərinə gedən avtobus və ya taksi avtomobillərinin birinə minib yoluna davam etsin. O, narkotik vasitələri götürən zaman yoxlamış və kisələrdən narkotik vasitələrin iyinin gəlmədiyini görmüş, buna görə də yoldan keçən sərnişin avtobusuna minməyin qorxulu olmadığını fikirləşmişdir. Belə ki, yaxınlıqda kəndin işıqları gəldiyi üçün yoldan keçən sərnişin avtobusunu saxlatdırıb kənd adamı olduğunu və Bakı şəhərinə kənd təsərrüfatı məhsulları apardığını bildirməyi və kisələri isə avtobusun alt hissəsində yerləşən yük yerinə qoymağı düşünmüşdür. O, içərisində narkotik vasitələr olan kisələri götürüb avtobus dayanacağının arxa hissəsinə yaxınlaşan zaman ona 4-5 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb onu saxlamışlar. Həmin şəxslər özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edildiyini qeyd etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üstündə və əlində saxladığı 02 ədəd kisənin içərisində narkotik vasitələr olduğunu qeyd etmişdir. Bundan sonra polis əməkdaşları videoçəkilişlə onun üstünə və əlində saxladığı 02 ədəd sintetik kisəyə baxış keçiriləcəyini bildirmişlər və o, da buna etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla ona təklif edilmişdir ki, üzərində və əlində saxladığı kisələrin içərisində qanunla qadağan olunmuş əşya və maddələr varsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü və şalvarının sol yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Eyni zaman əlində saxladığı kisələrin polis əməkdaşlarına təqdim edib həmin kisələrin içərisində də narkotik vasitələr olduğunu bildirmişdir. Kisələrə baxış zamanı kisələrin içərisindən ümumilikdə 19 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar edilmişdir. Sonra üzərindən aşkar edilmiş sellofan bükümə baxış zamanı bükümün içərisindən psixotrop maddə metamfetamin, kisələrdən aşkar edilmiş 17 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə heroin və 01 ədəd sellofan bağlamanın içərisindən isə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş kütlə və maddələr polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra onun üzərindən aşkar edilmiş maddə 01 ədəd kağız zərfə və sintetik kisələrdən aşkar edilmiş kütlə və maddələr isə 02 ədəd sintetik kisədə polis əməkdaşları tərəfindən qablaşdırılmış və qablaşmaların üzəri onun özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən və əlində saxladığı kisələrdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin “Səid” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddəni Salyan rayonu ərazisindən yol kənarından əvvəlcədən gizlədilmiş yerdən götürdüyünü, həmin əraziyə taksi avtomobili vasitəsi ilə onun mobil telefonuna göndərilən konum əsasında gəldiyini, şalvarının cibindən aşkar edilmiş psixotrop maddə metamfetaminin iranlı şəxs tərəfindən onun özünə istifadə etmək üçün göndərildiyini, həmin kütlə və maddələri Bakı şəhərinə aparıb iranlı şəxsin deyəcəyi ünvanlara qoyacağını və bunun müqabilində iranlı “Səid” adlı şəxsin ona 2.000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Salyan Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada üstünə və əlində saxladığı kisələrə baxış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşman olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin “Səid” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri gedib Salyan rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünü, narkotik vasitələrin və psixotrop maddənin Salyan rayonu ərazisindən götürdüyü yerə kimlər tərəfindən qoyulduğunu və eləcə də həmin maddələri sonradan qoyacağı ünvanlardan kimlərin gəlib götürməsi barəsində heç bir məlumatının olmadığını, o, yalnız narkotik vasitələri və psixotrop maddəni qoyacağı ünvanın fotoşəkillərini çəkib mobil telefon vasitəsi ilə “Səid” adlı şəxsə göndərəcəyini, sonradan həmin maddələrin kimlər tərəfindən götürüləcəyini bilmədiyini, birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün “Səid” adlı şəxsin ona 2.000 manat pul və özü istifadə etmək üçün narkotik vasitə və ya psixotrop maddə verəcəyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hədə-qorxu gəlinmədiyini, heç kimdən şikayət və tələbi olmadığını demişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə etirafedici izahat verməsinin səbəbinin, polis əməkdaşları tərəfindən döyülməsi olduğunu, üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin özünə məxsus olmamasını, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı narkotik vasitə qurudulmuş marixuanaya münasibətdə etirafedici ifadələr verməsinin səbəbinin, onun polis əməkdaşları tərəfindən döyülməsi olduğunu, üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin özünə məxsus olmaması, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə xüsusilə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi BNMİ-nin X7 Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, polis nəfərləri Şahid4 və Şahid5 daxil edilmişlər. 02 avqust 2024-cü il tarixdə saat 23:10 radələrində əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Salyan rayonu, Qırxçıraq kəndi ərazisində əsas asfalt yolun kənarında əlində 02 ədəd narıncı rəngli sintetik kisə olan Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri həmin şəxsə özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Videoçəkilişlə Təqsirləndirilən şəxs üstünə və əlində saxladığı 02 ədəd sintetik kisəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü və şalvarının sol yan cibində olan 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kisələrə baxış zamanı kisələrin içərisindən ümumilikdə 19 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlama aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən aşkar olunmuş sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlələr, onun əlində saxladığı kisələrdən aşkar olunmuş 17 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bağlamanın içərisindən narkotik vasitə heroinə oxşar kütlə və 01 ədəd sellofan bağlamanın içərisindən isə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə və maddələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 01 ədəd kağız zərfə və sintetik kisələrdən aşkar edilmiş kütlə və maddələr isə 02 ədəd sintetik kisədə qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddələrə oxşar kütlə və maddələrin “Səid” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri və psixotrop maddələri Salyan rayonu ərazisindən yol kənarından əvvəlcədən gizlədilmiş yerdən götürdüyünü, şalvarının cibindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddənin iranlı şəxs tərəfindən ona özü istifadə etmək məqsədi ilə göndərildiyini, kisələrdə olan kütlə və maddələri Bakı şəhərinə aparıb iranlı şəxsin deyəcəyi ünvanlara qoyacağını və bunun müqabilində iranlı “Səid” adlı şəxsin ona 2.000 manat pul verəcəyini bildirmişdir. Salyan RPŞ-nə gəldikdən sonra orada Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışla bağlı protokol tərtib edilmiş, sonra isə Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinə gətirilmiş, Polis Şöbəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs saxlanılması və onun üzərinə baxış keçirilməsi barədə raport tərtib edilmişdir. Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin təhqiqatçısı Famil Həsənov tərəfindən videoçəkilişdən istifadə edilməklə təqdim olunan əşyalara və 01 ədəd DVD diskə baxış keçirilmişdir. Verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanılan zamanı ona qarşı təsir, təzyiq olmadığını, onu döymədiklərini, İran nömrəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirmədiklərini, Elgünün telefonuna baxmadığını bildirmişdir. Dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər və Təqsirləndirilən şəxs saxlanılan zamanı onu döymədiklərini, hər hansı formada ona təsir etmədiklərini demişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə saat 23:10-da Salyan rayonu, Qırxçıraq kəndi ərazisində saxlanılaraq üstü yoxlanılan və əlində saxladığı kisələrə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,711 qram olan psixotrop maddə metamfetamin, əlində saxladığı 02 ədəd sintetik kisənin içərisində olan 01 ədəd sellofan bağlamada təmiz çəkisi xüsusilə külli miqdarda 545,0 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 93,725 qram, 91,36 qram və 49,061 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 234,146 qram olan narkotik vasitə heroin, 17 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 625,0 qram, 1005,0 qram, 1020,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1005,0 qram 1005,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 1000,0 qram və 1015,0 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 16855,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-56) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair” 02 avqust 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə saat 23:10 radələrində Salyan rayonu, Qırxçıraq kəndi ərazisində saxlanılmış və Təqsirləndirilən şəxs əlində saxladığı sintetik kisələrə baxış keçirilmiş, baxış zamanı onun əynində olan cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan büküm və şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, onun əlində saxladığı 02 ədəd kisədən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 17 ədəd sellofan bağlama, içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan bağlama və içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 01 ədəd sellofan bağlama aşkar edilmişdir. Aşkar edilmiş kütlə və maddələr elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddənin qablaşma ilə birlikdə çəkisi 9,58 qram, kisələrdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin qablaşma ilə birlikdə çəkisi 17 kq 915 qram, narkotik vasitə heroinə oxşar maddənin qablaşma ilə birlikdə çəkisi 300 qram və psixotrop maddə metamfetaminə oxşar maddənin isə qablaşma ilə birlikdə çəkisi 560 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlələr və maddələr, eləcə də “Redmi” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür.(i.v.11-14) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:45-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.29) -“məhkəmə-bioloji və kimyəvi ekspertizası”nın 03 avqust 2024-cü il tarixli, 19/594 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs üstündən təqdim etdiyi metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi- 8,711 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs əlindəki sintetik torbada aşkar olunan narkotik vasitələr və psixotrop maddə...” sözlər və imzalar olan bir ədəd kisədəki, 01 ədəd bükümdə təmiz çəkisi-545,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir, 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri- 93,725 qram, 91,36 qram, 49,061 qram, ümumi təmiz çəkisi-234,146 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 01 ədəd bükülüdə təmiz çəkisi- 625,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sintetik torbada narkotik maddə olan marixuanaya bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd kisədəki, 16 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri-1005,0 qram, 1020,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1005,0 qram, 1005,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 1000,0 qram, 1015,0 qram, ümumi təmiz çəkisi 16230,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs üstündən təqdim etdiyi metamfetaminə bənzər kütlə...” və “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs əlindəki sintetik torbada aşkar olunan narkotik vasitələr və psixotrop maddə...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd kisədəki, ümumilikdə 02 bükülü olmaqla ümumi təmiz çəkisi-553,711 qram olan metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs əlindəki sintetik torbada aşkar olunan narkotik vasitələr və psixotrop maddə...” və “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sintetik torbada narkotik maddə olan marixuanaya bənzər kütlələr ...” sözlər və imzalar olan iki ədəd kisədəki, ümumilikdə 17 bükülü olmaqla ümumi təmiz çəkisi-16855,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(i.v.50-54) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli, 4(005)-994/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki saxlanıldığı vaxtdan, yəni 02 avqust 2024-cü il tarixdən hesablanmışdır. (i.v.86-87, 111-117) -“maddi sübut hesab edilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 553,511 qram qalmış psixotrop maddə metamfetamin, 233,846 qram qalmış narkotik vasitə heroin və 16853,3 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.122-124) -“mobil telefona baxış keçirilməsi barədə” 05 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş, ona məxsus üzərində ***-***-**-** saylı “Bakcell” operatoruna və ***-***-**-** saylı “Azerfon” operatoruna məxsus nömrələr olan 01 ədəd “Redmi Xiaomi” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Xan” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 904 *** **** mobil nömrənin istifadəçisi və “Ferman İs” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 914 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar və səsli ismarıclar göndərildiyi müəyyən edilmişdir. Belə ki, 02 avqust 2024-cü il tarixdə saat 16:55-də Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Abi maşın alınmır, allah haqqı qalmışam belə” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:56-da “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs “man na adim, o biri nomra” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:56-da Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Qalmışam zuluma, Ələtdən Salyana yol pulu çox lazımdi, o boyda da yoxumdu” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:56-da “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Bax gör də Elgün hər nə məsləhətdir, mən deyim axı” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:57-də Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Maşın maraqlanıram indi, benzin töküb gəlməyə, görüm tapırammı” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:57-da “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Vallah gah deyirsən avtovağzaldayam, gah deyirsən Salyan yolu belədir helədir, mən qalmışam nə eliyim, nə iş görüm” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 16:58-də “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Orda mən ona desəm, o, qardaşa malın yanına 50 manat pul qoysa, 50 manatına götürüb gələ bilərsən, onun mənə hə yoxun denə” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:02-də “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “İndi mənə düz söz denəginə, görüm indi mən o, qardaşa yazım bağlasın bağlamasın, mənə düz cavab ver, özündən bilmirsən ki, nə iş görürsən, düz söz denə görək bağlatdıraq ya bağlatdırmayaq, vəssalam çətin bir şey yoxdur ki” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:04-də “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Mən yazıx malı bağladıram qalır, sən bu yandan fırıldaq verirsən, bu gecə bu da indi, indiyə yolu yarı eləmişdin allahın oğlu fikrin nə mənədi, mənə düzün denən mən oturum yerimdə” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:05-də Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Abi mən deyəndə bağlat, indi qoy maşın tapım” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:06-da “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Abi problemi yoxdur, mən səni fikirləşirəm, özümü fikirləşmirəm, allaha and olsun əbülfəz canı mən səni fikirləşirəm, mən hər zaman dedim mənim boynumdadır bağladacam, amma deyirsən maşın tapmışam minirəm, yoxsa mən yatardım axşamçağı sən deyəndə durardım, lazım deyil ki, hələ o biri xəttə məni blok eləmisən, blok lazım deyil ki, istəmirəm götürmürəm xudafis” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:07-də Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Blok elememişəm” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:07-də “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Yazıram bir xətt düşür axı abi nə cür məsələdir” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:07-də Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Abi maşın tapım, sa yazacam bağlatdır” məzmunlu yazılı ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:08-də “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisi iran ləhcəsi ilə danışan şəxs Təqsirləndirilən şəxs “Pul zad gəldi gedirdir, pul məsələsi yoxdur, sən gedən başı şelə, mənim canım cəhənnəmə mən o, qardaşdan xahiş edərəm 50 manat malın yanına pul qoyar, sən nagiran olmaginə, sən get malını götür, sən get mala sarı, dünə də yubat, bu gündə yubat denə Səidə iş görürəm, pulun məsələsi yoxdur, 50 manat məni öldürməyəcək, səni diritməyəcək” məzmunlu səsli ismarıc göndərmişdir. 02 avqust 2024-cü il tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs “Xan” adı ilə qeyd olunmuş +98 904 *** **** nömrənin istifadəçisinə “Abi maşın tapdım” məzmunlu yazılı ismarıc göndərmişdir. Bundan əlavə mobil telefonun “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Ferman İs” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 914 *** **** mobil nömrənin istifadəçisi ilə əvvəllər Təqsirləndirilən şəxs arasında yazışmaların aparıldığı, lakin +98 914 *** **** mobil nömrənin istifadəçisi “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində olan məlumatların 24 saatdan sonra avtomatik silinmə rejiminə qoyduğundan “Söhbətlər” bölməsində olan yazışmaların silindiyi müəyyən edilmişdir. Bundan əlavə mobil telefonun “Qalereya” bölməsində 02 avqust 2024-cü il tarixdə saat 21:17, saat 21:34, saat 21:41, saat 22:39, saat 22:26, saat 22:30, saat 22:32 və saat 22:35 dəqiqədə çəkilmiş “Şirvan-Salyan” yolunun, “Cənub Ələt-Astara” yolunun, “Bakı-Ələt-Qazax” yolunun ərazilərini göstərən xəritə üzrə konumların 08 ədəd fotoşəkili aşkar edilmişdir. Bundan başqa mobil telefonun “Qalereya” bölməsində 06 iyul 2024-cü il tarixdə saat 11:41 dəqiqədə çəkilmiş gümüşü rəngli kağızın içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin 04 ədəd eyni formalı fotoşəkili aşkar olunmuşdur.(i.v.127-131) -“əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Salyan Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 5(057)-216/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul olunmuş 02 avqust 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir.(i.v.148) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 28 noyabr 2024-cü il tarixli qərardan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 03 ay olmaqla 07 ayadək, yəni 03 dekabr 2024-cü il tarixdən 03 mart 2025-ci il tarixədək uzadılmışdır.(i.v.179-180) -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 4(005)- 1406/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 02 mart 2025-ci il tarixədək uzadılmışdır.(i.v.183-187) -“ambulator məcburi narkoloji tibbi yoxlamanın” 03 avqust 2024-cü il tarixli, 635 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.188) -“sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 (bir) ədəd “Redmi Xiaomi” markalı mobil telefon aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.191-206) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur.(i.v.208-209) -“cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş xüsusilə külli miqdarda psixotrop maddənin və külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran İslam Respublikasının vətəndaşı “Səid” ləqəbli şəxsin, habelə qrupun digər üzvülərinin barəsində Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(i.v.229-230) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, üzərindən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrə münasibətdə etirafedici izahat verməsinin səbəbinin polis əməkdaşları tərəfindən döyülməsi olduğunu, üzərindən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitələrin özünə məxsus olmaması, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr xüsusi ilə külli miqdarda olmalıdır. Cinayət işinin materiallarında olan “məhkəmə-bioloji və kimyəvi ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs üstündən təqdim etdiyi metamfetaminə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi-8,711 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs əlindəki sintetik torbada aşkar olunan narkotik vasitələr və psixotrop maddə...” sözlər və imzalar olan bir ədəd kisədəki, 01 ədəd bükümdə təmiz çəkisi-545,0 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir, 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri-93,725 qram, 91,36 qram, 49,061 qram, ümumi təmiz çəkisi-234,146 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 01 ədəd bükülüdə təmiz çəkisi-625,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Gəncə şəhəri, Atabəylər küçəsi, ev 19-da yaşayan Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sintetik torbada narkotik maddə olan marixuanaya bənzər kütlələr...” sözlər və imzalar olan bir ədəd kisədəki, 16 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri-1005,0 qram, 1020,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1005,0 qram, 1005,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 1000,0 qram, 1015,0 qram, ümumi təmiz çəkisi 16230,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 2,0 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 800 qramdır. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı “Marixuana-Kannabis” olan maddə narkotik vasitədir, onun qurudulmuş halda xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 50000 qramdır. Siyahılara əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 2,0 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 400 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar razılaşmaya əsasən “Səid” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən istintaq və məhkəmə ilə müəyyən edilməyən tarixdə, vaxtda və şəraitdə Salyan rayonu, Qırxçıraq kəndi ərazisində kolların arasında gizlədilən xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhərinə gətirmək məqsədi ilə yaxınlıqda yerləşən avtomobil yolunun yanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 02 avqust 2024-cü il tarixdə saat 23:10-da Salyan rayonu, Qırxçıraq kəndi ərazisində saxlanılmış, üstü yoxlanılan və əlində saxladığı kisələrə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda-8,711 qram olan psixotrop maddə metamfetamin, əlində saxladığı 02 ədəd sintetik kisənin içərisində olan 01 ədəd sellofan bağlamada xüsusilə külli miqdarda-545,0 qram olan psixotrop maddə metamfetamin, 03 ədəd ayrı-ayrılıqda təmiz çəkiləri 93,725 qram, 91,36 qram və 49,061 qram olmaqla külli miqdarda-234,146 qram olan narkotik vasitə heroin, 17 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 625,0 qram, 1005,0 qram, 1020,0 qram, 1040,0 qram, 1020,0 qram, 1005,0 qram, 1005,0 qram 1005,0 qram, 1015,0 qram, 1015,0 qram, 1010,0 qram, 1020,0 qram, 1015,0 qram, 1025,0 qram, 1015,0 qram, 1000,0 qram və 1015,0 qram olmaqla külli miqdarda-16855,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Cinayət işinin materiallarının 189-190-cı səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 03 avqust 2024-cü il tarixli, 718 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində-hər iki kürək nahiyərində sıyrıqlar, sağ bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə istintaqı zamanı əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə Bakı İstintaq Təcridxanasının məlumatı əsasında araşdırma aparılmış, toplanmış material üzrə Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı alınmış məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar nə Təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Məhkəmə istintaqı zamanı alınmış təkrar-məhkəmə-tibbi ekspertizasının 01 may 2025-ci il tarixli, 190/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş 03 avqust 2024-cü il tarixli, 718 saylı məhkəmə-tibbi ekspertiza rəyinin nəticə hissəsi təsviri hissəyə uyğundur və “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları” (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli, 07 saylı əmri) əsasında tərtib olunmuşdur. Təqsirləndirilən şəxs bədənində qeyd olunan hər iki kürək və qarın nahiyələrinin sıyrıqları, sağ budun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən ilkin məhkəmə-tibbi müayinədən (xx.xx.2024-cü il) təxminən 5-7 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin şəxsin özü tərəfindən küt əşyalara çırpılması və ya həmin nahiyələrə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini və onu döymədiklərini bildirmişlər. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin psixotrop maddə və narkotik vasitələrə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü xüsusiilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusyon hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan imza və yazı nümunələrinin ona məxsus olmadığını deməsi ilə bağlı məhkəmə istintaqı zamanı alınmış məhkəmə xətşünaslıq-ekspertizasının 4 aprel 2025-ci il tarixli, 4/241 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildində i.v. 11- 13-də olan 02 avqust 2024-cü il tarixli (əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair) "Protokol”un 1-2-ci vərəqlərinin aşağı sağ hissəsində “5” rəqəmi ilə nömrələnmiş imzalar; i.v. 19-da olan 03 avqust 2024cü il tairxli “Ərizə”də “imza:” qrafasında “Təqsirləndirilən şəxs yazılarının qarşısında olan imza; i.v. 20-də olan "Salyan Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər barədə" və "Biləsuvar Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər barədə” "Məlumat”da “Tanış oldum Təqsirləndirilən şəxs” yazıları və "Təqsirləndirilən şəxs” yazısının qarşısındakı imza; i.v. 21-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında "Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 27-də olan 03 avqust 2024-cü il tarixli (vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında "Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza; i.v. 28-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Qərar”da "Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 29-da olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin tutulması haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında "Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 32-33-də olan "şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” “Bildiriş”in 1-ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqində “Şübhəli şəxs” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 34-də olan 03 avqust 2024-cü il tarixli “Şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında “Bildiriş”də “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 35-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 36-da olan 03 avqust 2024-cü il tarixli (etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 41-43-də olan 03 avqust 2024-cü il tarixli “izahat”ın 1-ci vərəqinin aşağı hissəsində “imza:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqində ‘‘Təqsirləndirilən şəxs” yazıları və həmin yazıların qarşısında olan imza; i.v. 44-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 45də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:" qrafasında "Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 46-da olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 55də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin ekspertiza rəyi ilə tanış edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 59 olan 03 avqust 2024-cü il tarixli "Ərizə”də “imza:” qrafasında “Təqsirləndirilən şəxs” yazıları və həmin yazıların qarşısında olan imza; i.v. 61-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında) "Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 66-da olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsə müdafiəçi tutmaq hüququnun izah olunması və müdafiəçinin təqdim edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:" qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 67də olan 03 avqust 2024-cü il tarixli (cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi haqqında) “Protokol”da "Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 68-də olan 03 avqust, 2024-cü il tarixli “Ərizə”də "imza’ qrafasında Təqsirləndirilən şəxs yazıları və həmin yazıların qarşısında olan imza; i.v. 69-da olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin müdafiəçidən imtina etməsi haqqında) “Protokol” da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazıları və həmin yazılarınn qarşısında olan imza; i.v. 70-71-də olan /şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə/ “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında "Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 72-də olan 03 avqust 2024-cü il tarixli /şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi, ona bu barədə bildirişin verilməsi və tutma protokolunun surətinin təqdim edilməsi barədə/ “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 73-də olan 03 avqust 2024-cü il tarixli "Şübhəli şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında” "Bildiriş”də “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; 74-də olan 03 avqust 2024-cü il tarixli (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında) “Protokol”da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 75-77-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsi ekspertiza təyin etmək barədə qərar ilə tanış etmək və hüquqlarını izah etmək haqqında) “Protokollar”da “Şübhəli şəxs:” qrafalarında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzalar; i.v. 78-də olan 03 avqust 2024-cü il tarixli (şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi və hüquqlarının izah olunması barədə) “Protokol"da “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 79-85 olan 03 avqust 2024-cü İİ tarixli “şübhəli şəxsin dindirilməsi” “Protokolu”nun 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “İmza:” qrafalarında olan imzalar, 3-cü vərəqinin aşağı hissəsində olan imza, 4-cü vərəqinin aşağı hissəsində olan imza, 5-ci vərəqinin aşağı hissəsində olan imza, 6-cı vərəqinin aşağı hissəsində olan imza, 7-ci vərəqində “ifadəni oxudum mənim sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, və imzamla təsdiq edirəm” və “Təqsirləndirilən şəxs o" yazıları və “Təqsirləndirilən şəxs o” yazılarının qarşısındakı imza; i.v. 86-87-də olan 03 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında) “Qərar”ın 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 89-90 olan “təqsirləndirilən şəxsin CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə “Bildiriş”in 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 91-də olan 03 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş verilməsi, təqsirləndirilən şəxs kimi cəlb etmə qərarının surətinin təqdim edilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 92-də olan 03 avqust 2024-cü il tarixli “Cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi haqqında) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 93-də olan 03 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında “Bildiriş”də “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 94-95-də olan 03 avqust 2024cü il tarixli “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında “Protokol”un 1-ci vərəqinin aşağı hissəsində olan imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v. 96-da olan 03 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə) “Protokol”da “Təqsirləndirilən şəxs:” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza; i.v.97-104-də olan 03 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxsin dindirilməsi haqqında) “Protokol"un 1-ci vərəqində “bilirəm” yazısı, “imza” qrafasında olan imza və vərəqin aşağı hissəsində olan imza, 2-ci vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqinin aşağı hissəsində olan imza, 3-cü vərəqinin aşağı hissəsində olan imza, 4-cü vərəqinin aşağı hissəsində olan imza, 5-ci vərəqinin aşağı hissəsində olan imza, 6-cı vərəqinin aşağı hissəsində olan imza, 7-ci vərəqində “İfadəni oxudum mənim sözlərimlə düzgün yazılmışdır. Əlavəm yoxdur və imzamla təsdiq edirəm”, “Təqsirləndirilən şəxs o” yazıları və “Təqsirləndirilən şəxs o” yazılarının qarşıslndakı imza, i.v 110-da olan 03 avqust 2024-cü il tarixli (təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəməyə təqdim edilən materiallarla tanış olma barədə) “Protokol"da “Təqsirləndirilən şəxs:" qrafasında .“Təqsirləndirilən şəxs" yazılarının qarşısında olan imza - eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 11-13-cü vərəqlərində olan 02 avqust 2024-cü il tarixli (Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair) "Protokol'un 3-cü vərəqində “5.” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza - Təqsirləndirilən şəxs tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi cinayət işinin 1-ci cildinin 11-13-cü vərəqələrində olan 02 avqust 2024-cü il tarixli "protokol'un 3-cü vərəqində “5.” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imzadan başqa digər imzalar və yazılar Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Sözügedən “protokol”un həmin vərəqində Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair hər hansı hallar yazılmamış, sözügedən protokol videoçəkilişlə aparılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan imza və yazı nümunələrinin ona məxsus olmamasına dair vəsatəti öz təsdiqini tapmadığından və iş üzrə toplanmış digər sübutlarla təkzib edildiyindən rədd edilməlidir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılmasına dair protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış psixotrop maddə metamfetamin, narkotik vasitələr heroin, qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(125)-86/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v.168-169) Gəncə Şəhər Probasiya Şöbəsindən daxil olmuş 14 aprel 2025-ci il tarixli, 3-16-21-3/2- 19941/2025 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(125)-86/2024 nömrəli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından 02 avqust 2024-cü il tarixə 3 (üç) ay 9 (doqquz) gününü çəkmiş, çəkilməmiş qalan cəzası 1 (bir) il 11 (on bir) ay 1 (gün) təşkil etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(125)-86/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq təyin olunmuş, 2 (iki) il, 2 (iki) ay, 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 1 (bir) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 avqust 2024-cü il tarixdən hesablanmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2024cü il tarixli, 4(005)-994/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (bir yüz otuz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 553,511 qram qalmış psixotrop maddə metamfetamin, 233,846 qram qalmış narkotik vasitə heroin və 16853,3 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi Xiaomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(125)-86/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq təyin olunmuş, 2 (iki) il, 2 (iki) ay, 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 1 (bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 02 avqust 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2024-cü il tarixli, 4(005)- 994/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 130 (bir yüz otuz) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 553,511 qram qalmış psixotrop maddə metamfetamin, 233,846 qram qalmış narkotik vasitə heroin və 16853,3 qram qalmış narkotik vasitə qrudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi Xiaomi” markalı mobil telefon, hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar